Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Romeo və Cülyetta-2
 
<< 1 / 2 / 3 / 4 / 5 >>

R o m e o.
    Kapuletti, qızı! Ah, ürək, ürək,
    Həyatım düşmənə borc getdi, demək!
B e n v o 1 i o.
    Gedək, əla keçdi bu gün əyləncə.
R o m e o.
    Qorxuram, gətirə mənə işgəncə.
K a p u l e t t i.
    Yox, hara? Cənablar, getməyin hələ.
    Dayanın, bir azca qəhvə də için.
    Vaxtdır, gedirsiniz? Sizə yaxşı yol!
    Təşəkkür edirəm hamınıza mən.
    Ey, bura işıq ver! Gedəyin biz də,
    Doğrudan da, gecdir, yatmaq lazımdır.
    Cülyetta və dayədən başqa hamı gedir.
C ü 1 y e t t a.
    Dayə, küncdə duran o cənab kimdir?
D a y ə. Qoca Tiberonun oğlu, varisi.
C ü 1 y e t t a.
    Bəs indi qapıdan o çıxan oğlan?
D a y ə.
    Hə, o da, mən bilən, gənc Petruçodur.
C ü 1 y e t t a.
    Bəs rəqs eyləməyən, o yana gedən?
D a y ə.
    Onu tanımıram.
C ü 1 y e t t a.
    Öyrən adını! (Dayə gedir).
    Əgər o evlisə, dəhşət budur bax,
    Gəlinlik yatağım məzar olacaq.
D a y ə (qayıdaraq).
    Adı Romeodur.
    O, Montekkinin -O mənfur düşmənin bircə oğludur.
C ü l y e t t a.
    Yarandı öz sevgim öz nifrətimdən,
    Ah, onu tez gördüm, gec tanıdım mən.
    Qorxunc bir eşq oldu qismətim mənim,
    Çaldı ürəyimi qəddar düşmənim.
D a y ə.
    Nə dedin, nə dedin?
C ü l y e t t a.
    Bu, bir şerdir,
    Bir gəncdən öyrəndim rəqs eyləyəndə.
    Səhnə arxasından kimsə çağırır: "Cülyetta!"
D a y ə.
    Bu saat, bu saat!..
    A solmaz çiçək,
    Artıq hamı getdi, gəl biz də gedək.
    Gedirlər.
PROLOQ


    Xor gəlir.
X o r.
    Köhnə eşq can verir öz yatagında,
    Təzə eşq tac alır ondan, nə işdir?!
    Ö gül əvəzsizdir sevda bağında,
    İndi Cülyettanın yanında heçdir.
    İndi Romeo da sevildi, sevdi,
    İlahi baxışla sehrləndi o.
    Fəqət düşmənçilik dəhşətli devdi,
    Dəhşətli yaralar aldı Romeo.
    Qaldı ürəyində pak arzuları,
    And içib, əhd kəsib, ilqar tutmadı.
    Cülyetta harada görəydi yarı,
    Əzabdan gecələr bir an yatmadı.
    Fəqət eşq güc verdi, vaxt isə fürsət,
    Bütün əngəlləri yıxdı sədaqət.
    Gedir.

İKİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Kapulettinin bağının divarının yanında döngə.
    Romeo daxil olur.
R o m e o.
    Könlüm burda ikən hara gedim mən?
    Axmaq dünya, mərkəzini tap indi. (Divarı aşıb uzaqlaşır).
    Benvolio və Merkusio gəlirlər.
B e n v o 1 i o.
    Romeo! Qardaşım!
M e r k u s i o.
    O, ağıllıdır,
    Vallah, yatır evdə yorğan-döşəkdə.
B e n v o 1 i o.
    Qaçıb, bu divardan aşdı o, bağa.
    Əziz Merkusio, sən çağır onu.
M e r k u s i o.
    Çağırmaq nədir ki? Yalvararam da,
    Romeo! Ey şıltaq, ey dəli aşiq!
    Görün, heç olmasa, ah şəkilində,
    Ya bircə misra de, mənə bəs edər,
    Ya inlə, ya da ki, qafiyələndir
    Məhəbbəti yalnız səadət ilə.
    Xəbərçi, gözəllik ilahəsinə
    Sən o, Veneraya bir doğru söz de.
    Lağ et onun oğlu kor Kupidona.
    Elə ox atıb ki, o eşq Allahı,
    Kral Kofetua-qadın düşməni
    Bir dilənçi qıza aşiq olubdur.
    Eşitmir, tərpənmir, cavab vermir o,
    Yazıq ölüb, mənsə hey yalvarıram.
    Səni and verirəm, səni Romeo,
    Qəşəng gözlərinə Rozalinanım,
    Onun gül üzünə, al dodağına,
    İncə ayağına, düz qılçasına,
    Əsim-əsim əsən sağrılarına,
    Orda toxunulmaz qonşulara da,
    Çıx, öz şəkilində sən görün bizə.
B e n v o 1 i o.
    Səni eşitsəydi, acıqlanardı.
M e r k u s i o.
    Axı, nəyə görə? Mən çağırsaydım
    Rozalina üçün başqa bir kəsi,
    Onda hirslənməyə haqqı olardı.
    Mən ki, and verirəm onun ruhuna,
    Özü də ən təmiz, gözəl niyyətlə,
    Sevdiyi naminə görünsün bizə.
B e n v o 1 i o.
    Gedək, ağacların arasında o
    Gizlənib, sığınıb nəmə, zülmətə,
    Qaranlıq yaraşır kor məhəbbətə.
M e r k u s i o.
    Kor məhəbbət vura bilməz hədəfi.
    İndi o əyləşib ağac altında,
    Arzu eləyir ki, sevgilisi kaş
    Yetişmiş, çərdəksiz əzgil olaydı,
    Ağacdan düşəydi ağzına onun.
    Boğazında qalar, dayan, Romeo!
    Əgər o partlamış əzgil olarsa,
    Sən də suyu axan armud olarsan.
    Gecən xeyrə qalsın, gedirəm yatım
    Bu açıq, bu soyuq havada indi.
    Gedək, Benvolio?
B e n v o 1 i o.
    Gedək, doğrusu,
    Gizlənən adamı gəzmək nahaqdır.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Kapulettinin bağı. Romeo daxil olur.
R o m e o.
    Yara görməyənlər gülər yaraya.
    Cülyetta eyvanda görünür.
    Dayan bir! Eyvanda o işıq nədir?
    Ora Qızıl Şərqdir, Cülyetta - Günəş!
    Çıx, ey parlaq Günəş, paxıllığından
    Sənə kin bəsləyən bu Ayı öldür.
