Əsas » Məqalə » Nağıllar

Vyetnam nağılları
DOVŞAN VƏ FİL


     Keçmiş zamanlarda çox ağıllı bir dovşan varmış.
     Dovşan lap balaca olanda göl qırağına oynamağa gedibmiş.
     Bu gölün suyu göz yaşı kimi dupduru imiş. Ətraf meşələrin heyvanları bu göldən su içməyə gələrmişlər.
     Göldən bir azca aralı, vaxtı ilə “Traç” adlı enli və uzun bir ağac varmış. İnsanlar bu ağacı kəsib odun doğramışdılar. İndi o ağacın qatran atmış kötüyü qalıbmış.
     Dovşan bu enli və rahat kötüyü görür, sıçrayıb onun üstündə oturur. O saat qatrana yapışıb qalır. Yazıq dovşan yerindən tərpənib qımıldana bilmir.
     O bərk qorxur və belə qərara gəlir ki, elə yəqin, burada da öləcəkdir.
     Dovşan kötüyün üstündə oturub ürəyindən qara qanlar keçirir. Birdən görür ki, fil meşədən çıxıb su içmək üçün gölə tərəf gəlir.
     Dovşan o saat öz-özünə deyir: “İndi bu fil məni buradan xilas edər!”
     Dovşan qışqırır:
     -Ey fil, bu suyu içmə! Ağa mənə suyu qorumağı tapşırıb!
     Fil onun sözünə fikir vermir, dovşan isə daha da bərkdən qış- qırır:
     -Kar olmusan, nədir, ya gözlərin tutulub? Sən görmürsən ki, mən öz taxtımda əyləşib gölün keşiyini çəkirəm? Əgər sən cəsarət edib mənim suyumu içsən, başını bədənindən ayıraram!
     -Sən heç özün də bilmirsən ki, nə çərənləyirsən, - deyə fil ona cavab verir. - Mən heç də sənin suyunu içmirəm, mən göldən su içirəm!
     -Əgər sən bu sudan içsən, - deyə dovşan bağırır, - mən puç qozu sındıran kimi bircə pəncəmlə sənin başını əzərəm!
     -Bu dovşan lap qarayaxadır ha! - deyə fil dilləndi. - O elə bilir ki, bir pəncəsilə mənim başımı əzə bilər! Mən indi onun özünü tapdalayıb xurd-xəşil eləyərəm, onda bircə dənə də sağ sümük qoymaram!
     Fil dovşana yaxınlaşdı, xortumu ilə onu tutub dartdı, kötük- dən ayırdı.
     Dovşanın tükü qatrana necə yapışmışdısa eləcə də kötüyün üstündə qaldı. Sonradan dovşanın dal tərəfmə təzə tük gəldi, ancaq elə ona görə o vaxtdan bütün dovşanların dal tərəfinin tükü ağdır.
     -İndi isə, - deyə fil qışqırır, - mən bu dovşanı o vaxtacan gərək döyəm ki, canı çıxsın!.. Yox, yaxşısı budur onu ayağımın altında tapdalayım! Mən onu əzib yerlə yeksan edəcəyəm!
     Dovşan özünü itirməyir, filə deyir:
     -Sevimli böyük qardaşım! Mən elə özüm çoxdan ölmək istəyirəm, çünki yer yaranandan bəri min ildir yaşayıram. Mən daha yaşamaqdan təngə gəlmişəm. Ancaq sənə mənim lap yazığım gəlir. Onu bil ki, mənim bütün sümüklərimdə şiddətli zəhər var ki, bu zəhərin bircə damcısı kimə dəysə o saat öldürər. Əgər sən məni xortumunla vursan, sümüyüm sənin xortumuna batar. Əgər sən məni ayaqlarının altında tapdalasan, onda mənim sümüyüm sənin ayağına batar, ölərsən. Mən isə onsuz da ölməyəcəyəm. Sağ qalacağam. Ancaq sən doğrudan da məni öldürmək istəyirsənsə, onda nə etmək lazım olduğunu sənə öyrədim. Məni öldürmək üçün ancaq bircə üsul var: məni meşədə qalın kolluğa və ya qamışlığa tulla, onda mən mütləq ölərəm.
     Fil ağıllı idi, ancaq hiylədən, kələkdən başı çıxmazdı. O, dovşanın sözünə qulaq asıb, onu xortumuna qaldıraraq şiddətlə qamışlığa çırpır.
