Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Romeo və Cülyetta
ROMEO VƏ CÜLYETTA

İŞTİRAK EDƏNLƏR:

    E s k a1 - Verona hersoqu
    P a r i s - gənc zadəgan, hersoqun qohumu
    M o n t e k k i } - ıkı duşmən aılənın başcıları K ap u1e tti
    Kapulettinin əmisi
    R o m e o - Montekkinin oğlu
    Merkusio -Hersoqun qohumu, Romeonun dostu
    B e n v o 1 i o - Montekkinin qardaşı oğlu, Romeonun dostu
    T i b a 1t - ledi Kapulettinin qardaşı oğlu
    Lorenso
    -Fransiskan rahibləri
    ovanni
    B a 1t a z a r -Romeonun nökəri
    Samson
    Qreqori -Kapulettinin nökərləri
    P i t e r -Cülyettanın dayəsinin nökəri
    A b r a m - Montekkinin nökəri
    Ə c z a ç ı
    Ü ç ça1ğ ı ç ı
    Merkusionun vo Parisin nökərləri
    LediMontekki - Montekkinin arvadı
    LediKapuletti - Kapulettinin arvadı
    Cülyetta - Kapulettinin qızı
    Cülyettanın dayəsi
    Verona şəhər əhli, hər iki ailənin qohumları, kişilər və qadınlar, maska taxmış adamlar, keşikçilər və xidmətçilər.
    Xor.
    Hadisələr Verona və Mantuyada cərəyan еdir.
PROLOQ
Xor gəlir
    Хоr
    Veronada iki nəcib ailə
    Köhnə ədavətlə alışdı, yandı.
    Paxıllıq təzədən döndü gur selə,
    Əllər qana batdı, qana bulandı.
    Düşmən nəsillərdə cüt-qoşa ulduz
    Verdi ürəyini saf məhəbbətə.
    Onların taleyi dönük, uğursuz,
    Həlaki son qoydu bu ədavətə.
    Nakam aşiqlərin müdhiş ölümü,
    Bədbəxt ataları titrədən fəsad,
    Ağır peşimançılıq, bəxtin zülmü
    Alar vaxtmızı ikicə saat.
    Əgər tamaşaya diqqəт versəniz,
    Səhvsiz göstərməyə çalışarıq biz.
    Xor gedir BİRİNCİ PƏRDƏ BİRİNCİ SƏHNƏ
    Veronada bir meydan. Qılınc və qalxan qurşamış Samson və Qreqori gəlirlər.
    S a m s o n. Qreqori, bax ha, biz buradan kömür aparmayacağıq.
    Q r e q o r i. Yox, canım, onda biz alçalıb kömürçü olarıq ki!
    S a m s o n. Mən demək istəyirəm ki, əgər onlar qanımızı qaraltsalar, biz qanıqara getməyəcəyik, qılınclar işə düşəcək.
    Q r c q o r i. Hə, dostum, nə qədər sağsan, başım dik tut.
    S a m s o n. Mən coşdum, qurtardı, kim gəldi, fərqi yoxdu, tez vururam.
    Q r e q o r i. Ancaq bir əngəli var, tez vursan da, səni tez coşdurmaq çox çətin məsələdir.
    S a m s o n. Montekki nəslinin hətta iti də məni hirsləndirib coşdura bilər.
    Q r e q o r i. Coşmaq yerindən tərpənmək deməkdir. İgidlik isə yerində dayanmaqdır. Birdən yerindən tərpənəndə dabanına tüpürüb əkilərsən, ha...
    S a m s o n. Əgər o nəslin iti məni acıqlandırıb coşdursa, yerimdə möhkəm dayanacağam. Montekkilərdən olan hər bir kişinin və ya qızın önündə divar olsa belə, bir həmlədə yerindən götürəcəyəm.
    Q r e q o r i. Bu göstərir ki, sən zəif bir qulsan, çünki yalnız zəiflər divara sığınırlar.
    S a m s o n. Bu doğrudur. Qadınlar zəif olduqları üçün həmişə divara qısılırlar. Buna görə mən do Montekkilərin kişilərini divardan atacaq, qızlarını isə divara qısacağam.
    Qreqori. Bir de görüm, ağalarımız vuruşur, yoxsa onların nökərləri - biz, hə?
    S a m s o n. Mənim üçün hamısı birdir. Bu gün necə bir yırtıcı vəhşi olduğumu hamıya göstərəcəyəm. Kişilərə divan tutacaq, qızlara qarşı amansız olacağam. Mən onların başını kəsəcəyəm.
