Əsas » Məqalə » Pəhrizlər

Çəki vermək üçün 30 təklif

    Davamlı bir pəhrizi dayandırıb, başqasınamı başlayırsınız? Yaxşı, bəs buna baxmayaraq, bir kilo 100 qram belə verə bilmirsinizmi?
    O halda sizə təklifimiz pəhriz sözünü qətiliklə unudub, kiçik detallara diqqət göstərərək, artıq çəkidən xilas olmanızdır.
    Çəki vermək üçün 50 fərqli dəyişikliklə formada bədənə bir addım daha yaxınlaşa bilər, sağlam və zəif olmanın dadına çata bilərsiniz.
    Və budur, tətbiqi asan, oyun halına gətirib, zövqlə sınayacağınız kiçik ipucları:

1-Tamamilə unudun
    Tez-yediyiniz, yağ nisbəti yüksək bir yeməyi seçin və onu 40 gün üçün tamamilə unudun. Bu müddət sonunda o yeməyin dadı ağzınızdan gedəcək.

2-Eyni dadı verənlər arasında hər zaman daha aşağı kalorilisini seçin
    Nümunə: Portağal suyu (1 fincan 110 kalori) yerinə pomidor suyu (1 fincan 45 kalori) üçün. Yarım stəkan albalı suyunu yarım stəkan soda ilə qarışdırdığınızda kalorisi 50 faiz düşür.

3-Su için
    Daha çox su içməyə başlamalısınız. Gündə ən az 8 stəkan su içərək, işə başlaya bilərsiniz. Əgər belə bir vərdişiniz yoxdursa, yanınızdan kiçik bir su şüşəsini ayırmayın, bu şüşəni hər dəfə içmək ağlınıza gələcəkdir.

4-Sousları unudun
    Salatınıza bir miqdar ləzzət qatmaq üçün tökdüyünüz souslar kilo almağınıza səbəb olar. Bu səbəblə salat sousu yerinə bir az ədviyyat və bir şirin qaşığı zeytunyağını salatınıza əlavə edə bilərsiniz.

5-Yeməkdən sonra yatağa girməyin
    Çəki almamaq üçün xüsusilə axşam yeməyindən dərhal sonra yatma vərdişindən xilas olun, mümkünsə axşam altıdan sonra meyvə xaricində bir şey yeməyin. Gecə atıştırmalarından da xilas olun.

6-Tez yeyin
    Çəki vermək istəyənlərin düşdüyü yanılmalardan biri də çox tez yemək yeməyin kilo verdirməyəcəyi inancıdır, lakin bu səhvdir. Çünki beş-altı saatda bir mədəni boş buraxmamaq maddələr mübadiləsinizi sürətli işləməsinə səbəb olur. Bu səbəblə az-az və tez-tez yeməlisiniz.

7-Süd için
    Gündə üç ya da dörd dəfə süd və qatıq, ya da pendir kimi süd məhsullarını istehlak edən qadınlar, içməyənlərə nisbətən yüzdə 70 daha çox yağ yandırarlar. Çünki kalsium maddələr mübadiləsini sürətləndirərkən bədənə daha çox yağ yandırması üçün əmr vermiş olur. Bu məhsulların "light" olanları ilə zəifləmə sürətinizi artıra bilərsiniz.

8-Yaxşı bir yuxu
    Edilən araşdırmalara görə gecələri dörd saatdan az yatan insanlar daha çox yatanlarla müqayisədə kilo alarlar. Çünki yorğun bir bədən, normal, gündə yandırılan enerjini yandıra bilməzsiniz və maddələr mübadiləsi yavaşlayar. Bunun üçün hər gün yuxunuzu nizamlı almağa diqqət etməlisiniz.

9-Stressi məğlub edin
    Stressli bir həyat kilo almanın səbəblərindəndir, çünki stressli olduğunuz vaxtlarda bədəniniz stress hormonları ifraz və bu hormanlar qarın bölgəsindəki yağ yığılmasını təmin edən hüceyrələrin böyüməsinə səbəb olar. Stressi məğlub etmək üçün ictimai fəaliyyətlərdə olmalı, özünüzü rahatlatmalısınız.

10-Hazır yeməkləri unudun
    Sürətli və tez yemək etmək üçün aldığınız dondurulmuş qidalar ya da hazır yeməklər ehtiva etdikləri qatqı maddələri kilo aldırar. Bu səbəblə təzə tərəvəzləri bişirməyi seçməlisiniz.

11-Lifli (fibroz) yeməkləri istehlak edin
    Çox lifli qidalar doyma hissini verər və tez acmağınıza mane olar. Ağ çörək yerinə kəpəklisini, ağ düyü yerinə əsmərini istehlak edin. Lif nisbəti yüksək mərcimək, quru paxla, noxud kimi qidalara üstünlük verin. Əlbəttə tərəvəzləri unutmayın.

12-Qəlyanaltı etməyin
    Avtomobilin içinda qəlyanaltı edirmisiniz? Telefonla danışarkən bir şeylər yeyirsinizmi? İmtina edin...

13-Soyuducuya basqın edin
    Bu basqın hər zamanki kimi, bir şey yemək üçün olmasın. Soyuducuda qalmış bol kalorili yeməkləri atın. Mətbəx dolabınızdaki yağlı cips, qarğıdalı tumlarını və quru meyvələri atın. Mətbəxinizdə sizin üçün pis olan bütün yeməkləri, önümüzdəki 30 gün üçün, bəlkə də əbədi olaraq özünüzə qadağan edin.

