Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

İsmayıl Şıxlı yaradıcılığı- Seçilmiş əsərləri (1-ci cild)-2

  
     –Nə qədər gözləmək olar?
     –Elə bil Kosaoğlunun yağırını basdılar. Yerində qurcalanıb tərs-tərs qocaya baxdı.
     –-Gün günorta olub, - deyə Kərim kişi sözünə davam etdi. - Xalqın işi var, gücü var.
     –Kosaoğlu hirsini güclə boğub:
     –-Mən na edim? - deyə cavab verdi. - Gecə yarıya qədər iclasda baş- beynimizi aparanda bilmirdinmi belə olacaq? Zəhmət çəkib dünən az danışaydın, indi də günortaya qədər gözləməyəydin.
     –-Dərd danışdırır adamı, a Qurban, dərd...
     –Kosaoğlu Kərim kişinin çox danışdığını hiss edib susdu. Qonaq hesab etdiyi İmranın yanında bu cür söhbəti eşitməmək üçün qocanın sözünü yarımçıq kəsdi:
     –-Yaxşı, nağıl açma, de görüm nə istəyirsən?
     –Kərim kişi əlindəki vərəqi stolun üstünə qoydu.
     –Kolxoz sədri tərs-tərs kağıza baxdı.
     –-Bu nədir?
     –-Ərizə.
     –-Nə ərizə?
     –-Taxını qurtarıb, avans istəyirəm.
     –Kosaoğlu kağızı kəonara itələdi.
     –-Ə, mən anbarçıyam? Taxılın qurtarıb, get anbara.
     –-Getmişəm, sənin qolun olmasa vermir.
     –-Vermir, vermir. Mən neyləyim?
     –-Axı, sən bizim sədrimizsən.
     –-Nə demək istəyirsən?!
     –-Demək istəyirəm ki, camaat səni özünə sədr seçib, sən də böyüklük elə. Xalqın haqqını vaxtında özünə çatdır.
     –-Bura bax, get işində-gücündə ol, mənə ağıl öyrətmə. Bu da axşamkı deyil ki, ağlına gələni danışasan. Ə, xalq səni özünə vəkil seçib?
     –Toy toğlusu kimi nə düşübsən ortalığa? Sənə neçə dəfə demişəm, ağlını başına yığ, get yıxıl öl bir yerdə. Hər yerə özünü soxma. Sonra peşman olarsan ha!
     -Sən sağ ol, elə peşman olmuşam.
     -Nəyə?
     -Sənə barmaq qaldırmağıma.
     Kosaoğlunu od götürdü. Bu qədər adamın içində deyilən sözlərə dözə bilmədi. Bu saat ona həddini bildirməsə ürəyi partlayacağını hiss etdi. Əllərini stola söykədi, bədənini irəli verib çığırdı:
     -Nə dedin?
     -Səsindən xoşun ha gəlmir, boğazını niyə yırtırsan? Nə dediyimi çox yaxşı başa düşdün...
     -Yaxşı! - dişlərini bir-birinə sıxan Kosaoğlu ərizəni götürüb parça-parça elədi, ovcunda övkələyib peçə atdı.
     -Di get! Taxsır məndədir: səni indiyə kimi niyə kənddə qoymuşam ki, sən də belə eləyirsən?!
     Kərim kişi bir peç tərəfə, bir də pörtmüş sədrə baxdı.
     -A Kosaoğlu, bir şey demirəm. Görürəm çox havalanıbsan. Amma onu bü ki, İskəndər Zülqərnəyə qalmayan dünya sənə də qalmayacaq.
     Eybi yoxdur...
     Kosaoğlu daha da qızardı. Boğazınin damarları qabardı.
     -Kərim kişi, bax ha, saqqalının ağlığına baxmaram. Səni bu camaatın içində biabır elərəm!
     Kərim kişi çiynini çəkdi və təhqir olunmuş halda, ağır-ağır idarədən çıxdı.
     Xeyli keçdi. Hamının susduğunu görən Kazım irişərək Kosaoğluya yalmandı:
     -Lap ürəyimdən tikan çıxartdın. Elə səndən qabaq da burda artıq-əskik danışırdı. Kosaoğiu: "Hələ harasıdır! İclasda danışmağı mən ona öyrədərəm. Başına bir oyun açım ki, yarandığına peşman olsun" - deyə ürəyindən keçirdi, sonra da ucadan əlavə etdi:
     -Ə kişi, demaqoqlar olmasa, dolanmağa nə var? Zalım oğlu çənəsini boş qoyub, ağzına gələni danışır.
     O, məxmər köynəyinin döş cibindən zənciri sallanan gümüş saatinı çıxarıb baxdı. Bir az sakitləşəndən sonra üzünü İmrana tutdu:
     -A bala, sən beiə şeylərə məhəl qoyma, evləri yıxılmışlar aman verirlər ki, adam bir düz-əməlli iş görsün? Qapıdan girən kinü zəli olub yapışırlar boğazımıza. Mən də ki, axır vaxtlar bir az komhövsələ olmuşam, hə... Söylə görək nə var, nə yox? Yəqin anana baş çəkməyə gəlibsən. Sözün düzü, iş-güc başımı o qədər qatıb ki, heç gedib arvadın halını-zadını da xəbər ala bilmirəm. Anan necədir?
     -Çox sağ ol, yaxşıdır.
     -Yaxşı olsun. Amma daha sən də onu tək qoyma. Qoca arvaddır. Yanına apar, qoy ömrünün axırına yaxın beş-on gün dincəlsin.
     -Mənim də fikrim elə idi. Ancaq deyəsən, tərsinə oldu. Mən anamın yanına gələsi oluram.
     -Nə olar, lap yaxşı. Kənddə çoxmu qalacaqsan?
     -Deyəsən, daha həmişəlik qalacam. Anam da ayrılığa dözmür.
     Kosaoğlu göziərini qıyıb fikirli-fikirli İmrana baxdı.
     -Ə, yoxsa kənddə işləmək istəyirsən?
     -Beli.
     -Sənə çətin olmazmı, a bala? Oxumuş adamsan, kənddə-kəsəkdə dolana bilərsənmi?
     -Niyə dolanmıram, kəndçi balası deyiləmmi'?
     -Orası elədir... - Kosaoğlu səsini uzatdı.
     Ortalığa sükut çökdü. Sədr İmranın nə üçün kəndə gəldiyini başa düşsə də, söhbətə əvvəlcə başlamaq istəmirdi, gözləyirdi ki, İmran özü söz açsın, kolxozda ona bir iş düzəltməyi xahiş etsin. Belə olsa, Kosaoğlunun dili onun üstündə uzun olardı. Əslinə baxsan, Kosaoğlu İmranın heç burada qalmasını istəmirdi. Onun, ümumiyyətlə, oxumuş adamlardan xoşu gəlmirdi. Onlarla bir az söhbət edəndə özünün çox şeyləri bilmədiyini hiss edirdi. Qəlbinin dərinliklərində bunu etiraf etsə də, üzdə özünü şax tutur, arabir də zarafata salıb "indiki oxumuşların yüzünü suya susuz aparıb, susuz da qaytararam" - deyirdi. İndi o, qarşısında oturan İmranı gözucu süzüb öz-özünə düşünürdü: "Nə olsun ki, diplomu var. Yenə də ki, işi məndən keçir. Boynunu büküb əlimin altında işləmək istəyir. İstəsəm heç kolxoza yaxın qoymaram, istəsəm birtəhər yola verib dolandıraram". Bu cür fikirlər içərisində sükut edən Kosaoğlu, nəhayət, dilləndi:
     -Neylək, bala, gəlibsən, yaxşı eyləyibsən. Bir az dincəl, sonra fikirləşərik, hər halda səni işsiz qoymaram. Bir yerə düzəldərəm.
     -Burada fikirləşəsi bir şey yoxdur, Qurban qağa, - İmran gülümsündü və əlini qoltuq cibinə salıb bir kağiz çıxartdı, - buyurun.
     -Bu nədir?