    Q r e q o r i. Qızların başını?
    S a m s o n. Hə, qızların başını və ya onların bəkarət mücrüsünü. Necə istəyirsən, elə də başa düş.
    Q r e q o r i. Qoy onu hiss edənlər başa düşsün.
    S a m s o n. Onlar mənim dayanmaq qabiliyyətimi yaxşı hiss edirlər. Bilirlər ki, necə gözəl bir vücudam.
    Qreqori. Yaxşı ki, balıq deyilsən. Balıq olsaydın, ancaq durna balığı olardın. Cəld tərpən, qılıncını hazır tut. Odur, iki nəfər Montekkinin evindən buraya gəlir.
    Abram və Baltazar daxil olurlar.
    S a m s o n . Elə bil ki, qılıncı sıyırmışam. Sən aranı qat, dalında durmuşam.
    Q r e q o r i. Necə? Dalımda daldalanıb qaçırsan?
    S a m s o n. Sən məndən qorxma.
    Q r e q o r i.Yox bir, mən səndən qorxuram?!
    S a m s o n. Elə edək ki, qanun bizim tərəfimizdə olsun. Qoy davanı birinci onlar başlasınlar.
    Q r e q o r i. Onların yanından keçəndə mən ağız-burnumu əyəcəyəm. Qoy istədikləri kimi də yozsunlar.
    S a m s o n. İstədikləri kimi yox, cəsarət etdikləri kimi. Mən onlara dil çıxardacağam. Onlar buna dözsələr, rüsvay olacaqlar.
    A b r a m. Siz bizə dil çıxardırsınız, cənab?
    S a m s o n. Mən öz dilimi çıxardıram, cənab.
    A b r a m. Siz bizə dil çıxardırsınız, cənab?
    S a m s o n (Qreqoriyə yavaşca). Hə, desəm, qanun bizim tərəfimizdə olarmı?
    Q r e q o r i (Samsona yavaşca). Yox.
    S a m s o n. Yox, cənab. Mən dilimi sizə çıxarmıram. Dil mənimdir, istəyirəm, çıxardıram.
    Q r e q o r i. Siz dava axtarırsınız, cənab?
    A b r a m. Mən? Xeyr, cənab.
    S a m s o n. Əgər dava axtarırsınızsa, mən sizin hüzurunuzda hazır. Mənim ağam sizin ağanızdan əskik adam deyil.
    A b r a m. Artıq da deyil.
    S a m s o n. Nə deyirəm, cənab.
    Q r e q o r i (Samsona yavaşca). De ki, artıqdır. Odur, ağamızın qohumlarından biri buraya gəlir.
    S a m s o n. Artıqdır, cənab.
    A b r a m. Yalan deyirsiniz.
    S a m s o n. Kişisiniz, qılıncınızı çəkin. Qreqori, göstər onlara öz güclü zərbəni (Vuruşurlar).
    Benvolio daxil olur.
B e n vo 1 i o.
    Saxlayın qılıncı, durun, axmaqlar, Nə iş tutursunuz, heç bilirsiniz?!
    Onların silahlarını qılıncla vurub salır. Tibalt gəlir.
T i b a 1 t.
    Necə? Vuruşursan gədə-güdəylə,
    Benvolio, bəri dön, ölümünə bax!
B e n vo 1 i o.
    Vuruşuram yalnız barışıq üçün.
    Qılıncı qına qoy, ya da qılıncla
    Kömək et, onları aralayaq biz.
T i b a 1 t.
    Vuruşub, danışma, gəl, barışıqdan, Cəhənnəmə, bütün Montekkilərə, Bir də sənə nifrət etdiyim kimi, Mən nifrət edirəm barışığa da. Hazırlaş, al, gəldi, qorxağın biri.
    Vuruşurlar.
    Hər iki nəslin tərəfdarları gəlib vuruşanlara qoşulurlar.
    Sonra şəhərlilər əllərində dəyənək və balta daxil olurlar.
Ş ə h ə r 1 i 1 ə r.
    Vurun, kötəkləyin, döyün bunları, Ölsün Montekkilər, Kapulettilər!
    Kapuletti əynindo xalat lcdi Kapuletti ilə gəlir.
K a p u l e t t i.
    Bu nə qalmaqaldır? Ehey, cəld olun,
    Uzun qılıncımı gətirin mənə!
L e d i K a p u l e t t i.
    Sənə çox yaraşar qoltuq ağacı,
    Kişi, qılınc sənin nəyinə gərək?
    Kapuletti.
