Əsas » Məqalə » Nağıllar

Cırtdan

Cırtdan


    Biri vardı, biri yoxdu, bir qarı vardı. Bu qaranın bir balaca nəvəsi vardı. Nəvə o qədər balaca idi ki, ona Cırtdan deyərdilər.
    Bir gün Cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedirlər, gəlib nənəsinə dedi:
    - Ay nənə, uşaqlarla oduna mən də gedəcəyəm.
    Qarı uşaqları çağırıb hərəsinə bir parça yağ yaxmacı verdi. Cırtdanı da onlara tapşırdı.
    Yolda Cırtdan özünü yerə vurub getmədi, yoldaşları dedilər:
    - Ay Cırtdan, niyə gəlmirsən?
    Cırtdan dedi:
    - Nənəm məni sizə tapşırıb, məni dalınıza alıb aparın.
    Yoldaşları onu növbə ilə dallarına alıb, meşəyə gətirdilər.
    Uşaqlar başladılar odun yığmağa. Gördülər ki, Cırtdan yığmır. Dedilər:
    - Ay Cırtdan, sən niyə odun yığmırsan?
    Cırtdan cavab verdi:
    - Nənəm məni sizə tapşırıb, mənə də yığın.
    Uşaqlar ona da odun yığdılar. Sonra hər kəs öz odununu şələ bağlayıb dalına aldı. Gördülər Cırtdan oturub baxır.
    Ona dedilər:
    - Ay Cırtdan, sən niyə odununu götürmürsən?
    Cırtdan cavab verdi:
    - Nənəm məni sizə tapşırıb, mənim odunumu da götürün.
    Uşaqlar əlacsız qalıb, onun da odununu dallarına götürdülər. Bir az yol gedəndən sonra gördülər ki, Cırtdan geridə qalıb ağlayır. Dedilər:
    - Ay Cırtdan, niyə ağlayırsan?
    Cırtdan cavab verdi:
    - Yorulmuşam. Nənəm sizə yağ yaxmacı verdi….
    Yoldaşları onun sözünü ağzında qoydular. Onlardan biri Cırtdana acığlandı:
    - Pis öyrənərsən. Daha səni dalımıza götürən deyilik!
    Cırtdan əlacsız qalıb yoldaşlarının dalınca getməyə başladı. Onlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq qovuşdu, yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə it hürür. Biri dedi: işıq gələn tərəfə gedək, o biri dedi: it hürən tərəfə. Bilmədilər ha tərəfə getsinlər.
    Axırda Cırtdandan soruşdular:
    - Ay Cırtdan, it hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?
    Cırtdan cavab verdi:
    - İt hürən tərəfə getsək, it bizi qapar. İşıq gələn tərəfə gedək, bəlkə yolu tapa bildik.
    Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxdılar. Div onları görəndə sevinib öz-özünə dedi: "Yaxşı oldu. Gecə onları bir-bir yeyərəm.” uşaqlara bir az çörək yedirdib yatırdı. Gecədən bir az keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb-yatmadığını bilmək üçün dedi:
    - Kim yatıb, kim oyaq?
    Bu sözü eşidəndə Cırtdan tez başını qaldırıb dilləndi:
    - Hamı yatıb, Cırtdan oyaq.
    Div soruşdu:
    - Cırtdan, niyə yatmırsan?
    Cırtdan dedi:
    - Nənəm mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatırardı. Div qalxdı, tez qayğanaq bişirib Cırtdana yedirtdi ki, bəlkə yatsın.
    Bir qədər keçəndən sonra div yenə soruşdu:
    - Kim yatıb, kim oyaq?
    Yenə Cırtdan başını qaldırıb dedi:
    - Hamı yatıb, Cırtdan oyaq.
    Div soruşdu:
    - Cırtdan, indi niyə yatmırsan?
    - Hər gecə nənəm mənə çaydan xəlbirlə su gətirərdi.
    Div ayağa qalxdı, bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan da tez yoldaşlarını oyadıb dedi:
    - Bu div bizi yemək istəyir. Qalxın, qaçaq.
    Uşaqlar tez qalxdılar, qaçıb çaydan keçdilər. Bu tərəfdən div nə qədər xəlbiri suya salıb qaldırsa, gördü ki, xəlbirdə su qalmır. Axırda təngə gəlib qayıtmaq istəyəndə, bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. İstədi sudan keçib uşaqların dallarınca düşsün, amma keçə bilmədi. Axırda onları səslədi:
    - Ay uşaqlar, sudan nə təhər keçdiniz?
    Cırtdan tez cavab verdi:
    - Get bir dənə dəyirman daşı tap, boynuna keçirt, özünü suya at, onda keçərsən.
    Div Cırtdanın sözünə inandı, gedib bir dəyirman daşı tapı boynuna keçirtdi, özünü suya atdı, suda boğulub öldü.

Bölmə: Nağıllar | Əlavə edildi: azerhero (06.12.2013) | Müəllif: R.C E W
Baxış: 1526 | Rəy: 5 | Reytinq: 3.6/5
Bütün rəylər: 4
avatar
1 Umid • 17.32.02, 27.05.2014
nağıllar çox gözəldir
avatar
2 Umid • 15.25.34, 29.05.2014
serhatin nagilini yaza bilersuz
avatar
3 SEİD • 15.26.46, 29.05.2014
hahahahahahah
avatar
4 SEİD • 15.27.21, 29.05.2014
nagili maa neciye verersen
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more