Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mahmud və Məryəm
MAHMUD VƏ MƏRYƏM
(Proloq, epiloq və 23 şəkildən ibarət iki hissəli məhəbbət dastanı)
IŞTIRAK EDƏNLƏR


    Danışan – /müəllifin dilindən /.
    Mahmud.
    Məryəm.
    Ziyad xan.
    Qəmərbanu
    Bayandur bəy.
    Keşiş.
    Sofi.
    Ceyran.
    Qısır qarı.
    Xanəndə.
    Mirzə Salman.
    Anasının əmcəyini kəsən Ibrahim.
    Uzun.
    Xəfiyyə.
    Çoban.
    Keçəl kişi.
    Səs – /qadın/.
    Mehtər Cəfər.
    Birinci keşikçi.
    Ikinci keşikçi.
    Yolçu
    Birinci kişi.
    Ikinci kişi.
    Üçüncü kişi.
    Fərəcullah.
    Şövkət Işbilən.
    Havalı Ibrahim.
    Qırmızıtuman kişi.
    Bığlı kişi.
    Muxtar Bədheybət.
    Heybə qadın.
    Mələk Pırpızaq.
    Palan Ömər.
    Qoca.
    Yaqub.
    Dəməngir Israil.
    Bayandur Ixtiyar.
    Əbülfəz.
    Azər.
    Aysulu.
    Səs – /kişi/.
    Ayağıyalın kişi.
    Axsaq qarı.
    Muxtar
    Qadın.
    Kimsə.
    Qul Məhəmməd.
    Sarışın oğlan – Süleyman paşa.
    Müqəddəs qoca.
    Məkan. –Azərbaycan.
    Zaman. – -1500-cü illərin əvvəlləri.

BİRİNCİ HİSSƏ
PROLOQ


    D a n ı ş a n və başqa iştirakçılar.
    Gəncə.
    Səhnə alaqaranlıqdır. Nizələr yerə batırılıb, qalxanlar, qılınclar, musiqi alətləri yerə atılıb, bir tərəfdə cəllad kötüyü dayanıb, arxa planda ot tayası, taxt-tac görünür və iki ocaq közərir, bir neçə yerdən tüstü qalxır. Haradansa səhnəyə zəif işıq seli axır. Uzaqdan azan səsi gəlir. Danışan arxa plandan səhnəyə çıxır və ətrafına baxa-baxa, səhnədəki vəziyyəti qiymətləndirə-qiymətləndirə, gördüklərinə münasibətini bildirərək yavaş-yavaş gəlib, avansəhnəyə çatır, düz ortada dayanır.
    Pauza.
    Danışan sözlərini deməyə başlayır və o danışdıqca bayaqdan səhnədə üzüüstə yerə uzanmış aktyorlar – obrazlar (Ziyad xandan, Mirzə Salmandan, Qəmərbanudan başqa) yavaş-yavaş yerdən qalxırlar və qalxdıqca da onların üstlərindən toz-torpaq tökülür, hərə özünəməxsus əşyanı götürür və Danışanın sözləri altında sinxron edam səhnəsi oynayırlar.
    D a n ı ş a n. Hicri, camadiül-əvvəl ayının 4-ü, milad ilə 1504-cü il iyun ayının 28-i idi. Gəncə yatmışdı. Bu gün günorta şəhərdə elə bir istilik vardı ki, nəfəs almaq mümkün deyildi və qocaların dediyinə görə, belə bir isti bir də düz 64 il bundan əvvəl, el aşığı Sazlı Abdullanın başı kəsildiyi gün olmuşdu... Sazlı Abdulla o zamankı Gəncə hakimi Qara Bəşirə əyan-əşrəf yanında söz qaytarmışdı, üzünə ağ olmuşdu. Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmamışdı, demişdi ki, sənin sarayın qan çanağıdır və mənim sazımın simləri, istəsəm də, orada çalmayacaq və Qara Bəşir də, el aşığının bu hörmətsizliyindən, o qədər hirslənmişdi ki, uzun qara bığlarının uclarını çeynəyib qara saqqıza döndərmişdi. Sazlı Abdullanı şəhərin bazar başında edam etmişdilər. Və 64 il keçəndən sonra da Gəncənin qocaları heyrətlərini gizlədə bilməyib toyda, yasda danışırdılar ki, elə ki, Cəllad Toppuzqulunun ülgücdən iti dəhrəsi bir göz qırpımında Sazlı Abdullanın başını bədənindən ayırdı və elə ki, el aşığının qanı fəvvarə vurub edam kötüyünün ətrafındakı keçən günlərin edamlarından qalıb qurumuş qanı təzələdi, elə ki, bazar başını dövrəyə almış camaatın ürəyindən qara yanğısı 64 ildən sonra da, keçməyən bir vay keçdi, o zaman edam kötüyünün üstünə sərilmiş başsız cəsədin yanında düşüb qalmış saz öz-özünə dilə gəldi... Saz çalınır. ... və dünyanın ən dərdli-ələmli nəğməsini çaldı, heyrətdən-qorxudan camaatın tükü qabarıb paltarını deşdi, saz elə çaldı ki, o günortanın müsibət istisi də birdən-birə çəkildi, lopa-lopa qara buludlar camaatın başının üstünü aldı, göy kişnədi, bir leysan başladı ki, hamı güclə qaçıb evə girdi və bir müddət beləcə yağdı. Bir müddət bu leysan altında, el aşığı Sazlı Abdullanın sazı da, özüözünə beləcə çaldı, sonra yağış kəsdi, sazın da səsi kəsildi... Saz susur. ... camaat təzədən bazar başına axışdı və gördü ki, nə saz var, nə cəsəd var, nə də baş var... Düz 64 il bundan əvvəlki o edam günü, o leysan Sazlı Abdullanın qanını yuyub aparmışdı, amma deyirdilər ki, o vaxtdan bəri, haçan həddən artıq isti olur, onda bazar başındakı edam kötüyünün ətrafında, Sazlı Abdullanın qanı, gün altında parıldayır. Və bu gün də, bir neçə dəfə, o cür parıltı görmüşdülər...
    İ ş ı q s ö n ü r.