     Dovşan yerə düşür, özünə gəlib dörd ayaq əkilir. O qaçır, gülümsünə-gülümsünə də öz-özünə deyirdi:
      “Böyük qardaş fil, elə bilir ki, mən ölmüşəm, ancaq məni dipdiri görəndə başa düşəcək ki, hiyləgərlikdə mənimlə bəhsə girişə bilməz!”.

KƏPƏNƏK


     Nok Fan Ni adlı cəsur və qoçaq bir gənc vardı. Onun ata- anası yoxsul idilər. Onların bir kiçik parça düyü tarlasından başqa heç nələri yox idi. Odur ki, onlar bir parça çörək üçün səhərdən axşamacan ağa üçün işləyirdilər.
      “Bizim babalarımız belə yaşayıblar, nəvələrimizin də beli özgə tarlasmda belə büküləcək”, - deyə Nok Fan ürək ağrısı ilə düşünürdü.
     Axşamlar o, cəngəlliyə gedir. Orada sarmaşıq kolluqlarının arasında, qayaların yarığında xəzinə axtarırdı. Ancaq xəzinə əvəzinə ona qıvrılmış ilanlar, yatmış siçanlar, yarıqlar arasında şırıldayan irmaqlar rast gəlirdi.
     Cavan oğlan yorğun-arğm evə qayıdırdı. Nok Fan qoçaq adamların ağa ilə mübarizə etməyə başladığını eşidəndə ancaq çiyinlərini çəkir və istehza ilə gülümsünürdü: “Siz, zəif, köməksiz adamlar, nə edə bilərsiz? Dayanın, mən tək əllə hamınızdan çox iş görəcəyəm! Bircə mən xəzinəni tapım!”
     O, adamlardan aralanıb ancaq xəzinə tapmaq haqqında düşünürdü.
     Bir dəfə Nok Fan böyük bir kəpənək gördü. Kəpənək gah çiçək üstə qonub elə bil adamın ona yaxınlaşmasını gözləyirdi, gah da uçub uzaqlara gedirdi. Elə bil ki, o, Nok Fanı hara isə çağırırdı.
     Kəpənəyin hara uçduğuna fikir verəndə cavan oğlan qayanın yarığında dar bir keçid gördü.
     Nok Fan bambuk kəsdi, yandırdı, məşəl kimi əlinə tutub yolunu işıqlandıraraq irəlilədi.
     Yarığın dibi dik aşağı enirdi. Bambuk yaxşı yanırdı, alovun qırmızı şəfəqində Nok Fan daş divarda qəribə naxışlar gördü. Onun ürəyi döyündü. O, əmin idi ki, nəhayət istədiyi xəzinəni tapmışdır.
     Bambuk məşəl yanıb qurtarandan sonra Nok Fan qarasına irəliləyirdi. Hərdənbir ona elə gəlirdi ki, o, kiminsə yüngül addım səslərini, pıçıltı, yavaşca gülüşmə eşidir. Ancaq elə ki, dayanırdı, o saat hər şey susur, ancaq mağaranın tavanından su damlaları yerə düşüb səs salırdı.
     Nok Fan nahaq axtarışdan yorulub əldən düşmüş halda yerə yıxılıb yatdı.
     O, üzünə dəyən yüngül mehdən ayıldı. Əynində sarı paltar, əlində yelpik olan bir qız onun başı üstündə dayanmışdı. Nok Fana elə gəldi ki, o, bu qızı hardasa görmüşdür. Ah, bu qız ki, onu buraya aldadıb gətirən kəpənəkdir!
     Nok Fan ayağa qalxıb qızın dalınca getdi. Qaranlıq çəkilirdi, qarşıda mavi işıq görünürdü. Bu, mağaradan çıxan yol idi. Oğlanın gözləri qabağmda güllü-çiçəkli bir dərə göründü, burada düyü tarlası, meyvələrin ağırlığından budaqları əyilmiş ağaclar vardı. Nok Fan adamların yanından keçəndə, onlar gənclə gülümsünə-gülümsünə salamlaşdılar. hamısı tənbəl-tənbəl yavaşca irəliləyirdi.
     -Biz haradayıq? - deyə Nok Fan qızdan soruşdu.
     -Yeraltı padşahlıqdayıq, - deyə qız ona cavab verdi. - Sən burada xoşbəxt olacaqsan.
     -Burda da hər şey yer üzündə olduğu kimidir. Ağaclar bar verir, düyü sünbül bağlayır, güllər çiçəklənir...
