M e h d i q u l u b ə y (bərkdən). Deyirəm, Ə h m ə d b ə y, gəl oteldə qal, hamı ilə oturub-durma,
dünyada o qədər dələduz var!.. Deyir, eybi yox, vətəndi!.. Vətən olanda nə olar? Bəyəm
vətəndəkilərin hamısı mələkdi? Deyir, mən sadə adamlarla olmalıyam. Vallahi ki, qorxuram bunu
burda aldadalar... O boyda nəslin bir danəsidir!.. Özü də avropasayaq adamdı... Nigaran qaldığım
üçün də, durub gəldim dalınca. Gəlib girib bu həyətə... Baba, bu nə həyətdi belə? Bu həyətdə
yaşayan millət kimdi belə?.. Günahsız qanlar tökülür, daşnak millətin məktəbini dağıdır,
xəstəxanasını dağıdır, əsir götürüb qulağını kəsir, gözünü çıxarır, torpağını əlindən almaq istəyir,
dünyaya da car çəkir ki, ay aman, qoymayın, azərbaycanlılar bizi doğradı, amma bunlar, baba, bax,
bu həyətin adamları, elə bil ki, Ayda yaşayırlar!.. Elə bil ki, bunlara heç nəyin dəxli yoxdu!.. Hara
gedirsən milyon söhbətidi, Fransa söhbətidi, bizi xaricə dəvət elə söhbətidi, bunu al, onu bağışla
söhbətidi!.. Ə h m ə d b ə yi də hərə öz tərəfinə çəkmək istəyir!.. Niyə belədi axı?.. Allah bunların ağlını
alıb-nədi, baba? Nə eləyiblər ki, Allahın belə qəzəbinə keçiblər?! Nə günah sahibidirlər?!
K i ş i(pıçıltı ilə). Buna fikir verməyin!..
Q a d ı n (pıçıltı ilə). Başdan xarabdı!..
B i r i n c i q ı z(pıçıltı ilə). Ə h m ə d b ə yin idarələrindən birində işləyir!..
O ğ l a n(pıçıltı ilə). Bu milyonçu deyil!..
I k i n c i q ı z(pıçıltı ilə). Ə h m ə d b ə yin əlinə baxır!..
B i r i n c i q ı z (pıçıltı ilə). Ah, Fransa!..
O ğ l a n (pıçıltı ilə). Ə h m ə d b ə y!..
I k i n c i q ı z(pıçıltı ilə). Milyonçu!..
Q a d ı n(pıçıltı ilə). Isveçdə də mülkü var!..
B i r i n c i q ı z(pıçıltı ilə). Tehranda otelləri var!..
K i ş i(pıçıltı ilə). Yunanıstanda yazlığı var...
M e h d i q u l u b ə y (bərkdən). Yazıq camaat!.. Bədbəxt camaat!.. Ey vah!.. Sənin başına nə
oyun açıblar?!. (Gedir.)
Səhnənin dərinində Süpürgəçi K i ş i elə boylana-boylana qalıb.
İ ş ı q s ö n ü r.
DOQQUZUNCU ŞƏKİL
Bəbirzadələrin evi. Əsədulla,F i r ə n g i z x a n ı m, Ə h m ə d b ə y, E y n ş t e y n.
Əsədulla yenicə içəri girmiş Ə h m ə d b ə ylə E y n ş t e y ni
qarşılayır.
Ə s ə d u l l a. Xoş gördük sizi!.. Xoş gördük!.. (E y n ş t e y nə) Alə, sən nə gözəl iş eləyib
gətirmisən bu əziz qonağı bizə! Sağ ol, vallah, malades!
E y n ş t e y n. Ə h m ə d b ə ylə biz qardaşıq!
Ə s ə d u l l a. Əhsən! (Kənara) Belə qabiliyyətli olmasaydı, SEKA-da instruktor işləməzdi
ki!.. (Bərkdən) O biri otaqda stol bizi gözləyir. Səhərəcən yeyib-içəcəyik!..
F i r ə n g i z x a n ı m. Buyurun!
Ə h m ə d b ə y. Yok! yok! Yemək yok!
Ə s ə d u l l a. Necə yox? Sənin kimi əziz qonaq gəlib evimizə! (E y n ş t e y nə) Malades! Sənə bir
dənə saroçka alaciyəm!
E y n ş t e y n (utana-utana). Çox sağ olun, Əsədulla məllim. (Başını aşağı salır.)
Ə s ə d u l l a. Keçək o biri otağa!
Ə h m ə d b ə y. Yok, müsyö... Təşəkkür!.. Mersi!..
Ə s ə d u l l a. A K i ş i, sən nə danışırsan?! Elə-belə yemək yox e! (Ruh yüksəkliyi ilə) Osetrina!
Ə h m ə d b ə y. Yok!.. Təşəkkür!..
Ə s ə d u l l a (daha artıq bir ruh yüksəkliyi ilə). Hinduşka ciyəri!.. Dəvə qutabı! (Ə h m ə d b ə yə
ağzını açmağa macal vermədən) Motal pendiri! Təndir kütümü! Qırqovul! Turac! Forel!
Ə h m ə d b ə y(gülümsəyərək). Mersi, müsyö, mersi... (Özünü göstərir.) Tələsmək. Vaxt beş
dəqiqə! Opera!
Ə s ə d u l l a (təəccüblə). Nə opera?
Ə h m ə d b ə y(özünü göstərir). O opera (Saatını göstərir.) Beş dəqiqə vaxt!
Ə s ə d u l l a (E y n ş t e y nə). Bu nə danışır, alə?
E y n ş t e y n. Bilet alıb, operaya gedəcək.
Ə s ə d u l l a (sidq ürəkdən təəccüb edərək). Içi ləvəngi təndir kütümünü burda qoyub operaya
gedəcək?
Ə h m ə d b ə y. Bəli! Bəli! Opera! O (özünü göstərir) opera getmək!..
Ə s ə d u l l a (fikirli). Plov... Dolma...
F i r ə n g i z x a n ı m (Ə h m ə d b ə yə). Fransada dolma bişirirlər?
Ə h m ə d b ə y(özünü göstərərək). O... dolma bildi yok, madam...
F i r ə n g i z x a n ı m (Əsədullaya). Nə deyir bu?
Ə s ə d u l l a (hirslənir). Mən fransızca bilirəm? (Ə h m ə d b ə yə) Axı, belə olmaz!..
Ə h m ə d b ə y(əlini sinəsinə qoyur). Vallah, müsyö!.. Opera... Təşəkkür!.. (Özünü göstərir.) O
yedi! Çok yedi!.. Burada hamı çok yeyir! Çok!.. Indi opera!..
Ə s ə d u l l a (Ə h m ə d b ə yi təpədən-dırnağacan diqqətlə süzür). Başa bax ha!.. (Qəflətən atılıb
Ə h m ə d b ə yi bağrına basır.) Əsl mənim adamımsan! Mənə elə sənin kimi adam lazımdı də! (Əhməd
bəyi öpür.) Mən də sənin kimiyəm də! Mən də sənət aşiqiyəm! (Ə h m ə d b ə yi göstərərək, mütəəssir)
Elə bil öz cavanlığımdı, durub qabağımda!..
Ə h m ə d b ə y Əsədullanın qollarının arasından güclə çıxıb saatına baxa-baxa üz-gözünü silir. Əsədulla fəxrlə Ə h m ə d b ə yə
tamaşa edir.
Ə s ə d u l l a. Evlənmək istəyirsən, hə?
Ə h m ə d b ə y. Bəli! (Özünü göstərir.) O evlənmək!.. Azərbaycanlı qız evlənmək! Fransız
yok!..
E y n ş t e y n. Deyir ki, mən gərək azəri qızı alım, fransız qızı almaram ömrümdə!
Ə s ə d u l l a. Ay bərəkallah! Malades! Oğul buna deyərlər e! Əsl vətən oğludu! Qoy bir səni
öpüm!
Ə h m ə d b ə y(qorxu ilə kənara qaçır). Yok, müsyö!.. Yok!.. Yok!..
