Əsas » Məqalə » İqtisadiyyat

Maliyyə bazarları terminlərinin izahlı lüğəti-3

 

Broker
Broker
Bazarda tərəflər arasında vasitəçilik funksiyasını həyata keçirən hü quqi və ya fiziki şəxs, vasitəçi. Göstərdiyi xidmətinə görə broker tərəf-müqabillərin birindən, yaxud hər ikisindən komissiya haqqı alır. Broker fəaliyyəti daha çox fond bazarına aid olduğu üçün bu termin əsas etibarilə qiymətli kağızlar bazarında vasitəçilik mənasını ifadə edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində broker fəaliyyətinə aşağıdakı kimi tərif verilir: Broker fəaliyyəti müştərinin hesabına tapşırıq və ya komisyon müqaviləsi əsasında müvəkkil və ya komisyonçu kimi fəaliyyət göstərən, həmin müştərinin mənafeyi üçün qiymətli kağızlarla alqı-satqı əqdlərinin bağlanması üzrə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir.
Broker assosiasiyası
Association of broker
Birgə fəaliyyət məqsədi ilə brokerlərin (həm hüquqi, həm də fiziki şəxs qismində) birləşdiyi təşkilat. Broker assosiasiyası müvafiq birja tərəfindən rəsmiləşdirilir. Broker assosiasiyasının yaradılmasında əsas məqsəd imkanları birləşdirmək yolu ilə vasitəçilik xidmətini gücləndirmək və bununla əlaqədar olaraq mənfəəti, gəliri artırmaqdır.
Broker borcu (ssudası)
Brokers' loans
Banklardan brokerlər tərəfindən götürülmüş pul, fondun mütəxəssislərinin inventarizasiyasını, korporativ və bələdiyyə qiymətli kağızlarının yeni emissiyalarının zəmanətini və müştəri marja hesablarını maliyyələşdirmək kimi məqsədlər üçün istifadə edilir.
Broker haqqı (brokerçilik)
Brokerage
1) Brokerin fond birjasında vasitəçilik fəaliyyətinə görə verilən haqq, mükafat. Adətən, broker haqqı həm alıcı, həm də satıcı tərəfindən verilir. Broker haqqının həcmi fond birjasında öncədən müəyyən olunmaqla, yaxud tərəflərin razılaşmalarına görə müəyyən olunur.
2) Broker fəaliyyəti, broker işi, ümumilikdə broker fəaliyyəti ilə məşğul olanlar (ABŞ).
Bum
Boom
1) Bir qayda olaraq, ekzogen amil lərin dəyişməsi nəticəsində əmtəələrinin dəyərinin və qiymətli kağızların məzənnəsinin dəyişməsi, birja möhtəkirliyinin baş alıb getməsi ilə müşayiət olunan istehsalın həcminin qısa müddətli süni canlanması;
2) Təklifin qısa müddətli dövrdə, məsələn, birjada həcminin təhrik edici şəkildə artımı.
Buraxılış (emissiya) qiyməti
Issue price
Qiymətli kağızların bir ədədinin buraxılış (emissiya) qiyməti.
Buraxılış (emissiya) tarixi
Issue date
Vəsaitlərin cəlb olunması məqsədilə qiymətli kağızların buraxılışı (emissiyası) tarixi.
Buraxılış (emissiya)
Issuance
Vəsaitlərin cəlb olunması məqsədilə qiymətli kağızların buraxılması (emissiyası).
Buraxılışa icazəli səhmdar kapital (səhmlər)
Authorized capital (authorized capital stock, authorized stock, authorized shares)
Səhmdar cəmiyyətin (şirkətin) nizamnaməsinə uyğun olaraq emissiyasına (buraxılışına) icazəli olduğu səhmlərin maksimal sayı. Şirkətin faktiki buraxdığı səhmlərin sayı bu saydan az da ola bilər və şirkət buraxdığı səhmlərinin, real olaraq, bir hissəsini yerləşdirə bilir (bir hissəsi ehtiyatda saxlanılır, bir hissəsi başqa məqsədlər üçün istifadə olunur, bir hissəsi yerləşdirilməyə də bilər). Əgər hər hansı bir şirkət buraxılışa icazəli səhmlərdən əlavə səhmlər bu- raxmaq istəyərsə, onda bu şirkət nizamnaməsində qeyd olunmuş buraxılışına icazəli olduğu səhmlərin sayının artırılması haqqında qərar qəbul etməli və onun icrası üçün zəruri olan müvafiq tədbirləri görməlidir.
Büdcə ili
Fiscal year
Təsdiq olunmuş büdcənin müvafiq qanunvericiliyə uyğun icrası müddəti, dövrü. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda büdcə ili təqvim ili ilə üst-üstə düşür. Lakin, İtaliya, İsveç, ABŞ və s.-də büdcə ili iyulun 1-dən iyunun 30-dək, Yaponiya, Böyük Britaniyada isə aprelin 1-dən martın 31-dək davam edir.
Bütün hüquqlarla
Cum all
Səhmlərin alıcının onlarla bağlı bütün hüquqlara (yeni buraxılmış səhmlərdə üstünlük, divident və s.) malik olması şərti ilə satışı (satış qiyməti).
Bütün hüquqlar istisna olmaqla
Ex-all
Səhmlərin alıcının onlarla bağlı bütün hüquqlar və imtiyazlardan məhrum olması şərti ilə satışı (satış) qiyməti.
C
CAC 40 indeksi
CAC 40 index
Paris Fond Birjasında listinqdə olan 100 ən böyük şirkətdən 40 şirkətin adi səhmləri üzrə hesablanan fond indeksi.
Canlanma
Rally
Bütünlükdə bazarın və ya hər hansı bir sektorun tənəzzüldən sonra bərpa olunması (dirçəlməsi) və yaxud dar ticarət çərçivəsindən çıxması.
Cari aktivlər
Current assets
Nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula asanlıqla və tez çevrilə bilən digər aktivlər.
Cari borclar (passivlər)
Current liabilities
Şirkətin bir il ərzində ödəməli olduğu borcları. Tərkibinə qısamüddətli (bir ilə q ədər ödəmə vaxtı olan) xarakterə malik öhdəliklər daxildir. Cari passivlərin tərkibinə aşağıdakı əməliyyatların elementləri daxildir: (i) alınmış kredit, (ii) kreditor borcları üzrə əmtəələrin və xidmətin çatdırılması/göstərilməsi, (iii) avanslar və depozitlər, (iv) hesablanmış borclar (əmək haqqı, vergilər, ödənişlər və faizlər üzrə hesablanmış, lakin ödənilməmiş borc).
Cari dəyər
Present value (PV)
Gələcək pul axınlarının diskontlaşdırılmış cari dəyəri. Cari dəyər aşağıdakı düsturla hesablanır:
Cari Dəyər = (Pul axını)/(1+r)t r - diskont faiz dərəcəsidir (tələb olunan gəlirlik).
Cari əməliyyatlar üzrə pul axını
Operating cash flow (OCF)
Müəyyən dövr ərzində şirkətin cari fəaliyyəti (istehsal və satış) ilə əlaqədar daxil olan və ödənilən pul vəsaitləri. Cari əməliyyatlar üzrə xalis pul axınları daxil olan ümumi pul vəsaitlərindən bütün əməliyyat xərcləri çıxılmaqla müəyyənləşdirilir.
Cari əməliyyatlar üzrə daxil olmuş və ödənilmiş pul vəsaitləri şirkətin dövriyyə vəsaitləri balansında əks olunur.
Cari gəlirlilik
Current yield
İstiqrazlar və digər sabit gəlirli qiymətli kağızlar üzrə illik pul axınlarının (faiz, kupon və ya divident ödəmələri) bazar qiymətinə nisbəti.
