Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Müasir tənqidimiz: Vəziyyət və vəzifələr (Məqalə)
MÜASİR TƏNQİDİMİZ:
VƏZİYYƏT VƏ VƏZİFƏLƏR
(Azərbaycan ədəbi tənqidi haqqında düşüncələr)


     Ədəbi tənqidin qarşısında qoyulmuş vəzifələri bir sözlə - «prinsipiallıq» sözü ilə, əsas məqsədi isə bir cümlə ilə - «Böyük ədəbiyyat uğrunda!» cümləsi ilə ifadə etmək olar.
     Prinsipiallıq bizim qəbul etdiyimiz kontekstdə olduqca çox- mənalı bir anlayışdır: prinsipial tənqid - hər şeydən əvvəl, obyektiv tənqid deməkdir; prinsipial tənqid - hər şeydən əvvəl, yüksək elmi-nəzəri səviyyəli tənqid deməkdir; prinsipial tənqid - hər şeydən əvvəl, vətəndaş qeyrəti, mütəfəkkir cəsarəti deməkdir; prinsipial tənqid - hər şeydən əvvəl, sağlam məfkurə mübarizəsi deməkdir; prinsipial tənqid - hər şeydən əvvəl, yüksək bədiiyyat uğrunda mübarizə deməkdir.
     Biz ümumsovet ədəbi tənqidi qarşısında qoyulan tələblərdən çıxış edərək, müasir Azərbaycan ədəbi tənqidinə nəzər yetirərkən də məhz bu mənada prinsipiallığı əsas götürürük; göstərməyə çalışdığımız səciyyəvi kəsir və çatışmazlıqları məhz belə bir mövqe irəli sürür.

***


     Biz Azərbaycan ədəbi tənqidi haqqındakı bu qeydlərimizi yazmağa başlarkən Kamal Talıbzadənin respublika yazıçılarının V qurultayında tənqid barədə söylədiyi məruzəsini bir daha gözdən keçirtdik, sonra isə Cəfər Cəfərovun IV qurultaydakı məruzəsini yenidən oxuduq.
     Qəribə, bəlkə də paradoksal bir vəziyyətin şahidi oluruq desək, elə bilirəm ki, yanılmarıq, çünki hər iki məruzənin, eləcə də Yaşar Qarayevin bu yaxınlarda çap olunmuş «Tənqidin nüfuzu» adlı məqaləsinin yaratdığı təəssürat ilk baxışda bir-birilə uyuşmayan ikili xarakter daşıyır. Belə ki, tənqidimizin təhlilinə və tənqidinə həsr olunmuş bu əsərlər bir tərəfdən ədəbi tənqidin çatışmayan cəhətərini, nöqsanlarını üzə çıxarır, onun ümumən hələ zəif olduğunu göstərir, həmin zəifliyin elmi təsnifatını verirsə, digər tərəfdən də öz elmi-nəzəri səviyyəsi etibarilə bu fikirlərin özünə şübhə ilə yanaşmağa sövq edir.
     Doğrudan da, hərgah ədəbi tənqidin «ümumi zəifliyi hər şeydən əvvəl, nəzəri hazırlığın hələ lazımi səviyyədə olmamasıdırsa» (C.Cəfərov), «məlum nəzəri formulalar təkrar olunub, ədəbi təcrübəyə, ayrı-ayrı fərdi yaradıcılıqlara tətbiq edilmirsə» (K.Talıbzadə), hərgah «ictimai gerçəkliyin, xalq xarakterinin ədəbi tənqiddəki parlaq əksinə, nəsrdə, şer və dramaturgiyada meydana çıxan ən yaxşı əsərlərin, bədii obrazların onlara bərabər «tənqid obrazlarına» rast gəlmək çətindirsə» (Y.Qarayev), hər- gah ədəbi tənqidimiz bir çox digər kəsirlərə malikdirsə, onda bəs nə üçün bu əsərlərin özündə belə aşkar qüsurlar yoxdur, nə üçün onlar elmi metodologiya səliqəsi, nəzəri səviyyə yüksəkliyi, ümumiləşdirmə bacarığı ilə diqqəti cəlb edir? Axı, ədəbi tənqidimizin müasir vəziyyətini araşdıran, vəzifələrini müəyyən edən bu üç əsərin üçü də məhz bizim ədəbi tənqidimizin nümunəsidir.
     Deməliyik ki, müharibədən sonrakı illər ərzində məruzə və çıxışlarda, məqalə və müsahibələrdə həmişə ədəbi tənqiddən şikayətlər olmuşdur, lakin bu şikayətlər elmi-nəzəri fikrin əldə etdiyi nailiyyətlər baxımından qarşıya qoyulan tələb deyil, elə məhz «şikayət» xarakteri daşımışdır. Deməli, bu gün biz ədəbi tənqidimizdən «şikayət» etməyib onun qarşısında konkret nəzəri vəzifələr qoyuruqsa, tənqidin kəsir və çatışmazlıqlarını artıq yüksək nəzəri «standartlarla» müəyyənləşdiririksə, zəifliklərin elmi təsnifatını izah edə biliriksə, elə bu özü ədəbi tənqidimizin inki- şafına dəlalət edir.
     Əgər biz bu gün ədəbi tənqidimizi on il, iyirmi il əvvəlki səviyyə ilə müqayisə etsək, belə bir inkişafı görə bilərik. Lakin onu da görərik ki, həmin inkişaf daha artıq dərəcədə bədii ədəbiyyatımıza aiddir və bu gün yenə də ədəbi tənqidlə bədii ədəbiyyat arasında «məsafə» fərqi əvvəlki illərdə olduğu kimi özünü büruzə verir, yəni ədəbi tənqid yenə də bədii ədəbiyyatla ayaqlaşa bilmir, onun bütün problemlərini əhatə etməkdə acizdir.
     Nə üçün vəziyyət belədir? Nə üçün ədəbi tənqidin özünü tənqid etmək qabiliyyətinə və qadirliyinə malikik, lakin ədəbi tənqid bir küll halında bədiiyyatın problemlərini əhatə və həll etmək iqtidarında deyil?
     Məncə, burada iki səbəb araşdırılmalıdır. Birinci səbəb bun- dan ibarətdir ki, bizim «qabiliyyət və qadirliyimiz» özünü mütəmadi şəkildə büruzə vermir, belə bir «qabiliyyət və qadirliyin» kəmiyyət göstəricisi onun ədəbi tənqidimizdə aparıcı qüvvəyə çevrilməsinə, elmi-nəzəri fikrimizdə leytmotiv təşkil etməsinə imkan yaratmır. Əslində, bu «qabiliyyət və qadirlik» ümumi inkişafın deyil, birtərəfli inkişafın nəticəsidir. Yuxarıda göstərdiyim paradoksal vəziyyət də məhz buradan - ümuminin inkişafı ilə «seçmənin» inkişafı arasmdakı təzaddan doğur.
     Bu səbəblə üzvi surətdə bağlı olan digər səbəb isə ədəbi hadisələrə, mühüm bədii-fəlsəfi nailiyyətlərə və xaraktercə zəif cəhətlərə qarşı, bir az kəskin demiş olsaq, apatiyada axtarılmalıdır.
     Y.Qarayev adını çəkdiyimiz məqaləsində özünəməxsus obrazlı şəkildə yazır ki, «Bugünkü ədəbi tənqidimizdə Faust müdrikliyindən daha çox, elə bil, Mefistofel narahatlığı çatışmır». Doğrudan da, məhz belə bir «narahatlığın» çatışmamasmdandır ki, müasir ədəbi tənqidimizdə çox zaman «müdrikliyi» vəsfnamə, annotasiya, komplimentçilik kimi yeni yaranmış «janrlar» əvəz edir. Belə bir müdrikliklə narahatlıq harmoniyasmm pozulması nəticəsidir ki, həmin «janr» nümunələri yağışdan sonrakı göbələk kimi artır, artır, artır. K.Talıbzadə məruzəsində göstərir ki, son dörd-beş ildə bizdə 3000-dən çox (!) məqalə çap olunub. Əlbəttə, əgər bu məqalələrin hamısı yox, heç olmasa, hansısa «müdrikliklə» «narahatlığm» sintezindən ibarət olsaydı, o zaman bu rəqəm- dəki sıfırlardan ürək açıqlığı ilə pozmaq da olardı...
     Biz, birtərəfli də olsa, əvvəlki illərə nisbətən ədəbi tənqidin nəzəri inkişafmı qeyd etdik, lakin eyni zamanda belə bir müqayisədə tənəzzül də müşahidə etməmək mümkün deyil və bu tənəzzül məhz həmin «narahatlıqla» bağlıdır.
     Hələ 1946-cı ildə Səməd Vurğun yazırdı: «Ən mötəbər və xeyirli yol yalnız və yalnız kollektiv müzakirələr və mübahisələr yoludur». Lakin bu gün deyə bilərikmi ki, ədəbiyyatımızın gələ- cək hərtərəfli inkişafı naminə bir vətəndaş ehtirası ilə «ən mötə- bər və xeyirli» bu yoldan - «narahatlıqdan» doğan yaradıcılıq müzakirələrindən istifadə edirik, yüksək ideya-bədii meyarlarla qızğın mübahisələrə girişirik?
     Yox, deyə bilmərik, çünki S.Vurğun bu sözləri yazdığı dövrdə - 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində həmin «mö- təbər və xeyirli yoldan» daha artıq istifadə edilirdi, nəinki indi. Son altı-yeddi ilin respublika mətbuatı komplektlərini vərəqləsək, bu faktın acı həqiqət olduğu təsdiq edilər.
