Əsas » Məqalə » Pəhrizlər |
Meyvəli pəhriz Çətin pəhriz sayılsa da, nəticəsi çox müsbət olur. Onu ayda bir dəfə saxlamaq məsləhət görülür. Pəhriz zamanı meyvələr zövqə görə seçilməlidr və mədəsində problem olan adamlar daha diqqətli olmalıdırlar. 1-ci gün – Səhər – təzə çəkilmiş meyvə şirəsi ilə hər hansı bir meyvə; Nahar – salat və 1 stəkan su; Şam – meyvə salatı, meyvə və 1 stəkan meyvə şirəsi; 2-ci gün – Səhər – bir boşqab doğranılmış meyvə, 1 stəkan su; Nahar – meyvə salatı və 1 stəkan su; Şam –qaynadılmış tərəvəz və 2 ədəd meyvə; 3-cü gün – Səhər – bir boşqab doğranılmış meyvə və 1 stəkan təzə sıxılmış meyvə şirəsi; Nahar –meyvə salatı və 1 stəkan su; Şam – tərəvəz şorbası; Resept Bu resept çox asan və effektlidir. Gün ərzində 9 kiloqram meyvə yeyilməlidir. İldə bir dəfə onu təkrarlamaq olar. Meyvələr zövqə görə seçilir, çalışmaq lazımdır ki, seçilmiş meyvələr rəngarəng olsun. Meyvələr gün ərzində müəyyən hissələrə bölünərək qəbul edilir. 1-ci və 6-cı gün – 1 kq meyvə; 2-ci və 5-ci gün – 1,5 kq meyvə; 3-cü və 5-ci gün –2 kq meyvə; Alma pəhrizi Ən məşhur meyvə pəhrizi sayılır. Əvvəlcə səhər yeməyini alma ilə əvəz etmək lazımdır və 1 həftə davam etdirilir. 2-ci həftə nahar və şam yeməyi də alma ilə əvəz edilir və nahar yeməyinə tərəvəz şorbası əlavə olunmalıdır. Üç və dördüncü həftələrdə ancaq alma yeyilir, gün ərzində bal qatılmış su və ya bitki çayı içilə bilər. Beşinci və altıncı həftələrdə yalnız səhər yeməyi zamanı almadan istifadə edilir, nahar və şam yeməyi əvvəlki qaydasına salınır. Süd məhsulları ilə meyvə pəhrizi Səhər – bir fincan şəkərsiz çay, 3 saatdan sonra yağsız kəsmik, 3 saatdan sonra 200 qram meyvə (zövqə görə) , 3 saatdan sonra 300 qram az yağlı kefir, iki saatdan sonra 200 qram meyvə. Gün ərzində 1,5 litr maye qəbul etmək olar. Pəhriz bir həftə davam etdirilir. | |
Baxış: 585 | |
Bütün rəylər: 0 | |