Əsas » Məqalə » Nağıllar

Əfqan nağılları
Əfqan nağılları
CƏLLAYAT VƏ ŞMAYLA


     Keçmişlərdə, lap keçmişlərdə kiçik bir şəhərdə qoca bir quştutan yaşayırdı. Bunun iki oğlu vardı: birinin adı Xunkar, o birinin adı Müslim idi. Uşaqların anası çoxdan ölmüşdü. Onlar da bütün günlərini atalarının yanında qalın meşələrdə keçirirdilər. Onlar quş tutur, meyvə yığır, axtarıb quş yumurtası tapır və ayna kimi dupduru saf dağ çayında çimirdilər.
     Bir dəfə qoca quştutan meşədə əcaib bir yumurta tapdı. Bu yumurta elə ağır idi ki, bir adam güclə onu yerdən qaldıra bilərdi.
     O, bir təhər, oğlanlarının köməyilə yumurtanı sürüyüb şəhərə tacirin yanına gətirdi. Tacir yumurtanın o tərəfinə, bu tərəfinə baxıb mat qaldı, kişiyə dedi:
     -Mən sənə yalan demək istəmirəm. Bu qiymətli yumurtanın dəyərinə görə sənə pul verməyə mənim gücüm çatmaz. Burada yaxınlıqda bir dövlətli olur, sən onun yanına get.
     Quştutan belə də elədi.
     Dövlətli bu əcaib şeyi görəndə gözləri açıla qaldı. O saat quştutana üç yüz rupiyə pul verib dedi ki, bu yumurtadan yenə də tapıb gətirsə ona bu qədər pul verər.
     O vaxtdan quştutan hər ay dövlətli üçün üç, elə vaxt olurdu ki, dörd yumurta gətirirdi, axırda quştutan tələ qurub qəribə yumurtası olan quşun özünü də tutdu.
     Quştutan bundan sonra varlandı. O, daha meşəyə quş tutmağa getmədi, təzə bir arvad da aldı. Kişinin bu ikinci arvadı çox deyingən və bədxasiyyət idi. O, kişinin oğlanlarına göz verib işıq vermirdi. Onları səhər ala-qaranlıqdan axşamdan xeyli keçmişədək ağır işlərdə işlədirdi.
     Qoca quştutan naxoşlayıb öldü. Xunkar ilə Müslim atasız- anasız yetim qaldılar.
     Kişinin ölümündən bir neçə ay keçəndən sonra ögey ana, quştutandan qəribə yumurtaları alan dövlətlini evinə qonaq çağırdı.
     Dövlətli, qonaq gəlməyə söz verdi, ancaq nökərini də göndərib sifariş elədi ki, qəribə quşu kəsib şorba assınlar və başı ilə ürəyini də heç kəsə verməsinlər. Varlı ona görə belə deyirdi ki, sirri bilirdi. Kim qəribə quşun başı ilə ürəyini yesəymiş böyük padşah olarmış.
     Paxıl və zalım Xunkar, ögey ana ilə dövlətlinin nökəri arasındakı söhbətə qulaq asdı. O, öz mehriban, əli-könlü açıq qardaşmı da öyrətdi ki, dövlətlinin yeməli olduğu quşun ürəyi ilə başmı yesinlər.
     Xunkar mətbəxdə gizləndi, aşpaz qadının üzü o yana olanda tez quşun başı ilə ürəyini qazandan çıxartdı. O, acgözlüklə bunları yeyirdi, ancaq bunlann oğurlanmağında təkcə onu danlamasınlar deyə quşun başından və ürəyindən balaca bir parça qardaşı Müslimə də verdi.
     Dövlətli bunlara qonaq gəlib eşitdi ki, Xunkar ilə Müslim quşun ürəyi ilə başını yeyiblər, özündən çıxdı, o saat əmr elədi ki, uşaqları axtarıb tapsınlar.
     Uşaqlar isə dövlətlinin onları hədələməsindən qorxub evdən qaçdılar.
     Uşaqlar yolun hara gedib çıxacağına fikir verməyərək, qalın meşənin içi ilə qaçaraq hey uzaqlaşırdılar: onların yolunu liananın möhkəm sarmaşdığı iri ağaclar kəsirdi; hər tərəfdə pələng nəriltisi, çaqqal ulaşması eşidilirdi.
     Xunkar yorğunluqdan əldən-ayaqdan düşmüşdü. Müslim onu nə qədər dilə tutdusa, heç nə kömək etmədi: Xunkar şaxlı- budaqlı bir ağacm altına yıxılıb bərk yuxuya getdi.
