Əsas » Məqalə » Nağıllar

Koreya nağılları
KOREYA NAĞILLARI
BU VƏ NOR BU QARDAŞLARININ NAĞILI


     İki qardaş vardı.
     Böyük qardaş Nor Bu dövlətli və zalım idi, elə zalım idi ki, qonşuların qanını qaraltmaq üçün quyuya tüpürər, itləri yoldan keçənlərin üstünə qısqırdardı. Kiçik qardaş Xm Bu isə darısqal və qaranlıq daxmasında öz böyük ailəsilə nə qədər pis dolansa da, xoşrəftar və rəhmdil idi; hərəni bir dillə danışdıra bilirdi, o özünün axırıncı tikəsini ehtiyacı olan hər kəslə bölməyə hazır idi.
     Bir dəfə elə ittifaq düşdü ki, Xm Bunun əkinini su basıb tələf etdi, qardaşının yanma getdi ki, ondan bir az darı istəsin.
     Nor Bu qapının ağzmda qardaşını görən kimi söyüb qovdu.
     Xm Bu bir kəlmə söz demədən qayıdıb evinə getdi. Arvadı onun üzünə baxan kimi o saat başa düşdü ki, əli boş qayıdıb. Ona ürək-dirək verib dedi:
     -Vaxt olar ki, biz də yaxşı yaşayarıq. Ay kişi, heç ürəyini sıxma!
     Bahar gəldi. İlk qaranquşlar uçub gəldi. Qaranquşlardan biri yoxsul Xm Bunun evinin qamış damı altında özü üçün yuva tikdi. Xm Bu qaranquşu görüb dedi:
     -Sən nə üçün mənim deşik-deşik damımın altında özün üçün yuva tikdin? Köhnə qamış sənin balalarını küləkdən qoruya bilməz, mənim həyətimdə isə dənləməyə sən nə bircə dən, nə də çörək qırıntısı tapmazsan.
     Qaranquş Xm Bunun damı altında bala çıxartdı. O, bütün günü uçub milçək tutur, balalarına Yedirdirdi.
     Xm Bu yoxsulluğuna baxmayaraq, hərdənbir qaranquş üçün yerə çörək qırıntıları atırdı...
     Bir dəfə bir ilan qaranquşun yuvasma çıxıb balaların üstünə atıldı. Xm Bu bunu görüb ağacını qapdı və qışqırmağa başladı. İlan ürküb geri süründü. Ancaq qaranquşun balalarından biri yuvadan yıxılıb ayağını sındırdı. Xm Bu balanı yerdən götürüb onun ayağını müalicə etməyə başladı. Xm Bu öz komasmda yuva qayırıb balanı ora qoydu.
     Bala böyüyüb qol-qanad bağlayandan sonra Xm Bu onu uçurub dedi:
     -Sən uç get öz məmləkətinizə, qaranquşlar ölkəsinə! Uç get özünə xoş gün qazan!
     Qaranquş qanad çalıb Xm Bunun komasının başına hərləndi, cikkildədi, qaranquşların qışı keçirtdikləri öz isti ölkələrinə uçub getdi.
     ...Yenə də bahar gəldi. Qaranquşlar yenə də öz köhnə yerlərinə uçub gəldilər. Xın Bunun qulluq edib sağaltdığı həmin qaranquş da uçub gəldi.
     Xm Bu öz komasının qabağında oturmuşdu, ürəyindən qara qanlar gedirdi. Yenə də düyü və darı əkmək vaxtı gəlib çatıb, onun isə nə dəni var, nə də yeri; məmurlar gəlib borcuna görə hamısını əlindən alıblar.
     Qaranquş Xm Bunun koması üstündə hərlənib cikkildədi və yerə nə isə bir şey atdı. Xm Bu onu götürüb gördü ki, kudu tumudur. Qaranquşa dedi:
     -Elə bunun üçün də çox sağ ol! Əkməyə elə onsuz da dənimiz yoxdur. İndi heç olmazsa kudu əkərik.
     Xm Bu kudunu lap komanın qabağında əkdi.