    Dedim qılıncımı, öz qılıncımı!
    Bax, qoca Montekki durub həyətdə,
    Mənim acığıma qılınc oynadır.
    Montekki və ledi Montekki gəlirlər.
M o n t e k k i.
    Ey bic Kapuletti!
    Qoy gedim, arvad.
L e d i M o n t e k k i.
    Bir addım da olmaz! Az haray qopar,
    Düşməni axtaran fəlakət tapar.
    Hersoq öz məiyyəti ilə daxil olur.
H e r s o q.
    Dinclik qatilləri, dinsiz xainlər,
    Siz ey qılıncını qonşu qanıyla
    Boyayan alçaqlar, eşidirsiniz?
    Ey insan cildində vəhşi heyvanlar,
    Ədavət odunu al qan seliylə
    Söndürən axmaqlar, sizinləyəm mən.
    Salın yadınıza qorxunc cəzanı,
    Bu saat ləkəli əllərinizdən
    Mənfur silahları yerə atın siz.
    Dinləyin Hersoqun qəti hökmünü.
    Qoca Kapuletti, qoca Montekki,
    Siz cəfəng, mənasız bir söz üstündə
    Üç qırğın törədib, pozduz üç dəfə
    Bizim küçələrin sakitliyini.
    Veronanın qoca müşavirləri
    Soyunub abırlı libaslarını,
    Titrək əllərində köhnə silahlar
    Sizin ədavəti məhv etmək üçün
    Üç dəfə məhv etdi öz dincliyini.
    Kim bir də bu yerdə dincliyi pozsa,
    Mənə həyatıyla cavab verəcək.
    Bu dəfə hamınız dağılın, gedin.
    Gəlin, Kapuletti, gedək mənimlə.
    Siz isə, Montekki, nahardan sonra
    Əmrimi bilməkçün gəlin saraya.
    Bir daha deyirəm, burda qalan kəs
    Ölüm cəzasına məhkum olacaq.
    Montekki, ledi Montekki və Benvoliodan başqa hamı gedir.
M o n t e k k i.
    Aranı kim qatdı yenə təzədən,
    Danış, qardaş oğlu, sən görə bildin?
B e n v o1 i o.
    Mən bura gələndə sizin düşmənin
    Nökərləri ilə bizim nökərlər
    Əlbəyaxa olub vuruşurdular.
    İstədim onları aralayım mən,
    Bu zaman qaçaraq qudurğan Tibalt
    Gəlib başı üstə qılınc oynatdı.
    Dəng etdi söyüşlə qulaqlarımı,
    Qılıncla havanı kəsib doğradı
    Hava da rişxəndlə fıt çaldı ona.
    Elə ki, vuruşduq, səsə adamlar
    Yığışdı, qızışdı qılınc döyüşü.
    Bu vaxt Hersoq gəlib kəsdi döyüşü.
L e d i M o n t e k k i.
    Bəs Romeo hanı?
    Gördünmü bu gün?
    Yaxşı ki, sovuşdu o bu davadan.
B e n v o 1 i o.
    Xanım, şərqin qızıl pəncərəsindən
    Günəş baxmamışdan bir saat əvvəl
    Darıxıb mən evdən çıxdım gəzməyə.
    Şəhərdən qərbdəki o əncirlikdə
    Gördüm bu tezlikdə gəzir oğlunuz.
    Bir azca irəli addımlamışdım,
    O bilib gizləndi sıx, qalın yerdə.
    Mən özüm bilirəm, insanlar bəzən
    Təsəlli tapırlar yalqız qalanda.
    Onu izləmədim buna görə də,
    Məndən həvəs ilə qaçan adamdan
    Mən də həvəs ilə qaçdım uzağa.
M o n t e k k i.
    Deyirlər o gəzir orda səhərlər,
    Çoxaldır ahıyla göydə buludu,
    İnci göz yaşıyla çəməndə şehi.
    Şərqdə yatan işıq ilahəsinin
    Qızıl yatağından qara örtüyü
    Günəş şəfəqiylə götürən kimi,
    Nurdan qaçır evə kədərli oğlum,
    Çəkilir gizlincə öz otağına,
    Tutur pərdə ilə pəncərələri
    Çevirir gündüzü zülmət gecəyə.
    Bunun səbəbini tapmasaq əgər,
    Oğlum bu zülmətdə məhv ola bilər.
B e n v o 1 i o.
    Buna səbəb nədir, möhtərəm əmi?
M o n t e k k i.
    Bilmirəm, heç nədən yoxdur xəbərim.
