Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Ah, Paris, Paris!-3

    K i ş i(pıçıltı ilə). Bu yenə gəldi!..
    Q a d ı n (pıçıltı ilə). Millətin düşmənidi bu!
    B i r i n c i q ı z (pıçıltı ilə). Ə h m ə d b ə yi yoldan eləmək istəyir!..
    O ğ l a n(pıçıltı ilə). Dayısı olanda, nə olar. Gözünü dikib Ə h m ə d b ə yin milyonlarına!..
    I k i n c i q ı z (pıçıltı ilə). Milyonlarına?!.
    K i ş i (pıçıltı ilə). Milyonlarına?!.
    Q a d ı n (pıçıltı ilə). Milyonlarına?!.
    Süpürgəçi K i ş i tez-tez və nigarançılıqla boylana-boylana pıçı-pıçı sahiblərinə və M e h d i q u l u b ə yə baxır.
    M e h d i q u l u b ə y (bərkdən). Oyanın, ay bədbəxtlər!.. Oyanın, özünüzə bir gün ağlayın!.. Heç kim sizin əvəzinizə gəlib müharibə eləməyəcək!.. Heç kim sizin əvəzinizə gəlib bu millət üçün xidmət etməyəcək!.. Evladlarınıza bir gün ağlayın!.. Məmləkəti ağ günə çıxarın!..
    K i ş i(pıçıltı ilə). Bu, millət xainidi!..
    O ğ l a n (pıçıltı ilə). Dəlidi!..
    Q a d ı n(pıçıltı ilə). Yox, dəli deyil, Ə h m ə d b ə yin başını yemək istəyir!..
    B i r i n c i q ı z(pıçıltı ilə). Milyonlarını istəyir!..
    O ğ l a n (pıçıltı ilə). Milyonlarını!..
    I k i n c i q ı z(pıçıltı ilə). Ah, Fransa!..
    Q a d ı n (pıçıltı ilə). Milyon!..
    K i ş i (pıçıltı ilə). Milyon!..
    M e h d i q u l u b ə y (çox əsəbi). Yox! Yoxdu milyon! Yoxdu! Yalan deyiblər sizə! Əhməd bəy milyonçu deyil! Fransaya qayıtmayacaq. Burada qalıb şofer işləyəcək! Bildiniz?! Bir halal süd əmmiş azərbaycanlı qızla evlənmək istəyir, vəssalam! Başa düşdünüz?! Gedin özünüzə bir gün ağlayın! Bu cavanda işiniz olmasın! Iyrəndirməyin onu özünüzdən! Yoxdu milyon! Yaddan çıxardın milyonları! Yalan deyiblər sizə!
    Pauza.
    K i ş i (pıçıltı ilə). Nə?!.
    Q a d ı n(pıçıltı ilə). Milyonçu deyil?!
    B i r i n c i q ı z(pıçıltı ilə). Fransaya qayıtmayacaq?!.
    O ğ l a n(pıçıltı ilə). Burada qalıb şofer işləyəcək!
    Pauza.
    I k i n c i q ı z (pıçıltı ilə). Ay aferist!..
    Q a d ı n (pıçıltı ilə). Julik!..
    K i ş i (pıçıltı ilə). Mən o Ə h m ə d b ə yi görən kimi bildim ki, fırıldaqçıdı!..
    B i r i n c i q ı z(pıçıltı ilə). Bəy Əhməd yox, fırıldaqçı Əhməd!..
    O ğ l a n(pıçıltı ilə). Bizi aldatmaq istəyib!..
    Q a d ı n(pıçıltı ilə). Parisdə hamı onu tanıyır: cibgir Əhməd!
    I k i n c i q ı z(pıçıltı ilə). Vay!..
    Q a d ı n(pıçıltı ilə). Iranda onu oğurluq üstündə axtarırlar, asacaqlar!
    K i ş i(pıçıltı ilə). Bay səni, dələduz oğlu, dələduz!..
    Süpürgəçi K i ş i pıçı-pıçı sahiblərinə tərəf boylana-boylana qalıb.
    İ ş ı q s ö n ü r.
ON BEŞİNCİ ŞƏKİL


    Bəbirzadələrin, Polyaniçkoların, Isgəndərzadələrin evi. Əsədulla, F i r ə n g i z x a n ı m, I v a n I v a n o v i ç, Vera Nikolayevna, Isgəndərzadə. Işıq Əsədulla ilə F i r ə n g i z x a n ı mın evinə düşüb.
    Ə s ə d u l l a (həyəcanlı). Mənə deyən lazımıydı ki, ay axmaq, ay maymaq oğlu, maymaq, Fransadan gələndə nolar? Görmürdün ki, adam dilində iki kəlmə danışa bilmir?! Görmürdün ki, ay axmaq (ovcu ilə alnına vurur), ay ağlı dabanında, ləvəngili kütümü burda qoyub «opera-opera» deyə-deyə məliyirdi? Alə, belə adamdan da milyoner olar?! Alə, ay gic, milyoner də Fransadan basa-basa gəlib burda şoferin evində qalar?! (Ovcu ilə alnına vurur.) Alə, nolub sənə, ay axmaq?! Ay maygülü?! Bakıda raykom qalmadı, OBAXEES qalmadı, narodnı kantrol qalmadı, hamısını doladun barmağuva, ancaq ağzınnan şorba tökülən fırıldaqçı Əhməd ovsunladı səni?! Hipnoz elədi?! Cadu yazdırdı?! Alə, yəni küçədəki bu mitinqlər sənin başını bu qədər xarab eləyib ki, gözünün ağıqarası bircə balanı az qalmışdı verəsən lütün birinə? O da burda şoferlik eləsün, hə?! Alə, belə məmləkət olar?! Alə, belə zəmanə olar?! Dedilər də, dedilər ki, alə, bu Qorbaçovun ki, belə xalı var başında, bunun axırı yaxçı qurtarmiyicək!.. Vay sənün perestroykova mən nə deyim!..
    F i r ə n g i z x a n ı m. Bəsdi, Əsədulla!.. Ürəyinə salma! Uşağcığazı elə xalq deputatı, vəssalam!
    Ə s ə d u l l a (özündən çıxır). Ay bala, ay uşaq, ay arvad, ay tovariş, xanım, bəy, alə, süz heç nə baş düşmürsüz! Hə, deputat elədim uşağı, sonra? Sonra nolacaq?! Pul oldu kağız, başa düşdün, kağız!..
