Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim-2
<< 1 / 2 >>

    B a ş r e d a k t o r. Bir təşkilat?
    S i y a s i i c m a l ç ı. Bəli!
    Pauza.
    B a ş r e d a k t o r. Nə təşkilat?
    Pauza.
    S i y a s i i c m a l ç ı (əzablı daxili tərəddüdlərdən sonra, nəhayət ki, həqiqəti deyir). KQB!
    Pauza.
    B a ş r e d a k t o r. KQB?
    S i y a s i i c m a l ç ı. Bəli, KQB!
    B a ş r e d a k t o r. Axı... axı, SSRI dağıldı, KQB day ləğv olunub...
    S i y a s i i c m a l ç ı. Xeyr! KQB işləri elə qurub ki, elə bilsinlər, guya, KQB ləğv olunub... Ancaq əslində bütün bunların hamısı KQB-nin işləridi! Oyundu! Böyük, çox böyük oyun!
    Pauza.
    B a ş r e d a k t o r. Cər... (Qarşısındakı materiala baxır.) Cərculistan...
    S i y a s i i c m a l ç ı. Bəli! Mən dedim də! KQB-nin ştabı indi o ölkədə yerləşir!
    Pauza.
    Katibə qapını açıb içəri girir. Bir neçə an Baş redaktora, Siyasi icmalçıya baxır, sonra hər iki qolunu qaldırıb quş qanadı kimi yelləməyə başlayır.
    B a ş r e d a k t o r (Katibəyə). Yenə? Siz yenə başladınız?
    Katibə elə bil ki, heç nə eşitmir və öz aləmində quş kimi pərvaz edir.
    Mən sizinləyəm! Axı, biz sizinlə danışmışdıq!..
    K a t i b ə (birdən özünə gələrək). Ah!.. Bağışlayın! Əlbəttə! Əlbəttə! Yox, mən qırqovul deyiləm!.. Üzr istəyirəm! (Kabinetdən çıxır.)
    S i y a s i i c m a l ç ı (Katibənin ardınca baxaraq gülümsəyir) Məsələ məlumdur!..
    B a ş r e d a k t o r. Hansı məsələ?
    S i y a s i i c m a l ç ı (Katibənin ardınca qapıya tərəf işarə edərək). Bütün bünlar hamısı təşkil olunub...
    B a ş r e d a k t o r. Vallah, qardaş, mən sizi həmişə ciddi siyasi icmalçı hesab edirdim... Oturub televizorda sizin siyasi icmallarınıza qulaq asırdım... Bəs bu nə sözlərdi belə?.. Siyasi icmalçı. Onlar hamısı maska idi!.. Qəribədi... Doğrudan da bu dünyanın işləri çox qəribədi... Maska taxırsan, həqiqət kimi qəbul edirlər, həqiqəti söyləyirsən, yalan bilirlər... Axı, siz ağıllı adamsınız!.. Siz başa düşmürsüz ki, bəşəriyyəti xilas etmək lazımdı? Başa düşmürsüz ki, daha bundan sonrası yoxdu? Əbəs yerə Kastronu mənimlə görüşmək üçün Bakıya göndəriblər?
    B a ş r e d a k t o r. Kimi?
    S i y a s i i c m a l ç ı. Kastronu.
    B a ş r e d a k t o r. Fidel Kastronu?
    S i y a s i i c m a l ç ı. Bəli, Fidel Kastronu! O bunların təcili yardımı kimi bir şeydi. Harda təhlükə hiss elədilər, göndərirlər ora! Ancaq mən onunla görüşmürəm, qaçıram... Ümumiyyətlə, mənim həyatım insan həyatı deyil ki!.. Mən gizlənirəm! Mən gizlənməyə məcburam! Bir gün gecəni bir qohumumgildə qalıram, o biri gün o biri qohumumgildə! Daha yer də qalmayıb... Fikrim var ki, bir gecə də gəlib sizdə qalım!
    B a ş r e d a k t o r (ürkmüş). Bizdə?
    S i y a s i i c m a l ç ı. Bəli, sizdə! Bu bizim hamımızın vəzifəsidi! Bütün tərəqqipərvər bəşəriyyətin! Çünki armud yetişib! Bəşəriyyət həqiqəti bilməlidir!
    B a ş r e d a k t o r. Axı, bu gün səhər mən televizorla Fidel Kostronu gördüm, Havanada mitinqdə çıxış edirdi...
    S i y a s i i c m a l ç ı (gülümsəyir). Bəli... Ancaq o əsl Kastro deyil, mənim əziz Baş redaktorum...
    B a ş r e d a k t o r. Bəs kimdi?
    S i y a s i i c m a l ç ı. Ivan Petroviç Sidorov! KQB-nin general-mayoru! (Gülümsəyir.) O-oo!.. Mən onu yaxşı tanıyıram!
    B a ş r e d a k t o r. Bəs... siz niyə qaçıb gizlənirsiz?
    S i y a s i i c m a l ç ı. KQB Osvalda tapşırıb ki, məni aradan götürsün!
    B a ş r e d a k t o r. Hansı Osvalda?
    S i y a s i i c m a l ç ı. Siz neçə Osvald tanıyırsız? Li Osvald!
    B a ş r e d a k t o r. Kennedini öldürən?
    S i y a s i i c m a l ç ı. Bəli!
    B a ş r e d a k t o r. Axı, Osvaldı da öldürdülər... Öldürənin də adı gərək ki, Rubi idi...
    S i y a s i i c m a l ç ı. Rubi? (Gülür.) Sergey Mixayloviç Petrov! KQB-nin polkovniki!
    Pauza.
    Li Osvald ölməyib, əzizim, hörmətli Baş redaktorumuz, xəbəriniz olsun... Nə vaxta qədər bu cürə sadəlövh olacaqsınız, hə? Axı, mən dedim ki, bunlar hamısı oyundu! Çox böyük oyun! Pauza.
    B a ş r e d a k t o r (mat-mat Siyasi icmalçıya baxa-baxa). Bəs Klintonun xəbəri var bu işlərdən?
    S i y a s i i c m a l ç ı. Klinton?
    B a ş r e d a k t o r. Bəli.
    S i y a s i i c m a l ç ı. Amerika Birləşmiş Ştatlarının prezidenti?
    B a ş r e d a k t o r. Bəli.
    S i y a s i i c m a l ç ı (gülür). Mitrofan Filimonoviç Poddubnı! KQB-nin general-leytenantı! Mən onu da yaxşı tanıyıram, lap yaxşı!.. Geroy Sovetskoqo Soyuza! Çernenkonun vaxtında verdilər...
    Pauza.
    Mən başa düşürəm... Bütün bunlar sizin üçün qeyri-adi səslənir. Fikirləşirsiniz ki, bu fantastikadır... Ancaq təəssüf ki, bu, fantastika deyil, əzizim, mənim hörmətli Baş redaktorum!.. Bunlar həqiqətdir! Mən bu həqiqəti axıra qədər açacağam! Dünya ictimaiyyəti hər şeydən xəbərdar olacaq! Armud yetişib artıq, yetişib! Düzdü, bütün informasiyanı birdən vermək olmaz, onda sadə insanların başına hava gələr! Başları xarab olar! Tədricən! Ancaq heç nəyi gizlətmədən!
    B a ş r e d a k t o r. Bəs mənə niyə dediniz bunların hamısını? Bəlkə mən də birdən-birə bu qədər informasiyanı gedib camaata deyəcəyəm?
