QƏŞƏNG XORUZ
Biri var idi, biri yox idi, keçmiş zamanlarda iki uzaq qohum var idi. Bunlann biri yoxsul idi, özü də meşədə, balaca bir daxmada olurdu. O biri dövlətli idi, şəhərdə, qəşəng, böyük bir evdə yaşayırdı.
Günlərin bir günü yoxsul, meşə ilə gedirdi, birdən ağacın altında parıldayan, qızıl bir lələk gördü. Başını qaldırıb yuxarı baxdı, gördü ki, ağacda quyruğu qızıl bir xoruz oturub. Yoxsul qızıl lələyi götürüb birbaş şəhərə, dövlətli qohumunun yanına gətirdi.
Dövlətli qızıl lələyə baxıb dedi:
-Gözəl şeydir!
Ancaq dəyəri çox azdır. Mən sənə bu lələk üçün bircə manat gümüş pul verərəm.
Yoxsul isə ömründə qızıl görməmişdi, ona görə də bilmirdi ki, bu lələk xalis qızıldandır. O elə bilirdi ki, bu nə isə qəşəng parıldayan bir şeydir. Ona görə də o elə bildi ki, onun qızıl lələyi üçün gümüş pul yaxşı qiymətdir.
Yoxsul kişi o biri gün yenə də meşəyə getdi, həmin ağacın altından yenə də qızıl lələk tapdı. Onu götürüb dövlətlinin yanına apardı, yenə də əvəzində gümüş pul aldı. Bir neçə gün dalbadal bu əhvalat belə baş verdi.
Bir dəfə də yoxsul həmişəki kimi ağacın altma gəldi, gördü ki, qızıl quyruqlu xoruz bərkdən banlayır:
-Kim mənim ürəyimi yesə, o adam hər gün balışının altından iki qızıl yumurta tapacaq! Kim mənim ürəyimi yesə, o hər gün balışının altından iki qızıl yumurta tapacaq!
Yoxsul bu işə lap mat qaldı, tez şəhərə qaçıb əhvalatı dövlətli və acgöz qohumuna danışdı. O isə cavabmda dedi:
-Əgər sən o xoruzu mənim üçün tuta bilsən, sənə onun üçün min gümüş pul verərəm!
Yoxsul onunla belə şərt kəsdi:
-Sənin pulun mənə lazım deyil! Yaxşısı budur ki, mənim iki oğlumu öz yanma aparıb onlara öz uşaqların kimi bax. Mən istəyirəm ki, onlar ağıllı və savadlı olsunlar.
Dövlətli o saat söz verdi ki, yoxsulun uşaqlarını yanına aparar və onları oxumağa qoyar. Bunun əvəzində də yoxsul kişi dövlətliyə söz verdi ki, qızıl quyruqlu xoruzu onun üçün tutsun.
Yoxsul səhər tezdən meşəyə, həmin ağacın altına gəldi. Qəşəng xoruz dinmədən yuxarıdan ona baxırdı.
Yoxsul nişan alıb oxla qızıl quyruqlu xoruzu vurdu. Yoxsul kişi xoruzu götürüb oğlanlarına verdi, onları şəhərə, dövlətli qohumunun yanma göndərdi.
Dövlətli qızıl quyruqlu xoruzu görüb sevincindən atılıb-düşdü. O özü xoruzun qızıl lələklərini bir-bir yoldu, sonra onu yoxsulun oğlanlarma verdi ki, xoruzu bişirib nahara ona versinlər. O, özlüyündə belə qərara gəlmişdi ki, yoxsulun oğlanlarını dərsə göndərməyəcək: qoy onun yanında qalıb nökərçilik eləsinlər!
Oğlanlar mətbəxə keçib xoruzu bişirməyə başladılar. Onlar çalışırdılar ki, xörək dadlı olsun, dövlətli qohumları razı qalsın. Ancaq bəxtləri gətirmədi: xoruz bişib lap hazır olana yaxın, ətin suyu birdən qazanda pıqqapıq qaynadı, xoruzun ürəyi sıçrayıb birbaş döşəmənin üstünə düşdü!
-Vay, bu nə bəladır başımıza gəldi! - deyə böyük qardaş dilləndi. - İndi gərək xoruzun ürəyini tullayaq. Bir bax ha, lap çirkli döşəmənin üstünə düşüb. İndi onu götürüb ağamıza verə bilmərik...
Kiçik qardaş isə yalvardı:
-Xoruzun ürəyini tullama! Mən səhərdən heç bir şey yeməmişəm. Yaxşısı budur ki, gəl onu götürüb yuyaq, özümüz yeyək.
Qardaşlar belə də elədilər: xoruzun ürəyini yuyub iki yerə böldülər, hərə bir parçasını yedi. Sonra da bişmiş xoruzu dövlətli qohumlarının yanına apardılar.