    F i r ə n g i z x a n ı m(hövsələsiz). Mən kağız-mağız bilmirəm! Ətdən nə bişirəcəyəm sabah, adını qoy!
    Ə s ə d u l l a (tamam özündən çıxmış halda). Ət istəmirəm day!.. Istəmirəm!.. Işdə ət! Evdə ət! Hər gün bozbaş! Dolma! Pilov! Kabab! Istəmirəm! (Əli ilə pəncərəni göstərir.) Ode, hər gün o rus artistin evində gözəl kartoşka qızardırlar! Iyi adamı elə vurur, adam az qalır şişsin! Qızarmış kartoşka istəyirəm! Bildün?! Qızarmış kartoşka!..
    Işıq sönür və bu dəfə yananda I v a n I v a n o v i ç ilə V e r a N i k o l a y e v n anın üzərinə düşür.
    I v a n I v a n o v i ç. Mənə deyən lazımdı, ay axmaq! Bu ağılla səhnədə Vladimir Iliçin obrazını yaradırdın?! Mən hələ Ivan Qroznını demirəm!.. Fransadan gələn milyonçunun burda nə ölümü var, hə?! Milyonçunun başına yer qəhətdi?! Sən bilmirsən ki, bunlar pul qazansa Fransada, ya qumara qoyar, ya da arvadlara xərcləyər?! Ay axmaq artist!.. O qədər semiçka yağında qızarmış kartoşka yemisən ki, başın xarab olub! (V e r a N i k o l a y e v n aya) Qazı azalt! Day kartoşkanın iyindən nəfəs ala bilmirəm!.. Püf!..
    V e r a N i k o l a y e v n a (plitənin üstündəki tavada qızaran kartofu əlindəki qaşıqla çevirəçevirə hirsli). Azaltmıram!
    I v a n I v a n o v i ç(burun pərələrini qapayaraq). Püf!..
    V e r a N i k o l a y e v n a. Sənin kimi axmağın sözünə baxıb bir elə vaxtımı itirdim lüğətlərə!.. Viktor Aleksandroviç yüz dəfə səndən yaxşı ər idi!..
    I v a n I v a n o v i ç. Qazı azalt!.. Püf!..
    V e r a N i k o l a y e v n a. Pyotr Matveyeviç də səndən yaxşı idi!..
    I v a n I v a n o v i ç. Vera!.. Püf!..
    V e r a N i k o l a y e v n a. Hətta... hətta Nikolay Petroviç də səndən yaxşı ər idi!..
    I v a n I v a n o v i ç(qışqırır). Hamı hamıdan yaxşıdı! It də pişikdən yaxşıdı! Pişik də siçandan yaxşıdı! Ancaq bir ifritə var yer üzündə, o da sənsən, Vera! Sən! Sən!..
    V e r a N i k o l a y e v n a. Sən özünsən!..
    I v a n I v a n o v i ç. Istəmirəm mən kartoşka!.. Istəmirəm!.. Boğuluram mən bu iydən!.. Ölürəm!..
    V e r a N i k o l a y e v n a (daha da bərkdən qışqırır). Sən ölən zibil deyilsən!..
    I v a n I v a n o v i ç (qışqırır). Əsl zibil sənsən! Nadejda Konstantinovna!
    V e r a N i k o l a y e v n a. O-o-o!.. Bəs, siz kimsiniz? Möhtərəm Vladimir Iliç! Bəs, sizin saqqalınız hanı?
    I v a n I v a n o v i ç. Onu sən yolmusan, kaftar.
    V e r a N i k o l a y e v n a (eyni qışqırıqla). Mən bütün günü o qədər məşqdən sonra ayaq üstə dayanıb sənə kartof qızardıram, sən mənə kaftar deyirsən?! (Içi kartof dolu tavanı plitənin üstündən götürüb yerə çırpır.) Ala!
    Pauza.
    I v a n I v a n o v i ç (döşəməyə səpələnmiş kartofa baxaraq). Oy, kakoye sçastye!..
    Işıq sönür və yenidən yananda Isgəndərzadənin üzərinə düşür.
    I s g ə n d ə r z a d ə (cani-dildən özünü mühakimə ilə məşğuldur). Bəs, mənim sinfi sayıqlığım harada idi?! Hə?! Necə oldu ki, mən o antipod Əsədullanın səviyyəsinə endim?! Bunu tarix mənə bağışlayacaqmı? Eh, yoldaş Isgəndərzadə! Kapitalist aləmindən gəlmiş avaranın birini milyonçu qəbul etmək?! Hətta onunla qohumluq barədə fikirləşmək?! Məgər marksizm-leninizm klassikləri sübut etməyiblər ki, kapitalist aləmi başdan-başa əxlaq pozğunluğu içindədi?! Nə tez unutdun bu böyük təlimi, yoldaş Isgəndərzadə, hə?! Nə üçün sənin sinfi sayıqlığın bu dərəcədə korlanıb?! Bu, Qorbaçovun təsiridi!.. Sən bu təsirdən uzaq ol!.. Belə getməyəcək! Bizimkilər qayıdacaq! Qayıdacaq! Kremlin qülləsində qızıl bayraq hələ çox dalğalanacaq! Imperialistlər Qorbaçovu ram eləyə bilirlər, ancaq o qızıl bayrağı yox! Gələcək o gün! Qorbaçov bütün keçmiş Siyasi Büro ilə birlikdə müttəhimlər kürsüsündə oturub tarixin qarşısında cavab verəcək! O zaman mən də öz qırmızı pasportumu bütün opportinistlərin gözünə soxub deyəcəyəm: Alın ha!.. Yana-yana qalın ha!.. Mən sovet vətəndaşıyam!..
    Pauza.
     (O əllərini arxasına qoyub var-gəl eləməyə başlayır.) Mən necə də əsəbiləşirəm... Ah, Lenin! Lenin!..
    Işıq sönür.

ON ALTINCI ŞƏKİL


    Həyət. Ə h m ə d b ə y, Əsədulla, I s g ə n d ə r z a d ə, V e r a N i k o l a y e v n a, Süpürgəçi k i ş i. Səhnənin dibində həyəti süpürən Süpürgəçi K i ş i bütün bu şəkil ərzində müstəqil olaraq öz işi ilə məşğuldu. Ə h m ə d b ə y həyətə girir və həyətdən çıxan Əsədulla ilə qarşılaşır.
    Ə h m ə d b ə y. Bonjur, müsyö!..
    Ə s ə d u l l a (bir anlıq ayaq saxlayıb, acıqla Ə h m ə d b ə yə baxır). Nə?
