Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

İsmayıl Şıxlı yaradıcılığı- Seçilmiş əsərləri (1-ci cild)

OXUNAN VƏ SEVİLƏN YAZIÇI


     Azərbaycan nəsrinin tarixi daha əvvəllərə gedib çıxsa da, ədəbiyyatın bu qolunun inkişafı, heç şübhəsiz, XX əsrə aiddir. XX əsrə qədər nəsr yazmış cəmi bir neçə yazıçının adını çəkə bildiyimiz halda, bu əsrdə yaşayıb-yaratmış nasirlərin böyük bir siyahısını tutmaq mümkündür. Onların da əksəriyyətinin yaradıcılığı sovet dövrünə təsadüf edir. Bu yazıçılardan biri də tamamilə orijinal yaradıcılıq dəsti-xətti olan İsmayıl Şixlıdır (1919-1995).
     İsmayıl Şıxlının adı Azərbaycanda həm bir yazıçı, həm də bir ictimai-siyasi xadim kimi kifayət qədər geniş tanınır. Yaşlı və orta nəslin nümayəndələri arasında onun heç olmasa "Dəli Kür"ünü və bir sıra kiçik hekayələrini oxnmayan adam tapmaq çətindir...
     İsmayıl Şıxlı haqqında yazanların çoxu onun ədəbiyyata 1938-ci ildə "Quşlar" şeri ilə gəldiyini qeyd edirlər. Bu, həqiqətən belədir. Amma "heç olmasa bircə şerim dərc olunaydı... " arzusu hayata keçsə də, elə həmin gün, şeri "Ədəbiyyat qəzeti"ndə dərc olunanda, şair olmaq sevdasına o özü birdəfəlik xitam verdi. Sonralar o, bunu belə xatırlayacaq: "Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şerim çıxdı; kədərlənirdim - heyf ki, bir də şeir yazmayacağam... "
     Bu, özünə inamsizliq deyildi, yox. bu, təxminən 20 yaşında olan bir gəncin öz imkanlarını qiymətləndirə bilmək, yazdıqlarına tənqidi yanaşmaq qabilliyyəti və bir də qətiyyəti idi. Gənc İsmayılın təbiətindəki bu iki xüsusiyyət ömrü boyu, lap son gününə kimi onu tərk etmədi. Ağayana, son dərəcə təvazökar və müdrik İsmayıl Şıxlı şəxsiyyətinin kökündə bir də bu durur.
     Niyə "bir də"? çünki bu onun yeganə xüsusiyyəti deyildi. İsmayıl Şıxlı səliqəli, zəhmətkeş və əqidəli bir insan idi. Onu nasir, romançı kimi formalaşdıran da xarakterinin məhz bu cəhətləri idi.


***


     İsmayıl Şıxlı çox ağır, lakin olduqca maraqlı bir həyat yolu keçib. Bu yola ötəri də olsa, nəzər salmağına dəyər. Rəsmi sənədlərdə İsmayıl Şıxlınnı 1919-cu il mart ayının 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olduğu yazılır. Amma əslində bu, belə deyil; çoxları yaşlarını azaltdıqları halda, onun yaşını düz 3 il artırmışdılar. Çünki Kosalar kənd məktəbində ibtidai təhsilini başa vurduqdan sonra 1934-cü ildə valideynləri onun Qazax Pedaqoji Texnikumuna daxil olmasını məsləhət bilirlər. İsmayılın onda cəmi 12 yaşı vardı; bu yaşda onu, çətin, texnikuma götürəydilər. Odur ki, fıkirləşib yaşını artırdılar.

     İsmayıl Xülasə, 1936-cı ildə balacaboy, çəlimsiz İsmayıl Qazax Pedaqoji texnikumunu bitirib bir il Kosalar məktəbində müəllimlik edir. Lakin burda o, çox ləngimir, ali təhsil almaqçün 1937-ci ildə Bakıya gəlib Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. Burada İsmayıl Şıxlı o dövrün istedadlı gənc şairləri - Tələt Əyyubov, Büyükağa Qasımzadə və Ənvər Əlibəyli ilə dostluq edir. Son dərəcə ağır illər idi o illər-repressiya tüğyan edirdi. İnstitut müəllimlərinin bir çoxu artıq həbs olunmuşdu, yerdə qalanlar isə amansız siyasi təzyiq altında idilər - elə tələbələr də. İsmayıl Şıxlının bəy nəslindən olduğunu, iki gündən bir institut komsomol komitəsinə sorğu-suala çağınlmasını nəzərə alsaq, onun o dövrkü həyatını, keçirdiyi psixoloji sarsıntıları təsəvvür etmək çətin olmaz...
     Bununla belə, gənclik - tələbəlik illərinin oz gözəlliyi, öz romantikası var. İsmayıl Şıxlı da, təbii ki, arzularla yaşayırdı; savadını artırmaqla yanaşı, tənqidçi Məmməd Cəfər Cəfərovun APİ-də təşkil etdiyi ədəbiyyat dərnəyinə gedirdi. Elə ilk yazılarmdan biri olan "Dəli Kür" hekayəsini də o zaman institut qəzetində çap etdirir. Beləliklə, poeziyadan "əlini üzən" İsmayıl Şıxlı ara-sıra özü üçün şeir yazsa da, üz tutur nəsrə. Hətta günlərin bir günü məsləhət almaqçün görkəmli yazıçı Mehdi Hüseynin yanına gedir. Düşündüyünü, qənaətini gizlətməyi xoşlamayan Mehdi Hüseyn onunla açıq danışır; iradlarını deyir, çoxlu mütaliə etməyi, yaradacılığa kiçik hekayələrlə başlamağı məsləhət görür.
     Ürəyində həmyerlisindən tərif, sığal gözləyən İsmayıl Şıxlı bir müddət pərt olur. Amma sonralar özünün də etirafına görə, onun əsl ciddi bir nasir kimi formalaşmasında bu açıq söhbətin rolu danılmazdır.
