Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mənlə mən arasında
MƏNLƏ MƏN ARASINDA


    Mən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm. 32 il – bir igidin ömrü...
    Aradan 32 il keçib, amma bu hekayələrdən hər birini yazdıran ovqat bütün bu illər boyu mənim yaddaşıma hopub qalıb və indi – bu sətirləri yazdığım 2000-ci ilin küləkli payız gecəsi o ovqatı mən həmin uzun (və bir göz qırpımlıq!) illərin ağrısıacısı və sevinci ilə, itkiləri və qazancları ilə 32 il bundan əvvəlkindən çox fərqlənən hissiyyatımda yenidən yaşayıram.
    Və bu dəm mən sidq-ürəkdən Allaha şükür edirəm ki, 32 ildən sonra bu hekayələri bir yerə toplamağı mənə qismət etdi. Bir də mən öz yazıçı taleyimdən razıyam ki, 32 ildən sonra bu hekayələrdə bircə sözə belə toxunmadan onları vaxtilə necə yazılmış və necə çap olunmuşdusa, eləcə də yenidən nəşr etdirirəm.
    Epoxalar dəyişdi, siyasi-ictimai münasibətlər dəyişdi və mən – oxucudan gizlətmirəm – daxili bir qürur hissi keçirirəm ki, bu hekayələrdə bu gün mənim gizlətmək istəyəcəyim, xəcalət çəkəcəyim, unutmağa çalışacağım bircə söz də yoxdur.
    Bu hekayələrin bir qismi olsun ki, yaxşı hekayələrdir, başqa bir qismi bəlkə də nisbətən alınmayıb, amma onlarda bir zərrəcik də desən, yalan yoxdur. Və bu hekayələr – mövzusundan, yaxşılığından-pisliyindən, yaxınlığındanuzaqlığından asılı olmayaraq, bir yerdə, bir küll halında – mənəm! 32 il bundan əvvəl XXI əsr və üçüncü minillik mənim üçün çox uzaq bir gələcəyin qeyri-real rəqəmləri idi, amma bu gün onlar real həyatımızın göstəriciləridir.
    Bu hekayələr bugünkü Elçinlə əlçatmaz, ünyetməz bir keçmişdə qalmış 32 il bundan əvvəlki o Elçin arasında, bəlkə də, ən doğma bir bağlılıqdır, həmin doğma xətdir ki, o cavan yazıçı ilə, o cavan yazıçının hiss-həyəcanı, qara saçları və məchul bir gələcəyə (bu günə!) tuşlanmış baxışları ilə məni birləşdirir. Mən bu kitabın adını, şirini və acısı ilə bərabər, yaşanmış o illərin ancaq mənə məxsus hiss-həyəcanı şərəfinə «32» qoymaq istəyirdim.
    Amma, bax, indicə qələmi götürdüm və bu hekayələr toplanmış qovluğun üstündə həmin hekayələrdən birinin adını yazdım: «Baladadaşın ilk məhəbbəti». Ona görə yox ki, 1972-ci ildə yazılmış bu hekayə məşhur oldu, əsasında film çəkildi, bir çox dillərə tərcümə edildi, mənim Moskvada rus dilində nəşr olunmuş ilk kitabımın adını daşıdı vəs.
    Ona görə də yox ki, bu hekayəyə qədər «aerodrom» papaqlı baladadaşlar sənətdə ancaq satiranın hədəfi olurdu, az qala, mənəvi məhdudluq meyarına (!) çevrilirdi və birdən-birə bu «aerodrom» papaqlı şumaqədər ustasının lirik-romantik (yəni insani!) aləmi peyda oldu.
    Yəqin daha çox ona görə ki, Baladadaşın varlığı, onun təmizliyi, iddiasızlığı, səmimiliyi mənim üçün bu 32 ilin daşınan yükü müqabilində çox əhəmiyyətli bir şeydir.
    Orası da yaxşı xatirimdədir ki, 1972-ci ilin yayında bu hekayənin son nöqtəsini qoyub, həmişə olduğu kimi, bu dəfə də oxuyub fikir söyləməsi üçün, onu atama vermişdim və isti bir iyun gecəsi yazı makinasından yenicə çıxmış o vərəqləri oxuyandan sonra, mənim yazılarıma çox tələbkarlıqla yanaşan və buna görə də tərifli söz deməyi bir o qədər də xoşlamayan Ilyas Əfəndiyev «Baladadaş»ı əməllicə bəyənmişdi...
    ... Deyəsən, bu küləkli payız gecəsi də fikir məni, istər-istəməz, xatirələr aləminə aparmaq istəyir, amma bu 32 ilin xatirələri də, əlbəttə, bitib-qurtaran bir şey deyil və o aləmin içinə girəsi olsam, o zaman bu kiçik ön sözün son nöqtəsini qoymaq mənim üçün dünyanın müşkül bir işinə çevriləcək. Son nöqtəni isə, qoymağı bacarmaq lazımdı.

Elçin
3 noyabr 2000.
Zuğulba.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1765 | Reytinq: 2.3/3
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more