     –Təyüınamədir.
     -Hə... - deyə Kosaoğlu səsini uzatdı və dərhal ciddiləşib kağızı gözlərinin qabağına tutdu. Xeyli baxdıqdan sonra orada yazılanların və möhürün doğru olub-olmadığını yoxlayırmış kimi kağızi bir-iki dəfə o üz-bu üzə çevirdi. Sonra nəzərlərini kağızdan çəkib İmrana baxdı.
     İmran meşin paltosunun yaxasunı açıb oturmuşdu. Onun zil qara saçları dağılıb alnında qıvrım-qıvrım olmuşdu. Qaşları qalın və çatma idi. Sol qaşının qurtaracağında balaca çapıq vardı. İmranın gözlənilmədən, Kosaoğlundan xəbərsiz təyinnamə alıb gəlməsi sədri qəzəbləndirdi. "Üz-gözündən də zəhər tökülür. Elə baxır ki, elə bil dədəsi Səmədi mən öldürmüşəm. Mənim elə o ildən bundan zəhləm gedir. Uşaq ola-ola məni iclasda biabır elədi, sonra da gotürüb qəzetdə yazdı. Gərək elə ondaca dərsini verəydim. Yox, Kosaoğlu, ünun uşaqlığına baxma, bu gün ağranom olan, sabah ayrı fikrə də düşər. Yaxşısı budur indidən gözünün odunu al. Qoy çıxıb getsin. Ancaq necə?.." - deyə xəyalından keçirdi.
     İmran qaşlarını düyünləyib gözlərini sədrə zillədi. Onun iti və kəskin baxışları Kosaoğlunun nəzərlərilə qarşılaşdı. Onlar bir-birini sınayırmış kimi, xeyli beləcə dayandılar. İmran sanki onun qəlbindun astar keçdiyini gözlərindnn oxumaq istəyirdi. Kosaoğlu onun kəskin baxışlarına tab gətirə bilməyəcəyini hiss etdisə də, özünü sındırmaq istəmədi. Kişiyə elə gəldi ki, İmranın baxışlan onu nizə kimi deşib o üzə keçir. Hətta o, bir az özünü itirən kimi oldu. Kosaoğlu hələ bu cür kəskin və sərrast baxış görməmişdi: "Bundan yaxşı silistçi olarmış. Az qalır gözləri ilə adamı yesin", - deyə düşündü. Düşündüklərini büruzə verməmək üçün zorla da olsa gülümsündü:
     -Demək belə, mənim kolxozumda işləmək istəyirsən.
     -Bəli, öz kolxozumuzda...
     -Çox yaxşı... Amma bir şeyi pis eləyibsən. Adam böyüyə gənəşmədən iş tutmaz. Gərək əvvəlcə mənim yanıma gəleydin. Bəlkə mən səni heç işə götürmək istəmirəm.
     -Niyə ki? - deyə İmran təəccübləndi.
     -Bunun niyəsi yoxdur ki, - Kosaoğlu ciddiləşdi. Mənim kolxozum rayonda on böyük kolxozdur. İşimiz ağırdır. Belə bir kolxozda işləmək sənə asan gəlməsin, bala. Bu gün-sabah yaz gəlir. Bunun əkini var, səpini var. Belə işlərə saç-saqqal ağartmış adam lazımdır. Bir də, mənim öz ağranomum pis deyildi. Dünya görmüş adamdı. Bərkdən-boşdan çıxmışdı. Amma sən...
     -Qurban qağa, görürəm məni uşaq hesab edirsiniz. Ancaq... Kosaoğlu onun sözünü yarımçıq kəsdi:
     -Uşaq olmayanda nəsən, ə, dünənəcən buralarda baldırı açıq gəzmirdinmi? Yadındadırmı bir dəfə uşaqları da başına yığıb arxda çimişirdiniz? "Ayə pambığın suyunun qabağını niyə kəsibsiniz" - deyib üstünüzə cumanda hərəniz bir tərəfə dağıldınız. Sizi atın qabağına salıb kəndin arasında çılpaq qovduğum yadından çıxıbmı? Kosaoğlu qəhqəhə çəkib güldü. İçəridəkilərdən də ona qoşulanlar oldu. İmran azacıq pərt olsa da, özünü itirmədi. Papiros çıxarıb yandırdı. Güldükcə qarnı qalxıb-enən Kosaoğlnnun sakitləşməsini gözlədi.
     -Elə bilirəm, hamının baldırıaçıq vaxtı olub. Kosaoğlu gülməyinə güclə ara verdi. Cibindən iri bir dəsmal çıxarıb əvvəlcə gözlərini quruladı, sonra da burnunu bərkdən silib otağa səs saldı.
     -Ona sözüm yoxdur, oğul, ancaq sən mənnən elə danışdm ki, gülməyim tutdu. Hə... nə isə, zarafat öz yerində, iş də öz yerində. Demək, kəndə işləməyə gəlibsən?
     -Bəli, Qurban qağa, mən MTS-ə gedən kimi "İyirmi altılar" kolxozunu məsləhət gördülər. Mən də əmri alıb gəldim.
     Kosaoğlu papağını çıxarıb qıraq başını övkələdi. Sonra da asta-asta sözə başladı.
     - Daha keçib, nə deyirəm?! Ancaq, başına and olsun ki, düz sözümdür, başqası olsaydı, heç ayağını kəndə basmağa qoymazdiın. Ancaq sən öz uşağımsan. Ətini yesəm də, sümüyünü atmaram. Bir də ki, rəhmətlik dədən Səmədlə duz-çörək kəsmişik. O haqq-salama görə gərək sənə kömək edəm. Fikir eləmə, həmişə gozüm üstündə olacaq. İşimiz ağır olsa da qorxma. Qurban qağan ölməyib ha! Bilmədiyini də öyrədərəm, işləyərsən. Yaxşı, havaxt işə başlamaq istəyirsən?
     -Elə günü sabahdan.
     -Hm... Onda tapşıraram sənə bir at da verərlər. Atminə bilirsənmi? Ə, yoxsa şəhərli olub gedibsən?
     -Nədeyim... Atı minməkasandır. Amma qorxuram dəli at ola, mən də sizin gününüzə düşəm. Yıxılıb qabaq dişimi sındıram.
     Kosaoğlu üz-gözünü turşudub dilinin ucu ilə qabaq dişinin sınıq yerini yoxladı və dərhal müharibədən əvvəlki bir hadisəni yadına saldı. O zaman onu kolxoz sədrinə müavin seçmişdilər. Kosaoğlu sədrdən, özündən əvvəlki müavininin ayağı səkil kəhərini istəmiş, elə idarənin qabağındaca sıçrayıb atın belinə qalxmışdı. Ancaq beş-on metr getməmiş at şahə qalxıb onu yerə çırpmışdı.
     Bunları xatırlayan Kosaoğlu fikrə getdi: "Məni at yıxdığı necə də yadında qalıb! Üz-gözündən çoxbilmişə oxşayır. Elə düz başa düşmüşəm. Deyəsən farağat duran deyil. İndidən köhnə sandıq içi tökür". Birdən onun rəngi ağardı, ölü sifətinə düşdü. Elə bil ürəyinə buz bağladılar. Canına titrəmə düşdü. Kürkünü çiyninə salıb təlaşla İmrana baxdı. Sanki bu baxışları ilə onun qəlbinə girmək, "söylə, özgə nə bilirsvin? Məndən nə eşidibsənsə hamısını söylə ki, ürəyim dincəlsin" - demək istəyirdi. Elə bil köhnə bir yarasının qaysağını qopartdılar. Kosaoğlu acı alma kimi bürüşdü: "Bəlkə elə onu da bilir?" - deyə düşündü.
     Nəhayət, Özünü toxtatdı. Gizlincə ətrafdakılara baxdı. İmranın sakitcə gülümsündüyünü görüb özünü danladı: "Mən də lap kölgəmdən ürkürəm, o nə uşaqdır ki?" Kosaoğlunun rəngi özünə gəlməyə, sifəti yavaş-yavaş qızarmağa başladı. O, dəsmal çıxarıb alnını sildi.
