Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

İsmayıl Şıxlı yaradıcılığı- Seçilmiş əsərləri (1-ci cild)-5

        Zeynəb dodaqlarını çeynəyə-çeynəyə dəstədən aralandı.


10


     Eyvanm dirəyinə söykənmiş Şahnaz, əlini qoynuna qoyub, başı üzərindən keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə ağızlarında ot, palçiq gətirib yuva tikirdilər. İlk günlər Şahnazı cəlb edən bu göyçək quşlar, indi onu darıxdırırdı. Şahnaz onların qoşa dayanıb oxumalarını görəndə qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.."
     O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. Bəzən dabanı üstündə fırlanır, güzgüdə ətli əndamına, nazik belinə, yoğun topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng qızam, mənim kimi gözəl də evdə oturar?"
     Yaşınin az olmasına baxmayaraq, Şahnaz çox oğlanlarla oturub-durmuşdu. Hətta bəzilərinin dərdini ürəyinə salmışdı. Lakin bu, uzun sürməmişdi. Ya oğlan ondan uzaqlaşmış, ya da Şahnaz özü onu yola salmışdı. Neçə ildən bəri onun dalınca sürünən şofer Məmməd belə ona təsir edə bilməmişdi. Ancaq İmran... Şahnaz durub-dincələ bilmirdi. O günkü əhvalatdan sonra elə zənn edirdi ki, hər şey düzələcək; İmran ona meyl edəcək, ancaq tərsinə oldu. İmranın soyuqluğu onu təşvişə salırdı. "İndiyə qədər bir başıpapaqlı mənim yanımdan düz keçə bilməyib, dalımca həsrətlə baxıblar. Amma bu... "
     Şahnaz necə olur-olsun İmranın diqqətini cəlb etməyə çalışırdı. Tez-tez Gövhər qarının yanına qaçıb fala baxdırırdı. Qarı, qızın ürəyinə yatan şirin sözlər deyib, onunla İmranın birləşəcəklərini söyləyirdi. İndi o, eyvanda dayanıb bunları düşünür, düşündükcə də darıxırdı.
     Kəndin üstünə axşam qaranlığı çökürdü. Yavaş-yavaş çıraqlar yanır, mal- qara örüşdən qayıdırdı.
     Gövhər qarı sakitcə Şahnaza yaxınlaşıb dayandı.
     -Bayramın mübarək, qızım, bu şər vaxtı boynunu niyə bükübsən?
     Şahnaz köksünü öturdü:
     -Nə bayram, ay nənə?
     -Bıy, başıma xeyir, ay qız, nə danışdığındır! Bu gün ilin axır çərşənbəsi deyilmi? Bircə tez ol gedək tonqal qalayaq, üstündən atdan, günahların yox olsun. Şahnaz oyuncaq tapmış uşaq kimi sevindi. Onlar küləş gətirib həyətin ortasında od vurdular. Qatı ağ tüstü burula-burula havaya qalxdı. Tonqal birdən- birə pırıltı ilə alovlandı. Qırmızı dilli alovlar göyə ucaldı. Qonşu uşaqları tökülüb gəldilər. -Tonqalın ətrafında atılıb-düşməyə başladılar. Gövhər qarı ətəyini belinə sancdı. Qızlara göz eləyib irəli yeridi.
     -Günahlarınızı təmizləyin, ay qızlar!
     -Bizim nə günahımız var ki?
     -Elə demə, qızım, allaha ağır gedir, tez ol atdan! Şahnaz şaqqıldayıb güldü və sıçrayıb tonqalın üstündən keçdi. Qızlar da ona qoşuldular. Qarı özü də geri çəkildi, gözlərini yumub, alovun üstündən atılmaq istədi. Ancaq birdən ayağı büdrədi, qorun içino düşdü. Donquldanıb kənara sıçradı. Qırçınlı donunun uzun, gen ətəyi alışdı.
     Qarı özünü itirdi. Orlada firlanıb qışqırdı:
     -Ay qız, qoymayın yandım!
     Qızlar onun atılıb-düşməyinə baxıb gülüşdülər. Qarı isə əyilib donunun ətəyini döycləyə-döyəcləyə qızlan söydü:
     -Ləçərlər, həyasızlar, nə hırıldaşırsınız...cin yosunlular, qoymayın...yanıram!.. Qarının ayağı nəyə isə ilişib yıxıldı. O, başı kəsilmiş toyuq kimi atılıb-düşdükcə, balaqlarından, belindən tüstü çıxırdı. Gözləri yaşarınca gülən Şahnaz qarının boğulduğunu görüb irəli yüyürdü.
     Qarı çeçəyı-çeçəyı deyirdi:
     -Hamısının baisi sənsən... Ay ğır kimi nə kişnəyirsən?
