Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Kral Lir-6

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


A1 b a n i.
    Cənab, bağışlayın bu sözə görə.
    Mən sizi özümə bir qardaş deyil, ;
    Yalnız əmrə tabe adam sayıram.
    Nə haqla siz belə damşırsımz?
R e q a n a.
    Bu haqqı Edmımda mən vermişəm, mən.
    Yaxşı olardı ki, bu sözdən əvvəl
    Mənim de fikrimi soruşaydınız.
    O məni döyüşdə təmsil edirdi,
    Başçıydı, sərdardı qoşunlarıma.
    O mənim vəkilim, əvəzim
    Sizin qardaşımz sayıla bilər.
Q o n e r i l y a.
    Çox da qızışmayın, çox da qızmayın.
    Onu ucaldıbdır öz ləyaqəti,
    Yoxdur ehtiyacı köməyinizə.
R e q a n a.
    O qədər mən onu yüksəltmişəm ki,
    Ölkənin ən yaxşı adamlarıyla
    İndi dura bilər eyni cərgədə
Q o n e r i 1 y a.
    Bir qalır, siz ona ərə gedəsiz.
R e q a n a.
    Dünyada çox zaman maskaraçı da
    Deyir həqiqəti peyğəmbər kimi. .
Q o n e r i 1 y a.
    Bəsdir, bəsdir daha, hansı peyğəmbər
    Bunu sizə deyib, çəp görür, yəqin.
R e q a n a.
    Ledi, mən nasazam, pozulub halım.
    Yoxsa daha kəskin cavab verərdim.
     (Edmundd)
    Sərdarım, qəbul et varidatımı,
    Bütün əsgərləri, əsirləri də.
    Qala təslim olur, artıq bu gündən
    Vanm da sənindir, özüm də sənin.
    Dünya şahid olsun, deyirəm burda:
    Mənim həm sahibim, həm də ərimsən.
Q o n e r i 1 y a.
    Onu qamarlamaq istəyirsən, hə?!
A1 b a n i.
    Xanım, bu iş sizdən asılı deyil.
E d m u n d.
    Cənab, heç sizdən də asılı deyil.
A1 b a n i.
    Bəli, düz deyirsən, mayası haram.
R e q a n a (Edmunda).
    Tez tərpən, əmr ver, çaldır şeypuru.
    İti qılmcınla sübut eylə ki,
    Doğrudan layiqsən təzə rütbənə.
A1 b a n i (Reqanaya).
    Hələ siz dayanın, hələ gözləyin.
    Edmund, səni dövlət xaini kimi
    Mən elə bu saat dustaq edirəm.
    Qızıla bələnmiş qızıl ilan da (Qonerilyanı göstərir)
    Səninlə birlikdə dustaq edilir. (Reqanaya)
    Sadiq bir ər kimi, bir qəyyum kimi,
    Mən öz arvadımın xeyrinə görə,
    Sizin, qəşəng xanım, tələbinizin
    Əksinə çıxmağa məcburam indi.
    Çoxdan sövdələşib o bu lord ilə.
    Sizin bu lord ilə evlənməyiniz
    Heç zaman, heç zaman baş tuta bilməz.
    Hərgah ərə getmək fikriniz varsa,
    Onda mənə gəlin, siz məni sevin.
    Artıq mənim ledim adaxlanıbdır,
    Mənim haqqım yoxdur söz deyim ona.


Q o n e r i 1 y a.
    Bu nə məzhəkədir, bu nə oyundur!
A l b a n i.
    Sən ki silahlısan, cənab Qloster,
    Əmr elə, çalsınlar şeypuru dərhal.
    Sənin iç üzünü, xəyanətini
    Açmağa bir adam gəlməzsə əgər,
    Onda mən hazıram, bu da girovum
     (Əlcəyini onun qarşısına atır).
    Dediyim sözləri öz qılıncımla
    Sübut etməyincə dilimə heç vaxt
    Bir qismət də çörək yeməyəcəklər.
