Əsas » Məqalə » İqtisadiyyat

Maliyyə bazarları terminlərinin izahlı lüğəti-2
Auksion bazarı (ikitərəfli auksion)
Auction market
Eyni zamanda həm alıcıların və həm də satıcıların rəqabətli təkliflərlə iştirak etdiyi bazar. Burada formalaşan qiymət alıcının ödəməyə hazır olduğu ən yüksək qiymətlə satıcının satmağa razı olduğu ən aşağı qiyməti təmsil edir. Alış və satış təkliflərindən üst-üstə düşən olarsa, onda onlar bir yerə toplanılır və sifarişlər yerinə yetirilir.
Autrayt
Outright
1) Tərəflərin ciddi şəkildə müəyyənləşdirdiyi müddət ərzində forvard kursu üzrə ödənişi nəzərdə tutan müddətli sadə valyuta sövdələşməsi;
2) Mükafat və ya güzəşt nəzərdə tutulan banklararası müddətli valyuta sövdələşmələrində valyuta kursu.
Autsayder
Outsider
1) Birjada hərdən iştirak edən şəxs, yaxud qeyri-peşəkar birja möh təkiri;
2) Birjanın rəsmi üzvü olmayan, la- kin birjanın ticarət zalında təsbit olunmuş qaydalar çərçivəsində fəaliyyət göstərməyə icazəsi olan broker;
3) Fəaliyyət göstərdiyi istehsal və ya xidmət sahəsində rəqiblərindən, yəni digər müəssisələrdən bir sıra əsas göstəricilərə görə geri qalan müəssisə, şirkət və s.
Aut-treyd
Outtrade
Hər hansı qarşılıqlı anlaşılmamaz lıq və ya səhv nəticəsində uğursuzluğa düçar olan birja sövdələşməsi və ya əməliyyatı.
Avadanlığın kreditləşdirilməsi sertifikatı
Equipment trust certificate
Adətən, yeni avadanlıqların haqqının ödənilməsi məqsədi ilə buraxılan və həmin avadanlıqlarla təmin olunmuş borc qiymətli kağızı. Borc tam ödənilənə qədər avadanlıqlar üzərində mülkiyyət hüququ etibarlı şəxsdə (adətən bankda) qalır. Bu qiymətli kağızlardan çox vaxt nəqliyyat şirkətləri istifadə edirlər.
Aval
Aval (allonge, bank guarantee, surety, collateral acceptance, collateral guarantee, collateral security)
Üçüncü şəxs tərəfindən vekselin üz və ya arxa, yaxud da vekselə əlavə olunmuş vərəqdə (allonjda) imza ilə təsbit etdiyi, vekselin ödənilməsinə görə cavabdehliyi təsdiq edən zəmanət. Bu zaman, əksər hallarda üçüncü tərəf qismində bank çıxış edir. Aval vekselin dəyərinin tam, yaxud qismən hissəsinə aid ola bilər. Aval vekselə olan etibarın yüksəlməsini təmin edən amil kimi çıxış edir.
Avro STOXX
Euro STOXX
"Dow Jones” tərəfindən təqdim olunan Avropanın 16 fond bazarını əhatə edən 200-dən yuxarı indekslərdən biri olan Dow Jones Evro STOXX50-nin şərti işarəsi. Avro STOXX Avropa səhm bazarını izləmək üçün istifadə olunan baza göstəricidir. O, Avropa birjalarında 50 birinci dərəcəli səhmlərə əsaslanır.
Avrobor
Eurobor
Avropa Birliyinin pul bazarında bankların bir birindən borcl anmasının faiz dərəcəsi. Başqa sözlə, Avropa Birliyində olan bank digər bir banka bu faiz dərəcəsində borc verəcəkdir. Avrobor həmçinin qısa müddətli faiz dərəcələri üçün baza rolunu oynayır.
Avroçek
Eurocheque
1968-ci ildə yaradılan və 40-dan artıq ölkəni əhatə edən "Avroçek" Avropa bank sisteminin iştirakçısı olan ölkələrin hamısında banklar tərəfindən ödənilməsi qəbul edilən standartlaşmış beynəlxalq çek. Avroçek yalnız zəmanətli Avropa çek kartları ilə istifadə olunur ki, burada bir Avroçekin bank tərəfindən maksimum zəmanət verilən məbləği göstərilmişdir. Bu məbləğ əmtəə və xidmətlərin əldə edilməsi zamanı nağdsız hesablaşmalar üçün, eləcə də nağd pulun alınması üçün istifadə olunur. Avroçeki ödəyən bank buna görə komisyon rüsumu tutur.
Avrodollar
Eurodollar
ABŞ-dan kənar ölkədə qeyri- ABŞ təşkilatı və ya ABŞ banklarının xarici filialları tərəfindən saxlanan ABŞ dolları.
Avroistiqraz (Avrobond)
Eurobond
Emitentin öz ölkəsindən kənarda öz valyutasından başqa bir valyutada buraxdığı istiqrazlar. Adətən, qeyri-avropa şirkətləri tərəfindən Avropada buraxılan istiqrazlar nəzərdə tutulur.
Bununla yanaşı, başqa hallar da mövcud ola bilər. Məsələn, Yaponiyada Avstraliya şirkəti tərəfindən ABŞ dollarında buraxılmış avro- dollar istiqrazları.
Avrokart
Eurocard
Avropa Bank Sisteminə üzv olan ölkələrin ərazisində istifadə olunan beynəlxalq kredit kartı.
Avroklir
Euroclear
Kompüterləşdirilmiş daxil etmə sistemi vasitəsi ilə qiymətli kağızların və fondların klirinqini hesablaşmasmı və borclanmasmı kreditləşməsini həyata keçirən beynəlxalq klirinq təşkilatı. Sistem həm istiqrazları və səhmləri əhatə edir və həm də 80-dən çox ölkədə əsas maliyyə təşkilatlarına xidmət göstərir.
Avrokredit
Eurocredit
Avropa valyuta bazarı resursları hesabına iri kommersiya bankları v ə ya onların sindikatları tərəfindən, bir qayda olaraq, uzun müddətə faiz dərəcələri ilə korporativ və hökumət qurumlarına təqdim edilən beynəlxalq kreditlərdir.
Avropa tipli opsion
European option
Yalnız kontraktın bitmə günündə istifadə oluna bilən opsion. Avropa opsionu ilə müqayisədə Amerika opsionu kontrakt dövrünün sonuna qədər hər hansı zamanda istifadə oluna bilər.
Avrovalyuta
Eurocurrency
Mənşə ölkəsindən kənarda əhəmiyyətli miqyasda depozitdə saxlanılan və müxtəlif əməliyyatlarda istifadə olunan ayrı-ayrı ölkələrin milli valyutası. Ən çox istifadə olunan Avrovalyuta avrodollardır.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Stock Exchange Automated Quotations (SEAQ)
London Fond Birjasında qiymətlər haqqında elektron məlumat sistemi. Birja üzvləri alıcı və satıcının qiymət sisteminə daxil olurlar, məlumatlar displeydə əks olunur və bazarın bütün iştirakçılarına açıqdır. Mahiyyət etibarı ilə bu sistem amerikan sistemi olan NAS- DAQ sisteminin analoqudur.
Avuar
Asset (holding)
1) Geniş mənada müxtəlif ödənişləri həyata keçirməyə, borc öhdəliklərini qaytarmağa və s.-yə imkan verən istənilən növdə pul, pul vəsaiti (nağd və nağdsız formada), qiymətli kağızlar (səhmlər, istiqrazlar, akkreditivlər, veksellər, çeklər və s.), eləcə də şəxsin bankdakı hesabı;
2) Bankın, onun tapşırıqları əsasında müxtəlif maliyyə əməliyyatları həyata keçirən xarici müxbir- bankda olan pul vəsaiti. Əksər hallarda bu pul vəsaiti xarici valyutada olur.