    Sən ondan daha çox gözəlsən deyə,
    Qəmdən xəstələnib, rəngi saralıb.
    Ona xidmət etmə, onun sarımtıl,
    Solğun libasını əyninə geymə,
    Belə libasları təlxəklər geyər.
    Ah, mənim həyatım, ah, mənim eşqim!
    Görəsən, bilirmi kim olduğumu?!
    Dodağı tərpənir, danışmır fəqət. Bu nədir?
    Gözləri danışır onun.
    Cavab verəcəyəm, çox sırtığam mən,
    Axı, danışmayır o ki mənimlə.
    İki ən işıqlı, ən parlaq ulduz
    Vacib bir iş üçün göydən gedəndə
    Qəşəng gözlərinə yalvarıb onun:
    Onlar gələnədək şəfəq saçsınlar.
    Ah, onun gözləri gül camalıyla
    Göydə nur saçsaydı həqiqətən də,
    Onun yanağının al şəfəqləri
    Dan yeri çırağı utandırantək
    Bütün ulduzları utandırardı.
    Elə nur yayardı onun gözləri,
    Quşlar cəh-cəh vurub qanadlanardı,
    Gecəni işıqlı səhər sanardı.
    Əlinə söykəyir yanağını, bax!
    Onun yanağına toxunmaq üçün
    Kaş onun əlində əlcək olaydım.
C ü 1 y e ta.
    Ah, yazıq halıma!
R o m e o.
    O nəsə dedi.
    Danış, yenə danış, gözəl mələyim.
    Yerdən insanların mat-mat baxdığı,
    Tənbəl buludların arası ilə
    Büllur, saf havanın qoynunda uçan
    Göylərin qanadlı qasidi kimi,
    Bu zülmət gecədə başının üstdə
    Sən necə nurlusan, necə qəşəngsən!
C ü 1 y e t t a.
    Romeo, nə üçün sən Romeosan?
    Üz döndər atandan, əl çək anandan.
    Yox, əgər sən bunu istəmirsənsə,
    Onda, gəl, and iç ki, sevirsən məni,
    Özün Kapuletti olmayım heç vaxt.
R o m e o (öz-özünə).
    Mən yenə dinləyim, ya cavab verim?
C ü 1 y e t t a.
    Yalnız sənin adın düşməndir mənə,
    Sən özün Montekki deyilsən, axı.
    Nə əlin, ayağın, nə qaşın, gözün,
    Nə do ki, dünyada insana məxsus,
    Başqa heç bir üzvün Montekki deyil.
    Lap başqa ad olsun, adda nə var ki?
    Qızılgülə başqa bir ad versələr,
    Onun gözəl ətri dəyişər məgər?
    Romeo rütbəsiz, adsız da elə
    Kamal zirvəsində durardı belə.
    Romeo, gəl, üzvü hisson olmayan
    Təkcə bu adını sən at üstündən,
    Əvəzində bütün varlığımı al. R o m e o.
    Səni öz sözündən tutacağam mən.
    Mənə sevgilim de, mən də adımı
    Uəyişim, Romeo olmayım daha.
C ü 1 y e t t a.
    Qaranlıq gecədə gizli sirrimdon
    Ey xəbərdar olan, söylə, sən kimsən?
R o m e o.
    Müqəddəs ilahə, bilmirəm indi
    Sənə öz adımı necə deyim mən?
    Nifrət eyləyirəm adıma özüm,
    Çünki mənim adım sənə düşməndir.
    Kağız üzərinə yazılmış olsa,
    Onu tikə-tikə parçalayardım.
C ü l y e t t a.
    Səndən hələ yüz söz eşitməmişəm,
    Səsin, gör, necə də tanışdır mənə.
    Ah, sən Romeosan, Montekkisənmi?
R o m e o.
    Heç biri deyiləm, gözəl məleykə,
    Çünki hər iki ad xoşuna gəlmir.
C ü l y e t t a.
    Bura necə gəldin, nə üçün gəldin?
    Hündürdür, möhkəmdir bağın hasarı.
    Qəflətən rast gəlsən qohumlarıma,
    Ölüm olacaqdır burda qismətin.
Ro m e o.
    Uçdum eşqin zərif qanadlarıyla,
    Eşqi daş divarlar saxlaya bilməz.
    Hər şeyə qadirdir ülvi məhəbbət,
    Mənə qohumların nə edə bilər?
C ü 1 y e t t a.
    Səni görən kimi öldürəcəklər.
R o m e o.
    İyirmi qılıncdan sənin gözlərin
    Daha qorxuludur, daha dəhşətli.
    Lütf elə, sən mənə nəvazişlə bax,
    Bu məni qoruyan zireh olacaq.
C ü 1 y e t t a.
    Kaş ki, onlar səni görməyəydilər.
R o m e o.
    Gecənin pərdəsi gizlədər məni.
    Layiq deyiləmsə sevginə əgər,
    Rast olum onların nifrətinə mən.
    Sənin saf eşqindən məhrum olmaqdan
    Onların əlində ölmək yaxşıdır.
C ü 1 y e t t a.
    Axı, kim gətirdi səni bu yerə?
R o m e o.
    Məhəbbət, məhəbbət köməkçim oldu.
    O məsləhət verdi aydın, səmimi,
    Mən də ona verdim öz gözlərimi.
    Dənizçi deyiləm, fəqət yenə də
    Olsaydm dünyanın o başında sən,
    Bu nadir inciyə qovuşmaq üçün
    Sonsuz ümmanları üzüb keçərdim.
C ü l y e t t a.
    Qaranlıq üzümü gizlətməsəydi,
    Mənim sözlərimi eşitdiyinçün
    Od tutub yanardım xəcalətimdən.
    Sözümü danardım ədəb naminə,
    Ancaq riyakarlıq nəyə gərəkdir?
    Məni sevirsənmi? İnanıram ki,
    "Bəli" deyəcəksən. Bilirəm bunu,
    And içib, yalan da deyə bilərsən.
    Axı, deyirlər ki, Yupiter özü
    Sevgiyçün içilən andlara gülür.
    Ah, əziz Romeo! Doğrusunu de,
    Məni sevirsənmi? Əgər düşünsən,
    Könlümü çox asan almısan ələ,
    Tökərək inadla qaş-qabağımı,
    Sənə "yox" cavabı verərəm ki, mən
    Xeyli yalvarasan, ancaq dünyanı
    Mənə versələr də, etmərəm bunu.
    Ah, gözəl Montekki, həqiqətən də
    Bütün varlığımla sevirəm səni.
    Bəlkə, buna görə, sən buna görə
    Mənim əxlaqımı yüngül sanırsan.
