Əsas » Məqalə » Nağıllar

İran nağılları
İRAN NAĞILLARI
SÜSƏRİ XALA


     Biri var idi, biri yox idi, Süsəri adlı tarakan arvad var idi. Bunu eləcə Süsəri xala çağırırdılar. Bir dəfə o, bütün dostlarına, tanışlanna gedib baş çəkmək istədi ki, görsün onlar necə dolanırlar. Həm də özünə yaxşı bir yoldaş - ər axtarıb tapmaq fikrinə düşmüşdü ki, ömrünü onunla başa vursun.
     O, özünə soğan qabığından paltar tikdi, geyindi, başma badımcan qabığından çadra örtdü, püstə qabığından özünə ayaqqabı düzəldib geydi və yola düzəldi.
     O getdi, getdi, gəlib göyərtisatanın dükanına çatdı. Göyərtisatan gördü ki, Süsəri bir geyinib-kecinib ki, gəl görəsən, ondan soruşdu:
     -Süsəri xala, hara gedirsən?
     -Süsəri xala sən özünsən! Mən gül kimi gözələm, gözəllikdə mənə tay tapılmaz, sən mənə deyirsən ki, Süsəri xala!
     -Bəs sənə nə deyək?
     -Deginən ki, ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol!
     Göyərtisatan ona dedi:
     -Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol! Sən hara gedirsən?
     Süsəri xala onda belə cavab verdi:
     -Gələn ay Ramazandır, mən gedən şəhər Həmədandır, gedirəm özümə yoldaş tapım, tək qalıb darıxmayım!
     -Mənə gələrsənmi? - deyə göyərtisatan soruşdu.
     -Gələrəm. Ancaq de görüm ki, işdir, birdən dalaşdıq, onda məni nə ilə döyəcəksən?
     -Çəki daşlarıyla səni şil-küt edərəm...
     -Ah, yox, mən sənə ərə getmərəm...
     Süsəri xala yoluna davam etdi, gəlib qəssabın dükanına çatdı.
     Qəssab onu geyinib-keçinmiş görüb soruşdu:
     -Süsəri xala, hara gedirsən?
     -Süsəri xala sən özünsən! Mən gül kimi qəşəngəm, gözəllikdə mənə tay tapılmaz, sən də durub mənə deyirsən ki, Süsəri xala!
     -Bəs nə deyim?
     -Deginən ki: ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol!
     Qəssab da ona deyir:
     -Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol! Sən hara gedirsən?
     -Gələn ay Ramazandır, getdiyim şəhər Həmədandır, gedirəm özümə yoldaş tapım, tək qalıb darıxmayım.
     -Mənə gələrsənmi? - deyə qəssab soruşdu.
     -Gələrəm. Ancaq bir de görüm, işdir, birdən dalaşdıq, onda bəs məni nə ilə döyərsən?
     -Bax, bu ətkəsən böyük bıçaqla!
     -Aha, sən belə imişsən! yox, sənə getmərəm...
     Süsəri xala qəssabın dükanından çıxdı. Cənab siçan - ağayi- Muş qaça-qaça gəlib ona çatdı. O, göyərtisatanın dükanında imiş. Süsəri xalanm dükançı ilə olan söhbətini başdan-ayağa hamısmı eşidibmiş. Odur ki, siçan onun dalmca qaça-qaça deyirdi:
     -Ay qardaşım qızı, donu qırmızı, təzə başmaqlı, yaxşı yol! Hara gedirsən?
     -Ey əsl-nəcabətli, uzun şalvarlı! Gələn ay Ramazandır, getdiyim şəhər Həmədandır, gedirəm özümə yoldaş tapım, tək qalıb darıxmayım.
     -Mənə gələrsənmi? - deyə ağayi-Muş ondan soruşdu.
     -Gələrəm. Yaxşı, əvvəl bir de görüm ki, işdir, birdən dalaşdıq, onda məni nə ilə döyəcəksən?