“Ayı” bazarı
Bear market
Qiymətlərin uzun müddət ərzində aşağı düşməsi müşahidə olunan bazar.
Ümumilikdə fond indekslərinin iki ay ərzində 20 faiz geriləməsi ayı bazarının başlanmasının göstəricisidir.
“Ayılar”
Bear
Bazarda müəyyən qiymətli kağızların qiymətlərinin və ya ümumilikdə qiymətlərin düşəcəyinə inanan və bundan yararlanmağa çalışan bazar iştirakçıları (oyunçuları)
Ayrılma
Carve out
Ana şirkətin öz törəmə şirkətlərinin səhmlərini qismən satması.
Azalma (gəlirliliyin)
Dilution
Yeni səhmlərin buraxılması və ya konvertasiya oluna bilən istiqrazların adi səhmlərə konvertasiyası nəticəsində hər bir səhm üzrə gəlirliliyin azalması.
Hər bir səhm üzrə gəlirlərin azalmasının səbəbi isə yeni səhmlərin buraxılması nəticəsində dövriyyədə olan səhmlərin sayının çoxaldılmasıdır. Səhmlərin sayı çoxaldıqca, hər bir səhmin dəyəri azalır.
Azalma meyli (qiymətlərin düşməsi meyli)
Downtrend
Ümumilikdə bu termin qiymətlərin azalma meyilini ifadə edir və bu terminin ifadə etdiyi azalma meyili, əsasən, texniki təhlil zamanı qurulan qrafiklərdə dəqiqliklə müşahidə olunur.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)
State Committee for Securities of the Republic of Azerbaijan (SCS)
Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında dövlət siyasətini və qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Komitənin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir: qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata kecirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
QKDK öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öh- dəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi, lotereyaların təşkili və keçirilməsi, qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirak- çılarının hüquqlarının müdafiəsi, sağlam rəqabət mühitinin yaradılması üzrə dövlət tənzimlənməsini və nəzarətini həyata keçirir.
B
Bağlanış alışı
Closing purchase
Əməliyyat nəticəsi olaraq, satıcının məqsədi verilən seriya opsionlarda uzun mövqeni aşağı salmaq və ya istisna etmək.
Bağlanma müddəti
Lock up period (Lock-up period)
Anderrayter tərəfindən şirkətdaxili səhm sahiblərinin səhmlərinin satılmasına qadağa qoyduğu müəyyən müddət.
Bağlanmış (dondurulmuş)
Locked in
1) Sabit faiz dərəcəli qiymətli kağız almaqla gəlirin sabit bir kəmiyyətə bağlanması;
2) Kapitalın artmasına görə əlavə vergi ödəməkdən çəkinməyə gö rə qiymətli kağızların satışının mümkün olmaması və ya arzuolunmaz olması;
3) Müəyyən növ qiymətli kağızlar üzrə ticarətin dayandırılması (məsələn, fyuçers bazarında qiymət dəyişmələrinin qoyulmuş həddi keçməsi ilə əlaqədar olaraq) ehtimalına görə investorun həmin növ qiymətli kağızı sata bilməməsi (satdığı halda zərərə düşəcək).
Bahalaşdırma (qiymət əlavəsi, marja)
Markup
1) Bazarda vəziyyətin dəyişməsinə cavab olaraq bazar iştirakçılarının qiymətləri artırması n əticəsində bahalaşma baş verməsi;
2) Pərakəndə satış qiyməti ilə topdansatış qiyməti arasındakı fərq;
3) Dilerlər arasında ən aşağı cari təklif qiyməti ilə dilerin müştəri üçün müəyyən etdiyi qiymət arasında fərq;
Ucuzlaşdırma termininin əksi.
“Baket-şop” (Köşk)
Bucket shop
Qeyri-qanuni və ya lisenziyasız fəaliyyət göstərən və fond birjasının üzvü olmayan broker firması.
Balans (balans hesabatı, balans cədvəli)
Balance sheet
Bir-birini tamamlayan iki hissədən ibarət, müəyyən zaman müddətində hər hansı hadisə və ya fəaliyyətlə bağlı tarazlığı və nisbəti xarakterizə edən göstəricilər sistemi. Balansın bir tərəfi pulun və ya əmtəənin daxil olmasını (gəlirini, idxalını və s.), digər tərəfi isə h əmin kəmiyyətdə pulun və ya əmtəənin xaric olmasını (ödənilməsini, ixracını və s.) ifadə edir. Bütün hallarda balansın tərəfləri kəmiyyətcə bərabər olur. Balans göstəriciləri həm natural formada, həm də pul formasında əks oluna bilər. İqtisadiyyatın bu və ya digər sahələrində müxtəlif məzmunlu balanslardan istifadə olunur. Məsələn, tədiyyə balansı, dövlətin gəlir və xərclər balansı (dövlət büdcəsi), mühasibat balansı, sahələrarası balans və s. Şirkətlər üçün əsas balans mühasibat balansıdır. Mühasibat balansı müəyyən zaman müddətində (aylıq, rüblük, illik) müəssisənin maliyyə fəaliyyəti haqqında məlumatları ümumiləşdirilmiş pul ifadəsində əks etdirən mühasibat sənədidir. Formasına görə mühasibat balansı iki hissədən (bölmədən) ibarət cədvəldir. Birinci, yəni sol hissə aktiv, ikinci, yəni sağ hissə passiv adlanır. Mühasibat balansının aktivi maliyyə-təsərrüfat vəsaitlərinin tərkibi və yerləşdirilməsini, passivi isə həmin vəsaitlərin yaranma mənbələrini və məqsədli istiqamətlərini əks etdirir.
Balans (hesabaalma) dəyəri
Book value (balance sheet value, book cost, carrying value, carrying amount)
Müəssisəyə, təşkilata və s.-yə məxsus əsas vəsaitlərin, uzunmüd- dətli aktivlərin və s.-nin müəssisənin balansında əks olunduğu dəyər. Müəssisənin, təşkilatın və s.-nin balans dəyəri onun şəxsi kapitalı və xalis aktivlərinin məcmusu kimi hesablanır. Xalis aktivlər məcmu aktivlərin dəyəri ilə borc öhdəliklərinin ümumi həcminin (dəyər ölçüsündə) fərqinə bərabərdir.
Səhmin hesabaalma dəyəri, şirkətin bütün aktivlərini toplayıb, hər hansı imtiyazlı qiymətli kağızın ödəmə qiyməti daxil olmaqla, bütün borc və öhdəliklərini çıxaraq müəyyən edilir. Alınan məbləği dövriyyədə olan səhmlərin miqdarına bölərək, hər bir sadə səhmin hesabaalma dəyəri əldə edilir. Şirkətin aktivlərinin və yaxud qiymətli kağızın hesabaalma dəyəri bazar qiymətindən fərqlənə bilər.
Balansarxası hesab
Off balance sheet
Saldosu mühasibat balansına daxil olmayan mühasibat hesabı. Balansarxası hesabda uçot ikili yazı tətbiq edilmədən aparılır. Bu hesablar öz aralarında və ya balans hesabları ilə müxabirləşir.