     Bir saat keçdi, iki saat keçdi, Xunkar yuxudan oyanmadı. Müslim qorxdu, elə bildi ki, qardaşı ölüb, ağlaya-ağlaya haray- həşir salaraq qaçıb kömək çağırmağa başladı.
     Müslim bir də gördü ki, bir dəstə camaat ona tərəf gəlir. Müslim özünü onların üstünə atıb yalvarmağa başladı:
     -Kömək edin! Qardaşım halsızdır!
     Ancaq adamlar elə bil ki, onun sözünü eşitmirdilər. Onu hər tərəfdən dövrəyə aldılar. Ağ saqqal qoca, oğlanın yanına gəlib bircə kəlmə söz demədən əlinin üstündə oturan çalağanı göyə atdı.
     Çalağan qanadlannı açıb göyə qalxdı, bir qədər havada süzdü, sonra daş kimi aşağı cumdu. Çalağan get-gedə aşağı enirdi. Bir an da keçdi, çalağan gəlib düz Müslimin çiynində oturdu. Adamlann hamısı üzü üstə oğlanın qabağına yıxıldı, qoca isə diz çöküb dedi:
     -Sən bizim padşahımızsan! Biz hamımız sənin nökərinik!
     Camaat onu ən yaxşı ata mindirib, öz məmləkətlərinə apardılar.
     Xunkar isə bu vaxt elə yatmışdı, heç dünyadan xəbəri yox idi. O vaxtacan yatdı ki, həmin ağaca üç sehrli quş gəlib qondu. Bu quşlar Xunkara bir neçə dənə sehrli yarpaq atdılar. Xunkar oyandı. Qardaşı Müslimi yanında görməyib qorxusundan ağladı, ayağa qalxdı, qalın meşənin içi ilə yol getdi.
     Xunkar getdi, getdi, birdən gördü ki, göyün üzündə lap yüksəkdə çalağan süzür. Oğlan dayanıb quşa baxdı. Elə bil ki, çalağan da bunu gözləyirmiş, qanadlannı yığıb daş kimi Xunkann üstünə cumdu.
     Xunkar qorxdu, yerə yıxılıb əllərilə başmı örtdü. Çalağan o saat onun kürəyində oturdu.
     “İndi daha ölən günümdür! - deyə oğlan öz-özünə düşündü.
     -Mən gərək o zəhrimara qalmış qəribə quşun ürəyini yeməyəydim!”
     Ancaq bir-iki dəqiqə keçdi, çalağan eləcə sakitcə Xunkann kürəyində oturmuşdu. Onda oğlan ürəklənib başmı qaldırdı, gör- dü ki, dövrəsində çoxlu adam diz çöküb oturubdur. O birilərinə görə ona ən yaxın oturan adam dedi:
     -Biz səni tapdıq, bizim böyük padşahımız! Bizim hökmdarımız ol!
     ...Bu əhvalatm üstündən çox illər gəlib keçdi. Müslim padşah öz var-dövləti və əzəməti ilə şöhrət qazanmışdı. Onun bir- birindən gözəl yeddi oğlu vardı. Müslim padşah kiçik oğlu qəşəng və pəhləvan Cəllayatı oğlanlarının hamısmdan çox istəyirdi.
     ...Müslim padşahın məmləkətindən çox uzaqda öz ölkəsini idarə edən əzəmətli, lakin zalım Xunkar yaşayırdı. Xunkann ancaq qızları olurdu. O, isə oğlan istəyirdi, ona görə də qızları olan kimi əmr edib onları öldürtdürürdü. Təkcə kiçik qızı Şmaylanı anası zalım padşahın qəzəbindən qoruyub saxlaya bilmişdi.
     On yeddi ildən sonra Xunkann qızı böyüyüb dünyada gözəllikdə və ağılda tayı-bərabəri olmayan bir qız oldu.
     Bir dəfə padşah arvadı, gözəl-göyçək qızını zalım və zəhmli Xunkara göstərmək istədi. Qorxusundan ürəyi bərk döyünə-döyünə Şmaylanı atasının yanına gətirdi.
     Xunkar qızının gözəlliyinə heyran oldu. O, iki gün, iki gecə fikirləşdi, axırda gözəl Şmaylanı öldürməmək qəranna gəldi, çünki doğrudan da dünyada ondan gözəl tapmaq olmazdı. O, əmr edib qızı üçün yeraltı saray tikdirdi. Qızını ora salıb qapılarını bağladı. Carçılara da tapşırdı ki, bütün şəhərə car çəkib bildirsinlər: kim padşahın qızına baxmağa cəsarət etsə, o dəqiqə cəllad onun boynunu vuracaq.
