Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

İsmayıl Şıxlı yaradıcılığı- Seçilmiş əsərləri (1-ci cild)-4

  
     İmran pencəyini çıxarıb məhəccərin üstünə atdı. Yaxınlaşıb mişarı Nərgiz müəllimədən aldı:
     -Di möhkəm dur! deyə Zeynəbi sınayıcı nəzərlə süzdü.
     Mişar cingildəməyə, qarın üstünə ovuntular səpələnməyə başladı.
     Odunlar doğrandıqca Zeynəbin yanaqları qızarırdı. O yorulsa da, üstünü vurmurdu. İmran gözaltı onu süzür, oğrun-oğrun qımışırdı. Bir azdan Nərgiz müəllimə Zeynəbi əvəz etdi. Ancaq tez yoruldu, mişar ağırlaşmağa başladı. Elə bu vaxt İmranın boynuna yüngül bir qar topası dəydi. O üşüyüb boynunu qısdi, dönüb dala baxdı. Zeynəb dirəyin arxasında gizləndi:
     -Mən deyildim.
     İmranın yerdən qar götürdüyünü gördükdə, qız əllərini üzünə tutdu.
     -Qurban olum, vurma, bir də dəymərəm.
     İmranın qolları boşalıb yanına düşdü. Nərgiz müəllimə ətəklərini çırpıb, pörtmüş halda belini düzəltdi və Zeynəbin dirəyin arxasından parıldayan gözlərinə baxdı. Gövhər qarı ağır-ağır yerindən durdu, səhəngini götürüb hıqqandı, Nərgiz müəllimə ilə İmranı gözaltı süzüb, eyvanda ocaq qalayan Tükəzban xalaya mənalı bir nəzər saldı.
     -Ay qız, ay bəxti qara gəlmiş, olmaya...
     O, sözünü qurtara bilmədi. Tükəzban xalanın qəzəbli baxışlarını görüb səsini içinə saldı...


7


     Kosaoğlu oturmaq istəmədi. Otağın ortasında dayanıb, etinasızcasına divardakı şəkillərə, kitab şkafına, qalaq-qalaq yığılmış qəzetlərə, kilabçalara baxdı. O özünü elə aparırdı ki, guya buraya təsadüfən gəlmiş və bir-iki dəqiqədən sonra çıxıb gedəcəkdir. Nəsib dayı da ona fikir vermir, qezetləri çevirib nə isə axtarırdı. Onlar zahirən özlərini nə qədər laqeyd aparsalar da, bir- birini gizlin-gizlin süzür, hər kiçik hərəkəti belə gözdən qoymurdular. Kosaoğlu idarədəki qəzet və kitabları nəzərdən keçirdikdən sonra acı-acı gülümsədi. "Bu kişi təzədən alimmi olacaq, bu qədər kitab-dəftəri neyləyir?" - deyə fikirləşdi. Özünü saxlaya bilməyib soruşdu:
     -A Nəsib, bu kağız-kuğazla əlləşməkdən doymadınmı? Elə mən gözümü açandan səni belə görmüşəm.
     Nəsib dayı Kosaoğlunu yenicə görürmüş kimi dedi:
     -Niyə ayaq üstə durursan? Otur, bir az söhbət eləyək.
     Nə söhbət eləyəcəyik?
     -Tapılar. O qədər iş-güc var ki.
     Kosaoğlu könülsüz stul çəkib əyləşdi. Nəsib dayı stolun siyirməsini açıb papiros çıxartdı. Papirosu barmaqları arasında tutub fikirli-fikirli yumşaltmağa başladı. Deyəsən, söbbətə necə başlayacağını bilmirdi. Əlbəttə, o birdən-birə əsl məsələyə keçə bilərdi, ancaq belə etmək istəmirdi. Ümumiyyətlə, Nəsib dayı sözün, təbliğatın gücünə inanırdı. O həmişə ən çətin, mübahisəli məsələləri də sakitliklə hətl etməyi lazim bilirdi. Onun əqidəsincə, bəzi adamlar iş başına keçəndə, onlara verilən hüquq və imtiyazları görərkən özlərini itirir, bütün bunların nə üçün verildiyini, xalqa xidmətin, xalq etimadının nə demək olduğunu unudurlar. Onlara elə gəlir ki, hamıdan güclü və ağıllıdırlar. Özlərini yüksək rütbədə görəndə gözləri ayaqlarının altını seçmir, başları hərlənir və gec-tez bu bədgümanlığın qurbanı olurlar. Nəsib dayi düşünürdü ki, vəzifədən havalanmaq, bəzən iş üçün çox faydalı adamları belə məhv edir. Buna görə də özünün dediyi kimi, "yolunu azmış adamları" hövsələ ilə başa salmağa çalışırdı. O, Kosaoğlunu da bu cür yolunu azan adamlardan hesab edirdi.
     O bir neçə dəfə Kosaoğlu ilə təklikdə söhbət eləmişdi. Lakin görünür, deyilən sözlər təsirsiz qalmışdı. İndi Nəsib dayı Qurbanla axırıncı dəfə söhbət eləmək istəyirdi. Amma söhbəti İmrandan başlayacağını bilmirdi. Uzun sükut Kosağlunu darıxdırdı.
     -Ə, nə fikrə gedibsən?
     -Heç, ötən günlər yadıma düşdü.
     Nəsib dayı papirosunu çəkib dərindən nəfəs aldı.
     -Səndən bir şey soruşmaq istəyirəm.
     -De görüm!
     -Camaatın hörmətini necə qazanmaq olar?
     Gözlənilməz sual Kosaoğluna yersiz və gülməli gəldi.
     -Bu nə deməkdir, zarafat eləyirsən?
     -Yox, düz sözümdür.
     Kosaoğlu diqqətlə müsahibinə baxdı və laqeydliklə sözə başladı:
     -Deyəsən, sən dünyadan xəbərsizsən. Nə hörmətbazlıqdir, ə!
     Dünyada heç kəs heç kəsə boş-boşuna hörmət eləməz. Kim ki birindən asılıdır, ona işi düşüb, ondan qorxur, hörmət də eləyir. Uşaq nədi, ona da gözünü ağartmasan, sözünə baxmır. El içində hörmətinin olmasını istəyirsənsə, gərək özünü göstərəsən, gərək səni saysınlar. Boş yerə deməyiblər ki, ilan ulduz görməsə ölməz. Yoxsa işmi gedər? İllab da bizim camaatla...
     -Sənin sözündən belə çıxır ki, hamını döymək, qorxutmaq lazımdır?
     Kosaoğlu Nəsib daynın söhbəti hara gətirəcəyini duyub ehtiyat etdi:
     -A kişi, sən mənim sözümü niyə pis yerə yozursan? Mən deyirəm ki, gərək böyük-kiçik olsun. Səni iş başına qoyanda bir az zəhmli olasan. Mənim ölüvay adamdan xoşum gəlmir.
     -Evdə də beləsən?
     -Necə?
     -Uşaqlarını qorxudursan?
     -Nə demək istəyirsən?
     -Bilmək istəyirəm ki, sənin uşaqların səni sevirmi?
     -Uşağın ağzı nədir atasını sevməsin, ə! Mənim yanımda cırıqırlarını çəkmirlər! Bir dəfə gözümü ağardanda siçan deşiyini satın alırlar.
     -Sən də buna məhəbbət deyirsən?
     Kosaoğlu çiyni atıla-atıla güldü.
     -Ay Nəsib, sən də lap gülməli adamsan. Bu sözləri bir evli-eşikli, arvadlı-uşaqlı adam desəydi, dərd yarı idi. Mən də deyərdim başına gəlib. Ə, Həcdən gələn mən, xəbər verən sən?
     Nəsib dayı azca tutuldu. Kosaoğlunun nəyə işarə etdiyini anlasa da, üstünü vurmadı və birdən-birə söhbəti dəyişdi:
     -Əsgərlikdə olduğun günləri yada salirsanmı?
     Kosaoğlu diksindi. Bir-iki dəfə udqundu, gözlərindən ani bir kölgə keçdi.
     -Nə olub ki?
     -Komandirlərin yadındadırmı?
     -Olanı da var, olmayanı da.
     -Hansı komandiri çox sevirdiniz?
     Kosaoğlu sakitləşdi.
     -Komban.
     -Niyə?
     -Necə niyə? Yaxşı adam idi. Həmişə saldatın dərdinə qalırdı. Onun səsi gələndə aşpazlar tir-tir əsirdilər ki, xörək pis olsa, atamızı yandıracaq. Çox vaxt da elə bizimlə yeyib-içirdi.
