Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-9
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>

2. Aqrar-sənaye kompleksi və inteqrasiyası.
    Aqrar–sənaye kompleksi (ASK) kənd təsərrüfatı məhsulla­rı­nın istehsalı, saxlanması, emalı və istehlakçılara çatdırılması ilə məşğul olan sahələrin toplusudur. ASK özündə aşağıdakı dörd sahəni birləş­dirir: 1) Kənd təsərrüfatı üçün maşın, avadanlıq, nəqliyyat vasitələri, zə­rər­vericilərə qarşı mübarizə vasitələri və digər investisiya əmtəələri ün­sür­lərini istehsal edən və ona texniki xidmət göstərən sənaye sahələri; 2)Kənd təsərrüfatının özü; 3) Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması, daşınması və satılması ilə məşğul olan sahələr; 4) Is­teh­salın inkişaf etdirilməsinin ümumi şərtlərini və insanların həyat fəa­liy­yətlərini təmin edən infrastruktur sahələri. ASK-nın tərkibində in­frastruktur xüsusi yer tutur və onu həmin üç sahənin hər hansı birinə aid etmək düzgün deyildir. Infrastrukturun özü də iki yerə bölünür: 1) Istehsal infrastrukturu; 2) Sosial infrastruktur. Bunlar bu və ya digər dərəcədə eyni vaxtda yuxarıda göstərilən sahələrin hamısına aiddir. Həm də istehsal infrastruk­turu­na istehsala bilavasitə xidmət edən sahə­lər (yol-nəqliyyat, anbar və tara təsərrüfatları, texniki xidmət və s.), so­sial infrastruktura isə adamların həyat fəaliyyətlərini təmin edən sa­hələr (mənzil-kommunal təsərrüfatı, mədəni-məişət xidməti, tica­rət, iaşə və s.) daxildir.
    Kənd yerlərində yol-nəqliyyat sistemi bərbad vəziyyətdə olan ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iqtisadi vahidlərə böyük ziyan dəyir, təkrar istehsalın normal ahəngi pozulur və bütün bunlar nəticə etibarılə məhsulların istehsalına çəkilən xərclərin və onların kapitaltutumunun artmasına səbəb olur. Yolların pis vəziy­yətdə olması kəndi şəhərdən ayırır, kənd əhalisinin yaxın şəhərlərdəki mə­dəni - məişət poten­sialından istifadə etmək imkanlarını, kənddə ya­şa­mağa marağı azaldır. Kəndin istehsal infrastrukturu sistemində aqro­servis xüsusi yer tutur. Zəhmətkeş kəndli özünə məxsus olan inven­tar­la­rı həmişə yaxşı mühafizə olunan yerlərdə saxlamış, onlara əsl tə­sər­rüfatçı qayğısı ilə yanaşmışdır. Belə olduqda inventar və texnikadan etibarlı şəkildə və uzun müddət istifadə etmək mümkündür. ASK-nın intensiv inkişaf etdirilməsində sosial infrastruktura üstünlük verilməsi, onun təkrar istehsalın intensiv tipinə cavab verə bilən tələblərə uyğun­laşdırılması da mühüm rol oynayır. ASK-nı səciyyələndirərkən nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı həmişə sənaye, ticarət və digər sa­hə­lərlə əlaqədar olmuşdur. Həm də ASK anlayışı elmi anlayışlar sis­temi­nə bu yaxınlarda daxil olmuş və onun meydana gəlməsi kənd təsər­rü­fa­tı ilə əlaqədar olan və hazırda vahid təkrar istehsal prosesində bir­ləşmiş digər sahələr arasındakı əlaqə və qarşılıqlı asılılıqların keyfiy­yətcə yeni səviyyəsi deməkdir. Çünki kənd təsərrüfatı məhsulları isteh­salının artı­rıl­ması, əhalinin ərzaq, sənayenin isə xammallara olan tə­lə­batının ödə­nilməsi təkcə kənd təsərrüfatından deyil, həm də ASK-nın bütün hissə­lərinin əlaqəli şəkildə inkişaf etdirilməsindən asılıdır.
    Aqrar-Sənaye Kompleksinin formalaşmasının əsası­nı aqrar sə­naye inteqrasiyası təşkil edir. Aqrar-sənaye inteqrasiyası (ASI) dedikdə kənd təsərrüfatının ona xidmət edən və onun məhsullarını isteh­lakçı­la­ra çatdıran müxtəlif sahələrlə istehsal əlaqələrinin güclənməsi nə­zərdə tutulur. ASI əmək bölgüsü və ixtisaslaşdırmanın dərinləşmə­sinin nəticə­si­dir. Deməli, kənd təsərrüfatının onunla bağlı olan digər sahə­lərlə ge­niş münasibətləri olmalıdır. Bu, hər şeydən əvvəl kənd təsərrüfatı üçün əsas və dövriyyə kapitalı ünsürləri istehsal edən, habelə onun məh­sul­la­rının reallaşdırılmasına xidmət göstərən sahələrlə əlaqələrin güc­lən­mə­si­nə aiddir. 
    ASI çoxcəhətlidir və müxtəlif formalarda təzahür edir. Bu, hər şey­dən əvvəl prosesin hansı səviyyədə (ölkə miqyasında, rayon, yaxud da müəssisə çərçivəsində) getməsindən asılıdır. ASI-nin formaları həm­çinin əlaqədə olan sahələrin texnoloji və təşkilati cəhətdən bir-birilərinə nə dərəcədə yaxın olmalarından asılıdır. Inteqrasiya prosesinin xarak­terinə ayrı-ayrı sahələrin xüsusiyyətləri, əldə edilən məhsulların və on­ların emal olunması texnologiyasının spesifikası da böyük təsir gös­tərir.
    Ölkə miqyasında və böyük rayonlarda ASI öz ifadəsini kənd tə­sərrüfatı ilə sahələrarası əlaqələrin güclənməsində, regional ASI-nın for­malaşması və inkişaf etməsində tapır. Müxtəlif sahələr üzrə ASI kənd təsərrüfatının müvafiq sahəsinə uyğun gələn sahələri birləşdirir. Ta­xıl­çılıq, tərəvəzçilik, pambıqçılıq, südçülük üzrə ASI-lər dediklə­ri­mi­zə misal ola bilər. Aşağı, yəni müəssisə və rayon səviyyələrində ASI-nin formaları aqrar-sənaye müəssisələri, birlikləri və kombinatlarından, aqrofirmalardan, istehsal və elm-istehsal sistemlərindən ibarətdir.
    ASI-nin formalaşması və böyük nailiyyətlər qazanıl­masında in­kişaf etmş ölkələrin təcrübəsi diqqətəlayiqdir. Belə ki, bu ölkələrdə sahələrarası kooperasiyanın inkişafı ona gətirib çıxarmışdır ki, ASK çərçivəsində yaradılan məhsulların dəyərində birinci və üçüncü sa­hə­lərin xüsusi çəkisi fasiləsiz olaraq yüksəlir, kənd təsərrüfatınınkı isə aza­lır. Inkişaf etmiş ölkələrdə onların arasındakı nisbət təqribən  30:10:60-dır. Qərb ölkələrinin aqrobizneslərinin xüsusiyyəti, onların başlıca olaraq ərzaq istehsalına istiqamət götürmələridir. ABŞ və Kanadada bit­kiçilik və qarışıq yem məhsullarında kənd təsərrüfatı xammallarının xüsusi çəkisi olduqca yüksəkdir. Bəzi ölkələrdə kənd təsərrüfatı tex­nikasının bir çox baza növləri (traktorlar, kombaynlar) idxal olunur, hə­min ölkələrin özləri isə texnikanın digər növlərini ixrac edə bilirlər. Son ərzaq məhsulları və xammalların istehsalı sahəsində də müəyyən ix­tisaslaşdırma müşahidə olunur. Bunlar ASK-da bütünlüklə təsərrüfat həyatının beynəlmiləlləşməsi prosesinin getdiyini göstərir. Bunun sayəsində inkişaf etmiş ölkələr ərzaq probleminin həll edilməsində çox böyük nai­liy­yətlər qazanmışlar. Şimali Amerika və Qərbi Avropa ölkələri keçən əsrin 80-ci illərində bir çox kənd təsərrüfatı məhsulları – taxıl, şəkər, yağ, ət ilə özlərini təmin etmək sahəsində yüksək nəticələrə nail ol­muş­lar. Bütövlükdə inkişaf etmiş ölkələr dünyada istehsal olunan yağlı və dənli bitkilərin 1/3 hissəsini, ətin demək olar ki, 40%-ni öz əllərində cəm­ləşdirmişlər. Həmin ölkələrdə digər komplekslərlə müqayisədə ASK-nın səciyyəvi cəhəti onun tərkibinə daxil olan və müx­təlif sahələrdə fəaliyyət göstərən, bir-biri ilə əlaqələndirilən istehsal va­hidlərinin qeyri sosial iqtisadi yekcinsliyə malik olmasıdır. Bunu on­dan görmək olar ki, ASK-nın birinci və üçüncü sahələrində istehsalın təmərküzləşməsi dərəcəsi kənd təsərrüfatı üzrə eyni göstəricidən xeyli yüksəkdir. Məsələn, ABŞ-da fermerlər üçün investisiya əmtəələrinin 75%-dən çoxunu 8 sənaye şirkəti göndərir. 