Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Yazıçının dəftərindən
BİR-NEÇƏ SÖZ


     Haçansa - çox-çox illər bundan əvvəl hansı bir ovqatlasa bir qovluğun üzərinə yazmışam: «YAZIÇININ DƏFTƏRİNDƏN». Və bütün bu illər ərzində yazdığım cürbəcür yazıları - ön sözləri, kiçik məqalələri, rəyləri, bəzi çıxışlarımın stenoqram yazılarını və bu qəbildən olan başqa yazıları «Yazıçının dəftəri» yadıma düşdükcə, ora yığmışam.
     Və bütün bu illər ərzində də o qovluq şişib, sonra artıb, altı-yeddi qovluq olub, amma mənim təsəvvürümdə onlar elə bircə qovluğun yazılarıdı.
     Mən çap üçün bu qovluğu saf-çürük etdikcə içimdən bir təəssüf hissi də keçdi ki, «Yazıçının dəftəri»nə yığmağı unutduğum yazılar da çox olub, yəni bir xeyli yazılar o qovluğa düşməyib və o yazıları indi axtarıb tapmağa mənim vaxtım yoxdur.
     Bu mənada yazı - canlıdır və onun da insan kimi öz taleyi var.
     «Yazıçının dəftəri»ndəki yazılar qovluqlara pərakəndə yığılmışdı və mən onları çapa hazırlayarkən xronoloji ardıcıllıqla düzdüm, amma mənə elə gəlir ki, indiki halda bunun əhəmiyyəti yoxdur - bu yazılar, yazıldıqları tarixdən asılı olmayaraq, bir küll halında, mənim fikirlərim, düşüncələrim, ədəbiyyata, sənətə, ümumiyyətlə, həyata münasibətimdir.
     Bu yazıların demək olar ki, hamısı yazıldıqları vaxt mətbuatda dərc olunub, amma onların heç biri indiyə qədər mənim kitablarıma daxil edilməyib.
     Mən bu yazılara yenidən, yəni bu günün - başqa bir epoxanın - gözü ilə müdaxilə etməmişəm, yalnız kiçicik redaktə işi aparılıb və haçansa (əsas etibarilə sovet vaxtı!) necə yazılıblarsa, onları eləcə də oxuculara təqdim edirəm.

Elçin. 24 mart 2004.
«ARAZ» SÖZÜ HAQQINDA


     Ayrı-ayn sözlərin, xüsusilə, coğrafi adlann mənşəyini axtanb tapmaq, onları elmi surətdə öyrənmək qədim tariximizin və mədəniyyətimizin tədqiqində, əlbəttə, böyük əhəmiyyətə malikdir. Bu baxımdan Araz çayının adının mənşəyi barədə danışmaq, elə bilirəm ki, maraqlı olar.
     «Araz» kəlməsinə eramızdan təxminən 550 il əvvəl yaşamış yunan coğrafiyaşünası və səyyahı Miletli Hekateyin əsərlərində rast gəlmək olur. Bu adı Herodot da bir neçə yerdə çəkmişdir. O, yazırdı: «Araz çayı o qədər böyükdür ki, onun sularında Lesbos kimi bir çox adalar yerləşir».
     Qədim yunan və Roma ədiblərindən Strabonun, Senekanın, Diodorun, Plineyin, Plutarxın və başqalarının əsərlərində də Araz çayının adına təsadüf etmək mümkündür. Onlar Arazın coğrafi mövqeyindən bəhs edir, bəzən bu barədə öz sələfləri ilə mübahisəyə girir, çayın sahili boyunda yaşayan qəbilələrdən, həmin yerlərlə bağlı olan əfsanələrdən yazırlar. Məsələn, məşhur yunan tarixçisi Plutarx Pompeyin hərbi səfərləri ilə əlaqədar olaraq yazır: «Bu çay (Araz) öz əvvəlini Yevfratdan alaraq cənuba tərəf dönür və nəhayət, Xəzər dənizinə tökülür».
     Qədim ədiblər çayın adının əmələ gəlməsi barədə müxtəlif fikirlər söyləyirlər. Bu fikirlərin, demək olar ki, hamısı əfsanələrlə bağlıdır.
     Araz çayının adının əmələ gəlməsi barədə Psevdo-Plutarxın verdiyi məlumatlar daha maraqlıdır.
     Psevdo-Plutarx bu məsələni, əsasən, iki cür izah edir. Birinci izahında o, Ktezifonun «Farslar haqqında» əsərinə əsaslanaraq göstərir ki, Araz çayının əsl adı Baktr olmuşdur. Guya, Araz adlı bir nəfər öz babası Arbel ilə taxt-tac üstündə müharibə aparmış, onu ox ilə öldürmüş, ancaq özü də çox işgəncə çəkdiyindən Baktr çayına atılmışdır. O zamandan da çay, yəni Baktr, həmin şəxsin şərəfinə «Araz» adlandırılmışdır.
     Psevdo-Plutarxın ikinci izahı daha əfsanəvi xarakter daşıyır. Bu dəfə o, Araz çayının əsl adının Qalm olduğunu bildirir. Guya, ,yuxarıda adını çəkdiyimiz Araz qonşu farslarla müharibə edirmiş və qoşunlar döyüşə hazır vəziyyət aldıqlan zaman, yozucu kahinlər Araza xəbər verirlər ki, əgər iki nəfər ən ağıllı, ən gözəl qızı Allahların yolunda qurban verməsə, qalib gəlməyəcəkdir. Arazın özünün iki belə qızı varmış. Ancaq o öz qızlarını çox sevdiyindən onlara qıymır və tabeliyində olan Mnesalek adlı bir nəfərin qızlarını Allahlara qurban kəsir. Mnesalek dərindən kədərlənsə də, üzdə özünü dost kimi göstərir və fürsət düşən kimi Arazın qızlarını öldürüb Skifiyaya qaçır. Araz bu hadisədən dəhşətə gələrək özünü Qalmın sularına atır. Çayı onun şərəfinə Araz adlandırırlar...
     Araz çayının adının yaranması barədə Psevdo-Plutarxın gətirdiyi dəlilləri ciddi bir əsas kimi qəbul etmək olmaz. Əvvəla, bu dəlillərin əfsanələrdən doğduğu göz qabağındadır. İkincisi, izahlar arasında bir uyğunsuzluq vardır. Göründüyü kimi, Arazın qədim adının gah Qalm, gah Baktr olduğu iddia edilir.
     Araz çayının adının əmələ gəlməsi barədə maraqlı bir rəvayətə də qədim yunan coğrafiyaşünası və tarixçisi Strabonun əsərlərində rast gəlirik. Strabon «Araz» kəlməsinin yunan mənşəli söz olduğunu iddia edir. Qədim yunanlarda belə bir əfsanə var: Şah Eetin əmrinə görə, qəhrəman Yason öz silahdaşları ilə birlikdə «Arqo» gəmisinə minərək (sonralar onları «arqonavtlar» adlandırmışlar) Kolxidaya əjdahanın qoruduğu qızıl dərili qoyunun dərisini gətirməyə gedir. Cadugər qadın Medeyanın köməyi ilə Yason əjdahaya qalib gələrək Yunanıstana qayıdır. Strabon da yəqin ki, Yasonun elə bu səfərini əsas götürərək arqonavtların, guya, Arazın sahillərinə gəlib çıxdığını və Yasonun adamlarından birinin bu çaya Araz adı verdiyini söyləyir.
     «Araz» sözü Strabonun göstərdiyinə görə qədim yunan dilində «ayırmaq» anlayışını ifadə edir. Strabon yazır ki, Fessaliyadakı Peney çayı Oss ilə Olimpi bir-birindən ayırıb Tempey vadisini əmələ gətirdiyindən bəzən həmin çaya «Araz», yəni «Ayıran» da deyirmişlər. Araz Peneyə çox oxşadığından Yasonun yoldaşı ona bu adı verir. Ancaq Araz çayının nəyi bir-birindən ayırdığı barədə Strabon heç nə söyləmir. Bunun əvəzində o, göstərir ki, guya, Araz çayı dağları aşaraq düzənliklərə yayılmış və Aran yerlərində çoxlu göllər əmələ gətirmişdir. Yason isə lağım ataraq bu çay üçün Xəzər dənizinə yol açmışdır.
     Yuxarıda qeyd etdiyimiz kimi, Araz çayının adına eramızdan təxminən 550 il əvvəl yaşamış Hekateydən başlayaraq bir çox yunan və Roma tarixçilərinin, coğrafiyaşünaslarının, səyyahlarının əsərlərində rast gəlirik. Onların hamısı bu çayı Araz adlandırmışdır. Onlar nə Baktr, nə Qalm, nə də ki, başqa bir söz işlədirlər. Qədim ədiblərin bəzi çayları onların ilk adları ilə adlandırdıqları məlumdur. Məsələn, Pliney və Ptolemey Albaniyadan bəhs edərkən Qafqaz ərazisində axan bəzi çayların adını başqa cür - indiki Samuru Alban çayı, Şimali Qafqazdakı müasir Aksayı Qerr, Dağıstandakı Sulakı Kass çayları kim göstərmişlər.
     Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, yəqin Araz çayının elə ilk və son adı Araz olmuşdur. Ona görə də adın mənşəyini yerli əhalinin, yəni Arazın sahillərində yaşamış xalqların dilində axtarmaq daha düzgün olardı. Qədim dövrdə yaşamış bu xalqların dilinin leksikasına dair əlimizdə əsaslı materiallar yoxdur. Ancaq Psevdo-Plutarxın əsərlərində çox maraqlı bir məlumata rast gəlirik. O, Araz çayının coğrafi mövqeyindən bəhs edərkən yazır: «Bu çayın sahilində yerli əhalinin «Araz» adlandırdığı bir bitki yetişir. Bu sözün tərcüməsi belədir: «Qızsevməz». Bu bitkini qızlar dərən kimi onların barmağını yaralayır və solur».
     Maraqlıdır ki, qədim babalarımızın dilində «araz» sözü varmış. Araz çayının adının mənşəyi, güman etmək olar ki, məhz bu sözlə əlaqədardır. Ulu babalarımızın işlətdikləri «araz» sözününmənası ilə çay arasındakı əlaqənin qəribəliyi bizə o qədər də təəccüblü görünməməlidir, çünki qədim əcdadlarımızın Allahlara qurban olaraq müəyyən vaxtlarda çaya qız atdıqları məlumdur. Bundan əlavə, təsadüfi bədbəxt hadisələr nəticəsində də çaya belə bir ad verilə bilərdi. Məgər Sara kimi bir gözəli aparan Arpa çayına «qızaparan» və yaxud «qızsevməz» demək olmazdımı?!
     Psevdo-Plutarx, yerli əhali deyərkən, albanları nəzərdə tutduğunu güman etmək olar. Çünki onun yaşadığı Trayan və Adrian dövründə Albaniya həmişə qədim romalıların diqqət mərkəzində olan məşhur bir ölkə idi. Ancaq biz antik ədəbiyyatda Albaniya haqqında ilk məlumata eramızdan əvvəl IV əsrdə rast gəlirik. Halbuki Hekatey eramızdan əvvəl VI əsrdə Araz çayının adını çəkir.
     Deməli, dilində «araz» sözü olan yerli əhali deyərkən biz daha qədim dövrü nəzərdə tutmalıyıq və bu da özünün gələcək məxsusi tədqiqini gözləyir.

