Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Romeo və Cülyetta-4
 
<< 1 / 2 / 3 / 4 / 5 >>

L e d i K a p u l e t t i.
    Danışma, səninlə qurtardım artıq,
    İstəyin nədirsə, onu da elə.
    Gedir.
C ü 1 y e t t a.
    Aman, ulu tanrı! Oh, əziz dayə!
    Bu işə bir çarə tapmaq olmazmı?
    Ərim yer üzündə, əhdim göylərdə,
    Əhdimi mən yerə necə gətirim?
    Ərim yer üzünü tərk etməyincə
    Mən öz peymanımı necə sındırım?
    Mənə yol göstərin, məsləhət verin,
    Nə üçün o göylər hər cür məkrini
    Mənimtək zəifin üstdə sınayır?!
    Dayə, nə deyirsən? Təsəlli üçün
    Bir sözün yoxdurmu?
D a y ə.
    Var, mənim balam.
    Romeo sürgünə gedibdir artıq.
    Dünya dağılsa da, heç vaxt o gəlib
    Səni istəməyə cəsarət etməz.
    Rahibin yanına gedirəm indi.
    Əgər tapılmasa bu dərdə dərman,
    Ölməyə cürətim çatar o zaman.
    Gedir.
DÖRDÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Rahib Lorensonun hücrəsi.
    Lorenso ilə Paris daxil olurlar.
L o r e n s o.
    Nə, cümə axşamı? Vaxt, çox azdır ki.
P a r i s.
    İşi tələsdirən qayınatamdır,
    Ona mane olmaq istəmirəm mən.
L o r e n s o.
    Siz qızın rəyini bilmirsiniz, hə?!
    Heç bele hərəkət xoşuma gəlmir.
P a r i s.
    Həmişə ağlayır o, Tibalt üçün.
    Onunla danışmaq mümkünmü məgər?
    Göz yaşı çağlayan bir ailədə,
    Axı, gülə bilməz eşq ilahəsi.
    Qızın dərdlə bu cür inləməsini
    Olduqca qorxulu sayır atası.
    Elə zənn edir ki, təcili nikah
    Onun göz yaşını saxlayacaqdır.
    Təklikdə sel kimi daşan göz yaşı
    Birlikdə tezliklə quruya bilər.
    Bilin, tələsməyin budur səbəbi.
L o r e n s o (kənara).
    Kaş ki, ləngiməyin səbəbini mən
    Heç vaxt bilməyəydim (Ucadan).
    Odur, qız gəlir.
    Cülyetta daxil olur.
P a r i s.
    Xoşbəxtəm mən sizi gördüyüm üçün,
    Mənim gözəl zövcəm, gözəl xanımım.
C ü 1 y e t t a.
    Mən sizin zövcəniz olanda, cənab,
    O vaxt bu xoşbəxtlik baş tuta bilər.
P a r i s.
    Bu xoşbəxtlik mənə, mənim sevgilim,
    Qismət olacaqdır cümə axşamı.
C ü 1 y e t t a.
    Olacağa çarə yoxdur.
L o r e n s o.
    Düz sözdür.
P a r i s.
    Müqəddəs ataya günahınızı
    Etiraf etməyə gəlmisiniz, hə?
C ü 1 y e t t a.
    Əgər cavab versəm, öz günahımı
    Sizə mən etiraf etmiş olardım.
P a r i s.
    Siz ona etiraf edin, əzizim,
    Məni sevirsiniz.
C ü l y e t t a.
    Mən sizə ancaq
    Etiraf edirəm, onu sevirəm.
P a r i s.
    Ona da etiraf edəcəksiniz,
    Məni sevirsiniz, əminəm buna.
C ü 1 y e t t a.
    Sizin üzünüzə deməkdənsə, bu
    Olduqca qiymətli, gözəl olardı.
P a r i s.
    Gözəl üzünüzü, ah, binəva qız,
    Göz yaşı necə də xarab eləyir!
C ü l y e t t a.
    Yox, yox, göz yaşının nə təqsiri var?