Balanslaşdırılmış (tarazlaşdırılmış) portfel
Matched book
Maliyyə qurumunun aktivlərinin portfeli ilə öhdəliklərinin (passıvlərinin) portfelinin strukturlarının müddətlərinə görə üst-üstə düşdüyü vəziyyət. Məsələn, bankın aktivlərinin və öhdəliklərinin məbləğlərinə və müddətlərinə görə uzlaşdırılması.
Balanslaşdırma (tutuşdurma)
Matching
1) Aktivlərin və öhdəliklərin məb ləğləri və müddətləri üzrə uzlaşdırılması yolu ilə qiymət və faiz risklərinin neytrallaşdırılması üsulu;
2) Hər gün birjada həyata keçirilmiş bütün alqı və satqı əməliyyatlarının tutuşdurularaq yoxlanması və hər bir sövdələşmədə bağlanmış müqavilələrin sayı və qiyməti üzrə alıcı və satıcılardan təsdiq alınması;
3) Xərclərin onlarla əlaqədar gəlirlərlə məbləğləri və müddətləri üzrə tutuşdurulması prosesi.
“Balıq” (səhm buraxılışı üçün ilkin prospekt)
Red herring (red herring prospectus)
Səhm buraxılışı üçün ilkin prospekt. Belə prospektdə bu sənədin satış təklifi yox, yalnız buraxılış haqqında ilkin məlumatlandırma olduğunu göstərən qırmızı işarə (nişanə, qeyd) olur. Bu prospekt potensial investorların maraqlarını öyrənmək üçün istifadə olunur və burada göstərilən şərtlər sonradan dəyişdirilə bilər.
Bank aksepti (bank tərəfindən akseptləşdirmə)
Bankers ’ acceptances (BA)
Qeyri-maliyyə təşkilatlarının qısa-müddətli kreditlərinə bank tərəfindən zəmanət verilməsidir. Bank aksepti xəzinə notlarına çox oxşayır və pul bazarı fondlarında tez-tez istifadə edilir.
Bank bileti
Bank bill
1) Mərkəzi banklar tərəfindən tədavülə buraxılan pul nişanı, əskinas;
2) Bank tərəfindən emissiya edilən tədiyyə vasitəsi.
Bank çeki
Bank check
Bir bankın başqa banka banklararası hesablaşmaların aparılması üçün təqdim etdiyi çekdir.
Bank diversifikasiyası
Bank diversification
Bank aktivlərinin borc alanların mümkün böyük dairəsi arasında:
a) kredit riskinin azaldılması (borc alanların ödəmə qabiliyyəti olmamasına görə itki ehtimalı);
b) ssuda portfellərinin qəbul edilən səviyyədə saxlanılması məqsədilə yerləşdirilməsidir.
Bank holdinq şirkəti (bank holdinqi)
Bank holding company
Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bankları (tənzimləyən orqanları) tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.
Bank investisiyası
Banking capital
İqtisadiyyatın müxtəlif sahəl ərinə birbaşa investisiyalar şəklində, qiymətli kağızlara portfel investisiya şəklində yatırılan bank vəsaitləri (resursları). İEÖ-lərdə geniş yayılan bank investisiyası keçid iqtisadiyyatlı ölkələrdə, o cümlədən Azərbaycanda da iqtisadiyyatın investisiya təminatı baxımından çox mühüm rola malikdir.
Bank işi (əməliyyatları)
Banking
İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tər əfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir:
1) Aktiv bank əməliyyatları - kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları.
2) Məsləhətləşmə (konsaltinq) əməliyyatları - bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri.
3) Vasitəçilik (komisyon) əməliyyatları - iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları.
Bank konsorsiumu
Bank consortium
İrimiqyaslı kredit, investisiya, zəmanət, yaxud digər bank əməliyyatlarının (adətən beynəlxalq maliyyə bazarlarında) həyata keçirilməsi məqsədilə bankların müvəqqəti birləşməsi, birgə fəaliyyəti.
Bank sindikatı
Bank syndicate
İxtisaslaşmış və səhmdarları bərabər paylarla digər banklar olan iri bank. Bir qayda olaraq, belə banklar Avropa bazarlarında irimiqyaslı maliyyə əməliyyatlarının aparılması üçün yaradılır.
Bank krediti
Bank credit
Bank tərəfindən, bağlanmış müqaviləyə uyğun olaraq, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqı) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə yanaşı, pul vəsaitinin verilməsi haqqında götürülmüş başqa hər hansı öhdəlik, təminat, zəmanət, borc qiymət li kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquqlar da kredit münasibətlərinə aiddir.
Bank lisenziyası
Banking licence (Licence of bank)
Ölkənin mərkəzi bankı tərəfin- dən kommersiya banklarına bank fəaliyyəti göstərməklə bağlı verilən rəsmi icazə, lisenziya.
Bank olmayan kredit təşkilatı
Non-bank credit organization
Öz vəsaiti (və ya depozitlər istisna olmaqla cəlb edilmiş vəsait) hesabına yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
Bank riski
Bank risk
Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, verilmiş kreditlərin ödənilməməsi, qiymətli kağızların kotirovkasının dəyişməsi, balans arxası əməliyyatlar üzrə ödənişlərin həyata keçirilməsi, resurs bazasının azaldılması və s. nəticəsində zərərlərin yaranması və mənfəətin itki ehtimalı qeyri-müəyyənliyi ilə ifadə olunan və kredit idarələri tərəfindən həyata keçirilən bank əməliyyatlarının səciyyəvi xüsusiy yətlərindən irəli gələn risklərdir.
Bank riski iki formada olur: xarici (sığorta, valyuta, forsmajor hallarında risklər) və daxili (kredit, portfel, bank əməliyyatları riskləri). Bank risklərinin səviyyəsinə bank əməliyyatlarının (forfeter, hedcirləmə və s. ) və ya onların sığortalanmasının köməyilə nəzarət olunur.
Bank sertifikatı
Bank certificate
1) Bank müştərisinin hesabının saldosunu göstərən sənəd.
2) Bankda pul vəsaitinin deponentləşdirilməsini təsdiq edən sənəd.
Əsas etibarilə bu sənəd müştəri tərəfindən banka yatırılmış depozit məbləğinin götürülməsi üçün istifadə olunur.
Bank zəmanəti
Bank guarantee
1) Kreditor qarşısında borclunun pul öhdəliklərinin yerinə yetirilməsi üzrə bank zəmanətidir. Bu o deməkdir ki, əgər müştəri göstərilən müddətdə borcunu ödəyə bilməsə, bank bu öhdəliyi öz üzərinə götürərək ödəməni öz hesabına icra edəcəkdir;
2) Bankın belə öhdəlik götürməsini təsdiq edən sənəd.
Bank zəmanəti zamin tərəfindən geri çağırıla bilməz. Bank zəmanəti təkcə ölkə daxilində hesablaşma və kredit əməliyyatlarının aparılması zamanı yox, həm də beynəlxalq he sablaşmalar və kreditləşmələr zamanı da tətbiq olunur. Bu cür zəmanətlər ya bankın zəmanət məktubu formasında, ya da vekseldə onun yazısı (aval) formasında tərtib oluna bilər.
Bank
Bank
İqtisadi subyektlərin pul vəsaitlərini müvəqqəti cəlb edən, sərəncamında olan pul vəsaitlərini (xüsusi və cəlb etdiyi pul vəsaitlərini) müddətlilik, qaytarılmaqlıq, ödənclilik və təminatlılıq şərti ilə öz hesabına və öz adından yerləşdirən, fiziki və hüquqi şəxslər üçün hesablar açan, bu hesablarla bağlı əməliyyatlar aparan, iqtisadi subyektlərə müxtəlif maliyyə xidmətləri göstərən müstəsna hüquqa malik maliyyə-kredit institutu.