    İnan ki, öz saxta hərəkətiylə
    Abırlı, ismətli görünənlərdən
    Mən daha namuslu, daha sadiqəm.
    Mən daha təmkinli ola bilərdim,
    Lakin sən eşitdin etirafımı.
    Bu işimə görə bağışla məni.
    Qaranhq gecənin açdığı bu saf,
    Bu coşqun sevgimi yüngüllük sayma,
R o m e o.
    Barlı ağacların başına göydən
    Gümüş səpən xoşbəxt Aya and olsun.
C ü 1 y e t t a.
    Ah, hər ay şəklini bir yol dəyişən
    Sən o etibarsız Aya and içmə,
    Etibarsız olar məhəbbətin de.
R o m e o.
    Bəs nəyə and içim?
C ü l y e t t a.
    Heç nəyə heç vaxt; Ya da istəyirsən,
    Allah bildiyim, Bakir varlığına - özünə and iç.
    Onda inanaram sənə ürəkdən.
R o m e o.
    Əgər ülvi sevgim...
C ü 1 y e t t a.
    Dayan, and içmə!
    Səni gördüyümə şad olsam da mən,
    Bu gecə bu əhddən könlüm şad deyil.
    O çox tez, çox ani, çox nagahandır —
    Biz şimşək sözünü hələ deməmiş
    Çaxan bir şimşəyə yaman bənzəyir.
    Gecən xeyrə qalsın, mənim əzizim.
    Biz bir də yenidən görüşən zaman
    Qoy yayın bu həyat nəfəsi ilə
    Bu eşq tumurcuğu qəşəng gül olsun,
    Gecən xeyrə qalsın, xeyrə qalsın.
    Mənim könlümdəki dinclik, rahatlıq
    Sənin də könlündə hökm etsin artıq!
R o m e o.
    Ah, məni beləcə qoyub gedirsən?
C ü 1 y e t t a.
    Əzizim, bu gecə nə istəyirsən?
R o m e o.
    Sevgi, vəfa andı andıma qarşı.
C ü 1 y e t t a.
    Bu andı içmişəm mən səndən əvvəl.
    Heyf, olan oldu, keçən də keçdi.
R o m e o.
    Götürmək istərdin andını geri?
    Bəs bunun səbəbi nədir, sevgilim?
C ü l y e t t a.
    Sənə bildirməkçün sədaqətimi
    İstərdim təzədən and içim sənə.
    Mənim nəyim varsa, nə arzum varsa,
    Səndən də tək onu istəyirəm mən.
    Mənim soxavətim sahilsiz dəniz,
    Mənim məhəbbətim dərya tək dərin.
    Nə qədər bəxş etsəm sənə eşqimi,
    O qədər çoxalır ümmanlar kimi.
    Dayə içəridən çağırır.
    Evdən səs-küy gəlir; di get, yaxşı yol.
    Sevimli Montekkim, əhdə sadiq ol.
    Gəldim, əziz dayə!
    Mənim sevgilim, İndi qayıdıram,
    dayan bir azca (Gedir).
R o m e o.
    Oh, müqəddəs gecə, müqəddəs gecə!
    Qorxuram, gördüyüm bir yuxu ola.
    Belə həddən artıq şirin əfsanə,
    Belə bir möcüzə həqiqət olmaz.
    Cülyetta eyvana qayıdır.
C ü 1 y e t t a.
    Üç kəlmə söz deyim, sonra gedərsən.
    Əzizim Romeo, əgər doğrudan
    Mənimlə evlənmək istəyirsənsə,
    Sübh tezdən yanına göndərəcəyim
    Adama bildir ki, harda, nə zaman
    Sən kəbin kəsdirmək niyyətindəsən.
    Ayağın altına atıb bəxtimi,
    Arxanca gəzərəm bütün dünyanı.
D a y ə (içəridən).
    Göyərçin!
C ü 1 y e t t a.
    Gəlirəm, gəlirəm indi. -
    Yox, əgər niyyətin yaxşı deyilsə,
    Xahiş eyləyirəm səndən...
D a y ə (içəridən).
    Göyərçin!
C ü 1 y e t t a.
    Bu saat, bu saat. - Gəlmə bir daha,
    Məni öz dərdimlə sən yalqız burax.
    Sabah mütləq adam göndərəcəyəm.
R o m e o.
    O zaman könlümdə arzufer çiçək...
C ü 1 y e t t a.
    Gecən xeyrə qalsın sənin min kərə!
R o m e o.
    Min yol bu həsrətdir nurlu gözlərə.
    Görüşə gedirik üzü gülər, şən,
    Elə bil məktəbli qayıdır dərsdən.
    Görüşdən gəlirik kədərlə ancaq,
    Elə bil məktəbə gedir bir uşaq.
     (Yavaş-yavaş getməyə başlayır).
    Cülyctta yenidən eyvana qayıdır.
C ü 1 y e t t a.
    Sss, Romeo, sss! Ah, sən hardasan?
    Əgər ovçu səsi olsaydı məndə,
    Səsləyərdim geri öz tərlanımı.
    Köləlik tutqun səs, bağıra bilməz.
    Mən azad olsaydım, dönə-dönə hey
    Elə qışqırardım, Romeo adı
    Yayılardı bütün bu kainata
    Dünyanın ən böyük əks-sədasıtək.
R o m e o.
    Yenə mənim ruhum məni çağırır.
    Aşiqlərin səsi gecə saf, şirin,
    Səslənir ən incə musiqi kimi.
C ü l y e t t a.
    Romeo!
R o m e o.
     Əzizim!
C ü 1 y e t t a.
    Saat neçədə
    Sabah mən yanına adam göndərim?
R o m e o.
    Düz saat doqquzda.
C ü 1 y e t t a.
    Mütləq, əzizim.
    Ah, o vaxta kimi dözmək dəhşətdir,
    İyirmi ilə qədər görünər mənə.
    Unutdum, nə üçün çağırdım səni?!
R o m e o.
    Yaxşı, yadına sal, mən oturum burda.
C ü l y e t t a.
    Sən burda yenə də durasan deyə,
    Yenə də hər şeyi unudacağam.
    Yadımda, fikrimdə tək bu qalacaq:
    Necə də gözəldir səninlə olmaq.
R o m e o.
    Gülüm, sən hər şeyi unutmaq üçün
    Hər şeyi unudub qalaram burda.
C ü l y e t t a.
    İşıqlaşır. Kaş ki, sevimli quştək
    Uzaq getməyəydin yanımdan heç vaxt.
    Elə quş kimi ki, qızcığaz onun
    Ayağını ipək sapla bağlayıb,
    Əlində saxlayır onu hər zaman.
