Əsas » Məqalə » İqtisadiyyat

İqtisadi nəzəriyyə-12
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>


    Əmək haqqının səviyyəsinə görə dünyada ABŞ uzun müddət irəlidə getmişdir. Lakin son illərdə yeni texnoloji inqilabın inkişaf etdiyi ölkələrdə texniki-iqtisadi şəraitin bərabərləşməsi meyli özünü göstər­di­yinə görə bu, həm nominal, həm də real əmək haqqının səviyyəsində hə­min ölkələr arasındakı milli fərqlərin azalmasına səbəb olmuşdur. Belə ki, keçən əsrin 50-80-ci illərində real əmək haqqı Böyük Britaniya, Fran­sa, AFR və Italiyada 2-3 dəfə, Yaponiyada 4 dəfə artmış və nəticədə onlar ABŞ-ın səviyyəsinə çatmışlar.
    Iş qüvvəsinin qiyməti olan əmək haqqının həqiqi məbləği əmək bazarının konyukturasından, yəni iş qüvvəsinə olan tələblə təklif arasındakı nisbətdən, onun satıcıları ilə alıcıları, habelə alıcılar və satıcıların öz aralarındakı rəqabət mübarizəsinin kəskinliyindən də ası­lıdır. Belə ki, əmək haqqı tələb və təklif qanunlarına uyğun olaraq də­yişir. Əmək bazarında iş qüvvəsinə olan tələb təklifdən irəlidə get­dikdə iş qüvvəsinin qiyməti yüksəlir. Hazırda elmi-texniki inqilabın tə­si­ri ilə qərb ölkələrində yüksək ixtisaslı iş qüvvəsinə olan tələb tama­milə ödənilmir, bu da orta və ali təhsilli mütəxəssislərin əmək haqqının artmasına şərait yaradır. Əmək bazarındakı rəqabət təbii olaraq əmək haqqının səviyyəsini əməyin qiymətinə yaxınlaşdırır. Bu prosesdə o, "vasitəçi" rolunu oynayır. Müəyyən peşəyə və ixtisasa malik işçilərə bir qayda olaraq bərabər əmək haqqı verilir. Başqa sözlə, əmək bazarında gedən rəqabət nəticəsində bərabər əmək üçün bərabər haqq verilməsi prinsipi qərarlaşır.
    Bazarda inhisarlar da – birinci növbədə investisiya əmtəələrini istehsal edənlər – nəyə qadir olduqlarını göstərir, özlərinin əmək haqqı vermək şərtlərini qəbul etdirməyə çalışırlar. Ümumiyyətlə, bir-birinə qar­­şı duran qüvvələri zəiflədən işsizlər ordusunun olması sahibkarların öz şərtlərini qəbul etdirmələrinə şərait yaradır.
    Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə vətəndaşların hə­yat səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün bir sıra sosial tədbirlər həyata keçirilir.
    Bu ölkələrdə əhalinin sosial müdafiəsi, onun inflya­siyadan qo­run­ması sahəsində görülən ən mühüm tədbirlərdən biri əmək haqqının indeksləşdirilməsidir. Ona görə də həmkarlar ittifaqları sahib­kar­larla kollektiv müqavilə bağlayarkən çalışırlar ki, istehlak malla­rının ümumi qiymət indeksinin artmasına dair rəsmi məlumatlara uyğun olaraq no­minal əmək haqqı da artırılsın.
    Real əmək haqqına təsir edən amillərdən biri də əmtəə və xid­mətlərin qiymətlərinin dəyişməsidir. Belə ki, qiymətlər bahalandıqda real əmək haqqı aşağı düşür, əksinə, qiymətlər aşağı düşdükdə real əmək haqqının səviyyəsi yüksəlir.
    Real əmək haqqı ilə qiymətlər arasındakı nisbətin əsas variant­ları aşağıdakılardan ibarət ola bilər: 1) Nominal əmək haqqı sabit qal­maqla, pərakəndə satış qiymətləri aşağı düşdükdə, real əmək haqqının səviyyəsi yüksəlir, əksinə olduqda isə aşağı düşür; 2) Pərakəndə satış qiymətləri sabit qalmaqla nominal əmək haqqının artması real əmək haqqının səviyyəsinin yüksəlməsinə, əksinə olduqda isə aşağı düş­mə­si­nə səbəb olur; 3) Nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiymətləri aşağı düşdükdə real əmək haqqının səviyyəsi daha çox yük­səlir; 4) Nominal əmək haqqı artmaqla yanaşı, pərakəndə satış qiy­mət­ləri də qalxa bilər. Bu zaman bunların artma dərəcəsindən asılı ola­raq real əmək haqqının səviyyəsi arta, yaxud da aşağı düşə bilər. Işçi­lərin mənafeyi və onların rifahının yüksəldilməsi baxımından üçüncü variant daha əlverişlidir.
    Əmək haqqının səviyyəsi və dinaminkasına müharibələr və sürət­lə silahlanma da güclü təsil göstərir. Çünki müharibələr ölkənin iq­tisadiyyatına böyük ziyan vurur, bütün maddi və mənəvi dəyərləri məhv edir, əmək qabiliyyətli əhalini dinc quruculuq fəaliyyətindən uzaq­laş­dırır. Bunların təsiri ilə məhsul istehsalı azalır, onlara olan tələb artır, tədavül kanalları kağız pullarla dolur, inflyasiya görünməmiş dərəcədə güclənir və "dördnala çapır", qiymətlər sürətlə qalxır, real əmək haqqı­nın səviyyəsi çox-çox aşağı düşür.
    Real əmək haqqının səviyyəsinə həmçinin, sosial sığorta ayır­maları, əmək haqqından tutulan vergi məbləğlərinin dəyişməsi və s. tə­sir edir.
    Beləliklə, nominal əmək haqqı əhalinin başlıca gəlir mənbəyi, real əmək haqqı isə onun həyat səviyyəsini ifadə edən ən mühüm iqti­sa­di göstəricidir. 