B e n v o 1 i o.
    Onu heç tutmusuz sorğu-suala?
M o n t e k k i.
    Bəs necə, həm özüm, həm də dostlarım.
    O isə dərdini eşidir yalnız,
    Nə qədər haqlıdır, deyə bilmərəm.
    Ancaq elə sirli, qapalıdır ki,
    Müşküldür öyrənmək onun qəlbini.
    İçini qurd yeyən gül qönçəsitək
    Havaya yaymayır gözəl ətrini,
    Günəşə göstərmir ləçəklərini.
    Bu qəmin səbəbi olsaydı əyan,
    Tezliklə tapardıq biz ona dərman.
B e n v o l i o.
    Bir baxın, o gəlir, çəkilin yana,
    İndi mon öyrənim, nə olmuş ona.
M o n t e k k i.
    Sənə tale özü eyləsin kömək,
    Öyrən həqiqəti. Xanım, biz gedək.
    Montekki vo ledi Montekki gedirlər.
    Romeo daxil olur.
B e n v o 1 i o.
    Sabahın xeyir!
R o m e o.
    Nə? Məgər sabahdır?
B e n v o 1 i o.
    Vurdu yenicənə saat doqquzu.
R o m e o.
    Necə də uzundur qəmli saatlar!
    İndi burdan gedən mənim atamdı?
B e n vo 1 i o.
    Bəli! Əmi oğlu, bir söylə görüm,
    Hansı qəm uzadır bu saatları?
R o m e o.
    Onları qısaldan gücün yoxluğu.
B e n v o 1 i o.
    Sevirsən?
R o m e o.
    Yoxluğu..
B e n v o 1 i o.
    Sevgi yoxluğu?
R o m e o.
    Onun sevgisinin yoxluğu, bəli,
    Mən onu sevirəm, o sevmir ancaq.
B en vo 1 i o.
    Oh, sevgi zahirən nə qədər zərif,
    Daxilən nə qədər sərtdir, qəddardır.
R o m e o.
    Məhəbbət kor olur, gözsüz də özü
    İstədiyi yerə aparır bizi.
    Harda nahar edək? Nəydi o hay-küy?
    Danışma, eşitdim hər şeyi özüm.
    Mənə nifrət qorxunc, sevgi dəhşətdir.
    Ah, rüsvayçı sevgi, ah, qəşəng nifrət,
    Ah, hər şey və heç şey, həm nur, həm zülmət.
    Ah, ağır yüngüllük, ciddi əyləncə,
    Gözəl niyyətlərin çirkin vəhdəti,
    Qurğuşun bir lələk, aydın bir tüstü,
    Boş məna, soyuq od, xəstə sağlamlıq!
    Yuxusuz bir yuxu, daş kimi mürgü!
    Budur mənim eşqim, o müdhiş sevgi.
    Sən buna gülmürsən?
B en vo li o.
    Yox, əmi oğlu,
    Ürəyim ağlayır.
R o m e o.
    Neçin, qardaşım?
B e n v o 1 i o.
    Sənin könlündəki dərdə, nisgilə.
R o m e o.
    Günahlar törədir məhəbbət elə.
    Ağır qəm yükündən əsir bədənim,
    Dərdinlə dərdimi artırdın mənim.
    Qayğınla inlətdin qəm-qubarımı,
    Daha çox göynətdin yaralarımı.
    Məhəbbət yanıqlı ahdır, amandır,
    Odlu ürəklərdən qalxan dumandır.
    Elə ki, kənara dağılar, uçar,
    Aşiqlər gözündə Günəş nur saçar.
    Elə ki, toplaşar ürəkdə, qanda,
    Dəryalar alışar göz yaşlarında.
    Məhəbbət ağıllı bir dəlilikdir,
    Acıdır zəhərdən, şirindir baldan.
    Hələlik, qardaşım.
B e n v o 1 i o.
    Səbr elə bir an,
    Dayan, mən də gəlim, tək getsən əgər,
    Sənin müsibətin məni məhv edər.
R o m e o.
    Eyvah! İtirmişəm özümü tamam,
    Romeo, hanı o, ah, mən hardayam?
B e n v o 1 i o.
    Sən, gəl, ciddi danış, kimi sevirsən?
R o m e o.
    Necə? İnildəyim, zarıyım gərək.
B en v o 1 i o.
    İnildəmək niyə, zarımaq niyə?
    Mənə ciddi de ki, kimdir sevdiyin?
R o m e o.