    Ayağı zəncirli bədbəxt dustağı
    Əlindən buraxır azca kənara,
    Qısqanaraq onun azadlığına
    Yenə ipək sapı çəkir geriyə.
R o m e o.
    Sənin quşun olmaq istərdim, gülüm.
C ü 1 y e t t a.
    Mən də sənin quşun, ancaq, sevgilim,
    Səni öldürərdim nəvazişimlə.
    Hələlik, hələlik, di get, yaxşı yol.
    Ayrılıq - şirin qəm, qəmlə yaşardım.
    Səninlə sübhəcən vidalaşardım.
    Gedir.
R o m e o.
    Sənə şirin yuxu, dinclik, əzizim!
    Kaş yuxun, dincliyin olaydım özüm!
    Rahibin yanına mən gedəm gərək,
    Sevincimi deyib, istəyəm kömək.
    Gedir.

ÜÇÜNCÜ SƏHNƏ


    Rahib Lorensonun hücrəsi.
    Rahib Lorenso əlində bir səbət daxil olur.
L o r e n s.
    Gülür nurlu səhər zülmət gecəyə,
    Dönür şərq buludu əlvan qönçəyə.
    Gündüzün yolundan sərxoş olmuştək
    Qaranlıq çəkilir səndələyərək.
    Neçə ki, gözündən saçıb od, atəş
    Büllur şəbnəmləri içməyib Günəş,
    Doldurum səbəti mən ehtiyatla:
    Şəfalı çiçəklə, zəhərli otla.
    Torpaq anasıdır bu təbiətin,
    Beşiyi, qəbridir bütün xilqətin.
    Qoynuna uşaqtək sığınıb hamı,
    Əmir döşlərindən həyat ilhamı.
    Qucağı doludur min nemət ilə,
    Paylayır hamıya səxavət ilə.
    Məzarı beşikdir, beşiyi məzar,
    Hər gülü, hər daşı sirli, ecazkar.
    Dünyada pisin də faydası vardır,
    Yaxşının da yolu, qaydası vardır.
    Vaxtında, yerində olmasa məlhəm,
    Başa ağrı verər, ürəyə dərd-qəm.
    Yaxşı pisə dönər pisliklə, şərlə,
    Pis yaxşıya dönər yaxşı işlərlə.
    Yoxlasaq bu zərif, bu tər çiçəyi,
    Zəhərdir, şəfadır hər bir ləçəyi.
    Yeyəndə susdurur ürəyimizi,
    Qoxlayanda ətri coşdurur bizi.
    Vuruşur düşməntək bu cür, bu təhər
    İnsanın qəlbində xeyir ilə şər.
    Şər qalib gəldimi, məhv olur həyat,
    Çiçəyi qurd yeyir sanki o saat.
    Romeo daxil olur.
R o m e o.
    Sabahınız xeyir, hörmətli ata!
L o r e n s.
    Allah amanında, çatın nicata!
    Kimdir bu tezlikdə axtaran məni?
    Gənc oğlum, pərişan görürəm səni.
    Belə tez durmağın sübutdur buna,
    Nəsə haram qatıb şirin yuxuna.
    Qocalıq belədir, adətdir bizdə:
    Qayğı keşik çəkir gözlərimizdə.
    Qayğı qalan yerdə heç yuxu qalmaz,
    Cavanlıq başqadır, qayğısı olmaz.
    Harda gənc uzanır, bir qaydadır bu,
    Orda taxta çıxır zər taclı yuxu.
    Odur ki, gəlişin bildirir mənə:
    Nəsə bir fəlakət üz verib sənə,
    Yox, belə deyilsə, deməli, onda
    Gecə olmamısan öz yatağında.
R o m e o.
    Düzdür, yatmamışam, getdi möhnətim,
    Yuxudan şirindir istirahətim.
L o r e n s o.
    Özün keç günahdan, Allah-taala,
    Rozalina ilə olmusan, bala?
R o m e o.
    Rozalina ilə? Yox, əziz atam,
    Unutmuşam onun adını tamam.
L o r e n s o.
    Nədir o yuxudan şirin möcüzə?
R o m e o.
    İndicə hər şeyi deyərəm sizə.
    Düşmənimlə birgə kefdə idim mən,
    Ah, o yaraladı məni qəfildən.
    Mən də yaraladım onu eləcə,
    Ölümcül bir yara aldıq biz gecə.
    Mənə də, ona da çarə gərəkdir,
    Müqəddəs əlacın bizə köməkdir.
    Görürsüz, nifrətim yox qənimə də,
    Əlac axtarıram düşmənimə də.
L o r e n s o.
    Oğlum, açıq danış, aydın de, nə var?
    Tapmaca dərdə həb tapmaca olar.
R o m e o.
    Fikrim həqiqətdir, sözlərim yəqin,
    Sevirəm qızını Kapulettinin.
    Sevgiylə bağlanıb ürəklərimiz,
    Nikahla bərkidin bu sevgini siz.
    Biz necə, nə zaman, harada pünhan
    Görüşüb, danışıb kəsmişik peyman –
    Yolda danışaram, ruhani ata,
    Mən ona butayam, o mənə buta.
    Sizə yalvarıram, güldürün bizi,
    Elə bu gün kəsin kəbinimizi.
L o r e n s o.
    Müqəddəs Fransisk!
    Işlər var nə cür!
    Bu nə dəyişiklik, nə dönüklükdür?
    Sən nə tez unutdun Rozalinanı?
    Bəs sən olmamışdın onun heyranı?
    Gənclərin sevgisi görəsən nədir?
    Eşqi könlündə yox, gözlərindədir.
    Bu solmuş, saralmış yanaqlarından
    Nə qədər göz yaşı axdı bir zaman?!
    Nalən duman kimi tutdu səmanı,
    Günəş qurutmayıb o ah-fəğanı.
    İniltin səslənir qulaqlarımda,
    Göz yaşın iz salıb yanaqlarında.
    Hanı o məhəbbət, o sevgi hanı?
    Dəyişdin, unutdun Rozalinanı?
    Əgər kişilərdə yoxsa dəyanət,
    Neçin qadınları edək məzəmmət?
R o m e o.
    Məni bu eşq üçün danlayırdınız.
L o r e n s o.
    Həddini keçirdin, bununçün yalnız.
R o m e o.
    Dediniz: dəfn elə məhəbbətini.
L o r e n s o.
    Dedim: unudasan qəm-möhnətini.
    Demədim bir eşqi yerə gömüb, sən
    Başqa birisini çıxar qəbirdən.
R o m e o.
    Məni danlamayın, bu canlı aftab
    Veribdir sevgimə sevgiyle cavab.