 
6. Həyat səviyyəsi və yoxsulluq.
 
    İqtisadi ədəbiyyatda həyat səviyyəsi dedikdə, adətən insanın yaşayışı üçün zəruri olan maddi və mənəvi nemətlərlə əhalinin təmin olunması və onların bu nemətlərə olan tələbatlarının ödənilməsi səviyyəsi başa düşülür. 
    Lakin " həyat səviyyəsi” kateqoriyası gəlirlər və deməli, əhalinin istehlakı hədləri ilə məhdudlaşmır.Xalqın rifah halının göstəricisi olan həyat səviyyəsi əhalinin gəlirləri və istehlakı ilə yanaşı, əmək və məişət şəraitini, iş vaxtı və asudə vaxtının həcmini, quruluşu, əhalinin mədəni və təhsil səviyyəsi göstəricilərini, həmçinin sağlamlığını və demoqrafik vəziyyətini əks etdirir.
     "Həyat səviyyəsi” kateqoriyası ilk dəfə K. Marks tərəfindən istifadə edilmişdir. O, iş qüvvəsinin dəyər kəmiyyətindən danışarkən qeyd edirdi ki, onu hər bir ölkədə ənənəvi həyat səviyyəsi müəyyən edir. Bu səviyyə yalnız fiziki tələbatların ödənilməsini deyil, həm də insanların yaşadığı ictimai şəraitdən doğan müəyyən tələbatların ödənilməsini nəzərdə tutur. 
     "Həyat səviyyəsi”, sosial iqtisadi kateqoriya kimi əhalinin rifah halını istehlak baxımından səciyyələndirir. Beləliklə, həyat səviyyəsinə insanın istehlak sahəsindəki fəaliyyəti ilə əlaqədar baxılır. Həyat səviyyəsinin göstəricilər sistemi gəlirlər və insanın müxtəlif tələbatlarını ödəyən maddi nemətlər və xidmətlərin əhali tərəfindən istehlakı haqqında bu və ya digər dərəcədə tam məlumat verir, eyni zamanda qərarlaşmış tələbatların inkişaf etdirilməsi və ödənilməsi səviyyəsini səciyyələndirir. Həyat səviyyəsinin yüksəlməsi əhalinin rifah halının artmasının maddi əsasını təşkil edir. 
     "Həyat səviyyəsi” anlayışında insanların bilavasitə tələbatlarının ödənilməsi prosesi başa düşülür. 
     "Həyat səviyyəsi” anlayışı ilə yanaşı, ictimai həyatın müəyyən tərəflərini səciyyələndirmək üçün "həyat tərzi” anlayışından da geniş istifadə olunur.
    Adətən, həyat tərzi dedikdə, insanların əmək prosesində, məişət və ailədə,ictimai siyasi həyatda və ümumiyyətlə, bütün digər fəaliyyət sahələrində məcmu fəaliyyətləri başa düşülür.
     "Həyat səviyyəsi” və "həyat tərzi” anlayışları arasında ayrılmaz əlaqə olsa da, bu bilavasitə, birbaşa əlaqə deyil. Əhalinin həyat səviyyəsinin müxtəlif olduğu ayrı ayrı ölkələrdə həyat tərzi, adətən, müxtəlf xüsusiyyətləri etibari ilə eyni ola bilər. Belə ki iqtisadi inkişaf səviyyəsinə görə bir birindən fərqlənən bir çox bazar iqtisadiyyatı ölkələrində həyat tərzi eynidir. 
    BMT nin təklifinə əsasən həyat səviyyəsi geniş göstəricilər sistemi vasitəsilə əks olunur. Bu sistemə daxil olan göstəricilərdən aşağıdakıları göstərmək olar:
    -səhiyyənin vəziyyəti;
    -təhsilin səviyyəsi;
    -orta ömür müddəti;
    -əhalinin məşğulluq səviyyəsi;
    -əhalinin alıcılıq qabiliyyəti;
    -siyasi həyata daxil olma.
    Hazırda həyat səviyyəsini əks etdirən vahid ümumiləşdirici göstərici yoxdur.Həyat səviyyəsi beynəlxalq miqyasda müqayisə etmək məqsədi ilə 1990 cı ildən başlayaraq BMT də yeni göstəricidən istifadə edilir. Bu " insan potensialının inkişaf indeksi” və ya qısacı desək, " insan inkişafı indeksi”göstəricisidir.
    İnsan inkişafı indeksini müəyyən edən göstəricilər sistemindən üç əsas göstərici ayırırlar: adambaşına düşən ümumi daxili məhsul, gözlənilən ömür uzunluğu, təhsilin səviyyəsi.
 
7. Dövlətin sosial siyasəti. Əhalinin sosial müdafiə sistemi.
 
    Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına və cəmiyyətdəki sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. 
    Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisaid inkişafın məqsədləri birbaşa və dolayı yolla sosial siyasətdə cəmləşir. İkincisi sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar.
    Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Bu halda sosial siyasət bazarın lazımi səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensiyalaşdırıcı (bərpaedici) xarkter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları  liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın amerikan modeli ola bilər.
    İkinci qrup institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial      demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial dövlətin İsveç modelini göstərmək olar.
    Hər iki qrup arasında fərq bu və ya digər amillərin hamısının olub      olmamasından deyil, onlar arsında mövcud olan nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.
    Sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Sosial müdafiə vətəndaşların ilk növbədə əhalinin ən ağır maddi vəziyyətdə olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən dövlət siyasətidir. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır.
    Əhalinin sosial müdafiəsai yüksək ixtisaslı kadrların hazırlanması ilə əlaqədar dövlət tədbirlərini, əhalinin bütün təbəqələrinin pulsuz ümumi və orta təhsil almasını, rəqabət əsasında ali təhsil əldə etməsini, dövlət hesabına səhiyyə və sosial xidmətlər göstərilməsini, insanların əmək fəaliyyəti ilə məşğul olması üçün zəruri olan tədbirləri və s. əhatə edir. 
    Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin gəlirləri sahəsində olan bərabərsizlik getdikcə artır. Bu bərabərsizliyin qarşısını almaq məqsədi ilə dövlət bir çox inkişaf etmiş ölkələrdə gəlirlərin yenidən bölgüsündə fəal iştirak edir. Gəlirlərin yenidən bölgüsünün əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcələrinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xərcləyir. Deməl olar ki, bütün ölkələrdə sosial sığota və yoxsullara dövlət köməyi proqramları vardır. Sosial sığorta proqramı əhalinin qocalığa, əmək qabiliyyətinin itirilməsinə, iş yerlərinin azalmasına görə sığortalanmasını əhatə edir. Əhaliyə dövlət yardımı proqramları əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Buraya çoxuşaqlı ailələrə kömək, ərzaq və müxtəlif imtiyazların verilməsi, səhiyyə sıöortalanması və s. daxildirlər.
    Əhalinin sosial müdafiə tədbirləri müxtəlif fondlar hesabına maliyyələşdirilir. Buraya müxtəlif səviyyəli fondlar, sosial müdafiənin büdcədənkənar dövlət fondları, işsizliyə görə sığorta fondları, ictimai və xüsusi xeyriyyə fondları aiddir.
    Əhalinin sosial müdafiəsi formalarından biri də gəlirlərin indeksasiya edilməsidir. Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir. Gəlirlərin dövlət indeksasiya yaşayış dəyərinin artmasının nəzərə alınmasının nəzərə alınması əsasında həyata keçirilir. Başqa sözlə, indeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir.
    İndeksasiya sistemi bir sıra meyarları ilə səciyyələnir.İndeksasiya qiymətlərin qadırılmasından əvvəl və ya sonra həyata keçirilə bilər.İndeksasiya makro və mikrosəviyyədə həyata keçirilir. Əhali gəlirlərinin səviyyəsindən asılı olaraq indeksasiya sistemində diferensial yanaşma prosesinə üstünlük verilir. Bu prinsip ən aşağı gəlirlərin tam kompensasiyasından tutmuş ən yüksək gəlirləri olanların minimum kompensasiyasını əhatə edir.
 
Mövzu 18. Büdcə və vergilər ( 2 saat).
Plan
 
    1. Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu.
    2. Vergilərin mahiyyəti, vəzifələri və növləri.
    3. Vergitutmanın prinsipləri,mexanizmi və tənzimlənməsi.
    4. Vergitutmanın beynəlxalq aspektləri.
 