     -Afərin! indi bildim ki, Səmədin oğlusan. Atan kimi dil altinda qalan deyilsən. Nə deyirəm! Gəlibsən, lap yaxşı eləyibsən. Əl-ələ verib işləyərik. Ağranomun öz uşağımız olması daha yaxşıdır. ...İmran gedəndən sonra Kosaoğlu özünü xeyli ələ ala bilmədi. Dalbadal iki papiros eşib yandırdı.
     Stolun siyirməsini çəkib kağızları eşələdi, qarşısındakı qəzetləri dəstələyib götürdü, sonra yenə kürkünü çiyninə salıb ayağa durdu. Qapının ağzında məktəb direktoru ilə qabaqlaşdı.
     -De görüm, nə istəyirsən?
     -Odun, - deyə müəllim qisaca cavab verdi, - məktəbin odunu azalıb, hava da ki, bir təhərdi.
     -Odun yoxdur, az yandırın.
     -Axı uşaqlar soyuqda dərs oxuya bilməz.
     -Mən neyləyim?
     -Heç nə, məktəbə borclu olduğunuz odunları verin. Sizdən başqa bütün kolxozlar odun verib. Bizim sovetlikdə bircə siz qalıbsınız.
     -İndi bu qarda, boranda mən odunu hardan alım? Bir təhər dolanın, görək hava açılarmı.
     -Axı bu işi gərək vaxtında görəydiniz.
     -İndi bizi öldürməyəcəksiniz ki, ay direktor?
     -Mən adam öldürən deyiləm.
     -Yaxşı!.. Bir az möhlət verin, tapıb düzəldərik.
     -Yoldaş sədr, bax axırıncı dəfə deyirəm. Əgər bir həftəyə odun gətirməsəniz, məndən incimyyin.
     -Şikayət eləyəcəksən?
     -Lazım gəlsə.
     -Hm... Şikayətdən nə çıxacaq, balam? Rayona məlumat verəcəksən.
     Onlar da çağırıb işi yenə mənə tapşıracaqlar. Yaxşısı budur nə özünü, nə bizi dağa-daşa sal. Düzəldərik.
     Müəllim daha bir söz deməyib getdi.
     Kosaoğlu kürkünü geyib maşına oturdu. "Pobeda" qarı tozlayaraq kənd yoluna çıxdı. İdarənin eyvanında dayanan Kazım rayon mərkəzinə doğru irəliləyən maşının arxasınca baxıb, çiynini çəkdi. "Görəsən, belə tələsik haraya getdi?"
     Axşamüstü göyün üzü tutuldu. Bərk sazaq başladı. Eyvanın baş tərəfindəki buxarıda sac asan Tükəzban xala, axırıncı çörəyi qıraqlayıb ayağa durdu. Üst- başıni çırpıb sacı çevirdi. Közün həniri onun üzünə vurdu. İsti çörəkləri tabağa yığıb evə apardı, taxtın üstünə sərdi. Sonra ağ samovarı su daşından süzülən dumduru su ilə doldurub buxarının yanına qoydy. Maşanı götürüb sacın altından çıxan közləri qurdaladı. Elə bu vaxt çəpərin o üzündən səs gəldi. Tükəzban xala Zeynəbi səsindən tanıyıb hay verdi.
     -Sən Allah, mənə bir xəkəndaz od ver. Peçi qalamaq istəyirəm. Heç bilmirəm spiçkanı hara qoymuşam.
     -Gəl apar.
     -Eh, bir də kim gəlsin! Doldur, elə çəpərin üstündən bəri ver.
     -Oralara od-zad salarsan. Doqqazdan keç, gəl apar. Zeynəb əlini payaya uzatdı. Ayağını çəpərin alçaq yerinə qoyub bəri üzə keçdi və bir göz qırpımında eyvana çıxdi. Tükəzban xala təəccüblə:
     -Bıy, başıma xeyir, ay qız, hardan gəldin?
     Zeynəb gülə-gülə xəkəndazı doldurdu. Tükəzban xala çəpərin tapdanmış yerinə baxıb başını buladı.
     -Bilmirəm nə vaxt ağıllanacaqsan?
     -Nə olub ki?
     -Daha bundan artıq nə olacaq? Sənin əlindən çal-çəpər də qalmadı.
     Keçi kimi, hara gəldi dırmaşırsan. Ayaq basmadığın yer yoxdur. Evimizin dörd tərəfində cığır salıbsan. Heç fikirləşmirsən ki, Tükəzban dul arvaddır, bir də kim onun qapısına-bacasına çəpər çəkəcək?
     -Bıy!.. - Zeynəb şaqqıldayıb güldü. - Bəs oğlun balacadır?
     -Mənim oğlum çəpər çəkəndir?
     -Niyə çəkmir, bəyəm oğlun o qədər artıq adamdır?
     Tükəzban xala gözlərini qırpmadan diqqətlə Zeynəbə baxıb, bilmək istədi ki, qız zarafat eyləyir, yoxsa İmran barədə doğrudan da bu fikirdədir? Birdən arvad xəkəndazı götürüb közü ocağa tökdü.
     -Sənə od-zad verən deyiləm. Çəpəri ayaqladığın yetmir, od da istəyirsən?
     Zeynəb qarının könlünə dəydiyini hiss etdi.
     -Bir də ayaqlamaram.
     -Yalan deyirsən.
     -Bəs neyləyim ki, inanasan?
     -And iç.
     -Nəyə?
     -İmranın canına.
     Zeynəb azacıq qızardı.
     -İmran mənim and yerimdir?
     -Bir buna bax! - deyə Tükəzban xala səsini uzatdı. - Ay qız, sən gərək şükür eyləyəsən ki, mən səni İmranın canına and verirəm.
     Zeynəb qəfildən qarını qucaqlayıb üzündən öpdü.
     -Xətrinə dəyməsin, mən elə-belə dedim, qoy xəkəndazımı doldurum gedim.
     -And içmirsən?
     Zeynəb gözlərini Tükəzban xalanın üzünə dikdi. Onun saçları ağarsa da, özü gümrah idi. Sifəti hələ gözəlliyini itirməmişdi. Yanaqlarının qızartısı belə getməmişdi. Ancaq gözlərinin ətrafındakı qırışlar çoxalmışdı. Burnu, çatma qaşları, açıq alnı, qonur gözləri İmranı xatırladırdı. O da, İmran kimi, qaşlarını çatıb diqqətlə adama baxırdı. Zeynəb Tükəzban xalanın gözlərinə xeyli baxdı və birdən özünü itirən kimi oldu. Səsi titrədi:
     -Mənsiz də onun canına and içən tapilar.
     Tükəzban xala qızın bir az tutuılduğunu, hətta gözlərinin yaşardığını gördü. Hiss etdi ki, "mənsiz də onun canına and içən tapılar" - deyəndə nədənsə Zeynəb kədərləndi, köksünü ötürdü. Qarının da ürəyi yumşaldı. Axı bu qızı özü böyütmüş, ona analıq etmişdi.
     -Yaxşı, əvvəlcə mənə komək elə, odunu içəri daşı, ocağı qala, sonra od apararsan. İmran da indicə gələcək. Anası ölmüş səhərdən getdiyidir.
     -Gəlsin özü ocaq qalasın, mən ona borclu deyiləm ki!
     -Ay qız, bəsdir.
     -Düz deyirəm də. Ya da arvad alsın. Kimi gözləyir? Balacadır? Onun taylarının iki-üç uşağı var.
     -Ay günü ağ olmuş, sənə dedim mənə kömək elə, daha demədim inkir- minkir başla. Di tez ol.