    S i y a s i i c m a l ç ı. Əvvəla, sizə də bu böyük həqiqətin hamısını yox, olsa, olsa, onun yüzdə birini danışdım!
    B a ş r e d a k t o r. Yüzdə birini?
    S i y a s i i c m a l ç ı. Əlbəttə! Bəlkə heç yüzdə biri də olmaz! Mühüm informasiyaların hələ hamısı qalıb! Sizə nə dedim ki?.. Ən sadələrini... Ikincisi də, siz heç kimə heç nə deməzsiz!
    B a ş r e d a k t o r. Niyə?
    S i y a s i i c m a l ç ı. Çünki mən sizi də tanıyıram!
    B a ş r e d a k t o r. Tanıyırsız?
    S i y a s i i c m a l ç ı. Bəli! (Ayağa qalxır.) Bilirəm ki, siz də kimsiz! (Kabinetdən çıxa-çıxa) Bəli!
    B a ş r e d a k t o r (ürəyini tutur). Of-f-f!.. (Zəngin düyməsini basır.)
    Katibə kabinetə girir.
    Mənə... mənə bir stəkan su gətirin...
    K a t i b ə. Baş üstə! (Qollarını qaldırıb quş qanadı kimi yelləməyə başlayır.)
    Baş redaktor taqətsiz halda oturduğu kresloya sərilir.
    İ ş ı q s ö n ü r.
ALTINCI ŞƏKİL


    P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı.
    Səhnə qaranlıqdır. Professorun və Şəfqət bacısının həyəcanlı səsləri eşidilir və hərdən onların səsinə maşın siqnalı, tormoz səsi, camaatın hənirtisi qarışır.
    P r o f e s s o r u n s ə s i. Tapılmır! Yoxdu! Mənim bütün həyatım məhv olur!
    Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Aman Allah! Siz nə danışırsınız?! Xahiş edirəm sizdən! Xahiş edirəm belə sözlər deməyəsiniz! Sizdən belə sözlər eşidəndə az qalıram mən özüm dəli olum!..
    P r o f e s s o r u n s ə s i. Axı, mən daha dözə bilmirəm! O yoxdur! O qeyb olub!
    Professor və ardınca da Şəfqət bacısı tələsik səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür.
    Ş ə f q ə t b a c ı s ı. Ümidsizliyə qapılmaq olmaz! Biz onu tapmalıyıq!
    P r o f e s s o r. Bəli, tapmalıyıq! Öz kamerasına... e-e-e... öz palatasına qaytarmalıyıq! Mən onun üzərindəki təcrübələrimi davam etdirməliyəm! Müalicəmi sona çatdırmalıyam! Onu heç olmasa tam sağalda bilməsəm də, təhlükəsizliyini təmin etməliyəm! Etməliydim!.. Bəli, belədir, etməliydim!.. Yox, o tapılmır! Tapılmır! Off, ürəyim!..
    Ş ə f q ə t b a c ı s ı. Vay!.. Sakit olun! Yalvarıram, diz çökürəm qarşınızda, əsəbiləşməyin! (Iki ayağıyla da Professorun qarşısında diz çökür.)
    P r o f e s s o r. Qalxın! Qalxın!
    Ş ə f q ə t b a c ı s ı. Yox! Axı, sizə əsəbiləşmək olmaz!
    P r o f e s s o r. Qalxın!
    Ş ə f q ə t b a c ı s ı. Yox! Siz mənə söz verin ki, bir daha əsəbiləşməyəcəksiniz!
    P r o f e s s o r. Qalxın!
    Ş ə f q ə t b a c ı s ı. Söz verin! Söz verin öz yazıq bəndənizə! (Birdən çantasından həb çıxarıb ayağa sıçrayır.) Atın bunu! Atın!
    Professor həbi atmaq istəmir, Şəfqət bacısının əlindən çıxıb qaçmaq istəyir.
    Yox! Mütləq atmalısız! (Həbi zorla Professorun ağzına basır.) Biz sizi bəşəriyyətçin qorumalıyıq!
    P r o f e s s o r (boğazındakı həbi udmağa çalışaraq). Mən də bəşəriyyəti düşünürəm!
    Bəşəriyyət üçün çalışıram!
    Ş ə f q ə t b a c ı s ı. Elədir! Mən bunu bilirəm!
    P r o f e s s o r. Lakin o tapılmır!
    Ş ə f q ə t b a c ı s ı. O tapılacaq!
    P r o f e s s o r. Bəs nə zaman? Harada?
    Şəfqət bacısı (iki əlini də göyə qaldıraraq). Ilahi, sən nə üçün bu müqəddəs varlığa (Əli ilə
    Professoru göstərir.) bu qədər iztirablar verirsən?! Bu müqəddəs varlığı bu qədər sınamaq olarmı?! Məgər bu qədər illər boyu o sənin sınağından çıxmayıb? Bir dəli nədir ki, onu gizlədirsən? Onu bu müqəddəs, bu cəfakeş varlıqdan əsirgəyirsən? Yox! (Barmağı ilə göyü hədələyir.) Biz sınmayacağıq! Biz bütün əzab-əziyyətə sinə gərib onu axtaracağıq! Mən heç vaxt imkan verə bilmərəm ki, bu müqəddəs varlıq (Yenə də əli ilə Professoru göstərir.) bu qədər iztirab çəksin! (Əlini göyə qaldırıb barmağı ilə göyü hədələyir.) Yox, mən buna imkan verə bilmərəm! (Professora) Biz onu tapacağıq! Mən sizə söz verirəm, Professor! Inanın mənə! Gedək!
    P r o f e s s o r. Daha hara gedək?
    Ş ə f q ə t b a c ı s ı. Hələ nə qədər yer qalıb! Mədəniyyət Nazirliyi, teatrlar, redaksiyalar, Nazirlər Kabineti!.. Gedək, Professor! (Birdən nəsə tapıbmış kimi) Yazıçılar Birliyi! Hələ Yazıçılar Birliyi qalıb!
    P r o f e s s o r. Bəli, bəli! Yazıçılar Birliyi! Nə yaxşı ki, siz varsınız! Məndə yenə bir ümid yaratdınız! (Ruh yüksəkliyi ilə) Gedək!..
    Sürətlə səhnədən çıxırlar.
    İ ş ı q s ö n ü r.

YEDDİNCİ ŞƏKİL


    Gecə. Baş redaktorun kabineti. B a ş r e d a k t o r.
    Səhnə qaranlıqdır. Işıq Baş redaktorun üzərinə düşür və o səhnədə var-gəl etdikcə, işıq da səhnə boyu onunladır.
    Baş redaktorun əynində idman forması var.
