Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Romeo və Cülyetta-3
 
<< 1 / 2 / 3 / 4 / 5 >>
UÇUNCU PƏRDƏ

BİRİNCİ SƏHNƏ

Veronada meydan. Merkusio, Benvolio və xidmətçilər daxil olurlar.
B e n v o 1 i o.
    Gedək, Merkusio, rica edirəm,
    Bu gün çox istidir, yaman bürküdür.
    Gəzirlər hər yerdə Kapulettilər,
    Onlara biz bu gün əgər rast gəlsək,
    Davadan yayına bilməyəcəyik.
    Damarda qan coşur bürkü olanda.
M e r k u s i o.
    Sən elə bir gencə bənzəyirsən ki, o, meyxanəyə girən kimi qılıncını belindən açıb stolun üstünə qoyaraq deyir: "Allah eləsin, mənim sənə heç bir ehtiyacım olmasın!" Fəqət ikinci badəni ötürəndən sonra, doğrudan da, heç bir ehtiyac olmadan qılıncı sıyırıb, qulluqçunun qarnına soxur.
B e n v o 1 i o.
    Məgər mən elə gəncə bənzəyirəm?
M e r k u s i o.
    Bəli, bəli, sən İtaliyada ən qızğın gənclərdən biri-sən.
    Sənə azca toxunan kimi, o saat qızışırsan, qızışan kimi, o saat hamının üstünə cumursan.
B e n v o 1 i o.
    A, bu nə deyir?
M e r k u s i o.
    Yox, belə deyil?
    İndi burda sənin kimi iki nəfər ol-saydı, tezliklə ikisini də itirərdik, çünki ikisi də bir-birini öldürərdi.
    Saqqalının tükü sənin saqqalının tükündən bir dənə artıq və ya əskik olan adamla bu dəqiqə döyüşərsən.
    Qoz sındıran adamla bu dəqiqə dalaşarsan, nə var ki, sənin gözlərin qoz rəngindədir.
    Sənin gözündən başqa hansı göz döyüş üçün belə səbəb görə bilər? Yumurtanın içi ağ-sarıyla dolduğu kimi sənin başın da dava-dalaşla dolub.
    Ancaq bu dava-dalaşdan sənin başın çalxalanmış yumurta kimi laxlayıb.
    Küçədə öskürüb sənin günəqarşıda yatan itini oyadan adamla savaşmırdın?
    Pasxa bayramından qabaq öz təzə köynəyini geyinən dərziylə sən döyüşmürdün?
    Təzə ayaqqabısını köhnə qaytanla bağladığına görə bir başqasıyla vuruşan son deyildin?
    İndi gəlib mənə dalaşmamaq barədə dərs verirsən!?
B e n v o 1 i o.
    Mən sənin kimi dalaşqan olsaydım, həyatımın sığorta kağızını hamı satın alardı.
    Özü də bu iş bir saat on beş dəqiqəyə başa gələrdi.
M e r k u s i o.
    Sığorta kağızı! Ay, ay, başı boş!
B e n v o 1 i o.
    Başıma and olsun, odur, gəldilər.
M e r k u s i o.
    Dabanıma and olsun, veciınə deyil.
    Tibalt və başqaları daxil olurlar.
T i b a 1t.
    Siz arxamca gəlin, danışım gərək
    İndi mən onlarla necə lazımdır.
    Cənablar, sizlərə bircə sözüm var.
M e r k u s i o.
    Bircə sözünüz var?
    Qoy iki olsun. Sözü tamamlasın qılınc zərbəsi.
T i b a 1t.
    Bunun üçün siz mənə bir səbəb tapsanız, cənab, onda görərsiniz ki, mən onu da bacarıram.
M e r k u s i o.
    Özünüz bir səbəb tapa bilməzsiniz, gərək başqası tapsın?
T i b a 1t.
    Merkusio, siz də Romeonun çalğıçılar dəstəsinə qoşulmusunuz?
M e r k u s i o.
    Çalğıçılar dəstəsi! Bu nə sözdür?
    Demək, siz bizi küçə çalğıçısı elədiniz?
    İndi ki, belə oldu, sizin üçün elə bir hava çalım ki, qiyamətə qədər qulaqlannızdan getməsin.
    Bu da mənim skripkamın yayı, bu saat sizi oynamağa məcbur edər.
    Lənət şeytana! Çalğıçılar dəstəsi!
B e n vo 1 i o.
    Burda adam çoxdur, səs-küy nə lazım?
    Ya gəlin çəkilək bir xəlvət yerə.
    Ya işi çürüdək səssiz-səmirsiz,
    Ya da ayrılağın, baxırlar bizə.
M e r k u s i o.
    İnsana verilib göz baxmaq üçün.
    Baxsınlar, mən burdan gedən deyiləm.
    Romeo daxil olur.
T i b a 11.
    Rahat olun, gəldi mənim adamım. Merk u s io.
    Özümü asaram, belə alçalsa.
    Siz çölə getsəniz, yoldaşlıq edər,
    Hə, o bu mənada adamınızdır.
T i b a 11.
    Romeo, qəlbimdə sənə bəslənən
    Sonsuz nifrətimi deməyə bundan
    Yaxşı söz tapmıram: son, sən əclafsan!
R o m e o.
    Tibalt, soni mənə sevdirən qüvvət
    Sənə bağışlayır bu qəzəbini.
    Mən əclaf deyiləm. Odur ki, sağ ol.
    Görürəm, sən məni tanımayırsan.
    Getmək istəyir.
T i b a l t.
    Sənin dözülməyən təhqirlərini
    Bu sözlər heç cürə əfv edə bilməz.
    Bu saat geri dön, qılıncını çək!
R o m e o.
    Təhqir etməmişəm səni heç vədə,
    Əksinə hədsizdir könlümdə sevgin.
    Bunun səbəbini sonra bilərsən.
    Ey adı adımtək sevimli olan,
    Əziz Kapuletti, sən buna inan.
M e r k u s i o.
    Ah, miskin, şərəfsiz, alçaq itaət!
    Bu murdar ləkəni qan yuyar ancaq.
     (Qılıncını sıyırır).
    Siçan tutan Tibalt, rədd olacaqsan?
T i b a 1t.
    De görüm, sən məndən nə istəyirsən?
M e r k u s i o.
    Hörmətli pişiklər şahı, sənin doqquz canından yalnız birini.
    Əgər arzu eləsən, yerdə qalan səkkizini də almağa hazıram.
    Qılıncının qulağından dartıb, qınından çıxart.
    Cəld ol, yoxsa mənim qılıncım sənin hər iki qulağını kəsib atar.
T i b a 11.
    Sənin qulluğunda hazıram hər vaxt (Qılıncını sıyırır).