     -Demək, camaatla öz arasında ayrı-seçkilik qoymurdu, ona görə də hörmət eləyirdiniz?
     -Heç, bir sözünü iki eləyən vardı ki!..
     Nəsib dayı kələfin ucunu tapıb sevindi:
     -Bəs sən neyniyirsən? Heç xəbərin varmı ki, camaatdan ayrı düşübsən?
     -Səhərdən mus-mus deyincə, bir yolluq Mustafa de, mən da başa düşüm də.
     -Dərd ondadır ki, başa düşmək istəmirsən!
     -Mən neyləmişəm ki, ə? - Kosaoğlu əsəbiləşdi. - Kimdən geriyəm? Planı vaxtında doldurmuşam? Hazırlıqları vermişəm? Daha nə istəyirsən? Rayonda hamı mənim kolxozumu tərifləyir, sən də gündə cəfəngiyat açırsan! Mən səndən ötrü uşaq-muşaq deyiləm ki, hər gün üzümü danlayasan. Mən öz işimi çox yaxşı bilirəm.
     -Plan... Bir şey olan kimi plandan yapışırsan. Əvvəla, o planı sən ödəməyirsən. İkinci, plan ödəməklə iş qurtarmır. Əsas məsələ plan ödəyən camaatın qeydinə qalmaqdır.
     -Ə, elə mən də camaatdan ötəri çalışmırammı?
     -Çalışmağına sözüm yoxdur. Amma, axı biz belə danışmamışdıq. Özün mənə dedin ki, Nəsib, gəl əl-ələ verək, işləyək. Məsləhətsiz iş görməyək. Amma belə getsə, deyəsən, aramız dəyəcək.
     -A kişi, ortada nə var ki, dava-dalaşdan söz salırsan? Bir də mən belə şeylərdən qorxan deyiləm. Nə olub?
     -O gün Kərim kişini niyə bihörmət edibsən, heç sənə yaraşarmı?
     -Günah özündə oldu.
     -Yox, Qurban, günah bizdədir. Axı, camaat bizə ümid eləyir. Bizi özünə ağsaqqal seçib. Anbar dolu ola-ola, indiyə qədər taxıl niyə paylanmasın? Niyə Kərim kişi əlində ərizə səndən avans istəsin, sən də ona artıq-əskik söz deyəsən? Axı onun anbarda halalca taxılı var. Heç bilirsənrni sənin bıı hərəkətlərin hara aparıb çıxardır?
     -Hara aparıb çıxardır?
     -Düşmənçiliyə!.. Sən belə hərəkətlərinlə camaatı partiyamızdan, dövlətimizdən narazı salırsan. Bu saat bütün diqqət kəndə, kolxozlara verilir, Yeni maşınlar, mütəxəssislər göndərilir. Sən isə söz deyəndə sinənə döyürsən, deyilənə qulaq asmırsan.
     -Sən də hər şeyı şişirtmə görək, Kərim kişi köhnənin demaqoqudur.
     -Yox, Kərim kişi demaqoq deyil. O, sözü adamın gözünün içinə deyir. Sənin də bundan xoşun gəlmir. Tənqidi sevmirsen, çünki yarana toxunur.
     -Tənqidi kim sevir ki, mən də sevəm?
     -Sevmirlər, ancaq nəticə çıxardırlar. Bəs Zeynəbi nıyə manqabaşçılığmdan çıxardıbsan?
     -Ay Nəsib, sən də adam sözü danış. O ki allahın dəlisidir.
     -Qurban, adam da elə qoçaq qıza dəli deyərmi? Kosaoğlu başını aşağı salıb papirosıınu sümürdü. Nə cavab verəcəyi haqda fikirləşdi. Əvvəlcə qalxıb gəlmək, "sən kimsən ki, mənim işimə qarışırsan, sədr mənəm, özüm bilərəm" - demək istədi. Ancaq fikrindən daşındı. Axır vaxtlar o, yeri gələndə ehtiyatla iş görməyin lazım olduğunu yəqin etmişdi. Buna görə də kimlə, harada nə cür danışmağı Ölçüb-biçirdi. Tez-tez "ovu barəsində vurmaq lazımdır, - deyirdi. - Yoxsa hər şey korlanar. Dünya siyasət dünyasıdır". O indi də siyasət işlətməyi lazım bildi. Çünki partiya təşkilatçısı ilə aranı vurmaq istəmirdi. O, Nəsibin yumşaq xasiyyətli olsa da, yeri gələndə sözündəıı dönmədiyini çoxdan bilirdi. "Nəsib koramal kimi adama dəyməz, dəyəndə da tas-tas edər". Kosaoğlu fikirləşdi ki, arada söz-söhbət olsa və bunlar rayona gedib çıxsa pis olar. "Sabah mənim namizədliyimi bir yerə versələr, irəli çəksələr, ağzıgoyçəyin biri bunları yada sala bilər. Çibin murdar olmasa da könül bulandırşr". Son vaxtlar, belə məsələlər meydana çıxanda Kosaoğlu deyirdi: "Evimizin sirrini niyə çölə salaq?" O çalışırdı ki, qazandığı ad-san, hörmət yox olmasın. O sakitcə:
     -Yaxşı, indi mən neyləyim? - dedi. - Sən də partkomsan. Nəsib dayı, sözlərinin ona necə təsir etdiyini yoxlayırmış kimi diqqətlə Kosaoğluna baxdı. Əlindəki sönmüş papirosu peçin içinə atdı.
     -Mən hər şeydən əvvəl, məsləhət görürəm çox oxuyasan. Bir qəzetlərə bax, jurnallara bax, gör dünyada nələr olur.
     -Məni də öz gününəmi salmaq istəyirsən? - deyə Kosaoğlu gülüb vəziyyətdən çıxmaq istədi. - Bilsəm ki, oxumaqla kolxozun işi düzələcək, gecəni gündüzə qataram.
     -Zərər çəkməzsən, işə də köməyi olar.
     Kosaoğlu bu söhbətdən darıxdı.
     -Yaxşı, deyirsən Zeynəb öz yerində qalsın, hə? Axı mənim ondan zəhlem gedir. Elə dəli keçi kimi ortada hərlənır. O gədəni də yoldan çıxardır. Hara gedirəmsə bir yerdə görürəm. Qulağıma artıq-əskik soz dəyir. Deyəsən, İmran da ona uyub. Öz iş-gücünü bir yana buraxıb, dərə-təpə gəzir. Nə bilim bağ belə gəldi, bostan belə getdi, klub yoxdur, anbarı açılmır. Axı ona nə var? Bunların hamısını onun qulağına pıçıldayan Zeynəbdir. Ağzını farağat qoymur. Bilmirəm, sən də onun nəyinə aşiq olmusan?
     -Yaxşı işləməyinə. Keçən il ən qabaqcıl manqabaşçısı olub. Sən nahaq yerə ara sözlərinə fikir verirsən. O çox təmiz uşaqdır. Nə əsasla onu işdən çıxardırsan? Onu iclas təsdiq eləyib.
     -Briqadirlə yola getmir.
     -Kazımlamı?
     -Bəli.
     -Kazımın özünü yoxlamaq lazımdır.
     -O, mənim sağ əlimdir. Ona heç kəs toxuna bilməz.
     -Lazım gəlsə toxunarıq.
     -Hələ mən ölməmişəm.
     Kosaoğlu ayağa durdu, kürkünü çiynində silkələyib düzəltdi. Nəsib dayı onun getmək istədiyini görüb:
     -Otur, - dedi, - hələ söhbətimiz qurtarmayıb.
     Kosaoğlu lampaya yaxınlaşdı, damağındakı papirosu çıraqdan yandırıb yenə öz yerində oturdu. Bir-iki qullab vıırub ayağını ayağının üstünə aşırdı və arxayın-arxayın soruşdu:
     -De görüm, nə istəyirsən?
     -Zeynəb öz yerində qalacaq.
     -Sonra?
     -Kərim kişinin taxılını verəcəksən.
     -Sonra?
     -Bir də onu camaatın içində təhqir eləməyəcəksən.
     -Təhqir yox, canını da alacam.
     -Buna ixtiyarın yoxdur.
     -Var. O, demaqoqun biridir.
     -O, bu kolxozda can qoyub.
     -Can qoysaydı, ac qalmazdı.
     Nəsib dayı artıq dözə bümədi. Özü də hiss etmədən əlini stola çırpdı.
     -Qurban, bəsdir! Kərim kimilərini ac qoyan sənsən!
     -Kim, mən?
     -Bəli!
     Kosaoğlu ayağa durdu. Çiynindən sürüşüb düşən kürkünü geydi. Papirosunu hirsli-hirsli sümürdü. Tüstü burun pərələrindən fısıltı ilə bərabər bayıra çıxdı.