Ə s ə d u l l a. Gör nə tərbiyəlidi! (E y n ş t e y nə) Day sizün tayuvuz döyül e! Üzüvüzdə abır-həya
qalmayıb! Sürtülmüsüz padoş kimi!
E y n ş t e y n pərt olub başını aşağı sallayır və gözünü dikir döşəməyə.
Ə s ə d u l l a (Ə h m ə d b ə yə işarə ilə F i r ə n g i z x a n ı ma). Görürsən necə tərbiyəli O ğ l a ndı?
F i r ə n g i z x a n ı m (Ə h m ə d b ə yə). Yəni dolmanın heç bir növündən bişirmirlər Fransada?
Kələmnən, yarpağnan, badımcannan?..
Ə h m ə d b ə y. Dolma yok!.. Opera, madam...
Ə s ə d u l l a (E y n ş t e y nə). Alə!..
E y n ş t e y n başını necə aşağı sallayıb gözünü yerə dikmişdisə, eləcə də dayanıb cavab vermir.
Yenə bunun ürəyinə dəydim?.. Sən öləsən, bunun ürəyi məni kasıb salacaq! (Cibindən pul
çıxarıb, E y n ş t e y nin cibinə basır.) Bura bax, artistləri gətir bura, pulunu verim, operanı elə orada
göstərsinlər! Hə?
E y n ş t e y n(belini düzəldir). Yox, Əsədulla məllim, Fransada belə şeylərə pis baxırlar.
Ə s ə d u l l a. Hə? Onda tez eləginən! Başa sal buna ki, mən kiməm, mənim qızım Z ü l e y x a
xanım kimdi, necə ağıllıdı, necə tərbiyəlidi... Davay! Sən deginən, guya, mənim xəbərim yoxdu.
E y n ş t e y n. Ə h m ə d b ə y! Znaçit Əsədulla məllim çox krupnı bir insan! Əsədulla məllim e-ee...
Akula! Fil! Balina! (Əli ilə göstərir.) Çox krupnı! E-e-e, Mesenat! Inteligent!
Ə s ə d u l l a. Alə, sən bu fransız dilini harda öyrənmisən belə?! Malades!
E y n ş t e y n. Əsədulla məllim e-e-e... bütün Bakıda... krupnı! Özü də demokrat!
Ə h m ə d b ə y (F i r ə n g i z x a n ı ma). Madam... (Özünü göstərir.) O... opera getmək... Madam...
F i r ə n g i z x a n ı m. Bu nə deyir?
Ə s ə d u l l a. Ay qız, mən Fransada-zadda olmuşam bəyəm, nə bilim nə deyir? (E y n ş t e y nə)
Papaq da alaciyəm sənə bir dənə! Andatra! Başla!
E y n ş t e y n(ruh yuksəkliyi ilə). Əsədulla məllimin bir sözü... e-e-e... iki yox Bakıda!..
Ə h m ə d b ə y(saatına baxa-baxa). Opera...
Ə s ə d u l l a (tələsik). Alə, qaçar birdən. Mənnən keç day! Keç qıza!..
E y n ş t e y n. Z ü l e y x a xanım Əsədulla məllimin qızı... E-e-e... E-e-e...
Ə s ə d u l l a. Noldu, alə?
E y n ş t e y n. Z ü l e y x a xanım... E-e-e... Əsədulla məllimin qızı...
Ə s ə d u l l a (səbrsiz). Bunu dedin də!
E y n ş t e y n. Z ü l e y x a xanım... E-e-e... (Birdən ağlamsınır.)
Ə s ə d u l l a. Adə, noldu sənə?
E y n ş t e y n əli ilə üzünü tutub çiyinlərini atır.
F i r ə n g i z x a n ı m. A-a-a...
Ə h m ə d b ə y(özünü göstərir). O opera getmək (E y n ş t e y ni göstərir.) Bu uzanmaq...
Ə s ə d u l l a (Ə h m ə d b ə yə). Bir dəqiqə. (E y n ş t e y nə) Sənnən döyüləm mən?! Noldu?!
E y n ş t e y n. Mən.. Mən... Yox, deyə bilmərəm, mənə nə olub. Qorxuram...
Ə s ə d u l l a. Kimdən qorxursan?
E y n ş t e y n. Sizdən.
Ə h m ə d b ə y saatına baxır.
Ə s ə d u l l a (tələsik). Niyə?
E y n ş t e y n. Yox, deyə bilmərəm. Bu mənim qəlbimin əbədi sirridir!..
Ə s ə d u l l a (gəlib E y n ş t e y nin qolundan tutub kənara çəkir). Niyə qorxursan? Mən də sənün
atan! Adam atasınnan qorxar?
E y n ş t e y n (qorxa-qorxa). Yox.
Ə s ə d u l l a. Onda de görüm nolub? Bu gedir axı, vaxt itir. Mən də ki, fransızca bilmirəm.
E y n ş t e y n (həyəcanla). Mən... Mən...
Ə s ə d u l l a (səbrsiz). Hə?
E y n ş t e y n. Mən... Mən Z ü l e y x a xanımı... özüm sevirəm! (Əli ilə sifətini qapayıb, çiyinlərini
daha da bərkdən atır.)
Pauza.
Ə s ə d u l l a (E y n ş t e y nin qolunu buraxıb uzaqlaşır). Ay-hay! Axmaq oğlu, axmaq!.. Salasan
ayağuvun altına, o qədər çəkəsən ki, nöyüt iyi verə, bir də belə qələt eləməyə! Zəmanəyə bax də!..
Gör kim ürək eləyib mənə nə deyir?!
Ə h m ə d b ə y. Müsyö! Madam! (Özünü göstərir.) O getmək!.. Opera!..
Ə s ə d u l l a. Bir dəqiqə! Bir dəqiqə! (E y n ş t e y nə) Bura gəl! Demirəm sənə bura gəl?!
E y n ş t e y n. Vurarsuz axı, məni...
Ə s ə d u l l a. Yox, bura gəl (Ə h m ə d b ə yi göstərir.) Bunun yanında necə vurum səni?
(Yaxınlaşan E y n ş t e y nin qolundan yapışır.) Sən o qələti elədün, eləməmiş olasan. Sən demədin, mən
eşitmədim! Bildin? Özünü yaxçı apararsan, mən də sənə kömək eləyərəm, burda bir yaxcı qız alarıq
sənə! Gic olmaginən! Davay! Görmürsən gedir? Davay! Z ü l e y x a xanım barəsində bir-iki kəlmə
deginən! Fransada belə lazımdı.
E y n ş t e y n (burnunu çəkə-çəkə). Z ü l e y x a xanım çox gözəl!.. Ilahi!.. Institutda komsomol
katibi idi!..
Ə s ə d u l l a (tələsik). Orası lazım döyül!..
Ə h m ə d b ə y. Mən getmək!.. (Saatına baxır.) Opera!..
Ə s ə d u l l a (hirslənir). Alə, evlənmək istəmirsən sən?!
F i r ə n g i z x a n ı m. Özünnən çıxma, Əsədulla.
Ə s ə d u l l a. Görmürsən?! (Ə h m ə d b ə yə) Balam, evlənmək istəmirsən sən?
Ə h m ə d b ə y. Bali!.. (Özünü göstərir.) O evlənmək!.. Uşaq olmaq!.. O ğ l a n!..
E y n ş t e y n. Istəyir ki, evlənsin, uşağı olsun! Istəyir ki, oğlu... oğlu olsun... (Ağlamsınır.)
Ə s ə d u l l a. Ay bərəkallah! Əsl K i ş idi də! Görürsən, istəyir ki, oğlu olsun!
Ə h m ə d b ə y. Bali! Oğlu olsun! Böyük olsun! Fransa Kommunist Partiyasına otursun!
Ə s ə d u l l a. Nə?
Ə h m ə d b əy (özünü göstərir). Onun oğlu olsun! Sosialist ideallar olsun! Fransa Kommunist
Partiyasına otursun!
Pauza.
Ə s ə d u l l a. Fransa Kommunist Partiyasına otursun?
