Əsas » Məqalə » Pəhrizlər

3 günlük pəhriz

    Bu pəhrizi üç gün müddətində saxlamaq lazımdır. Üç günün tamamında isə dörd gün normal qida günləri (çox yeməmək şərti ilə) başlayır. Pəhriz yüngül hesab edilən pəhrizlərə aid edilir. Ağır üç günün sonunda gələn tam qidalı dörd gün gücünüzün bərpasına imkan yaradacaq. Müəyyən müddətdən sonra orqanizm özünü örgəşdirsə belə dörd günüdə nəzarətdə saxlamaq məsləhət görülür. Pəhriz az kalorili hesab olunmasına (təxmini sutka ərzində 900 kalori) baxmayaraq növbəti gələn dörd gün onu rahat keçirməyə imkan yaradır.

Birinci gün

Birinci səhər yeməyi Qara kofe və ya şəkərsiz çay, bir dilim çörək, iki çay qaşığı mürəbbə
Ikinci səhər yeməyi Bir qreyfrutun ikidə bir hissəsi
Nahar Yağda tuna ikidə bir tuna, bir dilim çörək, dörd turp
Axşam üstü 100 qr (çiy halda) dərisiz və yağsız toyuq əti, bir stəkan suda bişirilmiş yaşıl lobya, bir stəkan suda bişirilmiş çuğundur, bir dilim quru çörək. Toyuq ətini xırda doğrayıb bir çay qaşığı öz suyundan əlavə edərək quru tefal tavada tez-tez qarışdıraraq qızardın.
Şam yeməyi Bir orta ölçülü alma

İkinci gün

Birinci səhər yeməyi Qara çay və ya şəkərsiz çay, bir yumurta (istənilən halda bişirmək olar), bir dilim çörək
Ikinci səhər yeməyi Bir banan
Nahar Bir stəkan kəsmik, dörd turp, beş kreker, şüyüd
Axşam üstü İki sosis ikidə bir stəkan kök şirəsi, bir suxarı
Şam yeməyi Çay, iki gavalı

Üçüncü gün

Birinci səhər yeməyi Qara kofe və ya şəkərsiz çay, beş kreker, bir dilim pendir
Ikinci səhər yeməyi Bir orta ölçülü alma
Nahar Bir suda bişmiş yumurta, bir xiyar (duzlu haldada mümkündür), dörd turp, bir dilim çörək
Axşam üstü İkidə bir stəkan tuna, bir stəkan bişmiş çuğundur, bir stəkan rəngli kələm, bir suxarı. Tunanı 200 qr (çiy halda) toyuq əti ilə əvəz etmək mümkündür
Şam yeməyi İkidə bir orta ölçülü qovun və balaca alma

    Bu pəhrizi istədiyiniz nəticəni əldə edəndək davam etdirmək mümkündür. Gün ərzində 6-8 stəkan su içmək mütləqdir.
Bölmə: Pəhrizlər | Əlavə edildi: azerhero (14.03.2014) | Müəllif: R.C E W
Baxış: 532 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more