     -Mən ona borcluyam? Canı çıxsın işləsin.
     -O işləyir, ancaq haqqını yeyirsiniz.
     -Belə de, indi məsələ aydındır. - O, papirosu axırıncı dəfə sümürüb yerə atdı. Kötüyü daham ilə tapdalayıb söndürdü. Səsinə və hərəkətlərinə təmkin verdi. - Bura bax, Nəsib, mənim artıq-əskik danışan adamlardan zəhləm gedir! Məsləhət bilirəm ki, ağlını başına yığıb mənimlə düz dolanasan. Mənə Kosaoğlu deyərlər. Bu kolxoz mənimdir, mən nə istəsəm, o da olacaq.
     -Yox, daha olmayacaq.
     -Necə, yoxsa mənim əleyhimə birləşib intriqa düzəldirsiniz? Məsləhət bilmirəm, Nəsib, xeyir tapmazsınız.
     -Mənə hədə-qorxu gəlmə. Qurban, sənin dediyinlə yox, qanunla iş görəcəyik. İndi ki mənim sözlərim ağlma batmır, onda məsələni ümumi iclasda müzakirə edərik.
     -Nə iclasbazlıqdır, bu köpəkoğlunun kolxozunun sədri mənəm, yoxsa sən.
     -Sənsən.
     -Bə, onda sən kimsən ki, mənə göstəriş verirsən?
     -Bu mənim borcumdur.
     Kosaoğlunun dodaqları xeyli titrədi. Kürkünü geymiş olsa da, adəti üzrə çiyinlərini tərpədib onu düzəltmək istədi. Əlini cibinə atıb papiros qutusunu çıxartdı. Sonra nə isə fikirləşib açmadı. Qaytarıb yenidən cibinə qoydu. Gözünü Nəsib kişiyə zillədi. O da baxışlarını yayındırmadı. Döyüşə hazırlaşan buğalar kimi üz-üzə dayandılar. Elə bil ki, hər ikisi buynuzlaşmazdan əvvəl öz gücünü yoxlamaq istəyirdİ. Kosaoğlu gördü ki, Nəsib kişinin baxışları aydin və kəskindir. Kirpiklərini qirpmadan baxır. O da özünü şax tutmaq istədi, ancaq bacarmadı. Gözləri bulandı, bəbəklərindn ürkək bir kölgə oynadı. Ancaq bu, uzun sürmədi. Kosaoğlu ozünü toxtatdı və büzüşmək üzrə alan qamətini düzəltdi. Yenə əvvəlki kimi amiranə bir görkəm aldı. İçini arıtlayıb bərkdən öskürdü.
     -Neylək, aləmi çaxnaşdır, görək kimə nə olacaq, altda qalanın canı çıxsın. Kosaoğlu iri addımlarla qapıya yaxınlaşdı. Cəftədən yapışmazdan əvvəl dönüb bir də Nəsib kişiyə baxdı. Alt dodağını dişi itə sıxıb, səyriməyi güclə saxladı.


***


     İmran idarədə olan söhbətləri unuda bilmirdi. Kərim kişinin eyhamlı danışması, Kazımın qocanın üstünə qışqırması, Kosaoğlunun ərizəni cırıb kişini idarədən qovmasi İmranın yadından çıxmırdı. Bütün bunlar nə demək idi? Doğrudanmı Kosaoğlu pis işləyirdi? Buna inanmaq olardimı? Axı onu nəinki rayonda, hətta respublikada da tanıyırdılar. Rayondan bir nümayəndə gələndə birinci növbədə ona baş çəkər, tarlaları onunla birlikdə dolaşıb düşərgələrə baxardı. Müxbirlər neçə dəfə Kosaoğlunun çıxışını mərkəzi qəzetlərdə vermişdilər.
     -İmran kəndə goləndən sonra özü də çöllərə getmiş, səliqə ilə tikilən tarla düşərgələrinə, at tövləsinə, hətta fermaya da baş çəkmişdi. Bəs Kərim kişi niyo belə narazilıq edordi? Zeynəb nə üçün tez-tez Kosa-oğlu haqqında atmacalı sözlər deyirdi? Nə olar, hərənin bir cür xasiyyəti var. Yaşa dolmuş adamdır, özü demişkən, bir az kəmbövsələ olub. Bir də, bəlkə doğrudan da iş-güc onu yorub? Bəs o artıq yer əkmək söhbəti nə idi? Axı İmran Kərim kişini də yaxşı tanıyırdı. O, deyəndə ki, bizim kolxozun torpağında hər hektardan səksən sentner pambıq götürmək olmaz, demək, bir şey bilirdi. Kərim kişi ona demişdı ki, oğul, Kosaoğlu hökumətin verdiyi plandan artıq o qadər yer əkdirir ki, payız olanda pambığı yığa bılmirik. İdarələri bağlayırlar, hamını işdən-gücdən edib çölə tökürlər, məktəb uşaqlarını da dərs oxumağa qoymurlar. O öz-özünə düşünür, bu cür avralçılığın sabəbini kolxozda kənd təsərrüfat maşınlarından pis istifadə edilməsində görürdü. Hərgah pambıqyığan maşınlardan geniş istifadə edilsəydi, bunlar olardımı? Kərim kişi isə məsələni başqa cür izah edir: "Gücümüzə görə yer əksək, əkdiyimizi də adam kimi becərsək belə olmaz". Hətta o bir dəfə söhbətinin axırında gözünü qıyıb İmrana baxmış və mənalı-mənalı gülümsünmüşdü. "İndi ciyərli bir oğul istəyirəm ki, döşünü qabağa verib hər şeyi açsın, raykoma desin ki, sənin tərifli Kosaoğlunun kolxozunda iş düz aparılmır. O da inanmasa, Bakıya, lap mərkəzə getsin".
     Bu cür söhbətlər İmranı rahat buraxmırdı. Ancaq o qəti qərara da gələ bilmirdi. O, kəndə gələndən sonra bir neçə qonaqlıqda olmuş, kəndin bəzi məclislərində iştirak etmişdi. Orada eşitdiyi söhbətlər də onu çaşdırırdı. O, bir çoxlannın Kosaoğlunun başına and içdiyini görmüşdü. "Dişli adamdır", "müharibədə kəndi saxladı", "rayonda kişinin ad-sanı var", "heç kəs onun qabağına çöp sala bilməz". "Bu cür sözü atan sədrimiz olmasa, işimiz yeriməz" kimi sözləri az eşitməmişdi. Hətta bir dəfə qəribə bir hadisənin şahidi də olmuşdu.
     İmran rayon mərkəzinə getmişdi. Bazar günü olduğundan, şəhərdə adam çox idi. Üzünü qırxdırmaq üçün dəllək dükanına girdi. Növbə saxlayıb, özünə oturmaq üçün yer tapdı. Qəzetlərdən birini götürdü.
     Birdən içəridəkilər ayağa durdu. Dəlləklər əllərini dayandırıb qapıya tərəf baxdılar, İmran da qəzeti yerə qoyub qeyri-ixtiyari ayağa durdu. Kosaoğlu qapı ağzında dayanıb gülümsünürdü. Ona yer göstərdilər. Kürkünü çiyindən götürdülər. Növbəsiz, üzünü qırxdırmağa icazə verdilər. Kosaoğlu ərklə güzgü qabağında oturdu. Usta onun tüklənməkdə olan başını sabunlayıb ülgücləyincə, beş-altı adam ayağa durub həmin dəlləyə yaxınlaşdı. İmran bir neçə iyirmibeşliyin xalatın cibinə qoyulduğunu gördü.
     Kosaoğlu əlini təmiz qırxılmış başına çəkdikdən sonra ayağa durdu. Saat zənciri sallanan məxmər köynəyinin döş cibini açıb bir əllilik çıxartdı. Dəllək gülümsünüb baş əydi:
     -Zəhmət çəkməyin, pulunu artıqlaması ilə veriblər.
     -Ə, kim? - deyə Kosaoğlu amiranə səslə soruşdu.
     -Nə çoxdu dostunuz...
     Kosaoğlu gözucu içəridəkiləri süzdü.
     -Zərər yoxdur, bunu da al, mən başımın qiymətini bilən adamam.
     O, əlliliyi dəlləyə verib bayıra çıxanda kim isə "yaman cahi-cəlallı kişidir" dedi. İmran bütün bunları xatırlayır vo heç nə başa düşə bilmirdi. Bu nə idi? Doğrudanmı hamı ona hörmət edirdi?