     Bu gün böyük ədəbiyyat uğrunda mübarizə ehtirası Azər- baycan ədəbi tənqidini səciyyələndirə bilmir. Ona görə ki, bu mübarizədə vətəndaşlıq pafosu, sənət vurğunluğu çatışmır. Hal- buki belə bir pafos, belə bir vurğunluq sovet ədəbi tənqidinin, o cümlədən, Azərbaycan ədəbi tənqidinin qiymətli ənənələrin- dəndir: 20-30-cu illər Azərbaycan ədəbi tənqidini - Mustafa Quliyev, Əli Nazim, Hənəfi Zeynallı, Məmməd Arif, Mehdi Hüseyn, Mikayıl Rəfili və bir çox digər tənqidçilərin dövri mət- buatda dərc olunan məqalələrini xatırlasaq, bir sıra ifrat cəhətlərlə bərabər, bu mübarizə ənənələrinin nə dərəcədə qabarıq ol- duğunu əyani şəkildə görərik.
     Müasir Azərbaycan ədəbi tənqidi nə üçün bu ənənələrə sadiq qalmamışdır? - sualının cavabı hər şeydən əvvəl tənqiddəki dur- ğunluqda, bu durğunluğa şərait yaradan dövri mətbuatın, ilk novbədə isə Azərbaycan Yazıçılar İttifaqı orqanlarının passiv fəaliyyətində axtarılmalıdır.
     Bizcə, Y.Surkov çox sərrast deyir: «Polemika aparmağa meyli olmayan tənqidçi tənqidçi yox... Çexovun professoru Serebryakovdu». Təəssüf ki, hazırda Azərbaycan ədəbi tənqidində «professor Serebryakov» əhvali-ruhiyyəsi ümumsovet ədəbi tənqidinə nisbətən özünü daha artıq büruzə verməkdədir və aydın məsələdir, nə qədər ki, belə bir ovqat aradan qaldırılmayıb, tənqiddən bədii prosesə hərtərəfli və nüfuzlu müdaxilə etmək tələbimiz ödənilməmiş qalacaqdır.
     Əlbəttə, kəsir və naqisliklər yalnız bizim deyil, ümumiyyətlə, sovet ədəbi tənqidinə aid olan bir məsələdir.
     Lakin ümumi kəsir və naqisliklərdən, tənqidin ümumi qayğı- larından əlavə, bir də lokal xarakter daşıyan kəsir və naqisliklər, qayğılar mövcuddur. A.Xaylov ümumsovet ədəbi tənqidini nəzərdə tutaraq haqlı olaraq yazır ki, «tənqidimiz hələ idealdan uzaqdır, lakin eyni zamanda başqa bir cəhət də yəqin ki, etiraz doğurmaz: tənqid yoldadır, o, inkişaf edir, öz məxsusi problemlərini daha müvəffəqiyyətlə həll etməkdən ötrü imkanlar axtarır».‘
     Məsələ burasındadır ki, ümumsovet ədəbi tənqidindən fərqli olaraq, Azərbaycan ədəbi tənqidində belə bir axtarış passivliyi bizi narahat edir. Aparıcı qüvvəyə çevrilməkdən ötrü axtarışlar apararaq, həmişə yolda olmaq əzmi son vaxtlar, bir az yumşaq desək, bir o qədər də nəzərə çarpmır.
     Bəlkə, bizim ədəbi tənqidimizdə ədəbiyyatımızla əlaqədar bütün problemlər həll olunub qurtarıb, müzakirələrə ehtiyac yoxdur? Bəlkə, Azərbaycan ədəbiyyatının inkişafı elə səviyyəyə gəlib çatmışdır ki, heç bir elmi mübahisə üçün əsas vermir?
     Əlbəttə, belə deyil.
     Azərbaycan ədəbiyyatında - nəsrində də, poeziyasında da, dramaturgiyasında da bir sıra prinsipial nailiyyətlər əldə edilmişdir. Bu gün Azərbaycan ədəbiyyatının keyfiyyət göstəricisi on il, iyirmi il, otuz il əvvəlkinə nisbətən xeyli yüksəkdir, onun bədii təsərrüfatı cox zəngin və vüsətlidir.
     Lakin əldə edilən nailiyyətlərlə yanaşı, müasir Azərbaycan ədəbiyyatında ciddi nöqsanlar, zəif cəhətlər də az deyil: məhz bu nöqsan və zəif cəhətlərdən son illərdə ədəbi tənqidimiz əksər hallarda sərf-nəzər etmişdir.
     Biz yuxarıda Azərbaycan ədəbiyyatının nailiyyətlərini qeyd etdik. Lakin məsələ burasındadır ki, nöqsan və zəif cəhətlərin ədəbi tənqidimizdə dərin təhlil və təfsiri verilmədiyi kimi, bu nailiyyətlər də ədəbi tənqiddə öz yüksək elmi-nəzəri, analitik şərhini tapmamışdır. Tərif (əslində tərifnamələr!) çoxdur, lakin bu təriflərin sovet ədəbi tənqidinin əldə etdiyi elmi fikir dərinliyi, təfəkkür zənginliyi səviyyəsində sübutu yoxdur. Ayrı-ayrı kitablar haqqında bu və ya digər dərəcədə qənaətbəxş məqalələr var. Həmin məqalələrdə təqdir olunan təhlil obyekti məhəlli analizdən keçirilir, lakin bütünlükdə Azərbaycan ədəbiyyatına şamil ediləcək ümumiləşdirilmiş, problematik yazılar son dərəcə azdır.
     Biz «məhəlli analiz» ifadəsini əbəs işlətmədik. Y.Elsberq «Literatumaya qazeta»da (1 yanvar 1972-ci il) çap etdirdiyi «İnsan uğrunda vuruşda» adlı maraqlı məqaləsində sovet ədəbiyyatının dünya ədəbi prosesindən təcrid olunmuş halda təhlil edilmə- sinə qarşı çıxır. Əlbəttə, bu, düzgün mövqedir, lakin bəla burasındadır ki, Azərbaycan ədəbi tənqidi çox zaman təhlil elədiyi əsərlərə hələ nəinki dünya ədəbi prosesi baxımından, hətta ümum- sovet ədəbi prosesi baxımından belə yanaşmır və bu zaman söhbət hərtərəfli, tam təhlildən yox, məhz «məhəlli təhlildən» gedir.
     Bu cür ayrı-ayrı spesifik naqisliklər Azərbaycan ədəbi tənqidini ümumsovet ədəbi tənqidinə nisbətdə daha artıq zəifliyə, «periferiya tənqidi» kimi acınacaqlı, lakin obyektiv faktorlardan doğan ifadələrin işlənməsinə gətirib çıxarır.
     Təsadüfi deyil ki, son illərdəki məqalə və çıxışlarda, fikir və mülahizələrdə bizim ədəbi tənqidimizin ümumi səviyyəsinin zəif olduğu, onun problematika məhdudluğu, ədəbi prosesi ümumilikdə, tamlıqda izləməməsi, bədiiliyin dərin fəlsəfi-estetik problemlərini həll edə bilməməsi, onda vətəndaşlıq pafosunun çatışmaması və lazımsız mötədillik əhvali-ruhiyyəsinin hökm sürməsi dönə-dönə təkrar olunmur, bu məsələlərlə əlaqədar ədəbi ictimaiyyət narahatlıq keçirir.
     Belə bir sual verilə bilər: bəlkə bizdə müəllif «qıtlığıdır» və ədəbi tənqiddəki bu vəziyyət də həmin «qıtlıqla» bağlıdır?
     Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Əkbər Ağayev, Mehdi Məmmədov, Hidayət Əfəndiyev, Kamal Talıbzadə, Abbas Zamanov, H.Orucəli, Əziz Mirəhmədov, Yəhya Seyidov, Pənah Xəlilov, Bəkir Nəbiyev, Kamran Məmmədov, Yaşar Qarayev, İslam İbrahimov, Cəlal Məmmədov, Məsud Əlioğlu, Qulu Xəlilov, Qasım Qasımzadə, Nadir Məmmədov, Gülrux Əlibəyova, Seyfulla Əsədullayev, Asif Əfəndiyev, Əhəd Hüseynov, Akif Hüseynov, Araz Dadaşzadə, Təhsin Mütəllimov, Şamil Salmanov, Xalid Əlimirzəyev, Ayaz Vəfalı, Arif Səfiyev, İmamverdi Əbilov, Cəlal Abdullayev... Mənsub olduğu nəsil, istedad dərəcəsi və nəzəri hazırlıq səviyyəsi baxımından tamamilə fərqlənən, bu və ya digər ardıcıllıqla ədəbi tənqidlə məşğul olan tənqidçilərimizin hələ heç də tam olmayan siyahısı belə nüfuzludur. Tez-tez məqalələrlə çıxış edən yazıçı və şairlərimizi (onların bəziləri ayrıca məqalələr kitabı da çap etdirmişlər) əsas etibarilə sırf ədəbiyyatşünaslıq məsələləri ilə məşğul olub ara-sıra müasir ədəbiyyat barədə məqalələr yazan müəllifləri də nəzərə alsaq, mətbuat səhifələrindəki imza «bolluğu» haqqında geniş təsəvvür əldə etmək mümkündür.
     Deməli, bizdə «ədəbi tənqidin ciddi surətdə geri qalmasının»‘ səbəblərini müəllif «qıtlığında» - tənqidçi kadrlarının çatışmazlığında axtarmaq əbəsdir, əksinə, bizə elə gəlir ki, belə bir «bollu- ğun» özü də ədəbi tənqidin xeyrinə deyil, çünki bu kəmiyyət göstəricisi heç də keyfiyyət göstəricisi demək deyil.