    B a ş r e d a k t o r (səhnə boyu var-gəl edə-edə). Vallah, adam yatmağa da qorxur... Qorxur ki, gedib divanın üstündə uzanıb yuxuya getsin... Dünən gecə yuxuda görürəm ki, adamla dolu stadiondu, yüngül atletika üzrə yarış gedir, mən də hündürlüyə tullananam... Qaçıb, qaçıb atlanıram hündürə... Camaat qalxır ayağa... Mən hündürə qalxıram, amma daha yerə düşmürəm... Elə qalxıram göyə, qalxıram... Məni gözləyən camaat qalır aşağıda, görünməz olur, stadion görünməz olur, Bakı görünməz olur, axırda yer kürəsi balaca bir top kimi qalır uzaqda... Mən də elə hey qalxıram göyə, özüm də bir daha insanların arasına qayıtmaq istəmirəm, yer kürəsinə dönmək istəmirəm... Ürəyimdə də bir qəm, bir qüssə var, incimişəm insanlardan, yer kürəsindən, yorulmuşam... Oyanandan sonra yarım saat özümə gələ bilmədim... Yuxarı qayıtmaq istəyirdim, ora! (Əli ilə tavanı göstərir.) Geriyə dönmək istəmirdim... Yenidən bizim bu başıbəlalı yer kürəmizə qayıtmaq istəmirdim. Çünki, həqiqətən, ürəyimdə bir qəm-qüssə var, həqiqətən, yorulmuşam, bax, buracan (Əli ilə çənəsinin altını göstərir.) doymuşam, day mümkün deyil... Çox çətindi... Mən çətinliklərdən qorxan adam deyiləm, bütün ömrüm çətinliklər içində keçib, əzab-əziyyət içində keçib, bəzən də lap məşəqqət içində yaşamışam, amma, vallah, day dözə bilmirəm... Mənim özümə nə lazımdı? Heç nə! Bir həsirəm, bir Məmmədnəsir! Ailə yox, uşaq yox... Heç bir daxmam da yoxdu... Bude, iş kabinetindəki bu divanımdı (Əli ilə göstərir.) mənim evim! Bu qədər əziyyət çəkdim... Milli Məclisin qəbul elədiyi bütün o təzə qanunların hamısını öyrəndim. Min bir əzab-əziyyətlə, ağzını axıracan açmış ac akulalar kimi rüşvət sədlərini aşa-aşa dövlətdən kredit götürdüm, yer icarə elədim, bu qəzeti təsis elədim, Mətbuat və Informasiya Nazirliyində qeydiyyatdan keçirdim, min bir əzabəziyyətlə Latviyadan kağız gətirtdim, mətbəəylə müqavilə bağladım, imzalarını tanıdığım adamları bir-bir özüm tapıb işə götürdüm... Nə üçün? Ona görə ki, mən də bu respublika üçün əlimdən gələni əsirgəməyim, nəsə eləyim... Fikirlərim var, millətə çatdırım... Arzularım var, bildirim... Ancaq kağız kağızdı, bəli, güc-bəla ilə tapmaq olur, mətbəə də mətbəədi, axırı ki, çap edir qəzeti... Bəs bu insanlar?.. Bu adamlar?.. Ətrafa baxıram, az qalır ürəyim partlasın!.. Nə olub bunlara? Elm, texnika inkişaf etdikcə, elə bil ki, insan da ağlının yarısını verib elektron aparatlara, kompüterlərə, özü qalıb yarımçıq... Elə bizim bu redaksiyadakıları götür... Belə baxırsan, əməlli-başlı adamlardı... Amma elə ki, bir az yaxından təmasda olursan, paho-o-o!.. Deyiləsi deyil!.. Gərək o şairfason demişkən, əlinə saz alasan!.. Bunları işdən çıxaracaqsan, acından öləcəklər... Bu maaşla, heç olmasa, birtəhər dolanırlar... Onda bəs nə edəsən? Bəs qəzeti necə çıxarasan? Daha təkbaşına çıxara bilmirəm, yorulub əldən düşmüşəm, gücüm çatmır... O qədər material oxuyuram, redaktə edirəm ki, gecə gözümü yumanda da hərflər az qalır bəbəyimi deşsin... Bəs qəzet çıxmayandan sonra, özü də maraqlı çıxmayandan sonra, camaat onu almayandan sonra, mən o kreditləri necə ödəyəcəyəm? Bir də ki, axı, iş tək bu redaksiyadakılarda deyil... Birini qəbul edirsən, o birinin ərizəsini oxuyursan, o brisiylə də telefonla danışırsan, görürsən... belə... birtəhərdir... Birtəhərdir, amma vallah, heç özüm də bilmirəm, nə təhərdir... Görmürsən, deyir ki, Klinton Sovet Ittifaqı Qəhrəmanıdı?! O biri deyir ki, sar-sar dilində kosmosla danışıram, özümüz də arvad-uşaqla birlikdə uçuruq Veneraya, tez-tez də Leninlə görüşürəm! Bədbəxt millət! Bu yetmiş ildə Lenini o qədər yeridiblər beyninə ki, imperiya dağıldı, ancaq o hələ ondan əl çəkə bilmir! Elə bil, insanların şüurunun altında mürgüləyən bir xərçəng xəstəliyi var, indi münbit zəmin yaranıb, xəstəlik oyanıb!.. Bu cürə gəl qəzet burax də!.. Vallah, hərdən adam özündən şübhələnir... Deyirsən, bəlkə elə bunlar normal adamlardı, sən özün birtəhərsən? Hə? Bəlkə elə doğrudan da Veneraya uçur? Bax də... Gör nə danışırsan?.. Belə getsə, deyəsən sən hələ çox şeylər danışacaqsan... Yox, bu bədbəxt qız doğrudan qız deyil, insan deyil, qırqovuldu!.. O birisinin də qaynanası kişi çıxıb, amma məlum deyil qızını necə doğub!.. (Başını bulaya-bulaya yazı masasına yaxınlaşır və masanın siyirtməsini çəkib güzgünü götürür, dilini çıxarıb diqqətlə özünə baxır.) A-a-a!.. A-a-a!...
    İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKİL


    B a ş r e d a k t o r, P a n t e l e y m o n
    P o l i k a r p o v i ç, K a t i b ə.
    Baş redaktorun kabineti. Baş redaktor yazı masasının arxasında əyləşib. Ponteleymon Polikarpoviç onun qarşısında ayaq üstə dayanıb.
    B a ş r e d a k t o r (əsəbi halda əlindəki kağızı silkələyə-silkələyə). Mən sizi nə üçün işə götürdüm? Bax, burada, bu otaqda sizinlə oturub nə barədə söhbət etdik, Panteleymon Polikarpoviç, yadınıza gəlir?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Kak je? Albatta! Oçen xoroşo yadındadır!
    B a ş r e d a k t o r. Siz bizim qocaman, hörmətli rus jurnalistlərimizdən birisiniz. Sizinlə də belə şərtləşmişdik ki, həftədə bir dəfə rus dilində respublikadakı mədəni, ictimai-siyasi həyatımızın icmalını yazasınız! Rusdilli oxucular üçün! Onlar da oxuyub görsünlər ki, bu başıbəlalı ölkədə nələr baş verir! Belədir?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali!
    B a ş r e d a k t o r. Bəs siz neyləmisiz?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Man neynadi?
    B a ş r e d a k t o r (əlində tutduğu kağızı oxuyur).
    Ana vətən, ana vətən,
    Səni çoxlu sevirəm mən!
    Azərbaycan!
    Can, vətən, can!
    Təbrizim mənim!
    Əzizim mənim!
    Bu nədi belə?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Şer!
    B a ş r e d a k t o r (əsəbi). Sluşay! Bəyəm bizim azərbaycanlı şer bülbüllərimiz azıydı ki, siz də bir tərəfdən başlamısız? Bir dənə «Simuzər» poemasının öhdəsindən gələ bilmirik! Bilmirik ki, canımızı necə qurtaraq? Indi də siz başlamısız?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (başını aşağı salaraq). Bali!
    B a ş r e d a k t o r. Siz Azərbaycan dilini bilməyə-bilməyə bu dildə necə şer yazacaqsız?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (ehtirasla). Axı, bu dil manin ana dili!
    Pauza.
    B a ş r e d a k t o r. Nə?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (eyni ehtirasla). Manin ana dili! Rodnoy Azirbeyjan dili!
