Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-14
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>


    "Hiperinflyasiya zamanı qiymətlər çox sürətlə artır, onunla əmək haqqı arasında çox böyük fərq əmələ gəlir, iri müəssisələr nəinki mənfəət əldə edir, əksinə zərərlə işləyirlər, iqtisadiyyat iflic vəziyyətinə düşür, adamlar əllərində olan pulu əmtəələrdə maddiləşdirməyə çalışır, təsərrüfat əlaqələri pozulur, barter sövdələşmələrinə üstünlük verilir, bizneslə məşğul olmaq fayda vermir. Odur ki, istehsal ixtisar olunur, xarici əlaqələr azalır, firmadaxili təsərrüfatçılığın ünsürləri arasında uyğunsuzluqlar əmələ gəlir. 
    "Tarazlaşdırılan inflyasiyada müxtəlif əmtəə qruplarının qiymətləri nisbətən sabit qalır, tarazlaşdırılmayan inflyasiyada isə, əksinə, dəyişir. 
    "Tarazlaşdırılan inflyasiya bizneslə məşğul olmaq üçün qorxulu deyildir. Bu zaman yalnız qiymətləri vaxtaşırı artırmaq lazım gəlir. Mənfəətin itirilməsi təhlükəsi isə qiymətlərin artırılmasının axırıncı pilləsində dayanan sahibkarlar üçün qalmış olur. Bu, birinci növbədə intensiv xarici kooperasiya əlaqələrinə əsaslanan və mürəkkəb məhsullar istehsal edənlərə aiddir.
    "Tarazlaşdırılmayan inflyasiya o deməkdir ki, xam-mal və materialların qiymətləri son istehlak məhsullarının qiymətlərinə nisbətən daha sürətlə artır. Bu, bizneslə məşğul olmaq üçün təhlükə törədir. Kapitalın tətbiq olunduğu sahələrin seçilməsində çətinlik yaradır, belə bir şəraitdə sənaye inkişaf etmir, yalnız az sayda möhtəkirlik – vasitəçilik əməliyyatları mümkün olur. 
    "Gözlənilən və gözlənilməyən inflyasiyalar da bir-birindən fərqlənir. Gözlənilən inflyasiya dedikdə qabaqcadan proqnozlaşdırılan inflyasiya nəzərdə tutulur. Gözlənilməyən inflyasiya isə adından göründüyü kimi, qabaqcadan onun olub-olmaması haqqında proqnoz verilmir. 
    "Tarazlaşdırılan və gözlənilən inflyasiyalar iqtisadiyyata ziyan vurmur. Çünki onları qabaqcadan proqnozlaşdırmaq mümkün olduğuna görə müəyyən tədbirlər görülə bilər və görülür. Tarazlaşdırılmayan və gözlənilməyən inflyasiyalar isə olduqca təhlükəlidir və iqtisadiyyata böyük ziyan vururlar.

 
2. Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.
 
    Qiymətlərin  qalxması və pul artıqlığının əmələ gəlməsi inflyasiyanın zahiri təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda formalaşmış proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozulmasıdır.
    Qiymətlərin  Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflyasiyaya gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir. 
    Qiymətlərin  1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məhsuldar, hər şeydən əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əlaqədar olan xərclər üzərində dövlət inhisarının olması; 
    Qiymətlərin  2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azalmaması) üzərində müəyyən müddət həmkarlar ittifaqının inhisarının olması;
    Qiymətlərin  3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində inhisarının olması.
    Qiymətlərin  Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması və ya azalmasına, onların arasındakı tarazlığın pozulmasına təsir edə bilər. Inflyasiyanın səbəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib hazırlamaq üçün lazımdır.
    Qiymətlərin  XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflyasiyaya iki amil təsir etmişdir: 1) Maliyyə və pul-kredit sisteminin yenidən qurulması; 2) Iqtisadiyyatın oliqopolçu strukturunun formalaşması.
    Qiymətlərin  Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə etmək uğrunda apardıqları mübarizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul tədavülünün və qiymətlərin əmələ gəlməsinin nisbi sabitliyi qızıl külçə standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük məbləğdə, məsələn, Ingiltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və s. banknotlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya1) mübadilə etmək olardı. Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir valyutadan asılı vəziyyətə salınır. Əsas götürülən valyuta iflasa uğradıqda, onunla bağlı olan bütün ölkələrin valyutaları da nüfuzdan düşürdü. 
    Qiymətlərin  Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçilməsi pulun hərəkətindəki istiqamətin kəskin surətdə dəyişməsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu.
    Qiymətlərin  O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopoliya strukturu formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xüsusilə də qiymət siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni, XX əsr üçün xarakterik olan, əmtəələrin qiymətlərinin artması meylinin inkişaf etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 30-35 il ərzində vaxtaşırı baş verən ifrat istehsal böhranları dövründə qiymətlərin artması daimi xarakter daşımır, daim pozulurdu. 
    Qiymətlərin  Inflyasiya ikinci dünya müharibəsi illərində bazar iqtisadiyyatının inkişaf etmiş olduğu ölkələrin demək olar ki, hamısında müşahidə edilmişdir. Bunun iqtisadi əsasını ikinci dünya müharibəsinin gedişində məhsuldar qüvvələrin dağıdılması təşkil etmişdir. Çünki istehsaldakı dəyişikliklər maliyyə dairəsinə və pul tədavülünə təsir göstərməyə bilməzdi. Bu isə özünü büdcə kəsirinin və dövlət borcunun artmasında, pul emissiyasının çoxalmasında göstərirdi.
    Qiymətlərin  Müharibədən sonrakı illərdə qiymətlərin artması meyli yenə də özünü göstərmişdir. Hətta iqtisadi böhranlar dövründə də bütün ölkələrdə qiymətlər artmaqda davam etmişdir. Lakin qiymətlərin artma sürəti heç də eyni olmamışdır. Belə ki, 50-60-cı illərdə mötədil inflyasiya müşahidə olunduğu halda, 70-80-ci illərdə "çaparaq" inflyasiya özünü göstərmişdir.
    Qiymətlərin  Keçən əsrin 70-ci illərindən inflyasiyanın artmasına təsir göstərən başlıca amillər idxal və ixrac olunan əmtəələrin qiymətlərinin qalxması, dolların devalvasiyası, dünya bazarında xammalların qiymətlərinin bahalaşması və s. olmuşdur. 
    Qiymətlərin  Müasir dövrdə də inflyasiya prosesi davam edir və onun özünə məxsus bir sıra xüsusiyyətləri  vardır. 
    Qiymətlərin  Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, keçmiş dövrlərdə inflyasiya bir və ya bir neçə ölkənin iqtisadiyyatını əhatə edirdisə, hazırda ümumdünya xarakteri almışdır.
    Qiymətlərin  Ikincisi, inflyasiya müxtəlif ölkələrdə qeyri-bərabər gedir və onun sürəti daxili amillərlə müəyyən edilir. Sənaye tsiklinin ayrı-ayrı fazalarından, habelə iqtisadiyyatın tənzimlənməsinə dövlətin müdaxilə etməsi dərəcəsindən asılı olaraq bu amillərin təsiri güclənə və ya zəifləyə bilər. 
    Qiymətlərin  Üçüncüsü, müasir inflyasiya daimi xarakter almışdır. Əvvəlki illərdə ayrı-ayrı ölkələrdə inflyasiya sonralar pul tədavülünün nisbi sabitlik dövrləri ilə əvəz edilmişdir. Hazırda isə qiymətlər sənaye tsiklinin bütün fazalarında artır. 
    Qiymətlərin  Dördüncüsü, inflyasiyanın xarakteri dəyişmişdir. Belə ki, 80-ci illərin ortalarınadək "çaparaq" inflyasiya üstünlüyə malik olmuşdur. O, Latın Amerikası ölkələrində xüsusilə geniş miqyas almışdı. 1989 və 1990-cı illərdə inflyasiyanın səviyyəsi ən yüksək həddə – 2000%-ə çatmışdı. Ayrı-ayrı ölkələrdə (Nikaraqua, Peru, Argentina, Braziliya) onun səviyyəsi hətta 5000-8000% olmuşdur. 
    Qiymətlərin  Bununla birlikdə 80-ci illərin ortalarından inkişaf etmiş kapitalist ölkələrində inflyasiyanın "yavaşıdığı" və onun sürətinin aşağı düşdüyü müşahidə olunur. Bu, aşağıdakılarla əlaqədardır.
1) Dünya iqtisadiyyatının qeyri-bərabər inkişafının xüsusiyyətləri. 1980-1992-cı illərdəki dünya iqtisadi böhranından sonra uzun sürən durğunluq, iqtisadiyyatın ləng bərpa olunması, kütləvi işsizlik və s. əmtəə və xidmətlərə olan tələbin azalmasına səbəb olmuşdur ki, bu da qiymətlərin artmasının qarşısını müəyyən dərəcədə almışdır;
2) Əmək məhsuldarlığının dinamikasındakı dəyişiklik. Daxili və xarici bazarlarda rəqabət mübarizəsinin kəskinləşdiyi şəraitdə əmək məhsuldarlığının yüksəlməsi və istehsal xərclərinin azalması inhisarlar qarşısında qiymətlərin artırılmasına hədd müəyyən olunması tələbini qoymuş və bununla da inflyasiyanı məhdudlaşdırmışdır;
3) Maliyyə sahəsində yeni hadisələrin baş verməsi nəticəsində 70-ci illərin ortalarına nisbətən 80-ci illərdə bir sıra ölkələrdə büdcə kəsiri nisbətən azalmışdır ki, bu da dövlət maliyyəsi böhranının müəyyən dərəcədə "bitərəfləşdirilməsi"nə səbəb olmuşdur. Belə ki, 70-ci illərdə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (IƏIT) ölkələrində büdcə kəsiri orta hesabla ÜMM-in 1,8%-i qədər olmuşdursa, bu, 1993-cü ildə 1,2% təşkil etmişdir;
4) 1980-ci illərdə kredit ekspansiyasında (genişlənməsində) bir sıra ləngimələrin olması. Sənayecə inkişaf etmiş ölkələrdə mərkəzi bankların uçot dərəcələrinin kəskin surətdə yüksəlməsi faiz dərəcələrinin artmasına səbəb olmuşdur ki, bu da borc kapitalına olan tələbin azalmasına, inflyasiya prosesində kredit ekspansiyasının rolunun bir qədər zəifləməsinə gətirib çıxarmışdır;
5) Dünya bazarında enerji xammallarının qiymətlərinin aşağı düşməsi. 1986-cı ildə enerji xammallarının qiymətləri indeksi (1980-ci il – 100%) 65%-ə, o cümlədən neft üzrə 55%-ə enmişdir. Bu isə inkişaf etmiş kapitalist ölkələrində istehsal xərclərinin azalmasına səbəb olmuşdur. 
    Qiymətlərin  Lakin bütün bunlar o demək deyildir ki, artıq inflyasiya "məğlub" edilmiş, onun üzərində qələbə çalınmışdır. Əlbəttə, yox! Hazırda istehlak əmtəələrinin qiymətləri  60-cı illərə nisbətən daha sürətlə artır. Bundan başqa, inflyasiyanın sürəti vaxtaşırı olaraq dəyişir. Məsələn, ABŞ-da ÜMM-in orta illik deflyatoru 1951-1960-cı illərdə 2,6%, 1961-1965-ci illərdə 1,4%, 1966-1970-ci illərdə 4,1%, 1971-1975-ci illərdə 6,6%, 1976-1980-ci illərdə 7,3%, 1981-1985-ci illərdə 5,2%, 1986-1990-cı illərdə 3,4% olmuşdur.
 