100 firma yeyinti sənayesi məhsullarının 1/2 hissəsini  öz əllərində cəmləşdirmiş, pərakəndə ərzaq  marralı dövriyyəsinin 1/3 hissəsi 20 ticarət şirkətinin payına düşür. Kənd təsərrüfatında isə ilkin istehsal vahidlərinin rolu tədriclə ənənəvi kəndli (fermer) təsərrüfatlarından aqrar-sənaye birliklərinə (ASB) ke­çir. Bu birliklər bitkiçilik və heyvandarlıq məhsullarının ilkin emalı və sax­lanması ilə məşğul olmaqla üfuqi inteqrasiyanı həyata keçirirlər. Hə­vəskar mal göndərənlər və kənd təsərrüfatı üçün sənaye məhsul­la­rının pərakəndə satışı ilə məşğul olan tacirlər də istehsal kooperasi­ya­sına daxil olurlar. Bir sıra ASB-lər sənaye şirkətlərinin bilavasitə təşəb­bü­sü ilə ASK-nın kənd təsərrüfatına daha çox nüfuz edən birinci və üçün­cü sahələrində formalaşır. Lakin kənd təsərrüfatı ilə sənayenin in­teq­rasiyasının digər iki yolu daha tipikdir. Bunlardan biri ondan iba­rət­dir ki, fermer təsərrüfatlarının özlərinin təmərküzləşməsi səviyyəsi yüksəlir. ABŞ-da illik əmtəəlik məhsulu 100 mln. dollardan çox olan iri kənd təsərrüfatı müəssisələri, təsərrüfatların ümumi sayının cəmi–cüm­lətanı 7%-i təşkil etdikləri halda, kənd təsərrüfatının əmtəəlik məhsu­lunun 80%-dən çoxu onların əlində cəmlənmişdir. Belə müəssisələr təd­ric­lə fərdi təsərrüfat olmaqdan çıxır, tərəfdaşlıq təsərrüfatına və ya aq­ro­kooperasiyalara çevrilirlər. Ikincisi isə ondan ibarətdir ki, fermer tə­sərrüfatları arasındakı kooperasiyadan geniş istifadə olunur. Onlar məi­şət, istehlak, kredit ittifaqlarında, elektrikləşdirmə assosiasiyaların­da, istehsal xidmətlərinin təmin və texnikadan birgə istifadə olunması və onun təmiri, hətta torpağın birgə becərilməsi üzrə kooperativlərdə bir­ləşirlər. Kooperativ şirkətləri çərçivəsində kəndli (fermer) təsərrü­fat­ları intensiv texnologiyaya yiyələnir və öz məhsul­larının emalı ilə məş­ğul olan müəssisələrlə müvəffəqiyyətlə inteqrasiyaya girirlər. Doğrudur, kooperativlər xırda fermer təsərrüfatlarının vəziyyətinin sabitləşməsinə kömək edirlər, lakin onların müflisləşməsinin qarşısını ala bilmirlər. Məsələn, ABŞ-da fermer təsərrüfatlarının sayı keçən əsrin 50-ci illərinin əvvəllərində­ki 5,4 milyondan 80-ci illərin ortalarında 2,2 milyona en­mişdir. Əsrin 80-ci illərinin ortalarında borclarını ödəyə bilmədiklərinə görə fermer təsərrüfatlarının hər il 900 milyon dollar məbləğində mül­kiy­yəti müsadirə olunmuş və hərraca qoyulmuşdur.
    Inkişaf etmiş ölkələrdə fermer və qeyri-fermer təsərrüfatları­nın bir-biri ilə müqayisəsi göstərir ki, son illərdə onların gəlirlərindəki fərq azalmış və ikincilər birincilərə nisbətən daha sabitdirlər. Lakin bunlara baxma­yaraq fermer təsərrüfatları ilə əlaqədar olan problemlər mövcud­dur və onların həlli gəlirlərin çoxalmasında və nəticə etibarilə kənd tə­sərrüfatı məhsulları istehsalının artırılmasında müsbət rol oyna­ya bilər.
    Inkişaf etmiş ölkələrin çoxunda kənd təsərrüfatı məhsullarına olan tələbin qiymətlərə görə elastikliyi aşağıdır. Təqribi hesablamalar göstərir ki, fermer təsərrüfatlarının məhsulları üzrə elastiklik əmsalı 0,20-0,25 arasında tərəddüd edir. Bu o deməkdir ki, kənd təsərrüfatı məh­sullarının qiyməti 40-50% aşağı düşməlidir ki, istehsalçılar bu məh­sulların tədarükünü 10% artıra bilsinlər. Aydın məsələdir ki, isteh­lakçı­lar alternativ əmtəələrlə müqayisədə əlavə kənd təsərrüfatı məhsul­larına az əhəmiyyət və aşağı qiymət verirlər. Ona görə ki, məlum oldu­ğu kimi, tələbin elastikliyini müəyyən edən əsas amil əvəzetmədir. Bu o demək­dir ki, hər hansı bir kənd təsərrüfatı məhsulunun qiyməti aşağı düşdük­də, istehlakçı onu qiyməti aşağı düşməmiş başqa bir məhsul ilə əvəz et­məyə meylli olur. Lakin, varlı ölkələrdə kənd təsərrüfatı məhsullarının qiymətləri aşağı düşdükdə, aydın məsələdir ki, insanlar gündə 3 dəfə yeməkdən 4-5 dəfə yeməyə keçmirlər. Insanların qida məhsullarını di­gər məhsullarla əvəz etmələri təbii – bioloji məhdu­diy­yətlərlə əlaqə­dar­dır. Kənd təsərrüfatı məhsullarına olan tələbin qeyri elastikliyi də aza­lan son faydalılıq anlayışının köməyilə aydınlaşdırıla bilər. Varlı və zən­gin cəmiyyətlərdə əhali, ümumiyyətlə yeməkdən kor­luq çəkmir və yaxşı geyinir, yəni bir növ kənd təsərrüfatı məhsulları ilə yaxşı təmin olun­muşlar. Ona görə də əlavə kənd təsərrürfatı məhsul­la­rının istehsalı son faydalılığın tez bir zamanda aşağı düşməsinə səbəb olur. Beləliklə, is­teh­lakın azacıq artmasını təmin etmək üçün kənd təsərrüfatı məhsul­la­rı­nın qiymətləri çox aşağı düşməlidir.
    Inkişaf etmiş ölkələrdə müşahidə olunan meyllərdən biri də kənd təsərrüfatı məhsulları üzrə təklifin artmasıdır. Bunun başlıca səbə­bi isə texniki tərəqqidir. Burada hər şeydən əvvəl, fermer təsərrüfat­larının tamamilə elektrikləş­dirilməsi və mexanikləşdirilməsi, torpaq­la­rın becərilmə texnologiyasının, irriqasiya işlərinin yaxşılaşdırılması, güb­­rədən istifadə olunması, malqaranın yetişdirilməsi və onlara qulluq edilməsinin təkmilləşdirilməsi və s. nəzərdə tutulur. Bütün bunların nəticəsində, məsələn, ABŞ-da 1930-1980-ci illərdə bir işçiyə düşən kapital qoyuluşu 15 dəfə artmışdır. Bu isə öz növbəsində bir fermerə düşən becərilən torpaq sahəsinin 5 dəfə artmasına səbəb olmuşdur. Bu ölkədə bir nəfər kənd təsərrüfatı işçisi 1820-ci ildə 4 nəfərin, 1947-ci ildə 14 nəfərin, 1987-ci ildə isə 96 nəfərin təmin olunması üçün lazım olan qədər ərzaq məhsulları və xammallar istehsal etmişdir. Kənd təsər­rüfatında əmək məhsuldarlığı xeyli yüksəlmiş və hazırda  aqrar sahədə təqribən 5,0 mln. nəfər məşğul olur ki, bu da əhalinin ümumi sayının 2%-ni təşkil edir.
    Beləliklə, inkişaf etmiş ölkələrdə aqrar bölmənin inkişaf etdi­rilməsində çox böyük nailiyyətlər qazanılmış və təcrübə toplanmışdır. Bu, kənd təsərrüfatı sahəsində yeridilən düzgün dövlət siyasəti nəticə­sində mümkün olmuşdur.
 