    Süpürgəçi K i ş i onlara tərəf boylanır.
    Ə h m ə d b ə y. Bonjur!..
    Ə s ə d u l l a. Nə deyir, alə, bu? (Ə h m ə d b ə yə) Özünsən!.. (Çıxıb gedir.)
    Ə h m ə d b ə y. Bunlara nə oldu? (Təəccüblə çiyinlərini çəkir.) Birdən-birə birtəhər oldu... Yaxşı oldu!.. Sakit oldu!..
    Işıq iti addımlarla gedən I s g ə n d ə r z a d ə n i n üzərinə düşür.
    Ə h m ə d b ə y. Bonjur, müsyö!..
    Süpürgəçi K i ş i də o saat boylanıb onlara tərəf baxır.
    Ə h m ə d b ə y (elə bilir ki, Isgəndərzadə onu başa düşmədi, təkrar edir). Bonjur, müsyö!..
    I s g ə n d ə r z a d ə (bir anlıq ayaq saxlayıb hiddətlə Ə h m ə d b ə yə baxır). Müsyö yox, tovariş!.. Bəli, tovariş, yoldaş! Mən hələ sinfi sayıqlığımı itirməmişəm! Bu «istefa!» «istefa» sözləri mənə təsir edə bilməz! (Barmağı ilə Ə h m ə d b ə yi hədələyir.) Bildin?! (Daha da iti addımlarla uzaqlaşıb gözdən itir.)
    Ə h m ə d b ə y(tamamilə heyrət içində). Nə oldu?.. Bunlar başqa adam oldu?!. Allah! Allah! Amma yaxşı oldu başqa adam oldu! Sakit oldu!..
    Işıq həyətdən keçən V e r a N i k o l a y e v n anın üzərinə düşür.
    Ə h m ə d b ə y(həvəslə). O-o-o!.. Bonjur, madumazel!..
    V e r a N i k o l a y e v n a ayaq saxlayıb nifrətlə Ə h m ə d b ə yə baxır və baxdıqca da Ə h m ə d b ə yin sifətindəki təbəssüm həmin qəzəbli baxışlar altında çəkilib gedir. Süpürgəçi K i ş i boylana-boylana onlara tərəf baxır.
    V e r a N i k o l a y e v n a. Obmanşik!
    Ə h m ə d b ə y(təəccüblə). Nə?
    V e r a N i k o l a y e v n a.Aferist! (Hirsli addımlarla həyətdən çıxır.)
    Ə h m ə d b ə y (V e r a N i k o l a y e v n anın ardınca baxa-baxa). Allah!.. Allah!.. Mehdiqulu dayı duz dedi. Bunlar hamısı... (Əlini havada oynadır.) bir tahar! Adam bilmir nə tahar?!. (Səhnənin dibindəki Süpürgəçi K i ş ini görür və ona yaxınlaşır.) Bonjur, müsyö!.. Bunlar. Bu hayatda adamlar... Na oldu?
    S ü p ü r g ə ç i k i ş i əlindəki süpürgəni saxlayır və bir an diqqətlə Ə h m ə d b ə yə baxır.
    Ə h m ə d b ə y. Axı, na oldu?.. Bu adamlar... bir tahar oldu?.. Ermanilar Qarabağda. e-e-e... qabağa qaldi?.. Süpürgəçi K i ş i birdən-birə başını aşağı salıb cidd-cəhdlə həyətin tozunu-torpağını Ə h m ə d b ə yin üstünə tolazlamağa başlayır.
    Ə h m ə d b ə y(heyrət içində). Siz na?.. Siz na edir?.. Süpürgəçi K i ş i elə bil ki, onu eşitmir və eyni cidd-cəhdlə süpürgəni oynada-oynada həyətin tozunu Ə h m ə d b ə yin üstünə tolazlayır.
    Ə h m ə d b ə y. Sizda tarbiya yok!.. Süpürgəçi K i ş i eləcə tozu-torpağı Ə h m ə d b ə yin üstünə tolazlaya-tolazlaya uzaqlaşıb qaranlıqda yox olur. Pauza.
    Ə h m ə d b ə y (çaşmış halda əyilib ayaqqabılarına, şalvarının balaqlarına baxır). O batdı! (Başını bulayır.) Ay-yay-yay!.. Şalvarını batırdı!
    İ ş ı q s ö n ü r.

ON YEDDİNCİ ŞƏKİL

Xor.
    Səhnə yenə də tamam qaranlıqdır və işıq yalniz sol küncdəki həmin plakatın üzərinə düşüb.
    Zaman – 1991-ci il avqustun sonu.
    Məkan – Bakı şəhəri.
    Xor. – Is-te-fa!..
    – Is-te-fa!..
    – Is-te-fa!..
    – Azad Azərbayçan!..
    – Azadlıq, ya ölüm!..
    – Azərbaycan bölünməzdir!..
    – Qaçqınlara yer verin!..
    – SSRI! Səni istəmirik!..
    – Qarabağı vermərik!..
    – Bir dəfə yüksələn bayraq bir daha enməz!..
    – Imperiya nökərlərinə ar olsun!..
    – Ar olsun!..
    – Ar olsun!..
    – Ar olsun!..
    – Is-te-fa!..
    – Is-te-fa!..
    – Is-te-fa!..
    İ ş ı q s ö n ü r.

ON SƏKKİZİNCİ ŞƏKİL


    Həyət. Müxbirlər, Əsədulla, E y n ş t e y n, Ə h m ə d b ə y, M e h d i q u l u b ə y, Isgəndərzadə, I v a n I v a n o v i ç, Vera Nikolayevna, Z ü l e y x a, Süpürgəçi K i ş i. Süpürgəçi K i ş i səhnənin dərinində həmişəki işi ilə məşğuldu: naz süpürgəsi ilə həyəti süpürür. Və birdən-birə, bir arı dəstəsi kimi, müxbirlər həyətə doluşurlar.
    Birinci m ü x b i r. Buradır! Bu həyətdir!
    Ikinci m ü x b i r. Heç kim yoxdu!
    Üçüncü müxbir. Bu həyət elə bil ki, yatıb!
    Fotoqraf qız. Vay!.. Elə bil heç Bakıda deyil bu həyət!
    Fotoqraf O ğ l a n. Bakıda o qədər belə həyət var ki!
    Birinci m ü x b i r. Indi nə bilək Ə h m ə d b ə y harda olur?