     Məsələ burasındadır ki, müasir Azərbaycan ədəbi tənqidində indi elə bir vəziyyət yaranmışdır ki, həm onun, həm də bədiiyyatın böyük problemləri tənqidçi (çox zaman isə «həvəskar») imzalarının kəmiyyət göstəricisinə nisbətdə xırda «hissəciklərə» bölünmüşdür. Bir də məsələ burasındadır ki, ən yaxşı hallarda səkkiz-on səhifəlik məqalələrdən ibarət bu xırda «hissəciklərə» ümumi nəzər saldıqda belə, onlar öz vahidliyini, tamlığını bərpa etmək iqtidarında deyildir, çünki bu «hissəciklər» artıq o dərəcədə pərakəndə səciyyə daşıyır, o qədər gündəlik qəzet resenziyası şəklini almışdır ki, bunları «birləşdirib» ümumiləşdirilmiş elmi nəticələrə gəlmək mümkün deyil; bu «hissəciklər» vahid nəzəri panoram yaratmaq qüdrətinə malik deyildir.
     Əlbəttə, biz heç də onu demək istəmirik ki, məhz tənqidçi kadrlarının çoxluğuna görə belə bir «bölünmə», «parçalanma» labüddür. Qətiyyən. Biz ədəbi tənqidimizdə yaranmış spesifik və- ziyyətin təsnifatından çıxış edərək yuxarıdakı qənaətə gəlirik. Əgər həmin imza müəlliflərinin, heç olmasa, yarısı böyük problemlər şərhçisi və təhlilçisi, tənqidçi-mütəfəkkir olsaydı, əgər onlar ayrı-ayrı əsərlərə bu problemlər yüksəkliyindən nəzər salıb sənət Femidasının tərəzisini müasir bədii-estetik fikrin əldə etdiyi nailiyyət meyarları ilə ölçsəydi, o zaman hansı «bölünmədən», hansı «parçalanmadan» söhbət gedə bilərdi?
     Biz hələ 50-ci illərdə, 60-cı illərin əvvəllərində M.Arifin «Azərbaycan sovet romanı», M.Hüseynin «Ədəbiyyat və müasirlik», M.Cəfərin «Ədəbi tənqidin bəzi məsələləri», C.Cəfərovun «Ədəbiyyatda ideya saflığı və yüksək sənətkarlıq uğrunda», İ.İbrahimovun «Şərqşünasların XXV Beynəlxalq konqresindən notlar», A.Əfəndiyevin «Tənqid və zaman» və s. kimi sağlam prinsipiallıq mövqeyindən yazılmış, mühüm elmi mübahisələrə obyekt ola biləcək problematik əsərləri nisbətən tez-tez oxuduğumuz halda, 60-cı illərin sonu, 70-ci illərdə - bədii ədəbiyyatımızın əvvəlki dövrlərə görə şəksiz inkişaf, geniş bədiilik diapazonları əldə etdiyi, müsbət mənada yeni keyfiyyət dəyişiklikləri gətirdiyi, müxtəliflik, rəngarənglik qazandığı, həm də bir sıra naqis cəhət- lərdən, xarakter zəifliklərdən hələ yaxa qurtara bilməyəcəyi bir zamanda, Y.Qarayevin «Azərbaycan realizminin problemləri», yaxud A.Hüseynovun «Müxtəlifliyin birliyi» kimi ümumiləşdirilmiş fikir və mülahizələr, mürəkkəb problemlər ağırlığı altında sətirləri titrəməyən məqalələrə təsadüfdən-təsadüfə rast gəlirik; belə məqalələr arasındakı intervallar bəzən illər təşkil edir.
     Əlbəttə, bu yerdə oxucu təəccüb edə bilər ki, axı, bir az yuxarıda siz ədəbi tənqidimizin inkişaf etdiyini yazırdınız. İndiki iddianız həmin fikri inkar etmirmi? Elə bilirəm ki, yox, inkar etmir, çünki biz ədəbi tənqidimizin nəzəri səviyyəsinin inkişaf etdiyini söyləyərkən, bugünün yaxşı məqaləsi ilə dünənin yaxşı məqaləsinin müqayisəsindən çıxış edirik.
     Resenziya ədəbi tənqidin mübariz, aktiv janrlarından biridir və son illərdə biz M.Arifin, M.Cəfərin, C.Cəfərovun, Ə.Ağayevin, K.Talıbzadənin, Y.Seyidovun, B. Nəbiyevin, Y.Qarayevin, T.Mütəllimovun, Ş.Salmanovun və digər müəlliflərin bu janrın yaxşı nümunələrini yaratmalarının şahidi olmuşuq. Lakin yenə də məsələ burasındadır ki, əvvəla, bu tipli resenziyalar annotasiya xarakteri daşıyan, tərifnamələrdən ibarət «resenziyaların» keyfiyyət mənfiliyi və kəmiyyət çoxluğu içərisində şam işığı kimi əriyib görünməz olur, digər tərəfdən isə bütün bu tipli yazılar bizim ədəbi tənqiddə yaranmış vəziyyətin nəticəsində ümumiləşdirilmiş, problematik məqalələr boşluğunu doldurmaq iddiasındadır, başqa sözlə desək, problematik məqalələrin, verilən hökmləri yüksək nəzəri səviyyədə əsaslandıran məqalələrin azlığı hesabındadır.
     Bu axırıncı məsələ - verilən hökmlərin havadan asılı qalması, əsaslandırılmaması müasir ədəbi tənqidimizin ən naqis cəhətlərindən biridir: filan əsər yaxşı əsərdir, filan əsər isə pis, lakin «NƏ ÜÇÜN?» sualının cavabı açıq qalır. Bu mənada A.Əfəndiyevin «Azərbaycan» jurnalının 1971-ci il 4-cü nomrəsində çap olunmuş «İnsan və sənət» məqaləsi səciyyəvi nümunədir.
     Tənqidçi müasir Azərbaycan ədəbiyyatı ilə əlaqədar bir sıra hökmlər verir, müxtəlif əsərləri müxtəlif cür qiymətləndirir, lakin onun nə üçün məhz bu və ya digər qənaətə gəlməsinin səbəbləri aydın olmur. Məsələn, məqalədə şair F.Qocanın şerlərindən bol sitatlar gətirilir və müəllif bu şerləri qəti surətdə inkar edir. Biz onunla mübahisə etmək istəyirik, çünki bir sıra şerlər barədə başqa fikirdəyik. Mübahisə etmək istəyirik, lakin... mübahisə edə bilmirik: mübahisə etməli fikir və mülahizələr, izahlar yoxdur, yal- nız quru hökmlər var.
     Bütöv bir şer misal gətirilir və tənqidçi belə bir hökm verir: «Bu şerdə heç bir dərin məna, heç bir fəlsəfi hikmət yoxdur». Vəssalam. Bir şer və bir cümlə. Başqa bir şer misal gətirilir və yenə də bir cümləlik hökm: «Bu sətirlərdə poeziyaya layiq heç bir şey (!-E.) yoxdur». Vəssalam. Yenə də bir şer və yalnız bir cümləlik hökm: bu şerdə şair «Çayld Harold plaşına bürünüb (!-E.)».
     Və tənqidçi belə bir ardıcıllıqla davam edir - şer və hökm: «Bu, qeyri-adilərə məxsus metamarfozadır»; Bu, «şablon, min dəfə deyilmiş sözlərdir» bunlar isə yalnız ironik cümlələrə obyekt ola bilər...
     Doğrusu, bu quru hökmlər, heç bir əsas gətirmədən verilən qəti qiymətlər bizə o qədər təsir etdi ki, ərinmədik, qələmi ələ alıb hesablama apardıq; tənqidçi, F.Qocanın şerlərindən 88 misra (az qala kiçik bir poemanın həcmi!) sitat gətirir və bu 88 misranı özünün 30 cümləsi ilə (!) yuxarıdakı hökmlər şəklində yerlə- yeksan edir. Bu cümlələrin isə bəzisinin üç sözdən və impulsiv bir nida işarəsindən ibarət olduğunu nəzərə alsaq, demək olar ki, tənqidçi heç bir izah vermir.
     A.Əfəndiyev elə həmin məqaləsində başqa bir əsərdən bəhs edərək özü haqqında yazır: «Oxucular bu deyilənləri (yəni A.Əfəndiyevin söylədiyi fikirləri - E.) bəlkə də həddən artıq romantik və xəyalpərəst bir filosof-tənqidçinin subyektiv fikirləri hesab etməsinlər». Tənqidçi təvazökarlığı barədə söhbət salmayaq, lakin açığını deməliyik ki, yuxarıda göstərdiyimiz kimi, «poeziya təhlillərini» oxuduqdan sonra, tənqidçinin təkidinə baxmayaraq, oxucunun başqa əlacı qalmır...
     Əlbəttə, F.Qocann şerlərini bəyənmək də olar, bəyənməmək də - bu, tənqidçinin estetik prinsiplərindən, sənətə məxsusi münasibətindən asılıdır; həm də F.Qocanın güclü şerlərilə bərabər, zəif şerləri də vardır. Lakin tənqidçi ilə oxucunun da fərqi məhz burasındadır ki, tənqidçi «NƏ ÜÇÜN?» sualına cavab verməlidir, özü də köklü-əsaslı cavab: əsəri bəyənmirsənsə, zəif hesab edir- sənsə, onda zəhmət çək nə üçün bəyənmədiyini izah et, təklifini əsaslandır, yox, əgər bəyənirsənsə, yenə də zəhmət çəkib nə üçün bəyəndiyini başa sal.