Ə h m ə d b ə y (başı ilə təsdiq edir). Bali, müsyö...
E y n ş t e y n. Başa düşdüm! Bu istəyir ki, oğlu olsun, böyüsün, girsin Fransa Kommunist
Partiyasına.
Ə h m ə d b ə y. Bali! Bali!
Ə s ə d u l l a (öz-özünə). Ay-hay!.. Oranın milyonerləri bu ağıldadısa, onda vay Fransanın
halına!. (Ə h m ə d b ə yə) Deməli, sən istəyirsən ki, Paris olsun qorkom, hə?
Ə h m ə d b ə y (özünü göstərir). O demokrat!.. O istər ki... liberte, eqalite, fraternite! Yani ee-
e... azadlıq! E-e-e... barabarlik! E-e-e... kardaşlık! Bildi?
Ə s ə d u l l a (E y n ş t e y nə). Nə deyir, alə, bu? Azaqlıqdan-zaddan danışır. Deyəsən, bu
mitinqlər ona da təsir eləyib?!
Ə h m ə d b ə y. Yok! Mitinq yok! Fransız inqilabı! Böyük inqilab!
Ə s ə d u l l a (E y n ş t e y nə). Bu nə deyir, ay başına dönüm sənün?
E y n ş t e y n. Bu deyir ki, o sözlər ki, var, azadlıq-zad, onları Böyük fransız inqilabında deyiblər.
Ə h m ə d b ə y. Bali! Bali!
Ə s ə d u l l a. Pah atonan! Fransada da?!
F i r ə n g i z x a n ı m. Onnar da Domsovetin qabağına çıxıb belə mitinq edirdilər?
Ə h m ə d b ə y. Indi yok. (Barmağı ilə göstərir.) Iki yüz il əvvəl!
E y n ş t e y n. Deyir ki, indi yox, iki yüz il bunnan əvvəl deyirdilər.
Ə s ə d u l l a (rahat nəfəs alır). Əşşi!.. Iki yüz il bunnan qabaq nə deyiblər, qoy desinlər də!..
Yaxşı eləyiblər, halal xoşları olsun! Indi demirlər ki?
Ə h m ə d b ə y. Indi yok!
Ə s ə d u l l a. Vot, malades! Bəs, onda oğluvu niyə istəyirsən ki, Kommunist Partiyasına
girsin?
Ə h m ə d b ə y. Girməsin?
Ə s ə d u l l a. Nırç! (Başını atır.) Bura gəl! (Ə h m ə d b ə yin qolundan tutub kənara çəkir.) Sən
özümüzünküsən! (E y n ş t e y nə işarə ilə) Onun yanında demirəm, gedib satar məni! Nə bilirsən, KQBedi
bəlkə? Bura səninçün Paris döyül e, a bəxtəvər!.. (Pıçıltıyla) Lazım deyil!
Ə h m ə d b ə y. Lazım deyil nə?
Ə s ə d u l l a (ora-bura baxa-baxa pıçıltıyla). Lazım deyil, oğluvu Fransa Kommunist
Partiyasına qoyma...
Ə h m ə d b ə y. Niyə qoyma?..
Ə s ə d u l l a (öz-özünə). Alə, birdən bunun özü KQB olar ey?!
Ə h m ə d b ə y. Niyə qoyma?
Ə s ə d u l l a. Fransa olanda nolar? Kommunistdi də!.. Böyüyüb olacaq kommunist, sonra da
var-yoxunu alacaqlar əlündən, keçəcəksən talonnan zamarojınnı camış ətindən yeməyə! Ya da gərək
mənim kimi olasan, onu da ki, sən bacarmazsan! Lap oldun mən, qazandun bu hökuməti sökə-sökə,
nolsun? Xərcliyə bilməyəcəksən əməlli-başlı!
Ə h m ə d b ə y. Bəs siz kommunist?
Ə s ə d u l l a. Mən? Əşşi, mən elə-belə kommunistəm! (Əlini yelləyir.) Gəl! (Səhnənin
ortasına qayıdırlar. E y n ş t e y nə) Deyirdim buna ki, oğlunu mütləq qoysun Fransa Kommunist
Partiyasına! Qoy Fransa da ağ günə çıxsın!
Ə h m ə d b ə y (saatına baxır). Mən getmək! Vaxt yok! Opera!
Ə s ə d u l l a (hirsini saxlaya bilmir). Alə, bəs sən necə milyonçusan? Milyonçu da belə
tələsə-tələsə evlənməyə gələr vətənə? Adam vətəni operaya satmaz!
Ə h m ə d b ə y. Milyon!.. Milyon!.. (Əsəbi halda) Hamı milyon! Milyon!.. Qızı almaq istədi
milyon yok, o! (Özünü göstərir.) O!.. (Qaçıb səhnədən çıxır.)
Ə s ə d u l l a. Alə! Adun zəhrimar da yadımdan çıxır həmişə!
E y n ş t e y n. E y n ş t e y n!
Ə s ə d u l l a. Nə dayanmısan? Qaçdı getdi operaya!
E y n ş t e y n (yerindən tərpənmədən). Axı, siz...
Ə s ə d u l l a. Nə mən?
E y n ş t e y n (utana-utana). Siz soz vermişdiniz...
Ə s ə d u l l a. Nə söz?
E y n ş t e y n (utana-utana). Siz indi mənə söz vermişdiniz... Saroçka... Bir də papaq...
Ə s ə d u l l a. Alə!... Alə, adamın da belə adı olar? E y n ş t e y n! Alə, sən belə adnan o boyda
SEKA-da necə işləmisən?! (Təpiklə E y n ş t e y ni vurmaq istəyir. E y n ş t e y n qaçıb səhnədən çıxır.)
F i r ə n g i z x a n ı m. Əsədulla!..
Ə s ə d u l l a. Nədi?
F i r ə n g i z x a n ı m. Deyirəm, o cür ki, Fransanı deyirlər e, orda bəs dolma yemirlər də
heç? Hə?!
Ə s ə d u l l a arvadına baxa-baxa qalır.
İ ş ı q s ö n ü r.
ONUNCU ŞƏKİL
Polyaniçkoların evi. I v a n I v a n o v i ç,
V e r a N i k o l a y e v n a.
I v a n I v a n o v i ç. Sən işində ol, əzizim, darıxma, rolunu öyrən. Mən qızardıram. (Bir əli
ilə burnunun pərələrini tutub, o biri əlindəki qaşıqla, tavada qızaran kartofu qarışdırır.) Püf!..
V e r a N i k o l a y e v n a (divanda yarıuzanmış halda əlindəki «Rusca-Azərbaycanca lüğət»
kitabını vərəqləyə-vərəqləyə). Odinoçestvo – tanxalık... Aha! Manim qalbim tanxalık içinda... nə?
I v a n I v a n o v i ç. Mən axı... Püf!.. (Burnunu tutur.) Mən Azərbaycan dilini yaxşı
bilmirəm.
V e r a N i k o l a y e v n a (hirsli). Sən nəyi bilirsən ki, onu da biləsən?!
I v a n I v a n o v i ç (mülayim). Yaxşı, hirslənmə, Veroçka, hirslənmə, Rolu öyrən!..
V e r a N i k o l a y e v n a (hirsli). Öyrən!.. Öyrən!.. (Qışqırır.) Öyrənmirəm!.. Acmışam
mən! Yemək istəyirəm!
I v a n I v a n o v i ç. Bu saat!.. Püf!.. Bu saat kartoşka hazır olur!
V e r a N i k o l a y e v n a. Sənə nə var ki?! Hazırına nazir olmaq istəyirsən! Köhnə peşəndi!..
I v a n I v a n o v i ç(mülayim). Veroçka...
V e r a N i k o l a y e v n a. Düz demirəm? (Yamsılayır.) «Veroçka...» Elə bilirsən onunla danışmaq
üçün tekst düzəldib azərbaycanca əzbərləmək asandı? Elə bilirsən bunların psixologiyası
səviyyəsinə enmək asandı?! Bu primitiv adamların, hə, asandı?
