Əsas » Məqalə » Pəhrizlər

Yağsız pəhriz

     Bəziləri arıqlamaq istədikdə bir çox yağlı yeməkləri qida rasionundan çıxarmaq qərarına gəlirlər. Lakin bu düzgündürmü?
    Əvvəllər yağlı məhsulları yemək məsləhət görülmürdü: hesab edilirdi ki, kərə yağı və donuz piyi zərərli, bitki yağları isə xeyirlidir. Yağlarsız isə daha yaxşıdır: həm yaraşıqlı görkəmə, həm də sağlam olmağa görə.
    Lakin son illər dietoloqların bəziləri əvvəllər hökm sürən fikirləri qəbul etmirlər. Alimlər çoxsaylı tədqiqatlara əsaslanaraq artıq bu nəticəyə gəlmişlər ki, qarışıq pəhrizdə olan, yəni rasionunda həm heyvani, həm də bitki yağları olan insanlar daha sağlam və fizik aktiv olurlar.
    Yağlardan tam imtina nə ilə nəticələnir? Əslində yağlardan tam imtina etmək olmaz. Onların çatışmazlığını aradan qaldırmaq üçün orqanizm karbohidratdan yağlar hasil edir. Bu o qədər də əlverişli deyil, çünki karbohidratlardan alınan yağlar o qədər də faydalı olmur.
    Son illər ABŞ –da yağsız qida məhsullarının istifadə olunması kök adamların sayının azalmasına gətirib çıxarmadı. Əksinə, Amerikada kök adamların sayı getdikcə çoxalır, şəkərli diabet, hipertoniya xəstəliklərinin sayı getdikcə artır ki, bu da birbaşa artıq çəki ilə bağlıdır. Deməli, kökəlməyə yalnız yağlı qida qəbulu səbəb deyil. Beləliklə aydın olur ki, sağlamlıq üçün yağsız pəhriz o qədər də faydalı deyil. Yağların çatışmazlığı ümumi maddələr mübadiləsi pozulmasına gətirib çıxara bilər. Daha bir fikir var – marqarin yağdan daha xeyirlidir, deməli, yağı marqarinlə də əvəz etmək olar. Doğrudur, marqarində xolesterin yoxdur, lakin tərkibində transyağ turşuları var. Onlar yağ turşularını parçalayır ki, bu da normal deyil. Bu yaxınlarda İngiltərədə 80 min tibb bacısı üzərində aparılan çoxillik müşahidələr nəticəsində aydın olmuşdur ki, trans yağlarla qidalanan insanlar arasında miokard infarktı və ürəyin işemik xəstəliyindən ölüm halları daha çox olur.
    Yağ məhsulları enerji mənbəyidir
     Onlar bədənin istilik tənzimində mühüm rol oynayır. Yağların ehtiyatı çox olduqda uzun müddət qidasız qalmaq olur. Yağlar xüsusilə şimal bölgələrində yaşayanlar üçün vacibdir. Ətraf mühitin temperaturu aşağı olduqda hər səhər kərə yağı və ya digər tutumlu qida qəbul etmək lazımdır. Məhz buna görə də bir çox şimal rayonlarının sakinləri yağlı balıq yeməyə üstünlük verirlər.
    Yağlar dərialtı piy təbəqəsində və daxili orqanların ətrafında toplanaraq orqanizmin temperatur tənzimini təmin etməyə kömək edirlər. Bununla da soyuma riski azalır. Uzaq Şimalda yaşayanlarda ateroskleroz və ürək-damar xəstəliklərinə az rast gəlinir. Halbuki onların çoxu ilboyu yağlı yemək yeyirlər. Alimlər bunu balıq yağının qəbul edilməsi ilə əlaqələndirirlər.
    Ağıl və gözəllik üçün
     Yağlar hüceyrələrin tərkibinə daxil olur, deməli onların təzələnməsi üçün lazımdır. Xüsusilə sinir hüceyrələrində və baş beyində yağa bənzər maddələr var. Ona görə də uşaq yaşlarında zəif qidalanma intellektin inkişafına mənfi təsir göstərir. Məktəb yaşlı uşaqlarda yağların kifayət qəbul edilməməsi dərsi mənimsəmək və öyrənmək qabiliyyətini aşağı salır. Xolesterin isə orqanizmdə bir çox bioloji aktiv maddələrin hasil olunması üçün vacibdir: öd turşuları, cinsi hormonlar və digər maddələr xolesterin olmadan ifraz olunmur. Əgər qadın orqanizmində yağlar çatışmırsa, bu zaman aybaşı azalmış olur və ya tamamilə olmur, mayalanma mümkün olmur. A, E, D, K vitaminləri yalnız yağlı qida ilə mənimsənilir ki, vitaminlər və yağlar həm də saçların sağlam olması, dərinin hamar, sağlam olması üçün vacibdir.
     Əvəz olunmayan turşular
     Orqanizm üçün faydalı olan qida məhsullarından biri də əvəz olunmayan turşulardır. İnsan onları yalnız qida ilə qəbul edir. Onlar balıq və balıq yağı, kətan yağı və digər bitki yağlarındadır. Xolesterini azaldır, aterosklerozun qarşısını alır və damarların elaktikliyini artırır. Yağlar orqanizmin formasını saxlamaq üçün də lazımdır. Çox arıq qadınlarda böyrəklərin düşmə təhlükəsi var. Çünki orqanizmdaxili piy daxili orqanları müəyyən səviyyədə saxlayır və orqanizmə xaricdən gələn zərbələri geri qaytarır. Təsdiq olunmuşdur ki, arıq adamlarda köklərə nisbətən osteoporoz və sınıqlar daha çox təsadüf olunur. Ona görə də çəki az olduqda asan mənimsənilən süd məhsulları və bitki yağları qəbul etmək məsləhətdir.
