Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Müasir tənqidimiz: Vəziyyət və vəzifələr (Məqalə)-2

<< 1 / 2 >>
     Burada bir cəhəti qeyd etmək lazımdır ki, yaxşı əsər və pis əsər kimi, «yaxşı oxucu» və «pis oxucu» da vardır. «Yaxşı oxucu» isə bu gün «yaxşı tənqidçi» ilə hər hansı başqa dövrə nisbətən daha artıq müttəfiqdir və hərgah yazıçı məhz onun rəğbətini qazanmışsa, bu zaman tənqid qarşısında heç bir çətinlik əmələ gəlmir.
     Zəif əsərlər çap etdirmiş yazıçıların keçmiş xidmətlərinin «müdafiəsinə» gəlincə isə, görünür, burada tənqid məfhumunun ayrılmaz tərkib hissəsi adicə tənqidçi cəsarəti lazımdır. Doğrudur, Süleyman Rüstəmin dediyi kimi, «sözdə obyektiv və cəsarətli tənqidə tərəfdar çıxan şəxslərin özləri tənqidə dözmür, bundan narazı qalırlar. Tənqidçi bu və ya digər əsərin nöqsanlarını göstərdikdə bəzi müəlliflər bunu özlərinə qarşı şəxsi qərəzlik kimi qarşılayırlar. Bu cür müəlliflər belə hesab edirlər ki, onlar öz əsərləri haqqında nə fikirləşirlərsə, tənqidçi də eyni ilə o fik irdə olmalıdır.
     Orası da dogrudur ki, bu müəlliflər əksərən «xidməti» olan müəlliflərdir, lakin təkrar edirik, bütün bunlar vətəndaş tənqidçi cəsarətinə bənddir ki, yox olub aradan götürülsün. Bu cür «müdafiələr» tənqidin qarşısını alan çətinlik deyildir, əksinə, tənqidin özünün zəifliyinin, dişsizliyinin nəticəsidir.
     Bizim yazıçılarla əlaqədar işlətdiyimiz «xidmət» sözü əslində ikili xarakter daşıyır: bir var «bədii xidmət» - günün estetik tələblərinə cavab verən, yüksək ideya-bədii səviyyəli əsərlər yazmaq, bir də var «ictimai xidmət» - ədəbiyyat, ümumiyyətlə, mədəniyyət sahəsində bacarıqlı bir təşkilatçı kimi çalışmaq.
     Əlbəttə, hər iki xidmətin ikisi də alqışa layiqdir, lakin nədənsə bəzən bu iki xidmət bizim nəzərlərimizdə eyniləşir. Doğrudur, bir çox sovet sənətkarlarının fəaliyyətində hər iki xidmət vəhdət şəklində özünü göstərir (S.Vurğunu, M.Qorkini, A.Fadeyevi xatırlayaq...), fəqət eyni zamanda, bir sıra hallarda da bu vəhdət nəinki pozulur, hətta təzadla əvəz olunur. Bu vaxt yazıçının görkəm-təşkilatçılıq bacarığını, ictimai xidmətlərini qiymətləndirməklə bərabər, onun zəif əsərlər yazdığını göstərməmək də, əslində, ədəbi tənqidin zəifliyinə dəlalət edir.
     Azərbaycan yazıçılarının tənqidə dözümsüzlüyündən artıq ümumittifaq görüşlərində, mərkəzi mətbuat səhifələrində xüsusi bəhs olunur. Lakin qeyd etməliyik ki, burada bir az şişirtmə var, yəni hərgah biz yazıçılarımızın tənqidə dözümsüzlüyü barədə danışırıqsa, o zaman bu «dözümsüzlüyün» müqabili tənqid edən, bədii naqisliklə barışa bilməyən, tənqidçi-vətəndaş ehtirası ilə alışıb-yanan məqalələr olmalıdır. Bu cür məqalələri isə mövcud gerçəkliyin tələb etdiyindən qat-qat az görürük, onları bir-bir saymaq olar.
     Deməli, əslində, biz «yazıçılar tənqidə dözmür» - deyə öz yaxamızı bilavasitə tənqid etməkdən, qızılla xəzəli bir-birindən ayırmaq məsuliyyətindən qurtarırıq, kənara çəkirik. Halbuki «yazıçılarımız yalançı tənqiddən xoşlanırlar» - desək, xeyli təəssüf ki, ədəbi tənqidimizdə belə bir «xoşlanmanın» müqabilini - difirambları sayıb qurtarmaq mümkün deyildir.
     B. Suçkov sovet yazıçılarının V qurultayındakı çıxışında ədəbi tənqidlə əlaqədar demişdir ki, hazırda «nəzəriyyə məlum staqnatsiya vəziyyətindədir. Bunun səbəbi nədir? Səbəb, hər şeydən əvvəl, ondadır ki, müasir bədii proses bütün mürəkkəbliyi və ziddiyyəti (kursiv mənimdir - E.) ilə bərabər kifayət qədər dərindən və hərtərəfli tədqiq olunmur...».
     Bizə elə gəlir ki, nəinki yalnız Azərbaycan, ümumiyyətlə, sovet ədəbi tənqidinin qarşısında yaranmış çətinliklər məhz müasir bədii prosesdəki bu mürəkkəblik və ziddiyyətlə, onun ümumilikdə nail olduğu forma və məzmun rəngarəngliyi, keyfiyyət yeniliyi ilə bağlıdır, yuxarıda göstərdiyimiz bəzi problemlərin, eləcə də ədəbiyyatda xəlqilik və milli müəyyənlik, millilik və beynəlmiləlçilik, ənənə və novatorluq, müasir roman və digər aktual problemlərin həllilə bağlıdır; təcrübə nəzəriyyədən irəlidədir, yəni bədii prosesdəki mürəkkəblik və ziddiyyət, yeni keyfiyyət dəyişiklikləri nəzəriyyədə öz izah və təfsirini tapmamış, ədəbi təsdiq və inkar nəzəriyyə tərəfindən konkretləşdirilməmiş, müasir bədii prosesdəki bu cəhətlərin elmi təsnifatının qızıl açarı hələ tam mənasında əldə edilməmişdir.
     Ədəbi tənqidimizin gələcək inkişafı, müasir fəlsəfi-estetik tələbatı təmin edə biləcək qadirliyi nəzəriyyə ilə təcrübə arasındakı bu «məsafənin» aradan qaldırılmasından asılıdır.

1972.
<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.06.2014) | Müəllif: R.C E W
Baxış: 588 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more