3. Tələb və təklifin inflyasiyası.
 
    Iqtisadçılar inflyasiyanın aşağıdakı iki tipini bir-birindən fərqləndirirlər: 1) Tələbin inflyasiyası, 2) Təklifin inflyasiyası.
    Ümumi təklif sabit qalmaqla, ümumi tələb artdıqda qiymətlər dəyişir. Və bununla əlaqədar olaraq tələbin inflyasiyası baş verir ki, onu da ən sadə şəkildə belə ifadə etmək olar: "dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha çox pul kütləsi olur".
    Lakin ümumi tələblə istehsalın həcmi, məşğulluq və qiymətlər arasındakı nisbətin öyrənilməsi ilk baxışda təsəvvür olunduğu kimi o qədər də sadə məsələ deyildir.
    Ilk dövrlərdə istehlak və investisiya, habelə hökumətin sərf etdiyi və xalis ixracla əlaqədar olan ümumi xərclər az olduğuna görə ümummilli məhsul tələb olunan qədər istehsal edilmir, müəssisələrin istehsal güclərinin çox hissəsi fəaliyyət göstərmir, işsizlik artır. Ümumi tələb artdıqda isə istehsalın həcmi artır, işsizliyin səviyyəsi aşağı düşür, qiymətlər ya çox az qalxır, yaxud da sabit qalır. Bu, onunla izah edilir ki, fəaliyyət göstərməyən çox böyük miqdarda maddi və əmək ehtiyatlarının istehsala cəlb olunmasına maraq artır, mövcud qiymətlərlə onları istənilən vaxt istifadəyə vermək imkanı meydana çıxır. Bunun nəticəsində məhsul istehsalı çoxalır, qiymətlər isə bahalışmır.
    Tələb artdıqda isə iqtisadiyyat tam məşğulluğa və mövcud ehtiyatlardan tam istifadə olunmasına yaxınlaşmaqla ikinci mərhələyə daxil olur. Lakin qeyd etmək lazımdır ki, tam məşğulluğa nail olunana qədər də qiymətlər tədriclə artmağa başlaya bilər. Ona görə ki, istehsalın miqyası genişləndirildikcə dövriyyəyə cəlb edilən ehtiyatlardan iqtisadiyyatın bütün bölmələrində və sənayenin bütün sahələrində birdən-birə, eyni vaxtda istifadə olunmur. Daha doğrusu, sənayenin bir çox sahələrində artıq isthesal gücləri olduğu halda, digərlərində "zəif yerlər" meydana çıxır. Sənayenin bəzi sahələri özünün artıq istehsal güclərindən başqalarına nisbətən daha tez istifadə edirlər. Işçi qüvvəsi bazarlarında tələbin artması nəticəsində işçilərin bəzi kateqoriyalarından tam istifadə olunmağa başlayır, onların əmək haqqı yüksəlir. Bunlarla əlaqədar olaraq firmaların istehsal xərcləri də artır və buna görə də onlar qiymətləri qaldırmağa məcbur olurlar.
    Əmək bazarında təklifin azalması kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqının sahibkarlara təsiretmə imkanlarını genişləndirir və əmək haqqının artırılmasına nail olmaqda onlara kömək edir. Firmalar tətil hərəkatından (xüsusilədə iqtisadiyyatın inkişaf etdiyi dövrdə) çəkinərək əmək haqqını artırmağa razı olurlar. Bundan başqa, ümumi xərclər artdıqda, firmalar onu, qiymətləri qaldırmaqla istehlakçılardan "çıxarmağa" çalışırlar. Nəhayət tam məşğulluğa nail olunduqda, firmalar daha məhsuldar, yəni ixtisaslı peşə sahiblərini muzdla tutmaq məcburiyyətində qalırlar ki, bu da öz növbəsində xərclərin və qiymətlərin artmasına səbəb olur. Ikinci dövrdəki inflyasiyanı bəzən "vaxtsız" inflyasiya  adlandırırlar. Çünki o, ölkədə tam məşğulluq başlananadək meydana çıxır. 
    Üçüncü dövrə çatdıqda tam məşğulluq iqtisadiyyatın bütün bölmələrində özünü göstərir. Sənayenin bütün sahələri məhsul istehsalının artırılması tələbinə daha cavab verə bilmir. Bu isə o deməkdir ki, milli məhsulun real həcmi ən yüksək həddə çatmışdır və tələbin bundan sonra artması inflyasiyaya doğru aparır. Başqa sözlə, cəmiyyətin istehsal imkanlarından artıq olan ümumi tələb qiymətlərin artmasına səbəb ola bilər. Bu dövrdə tələbin inflyasiyasının başlıca şərtləri aşağıdakılardır:
    1) Əhalinin tələbatının artması. Buna təsir edən əsas amillər isə əmək haqqının və məşğulluğun artmasıdır;
    2) Iqtisadi yüksəliş dövründə investisiyaların və bununla əlaqədar olaraq kapital əmtəələrinə olan tələbin artması;
    3) Dövlət xərclərinin (hərbi və sosial xərclərin) artması. 
    Beləliklə, nəzərdən keçirilənlərə əsasən aşağıdakı nəticələri çıxarmaq olar: qiymətlər sabit qaldıqda (birinci dövr) nominal və real ÜMM eyni sürətlə artır. Lakin "vaxtsız" inflyasiya zamanı (ikinci dövr) nominal ÜMM-i deflyasiya etmək lazımdır. Bu, məhsulun həcmini fiziki ifadədə müəyyən etməyə imkan verir. "Xalis" inflyasiya zamanı (üçüncü dövr) nominal ÜMM artır (həm də bəzən çox sürətlə artır), real ÜMM isə dəyişmir. 
    Xərclərin artması və bazarda ümumi təklifin azalması da inflyasiyaya səbəb ola bilər. Bunu belə bir faktdan aydın görmək olar ki, son illərdə ümumi tələb artıqlığı olmadığı halda, qiymətlərin artdığı dövrlərə təsadüf olunmuşdur. Istehsalın həcmi və məşğulluq azaldığı hallarda da qiymətlərin artdığı dövrlər müşahidə edilmişdir. Beləliklə, istehsal xərclərinin artması və ya ümumi təklifin azalması ilə əlaqədar olaraq baş verən inflyasiya təklif üzrə inflyasiya adlanır. 
    Xərclərin artması ilə əlaqədar olan inflyasiya öz ifadəsini məhsul vahidinə düşən istehsal xərclərinin çoxalmasında tapır və aşağıdakı kimi müəyyən edilir:
    Məhsul vahidinə düşən xərclər = ümumi xərclər : məhsulun miqdarı
    Məhsul vahidinə düşən xərclərin artması mövcud qiymətlərlə firmanın təklif etdiyi məhsulun və deməli, onun mənfəətinin azalmasına səbəb olur. Bunun nəticəsində bütün iqtisadiyyat üzrə təklif olunan əmtəə və xidmətlər azalır, bu isə qiymətlərin bahalaşmasına gətirib çıxarır. Təklif üzrə inflyasiyaya iki başlıca amil təsir edir. Bunlardan biri nominal əmək haqqının artırılması, digəri isə xammal və materialların, enerji daşıyıcılarının qiymətlərinin bahalaşmasıdır.
    Əmək haqqının artırılması nəticəsində baş verən inflyasiya istehsal xərclərinin çoxalması ilə əlaqədar olan inflyasiyanın bir növüdür. Bunun başlıca səbəbkarı demək olar ki, həmkarlar ittifaqıdır. Bu, onunla izah edilir ki, həmkarlar ittifaqları kollektiv müqavilələr vasitəsilə nominal əmək haqqı üzərində nəzarəti müəyyən dərəcədə həyata keçirirlər. Məsələn, tutaq ki, iri həmkarlar ittifaqları əmək haqqının böyük məbləğdə artırılmasını tələb edir və buna nail olurlar. Bununla da onlar həm də həmkarlar ittifaqlarının üzvü olmayan işçilərin əmək haqqının yeni standartını müəyyən etmiş olurlar. Bütün ölkə üzrə əmək haqqının artırılması, əks təsir göstərən hər hansı bir amillə (məsələn, bir saatda istehsal olunan məhsulun miqdarı) tarazlaşdırılmadıqda məhsul vahidinə düşən xərclər artır. Istehsalçılar buna bazara çıxardıqları əmtəə və xidmətlərin miqdarını azaltmaqla cavab verirlər. Tələb sabit qalmaqla, təklifin azalması isə qiymətlərin artmasına səbəb olur. Bunu əmək haqqının həddindən çox artırılması ilə əlaqədar olaraq baş verən inflyasiya adlandırırlar.
    Xərclərin artması ilə əlaqədar olan inflyasiyanın başqa bir növü təklif mexanizminin pozulması nəticəsində baş verən inflyasiyadır. Bu, enerji istehsalına sərf olunan xammalların qiymətlərinin qəflətən artması ilə əlaqədar olaraq istehsal xərclərinin və deməli məhsulların qiymətlərinin bahalaşması nəticəsində baş verir. Bunu 1973-1974,  1979-1980-ci illərdə və ümumiyyətlə son dövrlərdə enerji daşıyıcılarının qiymətlərinin qalxıbenməsindən daha aydın görmək olar. Belə ki, enerji daşıyıcılarının qiymətlərinin artması nəticəsində istehsal və məhsulların daşınması xərcləri  artmışdır. Bu isə öz növbəsində xərclərin çoxalması ilə əlaqədar olan inflyasiyanın sürətlə artmasına səbəb olmuşdur. 
    Iqtisadiyyatda elə hallar da olur ki, eyni vaxtda, bir tərəfdən qiymətlər artır, digər tərəfdən isə istehsalın həcmi azalır. Başqa sözlə, qiymətlər və məhsul istehsalı müxtəlif istiqamətlərdə dəyişir. Buna staqflyasiya deyilir.
    Iqtisadçılar staqflyasiyanın səbəblərini müxtəlif cür izah edirlər. Buna dair aşağıdakı nöqteyi-nəzərlər diqqəti daha çox cəlb edir:
    1) Qeyri-təkmil strukturların mövcudluğu. Belə bir fikir irəli sürülür ki, yaxşı sahmana salınmış bazar mexanizminə malik olan iqtisadiyyatda bəzi əmtəələrin qiymətlərinin artması başqa əmtəələrin qiymətlərinin aşağı düşməsinə səbəb olur. Odur ki, bazar tarazlığına əməl olunmalıdır;
    2) Staqflyasiya inhisara və bazarda firmaların hökmranlığına səbəb olur. Bu o deməkdir ki, az istehsal edib, baha satmaq inhisarlar üçün daha faydalıdır;
    3) Belə bir fikir də geniş yayılmışdır ki, staqflyasiyanın səbəbi gözlənilən inflyasiya ola bilər. Başqa sözlə, istehsal amillərinin mülkiyyətçiləri öz gəlirlərinin inflyasiya nəticəsində azalacağından ehtiyat edərək xidmətlərin dəyərini artırmağa başlayırlar.
 