     Bir gün İmran çöldən qayıdanda Nəsib dayıya yoldaş oldu. Onlar kolxozun işindən, gələcək planlardan xeyli danışddar. Nəhayət, İmran neçə vaxtdan bəri ürəyini deşən sözü açdı.
     -Nəsib dayı, Kosaoğlu necə adamdır?
     -Nə olub ki, - deyə kişi təəccüblə soruşdu.
     -Heç bir şey olmayıb, elə belə, bilmək istəyirəm.
     -Bir az tündməcaz olsa da, qoçaq adamdır. Camaatın ürəyinə girib.
     -Doğrudanmı?
     -Yoxsa şübhə edirsən. Kosaoğluna inanmırsan?
     -Bəs siz inanırsınız?
     Nəsib dayı qəti verilmiş suala qətiyyətlə cavab vermədi, sakitcə: -Biz bir- biriınizi çoxdan tanıyınq, - dedi.


8


     İmranı pis qarşılamadilar. Doqqazda görünən kimi Şahnaz eyvandan düşüb kəlağayısının ucları yellənə-yellənə onun qabağına gəldi. Gülə-gülə salamlaşdı və kənara çəkilib İmrana yol verdi.
     -İt bağlıdır, qorxma...
     İmran yanaşı gedə-gedə Şahnazı gözaltı süzdü. Onun kəlağayısı sürüşüb çiyninə düşmüşdü. Zil qara saçları tən ortadan ayrılmışdı. Əynindəki zolaqlı qırmızı jaket köksünü sıxırdı. Qız yeridikcə, sinəsini yarıb irəli çıxan döşləri jaketin altında titrəyirdi. Havanın soyuqluğuna baxmayaraq, Şahnaz corab geyməmişdi. Ətli baldırları qızarmışdı.
     Şahnaz açıq qollarını ata-ata yeriyib, boynunu yana əyərək, gözünü İmrana zilləyib qımışırdı.
     -Nə yaxşt gəldin, mən dedim gəlməzsən.
     -Niyə? - İmran təəccüblə onun üzünə baxdı.
     Şahnaz utancaq qızlar kimi başını aşağı salıb həyalandı.
     -Nə bilim.
     Onun əzildiyini görən İmran ürəyində "keçmə qızların bu xasiyyətindən" - dedi, sonra ucadan əlavə etdi:
     -Çağırılan yerə ar eləməzlər.
     -Eləmi? - deyə Şahnaz səsini uzatdı və dayanıb İmrana baxdı. Onun gözlərindəki qaynarlıq İmranın nəzərindən yayınmadı. Şahnaz həmişə oğlanlarla danışanda etdiyi kimi, dilinin ucu ilə dodaqlarını islatdı və alt dodağını büzüb gülümsündü. Yanaqlarında qırmızı ləkələr əmələ gəldi. Gicgahlarındakı zəif damarlar qabarıb tez-tez vurmağa başladı.
     -Mən səni çoxdan gözləyirdim. Elə Sayalı bibim də istəyirdi səni qonaq çağırsın. Axırda yenə dayım qoçaq çıxdı. Bizdən qabağa düşdü.
     Onlar eyvana çatdılar. Ətli-canlı Sayalı irəli yeriyib ərklə İmranın boynunu qucaqladı.
     -Maşallah, yekə oğları olubsan, torpağı sanı yaşayasan, lap atan Səmədin yerini tutubsan. Bəxtəvər Tükəzbanın daha nə dərdi var?!
     Neçə vaxtdır kənddəsən, bəs bizə niyə gəlmirdin? Yoxsa qorxursan gözümüz dəyə, hə? Ay qırışmal, adam bir az böyüyəndə uzaq gəzər?
     Yad da deyilik. Ürəyin nə vaxt istəyir, gəl də, get də. Elə gərək dilimizlə çağıraq? Qurban qağan da axşamlar evdə tək olur. Gəlin oturun, çaydan-zaddan için. Bilirəm, şəhər adamısan, darıxırsan. Radiomuz da var. Nə vaxt ürəyın istəsə gəl qur, qulaq as. Keç içəri. Elə Qurban qağan da içəridədir, oturub səni gözləyir. Ay qız, Şahnaz, gəl İmranın paltosunu tut. Şahnaz qımışa-qımışa İmranın paltosunu aldı. Sayalı qızı yenicə görürmüş kimi başdan-ayağa süzdü.
     -Ay dəli, əyninə paltar geysənə, bu soyuqda baldır-başı açıq niyə gəzirsən? Üşümürsənmi?
     Şahnaz yerində yırğalanıb, dabanı üstə geri döndü. Hörükləri kürəyinin ortasında oynadı.
     -Niyə üşüyürəm, qocalmamışam ha...
     O, ləngər vura-vura o biri otağa keçdi. Sayalı qapını açdı.
     -A kişi, qonaq istəmirsənmi, bir dur bax, gör kim gəlib.
     Kosaoğlu qapıya doğru qanrıldı və radionu söndürüb ağır-ağır ayağa qalxdı. İmranla görüşdü.
     -Keç, a bala, yuxarı adla. Harada oturaq? İstəyirsən döşək saldırım, elə gəbənin üstündə əyləşək. Mənim mütəkkəyə dirsəklənməkdən yaman xoşum gəlir. Elə gəbənin üstündə bir-iki çay içib söhbət elərik.
     -Nə cür istəyirsiniz.
     Kosaoğlu bir az duruxdu. Yerə döşənmiş gəbələrə, stolun ətrafına düzülmüş stullara baxdı.
     - Yaxşı, qoy sən deyən olsun. Stulda oturaq. Görürəm şəhərli olub gedibsən. Yəqin bardaş qurmağı da yadından çıxardıbsan. Onlar stul çəkib qabaq-qabağa əyləşdilər. Kosaoğlu yavaşca papiros eşməyə, İmran otağı nəzərdən keçirməyə başladı. Divarlara vurulmuş xalçaların üstündən cürbəcür şəkillər və işləməli tikişlər asılmışdı. Balıq bədənli qızlar, uzunboğaz hacıleyləklər, topla oynayan pişiklər... Görünür, Şahnaz öz zövqünə görə tikdiyi tikişləri və şəkilləri bir-birinə yaraşdıraraq divardan asanda da heç kimlə məsləhətləşməmişdi- Bir az aşağıda çoxlu foto-şəkil vardı. İmran müxtəlif şəkillər içərisindən əllərini çarpazlayaraq sinəsinə dayamış Şahnazın ona baxdığinı gördü. Qızıl dişinin parıltısı da nəzərə çarpırdı. Ondan sağda Kosaoğlunun, Sayalının, uşaqların və İmranın tanıya bilmədiyi başqa adamların şəkilləri vurulmuşdu. Evin içi başdan-başa gəbə ilə döşənmişdi. Aşağı küncdə güzgülü paltar şkafı, onun yanında müxtəlif şüşə qablarla dolu bufet qoyulmuşdu. Pəncərə tərəfdə batareya ilə işləyən "Rodina" radioqəbuledicisi yerləşdirilmişdi. Kosaoğlu gözaltı İmranı süzüb gülümsündü. Sanki öz cah-cəlalı ilə onu heyran etdiyinden həzz alırdı.
     Qapı açıldı. Şahnaz stolun ətrafında dolanıb bufetə doğru gəldi. Otağı ətir bürüdü. O indi dikdaban qara lak ayaqqabı, nazik corab və son dəbdə tikilmiş şifon don geyinmişdi. Elə bil onun beli bayaqkından xeyli nazilmişdi, gözəlləşmişdi. Bu nazik paltarda qızın titrəyən bədəni, ağ, ətli qolları daha qəşəng görünürdü. Bacısı qizını gözdən keçirən Kosaoğlu özünü saxlaya bilmədi:
     -A bala, yaylamayıbsan ha, əyninə özgə paltar geyinsənə!
     -Heç nə olmaz, istidir, - deyə Şahnaz bufeti açıb qabları cingildətdi. O fırlanıb otaqdan çıxarkən Kosaoğlu yənə dilləndi:
     -Bibinə de, çaydan-zaddan qoysun.
     -Özüm hamısını bilirəm.
     Ortalığa yenə sükut çökdü. İmran nə üçün çağırıldığını düşünür, ona göstərilən bu mebribanlığa bir məna verə bilmirdi. Kosaoğlu isə söhbətə necə başlayacağını fikirləşdi. Arada Şahnaz otağa gəlməsəydi, onlar uzun zaman beləcə qalacaqdılar. Şahnaz, əlində iri bir albom, içəri girdi. Üzünü dayısına tutub dedi:
     -Bu saat hər şey hazır olacaq, - o, albomu İmranın qabağına qoydu. - Al bax, darıxma. Bilirəm şəhər adamları belə şeyləri çox xoşlayırlar.
