Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Poeziyamızın bəzi yaradıcılıq problemləri (Məqalə)-2

<< 1 / 2 >>

     Həqiqətən, çox əcaib bir hərəkətdir: qatarın üzərindəki çirkli- paslı hərfləri öpəsən, üz-gözün rəngə bulaşsın və bu hisli, mazutlu rəngin təmində Ağdam kimi səfalı bir yerin dadını hiss edəsən (hərçənd «lirik qəhrəman» dadı da əşya kimi görür).
     Bəlkə bu «lirik qəhrəman» şiddətli nostalgiya xəstəliyi keçirir və onu belə bir qeyri-normal hərəkətə də sövq edən bu xəstəlikdir? Əgər lirik qəhrəman, doğrudan da, belə bir bəlaya mübtə- ladırsa, nahaq yerə, çünki o, Trinidad və Toboqo adalarında yox, öz doğma torpağında, doğma Ağdamından cəmi bir neçə saatlıq məsafədə yerləşən (əlbəttə, atla yox, maşınla!) doğma Bakısında yaşayır.
     Üzümüzü bu lirik qəhrəmana tutub deyirik: «Siz gününüzü vağzalda keçirib qatarların üzərindəki yazıları öpməkdənsə, mütaliə edin, müasir insanlarla ünsiyyətdə olun, mədəni səviyyənizi yüksəldin. O zaman siz daha məqsədəuyğun hərəkətlər edərsiniz. Azərbaycan poeziyası da indiki haldan fərqli olaraq bundan qazanar».
     Bugünkü həyat həqiqətlərindən, bugünkü insanın güzəranından, bu gün əldə etdiyimiz mənəvi-əxlaqi, siyasi-ictimai qələbələrdən, bu gün bizi düşündürən problemlərdən, riqqətə gətirən hiss və həyəcanlardan, yeni cəmiyyətdən, yeni həyat tərzindən, yeni keyfiyyətli münasibətlərdən necə yazmaq lazımdır, bu mövzunun bədii təcəssümü hansı yollara gətirib çıxarar? - bir çox yeni yazanların şerlərinin oxunuşu sövq-təbii bu sualı meydana çıxarır, çünki nailiyyətlərdən daha artıq uğursuzluqların şahidi oluruq.
     Əlbəttə, bugünkü həyatdan yazmaq o demək deyil ki,
Yüz dostlu, tanışlıdır,
Köksü yazlı, qışlıdır
Fəhlə yataqxanası.
Nəğmələrlə gecələr,
Göz yummadan dincələr
Fəhlə yataqxanası.
Min bir eşqin sorağı,
Subayların otağı Fəhlə yataqxanası.!
(H.Rzayeva. «Fəhlə yataqxanası»).

     -kimi sönük və dayaz misralarla sizif yükü daşıyasan. Fəhlə yataqxanası haqqındakı bu şablon sadalamalardansa, həmin yataqxanada qalanların bir işi, fikri, arzusu, qəlbi barədə poetik tapıntı kimi xırdaca bir detal, ştrix daha çox şey deyərdi, nəinki bu misralar. Yaxud yeni yazan:
Kənd qızıyam!
Tarlamızın
Ulduzuyam!
(A.Qulubəyova. «Kənd qızıyam»).

     -deyirsə də, «əllərinin qüdrətilə çöllərin gülməyini» arzulayırsa da, «gözlərinin qarasından lalələrin yanağına qara xallar sala-sala (!) ülviyyətə çevrildiyini» bildirirsə də, mahiyyət etibarilə «kənd qızları» barədə heç nə demir, çünki bircə yeni fikir, bircə yeni poetik ifadə belə yoxdur; çünki illərlə oxuduğumuz misraların bu və ya digər şəkildə eynidir.
     Yeni yazanların şerindəki belə bir səviyyəsizlik, təfəkkür dayazlığı müasir dövrlə ayaqlaşa bilməmək məhəbbət lirikasında özünü daha qabarıq şəkildə büruzə verir. Həm də belə bir səviyyəsizlik yalnız yeni yazanların qələminə mənsub məhəbbət lirikasına aid deyildir.