     Şahnaz qarının yanıb xal-xal olan donunu dartıb çıxardı. Tumanının alovunu söndürdü. Su gətirməyə qaçan qızlardan biri özünü yetirib vedrəni qarının üstünə boşaltdı. Gövhər qari balıq kimi ağzını açıb-yumdu.
     Onu ayağa qaldırdılar. Səs-küyə yığışan qonşular qarıya baxıb gülüşdülər.
     -Günahlann lap əməlli-başlı təmizləndi. Həm odda yandı, həm də suda yuyundu.
     -Axı, ay kaftar, sənin nə işin var bu uşaq-muşağın içində?
     -Lap suya basılmış toyuğa oxşayırsan.
     -Yox, ay qız, quyruğu yolunmuş sağsağana oxşayır. Qızlar gülüşə-gülüşə onu evə gətirdilər. Şahnaz köhnə paltarlanndan birini çixanb qanya geyindirdi. O daha da gülməli oldu. Güzgüdə qan özünü tanımadi. Ağlamsındı:
     -Günü qaralar, niyə pıqqıldaşırsınız?
     -Qiyamət yaraşir, ay nənə.
     -Gedin özünüzə lağ eləyin, sel aparmışlar! Sayalı köhnə paltarlarından üç-dördünü gətirib verincəyə qədər qarının qaşqabağı açılmadı.
     Tez birini geyindi. O birilərini də dəstələyib qoltuğuna vurdu:
     -Evə dəyib gəlirəm, - deyə üzünü Şahnaza tutdu. Xörəkdən- zaddan bişirərik. Gərək, bu gecə sizə kef verəm.
     Qarı başmaqlarmı şıppıldada-şıppıldada evdən çıxdı. Şahnaz onun dalınca qışqırdı:
     Ay nənə, sən allah, tez gəl, evdə sənsiz darıxıram. Qızlardan rastına düşən olsa, çağır gəlsinlər...
     Çox çəkmədi ki, Gövhər qarı qayıdıb bir neçə qızla içəri girdi. Şahnazın boynunu qucaqlayıb, üz-gözündən öpdü.
     -Belə, dayının canı üçün, hər şey düzələcək. Heç ürəyini sıxma, hansı qapını pusdum, qulağıma yaxşı söz dəydi. Birində dedilər: "A qızım, dur qapını aç, içəri sərin hava gəlsin". Demək, qapı üzünə açılacaq...
     Sonra getdim Tapdıq kişigilin qapısına. Mən çatan kimi içəridən səs gəldi: "Arvad, heybəni aç, uşaqlara şirindən-zaddan ver". Dedim bu da yaxışıdır. Şirinlik yeyəcəyik, ay Şahnaz! Özü də lap tezliklə!
     -O, Şahnaza göz vurdu. - Daha nə istəyirsən? Görürsen ki, xeyir xəbərlə gəlmişəm. Görək Gövhər nənənə bir xələtlik alasan. Hə, indi siz oturun, mən də xörək hazırlayım. Sonra da iynəlik salarıq. Bu gecə hamınızın bəxtini sınayacam!
     Qarı çıxandan sonra qızlardan biri güldü.
     -Ay Şahnaz, sən də onun dediklərinə inanırsan?
     -Niyə inanmıram? Dediyinın çoxu düz çıxır.
     -Ay qız, bəsdir, sən allah, ətimizi tökmə, getdikcə lap ağlın azır. Fal nədir? Elə bizi buna çağırtdırmısan?
     Patefondan-zaddan qur oxusun, bir az kefimiz açılsın. Yoxsa Gövhər qarı bütün şeytanları, cinləri bura yığıb bizi dualıq eləyəcək. Molla-zad da yoxdur ki, tas qurduraq.
     Onlar yenə şaqqıldayıb güldülər.
     Şahnaz ürəyində qızlardan incisə də, heç nə demədi. Patefonu qurdu. Qızlar çalıb-oynamağa başladılar. Həyətdə eşələnən Gövhər qarı gecədən xeyli keçmiş xörəyi gətirdi. Qızlar onu dövrəyə aldılar. Gülüşə-gülüşə plov yedilər.
     Süfrəni yığışdırandan sonra Gövhər qan gəbənin üstündə bardaş qurub oturdu. Qabağına su ilə dolu bir kasa qoydu.
     -Hərəniz bir sancaq çıxardın, atın suya.
     Qızlar duruxdular. Şahnaz hamıdan qabaq sancağını çıxardıb suya atdı. Gövhər qarı bir-birinə göz vuran qızlara hirsləndi:
     -Nə durubsunuz? Tez olun!