    Vəsiyyət etməyi xəstə adamdan
    Ciddi tələb etmək yamandır, yaman.
    Hə, ciddi sevirəm mən bir qadını.
B e n v o 1 i o.
    Duymuşdum, düz dəydi oxum nişana.
R o m e o.
    Sən bir nişançısan — çox mahir, zirək,
    O qadın olduqca qəşəngdir, qəşəng.
B e n v o 1 i o.
    Qəşəng do vurarlar qəşəng nişanı.
R o m e o.
    Yanıldın, sözündə həqiqət hanı?
    Qalıb Diananın saflığı onda,
    Onu vura bilməz heç Kupidon da.
    O dürrün bəkarət zirehi - almaz,
    Ona məhəbbətin oxları batmaz.
    Onu şirin sözlər salmaz kəməndə,
    Alovlu baxışlar yandırmaz odda,
    Qızıl da, daş-qaş da aldada bilməz.
    Ən zəngin malikə odur dünyada,
    Əvəzsiz sərvəti gözəlliyidir.
    Fəqət bu sərvəti - bu gözəlliyi
    Aparar özüylə zülmət məzara.
B e n v o 1 i o.
    Yoxsa and içib ki, bakir qalacaq?
R o m e o.
    Bəli, xəsislikdən hədər solacaq.
    Saflığı hüsnünü salıb zindana,
    Vermir gözəlliyi övladlarına.
    Olduqca ağıllı, qəşəngdir o qız,
    Qalmışam çarəsiz, ümidsiz, yalqız.
    Ölmüşəm, son dəfə dərdli ürəyim
    Vurur ki, bu dərdi sənə söyləyim.
B e n v o 1 i o.
    Eşit sözlərimi, gəl, unut onu.
R o m e o.
    Öyrət unutmağı sən mənə, öyrət.
B en vo lio.
    Azadlıq, sərbəstlik ver gözlərinə,
    Başqa gözəllərə diqqət ilə bax.
R o m e o.
    Bu daha da gözəl göstərər onu.
    Qəşəng xanımların üzündən öpən
    Xoşbəxt maskaların zülmət qoynunda
    Günəş üz axtarır baxışlarımız.
    Korlar itirdiyi göz işığını
    Əvəzsiz sərvəti unuda bilməz.
    Dünya gözəlini sen göstər mənə,
    Hüsnünə baxdıqca görəcəyəm ki,
    Daha çox gözəldir mənim ilahəm.
    Hələlik, mən getdim.
    Ah, bu dünyada
    Mənə unutmağı kim öyrədər, kim?!
    Gərək dərd içində ömrüm puç olsun.
B en vo 1 i o.
    Qoy səni öyrətmək mənə borc olsun.
    Hər ikisi gedir. İKİNCİ SƏHNƏ
    Küçə. Kapuletti, Paris və nökər gəlirlər.
K a p u l e t t i.
    Montekki mənimtək cərimələndi.
    Məncə, bizim kimi yaşlı adama
    Dinc, rahat yaşamaq çətin olmazdı.
P a r i s.
    Hörmət sahibisiz hər ikiniz də,
    Heyf, çoxdan bəri çəkişirsiniz.
    İndi cavabınız mənə nədir bəs?
K a p u l e t t i.
    Əvvəl nə demişdim deyirəm yenə,
    Mənim ciyərparəm hələ uşaqdır.
    Onun hələ yoxdur heç on dörd yaşı,
    Qoy iki bahar da gül açıb solsun,
    Gül balam yetişib gəlinlik olsun.
P a r i s.
    Ondan daha gənclər ana olurlar.
K a p u l e t t i.
    Tezcə yetişənlər tez də solurlar.
    Bütün ümidimi uddu bu torpaq,
    Yeganə ümidim qızımdır ancaq.
    Onunla danışın, mehriban Paris,
    Çalışın, könlünü ələ alın siz.
    Onun arzusudur mənim hər arzum,
    Ürəkdən razıyam razısa qızım.
    Köhnə bir adətə edib ehtiram,
    Qonaqlıq verirəm mən də bu axşam.
    Qonağım gələcək dəstəbədəstə,
    Buyurun, yeriniz gözlərim üstdə.
    Qonaq çoxaldıqca şənlənər məclis,
    Siz kasıb evimdə aləm görərsiz.
    Göyün çırağını kölgədə qoyan
    Canlı ulduzlara olarsız heyran.
    Yazın ilk sevinci, ilk müjdəsitək,
    Füsunkar aprelin tər qönçəsitək
    Canlı qönçələrə nəzər salarsız,
    Hüsnündən, səsindən ləzzət alarsız.