4. Inflyasiyanın sosial-iqtisadi nəticələri.
 
    Inflyasiyanın yalnız səbəblərini aydınlaşdırmaqla kifayətlənmək olmaz, həm də onun sosial-iqtisadi nəticələrini nəzərdən keçirmək lazımdır.
    Bazar iqtisadiyyatı üçün səciyyəvi olan bir çox hadisələr kimi inflyasiyanı da birmənalı qiymətləndirmək düzgün deyildir. Ona görə ki, inflyasiyanın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi artıma təsir edir, ona təkan verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bazar mexanizmi vasitəsilə tənzimlənməsi üçün səciyyəvi olan bir çox başqa proseslər kimi, inflyasiya da mütləq mənada  hökmən qarşısı alınmalı və qətiyyətlə aradan qaldırılmalı olan ziyanlı bir proses deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlərinin rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün istifadə edə bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələrdə mötədil (mülayim, zəif) inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Bu deyilənlərə əsasən belə nəticə çıxarmaq olar ki, inflyasiya qiymətlərin və mənfəət normasının artmasına təsir etməklə, konyukturanı canlandıran amil kimi fəaliyyət göstərir. Çünki qiymətlər bahalaşdıqda həmin məhsulun istehsalının artırılmasına maraq da artır. Lakin inflyasiyanın dərinləşməsinə yol vermək olmaz, onun qarşısı vaxtında alınmalıdır. Çünki onun qarşısı vaxtında alınmadıqda sosial-iqtisadi qeyri-sabitlik güclənməklə, ölkədə tarazlıq pozulur, iqtisadiyyatın inkişafına əngəl törədilir, böyük məbləğdə xərc tələb olunur. 
    Inflyasiya nəinki ölkə daxilində tarazlığın pozulmasına səbəb olur, həm də beynəlxalq valyuta münasibətlərinə mənfi təsir göstərir. Bu aşağıdakılarla əlaqədardır:
    Birincisi, ölkə daxilində qiymətlərin qalxması valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Valyutanın qiymətdən düşməsi isə valyuta dempinqinə səbəb olur.
    Ikincisi, inflyasiya dünya qiymətlərinin artmasına səbəb olur. Inflyasiyanın təsiri ilə dünya bazarlarında qiymətlərin artım sürəti daxili qiymətlərin artım sürəti ilə nəinki bərabərləşmiş, həm də onu ötüb keçmişdir. BVF-nin ekspertləri bunu ixrac olunan neftin qiymətlərinin artması ilə izah edirlər.
    Üçüncüsü, qiymətlərin artması ixrac olunan məhsulların rəqabət mübarizəsini zəiflədir və xarici ticarətdə defisitin artmasını gücləndirir, tədiyə balansının tarazlaşdırılmasını çətinləşqdirir.
    Dördüncüsü, valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsindəki qeyri-bərabərlik valyuta məzənnələrinin qeyri - ekvivalentliyini gücləndirir, onların rəsmi və bazar məzənnələri arasında uyğunsuzluğa səbəb olur. Bu da öz növbəsində valyuta məzənnələrinin sabitləşdirilməsini çətinləşdirir, məzənnələr arasındakı nisbətlərə yenidən baxılmasını zəruri edir.
    Beləliklə, inflyasiya təkcə daxili problem olmaqla qalmır, həm də beynəlxalq valyuta münasibətlərində dağıdıcı qüvvəyə çevrilir.
    Inflyasiya ilə mübarizə və ona qarşı xüsusi proqramın işlənib hazırlanması iqtisadiyyatın sabitləşdirilməsinin zəruri ünsürüdür. Bu proqramın əsasını inflyasiyaya təsir edən səbəb və amillərin təhlili, onların aradan qaldırılması və ya azaldılmasına təsir göstərən iqtisadi tədbirlər sistemi təşkil etməlidir.
    Inflyasiya şəraitində iki üsuldan istifadə edilə bilər. Bunlardan biri inflyasiyaya uyğunlaşmaq, digəri isə radikal tədbirləri həyata keçirməklə onu aradan qaldırmaqdan ibarətdir. Ayrı-ayrı ölkələrdə bu dilemmaya müxtəlif üsullarla yanaşılır. Məsələn, ABŞ və Ingiltərədə inflyasiya ilə fəal mübarizə aparılır, başqa ölkələrdə isə kompleks uyğunlaşma tədbirləri işlənib hazırlanır.
    Uyğunlaşma siyasəti ona əsaslanır ki, bazar iqtisadiyyatının bütün subyektləri (ev təsərrüfatları, firmalar, dövlət) öz fəaliyyətlərində inflyasiyanı pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində onlara dəyən ziyanın kəmiyyəti ilə ölçürlər. Dünya təcrübəsində pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində dəyən ziyanın ödənilməsinin iki metodu vardır. Bunlardan ən geniş yayılanı faiz dərəcəsinin indeksləşdirilməsidir. Bu metodun mahiyyəti ondan ibarətdir ki, faiz dərəcəsi inflyasiya qədər artırılır. Ikinci metod isə qoyulmuş investisiyaların ilkin məbləğinin indeksləşdirilməsidir. Başqa sözlə, bu, vaxtaşırı olaraq qabaqcadan şərtləşdirilmiş indeksin köməyilə həmin məbləğin təshih olunması deməkdir.
    Ev təsərrüfatları inflyasiyaya əlavə gəlir mənbələri axtarıb tapmaqla uyğunlaşmağa çalışırlar. Işçilər özlərini inflyasiyadan qorumaq üçün inflyasiyaya uyğun olaraq müqaviləyə  əmək haqqının təshis olunmasına dair xüsusi bənd daxil edilməsinə cəhd göstərirlər.
    Firmalar da inflyasiya şəraitində özlərinin iqtisadi siyasətlərini dəyişdirirlər. Bu, öz ifadəsini onda tapır ki, onlar investisiyaların daha tez qaytarılmasını təmin edən qısa müddətli layihələri həyata keçirməyə çalışırlar.
    Xüsusi dövriyyə vəsaitlərinin çatışmaması firmaları səhm və istiqrazlar buraxmağa, habelə lizinq və faktorinq vasitəsilə yeni xarici maliyyə mənbələri axtarmağa sövq edir. Bu, dövriyyə vəsaitinin tərkibində cəlb edilmiş vəsaitlərin xüsusi çəkisinin və firmaların maliyyə riskinin artmasına səbəb olur. Onlar, həmçinin kreditor borclarının çox olmasına, bankdakı hesablarında az məbləğdə pul vəsaiti saxlamağa səy göstərirlər.
    Firmalar inflyasiya şəraitində özlərinin mənfəətdən istifadə olunması sahəsində yeritdikləri siyasətlərini də dəyişməyə məcbur olurlar. Belə ki, onlar həm maddi marağın təmin olunmasına yönəldilən vəsaiti artırır, həm də xalis mənfəətdən istehsalın inkişaf etdirilməsinə daha çox vəsait sərf edirlər.