     Zeynəb gülə-gülə həyətə düşdü. Yarılıb qalaqlanmış odunlardan bir qucaq götürüb ıçəri apardı. Tükəzban xalanın peçə doldurduğu közlərin üstünə yığıb üfürməyə başladı. Əyildikcə yoğun hörükləri çiynindən sürüşüb sinəsinə düşürdü. Ocaq közərir, odunlar çatıldaşaraq yavaş-yavaş alışırdı. Qapağın deşiklərindən süzülən işıqlar döşəmədə oynayanda, Zeynəb saçlarını geri atıb ayağa durdu. Tükəzban xala qızın pörtmüş yanaqlarına, üzünə tökülmüş cığalarına, qalxıb-enən sinə-sinə, çirməkli qollarına baxdı. "Uçuq bir evin dirəyidir. Qız deyil, qızıl parçasıdır. Hansı evin qapısından girsə, çıraq kimi işıq salacaq. Halalca uşaqdır". O, üst-başının tozunu çırpan Zeynəbi bir daha nəzərdən keçirdi:
     -Bilmirəm oğlanlann gözü niyə bağlanıb, səni niyə görmürlər?!
     Zeynəb daha da qızardı. Hər dəfə Tükəzban xaladan eşitdiyi bu söz onun xoşuna gələrdi. İndi isə özü də hiss etmədən, diksinən kimi oldu.
     Tükəzban xalanın gözlərinə baxa bilməyib başını aşağı saldı.
     -Məni az təriflə.
     -Təriflənəsi qızsan, tərifləyirəm, qadan alım. Maşallah, gün kimi şölə salırsan, sənə pis deyənin dili quruyar.
     Zeynəb getmək istədi. Tükəzban xala onun qolundan tutub saxladı.
     -Başım qarışıb, yadımdan çıxıb. Sən ananın goru, taxtın üstə çıx, çırağın şüşəsini də sil. Qoca arvadam, nə olar, kömək elə.
     Zeynəb gülümsədi.
     -Yox, daha aldada bilməzsən. Onu da qoy o təmizləsin.
     -Kim, ay bala?
     -Nərgiz müəllimə, - deyə Zeynəb başı ilə qonşu otağı göstərib bic-bic güldü və tez eyvana çıxıb xəkəndazı közlə doldurdu.
     -Ay Tükəzban xala, samovar daşdı. Qarı çayniki götürüb eyvana çıxanda, çəpərin üstündon adlayıb evlərinə gedən Zeynəbin arxasinca baxaraq köksünü ötürdü:
     "Dilli də olsa, yaxşı uşaqdır. Bircə belə gəlinim olsaydı, heç dərd çəkməzdim". Samovar hoqquldayırdı. Deşiklərdən fışqırıb çıxan buxar az qalırdı qapağı atsın. Tükəzban xala çayı dəmləyəndən sonra samovarı silib içəri gətirdi, stolun üstünə qoyub dəmkeşi keçirtdi. Çayniki dəsmalla bürüyüb dəmə qoydu. Süfrəyə stəkan-nəlbəki düzdü...
     Artıq hava qaralmışdı. Seyrək qar yağırdı. Bayaqdan həyətdə vurnuxan toyuqlar indi çardağın altındaki tara çıxıb boyunlarını bükmüşdülur. Yerlərini rahatlamaq üçün bir-birini itələyib qığıldaşırdılar. -örüşdən qayıdan mal qapılarda mələşirdi. Yarpağı tökülmüş ağacların arasından güclə seçilən evlərin pəncərələrinda titrəşən işıqların sayı getdikcə artırdı.
     Tükəzban xala şüşəni silib, otuzluq lampanı yandırandan sonra həyətə çıxdı. Yarılmış odunu daşıyıb eyvana yığdı.
     Məktəbin zəngi axırıncı dəfə kəsik-kəsik dilləndi. Azacıq sonra kənd yollarında itlər hürüşməyə başladı.
     "Dərs qurtardı. Gedim peçi qalayım. Üşümüş olacaq, qərib adamdır" - deyə fikirləşən Tükəzban xala bir qucaq odun götürüb qonşu otağa keçdi... Ağ yun şala bürünmüş Nərgiz müəllimə içəri girdi. Səliqə ilə qəzetə büküb sinəsinə sıxdığı dəftərləri stolun üstünə qoyub, naxışlı yun əlcəklərini çıxartdi. Şalını açıb paltosunu soyundu. Yanaqları qızarmışdı, əlləri göynəyirdi. Evin ortasında sakitcə dayanan Tükəzban xala Nərgizin hər bir hərəkətinə göz qoyur, onun saçlarını üzündən necə geri elədiyinə, qaloşlarını nə cür çıxardığına tamaşa edir, nazik çatma qaşlarına, iri qonur gözlərinə baxmaqdan doymurdu.
     -Deyəsən, möhkəmcə üşüyübsən, qızım, yaxın gel, otur burda, o otağın peçini yenicə qalamışam, hələ soyuq olar. Bir az dincəl, onacan çay-çörək də hazır olar.
     -Yox, yox, Tükəzban xala, sizə zəhmət olar, özüm hər şeyi hazırlaram.
     -Hazırlanası bir şey qalmayıb. Samovar qaynayıb, təzə, isti çörəyimiz var, ocağı da ki, qalamışam.
     -Axı, siz mənə xəcalət verirsiniz.
     -Xəcalət niyə olur, sən də mənim balam.
     Nərgiz müəllimə peçin yanına keçdi. Tükəzban xala bir stəkan çay süzüb onun qabağına qoydu.
     -Soyuqdan gəlibsən, iç, canın qızsın. Anası ölmüş İmran da bilmirəm harda qaldı...
     Evə sükut çökdü. Peçdəki odunlar çatıldayıb yanır, samovar könül oxşayan səslərlə zümzümə edirdi.
     -Deyəsən, kiçik çillə qiyamət qoparacaq.
     -Görünür, - deyə Nərgiz müəllimə cavab verdi və Tükəzban xalanın əl- ayağa düşdüyünü görüb tez ayağa qalxdi.
     -Gəlin otnrun, onsuz da səhnrdən axşamacan evdo işləyirsiniz.
     O tez dəsmalı götürüb stəkanlan sildi. İsti çörəkdən gətirib süfrəyə qoydu. Pendiri səliqə ilə doğradı, ev gəlini kimi ortada hərlənib bankadan yağ, bal çıxartdı. Tükəzban xalaya çay süzdü. Qənd doğramağa başladı. Tükəzban xala qurtum-qurtum çay içir, gözaltı Nərgiz müəlliməni süzürdü. Bu qız da onun xoşuna gəlirdi. "Zalım balasının beli üzükdən keçər, qaş-gözünə söz ola bilməz. Ağzı da elə bil qüdrətdən yaranıb, bapbalaca. Mənim oğlumun da bilmirəm gözü hardadır, bu cür cığalı qızı görmür. Hayıf ki, ata-anasını tanımıram. Amma halal süd əmənə oxşayır. Dili-ağzı özündə, başı aşağı uşaqdır. Neçə aydır mənim evimdədir, başını qaldırıb bir adamın üzünə baxdığinı görməmişəm..."
     Tükəzban xala çayını içdi. Nərgiz müəllimə cəld stəkanı götürüb çay süzdü. Tükəzban xala gözünü onun əllərindən ayırmadi. "Bir dəli şeytan deyir sandıqdakı üzüyü götür, keçir bunun barmağına... Oğlum fərsizin biridir. O fikirləşənə qədər iş-işdən keçəcək. Bir də gordün boz-yoluğun biri, ley cücə götürən kimi, qızı götürüb apardı..."
     Bayırda itlər hürüşdü. Nərgiz müəlümə diksindi. Dərhal şeylərini yığışdırdı:
     -Mən öz otağıma gedim, yəqin İmran gəlir.
     -Gələndə nə olar, qızım, o da sənin qardaşın.
     -Yox, yox, işdən gəlir, bəlkə dincəlmək istəyir.