R o m e o.
    Merkusio, tez qoy qılıncı qına.
M e r k u s i o.
    Ağa, di buyurun, növbə sizindir.
    Vuruşurlar.
R o m e o.
    Benvolio, gəl, biz qılıncımızla
    Vurub yerə salaq silahlarını.
    Cənablar, ayıbdır, vuruşursunuz?
    Axı, vuruşmağı qadağan edib
    Hersoq Veronanın küçələrində.
    Əziz Merkusio, Tibalt, dayanın!
    Tibalt Romeonun qolunun altından vurub
    Merkusionu yaralayır. Öz adamları ilə aradan çıxır.
M er k u s i o.
    Mən yaralanmışam. İkinizin də
    Ocağınız keçsin, həyatım sönür.
    O getdi, özü də sağ və salamat?
B e n v o 1 i o.
    Necə? Yaralandın?
M e r k u s i o.
    Azca cızılıb,
    Elə bu da bəsdir. Hanı nökərim?
    Ey, ey, cüvəllağı, qaç, həkim çağır. Nökər gəlir.
R o m e o.
    Ürəkli ol, dostum, yaran çox deyil.
M e r k u s i o.
    Hə, quyu kimi dərin, kilsə qapısı qədər enli deyil.
    Ancaq bu da kifayətdir.
    Sabah məni axtarsan, meyitimi taparsan.
    Mənim işim bitib.
    Mən bu dünyadan köçməliyəm.
    İkinizin də ocağınız keçsin!
    Lənət şeytana, it də, siçovul da, siçan da, pişik də adamı ölümcül cırmaqlaya bilərmiş!
    Ah, lovğa, alçaq, kitab üzrə vuruşmaq öyrənən dələduz!
    Son iblis kimi hardan peyda olub aramıza soxuldun?
    Məni sənin qolunun altından vurub yaraladı.
R o m e o.
    İstəyirdim sizə yaxşılıq edim.
M e r k u s i o.
    Benvolio, məni tez evə apar.
    Az qalır qəşş edim.
    İkinizin də Ocağınız keçsin!
    Necə də məni Məzarda qurdlara yem elədiniz.
    Nə yaman məhv oldum, ikinizin də...
    Merkusiü ilə Benvolio gedirlor. Romeo.
    Hersoqun ən yaxın qohumudur o,
    Mənim əsl dostum.
    O mənə görə Sağalmaz, ölümcül bir yara aldı.
    Biz qohum olsaq da bir saat əvvəl,
    Tibalt ləkələdi mənim adımı.
    Ah, qəşəng Cülyetta, sənin gül hüsnün
    Qəlbimi incəltdi qadın qəlbitək.
    Mum kimi yumşaldı polad xislətim.
    Benvolio qayıdır.
B e n vo 1 i o.
    Romeo, Romeo, ah, Merkusio!..
    Öldü o mərd insan! O igid insan!
    Yerə nifrət edib, vaxtından çox tez
    Onun cəsur ruhu uçdu göylərə.
R o m e o.
    Bu nəhs gün gətirər sonsuz fəlakət,
    Əvvəli qorxuncdur, axın dəhşət.
    Tibalt qayıdır.
B e n v o 1 i o.
    Yenə azğın Tibalt gəlir bu yana.
R o m e o.
    O sağdı, o çatdı şöhrətə-şana.
    Merkusio öldü. Zərif yumşaqlıq,
    Zərif buludların qoynuna yüksəl.
    Qoy alovlu qəzəb bələdçim olsun.
    Tibalt, əclaf sənsən, başımız üstdə
    Durub tənha ruhu Merkusionun,
    Gözləyir ki, ona yoldaş olasan.
    İndi ya sən, ya mən, ya hər ikimiz
    Uçub getməliyik onunla birgə.
T i b a 1 t.
    Onunla dost idin, yaramaz uşaq,
    İndi onunla da sən gedəcəksən.
R o m e o.
    Qılınc həll eyləyər bu məsələni.
    Vuruşurlar. Tibalt yıxılır.
B e n v o l i o.
    Şəhər əhli gəlir, Romeo, tez qaç.
    Artıq Tibalt öldü, sən ələ keçsən,
    Hersoq asdıracaq səni o saat.
    Durub mat-mat baxma, tez aradan çıx.
R o m e o.
    Taleyin əlində oyuncağam mən.
B e n v o 1 i o.
    Neçin dayanmısan, ölüm gəzirsən?
    Romeo gedir.
    Şəhərlilər gelir.
B i r i n c i ş ə h ə r l i.
    Tibaltmı öldürüb Merkusionu?
    O qatil, o quldur hayana qaçdı?
B e n v o 1 i o.
    Odur uzanıbdır.
B i r i n c i ş ə h ə r l i.
    Senyor, qalx yerdən,
    Hersoqun adından hökm edirəm mən.
    Dustaqsan, dur gedək, əmrə qulaq as.
    Hersoq öz əyanları ilə, Montekki, Kapuletti isə öz arvadları ilə və başqaları daxil olurlar.
H e r s o q.
    Saldı bu davanı hansı yaramaz?
B en vo lio.
    Mərhəmətli Hersoq, mən bircə-bircə
    Deyim bu nəhs dava başlandı necə.
    Bu adam öldürdü Merkusionu,
    Cavan Romeo da öldürdü onu.
L e d i K a p u l e t t i.
    Tibalt, göz işığı, ciyərparası!
    Əziz qardaşımın əziz balası.
    Ah, Hersoq, ah, ərim, axdı qanımız.
    Bizə nə dağ çəkdi gör düşmanımız!
    Ədalətli Hersoq, qana qan gərək,
    Bu saat Montekki versin can gərək.
H e r s o q.
    Bu qanlı davaya kimdir səbəbkar?
B e n vo 1 i o.
    Tibaltdır bu işə bais, hökmdar.
    Ağır təhqir etdi o, Romeonu,
    Romeo ədəblə ona dedi ki,
    Davanın, dalaşın mənası yoxdur,
    Bu həm də cinlədər əlahəzrəti.
    Bu hörmət, bu izzət, bu mehribanlıq
    Davakar Tibaltı sakit etmədi.
    O daha da qızıb, Merkusionun
    Köksünə yönəltdi polad qılıncı.
    Coşqun Merkusio coşdu bu zaman,
    Dəhşətlə çırpıldı qılınc qılınca.
    Romeo araya girib qışqırdı:
    "Aralanın, dostlar! Ayrılın, dostlar!"
    Qorxunc zərbələri qorxu bilmədən
    O öz silahıyla dəf eləyirdi.
    Qılıncı yeridib qərəzkar Tibalt
    Qolunun altından gənc Romeonun
    Öldürdü yenilməz Merkusionu.