    O mənim eşqimlə açılan güldü,
    Axı, o əvvəlki belə deyildi.
L o r e n s o.
    Rozalina yaxşı bilirdi ki, sən
    Sevgi sözlərini əzbərləmisən.
    Yaxşı, di gəl gedək, gənc hərdəmxəyal,
    Köməyə hazıram mən sizə dərhal.
    Sizin bu eşqiniz qoy açsın çiçək,
    Ədavət dostluğa çevrilsin gərək.
R o m e o.
    Tez gedək, tez gedək mümkünsə əgər.
L o r e n s o.
    Tələsmə, tez qaçan tez də büdrəyər.
    Gedirler.

DÖRDÜNCÜ SƏHNƏ


    Küçə Benvolio ilə Merkusio daxil olurlar.
M e r k u s i o.
    Görən, bu Romeo harada qaldı?
    Deməli, bu gecə evə gəlməyib?
B e n v o 1 i o.
    Gəlməyib. Öyrəndim mən nökərindən.
M e r k u s i o.
    Ah, o Rozalina, qəlbi daş gözəl
    Ona ki bu qədər işgəncə verir,
    Biçarə, yəqin ki, dəli olacaq.
B e n v o 1 i o.
    Kapulettinin o qardaşı oğlu
    Tibalt Romeoya məktub göndərib.
M e r k u s i o.
    Meydan oxumaqdır bu, vicdan haqqı.
B e n v o 1 i o.
    Romeo da ona cavab verəcək.
M e r k u s i o.
    Əli qələm tutan hər savadlı kəs Cavab verə bilər hər bir məktuba.
B e n v o 1 i o.
    Yox, o göstərəcək necə lazımsa, Hücuma hücumla cavab verəcək.
M e r k u s i o.
    Vay, yazıq Romeo, o artıq ölüb.
    Ağbəniz pərinin qara gözləri onu ağır yaralayıb.
    Eşqin nəğməsi onun qulaqlarmı deşik-deşik eləyib.
    Məhəbbətin oxu onun ürəyinin düz ortasından keçib.
    O, Tibaltın qarşısında necə davam gətirəcək?
B e n v o 1 i o.
    Nə üçün, axı, nədir bu Tibalt?
M e r k u s i o.
     Səni inandırıram ki, o, nağıldakı pişiklər padşahı
    Tibaltdan daha amansızdır.
    Pis işlərdə başçıdır.
    Elə qılınc oynadır ki, elə bil notla mahnı oxuyursan.
    Ritmi, məsafəni və ölçünü çox dəqiq bilir.
    Bir, iki, üçüncüdə qılıncı köksünə sancır.
    Zərif qönçələrin əsl qənimidir.
    Duel ölüsüdür, duel.
    Yüksək dərəcəli zadəgandır.
    Qılınc oynatmağın əsl bilicisidir.
    Ah, o ölməz passado! O punto reserso!
    O hay!1
B e n v o 1 i o.
    O nə deməkdir?
M e r k u s i o.
    Cəhənnəm olsun o əzilib-büzülən ədabazları, yeni dil quraşdıranları!
    Elə ancaq bunu eşidirsən:
    "Həzrəti-İsa haqqı, ən yaxşı qılıncdır!
    Ən ucaboy kişidir! Ən gözəl qəhbədir!"
    Özün de, ulu babam, bu qan qaraldan əcnəbi milçəklərin qulağımıza girməsi kədərli deyilmi?
    Bu xarici moda düşkünləri, bu pardon – nezmois2-lər yeni dəbə elə aludə olublar ki, təzə tumanda köhnə skamyalarda rahat əyləşə bilmirlər.
    Ah, onların bon3-ları, onların bon-ları.
    Romeo daxil olur.
B e n v o 1 i o.
    Romeo gəlir, Romeo gəlir!
M e r k u s i o.
    Bir bax, qurudulmuş balığa oxşayır.
    Ah, insan bədəni, sən necə də balıqlaşdın!
    İndi onun başında yalnız Petrarkanın nəğ-
    Qılınc oynatma terminləri: Hücum! Dəf et! Dəydi! (italyanca).
     Həmişə "bağışlayın" deyən nəzakətli adamlar (fransızca).
     Salam (fransızca). mələri kimi gözəl şerlər dolanır.
    Onun sevgilisinin yanında
    Laura mətbəxdə qabyuyandan artıq bir şey deyil.
    Düzdür, Lauranm aşiqi ona daha gözəl nəğmələr qoşmuşdur.
    Başqalarına gəldikdə də belədir.
    Di-dona pintidir.
    Kleopatra isə qaraçıdır.
    Yelena və Hero qəhbədirlər.
    Tizbanın qəşəng ala gözləri olsa da, gözəllikdə onunla müqayisə edilə bilməz.
    Senyor Romeo, bonjur.
    Bu da sənin gen fransız şalvarına bir fransız salamı.
    Sən dünən axşam bizə yaxşı kələk gəldin.
R o m e o.
    Sabahınız xeyir ikinizin də,
    Necə kələk gəldim axı mən sizə?
M e r k u s i o.
    Aradan çıxdın, cənab, aradan çıxdın.
    Məgər bunu başa düşmürsən?
R o m e o.
    Bağışla, əziz Merkusio, işim çox vacib idi.
    Mənim kimi işi olan adam ədəb qaydalarını poza bilər.
M e r k u s i o.
    Sənin kimi işi olan adam dizi üstə çöküb,
    baş əyməyə məcbur olar desən, daha doğru çıxardı.
R o m e o.
    Demək istəyirsən ki, salam verərdi.
M e r k u s i o.
    Sən çox incəliklə hədəfə vurdun.
R o m e o.
    Bu çox nəzakətli izahat oldu.
M e r k u s i o.
    Hə də, mən əsl nəzakət çiçəyiyəm.
R o m e o.
    Yəqin ki, qərənfilsən.
M e r k u s i o.
    Tamamilə doğrudur.
R o m e o.
    Deyirəm axı, mənim rəqs ayaqqabılarıma taxılan çiçəklər niyə belə qəşəngdir.
M e r k u s i o.
    Yaxşı dedin. Bu zarafatınla ayaqqabıların yırtılana kimi arxamca gəl. Əgər birinin altı deşilməyib, salamat qalsa, sənə kömək eləyər.
R o m e o.
    Ah, bir ayaqqabı altı qədər dözümsüz və dəyanətsiz zarafat!
    O necə də deşilməyib - salamat qalsın.
M e r k u s i o.
    Əziz Benvolio, aramıza gir, bizi ayır.
    Mənim hazırcavablığım kəsərdən düşür.
R o m e o.