1. Dövlət büdcəsinin mahiyyəti və quruluşu. Büdcə kəsiri və dövlət borcu.
 
    Dövlət büdcəsi maliyyə sisteminin mühüm tərkib hissəsidir. O, pul vəsaiti fondlarının əmələ gəlməsi, bölgüsü və yenidən bölgüsü ilə əlaqədar meydana çıxan iqtisadi münasibətlərin xüsusi sistemi, dövlətin illik maliyyə proqramıdır. Onun başlıca məqsədi maliyyə vəsaitinin kö­mə­yilə iqtisadiyyatı inkişaf etdirmək və cəmiyyət miqyasında sosial və­zifələri həll etməkdən ibarətdir. Budcə maliyyə-kredit mexanizmi vasi­tə­silə iqtisadiyyatın ayrı-ayrı sahələri  və bölmələri üzrə ümumi da­xili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünü tənzimləyir.
    Büdcə, gəlir (mədaxil) və xərc (məxaric) hissələrindən ibarətdir. Bazar münasibətlərinin inkişaf etdiyi ölkələrdə iqtisadi və sosial xarak­terli ümummilli vəzifələrin yerinə yetirilməsi üçün dövlətə lazım olan pul vəsaitinin, başqa sözlə, büdcə gəlirlərinin əsas hissəsi – 75-85%-i vergilər, 5-8%-i qeyri-vergi daxilolmaları (dövlət mülkiyyəti və dövlət ticarətindən daxilolmalar), 10-12%-i isə sosial sığorta, pensiya, məş­ğul­luq fondlarına ödəmələr vasitəsilə formalaşır.
    Sosial-iqtisadi xərclər iki yerə bölünür: 1) Sosial xərclər və  2) Iq­ti­sadi ehtiyaclara yönəldilən xərclər.
Sosial xərclər bütün sosial-iqtisadi xərclərin 60-80%-ni, bütün büdcə xərclərinin isə 40-50%-ni təşkil edir. Sosial xərclərə pensiyaların ödənilməsi, yerli büdcələrə subsidiyaların verilməsi ilə əlaqədar olan xərclər daxildir.
    Sosial xərclərin başlıca tərkib ünsürlərindən biri pensiya təmi­natıdır və o, ildənilə artır Sosial-iqtisadi xərclərin ikinci, yəni iqtisadi ehtiyaclar üzrə xərclər qrupuna energetika, mənzil tikintisi, təbii ehtiyatların mənim­sənilməsi və ətraf mühitin mühafizəsi, dövlət müəssisələrinə dotasiyalar, hasilat və emaledici sənayeyə, kənd təsərrüfatına subsidiyaların veril­məsi ilə əlaqədar xərclər daxildir. 
    Dövlət büdcəsinin xərc maddələrindən biri də müstəqim və dolayı hərbi xərclərdir. Inkişaf etmiş ölkələrdə hərbi və xarici siyasətin maddi təminatı ilə əlaqədar xərclər (məsələn, diplomatik xidmət sahə­sinin saxlanması xərcləri) bütün büdcə xərclərinin təqribən 10-20%-ni təşkil edir.
    Dövlət büdcəsinin ideal surətdə  icra edilməsi gəlirlərin xərc­lərdən çox olması deməkdir. Xərclər gəlirlərdən çox olduqda isə büdcə kəsiri əmələ gəlir. Büdcə kəsiri dövlət borcları hesabına aradan qal­dırılır. Lakin bu, büdcə kəsirinin aradan qaldırılmasının yeganə yolu de­yil­dir. Inkişaf etmiş ölkələrin çoxunda qızıl pul tədavülündən kağız pul tədavülünə keçildiyi dövrdən büdcə kəsirinin əlavə pul emissiyası vasitəsilə aradan qaldırılması sahəsində müsbət təcrübə toplanmışdır.
    Dövlət borcu emissiyaya nisbətən az təhlükəlidir. Lakin o da ölkə iqtisadiyyatına mənfi təsir göstərirHökumət orqanlarının borcları  yığılır və nəticədə dövlət bor­cunu əmələ gətirir. Ayrı-ayrı ölkələrdə dövlət borcu müxtəlif sürətlə artır. Dövlət borcunun ÜDM-dən 2,5 dəfə çox olması iqtisadiyyatın, xüsusilə də pul tədavülünün sabitliyi üçün olduqca təhlükəlidir.
    Dövlət borcunun aşağıdakı növləri vardır: 1) Daxili borc; 2) Xari­ci borc; 3) Qısa müddətli (bir ilədək) borc; 4) Orta müddətli (bir ildən beş ilədək) borc; 5) Uzun müddətli (5 ildən yuxarı) borc. Bunların içərisində ən ağırı qısa müddətli borcdur
    Xarici borc xüsusi diqqət tələb edir. Çünki bu borc üzrə tədi­yə­lər ölkənin xarici iqtisadi fəaliyyətindən daxil olan gəlirlərin təqribən 20-30%-ni təşkil edirsə, deməli, xaricdən yeni borcun alınması çətin­lə­şir. Daha doğrusu, ya borc vermək istəmir, yaxud da girov tələb etmək­lə onu yüksək faizlə verirlər.
    Dövlət gəlirləri və xərclərinin əsas hissəsi dövlət büdcəsindən keçir. Ölkənin inzibatiərazi quruluşundan asılı olaraq düdcə mərkəzi, habelə respublikaların (ştatların), vilayətlərin, əyalətlərin büdcələrinə və yerli büdcələrə bölünür. Yerli büdcə dedikdə adətən mərkəzi büdcədən başqa, yerdə qalan büdcələr nəzərdə tutulur.
    Büdcə, büdcədənkənar fondlarla əlaqədardır. Büdcədənkənar fondlar dedikdə mərkəzi, yaxud da yerli hakimiyyət orqanlarının sərən­ca­mında olan və dövlətin büdcəsinə daxil olmayan pul vəsaiti nə­zərdə tutulur. Buna pensiya fondunu misal göstərmək olar. Büdcədən­kənar fondlar dövlətin iqtisadiyyata müdaxilə etməsi imkanlarını geniş­ləndi­rir. Bu fondlarda olan vəsaitdən büdcə kəsirini azaltmaq üçün isti­fadə oluna bilər və olunur.
 