    Seçin özünüzə tale ulduzu,
    Sevin ən layiqli, ən gözəl qızı.
    Qızım elə gözəl olmasa da, bax,
    Onların sayını artırar ancaq.
    Di gəlin, gedəyin! (Xidmətçiyə bir kağız verərək).
R o m e o.
    Bəli, oxuyuram dönük bəxtimin
    Acı dərdlərini, bəlalarmı.
N ö k ə r.
    Bunu öyrənmisiz özünüz yəqin,
    Yazılmış kağızı oxuyarsınız?
R o m e o.
    Bəli, hərfləri, həm də o dili
    Bilsəm, oxuyaram.
N ö k ə r.
    Düz deyirsiniz, Sağlıqla qalın. (Getmək istəyir).
R o m e o.
    Zarafat edirdim.
    Dayan, oxuyum (Kağızı açıb oxuyur).
    "Senyor Martino qadını və qızları ilə;
    Qraf Anselmo gözəl bacıları ilə; dul ledi
    Vitruvno; Senyor Plaçensio və onun sevgili bacısı qızları;
    Merkusio və onun qardaşı
    Valentin; əmim Kapuletti, arvadı və qızları ilə;
    gözəl bacım qızı Rozalina; Liviya;
    Senyor Valensio və onun əmisi oğlu Tibalt;
    Lusio və şən Yelena" (Kağızı verir).
    Ən gözəl məclisdir, söz ola bilməz.
    Yaxşı, hara dəvət olunur bunlar?
N ö k ə r.
    Ora, yuxarıya.
R o m e o.
     Yəni haraya?
N ö k ə r.
    Bizim evimizə, şam yeməyinə.
R o m e o.
    De, kimin evinə?
N ö k ə r.
    Mənim ağamın.
R o m e o.
    Ah, mən doğrudan da hər şeydən əvvəl
    Gərək bunu səndən soruşa idim.
N ö k ə r.
    Mən özüm bunu sizə sualsız-sorğusuz deyə bilərəm.
    Mənim ağam məşhur varlı - dövlətli Kapulettidir.
    Əgər sizin Montekki nəsli ilə qohumluğunuz yoxdursa, xahiş edirəm, buyurun, bir piyalə şərab nuş edin. Sağlıqla qalın!
    Gedir.
B e n v o l i o.
    Sənin qəlbən sevib məftun olduğun
    Gözəl Rozalinaın şam eyləyəcək
    Veronanın məşhur gözəlləriylə
    Kapulettinin bu qonaqlığında.
    Sən də get oraya, ayıq gözlərlə
    Onu o güllərlə müqayisə et,
    Başına gələcək ağılın, huşun,
    Qarğa görünəcək sənin qu quşun.
R o m e o.
    Ah, mömin gözlərim dönüksə, qardaş,
    Belə dəhşət olmaz bu təhqir kimi.
    Acı göz yaşlarım oda dönsün kaş,
    Qoy yansın gözlərim bir kafir kimi.
    Dünya yaranandan bu günə qədər
    Elə bir gözəli görməyib bəşər.
B e n v o 1 i o.
    Onu sən görmüsən həmişə yalqız,
    Yanında olmayıb başqa gözəl qız.
    Büllur tərəzidir gözümüz bizim,
    Gözəllik çəkirik hər vaxt, əzizim.
    Hər iki gözündə o durub ancaq,
    Gəl, biz bir gözünə başqa gül qoyaq.
    Gün kimi nur saçan o nadir gövhər
    O gülün yanında adi görünər.
R o m e o.
    Gedərəm, özgə qız mənə nədir, nə?!
    Yalnız baxmaq üçün onun hüsnünə.
    Gedirlər.
ÜÇÜNCÜ SƏHNƏ


    Kapulettinin evində bir otaq.
    Ledi Kapuletti ile dayə gelirlər.
L e d i K a p u l e t t i.
    Dayə, qızım hanı? Çağır yanıma.
D a y ə.
    And olsun on iki yaşımda ikən
    İtirdiyim qızlıq bəkarətimə,
    Mən onu çağırdım. Ey körpə quzum,
    Mənim tovuz quşum, ay qız Cülyetta!
    Allah, özün saxla, bu qız hardadır?
    Cülyetta daxil olur.
C ü 1 y e t t a.
    Gəldim, nə var belə?
D a y ə.
    Anan çağırır.
C ü 1 y e t t a.
    Anacan, burdayam, nədir sözünüz?