31 iyul 1965.
HEKAYƏ HAQQINDA ETÜDLƏR
«Ədəbiyyat və incəsənət» qəzetinin hekayə janrı ilə bağlı açdığı müzakirə üçün yazılmışdır
1.


     Hekayə tariximizə nəzər saldıqda, onunla professional musiqi tariximiz arasmda qəribə bir oxşarlıq müşahidə etmək olar. Başqa mədəni xalqların əsrlər boyu keçdiyi mərhələni, inkişafı, bizim musiqimiz qısa bir dövrdə və demək olar ki, bir şəxsin - Üzeyir Hacıbəyovun yaradıcılığmda keçmişdir: «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər olan bir inkişaf, böyük bir etap!
     Hekayə tariximiz də buna oxşayır: C.Məmmədquluzadəyə qədər bu janr ədəbiyyatımızda cüzi bir yer tuturdu. Doğrudur, Füzulinin «Şikayətnamə»si və M.F. Axundovun «Aldanmış kəvakib»i kimi məzmun və ideya cəhətdən bitkin, dolğun əsərlərimiz var idi; lakin XX əsrin əvvəllərində, yəni C.Məmmədquluzadənin yaradıcılığa başladığı dövrdə bu janr Avropa və Amerika ədəbiyyatında xeyli inkişaf edib kamilləşmiş, püxtələşmişdi. Artıq dünya ədəbiyyatı Mopassan, Çexov, Mark Tven kimi böyük hekayəçilərə malik idi. Onlar öz sələflərinin hekayə yaradıcılığmdan qidalanaraq, bu janrı yüksək zirvəyə qaldırmışlar.
     Belə bir vəziyyətdə,musiqimiz kimi, hekayəmiz də nisbətən çox kiçik dövrdə böyük mərhələ keçdi və dünya hekayə xəzinəsinin ən gözəl incilərindən biri olan «Usta Zeynal»a qədər yüksəldi. M.F.Axundov Azərbaycan xalqı üçün yeni olan bir janrı - dramaturgiyanı, az qala, onun milli janrına (əgər belə demək mümkünsə) çevirdiyi kimi, C.Məmmədquluzadə və Ə.Haqverdiyev də hekayə janrını az zamanda ədəbiyyatımızm ayrılmaz tərkib hissəsi etdi. Artıq bizim hekayəmiz nəinki dövrün tələblərinə forma və məzmun cəhətdən cavab verirdi, o, həmçinin dünya ədəbiyyatmda hekayə janrının professional janrına çevrilirdi.
     Sonrakı dövrdə yetişən yazıçılarımız hekayə yazarkən zəngin bir məktəbdən, özü də milli və orijinal bir məktəbdən qidalanırdılar. Bu məktəbdə hekayə üçün ən vacib cəhətlər öz əksini tapmışdı. Lakonizm və sərrastlıq, hər cürə yalançı pafosdan uzaq böyük ictimai əhəmiyyət kəsb edən sözaltı məna, ən mühüm problemlərə toxunmaq, dil sadəliyi, bədii təsvir vasitələrinin yeniliyi bu məktəbə xas olan cəhətlər idi və müasir hekayəmizin müəyyən müvəffəqiyyətləri də bu və ya digər dərəcədə həmin cəhətlərə bağlıdır.
     Hətta bəzi nasirlərimizlə yanaşı, şairlərimizin belə, ara-sıra hekayə yazması, bu janra yüngül münasibətin təzahürü deyil, əksinə, geniş oxucu kütlələrinin hekayəni sevdiyinə, onun ədəbiyyatımızda möhkəm, əsaslı yer tutduğuna dəlalət edir.
     Hekayə bumunun bədii-estetik keyfiyyəti isə - başqa məsələdir.

2.