    B a ş r e d a k t o r. Necə yəni Azərbaycan dili sizin ana dilinizdi? Panteleymon Polikarpoviç, siz, bəyəm, rus deyilsiz?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali, indi rusam...
    Pauza.
    B a ş r e d a k t o r. Necə yəni «indi rusam»?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (ruh yüksəkliyi ilə). Axı, man avvalki xayatda azirbeyjanes bıl!
    B a ş r e d a k t o r. Nə?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (daha artıq bir ruh yüksəkliyi ilə). Da! Da! Man (Əlini döşünə vurur.) avvalki xayatda azirbeyjanlı!
    Pauza.
    B a ş r e d a k t o r. Sluşay, siz qırx il bundan qabaq Leninqradda universitetin jurnalistika fakültəsini bitirməmisiz? Sonra da Bakıya gəlməmisiz? Axı, şəxsi işinizdə belə yazılıb!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali!
    B a ş r e d a k t o r. Bəs necə yəni «əvvəlki həyatda»?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali! Bu indi, v etom qodu mana malum oldu! Bali! Bali! Kones vosemnadsotoqo, naçalo devyatnadsotoqo veka!.. On sakkız asr konesinda, on doqquz asr avvalinda man Tavrizda yaşadı!..
    B a ş r e d a k t o r. Əstəğfürullah!.. On səkkizinci əsrin sonunda, on doqquzuncu əsrin əvvəlində siz Təbrizdə yaşayırdız?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali! Molla Quseyn Kuli maxallada!
    B a ş r e d a k t o r. Lənət şeytana!.. Özü də azərbaycanlı idiniz?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (qürurla). Bali!
    B a ş r e d a k t o r. Bəs... bəs adınız nə idi?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (böyük məmnuniyyətlə). Xazrat Kuli bek!
    Pauza.
    B a ş r e d a k t o r. Nə? Nə?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Xazrat Kuli bek! Ozu da seid bıl! Seid Xazrat Kuli bek!
    Pauza.
    B a ş r e d a k t o r (iki əli ilə də başını tutur). Vallah, billah, mən day bir söz tapa bilmirəm!.. Bəlkə, doğrudan da, mənim başım xarab olub? Bəlkə mən, həqiqətən, dəliyəm?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Ne-e-et! Siz yaxçı çelovek! Siz oçen xoroşiy adam! I bolşoy master! Man sizi da tanıdı!
    B a ş r e d a k t o r. Məni də tanıdız? (Ayağa qalxır.)
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Koneçno, tanıdı! Vı oçen bolşoy master! Siz Dallak Imamverdi! Man srazu tanıdı sizi! Bali, doroqoy Dallak Imamverdi...
    B a ş r e d a k t o r. Mən a?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali! Siz kones vosemnadsotoqo asrda dallak idiz. Dallak Imamverdi! Onda man uşak... Otes qatirdi biza sizi... Onda man uşak... (Birdən-birə utanır.) Ayıpdı...
    B a ş r e d a k t o r. Ayıbdı?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali...
    B a ş r e d a k t o r. Nə ayıbdı?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (utana-utana). Siz mani... Siz mani sunnat etdi!..
    B a ş r e d a k t o r. Nə?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali!
    B a ş r e d a k t o r. Mən sizi sünnət eləmişəm?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Bali!
    Pauza.
    B a ş r e d a k t o r (qışqırır). Yox! Yox! Daha dözmək mümkün deyil! (Yenə də əlləri ilə başını tutub taqətsiz halda yerində oturur.) Ya mən özüm, həqiqətən, dəliyəm, ya da bunların hamısı ucdantutma dəli olub!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (incimiş). Nu, poçemu dali?
    B a ş r e d a k t o r. Daha qəti mümkün deyil! Qəti! Mən daha qəti dözə bilmirəm! Qəti!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (eyni incikliklə). Nu, Dallak Imamverdi, doroqoy, zaçem vı tak?..
    B a ş r e d a k t o r (qışqırır). Yox!.. Mən Dəllək Imamverdi deyiləm!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Nu, poçemu danmak? Eto ne xoroşo, ya vam skaju, oçen daje ne xoroşo!..
    K a t i b ə (tələsik içəri girir, ürkmüş halda). Oy!.. Oy!.. Bu nə səsdi?
    B a ş r e d a k t o r (Katibəyə fikir vermədən). Dəhşət! Dəhşət! Bu cür işləmək qəti mümkün deyil! Bu cürə yaşamaq da mümkün deyil!
    K a t i b ə (eyni ürkəkliklə). Nə olub?
    Panteleymon Polikarpoviç əli ilə Baş redaktoru göstərib təəccüblə çiyinlərini çəkir, sonra barmağını gicgahına aparıb o tərəf-bu tərəfə tərpədir, yəni ki, deyəsən, Baş redaktorun başına hava gəlib. Katibə diqqətlə Baş redaktora baxır, sonra qollarını qaldırıb quş qanadı kimi yelləməyə başlayır.
    Oy, mən qorxuram!..
    B a ş r e d a k t o r (qışqıra-qışqıra Katibəyə). Bəsdi! Qurtarın!
    K a t i b ə (ağlamsınaraq). Qorxuram... Ay mama!..
    B a ş r e d a k t o r (eyni əsəbiliklə). Yenə başladız?! Axı, siz dediz ki, başa düşmüsüz! Başa düşmüsüz ki, qırqovul deyilsiz! Insansız! Insan!
    K a t i b ə. Bəli! Mən başa düşmüşəm! Mən bilirəm ki, qırqovul deyiləm!
    B a ş r e d a k t o r (qışqırır). Onda bəs niyə qorxursuz?
    K a t i b ə. Axı, başqaları bunu bilmir! Başqaları bilmir ki, mən qırqovul deyiləm! Axı, onları heç kim başa salmayıb!
    Pauza. Oy, mən qorxuram...
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (birdən əllərini qaldırıb barmaqlarını tüfəng kimi Katibəyə tuşlayır və guya, atmağa başlayır). Part! Part! Part!
    K a t i b ə (qorxudan çığırır). Vay!..
    B a ş r e d a k t o r (qışqırır). Çıxın! Çıxın burdan! Çıxın! Mən sizi görməyim!
    Katibə qollarını quş qanadı kimi yelləyə-yelləyə otaqdan qaçır. Panteleymon Polikarpoviç də barmaqları ilə tüfəng kimi ata-ata Katibənin ardınca otaqdan çıxır.
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (qaça-qaça). Part! Part! Part!
    İ ş ı q s ö n ü r.

DOQQUZUNCU ŞƏKİL


    Redaksiya. M ə s u l k a t i b, Ş ö b ə m ü d i r i, S i y a s i i c m a l ç ı, Ə d ə b i i ş ç i, P a n t e l e y m o n P o l i k a r p o v i ç, P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı, K a t i b ə.
    Məsul katib, Şöbə müdiri, Siyasi icmalçı, Ədəbi işçi, Panteleymon Polikarpoviç – hərə öz masasının arxasında əyləşib kağız-kuğuzla məşğuldu.
    Ə d ə b i i ş ç i (yavaşdan, ancaq hərarətlə). Simuzərin ülvi xislətini qoyub bir yana, Məhəbbətimizə qəsd edir, mənfur qaynana!..