     1941-ci ildə müharibə başlayır və 42-ci ildə o. cəbhəyə gedir. İsmayıl Şıxlının o dəhşətli müharibə illərində bir döyüşçü kimi keçdiyi yolların xəritəsini sadəcə göz önünə gətirmək kifayətdir ki, onun hansı odun-alovun içindən çıxdığını təsəvvür edəsən; Şimali Qafqaz - Kerç - Belarusiya- Pribaltika - Şərqi Prussiya... Şəxsən mənə, bu sətirlərin müəllifinə Kerç sularının büsbütün al qana bulanmasını, minlərlə cəsədin suların ustündə üzməsini danışanda, mən zahirən çox həlim, mənən humanist bu insanın o dəhşətlərin içindən necə sağ-salamat çıxınasına heyrət etdim. Ömrü boyu da bir dəfə də olsun sinəsinə vurub cəbhə illərində min dəfə ölümlə üz-üzə gəlmysini gözə soxduğunu, öyündüyünü gormədim. Və şübhəm də yoxdur ki, heç kim görməyib.
     1945-ci ilin noyabrında İsmayıl Şıxlı cəbhədən geri dönür. Qələbə ilə qayıdan bu doyüşçünün özü ilə gətirdiyi iki qazanc vardı: mərmilər altında qazanılmış dözüm - mərdlik, kişilik; bir də - barıt qoxuyan cəbhə gündəlikləri...
     İsmayıl Şıxlı Qazaxda bir il müəllimlik etdikdən sonra, doğma institutuna gəlir, aspiranturaya daxil olur. Sonralar o, burda müdafiə edir, elmi dərəcə, elmi ad alır, ən əsası isə, həyatını sevimli peşəsinə - müəllimliyə həsr edir... Təkcə müəllimliyə həsr edir həyatını?
     Bəli, İsmayıl Şıxlı müəllimlik peşəsini, tələbələrin içində olmağı çox sevirdi. Fəxr edirdi müəllimliyi ilə. Amma "Quşlar" adlı ilk dərc olunmuş şerindən sonra o, bir gün də belə, yazıçılıq arzusundan əlini üzməmişdi; qələmdən, bədii yaradıcılıqdan ayrılmamışdı - ömrünün son anına kimi də ayrılmadı. İsmayıl Şıxlı aspiranturada oxuduğu illər (və ondan sonra da) çoxlu mütaliə edir, öz üzərində çalışır (Mehdi Hüseynin sözlərini unutmamışdı), ara-sıra hekayələr, daha çox publisistik yazılar üzərində işləyirdi. Bu da Mehdi Hüseynin məsləhəti idi; bu sərt, amma xeyivxah insan ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə edirdi. Beləcə o, "Həkimin nağılı", "Səhəri gözləyirdik", "Kerç sularında" və başqa hekayələrini, "Raykom katibi" kimi portret oçerklərini, yol qeydlərini və "Daşkəsən" adlı sənədli povestini yazır.
     İsmayıl Şıxlının bu dövr yaradıcılığı haqqında nə demək olar?! Heç şübhəsiz, İsmayıl Şıxlının o illərdə yazdıqları səmimi idi, təravətli idi; sözə qarşı məsuliyyət hiss olunurdu. Amma onun da əsərlərində dövrün, zamanın pafosu aşkar görünürdü. İdeoloji qadağalar yazıçını müəyyən çərçivələrlə məhdudlaşdırırdı: o, həyatı ziddiyyətləri ilə qələmə alabilməzdi; o, təsvir etdiyi insanı daxili aləminin bütün çalarları ilə, tərəddüdləri, zəifliyi ilə göstərə bilməzdi və s. və i.a. Qadağaların çox uzun bir siyahısı vardı. Sovet ideoloqları adi bir həqiqəti anlamaq istəmirdilər ki, müsbət qəhramanın da zəiflikləri ola bilər, o da insandır, müqəvva deyil. Totalitar rejim çox amansız idi; sovet adamının əqidə azadlığının büsbütün əlindən alınmasına baxmayaraq, o daim siyasi təcavüzə məruz qalırdı, bunu dilinə gətirən ziyalı, qələmə alan yazıçı ən azı dəlixanaya salınırdı. Bununla belə, onlar həqiqətin hamısını olmasa da, bir qismini yazırdılar.
     Bütün bunları xatırlatmaqda məqsəd yazıçılarımızın, o cümlədən də İsmayıl Şıxlının hansı şəraitdə işlədiklərini çatdırmaqdır. İsmayıl Şıxlı cəbbədən qayıtdıqdan sonra - ta "Ayrılan yollar"a (1954-55) qədər belə bir şəraitdə, belə bir dövrdə qələmini publisislika sahəsində sınadı və ucqarlarda yaşayan zəhmət adamlarının portretlərini yaratdı, əmək qəhrəmanlıqlarını qələmə aldı.
     On ilə yaxın ən müxtəlif mövzularda hekayələr, publisistik əsərlər yazan İsmayıl Şıxlını geniş oxucu kütləsinə tanıdan, sevdirən 1955-ci ildə "Azərbaycan" jurnalında çap etdirdiyi "Ayrılan yollar" romanı oldu; bu əsər o zaman əl-əl gəzirdi. Ədəbi ictimaiyyət də onu çox yaxşı qarşıladı. "Ayrılan yollar" 1941-45-ci illər müharibəsindən sonra Azərbaycanda gedən dirçəlişdən bəhs edir. Yazıçının təsvir etdiyi kənddə yeni dövrün İmran, Zeynəb, Nəsib kimi nümayəndələri köhnə fikirli Kosaoğlu, Kazım, Musa və Şahnaza qarşı çıxırlar; belə bir konflikt üzərində qurulub roman. İsmayıl Şıxlı "Ayrılan yollar"da dövrün ideoloji çərçivələrindən çıxmağa müəyyən cəhdlər göstərmişdi, amma buna hələ tam nail ola bilməmişdi və ola da bilməzdi. Nizami Cəfərov demişkən: "Çünki 50-ci illər hələ davam edirdi, 60-cı illər isə hələ qabaqda idi..." Bununla belə, "Ayrılan yollar" İsmayıl Şıxlının çoxplanlı roman yazmağa qadir istedadlı bir yazıçı olduğunu göstərdi.