    O qaçdı, tezliklə qayıtdı yenə.
    İntiqam fikrinə düşdü Romeo,
    Vuruşma od saçdı ildırım təkin.
    Onları ayırmaq istəyirdim ki,
    Tibalt bir tir kimi yerə uzandı.
    İşi belə görüb qaçdı Romeo.
    Mənim bu sözlərim doğrudur tamam,
    Tanrı qənim olsun yalan danışsam.
L e d i K a p u l e t t i.
    Yaxın qohumudur o, Montekkinin,
    Qanı məcbur edir, düz demir, yəqin.
    Yığılıb bir yerə iyirmi nəfər,
    Yalqız bir adama qəsd eləyiblər.
    Hökmdar, siz haqqa eyləyin kömək,
    Romeo canidir, o ölsün gərək.
H e r s o q.
    Romeo Tibaltı, Tibaltsa onu –
    Öldürüb əzizim Merkusionu.
    Onun necə çəkim ağır yasını,
    Onun kim verəcək qan bahasmı!
M o n t e k k i.
    Romeo suçsuzdur, unutmaq olmaz,
    O öz dostu üçün alıbdır qisas.
    Bu ki qanunladır.
H e r s o q.
    Bu günah üçün
    Mən onu təcili edirəm sürgün.
    Sizi dərdə salan kinli ədavət
    Mənim də qanımı tökdü, nəhayət.
    İki ailənin qanlı savaşı
    Mənim də evimə saldı göz yaşı.
    Elə bir cərimə kəsim ki sizə,
    Ədəbi dərs olsun hər ikinizə.
    Qəlbimi yumşaltmaz nə ağı-sızı,
    Yumaz göz yaşınız günahınızı.
    Kəsin yalvarışı! Getsin Romeo.
    Əgər burda qalsa, öləcəkdir o.
    Qaldırın cəsədi, bu müsibətdir,
    Qatili əfv etmək bir cinayətdir.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Kapulettinin bağı. Cülyetta daxil olur.
C ü 1 y e t t a.
    Siz ey ayaqları od saçan atlar,
    Qərbə - günbatana çapın dördnala
    Febin oğlu Faston sürsəydi sizi,
    Qızıl arabanı aparmışdınız,
    Aləmi qaranlıq tutmuşdu çoxdan.
    Gəl, gəl, aşiqlərin sirdaşı gecə,
    Gəl, çək hər tərəfə qara pərdəni.
    Kənar gözdən uzaq, yad dildən uzaq
    Romeo gizlicə gəlsin yanıma.
    Dünyanı aydınca görür aşkjlər,
    Dünyaya nur saçır onların hüsnü.
    Əgor məhəbbətin korsa gözləri,
    Onun on sevimli dostu gecədir.
    Ey ədəbli gecə, ey qara donlu,
    Zabitəli gözəl, gəl, gəl, sən mənə
    İki təmiz qəlbin saf oyununda
    Uduzaraq qalib gəlməyi öyrət.
    Utancaq, pak eşqim cürətlənincə
    Qara örpəyinlə yanaqlarımda
    Həyadan alışan qanımı gizlət.
    Gəl, gecə, bir tələs! Tez ol, Romeo,
    Gəl, zülmət gecədə nurlu gündüzüm,
    Uç, gəl sən gecənin qanadlarında,
    Qarğanın belinə yenicə yağmış
    Qardan son şəfəqli, sən ağ olarsan.
    Gəl, sevimli gecə, ey qaraqaşlım,
    Mənim Romeomu sən gətir mənə.
    O öləndə onu götür özünlə,
    Kəs, doğra balaca ulduzlar kimi.
    Bundan göylər elə gözəlləşər ki,
    Mat qalar gecəyə bütün yer üzü,
    Pərəstiş eyləməz Günəşə heç vaxt.
    Bir sevgi sarayı satın aldım mən,
    Fəqət o saraya sahib deyiləm.
    Mənim özümü də satın aldılar,
    Fəqət nə yiyəm var, nə sahibim var.
    Ah, necə əzablı, qəmlidir bu gün,
     Təzə paltarmı geyə bilməyən
    Səbirsiz uşağın bayramqabağı
    Keçirdiyi qəmli bir gecə kimi!
    Ah, ah, dayəm gəlir, xəbər gətirir.
     Romeo adını deyən hər bir dil
    Göylərtək gözəldir, heyrətamizdir.
    Dayə əlində kendir nərdivan daxil olur.
    Dayə, nə xəbər var? O nədir elə?
    Kəndir nərdivandır Romeo üçün?
D a y ə.
    Hə, hə, nərdivandır (Kəndir nərdivanı yerə atır).
C ü 1 y e t t a.
    Axı, nə olub?
    Niyə pərişansan, məyussan belə?
D ay ə.
    Fəlakət, fəlakət! O öldü, öldü!
    Məhv olduq biz, xanım, bu gün məhv olduq.
    Onu öldürdülər, o yoxdur, öldü!
C ü 1 y e t t a.
    Göylər belə qəddar ola bilərmi?
D a y ə.
    Göylər ola bilməz, Romeo olar.
    Romeo, Romeo, ah, ah, Romeo!
    Bu kimin ağlına gələrdi, kimin?
C ü l y e t t a.
    Sən necə daşürək ifritəsən ki,
    Belə bir işgəncə verirsən mənə?
    Ziilmət cəhənnəmin ağır zilləti
    Bu sonsuz əzabın yanında heçdir.
    Romeo özünü öldürdümü, de?
    Son təkcə "bəli" de, bu "bəli" sözü
    Əjdahanın ölüm saçan gözündən
    Məni daha kəskin zəhərləyəcək.
    Əgər "bəli" desən, mən mən deyiləm.
    Gözlərim əbədi qapanacaqdır.
    O ölüb - "bəli" de, sağdır - "yox" söylə,
    Bir sözlə ya öldür, ya xoşbəxt eylə.
D a y ə.
    Gördüm yarasıını gözlərimlə mən.
    Burda - köksündəydi. Allah, sən saxla.
    Al qana batmışdı bütün cəsədi,
    Rəngi ağarmışdı ağ kətan kimi,
    Huşumu itirdim mən bu dəhşətdən.
C ü l y e t t a.
    Parçalan, ey qəlbim! Ey bədbəxt müflis,
    Parçalan bu saat, itdi saf incin.
    Ey mənim gözlərim, girin zindana,
    Heç zaman görməyin azadlığı siz.
    Dayan, ey əclaf yer, dolanma belə,
    Məni bir qəbrə qoy Romeo ilə!
D a y ə.
    Aman, Tibalt, Tibalt! Sevimli dostum!