     Təbii və faydalı
     Əslində qəbul etdiyimiz qidanın tərkibi çox vacibdir və sağlamlığımızı demək olar ki, müəyyən edir. Yediyimiz məhsullar nə qədər az kimyəvi və termiki işləməyə məruz qalsalar bir o qədər xeyirlidirlər. Məsələn, günəbaxan yağı onun tumlarının tərkibində, balıq yağı yağlı balıqlarda olur və s. Bu zaman insan lazımsız bioloji əlavələrdən uzaq ola bilər. Ona görə də tərkibində transyağlar olan məhsullardan uzaq olun. Onlar un məmulatları, konfetlərin içi, çipsilər, kartof — fri, kreker, peçenye və digər qənnadı məmulatlarında olur. Palma yağı da ağır məhsul hesab edilir. O bəzi şokoladların tərkibində olur.
     Nə seçməli?
     Heyvani yağlardan birdəfəlik imtina etmək olmaz. Məsələn, südün tərkibində yüksək bioloji dəyəri olan 20-ə yaxın yağ var. Orta yağlılıqda olan turş-süd məhsulları daha yaxşı mənimsənilir. Omeqa -3, kətan yağı, dəniz balıqları yaxşı mənimsənilir. Omeqa–3 aterosklerozun profilaktikası üçün vacibdir. O daha çox balıqda, qarğıdalı yağında olur. Çalışın ki, bu məhsulları daha çox yeyəsiniz, salatlara bu yağdan əlavə edəsiniz. İnsan üçün ən faydalısı rafinə olunmamış yağlardır. Əgər sizə onların dadı xoş gəlmirsə, o zaman zeytun, qoz, günəbaxan tumları, avokado yeyin.
     Bir həftədə 15 kilo arıqlayın
    Bir həftədə 15 kq arıqlamaq mümkündür.Bunun üçün, həftə ərzində diyetoloqların hazırladığı pəhrizdən kənara çıxmaq olmaz.Beləliklə qeyd edildiyi kimi 7 gün ərzində pəhriz saxlamaq lazımdır, əgər nəfsinizi tuta bilsəniz nəticəsini görəcəksiniz. Onu da əlavə edək ki, pəhriz əsnasında gün ərzində iki litr su içmək vacibdir.
1 ci gün.
Səhər yeməyi
    Şəkərsiz bir stəkan meyvə suyu, bir nazik dilim pəhriz çörəyi, 40 qr pendir, pomidor və xiyar
Nahar
    50 qr pəhriz çörəyi, toyuq döşü, bir stəkan ayran, bir porsiya az yağlı tərəvəz salatı (bitki yağı kimi zeytun)
Şam
    1 porsiya mərcimək şorbası, 180 qr buğda, bişmiş kotlet, üç yemək qaşığı yağsız qatıq və tərəvəz salatı
2 ci Gün
Səhər yeməyi
    Şəkərsiz çay,bir ədəd yumurta, iki nazik dilim pəhriz çörəyi, beş ədəd zeytun, pomidor ve yaşıl bibər
Nahar
    1 ədəd sosiska, 200 qr portağal, bir porsiya yağsız tərəvəz salatı
Şam
    140 qr qiymə ilə hazırlanmış ispanaq yeməyi, iki yemək qaşığı düyü (duzsuz və yağsız), 100 qr yağsız qatıq və tərəvəz salatı
3. gün
Səhər yeməyi
    Şəkərsiz bitki çayı, bir ədəd yağsız tost, bir alma, pomidor və xiyar
Nahar
    Bir ədəd buğda pişmiş kotlet, bir qızardılmış kartof(bitki yağında), bir porsiya tərəvəz salatı
Şam
    Bir toyuq budu (dərisiz), 1 yemək qaşığı makaron, üç yemək qaşığı zeytun yağı ilə hazırlanmış tərəvəz salatı
4. gün
Səhər yeməyi
    Şəkərsiz bitki çayı, iki yumurta, bir dilim pəhriz çörəyi pomidor xiyar
Nahar
    Bir soyutma kartof, bir stəkan ayran və xiyar
Şam
    Iki kiçik dilim pendir, bir stəkan qatıq və xiyar
5.gün
Səhər yeməyi
    Şəkərsiz çay, iki sosiska, bir dilim pəhriz çörəyi, pomidor və xiyar
Nahar
    140 qr dana əti (suda bişmiş), bir porsiya yağsız tərəvəz salatı
Şam
    210 qr suda bişmiş ət (mal əti toyuq və yaxud balıq) ve tərəvəz salatı
6. gün
Səhər yeməyi
    Şəkərsiz limonat, omlet (yağsız), 25 qr pəhriz çörəyi və tərəvəz salatı
Nahar
    100 qr pendir, bir portağal ve xiyar
Şam
    Balıq əti sərbəst
7. gün
Səhər yeməyi
    Şəkərsiz çay, 20 qr pendir 40 qr pəhriz çörəyi, bir pomidor və xiyar
Nahar
    300 qr qatıq, bir dilim pəhriz çörəyi ve xiyar
Şam
    Bol miqdarda meyvə
Bölmə: Pəhrizlər | Əlavə edildi: azerhero (17.03.2014) | Müəllif: R.C E W
Baxış: 680 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more