     -Bəli, ancaq burada vaxt yoxdur, ona görə də heç kəs heç yerə tələsmir. Burada hər cür arzu və istək sönür, axı, istəməli bir şey də yoxdur! Burada ağaclar həmişə bar verir, düyü həmişə sünbüllənmişdir...
     Nok Fan yeraltı padşahlıqda qaldı. O, kəpənək qız ilə evləndi. Onlar dərd-qəmsiz ömür sürürdülər. Nok Fan yumşaq otlar üstə uzanıb quşlarm cəh-cəhinə qulaq asır, göyə baxırdı.
     Nok Fanm bu cür yaşayışının neçə il sürməsini demək çətindir.
     Bir dəfə Nok Fanm əlinə tikan batdı. O ağrı hiss etdi və bir damcı öz qanını - əsl qırmızı isti qanı gördü. O saat kəndləri, ata-anası, qardaşları, bacıları, payalar üzərindəki laxlayan daxmaları yadına düşdü. Doğma yerləri üçün burnunun ucu göynədi. O, daha yeraltı padşahlıqda qala bilməzdi və necə olursa-olsun evlərinə qayıtmağı qərara aldı.
     O, yola çıxdı.
     Dəhşətli qayalar onun yolunu kəsirdi, ancaq Nok Fan inadla irəliləyirdi.
     Birdən yeraltı padşahlıq qaranlıqlaşıb söndü. Nok Fan özünü, qızı birinci dəfə gördüyü həmin mağarada gördü.
     Nok Fan qaranlıqda çox yol getdi. Nəhayət gün işığına çıxdı, o tərəf-bu tərəfə baxdı və doğma kəndlərinə tərəf qaçdı. Ancaq ətrafda hər şey qəribə və yad kimi görünürdü. Düyü tarlalarının yanında təzə evlər salmmışdı. Qəribə geyinmiş yad adamlar kəlləri sürürdü. Nok Fan onları dostcasına salamladı, ancaq hamı ona təəccüblə baxırdı.
     Nok Fan öz evlərini tapmaq üçün kəndi çox gəzib dolaşdı. Evləri yox idi. Ancaq iri banan ağacları ona nəsə xatırladırdı. Onun atası ilə məhz burada banan ağacını əkdikləri, balaca şitilləri atasına necə verdiyi, üstlərini torpaqla necə örtdükləri yadına düşdü. Doğrudanmı bu həmin ağaclardır? Bu ağaclar yüz illik nəhəng ağaclara oxşayırdı.
     Nok Fan banan ağaclarının yanında cavan bir qız gördü və ondan soruşdu ki, Ni ailəsini tanıyırmı? Qız cavab verdi ki, elə özü də həmin ailədəndir.
     Nok Fan qızın əlindən tutdu, ona yalvardı ki, ata-anasından, bacılarından, qardaşlarından ona bir xəbər desin. Qız qorxa-qorxa onu dinləyirdi. Axırda qız dedi ki, onlar çoxdan ölüb getmişlər... O, hətta Nok Fanm da adını çəkdi. Bəli, bəli, ona danışıblar ki, lap keçmişlərdə Nok Fan adlı bir oğlan varmış, o, mağarada azmış və heç kim onun heç izini də tapa bilməmiş.
     -O mənəm! O mənəm! - deyə Nok Fan çığırdı.
     Qız isə onun əlindən çıxıb qaçdı.
     Nok Fan ancaq indi başa düşdü ki, o tək-tənhadır, burada o, yaddır. Başını aşağı salıb getdi.
     Nok Fan öz vaxtını itirmişdi - başqalarının əməyə və mübarizəyə sərf elədiyi qiymətli vaxtı o itirmişdi.
     Onun həyatı boş-boşuna keçmişdi.

DOVŞANA AD VERİLİR


     Keçmiş zamanlarda iki qonşu var idi: ikisi də ovçu idi. Bir dəfə maral tutmaq üçün tor qurmağa getdilər.
     Birinci ovçu toru adi qayda üzrə yerdə qurdu. İkinci ovçu isə torunu ağacın başında qurdu.
     Torlarını qurandan sonra qayıdıb evlərinə getdilər.
     Torunu ağacın başmda quran ovçu tezdən, dan yeri sökülməmişdən torlara baxmağa getdi.
     Torunu yerdə quran qonşunun tələsinə maral düşmüşdü. Ağacın başında qurduğu öz torunda isə maral yox idi.