     L.Tolstoy V.Şekspiri bəyənmirdi, lakin indi heç kim bundan ötrü onu ittiham edə bilməz, çünki o nə üçün bəyənmədiyini izah edirdi, əsaslandırırdı, adicə surətdə bu izahları, bu əsasları qəbul etmək və yaxud qəbul etməmək olar. Əlbəttə, nə F.Qoca V.Şekspirdir, nə də yəqin ki, A.Əfəndiyev L.Tolstoydur, lakin bu heç də tənqidçi məsuliyyətsizliyinə bəraət qazandırmır.
     Məsələn, mən çox arzulardım, bilək: A.Əfəndiyev kimi maraqlı bir tənqidçi nə üçün F.Qocanın şerlərini bəyənmir? «İnsan və sənət» məqaləsində bu sualın cavabı verilsəydi, elə bilirik ki, həm şair, həm də ədəbi tənqidimiz bundan qazanardı və oxucu da əsaslandırılmamış hökmlərdən çaş-baş qalmazdı; eyni zamanda, mübahisələr üçün də əsas olardı.
     Təəssüf hissilə K.Talıbzadənin belə bir fikri ilə şərik oluruq ki, A.Əfəndiyev «tənqidlərini bəzən lazımınca əsaslandıra bilmir, təriflərində olduğu kimi, tənqidlərində də ifratçılıq, subyekti- vizm, açıq tendensiya hiss olunur»‘.
     Ona görə təəssüf hissi keçiririk ki, A.Əfəndiyevin vaxtıilə «Literatumıy Azerbaydjan» jurnalında çap olunmuş «Tənqid və zaman» məqaləsi, eləcə də bir sıra digər məqalələrindəki ayrı-ayrı fikir və mülahizələri belə təəssürat yaradır ki, söhbət polemikadan çəkinməyən, cəsarətli fikirlərini müdafiə etmək bacarığına, potensial imkanlara malik, düşünmək və düşündürmək istəyən bir tənqidçidən gedir və çox istərdik ki, bu döyüşkənlik ruhu quru hökm verib can qurtarmağa çevrilməsin, bu elmi cəsarət, əsl sənət naminə tənqidçi-vətəndaş obyektivliyi keçmişlərdə qalmasın, potensial imkanlar daimi ehtiyat kürsüsündə «əyləşməsin», tənqidçi vicdanı ilə tənqidçi qələmi arasında təzad yaranmasın...
     Ümumiyyətlə, tənqidçi məsuliyyəti baxımından ədəbi tənqi- dimizə nəzər saldıqda bir sıra digər anlaşılmazlıqların da şahidi oluruq. Bəzən verilən qiymətlər, söylənən fikir və mülahizələr, əslində, faktik dəqiqlikdən məhrum olur, az qala, siyasi təkdir xarakteri daşıyan bu qiymətlər, fikir və mülahizələr bilavasitə bədii təcrübədən doğmur.
     Fikrimizi aydınlaşdırmaq üçün bir misal gətirmək istəyirik. C.Məmmədov son illərin bəhrəsi olan dram əsərlərimizdən danışarkən, birdən-birə mövzudan kənara çıxır, klassik dram əsərləri- mizin müasir səhnə təcəssümü haqqında da mülahizələr yürüdür və gözlənilmədən rejissor T.Kazımovu «marksist estetika tərəfindən qəti surətdə pislənən və rədd edilən priyomlara (!-E.)» əl atmaqda ittiham edir.
     Aydın məsələdir ki, sovet rejissoru üçün bu çox ciddi bir ittihamdır və xüsusi analitik əsas tələb edir. Lakin belə əsası C.Məmmədovun məqaləsində görə bilmirik, yalnız bir cümlədən ibarət hökm (ah, bu quru hökmlər!) oxuyuruq: «Rejissor Tofiq Kazımovun klassiklərimizin əsərləri üzərində apardığı əməliyyat (!-E.), Cəlil Məmmədquluzadənin «Ölülər» və Haqverdiyevin «Pəri Cadu» pyeslərinə «düzəlişləri» bəzi tamaşalara («bəzi», yəni hansı?-E.) verdiyi quruluş belə priyomlardandır».
     Biz, hörmətli C.Məmmədovdan fərqli olaraq, bu bir cümləlik hökmlə kifayətlənə bilmirik; ona görə ki, həqiqət, bədii gerçəklik həmin ağır hökmü doğrultmur.
     Doğrudan da, hərgah rejissorun «düzəlişləri» yalnız bundan ibarətdirsə ki, «Ölülər»i tamaşaya qoyarkən, bəzi monoloqları müasir səhnənin ehtiyaclarına müvafiq hesab edərək (məqsədinə nail olub-olmursa - bu başqa məsələdir), bir neçə yerə parçalayır, C.Məmmədquluzadənin böyük silahdaşı və məfkurə dostu M.Ə.Sabirin şerlərinə müraciət edir (yerinə düşüb-düşmürsə - bu da başqa məsələdir), o zaman «marksist estetika tərəfindən qəti surətdə pislənən və rədd edilən» hansı «priyomlardan» söhbət gedə bilər? Əgər belə olsaydı, sovet teatrlarının ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən bir çox məşhur tamaşaları, deyək ki, Vaxtanqov teatrının «Şahzadə xanım Turandot» tamaşası daha böyük ittihamlara məruz qalmazdımı?
     Ümumiyyətlə, qeyd etməliyik ki, son zamanlar bir sıra elə məqalələrə rast gəlirik ki, bunlarda nəyin bahasına olursa-olsun, məhz «qara» axtarıb tapmaq xətrinə «qara» axtarmaq meyli özü- nü göstərir. Hər hansı bədii estetik axtarış bəzən şübhə ilə qarşılanır. Halbuki, əslində, sosialist sənət yaratmaq yollarındakı axtarışlarda böyüdücü şüşə ilə məfkurəvi sapıntılar axtarmaq həvəsinin özü məfkurəvi sapıntıdan başqa bir şey deyil.
     Müasir Azərbaycan ədəbi tənqidinin xarakter sapıntıları, naqis cəhətləri çatışmazlıqları mətbuat orqanlarının, ilk növbədə isə bizim yeganə «qalın jumalımızın» - «Azərbaycan» jumalmm bugünkü fəaliyyəti ilə sıx surətdə bağlıdır.
     Qeyd etməliyik ki, ədəbi tənqidimizin və ümumiyyətlə, bədii-estetik fikrimizin inkişafında bu jumalm xidmətləri olduqca böyükdür; əldə etdiyimiz bir sıra prinsipial nailiyyətlər məhz bu jumalm adı ilə bağlıdır. 20-ci illərdən etibarən «Azərbaycan» jur- nalı həmişə ədəbiyyatımızın nüfuzlu xeyirxahı olmuşdur. Onun çap etdiyi döyüşkən ruhlu məqalələr çox zaman bədiiyyatımızın keyfiyyət göstəricisi səviyyəsinə yüksələ bilmiş, ədəbi tənqidimizin nəzəri kamilliyinə dəlalət etmişdir.
     Lakin son bir neçə ildə bu jumalm ədəbi prosesdəki passiv fəaliyyəti ədəbiyyat hadisələrinə biganə münasibəti, istər-istəməz nəinki yalnız bu jurnalda, ümumiyyətlə, respublikada ədəbi tənqidin nəzəri səviyyəsinin aşağı düşməsinə, onun yüksək bədii- estetik ideallar naminə döyüşkənlik ruhunun bu və ya digər dərəcədə itirilməsinə gətirib çıxarmışdır.
     Aydındır ki, hər bir ədəbi jurnalın öz bədii-estetik siması olmalıdır və bu «simanı» yalnız jurnalın çap etdiyi bədii əsərlər müəyyənləşdirmir; onun estetik mövqeyini, bədiiyyata münasibətini, ideya yetkinliyini və cəbhəsini, olsun ki, daha qabarıq şəkildə həmin jumalm səhifələrində özünə yer tapmış ədəbi tənqid nümunələri müəyyən edir.
     Təsadüfi deyil ki, son zamanlar yaradıcılıq təşkilatlarının plenumlannda, ayrı-ayrı müşavirələrdə, mərkəzi mətbuat orqanlarında ədəbi tənqid və jurnal redaksiyaları məsələsi haqqmda bəhs edilən xüsusi obyektə çevrilmişdir. Ədəbi tənqidin bugünkü kəsir və naqisliklərinin məsuliyyətini tənqidçilərlə bərabər, məhz jurnal və qəzet redaksiyaları da daşıyır.
     «Jurnal mövqeyi» məsələsi müasir Azərbaycan ədəbi həyatında ən aktual məsələlərdən biridir, çünki V.Xmaranın yazdığı kimi, hər hansı jurnalda tənqid-biblioqrafiya adlanan bölməni açarkən, biz adicə olaraq yazıçıların yeni əsərlərinin necə qiymətləndirilməsini axtarmırıq. «Bizi daha böyük vüsət - jurnalın mövqeyi maraqlandırır»‘.