     O, "şəhər adamlan" sözünü xüsusi əda ilə dedi. Lakin İmran heç nəyə əhəmiyyət vermədi. Albomu vərəqləməyə, oradakı şəkillərə baxıb xatirələri oxumağa başladı: "Ömür bir sudur daim axar, saxla bu şəklim qalsın yadigar". "Əziz bacı, müvəqqəti həyatımın əbədi yadigarı bu əksimi sənə verirəm". "Baxıb xatırlama, xatırlayıb bax". "Küsgün bacından". "Talesiz qızlardan"... İmran bunları oxuduqca başını bulayır, süni ah-uflarla dolu olan bu qeydləri yazanlara acıyırdi. Şahnaz otaqda hey fırlanır, arabir də İmranın çiyni üstündən əyilib şəkilləri göstərirdi. "Bu mənim bacılığımdır, bir yerdə oxumuşuq, bu da onun padruqasıdır. O xalası qızıdır. O biri do onun nişanlısıdır". Şahnaz aşağı əyildikdə İmran onun ilıq nəfəsini üzündə hiss edirdi. Bu yaxınlıq və təmasdan özünü itirən kimi olurdu. Şahnaz dayısından belə çəkinmədən oğlana daha çox yaxınlaşırdı. Hətta bir-iki dəfə təsadüfənmi, yoxsa qəsdənmi, Şahnazın döşləri İmranın çiyninə toxundu. İmran çiynini çəkmək istədikdə, Şahnaz aşağı əyilib şəkli götürdü və sinəsini ona daha da sıxdı. İmran qızın ürək doyüntülərini kurəyində hiss etdi.
     Onların bu cür baş-başa verdiklərini görən Kosaoğlu sakitcə stuldan qalxdı, gəbənin üstünə uzanıb mütəkkəyə dirsəkləndi.
     -Məni qınamayın, a bala, stulda otura bilmirəm.
     -Sən elə gərək bizi qonaq yanında biabır eləyəsən.
     -Qonaq niyə olur, öz uşağımızdır.
     Şahnaz İmrana daha da yaxınlaşdı. Qızın yanağına düşmüş qıvrım tel İmranın üzünə toxundu. İmran bədəninin qıdıqlandığını və qulağının dibində həyncanlı nəfəs alan Şahnazın azacıq titrədiyini duydu. Bu qızın gözlərində həm açıq bir həyasızlıq, həm ehtiras, həm məğrurluq, həm də özünə inam vardı. İmran diksinərək stulu geri çəkdi və albomu örtdü. Şahnaz qaşlarını dartıb nəm dodaqlarını büzdü. İmran onun gözlərində ani bir qığılcım parıldadığını gördü. Şahnaz dikəldi. İmranı tora düşən bir balıq zənn edib şaqqıltı ilə güldü və ondan aralandı, bir goz qırpımında otaqdan çıxdı. İmranın pərt olduğunu gorən Kosaoğlu dilləndi:
     -A bala, nərd oynamaq bilirsənmi?
     İmran başı ilə təsdiq elədi.
     -Onda zəhmət çək, sən məndən cavansan, şkafın başından nərdi gətir, bir-iki əl oynayaq. Deyəsən, bunların çörəyi gec olacaq.
     Şahnaz bir də otağa qayıdanda Kosaoğlu ilə İmran oynu qızışdırmışdılar. Zərlər ortada fırlanır, daşlar şaqqıldayırdı. Şahnaz yenə sağa- sola keçir, arabir ayaq saxlayıb oyuna diqqət edir və İmrana sataşırdı. Hətta bir- iki dəfə dayanıb İmrana kömək də elədi.
     Otağa toyuq qızartmasının ətri dolan kimi Şahnaz nərdi yığışdırdı. Kosaoğlu ilə İmran xörək yeməyə başladılar. Şahnaz əvvəlcə patefon oxutmaq istədi, sonra fikrini dəyişib radiaqubuledicini qurdu. Yaşıl lampa bir-iki dəfə titrəyib göz qırpdı. Cihaz xırıldadı. Şahnaz düyməni hərlədi. Müxtəlif səslər bir-birini təqib etdi və birdən xırıltı kəsildi, otağa məlahətli bir səs yayıldı.
     "Kəndimizə gələn ağranom oğlan,
     Ürəyim titrəyir görəndə səni..."
     Elə bil bu mahnını qəsdən oxuyurdular. Şahnaz havanın lap yerinə düşdüyündən uşaq kinü sevindi. Kosaoğlu dodaqlarını silib mahnıya qulaq asdi və söhbətə mövzu tapıb dərhal dilləndi.
     -Görürsənmi, kəndə gəlməmiş sizə mahnı da qoşublar.
     -Özü də qızın dili ilə.
     -Elə onu de. İndiki qızlar hər şeyi yaxşı ölçüb-biçirlər. Görürlər ki, bu saat ağranoma yaman fikir verirlər. O saat ürəkləri keçir, oturub şer qoşurlar. - Kosaoğlu gözlərini qıyıb mənalı-mənalı İmrana baxdı.
     -Yəqin kəndimizdə sənə də bu cür şer qoşan qız var.
     -Hələ ki, şer qoşulası bir iş görməmişəm.
     Rəhmətliyin oğlu, qız neyliyir sənin işini? Görür yaxşı oğlansan, demək qurtardı. İndi sən kimdən askiksən? Kəndimizdə kimi istəsən sənə gələr. Ürəyini sıxma, özüm burda deyiləmmi? Havaxt toy eləmək istəsən, mən hazır.
     -Qurban qağa, - deyə İmran utana-utana cavab verdi, - hələ toydan əvvəl görüləsi işlərimiz çoxdur.
     Kosaoğlu azacıq fikrə getdi.
     -Düz deyirsən, bala, əvvəla, gərək ev-eşiyi sahmana salasan. Atan çoxdan rəhmətə gedib. Anan da ki, neyləsin, qoca arvaddır. Səni ancaq oxutdu. Amma ükir eləmə. Özün bilirsən ki, hökumətimiz qərar çıxarıb ki, ağranomlara kənddə ev-eşik tikilsin. İndi sən də bizim ağranomumuzsan. Gərək hökumətin qərarıni yerinə yetirək. Bir də, sən özgə deyilsən ki, öz uşağımızsan...
     -Çox sağ olun, mənə ev lazım deyil.
     -Niyə lazım deyil? Bir sağmal inək də verərik,
     -İnəyimiz var. Evimiz də ki, pis deyil, hələlik dolananq. Sonrasına baxarıq.
     -Bunun sonrası yoxdur ki... Yoxsa kandimizi bəyənmədin, ə? Bəlkə çıxıb getmək fikrindəsən, elə ona görə ev-eşiyə yapışmaq istəmirsən?
     -Yox. Qurban ağa, mən heç yana gedən deyiləm. Gəlmişəm, burda da işləyəcəm. Amma kəndimiz doğrudan da xoşuma gəlmir.
     -Niyə? Hamı bizim kolxozu, bizim kəndi tərifləyir, nə oldu ki, sən bəyənmədin? - Kosaoğlu yavaş-yavaş əsəbiləşdiyini və səsini ucaltdığını duymadı. İmran isə çox soyuqqanlılıqla dedi: - Mən də elə onu bilmirəm ki, bizim nəyimizi tərifləyirlər?
     -Necə nəyimizi, bala? Planı hamıdan qabaq yerinə yetiririk, hamıdan çox bizim kolxoz mükafat alır. Biz milyoner olmuşuq.
     -Bütün bunların faydası azdır. Qonşuluğumuzdakı kəndlərin çoxu bizdən az qazanır, amma yaxşı dolanır. Bizdə isə köhnə hamam, köhnə tas.
     -Bəs sən nə istəyirsən, oğul?
     -Çox şey!.. Deyin görüm... Bax, kolxoz plan daldurur, mükafat alır, camaat gecə-gündüz əlləşir, nədən ötrü? Hökumətimiz kənd haqqında bu qədər qərar çıxardır, maşınlar buraxır, kənd təsərrüfatını mexanikləşdirir. Bunların hamısı kimdən və nədən ötrüdür? Sual, əlbəttə, çox adi sual idi. Kosaoğlu qarnı qalxa-qalxa güldü.
     -A bala, bunların hamısı plandan ötrüdür. Bəs sən hələ bunları bilmirsənmi? Doğrudan da uşaqsan. Hamısı ondan ötrüdür ki, plan dolsun, hökumətə də, camaata da plan lazımdir. Plan doldu, hamının gözünün işığısan. Dolmadı, hamının səndən zəhləsi gedəcək.