    Süpürgəçi K i ş i işini saxlayıb səhnənin dibindən boylana-boylana müxbirlərə tərəf baxır.
    Ikinci m ü x b i r. Deyirlər uzaq bir sürücü qohumunu tapıb, onun evində qalır...
    Fotoqraf qız. Sadəliyə bax də!
    Üçüncü m ü x b i r. Indi biz onu hardan tapaq?
    Ikinci m ü x b i r. Kimsə gəlir!
    Birinci müxbir(evinə tərəf gedən Əsədullaya). Bağışlayın, bir dəqiqə olar?
    Ə s ə d u l l a (yavaşdan). Xeyir ola, bunnar nöşün gəlib dolublar bura? (Bərkdən) Nə lazımdı?
    Ikinci m ü x b i r. Siz burada yaşayırsınız?
    Ə s ə d u l l a. Bəli. Nolub ki?
    Fotoqraf qız. Bəlkə o sürücü elə sizsiniz!
    Ə s ə d u l l a. Nə? Mən şoferə oxşuyuram, hə?!
    F o t o q r a f q ı z. Bağışlayın! Bizə Ə h m ə d b ə y lazımdı!
    Fotoqraf O ğ l a n. Zəhmət olmasa, deyin, milyonçu Ə h m ə d b ə y bu həyətdə olur?
    Ə s ə d u l l a (başını geri atır). Nırç!
    Üçüncü müxbir.Necə nırç?
    Fotoqraf O ğ l a n. Bizə bu həyətin adını veriblər!
    Ə s ə d u l l a. Burda yaşamağına, burda yaşayır, ancaq milyoner döyül!..
    Birinci m ü x b i r. Necə yəni milyoner deyil?
    Fotoqraf qız. Siz nə danışırsız?
    Ə s ə d u l l a. Bəli, avaranın biridi!
    Ikinci m ü x b i r. O cür adamçın gör bir nə deyir?
    Ə s ə d u l l a. Nə deyirəm, alə? Deyirəm gopçunun biridi də!..
    Fotoqraf qız. Biz Fransadan gəlmiş Ə h m ə d b ə yi deyirik!
    Fotoqraf O ğ l a n. Bizim həmvətənimizi!
    Ə s ə d u l l a. Bəs mən kimi deyirəm? Öz həmvətənimi deyirəm? Mən də süzün həmvətənüvüzü deyirəm də! (Fotoqraf onu təpədən dırnağacan süzür.) Bura gəl! (Əli ilə işarə edib çağırır və qız ona yaxınlaşanda yavaşdan) Görürəm sən yaxşısan, bunnarın tayı döyülsən! Görürəm də, hə, lap yaxşısan! Qulaq as, sənə deyəcəm. Bu Ə h m ə d b ə y ki, deyirsüz a, bəy!, bəy! gəlib ki, sosyalizmdən qalan artıq-urtuqnan qarnını doyuzdursun! Başa düşdün? Day mənim adım olmasın a!.. Amma milləti aldatmayın! Yazıqdı bu millət! Turp əkmüyün bu millətin başına! Yazansuz, gedün yazun, day dəlləyliyi öyrənməyin bu millətin başında!..
    Fotoqraf qız (bərkdən). A-a-a!.. Sizin informasiyanız çox səhvdir! Necə milyonçu deyil? Necə yəni avaradı?
    Fotoqraf O ğ l a n. Bunun, deyəsən, ermənilərnən əlaqəsi var!
    Ə s ə d u l l a. Alə, məni deyirsən?!
    Birinci m ü x b i r. Necə?!
    Ikinci m ü x b i r. Hə?
    Üçüncü m ü x b i r (dəftərçəsini çıxarıb qeydlər edə-edə). Aha!
    Fotoqraf qız. Ə h m ə d b ə y öz şəxsi pulu ilə Amerikadan iki «Boinq» sərnişin təyyarəsi alıb Azərbaycana hədiyyə edib!
    Ə s ə d u l l a (heyrətlə). Necə?
    Ikinci m ü x b i r. Bəli!
    Birinci m ü x b i r. Əlbəttə!
    Üçüncü müxbir.Bizim belə qeyrətli həmvətənlərimiz var!
    Fotoqraf qız. Bu saat Moskvanın da, Yerevanın da radiosu bunnan danışır.
    Birinci m ü x b i r. «Bi-bi-si»! «Si-en-en»! «Röyter!»! «Assoşieytid pres»! «Azadlıq» radiosu! Hamısı dəyib bir-birinə!
    Ikinci müxbir. Hamısı Ə h m ə d b ə yin Azərbaycana hədiyyəsindən danışır!
    Üçüncü müxbir. Hələ dalı da olacaq!
    Ə s ə d u l l a (az qalıb çaşsın). Bu Ə h m ə d b ə y a?..
    Fotoqraf qız. Bəli! Bu Ə h m ə d b ə y!
    Ə s ə d u l l a. Iki dənə «Boinq»?
    Birinci müxbir.Bəli!
    Ə s ə d u l la. Birini... Birini neçəyə alıb?
    Fotoqraf O ğ l a n. On yeddi milyona!
    Ə s ə d u l l a. Rubl?
    Fotoqraf qız. Xeyr! Dollar!
    Ə s ə d u l l a (özünü itirmiş halda yavaşdan). Rublla olsaydı, elə mən də alardım!.. (Bərkdən) Alə, adun da yadımdan çıxdı, şey, hardasan sən?
    E y n ş t e y n (elə bil ki, yerin altından peyda olub özünü yetirir). Bəli! Burdayam, Əsədulla məllim!
    Ə s ə d u l l a (qəzəblə E y n ş t e y nə tərəf gələ-gələ onu təpiklə vurmağa hazırlaşır). Alə, bəs, sən deyirdün ki, bu dilənçidi?
    E y n ş t e y n(ətrafdakı müxbirlərə baxaraq ürəklənir). Xeyr! Siz düz demirsiniz, Əsədulla məllim!
    Ə s ə d u l l a (gözləri kəlləsinə çıxır). Mən?! Alə, mən düz demirəm?!
    E y n ş t e y n. «Boinq»lər çox gözəl təyyarələrdir!
    Ə s ə d u l l a. Mən bəyəm deyirəm pisdi?
    E y n ş t e y n(müxbirlərə baxa-baxa). Xeyr! Xeyr! «Boinq»lər çox gözəl təyyarələrdir! Xalqımızın bu ağır günündə bizimçün böyük hədiyyədir! (Müxbirlərin arasına qaçır.)
    Birinci m ü x b i r. Əlbəttə, böyük hədiyyədir!