Bu göstərici istiqrazın bazar qiymətini nəzərə almaqla, investorun hal hazırda istiqrazı alaraq ilin sonuna kimi saxlamasından əldə edəcəyi gəliri əks etdirir.
Cari hesablaşma
Rolling settlement
Əksər fond birjalarının sövdələşmə üzrə hesablaşmanı ticarət müqaviləsi bağlandıqdan sonra razılaşdırılmış sayda gün ərzində həyata keçirmək təcrübəsini ifadə edir.
Cari kuponlu istiqraz
Current coupon bond
Kupon dərəcəsi faiz dərəcəsinin cari bazar səviyyəsindən +/-0,5% -dən artıq kənarlaşmayan istiqraz.
Cari likvidlik əmsalı
Current ratio
Dövriyyə kapitalının (cari aktivlərin) qısamüddətli öhdəliklərə (cari passivlərə) olan nisbəti. Adətən, 2:1 nisbəti kifayətlilik həddi kimi qəbul edilir.
Cari (işçi) nəzarət
Working control
Şirkətə onun səs hüququna malik səhmlərinin 51%-dən az hissəsinə sahib olan səhmdar və ya səhmdarlar tərəfindən nəzarət olunması. Belə nəzarət yalnız şirkət səhmlərinin geniş şəkildə səpələndiyi halda mümkün olur.
Cari ödəmə müddəti
Current maturity
Borcun son ödəniş tarixinə qalmış vaxt. Bu istiqrazların qiymətləndirməsində vacib amildir.
Cari valyuta əməliyyatları
Current currency transactions
1) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın ölkəyə və ölkədən köçürülməsi;
2) 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;
3) əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, di videntlərin və digər gəlirlərin ölkəyə və ölkədən köçürülməsi;
4) ölkəyə və ölkədən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, təqaüd, aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar.
Cəldlik əmsalı
Quick ratio
Şirkətin qısa müddətli likvidliyini əks etdirən göstərici. Cəldlik əmsalı şirkətin ən likvid aktivləri vasitəsilə qısamüddətli öhdəliklərini qarşılama imkanını əks etdirir.
Cəldlik əmsalı=(Cari Aktivlər - İnventarlar)/(Cari Öhdəliklər).
Cəmi aktivlər üzrə rentabellik (gəlirlilik)
Return on total assets (ROA)
Şirkətin məcmu aktivləri müqabilində gəlirliyinin göstəricisi: ROA = (Xalis gəlir)/(Məcmuaktivlər).
Cərimə qiyməti
Penalty bid
İlkin yerləşdirilən qiymətli kağız ların tezliklə satılmasının qarşısını almaq məqsədilə bəzi brokerlərin qadağa qoyduğu müddətdə qiymətli kağızları satanlara tətbiq olunan qiymət.
Cirinq
Gearing
Iqtisadi subyektin borc kapitalı ilə şəxsi kapitalı arasındakı nisbəti ifadə edən anlayış:
C=bk / şk
Burada: c-cirinq əmsalı; bk- məcmu borc kapitalının həcmi; şk- məcmu şəxsi kapitalının həcmi.
Əsas etibarilə Böyük Britaniyada işlənilən bu anlayış ABŞ-da leveric kimi adlandırılır. Bu göstəricidən müəssisənin maliyyə durumunu, eləcə də istehsal imkanlarının məhsuldarlığının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən cirinqin aşağı olması müəs sisə üçün müsbət göstərici hesab olunur. Çünki, borc kapitalının çoxluq təşkil etməsi müəssisə mənfəətinin daha çox hissəsinin faiz ödənişlərinə sərf olunmasına, bu da sərəncamda qalan mənfəətin həcminin azalmasına gətirib çıxarır.
“Clearstream” klirinq sistemi
Clearstream
Qiymətli kağızların klirinqi, tənzimləməsi və mühafizəsi üçün beynəlxalq sistem. Cedel İnternatio nal və Deutsche Borse Clearing şirkətlərinin birləşməsi nəticəsində 2000- ci ildə yaradılıb.
Ç
Çarpaz məzənnə
Cross rate (cross-course, cross currency pairs)
İki ölkənin valyutasının üçüncü bir valyutaya (adətən, ABŞ dollarına) nəzərən hesablanmış mübadilə məzənnələrinin nisbəti əsasında hesablanan mübadilə məzənnəsi. Məsələn:
1 USD = 0.8 AZN 1 USD = 31 RUR olarsa. çarpaz məzənnəyə görə: 0.8 AZN = 31 RUR.
Çatdırılma qiyməti
Delivery price
Fyuçers kontraktının müddətinin bitmə zamanı baza aktivlərinin çatdırılma qiyməti. Adətən, klirinq evi tərəfindən müəyyənləşdirilən hesablaşma qiymətini göstərir.
Baza aktivinin qiyməti gün ərzində hərəkətdə olduğu üçün çatdırılma qiyməti klirinq evləri tərəfindən müəyyən olunur.
Çatdırılma tarixi
Prompt date
Kontraktı icra etmək üçün məhsulun çatdırılmalı olduğu tarix.
Çek
Check (cheque)
1) Bankda və ya digər kredit təş- kilatlarında hesabı olan şəx sin həmin banka, yaxud kredit təşkilatına onun hesabında olan pul vəsaitinin bir hissəsinin və ya bütünlüklə başqa şəxsin hesabına köçürülməsi, eləcə də, nağd ödəniş şəklində başqa şəxsə, yaxud özünə verilməsi barəsində tapşırığın əks olunduğu qiymətli kağız. Qiymətli kağızın bir növü kimi çek özündə aşağıdakı məlumatları əks edir: (i) sənədin üzərində onun çek olduğunu təsdiq edən "çek" sözü.
(ii) ödənişi həyata keçirən subyek- tin (bankın və s.-nin) və hesabın adı;
(iii) ödənişi barəsində tapşırıq verilmiş pul vəsaitinin məbləği; (iv) çeki təqdim edən tərəfin rəsmi tapşırığını təsdiq edən imza; (v) ödənişin aparıldığı valyuta və s. Çek məhdud zaman müddətində (adətən 10 gün müddətində) qüvvədə olur. Yəni, tapşırıq alan tərəf çekin icrasını həmin müddət ərzində həyata keçirməlidir.
2) Alqı-satqı münasibətləri zamanı kassa mədaxilini təsdiq edən sənəd. Burada çek alqı-satqı münasibətlərinin həqiqiliyini sübuta yetirir və maliyyə, o cümlədən vergi nəzarətinin bir aləti kimi çıxış edir.
Çek İnvestisiya Fondu (ÇİF)
Cheque Investment Found
Müvafiq qanunvericilik və normativlər əsasında əhalidən özəlləşdirmə çeklərini qəbul edən, əvəzində özəlləşdirilən müəssisənin səhmlərini təqdim edən investisiya fondu, ixtisaslaşmış maliyyə institutu. Fond göstərilən fəaliyyət nəticəsində yerləşdirdiyi səhmlərə görə müvafiq səhmdar cəmiyyətdən divident əldə edir.
Çek-kaunter
Check-counter
Bankın öz müştərisinin hesabında olan pul vəsaitlərini bu və ya digər məqsədlər üçün istifadə etdiyi halda onlara təqdim etdiyi qəbz, çek.
Çevrilmiş gəlirlilik əyrisi
Inverted yield curve (negative yield curve)
Qısamüddətli aktivlərin uzun-müddətli aktivlərlə müqayisədə daha yüksək gəlirliliyi olduğu vəziyyəti əks etdirən əyri.