I v a n I v a n o v i ç. Kim deyir ki, asandı, Veroçka? Əsəbiləşmə, rolu öyrən, bu saat bunu
əntiqə... püf... bişirib səni yedirdəcəyəm. Sonra da, mənim toyuğum, xoruzun gələcək yanına!..
V e r a N i k o l a y e v n a. Lazım deyil mənə sənin kimi xoruz! (Kinayə ilə) Amma yaman da
xoruzsan...
I v a n I v a n o v i ç(özünü güclə saxlayıb mülayimcəsinə). Veroçka...
V e r a N i k o l a y e v n a (yavaş-yavaş xəyala dalaraq). Amma o, doğrudan da, çox
gözəldi!.. Obsalyutna qarnı yoxdu!..
I v a n I v a n o v i ç öz qarnına baxır və sinəsini irəli verib qarnını bir az yığışdırır.
V e r a N i k o l a y e v n a. Meçetsya – çır-pı-nır. Mənim qəlbim tanxalık içində çır-pınır... Ax, Axmed
bek, aqar siz bilsaniz ki, manim qalbim tanxalıq içinda nedja çırpınır?!
I v a n I v a n o v i ç. Bravo! Bravo!
V e r a N i k o l a y e v n a (ona fikir vermədən). Mən sizin e-e-e... Prozraçnoye – şəffaf. Man sizin o
tamiz, o şaffaf qozunuza baxarkən...
I v a n I v a n o v i ç. Nəsə qulağıma birtəhər gəldi...
V e r a N i k o l a y e v n a. Hə, qozunuza yox, gö-zü-nü-zə. Azərbaycanlıların bu «k»larını, «ə»lərini
yaxşı deyə bilmirəm! Gül bizim çar Nikolayların, Aleksandrların başına! Az qala iki yüz ildi
Azərbaycan bizim müstəmləkədi, dilləri heç, heç olmasa bu hərfləri götürəydilər! Man sizin o tamiz
o şaffaf qozunuza... yox, gö-zü-nü-zə baxarkən e-e-e... Razoçarovannıy – nakam. Man sizin o tamiz,
o şaffaf gö-zü-nü-zə baxarkən öz nakam taleyimi nə kadar darindan e-e... Osoznayu – dark edirəm.
Na kadar da dark edirəm!
I v a n I v a n o v i ç. Əla! Əla! Veroçka, əla! Püf! Sən təkcə qədri bilinməyən böyük aktrisa
deyilsən, həm də dramaturqsan! Qoy, bax, belə sentimental olsun! Azərbaycanlı cavanlar belə
şeyləri xoşlayırlar. O saat inanacaq sənə! Az qalacaq ağlasın, görərsən!
V e r a N i k o l a y e v n a. Mənə bir azərbaycanlı redaktor lazımdı ki, aksentimə fikir versin. Bəlkə o
qonşumuz K i ş ini, Əsədullanı çağıraq?
I v a n I v a n o v i ç. Vera! Sən də həmişə elə adamlar tapırsan ki!.. O şorgözün biridi!
Görmürsən sənə necə baxır, elə bil, ac pişik balığa baxır!
V e r a N i k o l a y e v n a (nazlana-nazlana). Nə olsun? Baxsın də! Bilir nəyə baxır!
I v a n I v a n o v i ç. Vera-a-a!
Pauza.
Özü də qızını Ə h m ə d b ə yə sırımaq istəyir!
V e r a N i k o l a y e v n a (əsəbi). Oy, neqodyay!.. Iştahına bir bax e! Sənin kimi
mədəniyyətsizlərin yeridi Fransa?! Özün də milyoner adamsan, bizim kimi gündə kartoşka yemirsən
ki, Fransaya getmək istəyirsən?! Yaxşı! Baxarıq! (Yeni bir ilhamla) Man sizin o tamiz, o şəfaf
qozunuza baxarkən... e-e-e... gö-zü-nü-zə baxarkan öz nakam taleyimi bilsaz na kadar darindan dark
ediram! Ax, Axmed bek! Manim... e-e-e... Odinokiy – qarib. Ax, Axmed bek! Manim qarib konlum
yaqin ki, bir da xeç zaman qulmayadjak!
I v a n I v a n o v i ç(tavadakı kartofu qarışdıra-qarışdıra). Bravo! Püf!.. Bravo!..
V e r a N i k o l a y e v n a. Ax, Axmed bek!.. (Xəyala dalaraq) Fransa!.. Monpartr!.. Monparnas!..
Sena!.. Villa!.. Gecə!.. Yalnız tarşer yanır!..
I v a n I v a n o v i ç. Ah, Vera!.. Hər tərəf sakitlik!.. Perestroyka yox!.. Qorbaçov yox!..
Qurultaylar yox!.. Sessiyalar yox!.. Xalq deputatları yox!.. (Tavadakı kartof yanmaq üzrədir və onu
o gözəl xəyal aləmindən yenə də qaz plitəsinin yanına gətirir.) Püf! (Tavadakı kartofu qarışdırır.)
Püf!..
V e r a N i k o l a y e v n a. Nikolay Petroviçi yox, amma Viktor Aleksandroviçi də Parisə
çağıracağam... Bəlkə, hələ bilmirəm, bəlkə Pyotr Matveyeviçi də çağırdım.
I v a n I v a n o v i ç. Vera! Bəsdir!
V e r a N i k o l a y e v n a. Nə bəsdir? Eqoist!.. Onlar bəyəm mənim ərim olmayıblar?
I v a n I v a n o v i ç. Nə olsun olublar? Biz orda bir yerdə nə eləyəcəyik, hə?
V e r a N i k o l a y e v n a. Nə olar? Fransadı da!..
I v a n I v a n o v i ç (daha özünü saxlaya bilməyib, əlindəki qaşığı tavanın içinə çırpır).
Axmağın biri, axmaq!
V e r a N i k o l a y e v n a (qışqırır). Axmaq özünsən!
I v a n I v a n o v i ç(qışqırır). Təqsir məndədi ki, sənin kimi ifritəyə kartoşka qızardıram! (Daha
bərkdən qışqırır.) Istəmirəm!.. Semiçka yağı ilə kartoşkanın iyi məni öldürür!..
V e r a N i k o l a y e v n a (qışqırır). Sənə o da azdı.
I v a n I v a n o v i ç(qışqırır). Yandıracağam bunu! (Tavanın altında yanan qazı artırır.) Qoy
yansın!.. Neqodyayka!
V e r a N i k o l a y e v n a (qışqırır). Tı sam neqodyay!
İ ş ı q s ö n ü r.
ON BİRİNCİ ŞƏKİL
Bəbirzadələrin evi. Əsədulla, F i r ə n g i z x a n ı m, Z ü l e y x a.
Ə s ə d u l l a (Z ü l e y x aya). Nə yaxşı oldu, özün də gəldün çıxdun! Qızım, Z ü l e y x a, çox vacib
bir söhbətimiz var sənünlə. (F i r ə n g i z x a n ı ma) Sən başla.
F i r ə n g i z x a n ı m. Mən bacaran şey deyil bu, özün başla.
Z ü l e y x a. Yenə nə olub?
Ə s ə d u l l a. Heç nə. Nə olacaq? Xeyirdü!
Z ü l e y x a. Allaha şükür! Dedim, yoxsa, xalqımızın bu ağır günündə yenə nəsə bir fəlakət
baş verib!
Ə s ə d u l l a. Yox, canım!.. Sən də yaman hər şeyi ürəyüvə salırsan a!..
F i r ə n g i z x a n ı m. Day demə!..
Z ü l e y x a. Bəs mən nə edim? Mən də bu xalqın qızıyam, yoxsa yox? Öz elimin, obamın
qızıyam mən!
Ə s ə d u l l a. Əlbəttə!
Z ü l e y x a. Artıq rəfiqələrim də Qarabağa getməyə başlayıblar. Onları bir-bir cəbhəyə yola
salıram!
