Əsas » Məqalə » Dünya ədəbiyyatı |
DUNYANI "LƏRZƏYƏ GƏTIRƏN" DAHILƏRDƏN BIRI
*** Vilyam Şekspir 1564-cü il aprelin 23-də Eyvon çayı sahilində yerləşən, indi dünyada Şekspirin vətəni kimi məşhurlaşmış Stratford şəhərində anadan olmuşdur. Atası nisbətən varlı olmuşdur. V.Şekspirin həyatı haqqındakı yazılarda o, bir qəssab, dabbağ və əlcəktikən kimi təsvir edilmişdir. Ədibin atası Con Şekspir bir müddət Startford şəhərinin bələdiyyə rəisi də işləmişdir. 1571-ci ildə Vilyam yerli qrammatika məktəbində oxumağa başlayır. Burada o, yunan və latın dillərini, məntiq elmini öyrənir. Getdikcə ailənin maddi vəziyyəti çətinləşir, o, təhsilini davam etdirə bilmir. Rəvayətə görə gələcək yazıçı əvvəlcə kənd qəssabı yanında şagird işləyir, sonra isə kəndlərdə müəllimlik edir, müəllimlik edərkən xalq dilini, xalq ədəbiyyatını dərindən mənimsəyir. Tədqiqatçılar çox zaman Şekspir dilinin, onun lüğət tərkibinin zənginliyini, minlərlə zərbi-məsəllərin, iyirmi mindən çox sözün işlədilməsini məhz xalq içərisində olması və xalq dilini dərindən öyrənməsi ilə izah edirlər. 1582-ci ildə Şekspir on səkkiz yaşında ikən özündən yeddi yaş böyük olan varlı fermer qızı Anna Heteveylə evlənir. Onların Süzan adlı bir qızı və əkiz oğlanları - Yudif və Hamlet olur. 1586-cı ildə Şekspir Startforddan Londona gedir. Bir rəvayətə görə Londonda Şekspir əvvəlcə teatra gələn əyanların atlarını saxlarmış, sonra isə teatrda suflyor, artistlər üçün rolların üzünü köçürən, rejissor köməkçisi və aktyor kimi çalışmışdır. Lakin bir aktyor kimi Şekspir şöhrət qazana bilməmişdir. Şekspir bədii yaradıcılığa teatrda başlamışdır. İlk əsərini 1590-cı ildə yazmışdır. 1593-cü ildən Şekspir məşhur aktyor Cems Berbecin rəhbərlik etdiyi teatr truppasında həm aktyor, həm də dramaturq kimi çalışır. Bu zaman teatra və ədəbiyyata böyük həvəs göstərən zadəganlar içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil etdiyi ədəbi məclislərdə iştirak edir. Qraf Sauthemptonun evində Şekspir bir neçə ədib və aktyorla rastlaşır. Bura onun üçün ilk ədəbi məktəb olur. Lakin Şekspir teatra daha çox bağlı idi. O, öz truppası ilə şəhərləri, kəndləri gəzir, xalqla görüşür və xalqdan öyrənirdi. Getdikcə teatrda Şekspirin mövqeyi möhkəmlənir. Berbec truppasının üzvləri "Yer kürəsi" adlı teatr binasının əsasını qoyduqda Şekspir də həmin şirkətdə iştirak edir. Sonradan Şekspirin Stratfordda iki ev və bir parça torpaq sahəsi almaq imkanı da olur. 1599-cu ildə isə qraf Sauthemptonun köməyi ilə aşağı zadəgan rütbəsi də alır. Şekspirin şöhrəti artdıqca həm tamaşaçıların, həm də teatr mütəxəssislərinin, alimlərinin nəzərində istedadlı bir dramaturq kimi tanınır. Şekspirin rəqibləri təhsildə, elmdə ondan yüksəkdə dursalar da, dramaturq kimi ondan çox-çox zəif idilər. Marlo, Qrin, Ben Conson və başqa yazıçıların əsərlərində köhnə dövr insanlarının düşüncəsi, əxlaqı əks olunurdusa, Şekspir əsərlərinin mövzusunu müxtəlif dövrlərdən, müxtəlif ölkələrdən götürdüyünə baxmayaraq, müasir ingilis həyatım, doğma xalqını təsvir edirdi. Buna görə də hamı, hətta rəqibləri belə onu istedadlı dramaturq kimi tanıyırdılar. Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün axırına qədər burada yaşayır. O, 1616-cı il aprel ayının 23-də (anadan olduğu gün-də), 52 yaşında vəfat etmiş və burada da dəfn olunmuşdur. Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir. İllər keçdikcə əsərlərindəki hadisələrin ümumbəşəri olması, insan xarakterlərinin yetkinliyi, həyat hadisələrinin dərinliyinə vara bilmək bacarığı tədqiqatçılarda Şekspir şəxsiyyətinə dərin maraq oyatdı. Ədibin həyatı haqqındakı məlumatların azlığı və bəzən qeyri-dəqiqliyindən onun Stratfordda doğulması, sadə ailədən olması, universitet təhsili görməmiş adamın məşhur əsərlər yazması şübhə oyatmağa bir qızı və əkiz oğlanları - Yudif və Hamlet olur. 1586-cı ildə Şekspir Stratforddan Londona gedir. Bir rəvayətə görə Londonda Şekspir əvvəlcə teatra gələn əyanların atlarını saxlarmış, sonra isə teatrda suflyor, artistlər üçün rolların üzünü köçürən, rejissor köməkçisi və aktyor kimi çalışmışdır. Lakin bir aktyor kimi Şekspir şöhrət qazana bilməmişdir. Şekspir bədii yaradıcılığa teatrda başlamışdır. İlk əsərini 1590-cı ildə yazmışdır. 