     Tükəzban xala onu saxlamaq, İmran gələndə də çay süzüb qulluq etməsini görmək istəyirdi. Amma Nərgiz müəllimə dayanmadı, tələsik öz otağına keçdi. Bir xeyli sakitcə durub bayır qapısının açılacağını gözlədi. Lakin heç kəs gəlmədi. O, şagirdlərin dəftərlərini qabağına qoyub, bugünkü imlanı yoxlamaq istədi. Ancaq nədənsə həvəsi gəlmədi. İki-üç dəftəri yoxladıqdan sonra əlini saxladı. Birdən-birə evdə darıxmağa başladı. Pəncərənin qabağına gəlib pərdəni yığdı. Şüşənin tərini silib çölə baxdı. Asta-asta qar yağırdı. Evlərin çoxu gecənin qaranlığında ərimişdi. Bəzi evlərdən gələn işıqlar da bır-bir sönür, kəndi ağır sükut bürüyürdü. Bir az da keçdi. Qonşu otaqda səs-səmir kəsildi. Nərgiz müəllimə barmaqlarının ucunda qapıya yaxınlaşdı. Gecədən xeyli keçənə qədər oğlunu gözləyən Tükəzban xalanı yuxu aparmışdı. Samovar soyuyub zümzüməsini kəsmiş, süfrəyə əl vurulmamışdı.
     Nərgiz müəllimə sakitcə arvada yaxınlaşdı. Əvvəlca onu oyatmaq istədi, sonra fikrini dəyişdi. Yun şalı ehmalca Tükəzban xalanın üstünə örtüb, otağına qayıtdı. Ocaq sönmüşdü. Bir az əvvəl peçin altına sərilib, xorhaxor yatan boz pişik büzüşmüşdü.
     Nərgiz müəllimə üşüdü, ocağı qalamaq istədi. İçəridə odun olmadığını görüb fikrindon daşındı. Səs-küy salıb ev sahibəsini yuxudan oyadacağından ehtiyat edərək, orta qapıdan keçib eyvana odun gətirməyə getmədi. Çırağın piltəsini aşağı çəkib yerinə girdi. Soyuq yorğan-döşəkdə daha da üşüdü. Nəfəsini yorğanın altına verib yerini birthər isitdi. Gözünə yuxu getdi.
     Birdən Nərgiz üzünə yumşaq bir şeyin dəydiyini hiss edib dik atıldı. Boz pişik özünü onun qucağına saldı. Yerini rahatlayıb xoruldadı. Nərgiz onu tumarladı, yenə gözlərini yumub, yatmaq istədi.
     Stolun üstündəki saat yeknəsəq ahənglə çaqqıldayırdı. Bu çaqqıltı get-gedə daha da güclənirdi.
     Nərgiz o biri üzü üstə çevrildi. Yorğanı başına çəkdisə də, yata bilmədi. Ona elə gəldi ki, saat çaqqıltısı olmasa rahatca yuxuya gedər. Hətta bir-iki dəfə durub saatın səsini kəsmək istədi. Təklik, pişiyin xorultusn, saatın səsi onu darıxdırdı. Nərgizi xəyal götürdü. Məktəbə getdiyi, institutda oxuduğu günlər yadına düşdü. O vaxtlar Nərgiz nə qədər qayğısız idi! Qızlarla gəzir, bəzən kitab üstə mürgüləyib, yuxuəsuz gecələr keçirir, imtahan verir, kursdan-kursa adlayıb institutu qurtarmağa çalışırdi. Nərgiz müəllimə dostlarını - qızları, oğlanları yadına saldı. Görəsən indi haradadırlar? Leyla nə edir? Teymur necədir? Kəndə gələndən bəri Nərgiz onların heç birindən xəbər tutmamışdı. Nə məktub yazmış, nə də cavab vermişdi. O istəyirdi ki, keçmiş günləri unutsun. Heç nəyi, heç kəsi yada salmadan, kənddə tək-tənha yaşasın, lakin mümkün olmurdu. Xatirələr həmişə onu çəkib ötən günlərə aparırdı.
     Nərgizə elə goldi ki, Teymur otağın küncündə dayanıb baxır. Əvvəlcə mehribanlıqla gülümsəyir, nəzərləri ilə Nərgizi oxşayır, qəlbinə hərarət verir, lakin sonra bu baxışlar yavaş-yavaş soyuyur, buza dönür. Başqalarını görəndə qaynayan bu gözlər nədənsə Nərgizə baxanda şüşə kimi cansız və soyuq olurdu. Nərgiz dillənmək, ürəyini boşaltmaq, Teymurun nəzərlərinin nə üçün belə soyuq olduğunu soruşmaq istəyirdi. Lakin gözlər ondan uzaqlaşır, getdikcə kiçilir və qaranlıqda görünməz olurdu.
     Nərgiz yerin içində dirsəklənərək, lampaya baxdı. İşıq zəifləyib titrəyirdi. Şüşənin içindəki piltonin alovu can verirmiş kimi, bir neçə dəfə pırıldayıb söndü. Otağa qaranlıq çökdü. Nərgizin qulağı cingildədi.
     Birdən kəndin başında itlər hürüşdü. Səs-küy qalxdı, Nərgiz qulaq asdı. "İdarədon gəlirlər. Görünür iclasda imişlər" - deyə düşündü. O, kəndə gəldiyi beş ayda çox şey öyrənmişdi. Adətən camaat iclasdan çıxanda, ya da klubdakı tamaşadan dağılanda gecə yarıda kənd birdən canlanır, itlər səs-səsə verir, doqqazlarda bir-biri ilə xudahafizləşənlərin səsi ətrafa yayılırdı. Qızlar cingilüli səslə gülüşüb, oğlanlara söz atırdilar. Kəndin mərkəzindən başlayan bu hay-küy getdikcə ətrafa yayılır, evlərin çoxunda işıqlar təzədən yanırdı. Bir azdan isə yenə hər yer sakitləşirdi. İndi də elə oldu.
     Nərgiz müəlümə ürək döyüntüsü ilə İmranın ayaq səslərinə qulaq asdı. İmran eyvanda dayandı. Görünür, üst-başının qarını təmizləyirdi. Qapı açıldı. Nərgiz meşin paitonun xışıltısını eşitdi.
     Tükəzban xalanın yuxulu səsi gəldi:
     -Ay bala, heç canına yazığın gəlmir, səhərdən harada qalıbsan?
     -Olmur, ay ana, iş o qədərdir ki...
     -Elə bu işin hamısı səni ha gözləmirdi. Özünü niyə əldən salırsan? Bircə tez ol soyun, lap islanıbsan. Deyəsən, yaman qar yağır. Qulaqların gör necə qızarıb! Mənciyəzi də yuxu aparıb, ev-eşik soyuyub buza dönüb. İstəyirsən paltonu çıxartma. Ocağı qalayım, sonra...
     -Heç nə olmaz, ana. Amma yaman acmışam.
     Bundan sonra qarışıq səsiər eşidildi. Stəkan-nəlbəki cingildədi. Odunların çıtırtısı eşiditdi. Deyəsən, ocağı bərk qaladılar. Bir azdan ses-səmir kəsildi.
     Nərgiz qəzet xışıltısından başqa heç nə eşitmədi. "Yəqin yenə oturub qəzet oxuyur. Yazıq arvad yer salır, o isə elə stolun üstündəcə mürgüləyir".
     Nərgiz axır vaxtlar İmranın çox gec yatdığını hiss edirdi. Bəzən onun ayaq tappıltısı az qala xoruz banına qədər qızı yatmağa qoymurdu. Nərgizə elə gəlirdi ki, İmran tez-tez onun qapısına yaxınlaşır, dayanıb qulaq asır, bəlkə də qapını aralayıb içəri baxır. Belə hallarda Nərgiz qalxıb yerin içində oturur, qorxulu- qorxulu, yorğanı açıq sinəsinə çəkir, gözünü zilləyib qapının açılacağını, İmranın içəri girəcəyini gözləyirdi. Lakin heç kəs onun mənzilinə girmirdi.