Bankın əlaqəli (afilə edilmiş) şəxsləri
Affiliatedpersons of bank
Bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (ər/arvad, valideyn, o cümlədən ərin/arvadın valideynləri, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülənlər, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarmın rəhbərləri.
Bankın fılialı
Bank branch (branch of a bank)
Ölkənin mərkəzi bankı tərəfindən təqdim olunan lisenziya çərçivəsində kommersiya bankının funksiyalarmın tam, yaxud bir hissəsini onun yerləşdiyi fiziki məkandan kənarda həyata keçirən qeyri-müstəqil qurum, ana bankın struk tur bölməsi.
Bankın məcmu kapitalı (öz vəsaiti)
Total capital of bank
Prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, ölkənin Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən etdiyi birinci dərəcəli və ikinci dərəcəli kapitala daxil olan elementlərin cəmi və onlardan tutulmaların fərqidir.
Bankın nümayəndəliyi
Representative office
Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.
Bankın şöbəsi
Bank department Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun ölkə ərazisində depozitlər cəlb edən və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
Banklararası tələblər
Interbank requests (needs)
Müəyyən müddətə və ya tələb olunanadək bir bank tərəfindən digər bankda yerləşdirilmiş depozitlər və ya "nostro"müxbir hesab qalıqları.
Banko
Banko
Bank tərəfindən alqı-satqısı həyata keçirilən qiymətli kağızların alış və ya satış kursu.
Baş (çərçivə) sazişi Master agreement Hər hansı bir fəaliyyət üzrə ən ümumi şərtlərin razılaşdırıldığı çərçivə sənədi.
Baydaun
Buydown
Proqressiv faiz dərəcəsinə malik borc (kredit). Baydaunda faiz dərəcələri əvvəlcə aşağı olur, sonra isə getdikcə artır. Məs, baydaunda kredit dərəcəsi birinci ay 2%, ikinci ay 2,5%, üçüncü ay 3% və s. ola bilər. Bəzən baydaun artan faizli borc kimi də adlandırılır.
Baza (bazis) dövrü
Base period
İqtisadi parametrlərin dəyişmə indeksi hesablanarkən müqayisə (hesabat) bazası seçilmiş dövrdür. Adətən, parametrlərin qiymətinin baza dövrünə olan səviyyəsi 100 faiz götürülür. Məsələn, parametrin qiymətinin baza dövrünə nisbətən 8% artımı 108% təşkil edir.
Baza (ehtiyat) valyutası
Reserve currency
Mərkəzi banklar və digər maliyyə institutlarında saxlanılan xarici valyuta. Ehtiyat valyutası beynəlxalq borc öhdəliklərinin ödənilməsi və ya daxili valyuta məzənnəsinə təsir etmək üçün istifadə olunur.
Baza aktivi
Underlying asset
Fyuçers və opsion müqavilələrinin əsasını təşkil edən aktiv. Baza aktivi adətən qiymətli kağız və əmtəə qismində olur.
Baza dərəcəsi (baza dəyişmə bəndi)
Basis point
Hər hansı bir göstəricinin kəmiy yət ölçüsünün (və ya onun dəyişməsinin) bir faiz bəndinin yüzdə bir hissəsi. Maliyyə bazarlarında, əsasən, maliyyə alətlərinin gəlirliliyini və faiz dərəcələrini (və ya onların dəyişməsini ölçmək üçün istifadə edilən standart baza ölçüsü. 1 baza bəndi 0,01 faizə bərabərdir.
Baza dərəcəsi
Prime rate
Bankın ən yaxşı müştərilərindən borca görə tələb olunan faiz dərəcəsi.
Baza riski
Basis risk
Fond birjasında müddətli söv- dələşmə zamanı fyuçerslərlə hedcin qin qeyri-mükəmməl olması şəraitində cari qiymətlə fyuçers qiyməti arasında nisbətin arzuolunmaz dəyişməsi ehtimalı ilə şərtlənən risk.
Baza səviyyəsi Baseline Hər hansı bir göstəricinin kəmiy yət ölçüsünün (və ya onun dəyişməsinin) baza dövrünə olan səviyyəsi. Müəyyən dövrdə göstəricilərin kəmiyyət ölçülərinin dəyişməsi baza səviyyəsi ilə müqayisədə qiymətləndirilir.
Baza tarifi
Single tariff
Kommersiya banklarının krediti vaxtında ödəyən və əməkdaşlıq etdikləri böyük müştərilərinə təyin etdikləri ən aşağı faiz dərəcəsi.
Baza ticarəti
Basis trading
Aktiv üzrə eyni vaxtda nağd uzun mövqenin və bu aktiv üzrə fyuçers üzrə qısa mövqenin götürüldüyü arbitraj əməliyyatı. Aktivin cari qiyməti və onun saxlanma və sığorta xərclərinin cəmi fyuçersdən gələn gəlirdən az olduğu müddətdə treyder mənfəət əldə edir.
Baza valyutası
Base currency
Valyuta bazarında valyuta cütlüyünün birinci tərəfi. Məsələn, Avro/ABŞ dolları katirovkasında Avro baza valyutası, ABŞ dolları isə istinad valyutası hesab olunur. Burada baza valyutasının bir mislini almaq üçün tələb olunan istinad valyutasının həcmi ifadə olunur.
Bazar dəyəri
Market value
Qiymətli kağızın ən son elan olunmuş qiyməti və ya cari alqı-satqı qiyməti. Şirkətin bazar dəyəri şirkətin səhmlərinin sayı ilə bir səhmin cari bazar qiymətinin hasilinə bərabərdir
bax. Market capitalization.
Bazar kapitalizasiyası (kapitalı)
Market capitalization
Bazar kapitallaşması şirkətin bütöv bazar dəyərini ifadə edir və şirkət tərəfindən buraxılmış səhmlərin cari bazar qiyməti ilə dəy ərlərinin cəminə bərabərdir. Şirkətin kapitallaşması şirkətin bütün səhmlərinin sayının bir səhmin bazar qiymətinə vurulması yolu ilə hesablanır.
Bazar qiyməti (birja qiyməti, birja məzənnəsi)
Market price
Bazarda tələb və təklif əsasında formalaşan qiymət. İqtisadi nəzəriyyəyə görə mal və ya xidmətin bazar qiyməti tələb ilə təklifin kəsişdiyi nöqtədə müəyyən olunur. Odur ki, tələb və ya təklifin həcmində ani dəyişiklik bazar qiymətinin kəskin dəyişməsi ilə nəticələnə bilər.
Qiymətli kağızlar bazarında qiymətin ən son ticarət olunduğu qiymət bazar qiyməti sayılır.
Bazar qiymətində sifariş (bazar sifarişi)
Market order
Brokerə qiymətli kağızın alqı- satqısını bazarda formalaşan sərfəli qiymətə həyata keçirmək üzrə verilən sifariş növüdür.
Bazar sifarişi, sifarişin yerinə ye- tirilməsinə zəmanət verir. Lakin, günlük ticarət həcmi aşağı olan səhmlər üçün bazar sifarişi cari qiymətdən çox yüksək qiymətdə alış ilə nəticələnə bilər. Buna görə də, bazar sifarişini günlük yüksək ticarət həcminə malik səhmlər üzrə etmək daha məqsədəuyğun hesab olunur.