Ə s ə d u l l a. Yaxşı eləyirsən, qızım, yola sal! Sən də yola salmayanda, bəs, bu xalqın
övladlarını kim yola salacaq?! Yola sal, amma ürəyüvə salma!
Z ü l e y x a. Eh, ata, bu ürək mənimki olsaydı, nə vardı ki! Bu ürək mənimki deyil, yox,
xalqımınkıdır!
F i r ə n g i z x a n ı m (ağlamsınır). Can bala!..
Ə s ə d u l l a (kövrəlmiş halda arvadına çımxırır). Yaxşı, bəsdi! (Zuleyxaya) Özün bilirsən ki,
mənim də ürəyim həmişə xalqımla bir vurur.
Z ü l e y x a. Əlbəttə! Mən bunu hər yerdə deyirəm! Deyirəm ki, xalqıma xidmətdə atam mənim
üçün ən böyük nümunədir!
Ə s ə d u l l a. Yaxşı eləyirsən! Əhsən! Düz deyirsən!
Z ü l e y x a. Mən bu barədə müxbirlərə də demək istəyirəm. Istəyirəm qəzetlərdə intervülərim
çıxsın. Elə sözlər deyim ki, heç olmasa, xalqım bir az təskinlik tapsın. Ancaq yaxşı müxbir
tapmıram.
Ə s ə d u l l a. Tapmırsan, bəs mənə niyə demirsən? Bilirsən ki, mən xalqım üçün nə lazımdı
eləyərəm! Sabah müxbirlər gəlib taparlar səni! Ancaq, qızım, bir iş var də... Rəfiqələrüvü də yola
sal, müxbirlərə də nə deyirsən, de, ancaq özün çox dərinə getmə...
Z ü l e y x a. Onda bəs... Bəs bu işlərin axırı nə olacaq?
Ə s ə d u l l a. Day axırdı də, qızım, bəs axır necə olar? Iş də bundadı də! Söhbət də bundadı!
Xalqa canımız qurban! Ancaq gərək öz başımızın da çarəsini qılaq! (F i r ə n g i z x a n ı ma) Başla.
F i r ə n g i z x a n ı m. Yox, yox... Xörək-zad döyül ki, durum asım o saat! Mənim əlimdən
gələn iş deyil...
Ə s ə d u l l a (əlini yelləyir). Yaxşı. (Z ü l e y x aya) Bilirsən ki, sən bizim gözümüzün ağı-qarası
bir dənəmizsən! Bütün bu cah-cəlal hamısı sənündü! Nə yığmışam, hamısı sənünçündü də. Özüm də
elə bilirdim ki, bu cah-cəlalı top vursan, dağılmaz! Amma indi baxıb görürəm ki, mən də elə o gədə
kimi, adı nədi onun?.. Şey...
F i r ə n g i z x a n ı m. E y n ş t e y n...
Əssədulla. Hə, onun kimi axmağın biriymişəm! Qurtarır hər şey! Bir ölkədə ki, pul qiymətdən
düşdü, pul kağıza dönməyə başladı, heç kim də ki, heç kimdən çəkinmədi, onda, deməli, axirətdi!
Indi rəfiqələrüvü yola salırsan cəbhəyə, sabah elə ola bilər ki, məcbur olub özün gedərsən!
F i r ə n g i z x a n ı m. Vay!.. Allah eləməsin!.. Sən də ağzını xeyirliyə aç də!..
Ə s ə d u l l a. Mənnəndi bəgəm?! Indi day heç kim heç kimin ağzına baxmır, hörmət-izzət
yox, pul da ki, qiymətdən düşür! Hərə öz hayındadı! Burdan baş götürüb çıxıb getmək lazımdı! Indi
bir fürsət düşüb!
Z ü l e y x a. Ə h m ə d b ə yi deyirsiz?
Firəngiz x a n ı m. Tanıyırsan?
Ə s ə d u l l a. Xəbərün var onnan?
Z ü l e y x a. Əlbəttə, xəbərim var. (Gülümsəyir və romantikcəsinə) Bütün küçəmiz onnan
danışır... Çox simpatiçnidi...
Ə s ə d u l l a. Özü də milyoner! O da xalqımızın qeyrətli oğludu də! O boyda Fransadan
durub gəlib bura ki, millətin qızıynan evlənsin! Indi nə deyirsən, hə?
Z ü l e y x a. Elçiliyə gəlib bəyəm?
F i r ə n g i z x a n ı m. Hələ yox, ancaq...
Ə s ə d u l l a. Sənün o məsələlərlə işün olmasın!
Z ü l e y x a. Axı... Hamı istəyir ki, onunla qohum olsun.
Ə s ə d u l l a. Hamı başqa, mən başqa! Yoxsa, süz də day mənim üstümdən xətt çəkmüsüz,
hə?
F i r ə n g i z x a n ı m. A-a-a...
Z ü l e y x a. Sən nə danışırsan, ata?
Ə s ə dul l a. Onda söz sənündü!
Pauza.
Z ü l e y x a (yeni bir ruh yüksəkliyi ilə). Mənim bir arzum var, ata!..
Ə s ə d u l l a. Arzun var?
Z ü l e y x a. Bəli.
Ə s ə d u l l a. Bəs nöşün indiyəcən demirdün?
Z ü l e y x a. Bu yeni arzudu, ata.
Ə s ə d u l l a. Yaxşı də, arzun var, qoy olsun! Onun buna nə dəxli var? Bəlkə başqa O ğ l a nzad...
Z ü l e y x a. Yox, yox, atacan!
Ə s ə d u l l a. Bəs, onda Fransa barədə nöş sözüvü demirsən?
Z ü l e y x a. Ata, ilk öncə mənim arzum yerinə yetməlidir! Səndən xahiş edirəm, ata, bu arzumu
çin elə!
Ə s ə d u l l a. De də! Sən dedün, mən eləmədim?
Z ü l e y x a. Səni and verirəm xalqımızın ruhuna, mənə kömək elə!
Ə s ə d u l l a. Axı, nə istəyirsən?
Z ü l e y x a. Mən... Mən xalq deputatı olmaq istəyirəm!
Pauza.
Ə s ə d u l l a. Vallah, qızım... (F i r ə n g i z x a n ı ma baxır.)
F i r ə n g i z x a n ı m. Əşşi, uşaq istəyir, elə də!..
Ə s ə d u l l a (Z ü l e y x aya). Sən mənə qulaq as, qızım! Qabaqlar desəydün, səni eləyərdim
deputat. Amma indi deputatlığın da axırı yoxdu! Inan mənə!
Z ü l e y x a. Yox, ata, mən bir millət vəkili kimi xalqıma xidmət etmək istəyirəm! Hər gün
onları televizorla göstərirlər! Qərarlar müzakirə eləyirlər. Indi mənim də ən böyük arzum budur!
Məni bu arzuma qovuşdur, ata! Sonra da Ərəbzəngi adına Q a d ı nları müdafiə müstəqil komitəsi
yaradacam!
Pauza.
Ə s ə d u l l a (heyrətlə qızına baxa-baxa F i r ə n g i z x a n ı ma). Bu nə danışır belə, alə, nə danışır
bu?
F i r ə n g i z x a n ı m. Əşşi, düzəlt də!.. Deyirdin ki, pul xərcləməyə yer tapmırsan. Bude,
xərclə, qızı elə deputat!
Z ü l e y x a. Özü də boş yer var, ata!.. Xalqımızın ruhuna and verirəm! Dörd il bundan qabaq
məni necə komsomol katibi eləmişdin?!
Ə s ə d u l l a. Onda başqa vaxtıydı!.. O başqa məsələydi!
Z ü l e y x a. Indi də millət vəkili olmaq istəyirəm!..
Ə s ə d u l l a. Alə, siz heç nə başa düşmürsüz! Elə bilirsüz ki, mən xəsislik eləyirəm? Ayhay!..
Mən belə şeylərçün nə vaxt xəsislik eləmişəm?! (Get-gedə qızışa-qızışa) Süz başa düşmürsüz
ki, bir məmləkətdə pul kağıza döndü, deməli, hər şey qurtardı! Bitdi! Bunnan dalşe heç nə yoxdu!