     -Demək, planı doldurdun, hər şey qurtardı?
     -Bəs nə?
     -Yox, Qurban qağa, elə dord burasındadır ki, biz nodən ötrü işlə- diyimizi yaxşı bilmirik. Belə gctsə, kommunizmə kcçə bilmərik.
     -Ele keçəcəyik ki!.. Lap oğul balası kimi. Özü ds hamıdan qabaq mənim kolxozum keçəcək. Kommunizmi ovvəlcə mən quracam.
     İmran özünü gülməkdən saxlaya bilmədi.
     -Necə keçəcəkson?
     -Lap hava kimi. - O ciddi bir kəşf etmiş kimi İmrana doğrn əyildi.
     -Kommunizmə keçmeym birinci şərti odur kİ, kolxozçu gərək qapı- bacadan, mal-qaradan əl çəksin. Elodirmi?
     İmran dinmədi. Kosaoğlu əlini döşünə vurdu:
     -Bax, əgər mən istəsəm, elə günü sabahdan hamı mal-qaranı gətirib kolxoza verər. Xüsusi mülkiyyətdon əl çəkər.
     İmran maraqlandi:
     -Nə təhər elərsən?
     -Bu sirdir, heç kəsə demərəm, - Kosaoğlu özünü çəkdi.
     -Burda heç bir sirr olmamalıdır. Ümumi qayda-qanun var.
     -Ümumi qanun öz yerində, Kosaoğlunun qanunu öz yerində, bildin?
     -Mən bircə şeyi bilirəm ki, bizim kolxozda bu mümkün deyil.
     -Məni hirsləndirmə. Sabah briqadirlərə tapşıraram, norma mallarını kolxozun yerində otarmağa qoymazlar. Gorüm onda malları necə saxlayacaqlar? Ot-ələf də olmayanda malı qırmayacaqlar ki? Əlacları kəsiləndə qulağından tutub özləri könüllü gətirib fermaya təhvil verəcəklər.
     Əvvəlcə İmrana elə gəldi ki, Kosaoğlu zarafat eləyir. Lakin sədrin qürurla, İmranı yuxarıdan-aşağıya kinayə ilə süzməsi göstərdi ki, o heç də zarafat eləmir; bu onun qənaəddir və imkan tapsa, elə sabahdan işə başlayar. İmran Kosaoğlunun az savadlı və kobud olduğunu bilirdi, ancaq belə kütlüyünü ağlına gətirmirdi. O bir daha Kosaoğluna baxdı. Sədr gözünü aqronoma zilləyib gülümsünür, sanki "hə, görürsənmi, dünyada nə ağıllı adamlar var!" demək istəyirdi. Birdən İmranı gülmək tntdu. Kosaoğlu da ona qoşuldu. Bayaqdan onlara qulaq asan Şahnaz da özünü gülməkdən saxlaya bilmədi. Süfrəni yığışdırmağa gələn Sayalı təəccüblə dayandı:
     Ə, nə olub, otağı başıniza götürübsünüz?
     -Heç, - deyib Kosaoğlu üzünü İmrana tutdu. Gördün ki, oğul, işi necə görürlər! Sən Kosaoğlunun kəndçi olmasına baxma, çox oxumuşları yorub yolda qoyar. Kitab oxumaq azdır. Gərək bir az özündə də olsun.
     İmran Şahnazın gətirdiyi çayı qabağına çəkib təmkinlə dedi:
     -Kitabı oxumaq azdır, gərək oxuduqlarını başa düşəsən, həyata tətbiq eləyəsən. Amma xatirinizə dəyməsin, siz nə kitab oxuyursunuz, nə də deyilənləri başa düşürsünüz, ona görə də qaş qayırdığınız yerdə vurub göz tökürsünüz!
     Bayaqdan İmranın onunla razılaşdığını zənn edən Kosaoğlu, birə sancmış kimi yerində qurcalandı.
     -Necə?
     İmran sözünə sakitcə davam etdi:
     -Siz kolxozçulann vəziyyətini yaxşılaşdirmaq əvəzinə, zorakılıq etmək istəyirsiniz. Bu nə nizamnaməyə sığar, nə də qayda-qanuna.
     -Demək, mən nizamnaməni bilmirəm, bala? Kosaoğlu saç-saqqalını kolxoz işində ağardıb, indi nə oldu ki, məktəbdən dünən gələn bir uşaq ondan çox bildi? Bugünkü sərçə dünənkinə cip-cip öyrədəcək!
     -Sözün düzünü deyəndə acığınız niyə gəlir? Əgər siz qəzetləri oxuyub, partiya və hökumətin qərarlarını yaxşı öyrənsəydiniz, belə sözlər deməzdiniz.
     -O qərarlarda nə yazılıb ki, biz bilmirik? İmran Kosaoğlunun səsindəki istehzanı duyub ciddiləşdi:
     -Orda yazılıb ki, kolxoz kolxozçuların norma heyvanlarına örüş və ələf verməlidir.
     -Bəs onda onlar xüsusiyyətçilikdən əl çəkərlər?
     -Çəkərlər. O bizim necə işləməyimizdən asılıdır.
     -Onda bir bizi başa sal görək, necə işləmək lazımdır, yoldaş aqronom?
     -Baş üstə, yoldaş sədr, - İmran da kinayəyə kinayə ilə cavab verdi, - gərək elə eləyək ki, kolxozçu qapıda inək saxlamağa ehtiyac hiss eləməsin.
     -Bunu nə təhər eləmək olar?
     -Var-dövləti artırmaqla. Deyin gorüm əməkgününə yağ-pendir paylayıbsınızmı?
     -Nə? Yağ-pendir? Başına söz qəhətdir? Ə, o qədər yağ-pendir hardadır ki, hazırlığı da ödəyək, əməkgününə də paylayaq?
     -Demək, pis işləyirik. Anbarda yağ da, pendir də, ət də, y umurta da, lap alma-armud da olmalıdır ki, kolxozçular əməkgünə alsınlar. Bax, onda kolxozçu qapı-bacadan əl çəkəcək. İnəyi gətirib kolxoza təhvil verəcək və deyəcək ki, alın bunu məndən, onsuz da hər şeyi hazır alıram. Amma siz neyləmək istəyirsiniz? Kolxozdan heç nə vermirsiniz, normalarını da əllərindən alırsınız. Bəs camaat nəylə dolansın? Sizin belə hərəkətiniz hökumətin, partiyanın siyasətinə ziddir.
     -Avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Ə, bunları hardan alım?
     -Kolxozumuzun ferması varmı? Bağımız varmı?
     -Var ey, nə olsun, lap arı yeşiklərimiz də var.
     -Çox yaxşı. İndi deyin görüm, yayda bostan əkməyə altmış- yetmiş hektar torpaq ayırmaq olarmı?
     -Ə, hardan alım, heç pambıq əkməyə yer çatmır.
     -Çatar. Özüm hamısını yoxlamışam. Yarı arxın altında sulu yrr var.
     -Onda işin olmasın. O yeri zapas saxlamışam.
     -Nə zapas?
     Kosaoğlu duruxdu. Əvvəlcə İmranla açıq danışmaq istədi, ancaq etibar eləmədi. "Beləsinə sirr vermək olmaz" - deyə düşündü.
     -Nə bilim, dedim, ora qalsın... dincə qoymuşam. Gələn il əkərik, - Kosaoğlu İmranın fikrini yayındırmaq üçün sözü dəyişdi: - Yaxşı, bala, fermanı, bağı nədən ötrü soruşursan'? İmran fikirli-fikirli cavab verdi:
     -Bilmak istəyirəm görüm, bunların məhsulu hara gedir'?
     -Necə yəni hara gedir? Hara lazımdırsa, ora da gedir.
     -Yox, Qurban qağa, - deyə İmran eyni ciddiyyətlə davam etdi, -biz kolxozçuların zəhmətini itirib-batırırıq. Əgər biz yaxşı işləsək, yağ-pendir bir yana, əməkgünə meyvə də paylarıq. Pismi olar, arı pələklərinin sayını artıraq, əməkgünə bal da bölək'? Toyuq ferması da onun kimi.
     -Balam, sən lap kefdən danışırsan...
     –Niyə danışmayım? Əlimizdəki imkanlardan niyə istifadə etməyək? Heç gecələr kəndə fikir veribsinizmi?
     -Nə olub ki?
     -Nə olacaq, günün qulağı batan kimi hamı evə çəkilir. Bir əyləncə yox, kino yox, konsert yox.
     -Klubumuz ki, var!
     -Elə klub kimə lazımdır? Qapının dabanı çürüyüb, qıfılı pas atıb.
     -Gedən yoxdur, mən neyləyim?