     Ancaq gözəl padşah qızı haqqındakı xəbər hər tərəfə yayıldı. Müslim padşahın oğlanları da gözəl Şmaylanm adını eşidib, onun dalınca Xunkar padşahın məmləkətinə gəldilər. Müslim padşahın kiçik oğlu Cəllayat, qardaşları ilə getməyib ata-anasınm yanında qaldı.
     Müslimin oğlanları gəlib Xunkar padşahın məmləkətinə çatdılar. Onlar saraya padşahın yanma gəlib, kim olduqlarını və nə üçün gəldiklərini ona dedilər.
     Padşah qəddi-qamətli oğlanlara baxıb gülümsündü, sonra onlara belə dedi:
     -Nə olar... Kim mənim beş arzumu yerinə yetirsə, qızımı ona verəcəyəm. Ancaq onu da bilin ki, kim bu arzulardan bircəciyini yerinə yetirmədi, boynu vurulacaq! Razısmızmı?
     -Razıyıq! - deyə oğlanlar cavab verdilər.
     -Onda qulaq asın. Əvvəlcə Şmaylanın inəyini sağın. Sonra südlə dolu vedrə əlinizdə üç dəfə qalanın damında qaçın. Sonra torpaqla qarışmış buğdaları bir-bir yığın. Elə bir pələng tapıb gətirin ki, mənim pələngimə qalib gələ bilsin. Bütün bunlardan sonra Şmaylanın sarayının qapısını tapın. Hə, razısınızmı?
     -Razıyıq, - deyə igid cavanlar cavab verdilər.
     Onlar Xunkann əmrlərini yerinə yetirə bilmədilər. O da onların boynunu vurmağı əmr elədi. Bir-bir şahzadələrin boynu vuruldu.
     Cəllayat bu qara xəbəri eşitdi, bir kəlmə danışmadan öz qılıncını götürdü, atını minib Xunkann məmləkətinə sürdü.
     Cəllayat çox yol getdi, o qədər getdi ki, atı davam gətirməyib yıxıldı və daha yerindən qalxa bilmədi.
     Cəllayat qalan yolu pay-piyada getməli oldu. Oğlan çox getdi. Axırda dincini almaq üçün şaxlı-budaqlı bir ağacm altında uzandı. Gördü ki, yaxında qarışqa yuvasmı su yuyub dağıdır, çünki bir kəndli burada arx qazıyıb.
     Cəllayatm qarışqalara yazığı gəldi. O, kəndlinin yanına gəlib dedi:
     -Ay zəhmətkeş, sən, gəl, bu qarışqaları tələf eləmə!
     -Bəs qarışqalara görə mən bütün ili ac oturum? - deyə kəndli ona cavab verdi. - Mən bura su çəkməsəm, məhsul götürə bilmərəm axı?
     -Buradan yığdığın məhsulu sən neçəyə satırsan?
     -Üç yüz rupiyəyə.
     Cəllayat bir kisə qızıl çıxarıb, onu kəndlinin ayaqları altma atdı.
     -Burada beş yüz rupiyə var. Sənə artıqlaması ilə çatar, - dedi. - Mən isə səndən ancaq bircə şey xahiş edirəm: qarışqaları tələf etmə.
     Heyrətindən gözləri bərəlmiş kəndli, oğlana təşəkkür etməyə başladı, ancaq oğlan ona heç fikir verməyərək qarışqa yuvasına yaxınlaşıb təzim etdi.
     Birdən Cəllayat gördü ki, qarışqaların ən yekəsi insan kimi dil açıb dedi:
     -Mehriban oğlan, çox sağ ol! Mən qarışqaların padşahıyam. Bizim köməyimiz sənə lazım olsa, ancaq bircə kəlmə: “Mrısta” deyərsən. Biz o saat sənin yanında hazır olarıq.
     -Çox sağ ol, mehriban padşah! Ancaq heç inanmıram ki, sizin köməyiniz mənə lazım olsun.
     -Ay oğlan, elə demə, bilmək olmaz ki, sabah adamın başına nə gələcək!
     -Çox sağ ol, ay padşah!
     Cəllayat belə deyib ayağa qalxdı və yoluna davam etdi. Yol qurtardı, indi də oğlan, qalın meşənin içi ilə yol getməli oldu.