    Qamçıla, mahmızla, tənbəli qamçıla, mahmızla, yoxsa mən onu ötəcək və qışqıracağam: yarışı uddum!
M e r k u s i o.
    Dayan bir, əgər sənin hazırcavablığın ovda çöl qazlarına bir şahin kimi cumubsa, mən doğrudan da uduzdum; ona görə ki, sənin hiss üzvlərinin birində olan alıcı quş mənim bütün beş hiss üzvümdəkindən çoxdur.
    Bəlkə, məni də qaz hesab edirsən?
R o m e o.
    Sən mənim yanımda qazdan başqa heç vaxt heç şey olmamısan.
M e r k u s i o.
    Bu zarafat üçün mən sənin qulağım qırparam.
R o m e o.
    Yox, mənim mərhəmətli qazım, elə iş tutma.
M e r k u s i o.
    Sənin hazırcavablığın çox acıdır, lap istiot kimidir.
R o m e o.
    Yağlı bir qaz üçün acı istiot gözəl bir ədviyyə olmazmı?
M e r k u s i o.
    Ah, sənin hazırcavablığın yumşaq dəriyə bənzəyir.
    Onu uzununa da, eninə də çəkib uzatmaq olar.
R o m e o.
    Mən eninə sözünü dartıb, o qədər uzadaram ki, qaz sözünə əlavə edəndə sən dünyada ən böyük qaz olarsan.
M e r k u s i o.
    Nə deyirəm ki?
    Bu, eşq ah-uflarından yaxşı deyilmi?
    Hə, indi səninlə danışmaq olar.
    İndi sən Romeosan.
    İndi sən tərbiyə və təbiətin etibarı ilə əvvəlki adamsan.
    Dostum, sənin bu sarsaq məhəbbətin əlindəki ağacı gizlətməyə bir deşik tapmayıb, ağzından köpük daşa-daşa o yan-bu yana qaçan dəliyə bənzəyir.
B e n v o 1 i o.
    Burda kəs, burda kəs!
M e r k u s i o.
    Son istəyirsən ki, burda mən öz nitqimin quyruğunu kəsim?!
B e n v o 1 i o.
    Belə olmasa, nitqin çox uzanar.
M e r k u s i o.
    Ah! Sən yanılırsan.
    Mən onu qısaltmaq istəyirdim.
    Nitqim lap sonuna gəlib çatmışdı.
    Həqiqətən də, fikrim vardı ki, onu davam etdirməyim.
R o m e o.
    Baxın, gözəl tamaşa buna deyərlər.
    Dayə və Piter daxil olurlar.
M e r k u s i o.
    Yelkən, yelkən!
B e n v o 1 i o.
    Özü də iki dənə: tuman və şalvar.
D a y ə.
    Piter!
P i t e r.
    Nə buyurursunuz?
D a y ə.
    Menim yelpiyimi ver, Piter.
M e r k u s i o.
    Mərhəmətli Piter, tez elə, qoy üzünü gizlətsin.
    Yelpiyi üzündən gözəldir.
D a y ə.
    Sabahınız xeyir, xeyirxah cənablar!
M e r k u s i o.
    Axşamınız xeyir, qəşəng xanım.
D a y ə.
    Məgər axşamdır?
M e r k u s i o.
    Sənə deyirəm, az olmaz, çünki saatın ədəbsiz əli indi günortanın qamçısının düz üstündədir.
D a y ə.
    Ayıb deyil? Sən necə adamsan?
R o m e o.
    Elə adamdır ki, xanım,
    Allah-taala onu öz-özünü ələ salmaq üçün yaradıb.
D a y ə.
    Doğrudan, yaxşı dediniz: öz-özünü ələ salmaq üçün, belə dediniz, hə?
    Cənablar, kim mənə deyə bilər, gənc Romeonu harada tapmaq olar?
R o m e o.
    Mən deyə bilərəm. Ancaq siz onu tapanda gənc Romeo indi axtardığınızdan bir az yaşlı olacaq.
    Əgər pis düşməsə, deyərdim ki, bu adı daşıyan insanların ən cavanı mənəm.
D a y ə.
    Yaxşı dediniz.
M e r k u s i o.
    Necə? Heç pis yaxşı olarmı?
    Doğrusu, yaxşı yerinə düşdü.
    Ağıllı sözdür, ağıllı sözdür.
D a y o.
    Cənab, Romeo sizsinizsə, mənim sizə deməyə bir neçə gizli sözüm var.
B e n v o 1 i o.
    Görərsən, onu bişirib, şama dəvət edəcək.
M e r k u s i o.
    Aradüzəldən, aradüzəldən, aradüzəldən, qap onu.
R o m e o.
    Nədir, nə tapmısan?
M e r k u s i o.
    Dovşan deyil, cənab.
    Yox, bu elə dovşandır ki, qurumuş, kiflənmiş pəhriz piroqunun içindən çıxıb.
    Oxuyur.
    Qoca, boz dovşan
    Kifsənib yaman,
    Nə yaxşı yeməkdir, pəhriz zamanı.
    Kifsənməsəydi,
    Qırx nəfər nəydi,
    Yəqin, doydurardı bütün dünyanı.
    Romeo, evə getmirsən?
    Biz sizə nahar etməyə gedirik.
R o m e o.
    Bu saat, gəlirəm.
M e r k u s i o.
    Əlvida, Nuhu gəmidə görən xanım, əlvida!
    Xanım, xanım, xanım...
    Merkusio ilə Benvolio gedirlər.
D a y ə.
    Buna bax bir, əlvida!
    Deyin görüm, cənab, bu sırtıq çərçi kimdir ki, ədəbsizlik dağarcığı kimi belə dolub-daşır.
R o m e o.
    Dayə, bu özü deyib, özü eşitməyi sevən adamdır.
    Bir dəqiqədə bir ayda deyəcəyindən daha çox cəfəngiyat üyüdüb tökə bilər.
D a y ə.
    Əgər mənim haqqımda pis bir söz desə, onun canını ala-ram.
    Mən onun kimi iyirmi belə sırtıq bambılıya cavab verərəm.
    Hər-gah özüm bacarmasam, məni müdafiə edənlər tapılar. Alçaq haramzada!
    Mən onun üçün əzilib-büzülən qızlardan deyiləm.
    Mən onun üçün əyyaş, pozğun qadınlardan deyiləm (Piterə).
    Sən də yanımda müqəvva kimi durub gözünü döyürsən.
    Hər yetən əclafın özü istədiyi kimi məni elə salmağına dözürsən.
P i t e r.
    Mən ki hələ bir kişinin özü istədiyi kimi sizi ələ saldığını görməmişəm. İnanın, belə olsaydı, cəld qılıncımı sıyırardım.
