Əsas » Məqalə » Pəhrizlər

Ballı – yumurtalı pəhriz

    Balla yumurta sarısının qarı-şığı özündə hədsiz sayda vitamin, mineral, zülal və karbohidrat birləşdirir. Üstəlik, ona sıxılmış limon suyu bu həzzi daha da qiymətli edir. Bu pəhriz aşağı kalorili pəhrizlərdən heç də fərqlənmir. Orqanizmi təmizləyir, gücləndirir, arıqladır, adamı tox tutur.

I gün:

Səhər:
    2 yumurtanın sarısını 1 çay qaşığı balla qarışdırıb (mikser və ya blenderdə), 1 fincan limonlu çayla içirsiz.
Günorta:
    90 gr yağsız pendir, bir çay qaşığı bal qatılmış qəhvə
Axşam:
    kiçik boşqabda bulyon, bir dilim qara çörək, alma
Yatmazdan əvvəl:
    limonlu açıq rəngli çay

II gün:

Səhər:
    Yenə də balla yumurta sarısı qarışığı, qəhvə
Günorta:
    bal, yumurta qarışığı, 100 qr kəsmik, limonlu çay
Axşam:
    quş əti, tərəvəz salatı, limonlu çay

III gün:

Səhər:
    bal yumurta qarışığı, limonlu çay
Günorta:
    50 qr yağsız pendir, qara çörək, 200 qr kələm-kök salatı (üzərinə limon sıxılmış)
Axşam:
    300 qr buğda bişmiş tərəvəz, yumurta, bal qatılmış çay Pəhriz həftələri zamanı hansı mayelər içilməlidir?

    SU – gündə minimum 3 stəkan. Yaxşı olar ki, suya bir azca limon suyu sıxasız. Təbii ki, əgər təzyiqiniz imkan verirsə.
    OLMAZ: distillə olunmuş su, qazlı, şirəli. Distillə edilmiş suda mineral və duz yoxdur. Bu su bədəni qurudur.
    ÇAY – yaşıl çay, rəngi açıq qara çay şirniyyatsız, qəndsiz içilməlidir. Çayı quru meyvə və balla içə bilərsiz. İndi mağazalarda bol olan meyvəli çayları tətbiq edin. Kəskin qoxulu, acı və yandırıcı otlardan dəmləmələrlə ehtiyatlı olun, çünki ac qalmış mədə qişasını yandıra bilərsiz.
    KEFİR VƏ QATIQ – hər axşam yatmazdan əvvəl bir stəkan yaxşıca çalınmış qatıq və ya kefir için.
    AYRAN OLMAZ – çünki iştahı artırır, adamı tez acıdır.
    SÜD QƏTİ OLMAZ: süd bəzən pəhriz menyusu ilə tərs-mütənasib olur və mədə-bağırsaq sistemini pozur.
    İştahı kəsən içkilər
    Bal və limon qatılmış su və ya çay
    Quru meyvələrdən bişirilmiş kompot
    Kvas
    İtburnu dəmləməsi
Bölmə: Pəhrizlər | Əlavə edildi: azerhero (17.03.2014) | Müəllif: R.C E W
Baxış: 582 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more