Çəkisiz/çəkili indekslər
Unweighted/weighted indices
Birja indeksləri iki üsulla - ya çəkili, ya da ki, çəkisiz üsulla hesablanır. Çəkisiz indekslər ədədi və ya həndəsi orta əsasında hesablanırlarsa, çəkili indekslərdə müəyyən qiymətli kağızların adətən öz bazar dəyərinə və ya başqa göstəriciyə görə hesablanmış çəkiləri nəzərə alınır.
Çəkmək
Weighting
İndeks və ya iqtisadi göstəricinin müxtəlif formalaşdırıa komponentlərinə verilən əhəmiyyətdir.
Çıxarış haqqı
Back-end load
İnvestorun qarşılıqlı investisiya fondundan və ya digər investisiya layihəsindən çıxdıqda (payını və ya səhmini satdıqda, pulunu götürdükdə) ondan tutulan birdəfəlik komissiya haqqı. Bu haqq iştirak müddəti nə qədər uzun olsa, bir o qədər az olur.
Çıxış istiqrazı
Exit bond
Alıcıya istənilən növbəti təkrar maliyyələşdirmədə iştirak etməkdən azad olma hüququ verən və əsasən az inkişaf etmiş ölkələr tərəfindən buraxılan aşağı faizli uzun müddətli istiqraz.
Çikaqo Əmtəə Birjası
Chicago Mercantile Exchange (CME)
ABŞ-ın Çikaqo şəhərində yerləşən və müxtəlif əmtəə, valyuta və maliyyə alətlərinin ticarət olunduğu birja.
Çikaqo Opsion Birjası
Chicago Board Options Exchange (CBOE)
Çikaqo opsion birjası səhmlərlə opsion sövdələşmələri üzrə ixtisaslaşmış birja. 1973-cü ildə yaradılmışdır və hazırda bu sahədə dünyanın ən böyük bazarıdır.
Çin səddi
Chinese wall
Maliyyə qurumlarının (İnvestisiya evi, İnvestisiya bankı, Broker şirkəti və s.) müxtəlif bölmələri arasında funksiyaların və məlumat axınlarının kəsişməməsi baxımından bölgüsünün aparılması və sərhədlənməsi. Müxtəlif bölmələr arasında maraq konfliktini əngəlləmək və qiymətlərə təsir edə biləcək məlumatın (məsələn, insayder informasiyasının) sızmasının qarşısını almaq məqsədi daşıyır. Məsələn, investisiya bankında "İnvestisiya məsləhəti" və "Broker fəaliyyəti" departamentləri arasında Çin divarı mövcuddur.
Çoxalan istiqraz
Multiplier bond
Bax: "Dovşan" istiqrazı.
Çoxmilli şirkət
Multinational
Təsis olunduğu ölkədən başqa ölkələrdə də fəaliyyət göstərən şirkət. Bu tip şirkətlər əsasən Amerika, Yaponiya və ya Qərbi Avro- pa şirkətləri olub kiçik ölkələrin çoxundan daha yüksək büdcəyə malikdirlər. Məsələn, Koka-kola, BMW, Nike.
D
Daxili gəlirlilik (rentabellik) səviyyəsi (norması)
Internal rate of return
İnvestisiya layihələrinin qiymətləndirilməsi zamanı istifadə olunan smeta gəlirliliyinin göstəricisidir.
Daxili xəbərdarlıq
House call
Müştərinin həyata keçirdiyi əməliyyatları davam etdirməsi üçün hesabında yetərincə vəsait olmaması haqqında broker tərəfindən xəb ərdarlıq edilməsi.
Daxili idarəetmə alışı
Management buyout (MBO)
Şirkətin rəhbərliyinin və /və ya icraçı direktorlarının mövcud səhmdarlardan şirkət üzrə nəzarət paketini alması.
Damno
Damno
1) Pulun real dəyəri ilə (əmtəə ekvivalenti ilə ölçülən) məzənnə dəyəri (xarici valyuta ilə müqayisədə) arasındakı mənfi fərq. Bu zaman pulun məzənnəsi onun real dəyərindən aşağı olur;
2) İnvestor tərəfindən ikinci bazarda qiymətli kağızın aşağı məzənnə ilə satılması. Bu əməliyyat nəticəsində investor ziyana uğramış olur;
3) Bankın, yaxud digər kredit təşkilatının inkassasiya əməliyyatları ilə bağlı xərcləri;
4) Vekselin inkassaya götürül- məsi ilə bağlı bankın müştəridən aldığı xüsusi haqq, ödəniş.
Daşınar əmlak
Movable property
Bir fiziki məkandan (yerdən) başqa fiziki məkana (yerə) sərbəst daşına bilən, daşınmaz əmlakdan fərqli olaraq torpağa birbaşa birləşməyən əmlak. Məsələn, nağd pul vəsaiti, pul sənədi, qiymətli kağız, əşya, ləvazimat və s.
Daşınmaz əmlak üzrə investisiya fondu
Realestate investmenttrust (REIT)
Fəaliyyətinin müstəsna predmeti kimi daşınmaz əmlakın alqısı, satqısı, təmiri və s. olan investisiya fondu.
Daşınmaz əmlak
Real property
Bir fiziki məkandan (yerdən) başqa fiziki məkana (yerə) sərbəst daşına bilinməyən, torpaq və bilavasitə torpağa birləşmiş əmlak. Məs, bina, tikili və s.
Data-veksel
Data-bill
Verildiyi, təqdim edildiyi zaman üzərində konkret ödəniş müddəti göstərilən veksel.
“Daun-tik” (“mənfi-tik”, düşmə, enmə)
Down tick (downtick)
Eyni qiymətli kağız üçün özündən əvvəlki əqd üzrə qeydə alınmış qiymətə nisbətən aşağı qiymətə əqd bağlanması. Belə əqdin qiyməti displeydə minus işarəsi ilə göstərilir.
“Dayan” sifarişi
Stop order
Müəyyən qiymətə çatdıqda qiymətli kağızın alqısına və ya satqısına dair brokerə verilən sifariş. Bu əməliyyat investora qiymətli kağızları sataraq itkilərini məhdudlaşdırmaq və ya bu kağızları alaraq gələcək qiymət artımından gəlir əldə etmək imkanı yaradır.
Dayandırmaq
Lay off
Bu termin əsasən şirkətin əlavə səhm buraxaraq şirkətin səhmdarları arasında yerləşdirməsi zamanı işlədilir və yerləşdirmə zamanı riskin aşağı salınması məqsədilə prosesin müvəqqəti dayandırılmasını ifadə edir.
“Dayan-zərər” sifarişi (“dayan” əmri, “dayan-itki” sifarişi)
Stop-loss order (S/L)
Qiymətli kağızın alışı və ya satışını bazar qiyməti müəyyən qiymətə çatdıqdan sonra həyata keçirmək haqqında brokerə verilən sifariş. Qiymət müvafiq həddə çatdıqdan sonra alış və ya satışı həyata keçirmək üçün əlavə təsdiq tələb olunmur və müvafiq qiymətdə sifariş tez-tez yerinə yetirilir. Bu əməliyyat investorun qiymətli kağızlar üzrə itkilərini məhdudlaşdırmaq məqsədi güdür.
Debet
Debit
İkitərəfli cədvəl formasında olan mühasibat hesabının sol tərəfidir. Pul vəsaitlərinin, əmtəə-material sərvətləri (məsələn, hazır məhsul, bitməmiş istehsal, material, yanacaq və sair) ehtiyatlarının vəziyyətini və hərəkətlərini qeyd etmək üçün istifadə olunan hesablarda debetdə hər ayın əvvəli üçün nəzərə alınan mövcud sərvətlər və ay ərzində onların daxil olması göstərilir.