BİRİNCİ ŞƏKİL


    D a n ı ş a n, Z i y a d x a n, x a n ə n d ə, ç a l ğ ı ç ı l a r, q u l a m l a r.
    Gəncə. Gecədir. ı yataq otağı.
    Ziyad xan taxtda oturub, qulamlar ayaq üstündə dayanıb. Yerdə – xalçada oturmuş çalğıçılar çalır, 17–18 yaşlarında xanəndə isə oxuyur. Danışan səhnənin sol küncündə dayanıb. D a n ı ş a n. Gəncə yatmışdı. Şəhərin və ətraf kəndlərin toxucuları, dəmirçiləri, misgərləri, duluzçuları, dabbaqları, boyaqçıları, şəhərin sənətkarlıq emalatxanalarında günəmuzd işləyən gəlmələr o qədər işləyib əldən düşmüşdülər ki, gecənin bürküsünə baxmayaraq, indi yeddinci yuxularını alırdılar. Təkcə Ziyad xan yatmamışdı, hər halda, Ziyad xana elə gəlirdi ki, bu boyda Gəncədə, Qarabağ Bəylərbəyliyinin bu boyda mərkəzində, təkcə onun yuxusu ərşə çəkilib. Qarabağ Bəylərbəyliyi əslində Səfəvilər dövlətinin ən etibarlı şimal istehkamı idi və Ziyad xan bütün bu yerlərin hakimi-mütləqi idi, amma... Neçə müddət idi ki, gecələr belə əzablı keçirdi. Neçə müddət idi ki, Ziyad xan gecələri beləcə yuxusuz keçirirdi və ən qəribəsi bu idi ki, Ziyad xan özü də həmin əzab-əziyyətlərinin səbəbini bilmirdi. Ziyad xan xanəndə oxudurdu və xanəndə də deyilənə görə, cəmi 19-20 yaşı olan və Bağdadda mədrəsədə təhsil almış Məhəmməd adlı, Füzuli təxəllüslü, təzətəzə məşhurlaşmağa başlayan bir şairin qəzəlini oxuyurdu və yenə də deyilənə görə, o cavan şairin atası Süleyman Azərbaycandan, Girdiman sahillərindən köçüb Bağdad ellərinə köçmüşdü.
    Xanəndə (oxuyur):
    Məni candan usandırdı, cəfadan yar usanmazmı,
    Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
    Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
    Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?
    D a n ı ş a n. Cəmi 5-6 ay bundan əvvəl yazılmış bu qəzəli, indi, bütün bu tərəflərdə əzbər bilməyən adam tapılmazdı. Məhəmməd Füzuli Azərbaycan, fars, ərəb dillərində qəzəllər yazırdı və Azərbaycan dilində yazılmış bu qəzəli, deyilənə görə, xanəndə Hafiz Lələ özü Şah Ismayılın məclisində ifa edirdi.
    Xanəndə(oxuyur):
    Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
    Desəm, ol bivəfa, bilmən, inanarmı, inanmazmı?
    Şəbi-hicran yanar canım, tökər qan çeşmi giryanım,
    Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?
    Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
    Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?..
    Ziyad xan əlinin işarəsi ilə musiqini yarımçıq kəsir.
    Z i y a d x a n (xanəndəyə). Qalx!
    Xanəndə ayağa qalxır.
    Pauza.
    Z i y a d x a n. Kimin qalıb sənin o dağlarda?
    Pauza.
    Xanəndə. Anam...
    Z i y a d x a n. Təkcə elə anan?
    Xanəndə. Bir də... bir də... bacım...
    Z i y a d x a n. Təkcə elə ananla bacın?
    Xanəndə. Bəli...
    Z i y a d x a n (əsəbi). Düz demirsən, küçük! Sənin o dağlarda ürəyin qalıb! Gözlərindən oxuyuram...
    Pauza.
    Get!
    Özünü tamam itirmiş Xanəndə eləcə ayaq üstə dayanıb.
    Eşitmədin? Get, dedim!
    Xanəndə (təzim edir). Gecəniz xeyirə qalsın.
    Z i y a d x a n. Hara gedirsən?
    Xanəndə. Yatmağa...
    Z i y a d x a n. Yox, yatmağa yox, birbaşa öz dağlarınıza get. Bu gecədən azadsan. (Qulamlara) Bu oğlanı öz evinə yola salın.
    D a n ı ş a n. Bu o deyən söz idi ki, gözəl səsinə görə Qarabağ dağlarından qoparılıb saraya gətirilmiş bu cavan oğlana, yaxşı bir at verəcəkdilər, üç il bundan əvvəl Gəncədə kəsilmiş qızıl təngə ilə doldurulmuş bir kisə verəcəkdilər, anası üçün, bacısı üçün bir-iki top ipək, qumaş verəcəkdilər. Və həmin at, gecə-gündüz çapıb, Bərdədən keçib, belində yox, göyün yeddinci qatında uçan yeni sahibini Qarabağ dağlarına qaldıracaqdı. Xanəndə bir-neçə qulamla səhnədən çıxır. Musiqiçilər çalmağa başlayır. Sazəndələr indicə şahidi olduqları bu yaxşılıqdan, haqq işindən cuşa gəlib, həmin bürkülü yay gecəsi, Ziyad xanın yataq otağında dünyanın ən həzin, ən təsirli musiqisini çalmağa başladılar və sonralar musiqiçilərin dediyinə görə, onlar heç vaxt, nə bu gecəyə qədər, nə də sonralar, bu cür ürəkdən çalmamışdılar.
    İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL


    M a h m u d, M i r z ə S a l m a n, Q ə m ə r b a n u, S o f i.
    Gəncə. Elə həmin gecədir. Mahmudun otağı. Şam yanır, uzaqdan Ziyad xanın otağından gələn musiqinin səsi eşidilir. Mahmud musiqini dinləyir. Mirzə Salman onun yanında oturub.
    M a h m u d. Insanları başa düşmək çox çətindir... Bu cür qəmgin səsdən necə həzz almaq olar, necə nəşələnmək olar?..
    M i r z ə S a l m a n. Mahmud, məgər o xanəndənin səsi sənin xoşuna gəlmir?
    M a h m u d. Gözəl səsi var, müəllim...
    M i r z ə S a l m a n. Bəs nə üçün dünən də o oxuyanda zalı tərk etdin?
    M a h m u d. Çünki, o səs bir söz deyirdi, amma siz...
    M i r z ə S a l m a n. «Siz» – yəni mən, yoxsa bütün məclis əhli?
    M a h m u d. Bütün məclis əhli... (Susur.)
    M i r z ə S a l m a n. O səs nə deyirdi ki, Mahmud?
    M a h m u d. O səs deyirdi ki, mən bir zərxəridəm ki, üzüm heç vaxt gülməyəcək... Mən dünyanın ən dərdli adamıyam... deyirdi... və heç kimin bundan xəbəri yoxdur... Mən dünyanın ən dərdli adamıyam... deyirdi... amma sizi əyləndirirəm... O səs onun ürəyinin döyüntüsü idi...
    M i r z ə S a l m a n. Biz isə nəşələnirdik...
    M a h m u d. Bəli. (Qaranlıq pəncərənin qarşısında dayanıb musiqi çalınan səmtə baxır.)
    Qəmərbanu otağa daxil olur. Mirzə Salman yerindən qalxıb otaqdan çıxmaq istəyir. Qəmərbanu əlinin işarəsi ilə Mirzə Salmanı saxlayır və sakitcə qapının ağzında dayanır. Mahmud onu görmür.
    M a h m u d. Adamlar niyə bunu başa düşmür? Necə olur ki, bu torpaqda doğulan, eyni ayın, günəşin, ulduzların altında, bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir, bir-birini döyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu? Necə oldu ki, belə bir eyni günəşin altında, belə bir eyni torpağın üstündə, qardaş qanı axıdan o paxıllıq əmələ gəldi? Şeytan Adəm ilə Həvvanı aldatdı və onlar cənnətdən qovuldu. Adəm ilə Həvvanın günahı təkcə onda oldu ki, buğda yedilər, bəs nə üçün Adəm və Həvva törəmələri bu qədər günaha batdı, kəsdi, dağıtdı? Həmin günəşi, gül-çiçəyi, göy üzünü, ağacları görmədi onlar? Qəmərbanu irəliləyib arxadan oğlunu qucaqlayır.
    Q ə m ə r b a n u. Nə olub Mahmud? Yenə nə olub sənə?
    Pauza.
    Mirzə Salman təzimlə otaqdan çıxır.
    Niyə mənə heç nə demirsən?..
    M a h m u d (eləcə pəncərədən baxaraq). Öləcəyəm mən... Bir vaxt gələcək, öləcəyəm mən...
    Xanəndənin səsi eşidilir.
    Q ə m ə r b a n u. Hamımız öləcəyik, bala... Çox kitab oxuma...
    D a n ı ş a n (səhnənin sol küncünə çıxaraq). Mahmud Qəmərbanunun sözlərini eşitmədi... Çünki Mahmud bu dəm o xanəndənin ürəyinin döyüntüsünə qulaq asırdı, o ürəyin dediklərini eşidirdi... Mahmud başa düşmüşdü ki, əsl sözü deyən dil deyil, ürəkdir... Musiqi səsi kəsilir. Qəmərbanu otaqdan çıxır.
    Dan yeri sökülürdü... (Səhnədən çıxır.)
    Əlində şam tutmuş Sofi otağa daxil olur.
    Sofi. Mahmud, niyə yatmırsan?
    M a h m u d. Bəs, sən niyə yatmamısan? Sofi. Mən... Mən bürküdə yata bilmirəm... Banu məni çağırdı ki, sənin yanına gəlim. Hara baxırsan?
    M a h m u d (Sofiyə sarı çönür). Saray əyanlarına baxıram...
    Sofi (təəccüblə). Saray əyanlarına? Burdan ora əyan görünər? Özü də saray əyanları indi yeddinci yuxularını alırlar...
    M a h m u d. Özləri üçün yatıblar, mənim üçün yox...
    İ ş ı q s ö n ü r.

