Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Uman yerdən küsərlər-2 (Məqalə)
<< 1 / 2 >>
3.


     Biz, yuxarıda Ümumittifaq ədəbi prosesindən danışarkən, dolayısı ilə məsələyə toxunduq ki, bu gün milli ədəbiyyatçıların qarşılıqlı təsiri və zənginləşməsi prosesindən sərf-nəzər etmək, əslində, ümumiyyətlə, ittifaq miqyaslı ədəbi prosesdən kənarda qalmaq deməkdir. Biz, Azərbaycan ədəbiyyatı ilə əlaqədar qarşılıqlı təsirlənmə və zənginləşmə prosesini özümüz açıqlamalıyıq (Q.Qasımzadənin, yaxud Ş.Qurbanovun ayrı-ayrı məqalələrində olduğu kimi), özümüz öyrənməli və bunu elmi şəkildə sübuta yetirməliyik, əks-təqdirdə qarşıya anlaşılmazlıqlar, səriştəsizlikdən, bələd olmamaqdan irəli gələn birtərəfli mühakimələr çıxa bilər və nəticə etibarilə də bundan milli ədəbiyyatımızın mənafeyi uduzar.
     Son illərdə tənqidçilərimiz və ədəbiyyatşünaslarımız xaricdə, xüsusən, Yaxın Şərq ölkələrində Azərbaycan ədəbiyyatına dair nəşr olunan kitabları, məqalələri izləməyə çalışır, onların haqqında respublika mətbuatında çıxış edirlər. Bu ləyaqətli işdə biz akademik Həmid Araslının «Orxan Şaiq Gökyaya açıq məktub», mərhum professor M.Quluzadənin «Aşıq Ələsgərin Türkiyədə nəşr olunmuş şerlərinə dair» adlı məqalələrini, Nüşabə Araslının «Nizami və türk ədəbiyyatı» monoqrafiyasını, professor Abbas Zamanovun, Murtuz Sadıqovun, Həmid Məmmədzadənin, Həbib Babayevin, şair Söhrab Tahirin, jurnalist-ədəbiyyatçı Sirusun fəaliyyətini xüsusi qeyd etmək istərdik. Eyni zamanda, son illərdə bizim Həmid Araslı, Məmməd Cəfər, Məhəmməd Hüseyn Təhma- sib, Abbas Zamanov, Mirəli Seyidov kimi tənqidçi və ədəbiyyatşünaslarımızın Azərbaycan ədəbiyyatı məsələlərinə həsr olunmuş məqalələri İran, Türkiyə, İraq və başqa ölkələrin dövri mətbuatın- da çap olunmuş, A.Zamanovun «Sabir və müasirləri», M.Sultanovun Xaqani haqqındakı monoqrafiyalan İranda fars dilində nəşr edilmişdir. Ötən illərin ən diqqətəlayiq cəhətlərindən biri də budur ki, bizim tənqidçi və ədəbiyyatşünaslarımız Cənubi Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlanmışdır və bu baxımdan «Azərbaycan» jumalınm, «Ədəbiyyat və incəsənət» qəzetinin çap etdiyi materiallar son illərin sevindirici hadisələrindəndir. Həmin materiallar, məqalələr ədəbi həyatımızdakı vətəndaşlıq təmayü- lünün layiqli ifadəsi kimi qiymətlidir. Bu yazıların ən yaxşılannda yalnız müasir Cənubi Azərbaycan ədəbiyyatı haqqmda qiymətli məlumatlar verməklə kifayətlənilmir, həm də ədəbiyyatda baş verən proseslərin siyasi-ictimai mənası açılır, bədii-estetik keyfiyyətləri müəyyənləşdirilir. Lakin bütün bu fərəhli cəhətlərlə bəra- bər, deməliyik ki, tənqidçi və ədəbiyyatşünaslarımızın xarici ölkələrlə ədəbi əlaqələr sahəsindəki fəaliyyəti bir küll halında bizi qane etmir və bu gün, biz, yalnız ayrı-ayrı müəlliflərin ayrı-ayrı əsərlərində deyil, bütövlükdə Azərbaycan ədəbi tənqidində bu fəaliyyətin daha dolğun və daha vüsətli inikasını görmək istəyirik. Cənubi Azərbaycan ədəbiyyatmm problemləri ilə əlaqədar biz yüksək vətəndaşlıq qayəsi ilə, ürəyimizin odu, alovu ilə yazılmış məqalələri təsadüfdən-təsadüfə mütəmadi olaraq, bir zəruriyyət kimi mətbuat səhifələrində oxumaq istəyirik.