Bazar qiymətləndirməsi
Mark to market (MTM)
1) Aktiv və öhdəliklər kimi müəyyən dövr ərzində dəyişə bilən hesabların ədalətli dəyərinin ölçülməsi. Bazar qiymətləndirməsinin məqsədi təşkilatın və ya şirkətin cari maliyyə vəziyyətinə dair real qiymətləndirmənin aparılmasıdır.
2) Qiymətli kağızların, portfelin və ya hesabın uçot dəyərinin deyil, cari bazar dəyərinin və ya qiymətinin qeyd olunması üçün aparılan mühasibatlıq əməliyyatı.
3) Birgə fondun xalis aktiv dəyərinin (XAD) ən son bazar qiymətləndirməsi əsasında müəyyən edilməsi.
Bazar meyilləri (bazarın inkişaf meyilləri)
Market trend
Bazarda qiymətin ümumi istiqaməti. Bazar meyilləri qısa, orta və uzun müddətli ola bilər. İnvestor meyilləri düzgün müəyyən edə bildikdə yaxşı mənfəət əldə edə bilər. Bazar oyunçuları adətən bazar meyilləri istiqamətində ticarət etməyi düzgün hesab edirlər.
Bazar riski
Market risk
İnvestisiyanın dəyərinin ümumi bazar faktorlarında dəyişikliklərlə əlaqədar azalma riski.
Səhmin bazar riskini ölçmək üçün beta əmsalından istifadə olunur.
Bax: Sistem riski.
Bazar sektoru
Market sector
Bazarda müəyyən parametrlərinin ümumiliyi ilə səciyyələnən və rəqabət aparan əmtəə, xidmət və qiymətli kağızlar toplusu.
Əmtəə və xidmətlər bazarında bazar sektoru terminindən bir-birləri ilə birbaşa rəqabətdə olan oxşar əmtəə və xidmətlər alan və satan biznes strukturlarının fəaliyyətini təsvir etmək üçün istifadə olunur. Təhlilçilər bir-birləri ilə birbaşa rəqabətdə olan şirkətlərin səhmlərinin siyahıda yanaşı durması üçün səhm bazarında bölgü aparırlar.
İstiqraz bazarında bu termin emitentlərin növünə görə bazarın bölüşdürülməsini nəzərdə tutur. Məsələn, dövlət, korporativ və ya kommunal istiqrazlar.
Marketinq sahəsində, həmçinin, reklam kampaniyalarında bu ter- mindən xüsusi olaraq hədəfə alınan bazar sektorlarını göstərmək üçün istifadə edilir və bu zaman onlar daha çox bazar seqmenti adlandırılır.
Bazar vaxtı
Market timing
1) Adətən, texniki göstəricilərdən və ya iqtisadi məlumatlardan istifadə etməklə bazarın gələcək konyukturunun müəyyən edilməsi cəhdi.
2) Bazar konyukturunda baş verən dəyişiklər fonunda mənfəət əldə etmək məqsədilə fond aktivləri sinifləri arasında aparılan əvəzləmələr.
Bazar likvidliyi
Market liquidity
Aktivin qısa zaman ərzində dəyərində əhəmiyyətli itkiyə yol verilmədən alınıb-satılma imkanına malik olma qiymətləri.
Bazarlararası Ticarət Sistemi
Intermarket Trading System (ITS)
Səkkiz Amerika birjasını və eləcə də, birja bazarlarından kənarda eyni qiymətli kağızlarla ticarət edən bir neçə dilerləri birləşdirən kompüter sistemi.
Bazis
Basis
Fyuçers qiyməti ilə cari qiymət arasındakı fərq. Qiymətli kağızlara münasibətdə bu termin qiymətli kağızın spot qiyməti ilə fyuçers bazarındakı qiyməti arasındakı fərqi ifadə edir. Adətən, cari qiymətlərlə fyuçers qiymətləri arasında yüksək korrelyasiya mövcud olur, lakin, buna baxmayaraq, bazis sabit qalmır.
Bençmark (müqayisə bazası)
Benchmark
Müqayisə üçün istifadə olunan standart. Bençmark qiymətli kağız, adətən, digər qiymətli kağızların dəyərləndirilməsində istifadə olunur. Yüksək likvidliyə malik ol maqla yanaşı, nisbətən yaxın zamanda və böyük həcmdə buraxılmış olması önəmlidir.
Benefisiar (faydalanan şəxs)
Beneficiary
1) Xeyrinə ödəniş edilmiş, gəlir, mənfəət, güzəştlə əlaqədar pul vəsaiti və s. əldə etmiş şəxs, o cümlədən kreditor;
2) Borcluya (prinsipal) tələb hüququ olan şəxs.
Bessa
Baisse
Maliyyə bazarında, o cümlədən birjada qiymətli kağızların, eləcə də, digər maliyyə alətlərinin məzənnəsinin aşağı düşməsi.
Beta əmsalı
Beta
Fond bazarında qiymətli kağızın kursunun dəyişməsi ilə ümumi bazar kursunun dəyişməsi arasında kəmiyyət nisbətini ifadə edən göstərici. Beta əmsalı AK&M agentliyi tərəfindən hesablanır. Əgər Beta əmsalı müsbətdirsə, onda bu qiymətli kağızın səmərəliliyi bazarın səmərəliliyinə uyğundur. Mənfi beta əmsalı zamanı həmin qiymətli kağızın səmərəliliyi bazarın səmərəliliyi artdıqca azalacaqdır. Beta əmsalını, həmçinin, qiymətli kağızlara investisiya riskinin ölçüsü hesab etmək olar. Beta əmsalının böyük olması zamanı investisiyaların risk dərəcəsi orta hesabla bazara görə yüksəkdir. Beta əmsalının kiçik olması zamanı investisiyaların risk dərəcəsi aşağı olur.
Beynəlxalq kredit
International credit
Borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyəti ilə müşayiət olunan kredit növüdür. Kreditor və borc alan rolunda banklar, iri şirkətlər, xüsusi sahibkarlar, dövlət idarələri, hökumət, həmçinin beynəlxalq və regional təşkilatlar çıxış edə bilərlər.
Beynəlxalq reytinq agentliyi Moody’s
Moody s
Beynəlxalq reytinq agentliyidir. Moody's reytinqləri risk səviyyəsi və alıcının borc üzrə ödənişləri vaxtında edə bilməsi əsasında müəy- yən edir. Reytinqlər aşağıda göstərilmişdir
Aaa - ən yüksək reytinq,
aşağı risk A
Baa - orta qiymət, orta risk
Ba
B
Caa - aşağı qiymət, yüksək risk
Ca C
Bələdiyyə istiqrazları
Municipal bonds (muni)
Yerli özünüidarəetmə təşkilatları (bələdiyyələr) tərəfindən buraxılan istiqrazlar. Adətən belə istiqrazlar müəyyən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə emissiya edilir və onlar üzr ə gəlirlilik və əsas borc vəsaiti həmin investisiya layihəsinin həyata keçirilməsindən yaranan gəlirlərdən tutularaq ödənilir.
Bələdiyyə istiqrazlarının sığortalanması
Municipal bond insurance
Bələdiyyə istiqrazlarına investi si ya qoyan investorların yerli hakimiyyət orqanlarının öz öhdəlik lərini yerinə yetirməməsi risklərindən sığortalanması. Adətən, bu alət kredit reytinqinin yüksəldilməsi məqsədilə istifadə olunur. Bələdiyyə istiqrazlarının sığortalanması ideyası 1971-ci ildə Amerika sığorta istiqrazları korporasiyası (hazırda Amerika bələdiyyə istiqrazlarının sığortalanması və zəmanəti korporasiyası) tərəfindən irəli sürülmüşdür.