R e q a n a.
    Oh, başım hərlənir, başım hərlənir.
Qonerilya (kənara).
    Əgər sənin başın hərlənməsəydi
    Heç vədə zəhərə mən inanmazdım. Edmund.
    Cavabım belədir
     (Əlcəyini yerə atır). \ Kim olur-olsun,
    Mənə xain deyən bir kəs dünyan
    Ən alçaq adamtək yalan danışıı
    Şeypurçu, haray sal, səslə əclatl
    Cürəti var isə meydana gəlsin
    Onunla, səninlə, kim istəyirsə,
    Hazıram vuruşum mətanət ilə,
    Qoruyum haqqımı, şərəfimim*
A l b a n i.
    Ey, carçı!
E d m u n d.
    Ey, carçı, yaxın gəl, carçı!
A l b a n i.
    Yalnız öz gücünə ümid bağlasa,
    Bir kömək gözləmə əsgərlərinin.
    Onlar çağrılmışdı mənim əmrimlə,
    Mənim əmrimlə də tərxis oldular.
R e q a n a,
    Getdikcə əhvalım pisləşir yalan.
A l b a n i.
    Xanım yaxşı deyil, xəstələnibdir.
    Mənim çadırıma aparın onu.
     (Reqananı aparırlar. Carçı gəlir.
    Bura gəl, ey carçı! - şeypuru çin. - :
    Al, tez bunu oxu (Ona kağız ver).
Z a b i t.
    Çalın şeypuru! (Şeypur səslənir]
    Carçı oxuyur.
    "Özünü qraf Qloster kimi qələmə verən bir xain olduğunu iti qılınc zərbəsiylə sübut etmək teyən 5 zatı taliz, rütbəsi yüksək bir adam bu ordunun içində varsa, qoy şeypur üçüncü dəfə səslənəndə meydana çıxsın.
    Xain müdafiəyə hazırdır".
E d m u n d.
    Çalın!
    Şeypur birinci dəfə səslənir.
C a r ç ı.
    Bir də! (Şeypur 2-ci dəfə səslənir).
C a r ç ı.
    Bir də! (Şeypur üçüncü dəfə səslənir).
    Səhnə arxasından cavab olaraq şeypur çalınır.
    Silah qurşamış
    Edqar meydana çıxır.
    Onun qabağı ilə şeypurçalan gəlir.
A l b a n i.
    Onun məqsədini, fikrini öyrən.
    Xəbər al, nə üçün şeypur səsinə
    Meydana çıxıbdır?
C a r ç ı. :
    İgid, sən kimsən?
    Adın, rütbən nədir? İstəyin nədir?
    Niyə cavab verdin sən bu çağırışa?
E d q a r.
    Çoxdan öz adımı itirmişəm mən.
    Çiçəyi içindən korlayan-yeyən
    Qurdtəkin adımı yeyib xəyanət.
    Mən də zadəganam düşmənim kimi.
A1 b a n i.
    Kimdir o düşmənin?
E d q a r.
    Qraf Qloster
    Edmund deyilən kəs.
E d m u n d.
    Durub qarşında,
    Ona nə sözün var?
E d q a r.
    Çək qılıncını.
    Sözlərim qəlbinə toxunsa əgər,
    Soyut qəzəbini öz silahınla.
    Hazıram seninlə vuruşum indi.
    Bax, bu da qılıncım, bu da silahım.
    Mənim bacarığım, hərbi sənətim,
    Əslim, nəcabətim imkan verir ki,
    Burda bəyan edim, ucadan deyim:
    Sən cavan, qüvvətli, şöhrətli, şanlı,
    Cürətli, ürəkli, cəsur olsan da
    Davada yenicə zəfər çalsan da,
    Müzəffər qılıncın yansa da par-par,
    Bütün varlığınla xainsən, xain.
    Allaha, atana, öz qardaşına
    Sən böhtan atmısan, dönük çıxmısan.
    Hersoqa sui-qəsd hazırlamısan.