     Biz tez-tez qarşılıqlı ədəbi əlaqə və təsirdən danışırıq. Cavanları və ümumiyyətlə, bütün oxucuları dünya ədəbiyyatmı mənimsəməyə çağırırıq, qəribədir, eyni zamanda da, belə bir əlaqə və mənimsəmə işində əsas məsələlərdən biri olan tərcümə problemləri ilə az məşğul oluruq. Mövcud vəziyyət isə xeyli artıq bir fəaliyyət tələb edir, çünki bizdə həm ədəbiyyatın dilimizə tərcümə olunması, həm də ədəbi tənqidin bədii tərcümə prosesinə münasibəti və müdaxiləsi yarıtmaz vəziyyətdədir. Tənqid və tərcümə problemi dedikdə, biz əsas iki cəhəti nəzərdə tuturuq: birincisi, tərcümə məsələlərinin tənqiddə işıqlandırılması, ikincisi isə, tənqidin özünün tərcümə olunması.
     Düzdür, ötən dövr ərzində biz C.Məmmədovun, B.Nəbiyevin, M.Vəkilovun, T.Rüstəmovun, V.Qafarovun, S.Məmmədzadənin, A.Əbilovun və başqalarının tərcümə məsələlərinə həsr olunmuş bir sıra məqalələrinə təsadüf etmişik. B.Tahirbəyov, F.Vəlixanova kimi ədəbiyyatşünaslarımız tərcümə nəzəriyyəsi ilə məşğul olurlar. Lakin ümumilikdə tənqid Azərbaycan tərcümə ədəbiyyatının müasir vəziyyəti və vəzifələri baxımından çox az iş görmüşdür. Onun problematikası diqqətdən kənarda qalmışdır, tərcümə nəzəriyyəsi təcrübə ilə vəhdət şəklində, həm də effektli surətdə işlənməmiş və ədəbi prosesə tətbiq edilməmişdir.
     Bəzən rus və dünya ədəbiyyatının böyük klassiklərinin, görkəmli müəlliflərinin əsərləri Azərbaycan dilində naşı qələmi sayəsində bərbad vəziyyətə salınır, tənqidimiz isə susur.
     Bəzən bu böyük müəlliflər bir kənarda qalır, əvəzində təsadüfi əsərlər Azərbaycan dilinə tərcümə edilir, ədəbi tənqid isə susur.
     Bilavasitə orijinaldan, yəni rus dilindən başqa, digər dünya dillərindən Azərbaycan dilinə tərcümə bərbad vəziyyətdədir, tənqid isə həyəcan təbili döymür və bu yerdə ondakı vətəndaşlıq çatışmır.
     Azərbaycan klassikasının rus dilinə və xarici dillərə tərcüməsi, yəni qədim və zəngin ədəbiyyatın dünya miqyasında tanıdılması və təbliği işi son dərəcə pis vəziyyətdədir, tənqid isə bundan sərfəzər edir.
     Tərcümənin aktual həllinin vaxtı çoxdan çatmış problemləri mütəmadi surətdə mətbuat səhifələrində qaldırılmır və ədəbi ictimaiyyətin diqqəti daha sıx şəkildə bu işə cəlb olunmur. Yaxşı ki, «Kommunist» qəzeti (24 yanvar, 1981-ci il) tərcümə problemlərinə həsr olunmuş yeni müzakirə açıb və biz ümid edirik ki, həmin müzakirə bu sahədə bir canlanma əmələ gətirəcəkdir.
     Digər tərəfdən isə bizdə tənqidin özünün, ədəbiyyatşünaslıq monoqrafiyalarmın tərcüməsi də, demək olar ki, yox dərəcəsindədir. Belə ki, hələ ötən dövr ərzində rus və dünya tənqidçilərinin, tənqid klassiklərinin bir-iki əsərini Azərbaycan dilinə tərcümə etmiş, ictimai fikrimizin inkişafı üçün əhəmiyyətli olacaq bircə monoqrafiyam belə dilimizə çevirməmişik. Bu sahədə bizdə Ə.Ağayev xeyirli iş görür və o, keçən il V.Q.Belinskinin seçilmiş məqalələrini tərcümə etmişdir. Həmin kitabın orijinalla müqayisəli oxunuşu göstərdi ki, tərcüməçi öz işinə ciddi yanaşmış və keyfiyyətli bir kitabın meydana çıxmasma nail olmuşdur.