     Biz bu «mövqeyi» jumalın güddüyü obyektiv məqsədlər, barışa bilmədiyi kəsirlər, uğrunda mübarizə apardığı bədii-estetik prinsiplər, ədəbiyyatımızm ümumi mənafeyi naminə çəkdiyi qayğılar, döyüşkənlik əzmi mənasmda başa düşürük. Bütün bunlann isə həqiqi vüsətə malik inikasını - sağlam ehtiraslı, yüksək elmi- nəzəri səviyyəli, günün bədii-estetik, siyasi-ictimai tələblərinə cavab verəcək, ədəbiyyatımızı irəli apara biləcək inikasını görmək istəyirik.
     Lakin təəssüflə deməliyik ki, belə bir vüsət baxımından «Azərbaycan» jumalma nəzər saldıqda, qarşımızda açılan mənzərə fərəhləndirici deyil.
     Son illərdə «Azərbaycan» jumalmda çap olunmuş yüksək nəzəri səviyyəli, aktual əhəmiyyətli, problematik məqalələri bar maqla saymaq olar və elə bilirəm ki, bu «hesablama» zamanı yalnız bir əlin barmaqları kifayət edər... Doğrudur, son illərdə Y.Qarayevin, A.Hüseynovun və bir sıra digər müəlliflərin bu və ya digər dərəcədə maraqlı məqalələri ilə «Azərbaycan» jumalının səhifələrində tanış olmuşuq, lakin ümumi kəmiyyət və keyfiyyət sönüklüyü fonunda həmin məqalələr son dərəcə azlıq təşkil edir.
     Jurnalın, deyək ki, 1970-ci il nömrələrini bir-bir nəzərdən keçirsək aydm olar ki, yubiley xarakteri daşıyan məqalələrdən əlavə, tam bir il müddətində bu jurnal müasir Azərbaycan ədəbiyyatı ilə əlaqədar iki-üç məqalə istisna edilərsə, heç nə çap etməmişdir. Əlbəttə, tərifnamələrdən ibarət aşağı səviyyəli resenziya- difiramblar, komplimentçilik, yazıçı Y.Bondarevin təbiri ilə desək, «modalar evinin eleqantlığı» ədəbi tənqid nümunəsi ola bilməz. Azərbaycan yazıçılarmm V qurultaymdakı məruzələri nəzərə almasaq, jurnalın 1971-ci il nömrələrində də vəziyyət, demək olar ki, bu cürdür.
     Jurnalda çap olunan resenziya-difiramblar bəzən qəribə mənzərə yaradır. Misal üçün, bir şer kitabından bəhs edən məqalə müəllifi xeyli tərifnamələrdən sonra, şerlərdən misal gətirir və dər- hal K.Stanislavskinin aktyorlara verdiyi bir məsləhəti xatırlayır (!) və belə məlum olur ki, Stanislavskinin aktyorlara verdiyi bu məs- ləhətdən şair bacarıqla istifadə edib...
     Belə vəziyyətin bir səbəbi də yəqin ondadır ki, jurnalın peşəkar tənqidlə əlaqəsi zəifdir və görünür, bunun təqsiri yalnız jurnalda deyil, həm də peşəkar tənqidin özündədir.
     SSRİ yazıçılarının V qurultayına hesabat məruzəsində deyilir: «Bizim ədəbi tənqidin və bəzi mətbuat orqanlarının ciddi bəlası müasir bədii əsərlərə qarşı biganəlik, yeni adlara zəif maraqdır. Təəssüf ki, nəsr, poeziya və dramaturgiya əsərlərinin hələ çox hissəsi peşəkar tənqidin diqqət mərkəzinə düşmür, öz təhlilini tapmır, qiymətini almır».
     Bu cəhət bizim ədəbi tənqiddə və xüsusən, «Azərbaycan» jurnalının səhifələrində özünü qabarıq şəkildə büruzə verir. Belə vəziyyət bir tərəfdən ədəbi tənqiddə, digər tərəfdən isə bədii ədəbiyyatda xəstə halların yaranmasına gətirib çıxarır. Belə ki, peşəkar tənqid susduğu üçün, «həvəskarlar» qələmi ələ alır, redaksiyanın «səxavətindən» istifadə edib, məqalə və resenziya adı ilə heç bir ölçüyə sığmayan primitiv fikir və mülahizələr yığırnrn çap etdirir, şit tərifnamələr yazırlar («həvəskarlar» tənqid etmirlər, görünür, ona görə ki, belə məqalələrin səviyyəsilə tənqid olunan müəllifə cavab vermək çətindir, tərifdən isə heç kim incimir...). Bu zaman ölçü itir, yaxşı ilə pis bir-birinə qarışır, zəif kitab da, uğurlu kitab da nailiyyət sayılır və məhz buna görə də, yəni ədəbi tənqidin əmələ gətirdiyi həmin əlverişli şərait nəticəsində aşağı səviyyəli bədii ədəbiyyatm kəmiyyəti artır, konyunktura halları meydana çıxır.
     Doğrudan da, əgər qızılla xəzəlin fərqi bir o qədər də nəzərə çarpmır, niyə zəhmət çəkib, əzab-əziyyətə sinə gərib, hələ, üstəlik, bir istedadlı da olub qızıl yaratmaq lazımdır; xəzəl tökməklə keçinmək əlverişli deyilmi? Hətta bəzən xəzəl qızıldan daha məqsədəuyğun olur, çünki xəzəl yüngüldür və üzdə olur, hər tərəfi bürüyür, qızıl isə ağırdır, dibə yatır və bəzən onu görmək də mümkün olmur...
     Jurnal «İran roman sənətində uğurlu sıçrayış» haqqında məqalə dərc edir (1970, N« 7); çox yaxşı, maraqlı məsələdir, lakin Azərbaycan romanının müasir vəziyyəti nə zaman elmi-nəzəri analizdən keçiriləcək, təhlil və təfsir ediləcək, spesifikası müəyyənləşdiriləcək?
     Jurnal «Məhəmməd Hidəcinin fəlsəfi görüşləri» haqqında geniş məlumat verir (1970, N 10), lakin müasir Azərbaycan yazıçılarının bugünkü həyat həqiqətlərinə fəlsəfi münasibəti, ümumiyyətlə, müasir Azərbaycan ədəbiyyatının fəlsəfi simasının müəyyənləşdirilməsi barədə susur.
     İstərdik ki, oxucu düzgün başa düşsün, biz Məhəmməd Hidəcinin fəlsəfi görüşləri barədə məqalə çap etməyin əleyhinə deyilik, əksinə, bu, xeyirli, əhəmiyyətli bir işdir, ədəbi irs heç vaxt diqqətdən yayınmamalıdır, lakin biz, eyni zamanda, müasir ədəbiyyatımızın mühüm yaradıcılıq məsələlərinə biganəçiliklə də barışa bilmirik.
     «Azərbaycan» jurnalı «Cami irsinə məhəbbət» (1970, N 2), «Udlu Musa Şirvani» (1970, N 2), «Fəzlullah Nəiminin vəsiyyətnaməsi» (1970, N 5), «Vis və Ramin» (1970, N 10), «Əmin ər- Reyhani və din» (1971, N 9), «Əhməd Xani və onun «Məm və Zin» poeması» (1971, N 10) və s. məsələlər barədə məqalələr çap edir, çox yaxşı (hərçənd bu yazıların da hamısı qənaətbəxş sə- viyyədə deyil), deməli, onun maraq dairəsi genişdir, lakin məlum deyil nə üçün, hansı səbəbə, nəhayət, hansı mənəvi ixtiyarla Azərbaycan ədəbiyyatının bir çox müasir aktual problemleri, özü də həllinə və şərhinə ümumazərbaycan mədəniyyətinin ehtiyacı olan problemləri jurnalın «maraq dairəsinə» daxil deyil?
     Məzmunca dərin olmayan və formaca sönük əsərlərə münasibətdə «Azərbaycan» jumalının tutduğu prinsipial mövqe nə üçün nəzərə çarpmır? Nə üçün bu cür əsərlərə jurnal biganə münasibət bəsləyir, bircə dənə də olsun məxsusi məqalə ilə bu tipli əsərlərin qarşısını almağa cəhd göstərmir?
     Bəlkə Azərbaycan ədəbiyyatında «məzmunca dərin olmayan və formaca sönük əsərlər» yoxdur?
     Belə olsaydı, nə vardı ki...
     Azərbaycan ədəbiyyatında «miyanə, qeyri-bitkin, sönük, bəzən də ideyaca yetkin olmayan» və ədəbi tənqidimizdə öz prinsipial qiymətini tapmayan qalın-qalın romanlar var və yazılır, povestlər, pyeslər, hekayələr, şerlər mövcuddur. Deməli, «Azərbaycan» jurnalının susmasının səbəbi bu deyil. Bəs nədir? Bəlkə səbəb ondadır ki, bu səpkili qeyri-bədii yazıların əksəriyyəti elə «Azərbaycan» jurnalının öz səhifələrindən həyata «göz açmışlar?» Aydındır ki, belə bir səbəb bəraət yox, oxucular tərəfindən verilən ittiham ola bilər.
     Məhz belə bir vəziyyətin nəticəsidir ki, jurnal bəzən qeyri- bədii, primitiv, bugünkü oxucunun tələblərinə cavab vermək iqtidarında olmayan «əsərləri» nəinki pisləyir, əksinə, onları tərifləyib sabun köpüyü kimi şişirdir.
     Misal üçün, jurnal əvvəlcə C.Bərgüşadın roman janrının elementar tələblərinə cavab verməyən, son dərəcə zəif və qeyri- bədii «Boz atın belində» romanını bir neçə nomrəsində çap edir, sonra da öz səhifələrində həmin roman haqqında difiramba oxuyur. Nəticədə də «roman» müəllifi öz qələminin «qadirliyinə» inanır (başqa cür ola da bilməz!) və bu dəfə böyük Azərbaycan sərkərdəsi Babəkin həyatından bəhs edən roman yazmağa başlayır. Bu yeni romandan çap edilmiş hissələr isə göstərir ki, o da tarixi roman janrına parodiyadan başqa bir şey deyildir.