     Onlar gülüşüb sancaq çıxartdılar. Qarı yerini rahatladı:
     -Bax, mun bir mahnı oxuyacam. Siz də mənim səsimə səs verəcəksiniz. Mən əlimi salıb sudan bir sancaq çıxardacam. Sancaq kiminki olsa, demək, mahnı onun bəxtinədir. İndi başa düşdünüzmü? Hə, başlayırıq.
     Qızlar oğrun-oğrun Şahnaza, qarıya baxıb şaqqıldadılar. Qarı qızların onu ələ salmağa hazır olduqlarını hiss etsə də, özünü o yerə qoymayıb oxumağa başladı:
     Göydə ulduz ləng gedər,
     Gah əylənər, gah gcdər.
     Qorxma, ürəksiz oğlan,
     Üstüncə Allah gedər.
     Qarı sancaqlardan birini çıxardıb Şahnaza göz vurdu.
     -Qorxaq olsa da, gələcək. Sən işində ol, qorxaq olduğu yaxşıdır, hə indi dalına qulaq asın.
     Aşağıdan gələn Eyibdimi?
     Başına papaq geyibdimi?
     Saqqalı bülbül yuvası,
     Bığını siçan yeyibdimi?
     Qızların qəhqəhəsi otağı bürüdü. Onlar bir-birini itələyə-itələyə suya baxdılar. "Görək bu kimdir?" deyə pıçıldaşdılar. Sudan çıxarılan sancaq yenə Şahnazın idi. Qızlar gözləri yaşarınca güldülər.
     -Elə lap düzdür. Evinizin geri yanındakı o kosa oğlandır. Doğrudan da elə bil zalım oğlunun bığını siçan yeyib. Cəmi iki-üç tükü var. Ürəyini sıxma, elə yaxşıdır. Saqqalı üzünü dalamaz. Şahnaz qizların rişxəndindən inciyib sancağı yenə suya aldı.
     -Sən də oxumağa söz tapdın! - deyə qarıya acıqlandı. Arvad:
     -Heç nə olmaz, dərdin abm, dalma qulaq as.
     Eləmi nə şüşəsən,
     Lampada nə şüşəsən,
     Saçım üzəngin olsun,
     Atlananda düşəsən.
     -Pəh-pəh, - qızlardan biri dilləndi, bu deyəsən qulluq adamına oxşayır.
     -Dayan, dayan, bu yəqin ya maliyyə agentidir, ya da ki, cuvar.
     -Yoxsa, ay qız, bizim briqadir Kazım olacaq?
     -Sən də adam tapdın!
     Qarı yenə oxudu:
     A qızlar, qaçın oğul gəlir,
     Qapını açın, oğul gəlir.
     Məxmər döşək, gül yastıq,
     Arasını açın, oğul gəlir.
     -Hə, necədir? - deyə Gövhər qarı qaralmış mırıq dişlərini göstərdi və əlini salıb bir sancaq çıxartdı. Yaşıl kəlağayılı bir qız utanıb gülümsündü. Ürəyinə yatırmı? İndi dalına qulaq asın.
     Ay gedır batan yerə,
     Mələklər yatım yerə,
     Sinəmi nişan qoyum,
     Yar oxun atan yerə.
     -Ay qarı, nə qayırdığındır, birçəyinin ağ vaxtında sinəni deşdirərsən, - deyə qızlardan biri ona sataşdı.
     Qarı qıza gözünü ağartdı.
     -Mənə nə var, ələyim ələnib, xəlbirim göydə fırlanır. Sizi qayğı götürsün ki, hələ başınıza çox işlər gələcək...
     Gecədən keçirdi. Qızlardan bir neçəsi getmişdi. Bu illərin başçısı Gövhər qarı, qalan qızlann da yorulduğunu, sözlərinin qurtardığını hiss edirdi. O, nə qədər çalışırdısa, istədiyinə nail ola bilmirdi. Şahnazın rəngi açılmırdı. Gövhər qarı bunu görürdü. Lakin o yenə işin altindan çıxmağa çalışdı. İki iynə götürdü. Uclarına pambıq doladı.
     -Hər kəs ürəyində istədiyi oğlanı tutsun, - dedi, mən bir-bir iynələri suya salacam, görək kim-kimə qovuşacaq. Çox sınamışam. Bu lap doğru faldır. Əvvəlcə kimdən başlayaq? Deyirəm Şahnaz yaxşıdır. Bax, ay qız, bu sağ əlimdəki iynə sənsən, o biri də ürəyindəki kimdirsə odur. Tutdunmu? Amma elə adam olsun ki, biz də tanıyaq.
     -Uzaqda nə işi var, yan-yörədə hərlənən aqranomdan-zaddan biri olar. Sən iynəni suya sal, görək.