    Bil ki, öz başından ayağınadək,
    Hətta yer üstündə, yer üzərində
    Ayağın dəydiyi toz-torpağadək
    Ləkə içindəsən qurbağa kimi.
    Mənim sözlərimi inkar eyləsən,
    Bu elim, qılıncım, təmiz vicdanım
    Sübut eyləyər ki, sən yalançısan.
E d m u n d.
    Əgər düşünsəydim öz həyatımı,
    Döyüş qaydasına uyğun olaraq
    Sənin kimliyini, sənin admı
    Sənin vəzifəni öyrənməliydim.
    Bəlkə də, sən mənim tayım deyilsən.
    Fəqət mərd baxışın, məğrur duruşun,
    Kəsərli sözlərin, ədəbli nitqin
    Mənə əsas verir, inanım sənə.
    İmtina eyləyim hüquqlarımdan,
    Təxirə salmayım bu vuruşmanı.
    Adıma yaxdığın qara ləkəni
    -İyrənc yalanlar qaytarıb geri,
    Nifrətlə çırpıram sənin üzünə.
    İndi qılıncımla sənin köksünü
    Yarıb ürəyinə yol açaram mən.
    Mənhus iftiralar, mənfur yalanlar
    Əbədi dincələr qəlbində sənin.
    Döyüşə hazıram, çalın şeypuru.
    Şeypur səsləri. Vuruşurlar. Edmund yıxılır,
A l b a n i.
    Öldürmə, öldürmə, onu öldürmə!
Q o n e r i 1 y a.
    Çirkin bir kələk var burda, Qloster.
    Naməlum düşmənlə qanuna görə,
    Sən gərək heç vədə döyüşməyəydin.
    Sən məğlub deyilsən bu vuruşmada.
    Sən tora düşübsən, aldanılıbsan.
A l b a n i.
    Lütfən, ağızımzı bağlayın, xanım.
    Yoxsa, mən bağlaram bu kağız ilə.
     (Edmunda)
    Buyur, ser, yaxşı bax! Yaramaz cani,
    Oxu törətdiyin müsibətləri.
    Ledi, siz də baxın, cırmayın ancaq.
    Yəqin ki, bu məktub sizə tanışdır?
    Məktubu Edmunda verir.
Q o n e r i l y a.
    Tutalım tanışdır. Bizim yerlərdə
    İxtiyar mənimdir, sənin ki deyil.
    Kim məni ittiham eyləyə bilər?
A l b a n i.
    Of, qansız yırtıcı, amansız vəhşi,
    Bilirsən məktubun məzmununu sən?
Q o n e r i 1 y a.
    Mənim bildiyimi məndən soruşma.
    Gedir.
A l b a n i.
    Gedin arxasınca, muğayat olun.
    Ağlım itirib, sərsəmləyibdir.
    Zabitlərdən biri gedir.
E d m u n d.
    Tamamilə düzdür ittihamların,
    Mənim günahlarım daha artıqdır.
    Vaxt özü hər şeyi açar, göstərər.
    Getdi o zamanlar, keçdi dövranım.
     (Edqara).
    Sən kimsən, ey mənə qalib gələn kəs?
    Danış, məğrur igid. Zadəgan olsam,
    Səni əfv edərəm, bağışlayaram.
E d q a r.
    Gəl, biz bağışlayaq bir-birimizi.
    Əslimə - nəslimə, zatıma görə,
    Səndən zərrə qədər əskik deyiləm.
    Əgər artığamsa, onda artıq da
    Sən mənim qəlbimi yaralamısan.
    Mən sənin atanın oğluyam,
    Edmund. Sənin qardaşınam,
    Edqardır adım. Allah insaflıdır,
    ədalətlidir. Bizim suçumuzla, günahımızla
    Bizim özümüzü cəzalandırır.
    Atan qaranlıqda zinakarlıqla
    Səni bu dünyaya gətirdiyiçün
    Qaldı dərd içində, zülmət içində,
    İşıqlı gözündən məhrum edildi.