     -Mən öz yumşaq və nazik quyruğumu sürməyə batırıb sənin qəşəng qaşlarının üstündən gəzdirərəm.
     -Əgər belədirsə, onda sənə gedərəm. Nə üçün də getməyim!?
     Onlar bir yerdə yeyib-içib ömür sürməyə başladılar. Bir dəfə ağayi-Muş şah sarayından yeməyə şey gətirməyə getdi, Süsəri xala da çirkli paltarları yığıb gölməçədə yumağa apardı. Gölməçə dəvə ləpirindən böyük olmazdı.
     Süsəri çuxurun qırağma gəldi, ayağı sürüşüb suya yıxıldı.
     Süsəri xala qorxub özünü itirdi. Birdən gördü ki, yaxınlıqdan bir atlı keçir. Ona belə dedi:
     -Ay atlı, atının quyruğu qanadlı! Ağayi-Muşa deyin ki, onun xanımı yıxılıb su çuxuruna düşübdür!
     Bu atlı da padşahın qoşunundan idi. Saraya gəlib bu gülməli əhvalatı padşaha və vəzirə danışdı. Onlar buna xeyli güldülər.
     Xoşbəxtlikdən siçan da burada, yaxınlıqda imiş, atlının danışığmı eşitdi.
     O, tez qaçıb özünü Süsəri xalaya yetirdi. Çuxurun başma hərlənib haray-həşir saldı:
     -Ay rəfiqəm! Ay canım-ciyərim! Əlini tez mənə ver - səni çəkib çıxardım!
     -Yox, yox, mənim əlim nazikdir, qırılar!
     -Onda ayağmı ver!
     -Yox, yox, ayağım nazikdir, qırılar!
     -Bəs mən nə edim?
     -Get mənim üçün nərdivan gətir, mən özüm çıxaram.
     Ağayi-Muş tez göyərtisatanın dükanma qaçdı, bir dənə kök götürüb tez iti dişlərilə onda diş-diş yer açdı və gətirib Süsəri xalaya verdi. Yazıq Süsəri sudan çıxıb yorğan-döşəyə düşdü, çünki ona bərk soyuq dəymişdi.
     O, ağayi-Muşa tapşırdı ki, onun üçün şorba bişirsin.
     Siçan yekə bir qazanı ocaq üstə qoyub altını alışdırdı. Çömçə ilə şorbanı qurdalamağa başladı.
     Qarışdırdı, qurdaladı, axır ki, qazanı yıxıb dağıtdı. Şorba döşəmənin üstünə töküldü, buğu tavana qalxdı. Süsəri xala da buğun içində görünməz oldu. Ağayi-Muş özünü itirdi. Süsəri xala isə buğun içindən ona qışqırdı:
     -Eybi yoxdur, ağayi-Muş, mənim sadiq ərim! Şorba dağılıb buğu qalxdı, - bu yaxşıdır. Mən qızmaram, tez yaxşı olaram - lap yaxşı oldu!
     Bax, Süsəri xalanın başma bu cür əhvalatlar gəlmişdi.

UZUNBOYUN XALA


     Biri var idi, biri yox idi. Bir zərgər var idi. Onun arvadının bircə qırıq da ağlı yox idi, ancaq gicliyi var idi ki, tez-tez kişinin başına olmazın iş gətirərdi.
     Günlərin birində usta, bazara gedib bir qucaq pambıq aldı, gətirib arvadına verərək dedi:
     -Bunu əyir sap elə.
     -Bunu necə eləyirlər? Mənim heç yadıma düşmür ki, pambığı necə əyirirlər! - deyə arvadı səsləndi.
     Usta təəccübləndi:
     -Bəs sənin yadına düşməmiş, kimin yadına düşəcək?
     -Nə bilim? - deyə arvadı cavab verib öz işinə məşğul oldu.
     Bir dəfə isti günlərin birində usta gedib sərin zirzəmidə uzandı ki, dincəlsin, arvadı da hovuzda çimməyə getdi. O, suyun içinə girib heç hovuzun ortasma çatmamışdı ki, qışqırıb ərini köməyə çağırdı.