     Qarı iynələri suya saldı. Qızlar bir-birini dümsükləyib pıçıldaşdılar. İynələr suya düşən kimi fırlanıb hərəsi bir tərəfə getdi. Sonra bir-birini qovurmuş kimi, qabın içində fırlandı. Qızlar yenə pıçıldaşdılar: "Şahnıaz dayandı, daha getmir". "Yox, gözləyir, bu saat oğlanın dalınca cumacaq". "Bax, bax, qaçdı, gör necə də gedir". "Hı, gözünə dönüm, qoyma. Aha, az qalıb. Yox, yenə aralandılar. İndi də qız qaçır".
     Beləliklə, "oğlanla qız" bir-birini xeyli qovdu. Gövhər qarı gizlincə Şahnaza baxdı. Qızın rəngi kağız kimi ağarmışdı. Elə bil, bütün həyatı bir qab suyun içində hərlənən bu pambıqlı iynələrdən asılı idi. Gövhər qarı gözlərini qaba zilləyib aşağı əyildi, nəfəsini suya verdi. Suyun üzü xəfifcə titrədi. İynələr tərpənib yavaş-yavaş bir-birinə yaxınlaşdı. Qarı nəfəsini dərdi. Şahnazın rəngi özünə gəldi. Qızlar bir-birinə göz vurub gülüşdülər.
     -Bax, bu fala söz olmaz. Daha işin düzəldi, ay Şahnaz. Gərək Gövhər qarıya xələt verson.
     Şahnaz gülümsündü.


11


     Prokuror Əsədov əllərini qalife şalvarının cibinə qoyub otaqda hirslə gəzinirdi. Pəncərədən süzülüb düşən günəş şüaları onun təzəcə silinmiş uzunboğaz, xrom çəkmələrində əks edirdi. Əsədov parıldayan çükmələrini döşəməyə daha bərk basır, yeridikcə ləngərlənirdi.
     Pəncərənin yanında oturan Nəsib dayı çox fikirli idi. İmran da burada idi. O, divar tərəfdəki skamyada kolxozçularla oturub papiros çəkirdi. Onun saçı uzanmış, üzümi tük basmışdı, Üzünün sümükləri görünürdü. Başını qaldırıb adamların üzünə baxmırdı, sanki onlardan çəkinirdi. Hamı susurdu. İçəndəkilər, eyvana yığılan kolxozçular söhbətin nə ilə qurtaracağını gözləyirdilər. Rayondan "İyirmi altılar" kolxozuna təhkim edilmiş Əsədov düz bir saat idi ki, camaatı idarəyə yığıb sarğu-sual açmışdı. Gün günorta yerinə qalxmışdı. Kolxozçular işə tələsir, prokuror isə heç kəsi buraxmaq istəmirdi. Nəhayət, o, otağın ortasında dayandı, əlini göy şevyot köynəyinin üstündən çəkdiyi enli qayışa keçirdib, qəzəblə Nəsib dayıya baxdı.
     -Mən təəb edəcəyəm ki, sizin məsələniz raykomun bürosunda həll edilsin. Kolxozun dağılmasına yol verə bilmərik. Sizə kim ixtiyar verib ki, yaz əkin planın srıvat eləyəsiniz'?! De görüm, indiyəcən yeri niyə şumlamamısınız? İki gündən sonra səpin başlayır, bəs hanı şumunuz?
     -Yaxşı olar, bunu MTS-dən soruşsanız.
     -Nə?! MTS mənim nəyimə lazımdır? Mən sizi tanıyıram, siz də cavab verəcəksiniz.
     -Yoldaş Əsədov, boş yerə niyə çığır-bağır salırsınız? Raykom size bizim kolxoza göndərib ki, işə kömək edəsiniz, dava-dalaş salmağın nə mənası var?
     -Bəs nə edək, yoldaş Nəsib? Siz kolxozu dağıdacaqsınız, biz də durub baxacağıq? Yox, bu işə hamıdan qabaq sən, bir də ağranomunuz cavab verəcək. Mən yenə soruşuram ki, de görüm pambıq sahələri Indiyəcən niyə əkilib qurtarmayıb?
     -Yenə deyirəm, bunu MTS-dən soruşun.
     -MTS-in bura nə dəxli var?
     -Var, özü də lap çox. Direktor bu boyda kolxoza ayrılan traktorları verməyəndə, işimiz əlbət geri qalacaq...
     -Vaxtında gedib alaydınız.
     -Getmişdik, - bayaqdan söhbətə qulaq asan İmran dilləndi, əliboş qayıtdıq. Vermədi.
     -Niyə?
     -Bilmirəm. - İmran çiynini çəkdi.
     Əsədov yuxarıdan aşağıya kinayə ilə İmranı süzdü.