4.


     Məhəbbət lirikası müasir Azərbaycan poeziyasının qüvvətli qollarından biridir. S.Rüstəmin Təbriz gözəllərinə həsr olunmuş şerləri, R.Rzanın, B.Azəroğlunun, N.Xəzrinin, B.Vahabzadənin, Ə.Kərimin, S.Tahirin, C.Novruzun, M.Gülgünün, M.Arazın, F.Qocanın, T.Bayramın ayrı-ayrı əsərləri, Ə.Kürçaylının «Adsız şerlər»i, B.Adilin bir sıra sonetləri, Qabilin «Tramvay parka gedir», F.Sadığın «Sevgi yağışı» kimi kiçik poemaları və digər müəlliflərin əsərləri nəinki yalnız Azərbaycan, ümumiyyətlə, sovet poeziyası fonunda məhəbbət lirikasının yaxşı nümunələridir.
     Bu əsərlərin ən başlıca məziyyəti ondan ibarətdir ki, lirik qəhrəmanlar eşq elan etdikdə də, sevgililərindən küsəndə də, barışanda da, vəfasızlıqdan şikayətlənəndə də, hicran oduna yananda da təfəkkür sahibləridirlər. Biz öz müasirlərimizin etiraflarının şahidi oluruq, müasirlərimizin hiss-həyəcanlarını görürük.
     Lirik qəhrəmanın şüur səviyyəsi və təhkiyə tərzi - budur müasir məhəbbət lirikasının keyfiyyət göstəricisi (və hər dövrdə də belə olmuşdur).
     Məhz bu baxımdan - lirik qəhrəmanın dünyagörüşü, ağlı, düşüncə qabiliyyəti, yaşadığı hiss-həyəcanların, emosiyaların daxili məzmunu baxımından poeziyamızda məhəbbət lirikasının bu- günkü ümumi mənzərəsi bizi qane etmir, çünki gündə oxuduğumuz külli miqdarda şerlər arasında (bunların çoxu məhəbbətdən bəhs edir) yuxarıda göstərdiyim nailiyyətlər, heç şübhəsiz ki, azlıq təşkil edir.
     Bir sıra, hətta mən deyərdim ki, böyük bir qisim şerlərin lirik qəhrəmanlarına xas olan yazıqlıq, acizlik, çarəsizlik əhvali-ruhiyyəsi, orta əsrlərə mənsub təfəkkür tərzi, dünyadan bixəbərlik son dərəcə təəccüb doğurur və şəxsən məndə belə bir təəssürat yaradır ki, elə bil, bu lirik qəhrəmanlar orta əsrlərdə letargiya yuxusuna tutulub yatıb, yatıb, bu gün oyanıblar. Həm də orta əsr Şərq poeziyasına xas olan bütün bədii-estetik məziyyətlərini, bütün təravətlərini tamam-kamal itiriblər.
     Əyanilik üçün bu səpkili bir neçə şer nümunəsinə müraciət etmək istəyirəm.
     Şair Məmməd Aslanın lirik qəhrəmanının sevgilisi ona deyib: «Xəyalın özündən əzizdir mənə» (şer belə də adlanır). Bu lirik qəhrəman orta əsrlərin həqiqi yox, konyuktur təbiətli hiss-həyəcanları ilə yaşayan sevgilisini çox geri qaldığı üçün məzəmmət etməkdən, bu yazıq qıza kömək əlini uzatmaqdansa, özünə təskinlik tapa bilmir, ah-nalə içində itib-batır:
«Xəyalın əzizdir...»-sözə bax, sözə,
Kəlmələr zərifdir(!), kəlmələr incə. (!)
Xəyalım yaşayıb əzizlənirsə, (!)
Bəs mənim taleyim, bəs özüm necə?! (?!)