     Onda o, qonşunun tələsindən maralı çıxarıb öz toruna, ağacın başında qurduğu toruna saldı. Sonra da qayıdıb evinə getdi. Yıxılıb yatdı.
     Ovçu o vaxtacan yatdı ki, gün qalxıb bir boy oldu. Bu vaxt qonşusu gəlib onu oyatdı, onlar birlikdə meşəyə getdilər.
     Hər iki ovçu meşəyə çatıb gördü ki, yerdə qurulan tələ bağlıdır. Onun içində isə heç nə yoxdur. Ətrafında çoxlu iz var, elə bil ki, maral burada çırpınmışdır. Torda bir çəngə maral yunu ilişib qalmışdı.
     Ancaq ağacın başındakı torda ölü bir maral asılıb küləkdən yellənirdi.
     Yerdə tor quran birinci ovçunun ürəyinə şəkk damdı. Özlüyündə belə düşündü:
      “Hələ indiyəcən heç bir maral ağacın başma çıxmamışdır. Bəs necə olub ki, bu maral mənim qonşumun toruna atılıb düşüb? Yox, maral əlbəttə mənim toruma düşüb, bu adam isə onu oğurlayıb öz toruna aparıb qoyub!”
     Birinci ovçu bu fikirlə evinə qayıdıb əhvalatı arvadına danışdı. Arvadı da onun fikrinə şərik çıxdı və ovçunu başa saldı ki, məhkəməyə şikayət etsin. Ovçu məhkəməyə getdi və qonşusundan şikayət elədi. Hakim ikinci ovçunu çağırdı. Hər ikisini dindirdi. Hakim dedi:
     -Qanuna görə, torun ağacın başında ya başqa yerdə qurulmağından asılı olmayaraq, tora düşən heyvan torun sahibinə çatır. Birinci ovçunun - yerdə torunu quranın şikayəti düzgün deyil, ona görə də o, ikinci ovçuya iki maral da verməlidir.
     Ovçu belə bir qərar ilə razılaşmadı, üç gün ona möhlət verilməsini xahiş etdi. O, üç gündən sonra özünün haqlı olduğunu sübut etməyə söz verdi. Hakim ona üç gün möhlət verdi və tapşırdı ki, hər iki ovçu üç gündən sonra səhər düz səkkiz tamamda onun yanında olmalıdırlar. Kim bircə dəqiqə də geciksə, o, işi uduzmuş hesab olunur.
     Birinci ovçu bütün hər cür işləri aça bilən yaxşı bir vəkil tapmağa getdi. O vaxtlar hələ heç kəs dovşanın müdrikliyini bilmirdi, odur ki, bizim ovçu gəzib ağıllı adam axtarırdı. Elə oldu ki, qabağına bir dovşan çıxdı.
     -Aha, meymunlar padşahı! - deyə dovşan səsləndi. - Siz hara belə tələsirsiniz?
     Ovçu dayandı.
     -Mən bir vəkil axtarıram, - deyə o cavab verdi. - Məhkəmədə mənim mübahisəli bir məsələm var.
     -Bilmək olarmı nə işdir?
     Ovçu əhvalatı ona danışdı, məhkəmənin hökmünü dedi və əlavə etdi ki, üç gün möhlət alıb, odur ki, indi vəkil axtarır.
     -Cənab hakim bizə əmr etdi ki, səhər düz səkkiz tamamda onun yanmda olaq, - deyə ovçu dovşanı başa saldı. - Mən üç gündür ki, işi aça bilən ağıllı vəkil axtarıram, indiyə kimi də tapmamışam. Ona görə də belə tələsirəm!
     -Sizin işiniz elə budur? - deyə dovşan soruşdu. - Heç nədən qorxmayın, mənə bel bağlaya bilərsiniz! Yaxşı, əgər mən işi udsam, onda mənə nə verəcəksən?
     -Mən sənə pul verərəm.
     Dovşan gülməkdən uğundu.
     -Mən sənin pullarınla nə eləyim? - deyə dovşan səsləndi.
     -Mənim ancaq dəymiş banandan xoşum gəlir. Əgər işi udmaqda mən sənə kömək elədim, sən öz maralını aldın, onda mənim üçün bir salxım dəymiş banan gətirməyini xahiş edirəm. Belə banan tapa bilərsənmi?
     -Tapa bilərəm, - deyə ovçu cavab verdi. - Sən istədiyin qədər banan alacaqsan.
