Əsas » Məqalə » Pəhrizlər

Monika Belluççinin pəhrizi

Məşhur aktrisa Monika Belluççi istedadı ilə yanaşı gözəlliyi ilə də valeh edir. Onun dediyinə görə, gözəl olmaq və gözəlliyini qorumaq üçün o, heç bir estetik əməlliyat etməyib. 

 

Monikanın bədən quruluşu qüsursuzdur. 46 yaşlı Monika Belluççinin həqiqətən
dəçəkisi 64 kq., boyu isə 178 sm. Bədəninin parametri 92-61- 91-dir.

 

Gözəl aktrisa etiraf edir ki, onun cazibədarlığının sirri onun həyat tərzi ilə bağlıdır. O, özünü fiziki məşğələlərlə yükləmir və uzun müddət ac saxlayan pəhrizlər də saxlamır.

 

Monika idman zalına getməyi sevmir. Çəkilişlərə görə onun buna vaxtı da qalmır. Belə ki, adətən çəkilişlər səhər saat 6-dan başlayır və gecəyə qədər davam edir. Ona görə də səhər saat 5-də yuxudan oyanıb fitness zalına getmək üçün aktrisanın nə halı, nə də vaxtı olur. 

 

M.Belluççi hesab edir ki, ən yaxşı pəhriz italyan mətbəxidir. Lakin bu qidaları həddindən çox qəbul etmək olmaz. Monika Belluççinin seçdiyi məşhur 7  günlük pəhrizə italiya “spagetti”si də daxildir. Bu pəhrizi saxlayarkən Monika tərəvəz, yağsız balıq və ət də yeyir.

 

Pəhrizin menyusu:

 

Bazar ertəsi

 

Səhər yeməyi – 1 fincan qəhvə, 2 orta ölçüdə olan, üzərinə bir çay qaşığı cem əlavə olunmuş peçenye.
Nahar yeməyi – zeytun yağı əlavə olunmuş tərəvəzlərdən salat, 150 qram.
Şam yeməyi – sürtgəcdən keçirilmiş pendirlər, “spagetti”, tərəvəz və meyvələr.

 

Çərşənbə axşamı

 

Səhər yeməyi – kiçik doğranmış meyvələrlə yoqurt.
Nahar yeməyi – 1 yumurta sarısı və 3 yumurtanın ağı.
Şam yeməyi – 120 qram yağsız, suda qaynadılmış ət, tərəvəzli salat və meyvələr.

 

Çərşənbə

 

Səhər yeməyi – 1 fincan limonlu çay, 2 yağsız qızardılmış çörək və meyvələr.
Nahar yeməyi – zeytun yağı əlavə olunmuş göyərtili soyutma kartof, yağsız pendir.
Şam yeməyi – pomidor və göyərti ilə “spagetti”, meyvələr.

 

Cümə axşamı

 

Səhər yeməyi – 1 qaşıq qarğıdalı əlavə olunmuş yağsız yoqurt.
Nahar yeməyi – 50 qram düyü, 100 qram suda bişirilmiş dana əti və buğda bişirilmiş tərəvəz, giləmeyvə.
Şam yeməyi– 50 qram suda bişirilmiş balıq, tərəvəzli salat, üzüm.

 

Cümə

 

Səhər yeməyi – yağsız qızardılmış çörəklə yeni çəkilmiş şirə.
Nahar yeməyi – göyərti ilə “spagetti”, bir neçə dilim ananas.
Şam yeməyi – soğan, göyərti və yumurta əlavə olunmuş lobyalı salat, meyvələr.

 

Şənbə və bazar günü


Bu istirahət günlərində isə istədiyiniz günün menyusunu təkrarlaya bilərsiniz. Lakin M.Belluççi deyir ki, gözəl görsənmək üçün pəhriz saxlamaq kifayət etmir. Eyni zamanda xanım geyimi düzgün seçməli və qüsurlarını geyim vasitəsilə gizlətməyi bacarmalıdır.

 

Monika etiraf edir ki, adətən o, qara rəngdə olan geyimlərə üstünlük verir. Bu ona bədənindəki qüsurları gizlətməyə kömək edir.

 

Son müsahibələrinin birində isə Monika bildirib ki, onu gözəl və cazibədar edən yaxşı əhvalda olmasıdır: “Əgər qadın özünü pis hiss edirsə, o, gözəl görünə bilməyəcək”.

Bölmə: Pəhrizlər | Əlavə edildi: azerhero (13.06.2014) | Müəllif: R.C E W
Baxış: 584 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more