    M ə s u l k a t i b (öz-özünə). Bəh-bəh-bəh!.. Xoş eşitməyənin halına!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (kağız-kuğuzdan başını qaldırıb diqqətlə Siyasi icmalçıya baxır və yerindən qalxıb onunla üzbəüz dayanır). Klyanus! Siz Qasan Kuli murdaşira çok okşadı! Pomoymu vı i yest pokoynıy Qasan Kuli murdaşir! Yey boqu, eto vı! Tavrizda Kassab Abış maxallası jili! Çok dost manimla! Koqda man umer, mani meçitda Qasan Kuli murdaşir yudu! Neujeli vı ne pomnite? Ne pomnite kak vı mani yudu meçitda? Tısyaça vosemsot devyatom qodu! Bu ilda man öldu. (Daha artıq bir diqqətlə Siyasi icmalçıya baxır.) Da, ozudur! Qasan Kuli, doroqoy!.. (Siyasi icmalçını qucaqlayıb öpmək istəyir.) Moy rodnoy! Nakones mı vstretilis!
    S i y a s i i c m a l ç ı (onu özündən kənar etməyə çalışaraq). Çəkil! Məni belə oyunlara qata bilməzsiz! Mən sizin strategiyanı da yaxşı bilirəm, taktikanı da! Ostavte menya v pokoye! A to ya za sebya ne otveçayu! Armud sozrel!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Qasan Kuli! Doroqoy moy murdaşir! Priçem tut armud? Vot priçudlivıy çelovek!.. Priçem tut strateqiya, taktika? Reç ved ne o voyne idet!.. Reç idet o veçnoy drujbe, milıy moyemu serdsu çelovek! V proşloy jizni mı bıli druzyami! Vot v çem delo! A tı strateqiya bela qaldi, taktika ela qetdi... Ved bıli, bıli xoroşiye vremena!.. Doroqoy moyemu serdsu Qasan Kuli murdaşir, neujeli san mani tanımadı? Tısyaça semsot devyanosto devyatı qodda novıy qod olanda biz saninla xalvatta tut vodkası içdık, tı eto toje ne pomniş? Zakusili xolodnoy çolpa! Nu, opyat ne pomniş?
    S i y a s i i c m a l ç ı. Net! Murdaşir eto tvoya iqra! Keçməz! Məni yolumdan azdırmaq olmaz! Mən yaxşı bimlirəm ki, sizi kim göndərib! Sizin özünüzü də yaxşı tanıyıram! (Istehza ilə) Panteleymon Polikarpoviç... Yalançının atası gorbagor olsun!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (sevincək). Vot! Vot! Qorbaqor! Ya je qovoryu san murdaşir!
    Ə d ə b i i ş ç i (böyük yaradıcılıq şövqüylə). Simuzərsiz həyat tam əfsanədir! Onunsa anası bir ifritədir!..
    M ə s u l k a t i b. Əfsanə – ifritə... Vallah, heç mənfur sovet dövründə də belə qafiyə olmurdu!
    Ə d ə b i i ş ç i. Nə?
    M ə s u l k a t i b. Heç, oğlum, qafiyəni deyirəm... Əfsanə – ifritə... Deyirsən yəni bu yaxşı qafiyədi?..
    Ə d ə b i i ş ç i (xoruzlanır). Xahiş edirəm siz mənim yaradıcılıq laboratoriyama müdaxilə etməyəsiniz! Ora... ora müqəddəsdir!
    Ş ö b ə m ü d i r i (pəncərəyə tərəf boylana-boylana öz-özünə). Bəli!.. Oldu!.. Nəzərə alaram!.. (Diqqətlə nəyəsə qulaq asır və gülümsəyir.) Aha!.. Aydındır!.. Sar mır sır dır-dır? Dıram! Dır xıra pır tır!..
    Professor, ardıyca da Şəfqət bacısı sürətlə səhnəyə daxil olurlar.
    P r o f e s s o r (təngnəfəs). Of-f-f!.. Bəlkə burda tale üzümüzə güldü...
    Ş ə f q ə t b a c ı s ı. Siz həyəcanlanmayın, Professor, xahiş edirəm!.. Nəfəsinizi dərin!..
    P r o f e s s o r. Yox! Nəfəs dərməyə mənim vaxtım yoxdu!..
    Professor və onun arxasından da Şəfqət bacısı boylanaraq bir-bir redaksiya işçilərinə yaxınlaşıb diqqətlə onların sifətlərinə baxırlar.
    P r o f e s s o r. Yox... Deyəsən, tale bu dəfə də üzünü məndən çevirir...
    Ş ə f q ə t b a c ı s ı. Yalvarıram sizə, Professor!.. Siz özünüzü qorumalısınız!.. Heç olmasa, bizim üçün, professor, bizim üçün qorumalısız!..
    P r o f e s s o r. Axı...
    Şəfqət bacısı tələsik çantasından həb çıxarır və Professor həbi görən kimi, yenə də qaçmaq istəyir, amma Şəfqət bacısı ona macal vermir və həbi zorla Professorun ağzına basır.
    M ə s u l k a t i b (Şəfqət bacısına). Siz nə edirsiz? Insan haqlarını pozmaq olmaz! Indi daha mənfur sovet dövrü deyil! Indi demokratiyadır!
    Amma Professor artıq həbi udub və yenə də ən sevimli dəlisini tapmaq həsrətindədi, buna görə də diqqətlə Ədəbi işçiyə baxır.
    Ə d ə b i i ş ç i. Bu nədi belə? Siz kimsiz?
    Professor barmağı ilə onun çənəsini yuxarı qaldırır və daha artıq bir zəndlə baxır. Şəfqət bacısı da Professorun baxışlarını, hərəkətlərini təkrar edir.
    Ə d ə b i i ş ç i. Nə üçün mənə belə baxırsız?
    P r o f e s s o r. Çünki o sifətini dəyişə bilər! O-o-o!.. Ondan nə desən gözləmək olar! O sənətkardır! Çox böyük sənətkardır!
    Ş ə f q ə t b a c ı s ı. Bəli! Elədir, Professor!..
    Siyasi icmalçı(öz-özünə). Məsələ tamam aydındır!.. Axmaqlar, elə bilirlər mən bunlara inanacağam... Guya ki, mən bilmirəm bunları kim göndərib bura?! (Tamaşaçılara) Axı, bunları xüsusi məndən ötrü bura göndəriblər! Bu ağ xalat, nə bilim, Professor, Şəfqət bacısı, hamısı masqaraddı! Masqarad!..
    Ə d ə b i i ş ç i. Aha!.. Tapmışam! Tapmışam! Sizi mənim qaynanam bura göndərib! Hə? (Masanın üstündəki kağızları qamarlayıb sinəsinə sıxır.) Siz mənim məhəbbət dastanımı oğurlamaq istəyirsiniz! Hə?
    Ş ə f q ə t b a c ı s ı. Xeyr!.. Xeyr!.. Nə qaynana? Nə məhəbbət dastanı? Siz heç bilirsiz ki, kimlə danışırsız?
    M ə s u l k a t i b. O-o-o!.. Professor!.. Əlbəttə, biz onu tanıyırıq!.. Tibb elmimizin fəxri! Dünyaca şöhrətli alimimiz!.. Nyu-York Akademiyasının həqiqi üzvü!.. Şanxay üniversitetinin fəxri doktoru!.. Mozambikdə onun şəklini təqvimdə çap eləyiblər! Necə ki?! Tanıyırıq!.. Tanıyırıq!.. Xeyir ola, Professor?
    P r o f e s s o r. Mənim ən ağıllı dəlim klinikadan qaçıb! Biz üç aydır onu axtarırıq! Ancaq tapa bilmirik!