     -Axı nəyə getsinlər, gərək orda bir əyləncə olsun ki, camaat da getsin. Yoxsa boş divarlara tamaşa eləməyəcəklər ki!
     Kosaoğlu söhbətin dərinləşdiyini görüb susdu. Fikirli-fikirli çayını qabağına çəkdi. "Bu gədə, deyəsən, hər şeyə başını soxur. Bağ belə gəldi, bostan elə getdi... Onun nəyinə lazımdırki, anbarda yağ-pendir var, ya yox... Ağranomdur, getsin ağranomluğunu eləsin. Əkinində-biçinində olsun, başını dolandırsın. Yoxsa müfəttiş kimi hər şeyı göz qoyur. Yox, deyəsən, bununla ayrı cür danışmaq lazım gələcək. Bəlkə tamahı var? İnsandır, nə desən olar. Belə olsa hər şey düzələr. Amma ürəyini necə bilim? Nə soruşursan axırını gətirib qanuna, qərara çıxardır". O bir az da susdu. Qurtum-qurtum çay içdi.
     -Yaxşı, bala, indi sən nə istəyirsən?
     -Mənə heç nə lazım deyil, - deyə İmran sakitcə cavab verdi,
     -kəndimizdə camaatın dolanacağı yaxşı olsa...
     -Olar, olar, - Kosaoğlu onun sözünü kəsdi. - Amma bir şərtim var.
     Gərək heç kəs heç kəsin işinə qarışmasın. Bax, sən ağranomsan, get öz işini gör. Pambığını becər. Mən də sədrəm, sədrliyimi eləyim. Yoxsa sən işini-gücünü buraxıb anbar yoxlasan, klubu gəzsən, onda nə sən deyən olar, nə də mən deyən. Gərək hər evin bir başbiləni olsun. Yoxsa dolanmaq olmaz.
     -Demək, mən gərək kolxozun başqa işləri ilə maraqlanmayam?
     -A bala, səni bura təftiş qəmisyəsi göndürməyiblər ha, - Kosaoğlu söhbəti zarafata salmaq istədi, - nə deyirlər ona qulaq as də.
     -Yox, mən onu bacarmayacam. Kolxozun hər işi mənim işimdir.
     -Demək, köhnə bazara təzə nırx qoyacaqsan? - deyə Kosaoğlu ürəyində yığılıb qalan sözləri açıb tökməyə başladı. - Səndən əvvəl ağranom yox idi? Atını minib səhərdən axşama qədər çölləri gəzərdi. Bir şey lazım olanda da gəlib anbardan alıb aparardı. İlin başında da ki, pulu pul idi, taxılı taxıl. Kefi kök dolanırdı. Bəs sən nə istəyirsən?
     Sənə də dolanmaq lazım deyilmi? Ev deyirsən, tikdirək. Taxılın yoxdur, verim. Yağ lazımdır, onu de. Bəs nə gündə lazımıq? Bilirəm, cavan oğlansan, əyər-əskiyin çoxdur. Hələ ev-eşiyini sahmana salmayıbsan.
     Gəl əl-ələ verək, işləyək.
     -Ə kişi, niyə işləmir, - samovarın yanında oturub çay süzən Sayalı sözə qarışdı. -
     Özgəsi ha deyil. A bala, ay İmran, and olsun o yeri-göyü yaradana, düz deyirəm. Məktəbi qurtarıb kəndimizə gəldiyini eşidəndə elə sevindik ki, dedim, şükür yaradana, Tükəzban muradına çatdı. Axır ki, İmranı böyüdüb boya-başa yetirdi. Elə Qurban qağan da sevindi. Dünən deyirdi, ay Sayalı, gərək ona kömək eləyək, tək oğlandır, arxa duraq. Allaha and olsun, o səni atadan az istəmir. İndi nə olar, sən də ona oğulluq elə, böyükdür, sözünə bax, məsləhətə yat. Dağ boyda kişidir, sənə söz deyir, sən də uşaqlığına salıb kəcinə çəkirsən.
     Ağıllı ol, bala, əl-ələ verin, işləyin,
     -Sayalı xala, mən buraya işləməyə gəlmişəm. Nə qədər bacarıram, işləyəcəm. Qaldi ki, mənə hörmət eləməyiniz, çox sağ olun, çox razıyam. Ancaq... - İmran tutulub qızardı, - mənə heç nə lazım deyil.
     Özüm özümü dolandıraram.
     -Ona kim nə deyir ki...maşallah, sənin tayların üç-dörd ev saxlayır. Ancaq ağzı bir olsanız yaxşıdır.
     -Mənə qulaq asmayan xeyir tapmaz, bala, - deyə Kosaoğlu qaş-qabaqlı halda dilləndi. - Yenə deyirəm, köhno bazara təzə nırx qoyma.
     Orda-burda ağzına gələni danışma. Nə qədər ki, burda kolxoz sədri mənəm, mən deyən də olacaq. Eşitdinmi? Səni çağırmaqda da məqsədim odur, deyəm ki, başıni aşağı sal, işində ol. Ağranomsan, ağranomluğunu elə. Daha o yan-bu yana əl atıb, ona-buna qoşulma, sonar peşman olarsan. Gözünü sil, mənə düz bax, mənə Kosaoğlu Quıban deyərlər! Kosaoğlu artıq hədəyə keçmişdi. Qəribə bir vəziyyət əmələ gəlmişdi. Nə qonaq qonağa bənzəyirdi, nə də ev sahibi qonaq sevənə. İmranın pərt olduğunu gönən Şahnaz sözə qanşdı:
     -Ay dayı, sən Allah, qoy görək, evdə də iclas açmasan olmur? İmran, sən ona fikir vermə. Dayımın xasiyyətidir. İdarədə o qədər dava salır ki, evdə də dinc dura bilmir.
     -Düz deyirsən, a bala, - deyə Sayalı onun sözünü təsdiq etdi, - bu kişi lap xarab olub. Patefondan-zaddan oxutdur. Şahnaz dərhal vallan İmranın qabağına tökdü.
     -Yaxşı havalardan seç.
     Lakin Şahnazın səyi hədər idi.
     İmran durub paltosunu geydi. Bununla belə, Şahnaz yenə geri çəkilmədi, qapının ağzında sinəsini qabağa verib onun yolunu kəsdi.
     -İti açmışam, heç yerə gedə bilməzsən.
     İmran qızın yanından keçib həyətə çıxdı.


9


     Son günlər Zeynəbi tanımaq olmurdu. Onun yanaqlan daha da allaşmışdı, qaynar gözləri alışıb-yanırdı. Uşaq kimi atılıb düşür, bir yerdə qərar tuta bilmirdi. Elə bil qızın qəlbinə nə isə könülaçan, adamı fərəhləndirən bir hiss dolmuşdu. Bu hiss coşqun dağ çayı kimi kükrəyib-daşır, öz yatağına sığmırdı. Ona nə olmuşdu? Nə üçün sifəti rəngdən-rəngə düşürdü? Nə üçün bəzən ürəyi tutulmuş quş ürəyi kimi yerindən oynayırdı? Bunu Zeynəb özü də bilmirdi. Bəlkə havaların yaxştıaşması, çöllərdən qarın götürülməsi, ağacların yavaş-yavaş puçurlaması, otlann cücərməsi ona təsir etmişdi? Axı yaz gəlirdi. Bu gün-sabah çöllər al-yaşıl geyinəcək, quşlar səs-səsə verəcək, bağlar-bağçalar çiçək içində üzəcəkdi. Zeynəb manqa üzvləri ilə səhər-səhər çöllərə gedəcək, yol uzunu qızlar zarafatlaşıb qaqqıldaşacaq, gecəli-gündüzlü bir yerdə olacaqdılar.
     Bəlkə də... Yox, Zeynəb heç nə bilmirdi. O yalnız bunu hiss edirdi ki, evdə darıxır, tək otura bilmir. Hətta manqa üzvləri onun yanına gələndə də sakit ola bilmirdi. O, itiyi itmiş kimi darıxır, qapıdan kölgə keçəndə, yaxud bir şıqqıltı gələndə pəncərədən boylanır, elə bil kimi isə gözləyirdi. O, kimin həsrətini çəkirdi? Zeynəb yalnız onu duyurdu ki, axır vaxtlar tez-tez Tükəzban xalagilə qaçır, oradan ayrıla bilmirdi. Yaxşı, burada təəccüblü nə vardı ki? Zeynəb elə uşaqlıqdan o evə gedib-gəlmirdimi? Məgər o, Tükəzban xalanı doğma anası kimi sevmirdi? Gözünü açandan ana üzü görməyən Zeynəb, Tükəzban xalanın qucağında böyüməmişdimi? Bütün el-oba bilmirdimi ki, ata-anadan yetim qalan Zeynəbi Tükəzban xala uşaq evinə göndərməyə qoymamış, "elə billəm, balamın biri də artıqdır" demişdi. Zeynəb onun laylası ilə yuxuya getmiş, onun nəvazişkar səsi ilə yuxudan oyanmışdı. Qız böyüyəndən sonra Tükəzban xala onun saçını sığallayıb: "Qızım, yenə gözüm üstündə olacaq, amma yurdunuzu boş qoyma" - demişdi. Zeynəb öz evlərində yaşamağa başlamışdı.