***


     İ.V.Stalinin ölümündən sonra ölkədə siyasi ab-hava tədricən dəyişməyə doğru gedirdi. N.S.Xruşşov şəxsiyyətə pərəstişi ifşa etdikdan sonra isə totalitar rejimin soyuq buzu bir qədər də əridi. Ədəbiyyat sosializm realizmin məngənəsindən yavaş-yavaş qurtulurdu. Yazıçılar artıq keçmişlərlə müqayisədə azad nəfəs alır, illərdən bəri əlçatmaz bir arzu kimi ürəklərində gəzdirdikləri mövzuları, dilə gətirməyə cürət etmədikləri fikirləri, sözləri üzə çıxarırdılar. Amma hələ qorxa-qorxa, ehmal-ehmal. Elə bu vaxt ədəbi mühitin sakit, aydın səmasında sanki şimşək çaxdı; 1962-ci ildə "Azərbaycan" jurnalında (Ns 6, 7, 8) İsmayıl Şıxlının yeni "Dəli Kür" romanının I hissəsi çap olundu. Özünə qarşı həddindən artıq tələbkar olan, hər cümləsinin üstündə əsən, yüz ölçüb bir biçən İsmayıl Şıxlı, sən demə, neçə illər imiş ki, iki otaqlı mənzilnıin bir küncünə çəkilib bu əsəri yazırmış. Belə bir əsər naminə özünü könüllü snrətdə çox şeydən məhrum etməyinə dəyərdi. "Dəli Kür" oxucuların hədsiz marağına səbəb olmuşdu. Bütün daxili ziddiyyətlərinə baxmayaraq, əsərin baş qəhrəmanı Cahandar ağa hamını əfsunlamışdı. Həmkarları da yazıçını bu uğuru münasibəti ilə təbrik edirdilər. Belə bir vaxtda İsmayıl Şıxlı üçün ən yüksək qiymət, özünə ustad bildiyi Mehdi Hüseynin 1962-ci ilin noyabrında ona göndərdiyi məktub oldu. Mehdi Hüseyn yazırdı; "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı".