    Ş ə f q ə t b a c ı s ı (tələsik). Ancaq tapacağıq!
    S i y a s i i c m a l ç ı (öz-özünə). Gözlə!.. O saat inandıq! (Gülümsəyir.) Köhnə ssenaridi!.. Ancaq biz daha susmayacağıq! Armud yetişib!
    P r o f e s s o r. Of-f-f!.. Məndə daha taqət qalmayıb!
    Ş ə f q ə t b a c ı s ı. Professor! Professor, yalvarıram sizə!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (diqqətlə Şəfqət bacısına baxır). Bu manim pokoynaya Şarabanu xanum çok okşadı... Manin arvadı bıvşi xayatda, Tavrizda... Neujeli eto ona? (Bərkdən Şəfqət bacısını çağırır.) Şarabanu!..
    Ş ə f q ə t b a c ı s ı. Çto?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (tərəddüd içində). Net.. Vse je eto ne ona...
    Ş ö b ə m ü d i r i (pəncərəyə tərəf boylanaraq öz-özünə). Sizi eşidirəm! Aha! Aydındır! (Cidd-cəhdlə nəsə yazır.) Tır-pır flinqo fom-fom!.. Sar! Sar!
    P r o f e s s o r. Yoxdu!.. Mənim dəlim burda da yoxdu!..
    Ə d ə b i i ş ç i (kağızları hələ də sinəsinə sıxıb). Siz nə haqla burada, bizim redaksiyada dəli axtarırsız? Bura bəyəm dəlixanadı?
    Ş ö b ə m ü d i r i (yaza-yaza). Tır qır sır-sır? For!.. For!.. (Bir anlıq başını qaldıraraq barmağı ilə Professoru hədələyir.) Qoy... Bu saat... Bu saat başım açılsın... Işimi qurtarım... Mən sizi məhkəməyə verəcəyəm!
    Ş ə f q ə t b a c ı s ı (sarsılmış). Nə?.. Məhkəməyə verəcəksiz?
    Ş ö b ə m ü d i r i. Bəli!
    Ş ə f q ə t b a c ı s ı (Professora tərəf işarə edir). Onu?
    Ş ö b ə m ü d i r i. Bəli! (Redaksiya işçilərini göstərir.) Bunları bilmirəm, fəqət mən belə təhqirə dözə bilmərəm!
    Ə d ə b i i ş ç i. Mən də! Ilahi, sənə təşəkkür edirəm! Yaxşı ki, Simuzər bunları görmür! (Sinəsinə daha da bərk sıxdığı kağızları öpür.)
    Ş ö b ə m ü d i r i. Sizə kim ixtiyar verib ki, burada dəli axtarasız?
    Ş ə f q ə t b a c ı s ı (tamam sarsılmış halda). Ixtiyar?
    Ş ö b ə m ü d i r i. Bəli, ixtiyar!
    Ş ə f q ə t b a c ı s ı (dəhşət içində). Ona kim ixtiyar verib?
    Ş ö b ə m ü d i r i. Bəli, ona!
    Ş ə f q ə t b a c ı s ı. Axı, siz... siz onu tanımırsız! Siyasi icmalçı (tamaşaçılara). Mən bir şeyə məəttələm ki, bunların üsulu dəyişmir ki, dəyişmir! Gərək nə qədər kütbeyin olasan ki, bircə dənə də təzə şey tapmayasan!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (Şəfqət bacısına baxa-baxa). A mojet ona? Tumanı içinda bir xal var idi... (Yanını göstərir.) Vot zdes!. Kak uznat?
    M ə s u l k a t i b. Axı, niyə, ay qızım, lap yaxşı tanıyırıq onu! Fəxrimizdi! Keçən il Fransa Akademiyasının mükafatını almadı? Aldı! Filippində onun adına küçə qoymayıblar? Qoyublar!
    Ş ə f q ə t b a c ı s ı (bu miskin adamların əhatəsində daha özünü saxlaya bilmir). Xeyr! Siz onu tanımırsız! Siz heç nə bilmirsiz! Sizin böyük həqiqətdən xəbəriniz yoxdu!
    S i y a s i i c m a l ç ı (tamaşaçılara). Aha! Görək indi hansı valı işə salıblar!
    Ş ə f q ə t b a c ı s ı. Siz yalançı bir aləmdə yaşayırsız! Yazıqlar! Miskinlər! Özünüzün isə bundan xəbəriniz yoxdu! Siz bilmirsiz ki, kimlərlə bir yerdə yaşayırsız! Bax, bu havanı kimlərlə bir yerdə udursuz! Suyu kimlərlə bir yerdə içirsiz! Heç nə görməyən gözləriniz kimlərə baxır! Ah, sizin kor gözləriniz!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Vse je ona mani arvadı Şarabanu xanuma oçen oxşadı!.. Oçen!..
    Ş ə f q ə t b a c ı s ı. Siz burada öz qınınıza girib, burnunuzun ucundan uzağı görmürsüz!
    Ə d ə b i i ş ç i. Bu nə danışır belə?
    P r o f e s s o r (Şəfqət bacısına). Rica edirəm, kifayətdi...
    Şəfqət bacısı (çılğın). Yox, Professor! Mən artıq dözə bilmirəm! Bu yazıqlar, bu məzlum insanlar həqiqətdən xəbərsizdirlər! Gör rəzalət, nadanlıq, cəhalət hansı mərtəbəyə qalxıb ki, bunlar sizi məhkəməyə vermək istəyirlər! Bunlar sizi tanımırlar!
    M ə s u l k a t i b. Ay mənim qızım, yenə deyirsən tanımırıq onu? Tanıyırıq! Onu bütün vətəndaşlarımız tanıyır! Keçən il Venesuelada Beynəlxalq Psixiatrlar Cəmiyyətinin vitse-prezidenti seçilmədi? Seçildi axı!..
    Ş ə f q ə t b a c ı s ı (son dərəcə həyəcanlı). Yox! Siz onu tanımırsız!
    P r o f e s s o r (Şəfqət bacısına). Rica edirəm... Lazım deyil...
    Ş ə f q ə t b a c ı s ı. Yox! Mən sizə qarşı belə bir hörmətsizliyə daha dözə bilmərəm! Qoy bu yazıqlar, bu misgin insanlar bilsinlər ki, siz kimsiz!
    P r o f e s s o r. Deməyin... Rica edirəm sizdən...
    K a t i b ə (hövlnak içəri girərək). Oy, nə olub burda? Bunlar kimdi?
    Ş ə f q ə t b a c ı s ı (təbii ki, indi ona heç bir söz təsir edə bilməz). Yox! Qoy bilsinlər! O... (Barmağını uzadıb başını aşağı salaraq məyus dayanmış Professoru göstərir.) O...
    Pauza.
    Musa peyğəmbərdi!
    Ə d ə b i i ş ç i. Nə? (Şübhə ilə bayaqdan sinəsinə sıxdığı kağızlara baxır.)
    Ş ə f q ə t b a c ı s ı (təntənə ilə). Bəli! Musa peyğəmbər!
    P r o f e s s o r (dəruni bir kədərlə Şəfqət bacısına). Siz gərək bu sirri açmayaydız...
    Ş ə f q ə t b a c ı s ı. Mən günah elədim! Bəli! Mən sizin sözünüzdən çıxdım! Ancaq qoy bilsinlər! Qoy bilsinlər ki, siz əslində kimsiniz!
    P r o f e s s o r (pərişanlığını gizlədə bilmir). Hər halda, bu sirr gərək açılmayaydı...