    Üzüm əvvəldən də gözəl deyildi.
P ar i s.
    Sizin bu sözünüz göz yaşlarmdan
    Daha pis korlayır gül üzünüzü.
C ü 1 y e t t a.
    Bu böhtan deyildir, bir həqiqətdir.
    Nə dedim, mən dedim öz üzüm haqda.
P a r i s.
    O mənimdir, ona böhtan dediniz.
C ü l y e t t a.
    Ola bilər, artıq o mənim deyil.
    Boş vaxtınız varmı, müqəddəs ata,
    Yoxsa, gəlim axşam ibadət vaxtı?
L o r e n s o.
    Mənim dərdli qızım, indi boşam mən.
    Cənab, tək buraxın bizi, lütf edin!
P a r i s.
    İbadəti pozmaq, Allah etməsin!
    Cülyetta, sübh tezdən cümə- axşamı
    Sizi oyadaram. Hələlik, gülüm,
    Mənim saf busəmi qəbul eyləyin.
    Gedir.
C ü 1 y e t t a.
    Ah, qapını bağla, mənimlə ağla!
    Nə ümid var, nə çarə var, nə kömək!
L o r e n s o.
    Cülyetta, bilirəm sənin dərdini.
    Heç cürə ağlıma yerləşmir mənim;
    Eşitdim, bu gələn cümə axşamı
    Qrafla kəbinin kəsiləcəkdir.
    Deyirlər, təxirə salınmaz bu iş.
C ü l y e t t a.
    Sən mənə danışma eşitdiyindən,
    Sən mənə danış ki, bu müsibətdən
    Necə xilas olum, necə qurtarım?
    Hərgah birdən kömək edə bilməsən,
    Onda qərarıma xeyir-dua ver.
    O vaxt kömək edər mənə bu bıçaq.
    Birləşdirdi mənim Romeo ilə
    Allah ürəyimi, sənsə əlimi.
    Ürəyim eşqinə xəyanət edib,
    Başqa birisinə mehr salmamış,
    Əlim dönük çıxıb həmin sevgiyə -
    O mənfur sənədə möhür basmamış,
    Bax, bu parçalayar ikisini də.
    Olduqca artıqdır həyat təcrübən,
    Bir düşün, fıkirləş, bir məsləhət ver.
    Yoxsa mənim ilə mənim dərdimin
    Arasında, bax, bu hakim olacaq.
    Sənin biliyinin, sənin yaşmın
    Deyə bilmədiyi şərəfli yolu
    Bu qan tökən bıçaq göstərəcəkdir.
    Qısa danış, ölmək istəyirəm mən,
    Bir çıxış yoxdursa, heç danışma sən.
L o r e n s o.
    Dayan, qızım, dayan, deyəsən axı,
    Üraid işartısı görürəm bir az.
    Qarşısmı almaq istədiyimiz
    Bu böyük dəhşottək o dəhşətlidir.
    Ərə getməkdənsə qraf Parisə
    Özünü öldürmək niyyətindəsən?!
    İndi ki, var buna gücün, cürətin,
    Ölümə bənzəyən bir tədbir də var.
    Yerinə yetirsən sən onu əgər,
    Bu ağır bəladan qurtarar səni.
    İndi hünər səndən, əlac da məndən.
C ü 1 y e t t a.
    Ah, Parisə ərə getməmək üçün,
    Razıyam, hökm elə, uca qalanın
    Qülləsindən yerə atılım, ya da
    Gedib quldurlara yoldaş olum mən.
    Razıyam, qaranhq dar mağarada
    Bir yerə sal məni ilanlar ilə.
    Bağla ayılarla eyni zəncirə,
    Ya da ölülərin sür-sümükleri,
    Dişsiz kəllələri, əl-ayaqları
    Dəhşətle səslənən sərdabəyə at.
    Razıyam, qoy məni təzə məzara,
    Ya da ölü ilə bir kəfənə bük.