    Nəzakətli Tibalt, ah, nəcib insan,
    Sənin ölümünü mən niyə gördüm?!
C ü 1 y e t t a.
    İki yandan qopan bu tufan nədir?
    Romeomu ölüb, Tibaltmı ölüb?
    Əziz qardaşımmı, əziz ərimmi?
    Sən ey İsrafılin qorxunc şeypuru,
    Xəbər ver, gəlibdir qiyamət günü!
    Onlar ölüblərsə, kim sağ qalıb bəs?
D a y ə.
    Tokco Tibalt ölüb, Romeo onu
    Öldürüb, bununçun sürgün edilib.
C ü l y e t t a.
    İlahi, belə də müsibət olar?
    Romeo Tibaltm tökdü qanını?
D a y ə.
    O tökdü, o tökdü. Lənət bu günə!
G ü l y et t a.
    Ah, üzü qızılgül, ürəyi ilan!
    Gözəl mağarada çirkin əjdaha!
    İlahə zülmkar! Məleyko iblis!
    Göyərçin lələkli leş yeyən qarğa!
    Quzu dərisində acgöz canavar!
    Allah görkəmində ən rəzil məxluq!
    Zahiri, daxili iyrənc ziddiyyət!
    Müqəddəs bir məlun, vicdanlı alçaq!
    Ah, təbiət!
    Bu cür cənnət dünyada
    Gözəl bədəninə bu insanın sən
    Belə ki, salmısan şeytan ruhunu,
    Sənin cəhənnəmlə nə işin vardır?
    Məzmunu, mənası iyrənc bir kitab
    Heç belə də qəşəng cildlənərmi?
    Ah, bu cazibədar, gözəl sarayda
    Saxtalıq yaşayır, yalan yaşayır!
D a y ə.
    Yoxdur kişilərdə inam, etibar;
    Нamısı vicdansız, hamısı dönük,
    Hamısı riyakar, bomboş yalandır.
    Ah, hanı xidmətçim?
    Mənə tez cövhər,
    Məni məhv edəcək bu qəm, bu kədər.
    Sənin Romeona görüm ar olsun.
C ü 1 y e t t a.
    Bunu necə dedin, dilin qurusun.
    Romeo ar üçün doğulmayıbdır,
    Ar özü ar edər ar olduğundan,
    Onun pak alnına qonmaz heç zaman.
    Onun alnı elə bakir təxtdir ki,
    Dünyada ismətin tək malikəsi
    Burda öz başına tac qoya bilər.
    Ah, necə heyvanam, söydüm mən onu!
D a y ə.
    Qardaş qatilini mədh edəcəkdin?
C ü l y e t t a.
    Bəs мən öz ərimi pisləyəcəkdim?
    Ah, binəva ərim, zavallı insan,
    Sənin üç saatlıq bu arvadın da
    Əgər oxşamasa şirin sözlərlə,
    Kim sənin könlünü oxşayacaqdı?
    Zalım, qardaşımı niyə öldürdün?
    O zalım istədi öldürsün səni.
    Ey möhnət xəracı, odlu göz yaşı,
    Qayıt öz yerinə, öz qaynağına.
    Sən bac-xərac ikən fəlakət üçün,
    Səhvən səadətə qurban gedirsən.
    Mənim ərim sağdır, Tibalt can atdı
    Onu qətl eləsin. Tibalt ölübdür.
    Ərimi öldürmək istəyirdi o.
    Bax, bu mənim üçün bir təsəllidir.
    Onda nəyə görə ağlayıram ki?
    Mən bir söz eşitdim, o söz Tibaltın
    Yaman ölümündən daha yamandır.
    Ömrümü puç edən o qorxunc sözü
    Böyük bir həvəslə unudardım mən.
    Fəqət canilərin müdhiş günahı
    Yaddaşlarına həkk olunduğutək,
    Mənim yaddaşıma həkk olur bu söz.
    "Öldü Tibalt, sürgün oldu Romeo!"
    "Sürgün oldu" - bu söz, yalnız tək bu söz
    Minlərcə Tibaltı öldürdü birdən!
    Bədbəxtlik qurtarsa bununla əgər,
    Tibaltın ölümü kifayət idi.
    Deyirlər, dərd gəlmir heç vədə yalqız.
    Əgər dərd özüylə dərd gətirirsə,
    Niyə "Öldü Tibalt" deyəndə mənə
    O demədi öldü atan, ya anan,
    Ya da ki, onların hər ikisi də.
    Onlara yas tutub ağlayardım mən.
    Ancaq "Tibalt öldü" sözündən sonra
    Gələn söz "Romeo sürgün oldu", bu,
    Atamı, anamı, Tibaltı, hətta
    Bədbəxt Romeonu, Cülyettanı da,
    Hamını öldürdü, hamım qırdı.
    Bu sözün - "Romeo sürgün oldu" - ah.
    Nə sonu, nə həddi, nə ölçüsü var.
    Bu qəmi nə ilə bildirmək olar?
    Dayə, hanı atam, anam?
D a y ə.
    Bu yasda
    İndi ağlaşırlar Tibaltın üstdə.
    Getmek istəyirsən, aparım səni.
C ü l y e t t a.
    Onlar ona görə göz yaşı töksün,
    Mən isə ağlayım Romeo üçün.
    Götür nərdivanı. Yazıq nərdivan,
    Sən də aldadıldın mənimtək yaman.
    Səni düzəltmişdi o eşqin oğlu,
    Sənə yar olmadı ülviyyət yolu.
    Soldu taleyimiz qönçə gül kimi,
    Qız ikən ölürəm mən bir dul kimi.
    Götür nərdivanı, dayə, gel gedək,
    Gəlinlik yatağım açılsın gərək.
    Romeo görmədi səadətimi,
    Ölüm, ölüm alsın bəkarətimi.
D a y ə.
    Son get, gətirərəm mən Romeonu,
    O sənə təsəlli, təskinlik verər.
    Hücrədə gizlənib, taparam amma,
    Çalışaram Günəş Ayla dincəlsin.
C ü l y e t t a.
    Apar, bu üzüyü ver tərlanıma,
    De ki, vida üçün yanıma gəlsin.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Rahib Lorensonun hücrəsi. Lorenso gəlir.
L o r e n s o.
    Gəl bəri, gəl bəri, bədbəxt Romeo,
    Kədər-qüssə sənə aşiq olubdur.
    Oğlum, evlənmisən müsibət ilo.
    Romeo daxil olur.
R o m e o.
    Təzə nə xəbər var, müqəddəs ata?
    Hökm necə oldu, cəzam nə oldu?
    Hansı yeni bir dərd gözləyir məni?
L o r e n s o.