 
3. Torpaq rentası və  onun  formaları.
 
    Rentanın əmələ gəlməsinin ilkin şərti torpağın icarəyə veril­mə­sidir. Başqa sözlə, torpaq mülkiyyətçisi öz torpaq sahəsini müəyyən müd­dətə başqa bir şəxsə icarəyə verir. Icarə müqaviləsində torpaq sahi­binə icarə haqqı verilməsi nəzərdə tutulur. Buna əsasən demək olar ki, torpaq rentası kənd təsərrüfatında muzdlu əməklə yaradılan əlavə mən­fəətin, torpaqdan istifadə etməyə icazə verdikləri üçün icarədarlar tərə­findən torpaq sahiblərinə icarə haqqı formasında verilən hissəsidir. De­məli, torpaq rentası torpaq mülkiyyətini həyata keçirməyin iqtisadi for­masıdır. Torpaq rentasının əmələ gəlməsi torpaq üzərində mülkiyyət mü­na­sibətlərinin meydana gəlib formalaşması və inkişaf etməsi ilə əla­qədardır. Torpaq mülkiyyəti formalarının inkişaf etməsi və dəyişməsi ilə əlaqədar olaraq torpaq rentası da inkişaf edib dəyişmişdir. O, hələ quldarlıqda meydana gəlmiş və münbitliyinə görə ən yaxşı torpaq la­tifundiyalarında qul əməyi ilə yaradılan daha yüksək nəticələrin qul­darlar tərəfindən mənimsənilməsi formasında təzahür etmişdir. 
    Feodal torpaq mülkiyyətinə feodal torpaq rentası xasdır ki, bu da öz inkişafında aşağıdakı üç mərhələdən keçmişdir: 1) Işləyib ödəmə ren­tası və ya biyar; 2) Məhsul rentası və ya məhsul töycüsü; 3) Pul ren­tası və ya pul töycüsü.
    Biyarın mahiyyəti ondan ibarətdir ki, kəndli həftə­nin müəyyən hissəsində (məsələn, 3 və ya 4 gün) özünün çox sadə əmək alətləri ilə birlikdə feodalın təsərrüfatında işlə­məklə götürdüyü torpağın haqqını ödəyir. Burada kəndlinin özü və feodal üçün işlədiyi vaxt bir-birindən ayrılmışdır. Lakin aydın məsələdir ki, kəndli özü üçün işlədiyi vaxtda daha yaxşı çalışır. Odur ki, bunu müşahidə edən feodal məhsul töy­cü­sü­nə keçməyi üstün tutur.
    Töycü təsərrüfatında əkinə yararlı bütün torpaqlar feodaldan asılı olan kəndlilərin istifadəsinə verilir. Kəndlinin özü və feodal üçün işlədiyi vaxt, məkan və zaman etibarilə bir-birindən ayrılmır və kənd­lilər işi bilavasitə məcburiyyət olmadan yerinə yetirirlər. Lakin renta ödə­nilərkən kəndlinin yaratdığı məhsulun  bir hissəsi bütün məhsuldan ayrılır. Ona görə də belə bir nəticə çıxarmaq olar ki, məhsul rentası işlə­yib ödəmə rentasının çevrilmiş formasıdır. Işləyib ödəmə rentası kimi məhsul rentası da natural təsərrüfatın hökmranlığı ilə əlaqədardır və birləşmiş əkinçilik – sənaye əməyinin nəticəsidir. Lakin o, işləyib ödəmə rentasına nisbətən istehsalın inkişaf etdirilməsi üçün daha geniş im­kanlar yaradır və kəndlilərin təbəqələşməsini sürətləndirir. Şəhərlərin və əmtəəpul münasibətlərinin inkişaf etməsinin təsiri ilə məhsul renta­sı pul rentasına çevrilir. Belə olduqda kəndli feodala nəinki, yalnız torpaqdan istifadə etməyin müqabilində verəcəyi məhsulu istehsal etməli, həm də pul rentasını ödəmək üçün onu bazarda satmalı idi. Deməli, pul töycüsü feodal üçün sərf olunan əməyin nəticələrinin pul formasında mənimsənilməsi deməkdir. Pul rentasına keçilməsi əmək bölgüsünün daha da dərinləşməsi nəticəsində baş vermişdir ki, bu da mübadilənin inkişaf etməsi və cəmiyyətdə əmtəə-pul münasibətlərinin geniş miqyas almasına səbəb olmuşdur.
    Şərqin bir çox ölkələrində feodal torpaq rentasının və bila­va­sitə istehsalçıların asılılıq formasında müxtəliflik olmuşdur. Şərqdə tor­pağın və süni suvarma qurğularının əsas mülkiyyətçisi feodal dövləti ol­du­ğuna görə burada uzun müddət iri hökmdar təsərrüfatları əmələ gəl­məmişdir. Şərqin bir çox ölkələrində feodal torpaq rentasının əsas for­ması işləyib ödəmə rentası deyil, məhsul rentası olmuşdur.
    Yuxarıda göstərildiyi kimi, torpaq kənd təsərrüfatında məhsul istehsalının əvəzolunmaz təbii-iqtisadi amildir. Bu, o deməkdir ki, kənd təsərrüfatı məhsullarının istehsalını torpaqsız təsəvvür etmək ol­maz. Digər tərəfdən, torpağın özünəməxsus bir sıra fərqləndirici cəhət­ləri var­dır. Bunlardan biri də ondan ibarətdir ki, yer kürəsində torpağın hüdudu məhduddur, boş torpaq sahələri də yoxdur. Və mövcud olan tor­paq sahə­ləri münbitliklərinə, satış bazarları ilə müqayisədə yaxın – uzaq məsa­fədə yerləşmələrinə və digər əlamətlərinə görə bir-birindən kəskin surət­də fərqlənir.
    Yer kürəsində münbitliyi və məkanca nə dərəcədə əlverişli şə­raitdə yerləşməsinə görə yaxşı hesab olunan torpaq sahələri isə cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəyə bilmir. Həm də əhalinin sayının artması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsul­larına olan tələbat daim artır. Odur ki, cəmiyyət yaxşı torpaqlarla ya­na­şı, necə deyərlər "orta" və "pis" torpaqları da əkib-becərməyə məc­bur­­dur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, kənd tə­sər­rüfatında tənzimləyici qiymət rolunu becərilən pis torpaqlarda əmələ gələn qiymətlər oynayır. Bu o deməkdir ki, kənd təsərrüfatı məh­sul­la­rı­nın bazar qiymətləri becərilən pis torpaq sahələrindəki istehsal və da­şınma xərcləri əsasında formalaşır. Yəni pis torpaqları əkib-becərən sa­hibkarlar öz əmtəələrinə qiymət qoyarkən hər şeydən əvvəl, məh­sul­ların istehsalı və daşınması ilə əlaqədar olan xərclərin ödənilməsini və həmin vəsaiti istehsalın hər hansı başqa bir sahəsinə qoyduqda əldə edə biləcəkləri qədər mənfəət götürməyi nəzərdə tuturlar. Bütün bunlar onu göstərir ki, eyni təsərrüfatçılıq şəraitində daha yaxşı torpaqlarda əlavə (artıq) mənfəət əmələ gəlir. Sənayedən fərqli olaraq kənd təsər­rüfatında əlavə mənfəətin əmələ gəlməsi daimi xarakter daşıyır. Bunun nəticə­sin­də orta və yaxşı torpaqları əkib-becərən sahibkarlar fərdi is­teh­sal və sa­tış xərcləri ilə məhsulların bazar qiymətləri arasındakı fərq kimi əlavə mənfəət mənimsəyir ki, bu da diferensial rentaya çevrilir.
    Beləliklə, diferensial torpaq rentasının əmələ gəlməsinin təbii şərtləri yer kürəsində torpağın hüdudunun məhdud olması, onun mün­bit­liyindəki, habelə harada yerləşməsindəki fərqlərdir. Bu amillər insan cəmiyyəti inkişafının bütün mərhələləri üçün səciyyəvi olduğuna görə renta münasibğətləri bütün bu hallarda mövcud olur. Diferensial tor­paq rentasının iki növü vardır: 1) I diferensial torpaq rentası; 2) II dife­ren­sial torpaq rentası. Bunların iqtisadi mahiyyətini 627-ci səhifədəki sxem­dən  aydın görmək olar.
    Sxemdən göründüyü kimi, I diferensial renta torpaq mülkiy­yətçisi, II isə icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarədar tərə­findən mənimsənilir. I diferensial torpaq rentasının əmələ gəlməsi şərt­ləri torpaqların münbitliklərində və harada yerləşmə­sin­dəki fərq­lərlə, II diferensial torpaq rentasınınkı isə torpaq sahələrinin iqtisadi münbitlik­lə­rindəki fərqlərlə əlaqədardır. Iqtisadi münbitliyə isə torpağa  gübrə  verilməsi, meliorasiya işlərinin aparılması və