E d m u n d.
    Doğrudur dediyin, doğrudur sözün.
    Artıq sona çatdı taleyin çarxı,
    Burda dövrəsini yetirdi başa.
    Burda ölüm kəsdi mənim üstümü.
A l b a n i.
    Sənin duruşundan, hərəkətindən
    Özüm hiss etmişdim, başa düşmüşdüm:
    Yüksək nəsildənsən, adın sanın var.
    Yaxın gəl, qoy səni bağrıma basım.
    Hərgah sənə qarşı, atana qarşı
    Ürəyində azca nifrət olubsa,
    Üzümə səadət heç vaxt gülməsin.
E d q a r.
    Mən bunu bilirəm, möhtərəm hersoq.
A l b a n i.
    Harda gizlənmişdin indiyə qədər?
    Atanın bu ağır fəlakətini
    Sən necə öyrəndin?
E d q a r.
    Dərd kürəsində
    Özüm yana-yana öyrəndim, milord.
    Dinləyin qısaca danışım sizə.
    Axıra çatanda qəmli hekayəm,
    Kaş ki, parça-parça olaydı qəlbim!
    Məni addım-addım təqib eyləyən
    Amansız ölümdən qurtarmaq üçün
    Dəli görkəminə saldım özümü.
    İlahi, necə də şirindir həyat!
    Hər saat ölsə də dərddən, əzabdan,
    Biryolluq ölümü istəmir insan.
    Cır-cındır içində gəzdim səfil tək.
    Elə vəziyyətə, hala düşdüm ki,
    Məni pəsinmədi hətta itlər də.
    Bu zaman atamla gəldim üz-üzə.
    Onun boş qalmışdı göz çalaları.
    Qanlı üzüklərdən hələ yenicə
    Nadir daş-qaşları çıxarmışdılar.
    O gündən atama bələdçi oldum.
    Gəzdirdim hər yerdə onu özümlə,
    Sədəqə toplayıb saxladım onu.
    Bir anda qoymadım ruhdan düşməyə,
    Daima yandırdım ümid şamını.
    Heç vədə demədim kim olduğumu.
    Yalnız yarım saat bundan irəli,
    Bu döyüşdən qabaq bədbəxtlikdən, mən
    Danışdım kədərli sərgüzəştimi.
    Bu cür qələbəyə ümid etsəm də,
    Ancaq nə gizlədim, inanmırdım heç.
    Xahiş eylədim ki, istəkli atam ;
    Xeyir-dua versin bədbəxt oğluna.
    Onun ağır dərddən sınmış ürəyi
    Bu qəfil xəbərə dözə bilmədi,
    Cilik-cilik olub parçalandı, ah!
    Gah sevinc içində, gah qəm içində
    Çırpına-çırpma ixtiyar atam
    Üzündə təbəssüm köçdü dünyadan.
E d m u n d.
    Senin bu hekayən sarsıtdı məni.
    Sənin bu hekayən mənim qəlbimdə
    Xeyirxah duyğular yaratdı, bəlkə.
    Ancaq davam elə, qurtar sözünü,
    Görünür, deməyə hələ sözün var.
A l b a n i.
    Əgər qəmlidirsə, daha danışma.
    Məni göz yaşına qərq etmək üçün
    Artıq kifayətdir eşitdiklərim.
E d q a r.
    Yalnız dərd görməyən hədd sayar bunu,
    Fəqət dərd çəkənlər zillət içində
    Bir-bir aşıb keçər qəm dağlarını.
    Acı göz yaşında boğulduğum vaxt
    Hardansa bir nəfər gəldi yanıma.
    Əvvəllər o məni dilənçi bilib
    Kənar dolanardı, kənar gəzərdi.
    İndi kimliyimi öyrənib mənim,
    Güclü qollarım saldı boynuma.
    Elə fəryad edib, nalə çəkdi ki,
    Sanki asimanı uçuracaqdı.