     Qəribə idi. Axı ona nə olmuşdu? Nə üçün İmranın səsini, ayaq tappıltısını eşidəndə yuxusu qaçırdı? İmran ki, hələ ona toxunan bir söz deməmişdi, bircə dəfə onu narahat etməmişdi. Bəs səbəb nə idi ki, əvvəllər Tükəzban xala ilə birlikdə sakitcə yaşayan Nərgiz İmran gələndən sonra özünü narahat hiss edirdi?
     Bunu Nərgiz özü də başa düşürdü. O ancaq bircə şeydən qorxurdu: sevə bilər. Bakıdan kəndə işləməyə gələndə özünə söz vermişdi ki, heç kəsin üzünə baxmayacaq, heç kəsi qəlbinə yaxın buraxmayacaq, elə ömrünün axırına qədər tək-tənha yaşayacaqdır. O, ikinci dəfə sevməkdon qorxurdu. Əvvəllər Nərgiz ikinci dəfə sevməyin mümkün olduğuna inanmazdı, hələ institutda oxuyanda Leyla onu danlayardı ki, "ağlını başına yığ, əsl sevgi sonra gələcək, ilk məhəbbət uşaqlıq xatirəsindən başqa bir şey deyil". O isə sözündən dönmür, kitabları vərəqləyib, romanlardan misal gətirirdi.
     Əslinə baxsan, o, kəndə elə təkliyə çəkilmək üçün gəlmişdi. Bu məqsədlə də Tükəzban xalanın evini seçmişdi. "Sakitlikdir, bir qarıdır, bir də mən, qonşuluqda da oğlan yoxdur" - deyə özünə təskinlik vermişdi. Doğrudan da ilk günlərdə o, sakit dolanır, dərsdən sonra kitab götürüb bağa gedir, qaranlıq qarışanda pəncərə qabağında oturub yenə oxuyurdu. Hər səhər Tükəzban xala onun yastığının altından vərəqləri cırılmış kitab götürüb, stolun üstünə qoyurdu. Sonra da başını tərpədib öz-özünə pıçıldayırdı: "Bilmirəm bu qız cırıq kitablarda nə görüb? Dükanlarda satılan təzə kilablardan niyə alıb oxumur?"
     Nərgizin həyatı bəlkə də belə sakit keçəcəkdi. Ancaq İmranın gəlməsi ilə hər şey dəyişdi. Elə ilk gündən, eyvanda görüşdükləri dəqiqədən o özünü narahat hiss etdi. İki-üç gündən sonra şeylərini yığışdırıb başqa bir evə köçmək istədi. Tükəzban xala qoymadı. İmran özü də xahiş etdi ki, getməsin.
     Nərgiz özü də başa düşmədi ki, nə üçün razılıq verdi. İndi isə qəlbində iki hiss çarpışırdı... Nərgız bəzən öz-özünü danlayırdı. "Təqsir özümdədir. Düz adamsan, onu görəndə özünü niyə itirirsən? Niyə yerin içində uzanıb onun ayaq səslərinə qulaq asırsan? Yıxılıb yata bilmirsən?.. Bir həftə bundan ovval gecə ayaqyalın, qonşu otağa keçdin. İmranın çiynindən sürüşüb düşmüş pencəyini götürdün, yavaşca çiyninə toxunub onu oyatdin ki, "dur, soyuq dəyər". Sən belə eləyəndə, əlbəttə, o da gizlincə sənin otağına girə bilər, üstündəki yorğanı düzəldər. Yox, günah məndədir. Özüm bu işləri törədirəm".
     Nərgiz nə qədər çalışsa da olmurdu; elə bil dağ seli onu qoynuna alıb aparırdı. Bu işlərin sonu nə olacaqdı, Nərgiz özü də bilmirdi. Ona ancaq bircə şey aydın idi: gecələr yuxu gözlərindən qaçır, çarpayıda uzanıb qonşu otaqdakı İmranın nəfəsini dinləmək istəyirdi. Bəzən onun ağlına çox qəribə bir fikir də gəlirdi: İmranı öz otağında görmək isiəyirdi. Belə vaxtlar ürəyi daha şiddətlə döyünürdü. Diksinərək yerindən sıçrayıb lampanın piltəsini qaldırırdı. O, indi də yerin içində çevrilib qonşu otaqdakı qazet xışıltısına qulaq asırdi.
     Bu gecə də Nərgiz dan yeri sökülənə qədər yata bilmədi. Səhər lezdən qalxıb şagirdlərin dəftərlərini yoxlayanda başı ağrıyırdı...


4


     Kosaoğlu Qurban evə yorğun gəldi. Çay-çörək hazırlayıb gözləyən Sayalı, ərinin hirsli olduğunu görüb, tez ayağa qalxdı. Kişinin yarımkürkünü alıb divardan asdı. Palçığa bulaşmış çəkmələrini soyundurub, qapının ağzına qoydu. Gəbənin üstünə döşəkcə atdı. Yastıq və mütəkkə gətirdi.
     -Bir az uzan, dincəl, - o mehribanlıqla dilləndi, - nə yaman gec gəldin? İstəyirsən su gətirim, ayaqlarını yuyum?
     Qurban fısıldayaraq mütəkkəyə dirsəkləndi. Qara məxmər köynəyinin yaxasını açdı.
     -Sənə neçə kərə demişəm, bu zəhrimar ocağı az qala. İstidən nəfəs almaq olmur. Ərinin xasiyyətinə bələd olan Sayalı heç nə demədi. Səssizcə qapıya yönəldi: "Görəsən yenə hansı ciyəri yanmış kışiyə söz qaytarıb, gecənin bu vaxtı qanını qaraldıb?"
     O, qonşu otağa keçdi. İçəridə oynayıb-gülüşən uşaqlarına acıqlandı. Balacalar susub boyun-boyuna verdilər. Sayali, güzgünün qabağında oturub saçlarının ucunu oynadan qıza yaxınlaşdı. Aynada onların nəzərləri bir-birinə sataşdı. Qız Sayalıya göz vurdu. Bununla da dayısının kefıni açmaq lazım olduğunu başa düşdüyünü ona anlatdı. Şahnaz boğmalı, hacıleylək boğazı kimi uzun və əyri lüləkli sarı aftafa-ləyəni götürüb gülə-gülə dayısı olan otağa girdi. Döşəkcənin üstünə uzanıb qıraq başını qaşıyan Qurbana yaxınlaşdı.
     -Ay dayı, bir az bəri dur, ayaqlarını yuyum.
     Qurban yenə fısıldadı. Şahnaz onun corablarını çıxarıb, qalife şalvarının balağını yuxarı çəkdi.
     -Nə yaman qaşqabaqlısan, ay dayı, yəqin yorulubsan?
     Şahnaz cavab almadısa da, işinə davam etdi. İsti su Qurbanın ayaqlarına dəyəndə dirsəklənib oturdu. Bir xeyli Şahnaza baxdı. Qız isə onun ayağını ovur, barmaqlarını şaqqıldadır, dabanını qaşıyırdı.
     Ayağının altı qıdıqlananda Qurban özünü saxlaya bilmədi:
     -Ay qız, yavaş.
     -Bəs deyirdin qıdığım gəlmir? Gördün ki, səni güldürdüm, ay dayı,
     -Şahnazm iri, ala gözləri oynadı. - Niyə bikefsən, yoxsa sənə söz deyən olub? Allah vurmuşdu onları! Dayımın qabağında dillənənin dilini dibindən qopardaram!
     Qurban qımışdı.
     -Yəni məni o qədər çox istəyirsən?
     -Dayımın canı üçün, düz deyirəm.
     Sayalı çay-çörək gətirdi. Ərinin qaşqabağının yavaş-yavaş açıldığını, Şahnazın onun qılığına girib yumşaltdığını görüb gülümsündü.
     -Əyə, bircə dur, acından öldün.
     Qurban yerini bir az da rahatladı.
     -Arvad, sən atayın goru, nəyin varsa bəri ver, elə buradaca yeyəcəyəm. Bir də kim dursun...