2. Vergilərin mahiyyəti, vəzifələri və növləri.
 
    Vergilər çox qədim zamanlarda, demək olar ki, dövlətlə eyni vaxtda meydana gəlmiş və büdcə gəlirlərinin başlıca mənbəyidir. Lakin o, sonralar cəmiyyət inkişaf etdikcə, mövcub sosialiqtisadi şəraitə uy­ğun olaraq, gəlirlərin səfərbərliyə alınmasının əsas metodu kimi əsaslı dəyişikliklərə uğramış və yeni-yeni növləri meydana gəlmişdir.
    Vergi–dövlətin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində döv­lət düdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına kö­çürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və tədiyələrin, həmçinin onların forma və metodlarının toplusu isə vergi sistemini əmələ gətirir.
    Vergilər aşağıdakı vəzifələri yerinə yetirir: 1) Dövlət xərclərinin maliyyələşdirilməsi–fiskal vəzifə; 2) Ayrı-ayrı sosial qrupların gəlirləri arasındakı nisbətin dəyişdirilməsi yolu ilə sosial tarazlığın təmin olunması–sosial vəzifə; 3) Iqtisadiyyatın dövlət tərəfindən tənzimlən­məsi – tənzimləmə vəzifəsi; 4) Vergi ödəyicilərinin maraqlandırılması–stimullaşdırma vəzifəsi.
    Vergilər cəmiyyətin sosial həyatında çox mühüm rol oynayırVergilərin, vergi ödəyicilərinin imkanları nəzərə alınmaqla mü­əy­yən edilməsi prinsipi mütərəqqi vergitutma qaydasının meydana gəlməsinə səbəb olmuşdur. Bu, o deməkdir ki, gəlirlər hissələrə bölünür, onun hər sonrakı artan məbləğindən daha yüksək normalarla vergi tu­tulur.
    Vergilərin tənzimləmə vəzifəsi özünü: 1) Vergitutma sisteminin müəyyən edilməsi və dəyişdirilməsində; 2) Vergi  dərəcələrinin dəyişdi­rilməsi və fərqləndirilməsində; 3) Dövlətin iqtisadi proqramına uyğun olaraq mənfəətin və kapitalın bir hissəsinin vergidən azad edilməsi üçün güzəştlərin nəzərdə tutulmasında göstərir.
    Hökumət tərəfindən seçilmiş vergitutma sistemi çox mühüm tənzimləmə vəzifəsini yerinə yetirir.
    Dövlət, xarici ticarətdə himayədarlıq siyasətini seçməklə və gömrük vergisini tənzimləməklə, bir sıra problemlərin həll olunmasına təsir göstərir. 
    Müasir dövrdə vergi sistemi daha çevik tənzimlənir. Belə ki, dövlət tənzimləmə orqanları vergi qanunvericiliyinin əsaslarını və struk­­tu­runu saxlamaqla, vergi dərəcələrini seçmə yolu ilə, müvəqqəti olaraq aşağı salır, dövlətin iqtisadi siyasətini həyata keçirən müəssisələr üçün vergiləri hətta ləğv edirlər
    Vergilər iki yerə bölünür: 1) Müstəqim(birbaşa) vergilər; 2) Do­la­yı vergilər. Müstəqim vergilərə vətəndaşların gəlirlərindən və onlara məx­sus olan əmlakdan, korporasiyaların (firmaların) mənfəətindən tu­tu­­lan, habelə sosial vergilər (məsələn, sosial sığorta ayırmaları), topraq vergisi və s. aiddir. Bunlar konkret fiziki və ya hüquqi şəxs­lər­dən tutu­lur və buna görə də müstəqim (birbaşa) vergilər adlanır. Dolayı vergi­lərə isə əlavə dəyər vergisini, aksizləri, daşınmaz əmlak və qiymətli ka­ğızlarla aparılan sövdələşmələrə görə alınan vergiləri və s. misal gös­tərmək olar.
    Büdcənin gəlir mənbələrindən biri vətəndaşların gəlirləri və on­ların əmlakından tutulan vergilərdir. Bu verginin obyekti əldə edil­məsi mənbələrindən asılı olmayaraq vətəndaşların şəxsi gəlirləridir (əmək haqqı, sahibkar gəliri, faiz, dividend, renta, qələm haqqı və i.a.). Bu vergilər mütərəqqi vergi dərəcələri ilə tutulur. Başqa sözlə, əvvəlcə ver­giyə cəlb olunmayan minimum məbləğ müəyyən edilir. Sonra qalan məbləğdən mütərəqqi dərəcə ilə, yaxud da həmin məbləğ müxtəlif his­sələrə bölünməklə, hər sonrakı hissədən daha mütərəqqi dərəcələrlə vergi tutulur.
-   Dövlət büdcəsinin gəlirləri əsas etibarılə müxtəlif mülkiyyət for­masına mənsub olan müəssisələrin mənfəətindən tutulan vergilər hesa­bına formalaşır. Vahid vergi siyasətinə əsaslanan bu bölgü mexa­nizmi, müəssisələrin əldə etdikləri mənfəətin qanunla müəyyən olunmuş bir hissəsinin vergi şəklində dövlət büdcəsinə yönəldilməsini nəzərdə tutur. Mənfəət vergisini hüquqi şəxs statusu olan korporasiyalar (firmalar, müəssisələr) ödəyirlər. Lakin kiçik bizneslə məşğul olan bəzi firmalar üçün istisna halları nəzərdə tutulmuş
    Torpaq vergisi də vardır. Bu vergi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətlərinin nəticələrindən asılı olmaya­raq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi­tutma obyekti fiziki şəxslərin və müəssisələrin mülkiyyətində və ya isti­fadəsində olan torpaq sahəsidir.
    Büdcə gəlirləri içərisində sosial sığorta ayırmalarının da rolu artır. Sosial sığorta ayırmaları həm ayrı-ayrı şəxslər, həm də müəssisələr tərəfindən ödənilir. Bununla əlaqədar olaraq şəxsi əmlak sığortası və sosial sığortanı bir-birindən fərqləndirmək lazımdır. Birinciyə tikin­tinin, əmlakın və s. icbari və ya könüllü sığortası aiddir. Ikinciyə isə qa­nunvericilikdə müəyyən olunmuş norma ilə əmək haqqına görə hesab­lanan və istehsal xərclərinə daxil edilən, yaxud da işçilərin əmək haq­qından tutulan məbləğlər (məsələn, pensiya fonduna hesablamalar) nə­zərdə tutulur.

    Sosial sığorta ayırmaları məqsədli xarakter daşıyır, büdcədənkənar xüsusi fondlara daxil olur və pensiya verilməsi, habelə yardım göstərilməsinə sərf edilir.
    Dolayı vergilərin növlərindən biri aksizlərdir. Aksiz1 əmtəələrin satış və göstərilən bəzi xidmət növlərinin tarif qiymətlərinə əlavə şək­lində müəyyən edilir. Bu verginin ödəyiciləri istehlakçılardır.
    Aksiz sözün dar mənasında məhdud miqdarda əmtəələrin, bir qayda olaraq kütləvi istehlak mallarının qiymətlərinə əlavə edilir. Geniş mənada isə dolayı verginin iki növünü – satış vergisi və əlavə dəyər vergisini özündə birləşdirir.
    Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir. XVII – XIX əsrlərdə isə əmtəə-pul münasibət­ləri­nin genişlənməsi ilə əlaqədar olaraq vergilərin başlıca növünə, Avro­panın qabaqcıl ölkələrinin əksəriyyətində dövlət gəlirlərinin əsas mən­bə­lərindən birinə çevrilmişdir. Hazırda geniş mənada başa düşülən ak­siz, inkişaf etmiş ölkələrdə bütün vergi gəlirlərinin təqribən 1/4-ni təşkil edir.
    Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür: 1) Fərdi (seç­mə) aksizlər; 2) Universal aksizlər.
    Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu, başlıca olaraq duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə olunmuşdur. Imperializm mərhələsində seçmə aksi­zin şamil edildiyi əmtəələrin siyahısı genişləndirilmiş və avtomobillərin, soyuducuların, ətriyyat mallarının qiymətlərinə də daxil edilmişdir. Son dövrlərdə bu vergi benzin, ağ neft, qaz, habelə telefon xidmətləri, nəq­liyyatda yükdaşınması, avia və dəmir yolu biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə 600-dən çox seç­mə aksiz fəaliyyət göstərir.
    Ikinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin ço­xunda seçmə aksizə universal aksiz və ya dövriyyə vergisi – müəssi­sələ­rin ümumi gəlirindən faizlə alınan vergi əlavə edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki ölkədə – ABŞ və Kanadada tətbiq edilir. Dövriyyə vergisi nəticə etibarilə pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən ödənilir. XX əsrin 60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə universal aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur. Verginin bu növünün döv­riyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən deyil, istehsal və satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələ­sin­də əlavə dəyərdən alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsulla­rı­nı reallaşdırdıqdan sonra əldə etdikləri pul və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan satın alınmış xammal, yarım­fab­rikat və xidmətlərə sərf olunan xərclər arasındakı fərq kimi hesab­la­nan əlavə dəyərə görə müəyyən edilir. Əlavə dəyər vergisi təcrübədə aşa­ğı­dakı kimi hesablanır. Müəyyən edilmiş norma ilə satılmış məh­sulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra bundan hə­min məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfab­ri­kat və xidmətlərin dəyərinə görə hesablanan vergi çıxılır. 
    Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi 8-20% arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün sahələri və xidmət növləri üçün vergi dərə­cələri eynidir. Əlavə dəyər vergisi əsas etibarilə pərakəndə satış qiymət­lərinin tərkibində istehlakçılar tərəfindən ödənilir. 
    Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliy­yətlərini tənzimləmək üçün kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə mal ixrac edən müəssisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə qaytarılır.
    Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şəra­bı, pivə, nərə və qızıl balıq kürüsü, təbii xəz və göndəri məmulatı, məi­şət kondisionerləri, maşında toxunmuş xalçalar və xalça məmu­latları, minik maşınları, müxtəlif növ siqaretlər və s. üzrə aksiz vergisi müəyyən edilmişdir.
    Digər vergi növləri də (əmlak, yol, mədən, yerli) vardır. Əmlak vergisinin obyekti fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri, mədən vergisinin obyekti isə yerin təkindən çıxarılan faydalı qazıntılardar. 
    Yerli vergilər (bələdiyyə vergiləri) müvafiq qanunla müəyyən edi­lən, bələdiyyələrin qərarlarına əsasən tətbiq olunan və onların əra­zilərində ödənilən vergilərdir. Bələdiyyələr öz ərazilərində yerli ver­gi­tut­ma üzrə güzəştlər edə və müəyyən hədlərdə vergi dərəcələrini dəyişdirə bilərlər.
    Müəyyən olunmuş qaydalara görə bəzi vergilər mərkəzi, bəzi­ləri isə yerli büdcəyə daxil olur. Məsələn, aksizlər tamamilə yerli büd­cəyə daxil olur, korporasiyaların (firmaların) mənfəətindən tutulan ver­gilər isə mərkəzi və yerli büdcə arasında müəyyən nisbətdə bölüşdürülür. La­zım gəldikdə yerli büdcə mərkəzi büdcədən subsidiya alır.
    Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə büdcənin mə­da­xi­linin 40%-i şəxsi gəlirlərin, 10%-i korporasiyaların mənfəətindən  tu­tu­lan vergilərin, 30%-i sosial vergilərin (ayırmaların), 10%-i əlavə də­yər, 5%-i gömrük, 5%-i isə digər vergilər və vergi daxilolmalarının pa­yı­na düşür.
    Müstəqim vergiləri istehlakçılardan tutmaq mümkün deyildir. Onlardan yalnız torpaq vergisini və digər daşınmaz əmlakdan alınan vergiləri tutmaq çətinlik törətmir. Ona görə ki, bu vergilər icarə haqqı və mənzil kirayəsinə, kənd təsərrüfatı məhsullarının qiymətlərinə daxil edilir.
    Dolayı vergiləri isə əmtəə və xidmətlərin elastikliyi göstəri­ci­sindən asılı olaraq son istehlakçılardan tutmaq mümkündür. Belə ki, tə­ləbin elastikliyi aşağı olduqda verginin çox  hissəsini  istehlakçıdan "çı­xartmaq" mümkün olur. Tələbin elastikliyi yüksək olduqda, dolayı ver­gilərin artırılması istehlakın, təklifin elastikliyi yüksək olduqda isə bu, xalis mənfəətin azalmasına səbəb olur. Bu da öz növbəsində sər­mayə qoyuluşunun ixtisar olunmasına, kapitalın digər fəaliyyət sahə­sinə axıb getməsinə şərait yaradır. Vergilərlə bağlı bütün məsələlər döv­lətin qa­nunvericiliyi əsasında tənzimlənir.