    Tarixdə hökumətin inflyasiya şəraitinə uyğunlaşması siyasətinin bir çox variantları məlumdur. Məsələn, XX əsrin 60-70-ci illərində Ingiltərədə və digər ölkələrdə çox ehtiyatla irəliləmə siyasəti yeridilmişdir. Lakin bu, özünü doğrultmamışdır. Çünki qiymətlərin artmasının qarşısının alınmasına yönədilmiş tədbirlər əmək məhsuldarlığının və əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.
    Başqa bir siyasət qiymətlərlə əmək haqqı arasındakı nisbətə nəzarət qoyulmasına əsaslanmışdır. Lakin bu siyasət qısa müddətli dövrdə (məsələn, ABŞ-da 1951-1952-ci, Finlandiyada 1967-1971-ci illərdə)  müsbət nəticələr versə də, uzun müddətli dövrdə  özünü doğrultmamış, məşhurlaşa bilməmişdir. 
    Inflyasiyanın Keynscəsinə izah edilməsinin tərəfdarları, "struktur inflyasiya" və "təklifin iqtisadiyyatı" nəzəriyyəsinin nümayəndələri öz proqramlarında daha təsirli vasitələrdən istifadə olunmasını təklif edirlər. Bunlara qiymətlərin və əmək məhsuldarlığının müvəqqəti dondurulmasını, vergi sisteminin köməyilə sahibkarlığın stimullaşdırılmasını, əmanətlərə təminat verilməsində əhalinin etibarının qazanılmasını, çox böyük həyati əhəmiyyətə malik olan sahə və istehsalatların fəaliyyət göstərmələrinin təmin edilməsini və s. misal göstərmək olar.
    Inflyasiya şəraitində yeridilən dövlət siyasətinin başqa bir variantı, onun qarşısının alınması üçün həyata keçirilən tədbirlərə dövlətin müdaxilə etməsinin son dərəcə azaldılmasıdır. Buna firmaların daxili və dünya bazarlarında fəaliyyətlərinin və qiymətlərin liberallaşdırılmasına imkan verən proqramları (əmək haqqının artırılması məhdudlaşdırılan zaman sərbəst qiymətlərdən istifadə olunması, milli valyutanın sabitliyinin qorunub saxlanması üçün tədbirlər görülməsi və i.a.) misal göstərmək olar.
    Qərbin müxtəlif ölkələrində yüksək inflyasiya ilə mübarizədə hər iki proqramdakı müsbət cəhətlərdən qarşılıqlı surətdə istifadə olunur.
    Reyqanın prezidentliyi dövründə ABŞ-da həyata keçirilən iqtisadi tədbirlər diqqəti daha çox cəlb etdiyinə görə onu qısaca nəzərdən keçirək. Bu dövrdə ABŞ-da inflyasiya əleyhinə həyata keçirilən siyasətin əsasını sosial proqramların və dövlət xərclərinin xeyli azaldılması, dövlət büdcəsi kəsirinin ləğv edilməsi və ardıcıl olaraq kəskin, məhdudlaşdırıcı kredit-pul siyasətinin yeridilməsi təşkil etmişdir. Proqramın məqsədi yüksək inflyasiya və işsizliyə qarşı mübarizə aparmaqdan ibarət olmuşdur. Beləliklə, "reyqanomika" "təklif iqtisadiyyatının", Monetar və Keyns metodları və konsepsiyalarının əlaqələndirilməsinə əsaslanmışdır. Bütün bunlar hətta ETT-ni sürətləndirmək və əmək məhsuldarlığını yüksəltməklə "çaparaq" inflyasiyanın illik səviyyəsinin 4-6% aşağı salınmasına səbəb olmuşdur. 
    Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrin hamısında demək olar ki, inflyasiya olmuş, onlar bunun ağrıacısını bu və ya digər dərəcədə görmüşlər. Bütün bunlar isə həmin ölkələrin bu sahədə təcrübələrinin öyrənilməsini zəruri edir.
    Bəzən inflyasiyanın və onun nəticələrinin aradan qaldırılması üçün daha sərt tədbirlərə əl atılır. Belə tədbirlərə valyutanı sabitləşdirməyin aşağıdakı metodlarını misal göstərmək olar:
    1) Nullifikasiya1. Bu o deməkdir ki, qiymətdən düşmüş pul nişanı ləğv edilir, etibarsız elan olunur və onun əvəzinə tədavülə yeni valyuta buraxılır.
    2) Valyutanın restavrasiyası (bərpa olunması). Qızıl monometalizm dövründə istifadə olunmuş bu metodda banknotun qızıla dəyişdirilməsinin bərpa olunması istehsalın artımını, büdcə kəsirinin ləğv olunmasını və deflyasiya1 aparılmasını qabaqlayır. Deflyasiya pulun qiymətindən düşməsini ləngidir. Deflyasiyadan bir qayda olaraq pul islahatına hazırlıq kimi stifadə edilir. Deflyasiya bir sıra maliyyə-kredit tədbirlərinin vasitəsilə həyata keçirilir. Belə tədbirlərə vergilərin artırılması, dövlət xərclərinin azaldılması, əmək haqqının dondurulması, dövlət tərəfindən buraxılan qiymətli kağızların açıq bazarlarda satışının ixtisar edilməsi, borc faizinin yüksəldilməsi və s. aiddir.
    3) Devalvasiya2. Bu, bir ölkənin valyutasının məzənnəsinin başqa bir ölkənin valyutasının məzənnəsinə nisbətən aşağı düşməsi deməkdir. Devalvasiya pulun qiymətdən düşməsini hüquqi cəhətdən möhkəmləndirir.
    Devalvasiyanı doğuran səbəblər aşağıdakılardır: 1) Başqa ölkələrə "hərbi yardım" göstərmək məqsədilə xaricdə hərbi bazaların və silahlı qüvvələrin saxlanmasına sərf olunan xərclərlə əlaqədar tədiyə balansının daim kəsirli olması; 2) Hərbi xərclərin, dövlət borcunun və əmtəələrin qiymətlərinin artması ilə əlaqədar dərin inflyasiya proseslərinin getməsi 3) Dövlətin qızıl ehtiyatlarının azalması.
    Inflyasiyanın və onun nəticələrinin aradan qaldırılmasından söhbət gedərkən revalvasiyanı3 yaddan çıxarmaq olmaz. Bu o deməkdir ki, hər hansı bir ölkənin valyutasının məzənnəsi başqa ölkələrin pul vahidləri ilə müqayisədə yüksəlir. Bu metoddan adətən inflyasiyadan sonra ölkənin pul sistemini sabitləşdirmək və pulun alıcılıq qabiliyyətini bərpa etmək, beynəlxalq valyuta bazarlarında valyutaların məzənnəsinin sabit şəkildə yüksəldilməsinə xarakteristika vermək üçün istifadə olunur.
    Beynəlxalq iqtisadi əlaqələrdə revalvasiya devalvasiyanın əksidir. Revalvasiya, borclu, öz borcunu revalvasiya onunan valyuta ilə ödədikdə kreditor, əmtəələrin haqqı ucuz qiymətlə satın alınmış valyuta ilə ödənildikdə isə idxal edən üçün sərfəlidir. Ixrac edən üçün revalvasiya bir qayda olaraq itki verir, çünki onların əmtəələrinin başqa ölkələrin valyutasında ifadə olunan qiyməti artır.
 