    Möhkəm dost olmusan bütün dərdlərlə.
    Xəbər gətirmişəm hökm barədə.
R o m e o.
    Məhşərdən qorxuncdur Hersoqun hökmü.
L o r e n s o.
    Yüngül qərar verdi sənin haqqında,
    Sənə ölüm deyil, sürgün buyurdu.
R o m e o.
    Necə? Sürgün? Rəhm et, sən "ölüm" söylə.
    Qat-qat dəhşətlidir sürgün ölümdən,
    Dilinə gətirmə "sürgün" sözünü.
L o r e n s o.
    Yalnız Veronadan sürgün olursan.
    Səbir elə, oğlum, dünya genişdir.
R o m e o.
    Veronadan kənar bir dünya yoxdur,
    Ancaq məhşər, əzab, cəhənnəm vardır.
    Dünyadan sürgündür buradan sürgün.
    Dünyadan sürgünsə ölüm deməkdir,
    Səhvən ölümə də sürgün deyirlər.
    Sürgün adlandırıb mənfur ölümü,
    Qızıl balta ilə sən gülə-gülə
    Başımı kəsirsən, mehriban ata.
L o r e n s o.
    Nankorluq ən böyük günahdır, oğlum.
    Sənə ölüm düşür qanuna görə,
    Sənin tərəfmi saxlayıb ancaq,
    Mərhəmətli Hersoq atdı qanunu.
    Ölümü sürgünlə əvəz elədi,
    Belə mərhəməti sənsə görmürsən.
R o m e o.
    Bu bir işgəncədir, mərhəmət deyil.
    Cülyetta hardasa, göy də ordadır.
    Burda göyün altda hər bir it, pişik,
    Hər bir miskin siçan, dəyərsiz qurd-quş
    Yaşayıb, o gülü seyr edə bilər,
    Fəqət görə bilməz Romeo onu.
    Leş yeyən milçəklər Romeodan, ah,
    Daha çox hörmətə, daha çox haqqa,
    Daha çox şərəfli ömrə malikdir.
    Onlar Cülyettanm qar kimi dümağ,
    İncə əllərinə toxuna bilər,
    Hətta bir-birini öpürlər deyə
    Həyadan od kimi alışıb yanan,
    Ləkəsiz, bakirə dodaqlarından
    Əbədi səadət qopara bilər.
    Milçəklərin buna hüququ vardır,
    Romeosa bundan məhrum olunur.
    Milçəklər azaddır, Romeo dustaq,
    Romeo buradan sürgün edilir.
    Sən deyirsən, sürgün ölüm deyildir?
    Heç kəskin zəhərin, almaz bıçağın,
    Başqa məhvedici vasitən yoxmu,
    Məni öldürürsən "sürgün" sözüylə?
    "Sürgün", bu adi söz nə dəhşətlidir!
    Cəhənnəmdə ağır zillətə məhkum
    Ağır günahkarlar bu ağır sözü
    Fəryadla deyərək inildəşirlər.
    Ah, ruhani ata, ey müdrik insan!
    Mənim müəllimim, mehriban dostum,
    Ən yaxın sirdaşım ola-ola sən,
    Buna necə qıydın, ürək elədin,
    Məni məhv edirsən "sürgün" sözüylə?
L o r e n s o.
    Bir mənə qulaq as, ey dəli aşiq.
R o m e o.
    Oh, yenə sürgündən danışacaqsan?
L o r e n s o.
    Bu sözün oxundan qorunmaq üçün
    Mən sənə poladdan zireh verərəm.
    Fəlsəfə sipərdir bədbəxt kəslərə,
    O sənə sürgündə bir kömək olar.
R o m e o.
    Yenə də bu mənfur, bu "sürgün" sözü!
    Qoy sənin fəlsəfən cəhənnəm olsun!
    O mənə Cülyetta yaratmayacaq,
    Şəhəri yerindən oynadıb indi
    Hersoqun hökmünü dəyişməyəcək.
    Onun nə köməyi, danışma barı.
L o r e n s o.
    Ah, mən görürəm ki, dəlilər karmış.
R o m e o.
    Müdriklər kor isə, neyləsin onlar?
L o r e n s o.
    Gəl, sənin işindən danışaq, oğlum.
R o m e o.
    Duymadığın şeydən nə deyəcəksən?
    Əgər mənim kimi cavan olsaydın,
    Mənimtək sevsəydin sən Cülyettanı,
    Bir saat keçməmiş evləndiyindən
    Tibaltı öldürüb dərdə düşsəydin,
    Sonra da mənimtək sürgün olsaydın,
    O zaman danışa bilərdin ancaq.
    O zaman saçını didib yolardm,
    O zaman mənimtək sərilib yerə,
    Ölçərdin gələcək məzarını sən.
    Qapı döyülür.
L o r e n s o.
    Qalx, qapı döyülür, Romeo, gizlən.
R o m e o.
    Nə üçün? Onsuz da odlu ahlarım
    Dumantək gizlədir gözlərdən məni.
    Qapı döyülür.
L o r e n s o.
    Eşidirsən? Necə döyürlər.
    Kimdir? Səni tutacaqlar.
    Romeo, cəld ol. Gözləyin!
    Di dur, qaç ibadətgaha.
    Qapı döyülür.
    Bu saat! İlahi, bu nə inaddır?
    Gəlirəm, gəlirəm! Hardandır belə? Qapı döyülür.
    Nə bərk döyürsünüz? Axı, kimsiniz?
D a y ə (bayırdan).
    Tez açın qapını, tanıyarsınız, Cülyetta xanımın dayəsiyəm mən.
L o re n s o.
    Buyurun içəri, xoş gəlmişiniz.
    Dayə daxil olur.
D a y ə.
    Ah, müqəddəs ata, Romeo hanı?
    Mənim xanımımın əri hardadır?
L o r e n s o.
    Odur, bax, orada sərilib yerə,
    Acı göz yaşından sərxoş olubdur.
D a y ə.
    Mənim xanımım da lap bu haldadır,
    Ah, o da düşübdür bu vəziyyətə.
L o r e n s o.
    Eyni ürəklərin dərdi eynidir!
D a y ə.
    O da eyni ilə sərilib yerə,
    Hönkürür, inləyir, göz yaşı tökür.
    Di qalxın, di qalxın; bir kişi olun.
    Xanım Cülyettanın xatiri üçün,
    Onun xatiriyçün ayağa durun.
    Bu sizə yaraşmır.
R o m e o.
    Ah, əziz dayə!
D a y ə.
    Ah, cənab, hamının sonu ölümdür. Romeo. ..
    Son, sən danışırsan Cülyetta haqda?
    Nə olub? O məni qatil sanırmı?