3. Vergitutmanın prinsipləri, mexanizmi və tənzimlənməsi.

    Vergitutmanın əsas prinsipləri aşağıdakılardır: 1) Vergilər haq­qında qanunvericilikdə vergitutmanın ümumi, bərabər, ədalətli olması təmin edilməli, vergi iqtisadi cəhətdən əsaslandırılmalıdır; 2) Vergi də­rə­­cələri, vergi ödəyicilərinin imkanı, yəni gəlirləri nəzərə alınmaqla mü­əy­yən edilməlidir. Başqa sözlə, fiziki və hüquqi şəxslərin imkanları müx­təlif olduğuna görə onlar üçün vergi dərəcələri də müxtəlif olma­lıdır. Yüzilliklər ərzində gəlirlərdən və əmlakdan mütərəqqi dərə­cələrlə vergi tutulmasının zəruriliyi ideyası cəmiyyətin siyasi dairə­lərində geniş müzakirə obyekti olmuş, partiya proqramlarında, vergi qanunveri­cilik­lə­rində öz əksini tapmışdır; 3) Gəlirlər vergitutmaya bir dəfə cəlb edil­məlidir. Bu prinsipin həyata keçirilməsinə inkişaf etmiş ölkələrdə döv­riyyə vergisinin əlavə dəyər vergisi (ƏDV) ilə əvəz edil­məsini misal gös­tərmək olar. Daha əyani olsun deyə, aşağıdakı misalı nə­zərdən keçirək. Tutaq ki, firma dəmir filizi, qara metal qırıntıları, koks, köhnəlmiş əsas kapitalın yeniləri ilə əvəz edilməsi üçün ava­danlıqlar satın alır, çuğun istehsal edir və onu satır. O, satın aldığı məhsulların dəyəri ilə satdığı əmtəənin dəyəri arasındakı fərqə görə ƏDV ödəyir. Başqa bir zavod çu­ğunu satın alır, polad istehsal etmək üçün onu prokata çevirir. Deməli, zavod satın aldığı çuğunun dəyəri ilə istehsal etdiyi prokatın dəyəri ara­sındakı fərqə görə ƏDV ödəyir. Sonrakı mərhələdə prokat, başqa bir məhsula, deyək ki, maşın detallarına çevrilir və onların dəyəri arasın­da­kı fərqə görə ƏDV ödə­nilir. Buradan aydın olur ki, ƏDV dövriyyə ver­gisinə nisbətən müəy­yən üstünlüklərə malikdir; 4) Vergilər hökmən ödə­nilməlidir. Bunun üçün vergi sistemi elə hazırlanmalıdır ki, vergilərin ödənilməsinin la­büdlüyü, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödənilməli olduğu haqqında vergi ödəyicilərində tam təsəvvür olsun, heç bir şübhə yeri qalmasın; 5) Vergi sistemi və onun ödənilməsi qaydası ödəyicilər üçün olduqca sadə və aydın, yığılması isə vergi orqanları üçün iqtisadi cəhətdən əlverişli olmalıdır; 6) Vergilər onun ödəyiciləri ara­sında möv­cud olan siyasi, ideoloji və digər xüsusiyyətlər əsas götü­rülməklə müəyyən olunmalı və ayrı seçkiliyə yol verilməməlidir; 7) Ver­gi sistemi çevik və dəyişən ictimai-siyasi tələbata asanlıqla uyğunlaş­dı­rıla bilən olmalıdır; 8) Vergi sistemi, yaradılan ÜDM-in yenidən bölgü­sünü təmin etməli və dövlət tərəfindən həyata keçirilən iqtisadi proq­ram­laşdır­manın ən səmərəli aləti olmalıdır.
    Vergi ödəyicisi və vergitutma obyekti, vergitutma bazası, vergi dövrü, vergi dərəcəsi, verginin hesab­lanma­sı­nın qaydası, verginin ödənilməsi qaydası və müddəti müəyyən olunduqda vergi də müəyyən olunmuş hesab edilir.
    Vergitutmanın aşağıdakı formaları vardır: 1) Bilavasitə mənbə­dən (gəlir və ya mənfəət əldə edilənədək) vergi tutulması; 2) Bəyan­namə üz­rə (verginin gəlir və ya mənfəət əldə edildikdən sonra) vergi tutul­ma­sı. Bunlara uyğun olaraq vergitutma obyektləri gəlir, mənfəət, əmlak, tor­paq, faydalı qazıntılar və s. ola bilər.
    Vergitutma bazası dedikdə vergitutma obyektinin vergi tutu­lan hissəsinin kəmiyyət ifadəsi başa düşülür.
    Vergilər müəyyən olunduqda, bir sıra güzəştlər də nəzərdə tu­tu­la bilər
    Bu və ya digər vergi növünün ödənilməsi üçün vergi bazasının əsas götürülən hissəsi vergi dərəcəsi (vergitutma norması) adlanır. Ən aşağı, ən yüksək və orta vergi dərəcələri bir-birindən fərqlənir
    Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyil­dir
    Ən böyük çətinlik özünü korporasiyalardan vergilərin alın­masında göstərir. Çünki onlar istehsal xərclərini süni surətdə artırmaq, müxtəlif növ güzəştlər, investisiya mükafatları, dövlət orqanları tərə­findən icazə verilən müxtəlif fondlara ayırmalar və s. hesabına özlərinin vergiyə cəlb olunan mənfəət məbləğlərini azaltmağa çalışırlar. Vergi tu­tularkən torpağın və digər daşınmaz əmlakın dəyərinin müəyyən olun­masında da problemlər meydana çıxır. 
    Sahibkarlıq fəaliyyətindən, rantyedən gələn, habelə azad peşə sahiblərinin (həkimlər, vəkillər və s.) əldə etdikləri gəlirlərdən vergilərin alınmasında da müəyyən çətinliklər meydana çıxır. Bu gəlirlərdən ver­gi­­lər ötən ilin yekunları nəzərə alınmaqla, bütün cari il ərzində ödənilir və bir növ "avans" ödənişlərini xatırladır. Axırıncı haqq-hesab isə ilin yekunlarına əsasən vergi deklarasiyası üzrə aparılır. Deməli, əslində bu vergi ödəyiciləri verginin bir hissəsinin ödənilməsi üçün bir növ möhlət əldə etmiş olur və onun kəmiyyətini azaltmaq imkanı qazanırlar. Bun­dan başqa, sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi gəlirlərdən, kor­po­rasiyaların mənfəətindən və daşınmaz əmlakdan ödənilən vergilərin düzgünlüyünün yoxlanılması çoxsaylı maliyyə müfəttişləri ştatlarının, bəzi ölkələrdə isə hətta maliyyə polisinin sax­lanmasını tələb edir. 
    Vergilərin tənzimlənməsi də böyük əhəmiyyət kəsb edir. Vergi­lərin tənzimlənməsi dedikdə fiziki və hüquqi şəxslərin vergilərin azal­dılması üçün qüvvədə olan qanunvericilik çərçivəsində öz hüquq­la­rın­dan istifadə etmələri nəzərdə tutulur. Bunun əsasını qanunla icazə veri­lən bütün güzəşt və imkanlardan tam istifadə edilməsi təşkil edir.
    Təsərrüfat subyektlərinin özlərinin maddi mənafelərini müdafiə etmək hüquqları bazar iqtisadiyyatının mahiyyətindən və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən irəli gəlir. 1935-ci ildə hakim C.San­derlend ABŞ-ın Ali Məhkəməsi adından belə bir bəyanət vermiş­dir ki, vergi ödəyicilərinin vergiləri qanunla icazə verilən vasi­tələrlə azaltmaq hüququ heç bir mübahisə doğura bilməz.
    Vergilərin tənzimlənməsi ilə vergidən boyun qaçırılmasını eyni­ləşdirmək olmaz. Vergidən boyun qaçırmaq o deməkdir ki, ayrı-ay­rı şəxslər və ya şirkətlər vergi güzəştlərindən qeyri-qanuni istifadə et­məyə, vergini qəsdən ödəməməyə cəhd göstərirlər. 
    Müasir dövrdə vergilərin tənzimlənməsində aşağıdakı istiqa­mət­lər özünü göstərir:
    Birinci istiqamət – hüquqi şəxslərin vergitutmanın ən optimal təş­kilati-hüquqi formalarını seçmələri. Bütün dünyada qeyri-məhdud məsuliyyətli şirkətlər məhdud məsuliyyətli şirkətlərə isbətən az vergi ödəyirlər. Bundan başqa, bəzi ölkələrdə vergi güzəştləri hər hansı bir firmanın digər firmaların kapitalında iştirakına görə əldə etdiyi divi­den­də şamil edilir ki, bu da firmaların formal olaraq birləşmələri və maliyyə qrupları yaratmaları üçün stimul hazırlayır.
    Ikinci istiqamət–vergitutmanın səviyyəsi  nöqteyi-nəzərindən firmaların yerləşdirilməsi, yaxud da qeydiyyatdan keçirilməsi üçün yerin seçilməsi. Bir çox ölkələrdə ayrı-ayrı əyalətlər, ştatlar, vilayətlər üçün daimi vergi güzəştləri mövcuddur. Dövlət bunlardan iqtisadiy­ya­tın tənzimlənməsi aləti kimi istifadə edir. Bu güzəştlər regional uyğun­suzluqları aradan qaldırmaq məqsədini güdür. Bütün dünyada müxtəlif növ sərbəst iqtisadi zonalar inkişaf etməkdədir. Bunun başlıca səbəb­lərindən biri həmin ərazilərdə xarici və yerli firmalar üçün vergi gü­zəştlərinin müəyyən edilməsidir. 
    Üçüncü istiqamət–firmaların istehsal, kommersiya və maliyyə fəaliyyətləri ilə əlaqədar qüvvədə olan vergi güzəştlərinin təhlili və on­lardan istifadə edilməsi. Bununla əlaqədar olaraq şirkətlərin maliyyə mütəxəssisləri vergilərin stimullaşdırılması sahəsində baş verən dəyi­şiklikləri çox yaxşı bilməli və onları daim izləməlidir. Ona görə ki, əsas kapitalın amortizasiyasının hesablanmasında çox sürətli dəyişikliklər baş verir; amortizasiya normaları, "gizli" ehtiyatların reallaşdırılması və yeni texnologiyadan istifadə üçün mükafatlandırma, gənclərin isteh­salat təlimi qaydaları sürətlə dəyişir.
    Dördüncü istiqamət – mənfəətdən və sərbəst kapitaldan ən əl­verişli şərtlərlə istifadə edilməsi, investisiya siyasətinin seçilməsi. Bu, əlavə vergi güzəştləri əldə edilməsi, hətta əvvəllərdə ödənilmiş vergilərin bir hissəsinin geri qaytarılmasını təmin edə bilər. 
    Dövlətin iqtisadi siyasətində investisiya mükafatları, dotasi­yalar, ETTKI-nin maliyyələşdirilməsi, ixtisasın artırılması, sosial və eko­loji tədbirlər üzrə güzəştlərə geniş yer verilir. Bu güzəştlər əsas eti­barilə sahələr, regionlar üzrə çox vacib və orta müddətli ümummilli döv­­lət proqramlarında nəzərdə tutulur. Əgər şirkətlərin investiya siya­səti dövlət proqramlarının məqsəd və şərtlərinə uyğun gəlirsə, onlar vergilərin azaldılmasına ümid bəsləyə bilərlər. Məsələn, XX əsrin 80-ci illərinin axırlarında Hollandiyada firmalar dövlətin orta müddətli proq­ramına uyğun olaraq kapital qoyarkən onlara, sərf olunan inves­tisiyanın 25-30%-i qədər vergi güzəştləri edilmişdir. Braziliyada bu gü­zəştlər kapital qoyuluşunun 1/3-ni təşkil edir. Vergilərin tənzim­lənməsi istiqamətləri dəyişməz deyildir. Konkret şəraitdən asılı olaraq onların tənzimlənməsində müəyyən dəyişikliklər edilə bilər və edilir. 