L e d i K a p u l e t t i.
    Fikrimiz budur ki... Dayə, indi get,
    Sən məni qızımla bir az tək burax.
    Bizim danışmalı bir sirrimiz var.
    Yox, dayan, qulaq as, sən ki qızımı
    Yaxşı tanıyırsan körpəliyindən.
D ay ə.
    Doğrudur, mən onun yaşını sizə
    Danışa bilərəm saatbasaat.
L e d i K a p u l e t t i.
    Hələ on dörd yaşı tamam olmayıb.
D ay ə.
    Mərc gələrdim mən öz on dörd dişimdən,
    Heyf ki, ağzımda on dörd diş qalır,
    Hələ on dörd yaşı tamam olmayıb.
    Məhsul bayramına nə qalır, xanım?
L e d i K a p u l e t t i.
    Düz iki həftədən bir azca artıq.
D a y ə.
    Ya artıq, ya əskik, nə fərqi vardır.
    Məhsul bayramının əvvəllərində
    Onun on dörd yaşı tamam olacaq.
    Susanna onunla həmyaşıd idi.
    Allah rəhmət etsin təkcə balama,
    Onu Allah aldı mənim əlimdən.
    Gözlərimin ağı-qarası idi.
    Xanım, mən deyəndir, bayramqabağı
    Onun on dörd yaşı tamam olacaq.
    Yaxşı yadımdadır, inanın mənə.
    Bu gün zəlzələdən on bir il keçir.
    Zəlzələ olanda Cülyettanı mən
    Döşümdən kəsmişdim, unutmaram heç
    O günü qiyamət gününə qədər.
    Döşümün ucuna yovşan sürtmüşdüm,
    Göyərçin damının yanında rahat
    Əyləşib, özümü günə verirdim.
    Mantuyadaydnımız onda ağamla.
    Görürsünüz, necə yaddaşım vardır,
    Məməni ağzına alantək uşaq
    Hiss etdi yovşanın acılığını.
    Döşümü buraxdı, yana dartındı,
    Yamanca turşutdu ağız-bumunu.
    Bu vaxt silkələndi göyərçin damı,
    Nə əmrə, nə hökmə yoxdu ehtiyac,
    Yerimdən sıçrayıb qaçdım kənara.
    O vaxtdan indiyə on bir il keçir.
    Onda ayaq üstdə dururdu körpə,
    Yox a, nə deyirəm, xaça and olsun,
    Onda qaçırdı o yan basa-basa,
    Bir gün bundan qabaq yıxılmışdı bərk,
    Alnı yerə dəyib yaralanmışdı.
    Zarafatcıl idi rəhmətlik ərim,
    Allah şad eləsin onun ruhunu,
    Qızı qucağına götürüb dedi:
    "İndi yıxılırsan sən üzü üstə,
    Elə ki, böyüdün, a qəşəng qızım,
    Onda dalı üstə yıxılacaqsan.
    Elədirmi, Cüli?" Bu canım haqqı,
    Qızcığaz səsini kəsib, "hə" dedi.
    Zarafat necə də düşür yerinə!
    Min il yaşasam da, çıxmaz yadımdan,
    "Elədirmi, Cüli?" dedi rəhmətlik,
    Daha ağlamayıb o da, "hə" dedi.
L e d i K a p u l e t t i.
    Di qurtar söhbəti, bəsdir bu haqda.
D a y ə.
    Yaxşı, xanım. Ancaq yada düşəndə
    Saxlaya bilmirəm gülməyimi mən.
    Möhkəm zədələnib şişmişdi alnı,
    Olmuşdu beçənin pipiyi boyda
    Uşaq acı-acı sızıldayırdı.
    "Bəli, qızım, - dedi rəhmətlik ərim, -
    İndi yıxılırsan sən üzü üstə,
    Elə ki, böyüdün, kamala doldun,
    Onda dalı üstə yıxılacaqsan.
    Elədirmi, Cüli?" Ağlamadı qız,
    İşə bax, səsini kəsib, "hə" dedi.
C ü 1 y e t t a.
    Sən də səsini kəs, rica edirəm.
D a y ə.
    Daha danışmaram. Qoy tanrı özü
    Səni penahında saxlasın, qızım.
    Mənim böyütdüyüm gül balalarım
    Ən gözəli sənsən. Arzum tək budur:
    Yaşayıb, görəydim sənin toyunu.
L e d i K a p u l e t t i.
    Toy dedin, hə, elə Cülyetta, qızım,
    Gəlmişəm toy haqda danışım mən də.