    Sonra üzüqoylu düşdü aşağı,
    Atamı həsrətlə basdı bağrına,
    Yudu göz yaşıyla cənazəsini.
    O, kral barədə, özü barədə
    Olduqca kədərli şeylər danışdı.
    Dünya qurulandan bu günə qədər
    Heç kəs eşitməyib belə dəhşəti.
    Danışdıqca dərdi tüğyan edirdi.
    Onun ürəyində həyat telləri
    Bir-bir qırılırdı, bir-bir sınırdı.
    O birdən bayıldı.
    Elə bu zaman
    Şeypuru çaldılar ikinci dəfə.
    Onu huşsuz halda qoyub gəldim mən.
A1 b a n i.
    Sən bizə demədin, bəs o kim idi?
E d q a r.
    Kent idi, vətəndən sürgün olmuş
Kent.
    Dəyişib büsbütün öz görkəmini,
    Onun dincliyini əlindən alan,
    Onu vətənindən didərgin salan
    Kralın dalınca gedirdi bədbəxt,
    Ona sadaqətlə xidmət edirdi.
    Belə tir xidməti etməzdi qul da.
    Bir əyan əlində qanlı bıçaq yüyürərək gəlir.
Ə y a n.
    Aman, kömək edin!
E d q a r.
    Nə istəyirsən?
A1 b a n i. Axı, nə olubdur? Bir danış, kişi.
    
E d q a r.
    Bıçaq qana batıb, bu nə deməkdir?
Ə y a n.
    Qan hələ istidir, hələ buğlanır.
    Bıçaq çıxarılıb ürəkdən indi.
    O öldü!
A1 b a n i.
    Kim öldü? Tez danış, kişi.
Ə y a n.
    Sizin arvadınız intihar etdi.
    Xanım zəhərləyib bacısını da.
    O özü hər şeyi aldı boynuna.
E d m u n d.
    Mən hər ikisinə nişanlanmışdım.
    İndi ölüm edər üçümüzün də
    Birgə toyumuzu.
E d q a r.
    Baxın, Kent gəlir.
A l b a n i.
    Qəddar bacıların - yırtıcıların
    Siz ya ölüsünü, ya dirisini
    Gətirin, gətirin bu meydana tez.
    Göylərin bu hökmü sarsıdır bizi,
    Fəqət qəlbimizdə onlara qarşı
    Mərhəmət oyatmır.
    Əyan gedir. Kent gəlir.
    Ah, Kent özüdür!
    Hadisələr imkan vermir ki bizə,
    Onu layiqincə qəbul eyləyək.
K e n t.
    Mən öz kralımla-hökmdarımla
    Gəlmişəm əbədi vidalaşmağa.
    O burda deyilmi?
A l b a n i.
    Sən bir işə bax!
    Əsas məsələni unutmuşuq biz.
    Danış, Edmund, danış, kral hardadır
    Kordeliya hardadır?
    Qonerilya ilə Reqananın cəsədlərini
    Görürsənmi, Kent?
    Kent. Əfsus! Niyə düşdü bu günə onlar?
E d m u n d.
    Edmund sevilirdi bir vaxt, bir zaman
    Yalnız ona görə, onun xətrinə
    Bacı bacısını zəhərləmişdi,
    Sonra öldürmüşdü özünü dərddən,
A1 b a n i.
    Doğrudur. Onların örtün üzünü.
E d m u n d.
    Həyatım sozalır, ömrüm tükənir...
    Tamam zidd olsa da təbiətimə,
    Mən də istəyirəm yaxşılıq edim
    Bu son nəfəsimdə, bu son çağımda
    Bir adam göndərin dustaqxanaya.
    Cəld olun, cəld olun,
    Kordeliyanı Liri öldürmək üçün əmr vermişəm.
    Vaxtında təcili adam göndərin.
A l b a n i. Tez qaçın, tez qaçın! Xilas eylər ,
E d q a r.