4. Vergitutmanın beynəlxalq aspektləri.
 
    Vergi  sisteminin seçilməsi və dəyişdirilməsi, vergi dərəcələri və güzəştlərin müəyyən edilməsi  ayrı-ayrı ölkələrin qanunverici və icrae­di­ci orqanlarının səlahiyyətlərinə daxildir. Lakin müxtəlif ölkələrin höku­mət orqanları vergi siyasəti sahəsində öz aralarında fəal əməkdaşlıq edir­lər. Bunu zəruri edən əsas şərtlər ölkələr arasında ikitərəfli və çox­tə­rəfli təsərrüfat əlaqələrinin intensivləşməsi, iqtisadi inteqrasiyanın inki­şaf etməsi və bununla da dünya bazarlarında bərabər rəqabət şəraitinin yaradılması və s.-dir. 
    Ayrı-ayrı ölkələrdə istehsal olunan əmtəə və xidmətlərin rəqa­bət qabiliyyətinin, onların kapital ixracı imkanlarının artırılması təkcə bütövlükdə milli iqtisadiyyatın səmərəliliyindən deyil, həm də milli fir­maların xarici iqtisadi fəaliyyətdə üzləşdikləri  çətinliklərdən ası­lı­dır.
    Ümumdünya ticarət təşkilatı (ÜTT) məhsul ixracının stimul­laş­dı­rılması üçün vergi güzəştlərini məhdudlaşdırır. Belə ki, ÜTT-nin üzvü olan ölkələr ixrac üçün istehsal olunan məhsulları müstəqim (bir­başa) vergilərdən azad edə bilməzlər. Odur ki, onlar ixrac olunan məh­sullar üçün subsidiyalar ayırmaq məqsədi ilə başqa alternativlər axtarıb tap­ma­lıdırlar. Bəzi ölkələrdə vergi güzəştləri məhsulların ixrac üçün isteh­sal olunub-olunmamasından asılı olmayaraq bütün istehsalçılara şamil edilir. Məsələn, Böyük Britaniyada inflyasiya baş verdikdə dəyən zərəri azaltmaq və ixrac olunan məhsulların rəqabət qabiliyyətini artırmaq məqsədilə yaradılan maddi dövriyyə vəsaitləri ehtiyatlarına qiymət ve­rər­kən bütün istehsalçılara xüsusi güzəştlər nəzərdə tutulur.
    Beynəlxalq iqtisadi münasibətlərə əlavə dəyər vergisi də təsir göstərir. Məlum olduğu kimi, ƏDV bir qayda olaraq ixrac olunan məh­sullara şamil edilmir. Lakin harada istehsal edilməsindən, başqa sözlə, hansı ölkənin məhsulu olmasından asılı olmayaraq bu və ya digər ölkə­nin daxili bazarında reallaşdırılan bütün əmtəə və xidmətlərin qiymət­lə­rinə əlavə dəyər vergisi daxil edilir. Ona görə də ƏDV, ixrac olunmaq üçün məhsul istehsalının stimullaşdırılmasına səbəb olduğu halda, məh­sul­ların idxal edilməsinə əngəl törədir, çünki ƏDV dolayı vergidir və ÜTT-nin məhdudiyyətləri ilə üzləşmir. 
    Inkişaf etmiş ölkələrin hamısında demək olar ki, onların ərazi­sində əldə edilən bütün gəlirlərdən vergi tutulur. Bir sıra ölkələrdə – mə­sələn, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya, Rusiya və i.a., - onla­rın xaricdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərinin əldə etdikləri gəlirlər də vergiyə cəlb edilir. Bu isə o deməkdir ki, fiziki və hüquqi şəxslərin əldə etdikləri gəlirlər ikiqat vergiyə cəlb oluna bilər. 
    Müxtəlif inteqrasiya qruplaşmalarına daxil olan ölkələrdə ver­gi sistemlərinin bir-birinə yaxınlaşması meyli özünü göstərir. Bunu Av­ropa Ittifaqına daxil olan ölkələrin timsalında daha aydın görmək olar. Belə ki, perspektivdə, Avropa Ittifaqına daxil olan ölkələrdə ümumi vergi dərəcələrinin müəyyən edilməsi, ikiqat vergitutmanın aradan qal­dırılması və s. nəzərdə tutulmuşdur. Bundan başqa, artıq indi bu ölkə­lər ƏDV-nin vahid dərəcəsi (15%) və vahid minimum aksiz rüsumu haqqında razılıq əldə etmişlər. Bu ölkələrdə buraxılan istiqrazlar üçün milli vergilər bir-birinə yaxınlaşmış (1-2% təşkil edir) və qiymətli ka­ğız­lar üzrə rüsumlar ləğv edilmişdir. 
 
Mövzu 19. Kredit sistemi və banklar( 2 saat).
Plan
 
    1. Kreditin mahiyyəti, prinsipləri və növləri.
    2. Banklar və onların növləri. Bank əməliyyatları.
    3. Dövlətin kredit siyasəti.
 