     Hekayə janr xüsusiyyətlərinə görə, hər dəqiqəsi qızılabərabər müasir oxucunun məişətinə daxil olmuşdur. Elə məhz ona görədir ki, bu janra həm kütləvilik, həm də bədiilik nöqteyi-nəzərindən tələbat xeyli artmışdır. Bizə elə gəlir ki, vaxtilə hekayə janrına tez-tez müraciət edən yazıçılarımızın indi nisbətən böyük fasilələrlə hekayə yazmaları, bəzi nasirlərimizin isə (məsələn, Ə.Məmmədxanlı) heç yazmaması, güman ki, geniş oxucu kütlələrinin həmin tələbatı qarşısında böyük məsuliyyət hiss etməsindən irəli gəlir.
     Bu məsuliyyət isə ondan ibarətdir ki, müasir oxucunun oxuduğu hekayə onun üçün, bir növ, əyləncəyə çevrilməsin, vaxtını hədər aparmasın. Hekayədə hər cürə «gözlənilməzliklərə» meyl etmək, «qeyri-adiliklərə» qapılmaq onu bir janr kimi məhdudlaşdırır, mühüm ictimai problemlərə toxunmağa maneçilik törədir.
     Buna görə də görkəmli müasir yazıçılar - E.Heminquey, A.Moravia, E.Kolduell, Orxan Kamal, İ.Kalvino, C.Selincer və başqaları hekayə yaradıcılıqlarında həmişə həyat həqiqətlərinə sadiq qalıb, ayrı-ayrı həyat lövhələrini, insanı, onun işini və taleyini realistcəsinə təsvir etmiş, böyük ictimai və siyasi sözaltı mənalarla oxucunu düşündürmüşlər.
     Oxucunu yüngülcəsinə heyrətləndirmək - əyləndirmək, ona cürbəcür «sürprizlər» bəxş etmək, bu yazıçılara həmişə yad olmuşdur. Bunun sayəsində də həmin ədiblərin hekayələri həyatı dərindən dərk etməkdə, insanlan öyrənməkdə, Vətən və xalq qarşısında duran problemləri anlamaqda oxucuya kömək edir və edəcəkdir.
     Bizim bəzi hekayə müəlliflərimiz yəqin ki, «oxucu darıxır» deyə bilə-bilə və yaxud səhv qənaətlərinin nəticəsində lağlağılığa, şitliyə, hətta bəzən ürəkbulandırıcı «lirizmə» meyl edirlər. Onlar bilmirlər ki, yüksək intellektli müasir oxucunu darıxdıran elə məhz bu səpkidə yazılmış hekayələrdir.
     Müasir oxucuya ciddi ictimai və şəxsi problemlərə toxunan hekayələr lazımdır. H.Mehdinin «Rəqiblər», S.Rəhimovun «Su ərizəsi», İlyas Əfəndiyevin «Qırçı və qırmızı çiçək», Mir Cəlalın, İsa Hüseynovun, S.Əhmədovun bir sıra hekayələri bu cür nailiyyətlərdəndir. Lakin bu bir faktdır ki, C.Məmmədquluzadə kimi nəhəng sələfi olan müasir hekayəmizdə belə nailiyyətləri çox tez sayıb qurtarmaq olar. Bu nöqteyi-nəzərdən yaşlı nəsillə bərabər, son illərdə ədəbiyyatımıza gəlmiş istedadlı nasirlərimizin də qarşısında eyni dərəcədə məsuliyyətli vəzifə durur: müasir hekayəmizi daha yüksək müasir bədii-estetik səviyyəyə qaldırmaq.

3.


     Bizcə, müasir hekayəmizdə daha yeni nailiyyətlər əldə etmək üçün aşağıdakı üç məsələ birinci dərəcəli əhəmiyyət daşıyır:
     a)yazıçı mədəniyyəti və geniş ensiklopedik savad;
     b)müasir oxucunun yüksək intellektual səviyyəsinə inam (yəni böyük sözaltı mənası olan lakonizm);
     c)hadisəbazlıqdan qaçmaq və psixologizm (hadisəbazlıq ilə təbii hadisəni, yəni qarşıya qoyulmuş ideyanın bilavasitə tələb etdiyi və süjet xəttinin bədii inkişafından doğan hadisəni bir-biri ilə qarışdırmamaq şərtilə).

4.


     Son zamanlar bəzi hekayələrimizdə xoşa gəlməyən hal özünü göstərir: əgər bu hekayələrdə təsvir olunan adamların adını bilməsək, onların hansı xalqa mənsub olduğunu müəyyənləşdirməkdə çətinlik çəkərik. Həmin surətlərin danışıq, hərəkət və düşüncələrində milli kolorit yox dərəcəsindədir; onlar xalqın və Vətənin qarşısında duran məsələlərə biganədirlər. Aydın məsələdir ki, bu yol uğursuzdur. C.Məmmədquluzadə nə üçün böyük yazıçıdır? Ona görə ki, o, hər şeydən əvvəl Azərbaycanın böyük yazıçısıdır; onun qəhrəmanları hər şeydən əvvəl azərbaycanlıdırlar; Azərbaycan üçün lazım və vacib olan məsələləri oxucuya aydınlaşdırırlar. E.Heminquey də həmçinin. O, hər şeydən əvvəl Amerikanın, Amerika xalqının böyük yazıçısıdır; onun qəhrəmanları məhz sırf amerikalıdırlar. Özü də buna naftalin qoxusu verən yalançı «tendensiyaçılıq»la yox (bəzən hiss edirsən ki, oxuduğun hekayənin müəllifi «Atalar sözü» kitabını qarşısına qoyaraq hekayəsində yerli-yersiz işlətmək üçün xüsusi misallar seçib), yeni fikir və yeni forma ilə, psixoloji situasiyaların açılmasına xidmət edən yeni detallar və yeni təsvir vasitələrilə nail olmaq lazımdır. (Əlbəttə, istedadsızlıqdan, savadsızlıqdan və eyni zamanda yalançı müasirçilikdən irəli gələn cürbəcür «teleqraf stillərinin» bədii-estetik yeniliklə heç bir əlaqəsi yoxdur!) Belə olmadıqda, Gülrux Əlibəyovanın yazdığı kimi, «yaxşı hekayələr zəif, qeyri-bədii və maraqsız hekayələrin çoxluğu içərisində görünməz olur»; hərçənd ki, mahir tənqidçi intuisiyası, yaxşı hekayəni bir yığın qeyri- bədii hekayənin arasından tapıb çıxartmalıdır.

5.


     Nəhayət, müzakirədə haqqında danışılan daha iki məsələ üzərində qısaca dayanmaq istəyirəm.
     Konflikt barədə. Ədəbi müzakirədə çıxış edən Q.Xəlilov Y.Seyidovun hekayədə konlükl və tipiklik barədə fikirləri ilə polemizə edərək yazır: «Həyatımızda müsbət qüvvələrin çox olduğu indiki şəraitdə hər əsərdə adamları qarşı-qarşıya gətirib vuruşdurmaq, dalaşdırmaq, küsüşdürmək və nəhayət, barışdırmaq və bütün bunları da həyatdan gələn ciddi ictimai mənaya malik, aktual, dövr üçün xarakter hadisələr kimi qələmə vermək yanlışdır».
     Əvvəla, bu, məsələyə birtərəfli yanaşmaqdır. İkincisi, müasir hekayədəki konflikt yalnız «adamları qarşı-qarşıya gətirib vuruşdurmaqdan»mı ibarətdir? Bəs insanın öz daxili aləmindəki konflikt (məsələn, «Rəqiblər»də olduğu kimi)? Bəs insan və zaman arasındakı konflikt?
     Həcm məsələsi. Yaxşı hekayə də başqa janrlar kimi çox qısa və eyni zamanda böyük həcmli ola bilər. Uzunçuluq ilə həcm böyüklüyü ayrı-ayrı məfhumlardır. Yəni həcm etibarilə elə böyük əsərlərə təsadüf edə bilirik ki, orada qətiyyən uzunçuluq olmasın. «Forsaytlar haqqında dastan» və ya «Tibo ailəsi» kimi iri həcmli əsərlərdə kim uzunçuluqdan söhbət aça bilər? Halbuki bunlardan on dəfələrlə kiçik əsərlərdə son dərəcə yorucu bir uzunçuluq müşahidə etmək olar və müasir hekayəmizdə belə yazılar vardır, hətta çoxdur.
     Q.Xəlilovun, uzunçuluğu «bir neçə problemi əhatə etməkdə» görməsi ilə də razılaşmaq olmaz. Məsələ bu problemləri necə əhatə etməkdədir. Akademik M.Arifin yazdığı kimi, «Yığcamlıq fikir və ideyanın əhəmiyyətində, məzmunla formanın vəhdətində, daxili məna dolğunluğunda öz ifadəsini tapmalıdır».