     Hamı səbirsizliklə romanın ardını gözləyirdi. Əsəri tamamlamaq üçün İsmayıl Şıxlıya daha dörd il vaxt lazım gəldi. Nəhayət, 1966-cı ildə "Azərbaycan" jurnalında romanın N hissəsi dərc olundu. İllər keçəcək, "Dəli Kür"ün yaranıb ədəbiyyatımızın faktına çevrilməsini Nizami Cəfərov belə mənalandıracaq: "Dəli Kür" onlarla povestlərin, romanların milli təfəkkürümüzdə yaratdığı mənəvi səhradan axıb keçdi və ona can verdi". Bu, həqiqətən belə idi; sovet ideologiyasının tələb etdiyi mövzulardan, hazır sxemlərdən, konflikt, ziddiyyət görüntüsü yaratmaq xatirinə istehsalat mövzusunda uzun-uzadı soyuq, cansıxıcı mübahislərdən oxucular da, elə yazıçıların özləri də bezmişdilər. "Dəli Kür" və 60-cı illərdə bir-birinin ardınca yazıları ən yaxşı povest və romanlar Azərbaycan nəsrində yeni bir dönüş mərhələsi oldu. Yazıçılar indi mövzu seçimində, yaradıcılıq axtarışlarında nisbətən sərbəst idilər.
     Soruşula bilər: siyasi iqlimin yumşalmağa başladığı bir vaxtda İsmayıl Şıxlı niyə müasir mövzuya yox, məhz tarixi mövzuya müraciət etdi? Zənnimcə, bu, başadüşüləndir. Çünki, uzun illər idi ki, sovet ideologiya maşını xalqların milli özünəməxsusluqlarını: onların dinlərini əllərindən almağa, adət-ənənələrini, əxlaq normalarım, həyat tərzlərini mərhələ-mərhələ silib yox etməyə və beləliklə, "sovet xalqı" adı altında bir xalq yaratmağa çalışırdı. Bu maşının gücü azaldıqda ilk olaraq milli mədəniyyətlər - xalqların ən çevik və güclü özünübərpa instinkti fəallaşmağa başlayır; ədəbiyyat milli yaddaşı oyatmaqçün tarixi keçmişə, folklora müraciət edir.
     Bunları xatırlatmaqda mənim məqsədim İsmayıl Şıxlının "Dəli Kür"ünün izlərini onun əvvəlki əsərlərində axtarıb tapmayan və beləliklə, "Dəli Kür"ün az qala möcüzə kimi göydəndüşmə olduğunu söyləyənlərə etiraz etməkdir. Bu əsərin toxumu İsmayıl Şıxlının qan yaddaşında həmişə mövcud olub, sadəcə, əlverişli şərait yarananda - oyanıb, Şıxlı da onu qələmə alıb; xoşbəxtlikdən bu, onun sənətkar kimi yetkinlik dövrünə təsadüf edib - həqiqət budur.
     İsmayıl Şıxlının ən doğma əsəri, şübhəsiz ki, "Dəli Kür"dür; yaratdığı ən güclü obraz isə - Cahandar ağadır. Qəribədir, diqqət etdikdə, Cahandar ağada istənilən qədər mənfı cəhətlər, naqisliklər var: başqasının namusuna sataşır - arvadını götürüb qaçır, rəiyyətə qarşı amansızdır, bacısını qətlə yetirir, yoxsullara yuxarıdan aşağı baxır və sair və ilaxır. Lakin biz ona mənfi obraz kimi baxmırıq, nifrət etmirik ona. Hətta. dəyişən zəmanədə təklənmiş dağ cüssəli Cahandar ağaya acıyırıq. Bir sözlə, o, faciəvi obrazdır. Mən burda mütləq görkəmli filosof-tənqidçi Asif Əfəndiyevin bu obrazla bağlı çox dəqiq fikirlərini yada salmaq istəyirəm. O yazirdı: "Yarımçıq ehtirasların, yarımçıq mərdliyin, yarımçıq xeyirin, "nəzakətli" bədəməlliyin, pambıqla baş kəsməyin... antipodu dəli Cahandar". - Onu oxucuya sevdirən cəhətləri necə də ustalıqla deyib... Və ya: "Cahandar ağa quru, ehtirassız, namərd, zavallı adam deyil". Cahandar ağanın rəğbət doğuran xüsusiyyətlərini əsl seleksiyaçı kimi necə də həssaslıqla, zərrə-zərrə toplayıb "sapa düzüb".
     Tənqidçi sonra obrazin faciəsinin kökünü müəyyən edir, yazır: "Cahandar ağa başa düşmüşdür ki, artıq dəyişməyə doğru gedən zəmanədə ona, onun idealına, həyat tərzinə yer yoxdur. Buna görə də Cahandar ağanın mənəvi ölümü fiziki ölümünü qabaqlayır". Nəhayət, yekun: "Cahandar ağa tarix tərəfindən məhvə məhkum edilən şəxsiyyətdir. Onun həyat idealı məhdud, fəaliyyəti birtərətli və qeyri-kamil, qayəsi ibtidaidir. Lakin o, qəribə bir şeriyyəti, qəribə bir gözəlliyi və ahəngi də özüylə bərabər Kürün dalğalarına tapşırdı".
     Bax, bu "qəribə"ləri görən də, ustalıqla oxucuya çatdıran da İsmayıl Şıxlı qələminin qüdrəti, İsmayıl Şıxlının sənətkarlığıdır.
     "Dəli Kür" haqqında yazan bəzi tənqidçilar (roman haqqında saysız-hesabsız məqalələr yazılıb) onu "gərgin dramatik foqquşmalar, qüvvətlli xa-rakterlərromanı" adlandırırlar- tamamilə düzdür. Bəziləri "feodal geriliyinin təsvirini" görürlər romanda - qoy görsünlər. Başqaları Cahandar ağaya "dəliqanlı və zalım mülkədar" deyirlər - onlar da müəyyən mənada haqlıdırlar. Amma bütün bunlar bir o qədər də əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, İsmayıl Şıxlı Cahandar ağa kimi son dərəcə sanballı ölməz bir obraz yaratmağa müvəffəq olmuş, Azərbaycan ədəbiyyatı xəzinəsinə "Dəli Kür" kimi başdan-ayağa milli ruhla aşılanmış dəyərli bir roman vermişdir.


***


     İsmayıl Şıxlı az yazan, amma yaxşı yazan yazıçılardan idi. "Dəli Kür"dən sonra o, uzun müddət iri həcmli nəsr əsəri yazmadı. Düzdür, arada "Cəbhə gündəlikləri"ni çapa hazırladı, hekayələr yazdı, amma oxucu ondan "Dəli Kür" kimi köklü-köməcli, dolğun xarakterlərlə zəngin, geniş panoramlı roman gözləyirdi. Haqqı da vardı, axı, yazıçı özü söhbətlərində, müsahibələrində inqilabdan sonra, 20-ci illərdə Azərbaycanda baş vermiş hadisələri əhatə edəcək bir əsar yazmaq fıkrində olduğunu bildirmişdi və hətta gələcək romanının adını da elan etmişdi. "Qanlı təpə" adlanacaqdı həmin əsər. Lakin mühüm arxiv sənədlərinə əlinin çatmaması, hələ də qapalı cəmiyyətdə yaşamağımız, inqilabın beşiyi Moskvadan asılı olmağımız, "böyük qardaş" faktoru ona bu niyyətini həyata keçirməyə imkan vermədi.
     Bımunla belə, "Doli Kür"dən souuncu əsəri "Ölən dünyam"a qədər olan dövrü mən İsmayıl Şıxlının həyatında çox mühüm bir mərhələ sayıram. Bu illərdə o, yenə də müəllimliyini davam etdirdi, kinoda, teatrda qələmini sınadı, "Azərbaycan" jurnalının tarixində seçilən redaktorlardan oldu, Yazıçılar İttifaqına rəhbərlik elədi və artıq dediyim kimi, hekayələr yazdı və "Cəbhə gündəlikləri"ni çapa hazırladı. Gündəliklari o, 1942-ci ildən - cəbhəyə gedən gündən yazmağa başlamışdı; uzun illər onların əsasında müharibə haqqında roman yazmaq fikrindəydi. Amma roman yazmadı, bir balaca əl gəzdirib, demək olar ki, olduğu kimi adi bir döyüşçünün cəbhə gündəlikləri - qeydləri şəklində çap etdirdi. Barıt qoxusu gələn gündəliklərin çox boyük əks-sədası oldu. hissəsini sürətlə nəql edib keçir. Yazıçı bunu bilə-bilə edir, diqqətini ikinci-üçüncü dərəcəli heç bir şeyə yayındırmır; məqsəd əsərin qayəsini qabartmaqdır. Qayə isə bundan ibarətdir: Azərbaycan xalqına kənardan zorla qəbul etdirilmiş siyasi sistem onun həyatında saysız-hesabsız məhrumiyyətlərə, ölümlərə, faciələrə səbəb olub. "Ölən dünyam" romanı çox dəqiq tapılmış və böyük ustalıqla qələmə alınmış simvolik bir sonluqla bitir. Əsərin qəhrəmanlarından biri, elindən-obasından didərgin düşmüş Həsən ağa uzun illərin ayrılığından sonra dönüb yurduna qayıdır, çinar ağacının altında oturub kürəyini onun gövdəsinə söykəyir və gözlərini yumub bir zamanlar öz əli ilə əkdiyi bu əzəmətli ağacın rişələri ilə əbədi olaraq doğma torpağına qovuşur.
     Çox təsirli səhnədir, amma burda bir təskinlik işartısı, bir ümid rüşeymi var; torpağa qovuşmaq - əbədiyyətə qovuşmaqdır. Torpaqsa əbədidir. Ən güclü tufanlar, qasırğalar belə toz-tozanaq qaldırsa da, torpağın üstündəkiləri uçurub-dağıtsa da - torpaq yerində qalır. Kanardan gətirilmiş zorakı inqilablar da elədir - saysız-hcsabsız insan ölümü, müsibətlər, faciələr hesabına cəmiyyətdə xırda- para nələri isə dəyişə bilsə də, xalq mənəviyyatını, xalq ruhunu tamam məhv edə bilmir. Belə olmasaydı, adət-ənənalərimiz, dilimiz, başqa milli dəyərlərimiz bu günə kimi yaşamazdı. "Ölən dünyam" romanını oxuyub qurtardıqdan sonra, ister-istəməz, məhz bu sayaq düşüncələrə qapılırsan...
     İsmayıl Şıxlı macal tapıb "Ölən dünyam" romanının son nöqtəsini qoymaqla, 50 illik yaradıcılıq yoluna da yekun vurdu. Və sanki bundan sonra o da qəhrəmanı Həsən ağa kimi rahatlıq tapıb dünyasını dəyişdi, əbədiyyətə qovuşdu.
     Tez-tez eşidilən belə bir deyim var, deyirlər: "yazıçının əsərləri oxunursa, deməli, o, yaşayır". Bunun belə olub-olmadığını mən bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı - əsərləri oxunan və sevilən yazıçıdır...