Rentanın I diferensial renta II diferensial renta
Əmələ gəlməsi şərtləri Torpaq sahələrinin təbii münbitliklərində və harada yerləşmələrindəki fərqlər Torpaq sahələrinin iqtisadi münbitliklərindəki fərqlər
Əmələ gəlməsi səbəbi Yaxşı və orta torpaqlardakı fərdi istehsal və satış xərcləri ilə bazar qiymətləri arasındakı fərq Daha yüksək iqtisadi münbitliyə malik olan torpaqlardakı fərdi istehsal və satış xərcləri ilə bazar qiymətləri arasındakı fərq
Mənbəyi Işçilərin izafi əməyi Işçilərin izafi əməyi
Kim tərəfindən mənimsənilməsi Torpaq mülkiyyətçisi Icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarədar
 
digər aqrar-texniki təd­birlərin həyata keçirilməsi yolu ilə nail olunur. Başqa sözlə, torpaq sa­hələri genişləndirilmədən investisiya əmtəələri və iş qüvvəsindən isti­fadə olunmasını yaxşılaşdırmaq yolu ilə istehsalın intiensivləşdiril­məsi həyata keçirilir. Bu tədbirlər əlavə vəsait qoyuluşunun səmərəli­liyini yüksəldir, fərdi istehsal xərclərinin azalmasına səbəb olur. Və fer­mer, məhsulları bazar qiymətləri ilə satdıqda əlavə mənfəət əldə edir. Bu əlavə mənfəəti icarə müqaviləsi qüvvədə olduğu müddətdə icarədar – sahibkar mənimsəyir. Belə vəziyyət kənd təsərrüfatında məhsuldar­lığın yüksəldilməsi üçün yeniliklərin tətbiq olunmasına stimul yaradır. De­məli, I diferensial renta kənd təsərrüfatının ekstensiv, II diferensial ren­ta isə intensiv inkişaf etdirilməsi ilə əlaqədar olaraq meydana çıxır.
    Beləliklə, nəzərdən keçirilənlərdən aydın olur ki, əlavə mənfəəti yalnız yaxşı və orta torpaq sahələri verir. Lakin qeyd etmək lazımdır ki, pis torpaq sahələrindən də əlavə mənfəət əldə etmək mümkündür. Bu, texniki tərəqqi ilə əlaqədardır. Məlum olduğu kimi, texniki tərəqqi ilk əvvəl sənayedə baş vermiş, sonra isə kənd təsərrüfatını da əhatə et­miş­dir. Kənd təsərrüfatının texniki cəhətdən tarixən sənayedən geridə qal­ması ona gətirib çıxarmışdır ki, burada istehsal xərclərində iş qüvvə­si­nin satın alınması ilə əlaqədar olan xərclərin xüsusi çəkisi çox olur. Odur ki, digər şərtlər sabit qalmaqla, kənd təsərrüfatına qoyulan xərc vahidinə görə, daha çox əlavə (artıq) məhsul yaradılır və deməli, bu­nunla da pis torpaqlarda da əlavə mənfəət yaranmış olur. Bu əlavə mən­fəəti torpaq mülkiyyətçisi mənimsəyir. Buna iqtisadi ədəbiyyatda müt­ləq torpaq rentası deyilir.
    Rentanın növlərindən biri də inhisar rentasıdır. Inhisar rentası xüsusilə əlverişli təbii şəraitdə istehsal edilmiş əmtəənin bazar qiy­mətinin onun istehsalı və satışı ilə əla­qə­dar olan xərclərdən qat-qat yük­sək olması ilə bağlıdır. Məsələn, qiymətli üzüm növlərinin, sitrus bit­kilərinin, çayın, pambığın və s. bitkilərin əkilməsi mümkün olan tor­paq­lara görə əkinlərin suvarıldığı rayonlarda sudan istifadə üçün veri­lən renta bu qəbildəndir. Bu şəraitdə istehsal olunan əmtəələr inhisar qiy­mət­ləri ilə satılır və əlavə mənfəət "əmə­lə gəlir". Deməli, inhisar rentası iqtisadiyyatın digər sahələ­rində yaradılan əlavə (artıq) dəyərin qiymətlər mexanizmi vasitəsilə yenidən bölüşdürülməsi nəticəsində əldə edilir və onun mənbəyi kənd təsərrüfatından kənardadır. Inhisar qiy­mətlərinin son həddi tədiyə qabiliyyətli tələb ola bilər.
    Hasilat sənayesində də renta əmələ gəlir. Çünki mədənlər, şax­talar, neft yataqları özlərinin ehtiyatlarının zənginliyinə, dərinliklərinə və satış məntəqələri ilə onlar arasındakı məsafəyə görə fərqlənirlər və bunlara müxtəlif miqdarda vəsait qoyulur. Buna görə də hər ton filizin, kömürün, neftin istehsal və satış xərcləri bazar qiy­mətlərindən fərqlənir. Və bazarda bunların hər biri ən pis istehsal şərtləri əsasında əmələ gələn qiymətlərlə satılır. Bu yol ilə əmələ gələn mənfəət torpaq sahibinin mə­nimsədiyi diferensial rentanı əmələ gətirir. Ən nadir faydalı qazıntıların olduğu hasilat sənayesində inhisar rentası vardır, çünki həmin nadir metallar qoyulan xərcdən qat-qat artıq qiymətə satılır.
    Tikinti sahələri üçün renta yaşayış binaları, sənaye, ticarət və başqa müəssisələr tikməkdən ötrü torpaq icarə edən sahibkarların torpaq sahiblərinə verdikləri rentadır. Bu rentanın kəmiyyətinə sahənin harada yerləşməsi təsir göstərir. Şəhərin mərkəzində yerləşən və sənaye müəssisə­lərinə yaxın olan sahələrə görə ən yüksək renta alınır.
    Tikinti sahələri üçün rentanın bir sıra xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, bir çox şəhərlərdə və sənaye mər­kəzlərində torpaq sahələrinin son dərəcədə məhdud olması ucba­tından şəhər torpaqlarının mülkiyyətçiləri diferensial rentadan başqa inhisar rentası şəklində bac alırlar ki, bu da mənzil kirayəsini son dərəcə artırır və real əmək haqqının azalmasına səbəb olur. Digər tərəf­dən, şəhər əhalisinin artması ilə əlaqədar olaraq şəhər torpaqlarının mülkiyyət­çi­lə­ri tikinti sahələri üçün alınan rentanı olduqca şişirdirlər ki, bu da mən­zil tikintisini ləngidir. Torpaq, dövlət mülkiyyətində olduqda rentanı dövlət mənimsəyir. 
 