     Kişi, qışqırığa oyanıb zirzəmidən çıxdı və:
     -Nə olub? - deyə arvadından soruşdu.
     Arvadı isə belə cavab verdi:
     -Yadıma düşdü! Tez pambığı gətir, əyirim.
     Usta hirslənib ağacı qapdı və arvadmı o ki, var döydü, sonra da gün batanacan bütün pambığı əyirib sap eləməyi ona əmr etdi.
     Axşam kişi evə gəlib arvadına dedi ki, əyirdiyini göstərsin.
     -Mən, pambığı qurbağa xala üçün qanova atmışam. Qoy o əyirsin! - deyə arvadı cavab verdi.
     Usta daha buna dözə bilməyib tənbəl arvadını evdən qovdu. Arvad gedib şəhər darvazasına çatdı, özünə münasib bir yer tapıb dincini almaq üçün əyləşdi. O yan-bu yana baxıb gördü ki, bir pişik gəlir.
     -Miyov-Miyov xala! Yəqin ki, səni mənim ərim bura göndərib, hə? Get ona deginən ki, mən evə qayıtmayacağam.
     Pişik təzəcə qaçıb getmişdi ki, arvad, yaxından bir eşşək keçdiyini gördü. Arvad ondan soruşdu:
     -Çoş-Çoş xala! Yəqin ki, səni mənim ərim bura göndərib, hə? Get ona de ki, mən evə qayıtmayacağam.
     Arvad bir də gördü ki, bir dəvə gəlir. Arvad sevincək dəvənin qabağma çıxıb soruşdu:
     -Uzunboyun xala, yəqin ki, səni mənim ərim bura göndərib, hə? Heç evə getməyə könlüm yoxdur. Ancaq sənin xatirin üçün gedərəm, daha keçib, sənin sözünü yerə salmaram.
     Arvad bu sözləri deyib dəvənin dalına minərək evinə tərəf sürdü.
     Arvad evini görən kimi, uzaqdan qışqırmağa başladı:
     -Kişi, bir bax gör! Sən Miyov-Miyov xalanı göndərdin, gəl- mədim, Çoş-Çoş xalanı göndərdin, yenə də gəlmədim. Ancaq Uzunboyun xalanm sözünü yerə salmadım.
     Ancaq usta özü də arvadının qayıtmağına şad idi. O, arvadını dəvədən düşürüb, dəvənin o yan-bu yanına baxdı. Usta, əlini dəvənin yükünə vurdu, gördü ki, ağırdır; səbətin içinə baxdı, gördü ki, saf qızıl parçalarıdır. O, qızılı götürüb yerə basdırdı, dəvəni tövləyə apardı. İndi daha onlar xoşbəxt ömür sürəcəklər!..
     Ancaq heç də belə olmadı!
     Səhərisi carçı bazara gəlib car çəkdi ki, padşahın qızılla yüklənmiş dəvəsi itibdir. Kim tapsa, ona böyük mükafat veriləcək.
     Carçı bunu car çəkəndən sonra, ustanın arvadı onun yanına gəlib əhvalatı bir-bir danışmağa başladı: düzdür o, padşahın dəvəsini görməyib, ancaq dünən axşam əri onu evdən qovanda, o, Uzunboyun xalaya rast gəldi, Uzunboyun xala onu götürüb evlərinə gətirdi və ərilə barışdırdı.
     Carçı, sarsaq arvada qulaq asdı, onu ələ salıb güldü və saraya gedib eşitdiklərinin hamısını padşaha danışdı.
     -Uzunboyun xala elə mənim dəvəmdir, - deyə şah əhvalatı başa düşdü və əmr elədi ki, zərgəri və arvadını tutub onun yanına gətirsinlər.