Mövzu 21: Məşğulluq və işsizlik. ( 2 saat)
Plan
 
     1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi.
    2. İşsizlik, onun səbəbləri, ölçülməsi və formaları.
    3. Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.

1.Əmək bazarının mahiyyəti, fəaliyyət mexanizmi və seqmentləşdirilməsi.

    Əmək bazarı dedikdə istehsal amillərindən birinin – əmək mü­na­sibətlərinin meydana çıxdığı bazar nəzərdə tutulur. Əmək baza­rının mahiyyətinin aydınlaşdırılması sahəsində bir-birindən fərqlənən bir neçə konsepsiyanın olduğu məlumdur. Birinci konsepsiyanın əsasında klas­sik siyasi iqtisadın hamı tərəfindən qəbul olunan müddəası durur. Bu­nun tərəfdarları neoklassiklərdir (P. Samuelson, M. Feldstayn, R.Xoll). Keçən əsrin 80-ci illərindən başlayaraq təklif iqtisadiyyatı kon­sep­siya­sı­nın tərəfdarları da (D.Gilder, A.Laffer və b.) bu kon­sep­siyaya tərəfdar çıxmışlar. Onlar belə hesab edirlər ki, bütün başqa ba­zarlar kimi, əmək bazarı da qiymət tarazlığı əsasında fəaliyyət göstərir. Başqa sözlə, bazar tənzimləyicisi vəzifəsini iş qüvvəsindən ibarət əmtəənin qiyməti (əmək haqqı) yerinə yetirir. Onların fikrincə, məhz tələb və təklif əmək haqqı­nın köməyilə tənzimlənir, onların tarazlığı təmin olunur. Təhsilə və ix­tisasın artırılmasına qoyulan investisiyalar da ma­şın və avadanlıqlara qoyulan investisiyaların analoqudur. Neoklassik nəzəriyyəyə görə iş qüvvəsinin dəyəri tələb və təklifdən asılı olaraq ya artır, yaxud da azalır, bazarda tarazlıq hökm sürdükdə isə işsizlik aradan qalxır. 
    Keynsçilər və monetaristlər isə əmək bazarının mahiyyətinin aydınlaşdırılmasına başqa mövqedən yana­şırlar. Onlar, neoklassik­lər­dən fərqli olaraq əmək bazarını daimi və tarazlığın olmadığı bir sahə kimi nəzərdən keçi­rirlər. C. M. Keyns, sonralar isə R. Qordon və baş­qa­ları id­dia edirdilər ki, iş qüvvəsinin qiyməti (əmək haqqı) müəy­yən olunmuş kəmiyyətdir və demək olar ki, dəyişmir (xüsusilə də azalmağa doğru dəyişmir). Lakin onlar bunu isbata ehtiyacı olmayan bir fakt he­sab edirdilər. Bu konsepsiyaya görə iş qüvvəsinin qiyməti (əmək haqqı) bazarın tənzimləyicisi olmadığı üçün onu (yəni tənzimləyicini) kənarda axtarmaq lazımdır. Onların fikrincə bu vəzifəni dövlət yerinə yetirməli, ümumi tələbi azaltmaq və ya artırmaqla qeyri-tarazlığı ara­dan qaldır­malıdır. Bunu onunla izah edirdilər ki, dövlət, vergiləri azalt­maqla tələ­bin və istehlakın artmasına səbəb olur. Beləliklə, bu modelə görə iş qüvvəsinə olan tələb, əməyin bazar qiymətindəki tərəddüd­etmələrlə de­yil, ümumi tələblə, başqa sözlə, istehsalın həcmi ilə tən­zimlənir.
    Monetarizm məktəbi nümayəndələrinin (M.Frid­men və baş­qa­ları) fikrincə, məsələn, amerikanın əmək bazarında tarazlığı pozan mənfi amillər dövlət tərəfindən əmək haqqının minimum məbləğinin müəyyən edilməsi, həmkarlar ittifaqlarının mövqeyinin möhkəm ol­ması, boş iş yerləri haqqında bütün zəruri informasiyaların olmaması və s.-dir. Onlar bazarda tarazlıq yaratmaq üçün pul-kredit siyasə­tin­dən, xüsusilə də mərkəzi bankın qeydiyyat normala­rın­dan, kommersiya banklarının mərkəzi bankların hesabla­rında olan məcburi ehtiyatların məbləğlərindən istifadə olunmasını təklif edirdilər. Onların fikrincə, bunlar investisiya və işgüzar fəallığın, beləliklə də ölkədə məşğul­lu­ğun artmasına səbəb ola bilər.
    Əmək bazarının fəaliyyət mexanizminə dair geniş yayılmış ide­ya­lardan biri də C.Danlop, L.Ulman və baş­qa­larının fikirləridir. Onlar əsas diqqəti iş qüvvəsinin struk­turunda peşələr və sahələr üzrə müx­təlifliyin və əmək haq­qının səviyyəsinin təhlilinə yönəldirlər. Göründü­yü kimi, burada makroiqtisadi təhlildən bir növ imtina edilir və baza­rın, ayrı-ayrı sahələrin, demoqrafik qrupların dina­mi­kasının xüsusiy­yət­ləri ilə əlaqələndirilməklə izah olun­ma­sına cəhd göstərilir.
    Marksist iqtisadi nəzəriyyədə əmək bazarı, bazarın xüsusi növü kimi müəyyən olunur. Marksizmə görə əmək prosesində iş qüvvəsi dəyər yaratdığı halda, bütün digər ehtiyatların dəyəri əməyin özü tərə­findən həmin dəyərin üzərinə keçirilir. Bu, iş qüvvəsini bütün digər ehti­yatlardan əsaslı surətdə fərqləndirir. Bundan başqa, marksistlər hesab edirlər ki, iş qüvvəsi bazarı da bazara xas olan ümumi qanu­nauy­ğun­luqlara tabe olsa da, onun özünəməxsus spesifik xüsusiyyət­ləri vardır. Be­lə ki, istehsalın subyektiv amili olan iş qüvvəsi özü əmtəə olmaqla, tələb və təklifə fəal təsir göstərə bilər. 
    Beləliklə, nəzərdən keçirilən konsepsiyalar bir-birini tamamla­maqla, əmək bazarının fəaliyyəti barədə ümumi təsəvvür verir.
    Tədqiqatçıların çoxu müasir əmək bazarının ikili xarakterdə olduğunu qeyd edirlər. Onların fikrincə bazarda bir-biri ilə rəqabət aparmayan ən azı iki iş qüvvəsi bazarı, yaxud da vahid iş qüvvəsi bazarının iki seqmenti fəaliyyət göstərir. Bu bazarlardan biri ali təhsilli mütəxəssislərin, inzibati və idarəetmə işçilərinin, yüksək ixtisaslı işçi­lərin iş yerlərini əhatə edir. Texniklərin, inzibati-köməkçi heyətin və or­ta peşə təhsilli işçilərin iş yerləri də bu bazara aiddir. Bazarlardan digəri isə xüsusi ixtisas və peşə hazırlığı tələb etməyən iş yerlərini əhatə edir. Bunlara xidmət işçilərini1, ixtisassız işçiləri, aşağı kateqoriyadan olan qulluq­çu­ları misal göstərmək olar.
Inkişaf etmiş ölkələrdə iş qüvvəsinə bütün məşğul (hərbi qul­luqçular da daxil olmaqla) və işsiz əhali daxil edilir. Buna iqtisadi ədə­biyyatda həm də "iqtisadi fəal əhali" deyilir. Bundan başqa, statistikada "mülki iş qüvvəsi" (hərbi qulluqçular nəzərə alınmadan) kateqoriyası da hesab­lanır.
    Məşğul əhalinin tərkibinə aşağıdakılar daxildir: hər iki cinsdən olan, tam və natamam iş həftəsində muzdla işləyən, müstəqil surətdə yerinə yetirilən və gəlir gətirən sahələrdə məşğul olan, xəstəlik, xəstələrə qulluq edilməsi, hər il işçilərə və təhsil alanlara verilən məzuniyyət, ba­zar günlərində, habelə haqqı ödənilməməklə və ya müdiriyyətin təşəb­büsü ilə haqqı qismən ödənilməklə verilən məzuniyyət dövründə, tətil günlərində işləməyən şəxslər.
    Məşğul əhali tam və natamam iş həftəsi ərzində işləyənlərə bölünür. Məsələn, ABŞ-da birinci qrupa həftədə 35 saat və daha çox işləyən şəxslər, ikinci qrupa isə bir saatdan 34 saatadək işləyən şəxslər aid edilir. Bununla əlaqədar olaraq məşğulluğa dair aşağıdakı göstə­rici­lərdən istifadə olunur: məşğul əhalinin ümumi sayı, tam iş gününə çev­rilməklə məşğul əhalinin sayı, müəyyən dövr ərzində işlənmiş adam – saatların miqdarı və i. a.
    Bazar iqtisadiyyatının daha çox inkişaf etdiyi ölkələrdə muzdla işləyən işçilər bütün iş qüvvəsinin orta hesabla 90%-dən çoxunu təşkil edir. Iş qüvvəsinin müəyyən hissəsini muzdlu əməkdən istifadə etmə­yən və müstəqil işçilər adlandırılan kiçik sahibkarlar və muzdla işləmə­yən bir çox peşə sahibləri (vəkillər, jurnalistlər, yazıçılar, rəs­sam­lar, hə­kimlər və b.) təşkil edir. 
    Son onilliklərdə inkişaf etmiş ölkələrdə iş qüvvəsinin sahə quru­luşunda baş verən dəyişikliklərdə iki başlıca meyl özünü göstərir. Bunlardan biri kənd təsərrüfatında məşğul olanların sayının kəskin su­rət­də azalması, digəri isə xidmət sahələrinin genişləndirilməsi və əmək tətbiqinin aparıcı sahəsinə çevrilməsi ilə əlaqədar olaraq, burada məş­ğul olanların sayının artmasıdır. Məsələn, ABŞ-ın kənd təsərrü­fatında məşğul olanların sayı  1955-ci ildəki 6,5 mln. nəfərdən, 1994-cü ildə 3,2 mln. nəfərə qədər azalmış, xidmət sahələrində məşğul olanların sayı isə əksinə, 1955-ci ildəki 30,1 mln.nəfərdən 1994-cü ildə 91,3 mln.nəfərə çatmışdır.
    Müasir elmi-texniki inqilab iş qüvvəsinin ixtisasında birmə­nalı dəyişikliklərə gətirib çıxarır. Prinsipcə yeni texnologiya əməyin xa­rak­terinə üç cür təsir edə bilər: Onun tətbiq olunması nəticəsində: a) Bir sıra istehsal funksiyaları ləğv edilə, b) Yeni funksiyalar yaradıla, c) Qa­lan funksi­yalar maşınlara verilə bilər. Bütün bunlar isə nəticə etibarilə fiziki əməklə əqli əmək arasında nisbətin dəyişməsinə səbəb olur. Başqa söz­lə, fiziki əməklə məşğul olanların sayı və xüsusi çəkisi azalır, əqli əməklə məşğul olanların sayı və xüsusi çəkisi isə artır.
 