    Biz kimin yanma qaçağın, milord
     (Edmundd)
    Kimə əmr edibsən, kimə demisən
    Əmri ləğv etməyə bir nişanə ver,
E d m u n d.
    Tamamilə düzdür. Al qılıncımı,
    Mənim zabitimə verərsən onu.
A1 b a n i.
    Həyatı sevərsən teləs, tələs, qaç!
    Edqar gedir.
E d m u n d.
    Sənin zövcənlə mən hökm vermişdik.
    Zindanda assmlar Kordeliyanı.
    Xalqın arasında söz yaysmlar ki,
    O dözə bilməyib ağır cəzaya,
    Özünü qüssəden həlak eyləyib.
A l b a n i.
    Ya rəbbim, sən saxla onu ölümdən!
    Hələlik buradan aparın bunu.
     (Edmundu aparırlar).
    Lir Kordeliyanın cənazəsini qolları üstünde gətirir.
    Onun arxasınca Edqar, zabit və başqaları gelirler.
L i r.
    Hönkürün, hönkürün, fəryad qoparın!
    Ey daşdan yaranmış, ey daş insanlar,
    Diliniz, gözünüz məndə olsaydı,
    Mən elə dil deyib ağlayardım ki,
    Sonsuz ah-naləmdən, göz yaşlarından
    Göylərin qübbəsi parçalanardı.
    Ah, qızım əbədi köçdü dünyadan!
    Elədir, elədir, həqiqətdir bu.
    Ölünü diridən seçə bilirəm.
    Cansızdır, ruhsuzdur o, torpaq kimi.
    Mənə güzgü verin. Güzgünün üzü
    Onun nəfəsindən tərləsə əgər,
    Deməli, gül balam ölməyib, sağdır.
K e n t.
    Dünyanın sonudur?
E d q a r.
    Qiyamət qopub?
A1 b a n i.
    Məhşər ayağıdır!
L i r.
    Fələk tərpənir.
    O sağdır! Sağ qalsa bu xoşbəxt saat
    Həyatın, zamanın indiyə qədər
    Köksünə vurduğu bütün dağlara,
    Bütün yaralara məlhəm olardı.
K e n t (diz çökərək).
    Ah, əziz kralım!
L i r.
    Lütf elə, çəkil.
E d q a r.
    Hökmdar, o Kentdir, öz dostunuzdur.
L i r.
    Qatillər, xainlər, çor dəysin sizə!
    Qurtara bilərdim onu ölümdən.
    İndi qızım yoxdur, köçdü əbədi.
    Dayan, Kordeliya, gözlə bir az. Hə!
    Nə dedin? Nə dedin? - Ah, onun səsi
    Həmişə incəydi, məlahətliydi.
    Qadına bəzəkdir belə gözəl səs. -
    Səni asan qulu öldürdüm, qızım.
Z a b i t.
    Doğrudan, cənablar, onu öldürdü.
L i r.
    Necə! Öldürmədim? Məgər düz deyil?
    Əvvəlki günlərim olsaydı indi,
    İti qılıncımla bu əclafları
    Atılıb-düşməyə məcbur edərdim.
    Artıq qocalmışam, zəifləmişəm.
    Haldan-dildən salıb bu dərdlər məni.
    Cənab, siz kimsiniz? Pis görür gözüm.
    Sizə həqiqəti mən deyim gərək.
K e n t.
    Taleyin sevdiyi, nifrət etdiyi
    İki adam varsa dünya üzündə,
    Onlardan birisi qarşınızdadır.
L i r.
    Mən görə bilmirəm. Siz Kentsinizmi?
K e n t.
    Özüdür, hə, Kentəm, nökəriniz Kent.
    Bir vaxt nökəriniz vardı Kay adlı...
L i r.
    Yaxşı adam idi, deyim düzünü.
    İgid döyüşçüydü, zirəkdi əldən.
    Artıq o ölübdür, çürüyüb, yəqin.
K e n t.
    Xeyr, ölməmişəm. Kay mənəm, milord.
L i r.
    Biz bunu tezliklə ayırd edərik.