     Nökərlər onları padşahın yanına gətirəndə padşah ustaya dedi:
     -Mən istəyirdim sənin boynunu vurduram, ancaq gizlətdiyin qızıldan dünyada tayı-bərabəri olmayan bir heykəl töksən, onda səni bağışlaram.
     Usta o saat işə girişməli oldu. Gecə-gündüz işləyirdi. Hər gün zəhmət haqqı olaraq qızıldan bir balaca parça kəsib evinə aparırdı.
     Axır ki, heykəlin qayırılıb hazır olduğu gün gəlib çatdı. Şah və vəzir heykələ baxmağa gəldilər. Şah xeyli vaxt gözünü qəşəng qayırılmış heykəldən çəkə bilmədi, sonra vəzirdən soruşdu:
     -De görək ki, ustaya verilən bütün qızıl bu heykələ sərf olunub?
     -Bu suala cavab vermək üçün heykəli tərəzidə çəkmək lazımdır, - deyə vəzir ona cavab verdi. - Bunun üçün böyük tərəzi lazımdır, bizim isə tərəzimiz yoxdur.
     Padşah bundan hirslənib vəzirə əmr etdi ki, qırx günün içində bu heykəli necə çəkmək lazım olduğunu öyrənib bilməlidir. Vəzir nə qədər fikirləşirdi ağlına heç bir şey gəlmirdi. Axırda o, hiyləyə əl atdı. Nökərini göndərib ustanın arvadını çağırtdırdı.
     Arvad gələndən sonra vəzir dedi:
     -Mənim sənə yazığım gəlir! Heç allaha rəvadır ki, özün belə gözəl-göyçək olasan, gedib bir ustanın arvadı olasan. İstəyirəm ki, səni öz oğlum üçün alım. Ancaq əvvəlcə gərək ustadan öyrənəsən ki, bu heykəli nədə çəkmək olar? Elə ki, gördün ərinin keyfi kökdür, onda bunu ondan soruşarsan.
     Bir dəfə gecə arvadı ərindən soruşdu:
     -Keyfin kökdürmü?
     -Nə üçün soruşursan? - deyə usta təəccübləndi.
     -İstəyirəm səndən soruşum ki, sənin qayırdığın heykəli necə çəkmək olar!
     -Çox asanca, - deyə usta cavab verdi. - Əvvəlcə heykəli gəmiyə qoymaq lazımdır, nə qədər suya batdığını nişanlamaq lazımdır. Bundan sonra heykəli gəmidən çıxarıb, içinə o qədər daş yığmaq lazımdır ki, gəminin suya batdığı qeyd olunan xəttə çatsın. Daşları çəkmək də ki, asandır. Onların ağırlığı heykəlin ağırlığı olacaq.
     Sabahı günü ustanın arvadı ərindən eşitdiklərini vəzirə xəbər verdi.
     Vəzir sevindi və şaha danışdı ki, heykəli necə çəkmək lazımdır.
     Ustanın dalınca adam göndərildi. Usta gəldi, padşah ona əmr elədi ki, heykəli deyildiyi kimi çəksin. Usta bildi ki, padşahın hər şeydən xəbəri var, oğurladığı qızılı padşaha qaytardı.
     Şah əmr elədi ki, ustanı uca qalaya salsınlar və qapılarını da tiksinlər ki, o, qalada qalıb acından-susuzdan ölsün.
     Usta, qalada oturub öz-özünə fikirləşirdi necə eləsin ki, buradan çıxsm. Birdən gördü ki, arvadı çığır-bağır salıb:
     -Tez ol, bura gəl! Vəzirin oğlu məni özünə alır. Əgər razısansa talağımı ver!
     -Yaxşı, - deyə usta cavab verdi. - Talağını verərəm, ancaq səndən bir xahişim var, ona əməl eləməlisən.
     -Yenə də nə eləmək lazımdır? - deyə arvadı narazı halda ondan soruşdu.