14-Daha çox su və soda
    Spirtin yerinə su və soda içməyə diqqət edin. Bədəninizdəki yağ parçacıqlarının itdiyini görəcəksiniz.

15-Şokolad yemək istəyinizi azaldın
    Əgər şokolad yemək istəyinizin qətiliklə qarşısını ala bilmirsinizsə, kiçik mini barlardan alın və ya şəkərsiz, isti kakao, yağsız pudinq istifadə edin.

16-İş düşkünü olun
    Gələcək ay şirkətin yeməkxanasına girməmə qərarı alın. Qəhvə və çay içmək üçün, ya da öz gətirdiyiniz buterbrod yemənin xaricində... Şirkətdəki ad günü və partilərdə şərəfə qaldırdığınız qədəh içində soda olsun.

17-Krem qəti
    Bir kino ulduzu, içində krem sözü olan heç bir şeyi yemədiyini söyləyir. Kremli tort, kremli şorba kimi. Çünki o, krem demənin yağ demək olduğunu bilir. Bunun tək istisnası, yağsız krem pendir deməkdir.

18-Kalorini azaldın
    Kaloriləri azaltmağı bir oyun halına gətirin. Bu gün yediklərinizin kalori miqdarını hesablayın, sabah bundan 50 kalori düşün. O biri gün bir 50 kalori daha düşün. Gündə 1200 kaloridən aşağı düşməməyə diqqət edin.

19-Səhər yeməyi yeyin
    Heç bir zaman naharları atlamayın. Yağsız qatığın içinə bananı dilimləyin. Bişmiş yulafın içinə quru üzüm qoyub, yeməyi adət edin.

20-Rəqs edin
    Evdə musiqi dinləyin. Hərəkətli musiqi seçin və yoldaşlığında rəqs etməyi laqeyd yanaşmayın.

21-Liftə minməyin
    Önünüzə gələn hər nərdivanı məşq edəcəyiniz bir fürsət olaraq düşünün, istədiyiniz kiloya gələnə qədər liftə minməyi ağlınıza belə gətirməyin.

22-Pəhriz içkiləri
    Pəhriz içkilərdən uzaq dayanmalısınız. Bu cür içkilərin içlərində süni dadlandırıcı olur. Onların yerinə portağal, alma kimi sağlam meyvə sularından içməlisiniz. Həm sağlamlığınız baxımından, həm də kilo baxımından bir çox mütəxəssis pəhriz içkilərin içilməməsini tövsiyə edir.

23-Yavaş yemək yeyin
    Çox kilolular, sürətli yemək yeyənlərdir. Yoldaşlarınızla və ya ailənizlə nə zaman yemək yeyirsinizsə yeyin, yeməyi ən son bitirən adam siz olun.

24-Dar gələn libaslarınızı geyinin
    Hər səhər qalxdığınızda ilk işiniz sizə dar gələn şalvar və ya şortları sınamaq olsun. Bu yeməyinizə diqqət etməkdə, sizi gün boyu motivasiya edəcək.

25-Xəyallarınızı qutulayın
    İstədiyiniz kiloya düşdüyünüzdə, etməyi planladığınız hər şeyi xatırladacaq bütün fotoşəkilləri, reklamları, yazıları kəsib, bir qutunun içinə qoyun. Bir şey yemək istədiyinizdə, ya da gimnastika etməyə həvəsli olmadığınızda, qutunu açıb baxın.

26-Yataq otağını yeməyə bağlayın
    Əgər sizdə bir çoxunuz kimi yataq otağı daxil olmaqla, evin hər tərəfində qəlyanaltı edirsinizsə, bunu bir dəfə daha düşünün. Nə qədər çox yerdə yemək yemək üçün özünüzə icazə verirsinizsə, o qədər çox yemək yeyirsiniz deməkdir. Bir müddət üçün yemək saatlarında, yemək otağı xaricində digər yerlərdə yemək yeməyi özünüzə qadağan edin.

27-Özünüzü mükafatlandırın
    Ən çox sahib olmaq istədiyiniz 5 əşyanın siyahısını hazırlayın. Hər 1 kilo verdiyinizdə və bunu bir həftə qoruduğunuzda, özünüzə siyahıdakı bir şeyi alın.

28-Qənaət edin
    Həqiqətən ehtiyacınız olmayan bir şeyi nə zaman yemək istəsəniz, ona verəcəyiniz pulu bir qabın içinə atın. Bir neçə həftə sonra pulların çoxluğu sizə nə qədər çox şey yemədiyinizi xatırladacaq və bu pul ilə özünüzə bir hədiyyə ala biləcəksiniz.

29-Sevgiyə dair duyğularınızı canlı tutun
    Ehtiras kiloları əridər. İkiniz qorxmadan restoranlara getməyə başlaya bilərsiniz. Çünki aşiqkən kim yeməkləri düşünə bilər ki?

30-Tez bazar yeməyin
    Veriləcək 2-3 kilo bir yanda, kilolarınıza kilo qatacaq tez cuburlar digər tərəfdə... Və siz bu günə qədər heç ac qalmasaz da bunlardan bir cür uzaq qala bilməzsiniz. Bütün gün edəcəklərinizi planlayın. Kinoya gedin, kitab oxuyun, gəzməyə çıxın... Nə edirsinizsə edin, yetər ki, soyuducudan uzaq durun.
Bölmə: Pəhrizlər | Əlavə edildi: azerhero (19.03.2014) | Müəllif: R.C E W
Baxış: 515 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more