    Əvvəl bu sözlərdən tir-tir əsərdim,
    İndi bu şeylərdən qorxmuram əsla;
    Təki namusuma ləkə dəyməsin,
    Təki sadiq qalım öz sevgilimə. ,
L o r e n s o.
    Əgər belədirsə, onda evə get,
    Hamıyla de-danış, görün şad, xürrəm,
    Qrafa getməyə tez razılıq ver.
    Sabah çərşənbədir. Sən sabah axşam
    Yerində təkcə yat. Elə eylə ki,
    Dayə də səninlə birgə qalmasın.
    Yatağa uzanıb, bu şüşəni al,
    Ondakı məlhəmi axıradək iç.
    Bir azca keçməmiş damarlarmı
    Buztək bir soyuqluq bürüyəcəkdir,
    Yııxuya dalacaq bütün varlığm.
    Bu an dayanacaq nəfəsin, nəbzin,
    Canmda hərarət görünməyocək,
    Səndə qalmayacaq həyatdan nişan,
    Saf dodaqlarmda, yanaqlarında
    Açan qızılgüllər solacaq tamam.
    Həyata əbədi qapanır kimi,
    O göz qapaqların bağlanacaqdır.
    Sənin hər bir üzvün, əlin, ayağın
    Soyuyub, sustalıb quruyacaqdır.
    Öliimü andıran bu dəhşətli hal
    Düz qırx iki saat davam edəcək.
    Sonra da bir gözəl, şirin yuxııdan
    Ayıhrmış kimi, ayılacaqsan.
    Səni oyatmağa gələndə qraf
    Səni yatağmda ölmüş görəcək.
    Adətinə görə bizim ölkənin
    Səni paltannda açıq tabutda
    Bütün Kapuletti nəsli yatdığı
    Qədim sərdabəyə aparacaqlar.
    Məktub yazacağam mən Romeoya,
    O biləcək bizim planımızı.
    Dərhal, dayanmadan bura geləcək.
    Sən oyanan vaxtı həm o, həm də men
    Durub sərdabədə senin yanında
    Senin qalxmağını gözləyəcəyik.
    Elə həmin gecə səni özüylə
    Romeo buradan aparacaqdır.
    Qadın qorxaqlığı, şübhə, tərəddüd
    Qırmasa əzmini, cəsarətini,
    Bununla ləkədən qurtaracaqsan.
C ü 1 y e t t a.
    Qorxudan danışma, o şüşəni ver!
L o r e n s o.
    Al, di get, möhkəm ol öz qərarında.
    Mən də məktub yazım, təcili onu
    Bir rahib aparsın vəfadarına.
C ü 1 y e t t a.
    Ey sevgi, sən mənə güc ver, qüvvət ver!
    Yalnız bir bundadır nicatım mənim.
    Salamat qal, ata!
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Kapulettinin evində zal.
    Kapuletti, ledi Kapuletti, dayə və iki xidmətçi daxil olurlar.
K a p u 1 e t t i.
    Get, çağır burada yazılanları!
    Birinci xidmətçi gedir.
    Ey, iyirmi nəfər yaxşı aşpaz tut.
İ k i n c i x i d m ə t ç i.
    Ağa, heç biri də pis ola bilməz,
    Hamısı yalayar barmaqlarını.
K a p u 1 e t t i.
    Bu nə deməkdir ki?
İ k i n c i x i d m ə t ç i.
    Bilirsiz, ağa,
    Pis aşpaz yalamaz öz barmağını.
    Hansı ki, yalamır öz barmağını,
    Eləsini tutub gətirmərəm men.
K a p u l e t t i.
    Yaxşı, yaxşı, cəld ol!
    İkinci xidmətçi gedir.
    Qorxuram, düzü,
    Çatdıra bilməyək işi vaxtında.
    Qızım, doğrudanmı, getdi kilsəyə?
D a y ə.
    Bəli, doğrudan da.
K a p u l e t t i.
    Hım, çox pakizə,
    Bəlkə, rahib onu yola gətirdi.
    Necə də inaddır, sırtıqdır bu qız!
D a y ə.