ÜÇÜNCÜ ŞƏKİL


    M ə r y ə m.
    Səhra.
    Güclü külək əsir, səhnənin işıqları dəyişir, küləksovuranlar səhnənin pərdələrini oynadır, külək ot tayasını dağıdır, samanlar uçur, Məryəm səhrada qaçır, yıxılır, durur, yenə qaçır, yaxası, ətəyi cırılır. Isti qum onun ayaqlarını yandırır, o susuzluqdan yanır, səhra isə bitmək bilmir, birdən o bu küləyin içində nəsə hərarətli bir nəfəs hiss edir və bu nəfəs, elə bil ki, onu bir az sakitləşdirir. Birdən səhnənin ortasında su qaynamağa başlayır və Məryəm su içmək istəyir, amma içə bilmir, Məryəmin qarnından sancılar tutur, o, yerə yıxılır, çırpınır və birdən çağa səsi gəlir və o çağa səsi küləyin səsini üstələyir. Məryəm rahatlaşır, qışqıran çağaya baxır, çağanın isə üzü şüa saçır, sonra çağa da sakitləşir.
    Pauza.
    Birdən çağa yenə də qışqırır və güclü külək Məryəmi yerindən kənara tullayır. Külək yatır, sakitlikdir.
    İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL


    M ə r y ə m, K e ş i ş, D a n ı ş a n. Gəncə. Keşişin evi.
    Məryəm yarıqaranlıq otaqlarında hövlnak yuxudan oyanır.
    K e ş i ş (həyəcanla). Qızım, Məryəm, nə olub?
    M ə r y ə m. Məryəm ananı yuxuda görürdüm, ata...
    K e ş i ş. Sən ananı yuxuda görmüsən, qızım..
    M ə r y ə m. Bəs... bəs su?...
    K e ş i ş. Su yuxuda aydınlıqdır...
    M ə r y ə m. Bəs... bəs... çağa?..
    K e ş i ş. Xaç çevir, qızım... Belə günah işlətmək olmaz...
    D a n ı ş a n. Baba keşiş demək istədi ki, o çağa da sən özün olmusan, amma demədi, özü-öz fikrindən hürkdü, çünki dünyada da, fikrində də, xəyalda da, ikinci Isa ola bilməzdi və belə bir günah işlətmək olmazdı...
    İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL


    D a n ı ş a n, Z i y a d x a n, Q ə m ə r b a n u. Gəncə. Ziyad xanın otağı. Ziyad xan namaz qılır.
    D a n ı ş a n. Allahın qarşısında Qəmərbanunun günahları çox idi və Qəmərbanu bütün bu günah işləri Mahmuda görə tutmuşdu. Və get-gedə Qəmərbanunun ürəyini başqa bir qorxu bürüyürdü: Mahmudda ki, bu qədər təmizlik, bu qədər paklıq var, onun yolunda işlənmiş bu qədər günahdan sonra, Mahmud xoşbəxt ola bilməyəcəkdi... Mahmudun təmizliyi qoymayacaqdı ki, Mahmud başqasının hesabına xoşbəxt olsun.
    Qəmərbanu otağa daxil olur.
    Q ə m ə r b a n u n u n s ə s i. Bu saqqal, bu saçlar nə tez ağardı... Qocalıq Ziyadı nə tez haqladı... Əllərinin üstü qırışıb, mən heç indiyəcən fikir verməmişəm, boynundakı, boğazındakı qırış xətləri, elə bil xəncərlə cızılıb... O da mənə baxanda, məni belə görür?..
    Ziyad xan namazını bitirir.
    Q ə m ə r b a n u. Nə olub, Ziyad?
    Z i y a d x a n. Mahmuddan nigaranam..
    Q ə m ə r b a n u. Nə olub Mahmuda?..
    Z i y a d x a n. Heç nə... Qəmər, Mahmud... Mahmud heç vaxt taxta oturmayacaq. Mahmud heç vaxt bəylərbəyliyinin tacını başına qoymayacaq...
    Pauza.
    Q ə m ə r b a n u. Bilirəm.
    Z i y a d x a n. Mən səndən əlac umuram, Qəmər...
    Q ə m ə r b a n u. Allah-taala, bu oğulu sənə gərək min il bundan əvvəl verəydi, ya da min il bundan sonra... Bu namərd dövran, bizim oğlumuza layiq deyil... Bu qara dövran, Mahmud təmizliyi üçün qara yaradı...
    Z i y a d x a n. Min il bundan əvvəl?
    Q ə m ə r b a n u. Bəlkə elə min il bundan əvvəl də, mənim kimi sinəsi dərdli bir ana, balası üçün, min il sonranı arzulayırmış?.. (Elə bil öz-özü ilə danışır.) Dolansın əyyamın... dönsün dövranın, dünya... düz doqquz ildən sonra fələk məni bağa bağban elədi, bağban ağlar, bağça ağlar, gül ağlar...
    Z i y a d x a n. Qəmər...
    Q ə m ə r b a n u. Quran deyir ki, Allah sıxıntıdan sonra həmişə şad edir, bəs mənim bəxti qara ürəyimin şadlığı hanı?
    Z i y a d x a n. Bu bəd dünya daşa basıb bizi izlər...
    Q ə m ə r b a n u. Ümid Allahadır...
    Z i y a d x a n. Necə olur ki, Allah rəiyyətin birinə Bayandur kimi bir oğul verir, amma mənim qismətimi iki bölür?
    Q ə m ə r b a n u (özünə gələrək). Sakit ol... Sakit ol... Özünü ələ al. Dost var, düşmən var. Sakit ol... Bəyəm Bayandur da, elə öz oğlun kimi sənə sədaqətli deyilmi? Bəyəm Bayanduru da, öz oğlun qədər çox istəmirsənmi? (Yenə özünü saxlaya bilmir.) Bənizi ağ, könlü pak, bəxti qara oğlum... Bədbəxt Ziyadın, bədbəxt Qəmərin bədbəxt Mahmudu...
    Işıq yalnız səhnənin qarşısında dayanmış Danışanın üzərinə düşür.
    D a n ı ş a n. Qəmərbanu necə ağlına gətirə bilərdi ki, lap az bir müddətdən sonra, onun bədbəxt, bəxtiqara hesab etdiyi oğlu dünyanın ən xoşbəxt adamı olacaq?

ALTINCI ŞƏKİL


    M a h m u d, M ə r y ə m.
    Axşam. Düzənlik. Mahmud səhnənin kənarında dayanıb böyük bir maraqla kiməsə baxır. Uzaqdan Məryəmin səsi gəlir və Məryəm oxuya-oxuya səhnəyə çıxır.
    M ə r y ə m. Ay keçi, ay ağ keçi, buynuzun uzundu qurda görə, saqqalın uzundu sözün keçsin, tükün uzundu üşüməyəsən, südün çoxdu mənə görə, ot verim sənə, su verim sənə, həmişə, bax, belə, dost olaq, oynayaq... (Mahmudla üz-üzə gəlir.)
    Pauza.
    M a h m u d. Sən... Sən kimsən?..
    M ə r y ə m. Mən Məryəməm...
    Pauza. Bəs sən kimsən?
    M a h m u d. Mən Mahmudam...
    Pauza.
    Sən Məryəmsən... (Əlini uzadıb qızın saçlarına toxundurur.)
    M ə r y ə m. Sən Mahmudsan...
    Pauza.
    Mən Isəvi... Sən Məhəmməd Hümməti... (Qorxaraq.) Aman, Mahmud, məni rüsvay eyləmə...
    Ildırım çaxır. Yağış çiləyir. Onlar qaçıb tayanın altında gizlənirlər və yalnız bu zaman biz görürük ki, uzaqdan iki nəfər onları güdür.
    İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL


    D a n ı ş a n, Q ə m ə r b a n u, S o f i, Q ı s ı r q a r ı, M i r z ə S a l m a n.
    Gündüz. Saray.
    D a n ı ş a n. Saraya ildırım sürətilə belə bir xəbər yayıldı: Ziyad xanın oğlu Mahmud aşiq olub. Bu xəbəri eşidən saray cavanları gülməkdən özünü güclə saxladı, sarayın kəniz-qaravaşının bu xəbərə inanmağı gəlmədi, dövrün siyasətindən başları açılmayanlar bu xəbərin fərqinə varmağa macal tapmadı, qazdan ayıq olanlar, çox götür-qoy edib, bu xəbəri Ziyad xanın növbəti siyasi fəndi kimi yozdu, ürəklərinin dərinliyində Ziyad xana batmaq ümidindən əl çəkib, gələcəyin təskinliyini Mahmudun zəifliyində tapanlar, bu xəbərdən narahat oldu, çünki Ziyad xanın nəvələri ola bilərdi, təzə qohumlar arasında Mahmudun güclü müdafiəçiləri ola bilərdi, Ziyad xanın taxtına göz dikənlər ola bilərdi, amma saraya belə bir xəbər yayılanda ki, Mahmud Gəncənin kənarlarında yaşayan hansı bir keşişinsə qızına aşiq olub, hamı məəttəl qaldı.
    S o f i. Banu, Mahmud o qıza aşiq olub, bu, şəksizdi...
    Q ə m ə r b a n u (həyəcanlı). O keşiş qızı necə ifritədir ki, cavan yaşında belə bir məharət yiyəsidi? O keşiş necə cəsarət və iştaha sahibidir ki, bu cür xam xəyallara qapılır? Qızı da, keşişi də itirmək asandı, amma... amma Mahmudun ürəyi yaralansa, sağalan deyil... Yüz ölçüb, bir biçmək lazımdı...
    Qısır qarı. Oxuduğum Quran haqqı, qıldığım namaz haqqı, məəttəl qalmalı işdir! (Xısın-xısın gülür.) Allahın hər verən günü, düzənlikdədirlər... Keşişin o sısqa qızı, Zəhra kimi ürəyi yumşaqdır... Əstəğfürullah... Bilqeyis kimi ağıllıdı...
    Q ə m ə r b a n u (Qısır qarıya hirsli). Başımızı ağrıtma, qarı!
    Qısır qarı. Başım üstə! Gözüm üstə!
    Q ə m ə r b a n u. Mirzə, məsləhətin nədi?
    Mirzə Salman Sofi ilə Qısır qarıya baxır. (Onlara) Siz gedin!
    Sofi ilə Qısır qarı səhnədən çıxırlar.
    Sözünü de, Mirzə! Nədir məsləhətin?
    M i r z ə S a l m a n. Məsləhət Allahındır, Banu! Sən Allahın işinə qarışma... Heç olmasa, bu dəfə günah işləmə... Gəncə taxtının yeganə varisi, Quran ayəsi kimi pak, təmiz Mahmudun, keçi saxlayan keşiş qızı ilə izdivac tapmasını qəbul et... Axı, Quran yazır ki, bizim başımıza ancaq o iş gəlir ki, onu Allah, bizim alnımıza yazıb...
    Q ə m ə r b a n u (çılğın). Allahın üzü dönüb məndən, Mirzə Salman!.. Deyirsən, daha günah işləməyim? Amma ürəyim, bax, bu ürəyim hiss edir ki, Mahmudum yaman yarası çıxarıb, yaman bəlaya düşüb, Mirzə!.. Günah işləməyim? Ağbirçək ana, «Oğul!» deyib ağlamırmı, Mirzə?.. Ağlayanda gərək yaş çıxsın gözdən? Gördün, nə tez ağardı saçlar, nə tez qocaldı Qəmərbanu?.. Fələk nədi, Mirzə Salman, mənim xatamdı?.. Nə məlulam, nə şadam... Gündüz mənə axşam oldu, Mirzə, gecə-gündüz görəmmədim yolumu... Ölüm nəfəsli soyuq alıb ağlımı, daha yoxdur sağlığıma güman, hey!..
    İ ş ı q s ö n ü r.
    M a h m u d. Yenə, bir oğlan gələcək...
    M ə r y ə m. Mənə oxşayacaq...
    M a h m u d. Görmüsən toyuq gedəndə cücələri necə dalına düşür?
    M ə r y ə m. Hə, hə... Mənim balaca uşağım olacaq... O uşaq mənim döşümdən süd içəcək... əməcək, hə?
    M a h m u d. Hə... Sən ona süd verəcəksən... O, süd əmib doyacaq... Sonra sənə baxıb güləcək...
    M ə r y ə m. Hə, hə... Mənə baxıb güləcək... Acanda dodaqlarını büzəcək...
    M a h m u d. Onlar çatışmır? Ağ keçi də bizimlə olacaq, hə?..
    Mahmud diqqətlə kolluğa tərəf baxır.
    M ə r y ə m. Sənə nə oldu?
    Mahmud qəflətən kolluğa tərəf qaçır.
    M a h m u d (qışqırır). Çıx oradan!.. Çıx!.. Anasının əmcəyini kəsən Ibrahim (hırıldaya-hırıldaya). Öz xoşuma gəlməmişəm... Anan göndərib...
    D a n ı ş a n. Əlbəttə nə Mahmudun, nə də Məryəmin ağlına da gələ bilməzdi ki, bu sakit, bu geniş, bu təmiz, azad və sərbəst düzənlikdə yeddi gündür ki, Qəmərbanunun muzdla saxladığı xəbərçilərin gözləri qabağında olublar, birinci gün qəfil yağan o yağış altında da, xəbərçilər yerə yatıb, uzaqdan-uzağa ləzzətlə onlara tamaşa ediblər. Anasının Əmcəyini Kəsən Ibrahimin də, Məryəmin islanmış bədəninə baxa-baxa dabaq dəymiş öküz kimi ağzının suyu axırdı...
    Məryəm üzünü əlləri ilə örtüb qaçır.
    İ ş ı q s ö n ü r.

DOQQUZUNCU ŞƏKİL


    İ K e ş i ş, M ə r y ə m.
    İ Günorta. Keşişin evi.
    İ Keşiş təkdi, əlindəki çörəyi qabdakı südə batırıb yeyir. Məryəm həyəcanla səhnəyə daxil olur.
    İ K e ş i ş. Sənə nə olub?
    İ M ə r y ə m (sevincək). Sən... sən Mahmudu tanıyırsan?..
    İ K e ş i ş (ayağa qalxır). Kimi?
    İ M ə r y ə m (eyni sevinclə). Mahmudu də, Mahmudu!..
    İ Pauza.
    İ Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq yalnız Keşişin üzərinə düşüb.
    İ K e ş i ş. Məryəm... mənim təmiz, pak Məryəmim, mənim qızcığazım Məhəmməd hümmətinə könül bağlayıb... Bu bir qəzadır... (Xaç çevirir.) Dünyada hər şeyə dözmək olar, amma dinə xəyanət etməyə dözmək olmaz!.. Məryəm gərək bir xaçpərəsti xoşbəxt etsin, bir xaçpərəstin anası olsun!.. Çünki dünya elə dünyadır ki, xaçpərəstlərin də arasında təmizlər azalır... (Boynundan asılmış xaçı tutur.) Bu müqəddəs xaç Məryəm kimi təmizliyin ümidindədir...
    İ Səhnə yenə işıqlanır.
    İ M ə r y ə m (həmin sevinclə). Görmüsən! Sən yəqin Mahmudu görmüsən!.. Onu görməmək mümkün deyil e, bilirsən? (Gülür.)
    İ K e ş i ş. Mahmud?
    İ M ə r y ə m. Hə, də!.. Ziyad xanın oğludu...
    İ Pauza.
    İ Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq yalnız Keşişin üzərinə düşüb.
    İ K e ş i ş. Təmiz Məryəm!.. Yazıq qızcığaz!.. Gör bir necə də sadə danışır, bu sözləri necə də adi sözlər kimi deyir... Bu sözlərin arxasındakı uçurumdan xəbəri yoxdur... Xəbərsiz Məryəm... Deməli, bu boyda Gəncədə xanın oğlu tamahını Məryəmə salıb... Minlərlə xaçpərəst qızların dinsizəxlaqsız sultanların, şahların, xanların saraylarında pozulmuş şəhvətlərə qulluq etmələri bəs deyil? Məryəmin dünyadan xəbəri yoxdur... Onu bu tamahkar, bu nəfiskar dünyada qorumaq lazımdır... Onu pozğun dinsiz şəhvətindən xilas etmək lazımdır... Məryəmə kömək etmək lazımdır... Ziyad xanın əlləri uzundur, çox uzundur, hər tərəf dinsizlərlə doludur... Hər tərəf Məhəmməd hümmətidir! Nə etməli?.. Nə etməli?.. Mən Məryəmi bu amansızlarla üzbəüz qoya bilmərəm! Müqəddəs Evə! müqəddəs Evə! Müqəddəs Evə! Müqəddəs Qocaya doğru!.. Müqəddəs Evin qapısı mənim üzümə açıq olacaq!.. Mənim kimi mömin bəndələr üçün dünyada elə bir dərd yoxdu ki, bu dərdin əlacı Müqəddəs Evdə olmasın! Müqəddəs Qoca öz köməyini məndən əsirgəməyəcək! Uzaq!.. Uzaq bu yerlərdən!.. Uzaq bu qorxulu məxluqlardan!.. Müqəddəs Evə!.. Müqəddəs Evə!..
    İ İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL


    Z i y a d x a n, Q ə m ə r b a n u.
    Gecə. Saray. Ziyad xanın otağı.
    Ziyad xan əsəbi halda gəzişir. Uzaqdan kilsə zəngləri eşidilir. Qəmərbanu otağa daxil olur.
    Q ə m ə r b a n u. Ziyad, sənin Mahmuddan xəbərin var?..
    Z i y a d x a n (gülümsəyir). Keşiş qızına aşiq olub?
    Q ə m ə r b a n u. Sən gülürsən?
    Z i y a d x a n. Cavanlıqdı...
    Q ə m ə r b a n u. Sən özün özünü aldatmaq istəyirsən? Sən başa düşmürsən ki, oğlunun başını qara buludlar alıb? Yoxsa yenə söhbətdən qaçmaq istəyirsən?.. Görmürsən daha bıçaq sümüyə dirənib? Mahmudu xilas etmək lazımdır!
    Z i y a d x a n. Mən də onun yaşında sənə aşiq idim...
    Q ə m ə r b a n u. Mən Müzəffər ağanın qızıyam, Ziyad, keşiş qızı deyiləm! Mahmud da, sən deyilsən!..
    Z i y a d x a n. Hə... Mahmud Ziyad xan deyil...
    Q ə m ə r b a n u. Bu gün düzdə... mənim adamlarımı... görüb... Gəldi otağıma... mənə elə baxdı ki... elə baxdı ki, vallah, özümü asmaq istədim... Amma mən asa bilmərəm özümü! Ona görə asa bilmərəm! Sən də ona görə yaşamalısan!
    Z i y a d x a n. Müqəddəs kitabımız yazır ki, – «Ruhu olan hər bir məxluq ancaq Allahın iradəsi ilə və ömrünün müəyyən edildiyi kitaba uyğun olaraq ölməlidir».
    Q ə m ə r b a n u. Yox! Mən onun üçün yaşayıram! Ziyad, mən hiss edirəm, bu işin axırı pis qurtaracaq...
    Z i y a d x a n. Sakit ol...
    Q ə m ə r b a n u. Sakitlik tapa bilmirəm, Ziyad... Qorxuram...
    Z i y a d x a n. Sakit ol... Qızı saraya gətirdəcəyəm... Sonrasına baxarıq... Hər şey yaxşı olar...
    Q ə m ə r b a n u. Mahmud buna razı olmaz... Keşişi də yaman deyirlər...
    Z i y a d x a n. Bilirəm... Amma dərya olan yerdə qətrə nə qələt edər... Keşiş mənim qabağımda nə deyəcək?
    Q ə m ə r b a n u. Bəs Mahmud? Mahmud keşiş qızına evlənmək istəyir, Ziyad...
    Z i y a d x a n. Gecdir, get, yat... Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır. Inşallah, səhər hər şey qaydasına düşər.
    İ ş ı q s ö n ü r.

ON B İ R İ N C İ Ş Ə K İ L


    M a h m u d, S o f i.
    Gecə. Saray. Mahmudun otağı. Mahmud çarpayıda uzanıb və birdən hövlnak yuxudan ayılır.
    M a h m u d (qışqırır). Sofi!.. Sofi!.. Sofi!..
    Sofi əlində şam otağa daxil olur.
    M a h m u d. Qarışıq yuxu gördüm, Sofi... Qarışıq yuxu idi...
    S o f i. Inşaallah, xeyir olar...
    M a h m u d. Yox, Sofi, yox... Yuxuda bir xaraba bağ gördüm. Sonra bir tufan qopdu... Sonra deyəsən... deyəsən Məryəmi gördüm...
    S o f i. Adam hər gecə min yuxu görür... Bəyəm bunun hamısı düz olur? M a h m u d. Məryəm idi, Sofi!.. Tufana düşən Məryəm idi!.. (Çarpayıdan qalxıb elə gecə köynəyində otaqdan qaçır.)
    İ ş ı q s ö n ü r.

ON İKİNCİ ŞƏKİL


    D a n ı ş a n, M a h m u d, D ə m ə n g i r I s r a i l, K e ç ə l k i ş i, U z u n.
    Gecə. Keşişin evinin həyəti.
    D a n ı ş a n. Mahmud bir göz qırpımında eləcə ayaqyalın, başıaçıq, gecə köynəyində otaqdan çıxıb eşiyə qaçdı, gözətçilərin arasından sıçrayıb saraydan uzaqlaşdı. Sofi də nəfəsi qarala-qarala onun ardınca qaçdı. Gəncə hələ yatmışdı. Onlar Gəncənin lap kənarında olan balaca ağ evə çatdılar, Məryəmgilin evlərinə. Həyətdə ocaq qalanmışdı, Sofinin burnuna kabab iyi gəldi... Dörd nəfər ocağın ətrafında oturub kabab yeyirdi.
    M a h m u d. Məryəm!.. Məryəm!.. (Sürətlə ocaq başında oturub kabab yeyənlərə yaxınlaşır və birdən kənara tullanmış və ocağın işığında ağaran ağ keçinin kəsilmiş başını görür.) Dəməngir Israil.Şahi Nəcəfin qəbrinə and olsun ki, Ziyad xanın oğludu bu!.. (Hörmətlə) Gəlin! Gəlin, siz də yeyin. Həzrət Abbas belimdən vursun ki, ömrümdə belə dadlı kabab yeməmişəm! Bu da bir qismətdi! Gördük, qapı-pəncərə açıq, həyət-baca bom-boş, keçi də mələ ki, mələyir, deyir, a kasıb, kimsəsiz adamlar, gəlin məni yeyin!
    Keçəl ki ş i (oxuyur):
    Nənəm, a xallı keçi,
    Məməsi ballı keçi.
    Uca qaya başında
    Tutubdu yallı keçi!..
    Dəməngir Israil. Bu da siz deyən keçəllərdən deyil ha! Buna noxudu keçəl deyərlər!
    Uzun(oxuyur): Noxudu keçəl, hər şeyi bilər, ayran içər, pişiyi minər..
    Dəməngir Israil (qalxıb ağ keçinin başını qaldıraraq iki əli ilə də ağzını qapadı). Bunun dilini çıxardıb sənin kimi əziz qonaqçun kabab edəcəyəm! Dil kababı başqa aləmdir!.. Gəl otur, xan oğlu! Oturun. Bu saat hazır olacaq!
    M a h m u d (fəryadla). Sofi!.. Sofi!.. Sofi!.. Sofi!.. (Qışqıra-qışqıra həyətdən qaçıb qaranlıqda yox olur.)
    İ ş ı q s ö n ü r.