     Bu lirik qəhrəman üçün xüsusi ədəbiyyat siyahısı tərtib etmək lazımdır ki, səviyyəsini artırsın və daha məzmunlu, daha ləyaqətli hiss-həyəcanlarla yaşasın. Bu zaman həmin lirik qəhrəman, heç şübhəsiz ki, M.Aslanın digər bir yazısında - «Təsəlli» şerində söylədiyi sözlərdən imtina edər:
Aça da bilmədim könlümü sənə,
Həsrətin sinəmdə düyüm-düyümdür.
Titrək xəyalınla görünüb yenə,
Kövrək ürəyimi azca döyündür.

     Daha sonra lirik qəhrəman «hissimdə, duyğumda bir ocaq çatdın» deyir, «doyunca isindiyini» bildirir və nəhayət, taleyindən razı qaldığını söyləyir:
Gözümü, könlümü sən işıqlatdm,
Şöləsi bəsimdir ömrüm boyunca. (!)

     Şeri oxuyursan və öz-özünə belə bir sual verirsən: nə üçün lirik qəhrəman belə bir «təsəlli» ilə kifayətlənir? Məgər bu lirik qəhrəman daha böyük, daha zəngin mənəvi aləmə malik olmalı deyilmi? Onun «təsəllisinin daxili kütləsi» nə üçün bu qədər tutumsuzdur? Nə üçün o, «bütün ömrü boyu kiçicik bir «şölə» ilə kifayətlənir? Nə üçün o, tamamilə bayağı xəyal aləmində «kövrək ürəyinin» «azca döyünməsinə» bu qədər möhtacdır? Bu, məhəbbətdir, yoxsa dizin-dizin sürünmək? Bu, əsl acizlik idilliyası deyilmi ki, lirik qəhrəmanın qanına işləyib?
     Təsəvvür edin ki, biz M.Aslanın başqa bir şerinin lirik qəhrə- manı kimi, sevdiyimiz müasir qıza (həkimə, mühəndisə, yaxud mexanizatora, alimə və s.) deyirik:
Kaş ölüb-dirilmək mümkün olaydı, (?!)
Ondakeçirərdim sınaqdan səni. (!!!)

     Bu qız bizə nə cavab verərdi? (axı, bu qız «xəyalın özündən əzizdir mənə» əhvali-ruhiyyəsi ilə yaşamır) Çox müşkül məsələdir... Hər halda, belə bir arzu onu riqqətə gətirməzdi gümanındayıq.
     Yeni yazan Məzahir Fitrətin lirik qəhrəmanı «Yol üstündə bir qız durur» adlı şerdə həmin qızı Leyliyə, marala, qızılgülə bənzədir, gözlərində «eşqin odu», «məhəbbətin həsrət dolu selləri» olduğunu yazır, bu qızın «boynunu büküb durmasından», «qıvrım qara tellərindən» söhbət açır, biz isə lirik qəhrəmanı bu qədər vəcdə gətirən qıza qarşı nəinki biganəyik, əksinə, qulaqlarımızda böyük Sabirin gülüşləri səslənir: «Qah! Qah!.. Qəribə gülməlisən xaniman xərab!..» və Ə.Əzimzadənin məşhur rəsmi gözlərimizin qabağına gəlir, çünki biz ali məktəblərdə, teatrlarda, kinolarda, idman zallarında, zavodlarda gördüyümüz qızlara, bir sözlə, müasir qızlara bu lirik qəhrəmanın gözü ilə baxa bilmirik. Mən inanıram ki, həmin qızlar özləri də Leyliyə, marala və qızılgülə bənzədildiklərini oxuduqda, oğlanların «şairliyini» yalnız zarafata salarlar.
     Təbiidir ki, bu qızlar nənələrindən çox fərqlənirlər və mən onların dünyagörüşlərindəki, həyat tərzlərindəki, işlərindəki, etik konsepsiyalanndakı müasir cəmiyyətin inkişafı baxımından məlum fərqləri sadalamaq istəmirəm: təkcə bunu nəzərə çatdırıram ki, onlar yeni keyfiyyətli düşüncələrinə, yeni mahiyyətli arzu və xəyallarına, nəhayət, yeni modalı paltarlarına müvafiq təsvir edilsələr, səciyyələndirilsələr, lirik qəhrəmanlar da öz istədiklərinə daha tez nail olarlar, «bütün ömürləri boyu» kiçik bir «şölə» ilə də kifayətlənmək dərəcəsinə enməzlər, eyni zamanda, müasir poeziyamız zərərdidə vəziyyətinə də düşməz.
     Əjdər Fərzəlinin «Axı, nə deyim sənə» şerindəki lirik qəhrəmanın «hicran gülləsindən (!) qəlbi yaralanıbdır», sevgilisi onu atıb gedib və bu lirik qəhrəmanın gözlərində «hər şey paralanıbdır»:
Yer də para görünür,
Göy də para görünür,
Ulduzlar da tən para,
Ay da para görünür.
Axı, nə deyim sənə?!