    Bir baxın, qızınız gəlir kilsədən,
    Üzündən, gözündən sevinc tökülür.
    Cülyetta daxil olur.
K a p u 1 e t t i.
    Hə, tərs qız, sən harda veyllənirdin?
C ü 1 y e t t a.
    Sizin əmrinizə, qərarmıza
    İtaət eyləyib, boyım əymədim;
    Tövbə qaydasmı öyrənirdim mən.
    Çox ciddi buyurdu müqəddəs rahib,
    Məni əfv etməkçün sizə diz çöküm.
    Sizə yalvarıram, məni əfv edin.
    Bir də sözünüzdən çıxmaram, ata!
K a p u l e t t i.
    Gedin, xəbər verin bunu qrafa,
    Lap sabah qurtaraq bu xeyir işi.
C ü l y e t t a.
    Mən özüm kilsədə gördüm qrafı,
    Ədəb və nəzakət dairəsində
    Ona mehribanlıq, hörmət göstərdim.
K a p u l e t t i.
    Bax, belə, çox yaxşı.
    Di ayağa dur.
    Əvvəldən sən bu cür olmalı idin.
    Görmək istəyirəm indi qrafı.
    Tez gedin, tez onu bura gətirin.
    Müqəddəs adamdır, vallah, bu rahib,
    Ona hörmət etmir xalq nahaq yerə.
C ü l y e t t a.
    Mənim otağıma, gəl, gedək, dayə,
    Mənə kömək elə, birlikdə seçək
    Sabah geyəcəyim toy paltarını.
L e d i K a p u l e t t i.
    Yox, sabah nə üçün? Tələsmə, qızım,
    Cümə axşamına hələ xeyli var.
K a p u l e t t i.
    Dayə, onunla get. Unutmayın ki,
    Sabah olmalıyıq mütləq kilsədə.
    Cülyetta ilə dayə gedirlər.
L e d i K a p u l e t t i.
    İşlər öz vaxtmda qurtarmayacaq,
    Axşama az qalır.
K a p u l e t t i.
    Darıxma, arvad.
    Qaydaya salaram mən bütün işi,
    Sonsə Cülyettanın yanına tərpən.
    Ona bəzənməkdə bir köməklik et.
    Bu gecə bir an da yatmayacağam.
    Sən məni tok burax, xanımlıq işi
    Bu dəfə qoy qalsın mənim öhdəmə.
    Ey, ey, hamı gedib? Heç eybi yoxdıır,
    Qrafın yanına özüm gedərəm.
    Deyərəm, sabaha hazırlaşar o.
    Belə yumşalması belə tərs qızın
    Qəlbimi olduqca sakitləşdirib.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Cülyettanın otağı.
    Cülyetta ilə dayə daxil olurlar.
C ü 1 y e t t a.
    Bəli, bax, o paltar en yaxşısıdır.
    Ancaq bir ricam var, mehriban dayə,
    Gəl, məni bu gecə sən yalqız burax.
    Gərək sübhə qədər dua edem ki,
    Göylər bağışlasm günahlarımı.
    Özün bilirsən ki, çoxdur günahım.
    Ledi Kapuletti gəlir.
L e d i K a p u l e t t i.
    Artıq məşğulsunuz? Kömək eləyim?
C ü l y e t t a.
    Yox, ana, biz sabah nə lazımdırsa
    Hamısım seçib hazırlatnışıq.
    İndi izn verin, mən yalqız qalım.
    Aparın dayəni özünüz ilə,
    Bilirəm, bu gecə işiniz çoxdur,
    O sizə hər işdə kömək eləyər.
L e d i K a p u l e t t i.
    Gecən xeyrə qalsın, yatağa uzan,
    Dincəl, axı sənə dinclik gərəkdir.
    Ledi Kapuletti ile dayə gedirler.
C ü 1 y e t t a.
    Əlvida, əlvida! Bir Allah bilir
    Bir daha yenidən görüşərikmi?
    Soyuq bir gizilti keçir canımdan,
    Vahimə dondurur qanımı artıq.