03.dekabr 1966.
REDAKSİYAYA MƏKTUB

Hörmətli redaksiya!
     «Ulduz» jumalının cavan yazıçıların yaradıcılığı ilə əlaqədar tənqidçiləri «dəyirmi stol» arxasına dəvət etməsi, onların fikir və mülahizələrinə öz səhifələrində yer verməsi artıq çoxdan vaxtı çatmış, lazımlı və xeyirli bir təşəbbüsdür. Son illərdə ədəbi tənqidimizdə əmələ gəlmiş müəyyən durğunluğu, cavanların yaradıcılığına həsr olunmuş elmi-nəzəri problematik və ümumiləşdirilmiş məqalələrin azlığını nəzərə alsaq, həmin təşəbbüs, əlbəttə, xeyli qiymətli və əlamətdardır, həm də ilk təşəbbüskarın məhz cavanların orqanı - «Ulduz» jumalı olması faktı da fərəhlidir.
     Bu cür görüşlər, fikir mübadilələri, müzakirələr həqiqi tənqidçi-vətəndaş, yazıçı-vətəndaş mövqeyindən davam etdirilərsə, elə bilərəm ki, nəinki yalnız ədəbi tənqidimizin və nəinki yalnız cavanlarımızın yaradıcılığının, ümumiyyətlə, ədəbiyyatımızın bədii keyfiyyət baxımından inkişafına kömək etmiş olar.
     Mən öz kiçik məktubumda bu sözləri etika xətirinə, kompliment demək üçün yazmıram. Ədəbiyyatımıza az-çox bələd olan hər bir kəs yuxarıda dediyim sözlərin ədəbi tənqidimizin və bədii ədəbiyyatımızın müasir vəziyyətindən, obyektiv gerçəklikdən doğduğunu asanlıqla görə bilər.
     Yəni o görər ki, cavanların (hazırda söhbət onların yaradıcılığından gedir) bədii nəsri ictimai-sosial münasibətlər və mənəvi- əxlaqi keyfiyyətlər baxımından bir sıra mühüm problemlər qaldırdığı, eləcə də, sırf poetika məsələlərindən söhbət açmağa imkan yaratdığı halda - deməli, tənqidi təhlilə və elmi-nəzəri araşdırmaya böyük ehtiyacı olduğu təqdirdə, hələlik, tənqid onu bir küll halında «müayinə» etmir və yaxud kifayət qədər edə bilmir.
     Təəssüf ki, belə bir «diaqnoz» dəqiqsizliyi Sizin «dəyirmi stol» arxasında söylənmiş bəzi fikir və mülahizələrdə də özünü göstərir.
     İndiki halda mən tənqidçi Pənah Xəlilovun «Ənənə və müasir ədəbi gənclik» başlıqlı çox şey vəd verən, fəqət məncə, o qədər də nail olmayan mülahizələrini nəzərdə tuturam və müzakirə prinsiplərinin verdiyi imkandan istifadə edib bu barədə bir neçə söz demək istəyirəm.
     Bu mülahizələrdə mənim bir sıra hekayələrim də təhlil obyekti kimi götürülmüş və bəzi fikirlər irəli sürülmüşdür ki, məhz həmin fikirlər məni bu məktubu yazmağa sövq edir. Mən P. Xəlilovun fikirlərinə öz münasibətimi bildirərkən «müdafiə olunmaq» prinsipini yox, anlaşılmazlıqların aradan qaldırılmasını əsas götürürəm.
     Hörmətli P. Xəlilov mənim «Beş qəpiklik motosikl» hekayəmdən bəhs edərək yazır: «Müəllifin üslubunun xüsusiyyəti belədir ki, o, bir günün ən adi və zəhlətökən (burada və aşağılarda kursiv mənimdir .) təfsilatını, bir gün ərzində surətin y or u c u, usandırıcı, əzabverici düşüncə və mühakimələrini, gördüyü şeylərisadalamaqla bu həyatın eybəcərliyinə istehza oyadır».
     Məgər poetikanın ən incə, ən zərif və eyni zamanda ən mürəkkəb məsələlərindən biri olan üslubun xüsusiyyətlərini bu şəkildə izah etmək olarmı? Hərgah təfsilat «zəhlətökəndirsə», düşüncə və mühakimələr «yorucu, usandırıcıdırsa», surətin gördüyü yalnız «şey»dirsə və bütün bu «zəhlətökmələr», «yoruculuqlar» və «şeylər» adicə olaraq «sadalanırsa», onda «həyatın eybəcərliyinə istehza» nə cür «oyana» bilər? Bütün bunlar necə «üslub xüsusiyyəti» ola bilər?
     Ancaq sonra daha gözlənilməz və hətta mən deyərdim ki, heyrətamiz bir fikir oxuyuruq: «Əgər təəssüratım məni aldatmırsa, bu üslubda mən N. V. Qoqolun «Köhnə dünya mülkədarları», Cəlil Məmmədquluzadənin, məsələn, «Nigarançılıq» əsəri üslubunu xatırladan xüsusiyyət görürəm».
     Əvvəla, «Köhnə dünya mülkədarları» hara, «Nigarançılıq» hara? Onları yalnız illər məsafəsi deyil, tamamilə müxtəlif yazı manerası, tamamilə müxtəlif məna və məzmun, tamamilə müxtəlif şərait tipologiyası bir-birindən ayırır. İkincisi və ən başlıcası isə, məlum deyil, nə vaxtdan bəri «zəhlətökmələri», «yoruculuqları», «şeyləri» sadalamaq «Köhnə dünya mülkədarları»nın və «Nigarançılığ»ın üslub xüsusiyyətini səciyyələndirən amil olub?
     Hörmətli tənqidçi daha sonra belə bir mülahizə irəli sürür: «Dilinə, təhkiyəsinə, ideya və məzmununa, surətin mənəvi ləyaqətinə görə Elçinin son hekayələri - «İki nəfər» (1971) və «Gürcüstana teleqram» (1972) mənə daha xoş gəlir». Əlbəttə, bu hekayələrin P. Xəlilov kimi təcrübəli tənqidçinin xoşuna gəlməsi faktı bir müəllif kimi mənim üçün də xoş ola bilərdi, ancaq məsələ burasındadır ki, «İki nəfər» hekayəsi yalnız rus dilində çap olunub və orijinalı bir tərəfə qoyub, rus dilinə tərcümə olunmuş hekayələrin dili haqqında fikir yürütmək, təbii ki, təəccübə və təəssüfə səbəb olur. Həmin hekayənin ilk variantı Azərbaycan dilində hələ 1969-cu ildə «Qatar. Pikasso. Latur. 1968» - adı ilə çap olunmuşdur.
     P. Xəlilov şübhəsiz ki, xeyirxah bir niyyətlə mənim hekayələrimin qüsurlu cəhətləri barədə fikir söyləmək istəyir. Əlbəttə, belə bir istəyi yalnız alqışlamaq olardı, lakin yenə də çox təəssüf ki, gətirilən misallar təhrif olunmuş şəkildədir.
     Tənqidçi yazır: «Qüsurlardan biri onun ən sadə mühakimələrlə fəlsəfi söz söyləmək, lakin ibtidai fikir çuxuruna yumalanmaq meylidir».
     Bu fikri əsaslandırmaq üçün tənqidçi mənim «Beş qəpiklik motosikl» hekayəmdən bir parça sitat gətirir. Ancaq, əslində, mənim hekayəmdə belə bir parça yoxdur. Məsələ burasındadır ki, tənqidçinin dırnağa alıb hamısını bir yerdə misal gətirdiyi dörd cümlənin birincisi hekayənin əvvəlindədir və kontekstdən tamamilə ayrılmış, çılpaqlaşdırılmışdır. Misal gətirilən qalan üç cümlə isə hekayənin ortalarındakı bir cümlədən götürülmüş və üzərində əməlli-başlı əməliyyat aparılmışdır: bu bir cümlə tənqidçi tərəfindən üç müstəqil cümləyə parçalanmış, «lazım olmayan» hissələr isə adicə atılmışdır...
     Göründüyü kimi, söhbət ən adi və tənqidçinin tez-tez işlətdiyi söz ilə desək, «ibtidai» dəqiqlikdən gedir. Mənə elə gəlir ki, belə bir «priyomun» zərəri və qəbuledilməzliyi barədə söz açmağa ehtiyac yoxdur.
     Həmin «priyom» vasitəsilə gətirilmiş sitatdan sonra P. Xəlilov yazır: «Əgər müəllif bir nəslin digərini əvəz etməsi, yarananın ölümə məhkumluğu haqqında düşüncəyə fəlsəfi don geyindirmək istəyirsə»,- belə də istək olar? - ancaq əsas məsələ bunda deyil, tənqidçinin fikrincə bu «istəyə» ehtiyac yoxdur, çünki «xalq həmin fəlsəfi anlayışı (hansı fəlsəfi anlayışı? ) bir cümlədə çox gözəl ifadə etmişdir: «Bir gün doğulan bir gün öləcək».
     Hərgah ədəbiyyata və ümumiyyətlə, sənətə belə bir meyar ilə yanaşsaq, o zaman əldə etdiyimiz nəticələr acınacaqlı, qeyri- elmi olmazmı?
     Doğrudan da, Dədə Qorqud hələ min ildən də artıq bundan əvvəl deyibsə: «Gəlimli, gedimli dünya! Son ucu ölümlü dünya!», bu gün nəfəsimizi dərmədən Hamletin «Olum, ya ölüm?» monoloquna nə üçün qulaq asırıq?
     Xalq bir kəlamla deyibsə ki, «Vətən mülkü gözəldir!», daha Səməd Vurğun nə üçün «Azərbaycan» şerini yazıb və nə üçün bu gün həmin şerdən əzbər bilməyən azərbaycanlı tapılmaz?
     Təbii ki, mən öz hekayəmi «Dədə Qorqud»la, «Hamlet»lə, «Azərbaycan»la müqayisə etmək fikrindən çox uzağam. Belə bir analogiya hörmətli P. Xəlilovun irəli sürdüyü mülahizənin əsassızlığından doğur.
     Tənqidçi daha sonra yazır: «Elçin hekayənin miniatür janr olduğunu sezməmiş deyil».
     Hörmətli tənqidçi belə bir məlum fikri söyləmək istəmişdir ki, həcmi etibarilə hekayə romandan, yaxud povestdən kiçikdir.
     Sonra isə oxuyuruq: «Burada artıq söz ağ lövhədə qara ləkə kimi görünür?». Məgər söhbət böyük ədəbiyyatdan gedirsə, deyək ki, roman janrında söz ağ lövhədə ləkə salmayacaqmı?!
     Ümumiyyətlə, təəssüf hissilə deməliyəmki, hörmətli P.Xəlilovun «Ənənə və müasir ədəbi gənclik» başlığı ilə çap etdirdiyi mülahizələrində yalnız mənim hekayələrim haqqında deyil, eləcə də Ə. Əylislinin, S. Azərinin, S. Süleymanovun əsərləri barədə də qeyri-dəqiq hökmlər az deyildir.
     Əlbəttə, bu cür mülahizələrlə qarşıya qoyulmuş çox mühüm məqsədə - «Hər gənc yazıçıya onun üslub xüsusiyyətləri cəhətdən yanaşmağın xeyri odur ki, biz bu yolla onu özünə daha yaxşı göstərə bilərik. Hər yazıçını özünə göstərmək ona görə vacibdir ki, o, keçib getdiyi yolu yaxşı dərk etsin.» - nail olmaq çətindir.
     Görünür, P. Xəlilov özü də bunu hiss edərək mülahizələrini belə bir sonluqla bitirir: «Mən uzun və yorucu söhbətimə burada nöqtə qoyuram. Güman edirəm ki, «dəyirmi stol» başına toplaşmış dostlar mənim söhbətimə də tənqidi yanaşacaq, mübahisəli məsələlərin aydınlaşması üçün daha obyektiv fikir söyləyəcəklər. Təkcə mənim toxunduğum əsərlər yox, yəqin ki, digər nəsr əsərləri də müzakirəyə qoyulacaqdır».
     Biz hörmətli P.Xəlilovun bu arzusu ilə şərikik, çünki «uzun və yorucu» olmayan «daha obyektiv» məsələlərə nəinki yalnız cavan nasirlərimizin (o cümlədən də mənim) yaradıcılığının, yuxarıda dediyim kimi, ümumiyyətlə, ədəbiyyatımızın ehtiyacı var.
     Bunu da arzu edirik ki, P.Xəlilov özü də məhz belə məqalələrlə həmin müzakirələrdə iştirak etsin. Biz hörmətli Pənah müəllimin qələminə inanırıq və bu qələmin daha məzmunlu məhsulu ilə rastlaşmaq həvəsindəyik. P.Xəlilovun məhz bu cür - prinsipial və dərin məzmunlu məqalələrini az oxumamışıq.
     Hörmətlə:

Elçin. 5 fevral 1973.
«AXMISAN HİSSİMDƏ, DUYĞUMDA, ŞERİM...»


     Qabilin əlli yaşı tamam olur.
     Bu rəqəmin - 50-nin - həqiqətinə həm inanırsan, həm də inanmırsan. Qabilin cavan sifəti, qapqara saçları gözlərinin qarşısına gəlir, təzətər zarafatlarını, davranışını, söhbətlərini xatırlayırsan və belə bir gənclik müqabilində «50» rəqəminin qəfilliyi doğrudan da adamı heyrətə gətirir.
     Ancaq bu, ilk təəssüratdır, zahiri bir heyrətdir.
     Qabilin kitablarını xəyalən bir daha vərəqlədikdə, onun otuz ildən bəri mətbuatda dərc edilən şerlərini bir daha yada saldıqda isə həmin rəqəmdə heç bir heyrətamizlik duymursan, əksinə, hiss edirsən ki (və həqiqətən də belədir!), Qabil poeziyası əlli illik sənətkar ömrünün müdrikliyini, olsun ki, neçə illər bundan əvvəl əldə etmişdir.
     Hələ otuz il qabaq iyirmi yaşlı şairin çox cavan, necə deyərlər, lap sütül lirik qəhrəmanı öz həməsrinə müraciətlə deyir:
Əgər etibarın getsə əlindən,
Bir daha gözləmə kimsədən nicat.
Onsuz sevməz səni nə dost, nə vətən,
Nə gülməz üzünə gələcək həyat.

     Bu gün biz əlli yaşlı şairin, dostumuzun sənətinə ehtiram hissi ilə düşünürük ki, onun lirik qəhrəmanı illərin sınağından çıxaraq oxucuların məhz belə bir etibarını qazanmışdır; bu lirik qəhrəmanın həyata münasibəti çox-çox dərinləşib, otuz il bundan əvvəl görmədiklərini, fərqinə varmadıqlarını bu gün görür və öz mürəkkəb əsrinə layiq şəkildə göstərə, düşündürə və inandıra bilir, eyni zamanda, o, gənclik ehtirasını itirməmişdir, çünki onun təmsil və təqdim etdiyi poeziya gəncliklə müdrikliyin vəhdətindən doğur.
     Bu lirik qəhrəman bu gün, misal üçün, etibar barədə otuz il bundan əvvəlki kimi müstəqim surətdə mühakimələr yürütmür (belə davam etsəydi, yəqin ki, həmin etibarı da qazana bilməzdi).
     Qabil poeziyasının ən yaxşı nümunələrində özünün təsir edən bədii-estetik təcəssümünü tapmış sağlam və dinməz əqidə, müasir dünyanın dərki və həyat, cəmiyyət hadisələrinə əsl vətəndaş münasibəti, saf məhəbbət, sevinc və kədər tutumunun daxili sanbalı bu etibarı qazandırmışdır.
     Qabilin lirik qəhrəmanı da, bəzən oxucular kimi, öz müəllifinin şerlərini nəzərdən keçirir:
Saysız şer içində adi şersən,
Ancaq nə şərikin, nə ortağın var.
Böyük bir axında üzüb gedirsən,
Xırdaca gəmisən, öz bayrağın var...

     Və biz bu sözlərdə də heç bir təvazökarsızlıq görmürük, burada arxasında təkəbbür gizlənmiş bir təvazö də yoxdur, çünki həqiqətən belədir: o «xırdaca gəmi» öz məxsusi poetik bayrağı ilə öz yoluna davam edir...
     Qabilin siyasi-ictimai lirikası da («Səhv düşəndə yerimiz» şerini xatırlayaq), məhəbbət lirikası da orijinaldır və bütün bu böyük şer təsərrüfatındakı məziyyətlər də, qüsurlar kimi, heç kimin yox, məhz Qabilindir - həmin «xırdaca gəmi», «məxsusi bayraq» sahibinin.
     Qabilin poeziyası iddiasız poeziyadır, burada iddia ilə imkan arasında təzad yoxdur, ona görə də, ürəklərə yol tapa bilir, oxşamağı bacarır, düşüncələrlə həmsöhbət olur.
     Müasir Azərbaycan poeziyasına «Nəsimi» kimi böyük bir dastan vermiş şairin lirik qəhrəmanı deyirsə ki:
Axı, nə şer-sənət?
Onu haçan yaratdım?
Onun daşını haçan
Götürdüm də ki, atdım? -

     -bu, əlbəttə, sənətin gücünə inamdan, sənətə məhəbbətdən və sənətə əsl sənətkar münasibətindən doğur. Qabil yazır:
Mən sənin arxanca sürünməmişəm,
Doğmusan fikrimdə, ruhumda şerim!
Vədəsiz gözünə görünməmişəm,
Axmısan hissimdə, duyğumda şerim.