     -Amma boş-boş danışmağı bilirsən.
     -Bu nə deməkdir?
     -Bu o deməkdir ki. nə özün bir iş bacarırsan, nə də başqalarını işləməyə qoyursan.
     -Düzdür, - idarədə oturanlardan kim isə dilləndi. Dərhal otağa səs-küy düşdü.
     -İndiyəcən bizim kolxozda belə biabırçılıq olmamışdı.
     -Əkini də, səpini də hamıdan əvvəl qurtarardıq.
     -Bəs indi nə oldu? Kim əlinizi tutdu?
     -Nə bilim, hərə bir söz deyir. Kolxozda böyük-kiçik tanınmır.
     -Sən də söz danışdın!
     -Düz deyirəm də, İmran kəndə gəldi-gəlmədi işimiz düz gətirmədi.
     -Ə, onda nə günah var, o neyləsin?
     -Bacarmadığı işə özünü soxmasın. Allahın beş traktorunu ala bilmir, yeni üsuldan, aqrotexniki qaydada becərmədən danışır.
     Əsədov deyilənləri dinlədikdon sonra İmrana baxdı. O, başını aşağı salıb dalbadal papiros sümürürdü.
     -Eşidirsən ki?
     -Eşidirəm...
     İmran daha bir söz demədi. Doğrudan da kolxozun bu ilki vəziyyəti ağır idi. Artıq havalar düzəlmişdi. Çöllərin qarı təmiz götürülmüş, təpələr, yamaclar yaşıllaşmışdı. İndiyəcon şum işi çoxdan qurtarmalıydı. Bəzi kolxozlar artıq səpinə başlamışdı. Ancaq "İyirmi altılar" kolxozu artıq səpiləsi yerin heç üçdə birini də şumlamamışdı. Nəsib kişi ilə dalaşandan və axırıncı iclasdan sonra Kosaoğlu heç nəyə qarışmaq istəmirdi. İmran isə MTS-ə ayaq döyməkdən yorulmuşdu. Direktor hər gün bir bəhanə ilə onu əliboş qaytarırdı. Nəsib dayı bir neçə dəfə raykoma gedib, katibə şikayət etmişdi. Direktor cavab vermişdi ki, günah özlərində olub, vaxtında gəlmədilər, traktorların hamısını kolxozlara payladıq, İndi fürsət düşən kimi o biri kolxozlardan bir neçə traktor alıb "İyirmi altılara" göndərəcəyəm. Lakin günlər gəlib keçmiş, direktor vədinə əməl etməmişdi.
     Briqadirlər hər gün İmranın üstünə düşür, "mənim yerim qaldı" - deyə hay- haray salırdilar. İmran tez-tez Nəsib dayının yanına qaçıb kömək istəyirdi. Aqronom hiss edirdi ki, camaat yavaş-yavaş ondan üz döndərir. Hətta o bir-iki dəfə arxasınca ağız büzüb gileylənənlər olduğunu da görmüşdü. Suya gedən arvadlar qulağı eşidə-eşidə İmranı asıb-kəsirdilər.
     -Deyəsən, bu il zəhmətimiz hədər gedəcək, bildir bu vədə Kosaoğlu hər yeri əkdirmişdi.
     -Ay qız, adam uşağa iş tapşıranda elə olar də. İmranın ağzına kim baxacaq? Onu kim tanıyir?
     -Vallah düzcə deyirsən. Kosaoğlunun ağzının kəsəri var. Haraya getsə sözünü tuturlar. Amma bu...
     -Siz Allah, bəsdi, o neyləsin? Rayona yeni gəlib, kimdi onun sözünə baxan?
     -Bəs Kosaoğln niyə qıraqda durur?
     -Nə bilim, deyirlər ki, acıq eləyib.
     -Ay qız, kimdən?
     -İmrandan. Nəsibdən. Kişini qoymurlar öz ağlıynan iş görsün.
     -Kosaoğlu işə qarışmasa çətin olacaq.
     -Kişini iclasda biabır eləməsəydilər, indi traktorları yan-yana düzmüşdü.
     -Haradan alacaqdı o qədər traktoru?
     -Ay qız, uşaq olma, bütun MTS direktorları onun dostu deyilmı? İmran bu cür sözləri eşitdikcə duz kimi əriyir, camaatın gözünə belə görünmək istəmirdi.
     Onu ən çox narahat edən MTS direktorunun hərəkəti idi. Axı o niyə belə inad edirdi? Nə üçün "İyirmi altılar" kolxozuna barmaqarası baxırdı? Axı, deyirlər, o, Kosaoğlunun dostudur. İndi nə olub? Bəlkə də burada elo Kosaoğlunun da əli var? İmran bir dəfə şübhələrini Nəsib dayıya açmışdı. Nəsib dayı isə gülümsünüb:
     -Ağlım kəsmir ki, o belə iş edə, - demişdi. - O, öz əli ilə öz işini dala salmaz. Təqsir direktordadır. Plansız iş görüb, traktorları düz bölməyib...