Debet qalığı (balansı)
Debit balance
Müştərinin broker qarşısındakı borcunu göstərən marja hesabındakı məbləğ. Kreditin təminatçısı kimi onun vasitəsi ilə alınmış və broker tərəfindən saxlanan qiymətli kağızlar çıxış edir. Debet saldosuna faiz stavkaya görə müəyyən edilir.
Deflyasiya
Deflation
1) Əmtəə və xidmətlərin cari ilə qiymətlərinin bazis ili kimi görülmüş ilin qiymətlərinə yenidən hesablanması prosedurası (məsələn, ümumi milli məhsulun deflyatoru);
2) İnflyasiyanın azaldılması üçün tətbiq edilən və əsasən tədavüldən artıq pul kütləsinin müəyyən hissəsinin çıxarılmasına yönəldilmiş dövlət tədbirləri kompleksidir: qiymətli kağızların buraxılması, nağd pulun cəlb edilməsi üçün banklarda faiz dərəcələrinin artırılması, vergi vasitələri və pul islahatlarına və pul mübadiləsinə (denominasiya) qədər sair vasitələr. Belə ki, kreditlərin ödənişinin məhdudlaşılması (uçot dərəcəsinin qaldırılması nəticəsində) kapital qoyuluşlarının azaldılmasına gətirib çıxardığından deflyasiya son nəticədə işsizliyin genişlənməsinə səbəb olur;
3) İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azalması (inflyasiyaya əks olaraq), adətən 2-ci bənddə sadalanan tədbirlər nəticəsində makroiqtisadi tarazlığın pozulması, o cümlədən iqtisadiyyatda məcmu tələb səviyyəsinin aşağı düşməsi nəticəsində qiymətlərin azalması və bundan asılı olaraq istehsalın azalması ilə iqtisadi böhranın müşahidə olunması. Bu zaman iqtisadiyyatda inflyasiyanın əksi olan proses baş verir. Deflyasiya zamanı qiymətlərin ümumi səviyyəsi aşağı düşür, pulun alıcılıq qabiliyyəti artır (əks inflyasiya). Dövlət deflyasiya sindromunu aradan qaldırmaq üçün müxtəlif vasitələrlə antideflyasiya tədbirlərini həyata keçirir.
Defolt
Default
Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öh dəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır.
Dekholder
Deck holder
Birjada brokerlə müştəri arasında vasitəçilik xidməti göstərən şəxs. Dekholder müştərinin birja əməliyyatları ilə bağlı tapşırığını brokerə çatdırır.
Delistinq
Delisting
Fond birjasında təminatsız, yaxud aşağı təminatlı qiymətli kağızların listinqdən (alqı-satqı siyahısından) çıxarılması.
Delta hedcinq
Delta hedging
Opsion mövqeyinin deltasına mütənasib şəkildə əsas alətlərin alışı və ya satışı ilə riskləri sığortalamaq üçün opsion sahibi tərəfindən istifadə edilən metoddur. Adətən, ticarətçilər hər hansı bir bazarda neytral qalmağa çalışırlar.
Delta
Delta
Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici.
Məsələn, deltası 0,7 olan "Koll" opsiona nəzər salsaq görərik ki, baza aktivinin qiyməti hər dəfə 1 ABŞ dolları artdıqda, "Koll" opsi- onunun qiyməti 0,70 ABŞ dolları artım nümayiş etdirir.
Defolter
Defaulter
Pul, yaxud borc öhdəliklərindən qismən və ya tam şəkildə imtina edən, yəni defolt həyata keçirən iqti sa di subyekt.
Depo hesabı
Custody account
Depozitarda qiymətli kağızların uçotunun aparıldığı hesab.
Deponent
Deponent
1) Bankın depozitinə qiymətli əşya qoyan fiziki və ya hüquqi şəxs;
2) Müəssisənin və ya təşkilatın sərəncamında müvəqqəti olan pul məbləğinin məxsus olduğu fiziki və ya hüquqi şəxs;
3) Qiymətli kağızların qorunub saxlanması və ya qiymətli kağızlara olan hüquqların uçotu üzrə depozitariyanın xidmətlərindən istifadə edən, pul və ya qiymətli kağızları banka qorunmaq üçün verən fiziki və ya hüquqi şəxs.
Deponent həmçinin əmək haqqını vaxtında almayan işçilər və ayrı-ayrı təşkilatlar və şəxslərdir. Deponent edilmiş məbləğ şəxslərə onların tələbi ilə ödənilir, yaxud müəssisə və təşkilatlara keçirilir.
Deport
Deport
1) Qiymətli kağızın, yaxud valyutanın məzənnə üzrə dəyəri ilə qarşılıqlı razılaşma əsasında vaxtından öncə ödəniş edilən dəyəri arasında fərq;
2) Birja möhtəkirləri tərəfindən qiymətli kağızlar bazarında məzənnə mənfəəti əldə etmək məqsədi ilə qiymətli kağız məz ənnələrinin aşağı salınması istiqamətində aparılan birja əməliyyatı.
Depozit (əmanət) bankı
Deposit bank (bank of deposit)
Əhalidən əmanətləri qəbul edən bank. Belə banklar, əsasən, cəlb edilmiş depozitlər hesabına hesablaşma krediti və etibara (vəkalətə) əsaslanan əməliyyatları həyata keçirirlər. Başqa sözlə, bir qayda olaraq, belə banklar xüsusi şəxslərin, müəssisələrin, dövlət təşkilatlarının müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi, bu vəsaitlər hesabına uzun olmayan müddətə ssudaların verilməsi və qısa müddətli kommersiya vekselləri ilə uçot əməliyyatları üzr ə ixtisaslaşır və etibara (vəkalətə) əsaslanan müxtəlif əməliyyatları həyata keçirirlər.
Depozit sertifikatı
Certificate of deposit (CD)
Bank və ya digər maliyyə institutuna depozit (əmanət) qoyuluşuna görə qoyulmuş vəsaitin geri ödəniləcəyi tarixi və faiz dərəcəsini göstərən müqavilə üzrə müştəriyə təqdim olunan sənəd (qəbz). Kommersiya bankları və ya əmanət institutları tərəfindən buraxılan qısa və ya orta müddətli borc alətidir.
Depozit
Deposit
1) Hüquqi və fiziki şəxslərin, eləcə də digər iqtisadi subyektlərin banka qoyduqları pul vəsaiti. Azərbaycanda rəsmi terminologiya üzrə fiziki şəxslərin depozitləri əmanət adlanır;
2) Kredit təşkilatına saxlanca veri lən qiymətli kağızlar;
3) Müştərinin banka tələb formasında müraciətini təsdiq edən bank kitabçasındakı yazılış;
Gömrük rüsumları və ödənişl ərinin təminatı formasında gömrük orqanına edilən ödənişlər.
Depozitar
Depositary
1) Depozit qoyulan, yəni depoziti qəbul edən tərəf. Başqa sözlə, pul vəsaitlərini və ya digər qiymətliləri müvəqqəti cəlb edən və buna görə qarşı tərəfə haqq ödəyən şəxs (bank, kredit təşkilatı və s.);
2) Qiymətli kağızların cavabdehlik əsasında saxlanması və qorunması xidmətini göstərən peşəkar fond bazarı iştirakçısı;
3) Beynəlxalq müqavilələri təsdiq edən hüquqi sənədi saxlayan, qoruyan beynəlxalq qurum, dövlət.
Depozitar fəaliyyət
Depositary activity
Qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyətdir.
Depozitar sistemi
Depositary system
Bir-biri ilə "depo" hesabları açmaq vasitəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən depozitarların vahid sistemidir.