     Eləcə də Azərbaycan ədəbiyyatşünaslıq elminin ən yaxşı əsərləri, tənqidçilərimizin Azərbaycan ədəbiyyatının aktual məsələlərinə həsr olunmuş məqalələri nəinki digər dillərə, hətta rus dilinə belə tərcümə edilmir. Belə bir mövcud vəziyyətin Azərbaycan ədəbiyyatının yayılması və təbliği işinə nə qədər ziyan vurduğu barədə söz demək, elə bilirik ki, artıqdır.
     Son zamanlar ədəbiyyatşünaslıq ilə tənqid arasındakı dialektik vəhdət haqqında çox yazır, çox danışırlar və doğrudan da, bu gün biz ədəbiyyatşünaslıq ilə tənqid arasında, olsun ki, başqa dövrlərə nisbətən daha artıq bir yaxınlıq müşahidə edirik, ədəbiyyatşünaslığımızın ən yaxşı nümunələrində müasir dövrümüzün məhz tənqidçi vətəndaşlığı mövqeyindən tədqiq obyektinə nəzər salmaq qabiliyyətinin şahidi oluruq. Misal üçün, M.İbrahimovun Azərbaycan intibahının problemlərini qaldıran məqaləsi və yaxud M.Cəfərin «Lev Tolstoy nə üçün kilsəyə getmirdi?» adlı məqaləsi məhz bu mənada ötən dövr ədəbiyyatşünaslığında əlamətdar hadisələrdəndir. Ə.Mirəhmədov, A.Zamanov, K.Talıbzadə, P.Xəlilov, Q.Qasımzadə, S.Əsədullayev, G.Əlibəyova, Ə.Cəfərzadə, M.Abbaslı, Q.Kəndli kimi müəlliflərin ayrı-ayrı məqalələrində də biz bu cəhəti görür və təqdir edirik.
     Yaxşı bir haldır ki, sırf ədəbiyyatşünaslıq elminin bəhrəsi olan bir sıra akademik monoqrafiyalarda da bu cəhət özünü göstərir və həmin monoqrafiyalarm dəyərini artırır. Ə.Mirəhmədovun böyük Cəlil Məmmədquluzadəyə həsr olunmuş «Azərbaycan Molla Nəsrəddini», A.Rüstəmovanın «Nizami. Həyatı və sənəti», Y.Qarayevin «Realizm. Sənət və həqiqət», Arif Hacıyevin «Sovet şərqi ədəbiyyatlarında realizm», A.Dadaşzadənin «XVIII əsr Azərbaycan lirikası», A.Hacıyevin «Tiflis ədəbi mühiti», A.Vəfalının «Füzuli öyrədir», X.Rzanın «Maqsud Şeyxzadənin bədii yaradıcılığı» kimi monoqrafiyalar, B.Azəroğlunun, K.Məmmədovun, V.Vəliyevin, Ş.Qurbanovun, F.Hüseynovun, X.Məmmədovun, Q.Cahaninin elmi kitabları, bəzilərinin ayrı-ayrılıqdakı çatışmazlıqlarına baxmayaraq, bir küll halında belə əsərlərdəndir. Ədəbi tənqidin ədəbiyyatşünaslıq ilə qaynayıb qovuşması əvvəllər az işlənən, lakin ədəbiyyat tariximiz üçün vacib problemlərin həllinə meydan açmış, bir sıra nəzəri problemlər diskussiya hədəfinə çevrilmişdir. Azərbaycan ədəbiyyatında renessans məsələsi məhz bu cür nəzəri problemlərdən biridir.