1593-cü ildən Şekspir məşhur aktyor Cems Berbecin rəhbərlik etdiyi teatr truppasında həm aktyor, həm də dramaturq kimi çalışır. Bu zaman teatra və ədəbiyyata böyük həvəs göstərən zadəganlar içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil etdiyi ədəbi məclislərdə iştirak edir. Qraf Sauthemptonun evində Şekspir bir neçə ədib və aktyorla rastlaşır. Bura onun üçün ilk ədəbi məktəb olur. Lakin Şekspir teatra daha çox bağlı idi. O, öz truppası ilə şəhərləri, kəndləri gəzir, xalqla görüşür və xalqdan öyrənirdi. Getdikcə teatrda Şekspirin mövqeyi möhkəmlənir. Berbec truppasının üzvləri "Yer kürəsi" adlı teatr binasının əsasmı qoyduqda Şekspir də həmin şirkətdə iştirak edir. Sonradan Şekspirin Stratfordda iki ev və bir parça torpaq sahəsi almaq imkanı da olur. 1599-cu ildə isə qraf Sauthemptonun köməyi ilə aşağı zadəgan rütbəsi də alır. Şekspirin şöhrəti artdıqca həm tamaşaçıların, həm də teatr mütəxəssislərinin, alimlərinin nəzərində istedadlı bir dramaturq kimi tanınır. Şekspirin rəqibləri təhsildə, elmdə ondan yüksəkdə dursalar da, dramaturq kimi ondan çox-çox zəif idilər. Marlo, Qrin, Ben Conson və başqa yazıçıların əsərlərində köhnə dövr insanlarının düşüncəsi, əxlaqı əks olunurdusa, Şekspir əsərlərinin mövzusunu müxtəlif dövrlərdən, müxtəlif ölkələrdən götürdüyünə baxmayaraq, müasir ingilis həyatım, doğma xalqını təsvir edirdi. Buna görə də hamı, hətta rəqibləri belə onu istedadlı dramaturq kimi tanıyırdılar. Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün axırına qədər burada yaşayır. O, 1616-cı il aprel ayının 23-də (anadan olduğu gündə), 52 yaşında vəfat etmiş və burada da dəfn olunmuşdur. Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir. İllər keçdikcə əsərlərindəki hadisələrin ümumbəşəri olması, insan xarakterlərinin yetkinliyi, həyat hadisələrinin dərinliyinə vara bilmək bacarığı tədqiqatçılarda Şekspir şəxsiyyətinə dərin maraq oyatdı. Ədibin həyatı haqqındakı məlumatların azlığı və bəzən qeyri-dəqiqliyindən onun Stratfordda doğulması, sadə ailədən olması, universitet təhsili görməmiş adamın məşhur əsərlər yazması şübhə oyatmağa başlamışdır. Bəziləri belə bir fikir irəli sürürdülər ki, o zaman kübar ailədən çıxan, saray tərbiyəsi görmüş, universitet təhsilli adamlar üçün dram əsəri yazmaq əskiklik sayılırmış. Guya kübarlar öz əsərlərini anonim şəkildə teatra təqdim etmiş, aktyorlar üçün rolları köçürməklə məşğul olan Şekspir isə bu əsərləri öz adına çıxıbmış. Bir de deyirlər ki, guya bu dram əsərlərini köçürən eyni adam olmamışdır. Çünki bu əsərlərdə Şekspir sözünün ingilis dilində imlası müxtəlif şəkildə yazılmışdır. Bu fikir düz ola bilməz. O zaman Şekspirlə eyni vaxtda yaşamış Kristofor Marlonun adının yazılışına da ingilis cədə on bir şəkildə rast gəlmək olur. İngiltərədə Şekspirin həyatı, kimliyi, ailəsi və yaradıcılığı ilə əvvəl maraqlananlar olmuşsa da, onun tərcümeyi-halını ilk dəfə Nikolas Rou yazmışdır. 1709-cu ildə o, Şekspirin altı cildlik əsərlərini hazırlamış və tərcümeyi-halı ilə birlikdə çap etdirmişdir. N.Rou əvvəlki uydurmalardan və rəvayətlərdən fərqli olaraq, daha dəqiq məlumatlara istinad edir. Onun xahişi ilə aktyor Betterton Stratforda gedir və Şekspir haqqında daha ətraflı məlumat toplayır. Rounun yazdığı oçerk əvvəlki yazılara nisbətən daha dəqiq faktlarla zəngin idi. Rounun yazdığına görə, Şekspir Tomas Lyusun Stratford yaxınlığında olan meşə-sində maral ovladığı üçün torpaq sahibi onu cəzalandırmışdır. Şekspir bu cənaba acı bir həcv yazmış və buna görə də ser Tomas Lyus tərəfindən daim təqib olunduğu üçün Londona qaçmışdır. Lakin Şekspirin Tomas Lyusun meşəsində maral ovladığı haqqında rəvayət, ona yazdığı həcv sonradan Şekspir tədqiqatçıları tərəfindən bir-birinə əks olan fikirlərlə rədd edilir. XVIII əsrin sonunda şekspirşünaslığın təməlini qoymuş bir alim kimi tanınan E.Melon (1741-1812) Şekspirin həyatına aid olan faktları uydurmalardan təmizlədi. Uzun müddət Şekspirin Londona gəldikdən sonra, teatr tamaşasına baxmağa gələnlərin atlarını saxlaması haqqında rəvayət çox geniş yayılmışdı. Melon isə Şekspir haqqında olan bu rəvayətə əsla inanmır. Melona görə Şekspir hələ Stratfordda ikən oraya gələn teatr truppalarından biri ilə yaxın olmuş və buna görə də Londona gedərkən dərhal özünə iş tapa bilmişdir. Bəzi bioqraflar Şekspirin atasımn savadsız olduğunu deyir və qeyd edirlər ki, o, sənədlərə imza əvəzinə "Con Şekspir" kimi cızıq çəkərmiş. Başqa bir tədqiqatçı - Smart bu fıkri yalana çıxardır, qeyd edir ki, belə olsaydı bu adama şəhər bələdiyyəsində iki dəfə xəzinədarlıq vəzifəsi tapşırılmazdı. XIX əsrin əvvəlindən başlayaraq Şekspir haqqında olan əfsanələrin təhlili məsələsinə son qoyuldu. Şekspirin tərcümeyi-halını yazanlar onun həyatının bəzi faktlarmı şərti olaraq qəbul etdilər. Şekspir haqqındakı məlumatların bəzilərinə şübhə edənlər olsa da, onların qəbul olunmasını lazım bildilər. Sonralar Şekspirin ailə həyatı haqqında da bəzi yeni məlumatlar üzə çıxmışdır. Onun "qarabəniz xanıma" məhəbbəti faktı tam aydınlaşdırılmamışdır. Müəyyən edilmişdir ki, onun ictimai vəziyyəti kifayət qədər yüksək olmuşdur. Yaxın tanışlar içərisində təkcə qrafların deyil, hətta kraliça Yelizavetanın adını çəkənlər də var. XIX əsrdə Şekspiri romantik bir şəxsiyyət kimi öyrənənlərlə yanaşı, elmi şekspirşünaslığın da təməli qoyulur. Almaniyada və Fransada bir neçə ədəbi məktəb Şekspirin həyatı və fəaliyyəti ilə məşğul olmağa başlayır. İngiltərədə C.O.Holivel-Fillipe, S.Li ədib haqqında böyük həcmdə əsərlər yazdılar. Rusiyada N.Storojenko onun əsərlərini tədqiq etdi. V.Çuyko və V.İvanov dramaturqun tərcümeyi-halnı yazıb nəşr etdilər. Şekspir haqqında yazılmış kitablar rus dilinə tərcümə olundu. XVII-XVIII əsrlərdə Şekspirin həyatı haqqında yazanların heç biri onun adı ilə bağlı əsərlərin stratfordlu Vilyam Şekspirə aid olduğuna şübhə etmirdilər. Birdən-birə XIX əsrdə Şekspirin şəxsiyyətinə şübhə oyandı. Bu fikri ara-sıra indi də təkrar edənlər var. Şekspirin şəxsiyyətinə şübhə edən ilk tədqiqatçı Amerika alimi Deliya Bekondur. O, "Şekspir pyeslərinin fəlsəfəsinin açılması" adlı əsərində bu pyeslərin filosof və dövlət xadimi Frensis Bekon tərəfindən yazıldığını sübut etməyə çalışdı. Deliya Bekonun fərziyyəsinə N.Qotorn, T.Karleyl kimi alimlər də tərəfdar çıxdılar. Getdikcə Bekon nəzəriyyəsinin tərəfdarlarının sayı artdı. Bəziləri hətta inandırmağa çalışırdılar ki, F.Bekon təkcə Şekspirə aid edilən əsərlərin deyil, hətta K.Marlo və B.Consonun da əsərlərinin müəllifidir. "Bəs nə üçün Bekon öz əsərlərini başqalarına verirdi?" sualına belə cavab verirdilər ki, guya F.Bekon rütbəli bir adam kimi adını hörmətdən salmaq istəmirdi. Halbuki, Bekon vəzifədən kənar edildikdən, cəmiyyətdə nüfuzdan düşdükdən sonra bircə əsər də yazmamışdır. Bekon haqqında olan bu uydurma 1810-cu ilə kimi davam etdi. Bəzən Şekspirin əsərlərini daha böyük rütbəli adamlara aid edənlər də tapıldı. Yeni nəzəriyyəçilər indi bu əsərlərin qraf Derbi, qraf Retlend, qraf Oksford və nəhayət kraliça Yelizavetanın olduğunu sübuta yetirməyə çalışdılar. "Şekspir-Retlend" nəzəriyyəsini bir zaman rus alimləri də müdafiə edirdilər. 1924-cü ildə F.Şipulinski, 1926-cı ildə V.Friçc, 1931-ci ildə P.Koqan yazılarında bu nəzəriyyəni əsas götürürdülər. Vulqar sosioloqlar o fikirdə idilər ki, Şekspirin adı ilə tanınan əsərlərdə zadəganların həyat mövqeyi tərənnüm edilir, buna görə də bu əsərləri sadə bir ailədən çıxmış adam deyil, məhz zadəgan yaza bilərdi. Belə bir fikir do söyləyirdilər ki, guya K.Marlo öldürülməmiş, Avropa ölkələrində yaşayıb pyeslər yazarmış. Aktyor Şekspirin müəllifliyinə şübhə edənlərin də əksəriyyəti o dövrün xüsusiyyətlərini bilməyən jurnalistlər, hüquqşünaslar, istefaya çıxmış siyasətpərəstlər idi. Qeyd etmək lazımdır ki, Şekspiri danmaq istəyənlər çoxaldıqca onun dövrü, yaradıcılığı daha dərindən öyrənilmiş, bu da Şekspir yaradıcılığının