K e n t.
    Fəlakət toruna siz düşən gündən
    Sizi addım-addım izləmişəm mən.
L i r.
    Bura xoş gəldiniz.
K e n t.
    Təkcə mən idim.
    Hər tərəf dəhşətdi, hər tərəf zülmət.
    Bir kəs görünmürdü vəhşi səhrada...
    Böyük qızlarınız düşmənçilikdən
    Üzülüb, qapılıb ümidsizliyə,
    Qorxunc ədavətə qurban getdilər.
L i r.
    Hə, yəqin belədir.
A l b a n i.
    Nə dediyini
    O özü də bilmir. Bizi tanımaz.
    Danışmaq hədərdir.
E d q a r.
    Əbəsdir, əbəs.
    Zabit gəlir.
Z a b i t.
    Milord, Edmund öldü.
Albani.
    Faydası yoxdur.
    Alicənab dostlar, möhtərəm lordlar!
    Bilin fikrimizi, qərarımızı.
    Dünyanın bu böyük bədbəxtinə biz
    Hər cürə köməklik göstərəcəyik.
    Ağsaqqal, hörmətli kralımıza
    Ömrünün-gününün sonuna qədər
    Yenə hökmdarlıq veriləcəkdir. (Edqar və Kentə)
    Sizə qaytarılır hüquqlarınız.
    Bundan əlavə də, bundan başqa da,
    Şərəfə çatacaq xidmətləriniz,
    Layiqli töhfələr alacaqsınız.
    Dostlar etdikləri yaxşılıqların
    Dadacaqlar şirin meyvələrini.
    Düşmənlər zəhərlə doldurduqları
    Qədəhin, badənin ləzzətini də
    Özləri görəcək, özləri ancaq.
    Ah, ona nə oldu? Ona bir baxın!
L i r.
    Yazıq göyərçinim, asdılar səni!
    Yoxdur, yoxdur, yoxdur, nəfəsin yoxdur.
    Nə üçün, nə üçün at, it siçovul
    Yaşasın, fəqət sən yaşamayasan?!
    Sen daha dünyaya gəlməyəcəksən, '
    Heç vaxt, heç vaxt, heç vaxt, heç vaxtı heç vaxt, ah!
    Təvəqqe edirəm düyməni açın.
    Təşəkkür edirəm, sağ olun, cənab.
    Onu görürsünüz? Baxın, oh, baxın.
    Tərpənir, bir baxın dodaqlarına!
    Baxın, ora baxın!
    Gülümsəyərək ölür.
E d q a r.
    O bihuş oldu!
K e n t.
    Parçalan, parçalan, aman, ürəyim!
E d q a r.
    Açın gözünüzü, böyük hökmdar.
K e n t.
    İncitmə, incitmə onun ruhunu.
    Qoy ruhu rahatca çıxsın canından,
    Qoy sakitcə ölsün zavallı kral.
    Daha çox işgəncə verməkçin onu
    Həyatın bu ağır məngənəsində
    Yalnız düşmən saxlar.
E d q a r.
    Öldü, doğrudan.
K e n t.
    Qəribə budur ki, əzab içində
    Bu qədər o necə yaşaya bilib?
A l b a n i.
    Aparın buradan cənazələri.
    Birinci borcumuz belədir ancaq:
    Onlara yas tutaq, matəm saxlayaq.
     (Kentə və Edqard)
    Sədaqətli dostlar, ikilikdə siz
    Ölkəni idarə etməlisiniz.
K e n t .
    Bacarmaram, məni çağırır kral.
    Gərək yola çıxım təcili, dərhal.
A 1 b a n i.
    Baş əyək zamanın ağır hökmünə,
    Qocanın taleyi düşdü düyünə.
    Cavanlar bu dərdə qatlaşa bilməz,
    Bu qədər yaşamaz, bu təhər ölməz.
    Matəm musiqisi altında gedirlər.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (10.12.2013) | Müəllif: R.C E W
Baxış: 555 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more