     İyirminci-otuzuncu illərdə Azərbaycan intibahı haqqında yalnız söhbətlər gedirdi, yalnız mərhum professor Mikayıl Rəfili «Nizami» adlı monoqrafiyasmda «İlkin Azərbaycan renessansı» terminini işlətmiş və məsələni, əsasən, düzgün metodoloji mövqedən işıqlandırmışdı. Lakin bu gün Azərbaycan intibahının məchul bir problem deyil, həqiqət olduğu barədə elmi və inandırıcı mükalimə gedir və hazırda ədəbiyyatşünaslarımızın və tənqidçilərimizin qarşısında bu həqiqəti tam şəkildə ortaya çıxarmaq vəzifəsi durur. M.Cəfərin, Y.Qarayevin, R.Əliyevin və başqalarının son dövrdəki məqalələri, eləcə də A.Hacıyevin «İntibah və Nizaminin poeziyası» monoqrafiyası Azərbaycan intibahşünaslığının, bizcə, yaxşı bünövrəsini qoyur... Biz, bir neçə yerdə «Vətəndaş tənqidi» ifadəsini işlətdik və təəssüf hissilə deməliyik ki, müasir tənqidimizdə bir küll halında vətəndaşlıq vüsətini görmürük, tənqiddə yalnız ədəbi prosesə deyil, mədəni həyatımızın hər bir sahəsinə vətəndaş müdaxiləsi çatışmır, F.Qladkovun dediyi «vospitatelnaya kritika» - «tərbiyə edəcək tənqid» yox dərəcəsin- dədir. Biz M.F.Axundovun fikrini xatırlatmaq istərdik: «...Tənqid müasir insanların əxlaq və tərbiyəsinin islah və təkamülündə təsirsiz qalmadığı kimi, gələcək nəsillərin və əxlaq tərbiyəsinin islah və təkamülündə də onun tam təsiri vardır».
     Misal üçün, Azərbaycan kommunistlərinin XXX qurultayında, Yevlax rayonundakı Xaldan qəsəbə orta məktəbinin direktoru Şöyübov yoldaş məktəblərdə «Azərbaycan dili tədrisi lazımi səviyyədə deyildir» - deyə narazılığını bildirir. Təbii bir sual meydana çıxır: nə üçün Azərbaycan dilinin məktəblərdə tədrisi kimi son dərəcə mühüm bir məsələ ədəbi tənqidimizin diqqətindən kənarda qalmışdır? Axı, əslində, bu, ümumiyyətlə, gələcəyimizə laqeyd münasibətdir.
     Düzdür, son illərdə A.Axundov, T.Hacıyev, V.Aslanov, A.Məmmədov, K.Vəliyev, K.Abdullayev kimi dilçi-tənqidçilər ədəbiyyatımızın poetikası, bədii dilin problemləri, intonasiya və ritm, alliterasiya və assonans məsələləri, eləcə də M.Seyidov bir sıra sözlərimizin etimoloji təhlili barədə maraqlı və keyfiyyətli məqalələr çap etdirmişlər, lakin bir küll halında bunlar kəmiyyət etibarilə azdırlar, həm də problematikanın vüsəti və vətəndaşlıq miqyası etibarilə qane etmirlər.
     Biz, nəinki Azərbaycan dilinin rəsmi qəzet materiallarında bərbad vəziyyətə salınmasına, rəsmi materialların rus dilindən tərcüməsində rast gəldiyimiz dil eybəcərliklərinə, teatr səhnələrindən və televiziya ekranlarından bəzən dilin vulqar jarqonlar toplusuna çevrilməsinə qarşı öz inandırıcı, izah edən, başa salan məqalələrimizlə çıxış etməliyik, bizim hər bir cümləmizdə, hər bir sözümüzdə belə ana dilinə məhəbbətlə ona xidmət etmək ifadəsini və təsdiqini tapmalıdır. Qoca Füzuli: «Artıran söz qədrini sidq ilə, qədrin artırar; Kim, nə miqdar olsa, əhlin eylər ol miqdar söz» - deyirdi və biz, bu müdrik sözləri bir an belə unutmamalıyıq.

***


     Azərbaycan ədəbi tənqidi bu mövcud kəsir və çatışmazlıqları, nöqsan cəhətləri aradan qaldırmaq üçün bütün qüvvəsini səfərbərliyə almalı və əlindən gələni əsirgəməməlidir.
     Bəli, potensial imkanlarımız yüksəkdir.
     Lakin bu yüksəkliyi yalnız potensiyamızın deyil, malik olduğumuz tənqid təsərrüfatımızın göstəricisinə çevirmək üçün, elmi obyektivlik, prinsipiallıq mövqeyindən işləməli və işləməliyik.

1981.
<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.06.2014) | Müəllif: R.C E W
Baxış: 565 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more