Depozitar Trast Şirkəti
Depository Trust Company (DTC)
Bu cür şirkətlər qiymətli kağızların təhlükəsiz saxlanılması və bu kağızlar üzrə klirinq əməliyyatının aparılması ilə məşquldur.
Depozitlərin sığortalanması
Deposit insurance
Banklar tərəfindən həyata keçiri lən sığorta növüdür və bankların iflas elan olunması zamanı əmanətçilərin əmanətlərinin qaytarılmasına onlar tərəfindən zəmanət verilir. Adətən, iqtisadi tənəzzüllər və böhranlar dövründə geniş ölçüyə malik olur. Əmanətlərin sığortalanması ABŞ-da xüsusilə geniş yayılmışdır. Belə ki, əmanətlərin sığortalanması burada 1933-cü ildə yaradılmış kreditlərin Federal sığorta korporasiyası tərəfindən həyata keçirilir. Federal Rezerv Sisteminin üzvü olan banklar üçün məhdud hədlərdə depozitlərin icbari sığortalanması qəbul edilmişdir (1981- ci ildən hər bir əmanətçi üçün 100 min ABŞ dolları). Bütün banklar depozitlərin könüllü sığortasını həyata keçirirlər.
Depressiya
Depression
İqtisadi tənəzzül prosesidir. İqtisadi tsikl dörd fazanı: eniş (böhran), depressiya (durğunluq), canlanma və yüksəlişi əhatə edir. Yüksəliş iqtisadi inkişaf əyrisinin yüksək nöqtəsi depressiya isə onun aşağı həddidir. Bununla belə qeyd olunmalıdır ki, depressiya iqtisadiyyat üçün gərəkli ola bilər. Belə vəziyyət iqtisadi sistemi daha səmərəli və canlı işləməyə vadar edir. Vurğu- lanmalıdır ki, depressiya yeni iqtisadi tsiklin başlanğıcıdır.
Derivativlər (törəmə qiymətli kağızlar)
Derivatives
Baza aktivindən (qiymətli kağız, əmtəə və s.) törəyən və ya baza aktivinin qiymətinə bağlı olan qiymətli kağızlar.
Əsasən hedcinq və spekulyasiya məqsədilə istifadə olunur. Adətən yüksək leverecə malikdir və nəticədə baza aktivinin qiymətinin azacıq dəyişməsi derivativ alətin qiymətində böyük dəyişikliklərə səbəb ola bilər. Əsas növləri fyuçerslər, forvardlar, opsionlar, svoplardır.
Devalvasiya
Devalvation
Milli valyuta məzənnəsinin xarici valyutaya nisbətdə, yaxud milli pul nişanlarının real qızıl tutumunun (tərkibinin) aşağı düşməsi. Devalvasiya ölkə iqtisadiyyatında baş verən müxtəlif maliyyə böhranları, yaxud qeyri-tarazlığı, o cümlədən inflyasiya, tədiyyə balansında uzun müddət davam edən kəsrli vəziyyətin nəticəsi kimi baş verir. Devalvasiya prosesi dövlətin bu prosesə müdaxiləsi baxımından 2 qrupa ayrılır: açıq devalvasiya, qapalı devalvasiya. Açıq devalvasiya - dövlət tərəfindən milli valyutanın əhəmiyyətli həcmdə dövriyyədən yığılması, yaxud dəyərdən düşmüş milli pul nişanələrinin yeniləri ilə əvəz edilməsi yolu ilə milli valyuta məzənnəsinin qaldırılması.
Qapalı devalvasiya - dövlətin məqsədli müdaxiləsindən kənar ölkə iqtisadiyyatında baş verən devalvasiya prosesi. Bu zaman köhnə pul nişanələrinin yeniləri ilə əvəz olunması, yaxud dövriyyədən zəruri miqdarda milli valyutanın yığılması həyata keçirilmir.
Bunlarla yanaşı, rəqabət devalva- siyasına da rast gəlinir. Bu, dünya bazarında milli məhsulların rəqabət qabiliyyətini artırmaq, beləliklə də milli ixracı stimullaşdırmaq üçün dövlət tərəfindən məqsədli şəkildə həyata keçirilən devalvasiyadır. Bu zaman xarici valyutaya nisbətdə milli.
Dəyər
Value (cost)
1) Hər hansı aktivin pul ilə ifadə olunmuş qiyməti.
2) İstehsal olunmuş aktivin məcmu xərclərini özündə əhatə edən ödənilmiş və ya razılaşdırılmış qiyməti.
3) İstehsal olunmuş əmtəəyə sərf olunan ictimai əmək.
Açıq bazar əməliyyatlarında qiymətli kağızların formalaşan dəyəri onların bazar dəyəri adlanır.
Qiymətli kağızın pul ifadəsində üzərində göstərilən dəyəri onun nominal dəyəri adlanır.
Dəyər, s ığorta və fraxt (SİF)
Cost, insurance and freight (CIF)
Satıcının əmtəənin çatdırılma nöqtəsinə qədər bütün xərclərini (sığorta və gəmi xərcləri daxil olmaqla) ödəməli olduğunu ifadə edən ticarət termini. Əmtəələrin dəniz ticarətində istifadə olunur.
Dəyərin azalmasına görə zərər
Impairment loss
Aktivin balans dəyərinin onun bərpa dəyərindən artıq olduğu məbləğ.
Dəyişən ödəniş dəyərli istiqraz
Bond variable redemption
Ödəniş dəyəri ABŞ dolları/Yaponiya yeni, ABŞ Xəzinədarlığının is- tiqrazının vəziyyəti, birja indeksi və valyuta məzənnəsi ucuzlaşır və ölkə daxilində istehsal olunmuş məhsul dünya bazarında daha aşağı qiymətə malik olur. Beləliklə, qiymət amilinə görə bu məhsullar dünya bazarında yüksək rəqabət qabiliyyəti qazanır.
Dezintermediasiya
Disintermediation
1) Qiymətli kağızlar bazarında faiz dərəcələrinin artdığı şəraitdə fiziki və hüquqi şəxslər tərəfindən bank depozitlərinin geri götürülməsi;
2) Kredit vəsaitlərinin xaricə axını, hərəkəti nəticəsində pul-kredit resurslarının milli bank kredit sistemindən ayrılması, çıxması;
3) Bankların, yaxud digər kredit təşkilatlarının birbaşa emitentə çevrildikcə qiymətli kağızlar bazarında vasitəçilik fəaliyyətindən imtina etməsi, uzaqlaşması;
Yerli maliyyə institutlarının vasitəçilik funksiyalarından müxtəlif səbəblər üzündən imtina etməsi.
Dərəcə (bənd)
Point
Qiymətli kağızların və valyuta məzənnələrinin və indekslərin kəmiyyətlərinin dəyişmələrini ölçmək üçün istifadə edilən ölçü vahidləri.
Kreditin bir faiz dəyəri. Səhmin bir ABŞ dolları dəyəri. İstiqrazın nominal dəyərinin 1 faizi. ya qızılın qiyməti kimi dəyişənlərlə əlaqədar olan istiqraz.
Dəyişkən dərəcə
Variable rate
Sabit olmayan (artım, faiz və s.) dərəcə.
Dəyişkənlik indeksi (qeyri-sabitlik indeksi)
Volatility index
Texniki təhlildə istifadə edilir. Hər bir verilmiş zaman müddətində orta qiymətin dinamikasını ölçən bir trendə riayət edən təhlildir.