     -Onda sabah səhər mənim yanıma gəl.
     Ovçu dovşandan ayrılıb getdi. Səhəri ovçu bir salxım dəymiş banan götürüb meşəyə, dovşanın yanına getdi. Dovşan çox sevindi. O, bir neçə banan yedi, qalanlarını da özü üçün nahara gizlətdi.
     Gün get-gedə yuxarı qalxırdı. Saat səkkizə az qalırdı, ovçu dovşanı tələsdirməyə başladı:
     -Cənab dovşan, getmək vaxtı deyilmi? Qorxuram ki, gecikək!
     -Heç dəxli var, gecikərik, gecikərik də! Canın sağ olsun!
     -deyə dovşan cavab verdi. - Qorxunu bir tərəfə qoy, mənə inan və heç nədən narahat olma!
     Ancaq ovçu get-gedə daha çox narahat olurdu. Nahaq yerə də narahat olmurdu: ancaq saat doqquza az qalmış, ovçu ilə dovşan məhkəməyə gəlib çatdılar.
     Hakim soruşdu:
     -Bu dovşana burada nə lazımdır?
     -Bu yoxsul öz işini mənə tapşırıb, - deyə dovşan cavab verdi.
     -Mən onu müdafiə edəcəyəm.
     Hakim ovçuya dedi:
     -Ancaq sən yaddan çıxarmısan ki, mən, səhər saat səkkiz tamamda burda olmağmızı əmr etmişdim! Kim lap bircə dəqiqə də geciksə, hökm onun əleyhinə kəsiləcəkdir. Bəs siz indiyə kimi harada idiniz?
     Dovşan o saat etiraz elədi:
     -Cənab hakim, mən xahiş edirəm bizi bağışlayasız! Bizim gecikməyimizdə bu adamm heç bir günahı yoxdur. Bütün taqsırlar məndədir, inanın mənə! Mən səhər alaqaranlıqdan yola çıxmışam, ancaq yolda elə bir möcüzə gördüm ki, uzun zaman özümə gələ bilmədim. Mən ömrümdə o cür qəribə şey görməmişdim! Hətta cənab hakim, siz də... hətta siz də görsəydiniz heyrətinizdən donub qalardmız!
     -Səni hansı möcüzə heyrətə salıb? - deyə hakim soruşdu.
     Dovşan da öz əhvalatmı danışdı:
     -Hörmətli cənab hakim! Mən məhkəməyə tələsirdim, birdən çoxlu balıq gördüm. Onlar Təmər-hindi ağacının budaqlarına dırmaşıb çiçəklərini yeyirdilər! Onlar ağacdakı bütün çiçəkləri eyib qurtardılar! Mən heç gözlərimə inana bilmirdim. Bu balıqlar budaqlara elə məharətlə dırmaşırdılar. Mən onlara baxıb heyrətimdən bircə addım da ata bilmədim!
     Hakim dedi:
     -Dovşan yalan deyir! Buna heç bir şübhə ola bilməz! Kim ömründə heç olmasa bircə dəfə görüb ki, balıq ağaca dırmaşsın? Heç kəs!
     Dovşan qəhqəhə çəkib güldü:
     -Cənab hakim! - dedi. - Mən sizə Təmər-hindinin çiçəklərini yemək üçün ağaca dırmaşan balıqlardan danışdım, siz də deyirsiniz ki, mən yalan deyirəm. Ancaq bizim düşmənimiz sizə ağacın başında qurulan tora düşmüş maraldan danışır, siz də ona inanırsınız ki, o doğru söz deyir; cənab hakim, məgər siz heç ömrünüzdə görmüsüz ki, maral ağaca dırmaşsın?
     Hakim dovşanın çıxışına qulaq asdı və onun ağıllı dəlillərilə razılaşmalı oldu. O, maralı yerdə torunu quran birinci ovçuya kəsdi. İkinci ovçunu - maralı oğurlayanı qonşusuna iki maral verməyə məcbur etdi.
     İnsanlar o gündən dovşanın tədbirli və ağıllı olmasını bildilər. O vaxtdan bəri də onu Dovşan Sofea çağırırlar ki, bu da: Dovşan - Müdrik Vəkil deməkdir.

Bölmə: Nağıllar | Əlavə edildi: azerhero (25.07.2014) | Müəllif: R.C E W
Baxış: 1073 | Reytinq: 3.0/5
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more