çoxcəhətliliyini, şəxsiyyətini dəqiq öyrənməyə kömək etmişdir. A.Smirnov, M.Morozov, A.Anikst, M. və D.Urnovlar kimi bir çox görkəmli rus alimləri, Azərbaycanda isə M.Rəfıli, Ə.Sultanlı, C.Cəfərov, Ə.Ağayev kimi mahir tədqiqatçılar Şekspirin yaradıcılığı haqqında maraqlı və orijinal fikirlər söyləmişlər. Tədqiqatçılar Şekspir yaradıcılığını əsasən üç dövrə bölürlər. Yaradıcılığının birinci dövründə (1591-1601) o, "Venera və Adonis", "Lukresiya" poemalarını, sonetlərini, "Vlll Henri" pyesindən başqa bütün tarixi dramlarını, "Tit Andronik", "Romeo vo Cülyetta", "Yuli Sezar" faciələrini, bu dövr üçün xarakterik olan şən və nikbin "Səhvlər komediyası”, "Şıltaq qızın yumşalması”, "İki veronalı əsilzadə", "Məhəbbətin əbəs səyi", "Yay gecəsində bir yuxu", "Venesiya taciri", "Vindzor cici-bacıları", "Heç nədən hay-küy", "Necə istəsəniz", "On ikinci gecə və yaxud istədiyiniz kimi" komediyalarını yazmışdır. Yaradıcılığının ikinci dövründə (1601-1608) Şekspir tragik konfliktlər və qəhrəmanlardan bəhs edən faciələr yazmışdır: "Hamlet", "Otello", "Kral Lir", "Maqbet", "Antoni və Kleopatra", "Karolian", "Afınalı Timon". Bu dövrdə yazılan komediyalar birinci dövrdəkilərdən fərqlənir. Burada artıq əvvəlki komediyalarda olan şən əhval, nikbinlik hiss olunmur. Əksinə, onlarda bir qədər tragik ünsürlər gözə çarpır: "Troil və Kressida", "Tədbirə qarşı tədbir", "Xeyirlə qurtaran hər iş yaxşı olar" və "Perikl". Üçüncü dövrdə "Simbelin", "Qış nağılı" və "Fırtına" tragikomediyaları (1608-1612) yazılmışdır. Bu əsərlərdə fantaziya və alleqorizm özünü büruzə verir. Şekspirin sonetləri İngiltərədə İntibah dövrü poeziyasının on yüksək zirvəsini və dünya poeziyası tarixində dönüş mərhələsini təşkil edir. Bir şair kimi Şekspirin lirik dühası sonetlərdə özünü daha aydın göstərir. Onun sonetlərində məhəbbət və dostluq, vəfa və xəyanət, səmimilik və riyakarlıq kimi mövzular əksini tapır. Şekspir sonetlərində təsvir olunan gözəl realdır, təbiidir; yalan təşbeh şairin poetikasına yaddır. Şekspir öz sonetlərində göstərir ki, həyatsevərlik, dostluq və sevgi insanın təbiətindən doğan keyfiyyətdir, məhvedici zaman onu poza bilməz. İnsan zamana öz qabiliyyəti, bacarığı ilə qalib gəlir. Gözəllik heç zaman ölmür. Yaradıcılığının birinci dövründə yazdığı "Romeo və Cülyetta" əsərində Şekspir Renessans adamının feodal qayda-qanunlarına qarşı mübarizəsini təsvir edir: Kapuletti və Montekki ailələri arasındakı düşmənçilik hələ qədimdən mövcuddur. İki düşmən ailəyə mənsub olan gənclər bir-birinə vurulur, sonradan isə hansı ailədən olduqları aşkar olur. Lakin Romeo və Cülyettanı bir-birinə bağlayan ülvi məhəbbət orta əsrlərin adət-ənənəsinin ətalətini qıra bilmir. Onlar uzun illərdən bəri davam edən və artıq qocalan cana gətirmiş iki ailə arasındakı düşmənçiliyi dəf edə bilmirlər. Romeo təbiətcə azad şəxsiyyətdir. O, öz dostları ilə birlikdə olanda həyatsеvərdir. Merkusio onun ən yaxın dostudur. Cülyettaya qarşı məhəbbəti Romeonu daha da cəsarətli edir. Öz məhəbbəti üçün Romeo mübarizdir, fəaldır və qətidir. Cülyettanın ölümünü o mərdliklə qarşılayır, Cülyettasız onun üçün həyat yoxdur. Cülyettanın paklığı, sədaqəti onun məhəbbəti ilə aşkar olur. Romeonun ölümündən sonra onun gəzəndə həyat mənasız olur və o, mərdliklə ölümü seçir. Cülyetta ən gözəl və pak bir qadın obrazı kimi təsvir olunmuşdur. O, təkcə ailə ənənələrinə qarşı deyil, bütün feodal qayda-qanunlarına qarşı üsyan edir. O, şhərdən sürgün edilmiş Romeo ilə bir daha görüşə bilməyəcəyini heç ağlına belə gətirmir. Lakin o, əmioğlusunu öldürmüş ailəsinin qan düşməni Romeodan heç zaman əl çəkməyəcəyinə əmindir. Atasının gənc zadəgan və varlı Parisə ərə getmək təklifini rədd etdikdən sonra Cülyettanm ən yaxın sirdaşı olan dayəsi Romeo ilə məhəbbətin baş tutmayacağı fikrini təlqin edəndə Cülyetta ona da nifrət edir, onu lənətləndirir: Ey qoca ifritə! O! Mənfur iblis! Əhdin sınmasını belə istəmək, Ya da eyni dillə eyni adamı Yüz yol tərif edib belə pisləmək Ən müdhiş, ən qorxunc günah deyilmi? Get, get, məsləhətçim, get, bundan