     Bu misraları oxuyuruq və onlar göydən asılı qalmır, bu gün, şairin əlli illiyini qeyd etdiyimiz bir vaxtda həmin fikirlərin emosional gücü daha da qüvvətlidir, çünki bu fikirləri əlli yaşlı şairin poeziyası təsdiq edir.
     Qabil poeziyası müasir poeziyadır, zəngin Azərbaycan poeziyası ənənələrinə sadiq novator poeziyadır.
     Qabil poeziyası vətəndaş-şair poeziyasıdır, vətəndaş-şair düşüncələrinin, hiss-həyəcanlarının bəhrəsidir.
     Qabil poeziyası bir küll halında müasir poeziyamızın əldə etdiyi nailiyyətlər sırasındadır və Qabili sevən minlərlə oxucunun bu nailiyyətlə qürurlanmağa haqqı var.
     Ömrünün əllinci ildönümündə gözəl şairimiz, əziz dostumuz öz oxucuları qarşısında alnıaçıq, üzüağdır.
     Və Qabil poeziyası bizi buna inandırır ki, hələ fərəhli, sevincli poetik görüşlərimizin çox-çoxu irəlidədir.

12.avqust 1976.
AZƏRBAYCAN HEKAYƏSİ HAQQINDA SÖZ


     Özbəkistanda nəşr olunmuş Azərbaycan hekayələrindən ibarət kitaba («Durdona», Toşkent, 1979) yazılmış ön söz
     Hörmətli özbək oxucularına təqdim olunan bu hekayələrin müəllifləri müasir Azərbaycan ədəbiyyatının müxtəlif nəslinə mənsub tanınmış sənətkarlardır. Bu yazıçılar ayrı-ayrılıqda romanlar, povestlər, pyes və ssenarilər müəllifi kimi, olsun ki, daha artıq məşhurdur, ancaq eyni zamanda onlar romançılığından, dramaturqluğundan asılı olmayaraq, bir yerdə, ümumi qüvvə ilə müasir dövrün yüksək bədii-estetik tələblərinə cavab verən, öz məxsusi mövzusu, məxsusi təhkiyəsi, bir sözlə, öz siması olan Azərbaycan novellasını yaratmış və yaradırlar.
     Sizə yaxşı məlumdur ki, böyük Şərq ədəbiyyatında poeziya həmişə üstünlük təşkil etmişdir və bu ədəbiyyatda şerə çox təbii və çox güclü bir meyl olmuşdur, onun tarixi daha qədim və daha zəngindir.
     Dünya söz sənətinə Nizami, Məhsəti xanım, Xaqani, Nəsimi, Füzuli, Şah İsmayıl Xətai kimi korifeylər vermiş, zəngin və qədim tarixə malik Azərbaycan ədəbiyyatında da poeziya nəsrə nisbətən xeyli üstün mövqe tutmuşdur.
     Düzdür, Nizaminin məşhur «Xəmsə»sindəki poemalarında şerlə söylənmiş onlarca müstəqil, bitmiş əhvalatlar, misallar Azərbaycan hekayəsinin inkişafında böyük rol oynamışdır, necə ki, misal üçün, məşhur Çoser hekayələri yalnız İngiltərə novellasının deyil, ümumiyyətlə, bütün Avropa novellasının inkişafında müstəsna əhəmiyyətə malikdir.
     Düzdür, Azərbaycan ədəbiyyatı dahi Füzulinin nəsrlə yazdığı «Şikayətnamə»si kimi orta əsrlər hekayəsinin klassik nümunəsinə sahibdir, XIX əsrin ortalarında isə böyük Azərbaycan yazıçısı, dramaturqu, filosofu Mirzə Fətəli Axundovun «Aldanmış kəvakib» kimi yüksək bədii-estetik səviyyəli, dövrünün böyük siyasi-ictimai məsələlərini qaldıran bir nəsr əsəri meydana çıxmışdı, elə həmin vaxtlarda İsmayıl bəy Qutqaşınlının yazdığı «Rəşid bəy və Səadət xanım» adlı böyük hekayəsi (yaxud kiçik povesti) bütün Avropada (əsər XIX əsrin ortalarında Varşavada fransızca çap olunmuşdu), Rusiyada məhşurlaşmışdı.
     Ancaq bütün bunlara baxmayaraq, «Şikayətnamə»dən gələn nəsr ənənələri Azərbaycan ədəbiyyatında poeziyanın əldə etdiyi vüsət dərəcəsində öz inkişafını tapmamışdır. Hekayə janrının sürətli inkişafı Azərbaycan ədəbiyyatında XX əsrin ilk illərinə təsadüf edir və həmin dövrdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığında bu janr, hərgah belə demək mümkünsə, Azərbaycan ədəbiyyatının doğma janrına çevrildi.
     Artıq qədim və zəngin poeziya ənənələrinə malik Azərbaycan ədəbiyyatını hekayəsiz təsəvvür etmək mümkün deyil.
     Bu hekayələr yüksək bədiiliklə dövrün, zamanın ictimai-əxlaqi yükünü daşıyırdı, xalqın ümümi mədəni inkişafında, ictimai- siyasi fikrin formalaşmasında müstəsna rol oynayırdı.
     Qəribə idi, xalqın bir o qədər də alışmadığı, bir o qədər də bələd olmadığı bir janr - hekayə janrı həmin xalqın mənəvi sirdaşına çevrilmişdi, dərdinə şərik çıxmağı, sevincini bölüşdürməyi bacarmışdı.
     Xalq bu janrı öz milli ədəbiyyatının faktı kimi dərhal qəbul etmişdi.
     XX əsrin əvvəllərindən başlayaraq yavaş-yavaş Azərbaycan ədəbiyyatında qüdrətli hekayəçilər nəsli yetişmişdi. C.Məmmədquluzadə və Ə.Haqverdiyevlə çiyin-çiyinə Yusif Vəzir Çəmənzəminli, Qantəmir, Seyid Hüseyn, Cəfər Cabbarlı və bir çox başqa yazıçılar artıq bugünkü Azərbaycan hekayəsinin yaranması və inkişafı üçün fundamental, çox möhkəm bir təməl hazırlamışdılar.
     Müasir Azərbaycan hekayəsi məhz belə bir bünövrədən baş qaldırdı və o artıq ümumi ədəbi ənənələrlə bərabər, daha konkret olaraq, məhz hekayə ənənələrinə malik idi və bu ənənələrə arxalanırdı.
     Mən bir haşiyə çıxaraq onu da qeyd etmək istəyirəm ki, bu gün ümumi Azərbaycan nəsrinin - romanlarımızın, povestlərimizin müvəffəqiyyəti də hekayə janrına çox borcludur. Bu gün Azərbaycan nəsrinin məxsusi bir nəsr kimi formalaşması və təşəkkül tapmasında hekayə janrının xidməti çox böyükdür.
     Azərbaycan hekayəsi həm tarix etibarilə, həm də bədii-estetik, siyasi-ictimai vüsət baxımından Azərbaycan romanına, povestinə, pyeslərinə yol açmışdır.
     Azərbaycan hekayəsi inkişaf edir, yeni-yeni uğurlar qazanır və belə bir bədii-estetik dinamika, mənim fikrimcə, ümumdünya ədəbi prosesi ilə ayaqlaşır.
     Bugünkü Azərbaycan novellası mövcud mənəvi ictimai problemləri on beş, iyirmi il bundan əvvəlkinə nisbətən daha hərtərəfli əhatə edir və ən başlıcası isə problematikanın bədii-estetik təcəssümü xeyli dolğundur.
     Bugünkü Azərbaycan novellasının bir küll halında əldə etdiyi nailiyyət mövzu rəngarəngliyi və problematika vüsəti ilə, xarakterlər qalereyasının zənginliyi və sənətkarlığın artması ilə, estetik kamillik və forma müxtəlifliyi ilə bağlıdır.
     Artıq, ümumiyyətlə, ədəbiyyatda hər hansı ədəbi-estetik hadisə Azərbaycan hekayəsinin yanından ötüb keçmir və Azərbaycan hekayəsi nəinki yalnız öz sözünü deyir, o, həmin hadisənin bilavasitə iştirakçısı kimi Ümumittifaq miqyasında təmsil olunur.
     Bu gün Azərbaycan hekayəsinə Ümumittifaq mətbuatında tez-tez rast gəlmək mümkündür.
     Bu gün Avstraliyadan tutmuş Kanadayacan, Hindistandan tutmuş İsveçəcən dünyanın bir çox ölkələrindən Azərbaycan hekayəsinin sorağı gəlir.
     Bu gün həm SSRİ-də, həm də xaricdə müasir dövrün ən yaxşı hekayə antalogiyalarında Azərbaycan hekayəsi də təmsil olunur.
     Bu gün Azərbaycan hekayəsi yalnız Azərbaycanda, yalnız Sovetlər İttifaqında deyil, xarici ölkələrdə də səhnələşdirilir, ekranlaşdırılır, təhlil və tədqiq olunur.
     Azərbaycan hekayəsinin oxucular auditoriyası həm say etibarilə, həm də milli tərkib etibarilə çox genişdir.
     Əziz və hörmətli özbək oxucumuz! Biz yaxşı bilirik ki, sən böyük, qüdrətli bir ədəbiyyata malik xalqın nümayəndəsisən.
     Biz sənin böyük sənətkarlarını yaxından tanıyır və onları sevirik, çünki onlar, əslində, bizim də böyük sənətkarlarımızdır.
     Biz öz böyük ustadlarımız kimi, sənin də ustadlarınla fəxr edirik, çünki eyni kökə bağlı qardaşlanq. Sən ulu Füzulini orijinaldan oxuduğun kimi, biz də ulu Nəvaini orijinaldan oxuyuruq.
     Bəli, biz qardaşıq.
     Bu kitabı da bir qardaş töhfəsi kimi qəbul et.