    Özüm ləkələdim onun qanıyla
    Səadətimizin körpəliyini.
    Səhhəti necədir? İndi hardadır?
    Mənim məxfi yarım bizim məhv olmuş
    Eşqimiz barədə nə deyir indi?
D a y ə.
    Cənab, heç nə demir. Ağlayır elə.
    Yazıq gah yıxılır çarpayısına,
    Gah durub Tibaltı çağırır, gah da
    Romeo deyərək haray qoparır,
    Gah da ağzıüstə yıxılır yerə.
R o m e o.
    Romeo! Ah, bu ad murdar bir əllə
    Onun qardaşını qana bələyib,
    Ağzından od saçan, alov püskürən
    Bir top gülləsitək yandırır onu.
    Mənə de, mənə de, müqəddəs ata,
    Bədənimin hansı mənfur yerində
    Mənim mənfur adım məskən salıbdır?
    O iyrənc yuvanı tar-mar edim. (Qılıncı sıyırır).
L o r e n s o.
    Dəli, bir əl saxla! Sən kişisənmi?
    Görkəmin deyir ki, bəli kişisən,
    Qadın göz yaşıdır fəqət göz yaşın.
    Sənin bu ağılsız hərəkətində
    Vəhşi bir heyvanın qəzəbi vardır.
    Sən kişi cildində həm zəif qadın,
    Həm də ən dəhşətli bir yırtıcısan!
    Sənə mat qalmışam, din haqqı, səni
    Mən ruhən ən möhkəm insan bilirdim.
    Tibaltı öldürdün? Onun dalınca
    İndi də özünü öldürəcəksən?
    Bununla dünyada yalnız səninçün
    Yaşayan zövcəni məhv edəcəksən?
    Niyə öz nəslinə, bu yerə, göyə
    Nifrət yağdırırsan, sonsuz bir nifrət?
    Axı, öz nəslin də, bu yer də, göy də
    Səndə birləşərək həyat tapıbdır.
    Onları bir yerdə itirəcəksən.
    Tfu, tfu! Sən ki, öz surətini,
    Eşqini, ağlım ləkələyirsən.
    Həm zəngin, həm xəsis bir sələmçitək
    Varından xərcləyib öz surətinə,
    Eşqinə, ağlına zinət vurmusan.
    Senin alicənab, gözəl surətin

DÖRDÜNCÜ SƏHNƏ


    Kapulettinin evində bir otaq.
    Kapuletti, ledi Kapuletti və Paris daxil olurlar.
K a p u l e t t i.
    İşlər bəd gətirdi, qraf, biz hələ
    Vaxt tapıb qız ilə danışmamışıq.
    Cülyetta Tibaltı çox istəyirdi,
    Elə mən özüm də. Fəqət nə etmək?
    Yalnız ölmək üçün doğuluruq biz!
    Vaxt gecdir, o daha aşağı düşməz.
    Siz gəlməseydiniz, inanın, mən də
    Yatağa girmişdim bir saat əvvəl.
P a r i s.
    Matəm günü deyil elçilik günü.
    Senyora, gecəniz xeyrə qalsın,
    Məndən qızınıza salam söyləyin.
L e d i K a p u l e t t i.
    O indi qərq olub qəm dəryasına.
K a p u l e t t i.
    Qraf, qızım sizi sevəcək, yəqin.
    O mənim heç zaman sözümdən çıxmaz,
    Buna şübhəm yoxdur. Arvad, yatmamış
    Qızın yanına get, söz açıb, ona
    Oğlumuz Parisin eşqini bildir.
    Qoy o hazırlaşsın, gələn çərşənbə...
    Bu gün nə günüdür?
P a r i s.
    Bazar ertəsi.
K a p u l e t t i.
    Bazar ertəsi! Yox, çərşənbə tezdir.
    Yaxşı, onda olsun cüme axşamı.
    Hə, cümə axşamı, qızına de ki,
    Parislə kəbini kəsiləcəkdir.
    Buna hazırsınız? Razısınızmı?
    Mərasim keçəcək səssiz-səmirsiz,
    Bir-iki dostumuz gələcək ancaq.
    Tibalt öldürülüb axı yenicə,
    Biz şadlıq eləsək, bu yaxşı düşməz,
    Deyərlər, qohuma etinasızıq.
    Odur ki, az adam dəvət edərik.
    Bununla qurtarar. Nə deyirsiniz?
    Sizə əl verirmi cümə axşamı?
P a r i s.
    Kaş cümə axşamı sabah olaydı!
K a p u l e t t i.
    Yaxşı, gedin. Demək, cümə axşamı.
    Arvad, Cülyettanın yanına birbaş,
    Onun ürəyini bilərəm səhər,
    Onu hazırlaşdır toy gününə sən.
    Xudahafız, milord. Ey, ey, cəld olun,
    Mənim otağıma çıraq gətirin.
    Çox gecdir, bir azdan səhər olacaq.
    Gecəniz xeyrə qalsın!
    Gedirlər.

BEŞİNCİ SƏHNƏ


    Cülyettanın otağı.
    Romeo ilə Cülyetta daxil olurlar.
C ü 1 y e t t a.
    Getmək istəyirsən? Hələ sübhə var,
    Dəhşətlə dağlayan qulaqlarını
    Torağay deyildi, o, bülbül idi.
    Gecələr oxuyur nar ağacında,
    İnan ki, sevgilim, o, bülbül idi.
R o m e o.
    O, sübhün carçısı torağay idi.
    Bax, gülüm, yandırır qısqanc şəfəqlər
    Şərqdə parçalanmış ağ buludları!
    Gecənin şamları tamam sönübdür,
    Dumanlı dağların zirvələriylə
    Gəlir oğrun-oğrun nəşəli gündüz.
    Getmək mənə həyat, qalmaq ölümdür.
C ü 1 y e 11 a.
    Dan şəfəqi deyil o nur, o ziya;
    Günəşdən ayrılmış parlaq ulduzdur.
    Bu gecə Mantuya sən gedən zaman
    O sənin yolunda məşəl olacaq.
    Tələsmə, əzizim, dayan bir az da.
R o m e o.
    Qoy məni tutsunlar, edam etsinlər,
    Sən buna razısan, mən də razıyam.
    Mən də deyirəm ki, orda gördüyüm
    Səhərin gözünün şəfəqi deyil,
    Ayın çöhrəsinin solğun əksidir.
    Başımız üstdəki göy qübbəsini
    Torağay titrətmir öz nəğməsiylə.
    Qalmaq çox asandır mənə getməkdən.
    Gəl, ölüm, xoş gördük, çək qəlbə dağı,
    Gəl, belə istəyir Cülyetta, axı.