4. Icarə haqqı və torpağın bazar qiyməti.
 
     Torpaq rentası torpaqdan istifadə üçün icarədar tərəfindən tor­paq sahibinə icarə haqqı formasında ödənilir. Lakin torpaq rentası ilə icarə haqqını eyniləşdirmək olmaz. Çünki icarə haqqına torpaq ren­tasından başqa digər ünsürlər də daxildir. Məsələn, icarəyə götü­rülən torpaq sahəsinə keçmişdə kapital qoyulmuşdursa, yəni həmin ərazidə təsərrüfat tikililəri, irriqasiya qurğuları inşa olunmuş, yollar çəkilmişdirsə, icarədar burada olan binalardan, çoxillik əkmələrdən istifadə edirsə, onda icarə haqqına rentadan başqa, həmin obyektlərdən he­sablanan amortizasiya məbləğləri və faiz də daxil edilir. Beləliklə, icarə haqqı bu və ya digər torpaq sahəsindən onun sahibinin əldə etdiyi bütün gəlirdir. Torpaq rentası isə yalnız torpağın özündən istifadə üçün alınan haqdır. Torpaq bir qayda olaraq müəyyən müddətə icarəyə ve­rilir. Həmin müddət ərzində torpağa əlavə kapital qoyuluşu nəticəsində əldə edilən əlavə mənfəəti icarədar mənimsəyir. Lakin icarə müddəti başa çatdıqda və yeni müqavilə bağlamaq lazım gəldikdə, torpaq sahibi əlavə kapital qoyuluşu nəticəsində əldə edilmiş bütün gəlirləri nəzərə alır və icarə haqqını artırır. Odur ki, torpaq sahibləri icarə müqaviləsini qısa müd­dət üçün bağlamağa, icarədar isə bu müddəti uzatmağa çalışır.
    Müasir dövrdə ayrı-ayrı ölkələrdə torpağın icarəyə verilməsinə bir sıra amillər təsir göstərir ki, bunun nəticəsində də ümumi torpaq fondunda icarəyə götürülmüş torpaqların payının azalması meyli özünü biruzə verir. Bu amillərə kimya müəssisələrində müxtəlif növ kənd tə­sərrüfatı xammalları əvəzedicilərinin yaradılması, kənd təsərrüfatında təmərküzləşmənin güclənməsi, satış bazarlarında rəqabətin kəskinləş­mə­sinin təsiri ilə fermerlərin kütləvi surətdə müflisləşməsi və s. aid et­mək olar. Bundan başqa, torpaq mülkiyyətçisi ilə icarədarın bir-biri ilə qay­nayıbqarışması meyli də müşahidə olunur.
    Torpaq yalnız icarəyə verilmir, o, həm də inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində alqı-satqı obyekti, yəni əmtəədir. Məlumdur ki, torpaq müxtəlif məqsədlər üçün satın alınır. Yəni torpaq kənd tə­sər­rüfatı məhsullarını istehsal etmək və təbii sərvətləri çıxarmaq, istehsal təyinatlı və yaşayış binaları tikmək, yollar çəkmək, aeroport inşa etmək və s. məqsədlər üçün alınıb-satılır. Bəs, torpağın qiyməti ne­cə müəyyən edilir? Hər hansı bir torpaq sahəsinin qiyməti onun gətir­diyi rentanın məbləği və borc faizinin dərəcəsi ilə müəyyən olunur. Daha doğrusu, torpağın qiyəməti elə bir məbləğ pula bərabərdir ki, bu pul banka qo­yulduqda, həmin torpaq sahəsindən əldə edilən renta qədər gəlir gətir­sin. Beləliklə, torpağın qiyməti renta ilə düz, bank faizi norması ilə tərs­mütənasibdir və aşağıdakı düsturla müəyyən edilir:



TBQ = R : S ∙ 100

   Burada: TBQ–torpağın bazar qiyməti, R–renta, S–borc fai­zi norması deməkdir.
    Torpağın bazar qiymətinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, "R” 25 min dollara, "S” 5%-ə bərabərdir. Onda torpağın bazar qiyməti aşağıdakı kimi hesablanacaqdır:
 
TBQ= (25 min dollar :5 ) ∙100=500 min dollar
    Deməli, torpaq sahibi mülkiyyətində olan torpaq sahəsini 500 min dollara satmalıdır ki, bu məbləği banka qoyduqda hər il renta qə­dər, yəni 25 min dollar gəlir əldə etsin.
    Lakin torpağın qiyməti sabit kəmiyyət və yuxarıda göstərilən qayda onun (yəni  qiymətin) müəyyən olunmasının yeganə yolu deyil­dir. Rentanın, xüsusilə də II diferensial rentanın artması ilə əlaqədar olaraq torpağın qiyməti də yüksəlir. Inkişaf etmiş ölkələrdə torpağın qiy­mətinin bahalanması həm də onunla əlaqədardır ki, dövlət, torpağın və kənd təsərrüfatı məhsullarının qiymətlərini yüksək səviyyədə sax­la­maq üçün iri kənd təsərrüfatı sahibkarlığını stimullaşdırır. Torpağın qiy­mətinin bahalanmasına təsir edən amillərdən biri də qeyri kənd tə­sərrüfatı məqsədləri üçün daha çox torpaq sahəsi ayrılmasıdır. Bu deyi­lənlərdən aydın olur ki, torpağın bazar qiyməti tələb və təklif qanun­la­rı­nın təsiri altındadır.