8 sentyabr 1978
SADƏLİYİN MÜDRİKLİYİ


     Mənim tərtib, tərcümə və şərhlərimlə nəşr edilmiş «Nərgizin bircə ləçəyi...» adlı yapon poeziyası nümunələri - xokkulardan ibarət kitaba (Bakı, Gənclik, 1979) yazdığım ön söz
     Yapon ədəbiyyatı - qədim yapon romanlanndan tutmuş Kabo Abenin əsərlərinədək, yapon incəsənəti - maska teatrlarından tutmuş ukiyoe qravüralarınacan, Kurosavanın filmlərinəcən bütün dünyada özünün son dərəcə məxsusi olması ilə, estetik kamilliyi və fəlsəfi müdrikliyi ilə məşhurdur.
     Belə bir məxsusilik, estetik kamillik və fəlsəfi müdriklik yapon poeziyasının «xokku» adlanan klassik formasında, olsun ki, daha dərin qatlara hopmuş milli mahiyyətlə nəzərə çarpır.
     Xokku yapon poeziyasında həcmcə iki ən kiçik formadan biridir. Digər poetik forma «tanka» adlanır. «Tanka» beş misradan, xokku isə üç misradan ibarətdir.
     Xokku janrında yazan orta əsrin böyük şairi, yapon ədəbiyyatının klassiki Matsuo Basyoya (1644-1694) qədər xokku sabit ölçüyə malik idi: birinci misra beş, ikinci misra yeddi, üçüncü misra da beş hecalı idi. Lakin Basyo istedadı və sənətkar cəsarəti bu sabitliyi dağıtdı, xokkuya azadlıq, sərbəstlik gətirdi.
     Xokku misraları qafiyələnmir, ancaq onlar məzmundan doğan daxili bir ritmə, musiqiyə malikdir. Dilin qəlizliyi, obrazlar, metaforalar aləminin mürəkkəbliyi, söz oynatmaq xokkuya yabançıdır.
     Sadəliyin müdrikliyi! - məncə, xokkunun əsas yaradıcılıq prinsipi, əsas bədii və estetik qayəsi məhz bundadır.
     Əlbəttə, dünya poeziyasının bir çox kiçik formaları məşhurdur: qədim yunan epiqramı, Şərq rübaisi, Azərbaycan bayatısı...
     Doğrudan da, bu şer formalarının yanında qoşma, yaxud, xokku tədqiqatçılarından V.Markovanın dediyi kimi, Avropa soneti monumental əsər təsiri bağışlayır.
     Xokku bu kiçik formalardan, məncə, əsas etibarilə bununla seçilir ki, dəqiq və son dərəcə incə ştrixlərlə əhval-ruhiyyə mənzərəsi, vüsəti yaradır.
     Bayatı altı-yeddi sözlə çox dərin bir fikir söyləyirsə, xokku yaratdığı əhval-ruhiyyəni təsvir edir.
Dağ üstə ay.
Yamacda duman.
Tüstülənir düzlər.
(Basyo)

     Doğrudan da, elə bil ki, akvarellə çəkilimş bir mənzərəyə baxırsan.
     Çox zaman xokkunun axırıncı misrası əhval-ruhiyyəni bildirir, həm də birbaşa, müstəqim surətdə yox, assosiativ yolla və axırıncı misranın yaratdığı bu əhval-ruhiyyə ilə əvvəlki misralarda söylənən fikir arasında daxili bir yaxınlıq, mən deyərdim ki, dialektik bir vəhdət mövcuddur.
     Misal üçün:
Keçmiş saray xidmətindən
Rahibənin hekayəti...
Hər tərəfi bürümüş qar.
(Basyo)

     Yaxud:
Bir gün sən də
Anlarsan ki, qocalıq nədir!
Payız çiskini, duman...
(Basyo)

     Bəzən isə birinci misra əhval-ruhiyyəni bildirir və sonrakı misralarda söylənən fikri səciyyələndirir:
Qarlı səhər. Yalqızam.
Quru balıq qismətim,
Budu taleyim mənim.
(Basyo)

     Bu o demək deyildir ki, kimsə qarlı bir səhərdə quru balıq yeyir. Bu o deməkdir ki, lirik qəhrəmanın taleyi də qarlı səhər soyuğu, kimsəsizliyi kimidir.
     Xokku lirik şer formasıdır.
     Xokkunun lirik qəhrəmanı yalnız öz-özlüyündə insan deyil, insan əhval-ruhiyyəsi, insan hiss-həyəcanı da xokkuda müstəqil lirik qəhrəman kimi özünü biruzə verir.
     Xokkudakı əhval-ruhiyyənin, hiss-həyəcanın əsas bədii təcəssümçüsü təbiətdir: çay yarpağı, gilənar çiçəyi, gavalı budağı, qırmızı bibər, xrizantemanın ağ ləçəyi, atəşböcəyi, hörümçək toru, balığın gözü, kəpənək qanadı...
     Bu obrazlar atributunun incəliyi, kövrəkliyi, məsumluğu adamı heyran qoyur.
     Xokku qəhrəmanının faciəsi:
Məni daşqalaq edin!
Çiçəklənən gilənar budağını Sındırmışam indicə.
(Kikaku)

     Xokku qəhrəmanının heyrəti:
Bu necə işdi, dostlar?
Çiçəklənmiş gilənara baxır insan,
Belində isə asılıb qılınc!
(Gyoray)

     Xokku qəhrəmanının sevinci:
Buludların arasıyla gəzirsən.
Birdən... dağ cığırında,
Yağışlı gündə - gilənar çiçəyi!
(Kito)

     Xokku qəhrəmanının gileyi:
Səs salıb niyə qovdun anamı Yuxumdan mənim,
A ququ quşu?
(Kikaku)

     Xokku qəhrəmanının istəyi:
Gavalının ətri!
O yoxsulun daxmasmdan Çəkmə gözünü sən...
(Kikaku)

     Bu heyrət və bu sevinc də, bu giley və bu istək də kəpənək qanadı kimi zərif və titrəkdir.
     Xokkularda qəribə bir dəqiqlik var: payızın fırtınası ayrıdır, qışınkı ayrı; ilk payız yarpağı, son payız yarpağı; yaz buludu, yay buludu; meh yalnız adicə meh deyil, axşam mehi, səhər mehi, günorta mehi, gecə mehi - hərəsinin də öz aləmi...
     Bu dəqiqlik - dəqiq də əhval-ruhiyyə, ovqat yaratmaq üçündür (və yaradır da!). Buna görə də xokkular çox qısa həcminə, assosiasiyalar üzərində qurulmasına baxmayaraq, mücərrəd yox, konkret mahiyyətlidir.
     Xokkunun böyük oxucu auditoriyası var, çox sevilir, çox kütləvidir.
     Yəqin ki, məhz bu incəliyə, bu kövrəkliyə, bu həzinliyə və bu dəqiqliyə - poetik dəqiqliyə görə.