    Ikinci m ü x b i r. Bizim gizli milyonçularımıza ar olsun!
    Ə s ə d u l l a. Bax, bunu ürəyimdən dedün! Ar olsun!
    Fotoqraf O ğ l a n(qışqırır). Ode, Ə h m ə d b ə y!
    Işıq Ə h m ə d b ə yin üzərinə düşür. Süpürgəçi K i ş i isə daha artıq bir canfəşanlıqla əhli-məclisə tərəf boylanır.
    Üçüncü m ü x b i r. Odur!
    Birinci m ü x b i r. Bəli, odur! Şəklindən tanıdım!
    Fotoqraf qız.O-o-o!.. Gör necə O ğ l a ndı!..
    Ikinci müxbir(Ə h m ə d b ə yə tərəf qaça-qaça). Siz bu böyük hədiyyəni nə məqsədlə etdiniz?
    Ə h m ə d b ə y. Azərbaycan... (Özünü göstərir.) Onun canı!
    Fotoqraf qız (Ə h m ə d b ə yin fotosunu müxtəlif nöqtələrdən çəkə-çəkə). Ah, nə gözəl dedi!
    Operator(həyətə daxil olaraq). Qabağımdan çəkilin! «Günün ekranı!» Televiziya! (Kamera ilə çəkməyə başlayır.)
    Ikinci müxbir. Siz Azərbaycana yenə də belə hədiyyələr etmək barədə düşünürsünüzmü?
    Ə h m ə d b ə y. Man...
    M e h d i q u l u b ə y (hövlnak özünü yetirərək). Yox! Hədiyyə hələlik bu qədər! Hədiyyələrin arasında qazanmaq lazımdır, baba! Yoxsa ki, daha hədiyyə etmək imkanın olmaz!
    Ə h m ə d b ə y (etiraz etmək istəyir). Dayı...
    M e h d i q u l u b ə y (onun sözünü kəsir). Yox! Atan, Allah ona rəhmət eləsin, haqq dünyasına köçəndə səni mənə tapşırdı, Ə h m ə d b ə y! Hələlik bu qədər! (Müxbirlərə) Baba, bir az da özünüz hərəkətə gəlin! Bir az da özünüz əl-ələ verin. Iş görün, baba! Boğazdan yuxarı vətəni, milləti tərifləməklə iş aşmaz, həzərat!
    Üçüncü m ü x b i r (M e h d i q u l u b ə yi göstərir). Bu kimdi belə?..
    Birinci m ü x b i r. Əşşi!.. Fikir vermə!..
    Ikinci müxbir(Ə h m ə d b ə yə). Sizin Qarabağa münasibətiniz?
    Ə h m ə d b ə y (özünü göstərərək). Azərbaycan onun ürəyi! Qarabağ Azərbaycanın ürəyi!
    Ə s ə d u l l a. Ay bərəkallah! Oğul belə olar!.. (E y n ş t e y nə) Day sənün kimi yox e!.. (E y n ş t e y n belini büküb, başını aşağı salır və gözlərini yerə dikir.) Sən öləsən, heç bir köpük də vermiyəciyəm sənə! Qurtardı day! (Ə h m ə d b ə yi göstərib, müxbirlərə) Gördüz nə cavab verdi də!..
    Birinci m ü x b i r (dəftərçəsinə yaza-yaza, Əsədullaya). Bəs sizin Qarabağa münasibətiniz?
    Ə s ə d u l l a (hirslənir). Belə başnan da müxbir olar? Alə, dedi K i ş i də, dedi ki, Azərbaycan (özünü göstərir) onun ürəyi! Qarabağ da Azərbaycanın ürəyi! (Ə h m ə d b ə yi göstərir.) Onunnan biz bir-birimizə çox yaxınıq! (Əllərinin barmağını bir-birinə sürtür.) Lap e, lap! Qəzet söhbəti döyül!..
    E y n ş t e y n (qəflətən belini düzəldir). Əsədulla məllim düz deyir!
    Birinci m ü x b i r (dəftərçəsinə yaza-yaza, yenə də Əsədullaya). Siz qaçqınlara nə yardım etmisiniz?
    Ə s ə d u l l a. Alə, bunnar necə müxbirdi?! Bəs o boyda «Boninq»ləri vətənimizə hədiyyə eləmədik? (Ə h m ə d b ə yi göstərir.) Bir yerdəyik də!
    Ikinci m ü x b i r (Əsədullaya). Yəqin sizin Ə h m ə d b ə ylə söhbətləriniz çox olub, hə?
    Üçüncü m ü x b i r. Yəqin Azərbaycanı ona tanıtmaqda sizin rolunuz olub, elədirmi?
    Ə s ə d u l l a (onu əhatə etmiş müxbirlərə baxa-baxa bir az özünü itirmiş halda). Tanıtmusuz deyəndə ki... Mən... Deyim sizə ki... (E y n ş t e y nə baxır.) Hə?
    E y n ş t e y n(ruh yüksəkliyi ilə). Əsədulla məllim xalqımızı qəlbən sevən insanlardandı!
    Birinci müxbir. Eşq olsun!
    Ə s ə d u l l a (vəcdə gələrək). Mənim canım qurban Azərbaycana!
    Ikinci m ü x b i r. Əhsən!
    Müxbirlər Əsədullanın başına yığışır və tək qalmış b!..Ə h m ə d b ə ylə M e h d i q u l u b ə y bir-birlərinə baxırlar.
    M e h d i q u l u b ə y (Əsədullaya işarə ilə). Baba, bu nəmənədi?
    Ə h m ə d b ə y. Həmişə danışar... e-e-e... yemək! Balık! Pilov! Kaver! Dolma! Yaqin... ee- e... aşpaz!
    Operator(Əsədullanı çəkərək). Qabağımdan çəkilin! «Günün ekranı»...
    Ə s ə d u l l a. Azərbaycansız bizim bir günümüz olmasın! (Get-gedə daha da qızışaraq) Bizim borcumuzdur ki, doğma Azərbaycanımızın uğrunda neyniyək?
    E y n ş t e y n. Çalışaq!
    Ə s ə d u l l a. Bəli, çalışaq! Azərbaycan, ana vətən!
    Fotoqraf O ğ l a n(Əsədullanın şəklini çəkə-çəkə). Bu adam necə də vətənpərvərdir, Ilahi!
    Fotoqraf qız(Əsədullanın şəklini çəkə-çəkə). Ona görə də biz məğlubedilməzlərik!