Nə deputat?! Deputat bunnan qabaqlarıydı! Otururdu yuxarı başda, znaçoku da hökumət cehizi kimi
taxırdı döşünə! Indi deputata quru boşboğazlıq qalacaq! Bir məmləkətdə ki, rəhbərin ağzına baxan
yoxdu, pulun da qüdrəti yoxdu, orda deputatla hambalın fərqi olmayacaq, başa düşün! (Qışqırır.)
Fransa!.. Fransa!.. Fransa!..
İ ş ı q s ö n ü r.
ON İKİNCİ ŞƏKİL
Həyət. Ə h m ə d b ə y. V e r a N i k o l a y e v n a, Əsədulla, Isgəndərzadə, I v a n I v a n o v i ç, Süpürgəçi K i ş i. Işıq divara
söykənmiş V e r a N i k o l a y e v n anın üzərinə düşür. Eyni zamanda, səhnənin küncündə həyəti süpürən Süpürgəçi
K i ş ini görürük və o tez-tez V e r a N i k o l a y e v n aya tərəf boylanır. V e r a N i k o l a y e v n a intizarla ikinci mərtəbəyə baxır.
Işıq I v a n I v a n o v i çin üzərinə düşür və o ikinci mərtəbədəki pəncərələrin pərdəsi arxasında gizlənə-gizlənə həyətin
küçə qapısına tərəf baxır. Ə h m ə d b ə y həyətə girir. I v a n I v a n o v i ç tələsik pəncərədən qırmızı yaylıq yelləyir. Vera
Nikolayevna I v a n I v a n o v i çin verdiyi işarəni görərək divarın tinindən ehtiyatla boylanır və yaxınlaşan
Ə h m ə d b ə ylə üz-üzə gəlir.
V e r a N i k o l a y e v n a. Ah!..
Ə h m ə d b ə y. Bonjur, madumazel!..
V e r a N i k o l a y e v n a Müsyö... Müsyö... Müsyö...
Ə h m ə d b ə y. Ə h m ə d b ə y...
V e r a N i k o l a y e v n a. O-o-o!.. Müsyö Axmed bek!.. Men sizi biliram!.. Siz bizim xayatda şofer
evində qalırsız... Siz çok sada insan!..
Ə h m ə d b ə y(başa düşməyərək özünü göstərir). O kim?
V e r a N i k o l a y e v n a. Sada!.. O sada bir insan! E-e-e... Qozel bir insan!
Ə h m ə d b ə y. Mersi boku, madumazel!..
V e r a N i k o l a y e v n a. Madumazel Vera....
Ə h m ə d b ə y. Mersi boku, madumazel Vera. O revuar!.. (Getmək istəyir.)
V e r a N i k o l a y e v n a. Yok, yok, o revuar yok! Siz tanxa bir adama benzersiz.
Ə h m ə d b ə y (ayaq saxlayır). Tanha! Bali! O (Özünü göstərir.) tanha.
V e r a N i k o l a y e v n a (özünü göstərir). O da tanxa!.. Ax, Axmed bek, aqar siz bilsaniz
ki, kalbim tanxalıq içində nedja çırpınır?!
Pauza.
Ə h m ə d b ə y. Pardon, madumazel, o (özünü göstərir) başa düşdü yok...
V e r a N i k o l a y e v n a (imkan tapdıqca, özünü Ə h m ə d b ə yə nümayiş etdirə-etdirə
yavaşdan). Hayıf, man yaxşı başa düşmüram ki, bu nə deyir? (Bərkdən) Man sizin o tamiz, o şəffaf
e-e-e... qoziniza baxarken öz nakam taleyimi bilsaz na qadar darindan dark ediram!
Ə h m ə d b ə y. E-e-e. Madumazel... Madumazel...
V e r a N i k o l a y e v n a (tələsik). Madumazel Vera...
Ə h m ə d b ə y. Madumazel Vera e-e-e... (özünü göstərir.) O siz deməklər başa düşdü yok!..
Pardon...
V e r a N i k o l a y e v n a (yavaşdan). Mənə deyən lazımdı ki, ay ifritə, otuz ildi
Azərbaycanda yaşayırsan, əməlli-başlı öyrən bunların dilini də!.. Bax öz cəzandı! Marqarita da,
Solomon da azərbaycanca elə danışırdılar ki, bunların özlərindən də yaxşı!.. Amma sən indi
bilmirsən ki, bu gözəl O ğ l a n nə deyir? (Bərkdən) Ax, Axmed bek!.. Manim qarip qonlu yaqin ki, bir
da xeç zaman qulmayadjak!..
Işıq üçüncü mərtəbədən həyətə boylanan
Əsədullanın üzərinə düşür.
Ə s ə d u l l a (gözlərini bərəldib). Alə!.. Alə, bu artist bizim uşağı salıb çənginə ki! Alə,
mənim leşim düşüb bəyəm?! Mən ölmüşəm, hə?! (Tələsik pəncərədən çəkilir.)
Ə h m ə d b ə y(çiyinlərini çəkir). Çox e-e-e.. tasuf!.. (Özünü göstərir.) O başa düşdü yok... O
revuar madumazel...
V e r a N i k o l a y e v n a (yavaşdan). Heç başa düşmüram ki, bu fransızca danışır, yoxsa
azərbaycanca?.. Heç olmasa, fransızca bilsəydim!.. (Bərkdən) Ax, ax, Axmed bek!.. Urek dolu
sozle!..
Ə h m ə d b ə y (bu dəfə, deyəsən, nəsə başa düşür). Hə! Hə!.. Un, madumazel Vera! (Özünü
göstərir.) Onun da ürəyi söz dolu! (Dərindən köks ötürur.) Ah!..
V e r a N i k o l a y e v n a (yavaşdan). Davay, Vera davay! Najimay! (Bərkdən) Ürek dolu
soz!.. Siz... va man!.. Torşer yanır. Tet-a-tet!
Ə h m ə d b ə y. Madumazel Vera...
Ə s ə d u l l a (tələsik özünü yetirərək). Nə?! Madmazel Vera? Alə, budu madmazel?
Səhnənin küncündə elə hey həyəti süpürən Süpürgəçi K i ş i daha artıq bir diqqətlə onlara tərəf boylanır.
V e r a N i k o l a y e v n a. Bu svoloç haradan gəldi?
Ə h m ə d b ə y. Bonjur, müsyö!..
Ə s ə d u l l a. Bu nə deyir, alə? Söyüş-zad söyər a?! (Bərkdən) Nə deyirsən?
Ə h m ə d b ə y (özünü göstərir). O salam dedi.
Ə s ə d u l l a. Əleykümə salam. Alə, bəs sən buna (V e r a N i k o l a y e v n anı göstərir) madmazel
deyirsən, özü də günün günorta çağı, həyətin ortasında?! Alə, bəs, operaya getmək nə idi, buna
burda əlüstü madmazel deməyün nədi?
V e r a N i k o l a y e v n a (onun üstünə qışqırır). Səni kim bura çağırdı? A?!
Ə s ə d u l l a. Alə, sən mənim üstümə qışqırırsan?
Ə h m ə d b ə y(çaş-baş qalıb). O (özünü göstərir) heç nə başa düşdü yok!..
V e r a N i k o l a y e v n a (Əsədullaya). Mən sizi milisya veredjek!
Ə s ə d u l l a. Ağəz, sən məni milislə qorxudursan?! Indi bəyəm drujba narodov vaxtıdı?!
(Ə h m ə d b ə yə) Alə, bura gəl. (Ə h m ə d b ə yin qolundan tutub, V e r a N i k o l a y e v n anı göstərir.) Alə,
bilirsən bu kimdi?
Ə h m ə d b ə y. Bilirsən yok!..
Işıq dördüncü mərtəbədən boylanan Isgəndərzadənin
üzərinə düşür.
I s g ə n d ə r z a d ə. Gör o rüşvətxor necə yapışıb Fransadan gələn yoldaşın qolundan?! Yox!