 

İntiqam Qasımzadə


AYRILAN YOLLAR
1


     Gün qalxdıqca gecə şaxtadan donan yollann qan əriyirdi. Arxlann kənanndakı buzlar istinin təsirindən çatlayıb ovxalanırdı. Göz işlədikcə uzanan düzlərin üzərinə yorğan kimi sərilən qar nazilir, bəzi yerlərdə isə yuxalıb xal-xal olurdu.
     Şəhərdən çıxıb uzanan asfalt yol ağ çölləri qara xətt kimi yanb keçirdi. Yaz aylarında gurlayıb-çağlayan Alagöz çayı indi sap kimi nazilib sakit-sakit axırdi. O tayda, bağların içində kənd evləri görünürdü. Bacalardan burula-burula qalxan tüstü duman kimi kəndin üzərinə yayılmışdı. Uzaqdan qara nöqtələri andıran heyvanlar çöllərə səpələnmişdi.
     Qatardan düşəndən sonra çamadan əlində şəhərin kənanndakı təpədə dayanmış İmran birdən gülümsündü. Aynlıqdan sonra doğma yerlər ona daha gözəl göründü. Ətrafdakı ağaclar, çayın üzərindəki dəmir körpü, yolun kənanndakı qoşa çinar belə İmrana əziz və mehriban gəldi. O, aşağı endi. Körpünü keçib asfalta çıxdı. Maşınlara əl qaldırmadan, doğma yerlərə doyunca baxmaq məqsədi ilə sağa burulub kənd yoluna düşdü. Donu açılan yolun palçığı saqqız kimi ayağa yapışırdı.
     İmran palçığa düşməmək üçün yaxındakı arxın yaxası ilə getdi. Bir azdan o üzə adlayıb, qarla örtülü qoruğa keçdi. Qar ayaqlarının altında xarıldayır, islanmış ot kökləri əzilirdi. Arxın dumduru suyu sır-sır buzlan yığışdınb apardıqca, onlar çiliklənmiş şüşə kinü cingildəyirdi. Qar adamin gözünü qamaşdırırdı.
     Bu cığır İmrana çoxdan tanış idi. Məktəbdə oxuduğu vaxt, qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla gəlib-gedərdi. İmran dayanıb qərb tərəfdəki Dəlidağa baxdı. Sonra sarı meşin paltosunun cibindən papiros çıxardıb yandırdı və yoluna davam etdi.
     Aram-aram vurulan zəng səsi onu fikirdən ayırdı. Başını qaldırıb ağ daşdan tikilmiş böyük məktəb binasına baxdı. Həyəti səs-küylə dolduran uşaqlar bir- birini qovur, qar topu oynayırdılar.
     İmran öz uşaqlığını xatırladı. Məktəbə gedib-gəldiyi günləri, qışda bir- birlərini qara basdıqlarını, yaz aylarında çəmənlikdə oynayıb, kolların dibindən bənövşə yığdıqlarını yadına saldı. Onlar hər səhər günəşlə birlikdə oyanar, al- əlvan çiçəkli meyvə ağaclarının altından keçərək məktəbə gedərdilər. Zəngdən əvvəl ınəktəbin həyətində qoşa-qoşa gəzərək dərslərini təkrar edərdilər. Uşaqların səsləri bir-birinə qarışardı. Tənəffüslərdə həyətə qaçar, turnikdə fırlanar, top-top oynayardılar. Havanın ətri otaqlara dolur, sinfi bəzəyən qızılgüllərin rayihəsinə qanşıb adamı məst edirdi. Hələ qızlar!.. Onlar yenicə açılan güllərdən daha təravətli olurdular. Gözləri qaynayır, yanaqlan rəngdən- rəngə düşürdü. Aşağı sinifdə oxuyarkən atılıb-düşərək dəcəllik edən bu şıltaq qızlar, doqquz-onuncu siniflərdə ağırlaşır, adam çox olan yerlərdə özlərini sakit aparır, tək qalanda isə yenidən şaqqıldayıb gülürdülər. Umu-küsülər, mübabisələr, qaşqabaq töküb dodaq büzmələr o qədar olurdu ki!
     "Eh, uşaqlıq!" - deyə pıçıldayan İmran kəndin ortasından kcçən arxm üstündəki korpüyə yaxınlaşdı. Qabaq tərəfdən gələn bir qız İın-ranı görcək kolağayısını düzəltdi, başmı aşağı salaraq, ötüb keçmək istədi. İmran cığırdan kənara çıxdı. Nəyi isə səliqə ilə qəzetə büküb qolu üstündə sinəsine sıxan qız, onun bərabərinə çatanda gözaltı trara-na baxdı. Birdən onun iri qara gözləri təoccüblo genişləndi. Ayaq sax-layaraq, gülümsədi. Yanaqları daha da allaşdı.
     -İmran, sənsən?
     İmran qımışdı.
     -Xoş gördük, Zeynəb.
     Qız gözlərini yerdən ayırmadan dinməzcə onunla görüşdü. İmran başdan- ayağa qızı süzdü. Zeynəb xeyli dəyişib gözəlləşmişdi. İmran Zeynəbi uşaqlıqdan tanıyırdı. O, məktəbdə həmişə dəcəllik etməyi, kiçik bir bəhanə tapıb adamlara sataşmağı, müsahibinin utandığını, yaxud da azacıq tutulduğunu görəndə şıltaqlıq edərək, gülməyi çox sevərdi. İmranın özü də çox zaman onun zarafatına dözə bilməyib qaş-qabağını sallardı. Bunu görən Zeynəb: "İmran, sən allah, həmişə belə dur, qaşqabaqlı olmaq sənə yaman yaraşır, onda mənim səndən daha çox xoşum gəlir" deyər və gülməyini güclə saxlayardi. İmran daha da əsəbiləşib:
     -Sən bu xasiyyətindən nə vaxt əl çəkəcəksən? - deyərdi.
     Zeynəb şıltaq uşaq ədası ilə:
     -Allab verən xasiyyəti dəyişmək olarmı? - deyərdi.
     Çox vaxt də İmranın anası Tükəzban xala söhbətə qarışardı:
     -Ay şeytan, gədədən əl çəksənə, nə istəyirsən?
     İndİ İmran, qarşısında dayanan Zeynəbə baxırdı. Onun ayağında uzunboğaz rezin çəkmə, əynində göy mahud palto, başında yaşıl yelənli qara kəlağayı vardi. Hiss olunurdu ki, uşaqlıq günlərindəkindən fərqli olaraq, indi Zeynəb üst-başını səliqəyə salmış, həmişə gözünün üstünə tökülən saçını sığallamışdı.
     -Biz elə bildik sən daha buralara gəlməyəcəksən. Tükəzban xala hər gün arxanca gileylənirdi, - deyə o, sükutu pozdu.
     -Heç elə şey olarmı?
     -Niyə olmur, böyüyüb kəndi bəyənməyənlər azdırmı?
     -Məni nahaq yerə onlara oxşadırsan.
     -Sən göydən düşməyibsən ki, - nəhayət, Zeynəb nəzərlərini yerdən çəkib onun üzünə baxdı, - heç səndən də gözüm su içmir.
     O həmişəki kimi astadan, ancaq ürəkdən güldü. İmran azacıq pərt oldu: "Bu qız heç vaxt düzəlməz".
     Zeynəb elə bil birdən-birə dəyişdi. Bir az bundan əvvəl utanıb qızaran qızdan əsər qalmadı. Gözünün ucu ilə İmranın çamadanına baxdı.
     -Elə indimi gəlirsən? Yəqin Tükəzban xalanın xəbəri yoxdur.
     Qaçıb muştuluqlayacam.
     -Lazım deyil.
     Zeynəb üz-gözünü turşutdu:
     -Düz deyirsən, sənin gəlməyin heç muştuluğa dəyməz.
     İmran təəccüblə ona baxdı. Zeynəb isə uğundu. İmran onun yeni bir söz deyəcəyindən qorxaraq tez çamadanını götürdü.
     -Burda niyə durmuşuq, qayıt, bizə gedək.
     Zeynəb yol uzunu oğrun-oğrun onu süzdü. Birdən dayandı. Diqqətlə İmranın üzünə baxdı. Qızın gözlərində aşkar seçilən şıltaqlıq, dodaqlarındakı kinayəli təbəssüm onun nəyəsə hazırlaşdığını göstərirdi. Doğrudan da elə oldu. Zeynəb qaşlarını dartaraq:
     -Bo-o-y. Ay İmran, nə yaman qaralıbsan, - dedi.
     İmran burnunun ucuna qədər qızardı. Zeynəb isə vəziyyətini pozmadan şaqqıldayıb gülür, sanki müsahibinin pərtliyindən həzz alırdı. İmran özünü topladı.
     -Mən əvvəldən qarayam. Qara adamın nəyi qaralacaq?
     Zeynəb daha ucadan qəhqəhə çəkdi və hiyləgərcəsinə gözlərini oynatdı:
     -Ürəyini sıxma. Evinizdəkinin xoşuna gələrsən. Yəqin ki, sorağını alıbsan...
     İmran ona cavab vermək istəyirdi ki, Zeynəb qaça-qaça yolu keçib, ətrafı çəpərli evə yaxınlaşdı. İmran doqqazdan keçib gələnədək Zeynəb çəpərin tapdanmış yerindən adlayıb həyətə girdi. Hələ eyvana yaxınlaşmamışdan; "Ay Tükəzban xala, - deyə çağırdı, - bir tez ol, eşiyə çıx".
     İçəridən ortaboylu, dolubodənli, saçları ağarmış bir arvad çıxdı. Onun qolları çirməkli idi.