     «Boz atın belində» yazısı və bu yazı ilə əlaqədar çap olumnuş tərifnamələr ədəbi ictimaiyyətimizdə kəskin tənqidə məruz qaldı...
     C.Məmmədov Azərbaycan Yazıçılar İttifaqının tənqidə həsr olunmuş plenumundakı məruzəsində C.Bərgüşadın «Boz atın belində» yazısı ilə əlaqədar çap olunmuş tərifnamələri çox «qəribə görünən» hadisə kimi qələmə verir. Doğrusu, bu dəfə oxucu özü «qəribəliklər» içində qalır: məruzəçiyə bu qədər «qəribə görünən» məqalələr məhz onun redaktorluq etdiyi jurnalın səhifələrində özünə yer tapmışdır...
     Biz Q.Brovmanın belə bir fikri ilə şərikik ki, hər bir sovet jurnalının tənqid şöbəsi ümumsovet ədəbiyyatının qayğılannı duymalı, mənafeyini güdməlidir. Doğrudan da, yalnız bu zaman ədəbi tənqidimiz «məhəlləçilikdən» çıxıb ümumsovet ədəbi tənqi- dində özünəməxsus yer tutar, intişar tapa bilər.
     Bu münasibətlə A.Hüseynovun «Azərbaycan» jurnalmm 1971-ci il 9-cu nömrəsində çap olunmuş «Müxtəlifliyin birliyi» məqaləsinin adını çəkmək istəyirik. Ədəbiyyatda millilik məsələsinə həsr olunmuş bu məqalədə tarixi kateqoriya kimi milli xarakterin dinamik, dəyişkən təbiəti, milli psixologiya, milli xüsusiyyətlər problemi məhz bütün sovet ədəbiyyatı ilə qarşılıqlı əlaqədə götürüldüyü üçün, yalnız bizim deyil, ümumən sovet ədəbi tənqidindəki müxtəlif fikirlər sərf-nəzər edilmədiyi üçün öz geniş nəzəri izahını tapmış, əldə edilən elmi nəticələr müasir ədəbiyyatımızın təcrübəsinə bilavasitə müdaxilə vasitəsilə əsaslandırılmışdır.
     Məqalə müəllifi P.Roqaçov, M.Sverdlin, V.Kozlov, Q.Jukova və b. ilə elmi mübahisəyə girişərək, belə bir fikri müdafiə edir ki, milli xüsusiyyət bu və ya digər xalqın həyatının, məişətinin, mənəviyyatının, psixologiyasının, mədəniyyətinin səciyyəvi, həmin xalqın özünəməxsus, ictimai-tarixi və mədəni həyatı ilə şərtləşmiş ümummilli xüsusiyyətdir. Tənqidçi bu məsələ ilə əlaqədar G.Lomidzenin, A.Yeqorovun, L.Noviçenkonun, Y.Su- rovtsevin və b. müəlliflərin fikirləri ilə şərik olduğunu, onların nəzəri mövqeyini müdafiə etdiyini bildirir. Deməliyik ki, tənqidçinin bu müdafiəsi Azərbaycan yazıçılarının əsərlərindən gətirdiyi tutarlı misallarla müəyyən ümumittifaq əhəmiyyətinə malikdir.
     «Müxtəlifliyin birliyi» məqaləsində bir sıra mübahisəli cəhətlər də var, lakin buna baxmayaraq, bizə elə gəlir ki, «Azərbay- can» jumalının səhifələrindəki tənqidin, əslində isə, ümumiyyət- lə, Azərbaycan ədəbi tənqidinin gələcək inkişafı nəzəri mübahi- sələr diapazonunun genişliyi mənasında məhz bu tipli məqalələrlə bağlıdır, bu şərtlə ki, həmin məqalələrə ildə bir-iki dəfə yox, mütəmadi təsadüf edək. Yalnız bu zaman jumal ədəbiyyatımıza daha yaxından və daha dərindən müdaxiə edə bilər, öz ənənələrinə sadiq qalaraq məxsusi simasını bərpa edər.
     Bunu da qeyd etməliyik ki, yuxarıda haqqında bəhs etdiyimiz çatışmazlıqlar, eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqmın digər orqanlarına da, xüsusən, «Ədəbiyyat və incəsənət» qəzetinə də aiddir və ədəbi tənqidimizin müasir vəziyyətilə əlaqədar məsuliyyəti «Azərbaycan» jumalı ilə bərabər, həmin mətbuat or- qanları da daşıyır.
     Bizcə, mətbuat orqanlarımızın qarşısında duran ən mühüm vəzifələrdən biri yeni tənqidçi nəsli yetişdirməkdən ibarətdir və bu «yeni» sözü yalnız cavanlığı bildirməməli, bədiiyyata münasibəti, nəzəri-estetik keyfiyyəti səciyyələndirməlidir.
     Hələ on il bundan əvvəl Y.Qarayevi, yaxud Ş.Salmanovu «gənc tənqidçi» adlandırırdılar, lakin bu gün də gənc tənqidçilərdən söhbət düşəndə həmin müəlliflərin adı çəkilir, halbuki onlar həm yaş, həm ədəbi təcrübə etibarilə gənclik pilləsini çoxdan adlamışlar. Əlbəttə, belə bir vəziyyətin səbəbi odur ki, son illərdə həm poeziyamızda, həm nəsrimizdə estetik prinsiplər tamlığı, məqsədlər birliyi etibarilə diqqəti cəlb edən, özünüifadə və təsdiq edə biləcək qüvvəyə malik nəsil yaranmışsa da, ədəbi tənqid sahəsində bunu demək mümkün deyil. Xeyli miqdarda yeni adlar sadalamaq olar - ayrı-ayrı resenziyaların altındakı imzalar- lakin bir küll halında Azərbaycan tənqidçilərinin son illərdə formalaşmış yeni nəsli barədə danışmaq mümkün deyildir, çünki bu imza- ları yuxarıda qeyd etdiyim estetik prinsiplər vahidliyi, məqsəd birliyi birləşdirmir, həm də bu resenziyalar, kiçik məqalələr çox zaman «həvəskar» səviyyəsindən yuxarıda dayanmır.
     Azərbaycan ədəbi tənqidinin gələcək inkişafı bu gün, olsun ki, başqa dövrlərə nisbətən daha artıq dərəcədə yeni tənqidçi nəslinin yaranmasını tələb edir, belə bir ehtiyacdadır.
     Biz ədəbi tənqidimizin gələcək inkişafı dedikdə bunu bədii ədəbiyyatımızın, eləcə də tənqidin özünün məxsusi problemlərinin elmi-nəzəri həlli mənasında başa düşürük. O problemlər ki, bu gün ya sərf-nəzər edilir, ya haqqında ötəri bəhs olunur, ya da hələ onları lazımi dərəcədə dərk etmirik.
     Əlbəttə, bir məqalədə bu problemlərin hamısını əhatə etmək mümkün deyil və biz bir neçə məsələnin üzərində dayanmaqla kifayətlənəcəyik.
     Vaxtilə, xüsusən, XX partiya qurultayına qədərki dövrdə bir çox tənqidçi ədəbiyyatda müasirliyi aktuallıq kimi, aktuallığı isə yalnız iqtisadi təsərrüfat yeniliyi kimi başa düşür, Azərbaycan ədəbiyyatından müasirliyi məhz bu cür umur, bu baxımdan tərif, ya tənqid edir, şüurlardakı, məişətdəki insanlarla insanların, insanlarla cəmiyyətin, insanlarla zamanın münasibətindəki yeniliyin, bədii təsvir vasitələrindəki təzəliyin isə fərqinə bir o qədər də varmırdı.
     Əlbəttə, indi vəziyyət belə deyildir, hazırda ən yaxşı məqalələrdə müasirliyi bütün komponentləri ilə vəhdətdə götürməyə cəhd edilir, tədqiq obyekti belə bir vəhdət baxımından təqdir, yaxud tənqid olunur. Lakin bu o demək deyildir ki, ədəbi tənqidimiz estetik bir kateqoriya kimi müasirlik məsələsini tam həll etmiş, fikir aydınlığına, cəbhə birliyinə nail olmuşdur. Bir çox hallarda hələ də məqsəd aydınlığı çatışmır, fikir və mülahizələrdə püxtəlik hiss edilmir.
     Təcrübə göstərir ki, bir sıra yanlış fikirlər, lazımsız polemikalar, ədəbi proseslə bağlı olan hadisələrin yanlış yozumu məhz müasirlik kateqoriyasının mahiyyətini, fəlsəfi-estetik məzmununu dərk etməmək nəticəsində meydana çıxır. Milli xarakterin mütləq deyil, dəyişkən təbiətə malik olduğunu göstərən əsərləri yalançı vətənpərvərlik atəşinə tutmaq təşəbbüsü, eyni zamanda, xarakteri bütün ziddiyyətləri ilə vəhdətdə təsvir etməyin sosialist realizmi ədəbi metoduna yabançı mahiyyət daşıması haqqındakı məhdud iddialar, yaxud müasir poeziyamızın artıq güclü və özünəməxsus qollarından birinə çevrilmiş sərbəst şerin intişar tapmasındakı qanunauyğunluqların nəzərə alınmaması və s. kimi cəhətlər məhz müasirlik anlayışının dərkindəki məhdudiyyətlə bağlıdır.