     -Böyük bir qarışqa tap, - deyə usta cavab verdi, - ayağına sap bağla və qoy divarla üzü yuxarı dırmaşsın. Qarışqa yuxarı çıxıb mənə çatanda, sapın ucuna qaytan bağla. Mən dartıb qaytanı tutanda, ucuna yoğun kəndir bağla. Mən kəndirin ucunu özümə tərəf çəkəndə, sən də o biri ucunu belinə bağlarsan. Mən dartıb səni yuxarı çıxararam, onda talağını sənə verərəm.
     Arvadı ustanın dediyi kimi də elədi. Axırda əri kəndiri çəkib onu qalanın başma çıxartdı.
     Usta, arvadma dedi:
     -İndi də sən, kəndiri saxla, mən aşağı düşüm, gedib talağını gətirim gəlim.
     Usta yerə düşən kimi o saat dostunun yanına gedib onun evində gizləndi.
     O biri gün, padşah yenə heykələ tamaşa etməyə başladı, bir qədər fikrə getdi, dedi:
     -Adamı həmişə istənilən vaxt məhv etmək olar. Ancaq bu cür usta hələ çox işlərimizə yarıya bilər.
     O, nökərlərini göndərdi ki, qalanın qapılarını sındırıb ustanı oradan çıxartsınlar və padşahın yanına gətirsinlər.
     Nökərlər qapıları sındırıb gördülər ki, usta yoxdur, ancaq arvadı orada oturub.
     Gəlib əhvalatı şaha xəbər verdilər. Padşah ustanın zirəkliyinə mat qaldı və vəzirinə əmr elədi ki, onu qırx günə kimi tapıb sağ-salamat onun yanma gətirsinlər.
     Vəzir bütün evləri axtardı, ancaq ustanı heç yerdə tapa bilmədi. Axırda vəzir hər evdə bir quzu bəslənməsi üçün əmr verib dedi ki, padşah buyurub hər bir ev yiyəsi quzunu elə bəsləməlidir ki, iyirmi gün içərisində quzu nə kökəlsin, nə də arıqlasın. Kim quzunu belə bəsləməsə boynu vurulacaq.
     Ustanın gizləndiyi evin yiyəsi qorxusundan əsə-əsə dostundan soruşdu:
     -Məgər elə eləmək olar ki, quzu nə kökəlsin, nə də arıqlasın?
     -Bundan asan nə var ki? - deyə usta onu sakitləşdirdi. - Səhərdən axşamacan quzunu yedirt, o kökələcək, gün batanda qurd balasını ona göstər, - quzu o saat arıqlayacaq. Hər gün elə eyləsən, quzu necə var, elə də qalacaq.
     Ev yiyəsi iyirmi gün ustanın dediyi kimi elədi. Vəzir axırıncı gün bütün quzuları yığdı. Hamı gördü ki, evində qızıl ustasını gizlədən ev yiyəsinin quzusundan başqa o biri quzular ya kökəlib, ya da arıqlayıbdır.
     Hamı başa düşdü ki, bu iş ancaq ustanın əlindən gələ bilər, ona görə də qarovulçular gəlib ustanı tapdılar, əllərini, ayaqlarını bağlayıb saraya gətirdilər.
     Padşah ona belə dedi:
     -Sənin taqsırından keçirəm və səni özümə vəzir təyin eləyirəm. Sən də öz arvadının təqsirindən keç.

BALACA NOXUDUN BAŞINA GƏLƏNLƏR


     Biri var idi, biri yox idi. Bu əhvalat bəlkə də doğrudan olub, bəlkə də heç olmayıb. Bir kişi ilə bir arvad var idi. Bunların uşaqları yox idi. Bunlar isə çox istəyirdilər ki, bir övladları olsun.
     Günlərin bir günü onların evinə bir dərviş gəldi. Dərdlərindən xəbər tutub onlara belə məsləhət gördü:
     -Bir ovuc noxud götürün; onu dibçəyə töküb təndirə qoyun. Üç gündən sonra hər noxuddan bir oğlan, ya da bir qız çıxacaq.