***


     Xokkular rus dilində dəfələrlə ayrıca kitab halında, müxtəlif müntəxəbatlarda, toplularda nəşr olunmuş, geniş oxucu auditoriyasının, ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, böyük marağına səbəb olmuş, görkəmli rus və sovet alimlərinin məxsusi tədqiqat obyektinə çevrilmişdir.
     Oxucular xokku ilə Azərbaycan dilində bizim müqəddimə, tərcümə və şərhlərimizlə yalnız son illərdə dövri mətbuatda tanış olmuşlar. Bu mənada «Nərgizin bircə ləçəyi...» kitabı ilk təşəbbüsdür.
     Kitaba əsas etibarilə klassik yapon poeziyası nümunələri daxildir. Mən çalışmışam ki, orta əsrlərdən bu tərəfə bütün böyük yapon şairlərinin səciyyəvi xokkuları kitabda öz əksini tapsın. Eyni zamanda, müasir yapon poeziyasından da nümunələr seçib oxuculara təqdim etmişik.
     Xokkular xronoloji ardıcıllıqla verilmişdir.
     Kitabda əsəri çap olunan hər bir müəllif haqqında qısa bioqrafik məlumat hazırlamışıq. Eləcə də kitabın sonunda bu çox spesifik janrın bədii-estetik xüsusiyyətləri ilə əlaqədar, həmçinin təsadüf olunan xüsusi adlar, toponomiyalar, əfsanələr, adətlər və s. ilə bağlı şərhlər və qeydlər də verməyə çalışmışıq.
     Elə bilirəm ki, xokku ilə bu ilk tanışlıq Azərbaycan oxucusu üçün maraqlı olacaqdır.

24.fevral 1979.
«ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT» QƏZETİ HAQQINDA


     Artıq qırx beş ildir ki, Azərbaycan oxucusu «Ədəbiyyat və incəsənət» qəzetini oxuyur. Qəzetin ayrı-ayrı nömrələrinin səviyyəsindən, ədəbi prosesin zənginliyi baxımından bu və ya digər vəziyyətindən asılı olamayaraq, bir küll halında bu qırx beş il Azərbaycan ədəbiyyatının, eləcə də incəsənətinin inkişaf yoluna salınmış çox güclü bir projektor kimi öz xeyirli işini, vətəndaş vəzifəsini yerinə yetirir.
     Qırx beş ildir ki, oxucu hər dövrün müasir proza və poeziya nümunələrini oxumaqla bərabər, yazıçı görüşlərinin, teatr premyeralarının, sərgilərin iştirakçısına çevrilir, ədəbiyyatımızın və ümumiyyətlə, sənətimizin nəzəri-estetik problemlərini araşdıran məqalələri mütaliə etməklə bərabər, sənətkar laboratoriyasına, sənət ocaqlarına səyahət edir, ədəbi irsimizlə, tarixi abidələrimizlə, ədəbi əlaqələrimizlə tanış olur.
     Azərbaycan Yazıçılar İttifaqının beş çap orqanı vardır: dörd jurnal və bir qəzet.
     Belə bir yeganəlik, eləcə də ədəbiyyat məsələləri ilə bərabər, incəsənət məsələlərini də əhatə etmək vəzifəsi «Ədəbiyyat və incəsənət» qəzetinin bütün dövrlər ərzində necə gərgin bir əməyin, necə çoxcəhətli fəaliyyətin bəhrəsi olması barədə çox şey deyir. Daima hərəkətdə olan ədəbi prosesi, daima təzələnən, dəyişən mədəni həyatı operativliklə, dəqiq, vaxtlı-vaxtında əks etdirmək, eyni zamanda, dövrün siyasi-ictimai simasını göstərmək, ədəbiyyatı, incəsənəti təhlil və təbliğ etmək, şübhəsiz ki, məhz həmin gərgin əməyin, çoxcəhətli fəaliyyətin nəticəsidir.
     Biz bu gün «Ədəbiyyat və incəsənət» qəzetinin nömrələrini ilbəil xəyalən gözlərimiz qarşısından keçirsək, otuzuncu illər Azərbaycan ədəbiyyatının özünütəsdiqinin, müharibə illərində Azərbaycan ədəbiyyatının və incəsənətinin gördüyü böyük və təndaşlıq işinin, müharibədən sonrakı dövr ədəbi axtarışlarının, ədəbiyyatımızın, incəsənətimizin müxtəlif təmayüllərinin, ədəbi- bədii qələbə və məğlubiyyətlərinin, əldə edilmiş nailiyyətlərin, qarşıya çıxan çətinliklərin canlı şahidinə çevrilirik.
     Bu qırx beş ildə böyük sənətkarlarımız «Ədəbiyyat və incəsənət» qəzetinin müəllifləri olmuşlar. Bu qırx beş ildə oxucu «Ədəbiyyat və incəsənət» qəzeti vasitəsilə həmin sənətkarların qiyabi həmsöhbətinə, sirdaşına çevrilmişdir.
     «Ədəbiyyat və incəsənət» qəzeti bu gün də öz xeyirli işini davam etdirir.
     Hamımıza yaxşı məlumdur ki, son on ildə respublikamızın həyatında böyük dəyişikliklər baş vermişdir və bu dəyişikliklər ədəbi prosesdə, mədəni həyatımızda da öz əksini tapmışdır. Bədii keyfiyyət, nəzəri-estetik səviyyə baxımından oxucunun tələbatı qat-qat artmışdır.
     Əlbəttə, belə bir şəraitdə «Ədəbiyyat və incəsənət» qəzetinin öz oxucusu qarşısındakı vəzifəsi də daha artıq dərəcədə yüksəlmişdir və mən elə bilirəm ki, qəzet bu vəzifələrin öhdəsindən gəlmək əzmindədir. Hazırda bizim bir çox bacarıqlı jurnalistlərimiz, istedadlı qələm sahiblərimiz, nasir və şairlərimiz «Ədəbiyyat və incəsənət» qəzetinin redaksiyasında çalışırlar. Qəzetin Baş redaktoru bizim istedadlı, tanınmış şairimiz Nəriman Həsənzadədir. Bu adamlar ədəbi prosesin bilavasitə iştirakçıları, mədəni həyatımızın fəal üzvləridir.
     Məhz belə bir yaradıcı kollektivə sahib olduğu üçün «Ədəbiyyat və incəsənət» qəzeti bu gün çoxsahəli bir profilə malikdir. Biz bu qəzetin səhifələrində həm ciddi bədii əsərlər, həm də satira və yumorla rastlaşırıq, həm ədəbi məqalələr, həm də siyasi- ictimai publisistika oxuyuruq. Qəzet müasir oxucunun sırf bədii- estetik tələbatını ödəməyə çalışmaqla bərabər, onun mənəviyyat məsələlərinə, beynəlxalq vəziyyətə, müasir quruculuq problemlərinə, əmək fəaliyyətinə marağını da nəzərə alır.
     Əlbəttə, bədii-estetik tələbatın artımı, eyni zamanda, qəzetin özünə qarşı da oxucu tələbatının artması deməkdir.
     Bu gün «Ədəbiyyat və incəsənət» qəzeti məhz belə bir yüksək tələbatı ödəmək əzmindədir.

3.may 1979.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.08.2014) | Müəllif: R.C E W
Baxış: 838 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more