    Onları geriyə çağıracağam,
    Qoy gəlib təsəlli versinlər mənə.
    Dayə! Ah, o burda nə edəcəkdir?
    Bu ağır, bu müdhiş səhnəni gərək
    Mən təkcə oynayım. Gəl, gəl, ey şüşə!
    Birdən heç bu məlhəm təsir etmədi,
    Onda səhər ərə gedəcəyəmmi?
    Yox, yox! Bax, bu qoymaz. Sən burada dur.
    Xəncəri yanına qoyur.
    Bəlkə, bu zəhərdir. Rahib bicliklə
    Bunu hazırlayıb, məni öldürsün;
    Axı, gizlicənə Romeo ilə
    Mənim kəbinimi o özü kəsib,
    Bu iş açılarsa, biabır olar.
    Bəli, bu belədir, yox, belə deyil.
    O hər vaxt müqəddəs bir adam olub,
    Belə pis fıkirlər ona yaraşmaz.
    Bəs birdən Romeo gəlib çıxmamış
    Məzarda oyansam, onda nə olsun?
    Bax, ən dəhşət budur, dözülməz budur!
    Məni öz Romeom aparmayınca
    Saf hava görməyən dar sərdabədə
    Pis iydən, qoxudan boğulmarammı?
    Hərgah mən sağ qalsam, bu mümkündürmü?
    Ölümün, gecənin qorxunc kölgəsi
    Qəbiristanlıq olmuş o qorxunc yerin
    Müdhiş dəhşətiylə, vahiməsiylə
    Başımdan huşumu almayacaqmı?
    Yüz illərdən bəri qedim sərdabə
    Saxlayır qoynuna gömülmüş mərhum
    Bütün əcdadımın sümüklərini.
    Ah, orda məzara təzə qoyulmuş
    Öz qanına qaltan bədbəxt Tibaltın
    Nəşi cürüməyə başlayıb indi.
    Gecənin bir vaxtı orda, deyirlər,
    Ölülərin ruhu gəzib dolaşır.
    Bəs bunlar ağlıını çaşdırmayacaq?
    Əfsus, əfsus! Necə bu mümkün deyil!
    Əgər mən ayılsam vaxtmdan qabaq,
    Ən murdar, ən iyrənc üfunətlərdən,
    Kökündən ayrılmış mandraqoranm
    İnsanı sarsıdıb dəli etdiyi
    Naləsitək qorxunc iniltilərdən
    Axı, necə dəli olmayacağam?
    Kim deyər, bu dəhşət əhatəsində
    Öz əcdadlarımın sümükləriylə
    Oynamayacağam mən dəli kimi?
    Tabutda iylənən yazıq Tibaltm
    Qanlı kəfənini cırmayacağam?
    Dəliliyin yüksək coşqun çağında
    Babamın ən iri bir sümüyünü
    Əlimə götürüb dəyənək kimi,
    Birdən öz kəlləmə çırpmayacağam?
    Oh, bax, bir bax! Mənə elə gəlir ki,
    Tibaltın ruhunu görürəm indi.
    Onu qılınc ilə vurub öldürən
    Romeonu gəzir, qisas axtartt.
    Dayan, Tibalt, dayan! Romeo, gəldim!
    Sənin sağlığına içirəm bunu.
    Şüşədəki dərmanı içib yatağa yıxılır.

DÖRDÜNCÜ SƏHNƏ


    Kapulettinin evində zal.
    Ledi Kapuletti ilə dayə daxil olurlar.
L e d i K a p u l e t t i.
    Götür açarları, ədviyyə gətir.
D a y ə.
    Xurma, heyva gərək pirojna üçün.
    Kapuletti gəlir.
K a p u l e t t i.
    Cəld olun, cəld olun, tez tərpənin bir!
    Xoruzun ikinci banıdır artıq!
    Gecə zəngi vurdu, saat üç olub.
    Şəkərçörəyə bax, qoçağım dayə,
    Hər şeyi bol elə, xəsislik etmə.
L e d i K a p u l e t t i.