    Elə ki, görürəm, yaxşı döyüş üçün bir səbəb var, qanun da mənim tərəfimdədir, mən də başqaları kimi heç nədən çəkinmədən tez qılıncımı işə salıram.
D a y ə.
    Bir Allah şahiddir ki, hələ də hirsimdən özümə gəlməmişəm, bütün bədənim əsir.
    Alçaq haramzada! Ah, cənab, axı mənim sizə bir sözüm vardı.
    Dediyim, gənc xanımım sizi axtarıb tapmağı xahiş etmişdi.
    Onun xahiş edib, tapşırdığı sözləri hələlik özümdə bir sirr kimi saxlayıram.
    Əvvəlcə, icazə verin, sizə deyim, əgər siz onu yoldan çıxarmaq istəyirsinizsə, necə deyərlər, bu kobud bir hərəkət olardı.
    Çünki xanımım çox gəncdir, buna görə də onu aldadırsınızsa, bu doğrudan da, pis və eybəcər bir işdir.
R o m e o.
    Mehriban dayə, məndən xanımına salam söylə.
    Mən sənə söz verirəm ki...
D a y ə.
    Safqəlbli oğlan, mən ona elə beləcə də deyəcəyəm.
    İlahi, ilahi, o necə də sevinəcək!
R o m e o.
    Sən ona nə deyəcəksən, mehriban dayə?
    Mən hələ heç nə deməmişəm.
D a y ə.
    Mən ona deyəcəyəm ki, cənab, siz söz verdiniz.
    Belə işi, mənim anladığıma görə, ancaq nəcib bir adam görə bilər.
R o m e o.
    Ona de, bu axşam bir bəhanə ilə ibadət etməyə kilsəyə gəlsin.
    Orda, hücrəsində rahib Lorenso
    Kəsəcəkdir bizim nikahımızı.
    Al, zəhmət haqqıdır bu da səninçün.
D a y ə.
    Yox, yox, götürmərəm bircə peni də.
R o m e o.
    Di yaxşı, di götür verilən payı.
D a y ə.
    Bu axşam dediniz? Yaxşı, gələcək.
R o m e o.
    Dayan monastırın arxasında sən,
    Yanına gələcək mənim xidmətçim.
    Bir kəndir nərdivan verəcək sənə.
    Həmin nərdivanla bu gecəyarı, çıxacam səadət zirvəsinə mən.
    Yaxşı yol! Xidmətin əvəzsiz qalmaz. Yaxşı yol!
     Salam de xanımına sən.
D a y ə.
    Allah xoşbəxt etsin sizi, fəqət, ser...
R o m e o.
    Söylə, sözün nədir, mehriban dayə?
D a y ə.
    Sizin xidmətçiniz etibarlıdır? Yəqin, eşitmisiz?!
    Belə deyirlər: Saxlar iki adam sirri o zaman
    Onlardan birisi çıxsın aradan.
R o m e o.
    İnanın, möhkəmdir o, polad kimi.
D a y ə.
    Yaxşı, ser... Mənim xanımım dünyanın ən gözəl qızıdır. İlahi, ilahi!..
    .O, balaca uşaq olanda...
    Ah, bu şəhərdə Paris adlı zadəgan bir oğlan var.
     Senyoranı almaq üçün dəridən-qabıqdan çıxır.
    Ancaq qız, o gözəl qəlbli maral, onu görməkdənsə qurbağanı, əsl qurbağanı görməyi daha üstün tutur.
    Mən arabir xanımı acıqlandırıb deyirəm:
     Paris sənə daha çox yaraşan ərdir.
    Sizi inandırıram, mən belə deyəndə o, kətan kimi ağarır.
    Məni bir başa salın, cənab, saf məhəbbət çiçəyi rozmarinlə
    Romeo sözü eyni hərflə başlamır ki?
R o m e o.
    Bəli, mehriban dayə.
    Burda nə var?
    Hər iki söz er hərfi ilə başlayır.
D a y ə.
    Siz necə də lağlağıçısınız!
    O, it hərfidir. Onu deyəndə elə bil itlər mırıldaşır:
    Er hərfi, yox, belə deyil.
    Mən bilirəm ki, sizin adınız başqa hərflə başlayır.
    Xanım sizin adınızla rozmarini uyğunlaşdırıb, elə gözəl sözlər danışır ki, eşitsəniz, xoşunuza gələr.
R o m e o.
    Məndən xanımına salam söylə.
D a y ə.
    Baş üstə, lap min dəfə salam söylərəm (Romeo gedir). Piter!
P i t e r.
    Nə buyurursunuz?
D a y ə.
    Yelpiyimi götür, düş qabağıma, cəld ol.
    Gedirlər.

BEŞİNCİ SƏHNƏ


    Kapulettinin bağı. Cülyetta gəlir.
C ü 1 y e 11 a.
    Dayəni göndərdim saat doqquzda,
    O, yarım saata qayıtmalıydı.
    Yəqin ki, tapmayıb.Yox, ola bilməz!
    Ah! Dayə ləng gedir, sanki topaldır.
    Xəyal olmalıdır eşqin qasidi;
    Zülmət təpələrdə qara kölgəni
    Qovlayan Günəşin şəfəqlərindən
    On dəfə artıqdır onun sürəti.
    Göyərçinlər çəkir, qanad çаlaraq,
    Gözəl Veneranm arabasını.
    Elə bunun üçün yel kimi uçan
    Tanrı Kupidonun qanadları var.
    Günorta yerinə yetişdi Günəş.
    Düz üç saat keçir indiyə kimi,
    O hələ də gəlib çıxmır ki, çıxmır.
    Onun ürəyində ülvi məhəbbət,
    Qanında gəncliyin odu, atəşi
    Olsaydı, ox kimi süzər, süzərdi.
    Mənim sözlərimi əziz yarıma,
    Onun sözlərini mənə deyərdi.
    Qocalarsa süstdür lap ölü təhər,
    Tutqundur, ağırdır qurğuşun qədər.
    Dayə və Piter gəlirlər.
    Ah, Allah, o gəlir. Ah, əziz dayə,
    Söylə, nə xəbər var, gördünmü onu?
    Göndər, getsin nökər.
D a y ə.
    Sən qapıda dur.
    Piter gedir.
C ü 1 y e t t a.
    Mənim qəşənq dayəm! Aman, ilahi!
    Söylə, üzündəki bu kədər nədir?
    Xəbər qəmlidirsə, sən sevinclə de.
    Əgər yaxşıdırsa, yaxşı nəğməni
    Tutqun qaş-qabaqla bu cür korlama.
D a y ə.
    Yorulmuşam, gözlə, dincəlim bir az.
