Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əliyev Ələkbər (Əli Əkbər) yaradıcılığı-Artuş və Zaur-11

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>


     -Axşamınız xeyir. Razinə gedirik - qapını bağlayandan sonra Zaur dedi.
     Sürücü razılıq əlaməti olaraq başını əydi və qaza basdı.
     Zaur Artuşun nəzərlərinin üzündə gəzişdiyini görüb ona tərəf çöndü.
     –Nəsə olub?
     -Sən indi Razində yaşayırsan?
     - Yox, dayımın evinə gedirik - Zaur ağzını Artuşun qulağına yaxınlaşdırıb pıçıldadı. - Dayım üç ildir Ufada yaşayır. Açarları bizim evdə idi. Bu gün onları özümlə götürdüm. Narahat olma, o evə heç kim gəlib-getmir.
     Böyük bir parkın yanında yerləşən doqquz mərtəbəli beton binanın dördüncü mərtəbəsindəki iki otaqlı orta təmirli mənzildə, bütün əşyaların üstünü qalın toz qatı basmışdı. Zaur evin ağır havasını dəyişdirmək üçün mətbəx və qonaq otağındakı pəncərələri açdı, evin altındakı marketdən aldığı suları və yarımfabrikatları soyuducuya doldurdu. Tül pərdələri tavana qədər qaldıran sərin yağış havası, maneəsiz olaraq otaqlara doldu.
     -Anam əvvəllər tez-tez gəlib buranı təmizləyirdi. İndi vaxt tapmır. Toza görə bağışla...
     Zaur cümləsini tamamlamamış Artuş onu belindən qamarlayaraq özünə tərəf çevirdi.
     Əvvəl narahat, ürkək sonra da atəşli, dərin öpüşlər. Saçlarında yağmurun qoxusu və nəmi, nəfəslərində ehtirasın hərarəti. Ağrıdan və həzzdən param-parça olan, titrək bədənlərin səssiz fəryadı kainatın sərhədlərini aşaraq insan şüurunun yetişmədiyi, Tanrının olmadığı kosmosüstü məchula yüksəlirdi.
     Bakının küçələri çılğın çaya bənzər selə təslim olmuşdu.
***


     Səhərə qədər davam edən yağış, Bakının dağlı məhəllələrinin çör-çöpünü, zir-zibilini qabağına qatıb şəhər mərkəzinə axıtmışdı. Artuş pəncərələri titrədən damcıların səsinə oyanıb Zaura baxdı. Sevgilisi sağ ovucunu qalxmış budağının üstünə qoyub, mışıl-mışıl yatırdı. Onun yuxusunu bölməmək üçün barmaq uclarına basaraq mətbəxə keçdi, pəncərədən aramsız yağan yağışa baxdı. Sevimli şəhəri dünəndən bəri sulara qərq olmuş, günəş öz çöhrəsini bir an olsun göstərməmişdi. Hər nə qədər təbiət hadisəsindən ötrü qanını qaraltmasının düzgün olmadığını başa düşsə də, doğma şəhərini belə boz rəngdə görmək ürəyini sıxır, onu əndişələndirirdi.
     Həm də bilirdi, bilirdi ki, gec-tez onları yaxalayacaqdılar. Artuşun idman sarayından özbaşına çıxıb getməsində qeyri-qanuni heç nə yox idi. Sadəcə olaraq yaxalanacağı təqdirdə, onu bir neçə gün sorğu-sual edib Ermənistana göndərəcəkdilər. Bəs Zaur? Artuş gözlərini yumaraq başını aşağı endirdi. Dünən istəsəydi Zaura əngəl ola bilərdi. Bəs nə üçün bu avantüraya yox demədi? Sevgisi bu qədərmi kor etmişdi onu?
     Gözlərini açıb yerdə köpüklənən gölməçələrə baxdı. İslanmış sərçələr yoğun budaqların altında oturub sərt damcılardan qorunurdular. Başlarına kulyok keçirmiş qadınlar gölməçələrin üstündən atdana-atdana əllərində ərzaqlarla evlərinə tələsirdilər.
     Artuş ürəyində “nə olacaqsa olsun” deyib otağa qayıtmaq istəyirdi ki, Zaurun mobil telefonu çaldı.
     Yastığına dirsəklənib telefonu qulağına möhkəmcə sıxan Zaur, tez-tez başını yelləyərək zəng vurana qulaq asırdı. Birdən başını qaldırdı, yataq otağının qapısında dayanıb ona baxan Artuşla göz-gözə gəldi. Dodaqlarını büzdü.
     -Başa düşürəm... Sağ olun... Çox sağ olun.
     Telefonu çarpayının ortasına tullayıb ayağa qalxdı. Artuşa yaxınlaşdı.
     -Nəsə olub - Artuş soruşdu. Əlini Zaurun dağılmış saçlarına daldırdı, arxaya doğru tumarladı.
     -Səni axtarırlar, başqa nə ola bilər? Aləm dəyib bir-birinə. Hələ mətbuatın xəbəri yoxdur. Qaçmağını böyük bir sirr kimi saxlayırlar. MTN, polis, prokurorluq əməkdaşları tökülüb küçələrə.
     Artuş zorakı təbəssümlə:
     -Güya tapsalar məni neynəyəcəklər ki? - soruşdu.
     - O da düzdür... Zaur qərarsız dedi. - Amma kiminlə qaçdığını, kimin yanında qaldığını öyrənmək üçün sıxışdıracaqlar səni.
     -İşgəncə verəcəklər?
     -Bilmirəm... Dəqiq heç nə deyə bilmərəm.
     -Yaxşı, onda de görüm neynəyəcəyik?
     -Nə mənada?
     -Daha nə qədər bu evdə oturacağıq?
     -İstəyirsən gedək. Yağış da yağır... Heç bilmirəm nə deyim... Çaşıb qalmışam.
     Artuş Zauru belindən tutub özünə sarı çəkdi. Qucaqlayıb, başını çiyninə qoydu.
     - Narahat olma. Hər şey düzələcək. Həyatımız da, ölümümüz də bizim əlimizdədir. Gedək. Bakını son dəfə doyunca görmək istəyirəm.
     Zaur onun başını sığallaya-sığallaya soruşdu:
     -Haradan başlayaq?
     -İçəri şəhərdən. Oradan başlayaq, orada da bitirək.