Mövzu 13. Ümumi tələb və təklif. Makroiqtisadi tarazlıq.
( 2 saat)
Plan
 
    1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.
    2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.
    3. Makroiqtisadi tarazlığın təhlili.
 
1. Ümumi tələb və təklif, onlara təsir edən amillər.
 
    Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bütövlükdə iqtisadi sistemin fəaliyyət mexanizmini aydın­laşdırmaqdan ibarətdir. Makroiqtisadi təhlil isə bazarda formalaşan və istehsalın bütün sahə­lərinə təsir göstərən, on­ların arasında meydana çıxan qarşılıqlı əlaqələri özündə əks etdirən iqtisadi qanunauyğunluqların aşkara çıxarılması və öyrənilməsini nəzərdə tutur. 
    Ümumi tələb (AD) dedikdə qiymətlərin mövcud sə­viyyəsində təklif olunan bütün əmtəə və xidmətlərə olan tələb nəzərdə tutulur. Umumi təklif (AS) isə qiymətlərin mövcud səviyyə­sində isteh­sal edilə və təklif oluna bilən bütün əmtəə və xidmətlərin miqdarını gös­tərir. Ümumi tələb istehlak və investisiya əmtəə və xidmətlərinə olan tələbdir. Ümumi təklif isə ümumi daxili məhsula (ÜDM) uyğun gəlir, yəni ona bərabər olur.
    Miqdar pul nəzəriyyəsinə uyğun olaraq ümumi tələbi aşağıdakı kimi müəyyən etmək olar:
 