sonra Bizim aramızda bir uçurum var. Rahibin yanına gedirəm indi. Əgər tapılmasa bu dərdə dərman, Ölməyə cürətim çatar o zaman. (Tərcümə S.Mustafanındır) Bu faciədə Lorensio dini fanatizmdən uzaq, humanist bir alim kimi verilmişdir. Rahib olmasına baxmayaraq, o, yeni əhvali-ruhiyyəni düzgün qiymətləndirə bilir. Lorensio Romeo və Cülyettanı fəlakətdən qurtaracağın inanır, onların gizlin kəbinlərini kəsir, onlara hər cür kömək edir. Əsərdə Merkusio on parlaq, xeyirxah və sadiq dost kimi təsvir edilmişdir. Romeo və Cülyetta köhnə dünya ilə mübarizədə məğlub olurlar. Lakin bu məğlubiyyət köhnə düşmənləri barışdırır. İnsanın təbii arzu və istəkləri, səmimi hisslər, pak məhəbbət feodal adət və ənənələrinə, feodal əxlaqı prinsiplərinə qalib gəlir. Nahaq deyildir ki, bəzi tədqiqatçılar "Romeo və Cülyetta" dramını nikbin faciə hesab etmişlər. Şekspir komediyaları komik xarakterlərlə, komik hadisələrlə bir-birini tamamlayır. "Səhvlər komediyası"nda Şekspir insanı öz səadəti uğrunda çarpışmağa çağırır. Öz arvadmı və oğlunu itirmiş qoca Ekon rahatlıq tapa bilmir, daim öz axtarışlarını davam etdirir, təsadüfən olsa da, öz məqsədinə nail olur. Əkiz qardaşlar xarakterləri etibarı ilə bir-birindən fərqlənirlər. Sirakuzlu Antifol təbiətcə çılğındır, hər şeydən küsəndir. Efesli Antifol isə işgüzardır, ayıqdır, özünü təmkinli aparır. Şekspirin bütün komediyaları kimi bu komediya da nikbin sonluqla bitir. "İki veronalı əsilzadə" komediyasının süjetini Şekspir Montamayrın ispanca yazılmış, sonralar ingiliscəyə çevrilmiş əsərindən götürmüşdür. Komediya müxtəlif ziddiyyətlərin toqquşması üzərində qurulmuşdur. Əsərdə dostluq xudpəsəndlik və ehtirasla üz-üzə gəlir, nəticədə qalib çıxır. Dramaturq üçün son dərəcə yaxın olan dostluq ideyası sonralar onun digər əsərlərində, xüsusilə "Hamlet" faciəsində öz yüksək bədii həllini tapmışdır. Yenilməz dostluq ideyası iki gəncin - Valentin və Proteyin simasında təcəssüm olunmuşdur. Protey xudpəsənddir, bu da onu xəyanətə və yalançılığa sövq edir. Valentin nəcib təbiətlidir, fədakardır, onu əhatə edən adamların saxtakarlığına dözmür. O, meşəyə gedir, ətrafına qaçaqları toplayır, onlara başçılıq edir. Əsl xalq qəhrəmanı kimi kimsəsizlərə, yoxsullara, kasıblara, qadınlara kömək edir. Əsərdə Culya Proteyin məhəbbətinə sadiq, fədakar bir qız kimi təsvir olunur. Bu komediyada təlxək Louns obrazı daha qabarıqdır. "Venesiya taciri" pyesinin süjetini Şekspir XIV əsr İtaliya xronikalarından götürmüşdür. Bu əsərdəki əsas obrazlardan biri olan Şeylokun simasında Şekspir millətçiliyi, guya yəhudilərə əzəldən məxsus olan yamanlıq ideyasını pisləyir, lakin eyni zamanda bu obraz vasitəsilə yaranmaqda olan burjuaziyanın mənfur keyfiyyətlərini dünya ədəbiyyatında misli görünməmiş bir uzaqgörənliklə ifşa edir. Əsərin sonunda humanizm ideyaları qalib gəlir. Yaradıcılığının ikinci dövründə Şekspir başlıca olaraq faciə əsərləri yazır. Şekspir faciələri İntibahın son dövrünə təsadüf edir. Bu dövr mütləqiyyətin qələbəsi, dini mövqeyin möhkəmlənməsi, əmək bölgüsünün yaranması ilə səciyyələnir. İndi burjua münasibətləri İntibah nümayəndələrinin əsas tənqid hədəfinə çevrilir. Humanist idealla gerçəklik arasında olan uçurum onların əsərlərinin əsas mövzusuna çevrilir. Şekspir bu dövrdə cəmiyyətin pozğunluğunu, insanların korlandığını, gözəlliyin, paklığın qiymətləndirilmədiyini görür və bunları öz əsərlərində əks etdirir. Dövrün humanistlərini düşündürən ictimai-siyasi və fəlsəfi məsələlər Şekspirin "Hamlet" faciəsində özünün daha parlaq inikasmı tapmışdır. Bu əsərin süjeti o zaman geniş yayılmış və haqqında müxtəlif əsərlər yazılmış Hamlet əhvalatından götürülmüşdür. "Hamlet" əsəri haqqında ilk dəfə XIII əsrdə Sakson Qrammatik "Danimarka tarixi" kitabında məlumat verir. Sonradan bu əsər 1608-ci ildə ingilis dilinə tərcümə edilir, Londonda Tomas Kidin "Hamlet" faciəsi tamaşaya qoyulur. Lakin bu əsərlər bizə gəlib çatmamışdır. "Hamlet" haqqında yüzlərlə tədqiqat işi yazılmışdır. Müəlliflər əsasən əsərin qəhrəmanı