     Kudu tumu cücərib, özünü tutdu. Böyüməyə başladı. Xm Bu- nun ailəsi kuduya yaxşı qulluq edirdi. Kudu iriləşib lap yekə oldu, tağı qalxıb bütün komanı örtdü. Tağ gül tökdü, sonra da bar verməyə başladı. Payıza Xm Bunun damında üç yekə kudu yetişdi. Kudular o qədər iri idi ki, heç kəs o boyda kudu görməmişdi.
     Kudu dəydi. Xm Bu kuduları dərdi. Sonra da mişarlamağa başladı.
     O, birinci kudunu mişarlayıb qurtaran kimi o saat onun içindən hər cür yeməklər çıxmağa başladı. Özləri də elə yeməklər idi ki, ağzına qoyan kimi hər cür xəstəlik sağalırdı. Bu yeməklər yüz cür də xəstəlik olsa idi sağaldırdı. Xm Bunun keyfi kökəldi. Axı özü qaranlıq və rütubət komasında tez-tez xəstələnirdi!
     O, ikinci kudunu kəsməyə başladı. Xm Bu kuduya əlini vuran kimi o saat özü yarı bölündü. Kudunun içindən cürbəcür paltar çıxdı. Xm Bu sevindi - axı o, cır-cmdıra həsrət idi.
     Xm Bu axırıncı kudunu götürüb kəsdi. Bunun içindən böyük dövlət çıxdı: qızıl, gümüş, qiymətli qaş-daş... Xm Bu lap sevin- di! O bilirdi ki, məmur borcunu istəyəndə, bir qara qəpiyin də böyük qiyməti var!
     Xm Bu indi öz ailəsilə yaxşı dolanırdılar. Özünə kirəmidli damı olan böyük ev tikdirdi; hər şeyi gen-bol var idi: yeri də, paltarı da, yeməyi də. Xm Bu qaranquşu da yaddan çıxarmadı. Damm qırağında elə əyilmiş kamiz qoydurdu ki, qaranquşlar üçün yuva tikmək asan olsun. O vaxtdan bəri koreyalılar evlərinə bu cür kamiz qoyurlar.
     İndi bu xeyirxah qardaşın, ürəyin istəyən hər şeyi var idi. Yoldan keçənlərə Xm Bu bir şey verməyi əsirgəməzdi. Xm Bu əvvəllərdə olduğu kimi əli aşağı düşən adamlara hər cür köməklik edirdi.
     Acgöz qardaşı eşitdi ki, Xm Buya xoşbəxtlik üz verib; dövlət başından aşır. Paxıllığından hətta Nor Bunun yuxusu da çəkildi. Qəddar arvadının isə ondan da çox paxıllığı tuturdu.
     Nor Bunun arvadı dözə bilməyib kiçik qardaşgilə getdi. Bilmək istəyirdi ki, Xm Bu nədən belə varlanıb. Xm Bunun təzə evini görəndə paxıllığından az qaldı ürəyi partlasın.
     Xm Bu gördü ki, qardaşı arvadı dayanıb onun evinə baxır, onu içəri çağırıb yuxarı başda əyləşdirdi, qabağına cürbəcür yeməklər gətirib qoydular. Nor Bunun arvadı bir o qədər yemirdi, hey başını hərlədib evdəki şeylərə baxırdı ki, görsün Xm Bunun nəyi var. Axırda dözə bilməyib Xm Budan soruşdu ki, bu var- dövlət hardan əlinə keçib. Xm Bu da nə gizlətsin? Bütün əhvalatı olduğu kimi danışdı.
     Varlının arvadı tez qaçıb evinə getdi. Xm Bunun evində gördüyü şeylərdən, bir az da özündən şişirdib danışdı. Nor Bu ilə arvadı xeyli oturub danışdılar və Xm Bunu ona üz verən xoşbəxtlik üçün lənətləndirdilər. Nor Bu dedi:
     -Eybi yoxdur. Yaza qədər gözləyərik... Mən də elə eləyərəm ki, qaranquş bizim üçün də xoşbəxtlik gətirsin. Əgər o, dilənçi, axmaq Xm Bu o qədər dövlət ala bilmişsə, biz ondan bir on qat artıq alarıq!