    K a t i b ə. Oy, Musa peyğəmbər!.. Katibəsi də yanında! Baş redaktora demək lazımdı! (Tələsik səhnədən çıxır.)
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (Professora baxaraq). Moisey?.. Ne pomnyu... (Daha artıq diqqətlə baxır.) Vallax, ubey, ne pomnyu!..
    S i y a s i i c m a l ç ı (gülümsəyərək, öz-özünə). Eh, KQB, KQB!.. Sənin metodların dəyişmir ki, dəyişmir...
    M ə s u l k a t i b (yavaşdan). Deyəsən, ayılmaq təhlükəsi var... (Maraqla bərkdən) Onda bunun neçə yaşı var?
    Ş ə f q ə t b a c ı s ı. Onun yaşı yoxdu! Onun varlığı sizin yaşadığınız bu misgin aləmin meyarlarına sığmır! Onun yaşı...
    P r o f e s s o r (onun sözünü yarımçıq kəsərək). Lazım deyil... Onsuz da bu adamlar bunu dərk edə bilməyəcəklər!..
    Pauza.
    Ş ə f q ə t b a c ı s ı (dəruni bir pərişanlıqla). Elədir... Həmişəki kimi, siz yenə də düz buyurursuz, _Professor!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (Şəfqət bacısına baxır). Da!.. Da!.. Ona Şarabanu! Moya Şarabanu! (Qışqırır.) Şarabanu!
    Ş ə f q ə t b a c ı s ı. Çto?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Tı moya Şarabanu! Jena moya nezabvennaya! Tuman altda xal da var! Vot zdes! (Öz yanını göstərir.)
    Ş ə f q ə t b a c ı s ı (iki əlilə də Panteleymon Polikarpoviçin başına kül eləyir). Ala!..
    İ ş ı q s ö n ü r.

ONUNCU ŞƏKİL


    Redaksiya otağı. P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı, M ə s u l k a t i b, S i y a s i i c m a l ç ı, Ş ö b ə m ü d i r i, Ə d ə b i i ş ç i, P a n t e l e y m o n P o l i k a r p o v i ç, B a ş r e d a k t o r, K a t i b ə.
    Redaksiya işçilərindən kimi öz yerində oturub, kimi yazı masasının yanında dayanıb – bu, baxır quruluşçu rejissorun verəcəyi mizana. Professor dərin fəlsəfi fikirlərə dalaraq başını aşağı salıb və otağın ortasında dayanıb. Şəfqət bacısı onun yanındadı və Professorun bu cürə dəruni fikrə getməsi bu qadını təlaşa salıb.
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (Şəfqət bacısına). Şarabanu!
    Ş ə f q ə t b a c ı s ı. Paşol!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (öz-özünə, pərt). Vot sterva! Mənin arvadı olanda da toçno bela idi! Ne izmenilas! Nastoyaşaya vedma bıla! Yuz şestdesyat il keçdi, no ona ne izmenilas, kopak kızı olsun!..
    Ş ö b ə m ü d i r i (pəncərəyə tərəf boylana-boylana yavaşdan). Tır? Pır-pır! Aydındır! Mən sizi başa düşdüm. Sabah Merkuridə görüşürük! Vladimir Iliç də olacaq?.. Çox gözəl!.. Pır-pır!.. Pırpır!..
    S i y a s i i c m a l ç ı (Professora baxır və gülümsəyərək yavaşdan). Ay axmaqlar!.. Bu cür adamlara da ordenlər verirlər... Mən heç onlara bunu da vermərəm! (Sağ əlinin baş barmağını o biri barmaqlarının arasından çıxarıb Professorgilə tərəf göstərir.) Bu qədər təcrübəniz var, yenə rolunuzu öyrənə bilmirsiz! Çünki köhnə ssenaridi! Belə şeylərlə məni aldatmaq olmaz! Elə bilirlər ki, mən əsl Musa peyğəmbəri tanımıram! Ay-hay!.. Yox, mənim sayıqlığımı azdıra bilməzsiz! Mən daha öz yolumdan dönməyəcəyəm! Mən həqiqəti bəşəriyyətə bildirib onu xilas edəcəyəm!
    Ə d ə b i i ş ç i (kağızları əvvəlki tək sinəsinə sıxa-sıxa ayağa qalxıb Professora). Yox! Siz Musa peyğəmbər deyilsiz! Mən buna inanmıram! Heç Simuzər də buna inanmaz!
    Ş ə f q ə t b a c ı s ı. Inanmaz?
    Ə d ə b i i ş ç i. Bəli, inanmaz!
    P r o f e s s o r (həmin dərini pərişanlıqla Şəfqət bacısına). Gördünüz ki?..
    Pauza.
    Yox, bu sirri açmaq lazım deyildi... (Kədərlə başını aşağı salır.) Gedək...
    Ş ə f q ə t b a c ı s ı. Bir dəqiqə, Professor!.. (Ikrah hissilə redaksiya işçilərinə.) Məzlum, miskin, kor zavallılar!.. Sizin küt beyninizə sığışmır ki, kiminlə bir zəmanədə yaşayırsınız! Sizinlə adi qoyunun nə fərqi? (Hirsindən qoyun kimi mələyir.) Mə-ə-ə!.. Mə-ə-ə!.. Açın kor gözlərinizi! (Professoru göstərir.) Işığa açın! Aydınlığa açın! Günəşi görün! Görün, dərk edin kimin hüzurundasız! Onda yaşamaq da sizinçün asan olar, ey yazıq bəndələr! Ey yazıq insanlar!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (heyranlıqla yavaşdan). No stala qramotnoy!.. Niçeqo ne skajeş!.. Vot kopak kızı olsun!..
    Ş ə f q ə t b a c ı s ı. Mə-ə-ə!.. Mə-ə-ə!..
    Məsul katib. Düzələcək! Hər şey düzələcək, çətini ölənəcəndi!.. Sonra hər şey düzələcək!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (qışqırır). Şarabanu! Supruqa moya nezabvennaya! Qara xal da yest tuman altda! Vot zdes! (Yanını göstərir.)
    Ş ə f q ə t b a c ı s ı. Xuliqan!
    Əvvəlcə Baş redaktor, sonra da Katibə sürətlə səhnəyə daxil olurlar.
    B a ş r e d a k t o r (əsəbi). Nə olub yenə? Mən sizə xəbardarlıq etmişdim! Mən daha heç nəyə dözməyəcəyəm! Bu cürə işləmək olmaz! Qurtardı! Hanı o təzədən zühur eləyən Musa peyğəmbər? Mən indi...
    Baş redaktor Professoru, Şəfqət bacısını görür və sözü ağzında yarımçıq qalır. Professor və Şəfqət bacısı gözlərinə inanmayaraq Baş redaktora baxırlar.
    Gərgin pauza.
    P r o f e s s o r (sevincək qışqırır). Tapdım! Tapdım!
    Ş ə f q ə t b a c ı s ı (sevincindən kövrələrək). Təbrik edirəm, Professor!
    P r o f e s s o r (Baş redaktora). Mənim əziz dəlim!
    Birdən özünə gələn Baş redaktor dəhşətli bir qorxu içində səhnə boyu qaçmağa başlayır ki, canını qurtarsın. Professor, sonra Şəfqət bacısı Baş redaktorun ardınca qaçırlar.
    P r o f e s s o r. Qaçır! Qoymayın!
    Ş ə f q ə t b a c ı s ı. Tutun onu!
    Professor. Qaçma! Qaçma, mənim sevimli dəlim!