    Birinci m ü x b i r. Biz Babək nəsliyik!
    Ə s ə d u l l a. Yaşasın Koroğlu!
    Ə h m ə d b ə y(heyrətlə). Allah!.. Allah!.. Həyətə girən Isgəndərzadə müxbirləri görüb tələsik evinə tərəf əkilmək istəyir, amma müxbirlər imkan vermirlər.
    Ikinci m ü x b i r (Isgəndərzadəyə yaxınlaşır). Siz də, deyəsən, bu həyətdə yaşayırsız?
    I s g ə n d ə r z a d ə. Mən?.. Bəli... Nə olub ki?
    Birinci müxbir. Sizin hələ xəbəriniz yoxdu?
    Ikinci müxbir. Ə h m ə d b ə y ABŞ-dan iki «Boinq» sərnişin təyyarəsi alıb Azərbaycana bağışlayıb!
    I s g ə n d ə r z a d ə (heyrətlə). Öz puluna?
    Üçüncü müxbir. Bəs kimin puluna?
    I s g ə n d ə r z a d ə. Deməli, o, həqiqətən, milyonçudu?
    Birinci m ü x b i r. Əlbəttə! Yalançı milyonçu da olur?
    Operator. Çəkilin! Qabağımdan çəkilin!
    Birinci müxbir (Isgəndərzadəyə). Siz Ə h m ə d b ə ylə ünsiyyətinizdən nə deyə bilərsiniz?
    Ikinci m ü x b i r. Mənim də sualım var: Ə h m ə d b ə ydə böyük vətən məhəbbəti yaranmasında sizin rolunuz?
    I s g ə n d ə r z a d ə (özünü itirib). Siz... Mən.. Idarədə! Bəli, idarədə! Gəlin idarəyə, suallarınızı yazılı şəkildə təqdim edin...
    Fotoqraf O ğ l a n. Aydındır! Bu adam partokratdır!
    Ə s ə d u l l a. Özü də lap yekəsindən! Alə, QKÇP-ni müdafiə edirdi! Yanayevə təbrik teleqramı vurmuşdu!
    I s g ə n d ə r z a d ə. Yalandır! Mən həmişə demokratiya tərəfdarı olmuşam! (Əsədullaya) Antipod.
    Ə s ə d u l l a. Antipod vaxtı qurtardı day! Indi bazar iqtisadiyyatıdı! Day antipod yoxdu! Demokratiyadı!
    Ə h m ə d b ə y. Allah!.. Allah!..
    I s g ə n d ə r z a d ə. Rüşvətxor! Mən sənin kimi rüşvət almıram!
    Ə s ə d u l l a. Bacarmırsan, ona görə almırsan. Bacarsan, elə alarsan!..
    M e h d i q u l u b ə y (səhərdən bəri mat-mat ona-buna baxa-baxa). Baba, bunlar nə danışır belə?
    Ə h m ə d b ə y (özünü göstərərək). O da başa düşdü yok!
    Fotoqraf qız(Isgəndərzadəyə). Elə bil ki, siz nədənsə qorxursunuz?
    Ə s ə d u l l a. Əlbəttə!
    E y n ş t e y n. Əsədulla məllim düz deyir!
    I s g ə n d ə r z a d ə. Xeyr! Xeyr! Mən nədən qorxmalıyam?
    Birinci m ü x b i r. Onda cəsarətli bir söz deyin!
    Ikinci m ü x b i r. Indi qeyrət vaxtıdır!
    Üçüncü m ü x b i r. Xalq sizin də sözünüzü eşitmək istəyir.
    I s g ə n d ə r z a d ə (yavaşdan). Doğrudan da, mən haçansa cəsarətli bir söz deməliyəm, yoxsa yox? Vaxtdır artıq, yoldaş Isgəndərzadə, vaxtdır! Cəsarətli ol! Millət səni eşitmək istəyir! (Bərkdən) Mən sizə deməliyəm ki, Leninin «Dövlət Plan Komissiyasına qanunvericilik vəzifələri verilməsi haqqında» əsərini yenidən oxudum!
    Pauza.
    Hamı bir-birinin üzünə baxır.
    I s g ə n d ə r z a d ə. Və bütün məsuliyyəti ilə deməliyəm ki, bəzi fikirlərin yanında quş qoydum!
    Pauza.
    Birinci m ü x b i r. Necə yəni quş qoydum?
    I s g ə n d ə r z a d ə. Bəli! Məndə tərəddüdlər yarandı. Xüsusən bir yerdə Lenin yazır ki...
    Ikinci müxbir (dəftərçəsində yaza-yaza, onun sözünü kəsir). Deməli, siz Lenini rədd edirsiz?
    I s g ə n d ə r z a d ə (yenidən özünü itirir). Yox... Bilirsiz... Burada məsələ... Iş belədir ki...
    I v a n I v a n o v i ç (tələm-tələsik gələrək özünü müxbirlərin arasına dürtür). Mən oynamışam! Lenini mən oynamışam! Lakin mən inanmışam! Mən bilməmişəm ki, bu imperiya dağılmalıdır! Azərbaycan xalqı mənim üçün doğmadır! Qarabağı vermərik! Yazın! Şəklimi də çəkin ki, bilsinlər mənəm! Qoy teatrdakılar paxıllığından ölsün! Qoy hamı bilsin ki, mən də sizinləyəm! Səhərdən pəncərədən baxırdım! Eşq olsun Ə h m ə d b ə yə!
    Ə h m ə d b ə y. Allah!.. Allah!..
    M e h d i q u l u b ə y. Pərvərdigara! Bu yazıq insanlar niyə bu günə düşüb?!
    Ə s ə d u l l a. Alə, yalan danışır! (I v a n I v a n o v i çi göstərir.) Onun məqsədi başqadı! Onu qovun ordan!
    Üçüncü m ü x b i r (Əsədullaya). Siz xalqlar dostluğunun əleyhinəsiniz?
    Ə s ə d u l l a. Mən? (E y n ş t e y nə baxır.)
    E y n ş t e y n. Xeyr!
    Ə s ə d u l l a. Xeyr! Mənim mühasibim də, kassirim də yəhudidi! Mənim «Xalqlar dostluğu» ordenim var.
    Operator. Qabağımdan çəkilin! «Günün ekranı»...
    Fotoqraf qız (Ə h m ə d b ə yə). Sizin şəklinizi bir də çəkmək istəyirəm. Bütün qəzetlər üçün! (Ə h m ə d b ə yə tərəf gedir.)