     Yenə də yaz gəldi. Qaranquşlar isti ölkələrdən uçub gəldilər. Özlərinə yuva tikməyə başladılar. Nor Bunun evinin damının altında da qaranquş özünə yuva tikdi. Qaranquş bala çıxartdı. Nor Bu balaları görüb daha ilanı gözləmədi - özü çıxıb balaların bircəciyini saxlayaraq qalanlarını boğub öldürdü. O, balanı evinə gətirib qıçını sındırdı və müalicə eləməyə başladı. Sağaldıb yaxşı elədi. Götürüb buraxdı uçsun, özü də dedi:
     -Yadından çıxartma ki, mən səni sağaltmışam. Sən sınan ayağınla nəyə yarayacaqdın! Mən səni müalicə edib sağaltdım... Bir gör nə qədər dərman işlətmişəm!
     Qaranquş uçub öz ölkələrinə getdi.
     Yenə də yaz gəldi. Qaranquşlar qayıdıb gəldilər.
     Nor Bu evin artırmasında oturub göyə baxırdı. Qaranquşları görüb qışqırdı:
     -Bəs mənə borclu olan qaranquş hanı? O da uçub gəlirmi?
     Nor Bu mis qəlyanı əlində, qıllı qara şlyapasını dala itələyib oturmuşdu, ətli sifəti işıldayırdı, həris gözləri parıldayırdı...
     Qaranquş uçub gəldi. Nor Bunun evinin üstünə çatanda, onun üçün kudu tumu ataraq çıxıb getdi.
     Nor Bu tumu götürüb evinin qabağında basdırdı. Heç kəsi yaxına buraxmır, özü isə bir dəfə də artıq sulamır, çünki yekə qarnı əyilməyə mane olurdu. Kudu göyərməyə başladı. Tağı böyüyürdü. Nor Bu baxmaqdan doymurdu, deyirdi ki: “Bircə tez yetiş!”
     Kudu tağı uzanıb Nor Bunun evinin damının üstünü tutdu.
     Payıza üç iri kudu yetişdi. Nor Bu onları mişarlamağa başladı. Əlləri əsir, acgözlüyündən ağzının suyu axırdı...
     O, kudunun birini mişarlayıb qurtardı - içindən o qədər kəpənək qurdu çıxdı ki! Kəpənək qurdları Nor Bunun tarlasına cumub bütün taxılı yedilər.
     Dövlətli əlini ikinci kuduya vuran kimi içindən qaçaq-quldur çıxdı, Nor Bunun bütün qızıllarını yığışdırıb yox oldular... Nor Bu əl atıb üçüncü kudunu götürəndə alov çıxdı. Nor Bunun dövlətli böyük evi yanıb kül oldu, Nor Bu da acgöz arvadı ilə yandılar. Sonuncu dövlətləri olan həyatlarını itirdilər.
     Əhvalat bura çatanda nağıl da qurtardı...

TAMAHKAR PAK


     Qədimlərdə Almaz dağlarında Pak adlı tamahkar bir adam olurdu. Gözünə nə dəysəydi, istərdi özü üçün götürsün, yenə də gözü doymazdı.
     Bir dəfə onun tələsinə bir dələ düşdü - özü də elə belə sadəsindən yox, gümüş yunlu dələ.
     Pak sevindi. Dələni öldürmək istədi. Birdən dələ insan kimi dil açıb dedi:
     -Məni öldürmə, burax gedim! Əvəzində sənə ürəyin istədiyin qədər gümüş verərəm.
     -Nə qədər istəyim? Yaxşısı budur ki, belə elə ki, əlimi nəyə vursam o saat gümüşə dönsün, həm də məndən başqa heç kəs bu gümüşlərə əl vura bilməsin, - onda səni buraxaram - deyə tamahkar Pak ona təklif etdi. Dələ dedi:
     -Sən istəyən kimi də olar!
     Tamahkar Pak əlini tələyə atdı, tələ dönüb gümüş oldu. Pak, dələni buraxdı. Tez evə çatmağa tələsdi. Qaça-qaça evinə gəldi, sevindiyindən heç yerə, göyə sığmırdı.