***


     Alatoran payız axşamı yaxınlaşırdı. Xəzri güclənmiş, buludlar ayın üzünü bürümüşdü. Çəpəki yağış bütün şiddətilə İçəri Şəhərin yastı damlarını, səfirlik binalarını, xarici şirkətlərin nümayəndəliklərini qamçılayırdı. Navalçalardan daşan köpüklü sular döngə və dalanlarda şarıldayır, qəmbərləri bülövləyirdi.
     Küçələrin birində taksidən düşərək, üzüaşağı addımlamağa başlayan iki nəfərin qaraltısı göründü. Başları açıqdı, islanmış saçlarını külək qarışdırırdı.
     Bir an dayandılar, diqqətlə yan-yörələrinə baxındılar, sonra Artuş başını qaldırdı, yaxın evlərin yastı damlarını gözdən keçirdi. Sanki damlarda gizlənmiş polislərdən ehtiyat edirdi. Zaur onun narahatçılığını görüb pəsdən dedi:
     -Bu yağışda bizi çətin ki, axtarsınlar.
     Sola buruldular və çox qısa, çox darısqal bir dalanın üstündən asılmış şüşəbəndli balkonun altından keçdilər. Zaurun evi sağdaydı. Sağa dönmədən, yonulmamış daşdan hörülmüş yarıuçuq hasarın yanından ötdülər. Sağ tərəfdə bir az yerə yatmış qədim və kiçik bir məscidin minarəsi göyə ucalırdı. Tini dönüb kiçik meydançada dayan- dılar. Qız qalası bütün ehtişamı ilə qarşılarında ucalırdı. Qədim tikilinin üstündə qara buludlar qaynaşırdı.
     Onlar qədim bazarın üstündəki taxta körpüdən keçərək Qız qalasının qapısına yaxınlaşdılar. İçəri daxil olub, bilet aldılar. Bilet satan yaşlı qadın, bu yağışda Qız qalasına gələn iki gəncə təəccüblə baxdı, amma bir söz demədi. Tələsmədən yuxarı qalxmağa başladılar. Yavaş-yavaş, sanki hər bir daşı əzbərləmək istəyirmiş kimi addım- layırdılar.
     Nəhayət Qız qalasının açıq terasına çıxdıqlarında, buranın bomboş olduğunu gördülər. Yağış suları sürətlə daş döşəməyə çırpılıb milyonlarla xırda damcılara parçalanırdı.
     Zaur daş məhəccərə yaxınlaşıb üzünü göyə qaldırdı. Sular onun üzündən süzülərək boğazına, oradan da paltarlarının arasından sinəsinə axırdı.
     - Bu yaxınlarda oxudum ki, Fransa və İsveçrəli bioloqların rəyincə, insan vücudunda bəzi genlər mutasiaya uğrayanda intihara meyllər güclənir.
     Ondan bir addım geridə dayanan Artuş Prezident aparatına baxa-baxa gülümsədi.
     -Bu necə baş verir?
     Zaur qəfil üzünü ona çevirib dedi:
     - Bu mutasiyalar insanın bir çox emosiyalarını idarə edən neyromediator serotonin sinir hüceyrələrini sıradan çıxarır.
     -Sən lap həkim imişsən ki, xəbərimiz yoxdu.
     Zaur onu sinəsinə sıxıb pıçıldadı:
     -Bunlar boş söhbətlərdi. Biz nə etdiyimizi yaxşı bilirik.
     Gözlənilmədən hönkür-hönkür ağlamağa başlayan Artuş:
     - Bu mənim doğma şəhərimdi! Dosdoğmaca şəhərimdi! - qışqırdı. - Öz şəhərimdə ölmək ən böyük arzum olub həmişə. Mən bu şəhəri sevmişəm, indi də sevirəm. Eşidirsən Zaur?
     -Eşidirəm. Sakit ol.
     -Bizim başqa çıxış yolumuz yoxdur eləmi?
     -Mən tunelin sonunda işıq görmürəm.
     -Bəs Qız qalasının yamacında görürsən?