    Fotoqraf O ğ l a n. Mən də! (Ə h m ə d b ə yə yaxınlaşır.)
    I v a n I v a n o v i ç. Mənim də şəklimi! Mənim də! Mən də əziz həmvətənimlə bir dayanacağam! (Ə h m ə d b ə yə tərəf qaçır.)
    Ə s ə d u l l a. Alə, dayan mən də gəlim! Xalqıma canım qurban! Qoy xalqım qəzetlərdə görsün ki, həmişə onunlayam! Qoy görsün ki, vətən üçün nələr eləyirik! (E y n ş t e y nə) Gəl dalımca! (Cəld addımla Ə h m ə d b ə yə yaxınlaşırlar.)
    I s g ə n d ə r z a d ə (əzablı tərəddüdlər içində yavaşdan). Mən də gedim çəkdirim, yoxsa yox? Hə? Gedim? Getməyim?
    V e r a N i k o l a y e v n a (səhnə arxasından). Dayanın! Məni də gözləyin! Məni də!
    I v a n I v a n o v i ç. Gözləyin! Onu da gözləyin!
    Ə s ə d u l l a. Alə, lazım döyül! (Müxbirlərə) Çəkün!
    I v a n I v a n o v i ç. O Azərbaycanın patriotudur! Onu da gözləyin!
    Ə h m ə d b ə y. Allah!.. Allah!..
    V e r a N i k o l a y e v n a. Gəldim! Gəldim! (Qaça-qaça gəlib özünü yetirir.) Müxbirlər onları dövrəyə alır. Fotoqraflar şəkil çəkir, operator kamerasını işlədir. Əsədulla da, I v a n I v a n o v i ç də,
    V e r a N i k o l a y e v n a da, E y n ş t e y n də şəkil üçün özlərinə yaxşı yer seçməyə çalışırlar.
    Ə s ə d u l l a (M e h d i q u l u b ə yə). Alə, sən də əl-ayağa dolaşma də!.. Çəkil o yana!.. Sən öləsən, bunnan xoşum gəlmir! Erməni şipyonuna oxşayır!
    I s g ə n d ə r z a d ə (hələ də kənardadır və tərəddüdlər onu məhv edir). Gedim? Getməyim?
    Z ü l e y x a tələsik addımlarla səhnəyə daxil olur.
    Z ü l e y x a (bərkdən və pafosla). Xanımlar və bəylər! Mən artıq hər şeyi bilirəm! Mənim istəkli xalqım! Mən bu xalqın qızı kimi, belə bir fürsətdən istifadə etməyə bilmərəm! Biz millətə öz sözümüzü çatdırmalıyıq! Mən mitinqimizi açıq elan edirəm! Müxbirlər bu dəfə Z ü l e y x anın başına yığışırlar.
    Operator. Çəkilin! Bu gün televiziya ilə gedəcək! Qabağımdan çəkilin!
    Z ü l e y x a. Qoy bizim xalqımız görsün ki, biz onunla nəfəs alırıq!
    Birinci m ü x b i r. Əhsən!
    Ikinci m ü x b i r. Bu, yeni ulduzdur!
    M e h d i q u l u b ə y (Ə h m ə d b ə yə). Baba, gəl əkilək! Bura bizim yerimiz deyil.
    Ə h m ə d b ə y(özünü göstərir). Onsuz da, o, heç nə başa düşdü yok!..
    M e h d i q u l u b ə y və Ə h m ə d b ə y bu vurhavurdan uzaqlaşırlar və daha heç kim onlara fikir vermir. Süpürgəçi K i ş i yaxınlaşan Ə h m ə d b ə yi görüb dərin hörmətlə ona baş əyir, yol göstərir, qulluq edir. M e h d i q u l u b ə ylə Ə h m ə d b ə y səhnədən çıxır.
    Z ü l e y x a. Mənim əzizlərim! Əldə etdiyimiz son məlumata görə...
    Z ü l e y x anın sözləri daha eşidilməz olur və Z ü l e y x a lal bir ehtirasla əl-qol atır, müxbirlərin, həyət adamlarının hərəkəti bir haray-həşirə çevrilir. Əsədulla da Z ü l e y x anın yanında nəsə demək istəyir, Isgəndərzadə ona imkan vermir, özü nəsə deməyə çalışır və birdən-birə uzaqlarda kimsə bir qara zurnada dünyanın ən dərdli bir nəğməsini çalmağa başlayır və elə çalır ki, az qalır adamı ağlamaq tutsun.
    İ ş ı q s ö n ü r.

ON DOQQUZUNCU ŞƏKİL


    İ Yenə yarıqaranlıq səhnədə o binanın, o həyətin konturları, işıq düşəndən-düşənə də pıçı-pıçı sahiblərinin siluetləri görünür.
    İ Q a d ı n(pıçıltı ilə). Milyonçu imiş!..
    İ B i r i n c i q ı z (pıçıltı ilə). Ah, Fransa!..
    İ I k i n c i q ı z (pıçıltı ilə). Ə h m ə d b ə y!..
    İ K i ş i(pıçıltı ilə). Hər yerdə söhbət ondan gedir!..
    İ O ğ l a n (pıçıltı ilə). Iki «Boinq»!..
    İ Q a d ı n(pıçıltı ilə). Deyirlər hələ birini də alıb bağışlayacaq!..
    İ B i r i n c i q ı z(pıçıltı ilə). Özünün də şəxsi təyyarəsi var!..
    İ I k i n c i q ı z(pıçıltı ilə). Ah!..
    İ K i ş i(pıçıltı ilə). Bakıda öz hesabına aeroport da tikdirmək istəyir!..
    İ O ğ l a n(pıçıltı ilə). Yaşayanda da belə yaşayasan!..
    İ İ ş ı q s ö n ü r.

İYİRMİNCİ ŞƏKİL


    Həyət. Ə h m ə d b ə y, Isgəndərzadə, Əsədulla, V e r a N i k o l a y e v n a, Süpürgəçi K i ş i. Səhnə qaranlıqdır. Yalnız səhnənin dərinliyində həyəti süpürən Süpürgəçi K i ş i görünür. Işıq üz-üzə gələn Ə h m ə d b ə ylə Isgəndərzadənin üzərinə düşür.
    Ə h m ə d b ə y. Bonjur, müsyö...