    Ş ə f q ə t b a c ı s ı (təngnəfəs). Tutun onu! Oy! Oy! Tutun onu!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Çto s toboy, rodnaya moya, Şarabanu?
    M ə s u l k a t i b. Dəli?
    Ə d ə b i i ş ç i (kağızları sinəsinə sıxıb). Mənim əvvəldən ondan gözüm su içmirdi!
    Ş ö b ə m ü d i r i (pəncərə tərəfə baxaraq bərkdən kosmosla danışır). Sır pır dır-dır? Aha! (Daha da bərkdən) Bəli, dəlidi! Dəlidi!
    K a t i b ə. Mən də!.. Mən də hiss edirdim ki, o dəlidi! Elə sözlər deyirdi ki!.. (Qollarını geniş açıb quş qanadı kimi, doyunca yelləməyə başlayır.)
    S i y a s i i c m a l ç ı (tərəddüd içində). Yoxsa, bu elə doğrudan da dəli imiş?
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Şarabanu!.. Çto s toboy?
    P r o f e s s o r. Qaçır! Qoymayın!
    Ş ə f q ə t b a c ı s ı. Tutun onu!
    Ş ö b ə m ü d i r i. Dəli!
    Ə d ə b i i ş ç i. Dəli!
    Baş redaktor qaçıb səhnədən çıxır.
    P r o f e s s o r. Qoymayın! Qoymayın! Qaçır!
    Ş ə f q ə t b a c ı s ı. Tutun onu! (Panteleymon Polikarpoviçə) Vozmi eqo!
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Çto?
    Ş ə f q ə t b a c ı s ı. Vozmi eqo! (Professorun ardınca qaça-qaça səhnədən çıxır.)
    Şöbə müdiri, kağızları sinəsinə sıxmış Ədəbi işçi, Siyasi icmalçı, qollarını quş qanadı kimi yelləyən Katibə:
    – Dəli!..
    – Dəli!..
    – Dəli!..
    – Dəli!..
    – deyə qışqıraraq qaça-qaça onların ardınca səhnədən çıxırlar.
    P a n t e l e y m o n P o l i k a r p o v i ç. Şarabanu!.. Kuda tı?..
    M ə s u l k a t i b. Dəli? Hə də, el hara, sən də ora! Deyirlər dəlidi, deməli, dəlidi! (Onların ardınca qaçıb səhnədən çıxır.)
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (boş otaqda qalıb qaçanların ardınca baxa-baxa bərkdən). Şarabanu! Şarabanu! Vernis, doroqaya! Man sani qara xalı opdu! Mani azizi! (Onların ardınca qaçıb səhnədən çıxaraq) Şarabanu! Supruqa moya nenoqlyadnaya!..
    İ ş ı q s ö n ü r.

ON BİRİNCİ ŞƏKİL


    Küçə. B a ş r e d a k t o r, P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı, M ə s u l k a t i b, Ş ö b ə m ü d i r i, S i y a s i i c m a l ç ı, Ə d ə b i i ş ç i, P a n t e l e y m o n P o l i - k a r p o v i ç, K a t i b ə, p o l i s n ə f ə r l ə r i.
    Səhnə qaranlıqdır. Birdən-birə hay-küy düşür.
    P r o f e s s o r u n s ə s i. Qaçır!.. Qoymayın!..
    Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Tutun onu!.. Tutun!..
    Şöbə müdirinin səsi. Dəlini saxlayın!..
    K a t i b ə n i n s ə s i. Dəli qaçır!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç i n s ə s i. Şarabanu!..
    Işıq səhnə boyu qaçan Baş redaktorun, onu təqib edən Professorun, Şəfqət bacısının, redaksiya işçilərinin və polis nəfərlərinin sifətinə düşür. Baş redaktor dəhşətli bir qorxu ilə hərdən arxaya baxa-baxa qaçır.
    P r o f e s s o r (təngnəfəs). Qaçma!.. Qaçma!.. Mənim əzizim!..
    Ş ə f q ə t b a c ı s ı (təngnəfəs). Siz özünüzü... özünüzü qoruyun, Professor!..
    S i y a s i i c m a l ç ı (təngnəfəs). Dəlini tutun!..
    M ə s u l k a t i b (təngnəfəs). Deyirlər ki, dəlidi!.. Tutun onu!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç (təngnəfəs). Şarabanu! Jizn moya!..
    Ə d ə b i i ş ç i (təngnəfəs). Dəlidir!.. Tutun onu!..
    Ş ö b ə m ü d i r i (təngnəfəs). Sar-sar? Pır tar mır-mır? Oldu!.. Tutun!.. Tutun onu!..
    Işıq sönür. Qaranlıqda hay-küy davam edir:
    – Dayan!..
    – Qaça bilməyəcəksən!..
    P a n t e l e y m o n P o l i k a r p o v i ç i n s ə s i. Şarabanu!.. Kara xalı!..
    Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Əlini çək!.. Xuliqan!.. Polis!
    Dayan!
    Güllə səsləri eşidilir.
    – Tutun!..
    – Bax, belə!..
    – Əlini burun!..
    – Ayaqlarını bağlayın!..
    P r o f e s s o r u n s ə s i. Qorxma!.. Mənim əzizim!.. Qorxma!.. Mən sənin yanındayam!.. Mənəm!.. Mən!..
    İ ş ı q s ö n ü r.

EPİLOQ


    Ruhi xəstəliklər xəstəxanasının palatası. B a ş r e d a k t o r, P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı. Baş redaktoru səhnənin ortasındakı kürsüdə üzü tamaşaçıya tərəf oturdublar. Əyninə qolları uzun qalın göy köynək geyindiriblər və köynəyin qollarını bərk-bərk belinə sarıyıb bağlayıblar ki, əllərini tərpədə bilməsin. Sağ tərəfində Professor, sol tərəfində Şəfqət bacısı dayanıb. Hər ikisinin əynində həmişəki kimi ağ xalat var.
    P r o f e s s o r (mülayim). Dilini çıxart...
    Pauza. Dilini çıxart!.. (Əlində tutduğu balaca taxta çəkiclə Baş redaktorun başına vurur.) Çıxart!
    Baş redaktor dilini çıxarır.
    P r o f e s s o r (eyni mülayimliklə). Bax belə... Mənim əzizim!.. Mən səni müalicə edəcəyəm!.. Sən cəmiyyətin layiqli üzvü olacaqsan!.. Qorxma!..
    Ş ə f q ə t b a c ı s ı. Nə danışırsız, Professor? Heç sizdən də qorxmaq olar? Onun ağzı nədir ki, sizdən qorxsun?
    Onlar danışdıqca Baş redaktor dəhşət ifadə edən gözlərilə gah Professora, gah da Şəfqət bacısına baxır.
    P r o f e s s o r (Baş redaktora). Indi «A-a-a!» de...
    Pauza. «A-a-a» de!.. (Taxta çəkiclə Baş redaktorun başına vurur.) Nə dedim?!
    B a ş r e d a k t o r. A-a-a...
    P r o f e s s o r. Bax, belə!.. Afərin!.. Yenə!..
    B a ş r e d a k t o r. A-a-a... A-a-a... (Ağzını geniş açaraq get-gedə daha da yüksəkdən bağırmağa başlayır.) A-a-a!.. A-a-a!.. A-a-a!..
    Və get-gedə artan bu bağırtı altında işıq sönür.
7 fevral 1996.
Bakı.

<< 1 / 2 >>
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.01.2014) | Müəllif: R.C E W
Baxış: 689 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more