Diler
Dealer
1) Birjada vasitəçilik funksiyasını həyata keçirən, o cümlədən şəxsi maliyyə vəsaitlərindən istifadə etməklə qiymətli kağızların, valyutala rın, eləcə də digər qiymətlilərin öz adından və öz hesabına alqı-satqısını həyata keçirən peşəkar iştirakçı;
2) Öz adından və öz hesabına məh sul istehsalçısından topdansatış formasında məhsul əldə edən və onu pərakəndə formada reallaşdıran kommersiya subyekti, hüquqi və ya fiziki şəxs.
Dilerlərarası broker
Inter-dealer broker
İstiqraz və ya birjadankənar törəmə qiymətli kağızları bazarında fəaliyyət göstərən və dilerlərarası ticarəti təmin etmək üçün əsas dilerlər arasında vasitəçi rolunu oynayan broker.
Diplomlu maliyyə analitiki
Chartered financial analyst (CFA)
Diplomlu Maliyyə Analitikləri İnstitutunun (1990-cı ildən etibarən İnvestisiya menecmenti və tədqiqatları Assosiasiyası) diplomuna almış mütəxəssis. Müvafiq diplomu almaq üçün namizədlər 3 mərhələdən ibarət olan imtahanlardan keçməlidirlər və qiymətli kağızlara investisiya qoyuluşları, portfelin idarə edilməsi, uçot, maliyyə təhlili, etik davranış qaydaları və s. bu kimi sahələr üzrə zəruri biliklərə malik olduqlarını nümayiş etdirməlidirlər.
Direktorlar şurası (İdarə heyəti)
Board of directors
Səhmdar cəmiyyətinin kollegial idarəetmə orqanı. Bu orqanın üzvləri səhmdarların ümumi yığıncağında seçilir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli” strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı, bu şirkətdən asılı olmayan xarici üzvlər də daxil olur. "Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Direktorlar Şurası funksiyasını İdarə heyəti yerinə yetirir.
Diskont (endirim)
Discount
Ümumilikdə nəyinsə adi qiymətindən ucuz satışını ifadə edir. Aktivin diskontlu satışı onun dəyərinin bazar qiymətindən yüksək olmasını ifadə edir.
Diskont dərəcəsi
Discount rate
1) Mərkəzi Bank tərəfindən kommersiya banklarına verilən qısa müddətli borcun faiz dərəcəsi. Bu cürə borclanmaq limitli olduğu üçün kommersiya bankları adətən digər borclanma mexanizmlərindən istifadə edirlər;
2) Gələcək pul axınlarının cari dəyərinin hesablanmasında istifadə olunan faiz dərəcəsi.
Diskont gəlirliliyi
Discount yield
Diskontlu borc qiymətli kağızların gəlirliliyi.
Diskont pəncərəsi
Discount window
Kommersiya banklarının Mərkəzi Bankdan borclanma mexanizmi. Mərkəzi Bank bu mexanizm vasitəsilə kommersiya banklarına qısa müddətli borc verərək onların likvidlik problemini aradan qaldırır. Bu mexanizmdən istifadə edən banklar Mərkəzi Banka diskont dərəcəsi həcmində faiz ödəyirlər.
Diskontlaşdırılmış pul axını
Discounted cash flow
İnvestisiya imkanlarının gəlirli olub olmamasını ölçən qiymətləndirmə metodu. İnvestisiyanın dəyərinin müəyyənləşdirilməsi məqsədilə investisiyadan gələcəkdə gözlənilən pul axınlarının diskont faiz dərəcəsi istifadə olunmaqla cari dəyəri hesablanır. Əgər diskontlaşdırılmış pul axını üsulu ilə əldə olunmuş dəyər qiymətləndirilən investisiya imkanlarının xərcindən yüksəkdirsə, investisiya məqsədə- uyğun sayıla bilər.
Diskontlaşdırılmış pul axını metodu həmçinin şirkətin dəyərinin hesablanması zamanı istifadə olunur.
Diskresion (ixtiyar) hesab
Discretionary account
Müştəri ilə razılaşdırmadan əməliyyatlar aparılabiləcək müştəri hesabı.
Diskresion (ixtiyar) sifariş
Discretionary order
Brokerə əməliyyatı nə vaxt və hansı qiymətə yerinə yetirməsi seçimini etmək hüququnu verən sifariş.
Diversifikasiya
Diversification
Portfelin ümumi riskini azaltmaq məqsədilə investisiyanı fərqli tipli qiymətli kağızlar və müxtəlif sahələrdə olan şirkətlər arasında yaymaq strategiyası.
Divident daxil olmaqla
Cum dividend
Alıcının səhm üzrə elan olunmuş, lakin ödənilməmiş dividenti almaq hüququna malik olması.
Səhm dividentdənkənar satış gününə qədər divident daxil olmaqla, həmən gündən başlayaraq isə divident hüquqları nəzərə alınmadan ticarət olunur.
Divident diskontlaşdırma modeli
Dividend discount model
Şirkətin səhminin qiymətinin gələcəkdə gözlənilən dividentlərin diskont faiz dərəcəsi istifadə etməklə cari dəyərinin hesablanması üsulu. Divident Diskontlaşdırma Modelinə əsasən bu model nəti cəsində əldə olunan dəyər şirkətin səhminin cari dəyərindən çox olarsa, səhmin dəyəri normaldan aşağıdır.
Bu dəyərləndirmə metodu divident ödəməyən şirkətlər üçün yararsızdır.
Divident
Dividend
Ümumi yığıncağın qərarı ilə şirkətin gəlirinin səhmdarlara paylanılan hissəsi. Dividentlər nəğd pul, səhm və əmtəə formasında ola bilər.
Dividentin gəlirliliyi
Dividend yield
İllik dividentlərin səhmin qiymətinə olan nisbətidir. Çox zaman divident gəlirliliyindən səhm üzrə əldə olunan gəlirin həcmini müəyyən etmək üçün istifadə edilir. Yüksək gəlirlilik yüksək divident və ya şirkətin bazar reytinqinin aşağı olmasına baxmayaraq, səhmlərin qiymətinin azalması ilə nisbətin cəlbedici görünməsi deməkdir. Aşağı gəlirlilik sürətli artım gözləntiləri fonunda şirkətin səhmlərinin qiymətinin yüksək olması və ya şirkətin gəlirlərinin əksər hissəsinin bölüşdürməməsi, onları yenidən biznesə yatırmaq üçün nağd formada saxlamağa üstünlük verməsi deməkdir.
Dividentin ödəniş günü
Pay date
Dividentin səhm sahibinə ödənilməli olduğu gün.
Dividentin ödənməsi
Dividend cover
Şirkətin vergi ödənişlərindən sonra yerdə qalan gəlirlərinin elan olunmuş dividentlərinə və ya faizlərinə nisbəti.
Dividentin ötürülməsi
Passing the dividend
Səhmdarlara səhmlər üzrə gəlir lərin bu və ya digər səbəbdən ödənilməməsi. Termin müəssisənin elan edilmiş və ya gözlənilən dividenti ödəyə bilməməsini ifadə edir. Müəssisənin vəsaitləri olmaya, yaxud o, bərpa mərhələsində ola bilər, buna görə də nağd pulu bilavasitə müəssisənin inkişafına investisiya edə bilər.
Dividentlərin avtomatik təkrar (yenidən) investisiyası planı
Dividend reinvestment plan (DRIP)
Fondun səhmdarları və mülkiyyətçiləri tərəfindən divident ödəyicisinin ödədiyi dividentlərin avtomatik olaraq həmin şirkətin səhmlərinin alınmasına yönəldilməsi sxemidir.
Dividentlərin ayrılması
Dividend stripping
Normaldan daha çox dividentlərin ödənilməsi fikri ilə dividentlərin ödənilməsi vaxtından bir az əvvəl səhmlərin alınmasını təcəssüm etdirən möhtəkirlik strategiyası.