    I s g ə n d ə r z a d ə (xüsusi bir nəzakətlə). Salam yoldaş... e-e-e... bağışlayın, cənab Əhməd bəy!.. Salam!.. E-e-e... Bizim xanımla birlikdə sizdən xahiş edirik ki, bu gün axşam bizim evə təşrif buyurasınız!.. Sizin kimi bir yoldaşla... bağışlayın... cənabla bir süfrədə oturmaq bizim üçün böyük şərəfdir!.. Zati-alinizin bizim günəşli respublikamıza o cür hədiyyəsindən sonra, sizə hörmət etmək bizim hər birimizin vətəndaşlıq borcudür!.. Tak!
    Ə h m ə d b ə y. Mersi boku, müsyö!.. (Özünü göstərir.) Onun vaktı yok!
    I s g ə n d ə r z a d ə. Əlbəttə! Siz çox məşğulsunuz... Lakin rica edirəm vaxt tapasınız... Artıq mən də insanlara sinfi münasibətimi tamam dəyişmişəm! Onda sabah axşam necə olar?
    Ə s ə d u l l a (səhnə arxasından). Çox pis olar!.. Çox pis!.. (Təngnəfəs özünü yetirir.) Alə, SEKA-nı bağladılar, indi də bizi hərifləmək istəyirsən? (Ə h m ə d b ə yə) SEKA-nı bağladılar! Biz qalib gəldik! (Isgəndərzadəyə) Sabah bizim işimiz var! Sabah biz operaya gedəcəyik! (Ə h m ə d b ə yin qoluna girir.) Elə döyül?
    Ə h m ə d b ə y. Yok! (Özünü göstərir.) O artıq Azərbaycan operaları hamısı baxdı!.. Süpürgəçi K i ş i nigaran nəzərlərlə elə hey onlara tərəf boylanır.
    Ə s ə d u l l a. Alə, operaya bir dəfə baxmağnan nolacaq? Operaya gərək çox baxasan! Eh, sənnən hələ o qədər operaya baxacıyıq ki!.. SEKA-nı da bağladılar! Day plan yox, iclas yox!.. Opera!..
    Ə h m ə d b ə y. Yok, müsyö! O revuar, müsyö!..
    Ə s ə d u l l a. Nə?
    Ə h m ə d b ə y(özünü göstərir). O getdi! (Qolunu Əsədullanın əlindən çəkir.)
    V e r a N i k o l a y e v n a (səhnə arxasından). Müsyö Axmed bek!.. Müsyö Axmed bek!.. (Tələsik səhnəyə daxil olur.) Ax, Axmed bek!.. Man çok tanxa!..
    Ə s ə d u l l a (Isgəndərzadəyə). A K i ş i, sən, guya, savadlısan, bu arvad nə deyir belə?
    Ə h m ə d b ə y (tələsik). O getdi!.. O revuar, müsyö!.. O revuar, madumazel!.. (Cəld addımlarla uzaqlaşır.)
    Əsədulla, Isgəndərzadə, Vera N i k o l a y e v n a bir-birinə mane ola-ola onun ardınca getmək, onu qaytarmaq istəyirlər, amma işıq sönür. Ə h m ə d b ə y isə iti addımlarla Süpürgəçi K i ş inin yanından ötür. S ü p ü r g ə ç i k i ş i yenə də böyük ehtiramla ona baş əyir, amma bu dəfə daha yol göstərmir, əksinə, Ə h m ə d b ə yin qarşısını kəsir.
    S ü p ü r g ə ç i k i ş i (həyəcanla). Salam!..
    Ə h m ə d b ə y. Bonjur...
    S ü p ü r g ə ç i k i ş i (əlindəki süpürgə ilə bayaq Əsədullagilin dayandığı yeri göstərir). Onların hər şeyi var! Hər şeyi!.. Yeməyi, içməyi, ordeni, hər şeyi! Maşınları!.. Ancaq mənim heç nəyim yoxdu! Axı, mən də bu xalqın oğluyam!..
    Ə h m ə d b ə y(özünü göstərir). O nə etmək?..
    S ü p ü r g ə ç i k i ş i (həyəcanla). Deməyə də utanıram...
    Ə h m ə d b ə y. Utanmaq yok! Demək lazım!
    Süpürgəçi K i ş i. Mənim bir xalam var!.. Cavan adamdı, ancaq duldu... Biz də... Biz də bu xalqın övladlarıyıq də!... Siz də bizə gün ağlıyın!..
    Pauza.
    Ə h m ə d b ə y (qışqırır). Bu insanlara na oldu?! Na oldu bunlara?! Adyo!.. Adyo!.. Adyo!.. (Qaçıb səhnədən çıxır.)
    İ ş ı q s ö n ü r.

İYİRMİ BİRİNCİ ŞƏKİL


    Pıçı-pıçı, M e h d i q u l u b ə y. Yarıqaranlıq səhnədə həmişəki kimi binanın, həyətin konturları və bir-bir işıq düşdükcə pıç-pıçı sahiblərinin siluetləri görünür.
    M e h d i q u l u b ə y (səhnə arxasından). Ə h m ə d b ə y!..
    Ə h m ə d b ə y!..
    Q a d ı n(pıçıltı ilə). «Adyo» nə deməkdi?..
    B i r i n c i q ı z (pıçıltı ilə). «Adyo»?..
    I k i n c i q ı z(pıçıltı ilə). «Adyo»?..
    O ğ l a n(pıçıltı ilə). «Əlvida» deməkdi!..
    K i ş i(pıçıltı ilə). «Adyo» «əlvida» deməkdi?.
    Q a d ı n (pıçıltı ilə). Əlvida?
    B i r i n c i q ı z (pıçıltı ilə). Əlvida!
    I k i n c i q ı z(pıçıltı ilə) Qaçdı!..
    M e h d i q u l u b ə y (səhnəyə daxil olur.) Ə h m ə d b ə y!..
    Ə h m ə d b ə y!.. (Ə h m ə d b ə yi çağıraçağıra səhnə boyu pıçı-pıçı sahiblərinin arasından keçir və birdən-birə Süpürgəçi K i ş inin kölgəsi ilə üz-üzə gəlir.) Pauza.
    K i ş i (pıçıltı ilə). Ə h m ə d b ə y bu həyətdən getdi?
    M e h d i q u l u b ə y (bərkdən). Bilmirəm!.. Təki məmləkətdən baş götürüb getməsin!.. (Iti addımlarla uzaqlaşır.) Ə h m ə d b ə y... Ə h m ə d b ə y!..
    Işıq sönür.
29 dekabr 1992.
Bakı.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.01.2014) | Müəllif: R.C E W
Baxış: 449 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more