1. Kreditin mahiyyəti, prinsipləri və növləri.
 
    Çox mühüm iqtisadi kateqoriya olan və ssuda, borc mənasını verən kredit sözü latınca "Creditum" və etibar edirəm, inanıram mə­na­sını verən "Credo" sözlərindən əmələ gəlmişdir. Borc verilən pul, yaxud da əmtəənin müqabilində faiz ödənilir. 
    Kredit münasibətləri dedikdə borc (ssuda) fondunun əmələ gəl­məsi və həmin vəsaitdən müəyyən müddətə, qaytarılmaq və faiz ödənil­mək şərtilə hüquqi və fiziki şəxslərə borc verilməsi ilə bağlı meydana çıxan münasibətləri ifadə edən iqtisadi əlaqələr nəzərdə tutulur. Bura­dan aydın olur ki, kreditin verilməsi aşağıdakı prinsiplərə əsaslanır. Kre­dit qaytarılma şərtləri konkretləşdirilməklə: 1) Müddətli; 2) Məq­sədli; 3) Təminatlı və 4) Faizli olmalıdır.
    Kredit, pul vəsaiti fondlarının–borc kapitalının–hərəkətinin xüsusi formasıdır. Borc kapitalı müəyyən faiz müqabilində və qayta­rılmaq şərtilə verilən pul vəsaitidir. Borc kapitalının əsas mənbələri aşa­ğıdakılardır: a) Kapitalın dövranı prosesində, iqtisadi vahidlərin sər­bəst­ləşmiş pul vəsaitləri; b) Xüsusi pul fondları şəklində mövcud olan pul ehtiyatları; c) Əhalinin bütün təbə­qələrinin pul gəlirləri və əma­nət­ləri; q) Dövlətin pul ehtiyatları; d) Tə­da­vül­də nəqd pul kütləsi­nin artı­rılmasına olan tələbatla əlaqədar həyata keçirilən pul emissiyası.
    Bazar iqtisadiyyatı şəraitində kredit aşağıdakı vəzifələri yerinə ye­tirir: 1) Müvəqqəti sərbəstləşən pul vəsaitini səfərbərliyə alır; 2) Son­ra­dan qaytarılmaq şərtilə pul vəsaitini yenidən böüşdürür; 3) Tədavüldə isti­fadə olunmaq üçün kredit pullarını (banknotları və xəzinə bilet­lərini) "yara­dır" və kredit əməliyyatlarını həyata keçirir; 4) Ümumi pul təda­vülünü tənzimləyir. 
    Kreditin bölgü funksiyası özünün həm pul vəsaitlərinin səfərbərliyə alınmasında, həm də onların yerləşdirilməsində göstərir. Kreditin emissiya funksiyası onda təzahür edir ki, kreditləşdirmə prosesində ödə­niş üçün vəsait yaranır. Kreditin nəzarətetmə funksiyası isə özünü borclu və kreditorların fəaliyyəti üzərində aparılan müşahidə pro­se­sin­də, müştərilərin ödəmə qabiliyyətlərinin qiymətləndirilməsində, kre­­dit­ləşdirmə prinsiplərinə əməl olunması üzərində nəzarətin həyata keçirilməsində gös­tərir.
    Kredit, qaytarılma müddətinə görə iki yerə bölünür: 1) Qısa müd­­dətli kredit; 2) Uzun müddətli kredit.
    Qısa müddətli kredit adətən xammal, material, yanacaq və s. satın almaq məqsədilə bir il müddətinə verilir və deməli, dövriyyə kapi­talının (dövriyyə vəsaitlərinin) dövranına xidmət edir. Uzun müd­dətli kredit isə bir ildən çox müddətə, əsas kapitalın (binalar, maşınlar, ava­danlıqlar və s.) bərpa olunması və yeniləşdirilməsi üçün verilir.
    Qısa müddətli kredit aşağıdakı kimi təsnifləşdirilir:
1) Kreditləşdirilən obyektlərin iqtisadi xarakterinə görə:   a) Əm­təə - material qiymətlilərinin (xammal və əsas materiallar, ehti­yatlar, bit­məmiş istehsal) satın alınması, habelə, müvəqqəti ehtiyacların ödə­nilməsi üçün ehtiyat yaradılması məqsədilə verilən kredit; b) Xərc­lərin ödənilməsi (mövsümi istehsalatlar, yeni istehsalatların hazırlan­ma­sı və s.) üçün verilən kredit; c) hazır məhsulların yüklənməsi, akkredi­tivlərin açılması və s. əlaqədar olaraq hesablaşmaq üçün verilən kredit; q) Yük­lənmiş hazır məhsulların dəyərinin ödənilməsi üçün vəsait vax­tın­da ödənilmədikdə verilən tədiyə krediti; d) Sərbəst pul vəsaiti olma­dıqda müvəqqəti tələbatın ödənilməsi üçün verilən birdəfəlik kredit;
2) Ödənilmə müddətlərinə görə: a) Müddətli kredit; b) Vaxtı uza­dılmış kredit; c) Vaxtı keçmiş kredit;
3) Ödənilmə mənbələrinə görə: a) Borclunun vəsaiti hesabına ödənilən kredit; b) Qrant vəsaiti hesabına ödənilən kredit;
4) Təminolunma prinsiplərinə görə: a) Birbaşa təminolunma ilə verilən kredit; b) Dolayısı ilə təminolunma ilə verilən kredit; c) Tə­mi­nat tələb olunmayan kredit (blank krediti).
    Kreditin aşağıdakı formaları vardır: kommersiya, bank, istehlak, ipoteka, banklararası, təsərrüfatlararası, dövlət və beynəlxalq kreditlər. Onlar bir-birindən istifadəçilərin tərkibinə, borc verilən obyektlərə, faiz dərəcələrinə və fəaliyyət dairələrinə görə fərqlənirlər.
    Kommersiya krediti fəaliyyətdə olan sahibkarların əmtəə formasında bir-birilərinə verdikləri kreditdir. Bu kreditin əsas məqsədi əmtəələrin reallaşdırılması prosesini sürətləndirməkdir. Kommersiya kre­ditində alıcı və satıcı arasında vasitəçi rolunu veksel oynayır. Vek­sel əmtəəni borc alan sahibkarın onu borc verən sahibkara nəzərdə tutulan müddətdə müəyyən məbləğdə pulu ödəməsinə dair xüsusi borc təəh­hü­düdür. Verksel sadə və köçürmə ola bilər. Borclu ödəməli olduğu məb­lə­ği birbaşa kreditora verdikdə veksel sadə, göstərilən məbləğ  ödənil­mək üçün üçüncü şəxsə verildikdə isə köçürmə olur. Deməli, sahibkarlar veksel vasitəsilə öz aralarında hesablaşma apara bilirlər. Vekselin bir şəxsdən digərinə verilməsi onun üzərində "ötürücü qeyd" edilməsilə rəs­mi­ləşdirilir və buna iqtisadi ədəbiyyatda "indossament" deyilir. Kom­mersiya krediti üzrə faiz dərəcəsi bank krediti üzrə faiz dərəcəsindən aşağı olur.
    Lakin aşağıdakı səbəblərə görə kommersiya krediti məhdud xarakter daşıyır: 1) Kreditor borcu özünün əmtəə ehtiyatlarından və məh­dud miqdarda verə bilər; Bu o deməkdir ki, məsələn, qənnadı firmasının sahibi neft sənayesinin sahibinə kredit verə bilməz; 2) Bəzi hal­lar, məsələn istehsalın yeniləşdirilməsi və kreditləşdirilməsinə zərurət ol­duğu məqamlar nəzərə alınmazsa, kommersiya krediti bir qayda ola­raq qısa müddətə verilir; 3) Kommersiya kreditindən bir sıra cari ehti­yacların ödənilməsi üçün istifadə edilə bilməz.
    Bütün bunlar kreditin digər növünü – bank kreditini zəruri edir. Bank krediti banklar və başqa kredit – maliyyə təsisatları tərə­fin­dən pul formasında hüquqi şəxslərə, əhaliyə, dövlətə, xarici müştərilərə verilir. Bank krediti kommersiya kreditinə nisbətən bir sıra üstünlüklərə malikdir. Bu, özünü onda göstərir ki, o kommersiya krediti kimi məh­dud xarakter daşımır, istənilən hüquqi və ya fiziki şəxsə, həm də daha uzun müddətə verilə bilər. Buradan da belə bir nəticə çıxarmaq olar ki, bank krediti istehsalın miqyasının genişləndirilməsi, əsas kapitalın təzə­lənməsi, yeni iri və texniki cəhətdən təchiz olunmuş müəs­sisələrin inşa olunmasının güclü amilidir.
    Istehlak krediti istehlak mallarını möhlətlə satın almaq, yaxud da göstərilən xidmətlərin haqqını ödəmək üçün ticarət, bank və başqa maliyyə təsisatları tərəfindən verilir. Bu kredit qısa və orta müddətli olur. Əsas etibarilə əhalinin uzunmüddətli istifadəsi üçün nəzərdə tutu­lan şeylərə – avtomobil, ev, bağ evi, mebel, məişət texnikası və i.a. – olan tələbini stimullaşdırır.
    Ipoteka krediti daşınmaz əmlakın girov qoyulması müqa­bi­lində verilir. O, torpağın və tikililərin satın alınması, yaxud da inşa edil­məsi üçün verilir və uzun müddətli olur. Ipoteka krediti kreditor üçün ən "etibarlı" kreditlərdən hesab edilir.
    Banklararası kredit dedikdə, bankların bir-birilərinə verdikləri kredit nəzərdə tutulur. Təsərrüfatlararası kredit kommersiya kreditinə bənzəyir, lakin pul formasında həyata keçirilir. 
    Dövlət krediti iki yerə bölünür: 1) Məxsusi dövlət krediti; 2) Döv­­lət borcu. Birinci halda dövlətin kredit təsisatları iqtisadiyyatın müxtəlif bölmələrini kreditləşdirirlər. Ikinci halda isə dövlət debitor, fi­ziki şəxslər kreditor olurlar. Başqa sözlə, dövlət öz xərclərini ödəmək, birinci növbədə büdcə kəsirini aradan qaldırmaq üçün qiymətli kağızlar buraxır, onları maliyyə bazarında yerləşdirir. Buna dövlətin daxili bor­cu deyilir.
<< 1 / 2 / 34 / 5 / 6 / 7 / 8 / 9 / 10 / 11 / 12 / 13 / 14 / 15 / 16 / 17 / 18 >>
Bölmə: İqtisadiyyat | Əlavə edildi: azerhero (22.11.2013) | Müəllif: R.C E W
Baxış: 955 | Reytinq: 3.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more