Bələdiyyə qiymətli kağızları
Municipal securities
Bələdiyyə qiymətli kağızları bələdiyyə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlar. Bu alətlə əldə olunan gəlirdə vergi güzəştləri olunur.
BİBOR
BİBOR
Bəhreyn "ofşor" pul bazarında iştirakçı banklar tərəfindən müəyyən edilən banklararası depozitlərin (xarici valyutada olan) faiz dərəc əsi.
Binomial model
Binomial model
Amerika tipli opsionların ilkin dəyərini hesablamaq üçün Koks, Roslar, Rubinstein və Şarp tərəfindən təklif edilmiş opsion qiymətləndirməsi modeli.
Bir günlük sifariş
One-day order
Qiymətli kağızların alqı-satqısı üzrə müştəri tərəfindən brokerə verilən və verildiyi gün yerinə yetirilməli olan sifariş. Belə sifariş həmin gün icra edilmədiyi halda, avtomatik olaraq qüvvəsini itirir.
Bir səhmə düşən mənfəət
Earnings per share (EPS)
Şirkətin xalis mənfəətinin səhmlərin sayına (il ərzində orta say) nisbəti. Bir səhmə düşən mənfəət şirkəti üçün önəmli gəlirlilik göstəricisidir.
Birbaşa xarici investisiyalar
Foreign direct investment (FDI)
Xarici sahibkar kapitalının ölkədə uzunmüddətli kapital qoyuluşunu təmsil edən investisiya forması. Belə investisiyalar xarici investorların öz ölkələrindən kənarda müəssisə yaratması imkanını və onların fəaliyyəti üzərində nəzarətini təmin edir. Xarici müəssisələrin əldə etdiyi bütün gəlirlərin investor tərəfindən idarə olunmasına imkan yaradır.
Birbaşa ilkin təklif
Direct public offering
Şirkət, anderrayter olmadan, qiy mətli kağızları özü birbaşa investorlara satdığı hal. Həmin investorlar şirkətin müştəriləri, işçiləri, podratçıları, distribyutorları və s. ola bilər.
Birinci sinif bank
Prime bank
Ən yüksək reytinqə və ən çox aktivə malik olan banklar sırasında olan bank.
Birja bankı
Exchange bank
Birja sövdələşmələri ilə bağlı kredit və depozit əməliyyatlarını həyata keçirən, müxtəlif istiqamətli maliyyə xidmətləri göstərən ixtisaslaşmış bank. Birja bankı birja vasitəçilərinin fəaliyyətinin yüksəlməsinə bilavasitə təsir göstərir.
Birja çökəkliyi (çalası)
Exchange hole
Birjanın əməliyyat zalında, adətən, döşəmə səviyyəsindən aşağıda yerləşən dairəvi və ya çoxbucaqlı formasında meydança. Pillələrdə yerləşən brokerlərə bir-birini yaxşı görməyə imkan verir. İri birjalarda adətən bir neçə çökəklik olur.
Birja dövriyyəsi
Exchange circulation
Müəyyən zaman müddətində birjada əmtəələrin, qiymətli kağızların, valyutanın və s.-nin alqı-satqısının ümumi həcmi. Birja dövriyyəsi birjada reallaşdırılmış əmtəələrin, qiymətli kağızların və s.-nin pul ifadəsində həcmi kimi hesablanır.
Birja əqdi
Exchange transaction
Birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir (sazişdir).
Birja müdaxiləsi
Exchange intervention
Güclü bazar subyektlərinin, yəni dövlətin, iri bank və ya şirkətlərin fond birjasında qiymətli kağızların kurslarına məqsədli şəkildə müdaxiləsi. Əsas etibarilə B.m. Hökumət tərəfindən həyata keçirilir. Bu zaman hökumət yerləşdirdiyi dövlət qiymətli kağızlarını daha ucuz qiymətlə geri almaq imkanını əldə etmiş olur.
Birja komitəsi
Exchange committee
Birjanın daim fəaliyyətdə olan nəzarət - sərəncamverici idarəetmə orqanı. Onun tərkibindən rəyasət heyəti və idarə heyəti formalaşır. Birja komitəsinin funksiyaları səhmdar cəmiyyətinin müşahidə şurasının funksiyaları ilə oxşardır.
Birja qiyməti (bazar qiyməti)
Exchange price (market price)
Ayrı-ayrı birjalar tərəfindən müstəqil surətdə təyin olunur. Birjalarda təyin edilən qiymətlər, keyfiyyəti, həcmi və göndərmə müddəti vahid şəklə salınmış şəraitdə həyata keçirilən real müqavilələrin qiymətləridir.
Birja fondunda tədavüldə olan qiymətli kağızların dəyəridir. Birja kursu qiymətli kağızların gəlirlilik səviyyəsi ilə ssuda faizi səviyyəsi arasındakı nisbətlə təyin olunur.
Birja möhtəkirliyi
Exchange speculation
Qiymətli kağızların alqı-satqısı üzrə birja sövdələşməsinin (əməliyyatının) bir növüdür. Birja sövdələşməsi kimi birja möhtəkirliyinin də məqsədi alınan və satılan qiymətli kağızların qiymətlərindəki fərqdən mənfəət əldə etməkdir. Birja möhtəkirliyinin funksiyasına perspektivdə satın alınmış qiymətli kağızlardan gəlir (divident) alınması yox, yalnız onların alındığı qiymətdən yuxarı satışı daxildir. Bu mənada birja möhtəkirliyi normal birja fəaliyyətinin ayrılmaz və tamamilə təbii elementidir, bunun da mahiyyəti son nəticədə əmtəələrin istehsalından yox, onların təkrar satışından mənf əət əldə etməkdən ibarətdir.
Birja rüsumu
Exchange duty
Birja üzvlərinin və iştirakçılarının birja əməliyyatları aparmaq hüququna görə xüsusi birja komitəsinə ödədikləri haqq, rüsum.
Birja səhmli investisiya fondu
Exchange-traded fund (ETF)
Fond birjasında alınıb-satıla bilən (səhmlər kimi) müxtəlif növ aktivlərə (səhm, istiqraz, əmtəə) malik olan fond. ETF-lərin çoxu indeksləri (S&P 500, Dou Cons kimi) izləyir və kiçik investorlara imkan verir ki, daha az xərclərlə diversifikasiya edə bilsinlər.
Birja və Qiymətli Kağızlar üzrə Komissiya (SEC)
Securities and Exchange Commission (SEC)
ABŞ fond birjalarını, qiymətli kağızların buraxılışını və alqı-satqısını tənzimləmək məqsədi ilə 1934- cü ildə yaradılmış dövlət agentliyi.
Birja yığıncağı
Exchange meeting
Birja üzvlərinin yığıncağı. Burada həmin birjada kotirovka edilən əmtəələrin tələb və təklifinin həcmi aşkar edilir və yığıncaq iştirakçıları arasında sövdələşmə bağlanır. Birja yığıncağı, bir qayda olaraq, birja komitəsinin qərarlarına uyğun ola- raq iş günlərində müəyyən saatlarda həftədə bir neçə dəfə keçirilir.
Birja
Exchange
Eyni növ əmtəələrin, qiymətli kağızların və valyutanın topdansatış ticarəti ilə bağlı həyata keçirilən iqtisadi münasibətlərin məcmusu. Birja topdansatış ticarət münasibətlərinin tərəfləri arasında vasitəçi rolunu oynayır. Alqı-satqı predmetinin növündən asılı olaraq birjalar aşağıdakı kimi sadalanır: Fond birjası (qiymətli kağızlar üzrə ticarət bazarı), əmtəə birjası (material qiymətlilər üzrə ticarət bazarı), valyuta birjası (valyutalar üzrə ticarət bazarı), əmək birjası (iş qüvvəsi bazarı) və s.