Hamlet obrazını təhlil etməyə cəhd göstərmiş, Hamlet haqqında bir-birinə zidd, müxtəlif fikirlər söyləmişlər. İlk dəfə Hamlet haqqında yanlış fikir söyləyən, böyük alman şairi Gete olmuşdur. "Vilhelm Mayster" əsərində Gete deyir ki, Hamlet incə çiçəklər üçün olan, amma içərisində palıd ağacı əkilmiş bir güldana bənzər. Bu ağac böyüyür, kök atır və bu güldanı sındırır. Əsərin əsas ideyasını Hamletin düşüncələri ilə iradəsi arasında olan ziddiyyətdə axtaranlar da vardır. Böyük rus ədibi İ.S.Turgenev 1860-cı ildə yazdığı "Hamlet və Don Kixot" adlı məqaləsində qeyd edir ki, Hamlet xudbindir hər şeyə şübhə ilə yanaşır. Don Kixot isə, Turgenevə görə işgüzardır, özü-nün haqlı olduğuna inanır və öz məqsədi uğrunda çarpışır. Turgenev belə hesab edir ki, Hamlet düşünən insandır, lakin fəaliyyətsizdir. Don Kixot iradəlidir, lakin ağıl sahibi deyil, əgər Hamlet kütlə üçün xeyirsizdirsə, Don Kixot xalqı fəaliyyətə çağırır. Lakin Turgenev onu da qeyd edir ki, Hamlet də Don Kixot kimi şər qüvvələrə qarşı barışmazdır. Rusiyada "Hamlet" əsərinin elmi təhlilini A.A.Anikst, A.A.Smirnov, S.M.Samarin, İ.Y.Bersman, L.S.Pinski və başqaları vermişlər. Həqiqətdə Hamlet xeyirxah təbiətlidir. O, şair və filosofdur, möhkəm iradəlidir. O, cəmiyyətdə olan bütün haqsızlıqları, qanunların ikiüzlülüyünü, məhkəmələrin süründürmələrini, zəhmətkeşlərin etdiyi xidmət əvəzinə təhqir olunduqlarını, pak və təmiz məhəbbətin qiymətləndirilmədiyini görür. Dünyanın bəzəyi, yaranmışların tacı olan insanın nə qədər alçaldıldığını, çürük ota çevrildiyini, riyakar olduğunu görür. Hamlet dünyanı həbsxanaya, Danimarkam isə onun ən iyrənc bir guşəsinə bənzədir. Lakin Hamletin faciəsi ondadır ki, bütün bu yaramazlıqlara qarşı mübarizə etmək istəyir, ancaq bacarmır. O, elə zənn edir ki, vicdanlı və azad düşüncəli adam özünü məhv etməklə haqlı olduğunu sübuta yetirə bilər. Hamlet Elsinor sarayında baş verən hadisələri düzgün başa düşür. Hamletin fikri, düşüncəsi Klavdinin despotizminə qarşı qoyulmuşdur. "Hamlet" faciəsi həyatı dərk etmə, anlama faciəsidir. Hamleti Elsinorda baş vermiş hadisə - atasının öldürülməsi, anasının tezliklə əmisinə ərə getməsi o qədər də düşündürmür. Onun fikrinin mayası dünyada baş alıb gedən ədalətsizlik, haqsızlıqdır. O, Layertdən fərqli olaraq humanistdir. Hamlet atasının intiqamını almaqda ləngiyirsə, bu onun acizliyinə dəlalət etmir. Faciənin başqa personajları Ofelya, Layert, Fortinbransın da taleyi Hamletinkini xatırladır, onların da ataları öldürülüb. Bu da cəmiyyətin özünü səciyyələndirir. "Otello" faciəsi Cerald Çintionun "Venesiya mavrı" novellasının motivləri əsasında yazılmışdır. Əsərdə Otellonun məhəbbəti, Dezdemonanın və Otellonun faciəvi ölümü ictimai zəmində verilmişdir. Otello böyük şəxsiyyətdir, öz qəhrəmanlığı nəticəsində cəmiyyətdə ən yüksək rütbəyə gəlib çatmış, general olmuşdur. Həyatın ən ağır əzab və işgəncələrinə dözmüş Otello öz insanlıq ləyaqətini, nəcibliyini qoruyub saxlaya bilmişdir. Xeyirxah mavr ağıllıdır, vicdanlıdır, fəaldır. Renessans dövrünün adamının bütün gözəl xüsusiyyətləri Otellonun şəxsiyyətində cəmlənmişdir. Venesiya senatorunun qızı Dezdemona Otellonu məhz bu xüsusiyyətlərinə görə sevir, onun ləyaqətini qiymətləndirə bilir. Dezdemona ilə Otellonun izdivacı gözəl hisslər, təmiz məhəbbət üzərində qurulmuşdur. Dezdemona Otelloya ərə getməklə təkcə öz ailəsinə qarşı çıxmır, o bütün cəmiyyət qanunlarina qarşı üsyan edir. Dezdemona Şekspirin qadın obrazları içərisində ən parlaq surətdir. O, cəsarətli olduğu kimi incə, zərif, sadiq, itaətkar qadındır. Otello təbiətcə qısqanc deyil. Onda yaranan bu hissin səbəbi Dezdemonaya -insana olan inamın qırılmasıdır, aldandığını zənn etməsidir. Otello Dezdemonanı dərin məhəbbətlə, kövrək bir hisslə sevir, hətta onu öldürmək istədiyi anda belə düşünür ki, ədalət naminə bunu etməlidir. Otello Yaqonun hiyləsinin qurbanı olur. Yaqo yüksək rütbəyə çatmaq istəyir, Otelloya həsəd aparır, onun əli ilə Dezdemonanı öldürtdürür. O, hər nəyin bahasına olursa-olsun, başqalarından