     Arvad belə də elədi. Üçüncü günü dibçəyi təndirdən çıxarıb otağın ortasına qoydu, dibçəyin içindəki noxudlar bir-bir yerə atıldılar. Arvad sevindi, əri isə qorxdu:
     -Yaxşı, bir de görək ki, biz bu cini-cəfər qoşunu ilə nə edəcəyik? Sabahdan biri papaq istəyəcək, biri başmaq istəyəcək, biri paltar istəyəcək. Biz bu qədər pulu hardan alaq?
     Süpürgəni götürüb noxudları süpürdü, noxudlar kandardan bayıra çıxan kimi o saat yox oldular. Ancaq bircə noxud təndirdə qalmışdı. Arvad gördü ki, əri bütün noxudları süpürüb atdı, başına döyüb ağladı və dedi:
     -Sən nə elədin? Özümüz üçün heç olmasa bircə dənə noxud saxlaya idin!
     -A, doğru deyirsən, lap yadımdan çıxdı! - deyə əri elə bil yatmışdı ayıldı. Birdən o, nazik bir səs eşitdi:
     -Dədə, mən burdayam!
     Onlar əyilib təndirə baxdılar, - gördülər ki, orada bir noxud var. Sevindilər, noxudu təndirin içindən götürüb ovuclarına qoyan kimi noxuddan bir oğlan çıxdı. O, başdan ayağacan: əlləri də, ayaqları da, gözləri də, qulaqları da - bütün uşaqlarınkı kimi idi - ancaq boyu bapbalaca idi, noxud boyda. Ata ilə ana oğlanı elə Noxud da adlandırdılar.
     İllər gəlib keçdi. Noxud bir azca böyümüşdü, ancaq yenə də balaca qalmışdı - bir barmaq boyda.
     Bir dəfə Noxud, anasına dedi:
     -Ana, mən atam üçün çölə yemək aparacağam, yaxşı?
     -Yox, sən apara bilməzsən, - deyə anası cavab verdi.
     -Apara bilərəm, bacararam, görərsən!
     Anası razı oldu. Xurcunun gözünə yemək qoyub eşşəyin dalına saldı, Noxudu da eşşəyin boynuna mindirdi. Eşşək yavaş gedəndə Noxud onun qulağını dartırdı, o da tez-tez gedirdi.
     Noxud gəlib atasının cüt sürdüyü talaya çatdı, qışqırdı:
     -Dədə, mən sənin üçün yemək gətirmişəm, məni eşşəyin üstündən düşür!
     Atası gəlib Noxudu aşağı düşürdü. Sonra da xurcunu açmağa başladı. Noxud ona dedi:
     -Sənin üçün yemək gətirmişəm, indi də, sənin əvəzinə yeri mən şumlayacağam.
     -Bacarmazsan.
     -Bacararam.
     Noxud cüt sürməyə başladı - öküzlər onun sözünə qulaq asırdılar. Birdən öküzlərdən birinin ayağı nəyəsə ilişdi. Noxud yerə düşüb gördü ki, öküzün ayağma ilişən bir küpdür. Küpün içi qızılla doludur.
     -Dədə, bir bura gəl, gör nə tapmışam! - deyə Noxud qışqırdı.
     Atası yaxına gəlib öz gözlərinə inanmadı: küpün içində qızıl vardı.
     Pulu evə gətirdilər. Noxud oynayır, şadlığından oxuyurdu:
     -İndi biz dövlətliyik, indi biz dövlətliyik!
     Ancaq ata ilə ana sevinmirdilər: padşah onsuz da xəbər tutub, qızıllannı əllərindən alacaq.
     Qızılların hamısını padşaha verməyə heyifləri gəldi. Belə qərara gəldilər ki, özləri götürüb qızılların yarısını padşaha versinlər.
     -Ana, dədə, qoyun padşahın yanına mən gedim! Siz ona nə qədər verəcəksiz, mən də onu özüm apara bilərəm - deyə Noxud ata-anasının yaxasından yapışdı: o, padşahı yaman görmək istəyirdi.