     Zeynəb əvvəllər ötən günləri yadına salmazdı. İndi özü də bilmədən hər gün, hər dəqiqə o günləri xatırlayır və çalışırdı ki, hər şeyi xəyalında canlandırsın. İndi bu xatirələr ona xoş gəlirdi. Çox qəribə idi: hara gedirdisə, İmran gözünün qabağında dayanırdı. Onun səsi gecə-gündüz qulaqlarından getmirdi. Hətta bir gecə qəribə bir yuxu görmüşdü. Görmüşdü ki, yazdır, əyninə nazık paltar geyib, başına həsir papaq qoyub. Ayağında ağ, yüngül çust var. Bir çəmənlikdədir. Otların arasındakı cığırla qaça-qaça dağa sarı gedir. Birdən göz işlədikcə uzanan taxıl zəmisinə rast gəlir. Zəmi dəniz kimi dalğalanır, ləpələr bir-birini qovur.
     Zeynəb birbaş taxılın içinə qaçdı; dayanıb sünbülləri sinəsinə basdı. Birdən onun qulağına tanış bir səs gəldi. Donub qaldı. Özündən xeyli aralı taxılın içində dayanan İmranı gördü. Qaçıb yanına getmək istədi. Amma qüruruna sığışdırmadı. "Qoy o mənim yanıma gəlsin, mən qız ola-ola onun ayağına getməyəcəm ha".
     Lakin İmran ona ötəri bir nəzər salıb uzaqlaşdı. Zeynəb buna dözə bilmədi. Taxılın arasından çıxıb çaya tərəf qaçdı. Elə bu vaxt zorba bir it onun üstünə atıldı. Zeynəb ancaq bircə dəfə qışqırdı. Səsə özünü yetirən İmran, Zeynəbın boğazından yapışmaq istəyən iti qovdu. Onlar çaya qədər sakitcə getdilər. Sahildə ayaqqabılarını çıxartdılar. Zeynəb donunun ətəyini dəstələyib, İmranın qolundan tutdu. Su elə duru idi ki, çayın dibinduki daşlar, sürü ilə qaçan balıqlar aydın görünürdü. Ortalara getdikcə çay dərinləşirdi. Zeynəbin ayağının altından daşlar qaçır, qum ovulurdu. O yıxılmamaq üçün İmrana daha möhkəm qısılırdı. İmran qolunu onun belinə doladı. Zeynəb üşüdüyündənmi, yoxsa nədənsə titrədi. İmran dönüb onun gözlərinə baxdı. -Zeynəb...
     -Nə var?
     -Mən səni ölümdən qurtardım, eləmi?
     -Elədir.
     -Burdan birbaş bizə gedəcəyik.
     -Niyə ki?
     -Anama deyəcəm ki, bax bu telli qızı gözüm tutub. Elçiliyini elə.
     Zeynəb nə isə demək istədi, amma birdən su onun ayağını yerdən üzdü. O özünü İmranın qucağında gördü. Deyəsən, İmran onu sinəsinə sıxıb öpmək istəyirdi. Zeynəb qışqırdı... O, yuxudan ayılandan sonra bir müddət yerindən tərpənmədi, gözlərini qırpmadı. Nə qədər şirin yuxu idi!..
     Səhər tezdən qaça-qaça Nərgiz müəllimənin yanına getdi. İçəri girən kimi hər şeyi ona söyləmək istədi, ancaq özünü toxtatdı. "Deməsəm yaxşıdır. Sonra ağlına gələr ki, yüngüllük eləyirəm". Nərgiz müəllimə onun sözlü adam olduğunu duydu. Zeynybdən əl çəkmədi. Zeynəb əlacsız qalıb utana-utana, yuxuda gördüklərinin hamısını danışdı. Axıra çatanda susdu. Nərgiz müəllimənin üzünə baxdı, ancaq onun qızardığını, həyəcandan tez-tez nəfəs aldığını duymadı, gözlərində aşkar sezilən maraq və narahatlığı görmədi. Üzünü Nərgiz müəllimənin sinəsinə yapışdırdı.
     -Mənə nə desə yaxşı idi?
     -Nə dedi?
     -Eh, utanıram.
     -Ay qız, nədən utanırsan? Yuxudur də...
     -Dedi ki, səni sevirəm. Bilirsənmi, Nərgiz müəllimə, özümü necə itirdim! Yadıma düşəndə indi də titrəyirəm. Üzümə elə baxırdı ki...
     Nərgiz müəllimə fikrə getdi. Onun gözləri hara isə uzaqlara baxırdı. Sifəti rəngdən-rəngə düşürdd. Nəhayət, Zeynəb bunu sezdi. "Görəsən ona nə oldu, qəlbinə toxunan bir söz demədim ki?"
     -Nərgız bacı.
     Elə bil Nərgiz yuxudan oyandi. Fikrini toplayıb gülümsündü:
     -Ay qız, olmaya...
     Sanki Zeynəbin bədənində alov gəzdi. Yanaqlan qıpqırmızı oldu.
     -Heç elə şey olarmı, ay Nərgiz bacı, nə danışdığındır? - deyib, başını aşağı saldı...
     ...Amma bu şadlıq uzun sürmədi. Dünən idarədən qayıdanda eşitdiyi sözlər elə bil onu yerə çırpdi.
     Zeynəb dükanın qabağından keçəndə bir dəstə qıza rast gəldi. Onlar öz aralarında danışıb-gülürdülər.
     -Siz də bu İmranı az tərifləyin.
     -Nə olub ki?
     -Nə olacaq? - deyə qızlardan biri rişxəndlə dilləndi, - Kosaoğlunun evinə yamanca ayaq açıb. Deyirlər qapının dabanını yağır eləyib. Görərsiniz, bu gün sabah toy-düdük çalınacaq.
     -Ay qız, bəsdir, sən allah, gədəni bəzəməyin, yazıq başını aşağı salıb işini görür.
     -Elə başıaşağı adamdan qorxmaq lazımdır. Suyun lal axanı, adamın yerə baxanı. Onu elə qaradinməz bilməyin. Yamanca şeydir. Zalım oğlu az qalır gözü ilə adamı yesin.
     -Ay qız, ətimizi tökmə görək. Sən elə köhnənin yalançısısan. Hansı oğlanı görsən o saat deyirsən ki, gözü ilə məni yedi. Amma heç üzünə baxan da yoxdur.
     -Tapılar, heç darıxmayın. Amma mən düz deyirəm.
     -Axı bu xəbərləri sən hardan eşidirsən?
     -Hardan eşidəcəyəm, özləri danışırlar.
     -Kim?
     -Necə yəni kim? Belə Sayalı, Göhər qarı, lap Şahnazın özü.
     -Sən də onların sözünə inanırsan?
     -Niyə inanmayım? Şahnaz kimi ağca mayadan kim keçər? Zalım qızı elə bil quzu quyruğndur, yırım-yırım yırğalanır. İşi-gücü də özünə siğal verməkdir.
     Özü də Kosaoğlunun bacısı qızıdır...İmrana da elə bu lazımdir... Yağ içində böyrək kimi bəslənmiş qızı kim ağzından çıxardar?
     Zeynəb dözə bilməyib dəstəyə yaxınlaşdı. Qızlar susdular. Zeynəbin sinəsi qalxıb-enirdi.
     -Yenə nə çərənləyirsən?
     -Heç nə, camaat nə deyirsə, onu...
     -İşin-gücün yoxdur? Xalqın dərdi sənə qalıb?
     -Bura bax!.. - bayaqdan qızları başına yığıb danışan Sevgili dilləndi. - Sənə nə düşüb? İmranın vəkilisən'? Mən bilərəm, o bilər. Yoxsa onda gözün var? Ay qız, ağlını başına yığ. Alı təhsilli oğlan səni alarmı?
     Sənə, olsa-olsa, xır-xır Kazım kimisi müştəri çıxar. Get otur yerində.

  

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (03.08.2015) | Müəllif: R.C E W
Baxış: 750 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more