2. Işsizlik, onun səbəbləri, ölçülməsi və formaları.
 
    Müasir dövrdə bütün ölkələrdə müşahidə olunan kəskin prob­lem­lərdən biri işsizlikdir. Işsizlik – iş qüvvəsinin (iqtisadi fəal əhali­nin) əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmayan hissəsini göstərən sosial-iqtisadi hadisədir. Məşğul əhali ilə işsizlər ikisi birlikdə ölkənin iş qüvvəsini əmələ gətirir. Işsizlik özünü iş qüvvəsinə olan tələbin təklifdən geri qalmasında göstərir.
    Işsizlərə aşağıdakılar aid edilir: işləməyənlər, iş axtaranlar, işə başlamağa hazır olanlar. Işsizlərə təkcə müxtəlif səbəblərdən işdən çıxa­rılanlar deyil, iş yerlərini  könüllü surətdə qoyub gedənlər, yeni iş tap­mağa cəhd göstərənlər də daxildir. Işsizliyi ifadə edən kateqoriyalar aşa­­ğı­dakılardır: 1) Işdən çıxarılma nəticəsində iş yerlərini itirənlər; 2) iş­dən könüllü çıxıb gedənlər; 3) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər; 4) Əmək bazarına ilk dəfə gələnlər. Bu kateqoriyalar arasındakı nisbət hər şeydən əvvəl iqtisadi tsiklin fazalarından asılıdır.
    Işsizliyin orta aylıq səviyyəsi aşağıdakı düs­turla hesablanır:
 
LUE= (UE : LFC ) ∙100
 
     Burada: LUE – işsizliyin səviyyəsini (normasını), %-lə;
    UE – işsizlərin orta aylıq sayını;
    LFC – mülki iş qüvvəsinin sayını göstərir.
    Işsizliyin səviyyəsinin hesablanmasını aşağıdakı misalla izah edək. Tutaq ki, iş qüvvəsinin ümumi sayı 1216990 nəfərə bərabərdir ki, bunun da 1149680 nəfəri işləyir, 67310 nəfəri isə işləmir. Deməli, işsiz­liyin səviyyəsi:
 
LUE = (67310 ∙ 100) : 1216990 = 5,5%-ə bərabərdir.
 

    Işsizliyin səbəblərinə dair müxtəlif baxışlar, nəzəriyyələr möv­cud­dur. Bunlardan geniş yayılmışları aşağıdakılardır: 1) Əhali artıqlığı (mal­tusçuluq); 2) Texniki tərəqqi ("texnoloji nəzəriyyə"); 3) Kapital yığı­mı prosesi (marksist məktəb); 4) Bazar tələbinin kifayət qədər olmaması (Keyns nəzəriyyəsi); 5) Əmək haqqının səviyyəsinin yüksək olması ("azad sahibkarlıq" məktəbi).
    Maltusçuluq ingilis iqtisadçısı T. F. Maltusun adı ilə bağlıdır. O, özünün "Əhali qanunu haqqında təcrübə" əsərində (1798) göstərirdi ki, əhalinin sayı həndəsi silsilə ilə, nemətlər istehsalı isə ədədi silsilə ilə artır və buna görə də müəyyən müddətdən (adətən 25 ildən bir) sonra ar­tıq əhali əmələ gəlir. Bu da işsizlər ordusunun yaranmasına səbəb olur.
    Geniş yayılmış nəzəriyyələrdən biri də işsizliyin başlıca səbə­binin texniki tərəqqi olduğunu elan edən "texnoloji işsizlikdir". Bu nəzə­riyyə 1954-cü ildə Vyanada keçirilmiş tam məşğulluğun təmin edil­məsinin vasitə və yolları haqqında diskussiyalarda müdafiə olun­muş­dur. Qərbin iqtisadi ədəbiyyatında belə bir fikir yayılmışdır ki, istehsal güclərinin yüklənməsi dərəcəsi əsas kapitaldan istifadənin məq­sədəuy­ğun­luğu və faydalılığını göstərdiyi kimi işsizlik də əmək ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu əks etdirir. Əslində marksizm də işsiz­li­yin başlıca səbəbini bunda görür. Başqa sözlə, marksizm, işsizliyi ka­pi­tal yığımı prosesi ilə əlaqələndirir. Bunun mahiyyəti ondan ibarət­dir ki, canlı əməyə (dəyişən kapitala) olan tələb maşın və avadanlıqlara (sabit kapitalın başlıca ünsürlərinə) olan tələbdən ləng artır. Deməli, is­tehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması istər-is­təməz işsizliyə gətirib çıxarır. Bununla əlaqədar olaraq hələ XIX əsrdə "Kompensasiya nəzəriyyəsi" meydana gəlmişdir. Bu nəzəriyyənin tərəf­darlarının fikrincə maşınların istehsalın bir sahəsindən sıxışdırdığı işçi­lər digər sahələrdə iş qüvvəsinə olan əlavə tələbin ödənilməsi yolu ilə kompensasiya edilir.
    Müasir dünyada çox geniş yayılmış nəzəriyyələrdən biri də Keynsin işsizlik nəzəriyyəsidir. 1936-cı ildə məşhur ingilis iqtisadçısı C.M.Keyns özünün "Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi" kita­bında kapitalist iqtisadiyya­tında məşğulluq səviyyəsini yeni tərzdə ay­dın­laşdırmışdır. Onun fikrincə kapitalizmdə tam məşğulluğa zəmanət ve­rən heç bir mexanizm yoxdur. Belə nəticə çıxarılır ki, tam məşğulluq qanunauyğunluq deyil, təsadüflükdür. Kapitalizm sonsuzluğa qədər çiçək­lənməni təmin edə bilən və öz-özünü tənzimləyən iqtisadi sistem de­yildir. Kapitalizmin "öz-özünə inkişaf" etdiyini güman etmək olmaz. Bundan başqa, iqtisadi inkişafda tərəddüdetmələri yalnız müharibələr, quraqlıq və s. kimi xarici və qeyri-normal amillərlə əlaqələndirmək düz­gün deyildir. Əksinə, işsizliyin səbəblərini xeyli dərəcədə bir sıra çox mü­hüm iqtisadi məsələlər, xüsusilə də yığım və investisiyalar haqqında qərarlar qəbul edi­lər­kən tam tarazlığın gözlənilməsində axtarmaq la­zımdır.