Birjada oyun
Gambling
Birjada əmtəələrin, valyutaların və qiymətli kağızların qiymətlərində (kotirovkalarında) dəyişmə meyillərinin proqnozlaşdınlması hesabına mənfəət əldə edilməsi məqsədilə, eləcə də, müxtəlif əmtəə və fond birjalarında kotirovkaların və məzənnələrin fərqi hesabına aparılan möhtəkirlik əməliyyatları. Birjada məzənnənin yüksəldilməsinə görə oyun (bu cür oyunçuları "öküzlər" adlandırırlar) və məzənnənin azaldılmasına gör ə oyun (bu cür oyunçuları "ayılar" adlandırırlar) forqləndirilir. Birjada hər bir müştəri öz hesabına, öz riskinə və öz mənafeyi üçün oynayır.
Birjadankənar
Over-the-counter
(over the counter, OTC) 1) Rəsmi fond birjasında listinqdən keçməyən və/və ya kotirovka olunmayan birjadankənar bazarda alınıb-satılan qiymətli kağızlar;
2) Qiymətli kağızlar üzrə ticarətin birjada deyil, tərəflər (məs. dilerlər) arasında telefon və ya kompüter şəbəkəsi vasitəsilə birbaşa olaraq həyata keçirildiyi bazar.
Birjadankənar əməliyyatlar
Off-board
Birjadankənar bazarda həyata keçirilən əməliyyatlar, başqa sözlə: (i) coğrafi baxımından müxtəlif yerlərdə yerləşən tərəflər (məsələn, dilerlər) arasında telefon və ya kompüter şəbəkəsi vasitəsilə həyata keçirilən əməliyyatlar; (ii) birjada kotirovkaya daxil olmayan qiymətli kağızlarla əməliyyatlar.
Birləşdirilmiş informasiya sistemi (birləşdirilmiş məlumat lenti, tiker)
Consolidated tape
Milli və regional fond birjalarında, NASDAQ və İnstitusional Şəbəkə Korporasiyası sistemində bağlanmış əqdlər üzrə qiymətli kağızın simvolunu, əqdin həcmini, son əqdin qiymətini və əqdin gəldiyi birja haqqında məlumatları əks etdirən və ictimaiyyəti məlumatlandırma məqsədi daşıyan informasiya sistemi.
Birləşmə üzrə arbitraj
Merger arbitrage
Risksiz mənfəət yaratmaq üçün iki birləşən şirkətin səhmlərinin eyni vaxtda alınması və satılması əməliyyatlarını əhatə edən hedc fond strategiyası.
Birləşmə və udulma
Mergers and acquisitions (M&A)
İki şirkətin birləşməsini və ya bir şirkətin digərini satın almasını əks etdirən anlayış.
Birləşmə
Fusion (merger)
Kapitalın, eləcə də digər iqtisadi imkanların birləşdirilməsi əsasında mənfəətin artırılması məqsədi ilə iqtisadi subyektlərin, xüsusilə səhmdar cəmiyyətlərin birləşməsi.
Blank (etimad) krediti
Blank credit
Banklar tərəfindən mal-material qiymətliləri, ehtiyatları, debitor öhdəliyi, qiymətli kağızlar və s. ilə təminat olmadan təqdim olunan kreditdir. Başqa sözlə, kredit verənin yalnız şəxsi etibarına əsaslanan maddi təminatsız kreditdir, yəni blank kreditində kreditor borc alandan heç bir təminat, yəni qiymətli kağız, əmlak, dövlət zəmanəti və s. tələb etmədən verir. Blank krediti bir qayda olaraq yüksək etibara malik və ödəniş qabiliyyətli şəxslərə təqdim edilir. Uyğun olaraq, yüksək risk səviyyəsi ilə əlaqədardır. Kreditin bu növü təminatlı maliyyə vəziyyətində olan müştərilərə, "birinci dərəcəli" kreditorlara (borc alanlara) təqdim edilir ki, bank onlarla da uzunmüddətli qarşılıqlı münasibətlərə malik olur. Çevik ödəniş qabiliyyəti prinsipi - bank krediti təqdim edilməsi zamanı əsasdır. Maddi təminata malik olmayan sövdələşmə riskini nəzərə alaraq, belə istiqraz (borc) üzrə faiz təminata malik olan kreditə nisbətən daha yüksək ola bilər. Blank krediti qısa müddətə, 90 günə qədər, məhsul və xidmət istehsalı və reallaşması prosesində yaranan pula tələbatı ödəmək məqsədilə təqdim olunur. Blank kreditini əldə etmək üçün borc alan banka zəmanət ərizəsini özünün firma blankında təqdim edir. Bu zaman bank lazım olan ssudanın əsaslı olub-olmadığını yoxlamır. Blank krediti təqdim edilməsi haqqında qərar borc alanın maliyyə hesabatlarının təhlili əsasında qəbul edilir. Blank krediti vəsaitin hesablaşma hesabına istiqamətlənməsi və ya təqdim edilən tədiyyə sənədlərinin ödənilməsi yolu ilə verilə bilər.
Blank
Blank
1) Sənədin doldurulmamış, yəni tələb olunan (zəruri) məlumatların yazılmamış maketi (forması);
2) İdarənin, təşkilatın və s.-nin adı, nişanı həkk olunmuş, zəruri məlumatların qeyd olunması üçün hazırlanmış sənəd forması.
Blanko-veksel
Blanko-bill
Veksel sahibinin imzası, vekselin verilmə tarixi, ödəniş məbləği və s. bu kimi bir s;ra əsas məlumatların əlyazma formasında yazılması üçün boş qrafaların da ayrıldığı veksel blankı. Həm daxili, həm də beynəlxalq ticarət əməliyyatlarında blanko-vekseldən əsas etibarilə aksept kreditləri zamanı geniş istifadə olunur.
Blank-vauçer
Blank-voucher
Hər hansı kommersiya əməliyyatı haqqında ümumi məlumatların əks olunduğu blank. Əsas etibarilə blank-vauçerdə əməliyyatın obyekti, tarixi, iştirakçıları, məbləği və digər əsas göstəricilər yer alır.
Blek-Şulz modeli
Black & Scholes model
Avropa tipli opsionların qiymətləndirilməsində geniş istifadə olunan opsion modeli. 1973-cü ildə Fişer Blek və Myron Şulz tərəfindən təklif edilmişdir.
Bonifikasiya
Bonification
1) Mövcud kredit dərəcələrini tənzimləmək məqsədi ilə iqtisadiyyatın müəyyən sahələrinin və ya müəyyən qrup kreditə ehtiyacı olan subyektlərin subsidiyalaşdırılması (məqsədli, əvəzsiz vəsaitlərin verilməsi);
2) Əmtəənin keyfiyyətinin, eləcə də digər göstəricilərinin müqavilədə nəzərdə tutulandan üstün olmasına görə satış qiymətinin artırılması. Əmtəənin keyfiyyət göstəricilərinin müqavilədə nəzərdə tutulan səviyyədən aşağı olduğu təqdirdə əmtəənin qiyməti aşağı salınır və bu, əks bonifikasiya adlanır;
3) Əmtəənin və xidmətin ölkədən ixracı zamanı daxili bazarda ona hesablanan vergilərin geri ödənilməsi, qaytarılması. Bu proses dünya bazarında həmin əmtəə və ya xidmətin rəqabət qabiliyyətinin artırılması məqsədinə xidmət edir.