AD = (M x V) : P
 
    Burada: P – qiymətlərin səviyyəsini, M – dövriyyədə olan pu­l kütləsini, V – pulun dövriyyə sürətini göstərir.
    Ümumi tələb və təklif cari və dəyişməz (sabit) qiymətlərlə mü­əy­yən edilə bilər. Lakin qiymətlərin daim dəyişməsi bu kateqoriya­ların aydınlaşdırılmasında müəyyən çətinliklər yaradır. Ona görə də məc­munun həcmi və dinamikasını müəyyən etmək üçün indeks meto­dun­dan istifadə olunur. Başqa sözlə, tələb və təklif göstəriciləri ya əsas dövr, yaxud da hesabat dövrü üzrə hesablanır.
    Hər hansı bir əmtəəyə olan tələblə onun qiyməti arasında mütənasiblik olduğu kimi, ümumi tələblə qiymətlərin səviyyəsi arasında da tərsmütənasiblik vardır. Ümumi təklifə gəldikdə isə onunla qiymətlərin səviyyəsi arasında düzmütənasiblik mövcuddur. Belə ki, qiymətlər qalx­dıqda təklif də artır. Hər bir ayrıca əmtəə üzrə təkliflə, onun qiyməti arasında da belə bir asılılıq vardır. 
    Ümumi tələb və təklif həm qiymət, həm də qeyri-qiymət amil­lərinin təsiri ilə formalaşır. Qeyri-qiymət amillərinə iqtisadi ədəbiy­yat­da "digər şərtlər" də deyilir.
    "Digər şərtlər" sabit qalmaqla, əmtəə və xidmətlərin qiymətlə­rinin bahalaşması tələbin azalmasına, əksinə aşağı düşməsi, tələbin art­masına səbəb olur.
    Ümumi tələbin dəyişməsinə təsir edən digər şərtlər dedikdə aşağıdakılar nəzərdə tutulur: 1) Istehlakçıların rifahı; 2) Istehlakçı göz­ləmələri və borclarının artması; 3) Vergilər və faiz dərəcələri; 4) Inves­tisiyalardan və müəssisələrin mənfəətindən gözlənilən gəlir; 5) Texno­logiyalar və artıq istehsal güclərinin mövcudluğu; 6) Başqa ölkələrin mil­li gəliri; 7) Valyutaların məzənnələri.
    Istehlakçıların mülkiyyətində müəyyən maddi qiymətlilər – səhm, istiqraz, daşınmaz əmlak (ev, torpaq) və s. olur. Bu aktivlərin real dəyərinin kəskin surətdə azalması istehlakçıların yığıma meyl gös­tərmələrinə və deməli, satın aldıqları əmtəələrin, nəticə etibarilə isə ümumi tələbin azalmasına gətirib çıxarır. Əksinə, istehlakçıların əllərin­də olan aktivlərin real dəyərinin artması cari qiymətlərlə onların sərf etdikldəri vəsaitin və nəticə etibarilə ümumi tələbin çoxalmasına səbəb olur. Daşınmaz əmlakın real dəyərinin kəskin surətdə azalması isə qiy­mətlərin ümumi səviyyəsindəki dəyişiklikdən asılı olmayaraq isteh­lak­çıların rifahının aşağı düşməsi deməkdir.
    Istehlakçıların sərf etdikləri vəsaitin xarakterindəki dəyişik­lik­lər onların düşüncələrindən asılıdır. Məsələn, onlar gələcəkdə gəlirlə­ri­nin artacağına inandıqda və ya heç olmasa belə düşündükdə, əllərində olan pul vəsaitinin çox hissəsini həvəslə sərf etməyə meyl göstərirlər. Sözsüz ki, bu zaman istehlakçıların xərci və bununla birlikdə  ümumi tələbi də artır. Əksinə, istehlakçılar, gələcəkdə real gəlirlərinin azalacağını güman etdikdə, xərcləri və deməli, ümumi tələb də azalır. Inflyasiyanın yeni dalğasının gözlənilməsi də ümumi tələbi artırır. Ona görə ki, istehlakçı, əmtəələri qiymətlər qalxana qədər satın almağa çalışır. Ək­sinə, yaxın gələcəkdə qiymətlərin aşağı düşəcəyi gözlənildikdə istehlakçı əmtəə satın alınmasından müəyyən müddət imtina edə bilər ki, bu da ümumi tələbin azalmasına səbəb olur.
    Istehlakçıların möhlətlə aldıqları əmtəələrə görə borclarının çox olması, onları əllərində olan pul vəsaitinin bir hissəsini borcun ödənil­məsinə ayırmağa məcbur etdiyinə görə cari ehtiyaclarına az vəsait sərf edir­lər. Bu isə öz növbəsində ümumi tələbin azalmasına səbəb olur. Ək­sinə, istehlakçıların borcları az olduqda, onlar daha çox xərcləyirlər və bu da ümumi tələbin artmsına doğru aparır.
    Ümumi tələbə təsir edən qeyri-qiymət amillərindən biri də ver­gilər və faiz dərəcələrinin dəyişməsidir. Belə ki, vergi dərəcələri aşağı sa­lındıqda xalis gəlir çoxalır, əksinə, vergi dərəcələri artırıldıqda xalis gə­lir azalır. Bu da müvafiq olaraq ümumi tələbin artması və ya azal­ması deməkdir. 
    Kapital qoyuluşlarına görə daha çox mənfəət götürüləcəyinə dair nikbin proqnozlar olduqda investisiya əmtəələrinə olan tələb artır, əksinə olduqda isə bu tələb azalır. Buna uyğun olaraq ümumi tələb, birinci halda artır, ikinci halda azalır
    Yeni və təkmilləşdirilmiş texnologiyalar investisiya xərclərinin və ümumi tələbin artması üçün stimul yaradır. Məsələn, mikrobiologiya və elektronika sahələrində qazanılmış son nailiyyətlər yeni texnologiya­lardan istifadə etmək üçün laboratoriyalar və istehsal gücləri yaradıl­masına gətirib çıxarmışdır ki, bu da ümumi tələbin artmasına səbəb ol­muşdur. 
    Xarici ölkələrdə milli gəlirin artması başqa bir ölkədə istehsal olunan məhsullara olan tələbi, həm də bu ölkənin daxili ba­za­rında ümumi tələbi artırır. Çünki hər hansı bir ölkənin milli gəliri art­dıq­da onun vətəndaşlarında öz ölkələrində istehsal olunan məhsul­lar­dan satın almaqla yanaşı, həm də digər ölkələrə getmək, onların əm­təələrindən də satın almaq imkanı yaranır. Bu isə həmin ölkədən ixrac olunan əmtəələrin çoxalmasına səbəb olur, milli gəlir azaldıqda isə əks mənzərə müşahidə edilir. Bu da öz əksini ümumi tələbin azalmasında tapır.
    Ümumi tələbin artmasına təsir edən qeyriqiymət amillərindən biri də valyutaların məzənnələrinin dəyişməsidir. Başqa ölkələrin valyu­taları ilə müqayisədə hər hansı bir ölkənin milli valyutasının məzənnə­sinin dəyişməsi milli gəlirdən sonra xalis ixraca və ümumi tələbə təsir edən ikinci mühüm amildirÜmumi tələbə, həmçinin demoqrafik proseslər, milli və tarixi ənənələr və s. təsir göstərir. Məsələn, ölkədə əhalinin sayının sürətlə art­ması, doğum əmsalının yüksək, ölüm əmsalının isə aşağı olması əmtəə və xidmətlərə olan tələbin artmasına, bu isə öz növbəsində istehsala da­ha çox ehtiyatların cəlb olunmasına və nəticə etibarilə ümumi tələbin ço­xalmasına gətirib çıxarır.
    Hər bir xalq özünün adət-ənənələri, toy və yas mərasimlərinin keçirilməsi, milli bayramların qeyd edilməsi (məsələn Azərbaycan xalqı üçün novruz, qurban, ramazan bayramları ən müqəddəs bayramlardır) ilə başqalarından fərqlənir. Dünyada yaşayan xalqların əksəriyyəti üçün ümumi bayramlar da (məsələn, hər il yanvarın 1-nin yeni il kimi qeyd edilməsi) vardır. Təbiidir ki, bütün bu proses­lərdə ümumi tələbin artması meylləri müşahidə olunur.
    Ümumi təklifin dəyişməsinə isə aşağıdakı qeyri-qiymət amilləri tə­sir göstərir: 1) Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi; 2) Məh­sul­darlığın dəyişməsi; 3) Hüquq normalarının dəyişməsi.
    Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsindən söhbət gedər­kən aşağıdakılar nəzərdə tutulur: a) ölkə daxilində iqtisadi ehtiyatların (torpaq, əmək ehtiyatları, kapital və sahibkarlıq qabiliyyəti) mövcud­luğu; b) xaricdən gətirilən iqtisadi ehtiyatlar; c) bazar hökmranlığı.
    Iqtisadi ehtiyatların qiymətlərinin dəyişməsi ümumi təklifin başlıca qeyri-qiymət amilidir. Digər şərtlər sabit qalmaqla onların qiy­mətlərinin qalxması məhsul vahidinə düşən xərclərin artmasına və ümu­mi təklifin azalmasına səbəb olur.
    Iqtisadi ehtiyatların qiymətlərinin aşağı düşməsi isə əks nəticə­lə­rə gətirib çıxarır. Indi isə iqtisadi ehtiyatların qiymətlərinə təsir edən aşağıdakı amilləri – ölkə daxilində iqtisadi ehtiyatların mövcud­luğunu, xaricdən gətirilən iqtisadi ehtiyatların qiymətlərini və bazar hökmran­lı­ğı­nı nəzərdən keçirək.
    Mütəxəssislərin hesablamalarına görə müəssisələrdə xərclərin 70%-ə qədəri işçi və qulluqçuların əmək haqqının payına düşür. De­məli, digər şərtlər sabit qalmaqla, əmək haqqında əmələ gələn hər hansı bir dəyişiklik məhsul vahidinə düşən xərclərə əhəmiyyətli dərəcədə təsir göstərir. Əmək ehtiyatlarının artması iş qüvvəsinin qiymətinin aşağı düşməsinə, azalması isə əksinə, onun qiymətinin qalxmasına səbəb olur. Qadınların əməyindən geniş istifadə edilməsi, başqa ölkələrdən iş qüvvəsi axını iş qüvvəsi üzrə təklifin artmasına, müharibələrin olması, qarşısıalınmaz xəstəliklərin geniş yayılması və s. isə əmək ehtiyatları­nın  və onunla əlaqədar ümumi təklifin azalmasına gətirib çıxarır.
    Cəmiyyətdə kapital ehtiyatları artmağa başladıqda ümumi tək­lif azalmağa doğru meyl edir. Bu, cəmiyyət öz gəlirinin çox hissəsinə qənaət etmək qərarına gəldikdə və özünün yığdığı vəsaiti investisiya əmtəələrinin satın alınmasına yönəltdikdə baş verir. Kapitalın keyfiy­yəti yaxşılaşdıqda isə istehsal xərcləri azalır, ümumi təklif artır. Kapi­talın miqdarı azaldıqda və keyfiyyəti pisləşdikdə əks mənzərə müşahidə olu­nur ümumi təklif azalır.
    Nəhayət, qeyd etmək lazımdır ki, iqtisadiyyatda olan sahib­karların – iş adamlarının – sayı dəyişir
    Təklifin dəyişməsinə başqa ölkələrdən idxal olunan iqtisadi eh­tiyatların qiymətləri də təsir edir. Başqa sözlə, iqtisadi ehtiyatların idxal edilməsi də ümumi təklifi artırır. Çünki istər özündə olan, istərəsə də başqa ölkələrdən idxal edilən iqtisadi ehtiyatlar istehsal güclərinin artı­rılmasına imkan verir. Idxal olunan iqtisadi ehtiyatların qiymət­lə­rinin aşağı düşməsi ümumi təklifin artmasına, əksinə, qiymətlərin baha­laş­ması ümumi təklifin azalmasına səbəb olur. Iqtisadi ehtiyatları göndərənlərin bazarda hökmranlıqlarının zəifləməsi və ya güclənməsi də qiymətlərə və ümumi təklifə təsir gös­tərir. Bazarda hökmranlıq dedikdə qiymətlərin rəqabət şəraitindəkin­dən yüksək müəyyən edilməsi imkanı nəzərdə tutulur. 
    Ümumi təklifin dəyişməsinə təsir edən başlıca qeyri-qiymət amillərindən biri də məhsuldarlıqdır. Məhsuldarlıq ümummilli məhsul ilə onun istehsalında istifadə olunan iqtisadi ehtiyatlar arasındakı nis­bə­ti göstərir və orta hesabla xərc vahidinə düşən məhsulun dəyəri deməkdir. Yəni:
 
                              Ümummilli məhsulun dəyəri
Məhsuldarlıq =_______________________
                Xərclər

    Bütün firmaların (müəssisələrin) öz fəaliyyətlərində əldə rəhbər tutduqları  və istifadə etdikləri hüquq normalarında edilən dəyişikliklər məhsul vahidinə düşən xərclərin dəyişməsinə səbəb ola bilər. Buna iki amil təsir edir: 1) Vergilərin və subsidiyaların dəyişməsi; 2) Tənzimlə­mənin xarakterinin dəyişməsi.
    Firmalardan alınan vergilərin (dövriyyə vergisi, aksiz və sosial təminatla əlaqədar olan vergilər) və əmək haqqının artırılması məhsul vahidinə çəkilən xərcləri çoxalda, ümumi təklifi isə azalda bilər. 
    Dövlət tərəfindən tənzimləmə, əksəriyyət hallarda firmalara baha başa gəlir. Çünki bu, məhsul vahidinə çəkilən istehsal xərclərini artırır iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakının məh­dud­laşdırılması məhsul vahidinə çəkilən xərcin azalmasına, əksinə, onun rolunun gücləndirilməsi istehsal xərclərinin artmasına və ümumi təklifin azalmasına səbəb olur.
 
2. Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi.
 
    Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması (tə­ləbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da isteh­sal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur. 
    Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiy­mət­lərin qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, on­ların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqya­sında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın tə­min olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə ta­razlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyət­lidir.
    Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlak­çıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, bazar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılığını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabər­ləş­dirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.
    Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi ta­raz­lığı bir-birindən fərqləndirmək lazımdır. Qismən tarazlıq iqtisadiy­yatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, mə­sə­lən, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcə­sinin gəlirləri ilə xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif ara­sındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri əsaslarının iş­lənib ha­zır­lanmasında A.Marşallın böyük xidmətləri olmuşdur. Qismən taraz­lıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahə­lərinin bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi de­məkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.
    Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir. 
    Əgər mü­əyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Beləliklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə olduğunu de­mək, daha düzgündür.
    Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün bazarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət ba­zarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nə­zərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymət­lərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə "ax­ması" nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Görün­düyü ki­mi, nöqteyinəzərlər bir-birinin eynidir. 
    Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L. Valrasın tarazlaşma sistemi də məhz yu­xa­rıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud ol­duğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı bazar­ların mövcudluğu şəraitində qiymətlərin əmə­lə gəlməsinin qanu­nauy­ğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
    Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə təmin olun­mur. Burada istehsal amilləri də mühüm rol oy­nayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar bazar­dakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasi­tə­silə təsir etməklə yanaşı, qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-bazar meto­du hesab olunan dövlət tənzimləməsi metod­ları aiddir.
    Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdiril­məsini tələb edir. Bu, bir sıra amillər, xüsusilə də milli iqtisadiyyatın vəziyyəti, isteh­sal amillərinin kəmiyyəti və keyfiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin istehsaletmə imkanları ilə bağlıdır. 
    Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlı­ğı üçün aşağıdakı ilkin şərtlərin olduğunu demək olar: 1) Tarazlıq qar­şıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tə­ləbat və deməli, proporsiyalar da dəyişir, yeni tarazlıq vəziy­yətinin tə­min olunmasının zəruriliyi meydana çıxır2) Iq­ti­sadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nə­zərdə tutur.; 3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uy­ğunlaşdırılması deməkdir4) Iq­ti­sadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.
 
3. Makroiqtisadi tarazlığın təhlili.
 
    Çatışmazlıq nəzəriyyəsinin əsasını qoyan məşhur Macar iqti­sad­çısı Y.Kornainin fikrincə cəmiyyətdə "tərəddütetmə halları baş ver­dikdə – onu normal vəziyyətə qaytara bilən tənzimləmə mexanizmi ol­duq­da, iqtisadi sistemin normal vəziyyəti haqqında danışmaq olar"1. La­kin normal vəziyyət tələblə təklif arasında daim mövcud olan uy­ğunluq demək deyildir.
    Beləliklə, tarazlıq normal vəziyyətin xüsusi, "ideal" halı demək­dir. Bunun üçün iqtisadi parametrlər arasında onların hər birinə xas olan qarşılıqlı əlaqə və asılılıq, tarazlı­ğın bərpa olunmasının spesifik üsulları səciyyəvidir. Həm də qismən tarazlıq ayrıayrı bazar­larda tə­ləblə təklif arasındakı tarazlığı ifadə etdiyi halda, ümumi tarazlıq bütün bazarların əlaqəli və uzlaşdırılmış şəkildə fəaliyyət göstərmələrini əks etdirir.
    Məlum olduğu kimi, ümumi iqtisadi tarazlıq anla­yışı L.Valras tərəfindən irəli sürülmüşdür. Onun fikrincə "ümumi iqtisadi tarazlıq dedikdə xidmətlər bazarında məhsuldar xidmətlərə, məhsul bazar­ların­da isə gündəlik tələbat məhsullarına olan səmərəli tələb və təklifin ta­raz­laş­dığı, satış qiymətlərinin istehsal xərclərinə bərabər olduğu vəziy­yət nəzərdə tutulur".
    Ümumi tarazlıq sahəsində ən yeni tədqiqatlar L. Valrasın müd­dəalarına bir sıra əlavələr etməyə imkan verir. Bunlardan aşağıdakılar diqqəti daha çox cəlb edir:              1) Tarazlıq sabit deyildir, o daim pozulur və buna görə də "Tarazlıq, qeyri-tarazlıq" deməkdir, tezisi tamamilə doğ­rudur. Buradan da aşağıdakı nəticələri çıxarmaq olar: a) Tarazlığı mü­cər­rəd ideal model kimi nəzərdən keçirmək lazımdır. Başqa sözlə, tə­səvvür etmək ki, tarazlıq heç vaxt olmayıb və ola da bilməz. Lakin bu­na baxmayaraq tədqiqata tarazlığın araşdırılmasından başlamaq lazım­dır; b) Tarazlıq optimal qeyri-tarazlıqdır. Bu, o deməkdir ki, o, qiymət­lərin dəyərdən, nəticələrin xərclərdən kənar­laş­masını ifadə et­məklə, onun fəaliyyət göstərməsi və inkişaf etməsində müsbət rol oy­nayır; 2) Qeyri-tarazlıq olan tarazlıq iqtisadi vahidləri həm özlərinin, həm də bü­tövlükdə cəmiyyətin mənafelərinin əksinə fəaliyyət göstər­məyə məcbur etməklə, mənfi, dağıdıcı rol oynayır.
    Beləliklə, ümumi iqtisadi tarazlıq ölkə iqtisadiyya­tının taraz­laşdırılması, bütün sahələrdə və bazarlarda onun normal inkişafını tə­min edən qarşılıqlı əlaqə və uzlaşdırılmış sistem deməkdir.
    Tələb və təklif öz-özünə deyil, bir-birilə qarşılıqlı əlaqə və təsir şəraitində formalaşır. Qısa zaman kəsiyində (istehsalın həcmi sabit ol­maq­la) tələb, iqtisadiyyata, necə deyərlər, "təzyiq edir". Uzunmüddətli dövrdə isə tələb təkliflə bərabərləşir, bazar, azad rəqabət şəraitində bir sıra ilkin şərtlərin, daxili qanunauyğunluqların təsiri ilə tarazlığı təmin etməyə "çalışır".
    Inhisar və bazar rəqabəti şəraitində (buna qeyri-mükəmməl rəqabət də deyilir) bazar tarazlığı problemini C.Robinson və E.Çem­berlin təhlil etmişlər. Onların fikrincə, inhisar şəraitində qiymətlər orta və son xərclərdən yüksək müəyyən edilir.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (19.11.2013) | Müəllif: R.C E W
Baxış: 1502 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more