Dizajio
Disagio
1) qiymətli kağızların (pulun, faiz li kağızların, veksellərin) birja sövdələşməsi zamanı onların məzənnəsinin nominaldan aşağı kənarlaşması;
2) nağd əmtəənin qiyməti ilə müddətli sövdələşmə üzrə əmtəənin qiyməti arasında mənfi fərq.
Dolama
Churning
Broker tərəfindən özünün komissiya haqqını artırmaq məqsədi ilə müştərinin hesabına həddindən artıq fəal sövdələşmələr (olduqca qısamüddətli) aparılması. Bu müştərinin hesabında mövqelərin tez-tez açılması və bağlanması ilə müşayiət olunur və birja qaydalarına görə qadağandır.
Dolayı kotirovka
Indirect quotation
Daxili valyutanın bir vahidinin mübadilə olunduğu xarici valyuta vahidinin miqdarını göstərən terminidir. Məsələn, ABŞ-da dolayı kotirovkaya ən sadə misal kimi funt sterlinq/dollar məzənnəsini göstərmək olar. ABŞ bankları beynəlxalq əməliyyatlarında dolayı kotirovkadan, daxili əməliyyatlarında isə birbaşa kotirovkadan istifadə edirlər.
Dollar dəyərinin ortalanması
Dollar cost averaging
Qiymətli kağızların dövrü olaraq müəyyən olunmuş dollar dəyəri ilə alınması sistemi. Bu sistem çərçivəsində investorlar alış zamanı səhmlərin sayını deyil, daha çox dollar dəyərini nəzərə alırlar. Hər bir investor eyni miqdarda dollara malik olduğu təqdirdə, qiymət aşağı olduqda ödənişlər vasitəsilə daha çox səhm alınır, qiymət qalxdıqda isə əksinə, daha az səhm alınır. Beləliklə də, investorlar əlverişli və əlverişsiz vaxtlardan asılı olmayaraq, dövrü alışları davam etdirdikdə və səhmlərin satıldığı qiymət onların orta dəyərindən yüksək olduqda qiymətlərdə müşahidə olunan müvəqqəti enişlər investorlar üçün faydalı olacaqdır. Dollar dəyərinin ortalanması mənfəəti təmin etmir və enişli bazarlarda itkilərdən müdafiə etmir. Dollar dəyərinin ortalanması qiymətli kağızların qiymətində müşahidə edilən təlatümlərdən asılı olmayaraq, onlar üzrə davamlı investisiya qoyuluşlarını təmin etdiyi üçün investorlar qiymətlərin aşağı düşdüyü vaxtda alışları davam etdirmək üçün maliyyə potensialını nəzərdən keçirməli olurlar.
Dollarlaşma
Dollarization
Ölkəni əhalisinin milli valyuta ilə yanaşı və ya əvəzinə digər ölkənin valyutasından istifadəsi. Dollarizasiyanın əsas səbəbi digər ölkələrin valyutasının milli valyutaya nisbətdə daha stabil olmasıdır.
Dollarizasiyanın mənfi cəhəti isə digər ölkənin valyutasını qəbul etməklə ölkənin monetar siyasəti həyata keçirə bilməməsidir.
Domisilləşmə
Domiciliation
Bank hesabına malik olan şəxsin banka onun vekselləri üzrə tədiyyəni tənzimləmək hüququ verməsi əməliyyatı. Kommersiya vekseli üzrə tədiyyənin həyata keçirildiyi yer - tədiyyənin domisilidir (yaşayış yeridir). Domisilləşmə təcrübəsi: (i) uçot əməliyyatlarının həyata keçirilməsi zamanı daha əlverişli vergiqoyma və ən yaxşı şərtləri alaraq bankla işə üstünlük verən vekseli təqdim edən üçün; (ii) öz vəsaitlərini banka qoyan və tədiyyənin həyata keçirilməsi üçün onların tutulmasına ehtiyacı olmayan köçürmə vekseli üzrə tədiyyəçi üçün; (iii) bankir üçün (belə ki, o, tədiyyə qaydalarının sadələşdirilməsinə nail olur və öz müştərilərinin işləri haqqında ən yaxşı təsəvvürə malik olur); (iv) bütövlükdə iqtisadiyyat üçün (belə ki, tədavül xərcləri azalır - az nağd pul tələb olunur) fayda təmin edir.
Dou nəzəriyyəsi
Dow theory
Çarlz Dou tərəfindən irəli sürülən fond bazarının konyukturasının səhmlərin qiymətlərinin (sənaye və n əqliyyat üzrə Dou-Cons indekslərinin) dəyişməsi əsasında təhlili nəzəriyyəsi. Bu nəzəriyyəyə görə, indekslərin əvvəllər qeydə alınmış maksimal hədləri keçməsi bazarın yüksəlişə meyilli olmasına, əksinə, indekslərin əvvəllər qeydə alınmış minimal hədlərdən aşağı düşməsi isə bazar enişə meyilli olmasına dəlalət edir.
Dou-Cons Sənaye (Səhmləri) İndeksi
Dow Jones Industrial Average
(DJIA) ABŞ s əhm bazarlarının ən qədim barometrlərdən biridir. DCSİ və ya Dou Cons həm dünyanın ən böyük fond birjalarında səhm qiymətləri üçün bençmark olduğuna görə və həmdə ABŞ iqtisadiyyatının dünyadakı əhəmiyyətinə görə bütün dünyada investorlar tərəfindən izlənilir. İndeks özünə yalnız NYFB-na daxil olan 30 ən böyük ABŞ səhmini daxil edir. Bu indeks iştirakçı səhmlərin qiymətlərinin sadə ədədi ortası kimi hesablanır. Üzv şirkətlərin bazar kapitallaşmasında heç bir çəkisi yoxdur, belə ki, ən böyük və ən kiçik iştirakçının qiymətində baş verən eyni faiz dəyişikliyi indeksdə eyni effektə malik olur.
“Dovşan” istiqrazı
Bunny bond
Sahibinə alacağı faiz ödənişlərini həmin növdən olan əlavə istiqrazlara dəyişmək imkanı verən istiqraz.
Dönərli
Negotiable
1) Maliyyə alətinin ödəniş vasitəsi kimi digər tərəfə verilmə və ya satılma imkanı. Dönərli maliyyə aləti səlahiyyətin verilməsi və ya çatdırılma vasitəsilə transfer oluna bilən sayılır. Dönərli maliyyə alətinə misal olaraq bank çekini göstərmək olar. Çünki, ödənişin aparılması üçün onu yazmaq və ya ödəniş üçün digər şəxsə transfer etmək olar.
2) Müqavilənin və ya razılaşmanın dəyərini və ya digər şərtlərini uyğunlaşdırmaq imkanı. Məsələn, qiymət üzrə danışıq aparmaq mümkün olduqda bu o deməkdir ki, satıcı qiyməti aşağı sala bilər.
Dönərli imtiyazlı səhmlər
Convertible preference share
Təsbit edilmiş konversiya qiyməti ilə adi səhmlərə çevrilə bilən imtiyazlı səhm. İmtiyazlı və ya üstün tutulan səhmlər sahibinə şirkət tərəfindən adi səhmlər üzrə ödənişlər edilməzdən öncə hər hansı bir dividentə görə öncədən iddia hüququ verir.
Dönərli istiqraz
Convertible bond
Şirkətin göstərilən müddət ərzində əvvəlcədən müəyyən olunmuş sayda səhminə d əyişdiriləbilən istiqraz.