üstün olmağa çalışır. Yaqo ağıllı, çevik, qabiliyyətlidir, lakin onun bütün bu xüsusiyyətləri çirkin əməllərini həyata keçirmək işinə yönəldilmişdir. "Kral Lir" faciəsinin mövzusunu Şekspir Hellinşedin xronikalarından götürmüşdür. Bu rəvayətdə Lir və Kordeliya uzun kəşməkeşlərdən sonra qalib gəlir və mükafatlandırılır, sərbəst həyat keçirir, varlı yaşayan cəmiyyətə qovuşurlar. Şekspirin əsərinin qəhrəmanları isə onları əhatə edən cəmiyyətdən daha yüksəkdə durur, onun mənəvi-əxlaqi dəyərini, ideallarını rədd edirlər. Şekspir bu süjetə təlxək obrazını da əlavə etmişdir. Bu əsərdə biz iki Lir görürük. Nə qədər ki, Lir taxt-tac sahibidir, o zülmkardır, sərtdir, qəzəblidir, feodal əxlaq normalarından çıxış edir. O, qızlarını məcbur edir ki, yalan desinlər, onu tərifləsinlər. Qızlar da ataları kimi zalımdırlar. Lakin bu sərtliyə xəsislik do, hiylə də əlavə olunmuşdur. Atalarında isə bu keyfiyyət yoxdur. Kordeliya bir humanist kimi yeni dövrün adamıdır. Kordeliya atasının qəzəbinə düçar olub, varislik hüququndan məhrum olacağını gözünün qabağına gətirsə də, yalan danışa bilmir, atasını yalnız bir övlad məhəbbəti ilə sevdiyini boyan edir. Lakin əsl hiss elə məsum qadının qəlbində imiş. Atası ondan üz döndərsə də, onu hər şeydən məhrum etsə də, o yenə atasını dərin, incə bir məhəbbətlə sevməkdə davam edir. Kordeliya özünün saxtakar, ikiüzlü bacılarından fərqli olaraq səmimidir, doğru söz deməkdən çəkinmir. O, öz atasını həqiqətən sevir, hətta atasının ona qəzəblənməsindən əsla incimir və Lirin ən ağır günündə qolundan tutur. İkinci Lir əsl insandır! Əsərin axırında çətinliyə düşdükdə, təhqir olunduqda, xalqın acınacaqlı vəziyyətini gördükdə, onda bu vaxta kimi gizli qalmış yüksək insani keyfiyyətlər baş qaldırır. O, öz həyat yolunu gözü önündən keçirir, həyatı, cəmiyyəti dərk edir. Bu əsərdə Şekspir müxtəlif ictimai qrupların bir-birindən fərqləndiyini göstərir. Əsərdə köhnə cəngavərlik şərəfini qoruyanlar - Lir, Qloster, Kent, Olbeni və burjua mənəviyyatını təmsil edənlər - Qoneril, Reqan, Edmund, Kornuol təsvir edilmişdir. Bu iki dünyanın nümayəndələri arasında qızğın mübarizə gedir. Şekspir göstərir ki, Lirin gücü, qüdrəti onun kral titulunda deyil, dövlət, torpaq sahibi olmasındadır. O, təkcə kral titulu ilə kifayətlənib öz torpaqlarını qızları arasında bölüşdürdükdən sonra qüvvədən düşür. Malikanələri, torpaqları əlindən çıxmış kral dilənçi halına düşür. Ancaq Kent, qızı Kordeliya və təlxək axıra kimi Lirə sadiq qalırlar. Faciədə təlxəyin xüsusi rolu var. O, öz acı sözləri və atmacaları ilə insanlar arasında olan münasibətin mahiyyətini açıb göstərir. Qlosterin taleyi Lirin taleyindən daha dəhşətlidir. Qeyri-qanuni doğulmuş oğlu Edmund atasına qarşı çıxır, qardaşı Edqarı və atasını sürgün edir. Əsərin sonunda xeyir qüvvələr şər qüvvələrə qalib gəlir. "Maqbet" faciəsi R.Hollinşedin "İngiltərə, Şotlandiya və İrlandiya xronikaları" əsəri əsasında yazılmışdır. Maqbeti qatil və zalım edən cəmiyyətdə insanlar arasında mövcud olan ziddiyyətlərdir. Maqbet özünün gücünə, qabiliyyətinə və bacanağına inanır. Lakin o, eyni zamanda əmindir ki, bütün bu üstünlüklərinə baxmayaraq, özünə layiq mənsəbə-titula çatmamışdır, odur ki, məqsədinə yetmək üçün cinayətə əl atır, qan axıdır. Əsərin əvvəlində Maqbet tamaşaçılara Şotlandiyanm düşmənlərinə qalib gəlmiş, cəsur və xoştəbiətli sərkərdə kimi təqdim edilir. O, qəhrəmanlığına görə şöhrət qazanmışdır. Maqbetin hərəkətlərində daima xeyirlə şər bir-birini əvəz edir. Cadugər bacıların söylədikləri onun qara fikirlərinə təkan verir. Elə bil ki, cadugərlər Maqbetin özünün arzularıdır - dil açıb danışırlar. Maqbetin cinayətləri öz iradəsinin bəhrəsidir, fövqəladə bir qüvvənin təsiri deyil. Maqbet heç bir çətinlikdən qorxmur, onu lərzəyə gətirən yeganə şey öz vicdanıdır. Dunkanı öldürdükdən sonra daima əzab çəkir. Ledi Maqbet öz ərini dahi hesab edir. O istəyir ki, əri Şotlandiyanın kralı olsun. Maqbet mənəvi sarsıntılar keçirərkən arvadı daima ona arxa olur. Ledi Maqbetin fikrincə, insan