     Əlbəttə, maraqlıdır, bütün bu qalyusinasiyalardan sonra lirik qəhrəman nə deyəcək? Qulaq asaq:
Gözlərimdə dünyanı,
Yeri, ayı, səmanı,
Ürəyimi, evimi,
Gəlib bütövləsənə!

     Nə üçün cavan müəllifin yaratdığı lirik qəhrəman bu qədər primitiv mühakimələr yürüdür, bu cür yalvarır? Çünki həmin lirik qəhrəmanın düşüncə qabiliyyəti, dünyagörüşü, hiss-həyəcanları öz müasirlərinə nisbətdə çox-çox aşagı səviyyədədir.
     Digər bir lirik qəhrəman isə heyrətamiz şərəfsizliklə belə yalvarır:
Səndən mənə həmdəm olmaz, yar olmaz,
Qayıt, sevgilinin yanına, qayıt.
Üzüdönüklərdə etibar olmaz,
Qayıt, sevgilinin yanına, qayıt. (??)
(F.Əfəndiyeva. «Qayıt»)

     Başqa lirik qəhrəman daha əcaib vəziyyətə düşür:
Mənə əl eləyib mindin qatara,
Qatar uzaqlaşdı nərə çəkərək.
Baxışım arxanca düşdü yollara,
Səhrada tək qalmış yetim quzutək. (!!)
Çağırdım arxanca, baxdım çöllərə,
Küləklər apardı - uddu səsimi.
Düşdüm üzü üstə (!), sərildim yerə (!!)
İldırım şıxamış palıdlar kimi...
(Q.Köçərli. «Getdin...»)

     Əlbəttə, biz bu lirik qəhrəmanın halına acıyırıq, lakin ona görə yox ki, vağzalda qışqır-bağır salır, bir neçə dəqiqə içində hicrandan yanıb-yaxılıb «palıdlar kimi» üzü üstə relslərin üzərinə sərilir, ona görə ki, bu qədər müti və mənəviyyatca kasıbdır. Bu səpkili misalların sayını çox artırmaq olar. Lakin elə bilirəm ki, kifayətdir, ümumi təsəvvür əldə edildi.
     Mənə deyə bilərlər ki, siz nə üçün əsasən yeni yazanların şerlərindən nümunələr gətirdiniz, axı, müasir poeziyamızın simasını yalnız onlar müəyyənləşdirmir.
     Burası doğrudur, bu yazılar müasir Azərbaycan poeziyasının simasını müəyyənləşdirmir, lakin burası da doğrudur ki, həmin yazıların arxasında nüfuzlu qəzet və jurnal redaksiyaları dayanır, yuxarıda nümunələr gətirdiyim nəzm parçaları səviyyəsində yazılar o qədər çox və o qədər tez-tez çap olunur ki, artıq bunlardan sərf-nəzər etsək, bayaq yazdığım kimi, zəngin tarixə malik və qüdrətli Azərbaycan poeziyası qarşısındakı vətəndaşlıq borcumuza xəyanət etmiş olarıq.
     Təsadüfi deyil ki, M.Arif, M.Cəfər, Ə.Ağayev, B.Nəbiyev, Y.Qarayev və b. tənqidçilərimizin müasir Azərbaycan poeziyası haqqındakı ən yaxşı məqalələrində söhbət formal bölgülər üzrə ayrı-ayrı nəsil nümayəndələrinin yaradıcılığından yox, ümumiyyətlə, poeziyadan və antipoeziyadan gedir, söhbət cari şer təsərrüfatından gedir.
     Digər tərəfdən isə bütün kəskinliyilə yazmalıyıq ki, «şer axınrnm hücumuna məruz qalmış bir sıra qəzet-jumal səhifələri çox zaman yalnız bir cəhəti - «şer axmmm» aşağı keyfiyyətini, poeziyaya vurduğu zərbəni tam şəkildə əks etdirə bilir. Belə bir anormal vəziyyəti aradan qaldırmaq üçün, görünür, qəzet və jumal redaksiyaları (eləcə də nəşriyyatlar) «şer axınının» qarşısmda səxavətlə taybatay açdıqları darvazanı bağlamalı, poeziya qapısmm isə çərçivəsini bir az genişləndirməlidirlər.
     Belə olmasın ki, biz də Aleksey Markov kimi «Naşir necədirsə, yazıçı elədir, oxucu da!» - deyib (bu öz-özlüyündə doğru fikir- dir!), ayrı-ayrı mətbu orqanlanna, nəşriyyatlara yuxarıdan aşağı «xüsusi» münasibət bəsləyək.
     Eyni zamanda mən, Şekspirin bir sonetindən iki misranı misal gətirmək istəyirəm:
Sən gəncliklə məni müqayisə edəcəksənmi?
Onun sənəti ikiqat yüksək olacaq.
(Sətri tərcümə).