     Ata-anası razı oldu. Anası kisə tikdi, içinə iki ovuc qızıl tökdü. Noxud, qızıl kisəsini dalına alıb padşahın yanına yola düşdü. Anası yola onun üçün lavaş ilə qatıq qoymuşdu.
     Az getdi, çox getdi, axır gəlib padşahın olduğu vilayətə çatdı. Noxud, padşahın uca sarayını görüb öz-özünə dedi:
      -“A, padşah gör nə dövlətlidir! Bizim qızılımız onun nəyinə lazımdır?! Mən qızılı ona verməyəcəyəm".
     Noxud evlərinə qayıtmağı qərara aldı. Ancaq yaman ürəyindən keçirdi ki, padşahı görsün. O, yolun qırağında çala qazıyıb qızıl kisəsini orada gizlətdi, özü isə şahm sarayma getdi.
     -Ay padşah, ay padşah! - deyə Noxud qışqırdı.
     Şahm nökərləri onun yanına qaçıb:
     -Nə üçün qışqırırsan? Nə lazımdır?
     -Siz hamınız şahsız? Gör nə qədər şah var, - deyə Noxud təəccüb elədi.
     -Nə danışırsan, a, - deyə nökərlər qorxdular. - Şah bir nəfərdir, biz isə onun nökərləriyik. Şah sarayda, qızıl taxtın üstündə oturub.
     Noxud onlara dedi:
     -Mən şahı görmək istəyirəm!
     Gedib şaha xəbər verdilər. Şah əmr elədi ki, gedib Noxudu gətirsinlər.
     Noxudu saraya gətirdilər. Doğrudan da şah qızıl taxtın üstündə oturmuşdu. Dövrəsində də vəzir-vəkili.
     -Balaca, yaxın gəl. De görək sənin nə işin var? - deyə padşah soruşdu.
     -Padşah, mənim bir işim yoxdur, - deyə Noxud cavab verdi.
     -Mən gəlmişəm sənə baxım. Bilirsən nə var? Gəl mənimlə lavaşla qatıq yeyək!
     Hamı qışqırıq-bağırıq saldı:
     -Vay səni, haramzadə uşaq!
     -Axmağa bax ha, padşaha lavaş təklif edir.
     -Məgər padşah qatıq yeyir?
     -Bəs padşah nə yeyir? - deyə Noxud təəccüb etdi.
     -Yumurta, bal, plov, cücə çığırtması...
     Padşah, oğlanın ədəbsizliyinə hirslənib onu zindana saldırdı.
     Zindan Noxudun xoşuna gəlmədi, o fikirləşməyə başladı ki, necə eləsin padşahı aldadıb evlərinə qaçsın. Fikirləşdi-fikirləşdi, axırda tapdı. O, qışqırmağa başladı:
     -Mənim yadımdan çıxıb şaha qızıl barəsində heç nə demədim, qızıl barəsində heç nə demədim, - axı qızıl barəsində heç nə demədim...
     Gözətçilər bunu eşidib şaha xəbər verirlər. Şah əmr edir ki, Noxudu yenə də onun yanına gətirsinlər.
     -Tez ol, de görək ki, yadından nə çıxıb mənə deməmisən! Noxud dırmaşıb şahın çiyninə çıxdı, başını əyib onun qulağına dedi:
     -Bir dəfə məni zindana saldırmısan, bir də belə şey eləmə!
     Padşah heç özünə gəlməmiş, Noxud, padşahın dizinin üstünə atıldı, ordan da yerə tullanıb qaçdı.
     Yolda o, qızılla dolu kisəsini tapıb evlərinə qayıtdı. Bütün bunları ata-anasma danışdı, axırda dedi:
     -Şaha heç nə verməyin, o, onsuz da dövlətlidir!

Bölmə: Nağıllar | Əlavə edildi: azerhero (01.08.2014) | Müəllif: R.C E W
Baxış: 961 | Reytinq: 1.3/3
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more