ON ÜÇÜNCÜ ŞƏKİL


    Z i y a d x a n, Q ə m ə r b a n u, B a y a n d u r b ə y, M i r z ə S a l m a n, S o f i, X ə f i y y ə, s a r a y x i d m ə t ç i l ə r i, D a n ı ş a n.
    Səhər. Saray.
    Ziyad xan, Qəmərbanu, Bayandur bəy, Mirzə Salman qayğılı bir gərginlik içindədirlər.
    Pauza.
    Z i y a d x a n. Keşişi günü bü gün tapdırıb dərisini soyduracağam. Qızı da, saraya gətirtdirəcəyəm! Bayandur bəy! Bayandur bəy. Bəli, xan!
    Z i y a d x a n. Axşama qədər sənə möhlət verirəm. Bu işdən Mahmudun xəbəri olmamalıdır! Bayandur bəy. Aydındır, xan!.. Izin verin, gedim. Mirzə Salman əlini ağzına tutub bir-iki dəfə yavaşdan öskürür.
    Z i y a d x a n (Mirzə Salmana). Nədir, Mirzə?
    M i r z ə S a l m a n. Biz hamımız iki beşik arasında iki cövhərik və bu iki cövhəri birbirindən ayırmaq ancaq Allahın ixtiyarındadır, çünki yaradan Odur və verdiyini almaq ancaq Onun rüsxətindədir...
    Z i y a d x a n. Sadə danış, qoca!
    M i r z ə S a l m a n. Xan sağ olsun, mən səni sakitliyə çağırıram. Xacə Nəsrəddin Tusi kitablarından birində, həkim Boqratisisin bu sözlərini misal gətirib ki, mən güclü fırtınaların, dağlar qədər böyük olan dəhşətli dalğaların, girdaba atdığı və ya qayaya çırpdığı gəminin xilas olmasına daha çox inanıram, nəyin ki, ağzı köpüklənən qəzəblinin sakit olmasına, çünki dənizçilər bəlkə bir hiylə, bir çarə tapıb o gəmini xilas edələr, lakin qızıb-coşan qəzəbi heç bir şeylə söndürmək mümkün deyildir, nə qədər çox nəsihət etsən, yalvar-yaxara başlayıb könlün almaq istəsən, içərisinə tez-tez quru talaşa atılan oda oxşar, o qədər də çox alovlanıb, özündən çıxar.
    Z i y a d x a n (var-gəl edə-edə). Misal var, Mirzə, həmişə on iki imam üçün ağlayanda, bir dəfə də Yəzid üçün ağlamaq lazımdı. Həm də mən Yəzid Ibn Müaviyə deyiləm, sən bunu yaxşı bilirsən, mömin adamam. Mən vuruş zamanı düşmən qılıncı altında da, namazımın vaxtını ötürməmişəm.
    M i r z ə S a l m a n. Müqəddəs kitabımız deyir: «Möminlik onda deyildir ki, siz üzünüzü şərqə tərəf çevirəsiniz, ya da qərbə tərəf; mömin olanlar onlardır ki, Allaha, axirət gününə, mələklərə, müqəddəs kitaba, peyğəmbərlərə inanırlar; onu sevdiklərinə görə, öz əmlaklarından yaxın adamlarına, yetimlərə, yoxsullara, yolçulara, dilənçilərə, həmçinin qulları azad etmək üçün verirlər, namaz qılırlar, zəkat verirlər, əhd edib öz öhdələrinə götürdüklərini dürüst yerinə yetirirlər, fəlakətə uğrayanda (Sözləri xüsusi dəqiqliklə tələffüz edir.), dərdə düşəndə və bir müsibət baş verəndə səbrli olurlar. Bu cür adamlar düz adamlardır; bu cür adamlar mömindirlər.» Bayandur bəy (acıqlı). Nə deyirsən, qoca? Dinsizin biri, öz qızını xan oğlundan əsirgəsin, qızı götürüb qaçırtsın, el içində bizi xar etsin, biz də əlimizi qoynumuza qoyub tamaşa edək?
    Kiçik pauza.
    M i r z ə S a l m a n. Mən xanla danışıram, rəiyyətlə danışmıram!
    Z i y a d x a n. Yaxşı, Mirzə, bəs Mahmud? Bəs Mahmud? Mahmudun ürəyi şüşədi, Mirzə... Kim bilməsə də, sən ki, bunu yaxşı bilməlisən! Mahmud o divanə keşişin dalınca getmək istəyir!.. Qoşun götürmür özü ilə! Atlı götürmür!.. Mahmud dərviş olub çöllərəmi düşsün, Mirzə? Qəmərbanu.Allah!.. Allah!..
    M i r z ə S a l m a n. Xan sağ olsun, Mahmud «Yüksək aləmin» oğludu və ora Allahın və mələklərin məskun olduğu yerdir. Ona görə də, bizim kimi «Aşağı aləm» bəndələri çox zaman Mahmudu və mahmudları başa düşə bilmirik...
    Kiçik pauza.
    Z i y a d x a n. Hə, Mahmud, bizim tayımız deyil...
    Q ə m ə r b a n u. Mən hiss edirəm, mən bilirəm ki, Mahmudu fikrindən döndərmək olmayacaq... (Çılğın.) Mən Mahmudu məhv edə bilmərəm!.. O dinsiz keşişdən nə desən gözləmək olar! O qızın başına bir iş gəlsə, Mahmud məhv olacaq! Mən buna imkan verə bilmərəm, Ziyad xan! Şər deməsən xeyir gəlməz, xan cənabları, bəlkə elə Mahmudun səfərə çıxmağı da, xeyrədir?.. Bəlkə bir az bərkə-boşa düşər, görüb-götürər, bəlkə elə, belə lazımdır?.. Bəlkə... (Özünü saxlaya bilməyib kövrəlir.) bəlkə bu səfər Mahmudu bərkidəcək?.. (Hıçqıra-hıçqıra.) Möhkəmləndirəcək?..
    M i r z ə S a l m a n. Xan sağ olsun, mənim cürət edib hüzurunuzda söyləmədiklərimi, Banu ülyahəzrət söylədi...
    Q ə m ə r b a n u. Ancaq onların ardınca, ətrafınca güclü mühafizə getməlidi... Mahmud gərək bundan xəbər tutmasın... Onunla ancaq Sofi getsin...
    Pauza.
    Z i y a d x a n (keşikçilərə). Sofini çağırın!
    Birinci keşikçi. Baş üstə.
    Ikinci keşikçi. Qara Sim hüzurunuza təşrif gətirib, xan sağ olsun.
    Z i y a d x a n. Gəlsin.
    Xəfiyyə içəri daxil olur.
    Danış, görüm!
    Xəfiyyə.Baba keşişin ata yurdu Ərzurumdadır. O, qızı ilə bərabər, Ərzurum tərəflərə yol alıb. Sultan Səlimin qorxusundan Ərzurumdan o tərəfə keçə bilməyəcək. Bir də ki, Ərzurum dağlarında onların Müqəddəs Evi var. Çox güman ki, elə ora gedəcək. Bu gecə onları haqlamaq mümkündü...
    Bayandur bəy(xəncərinin dəstəyindən yapışıb qınında oynadır). Izin verin, mən gedim, xan babam!
    Q ə m ə r b a n u. Yox!
    Bayandur bəy. Izin verin, xan babam! Sübh tezdən qız sağ-salamat burda olacaq, keşişin başı da cənabınızın ayaqlarının altında!
    Q ə m ə r b a n u. Yox! (Qışqırır.) O qızı dəli eləmək istəyirsiz? Mahmud buna dözər, Ziyad?
    Pauza.
    Z i y a d x a n (Xəfiyyəyə). Onların harda olduqlarını, hara getdiklərini hər gün bilməliyəm!.. (Bayandur bəyə) Sən də sakit ol!
    Ikinci k e ş i k ç i. Sofi əmrə müntəzirdir.
    Z i y a d x a n. Gəlsin.
    Sofi içəri daxil olur.
    Banudan başqa, hamınız gedə bilərsiz.
    Mirzə Salman, Bayandur bəy, Xəfiyyə təzim edib səhnədən çıxır. (Sofiyə) Bundan sonra işin mənimlə olacaq... Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq səhnənin qarşısında dayanmış Danışanın üzərinə düşür.
    D a n ı ş a n. Həmin gün Ziyad xan bütün lazımı tapşırıqlarını verdi. Bir neçə dəfə Sofi ilə görüşdü və sonuncu dəfə: «Mahmud göz açandan sənin qucağında böyüyüb, Sofi– dedi.– Sən təkcə Mahmudun lələsi deyilsən, bu etibarsız dünyada, sən bizim ən etibarlı adamımızsan, Sofi! Görürsən bu daş-qaşı? Bütün bu var-dövlət Mahmudundur!.. Hamısı! Hamısı! Mən bunların yarısını, bu kəmərlə sənə verirəm. Gərək bunun içindəki var-dövlət Mahmudun yanında olsun... Həmişə, həmişə onun yanında olsun! Dünyanın işlərini bilmək olmaz... Bilmək olmaz... Bunları götürüb, köynəyinin altından belinə bağlarsan... Sən indi məmləkətin ən qiymətli adamısan, Sofi, amma boynun ətdəndir!.. Bunu heç vaxt yadından çıxarma! O keşiş qızının izi ilə gedəcəksiz. Mahmud heç nədən korluq çəkməyəcək. O qızı tapacaqsız. Sonrası mənim işimdir!» Və bütün bu hazırlıqdan xəbərsiz Mahmud Sofi ilə birgə yola rəvan oldu. Ancaq nə Ziyad xan, nə də Qəmərbanu bilmədi ki, bu ayrılıq əbədi ayrılıqdı... Həmin gün bu ayrılığın əbədi olduğunu sarayda yalnız bir adam bilirdi...
    İ ş ı q s ö n ü r.