     Belə olmalıdır! Lakin həmişə belə olurmu? Təəssüf ki, yox. Bəzən gənclik bir küll halında belə, «Şekspir inammı» doğ- rultmur.
     Lakin bütün bunlar o demək deyildir ki, təcrübəli, professional poeziyada vəziyyət aydan arı, sudan durudur. Əlbəttə, belə deyil. Məhəbbət lirikası (həm də nəinki yalnız məhəbbət lirikasmda!) dünyagörüşünün, təfəkkür tərzinin məhdudluğu, poetik sözdemə qabiliyyətinin naqisliyi orta və yaşlı nəsil (ah, bu bölgülər!) nümayəndələrinin - hörmət, ad-san qazanmış şairlər yaradıcılığmda da ozünü az göstərmir və bu cür yazıları oxuyarkən biz bir daha belə nəticəyə gəlib çıxırıq ki, müasir Azərbaycan poeziyasının naqis cəhətləri və çatışmazlıqları ilə «şer axmmm» yorulmaq bilmədən oxucuya təqdim etdiyi makulatura arasında son dərəcə sıx əlaqə vardır.
     Yenə yuxarıda söylədiyim bir fikrə qayıdıram ki, səviyyə etibarilə aşağı səviyyəli «şer axını» nümunələrinə bərabər yazıların professional poeziyada mövcudluğu həmin «axın» üçün ən əlverişli şərait yaradır, hətta belə bir «axına» sövq edir.

***

     Azərbaycan poeziyasının bu gün prinsipial və səriştəli tənqidçi münasibətinə ehtiyacı var. Onun kəsir və naqisliklərdən azad olması, lirikasından tutmuş, siyasi publisistikayacan geniş vüsət eldə etməsi məhz belə bir tənqidçi münasibətindən çox asılıdır. Yuxarıda göstərdiyimiz üç əsas cəhətlə: 1) müasir fakturadan zahiri istifadə, 2) ən adi müasir gerçəklik qarşısında primitiv heyrət, şişirdilmiş dəhşət, yalançı fəlsəfəçilik; 3) zaman kateqoriyasından, dövrün tələblərindən sərf-nəzər etmək - bütün bu kəsir və çatışmazlıqlar dərin elmi təhlilini gözləyir. Bu təhlil nə qədər tez aparılsa, poeziyamız bir o qədər çox qazanacaqdır.

1973.
<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (19.06.2014) | Müəllif: R.C E W
Baxış: 564 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more