     Cəllayat dincini almadan yol getməkdə idi. Get-gedə ətraf qaranlıqlaşırdı. Oğlan birdən hardansa yaxınlıqdan pələngin bağırtısmı eşitdi. Cəllayat qorxmadı, qılıncını siyirib irəli çıxdı. Birdən Cəllayat dayandı: pələng düz onun qabağında kiçik bir talada oturub ağrıdan bağırırdı. Cəllayat yaxına gəlib gördü ki, pələngin ayağına böyük bir tikan batıb.
      “Heyvana kömək eləmək lazımdır”, - deyə oğlan düşünüb o saat çala qazmağa başladı.
     Cəllayat, çalanı, pələngin tikan batmış ayağınm altında qazıb qurtardı, sonra ora, atılıb, pələngin ayağından tikanı çıxartmağa başladı.
     Pələng ağrıdan böyürür, salamat pəncəsilə yeri döyəcləyirdi, ancaq Cəllayatı vura bilmirdi, çünki oğlan çalada gizlənmişdi.
     Pələng axırıncı dəfə bağırdı, sonra sakitləşdi: Cəllayat tikanı dartıb çıxartmışdı.
     Pələng ona belə dedi:
     -Çox sağ ol, ay rəhmdil oğlan! Mən bütün pələnglərin padşahıyam. Al, sənə öz bığımdan verirəm: mənim köməyimə ehtiyac olsa, onu yandırarsan, mən o saat sənin yanında olaram.
     Cəllayat pələngə təşəkkür edib öz yoluna davam etdi.
     Bir neçə gündən sonra o böyük bir şəhərə gəlib çıxdı. Bu şəhər Xunkar padşahın məmləkətinin paytaxtı idi.
     Cəllayat möhtəşəm padşahın sarayı ətrafında çox dolandı, adamların danışıqlarına qulaq asdı, baxdı, gördüklərini, eşitdiklərini yadında saxladı.
     Oğlan təsadüfən gedib bir zərgər dükanma girdi, bacarıqlı ustaların işlərinə baxıb həzz alırdı və onlarla elə bərk dostlaşdı ki, axırda onların yanında qaldı.
     ...Bir neçə gün keçdi. Birdən paytaxt camaatı təzə bir xəbər eşitdi: bacarıqlı ustalar qızıldan və gümüşdən qəşəng pələng bir oyuncaq qayırmışlar!
     Zərgərlər bu qiymətli hədiyyəni padşah üçün saraya apardılar, camaat isə onların dalına düşüb zərgərlərin ustalığına heyrət edirdi.
     Hədiyyə Xunkar padşahın çox xoşuna gəldi, əmr elədi ki, zərgərlərə yaxşı mükafat verilsin, qurulan oyuncaq pələngi isə gözəl Şmaylaya bağışladı.
     Qız, qızıldan qayırılmış əcaib oyuncağı görəndə bərk sevindi!
     Şmayla əllərini bir-birinə vurub oyuncağı qurmaq üçün açarı burdu. Birdən pələngin belindəki qapı açıldı, Cəllayat oradan çıxdı.
     O, Şmaylanm gözəlliyinə heyran oldu.
     -Padşah qızı! - deyə oğlan sözə başladı, - mən təkcə sənin xatirin üçün bu cür uzun və təhlükəli yol keçib bura gəlmişəm! Mən könlümü əbədi olaraq sənə vermişəm!
     Qızın da qəşəng oğlan ürəyinə yatmışdı. İndi onlar heç təsəvvür edə bilmirdilər ki, bir-birindən ayrı necə yaşayacaqlar. Onlar oturub, xeyli söhbət elədilər, axırda Şmayla yaylığmı və üzüyünü Cəllayata bağışladı. Sonra da, nökərlərinə əmr elədi ki, qiymətli oyuncağı geri, zərgərlərə aparıb versinlər.
     -Qoy onu təmir eləsinlər! - deyə Şmayla nökərinə tapşırdı.
     Cəllayat gözəl Şmayla ilə bu cür görüşüb öz dostlarının yanına qayıtdı.
     Səhəri günü qoçaq Cəllayat saraya gəlib Xunkar padşaha dedi:
     -Böyük padşah, mən cəsarət edib səndən çox böyük bir şey xahiş edirəm - gərək qızını mənə verəsən.
     Xunkar qəhqəhə çəkib güldü:
     -Mənim şərtlərimi sən yerinə yetirəcəksənmi?
     -İstəyirsiniz lap hamısını birdən yerinə yetirim!
     -Lovğalıq çox pis xasiyyətdir! - deyə Xunkar qeyd etdi.
     -Özünə inam - bu lovğalıq deyil! - deyə oğlan cavab verdi.