ON DÖRDÜNCÜ ŞƏKİL


    D a n ı ş a n, M a h m u d, S o f i, Ç o b a n. Axşam. Çöl.
    Mahmud, Sofi və bir Çoban ocaq kənarında əyləşiblər. Uzaqdan qurd ulayır, azca yağış yağır, haralardasa ildırım çaxır, Sofi və Çoban çörək yeyirlər.
    D a n ı ş a n. Yenə bütün günü at belində yol getdilər, itin qurddan seçilməyən vaxtı bir şıdırğı yağışa rast oldular, elə islandılar, elə bil at çapıb çaya adlamışdılar. Nə yağış dayanırdı, nə də atdan düşüb daldalanmağa bir yer tapırdılar və Sofi fikirləşirdi ki, deyəsən Nuhun tufanına düşmüşük... Birdən bu yağış şırhaşırında Sofinin qulağına it səsi gəldi, Sofi baxıb gördü ki, bura qoyun-quzunun yaylaq yeridir, bir də, bir çoban var burda, lap törpü dəyməmiş çobandı. Çoban yoldan ötən yolçulara ocaq kənarında yer verdi, ocağın odununu artırdı. Mahmud həmin yağışlı, çiskinli gecədə, ona da, Sofiyə də, sığınacaq vermiş Çobana Şeyx Nizaminin «Leyli və Məcnun»unu danışırdı və törpü dəyməmiş çoban da, beləcə ağzını açıb matdım-matdım qulaq asırdı.
    Çoban. Lələ yolçu, mən belə fikirləşirəm: dediyin o eşq ki, var, harınlıqdandır, yeməyin, içməyin bolluğundandır, Məcnun gəlib, mənim kimi eldən, obadan ayrı düşüb dağlarda, daşlarda qoyun otarsaydı, yay bilməsəydi, qış bilməsəydi, qələt eləyərdi Leyliyə eləcə aşiq olardı! Mən getdim qoyunları sağmağa! (Durub gedir).
    M a h m u d (onun ardınca). Yox, çoban qardaş, səhvin var, səhv edirsən, çoban qardaş... Yox, yox... yox, bədbəxt çoban, yox, məsələ bunda deyil, məsələ bundadır ki, sənin gördüklərini Məcnun görməyib... Sənin bildiklərindən Məcnun xəbərsiz olub... Məcnun Leylidən başqa heç kimi, heç nəyi görməyib, amma... düzdü... hicrandan başqa da, bu dünyanın dərdi, ələmi çox imiş...
    S o f i. Mahmud, bala, gəl, qayıdaq, gəl, bu daşı tök ətəyindən... Dərviş kimi, düşmüşük çöllərə. Nə yediyimizi bilirik, nə içdiyimizi. Oturub-durduğumuz da çobandı, naxırçıdı, qoturdu, dilənçidi, qurddu-quşdu. Xanlar xanı Ziyad xan indi yəqin Yaquba dönüb... Hələ Banunu demirəm... Axı, onlar sənin ən yaxın adamlarındı...
    M a h m u d. Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? Bir tərəfdən məgər Həsəni Əsma zəhərləmədimi?.. O biri tərəfdən, məgər Zübeydə, bütün dünyanın ac-yalavaclarına çörək vermədimi?.. Sofi, yaxınlıq da, uzaqlıq da, insanın öz içindədir.
    S o f i. Bir halda ki, yaxınlıq və uzaqlıq yoxdur, onda niyə bəs ata, ana öz balasını başqalarından çox istəyir...
    M a h m u d. Ata da, ana da öz övladını istəyir, Sofi. Övlad məhəbbəti başqa şeydir, insan məhəbbəti başqa şeydir. Hamının çəkindiyi rəzil bir insanı da, anası, atası istəyir. Bu dünyada ki, bu qədər rəzalət var, bu torpağı idarə edənlər, hakim deyillər, böyük şahlardan tutmuş naiblərə qədər Malikdirlər, bəlkə özləri də, bunu bilmirlər, amma əslində Malikdirlər, Malik... Niyə Mikayıl bu qədər ac camaata ruzi vermir? Niyə Mikayıl Allahın gözü ilə bunları görmür?..
    S o f i. Xoşbəxtlik, bədbəxtlik Allahın işidir, Allahın işinə qarışmaq olmaz.
    M a h m u d. Onda bəs nə üçun peyğəmbərlər, həmişə dərdli-ələmli olub. Nə üçün Cəbrayıl, xoşbəxtliyin yolunu onlara göstərməyib? Çaryar Məhəmmədin dediyini elədi, niyyətini həyata keçirdi, amma özləri nə oldu? Xülafayi-Rəşidin özləri üçün xoşbəxtlik tapdımı? Osmanı öz evində öldürdülər, Əlini Allahın evində! Nə üçün, Sofi? Haradansa quşların səsi gəlir. Sofi, mən tənasüx məshəbindən olsaydım, o durnalarla danışardım, o durnalardan Məryəmi xəbər alardım. Bəlkə o durnalar da min il əvvəlin Məryəmi olub, ya iki min il bundan əvvəlin Mahmudu? Ya üç min il bundan əvvəlin Sofisi?..
    İ ş ı q s ö n ü r.

ON BEŞİNCİ ŞƏKİL


    M a h m u d, S o f i, Y o l ç u. Günorta. Çöl.
    Mahmud ilə Sofi yol gedir. Bir yolçu kişi arxadan gəlib onlara yanaşır.
    Yolçu. Oğlum, görüm səfərin haradır belə?
    M a h m u d. Əmi, səfərim kanan məkandı.
    Yolçu. Oğlum, kan kandır, bəs, məkan nədir?
    M a h m u d. Kan bu dünyadır, əmi, məkan o dünyadır...
    Yolçu. Ölümü özünə güclə gəzirsən?
    M a h m u d. Ölüm haqdı. Taleyin əsirindən çıxmaq olmaz.
    Yolçu (belindən salladığı boğçadan balaca bir bardaq çıxarır). Al, iç bu camı...
    M a h m u d. O camdakını peyğəmbərimiz bizə haram buyurub...
    Yolçu özü bardağı içir və gedir.
    S o f i (bütün bu söhbətdən heç nə anlamayaraq). Mahmud, bu nə söhbətdi belə?
    M a h m u d. «Məndə sığar iki cahan, mən bu cahana sığmazam...» Sən bu misraları oxumusan, Sofi?
    Sofi maddım-maddım Mahmuda baxır. Işıq yavaş-yavaş sönür və o yarıqaranlıq içində Sofi nəsə yazır. Sonra yalnız Danışan görünür.
    D a n ı ş a n. Ziyad xan Sofinin növbəti məktubunu oxuyandan sonra saray kitabxanasına getdi, ağırlığı qədər qızıl qiymətinə Hindistandan aldırıb gətirtdiyi qara cildli Böyük Fal Kitabını rəfdən götürdü, açdı və ilkin oxuduğu sözlər bunlar oldu: «Eşq bəlasına yalnız eşqlə əlac etmək olar...» Və bundan sonra Ziyad xanın adamları iki gün, iki gecə Gəncə xanlığını dolaşırdı, axtarıbseçib, nəhayət sorağı Ceyrandan gətirdilər... Ceyran gözəllərin gözəli idi, ağıllıların ağıllısı, biclərin bici idi, qədim sənətinin bütün incəliklərinə bələd idi. Ziyad xan Ceyrana yeddi kisə qızıl verdi, on kisə də, boyun oldu. Ziyad xanın adamları Ceyranı Mahmudun izinə salacaqdılar və Ceyran yolda Mahmuda ürcah olacaqdı, Mahmudu özünə məftun edəcəkdi, Mahmudu geri qaytaracaqdı, bir müddət sarayda Mahmudla qalıb, sonra Gəncədən çıxıb gedəcəkdi və Ziyad Təbrizdə Ceyrana bir mülk alacaqdı. Ziyad xan özü Ceyranı görəndən sonra, Ceyranla danışandan sonra, heç bir şəkkşübhəsi qalmadı ki, dünyanın hər üzünü görmüş bu gözəllər gözəli hər şeyi qaydasına qoyacaq. Və elə həmin gecə Ceyran kəcavənin pərdəsini salıb kəniz qaravaşları, nökərləriylə birlikdə yola düzəldi, Qısır Qarını da özüylə götürdü və Qısır Qarı da, pərdəsi salınmış kəcavənin dalına düşdü. Ceyran tələsirdi. Cavan xanzadə ilə məhəbbət oyunu Ceyran üçün su içmək kimi asan bir iş idi və əslində, Ceyran o cavan aşiqə sarı yox, Təbrizdə nəhayət ki, dinc-rahat yaşayacağı mülkünə doğru tələsirdi. Gələcək Ceyranın idi. Makuya az qalırdı.
    İ ş ı q s ö n ü r.