    Elədirmi, ruhum? Sübhə hələ var.
C ü l y e t t a.
    Yox, yox, işıqlanır, tez ol, qaç qurtar.
    Uğursuz səsiylə, nəhs nəğməsiylə
    Qulaqları deşən bu torağaydır.
    Deyirlər, torağay gözəl oxuyur,
    Düz deyil, bu quş ki, ayırır bizi.
    Belə deyirlər ki, qurbağa ilə
    Torağay dəyişib öz gözlərini,
    Gərək səsini də dəyişdirəydi.
    Bu səs qəlbimizi hürküdür yaman,
    Bizi öz mehriban ağuşumuzdan
    Alıb ayrı salır. İndi qaç, tez ol.
    Dan yeri get-gedə işıqlanır, ah!
R o m e o.
    Dan yeri get-gedə işıqlandıqca
    Dərdimiz get-gedə qaranlıqlaşır.
    Dayə gəlir.
Day ə.
    Xamm!
C ü l y e t t a.
    Dayə!
D a y ə.
    Qızım, anan gəlir.
    Səhər açılıb ha! Ehtiyatlı ol. (Gedir)
C ü 1 y e t t a.
    Pəncərə gətirir səhəri mənə,
    Pəncərə aparır həyatı məndən.
R o m e o.
    Sağ ol! Bir öpüş də, mən getdim, gülüm.
     (Pəncərədən düşür).
C ü l y e t t a.
    Gedirsən? Ah, dostum, ərim, sevgilim!
    Xəber gözləyirəm mən səndən hər an;
    Hər anda nə qədər əzablı gün var.
    Ah, bu hesab ilə qocalaram mən
    Bir də görənədək öz Romeomu.
R o m e o.
    Daha sağlıqla qal! Fürsət düşən dəm,
    Quzum, sənə salam göndərəcəyəm.
C ü 1 y e t t a.
    Deyirsən, biz yenə görüşəcəyik?
R o m e o.
    Buna şübhəm yoxdur, bu acı qəmlər
    Şirin xatirəyə dönəcək o vaxt.
C ü 1 y e t t a.
    Ya rəbb! Mənim qəlbim nəhs bir kahinmiş!
    Mənə elə gəlir: sən aşağıda
    Məzarın dibində yatan ölüsən.
    Ya gözüm pis görür, ya rəngin qaçıb?
R o m e o.
    Solğun görünürsən gözümə sən də,
    Bizim qanımızı içir qəm, kədər.
    Əlvida, əlvida, sevimli dilbər.
     (Gedir).
C ü 1 y e t t a.
    Ah, tale! Vəfasız deyirlər sənə.
    İndi ki, belədir, sən insanların
    Acı tənəsinə niyə dözürsən?
    Vəfasız ol, tale, gəl, sən qürbətdə
    Onu çox saxlama, tez geri qaytar.
L e d i K a p u l e t t i (səhnə arxasından).
    Qızım, oyanmısan?
C ü l y e t t a.
    Kimdir? Anamdır?
    O hələ yatmayıb, yoxsa tez durub?
    Nə var ki, sübh tezdən gəlir buraya?
    Ledi Kapuletti daxil olur.
L e d i K a p u l e t t i.
    Necəsən, Cülyetta?
C ü 1 y e t t a.
    Nasazam, ana.
L e d i K a p u l e t t i.
    Yenə ağlayırsan qohumun üçün?
    Bu nədir? Sən onu göz yaşlarınla
    Yuyub qəbirdənmi çıxaracaqsan?
    Çıxarsan, dirildə bilməyəcəksən.
    Di bəsdir, di qurtar göz yaşlarını!
    Kədər öz həddində dərin sevgidir,
    Həddini keçdimi, divanəlikdir.
C ü 1 y e t t a.
    Bu ağır dərd üçün qoy ağlayım mən.
L e d i K a p u l e t t i.
    İnsan ağladıqca dərd ağırlaşar.
    Göz yaşı ölünü diriltməz heç vaxt.
C ü 1 y e t t a.
    Bu ağır itkiyə dözə bilmirəm,
    Yeganə çarəmdir göz yaşı tökmək.
L e d i K a p u l e t t i.
    Yəqin, ağlayırsan ona görə ki,
    Tibaltı öpdürən o alçaq sağdır.
C ü 1 y e t t a.
    Hansı alçaq, ana?
L e d i K a p u l e t t i.
    Alçaq Romeo.
C ü 1 y e t t a (kənara).
    Alçaq və Romeo! Bu mümkün deyil,
    Bu iki söz birgə deyilə bilməz!
    Allah, əfv et onu! Hələ onuntək
    Heç kəs ürəyimi yaralamayıb.
    Mən onu ürəkdən bağışlayıram.
L e d i K a p u l e t t i.
    Bu ona görədir, yaşayır qatil.
C ü 1 y e t t a.
    Bəli, əllərim də çatmayır ona,
    Yoxsa intiqamı özüm alardım.
L e d i K a p u l e t t i.
    Biz qisas alarıq, rahat ol, qızım.
    Mantuya bir adam gönderərəm mən,
    O sürgün sərsəri yaşayır orda.
    Ona elə şərbət içirdərəm ki,
    Tezliklə Tibaltın yanına gedər.
    Onda inanıram, razı qalarsan.
C ü 1 y e t t a.
    Doğrudan, mən razı qalmaram heç vaxt
    Onu görməyincə... ölmüş... qəlbimi
    Tibaltm ölümü yaman dağlayıb.
    Ana, sən adam tap göndərmək üçün,
    Zəhəri mən özüm hazırlayaram.
    Romeo tezliklə yatar rahatca.
    Ah, onun adını eşidib, onun
    Yanına getməmək nə dözülməzdir!
    Könlümdə Tibalta olan sevgimi
    Qatilin başmdan ayağınadək
    Yağdıra bilməmək necə əzabdır!
L e d i K a p u l e t t i.
    Sən zəhər hazırla, mən adam tapım.
    İndi bir şad xəbər deyərəm senə.
C ü 1 y e t t a.
    Şad xəbər yeridir bu qəm içində?
    O necə xəbərdir bir danış, ana?
L e d i K a p u l e t t i.
    Sənin çox qayğıkeş atan var, qızım.
    O sənin dərdini dağıtmaq üçün
    Vaxt təyin etdi ki, şənlik keçirsin
    Bu heç yuxumuza girmezdi bizim.
C ü 1 y e t t a.
    Vaxt təyin elədi, o hansı gündür?
L e d i K a p u l e t t i.
    Mənim əziz balam, cümə axşamı
    Səhər qəşəng, nəcib qraf Parislə
    Pyotr kilsəsində təntənə ilə
    Sizin kəbininiz kəsiləcəkdir.