     -Ay qız, nə hay-küy salıbsan?
     Zeynəb, doqqazdan keçib gələn İmranı başı ilə göstərdi:cBir gör kim gəlir!
     Tükəzban xala sakitcə gözlərini qıyıb, gələn adama baxdı və birdən qollarını açıb oğlunun qabağına yüyürdü. İmrana macal vermədən, onun boynuna sarılıb üz-gözündən marça-marçia öpdü.
     -Ömrüm-günüm, nə yaxşı gəldin! Adam da qoca anasını yaddan çıxardarmı? Heç demirsənmi anam təkdir, gedim ona baş çəkim. Bəlkə elə başıma bir iş gəlib?! Gözümün aği-qarası bircə sənsən.
     Anasının kövrəlməsindən İmran da qəhərləndi.
     -Yaxşı, bəsdir. Görürsən ki, gəlmişəm.
     -Xasiyyətini bilmirəmmi, yenə bir gecə qalıb gedəcəksən.
     -Yox, daha heç yana gedən deyiləm.
     Tükəzban xala diqqətlə oğlunun üzünə baxdı. Elə bil onun doğru deyib- demədiyini gözlərindən oxumaq istəyirdi. İmranın üstü xəmirə bulanmışdı. Tükəzban xala sevindiyindən özünü itirib əli ilə xəmirli-xəmirli oğlunun boynunu qucaqlamışdı. Bunu görən Zeynəb gülə- gülə Tükəzban xalanın qoluna toxundu.
     -Bircə belə dur görüm, kişi özünə təzəcə paltar alıb, sən də onu bələm- bələm eyləyibsən. Qoy təmizləyim, yoxsa xoşa gəlməz.
     Zeynəb İmranın etirazına baxmadan onun üstünü təmizlədi, sonra da Tükəzban xalaya üzünü tutdu:
     -İndi ürəyin yerinə düşdümü? Hazır, qəzetdə şəkli çıxanda sənə demədimmi gələcək. Gördün ki, mən deyən oldu. Söz verdi, kişi kimi də sözünün üstündə durdu.
     Tükəzban xala ətəyinin ucu ilə gözlərini sildi.
     -Canım sənə sadağa olsun, ay bala, eşikdə durma, keç içəri, hava soyuqdur, dərdin alım.
     İmran çamadanını gölürüb pilləkəni çixmaq istəyirdi ki, eyvanda dayanan qızı gördü. Boynunu azca yana əyib diroyo söykonmiş bu qızin kolağayısı sürüşüb çiyninə düşmüşdü. Sanşın saçlan tən ortadan aynlmışdı. Telləri yanaqlarında qıvrılmışdı. Nazik, qara qaşları çatılmışdı. Çənəsinin sağ tərəfində, buxağında, balaca xalı da vardı. Qızı başdan-ayağa süzən, onun gözlərinə kölgə salan kirpiklərinə diqqət yetirən İmran qeyri-ixtiyari olaraq: "Zalım balası nə qəşəngdir!"
     -dey’ xəyalından keçirdi.
     Səs-küyə eyvana çıxıb, ana ilə balanın görüşünə tamaşa edən qız isə hərəkətsiz dayanmışdı. Kənarda dayanıb İmranın qiza necə diqqətlə baxdığını müşahidə edən Zeynəb:
     -Niyə durubsan, yuxan çıx, tanış ol! - dedi.
     Öz əlini İmranın iri ovcunda hiss edəndə Nərgiz müəllimənin al yanaqlan xəfifcə qızardı. Zərif dodaqlan azca aralandı. Dişlərinin panltısı dodaqlannda əks olundu. Öz adını deyərkən səsi titrədi. İmrana elə gəldi ki, Nərgiz müəllimənin dalğın gözlərində nə isə bir məhzunluq, məlulluq var.
     Yenə Zeynəbin səsi eşidildi:
     Keçin içəri, hava soyuqdur. İmran dönüb Zeynəbə nə isə demək istədi, amma Tükəzban xala ona macal vermədi. Cavanları içəri apardı. Ocaq qalayıb, çay-çörək tədarükünə başladı. Zeynəb də boş dayanmadı. Tez-tez qapını açıb-örtməyə, gülə-gülə stəkan-nəlbəki silməyə, arabir də İmrana söz atıb, Nərgiz müəlliməyə sataşmağa başladı.
     İmranın gəlişi ilə elə bil ev-eşik canlandı. Tükəzban xala hər dəfə İmranın yanından ötdükcə dönüb baxır, "'boyuna sadağa olum, oğul"- deyə onu oxşayır, siniləri, qazanları danqıldadırdı.
     Nərgiz müəllimə işə qanşdı. Onlar düyü antlamağa başladılar.
     İmran anasını narahat elməmək, yanında oturtmaq ıstədi. Mümkün olmadı. Axırda özü də onlara qoşuldu. Otağı gülüş səsləri doldurdu...
     Qapıda at fınxırdı, kiminsə xınltılı səsi eşidildi. Zeynəb dərhal bayıra çıxdı.
     -Ay qız, harda itib-batmısan? Səhərdən çağırmaqdan boğazım yırtılıb, nə vaxt bu gəzəyənliyindən əl çəkəcəksən?
     Zeynəbin sifəti dərhal ciddiləşdi.
     -Artıq-əksik danışma, de görüm sözün nədir?
     -Sözüm odur ki, az gəz. Sonra da, axşam idarəyə gəl! İclas var. Şəxsən
     Qurban qağa özü tapşırıb.
     -Yaxşı, gələrəm, sonra?
     -Sonra da... - deyə atlı səsini uzatdı və gözünü pəncərədən içəri zillədi. Deyəsən, qulağı nə isə almışdı. - O nə səs-küydür? İçəridə kişimi var?
     –Bəli.
     -Kimdir?
     -İmran...
     -İmran? O, bəyəm buradadır?
     -Bəli, buradadır!
     Bayıra çıxıb hara isə tələsən Tükəzban xala atlını görüb dayandı.
     -Ay oğul, niyə qapıda durursan? Düş atdan, evə gəl. Dərdini aldığım İmran da gəlib. Oturun, söhbət eyləyin...
     -Yox, Tükəzban qarı, - oğlan üz-gözünü turşutdu. - İşim var. Qurban qağa şəxsən məni gözləyir.
     O, atın başını geri döndərdi və sürüb doqqazdan aralandı. Zeynəb otağa qayıtdi. İmran onun tutqun sifətinə baxdı.
     -Xeyir ola, kimlə söhbət eləyirdin?
     -Heç, bizim briqadirlə.
     -Hansı briqadirlə?
     -Xır-xır Kazımla.
     Onlar yenə baş-başa verib düyü təmizlədilər. Birdən Zeynəb dayanıb dıqqətlə İmranın üzünə baxdı.
     -Özün bir şey olmasan da şəkildə qiyamət çıxmışdın.
     -Hansı şəkildə?
     -Qəzetdəkində.
     –Nə qəzet? - deyə İmran qaşlarını çatdı.
     -Özünü niyə bilməməzliyə qoyursan? Bir ay bundan əvvəl çıxmamışdımı? Kəsib saxtamışam, bax budur, - deyə o, cəld ayağa durdu.
     Bayaq qəzetə büküb gətirdiyi kitabı açıb arasından səliqə ilə qatlanmış şəkli çıxartdı. - Hamıdan qəşəng sən düşübsən. Elə qəzeti alan kimi Tükəzban xalanın yanına qaçıb dedim ki, muştuluğumu ver. İmran ərizə yazıb kolxoza işləməyə gəlir. Arvad inanmadı ki, yalandır, o hələ oxuyacaq. Axır şəkli göstərib güc-bəla ilə inandırmışam. Doğrudan şəkildə qəşəng düşübsən, amma.. ,
     O yenə güldü. İmran azacıq qızanb, başı ilə ehmalca Nərgiz müəlliməni göstərdi. "Ayıbdır, yad adam var" demək istədi. Zeynəb onun ürəyindən keçəni dərhal başa düşüb daha bərkdən güldü.
     -Nə olsun, süzün düzünü deyəndə acığın niyə tutur? Qoy elə Nərgiz müəllimə də bilsin ki, özün bir şey deyilsən.
     -Yaxşı, az şitlik elə!
     -Deyəsən, Kosaoğlu kimi doğru sözdən sənin də xoşun gəlmir.
     -Kosaoğluyla nə işin var?
     -Nə tez tərəf durdun? Amma o sənin gəldiyini eşidəndə, ağlım kəsmır ki, sevinsin. Hələ özünü görməmişdən qəzetdəki şəklinə baxıb ağız-burnunu əyirdi.
     İmranın qaşqabağının töküldüyünü görən Zeynəb güldü.
     -Ürəyini sıxma, ona elə sözlər dedim ki, daş dəymiş ayı kimi donquldana-donquldana qaldı.
     -Ağsaqqal kişidir, elə söz danışma. Əlbət zarafat eləyirmiş. Kosaoğlu dünya görmüş kişidir. Gözümüzü açandan onu kolxozda görmüşük. Pis sədr deyil.
     -Sən deyən olsun, - Zeynəb çiynini çəkdi. - Görükən dağın dibi yaxındır.
     Tükəzban xalanın eyvandan səsi gəldi. Zeynəb çayniki götürüb çıxdı. "Bu qızdan heç nə başa düşmürəm" - İmran fikrə getdi...
     Gurhagur yanan dəmir peçin istisi otağı bərk qızdırdı. Çarpayıda, yumşaq yorğan-döşəkdə yatan Qurban Kosaoğlu yuxulu-yuxulu sinəsini qaşıdı, arxası üstə döndü. Qolları çarpayıdan sallandı. Azacıq sonra otağı fısıltı götürdü.