Bonus emissiyası
Free issue
Şirkət öz ehtiyatlarından əsas vəsaitinə pul köçürdüyü zaman, o mövcud səhmdarlar üçün ödənişsiz səhmlər buraxır. Yeni səhmlər onların mövcud paylarına mütənasib olaraq paylanır. Bu cür emissiya kapitallaşma emissiyası və ya bonus emissiyası kimi tanınır.
Bonus
Bonus
1) Müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə görə işçilərə ödənilən əlavə mükafat. Daimi xarakter daşımır və bir qayda olaraq, əməyin ödənilməsi və şəraiti xüsusi sazişlərdə nəzərdə tutulmur.
Ödənişin bu növü ilə "səhmlərin bonus emissiyası" - (səhmdarlar arasında pulsuz proporsional bölgü üçün yeni səhmlərin buraxılışı) bir-biri ilə əlaqədardır. Mənfəətin və ya ehtiyatların kapitallaşmasıdır. Əgər işçilər öz müəssisələrinin səhmdarlarıdırsa, onda bu cür səhmlərin bölgüsü onlara şamil edilir; 2) Sövdələşmə və ya konkret saziş şərtlərinə uyğun olaraq satıcının alıcıya verdiyi əlavə güzəştdir. Bir qayda olaraq əgər daimi alıcılar müəyyən dövr ərzində şərtlənmiş miqdarda əmtəələr alarsa, bonus güzəştləri bu alıcılara verilir;
3) Komisyon mükafat. Əmtəə bazarında bonus bir qayda olaraq, satılan (mübadilə olunan və ya satın alınan) əmtəənin dəyərinə görə faizlə müəyyən olunur və əmtəənin vəziyyətindən, ona olan tələbdən (onun qıtlığından), satış kanallarından (mağaza vasitəsilə və ya birbaşa), satışın həcmindən asılı olaraq dəyişir, eləcə də xidmətə olan tələb və təklifin nisbətindən, potensial, komissionerlər arasında rəqabətin səviyyəsindən asılıdır. Bonus komissiyon sazişlərdə razılaşdırılır;
4) oxşar obyektlərin digər sığortalılarla müqayisədə daha az risk ehtimalı yaranan sığortanın təqdim etdiyi sığorta tarifinin və ya sığorta haqqının məbləğindən güzəştdir. Davranışı və ya vəziyyəti yüksək risk yaradan sığortalı üçün sığorta haqqına və ya tarifinə əlavə (güzəşt) malus adlanır. Buna görə də diversifikasiya olunmuş güzəşt və ya əlavələrin tətbiqi ilə bütün tarifləşmə sistemi "bonus-malus" adlanır.
Borc
Debt
Pul vəsaiti və yaxud natural formada alınan aktiv, habelə hər hansı iqtisadi subyekt qarşısında icra olunmamış öhdəlik.
Borc kapitalı
Loanable funds
Borc öhdəliyi əsasında cəlb edilən kapital. Borc kapitalı mal-material, pul vəsaiti və maliyyə aktivləri şəklində ola bilər. Borc öhdəlikli qiymətli kağızların (istiqrazların, veksellərin və s.) yerləşdirilməsi, satılması yaxud bank və digər kredit təşkilatlarından, eləcə də müxtəlif iqtisadi subyektlərdən birbaşa kreditlərin əldə olunması yolu ilə borc kapitalı cəlb edilir. Borc kapitalını təqdim edən tərəf kreditor, alan tərəf isə borc alan, yaxud benefisiar adlanır.
Borc öhdəlikləri (alətləri)
Debt instruments
Müqavilənin şərtlərinə uyğun olaraq kreditora borcu qaytarmağı vəd etməklə, emitentə kapitalı artırmağa imkan verən kağız və ya elektron istiqraz. Borc alətlərinin növlərinə kreditor və debitor arasındakı veksel, istiqraz, sertifikat (istiqraz bileti), ipoteka, icarə və s kimi razılaşmalar daxildir.
Borc öhdəlikləri ilə təmin olunmuş istiqraz
Collateralized debt obligation (CDO)
Təminatlı istiqrazların bir növü olub dəyəri və ödənişləri sabit- gəlirli baza aktivlərindən gələn vəsaitlər hesabına formalaşan qiymətli kağız. Borc öhdəlikləri ilə təmin olunmuş istiqraz müxtəlif risk profilli hissələrə (tranşlara) bölünməklə müxtəlif tipli investorların marağını ödəmiş olur.
Borc-kapital nisbəti
Debt-equity ratio
Şirkətin borcunun şirkətin məcmu kapitalına olan nisbəti. Şirkətin borcunun məcmu kapitalına bölünməsi üsulu ilə hesablanır.
Borcla alma
Leveraged buyout (LBO)
Şirkətdə üstünlük təşkil edə biləcək payların borc alınan məbləğlə (kredit və ya istiqraz yolu ilə) əldə edilməsi. LBO zamanı adətən alınan şirkətin (bəzən alan şirkətin) aktivləri borc almaq məqsədilə girov qoyulur. İstifadə olunan borc (istiqraz və ya digər formada) adətən investisiya reytinqindən aşağı reytinqdə hesab olunurlar.
Borcla maliyyələşdirmə
Debt financing
İstiqraz, veksel və ya not kimi borc alətlərini satmaqla kapitalı artırmaq.
Borc-səhm svopu
Debt-equity swap
Adətən, iqtisadi problemlər ilə üz ləşən və ya kredit reytinqi aşağı düşən debitor ölkənin yerli valyutadan istifadə etməklə bazar şərtlərinə uyğun olaraq xarici borcu güzəştli qiymətlə geri alması. Sonra isə, kreditorlar müvafiq yerli valyutadan istifadə etməklə debitor ölkədə fəaliyyət göstərən şirkətlərə investisiya yatırırlar və bununla da, borcu səhmə çevirirlər. Bu, debitor ölkənin öz borcunu təminatlı alətə çevirmiş olur. Bu termin, həmçinin, şirkət bordarırn qaytara bilmədikdə onu müəssisənin səhmləri ilə əvəz etməsi zamanı da istifadə edilir.
Bölüşdürülməmiş mənfəət
Retained earnings
Yenidən biznesə qaytarılan və ya mövcud borcun ödənilməsinə istifadə olunan mənfəət.
“Böyük tablo”
Big board
ABŞ-ın əsas fond birjası olan Nyu- York fond birjası (New York Stock Exchange, NYSE). Dünyanın ən iri birjası olub Dou Cons və NYSE Com- posite indekslərini müəyyənləşdirir.
"Böyük tablo" termini təkcə bu birja- nın çox böyük elektron tabloya malik olmasını deyil, həm də burada bütün iri şirkətlərin səhmlərinin dövr etdi- yini və onun aparıcı mövqe tutmasını ifadə edir.
Birja 1972-ci il 17 may tarixində yaranmışdır. 1975-ci ildə 1336 üzvdən ibarət sərbəst qeyri-kommersiya təşkilatına çevrilmişdir. Üzvlük yerləri satıla bilir. 2006-ci ildə NYSE elektron Archipelago Holdings birjası ilə birləşdi. Artıq, NYSE Groupun öz səhmləri də birja dövriyyəsindədir. Birjada 1.5 mindən çox şirkətin minlərlə səhm və digər qiymətli kağızlarının dövriyyəsi baş verir və müxtəlif əməliyyatlar aparılır.

  

Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (29.09.2014) | Müəllif: R.C E W
Baxış: 1388 | Reytinq: 3.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more