     -İstehza edirsən?
     -Xeyr, soruşuram.
     -Sənin nəyəsə ümidin var bəyəm? Ömrümüzün sonuna qədər qaçmaq, gizlənmək, ehtiyat etmək nə üçün alın yazımız olmalıdır axı? Mən belə yaşamaq istəmirəm Artuş. Bu bizə yaraşan həyat deyil.
     Artuş Zaurun qucağından qoparaq üzünə dağılan islaq saçlarını arxaya daradı. Ciddi və qərarlı nəzərlərlə ona baxdı.
     -Onda gedək deyirsən?
     Zaur cavab vermək yerinə yenə möhkəmcə onu qucaqlayıb dodaqlarına yapışdı. Bu öpüşmənin son öpüşmələri olduğunu bilən gənclər dəqiqələr boyu qopa bilmədilər bir-birlərindən. Sonunda öpüşməni bitirib son dəfə bir- birlərinin gözlərinin içinə baxdılar. Bu baxışlardan bir-birlərinin qəlblərinə nüfuz etdilər. Ürək çırpınışlarını duydular. Qəlblərinin sancısını gördülər. Yaxşı ki, bir neçə saniyə sonra bütün ağrıları, kədərləri, hətta çırpınışları da bitəcək, əbədi rahatlığa qovuşacaqdılar.
     -Vaxtı uzatmaq mənasızdır - Artuş dedi və gülümsədi.
     Əl-ələ verib yarım metr yüksəklikdəki məhəccərə qalxdılar. Dəhşətli, ağlasığmaz mənzərə yaranmışdı - hər ikisinin çöhrəsində təbəssüm dolaşırdı. Ölümə gülə-gülə gedirdilər.
     Qız qalasının yamacına çırpılan iki bədəni uzaqdan, Ləzgi məscidindən çıxan vəhhabi təriqətinin uzun saqqallı mənsubu gördü. Vəhhabi əvvəl şok keçirdi, sonra sakitləşib yerə tüpürdü, yaşıl çətirini açıb başının üstündə tutdu və öz-özünə pıçıldadı:
     -Böyük günah işlədiniz. İntihar etdiniz. Cəhənnəmdə əbədi yanacaqsınız, kafirlər!
     Yağış suları iki sevgilinin qanını köpükləndirə-köpükləndirə pilləkənlərdən üzü Neftçilər prospektinə sarı sürükləyirdi.

Bakı - Tiflis - Yerevan - Berlin - Bakı
Oktyabr 2007 - Yanvar 200

     Görəsən Azərbaycan və Ermənistan cəmiyyətləri gənc yaşlarında ölümə addımlayan Artuşla Zaurun fa- ciəsinin təməlində yatan sülhməramlı resursu, dostluq-qardaşlıq potensialını görüb, qiymətləndirə biləcəklərmi? İllərdir iki xalq arasındakı düşmənçiliyi daha da qızışdıran, ucundan tutub ucuzluğa götürən hər iki dövlətin isteblişmenti, siyasətçiləri, iki qonşu xalqın dramına seyirçi qalmaqda davam edəcəklərmi? Bu faciədən dərs, ibrət ala biləcəklərmi? Nə yazıq ki, bu suallara dəqiq cavab vermək iqtidarında deyilik.
     Biz sadəcə olaraq bu hekayəti nəql etməklə, borcumuzu yerinə yetirdik. Hər kəs bu məhəbbət əfsanəsini tanış-bilişinə yaymaqla vəzifəlidir. Artuşla Zaurun faciəsi dillərə dastan olmalı, əfsanələşməlidir.
     Biz isə öz növbəmizdə bir daha deyirik ki, yaxşı baxın! Diqqətlə baxın! Sizin tarix kitablarınızda bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcəklər: tfu sizin üzünüzə!
     Tfu sizin üzünüzə!

Müəllif

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 >>

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (12.09.2014) | Müəllif: R.C E W
Baxış: 554 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more