ON ALTINCI ŞƏKİL


    M a h m u d, S o f i, D a n ı ş a n, d ö y ü ş ç ü l ə r.
    Çaldıran düzü.
    Səhnədəki ala-qaranlıq içində insanlar bir-biri ilə ölüm-dirim savaşındadı. Yer-göy uğuldayır, qılınc, qalxan səsi, qışqırıqlar, nalələr, at kişnərtiləri ətrafı bürüyür, hər tərəfdən tüstü-duman qalxır. Bir müddət beləcə davam edir.
    Sonra yavaş-yavaş sükut çökür.
    Arabir kimsə zarıyır, kimsə inildəyir. Sonra qarğa-quzğunların səsi aləmi başına götürür və səhnə işıqlaşdıqca qan içərisində orda-burda düşüb qalmış döyüşçülər görünür.
    M a h m u d (dəhşətlə). Nə baş verib burda? Sofi! Sofi!
    S o f i (dəhşətlə). Bu nə müsibətdi, Ilahi? (Mahmuda) Sən baxma! Yum gözünü! Sənə belə şeylərə baxmaq olmaz!
    Işıq Danışanın üzərinə düşür.
    D a n ı ş a n. Beş gün əvvəl bu Çaldıran düzündə qırğın olmuşdu və bu qırğın üç gün davam etmişdi. Osmanlı hökmdarı Birinci Sultan Səlim Səfəviləri müsəlman dininin düşməni elan etmişdi və Islam müdafiəsi naminə iki yüz minlik türk ordusu ilə Azərbaycana girmişdi, 1514-cü ilin avqust ayında Səfəvilər dövlətinin – Məmləkəti-Azərbaycanın yaradıcısı və hökmdarı Şah Ismayıl türk ordusundan bir neçə dəfə az qoşunla Sultan Səlimlə Maku yaxınlığındakı bu Çaldıran düzündə qarşılaşmışdı, döyüşə girmişdi və məğlub olmuşdu.
    S o f i. Sən baxma! Sən görmə bu müsibəti!
    M a h m u d (çılğın). Sofi! Sofi! Beş qarış torpaq üstə!? Bir kisə qızıl üstə uşaq olmayıbmı bunlar!? Göyü, ayı, ulduzları görməyibmi bunlar!? Şümr olub bir-birinin başını kəsirlər, Allah buna niyə dözür, Sofi?.. Mehdi Sahibi-Əzzaman nəyi gözləyir, niyə zühur etmir, niyə bu zülmə dözür, bundan artıq bir müsibət olarmı, niyə gəlib dünyanı düzəltmir? Bəlkə yoxdur, olmayacaq SahibiƏzzaman, Sofi, ona görə? Bəlkə düzəltmək olmaz bu dünyanı, Sofi, ona görə gəlmir?
    S o f i. Əstəğfürullah! Əstəğfürullah! Gedək, gedək burdan, gedək!..
    Haradansa, uzaqlardan bir fəryad eşidilir:
    – Ey müsəlman, dərdi-məra dərman nist əlqiyas!.. (Ey müsəlman, bizim dərdimizin dərmanı yoxdur!..)
    M a h m u d. Eşidirsən, o fəryadı, Sofi?
    – ... dərman nist əlqiyas!..
    S o f i. Yox, heç nə eşitmirəm!..
    – ... dərman nist əlqiyas!
    M a h m u d (qışqırır). ... dərman nist əlqiyas!
    S o f i (vahimə içində). Gedək! Gedək burdan!
    İ ş ı q s ö n ü r.

İKİNCİ HİSSƏ ON YEDDİNCİ ŞƏKİL

    K e ş i ş, M ə r y ə m.
    Gecə. Meşə.
    Keşiş və Məryəm bir qoca ağacın altında şala bürünüb oturublar.
    M ə r y ə m (pıçıltı ilə öz-özünə). Atam yata bilmir... Ey müsəlman Allahı! Ey Məhəmməd peyğəmbər... əgər varsınızsa... əgər siz haqsınızsa, mənə kömək edin!.. Mən xaçpərəstəm, amma mən də axı, insanam və mən hər hansı bir xaçpərəst kimi, hər hansı bir müsəlmanın da burnunun qanamasını istəmirəm. Əgər Sən istəmirdin ki, Mahmudla biz bir yerdə olaq, onda niyə bəs Mahmudun ürəyində mənim üçün yer ayırdın?.. Ey Isa! Ey Müqəddəs Ana! Ey Allah! Axı, siz hər şeyi bilirsiniz, siz hər şeyi görürsünüz, axı, siz qadirsiniz! Bəs nə üçün siz mənim ürəyimi Mahmudun məhəbbəti ilə alışdırmısınız? Nə üçün mənim bütün fikrim-zikrim Mahmudun yanındadı? Nə üçün mən yatanda da, duranda da Mahmudu istəyirəm, Mahmudu arzulayıram? Nə üçün mənim bütün bədənim, bütün vücudum, bütün varlığım Mahmudun həsrətindədi? Əgər siz bilirdinizsə, Mahmud mənim olmayacaq, bu istək, bu məhəbbət bu qədər təhqirlərə dözəcək, bu qədər işgəncə görəcək, mənim atama bu qədər iztirablar gətirəcək, onda nə üçün bəndənizin ürəyini bu məhəbbətə düçar edirdiniz?
    K e ş i ş (pıçıltı ilə öz-özünə). Hərgah Məryəmin ürəyində Allahın, Isanın, Müqəddəs Ananın varlığına və qüdrətinə belə bir şübhə yaranıbsa, bəlkə elə bu, Məryəmin, dünyanın pis üzündən xəbərsiz qızcığazın özünün günahlarının nəticəsidi? Bəlkə bu müsəlman hümmətinə məhəbbət yetirməyin sayəsindədi? Bəlkə bu bir tilsimdir, bir bəd sehirdi?
    M ə r y ə m (pıçıltı ilə öz-özünə). Mahmuddu sehrbaz? Mahmuddu məni yoldan çıxaran? Mahmuddu mənim ürəyimdə şəkk yaradan? Yox, yox... Siz bilmirsiz... Axı, siz bilmirsiz, Mahmud müqəddəslərin müqəddəsidir... Mahmud təmizlərin təmizidir...
    K e ş i ş. Qızcığaz yata bilmir... Gözümün qabağında saralıb solur... Sabah daha da solacaq, əriyib gedəcək şam kimi... Yəni beləcə gözgörəti əlimdən gedəcək uşaq? Qurtarmayacaq bütün bunlar? Mənim nəslim-nəcabətim, mənim atalarım, babalarım az çəkiblər bu dinsiz müsəlmanların əlindən? Bu cansız qızın, mənim bu təmiz, pak balamın əzab-əziyyətləri sona yetəcək?.. Yox, Az qalıb!... Müqəddəs Evə az qalıb... Müqəddəs Evin qapıları mənim üzümə açılacaq! Müqəddəs qoca kömək əlini mənə uzadacaq! (Dərindən köks ötürür.) Məryəm... Məryəm...
    M ə r y ə m (pıçıltı ilə öz-özünə). Dağlar dağımdı mənim, ata, qəm oylağımdı mənim, dindirmə, ata, ağlaram, qan ağlaram, yaman çağımdı mənim...
    K e ş i ş (pıçıltı ilə öz-özünə). Dözmək lazımdır, bütün bunlara Məryəmə görə dözmək lazımdır... Çünki Məryəm təkcə mənim deyil, onun təmizliyi bütün Allah adamlarının, müqəddəs xaçı sevənlərindir. Məryəm bir xaçpərəst bəndəni xoşbəxt etməlidir... Məryəm xaçpərəst anası olmalıdır, vəhşi müsəlman anası yox! Yox! Məryəm dünyanın ən təmiz xaçpərəst balalarını doğmalıdır...
    Q a d ı n s ə s i. Düz eləyirsən, həyatım, düz eləyirsən... Tərəddüd keçirmə, qov ürəyindən bütün tərəddüdləri, məgər mən görmürəm Məryəm necə əzablar çəkir?.. Mən görmürəm bizim balamız necə bir iztirab içindədir?.. Dinsiz hiyləsi Məryəmin ürəyini oğurlayıb, dinsiz fitnə-fəsadı bizim balamızı tilsimə salıb... Bu tilsimdə Zöhhak hərisliyi var... Sən o ürəyi yenidən Məryəmə qaytarmalısan. Belə bir təmizliyi dinsiz nəfsi ilə murdarlamaq olmaz! Yaxşı olacaq, hər şey yaxşı olacaq! Sən məndən sonra neçə ildi öz bədəninə zünnar bağlayırsan! Murdar bir nəfs sahibi Məryəm kimi təmizliyi sənin əlindən ala bilməz! Nəfs haqqa qalib gələ bilməz! Hər şey yaxşı olacaq, həyatım... Müqəddəs Ev, sənin köməyinə çatacaq... Sən Isanın qarşısında təmiz olmusan, Allah səndən köməyini əsirgəməyəcək... Allah, hər şeyi görür və Allah adildir...
<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (21.01.2014) | Müəllif: R.C E W
Baxış: 1081 | Reytinq: 3.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more