    Keynsdən fərqli olaraq "azad sahibkarlıq" məktə­binin nüma­yəndələri kortəbii bazar mexanizmini tərifləyir və işsizliyin səbəbini əmək haqqının yüksək olması ilə izah edirlər. Onların fikrincə əmək haqqının artırılması məş­ğulluğun və işçilərin sayının azalmasına və de­məli, işsizliyə gətirib çıxarır. Bu məktəbin tanınmış nümayən­də­lə­rindən biri Kembric Universitetinin professoru A.Piqudur. Onun çıxar­dığı əsas nəticələr bunlardır: 1) Istehsalda məşğul olan işçilərin sayı ilə əmək haqqının səviyyəsi arasında tərsmütənasiblik vardır. Yəni əmək haq­qı nə qədər yüksək olarsa, məşğulluq da bir o qədər aşağı olur; 2) 1914-18-ci illərdəki birinci dünya müharibəsinə qədər əmək haqqı ilə məş­ğulluq arasında tarazlığın olması onunla izah edilir ki, əmək haqqı işçi­lər ara­sında gedən azad rəqabət əsasında, hamının məşğul ola bilməsinə im­kan verən səviyyədə müəyyən olunmuşdur; 3) Birinci dün­ya mühari­bə­sindən sonra həmkarlar ittifaqının rolunun artması və işsizliyə görə müavinətlərin verilməsi əmək haqqının yüksəlməsinə gəti­rib çıxarmışdır ki, bu da kütləvi işsizliyin səbəblərindən biridir; 4) Tam məşğulluğa nail olmaq üçün əmək haqqını aşağı salmaq lazımdır.
    Beləliklə, işsizlik müxtəlif səbəblərdən əmələ gəlir və başlıca vəzifə onun qarşısının alınmasıdır. Lakin elə hallar da olur ki, işsizliyin tamamilə aradan qaldırılması mümkün olmur. Bunun nə dərəcədə həqi­qətə uyğun olduğuna inanmaq üçün işsizliyin formalarını nə­zər­dən ke­çirək.
    Insanlara fəaliyyət növünün və iş yerinin seçilmə­sində sərbəst­lik verildikdə istər-istəməz seçim qarşısında, "iki da­şın arasında" qa­lırlar. Belə ki, bəziləri iş yerlərini könüllü surətdə də­yişir, bəziləri işdən çıxarıldıqlarına görə yeni iş yerləri axtarır, üçün­cülər, mövsümi məşğul olduqları iş yerlərini (məsələn, tikinti səna­yesində hava şəraiti pis oldu­ğuna, avtomobil sənayesində model dəyiş­diyinə görə) itirirlər. Elə adam­lar da vardır ki, (bu xüsusilə gənclərə aid­dir) yenicə əmək fəaliy­yə­ti­nə başladıqlarına görə iş axtarırlar. Bu adam­ların hamısı iş yerləri tap­dıqda, yaxud da işdən müvəqqəti çıxarılanlar köhnə iş yerlərinə qa­yıtdıqda, digər iş axtaranlar və iş yerlərini müvəq­qəti itirənlər "ümumi işsizlilər fondunda" onları əvəz edirlər və deməli, işsizlik yenə də qalır. Buna friksion1 işsizlik deyilir. Işsizliyin bu forması qaçılmaz və müəy­yən dərəcədə arzuolunandır. Çünki işçilərin çoxu, bəlkə də hamısı az maaş verilən işdən çox maaş verilən, az məhsuldar işdən yüksək məh­sul­darlıqlı işə keçməyə çalışır, yaxud da yaşadığı ərazilərdəki idarə və müəssisələrdə işləməyə üstünlük verirlər. Deməli, əhalinin yerdəyişməsi, bir işdən başqa işə keçməsi hallarına son qoy­maq mümkün olmadığına görə, friksion işsizliyi də tamamilə aradan qaldlırmaq mümkün de­yildir.
    Friksion işsizlik hiss olunmadan struktur işsizliyə keçir. Iqti­sadçılar struktur sözünü "tərkib" mənasında işlədirlər. Zaman keçdikdə istehlak tələbinin strukturunda və texnologiyada çox mühüm dəyi­şik­liklər əmələ gəlir ki, bu da öz növbəsində iş qüvvəsinə olan ümumi tə­lə­bin strukturunun dəyişməsinə səbəb olur. Bunun nəticəsində bəzi pe­şə və ixtisaslara olan tələb azalır, bəzi hallarda hətta yox olur, bəzi­lərinə isə, əksinə, tələb artır. Təbiidir ki, bu, işçilərin bəzi kate­qoriya­la­rında iş­sizliyin əmələ gəlməsinə səbəb olur. Bu, onunla əla­qədardır ki, iş qüv­vəsinin quruluşu yeni iş yerlərinin quruluşuna tez bir zamanda uyğun­la­şa bilmir və uyğunlaşa da bilməz. Göründüyü kimi, elmi-texniki tərəq­qi sonsuz olduğuna görə struktur işsizliyin də tama­milə aradan qaldı­rılması mümkün deyildir və bu mənada onun friksion işsizliyə oxşarlığı vardır. Lakin bunları tamamilə eyniləşdirmək olmaz, onların arasında fərqlər vardır. Bu, özünü onda göstərir ki, friksion işsizlərin təcrübələri, vərdişləri var və onlar "əmək"lərini sata bilərlər. Stukrtur işsizlər isə yenidən hazırlıq mərhələsini keçməsələr, əlavə pe­şə­yə yiyələnməsələr, hət­ta bəzi hallarda yaşayış yerlərini dəyişməsələr iş tapa bilmirlər. Digər tərəfdən friksion işsizlik qısa müddət, struktur iş­sizlik isə uzun müddət davam edir. 
    Işsizliyin növlərindən biri də tsiklik və ya dövri işsizlikdir. Iş­sizliyin bu növü iqtisadi tsiklin azalma mərhələsi ilə əlaqədardır. Başqa sözlə, əmtəə və xidmətlərə ümumi tələb azaldıqda məşğulluq ixtisar olu­nur və işsizlik artır. Odur ki, tsiklik işsizliyi bəzən tələbin azalması ilə əlaqədar olan işsizlik də adlandırırlar. 
 
3. Əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.
 
    Bazar iqtisadiyyatının yüksək səviyyədə inkişaf etdiyi ölkələrdə əhalinin məşğulluğu və əmək bazarının dövlət tərəfindən tənzimlənməsi mexanizminə aşağıdakı metodlar daxildir:
1)   Iqtisadi metodlar – iş yerlərinin yaradılması və mövjud olanların saxlanması üçün sahibkarları stimullaşdırmaq məqsədilə güzəştli kreditləşdirmə, vergitutma və büdjə siyasəti yeridilməsi, peşəkar kadrların hazırlanmasının həyata keçirilməsi;
2)   Təşkilati metodlar–məşğulluq və işədüzəltmə xidmətinin, informasiya və peşəyönümü, kadrların hazırlanması və yenidən hazırlanması sistemlərinin yaradılması;
3)   Qanunverijilikdə nəzərdə tutulan inzibati metodlar–əmək müqavilələrinin bağlanması, iş gününün uzunluğu, işçilər iş vaxtından artıq işlədikləri hallarda əməyin haqqının ödənilməsi, saatlıq minimum əmək haqqının müəyyən edilməsi, məşğulluğun təmin olunması ilə əlaqədar sahibkarlar tərəfindən milli fondlara ödəmələrin tətbiqi, işədüzəltmə kvotalarının müəyyənləşdirilməsi qaydalarının nizama salınması və i.a. 
    Qanunverijilikdə nəzərdə tutulan tədbirlər jəmiyyətdə sosial təbəqələşmənin məhdudlaşdırılmasına yönəldilməlidir. Bu zaman dövlət tərəfindən tənzimləmənin dolayı və birbaşa təsiretmə vasitələri arasında optimal nisbət yaradılmalıdır. 
    Dolayı təsiretmə vasitələri təsərrüfatçılıq şəraitinin dəyişdirilməsinə yönəldilmiş makroiqtisadi «alət»lərdən istifadə olunmasını nəzərdə tutur, geniş əhali təbəqəsini əhatə edir, əməyə olan tələbin tənzimlənməsinə təsir göstərir.
    Birbaşa, bilavasitə təsiretmə tədbirləri isə əmək bazarı ilə əlaqədar dövlət proqoramları vasitəsilə həyata keçirilir.
    Dövlət siyasəti, həmçinin aşağıdakı kimi həyata keçirilə bilər:
1)    Passiv məşğulluq siyasəti yeridilməsi. Bu siyasət boş olan iş yerlərinin tutulmasına və işsizliyə görə müavinətin verilməsinə yönəldilir.
2)    Aktiv məşğulluq siyasəti yeridilməsi. Bu siyasət kütləvi işsizliyin aradan qaldırılmasına yönəldilən investisiya, maliyyə, kredit, vergi siyasətinin köməyi ilə həyata keçirilir.
    Məşğulluğun vəziyyətinə təsir göstərilməsinin ən mühüm yollarından biri də sərbəstləşmiş iş yerlərinə uyğun olaraq iş qüvvəsinin yenidən hazırlanması miqyasının hərtərəfli inkişaf etdirilməsindən ibarətdir. Bununla əlaqədar olaraq, həm də iş qüvvəsinin peşə-ixtisas səviyyəsinin yüksəldilməsi, əmək və sahibkarlıq fəallığının stimullaşdırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əmək haqqının ödənilməsində yeniliklər edilməsi, əməyin stimullaşdırıjı funksiyasının təmin olunması da az əhəmiyyət kəsb etmir. Məşğulluğun tənzimlənməsinə gəldikdə isə bu proses müəyyən məbləğdə xərj tələb edir. 
    Qərbin inkişaf etmiş ölkələrində məşğulluğun təmin edilməsi proqramlarının həyata keçirilməsinə sərf olunan  xərjlər ÜDM-də xeyli xüsusi çəkiyə (2,0-5,5%) malikdir. Həm də kütləvi işsizliyin meydana gəlməsinin qarşısını almaq üçün qabaqlama tədbirlərinə yönəldilən dövlət siyasəti xüsusi əhəmiyyət kəsb edir.
    Beləliklə, məşğulluq proqramlarını işləyib hazırlayarkən aktiv və passiv tənzimləmə arasındakı nisbəti əsaslandırmaq, başqa sözlə, vəsaiti sadəjə olaraq ayırmaqla kifayətlənməmək, həm də pulun kimə və nə üçün verilməsini bilmək lazımdır.
    Beynəlxalq təjrübə, xüsusilə də Isveçin təjrübəsi göstərir ki, aktiv məşğulluq siyasətinin yeridilməsi insanların kütləvi surətdə əmək bazarına çıxmalarının qarşısını almaqla, nəinki ən yaxşı sosial müdafiə vasitəsi funksiyasını yerinə yetirir, həm də passiv məşğulluq siyasətinə nisbətən müəyyən üstünlüklərə malik olduğunu nümayiş etdirir.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (22.11.2013) | Müəllif: R.C E W
Baxış: 1030 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more