     -Bəs, sən bilirsənmi ki, əgər şərtlərimə əməl etməsən, sənin boynunu vurduracağam!
     -Bilirəm, - deyə Cəllayat cavab verdi.
     -Neynək, lap yaxşı, - deyə Xunkar padşah səsləndi. - Onda başla görək. Əvvəlcə Şmaylanın inəyini sağ! - deyib Cəllayatın boynunu vurmaq üçün hazırlaşan cəllada baxdı.
     Cəllayat inəyin yanına gəlib xəlvətcə cibindən Şmaylanm yaylığmı çıxartdı. İnək, sahibəsinin iyini duyub oğlanı yaxınına buraxdı.
     Xunkar, Cəllayatm vedrəni süd ilə doldurub qayıtdığını gö- rəndə təəccüb elədi, oğlana dedi:
     -İndi də bu südlə sarayın bütün pilləkənlərini üç dəfə lap sarayın damınaa kimi qaçmalısan. Ancaq bil ki, bircə damcı da süd yerə tökülsə sənin boynun vurulacaq!
     Cəllayat gülümsündü və xəlvətcə Şmaylanm üzüyünü vedrənin içinə atdı. Süd o saat dönüb qatıq oldu. Cəllayat qaça-qaça əlində vedrə üç dəfə dama çıxıb düşdü, süddən bircə damcı da yerə tökülmədi.
     Onda padşah əmr elədi ki, gecəni Cəllayatı anbara salıb qapısını bağlasınlar:
     -Qoy bir gecədə qumla qarışdırılmış buğdanı arıtlasın, elə eləsin ki, buğda ayrı, qum da ayrı yığılmış olsun! Əgər qumun içində bircə dənə buğda, buğdanın içində bircə dənə qum qalmış olsa oğlanın boynunu vurun!
     Cəllayatı anbara salıb qapılarını üzünə bağlayandan sonra o, üç dəfə yavaşcadan dedi:
     -Mrısta! Mrısta! Mrısta!
     O saat qarışqalar onun yanında hazır oldular.
     -Sən hələ deyirdin ki, biz heç vaxt sənin işinə yaramarıq, mərhəmətli oğlan! - deyə qarışqaların padşahı gülümsündü.
     Qarışqalar isə girişdilər...
     Heyrətlənmiş Xunkar səhər gördü ki, buğda bircəciyinə kimi qumdan ayrılmışdır.
     -Neynək! - deyə Xunkar padşah qaşqabaqlı dilləndi. - İndi də get, meşəyə, pələng gətir. Sənə bir gün möhlət verirəm, bircə saat da artıq olmaz.
     Cəllayat təzim edib belə dedi:
     -Ay padşah, lap çox vaxt verirsən! Sən mənə ancaq öz pələnginin yerini göstər.
     -Odur ey qəfəsdə!
     -Yaxşı! - deyə Cəllayat cavab verib fit çala-çala meşəyə getdi.
     Meşədə yan-yörəsinə baxdı. Gördü ki, heç kəs yoxdur. Cəllayat cibindən pələng padşahın bığını çıxarıb yandırdı.
     O saat qoca pələng onun yanında hazır oldu və insan kimi dil açıb Cəllayatdan soruşdu:
     -Ay ağa, sən məni çağırmışdın?
     -Bəli, çağırmışdım.
     -Məndən sənə nə lazımdır?
     -Mən istəyirəm ki, sən Xunkar padşahın pələnginə qalib gələsən.
     -Ay ağa, sənə qulaq asıb əməl etmək borcumdur!
     Cəllayat öz pələngini təzəcə buraxmışdı ki, o, qəfəsə soxuldu, padşahın pələngi o saat onun qabağında diz çöküb aman istədi!
     -Ey ağıllı və qoçaq oğlan, daha bəsdir, - deyə Xunkar padşah özünü itirmiş dilləndi. - İndi də mənim axınncı sualıma cavab ver: mənim qızımın qəsrinin yolu haradandır?
     -Padşah sağ olsun, sənin taxtının altından! - deyə Cəllayat sakitcə cavab verdi.
     Xunkann əlacı kəsilib qızını qoçaq oğlana ərə verməli oldu.
     O vaxtdan Cəllayatla Şmayla ömür sürüb xoşbəxt yaşayırlar və həyatdan heç doya bilmirlər.
     Bu da, bircə kəlmə də quraşdırması olmayan doğruçu nağılın axırı.

Bölmə: Nağıllar | Əlavə edildi: azerhero (01.08.2014) | Müəllif: R.C E W
Baxış: 1083 | Reytinq: 2.5/4
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more