    Arvad işlərinə qarışmayın siz.
    Gedin, yatın, sabah durun vaxtında,
    Yuxusuz qalsanız, xəstələnərsiz.
K a p u l e t t i.
    Yox, sən arxayın ol, tez-tez əvvəllər
    Yuxusuz qalmışam bütün gecəni,
    Xəstələnməmişəm feqət heç zaman.
L e d i K a p u l e t t i.
    Bəli, bir vaxt vardı tez-tez gecəler
    Arvadlar dalınca sürünərdiniz.
    İndi buraxmaram sizi heç yerə.
    Ledi Kapuletti ile daye gedirlər.
K a p u 1 e 11 i.
    Qısqanclıq, qısqanclıq!
    Üç-dörd xidmətçi əllərində şiş, odun və səbət daxil olurlar.
    Dostum, o nədir?
B i r i n c i x i d m ə t ç i.
    Bunu aşpaz üçün aparıram mən,
    Cənab, heç özüm də bilmirəm nədir?
K a p u l e t t i.
    Zirək ol, zirək ol!
    Birinci xidmətçi gedir.
    Ey, o ki yaşdır,
    Quru odun apar. Soruş Piterdən,
    O gəlib yerini göstərər sənə.
İ k i n c i x i d m ə t ç i.
    Mənim öz başım var, tapar odunu,
    Bununçün Piteri narahat etməz.
K a p u l e t t i.
    Vallah, yaxşı dedin, yaman biçsən, ha!
    Axı, senin başın elə odundur.
    İkinci xidmətçi gedir.
    Paho, səhər oldu.
    Bu saat qraf
     Bura gələcəkdir çalğıçılarla.
    O mənə demişdi.
    Səhnə arxasında musiqi.
    Odur, gəlirlər.
    Dayə! Arvad! Ey, ey, dayə deyirəm!
    Dayə daxil olur.
    Cülyettanı oyat, onu geyindir.
    Mən gedim Parisin başını qatım.
    Tez olun, tələsin, adaxlı gəlib,
    Tez olun deyirəm!
    Gedirlər.

BEŞİNCİ SƏHNƏ


    Cülyettanın otağı. Dayə daxil olur.
D a y ə.
    Ay xanım! Ay xanım! Nə möhkəm yatıb!
    Cülyetta, qadası, yatağan quzum!
    Əzizim, ürəyim, sevimli gəlrn!
    Bu nədir, ayılmır, bir cavab vermir?
    Yoxsa bir həftənin, gələn gecənin
    Yuxusunu yatmaq istəyirsən, hə?
    Yat, yat, indən belə gecələr qraf
    Səni çox yatmağa qoymayacaqdır.
    Bıy, başıma xeyir, necə bərk yatıb!
    Oyatmaq lazımdır. Xanım, ay xanım!
    Nişanlın görəcək yatdığm yerdə
    Səni oyadacaq, hə, belə olsun? (Pərdəni Lmara çəkir).
    Necə, paltardasan? Qalxıb, geyinib,
    Təzədən yatıbsan? Xanım, ay xanım!
    Di qalx görək! Vay-vay, o ki Ölübdür.
    Ay haray, ay aman, kömək eləyin.
    Kaş ki, görməyəydi bunu gözlərim,
    Mənə bir az cövhər. Ah, cənab, cənab!
    Ledi Kapuletti daxil olur.
L e d i K a p u l e t t i.
    Nə səs-küy salmısan?
D a y ə.
    Oh, oh, fəlakət!
L e d i K a p u l e t t i.
    Axı, nə olubdur?
D a y ə.
    Baxm, müsibət!
L e d i K a p u l e t t i.
    Aman, Allah, aman! Mənim tək balam,
    Yeganə heyatım, gözünü aç, bax,
    Yoxsa öləcəyəm mən də səninlə.
    Kömək edin, kömek!
    Kapuletti daxil olur.
K a p u l e t t i.
    Canım, ayıbdır!
    Nişanlısı gəlib, hanı Cülyetta?
D a y ə.