Dövlətli o saat başladı boşqabın içini qurdalamağa ki, xoruzun ürəyini tapsın. Axtardı, axtardı, xoruzun hamısını yedi, ancaq ürəyi heç yerdə tapmadı. Onda dövlətli, üzünü qardaşlara tutub soruşdu:
-Xoruzun ürəyi hanı? Onu neyləmisiniz?
Qardaşlar bu vaxt əhvalatı olduğu kimi ona danışdılar.
Tamahkar dövlətli onların əlindən elə hirsləndi ki, ağacı götürüb onların ikisini də evdən qovdu. Qardaşlar ağlaya-ağlaya meşəyə, öz yoxsul, balaca komalarına qayıtdılar. Onlar heç başa düşə bilmirdilər ki, bir xoruzun ürəyi nədir ki, onun üstündə dövlətli bu qədər hirslənib onları evindən qovdu.
Gecə keçdi, səhər qardaşlar hərəsi öz balışının altından bir qızıl yumurta tapdı. Onlar qızıl yumurtaları da götürüb atalarının yanına getdilər və başlarına gələni ona danışdılar.
Atası onlara dedi:
-Mənim o dövlətli qohumumdan ürəyim bərk incidi, sizi evindən qovduğu üçün mən bu parıldayan yumurtaları hər kəs olsa sataram, təkcə ona yox.
Elə bu vaxt yaxınlıqdan gəzərgi bir tacir keçirdi. Yoxsul kişi yumurtaları götürüb onun yanına getdi. Tacir dedi:
-A, bu yumurtalar ki, xalis qızıldır! Mən bu qızıl yumurtalara görə sənə yaxşı pul verərəm.
Tacir bunu deyib yoxsulun ətəyinə o qədər pul tökdü ki, o, heç ömründə bu qədər pul görməmişdi.
Yoxsul kişi ancaq indi başa düşdü ki, dövlətli qohumu onu həmişə aldadırmış, - qızıl lələk üçün ona gümüş pul verirdi. “Eybi yoxdur! - deyə yoxsul öz-özünə düşündü. - Bizlərdə bir məsəl var, deyərlər ki, başqasmı aldadan özü də aldanar. Elə belə də oldu.
O gündən bəri qardaşlar hər gün öz balışlarının altından hərəsi bir dənə qızıl yumurta tapırdılar. Atası bu qızıl yumurtaları yaxşı qiymətə satırdı.
Onlar indi lap yaxşı dolanırdılar. Ancaq ən başlıcası o idi ki, qardaşlar öz arzularına çatmışdılar: indi onların ikisi də elm öyrənirdi və xeyli şey də öyrənə bilmişdilər.
AXMAQLAR
Bir dəfə dovşan ağacın altında oturub həyat haqqında düşünürdü.
“Dünyanı vəlvələ, həyəcan bürüyüb, addımbaşı təhlükəyə düçar olursan, - deyə öz-özünə söylənirdi. - Hər şeydən əvvəl, başının üstünü bəla ala bilər; zəlzələ, uçqun və ya fırtma qopa bilər. İkincisi - həmişə ac qalacağından qorxursan, axı yemək və su ehtiyatı qurtara bilər. Bir də ki, axı həmişə oğru ya quldur başının üstünü ala bilər...”
Bura çatanda nəsə bir vacib şey dovşanın yadına düşdü və o qaçdı.
Dovşan bilmədi ki, meşənin üç sakini onun danışığını eşidib bərk qorxuya düşüb. Bunlar: qızquşu, soxulcan, bir də meymun idi.
Qızquşu, zəlzələ və fırtma sözündən bərk qorxuya düşüb titrək səslə dedi:
-Birdən mən yatmış olanda göy mənim üstümə uçub tökülsə, neylərəm?! Gündüz olsa, dərd yarıdır! Mən bir təhər uçub qaçaram, yatmış olanda göy uçsa, məni xurd-xəşil eləyər ki?!
Soxulcan aclıqdan qorxub:
-Əgər mənim yediyim bitki köklərinin ehtiyatı qurtarsa, mən ölərəm, ölərəm!..
Meymun isə o saat oğru və quldur haqqında düşünüb gözlərinin yaşını axıda-axıda dedi:
Mən dünyada hər şeydən çox yerin xətrini istəyirəm. Ancaq gecələr mən onu qoyub gedirəm, çünki ağacda yatmağa adət etmişəm. Birdən mən yatan vaxt oğrular, ya quldurlar gəlib yeri oğurlasalar nə olar?!
Qızquşu o vaxtdan bəri balaca ayaqlarını yığıb arxası üstə yatır ki, birdən göy uçsa onu tuta bilsin.
Soxulcan isə yediyini o saat qusur ki, bitki köklərinin ehtiyatı qurtarmasm.
Meymun da hər gecə üç dəfə ağacdan yerə düşür ki, quldurarın yeri hələ oğurlamadıqlarını görüb ürəyi sakit olsun.