2


     Bədənnüma güzgünün qabağında olurub qaş-gözünə sığal verən Sayalı ərinin səsini eşidib geri döndü. Onun üstünün açıldığını görüb ayağa durdu. Döşəməyə düşmüş yorğanı götürüb onun üstünə ortdü. Onun iri döşləri Qurbanın sinəsinə toxundu. Sayalı xeyli ərinin başı üznrində dayandı. Qurban nəfəs aldıqca qalın dodaqları aralanır, papiros çəkməkdən saralmış dişləri görünürdü. Ətli gözlərinin yanları qırış-qırış idi. Ülgüclə qırxılmış başı yastığın üstündə parıldayırdı. Nəfəs aldiqca xırıldayırdı.
     Sayalı ərini silkələdi.
     -Əyə, yatmaqdan doymadınmı?
     Qurban dodaqlarını marçıldadıb mızıldandı:
     -Sən atanın goru, qoy bir az çimir eləyək.
     -Günorta olub axı, acından-suzundan öldün.
     Qurban yerin içində qurcalanıb, gözlərini açdı. Hava çatışmırmış kimi dərindən nəfəs aldı.
     -Yenə ocağı çatıbsan?
     -Bircə dur. Özünü xora-xoşa qoyma.
     Arvadının xasiyyətini bilən Qurban, yerin içində gərnəşdi. Bərk əsnəyib gözlərini ovuşdurdu.
     Sayalı onun paltarlarını gətirdi. Qurban könülsüz ayağa durdu. Öskürüb boğazını arıtladı. Paltarını geyinib eyvana çıxdı. Arvadı boynu dərili yarımkürkü onun çiyninə saldı.
     Həyətdə qan-tər içində odun yaran Kazım dərhal baltanı kötüyə sancıb qışqırdı:
     –Ay uşaq, kişiyə su gətirin üzünü yusun. - Sonra da irişdi. - Sabahın xeyir, Qurban qağa, deyəsən, yuxudan doymayıbsan.
     -Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi aparırlar. Hər ağızdan bir avaz gəlir.
     -Başına and olsun, düz deyirsən, hərəsi bir hoqqa çıxardır. İllah da Kərim kişi.
     -Əyə, Kazım, o nə adamdır ki, sözünü danışırsan? Ə, işində ol.
     -Bilirəm, sən olan yerdə o nəkarədir? Amma hər işə başını soxur. Kosaoğlu çiynini atıb yenə boğazını antladı və əsəbi halda Kazıma baxdı.
     -Sənə dedim, elələrinin sözünü danışma. Mən Kərim kimilərinin çoxunu yola salmışam. Sən belə işlərə qarışma. Briqadirsən, get briqadirliyini elə.
     Kazım təzim edirmiş kimi aşağı əyildi:
     -O heykel başına and olsun, düz deyirsən, bir də belə işlərə qarışmaram.
     Kosaoğlunım kiçik qızı sarı aftafada su gətirdi. Kazımıı dərhal aftafanı və dəsmalı qızın əlindən aldı.
     -Qaç get evə, üşüyərsən, mən özüm tökərəm.
     Kosaoğlu kürkünü çiynindən alıb Kazıma verdi. O isə dəsmalı sol qolunun üstünə salıb su tökməyə başladı. Kosaoğlu iri ovcunu su ilə doldurub üzünə çırpır, at kimi fınxırıb ətrafa sıçradırdı. Qış, yaz qırxıq olan başından buğ qalxırdı. Üzünü yuyub quruladıqdan sonra Kazımın odun yardığı səmtə baxdı.
     -Deyəsən, qar kəsməyəcək.
     -Canın sağ olsım. Odununuz boldur. Hamısı da fıstıq, palıd. Meşədən məktəbə odun gətirməyə gedəndə şəxsən öz əlimlə seçmişəm. Hələ o biri qışa da çatar. Tezdən gəlib iki-üç günlük yarmışam. Axşam da gələcəyəm. Qoy uşaqlar əziyyət çəkməsin.
     -A kişi, nə əziyyət çəkirsən?
     -Nə zəhməti var, Qurban qağa, odun yarmaq bir böyük iş deyil.
     Kosaoğlu əlini belinə qoyub, həyətdə ilanyalı yığılmış odunlara, iri meyvə ağaclarına, talvarın altındakı yük maşınına, bir az bəridəki "Pobeda"ya baxıb, adəti üzrə boğazını arıtladı. Sonra gümüş qutusunu çıxardıb papiros eşdi və məmnuniyyət ifadə edən nəzərle Kazıma baxdı.
     -Qiyamət oğlansan. Gərək sənin bu yaxşılıqlarının əvəzini çıxam.
     -Əşi, nə yaxşılıq, Qurban qağa? Böyüyünə qulluq eləmək hər kəsin borcudur.
     -Borc öz yerində. Əgər sözümə qulaq assan, lap geroy da olarsan...
     Kazımın gözləri parıldadı.
     -Hə, bəs necə bilirsən, hər şey öz əlimizdə deyil? istəsəm səni lap günü sabah Moskvaya delaqat da göndərərəm.
     -Elədir, Qurban qağa. Şəxsən sənin əl qatdığın işi heç fələk də poza bilməz.
     Kosaoğlu qarşısında dayanmış oğlanı təpədən dırnağa süzdü. Onun dəyirmi papağı gözünün üstünə enmişdi. Ucu şeşmər, qara bığları vardı. Qarabuğdayı sifətinə dənəbir çopur səpələnmişdi. Boyu uca olmasa da, yaraşıqlı idi. Amma beli azca qabağa əyilmişdi. O, həmişə Kosa-oğlu ilə söhbət edəndə qurbanlıq qoyun kimi boynunu büküb, yazıq bir görkəm alardı. Elə buna görə də sədrin ondan xoşu gəlirdi.
     Kosaoğlu qarşısında dayanan briqadirə baxıb gülümsündü:
     -Pambıq əkininə başlanan kimi Yan arxın altındakı xam yeri şumlayıb briqadanın torpağına qatarsan. Suyun gözüdür. Orda bir pambıq olacaq ki, gəl görəsən! Bildin?
     –Bildim, Qurban qağa, ancaq...
     -Nə ancaq?
     -Ora mənim briqadamın yeri deyil.
     -Nə olsun ki? Əkərsən, artıq pambıq götürərsən. Sonra da baxarıq. Keçən il zərərmi çəkdin?
     -Allah ömrünü uzun eləsin, Qurban qağa, sən olan yerdə adam zərər çəkərmi?
     Eyvandakı samovar qaynayıb poqquldadı. Sayalı samovarı götürüb içəri aparmaq istədi. Ancaq Kazım özünü qabağa verdi.
     -Sayalı bacı, qoy mən götürüm.
     -Sənə zəhmət olar.
     -Əşi, nə zəhmət?.. EIə sözü niyə danışırsan, ayıb şeydir.
     O, samovarın qulplarından yapışıb içəri apardı. Gözucu süfrəyə düzülmüş yeməklərə baxıb bayıra çıxdı. Yenə odun yarmağa başladı. Yarım saatdan sonra qapını aralayıb başını içəri saldı.
     -Ay qağa, idarəyə gələcəksənmi?
     -Hə, hə, get Gövhər qarıya kömək elə, peçi-zadı qala.
     -Baş üstə, ay qağa!
     O, qapını örtüb getmək istədi. Amma nə isə xatırlayıb dayandı. Bunu hiss edən Kosaoğlu:
     -Nə var, sözlü adama oxşayırsan?
     -Heç. Elə birdən yadıma düşdü. Dünən İmran gəldi.
     -Hansı İmran, ə, Tükəzbanın oğlu?
     -Bəli.
     Kosaoğlu bir anlığa fikrə getdi. Sonra səsini uzada-uzada soruşdu:
     -Deyəsən, o, ağranomluq məktəbində oxuyurdu?
     -İndi qurtarıb. Özü də deyirlər yaxşı ağranom olub.
     -Olsun də. Guya ki, məktəb qurtaranda mənə ağzı ilə quş tutacaq. İndi məktəb qurtaranların başında beş qəpiklik şey yoxdur.
     -Deyirəm, əşi, doğrudan da bu dünyanın işi lap qəmədiyədir. Ağzı qatıqlı uşaqlar da özünü adam cərgəsinə qatır. Heç dul Tükəzbanın oğlundan ağranom olar?
     -Olanda gəlib xonçamızın başını ha dağıtmayacaq. Heçi ayrı, köçü ayrı, bizə nə var! Qapını ört, get işində ol, mən də bir azdan gələcəyəm.
     Kazım qamətini düzəldib qapıdan çəkildi. Papağını gözünün üstünə endirib nazik bığlarını eşdi. Çəpərin yanında, payaya bağladığı ata yaxınlaşıb belinə sıçradı. Şinelinin ətəyini yığıb idarəyə doğru çapdı.