     Evin qapısına əlini vurdu - gümüş qapı taqqıldadı. Evə girib su içmək üçün parçı götürdü, o da dönüb gümüş oldu. Başmaqların çıxarıb kandara qoymaq istədi - başmaqlar gümüşə döndü. Yerdəki yorğan-döşək də Pakın əli dəyən kimi gümüşə çevrildi. Tamahkar Pak belə bir dövlətdən lap ağlını itirdi. Evdə, həyətdə ora-bura qaçıb əlini hər şeyə vurur. Qaçıb, qaçıb yoruldu, yemək istədi. Ancaq bədbəxtlikdən bütün yemək də gümüşə dönürdü. Bir boşqab plov götürüb yemək istədi: boşqab da, düyü də, yemək taxtaları da gümüşə döndü. Pak yemək istəyir, ancaq yeyə bilmir. “Bir təhər dözərəm, - deyə tamahkar Pak öz-özünə düşünür, - ancaq əvəzində bir gör nə dövlətim var də! İndi hamı mənə həsəd aparacaq!”
     Doğrudan da elə adamlar tapıldı ki, Paka həsəd apardı, ancaq çox az.
     Hamı gördü ki, kök Pak nazik Paka çevrilir; gün-gündən o lap nazikləşir. Tezliklə lap əldən düşdü. Tamahkar Pak özünün soyuq və bərk gümüş yatağma uzanıb acından və soyuqdan öldü.

XOŞBƏXTLİK


     Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı. Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü. Qoca bərk sevindi.
     O biri gün o, tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə əjdaha və tovuz quşu şəkilləri olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi:
     -Dünənki yuxuya görə xoşbəxtlik mənə göydən düşməli idi, ancaq küpü yerdən qazıb tapdım. Demək bu göy xoşbəxtliyi deyil, yer xoşbəxtliyidir. Görünür ki, bu xəzinə mənim üçün deyil- miş və təsadüfən bu mənim qabağıma çıxıb.
     O, pulu öz yerinə qoyub evinə getdi.
     Qocanm qonşuluğunda tamahkar bir varlı vardı. O, kəndlinin qabağma çıxan qızıl pul haqqmda eşidib öz-özünə düşündü: “Axmaq qocadır da! Qazıb xəzinə tapasan, onu da götürməyə- sən! İndi ki, belədir elə mən özüm gedib qızılı götürərəm”.
     O, tələsik çölə getdi.
     Gəlib gördü ki, doğrudan da xəzinə var. O, əl atıb qızılı gö- türdü. Qocanm dediyinə görə küpdə bircə dənə qızıl pul olmalı idi, ancaq dövlətli heç cür küpü yerindən tərpədə bilmirdi.
     -Heç nə daha eləmək olmaz. Küpün içindəkini götürməkdən başqa çarə yoxdur.
     O, küpün içinə baxıb gördü ki, orada ilanlar, qurbağalar, so- xulcanlar var. Tamahkar dövlətli qışqıra-qışqıra qaçdı:
     -Ay-ay! Bu qoca olmayan şeylər danışıb namuslu adamları aldadır! Əclaf, yoluq, dilənçi! İndi gör ondan bunun heyfmi necə alacağam!
     O qayıdıb gəldi, ağır küpü qaldırıb - hardan da ona qüvvə be- lə gəldi! - yoxsulun daxmasma gətirdi. Gəlib çatan kimi ağır kü- pü pəncərədən içəri tulladı.
     Ürəyi düz qoca isə bu vaxt heç nədən xəbəri yox, yatmışdı. Birdən nəsə bir şey onun başı üstündə cingildədi. O, gözlərini açıb gördü ki, küp cingilti ilə onun başı üstündən keçib yerə düşdü.
     -Aha, bu elə doğrudan da göylərdən gələn hədiyyədir.
     -Mənim səadətim, - deyə qoca sevindi.
     Küpü qaldırdı, içi qızılla dolu idi.

İRL LAM ADLI OĞLAN


     Keçmiş zamanlarda Koreyada İrl Lam adlı bir oğlan vardı. Onun ata-anası öləndən sonra mülkədar Li üçün nökərçilik eləməyə başladı. İrl Lam inəkləri otarır, su daşıyır, odun doğrayır, düyü təmizləyirdi. Bütün bunların əvəzində mülkədar Li ona ancaq yemək verirdi.