BEŞ MEHRİBAN DOST
Mən sizə beş mehriban dostun nağılını danışım.
Keçmiş zamanlarda dörd qardaş, bir də onların ən yaxm dostu və nökəri var idi. Ancaq bu nökər adi nökərlərdən deyildi. Buna yaxşı olardı ki, böyük dost, başçı deyəydin, çünki bu, dörd qardaşın dördündən də qüvvətli və təcrübəli idi.
Bu böyük dostun adı Qüvvətlicə idi. O ucaboy deyildi, ancaq ətli-canlı və qüvvətli idi, ona görə də ona Qüvvətlicə ad qoymuşdular.
Qardaşların böyüyünün adı Davakar idi, çünki, o həmişə hamıdan qabaq dava-dalaş salardı.
İkinci qardaşın adı Hamıdanuca idi. Çünki o, doğrudan da qardaşların hamısından uca idi.
Üçüncü qardaşın adı Xəzinədar idi, çünki, qayğıkeş, yığımcıl və ehtiyatlı idi.
Dördüncü qardaş da boyca hamısından kiçik olduğu üçün ona Balaca deyirdilər.
Bu beş mehriban dost uzun müddət dünyanı gəzib dolaşdı və cürbəcür igidliklər göstərdilər. Bir dəfə də onlar zalım bir padşahın şəhəri olan böyük və varlı bir şəhərə gəlib çıxdılar.
Qüvvətlicə dedi:
-Bəsdir daha dünyanı gəzib dolaşdıq və xırda-para, boş-boş işlərlə məşğul olduq! Bunlarla biz ad-san qazanmayacağıq. Yaxşısı budur, gəlin, bu padşahın yerini ələ keçirib şəhəri zalım padşahın zülmündən azad edək. Onda adamlar bizim adımızı həmişə şərəflə yad edəcəklər.
Qardaşlar razılaşdılar. Beş hörmətli dost şəhərin qızıl divarlarına yaxınlaşdı.
Davakar qabağa çıxıb padşahı davaya çağırdı.
Şiddətli vuruşma başlandı. Beş mehriban dost padşahla və onun qoşunu ilə mübarizəyə başladı. Bu davada Hamıdanuca xüsusilə fərqləndi. Axırda zalım padşah məğlub oldu, şəhər də azad edildi.
Beş mehriban dost da oturub fikirləşməyə başladılar ki, şəhəri kim idarə etsin?
Dörd qardaş deyirdi ki, şəhəri gərək Qüwətlicə idarə etsin, çünki Qüvvətlicə onların başçısıdır və hamısından da böyük və təcrübəlidir.
Qüvvətlicə razı olmadı. O, dedi ki, şəhəri gərək Davakar idarə etsin, axı padşahı davaya o çağırıb və döyüşü də o başlayıb.
Davakar da razı olmadı. O, dedi ki, şəhəri gərək Hamıdanuca idarə etsin, çünki o hamımızdan zirək vuruşurdu və bizə qələbə qazandıran da odur.
Ancaq Hamıdanuca da razı olmadı. O dedi ki, şəhərin bu qədər varı-dövləti var, o bunu sayıb qurtara bilməz! Yaxşısı budur ki, Xəzinədar şəhərin başçısı olsun.
Ancaq Xəzinədar da razı olmadı. O dedi ki, şəhəri gərək Balaca idarə etsin, çünki o hamımızdan kiçik və zəifdir. heç vaxt o özü üçün başqa padşahın yerini ələ keçirə bilməz.
Ancaq Balaca dedi ki, o çox zəifdir, ona görə də yaxşı hökmdar ola bilməz.
Beş mehriban dost çox götür-qoy etdilər, axırda belə qərara gəldilər: “Şəhəri, beşimiz də birlikdə idarə edək!”. Qərara aldıqları kimi də elədilər. Dünyada bu beş mehriban dost kimi hakim, yer üzünə gəlməmişdi.
İndi də, uşaqlar, öz əlinizə baxın. Sizin də beş mehriban dostunuz var ki, bunlar da sizə canla-başla işləməyə hazırdırlar. Baxın görün: sizin böyük barmağmız - Qüvvətlicədir: o qüvvətli və möhkəmdir. Şəhadət barmağmız - Davakardır: axı siz birini hədələmək istəyəndə şəhadət barmağmızı onun üçün silkələyirsiz. Sizin orta barmağmız - Hamıdanucadır: o elə doğrudan da o biri barmaqlardan böyükdür. Adsız barmaq Xəzinədardır, çünki böyüklər qızıl və gümüş üzükləri bu barmağa taxırlar. Sizin çeçələ barmağmız isə Balacadır - bu barmaq həm balacadır, həm də zəif və gülməlidir!
Bax, görürsüz, demək sizin də hər şeydə sizə kömək etməyə hazır olan beş mehriban dostunuz var. Onlar sizə xoşbəxt olmaqda kömək edərlər.
|