Bu tip istiqrazın dəyəri ekvivalent adi istiqrazın dəyərindən yüksək olur. Səhmin qiyməti müəyyən səviyyədən yuxarı qalxdıqda inves tor istiqrazı konvertasiya etmək də maraqlı olur.
Dönmə (keçid) nöqtəsi
Break-point
Açıq investisiya şirkətinin səhmlərinin əldə edilməsində investora güzəşt imkanı verən investisiya məbləği.
Dördüncü dərəcəli bazar
Fourth market
İnstitusional investorlar arasında kompüter şəbəkəsi üzərindən iri həcmli qiymətli kağızların alqı-satqı bazarı.
Dövlət bankı
National/state bank
Dövlətin mülkiyyətində olan və dövlət orqanları tərəfindən idarə olunan bank. Bu cür banklara hər şeydən əvvəl ölkənin Mərkəzi bankı aiddir. Lakin kommersiya bankları, eləcə də digər xüsusi kredit idarələri dövlət bankları ola bilər.
Dövlət borcu
National/government/public debt
Dövlətin hər hansı bir orqanının malik olduğu borc. Dövlət gəlirlərinin çoxunu əhalidən alınan vergilər təşkil etdiyi üçün dövlət borcu həm də vergi dolayı yolla ödəyicilərinin borcu sayılır. Dövlət adətən dövlət istiqrazlarının buraxılışı yolu ilə borclanır və bu istiqrazlar yerli və ya xarici valyutada ola bilərlər.
Dövlət istiqrazları
Government bonds
Dövlət tərəfindən buraxılan borc qiymətli kağızları. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub, hər hansı bir fövqəladə hadisə ilə əlaqədar tələb olunan xərclərin (məsələn, hərbi xərclər) qarşılanması və ya bu və ya digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaitin əldə olunması məqsədi güdür. Bu zaman borcalan kimi dövlət çıxış edir. Bir qayda olaraq, dövlət istiqrazının yerləşdirilməsi borcverənlər tərəfindən bu istiqrazların alınması yolu ilə həyata keçirilir ki, bu zaman borcverən borcalandan təqdim edilən pul vəsaitinə və ya digər əmlaka görə müəyyən edilmiş faiz gəlirləri və ya dövlət istiqrazının tədavülə buraxılma şərtləri ilə nəzərdə tutulmuş digər hüquqları əldə etmiş olur.
Dövlət krediti
State credit
Dövlətin kreditor, borcalan və ya zəmanətçi kimi çıxış etdiyi kredit münasibətidir və bu zaman borcverən və ya borcalan rolunda dövlət özü çıxış edir.
Dövlət ortamüddətli istiqrazları (xəzinə notu)
Treasury note
Öhdəlik müddəti 2 ildən 10 ilədək olan dövlət borc qiymətli kağızları.
Dövlət zəmanəti
State guarantee
Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verilmiş öhdəliyi üzrə borcunun tam məbləğdə və ya qismən ödənilməsinə dair dövlət öhdəliyi.
Dövri səhmlər
Cyclical stock
Bazar dəyəri iqtisadi dövrlərdən asılı olan (məsələn: avadanlıq istehsalı sahəsi, metallurgiya və digər baza sənaye sahələri) səhmlər. Belə səhmlərin bazar dəyərinin hərəkəti işgüzar dövrə uyğun olur. Dövrün yüksəliş mərhələsində artır, tənəzzül mərhələsində isə azalır.
Dövriyyə (pul) vəsaitləri balansı
Cash flow statement
Müəyyən müddət ərzində müəssisəyə daxil olan pul vəsaitləri ilə müəssisənin xərcləri arasındakı nisbəti ifadə edən maliyyə cədvəli (balans).
Dövriyyə kapitalı
Working capital
1) Məhsuldar kapitalın bir hissəsi olmaqla dəyəri istehsal olunmuş məhsulun üzərinə tam keçən və məhsulun reallaşmasından sonra pul və ya dəyər formasında geri qayıdan, başqa sözlə, istehsal prosesi zamanı birbaşa istehsal olunmuş məhsulun, göstərilən xidmətin, görülən işin üzərinə qoyulan kapital;
2) Şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bilən aktivlər. Dövriyyə kapitalı pul vəsaitlərindən, asan reallaşan qiymətli kağızlardan, debitor borclarından, material-istehsal ehtiyatlarından, hazır məhsuldan, bitməmiş istehsaldan, materiallardan, dəst məmulatlardan və g ələcək dövrün xərclərindən formalaşır. Dövriyyə kapitalı likvidlik meyarına - müəssisənin vəsaitlərinin nağd pula çevrilməsi qabiliyyətlərinə görə qiymətləndirilir və şirkətin maliyyə vəziyyətinin sabitliyinin vəziyyətini göstərir.
Dövriyyə vəsaitləri (aktivləri)
Working assets (circulating assets)
Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsal, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir (kassada və bankda olan pul vəsaitləri, tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsidir)
Düşmüş mələklər
Fallen angels
Buraxılış zamanı investisiya dərəcəsindən yüksək reytinqə malik olan, lakin sonradan reytinqi əhəmiyyətli dərəcədə düşən istiqrazlar.
E
Effektiv faiz dərəcəsi
Effective interest rate
Maliyyə alətinin gözlənilən ömrü və ya uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdıran faiz dərəcəsidir. Effektiv faiz dərəcəsini hesablayan zaman müəssisə, maliyyə alətinin (məsələn, avans ödəmələr, alıcı opsionu və oxşar opsionlar) bütün müqavilə şərtlərini nəzərə almaqla pul vəsaitləri daxilolmalarını qiymətləndirməli, lakin gələcək kredit zərərlərini nəzərə almamalıdır. Effektiv faiz dərəcəsinin hesablanmasına effektiv faiz dərəcəsinin tərkib hissələri olan, müqavilənin tərəfləri arasında ödənilmiş və qəbul edilmiş bütün haqlar və digər məbləğlər, əməliyyat məsrəfləri və bütün digər mükafat və ya güzəştlər daxil edilir. Pul vəsaitləri axını və oxşar maliyyə alətləri qru- punun gözlənilən ömrünün etibarlı qiymətləndirilə bilməsi haqqında fərziyyə mövcuddur. Buna bax- mayaraq, pul vəsaitləri axını və ya maliyyə alətinin (maliyyə alətləri qrupunun) gözlənilən ömrünün etibarlı qiymətləndirilməsinin mümkün olmadığı nadir hallarda, müəssisə maliyyə alətinin (maliyyə alətləri qrupunun) müqavilə şərtləri üz rə olan pul vəsaitləri axınını bütün müqavilə müddətinə tətbiq etməlidir.
Effektiv faiz metodu
Effective interest method
Maliyyə aktivi və ya maliyyə öhdəliyinin (və ya maliyyə aktivləri və ya maliyyə öhdəlikləri qrupunun) amortizasiya edilmiş dəyərinin hesablanması və faiz gəliri və ya faiz xərclərinin aid olduqları dövrlər üzrə bölüşdürülməsi metodudur.
Effektiv valyuta məzənnəsi
Effective exchange rate
Müəyyən ölkənin valyutasının ticarət və kapitalın hərəkəti üzrə əsas tərəfdaş ölkələrinin valyutalarının daxil olduğu valyuta səbətinə nəzərən hesablanmış orta çəkili məzənnəsi. Effektiv valyuta məzənnəsi göstərilən səbətə daxil olan valyutalarla ikitər əfli məzənnələrinin müvafiq ölkələrin ticarət və kapitalın hərəkəti üzrə dövriyyəsində malik olduğu paya uyğun orta çəkili indeksi kimi hesabanır.

  

Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (30.09.2014) | Müəllif: R.C E W
Baxış: 430 | Reytinq: 3.5/2
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more