Mən buna dözə bilmərəm! Mənim də səbrimin sonu var, yoldaşlar! (Tələsik pəncərədən uzaqlaşır.)
Ə s ə d u l l a (V e r a N i k o l a y e v n aya). Əlün hər yerdən üzülüb,indi bizim bu uşağı tovlayırsan?
V e r a N i k o l a y e v n a(qışqırır). O sizin uşaq deyil! O menim uşağım e-e-e... mənim tanışım!.. O
Axmed bek!.. Intelegent! Sənin uşağın evda! Qet qozuna... e-e-e... qyozina sok! (Əsədullaya işarə
ilə Ə h m ə d b ə yə) Bu internasionalist deyil!
Ə s ə d u l l a. Mən deyiləm? Bəs kimdi internasyalist, ağəz? (Ə h m ə d b ə yə) Alə, bu qələt
eləyir! Mənim «Drujba narodov» ordenim var! (V e r a N i k o l a y e v n aya) Mən döyüləm, bəs kimdi
internasyalist? Hə? Kimdi?!
I s g ə n d ə r z a d ə (hövlank qışqıra-qışqıra gəlir). Mən! Mənəm internasionalist! Mənəm!
Mən!
Ə s ə d u l l a. Bircə elə sən əskiyüdün?!
I s g ə n d ə r z a d ə (tövşüyə-tövşüyə). Mən buna yol verə bilmərəm! Mənim prinsiplərim
buna yol verməz!
Səhnənin küncündəki Süpürgəçi K i ş i boylana-boylana
onlara tamaşa edir.
Ə s ə d u l l a. Əşşi, tüpürüm sənin prinsiplərüvə! Ode, Qorbaçov soxdu siçan deşiyinə sənin
prinsiplərüvü!
Ə h m ə d b ə y. Allah! Allah!
I s g ə n d ə r z a d ə. Xeyr! Mən yol verə bilmərəm ki, sənin kimiləri bu sadə yoldaşı (Əhməd
bəyi göstərir.) yoldan çıxarsın!
V e r a N i k o l a y e v n a. Vot tak!
Ə s ə d u l l a. Nə? Alə, bəs dünənə kimi deyürdüz ki, kapitalist ölkələrdəkülərün hamısı
şipyondu, bəs, noldu, hə, ay partokrat?! Ode, Yelsin bağlıyır partiyavu! (Ə h m ə d b ə yə) Bax, sən
öləsən, yox, sən cavansan, bu özü ölsün ki, belə deyirdilər! (Isgəndərzadəyə) Hə, demürdüz belə, ay
partokrat?!
I s g ə n d ə r z a d ə (dəruni bir pərişanlıq içində). Ah, Lenin!.. Lenin!.. Qabaqkı vaxtlar
olaydı, bu da mənim qabağımda belə danışaydı?!.
V e r a N i k o l a y e v n a (başını bulayır). Ay-yay-yay!..
Ə s ə d u l l a. Danışardım!.. Mən bütün ömrüm boyu əlitəmizlik uğrunda partokratiyaya qarşı
mübarizə aparmışam!..
I s g ə n d ə r z a d ə. Mənim prinsiplərim qoymur ki, səni burda...
Ə s ə d u l l a (onun sözünü kəsir). Get! Get o prinsüplərüvün dərdini çək!
Ə h m ə d b ə y (tamam çaşbaş qalıb). Allah!.. Allah!.. Bu nə?! (Özünü göstərir.) O heç nə
başa düş yok!..
I s g ə n d ə r z a d ə. Mənim vicdanım...
Ə s ə d u l l a. Alə, nə sənün vicdanun? Sənün vicdanun partiya döyül?! Tüpürüm sənün
partiya iclasuva!
V e r a N i k o l a y e v n a. Kakoy nevospitannıy!.. Ujas!..
I s g ə n d ə r z a d ə. Mən...
Ə s ə d u l l a (ona macal vermir). Sən öləsən, səsüvü çıxarsan, Lenini də söyəcəyəm! Onsuz
da heç kim eşitmir məni!
V e r a N i k o l a y e v n a. Man eşidiram, mən! Man deyadjak!.
Ə s ə d u l l a (tamam hövsələdən çıxmış). Day deməyəcəksən sən heç nə! Birinci səni
boğacam, bax, by əllərimnən, sonra (Isgəndərzadəni göstərir.) bunu! Birinci səni! (Vera
Nikolayevnaya sarı cumur.)
V e r a N i k o l a y e v n a (qorxub qışqırır). Vanya! Vanya!
I v a n I v a n o v i ç (qaça-qaça səhnəyə daxil olur). Manim qeyrati buna yol verdi olmaz!.. Veranı
oldurmak istayir o?! (Əsədullanı göstərir.) Dinamit!.. Dinamit!.. Man bunları da, özumu da
partladajak!..
Ə h m ə d b ə y. Allah!.. Allah!.. (Özünü göstərir.) O heç nə başa düşdü yok!..
V e r a N i k o l a y e v n a (canfəşanlıqla). Lazım deyil, Vanya, əzizim!..
I v a n I v a n o v i ç. Yox! Partladajaq! Dinamit! Dinamit! Mana I v a n I v a n o v i ç Polyaniçko
deyarlar!
I s g ə n d ə r z a d ə. Yoldaş Polyaniçko!..
I v a n I v a n o v i ç. Yox!.. Dinamit!..
Ə h m ə d b ə y. Bu nə belə?! Komediya, nə?.. Nə?! Allah!.. Allah!.. (Özünü göstərir.) O
getdi!.. O revuar, müsyö!.. O revuar, madumazel!..
Ə h m ə d b ə y cəld addımlarla səhnə boyu uzaqlaşır və gəlib Süpürgəçi K i ş inin yanından keçəndə, Süpürgəçi K i ş i
böyük ehtiramla ona baş əyir, süpürgə ilə cani-dildən Ə h m ə d b ə yin qarşısını süpürür ki, keçib getsin. Ə h m ə d b ə y
gedir.
I v a n I v a n o v i ç. Dinamit!..
Ə s ə d u l l a (bir az özünü itirib). Alə, bu lap dəliymiş ki!..
I v a n I v a n o v i ç. Veroçkanı öldürmak? Onu boğmaq? Dinamit!..
Ə s ə d u l l a. Alə, kimdi onu boğan?! Onu boğub özümü də bədbəxt eləyim?! (Ə h m ə d b ə yin
ardınca baxır.) O uşağımızı da bədbəxt eləyim?!
V e r a N i k o l a y e v n a. O sanin uşaq yox!..
I v a n I v a n o v i ç. Partladacam!.. Dinamit!.. Man Ivan Polyaniçko yox, Aleksandr
Matrosov!.. Partladajam!..
I s g ə n d ə r z a d ə. Yoldaş Polyaniçko!..
V e r a N i k o l a y e v n a (I v a n I v a n o v i çin qolundan tutub yavaşca). Xoroşo! Ne
pereiqrivay! (Bərkdən ) Ah, Vanya! Gedək! Apar mani burdan! Mani xilas et!
I v a n I v a n o v i ç. Dinamit!.. Dinamit!..
V e r a N i k o l a y e v n a (I v a n I v a n o v i çin qolundan darta-darta). Gedək, doroqoy, gedək!..
(Gedirlər.)
Pauza.
Ə s ə d u l l a. Alə, sən öləsən, mən heç bilməzdim ki, bu belə qeyrət sahibidi?! Malades!..
I s g ə n d ə r z a d ə. Siz isə... Siz isə...
Ə s ə d u l l a (onun sözünü kəsir). Sən get!.. Get partiya iclasına!.. Qorbaçov gözləyir səni!..
Get!..
İ ş ı q s ö n ü r
ON ÜÇÜNCÜ ŞƏKİL
Bəbirzadələrin evi. Ə s ə d u l l a, E y n ş t e y n. E y n ş t e y n yenə belini büküb, başını aşağı salıb və gözlərini
döşəməyə zilləyib.
Ə s ə d u l l a. Nədi? Nolub yenə?
E y n ş t e y n(başını qaldırmadan). Cürət etmirəm...