    Cülyetta ölübdür, ölüb, o yoxdur!
L e d i K a p u l e t t i.
    Ən ağır bədbəxtlik, o ölüb, ölüb!
K a p u l e t t i.
    Qoy bir ona baxım. Ya rəbb, sən saxla!
    Bu ki buza dönüb. Qanı işləmir.
    Bədəni quruyub. Hər şey qurtarıb,
    Heyat çoxdan uçub dodaqlarmdan.
    Ölüm vaxtsız düşən bir şaxta kimi
    Məhv edib çəmənin saf çiçəyini.
D a y ə.
    Fəlakət, fəlakət!
L e d i K a p u l e t t i.
    Ah, dəhşət, dəhşət!
K a p u l e t t i.
    Ölüm əllərimdən alıb balamı,
    Dağ çəkib, ağladır yazıq qəlbimi.
    Dilimi bağlayır, qoymur danışam.
    Rahib Lorenso, Paris və çalğıçılar daxil olurlar.
L o r e n s o.
    Kilsəyə getməyə gəlin hazırdır?
K a p u l e t t i.
    Getməyə hazırdır, fəqət geriyə
    Heç zaman bir daha qayıtmayacaq Parisə.
    Ah, oğlum! Toyuna bir gecə qalmış
    Ölüm qucağına aldı zövcəni.
    Bir bax, zövcən yatır solmuş gül kimi,
    Ölüm kürəkənim, varisim oldu.
    O qatil evləndi mənim qızımla.
    Bu gözəl sənəmə şərik idiniz,
    İndisə o yalnız göylərin oldu.
    Ənginlik onunçün daha yaxşıdır.
    Sizə düşən payı ölümdən heç cür
    Qoruya bilmədiz, fəqət göylərsə
    O gülə əbədi bir həyat verdi.
    Siz ki istəyirdiz ömrünüz boyu
    Ucalsın zirvəyə ciyərparanız.
    Buludlardan yüksək nurlu göylərdə
    İndi onu görüb, ağlayırsmız?
    Nə pis sevirsiniz qızınızı siz,
    Onu xoşbəxt görüb inləyirsiniz?
    Ərdə çox yaşayan sahibi-textdir,
    Ancaq gəlin ölən daha xoşbəxtdir.
    Silin göz yaşını, onun nəşinə
    Tər gül-çiçək səpin. Adətə görə,
    Gəlinlik paltarı geydirin ona.
    Kilsəyə aparın, vaxt itirməyin.
    Şüursuz təbiət ağladır bizi,
    Ağlımız güldürsün ürəyimizi.
K a p u l e t t i.
    Toy şənliyi üçün bütün nə varsa,
    Gərək sərf olunsun matəmə-yasa.
    Çalğı alətləri yerinə bu gün
    Kədərlə səslənsin kilsə zəngləri.
    Ehsana çevrilsin qonaqlığımız,
    Qəmli ağı olsun şən təranələr,
    Tabuta tökülsün toy çiçəkləri.
    Qoy hər şey, qoy hər şey tərsinə dönsün!
L o r e n s o.
    Senyor, indi gedin; senyora, siz də,
    Qraf, siz də gedin, hazırlaşın ki,
    Vaxtında dəfn edək mərhuməni biz.
    Haqqın arzusunu etsəniz inkar,
    Allahın da sizə qəzəbi tutar.
    Kapuletti, ledi Kapuletti, Paris ve Lorenso gedirlər.
B i r i n c i ç a l ğ ı ç ı.
    Həqiqətən, biz fleytaları gizlədib, buradan sürüşməliyik.
D a y ə.
    Gizlədin, gizlədin, nəzakətli oğlanlar, özünüz görürsünüz ki, bu ölüm necə ağır müsibətdir (Gedir).
B i r i n c i ç a l ğ ı ç ı.
    Bu başım haqqı, bu müsibətdə də bir iş gör-mək olar.
    Piter gəlir.
P i t e r.
    Çalğıçılar! Ey çalğıçılar,
    "Könlün sevinci", "Könlün se-vinci" havasını çalın.