***


     Gövhər qarı səhər tezdən idarəni silib süpürəndon sonra qapını bağlayıb getmək istədi. Ancaq Nəsib dayı açarı ondan alıb dedı ki, "rayona zəng vuracağam". Gövhər qarı əvvəlcə açarı vermək istəmədi. Kosa- oğlu ona tapşırmışdı ki, "mən olmayanda idarəni açıb içəri adam buraxma". Amma qan Nəsib kimi hörmətli adamın sözünü yerə sala bilməzdi. "İndi mən neyləyim, bu boyda kişiyə necə yox deyim?"
     –Nəsib dayı qapını açan kimi, həyətə toplaşanlan içəri çağırdı. Gövhər qan lap əlacsız qalıb partiya təşkilatçısının qabağında dillənə bilmədi. Nəsib dayı rayona zəng elədi, kiminləsə danışdı, sonra atını minib harayasa getdi. Gövhər qarı içəri toplaşanları bayıra çıxartmaq istədisə də, mümkün olmadı. Əksinə, idarəyə gələnlərin sayı daha da çoxaldı.
     –İndi o, otaqda hərlənib tez-tez çölə baxır, Kosaoğlunun yolunu gozləyir, dilinə kəlmeyi-şəhadət gətirirmiş kimi, öz-özünə "allah, sən saxla" - deyə donquldanırdı. İçəridəkilər isə qızğın söhbət edir, klubdan, tarla düşərgələrindən, əkindən, biçindən danışırdılar. Kərim kişi tez-tez peçə odun qoyurdu. Gövhər qarı gözaltı ona baxır, dişi bağırsağını kəsirdi.
     –Kərim kişi yenə əyilib peçin altındakı odunlardan birini götürdü. Əlindəki yaş əski ilə sədrin stolunun üstündəki şüşənin tozunu silən Gövhər qarı özünü saxlaya bilmədi:
     –-Bircə yerinə qoy, səndən ötrü yarıb yığmamışam!
     –-Bəs kimdən ötrü yığıbsan, ay imanına qurban? - deyə Kərim kişi rişxəndlə soruşdu.
     –Gövhər qarı odunu alıb yerinə qoydu və tərs-tərs Kərim kişiyə baxdı.
     –-Ağzını farağat qoy. Mən səndən ötrü oyun-oyuncaq deyiləm. Bu saat dünyanı başına dar elərəm. Bu zəhrimarı da az fısqırt, indicə kişi gələcək.
     –-Gəlsin də, biz də elə onu gözləyirik.
     –-Bilmirəm viranxanalarında niyə oturmurlar?! Xoruz banından idarəni kəsdirirlər. Özləri də hey danışırlar. Heç çənələri yorulmur.
     –-Qarı deyintisinə ara vermirdi.
     –O, yenə kolxoz sədrinin stolunun ətrafinda fırlanmağa, mürəkkəb-qabılarının, qələmləri səliqəyə salmağa başladı.
     –Qarı kabinetdən çıxandan sonra Kərim kişi üzünü küncdə oturan İmrana tutdu:
     –-Bacıoğlu, sənin dediklərin pis deyil. Amma heç başını ağrıtma.
     –Bizim kolxozda belə şeyləri yada salmasan yaxşıdir.
     –İmran təəccüblə soruşdu:
     –-Niyə?
     –-Ondan ötrü ki, onun xeyrindən çox şəri var.
     –-Kərim dayı, axı mən başa düşə bilmirəm, məhsuldarlığı artırmağın kolxoza nə zərəri ola bilər? Hər hektardan iyirmi yox, əlli, altmış sentner pambıq götürsək, kolxuz zərər çəkər?
     –-Bəli, çəkər, Kərim kişi cadar-cadar olmuş baş barmağı ilə qəlyanın külünü basdı. - Sən, oğul, hələ bizim adamları yaxşı tanımırsan. Elə lap rayonun bəzi rəhbərlərini də deyirəm. İ
     –mran maraqla qocaya baxır, onun boş-boşuna danışmadığını duyurdu. O, lap uşaqlıqdan Kərim kişinin ağıllı sözlər söylədiyini, iclaslarda çıxış edib, heç kəsin ağlına gəlməyən məsələləri açdığını bilirdi.
     –-Kim çux işləyirsə, onu daha çox yükləyirlər. Geridə qalanlarla heç kəsin işi yoxdur, - deyə Kərim kişi sözünə davam etdi. - Sən bu il hər hektardan qırx sentner pambıq verərsən, gələn il əlli olar, o biri il altmışa qalxar. Amma heç kəs fikirləşmir ki, bunu necə becərmək olar. Molla Nəsrəddin kimi elə mıxdakını döyürlər. Geridə qalanların borcunu da qabağa gedənlərin boynuna yükləyirlər ki, rayonun planı dolsun. Amma bir maraqlanan yoxdur ki, niyə kolxozun biri planı doldurur, o biri yox? Bax mən bunu deyirəm, bala. Tutaq ki, bu il bizim kolxoz irəli gedəcək. Raykom Kosaoğlunu çağıracaq. O da sinə-sinə döyüb səksən sentnerə söz verəcək. Sonra deyəndə ki, ay sədr, səksən sentnerdən ötrü filan-filan şeylər lazımdır, qulaq ardına verəcək. Ona nə var, bir "malades"dən ötrü kəndi alt-üst elər.
     –- Bura bax, ağsaqqal vaxtında yenə nə demaqoqluq eləyirsən? - deyə, içəri girən Kazım ucadan səsləndi: - Biz həmişə canla-başla işiəyirik, yenə də işləyəcəyik. Hökumətimiz hər hektardan lap yüzəlli sentner istəsə də verəcəyik...
     –Kərim kişinin gözləri qıyıldı. O, əlində qamçı, qapı ağzında duran Kazıma baxdı.
     –-Əlbəttə, sən lap iki yüz sentner də verərsən.
     –Kazım onun səsindəki kinayəni duymadı.
     –-Verə bilmərəm?
     –-Yüz hektarın əvəzinə yüz əlli hektar əkəndə nənəm də verər.
     –Kazım, ilan çalmış kimi, dik atıldı.
     –-Heç olmasa çal saqqalından utan, yalan danışma!
     –-Bala, saqqalın çallığı baş töhməti deyil. Baş töhməti camaatı aldatmaqdır.
     –-Camaat, - deyə Kazım istehzalı nəzərlə qocanı təpədən dırnağa süzdü. - A kişi, sən kimsən ki, camaat dərdinə qalırsan? Özünə umac ova bilmirsən. özgəyə əriştə kəsəcəksən?
     –Kərim kişi qəlyanını peçin dəmirinə vurub külünü boşaltdı. Tənbəki kisəsini çıxartdı. Adəti üzrə, gözlərini qıyıbbaşını azca yana əyərək briqadirə baxdı. İmran gördü ki, kişinin əlləri əsir.
     –-Düz deyirsən, bala, mən nəçiyəm ki? İndi kolxozumuzun ağası sizsiniz. Amma mən bu kəntdə kolxoz quranda, sinəmi qayalara verib beşaçılan dalında yatanda, qaçaqlarla atışanda sən yalda-yamacda gəzirdin. Əlbəttə, indi mən lazım olmaram. Ağzınız genişliyə çıxıb.
     –Qoca qəlyanı damağına aldı.
     –İmranın kişiyə yazığı gəldi. Onun azacıq əyilmiş beli Kazımın sözlərindən sonra elə bil bir az da əyildi. O, peçin ağzını açdı. Göz götürub qəlyanın üstünə qoydu. "Eh, qocalıq!" - deyib köksünü ötürdü. Bayaqdan olub-keçənlərə göz qoyan İmran söhbəti təzələmək istədi.
     –Elə bu vaxt qarı yara-yara gələn "Pobeda" idarənin qabağında dayandı. Qış- yaz, nədənsə həmişə kürkünü çiynində gəzdirən Kosaoğlu maşından düşüb eyvana çıxdı, gəldiyini xəbər verirmiş kimi, bir-iki dəfə bərkdən öskürdü, hamı dərhal ayağa qalxdı.
     –Kosaoğlu bir anlığa qapının ağzında dayanıb içəridəkiləri süzdü.
     –-Ə, nə olub, ağac başında ha yatmayıbsınız, nə tezdən idarəyə doluşubsunuz? - deyə gülümsədi. Onun salam əvəzinə zarafatla dediyi bu sözlərə təbəssümlə cavab verənlər də oldu. vKosaoğlu yerinə keçib, stolu altına çəkdi. Hələ də ayaq üstə duranları görüb amiranə səsiə:
     –-Ə, oturun, niyə ayaq üstə durubsunuz, - dedi.
     –Gövhər qarı, sədrin yerinə keçib əyləşdiyini görəndə sevindi. "Allah, sənə şükür, deyəsən kişinin bu gün kefi sazdır. Dava, qalmaqal salmayacaq".
     –Kosaoğlu yerini rahatlayandan sonra stolun üstündəki kağızları əlləşdirdi. Sonra telefonun qulpunu hərləyib zəng etdi. Dəstəyi götürüb qulağına yaxınlaşdırdi. Bir iki dəfə "allo, allo" - dedi. Cavab verən olmadı. Qaşqabağını sallayıb fısıldadı. "Bu zalım uşağı da adama bir dəfə düz-əməlli cavab vermir", - deyə öz-özünə deyindi və dəstəyi yerindən asdı.
     –İmran durub sədrə yaxınlaşdı. Kosaoğlu onu yenicə görürmüş kimi yerində qurcalandı.
     –Ə, İmransanmı? Xoş gördük, bala, nə vaxt gəlibsən? - deyə gülə-gülə ona əl uzatdı, - otur, otur, söylı görək nə var, nə yox?
     –Telefon zəngini eşidən Kosaoğlu, sözünü yarımçıq qoyub dəstəyi götürdü.
     –-Hə, haradı? Sıntralnıdı? Hə, mən zəng eləmişdim. Ay qız, Nura, zolotqa, mənə yoldaş prokururu ver. Deyinən sonnon Kosaoğlu danışmaq istəyir... idarədo yoxdur? Evi olsun, neylək.
     –Sədr sakitcə gözlədi. Birdən onun sifəti qəribə şəklə düşdü. Kiçik gözləri qıyılıb daha da balacalaşdı. Yanaqlarındakı qırışlar çoxaldı, iri, qalın dodaqları aralandı, saralmış dişləri göründü.
     –-Sabahımz xeyir, yoldaş Əsədov, sizi narahat edən Kosaoğludur. Bəli? Hə, mənəm, kefımmi? Sağ ol, çox yaxşıdır. Bir də ki, təki sizing kefiniz yaxşı olsun. Biz bir təhər dolanacağıq. A kişi, heç belə şey olar? Hə... elə evdə də deyirəm. Bizi bir yolluq yaddan çıxartdinız ki...
     –A kişi, nə olsun, çovğun-zad qopmayıb ki? İstəyirsiniz maşın göndərim, hə? Yaxşımı? Yox, sakitlikdir. Bir şey olsa xəbər verərəm. Yaxşı.
     –Gözləyəcəyom. Elə uşaqlar darıxıblar. Sağ olun, çox sağ olun. Evdəkilərə salam deyin.
     –Kosaoğlu dəstəyi asıb kabinetdəkiləri qürurla süzdü. Kərim kişi peçin yanından durub sədrin stoluna yaxınlaşdı. Bunu görən Qurban qaşqabağını tökdü:
     –-Bir az gözlə.
     –Kərim kişi Kosaoğlunun onunla danışmaq istəməyib, üzünü yana çevirdiyini görsə də, yerindən tərpənmədi.

 

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (31.07.2015) | Müəllif: R.C E W
Baxış: 1021 | Reytinq: 5.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more