     Müasirlik kateqoriyasının fəlsəfi-estetik mahiyyətini, bədiiyyatda oynadığı rolu düzgün dərk etdikdə, yazıçı kimi tənqidçinin də öz əsərinin ideya-bədii, elmi-nəzəri səviyyəsi yüksək olur. M.Məmmədov «Azərbaycan dramaturgiyasının estetik problemləri» adlı kitabında müasirlik məsələsindən bəhs edərək yazır ki, müasirlik, əsrin mütərəqqi ideyaları səviyyəsində durmaq, həyat və cəmiyyət hadisələrinə, insan əməllərinə bu zirvə- dən baxmağı bacarmaqdır; müasirlik eyni zamanda həyat müşahidələrini, xalq, insan taleyi haqqında düşüncələri sənətkarlıqla, yüksək bədiiliklə təcəssüm ifadə edə bilməkdir.
     Bu doğru fikirlər elə M.Məmmədovun həmin kitabında bu və ya digər dərəcədə öz əyani gerçəkliyini tapmışdır, bir sıra mübahisəli cəhətlərinə (xüsusən, Azərbaycan ədəbiyyatında realizm probleminə dair) baxmayaraq, bu kitab elmi-nəzəri səviyyəsi etibarilə müasirlik anlayışının belə bir yüksəkliyi baxı- mından razı salır.
     Son zamanlar ədəbiyyatşünaslıq elmi ilə ədəbi tənqidin yaxınlaşması barədə çox söhbət gedir və doğrudan da, indi belə bir yaxınlıq, olsun ki, hər hansı başqa dövrdən daha artıq nəzərə çarpır. Hələ A.Fadeyevin arzuladığı bu yaxınlığın, görünür, öz qanunauyğunluqları var və bu qanunauyğunluqlar müasir ədəbi prosesin tələbatından doğan zəruriyyətin nəticəsidir. Bu gün bizim qarşımızda elə problemlər durur ki, onların həlli məhz ədəbiyyatşünaslıq elmi ilə ədəbi tənqidin vəhdətindən asılıdır.
     Bu cür problemlərdən biri Azərbaycan ədəbiyyatında realizm məsələsidir.
     Bu gün metod və stil problemi ümumittifaq tənqidində böyük mübahisələrə səbəb olmuş problemlər sırasına daxildir.
     Klassik ədəbiyyatın materialları əsasında realizmi və romantizmi daha dərindən öyrənmək bir yaradıcılıq metodu kimi sosializm realizminin də daha dərindən öyrənilməsinə, tədqiq olunmasına, onun imkanlarının daha qabarıq şəkildə üzə çıxmasına zəmin ola bilər. Eyni zamanda, biz bunu inqilabi romantikanın, ümumiyyətlə, üslublar müxtəlifliyinin və zənginliyinin öyrənilməsi işində də xeyirli hesab edirik.
     Hazırda bir sıra müəlliflər Azərbaycan ədəbiyyatında realizmi konkret illərlə sərhədlənən siyasi-ictimai və ədəbi mərhələnin məhsulu hesab etmir, onu öz mərhələlərindən və tipoloji müxtəlifliklərindən məhrum edir, bütöv, bölünməz, vahid bir anlayış kimi götürürlər. Həmin müəlliflər çox zaman həyat həqiqəti anlayışı ilə estetik bir kateqoriya kimi realizmi eyniləşdirir, klassik poeziyada, el ədəbiyyatında təsvir olunan ən kiçik məişət detalını belə, az qala, realizm nümunəsi kimi qələmə verirlər. Əlbəttə, lirik qəhrəmanın platonik məhəbbəti ilə tərənnüm olunan orta əsr gözəlinin saçlarının, gözlərinin, gərdəninin real təsviri realizm ədəbi metodunu müəyyən edə bilməz.
     Təsadüfi deyil ki, bu müəlliflər Azərbaycan ədəbiyyatında realizmin tarixini, az qala, «Dədə Qorqud» eposundan başlayır, yazılı ədəbiyyatda Nizaminin, Xaqaninin əsərlərini realizm nümunəsi hesab etmək dərəcəsinə gəlib çıxırlar. Aydındır ki, bu zaman realizm yalnız öz tarixi spesifikasını, xronoloji konkretliyini deyil, eyni zamanda, estetik müəyyənliyini də itirmiş olur.
     «Antirealizmdən (yəni modernizmdən, mürtəce romantizmdən) başqa hər şey realizmdir» prinsipi, əslində, realizmin tarixini bütünlüklə sənətin tarixinə çevirmək deməkdir. Halbuki tarixi etaplar təşkil edən mütərəqqi metodların, cərəyanların zən- ginliyi, ümumiyyətlə, mədəniyyətin zənginlik əlamətidir. Hərgah biz Nizaminin, Füzulinin romantizmindən danışırıqsa, bu həmin dühaları qətiyyən kiçiltmir və onları süni surətdə, az qala,realizm ədəbi metodunun nümayəndələri kimi təqdim etmək cəhdinə ehtiyac yoxdur.
     Bu və bu kimi digər mühüm məsələlərin elmi təsnifatını vermək, əldə olunan nəticələrdən çıxış edərək müasir ədəbiyyatımıza belə bir vüsət baxımından nəzər salmaq üçün ədəbiyyatşünaslıq elmi ilə ədəbi tənqidimiz daha yaxın təmasda olmalı, bir- birinə daha artıq sirayət etməli, bir-biri ilə daha dərin köklərlə bağlanmalıdır.
     Azərbaycan ədəbi tənqidinin tamamilə sərf-nəzər etdiyi mühüm problemlərdən biri də yaradıcılığın psixologiyası məsələsidir.
     Həm nəsrimizdə, həm poeziyamızda və həm də dramaturgiyamızda məhz yaradıcılıq psixologiyası baxımından dərin və məzmunlu, orijinal tədqiqat üçün obyekt ola biləcək son dərəcə maraqlı proseslər müşahidə etmək mümkündür. İstedad dərəcəsi, bədii təxəyyül, ilham, yaratmaq əzmi, dünyagörüşü, psixikanın obrazlar sistemi axtarmaq məcburiyyəti və s. ümumi cəhətləri fərdiləşdirmək və bu cəhətlərlə bədii yaradıcılığı qarşılıqlı şəkildə, müştərək öyrənmək ədəbi tənqidimizi mövzu rəngarəngliyi, fəlsəfi dərinlik nöqteyinəzərindən zənginləşdirər, məzmunlu edər, onu ədəbi prosesin yalnız şərhçisi və təhlilçisi deyil, həm də mənəvi dayağı edər.
     Elə bilirik ki, vaxtilə Vaqif Nəsibin şerlərini oxuyanlar bu şerlər barədə çox da yüksək fikirdə deyildi. Vaqif Nəsibin beş-altı il bundan əvvəl çap etdirdiyi əsərlər əsl «orta səviyyəli» şerlər idi, xüsusi diqqət cəlb etmirdi, oxuyub on dəqiqədən sonra unut- duğumuz külli miqdarda şerlərdən çox da fərqlənmirdi. Lakin o, yaradıcılığında birdən-birə elə keyfiyyət sıçrayışı etdi ki, bu sıçrayış elə qısa bir müddətə baş verdi ki, indi onun şerlərini oxuyanda inana bilmirsən ki, bunları da, beş-altı il əvvəlki şerləri də eyni müəllif yazmışdır. Bu, yaradıcılıq psixologiyası ilə bağlı maraqlı bir hadisədir, ədəbi tənqid isə bunun fərqinə varmır, yaradıcılıqdakı belə hadisələrin elmi izahını vermir.
     Başqa bir misal: Vaqif Nəsibdən daha sonrakı nəslə mənsub Ramiz Rövşən də vaxtilə Ramiz Müskanlı imzası ilə şerlər çap etdirərdi. Həmin şerlər indi yalnız ona görə yada düşür ki, Ramizin bu gün yazdığı şerləri oxuyub heyrət edirsən: doğrudanmı söhbət eyni müəllifdən gedir? Axı, onun cəmi üç-dörd il bundan əvvəlki şerləri bu gün Ramizin, hələ tamam püxtələşmiş halda olmasa da, əldə etdiyi bədii-estetik dərinliyi, poetik özünəməxsusluğu xəbər vermirdi. Məsələn, biz üç-dörd il bundan əvvəl heç cür təsəvvür edə bilməzdik ki, «ortabab» şerlərini oxuduğumuz Ramizin «Bir yağışlı nəğmə» adlı kitabçası ayrı-ayrı çatışmazlıqlarına baxmayaraq, cavanlann poeziya aləmində hadisəyə çevriləcək. Belə bir sürətli «dəyişmə prosesi» nə üçün ədəbi tənqiddə öz izahını tapmır?