     ...Ortada təkəbbürlə gəzinən Əsədov, nəhayət, sükutu pozdu.
     -Axşam açıq partiya iclasi çağır, görək bu işə camaat nə deyir? İclasda elə eyni sözlər təkrar edildi. Əsədov əlini stola çırpıb Nəsib dayının, İmranın üstünə qışqırdı. Camaat bir-birinə qarışdı. Kimi onları müdafiə edir, kimi də Kosaoğlunu təqsirləndirirdi.
     -Kişini niyə incidirsiniz?
     -Neçə ilin sədridir, qoyun işini görsün!
     -Ona söz verin, görək nə deyir?
     -Bu saat, - deyə Əsədov iclası sakitləşdirdi. - Buyur görək, yoldaş Kosaoğlu. Qurban ağır-ağır ayağa durub xitabət kürsüsünə yaxın- laşdı. Bir-iki dəfə içini arıtlayıb susdu, camaatın nəfəsini dərmədən ona qulaq asdığını yəqin edəndən sonra sakitcə sözə başladı.
     -Mən sizdən küsməmişəm. Məni yandıran qədirbilmüzlərdir. Deyin görüm indiyəcən sizə bir pislik eləmişəmmi? Həmişə planı doldurmuşuq. Pulumnz pul olub, mükafatımız da mükafat. İndi siz özünüz soruşun, bunlar məndən nə istəyirlər? Stol istəyirlərsə, buyursunlar.
     Onsuz da mən yorulmuşam. İmran cavandır, qoy indi o işləsin.
     -Mən stol davası eləmirəm və sizin yerinizə də keçmək fikrim yoxdur.
     -Olsa da bacarmazsan. Tutduğun iş göz qabağındadır.
     -Düzdür, - deyə yerlərdən qışqırdılar, - o, uşaqdır, özün işə qarış.
     Kosaoğlu məğrur bir görkəm aldı:
     -Mən işə qarışanda gərək əl-ayağa dolaşan olmasın.
     -A kişi, nə əl-ayağa dolaşan? Sən nə danışırsan? Bizə bu saat iş lazımdır. Raykom məni bura göndorəndə detməyib ki, dəfədaraq açın. Mənə deyib ki, yerin deşiyindən də olsa traktor tap, yeri şumla. Vəssalam. De görüm fikrin nədir?
     -Fikrim odur ki, onlar əlinin arxasını yerə qoyub geri dursunlar. İki gündən sonra mənim kolxozumda əkilməmiş bir çərək yer tapsanız, boynumu vurun. Mən kişi adamam. Tüpürdüyümü yalamaram.
     -Sən arxayın ol, - deyib Əsədov mübahisəni yekunlaşdırdı, - işə mane olanlarla haqq-hesab çəkəcəyəm.


***


     Onlar məktəbin alt tərəfindəki təpənin üstündə dayandılar. Qabaqdakı arxın o tayında Tiflisə doğru uzanan asfalt yolda maşınlar hərəkət edirdi. Fanarlar uzaqdan bir cüt göz kimi parıldayır, get-gedə güclənərək gecənin bağrını dəlir, dərələri, təpələri işıqlandırırdi; maşınların arxasındakı qırmızı işıqlar getdikcə kiçilir, mayböcəkləri kimi işıldayıb yox olurdu. Yol boyunca düzülmüş kəndlərin, Dəlidağın döşünə səpələnmiş fermaların işıqları titrəşirdi. Harada isə, lap uzaqda tənha bir traktorun ahəngdar tırıltısı eşidilirdi. İlıq yel əsirdi. Havada ruhu oxşayan rütubət qarışıq ətir vardı. Torpağın rayihəsi havaya hopmuşdu. İmran dərindən nəfəs alıb köksünü ötürdü. Onunla yanaşı dayanan Zeynəb İmranın qoluna toxundu.
     -Hava torpaq ətri verir, ay İmran, daha yazdır...
     -Hıy?..Hə... doğrudan da...
     -Ə, fikrin hardadir?
     -Fikrimmi?
     -Bax, ay da doğub, gör hava nə gözəldir!
     -Bilirəm.
     -Bilirsən, bəs burnunu niyə sallayıbsan?
     -Bəs nə edim, oynayım?
     -Nə olub ki, lap oyna da, hələ bir az o yana da öt.
     -Nə üzlə?
     -Bəsdir, sən Allah.