     Bir dəfə payızda bərk külək qopdu. Ağası İrl Lama tapşırdı ki, tez çəltikdən kəndir hörüb evin damını sarımaq lazımdır. Külək onu qopardıb apara bilər. İrl Lam isə kəndir hörməyi bacarmırdı. O, ha əlləşirdi bir şey çıxmırdı, hörə bilmirdi. Bu dəfə də ağa onun yanına gələndə İrl Lam cəmi bir arşın uzunluğu olan kəndiri ona uzatdı. Qəzəblənmiş ağa qışqırdı:
     -Əgər sən kəndir hörməyi bacarmırsansa, onda rədd ol mənim evimdən!
     İrl Lam üzr istəyib, dedi ki, o heç ömründə kəndir hörməyib, ona görə elə doğrudan da bacarmır, ancaq mütləq öyrənər. Ağa heç qulaq da asmaq istəmədi. Onda İrl Lam dedi:
     -Mərhəmətli ağa, mən sənin üçün düz üç il beş ay işləmişəm.
     Heç olmasa mənə bir az haqqımı verin.
     Ağa güldü, İrl Lamın hördüyü kəndiri onun üstünə atıb dedi:
     -Al, bu da sənin əməyinin haqqı!
     İrl Lam dayanıb mübahisə etmədi, kəndiri götürüb çıxıb getdi.
     İrl Lam yol ilə gedirdi, qabağına bir arvad çıxdı. Onun qabağında içində düyü olan yekə bir qazan vardı. Birdən qazan çatladı, arvad da özünü itirib bilmədi nə eləsin. Qazanı qaldırmaq olmazdı - çünki onda qazan tamam ayrılardı, düyü də yerə səpələnərdi.
     Arvad İrl Lamın əlindəki kəndiri görüb dedi:
     -Ay oğlan, o kəndiri ver mənə, əvəzinə sənə bir qab düyü verərəm!
     -Bu kəndir mənə çox baha tamam olub, - deyə İrl Lam ona cavab verdi, - mən buna görə üç il beş ay işləmişəm.
     Arvad oğlana qulaq asıb başını tərpətdi, dedi:
     -Doğrudan da o sənə çox baha oturub, ancaq daha kəndir, kəndir də olaraq qalır. Bir qab düyü əlbəttə ondan yaxşıdır. Acıyanda heç olmasa düyünü bişirib yeyərsən.
     İrl Lam kəndiri verdi, əvəzində bapbalaca bir torbada bir qab düyü aldı.
     Axşam o, meyxanada yatmağa yer istədi. Hər meyxanada belə qayda vardı: bütün pullarını və şeylərini meyxana sahibinə saxlamağa verməli idin. İrl Lam meyxana sahibinin yanına gəlib içində düyü olan torbasını ona verdi.
     -Sənin torbanda nəyin var? - deyə meyxana sahibi soruşdu.
     -Ağa, orda düyüm var, - deyə Lam cavab verdi. - Bir dolu boşqab.
     -Daha heç nəyin yoxdur?
     -Yox, ancaq düyüdür.
     -Onda torbanı öz yanında saxlaya bilərsən. Heç kəs onu sənin əlindən almaz.
     -Yox, ağa! Bu sadə düyülərdən deyil. Bunun qiyməti çox bahadır. Mən onun üçün üç il beş ay işləməli olmuşam, - deyə İrl Lam cavab verdi.
     Onda ağa, torbanı açıb düyüyə baxdı, iylədi gördü ki, adi düyüdən heç nə ilə seçilmir. Torbanm ağzını bağlayıb küncə atdı.
     Səhər tezdən İrl Lam durub torbanın dalınca ağanın yanına getdi. Ağa torbanı götürüb oğlana verdi. İrl Lam baxıb gördü ki, torbanın içində bircə dənə də düyü yoxdur. İrl Lam az qalmışdı ki, ağlasın. Ağa ona dedi:
     -Mən sənə öz düyümdən və təzə torba verərəm. Mənim düyüm yaxşıdır, seçmədir.
     İrl Lam isə başını tərpədib dedi:
     -Yox ağa, sizin düyünüzü mən götürmərəm, mənim öz düyümü verin. Axı mən onun üçün üç il beş ay işləmişəm. Əgər düyünü siçan balası yeyibsə, onu tutub mənə verin.
     Ağa, oğlan üçün siçan balasını tutmalı oldu. İrl Lam köhnə torba deşik-deşik olduğundan siçan balasını təzə torbaya qoydu və yoluna davam etdi.