     Şahnaz quş kimi yerindən sıçradı. Aftafa-ləyəni aparıb eyvana qoydu. Dərhal geri qayıdıb gəbənin üstünə süfrə saldı, samovarı stolun üstündən endirdi. Qurban mütəkkəyə dirsəkləndi. Sayalı tez-tez qonşu otağa gedir, qapıları taqqıldadır, xörəkləri daşıyıb süfrəyə düzürdü. Şahnaz nə isə danışır, tez-tez şaqqıldayıb gülür, qaşını oynadıb gözlərini süzdürür, dayısının kefini açırdi - Bu Sayalıya xoş gəlirdi. O, həmişə ərini hirsli görəndə Şahnazı qabağa verər, "bu qız ilanı da yuvasından çıxardar" - deyərdi. Sonra isə özü ərinin dizinin dibini kəsdirər, asta-asta söhbət edər, idarədə nələr olduğunu soruşardı. Kolxozda kimin nə iş gördüyü, haraya gedib, haradan gəldiyi haqqında ərindən məlumat alardı. Sonra ərinə məsləhət verər, kimi işdən çıxardıb, kimi işə təyin etməyin lazım gəldiyini söyləyərdi.
     Qurban çox vaxt arvadının məsləhətindən çıxmazdı. Kişiyə elə gəlirdi ki, bu kənddə onu istəyən, işinə-gücünə kömək edən yeganə bir adam varsa, o da Sayalıdır. Sayalı onun hər dərdinə şərik olur, ərinin gündən-günə yüksəlməsini istəyirdi. əslinə baxsan, Qurbanın sağ qalıb, bu dərəcəyə çıxmasına səbəb Sayalı idi. O öz həyatını Sayalıya borclu bilirdi...
     Onlar bir yerdə oxumuşdular. Kənddə yenicə məktəb açılanda bir sinfə düşmüş, üç il bir skamyada oturmuşdular. Sayalı o zaman qırmızı yanaq, dəcəl bir qız idi. Hey atılıb-düşər, tənəffüslərdə oğlanların papağını qoyar, kağızdan özünə bığ düzəldər, ona-buna lağ edərdi. Qurbanın ondan xoşu gəlməzdi. Hətta bir neçə dəfə Sayalını saçlayıb döymüşdü də.
     Qurban yalnız üçüncü sinfə qədər oxudu. Sonra atası onu məktəbdən çəkdi. "Yekə oğlansan, çörək qazanmaq lazımdır, - dedi, - dədə-babamız oxumayıb ki, sən də oxuyasan".
     Əslinə baxsan, Qurbanın özünün də ürəyındən idi ki, məktəbi buraxsın. Hərfləri höccələməkdən xoşu gəlmirdi. O, atası ilə bərabər yer əkdi, ot çaldı, qapı-baca becərdi. Onlan dəfələrlə cərimələdilər: kənd sovetinin milisioneri onu çöldə tutub atın qabağina qatdı, məktəbə gətirdi. Sinifləri gəzdirdi, qulaqlarından dartıb uşaqlara gərs elədi. Olmadı ki, olmadı. O, üz-gözü qızarmış, qulaqları yana-yana sinifdə oturdu. Zəng çalınan kimi yenidən qaçdı. Sayalı isə oxudu. Beşinci sinfi qurtardı. Əməlli-başlı qız oldu. Həmin il kənddə klub düzəltdilər. Sayalı səhnədən düşmədi: hər bayramda oxudu, oynadı. Onun gözəl səsi var idi. Dərsdən sonra qızları başına yığıb oxuya-oxuya gəzərdi. Hər dəfə klubda yığıncaq olanda səhnəyə çıxar, cingiltili səslə deyərdi:
     "Bu səhnəmiz aynadır, açmağa xalqın gözünü.
     Görəcəkdir bu aynada hər kəs özünü.
     Arabir bəzi adam inciyəcəkdir,
     Müftəxor mollaları yandıracaqdır..."
     Cavanlar ona əl çalar. qocalar narazılıqla başlarını bulayar, "bu kişi qızını niyə özbaşına buraxıb?" - deyərdilər. Az sonra kənd arasında pıçildaşmağa, Sayalının haqqında cürbəcür sözlər danışmağa başladılar: dünən gecə filan yerdən keçirdi, filankəsin oğlu ilə mazaqlaşırdı. Sayalı isə rayon mərkəzində açılan altı aylıq müəllimlər knrsuna getməyə hazırlaşirdı. Ancaq bu, ona müyəssər olmadı.
     Bir axşam evə gələrkən, atasının yanında cavan, suyuşirin bir oğlan gördü. O, qonağa qulluq elədi, çay-çörək verdi. Gecədən xeyli keçdi. Qonaq getmədi. Atası Sayalını yanına çağırdı.
     -Qızım, - dedi, - özün bilirsən ki, səni mən nə zəhmətlə saxlamışam. Rəhmətlik anan öləndə üç yaşındaydın. İndi, maşallah, böyüyüb yekə qız olubsan. Sənin tay-tuşundan atası evində qalanı yoxdur. Sənin də ev-eşik sahibi olmaq vaxtındır. - O, dərindən köks ötürdü. - Ozün bilirsən ki, mənim yurdumda ocaq qalayan adam yoxdur. İndi istəyirəm səni elə adama verim ki, yurdum boş qalmasın. Səni ev qızı, ev gəlini eləmək istəyirəm. Atası susub çal saqqalını qaşıdı. Sayalı onun dediklərini yaxşı başa düşmədisə də, ürəyi döyünməyə başladı. Kişi qızından gözləritıi ayırmadan:
     -Oğlan da pis oğlan deyil, - dedi, - elə əsl mən deyəndir. Yetimin biridir. Həm oğlum olar, həm kürəkənim.
     Sayalını elə bil ildırım vurdu. Atasinın boynuna sarılıb ağladı, yalvardı, oxumaq istədiyini söylədi. Atası əvvəlcə onu dilə tutdu. Qızının inadını görəndə hirslə ayağa durdu:
     -Əgər ölmək istəmirsən, səsini kəs! Yoxsa bu saat ayağımın altina salıb, dəli inək buzovunu ayaqlayan kimi ayaqlaram. Ya mən deyən olacaq, ya da səni tikə-tikə doğrayıb qapıdakı itlərə atacam. Sayalı ərə getdi. Ancaq onlar çox yaşamadılar. Evlənəndən bir-iki ay sonra oğlan gecələr başladi evə gəlməməyə. Bəzən günlərlə yox olurdu. Sayalı hərdənbir atasının da onunla getdiyini görurdü. O, bir neçə dəfə ərindən hara getdiklərini, gecələr nə iş gördüklərini soruşmuşdusa da, cavab ala bilməmişdi. Əri hirsli-hirsli ona baxıb, gözlərini bərəltmiş, "arvadsan, otur yerində, - demişdi, -kişinin işinə qarışma", - Sayalının atası da kürəkəninin tərəfıni saxlamış, "kişi arvada sırrini verməz" - demişdiz.
     Bir gün Sayalının ərini tutdular. Oğurlayıb kəsdiyi camışın gönünü onun çiyninə verib kəndin ortası ilə apardılar. Sayalı utandığından evdən bayıra çıxmadı. Uşaqların "oğru, oğru" - qışqırdıqlannı eşitməmək üçün pəncərəni bağladı...
     Aradan bir neçə il keçdi. Kənddə kolxoz təşkil edildi. Sayalının atası kolxoza girmək istəmədi. Tək təsərrüfatçı olaraq da öldü. Sayalı tamam tək qaldı. Ərindən də xəbər-ətər yox idi. O, kolxoza girdi. Elə bu vaxt Qurbanı briqadir seçdilər. Sayalı onun briqadasında işləyəsi oldu. Onlar hər gün iş yerində görüşər, arabir söhbət edərdilər. Sayalı çox sakit, işlək bir gəlin olmuşdu. Heç kəsin işinə qarışmaz, az danışıb, az gülərdi. Yolu ilə düz gəlib, düz gedərdi. O indi ətə-qana dolmuşdu. Yanaqları qıpqırmızı idi. Zil qara saçları vardı. İri gözləri bir qədər kədərli olsa da, qaynayıb daşır, adami titrədirdi.