    Əgər mənim yaşamağımı istəyirsinizsə,
    "Könlün sevinci"ni çalın.
B i r i n c i ç a l ğ ı ç ı.
     "Könlün sevinci"ni niyə?
P i t e r.
    Ah, çalğıçılar, ona görə ki, mənim könlüm özü
    "Könlüm qəmlə doludur" havasını çalır.
    Siz mənə bir şən hava çalın.
    Bu bədbəxtə təsəlli verin.
İ k i n c i ç a l ğ ı ç ı.
    Sizin arzunuz elə ürəyinizdəcə qalacaq.
    İndi musiqi vaxtı deyil.
P i t e r.
    Deməli, siz çalmırsınız?
Ç a 1 ğ ı ç ı1 a r.
    Xeyr!
P i t e r.
    Mən sizə yaxşı haqq verərdim.
B i r i n c i ç a l ğ ı ç ı.
    Bizə nə verərdin?
P i t e r.
    Şübhəsiz, pul yox, gülməli bir mahnı verərdim.
    Mən sizin üçün çalğıçı olardım.
B i r i n c i ç a l ğ ı ç ı.
    Sən bizim üçün çalğıçı olanda mən də sənin üçün nökər olardım.
P i t e r.
    İndi mən öz iti nökər xəncərimi sizin başınıza vurub, kəllənizi musiqi aləti kimi kökləyərəm.
    Mənə heç bir mizrab, musiqi not-ları lazım deyil.
    Mən sizi re edərəm.
    Mən sizi fa edərəm!
    Siz məni eşidirsiniz?
B i r i n c i ç a l ğ ı ç ı.
    Sən bizi re eləsən, sən bizi fa eləsən, özün bizi eşidərsən.
İ k i n c i ç a l ğ ı ç ı.
    Ey, xahiş edirəm, iti xəncərini qınına qoy,
     iti ağlını qmından çıxar.
P i t e r.
    Hə, belə oldu?
    Onda alın gəldi.
    İndi mən sizi polad kimi iti ağhmla xəncərsiz-zadsız öldürərəm.
    Kişisiniz, cavab verin!
    Ürək qəmlə bişəndə,
    Baş qüssədən şişəndə,
    Gümüş səsli musiqi.
    Nə üçün "gümüş səsli", məhz "gümüş səsli musiqi" deyibler?
    Ey Simon pişikyosunlu, birinci sən ağzını aç görək.
B i r i n c i ç a l ğ ı ç ı.
    Açım da, ona görə ki, gümüşün qəşəng səsi var.
P i t e r.
    Çox yaxşı! Sən nə deyirsən, ey Hyu skripkagödən.
İ k i n c i ç a l ğ ı ç ı.
    Mənim qandığıma görə, "gümüş səsli" deyirlər, onun üçün ki, çalğıçılara həmişə gümüş pul verirlər.
P i t e r.
    Bu da çox yaxşı!
    Bəs sən nə deyirsən, ey Ceyms səs dağarcığı? Üçüncü çalğıçı.
    Doğrusu, heç bilmirəm nə deyim.
P i t e r.
    A, sən məni bağışla.
    Lap yadımdan çıxıb.
    Axı, sən ancaq oxuyursan.
    Sənin yerinə mən cavab verərəm.
    Ona görə "gümüş səsli musiqi" deyirlər ki, çalğıçılara heç kim qızıl pul vermir.
    Gümüş səsli musiqi Bizə bir təsəllidir.
    Gedir.
B i r i n c i ç a l ğ ı ç ı.
    Adə, bu nə yaman zəhlətökən haramzadə imiş!
İ k i n c i ç a l ğ ı ç ı.
    Qoy rədd olsun, Cek! Evə gedək.
    Dəfn mərasiminə gələnləri gözləyək, onlarla birlikdə nahar edək.
    Gedirlər.

 
<< 1 / 2 / 3 / 4 / 5 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (23.12.2013) | Müəllif: R.C E W
Baxış: 724 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more