     Axşam İrl Lam yenə də bir meyxanaya gəldi. Ağa ilə salamlaşıb torbasını onun stolu üstünə qoydu.
     -Ay oğlan, torbada nəyin var? - deyə meyxana sahibi ondan soruşdu.
     -Boz siçan balası.
     -Nə - siçan balası?
     Ağa, torbanın ağzını azca açıb içində balaca boz siçan balasını gördü.
     -Onu özündə saxla. O, kimə lazımdır? Bircə pişikdən başqa heç kəsə.
     -Yox ağa, siz onu gizlədin. Bu siçan balası adi siçanlardan deyil, mən onun üçün üç il beş ay işləmişəm.
     Ağa torba üçün İrl Lama yazıb qəbz verməli oldu.
     Səhər İrl Lam oyanıb ağanın yanına getdi. Ağa torbanı çıxarıb İrl Lama verdi. İrl Lam torbanı açıb gördü ki, siçan balasınını çoxdan canı çıxıb: gecə pişik onu boğub.
     -Vay, vay, vay, siçan balası ölüb. İndi nə edəcəyik? - deyə ağa təəssüfləndi - siçan balasına görə sənə on ten verirəm.
     -Yox ağa, belə edə bilmərəm. Sizin pulunuz mənə lazım deyil. Yaxşısı budur, siçan balasını öldürən pişiyi tutub mənə verəsiniz.
     Ağa sevindi ki, gör nə ilə yaxasını oğlanın əlindən qurtara bilir. Pişiyi tutub ona verdi.
     İrl Lam çıxıb getdi, bütün günü yol getdi; axşam yenə də bir meyxanaya gəlib çatdı.
     Meyxanaçıya dedi:
     -Ağa, bilirsiz, mən bütün günü yol gəlib bərk yorulmuşam. Mənim pişiyimi alıb bir yerə salın; mən də bir az dincəlim.
     Ağa, pişiyi götürüb həyətə çıxdı, it damını açıb pişiyi ora saldı. Gecə it öz damına girmək istədi, o qapını açdı, içindən bir pişik çıxıb qaçdı. İt onun dalınca hürdü. İtin hürməsinə meyxana sahibi həyətə çıxdı. Gördü ki, pişik yoxdur, tez evə qaçdı, İrl Lamı yuxudan oyadıb, əhvalatı ona danışdı.
     -Vay, mən indi neyləyəcəyəm? - deyə İrl Lam ağlamağa başladı.
     -Ağlama, mən sənə ayrı pişik verərəm.
     -Yox, ağa! Dünya üzündə belə pişik yoxdur. Mənim pişiyim mənə çox baha oturmuşdu: mən onun üçün üç il beş ay işləmişdim. Mənim pişiyimi tapın! Tapmasanız, onda pişiyi açıb buraxan iti verməlisiz.
     Ağanın öz itini oğlana verməyə heç ürəyi gəlmirdi, ancaq yazıq uşağın da qəlbini incitmək istəmirdi, ona görə də iti oğlana verdi.
     Səhər İrl Lam meyxanadan çıxıb getdi. O, yol ilə gedə-gedə bütün günü düşünür, fikirləşirdi ki, necə eləsin mehriban iti meyxana sahibinə qaytara bilsin.
     Axşam başqa bir meyxanaya gəlib çatdı. Həyətdə bir dayça bağlanmışdı. Kök və hirsli meyxana sahibi isə həyətdə dayanıb yəqin ki, qonaq gözləyirdi.
     İrl Lam ona yaxınlaşıb dedi:
     -Mən bütün günü yol gəlib yorulmuşam. Sizdə qalmaq istəyirəm. Zəhmət olmasa, deyin görüm, iti hara bağlaya bilərəm?
     Meyxana sahibi dayçanın yanındakı dirəyi göstərib dedi:
     -Bax o dirəyə bağla.
     -Yox ağa, o dirək mənim itim üçün münasib yer deyil, sizin dayça deyəsən çox dəcəldir.
     -Bağla! Əgər itin başına bir iş gəlsə, əvəzində dayçanı alarsan.
     İrl Lam itini bağlayıb evə getdi. O, pəncərənin qabağmda əyləşdi ki, dincəlsin. Bu vaxt həyətə bir kişi girdi. Dalınca da yüklü bir eşşək gəlirdi. Eşşək tərslik eləyib dayandı, adam onu çəkdi, eşşək “İo! İo”, anqırdı. Dayça şahə qalxdı, it isə hürkdü, dartınıb qaçdı. Axı ip lap boş bağlanmışdı.