Ə s ə d u l l a. De görüm, nə deyirsən?
E y n ş t e y n (başını qaldırmadan). Cürət etmirəm...
Ə s ə d u l l a (hövsələsiz). Alə, sözüvü deginən!
E y n ş t e y n (dərhal belini düzəldərək). Mənimçün bunu bilmək çox vacibdir!
Ə s ə d u l l a. Nəyi?
E y n ş t e y n. Bu mənim üçün həyat məsələsidir!
Ə s ə d u l l a. Alə, nə axı?
E y n ş t e y n. Siz gedirsiz, yoxsa yox?
Ə s ə d u l l a. Nədi? Qulağuva səs-zad çatıb? Işdən götürürlər məni? (Hədə ilə) Məni ya?!.
E y n ş t e y n. Yox, işi demirəm. Fransanı deyirəm?
Ə s ə d u l l a (o tərəf-bu tərəfə baxır). Nə Fransa, alə? Mənim barəmdə belə söhbət yayılıb?
E y n ş t e y n. Yox, sadəcə olaraq, mən öz işimi bilmək istəyirəm. Siz Fransaya... e-e-e... nə isə!..
Əyər belə bir iş olsa, mən burada həyatımı yenidən quracağam!
Ə s ə d u l l a. Neyləyəcəksən? Inqilabçı olacaqsan?
E y n ş t e y n. Yox! Mən də gedib yazacam!
Ə s ə d u l l a. Neynəyəcəksən?
E y n ş t e y n. Yazacam!
Ə s ə d u l l a (gülür). Alə... Alə, indi yazmaq vaxtıdı? Indi kim kimin ərizəsinə baxır, alə?!
Indi day ananim məktub vaxtı döyül, ay yazıq! Kimnən yazacaqsan? Kim sənə məktub yazdıracaq?
Ağlun əvvəlki vaxtlara getməsün! Indi hərə öz hayındadı! Ananim məktublara baxan kimdi?!
E y n ş t e y n. Yox, mən daha ananimka yazmayacağam! Mən əsər yazacam!
Pauza.
Ə s ə d u l l a. Nə yazacaqsan?
E y n ş t e y n. Əsər yazacam! Faciə! «Romeo və Cülyetta»!
Ə s ə d u l l a (istehza ilə).Alə, sənnən əvvəl, deyəsən, yazıblar onu, hə? (Gülümsəyib başını
bulayır.) Kinosunu öz gözlərimlə görmüşəm!..
E y n ş t e y n (get-gedə çılğınlaşan bir ehtirasla.) Mən zəmanəmizin «Romeo və
Cülyetta»sını yazacam! Mən yox, onu mənim qələmimlə zəmanə özü yazacaq! Artıq bu böyük faciə
mənə rahatlıq vermir! Mən bu faciə ilə yaşadığımız zəmanənin fəlakətini bütün dünyaya
göstərəcəyəm! Romeo ilə Cülyetta bir-birlərini dəlicəsinə sevirlər. Fəqət Cülyettanın atası
kommunistdi, SEKAda işləyir, Romeonun atası isə cəbhəçidir!.. Hadisələr bir qanlı vulkan
püskürtüsü ilə cərəyan etməyə başlayır!.. Hisslər qızışır!.. Ideya mübarizələrinin sədası göylərə
qalxır!... Ehtiraslar hamını dəli eləyir!..
Ə s ə d u l l a. Sonra nə olur?
E y n ş t e y n. Sonra böyük müsibətlər olur, Əsədulla məllim!.. Fəlakət başlayır!..
Ə s ə d u l l a (bərk hirslənir). Alə, kim sənnən xeyir görüb indiyəcən ki, teatr da xeyir
görsün?! Alə, utanmırsan xalqın bu ağır günündə sən də bir tərəfdən müsibət eləyirsən, fəlakət
açırsan?!
E y n ş t e y n (qorxmuş). Əsədulla məllim.
Ə s ə d u l l a (onun sözünü kəsir). Alə, mən ölmüşəm bəyəm?! Mən bu xalqın oğluyam!
(Barmağı ilə hədələyə-hədələyə E y n ş t e y nin üstünə gedir.) Mən qoymaram! Mən qoymaram ki, sən
öz həyatuvu yenidən dəyişəsən! (E y n ş t e y ni təpiklə vurmaq istəyir, E y n ş t e y n qaçır.)
Işıq sönür.
ON DÖRDÜNCÜ ŞƏKİL
M e h d i q u l u b ə y, Süpürgəçi K i ş i yarıqaranlıq səhnədə bizim möhtərəm qəhrəmanlarımızın yaşadığı o binanın və
həyətin konturları görünür. Süpürgəçi K i ş i, həmişəki kimi, boylana-boylana səhnənin dibində həyəti süpürür. Işıq
bir-bir pıçı-pıçı sahiblərinin üzərinə düşdükcə, onların siluetini görürük, sözlərini eşidirik.
B i r i n c i q ı z (pıçıltı ilə). Ə h m ə d b ə y!..
Q a d ı n (pıçıltı ilə). Fransa!..
I k i n c i q ı z (pıçıltı ilə). Milyonçu!..
K i ş i(pıçıltı ilə). Bəxtəvər başına!..
O ğ l a n(pıçıltı ilə). Dünyaya gələndə belə də gələsən: Fransa!.. Milyonlar!.. Öz yaxtan!..
B i r i n c i q ı z (pıçıltı ilə). ABŞ-da on yeddi dənə xalça dükanı var!..
Q a d ı n (pıçıltı ilə). Meksikada da!..
K i ş i (pıçıltı ilə). Meksikada?!.
I k i n c i q ı z(pıçıltı ilə). Argentinada da!..
K i ş i (pıçıltı ilə). Argentina!..
O ğ l a n(pıçıltı ilə). Atasından qalıb!.. Yaponiyada da əntiq dükanları var!..
B i r i n c i q ı z (pıçıltı ilə). Xoşbəxt milyonçu!..
K i ş i (pıçıltı ilə). Yaponiyada?!
Birdən-birə işıq bu pıçı-pıçı eləyənlərin arası ilə gələn M e h d i q u l u b ə yin üzərinə düşür.
M e h d i q u l u b ə y (bərkdən). Baba, nə qədər «milyonçu» deyib qəşş edərlər?! Ay həzərat,
bunlar necə insanlardı?! Vallah, billah, bu milyon söhbəti məni dəli elədi!.. Hara gedirəmsə,
böyüklə, kiçiklə, kiminlə görüşürəmsə, işi-gücü buraxıb, məni bacıoğlunun milyonları sarıdan
sorğu-suala tuturlar!.. Mən tamam məəttəl qalmışam!.. Elə bil bu camaat üçün dünyada başqa heç
bir dərd-sər yoxdu, baba, maraq yoxdu, mövzu yoxdu!.. Ay bədbəxtlər! Həzrət Allah bu məmləkət
üçün heç nə əsirgəməyib! Neft deyirsən, burada! Pambıq deyirsən, burada! Filiz deyirsən, burada!
Balıq, kürü, barama, qaz, kürreyi-ərzdə nə istəyirsən, burada! Mandarini! Alması! Zeytunu! Üzümü!
Ənciri! Nə istəyirsən? Ay bədbəxtlər! Başqalarının milyonlarını saymaqdansa, qolunuzu çırmalayın,
iş görün, özünüz olun milyonçu!.. Adam nə qədər başqasından xoşbəxtlik umar?! Ay zalımlar! Ay
insafsızlar! Ay mürvətsizlər! Həzrət yaradanımız bu qədər verib bu məmləkətə, adını da qoyub
Azərbaycan! Nə istəyirsiz daha?! Nəyiniz çatışmır! Gözünüz onun-bunun cibində olanacan, çalışın,
tər tökün, Allahsız əməllərdən çəkinin, sizin də cibiniz dolsun, baba!.. Gözünüz o məmləkətdə, bu
məmləkətdə olanacan, öz gözəl məmləkətinizə bir gün ağlayın də, ay cahillər!..
|