Əsas » Məqalə » Pəhrizlər |
14 gündə 10 kq arıqlamaq mümkündür
Məlumdur ki, kino ulduzlarının xarici görünüşü cəlbedici olmalıdır, eyni zamanda çox incə olmaq tələb olunur. Çünki kinokamera vizual olaraq insanı 10, foto isə bir qədər az 5 kq artıq göstərir. Bir çox məşhurlar Hollivud pəhrizi sayəsində uzun müddət formada qalırlar və 90-60-90 göstəricilərini mühafizə edirlər. Bu pəhriz Hollivudda çox populyar olduğu üçün belə adlandırılıb. vse-diety.com saytının məlumatına görə, bu pəhrizə riayət etməklə 14 gündə 10 kq arıqlamaq mümkündür. Günlük rasionun kaloriliyi 602 Kkal-dır. Bu pəhrizdən Nikol Kidman istifadə edir. Rene Zelverger “Bricit Consun gündəliyi” filminin çəkilişləri üçün 12 kq kökəlmişdi. Çəkilişdən sonra o, məhz Hollivud pəhrizinin köməyi ilə formaya düşdü. Sözügedən pəhriz ana olduqdan sonra Ketrin Zeta Çonsun da köməyinə gəldi. Hollivud pəhrizinin əsas prinsipi belədir ki, karbohidratların, yağların qəbulu məhdudlaşdırılır, kalorinin ümumi miqdarı azalır. Aşağı karbohidratlı tərəvəz və meyvələrdə, zülal və bitki hüceyrələri ilə zəngin ərzaqlardan istifadə edilir. Pəhriz tutulan müddətdə gün ərzində 1,5 litr su (yaşıl çay, kofe) içmək tələb olunur.
14 gün ərzində aşağıdakılara riayət etmək vacibdir: 1. Səhər yeməyi əvəzinə bir fincan kofe və ya yaşıl çay için. Və yaxud 1 qreypfrut yeyin. 2. Şirniyyat məmulatlarını, çörəyi, tərkibində kraxmalı yüksək olan meyvə-tərəvəzləri menyudan tamamilə çıxarın. 3. Spirtli içkilərin mövcudluğunu tamamilə unudun. 4. Şəkər tozu və baldan da imtina etmək lazımdır. 5. Əksər pəhrizlər kimi bu pəhrizdə də duzdan tamamilə imtina etmək tələb olunur. 6. Xörəklər yağsız hazırlanmalıdır.
1-ci və 8-ci gün Nahar: 2 bildirçin və ya 1 toyuq yumurtası, bir ədəd pomidor bir fincan kofe və ya yaşıl çay Şam: 2 bildirçin və ya 1 toyuq yumurtası, xiyardan və ya kələmdən hazırlanmış salat, yarım qreypfrut
2-ci və 9-cu gün Nahar: 2 bildirçin və ya 1 toyuq yumurtası, qreypfrut, bir fincan kofe və ya yaşıl çay Şam: 1 xiyar, 200 qram qaynadılmış mal əti, bir fincan kofe və ya yaşıl çay
3-cü və 10-cu gün Nahar: 2 bildirçin və ya 1 toyuq yumurtası, bir ədəd pomidor və yaxud xiyardan və ya kələmdən hazırlanmış salat Şam: 1 xiyar, 200 qram qaynadılmış mal əti, bir fincan kofe və ya yaşıl çay
4-cü və 11-ci gün Nahar: xiyardan və ya kələmdən hazırlanmış salat, qreypfrut, bir fincan kofe və ya yaşıl çay Şam: 2 bildirçin və ya 1 toyuq yumurtası, 200 qram yağsız kəsmik, bir fincan kofe və ya yaşıl çay
5-ci və 12-ci gün Nahar: 2 bildirçin və ya 1 toyuq yumurtası, xiyardan və ya kələmdən hazırlanmış salat, bir fincan kofe və ya yaşıl çay Şam: xiyardan və ya kələmdən hazırlanmış salat, 200 qram qaynadılmış balıq, bir fincan kofe və ya yaşıl çay
6-cı və 13-cü gün Nahar: Meyvə salatı - 1 almadan, apelsindən və qreypfrutdan hazırlamaq Şam: xiyardan və ya kələmdən hazırlanmış salat, 200 qram qaynadılmış mal əti, bir fincan kofe və ya yaşıl çay
7-ci və 14-cü gün Nahar: 200 qram qaynadılmış toyuq əti, 1 qreypfrut və ya apelsin, bir fincan kofe və ya yaşıl çay Şam: Meyvə salatı - 1 almadan, apelsindən və qreypfrutdan hazırlamaq
Hollivud pəhrizinin asan və dəqiq şərtlərinə əməl etməklə qısa müddətdə arıqlamaq mümkündür. Kələm və xiyarın qəbulunda məhdudiyyət yoxdur. Kələmə gəldikdə, ag, rəngli kələm və ya brokolli də istifadə edə bilərsiniz. Çəkidə əhəmiyyətli azalmaya rasiondan duzu tamamilə çıxartmaqla nail olacaqsınız. Bununla bədəninizdə artıq maye çıxacaq.
Hollivud pəhrizinin müsbət cəhətləri: Əsas üstünlük odur ki, qısa müddətdə arıqlamaq mümkündür. Bu da duzun və spirtli içkilərin rasiondan çıxarılması hesabına baş verir. Spirtli içki aclıq yaradır və yüksək kalorili hesab edilir. Pəhrizin ilk 2 günündə çəkidəki azalma orqanizmdəki artıq mayenin çıxması ilə bağlıdır. Son nəticə 70-10 kq arasında olur. Bu, ilkin çəkinin çoxluğu ilə əlaqəlidir. Bu pəhrizin bir üstünlüyü də odur ki, orqanizm toksinlərdən təmizlənir, maddələr mübadiləsi normallaşır.
Hollivud pəhrizinin mənfi cəhətləri: Pəhriz müddətdə orqanizmdə vitamin və mineral çatışmazlığı baş verir. Yaşıl çayın və kofenin çox istifadəsi qan təzyiqinin aşağı düşməsinə zəmin yarada bilər. Duzun tamamilə menyudan çıxarılması orqanizmdən mayeni çıxardır ki, bu da qan təzyiqinin aşağı düşməsinə, yorğunluğa səbəb ola bilər. Bunları nəzərə alaraq bu pəhrizi 3 aydan tez təkrarlamaq olmaz! | |
Baxış: 435 | |
Bütün rəylər: 0 | |