     İrl Lam həyətə qaçıb qışqırdı:
     -Vay, mənim itim hanı? Ay ağa! Axı mən sizə qabaqcadan xəbərdarlıq elədim ki, bura mənim itimin yeri deyil? Ya mənim itimi tapın, ya da söz verdiyiniz kimi dayçanı verin.
     -Ay oğlan, sən dəli olmusan! Harda eşidilib ki, dayçanı itin əvəzində versinlər. İtin qiyməti on vondur, mənim dayçamm qiyməti isə yüz əlli vondur. Al, bu sənə on von və rədd ol!
     -Yox ağa, istəyirsiz lap min von verin, mən almaram! Mənim itimin qiyməti sizin dayçadan bahadır: mən onun üçün üç il beş ay mülkədar Liyə işləmişəm.
     Bu vaxt başqa adamlar oğlanın tərəfini saxladılar. Meyxana sahibi qorxdu ki, dilə-dişə düşər, dayçanı götürüb oğlana verdi.
     İrl Lam dayçaya minib yoluna davam etdi. Yolda özünün əvvəlki ağasının oğlu Li Una rast gəldi.
     -İrl Lam, sənsən? - deyə Li Un təəccüb etdi. - Bu qəşəng dayçanı sənə kim verdi?
     -Necə yəni kim verdi? Sənin atandan başqa kim mənə bir şey verə bilər? - deyə İrl Lam cavab verdi.
     -Yalan deyirsən. Mənim atam heç vaxt bir adama da belə dayça verməz.
     -Axı mən sizdən başqa heç kəs üçün işləməmişəm... Məgər mən üç il beş aya belə bir dayça da ala bilmərəm?
     Li Un isə ona inanmadı.
     -Gəl mərcləşək, - deyə o təklif etdi, - əgər doğrudan da sən dayçanı mənim atamdan almısan, onda mənim apardığım nə varsa, hətta eşşəyi də arabası ilə sənin olsun. Yox əgər yalan deyirsən, onda dayçanı mənə verərsən.
     -Nə olar ki, - deyə İrl Lam razılaşdı, - gəl mərcləşək. Meyxanaya qədər gedərik, ora həmişə adamla doludur. Adam çox olanda yaxşıdır.
     -Gedək.
     Onlar qaş qaralanda gəlib İrl Lamın iti aldığı həmin meyxanaya çatdılar.
     Meyxanada adam çox idi. Meyxana sahibi mehriban adam idi, özü də keyfi kök idi. O, sevimli itinin qayıdıb gəlməsinə şad idi.
     Axşam yeməyindən sonra İrl Lam evin tən ortasında dayanıb dedi:
     -Bizə qulaq asın və bizim mübahisəmizi kəsin.
     Hamı qışqırdı:
     -Danış, danış!
     İrl Lam üç il beş ay gecə-gündüz mülkədar Li üçün işlədiyini və öz işinə mükafat olaraq kəndir almasını, kəndirin necə olub dayçaya çevrilməsini, bir-bir danışdı. O, əhvalatm itlə bağlı olan hissəsinə çatanda meyxana sahibi ayağa qalxıb dedi ki, bütün bunlar lap əsl həqiqətdir.
     Li Un dayçanı əldən çıxarmaq istəmirdi, ona görə də qışqırdı:
     -Ancaq hər halda dayçam sənə mənim atam verməmişdir!
     -Atan mənə kəndiri verdi, o da axırda dayçaya çevrildi, - deyə İrl Lam cavab verdi. - Bu da o deməkdir ki, dayçanı mənə o vermişdir!
     Otaqdakılar hamı bir ağızdan qışqırdılar:
     -Düzdür! Li Un mərci uduzub!
     Li Unun bütün mallarıın, eşşəyini və arabasmı əlindən aldılar.
     İrl Lam mülkədar Lidən zəhmətinə görə bu cür mükafat aldı.

Bölmə: Nağıllar | Əlavə edildi: azerhero (06.08.2014) | Müəllif: R.C E W
Baxış: 1349 | Reytinq: 2.5/4
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more