C ü 1 y e t t a.
    Pyotr kilsəsinə, Pyotra da
    Mən and içirəm ki, heç vaxt, heç zaman
    Bizim kəbinimiz kəsilməyəcək.
    Məəttəl qalmışam, elçi gəlməmiş
    Tez kəbin kəsməyin mənası nədir?
    Atama de, hələ ər vaxtı deyil,
    Getsəm, mən gedərəm nifrət etdiyim
    Romeoya, ancaq o Parisə yox!
    Bu təzə xəbərdir, həqiqətən də!
L e d i K a p u l e t t i.
    Odur, atan gəlir, ona özün de,
    Görək bu sözünə necə baxacaq.
    Kapuletti ilə dayə daxil olurlar.
K a p u l e t t i.
    Gün qürub edəndə göydən şeh düşər,
    Qardaşım oğlunun qürubu ancaq
    Kədərli gözlərdən leysan yağdırır.
    Bu nədir? Şəlalə olmusan, qızım?
    Yenə də batmısan göz yaşlarına?
    Sənin bu balaca vücudundaca
    Həm gəmi, həm dəniz, həm də tufan var.
    Dənizə bənzəyir sənin gözlərin,
    Qabarır, çəkilir göz yaşlarınla.
    Bədənin gəmidir bu duzlu suda,
    Ahlarınsa tufan onu çağlayıb,
    Axan göz yaşların şiddətləndirir.
    Təcili sakitlik yaradılmasa,
    Bədənin tufanda qərq olacaqdır.
    Yaxşı, iş necədir, nə oldu, arvad?
    Dedinmi sən ona qərarımızı?
L e d i K a p u l e t t i.
    Bəli, o istəmir fəqət heç kəsi,
    Sənə qayğın üçün təşəkkür edir.
    Bu səfeh məzara ərə gedəcək!
K a p u l e t t i.
    Dayan bir sən, arvad, məni başa sal.
    Heç kəsi istəmir? Necə? Nə dedin?
    Təşəkkür eləmir, fəxr eləmir o?
    Bu dəyərsiz qıza belə dəyərli
    Adaxlı tapmışıq, buna sevinmir?
C ü 1 y e t t a.
    Təşəkkür edirəm, fəxr eləmirəm.
    Nifrət etdiyimlə necə fəxr edim?
    Qayğmıza görə razıyam sizdən.
K a p u l e t t i.
    Nə? Nə? Bu dolaşıq müemma nədir?
    Təşəkkür edirəm, fəxr eləyirəm,
    Təşəkkür etmirəm, fəxr eləmirem!
    Ey, ey anasmın sevimli qızı,
    Sən nə eyləyirsən, nə eləmirsən,
    Bunların mətləbə heç dəxli yoxdur.
    Hazırlaş bu gələn cümə axşamı
    Kilsəyə Parislə birgə getməyə,
    Yoxsa səni güclə apararam mən.
    Di rədd ol, çər dəymiş, sısqa, yaramaz!
L e d i K a p u l e t t i.
    Tfu! Tfu! Ay qız dəli olubsan?
C ü 1 y e t t a.
    Sizə yalvarıram diz çöküb, ata,
    Bircə söz deməyə icazə verin.
K a p u l e t t i.
    Di, sus! Cəhənnəm ol, sırtıq dikbaş qız!
    Bax, budur, deyirəm, saxla yadında:
    Ya sən kilsəyə get cümə axşamı,
    Ya da gözlərimə görünmə bir də.
    Danışma, dillənmə, mənə söz demə.
    Əllərim gicişir. Arvad, biz hər vaxt
    Səninlə dərd çəkib deyinirdik ki,
    Tanrı bircə övlad veribdir bizə,
    İndi görürəm ki, biri də çoxdur.
    Bu qız bizim üçün bəlaymış, bəla.
    Di itil həyasız, dəyərsiz məxluq!
D a y ə.
    Xudaya, sən özün ona kömək ol!
    Belə qızı bu cür söyməzlər, ağa!
K a p u l e t t i.
    Ey ağıl dəryası, saxla dilini,
    Sən get arvadlarla qeybət qırmağa.
D a y ə.
    Mən ki pis demirəm.
K a p u l e t t i.
    Sən Allah, mumla!
D a y ə.
    Danışmaq da olmaz?
K a p u l e t t i.
    Sus, gəvzək sarsaq,
    Qeybət dostlannı, get, öyrət ancaq,
    Burda gərək deyil ağlra heç kimə.
L e d i K a p u l e t t i.
    Siz çox qızışdınız.
K a p u l e t t i.
    Aman, İlahi!
    Bu məni, deyəsən, deli edəcək.
    Hər vaxt, gecə, gündüz, işdə, oyunda,
    Evdə, qonaqlıqda, bütün hər yerdə
    Narahat edirdi bir fikir məni;
    Bu qıza layiqli, yaxşı ər tapım.
    Belə bir adamı yetirib Allah.
    Nəsilli, dövlətli, həm gənc, həm gözəl,
    Həm də tərbiyəli, necə deyərlər,
    İnci mücrüsüdür zalımın oğlu.
    Ah, bu cikkildəyən miskin bir axmaq,
    Göz yaşlan töküb inləyən kukla
    Xoşbəxt taleyinə, gör bir, nə deyir:
    "Mən ərə getmirəm, sevə bilmirəm,
    Hələ çox uşağam, məni əfv edin".
    Sən ərə getmirsən? Onda zəhmət çək,
    Harda istəyirsən, get, orda otla,
    Sənə veriləsi çörəyim yoxdur.
    Zarafat etmirəm, yaxşı qulaq as,
    Cümə axşamına bir azca qalır.
    Bir əməlli-başlı götür-qoy elə.
    Mənim qızımsansa, ona ərə get,
    Qızım deyilsənsə, get, özünü as,
    İstər dilən, ac qal, küçədə gəbər.
    Mən and içirəm ki, baxmaram sənə.
    Mən səni özümə övlad saymaram,
    Varımı vermərəm sənə heç zaman.
    Fikirləş, ağlını başına yığ, ha!
    İnan, mən andımı pozan deyiləm. Gedir.
C ü 1 y e t t a.
    Məgər bu göylərdə mərhəmət yoxmu,
    Axı, göyler görür mənim dərdimi?!
    Ah, mehriban ana, qovmaym məni.
    Siz vaxtı uzadın bir ay, bir həfte.
    Ya da ki, Tibaltın sərdabəsində
    Gəlinlik yatağı düzəldin mənə.

 
<< 1 / 2 / 3 / 4 / 5 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (23.12.2013) | Müəllif: R.C E W
Baxış: 815 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more