     Yenə bir misal gətirmək istəyirik: İsa Hüseynov bizim çox hörmət etdiyimiz və qələmini yüksək qiymətləndirdiyimiz, müharibədən sonrakı dövrdə ədəbiyyata gəlmiş istedadlı yazıçılardan biridir. Onun roman və povestləri Azərbaycan nəsrinə yeni bədii-estetik keyfiyyətlər gətirdi, bu nəsri daha sanballı, daha məzmunlu etdi. Lakin İ.Hüseynovun son iki-üç il əvvəl yazdığı əsərlər bizdə təəssüf hissi doğurur. Kobud da olsa, belə bir bənzətmə gətirmək istəyirik: İsanın son əsərlərini oxuyarkən belə bir təəssürat yaranır ki, elə bil ağır çəkili usta idmançı öz çəki dərəcəsinin deyil, xeyli yüngül çəki dərəcələrinin ağırlığını qaldırır; biz onun əzələlərini görürük, onun qadirliyinə, imkanlarına inanırıq, lakin fakt fakt olaraq da qalır; bu gün onun qaldırdığı, təbir caizsə, bədii ağırlıq qat-qat aşağı çəki dərəcəsinin ağırlığı- dır. İ.Hüseynovun, deyək ki, «Teleqram» povestinə xas olan dərin psixologizm, xarakterlər dolğunluğu, mürəkkəb ictimai-əxlaqi məsələlərə toxunmaq, bu məsələləri yüksək bədiiliklə ifadə etmək bacarığı nə üçün bu gün xırdalanıb, kiçilib? Səbəb nədir? Ədəbi tənqid susur...
     Bir məsələ üzərində da dayanmaq istəyirik: son zamanlar ədəbi tənqidimizdən bəhs olunarkən «emosionallıq, yoxsa anali- tiklik?» sualı ətrafinda mübahisələr müşahidə etmək mümkündür. Bizə elə gəlir ki, Azərbaycan ədəbi tənqidinin materialları əsasın- da «emosional tənqid» və «analitik tənqid» deyə bölgü aparmaq halları ayrı-ayrı müəlliflərin elmi-metodoloji səhvindən irəli gəlmir, belə bir «bölgü» istər-istəməz mövcud gerçəkliyin özündən doğur, yəni axır vaxtlar mütəmadi rast gəldiyimiz birtərəflilik belə bir «bölgünün» meydana çıxmasına şərait yaradır. Həm də bu vəziyyət yalnız Azərbaycan ədəbi tənqidi üçün deyil, ümumən sovet ədəbi tənqidi üçün bu və ya digər dərəcədə səciyyəvidir.
     Aydın məsələdir ki, ayrıca «emosional tənqid» növü yoxdur və olmamalıdır, necə ki, «analitik tənqid» növü yoxdur, olmayıb və olmamalıdır. Lakin indi iş elə gətirib ki, ayrı-ayrı məqalələri «emosional tənqid» nümunəsi hesab etməkdən başqa çarə qalmayıb, çünki burada təhlil naminə çox az şey var ki, biz bu yerdə ədəbi tənqidimizin daha artıq emosional olduğunu yazan müəllif- lərə haqq qazandırırıq. Doğrudan da, Azərbaycan ədəbi tənqidində belə birtərəflilik - «emosional tənqid» özünü qabarıq şəkildə büruzə verir. Digər tərəfdən isə bir sıra məqalələri «analitik tənqid» kimi qəbul etmək məcburiyyətindəyik, çünki buradakı quru akademizmdə məhz emosionallıq, hiss, həyəcan çatışmır.
     Əlbəttə, bu vəziyyət ədəbi tənqidin zəifliyinə, olsun ki, onun hələ müasir dövrün tələblərinə müvafiq tam formalaşmamasına dəlalət edir və əslində, həmin zəiflik nəticəsində yaranmış bir haldır. V.Ozerov düzgün deyir, tənqidin bədii əsərlərə yalnız emosional qiymət verməkdən əl çəkmək vaxtı gəlib çatmışdır, bu əsərlərin təhlilini vermək lazımdır.
     Bu doğru tələbə onu da əlavə etmək olar ki, həmin təhlil də öz növbəsində quru olmayıb, emosional təsir qüdrəti əldə etməlidir.
     Emosionallıqla analitikliyin vəhdəti - ədəbi tənqidimizin əsl yolu bundadır.
     Axır vaxtlar ədəbi tənqidin hansı «sahəyə» daxil olması barə- də də tez-tez fikir mübadiləsi aparılır, mübahisələr gedir - o, ədəbiyyatın xüsusi bir janrı - yaxud tam müstəqildir? - bu barədə müxtəlif mülahizələr yürüdülür. Biz həmin məsələ üzərində ayrıca dayanmaq fikrində deyilik (bu xüsusi bir mövzudur), lakin qeyd etmək istəyirik ki, müxtəlif xalqların ədəbiyyatlannın tənqiddən ayrı öyrənilməsi ədəbi prosesi ümumilikdə, tamlıqda izləmək işində çətinliklər yaradır və əslində, belə bir ümumilik, tamlıq əldə olunmur. Bəzi hallarda tənqidə ayrı-seçkiliklə yanaşmaq, bir növ «aparteid siyasət» yürütmək metodoloji yanlışlıqdan başqa bir şey deyildir.
     A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu altıcildlik «Çox- millətli sovet ədəbiyyatı tarixi»ni çap etməyə başlamışdır. İndiyədək çapdan çıxmış 1-ci və 3-cü cildlər, eləcə də 2-ci cildin birinci kitabı göstərir ki, bu nəşr çox böyük və gərgin əməyin bəhrəsidir. Birinci cilddə verilmiş redaksiya məlumatından aydın olur ki, altıcildlik «sovet ədəbiyyatının ən əvvəldən başlayaraq ta indiki zamana qədər inkişaf yolunu bir vəhdət şəklində işıqlandırmaq vəzifəsini» qarşısına qoymuşdur. Lakin bu zaman təbii bir sual meydana çıxır: bu fundamental işdə hər bir milli ədəbiyyatdan, onun nəsrindən, poeziya və dramaturgiyasından ayrılıqda bəhs olunduğu halda, ədəbi tənqid nə üçün unudulmuşdur?
     Doğrudur, redaksiya məlumatında ədəbi tənqiddən sərf-nəzər edilməsi qeyd olunur, lakin elə bilirik ki, bu «qeyd» həmin boşluğa bəraət qazandıra bilməz. Əlbəttə, hərgah hər bir milli sovet ədəbiyyatı öz milli ədəbi tənqidindən təcrid edilməsəydi, nəsr, poeziya və dramaturgiya ilə birlikdə ədəbi tənqid də öz tədqiqini tapsaydı, həmin tədqiq səciyyəvi faktik əsaslarla təsbit edilsəydi, bu zaman «sovet ədəbiyyatının ən əvvəldən başlayaraq ta indiki zamana qədər inkişaf yolu bir vəhdət şəklində» daha gur projektorla işıqlanmazdımı?!
     Bu baxımdan Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdirdiyi ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi» təqdirəlayiqdir. Burada mərhələ təşkil edən hər bir dövrün nəsr, poeziya və dramaturgiyası ilə bərabər, həmin dövrlərin tənqid və ədəbiyyatşünaslığı da ayrıca tədqiqat obyektidir. Lakin təəssüf ki, digər sahələrə nisbətən tənqid və ədəbiyyatşünaslıqdan (xüsusən, müharibədən sonrakı dövr) bəhs edən səhifələr elmi-nəzəri səviyyə etibarilə aşağıdır.
     Bizə elə gəlir ki, milli ədəbiyyatları məhz öz ədəbi tənqidindən, ədəbiyyatşünaslığından təcrid edilmiş şəkildə öyrənmək ümumittifaq mətbuatında bir sıra yanlış fikirlərin, əsassız hökmlərin meydana çıxmasına səbəb olur. Buna çoxlu misallar gətirmək olar və görünür, bu barədə məxsusi məqalələrlə çıxış etmək lazımdır, quru faktlar sadalamaqla keçinmək olmaz.
     Əlbəttə, L.Timofeyev, G.Lomidze, Z.Kedrina, Y.Surovtsev, A. Xaylov, V.Oskotski və bir çox digər müəlliflər milli respublikaların ədəbiyyatının öyrənilməsi və kütləviləşdirilməsi sahəsində xeyli iş görmüşlər. Lakin bizə elə gəlir ki, həmin «öyrənmə prosesi» zamanı tənqid və ədəbiyyatşünaslıq da kənarda qalmamalıdır, eyni zamanda, bizim öz tənqidçi və ədəbiyyatşünaslarımız da ümumittifaq ədəbi prosesində fəal iştirak etməyə çalışmalıdırlar, çünki onların qələmindən ümumi işimizin mənafeyi naminə daha intensiv istifadəyə bu gün daha artıq ehtiyac vardır. Bu, bir tərəfdən sovet ədəbi tənqidinin və ədəbiyyatşünaslığının, digər tərəfdən də ayrı-ayrı respublikalardakı tənqidin ümumi inkişafına xidmət edər.
     Belə bir inkişafa nail olmaq üçün həm bədiiliklə, həm də öz məxsusi problemlərinin həlli ilə əlaqədar ədəbi tənqidin qarşısında bir sıra çətinliklər yaranır, lakin biz tənqidçi V.Pertsovun bu fikri ilə razılaşa bilmirik: «Tənqid sənəti get-gedə çətinləşir, çünki bizim söz sənətkarlarımız oxucunun rəğbətini qazanmışdır, oxucu onları sevir, onlar ədəbiyyatda etdiklərinin müdafiəsi altındadır».‘
     Bizcə, tənqidin qarşısındakı çətinliklərin bu səpkili izahı həqiqətlə bir o qədər uyuşmur, eyni zamanda, həmin çətinliklərin mahiyyəti kiçilir. Əlbəttə, yazıçı-oxucu-tənqidçi problemi həmişəki kimi bu gün də həll olunub qurtarmamışdır, lakin bizə elə gəlir ki, bu gün tənqidçi ilə oxucu arasında əvvəlki dövrlərə nisbətən daha artıq bir yaxınlıq mövcuddur.

<< 1 / 2 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.06.2014) | Müəllif: R.C E W
Baxış: 687 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more