əllərinin qanını yuyan kimi cinayət yaddan çıxacaq. Lakin bu mümkün olmur. Maqbetin ölümündən sonra o da özünü öldürür. Şekspir yaradıcılığının üçüncü dövründə yazılmış əsərlərdə fantastika və reallıq birləşir, folklor motivləri, utopik hadisələr təbiət mənzərələri fonunda verilir. Bu dövrdə yazılmış "Perik”, "Simbelin", "Qış nağılı", "Fırtına" yeni estetik keyfiyyətli əsərləridir. Bu əsərlərdə tragik komеdiya, pastoral, dram və alleqoriya janrlarından istifadə edilmişdir. Şekspirin ədalətli cəmiyyət görmək arzusu "Fırtma" əsə-rində fantastik bir süjetlə verilmişdir. Gəmi qəzasından sonra bir adaya düşmüş Qonzalo burada hər şeyi yeni əsaslar üzrə qurmaq istəyir. O, məhkəmə və məmur rütbələrini ləğv etmək, yoxsulluğu və zənginliyi aradan qaldırmaq niyyətindədir. Lakin Qonzalo ağlasığmaz fikirlər də söyləyir. O, ticarəti, elmi və əməyi də aradan qaldırmaq istəyir, insanlara ancaq təbiətin verdiyi nemətlərlə yaşamağı təklif edir. On iki il əvvəl Milanda. şöhrətpərəst Antonio qanuni hersoq olan qardaşı Prosperonu ölkədən sürgün edir, hakimiyyəti ələ alır. Prospero öz qızı Miranda ilə əcinnələr yaşayan bir adaya düşür. Lakin burada da şər qüvvələr hakimdir. Əcinnələrin başçısı Kaliban Mirandamn ləyaqətinə toxunmaq istəyir. Cadugərliyin bütün sirlərini bilən Prospero Kalibana üstün gəlir. Prospero adada hər şeyə qadirdir, ona dağlar, bu-laqlar, göllər, meşələr tabedir. Nə istəsə, edə bilər. Lakin, o yenə İtaliyaya qayıtmaq, qızğın həyat tərzi olan. cəmiyyətdə yaşamaq, şər qüvvələrə qarşı vuruşmaq istəyir. Əsərdə xeyirlə şərin mübarizəsi alim-humanist Prospero ilə eybəcər Kaliban kimi obrazların simasında verilmişdir. "Fırtına" əsərində Şekspir insanlığa, gözəl gələcəyə inam, bəşər övladının gözəlliyi qarşısında heyranlığı tərənnüm edir. Şekspir faciələrində onun qəhrəmanları həlak olsa belə, on yüksək ideallar, mənəvi keyfiyyətlər sarsıntıya uğrasalar belə, bu faciələrdə ümidsizlik yoxdur. Şekspir öz faciələrində humanist ideallar haqqında təsəvvürü daha da genişləndirir. Şekspir əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsinin xüsusi əщəmiyyəti olmuşdur. Şekspiri tərcümə etməyə cəhd etmiş ədiblər Şekspir fikrinin, zəngin dilinin və ifadələrinin dilimizdə səslənməsi yollarmı tapmaqla tərcümə sənətimizin inkişafında böyük xidmət göstərmişlər. Şekspirin yüksək bədii səviyyədə, məharətlə tərcümə edilən əsərlərinin Azərbaycan teatrlarında tamaşaya qoyulması səhnə sənətimizin inkişafında müəyyən rol oynamış, rejissor və aktyorlarımızın bir qismi Şekspir əsərləri ilə öz böyük istedadını nümayiş etdirə bilmiş, bir çox ədiblərimiz məhz Şekspir əsərlərini doğma dilimizə çevirməklə öz rəngarəng tərcüməçi istedadlarmı üzə çıxarmışlar. Шekspir əsərlərinin tərcüməsi ilə hələ XIX əsrdən başlayaraq bir çox əдiblərimiz və tərcüməçilərimiz məşğul olmuşlar. H.Vəzirov ("Otello"), H.Səbri ("Otello", "Kral Lir"), İ.Xəlil ("Maqbet"), S.Rəhмan ("Romeo və Cülyetta"), Əziz Şərif ("Otello"), C.Cabbarлы ("Щamlеt", "Otеllo"), Əhмəd Cavad ("Otello", "Romeo və Cülyetta"), Abdulla Şaiq ("Maqbet"), B.Nəzərli ("Maqbet"), M.İbrahimov ("Kral Lir", "On ikinci gecə"), Ə.Səbri ("Şıltaq qızın yumşalması"), T.Əyyubov ("Hamlet", "İki veronalı əsilzadə", "Qış nağılı", "Sonetlər"), Hidayət ("Xeyirlə qurtaran iş yaxşı olar"), Anar ("Fırtına"), İ.İsmayılzadə ("Səhvlər komediyası"), S.Mustafa ("Sonetlər", "Romeo və Cülyetta", "Otello", "Hamlet", "Kral Lir", "Maqbet") Şekspir əsərlərini tərcümə etmişlər. Şekspirin əsərləri respublikamızda müntəzəm olaraq dövri mətbuatda, jurnallarda və kitab şəklində işıq üzü görmüşdür. Son dəfə toplu halda 1962-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən, 1980-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən Şekspirin bir sıra əsərlərinin tərcüməsi nəşr edilmişdir. Şekspir əsərlərinin hazırkı nəşrinin birinci cildinə daxil edilən faciələr ("Romeo və Cülyetta", "Hamlet", "Otello", "Kral Lir", "Maqbet" dramları) Sabir Mustafanın tərcüməsində verilir. İsmixan Rəhimov
| |
Baxış: 2602 | |
Bütün rəylər: 0 | |