     İmran dinmədi. Cibindən papiros çıxardıb yandirdı. Sonra da təpənin döşündə, göy otluqda uzandı. Zeynəb dinməz-söyləməz onun yanında oturdu. Qız İmranin fikrini dağıtmağa çalışsa da, söz tapmırdı. Əslinə baxsan, onun özü də kədərli idi. Dükanın yanında olan söhbətdən sonra tutqun gəzir, qız-gəlinlərin yanında özünü təhqir olunmuş hesab edirdi. Onun şuxluğu birdən-birə yox olmuşdu. İmranın Kosaoğlugilə getməsi xəbəri və Şahnazın ona yanıq verə-verə gəzib-dolanması Zeynəbi pərt edirdi. "Gədəni tora salmasalar yaxşıdır" - deyə düşünürdü. Bəzən də özünü danlayırdı: "Nəyimə lazımdır, özü uşaq deyil ki..." Zeynəb hətta İmranı az görməyə cəhd edirdi, ancaq mümkün olmurdu. Onlar idarədə, çöldə rastlaşırdılar.
     Zeynəb köksünü ötürüb, yanında uzanan İmrana baxdı. "Allah Kosaoğlunun dilini ağzında yandırsın. Gədəni odsuz-ocaqsız yandırırlar".
     İmran papirosunu atıb arxası üstə çevrildi. Əllərini başının altında çarpazlayıb, gözünü sonsuz boşluqlara zillədi. Ulduzlar necə də parlaq və cazibədar idi! Onlar sakit-sakit sayrışır, elə bil ki, hirsindən, izzəti-nəfsinin tapdanmasından az qala ürəyi partlayan İmrana gülümsünüb göz qırpırdı. Hava ayazıdıqca onlar daha parlaq olurdu. Zeynəb yavaşca onun qoluna toxundu:
     -Dur gedək, yer nəmdir, soyuq dəyər.
     İmran dinmədi. Zeynəb ay işığında onun gözlərinin yaşardığını zənn etdi:
     -Ə, sənə nə olub?
     İmran udqundu.
     -Heç nə, Zeynəb.
     -Bıy, yerinə utanım, ə, bu nədir? Nə tez mısmırığını salladın? Yekə kişisən, bizi biabır eləmə. Ə, dur gedək. Hələ belə şeyləri çox görəcəksən.
     Onlar yola çıxdılar.
     İmran yenə də susur, Zeynəb isə atmacalı sözlərlə onu güldürməyə çalışırdı İmranı qaşqabaqlı görmək ona hər şeydən ağır gəlirdi. Zeynəbi məyus edən də o idi ki, İmran ilk zərbədən sonra sarsılana oxşayırdı.
     -Yəqin ki, daha kənddə qalmazsan, çıxıb gedərsən?
     Ban gedəndə xəbər elə, gəlib yola salaq.
     -Hara gedəndə? Sən nə danışırsan?
     -Nə bilim, başqa yerə, nə çoxdur yaxşı yerlər.
     İmran dayanıb diqqətlə qızın üzünə baxdi.
     -Bu fikir sənin ağlına hardan gəldi?
     -Heç hardan, elə sir-sifətinə baxanda görürəm ki, gec-tez qaçacaqsan. Zeynəbin sözləri sanki İmranı yuxudan oyatdı. "Yəqin ki, indi çoxlan belə düşünür. Bəlkə elə Kosaoğlu da bu fikirdədir. Yəqin bu saat məni əzişdirib sıradan çıxartdığını zənn edib sevinir".
     -Ancaq, sən Allah, qaçanda asta qaç ki, dalınca çata bilək. Zeynəbin, yenə köhnə adəti üzrə, xısın-xısın güldüyünü görən İmran əsəbiləşdi. O, hiss etdi ki, bu sakit gülüş qaqqıltıya çevriləcək. "Bu qızın da qəribə xasiyyəti var. Keçi can hayındadır, qəssab piy axtanr". İmran özünü ələ aldı.
     -Mən qaçan deyiləm, ancaq sən özündən qorx.
     -Yox əşi, yalan demirsən ki?
     -Bəsdir.
     -Yəni deyirsən, sözünə inanmaq olar?
     -Zeynəb...
     -Hirslənmə... İnandım ki, düz sözündür. Heç yana qaçan deyilsən.
     -O şaqqıldayıb güldü. İmran da özünü saxlaya bilməyib qımışdı.
     -Y aman əməlbazsan ha...
     -Hər halda dostun Kosaoğlundan əməlbaz olmaram.
     -Yaman dostuq!
     -Bəs necə, heç aranızdan su keçmir. İndi mən deyənə gələrsən. Görürsən ki, ona inanmaq olmaz? Vaxtında sözümə baxmadın.