    Sınır qılçalarım, uf, uf, ölürəm,
    Belə də üzücü qaçaqaç olar?
C ü 1 y e t t a.
    Verərəm mən sənə qılçalarımı,
    Sən, gəl, əvəzində o xəbəri ver.
    Danış, yalvarıram, sevimli dayəm!
D a y ə.
    Hara tələsirsən, nə olub axı?
    Gözləyə bilməzsən məgər bir azca?
    Görürsən nəfəsim kəsilir mənim.
C ü 1 y e t t a.
    Necə kəsilir ki, sənin nəfəsin.
    Bu sözü deməyə nəfəsin vardır.
    Sənin üzrlərin, bəhanələrin
    Uzundur ən uzun nağıldan belə.
    Qısa de, xəbərin xeyirdir, ya bəd?
    Qalan sözlərini sonra deyərsən.
    Aydın de, xəbərin xeyirdir, ya bəd?
D a y ə.
    Deməliyəm ki, sən o qədər də yaxşı oğlan tapmamısan.
    Əri necə tapmağı bilmirsən, axı. Romeo!
    Yox, mən ona getməzdim.
    Doğrudur, onun üzü başqa kişilərin üzündən qəşəngdir,
    qıçları da başqa kişilərin qıçlarından düzdür.
    Əllərinə, ayaqlarına, boy-buxununa söz ola bilməz.
    Bütün müqayisələrdən daha gözəldir.
    Demək olmaz ki, o, nəzakət çiçəyidir.
    Ancaq səni inandırıram ki, o, quzu kimi mehribandır.
    Öz yolunla get, qızım. Qəlbini Allaha bağla.
    Necə, sən nahar edibsən?
C ü 1 y e t t a.
    Xeyr, xeyr! Bilirdim mən bunu əvvəl.
    Toyumuz barədə o nə söylədi?
D ay ə.
    İlahi! Necə də ağrıyır başım!
    Az qalır bölünsün iyirmi yerə
    Bir yandan da belim. Ah, belim, belim!
    Tanrı günahım bağışlayarmı?
    Məni hey qovursan o yan-bu yana,
    Deyirsən üzülüm, ölüm yollarda?
C ü l y e t t a.
    Bu əziyyət üçün bağışla məni,
    Sevimli, istəkli, mehriban dayəm,
    De görüm, sevgilim sənə nə dedi?
D a y ə.
    Sevgilin namuslu, ədəbli, mehriban,
    gözəl və ən ləyaqətli bir insan kimi dedi...
     Anan haradadır?
C ü 1 y e t t a.
    Anam haradadır? Anam evdədir.
    Harda olmalıydı? Başa düşmürəm!
    Necə de qəribə cavab verirsən! V"Sevgilin namuslu insantək dedi:
    Anan haradadır?".
D a y ə.
    Ah, aman Allah,
    Belə hirslənirsən? Bir bu qalmışdı?
    Ağrıyan belimə təpitmədir bu? VDaha qasidliyə özün gedərsən.
C ü 1 y e t t a.
    Qurtar işgəncəni. O nə dedi, nə?
D a y ə.
    Bu gün ibadətə gedə bilərsən?
C ü l y e t t a.
    Gedərəm.
D a y ə.
    Rahibin hücrəsinə qaç.
    Bir ər səni orda arvad edəcək.
    Hə, qanın sıçradı yanaqlarına,
    Üzün bu xəbərdən alışıb yandı.
    Di sən kilsəyə get, mənsə aparım
    Kəndir nərdivanı, yarın bu gecə
    Onunla yanına qalxar gizlicə.
    Son kef çəkəcəksən, yük çəkim mən də.
    Gecə yük altına düşərsən sən də.
    Mən nahar edirəm, tez get, yaxşı yol.
C ü 1 y e t t a.
    Qovuşum bəxtimə, əzizim, sağ ol.
    Gedirlər.

ALTINCI SƏHNƏ


    Rahib Lorensonun hücrəsi.
    Rahib Lorenso ilə Romeo daxil olurlar.
L o r e n s o.
    Bu müqəddəs işə yar olsun göylər,
    Sonra dərdlə bizə cəza verməsin.
R o m e o.
    Amin! Ancaq bu dərd dəhşət olsa da,
    Cülyettayla mənim görüşümüzün
    Bir anlıq sevinci önündə heçdir.
    Müqəddəs ayinlə, müqəddəs ata,
    Birləşdir son bizim əllərimizi.
    Sonra ölüm gəlsin, yoxdu bir qorxum,
    O çiçək mənimdir desəm, bəsimdir.
L o r e n s o.
    Odlu sevgilərin odlu sonu var;
    Öpüşüb məhv olan odtək, barıttək
    Alışıb məhv olur zəfər çağında.
    Pisdir on şirin bal şirinliyiylə,
    İştahı öldürür çox yeyiləndə.
    Sən təmkinlə sev ki, sevgi tükənməz,
    Gecikər çox lənglə çox tələsən kəs.
    Cülyetta gəlir.
    Gəl, qızım. Ah, belə incə ayaqlar
    Hələ toxunmayıb bu sərt daşlara.
    Gözəl yay axşamı mehli havada
    Uçan bir hörümçək toru üstündə
    Aşiq gəzə bilər, yıxılmaz heç vaxt.
C ü 1 y e t t a.
    Axşamınız xeyir, ruhani ata.
L o r e n s o.
    Romeo, bizimçün təşəkkür eylə.
C ü l y e t t a.
    Ürəkdən gələcək təşəkkür üçün
    Onun da axşamı qoy xeyir olsun.
R o m e o.
    Ah! Qəşəng Cülyetta, nəhayətsizsə
    Sənin səadətin mənimki qədər,
    Onu dillə demək mümkünsə hərgah,
    Havanı məst etsin qoy gül nəfəsin.
    Şirin sözlərinin musiqisiylə
    Əks elə ilahi görüşümüzün
    Bizə bəxş etdiyi bu səadəti.
C ü 1 y e t t a.
    Sevgi sözlə deyil, işlə zəngindir,
    Öyünər mənayla, bərbəzəklə yox.
    Dilənçilər saya bilər varını,
    Sonsuz xəzinədir mənim saf eşqim,
    Mən saya bilmərəm yarısını da.
L o r e n s o.
    Gedəyin, tezcənə qurtaraq işi.
    Müqəddəs kilsədə ülvi ayinlə
    İkiniz bir canda birləşənədək
    Sizin üstünüzdə göz olum gərək.
    Gedirlər.

 
<< 1 / 2 / 3 / 4 / 5 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (21.12.2013) | Müəllif: R.C E W
Baxış: 485 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more