     Qurban yavaş-yavaş kənd içındə sayılmağa başlayırdı. İclaslarda onu tərifləyir, yaxşı briqadir olduğunu söyləyirdilər. O daha da həvəslənir, hamıdan əvvəl yer əkdirir, səpinə başlayır, pambıq yığdırırdı. Yavaş-yavaş qızlar da ona baxmağa başladılar. Çirkin olduğuna görə əvvəllər heç kəs ona məhəl qoymurdu. Qızlar öz aralarında "yassarın biridir, üzünə baxanda adamın ürəyi bulanır, - deyirdilər, -ev-eşiyi də yoxdur, bir həsirdir, bir də Məmməd Nəsir".
     Qurban kolxoza girəndən sonra ev-eşik tikdirdi. Əyin-başını düzəltdi, hətta özünə yaxşı bir at da aldı. O, hər gün atını minib kəndin arası ilə çapanda, ya da briqada üzvlərini işə çağıranda, qız-gəlinlər onun dalınca baxmağa başladılar.
     -Yamanca qoçaqlaşıb, amma bilmirsan niyə evlənmir?
     -Ona kim gedər? Qapqara şeydir.
     -Kişi gözəl olmasa da olar. Ağlığı nəyə gərəkdir, üzündə qatıq doğramacı yeməyəcəklər ha...
     -Ay qız, deyəsən, ürəyinə yatır?
     -Pis oğlan deyil ki... Qızlar gülüşür, onun kimi istəyəcəyini gözləyirdilər. Sayalı isə heç nəyə fikir vermədən işləyirdi. Amma bir gün kənddə heç kəsin ağlına gəlməyən bir hadisə baş verdi...
     Kəndin suyunu kəsmişdilər. Görünür, arxı təmizləyəcəkdilər. Qız-gəlinlər səhər tezdən durub, kənddən xeyli aralı axan çaydan su gətirməyə gedirdilər. Hələ nişanlı seçməyən qızlar səhəngi götürməzdən əvvəl özlərinə sığal verir, qaş-gözlərini düzəldir, gəlinlər onlara sataşır, qarılar isə qibtə ilə cavanlara baxır, öz aralarında pıçıldaşırdılar. Çay kənarına səpələnən qız-gəlin səhəngləri doldurur, hərdən bir-birinin üstünə su atıb zarafatlaşırdılar. Qaqqıltı hər yeri bürüyürdü.
     Sayalı qabı yenicə doldurub kənara qoymuşdu ki, kənd tərəfdən qarı tozlaya- tozlaya gələn kəhər atlı bir oğlan çaya yaxınlaşdı. Yaxası açıq idi. Şinelinin uzun ətəkləri havada yellənirdi. Uzaqdan baxanda adama elə gəlirdi ki, nəhəng bir quşdur, qanadlanıb uçmaq istəyir.
     Qızların yanından güllə kimi ötən at, özünü suya saldı. Nazik buz çilik-çilik oldu. Oğlan atının başını çəkib, ağzını çay yuxarı saldı. Kəhər başını dik tutub suyu yardı. Daşları şaqqıldada-şaqqıldada iki-üç dəfə çay yuxarı gedib-gəldi. Sahibinin arzusunu bilirmiş kimi sonra birbaş qızların üstünə cumdu. Qızlar çığırışıb ətrafa dağıldılar. Ancaq Sayalı yoldan çıxmadı. Kəhər ona toxunub keçdi.
     -Ciyəriyanmış, elə bil havalanıb, gözü ayağının altını görmür. Oğlan atın başını qanırıb geri qayıtdı. Düz Sayalının qabağında dayandı. Gəlinin dolu sinəsi tez-tez qalxıb enir, burun pərələri genişlənirdi. Yanaqları soyuqdan və həyəcandan qızarmışdı.
     -Məni cin atına mindirmə!
     -Neylərsən?
     Sayalı gözlərini süzdürüb qaşlannı çatdı və altdan yuxarı ona elə baxdı ki, oğlan titrədi: elə bil Sayalını birinci dəfə görür, onun qaynar gözlərinə ilk dəfə baxırdı. Oğlanın qanı üzünə vurdu.
     -Vallah, bu saat atın tərkinə alıb apararam.
     -Bəyəm halvadır?
     -Su içimi kimi.
     Sayalının həyəcanı daha da artdı. Dəyirmi papağını gözünün üstünə basmış oğlana və yüyəni çeynəyib fınxıran ata baxdı.
     -Yolunla düz get, Qurban, el içində özünü də, məni də biabır eləmə.
     Onun səsi titrədi. Bunu hiss edən Qurban daha da ürəkləndi.
     -Demək əlinin dalını yerə qoyursan?
     Sayalı dik onun gözünün içinə baxdı. Gülümsündü, yanaqları çökəldi, dirsəyini Qurbana göstərib şaqqıldadı.
     -Başa düşdünmü?
     Qurban heç nə demədən atı məhmizləyib onun üstünə şığımaq istədi. Kəhər yerindən tərpənməmiş Sayalı geri sıçradı. Havalanan at Qurbanı götürüb xeyli aralandı. Qızlar gülüşdülər. Qurban gözdən itəndən sonra qara kəlağayılı, göy koftalı bir qız Sayalıya yaxınlaşdı.
     -Qurban kişi kimi sözünün üstündə durub səni aparsaydı, nə yaxşı olardı! Sənə söz düşmür, kəs səsini!
     -Heç çığır-bağır salma, ay Sayalı bacı, pis oğlan ha deyil. İstəsə elə gedərsən ki, vallah, ürəyin tökülür.
     Bir neçə gün sonra kəndə səs yayıldı ki, Qnrban Sayalını aparıb... Onlar pis dolanmadılar. Elə ilk gündən Sayalı Qurbana kömək etməyə, briqadanın yazı- pozu işlərini düzəltməyə, əmək günlərini hesablayıb nizama salmağa başladı. Az sonra Sayalı Qurbanı gecə məktəbinə göndərdi. "Mən oxuya bilmədim, sənsə oxu" - dedi. O, Qurbana dərslərində də kömək elədi.
     İllər dolandı, uşaqları oldu. Qurbanın vəzifəsi yavaş-yavaş böyüdü; onu kolxoz sədrinə müavin seçdilər. Ancaq müharibə hər şeyi yarımçıq qoydu. Qurban əsgər getdi.
     İlk günlər Sayalı çox darıxdi. Evə baş sala bilmədi. Uşaqlara baxdıqca gözləri doldu. Hər gün doqqaza - poçtalyonun qabağına yüyürdü, Qurbandan gah hər gün məktub gəlir, gah da aylarla xəbər-ətər olmurdu. Onun məktubları həmişə şikayətlə dolu olurdu. Soyuğa, əziyyətə dözə bilmədiyini yazırdı. Sayalı hiss edirdi ki, əri döyüşdən çox evə qayıtmaq haqqında düşünür.
     Sayali bəzən gecə səhərə qədər yata bilmir, yerinə qor dolmuş kimi o üz-bu üzə çevrilirdi. Bayırda külək əsən kimi diksinir, adi bir taqqıltıdan oyanır, çox vaxt alt paitarında eşiyə çıxıb çovğuna, qara baxırdı. Qayıdıb yerinə girdikdən sonra da yata bilmirdi. "Görəsən indi hardadır? Bu soyuqda səngərdədir, düzdədir? Yazıq necə dözür? Sağ-salamat qayıdıb gələcəkmi?" O, hər gün qəzetlərə baxır, kənddə gedən söz-söhbətə qulaq verirdi. Kiminin yaralandığını, kiminin qəhrəmanlıqla vuruşub orden aldığını eşidir, onun da ürəyində şirin ar- znlar doğurdu. Qurbanın haqqında şad xəbər eşilmək, bir qadın kimi əri ilə fəxr etmək istəyirdi.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (01.08.2015) | Müəllif: R.C E W
Baxış: 766 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more