     -Nə edim? Nəsib dayı kimi kişi de ona inanır.
     –Yaxşımı eləyir? Sn elə bilirsən Kosaoğlunun onunla bağn badaşdır? Əlacı olsa, Nəsib dayını kənddən günü bu gün qovar.
     -Bəs Nəsib dayı bunlan bilmir?
     -Bilsə belə arxayın olmaz. Köhnə yoldaşdırlar. Bir də, o kişi sakit adamdır. Kosaoğlu da bundan istifadə edir.
     İmran xeyli susdu.
     -Zeynəb, doğrudan Kosaoğlu ikİ-üç günə yeri şumladacaq?
     -Yəqin.
     –Axı necə?
     -Nə bilim, onun at işləməz yolları var.
     Onlar yenə susdular.
     -Demək qaçmayacaqsan?
     -Yaxşı, zarafatı burax.
     Zeynəb yenə nə isə demək istədi, ancaq bu vaxt ayaq səsləri eşidildi. Arxadan onlara yaxınlaşan Nərgiz müəllimə adəti xilafına:
     -Yenə də qoşalaşibsınız? - dedi.
     -Təbiəti seyr edirik. Bizim bu ağranom oğlan bahara vurulub.
     -Təbiətə aşiq olmaq pis deyil.
     İmran Nurgizin yumşaq, titrək səsini eşidəndə bir az həyəcanlandı. Bu səsdə nə isə qəribə, adamı sakit edən, az qala ona layla çalan bir qüvvə vardı. Ortalığa çökən ani sükutu Zeynəb pozdu:
     -Təbiət aşiqi, bəs bu zaman hardan gəlirsən?
     -Məktəbdən. Dərnəyimizin məşğələsi vardı.
     -Nə dərnəyi?
     -Dram. Axı qabaqdan may bayramı gəlir.
     -Teatr verəcəksiniz?
     -Özü də lap yaxşısını.
     -Allaha şükür, axır ki, klubumuzun qapısı açılacaq.
     -Bilirsən, Zeynəb, elə yaxşı çalıb-oxuyan uşaqlarımız var imiş ki, mən heç bilmirdim, onlara baxdıqca, qulaq asdıqca adama ləzzət verir. İmran papiros çəkir və qızların söhbətinə qulaq asırdı. Nərgiz müəllimə ayaq saxladı. Qaranlıqda bozaran çöllərə, sakit yatan kənd evlərinə baxdı.
     -Kənd axşamları doğrudan da gözəl olurmuş! Mən əvvəllər təsəvvürümə gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam. Romanları oxuyanda kənd xoşuma gəlirdi. Oradakı sakitlik məni həm cəzb edir, həm də qorxudurdu. Sən demə, qorxulası bir şey yox imiş. Gəldim, lap valeh oldum. Buradakı sakitlik də, axşam qaranlığı da mənə xoş gəlir.
     -Amma bizim ağranoma xoş gəlmir.
     -Niyə ki? - deyə Nərgiz müəllimə ehtiyatla soruşdu.
     -Nə bilim? Qoy özü desin.
     -Nərgiz müəllimə, siz ona fikir verməyin, yenə şitliyi tutub.
     -Yox, düz sözümdür. Bizim knnd onun xoşuna gəlmir.
     -Bax, burda haqlısan. Bizim kənd o qədər də xoşuma gəlmir.
     Nərgiz müəllimə İmranın fikrini bilirdi. Söhbət zamanı İmran dəfələrlə ona demişdi ki, "saat on olmamış kənd yuxuya gedir, qapı-bacalardan işıq kəsilir. Amma gərək belə olmasın. Mən istərdım ki, başqa kolxozlardakı kimi, bizim kolxozun da klubu hər gecə açıq olsun. Tamaşalar göstərək. İdarənin qabağında boş yer var, oranı park eləsək pismi olar? Cavanlar hər axşam işdən sonra ora toplansa, danışıb-gülsə kimo zərəri dəyər? Heç kimə".
     Əslinə baxsan, məktəbdəki dram daməyinin işinə qoşulmaq fikri Nərgizdə bu cür söhbətlərdən sonra əmələ gəlmişdi.
     -Xoşuna gəlmir, düzəldərik, - deyə Zeynəb İmrana cavab verdi.
     -Elə dərd də bundadır ki, adamın arzusumı ürəyində qoyurlar. Onlar evə çatdılar. Zeynəb doqqazda ayaq saxladı. İmran onun qolundan tutdu:
     -Gedək bizə. Yəqin anam bir şey bişirib bizi gözləyir. Zeynəb yenə müəmmalı gülümsədi. - Bir şərtlə gedərəm.
     -O nədir?

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (04.08.2015) | Müəllif: R.C E W
Baxış: 262 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more