    Bir de, ərə getmək istəyirsənmi?
C ü 1 y e t t a.
    Bu şərəf barədə düşünməmişəm.
D ay ə.
    Sən şərəf söylədin! Ay bərəkallah,
    Heyf, süd ananam, yoxsa deyərdim,
    Ananın döşündən ağıl əmmisən.
L e d i K a p u l e t t i.
    Di indi fıkirləş. Veronada, bax,
    Sendən genc xanımlar artıq anadır.
    Sən yaşda mən səni çoxdan doğmuşdum.
    Sözü qısa deyim, bilirsən, qızım,
    Cəsur, igid Paris səni istəyir.
Day ə.
    Xanım qız, xanım qız, oğlan, nə oğlan!
    Yoxdur belə oğlan bütün dünyada.
    Elə bil, heykəldir, mumdan tökülüb.
L e d i K a p u l e t t i.
    Görməyib Verona belə bir çiçək.
D a y ə.
    Doğrudan, çiçəkdir, lap xalis çiçək.
L e d i K a p u l e t t i.
    De görüm, xoşuna gəlirmi qraf?
    Bu axşam olacaq ziyafətdə o.
    Gözəl bir kitabdır o gözəl insan,
    Gözəllik qələmi zinət vuranda
    Ondan qüdrətini əsirgəməyib.
    Oxu bu kitabı, sən tap birbəbir,
    Qəşəng yazıların mənası nədir?!
    İncə cizgilərin öyrən sirrini,
    Necə tamamlayır biri-birini.
    Bir məna, bir hikmət olmasa aşkar,
    Onun cavabını gözlərdə axtar.
    Bu sevgi kitabı - təzə bir çələng,
    Qiymətli kitaba qəşəng cild gərək.
    Gözəldir gül bağda, balıq ümmanda,
    Zahir də, batin də qəşəng olanda.
    Nadir kitabların qızıl sözləri
    Qızıl naxışlarla oxşar gözləri.
    Qraf da hüsnünlə qəşəng görünər,
    Bundan kiçilməzsən sən zərrə qədər.
D a y ə.
    Kiçilmək, yox bir a, böyümək, əşşi,
    Hə, canım, qadını kökəldir kişi.
L e d i K a p u l e t t i.
    Kəsə de, könlünə yatırmı qraf?
C ü 1 y e t t a.
    Nə deyim, mənimçün çətindir cavab.
    Sevgi yaranırsa xoş baxış ilə,
    Mən ona baxaram nəvaziş ilə.
    Fəqət əmrinizin çərçivəsindən
    Kənara çıxmaram bir addım da mən.
    Xidmətçi daxil olur.
X i d m ə t ç i.
    Xanım, qonaqlar gəldilər.
    Yemək verildi. Sizi çağırırlar.
    Hamı kiçik xanımı soruşur.
    Mətbəxdə dayənin qarasınca söyüb rüsvay edirlər.
    Hər şey son dərəcə alt-üst olub.
    Mən gedib qonaqlara qulluq et-məliyəm.
    Buyurun, bu saat gəlin. Xidmətçi gedir.
L e d i K a p u l e t t i.
    Gəlirik. Cülyetta, qraf gözləyir.
D a y ə.
    Get, qızım, bəxtini gözlətmə əbəs,
    Bu xoşbəxt günlərə xoşbəxt gecə gəz.
    Gedirlər.

DÖRDÜNCÜ SƏHNƏ


    Küçə.
    Romeo, Merkusio, Benvolio beş, ya altı nəfər üzü maskalı, əli məşəlli adamla başqaları ilə birlikdə gelirlər.
R o m e o.
    Necə? Təmtəraqlı nitqmi söyləyək,
    Yoxsa daxil olaq dinməz-söyləməz?
B e n v o l i o.
    Belə uzunçuluq indi dəb deyil.
    Gözlərində qalın yun şal sarğısı,
    Əllərində nazik, ensiz taxtadan
    Düzəlmiş rəngbərəng tatar kamanı,
    Qarğaları qovan uyuqlar kimi,
    Qəşəng xanımları qorxuya salan
    Kupidona yoxdur ehtiyacımız.
    Yerdən suflyorun köməyi ilə
    Səhnədə birtəhər şer söyləyən
    Aktyor da bizə gərək deyil heç.
    Nə hesab edirlər etsinlər bizi,
    Bir azca rəqs edib, çıxıb gedərik.
R o m e o.
    Mənə məşəl verin, rəqs bacarmaram.
    Könlümdə qaranlıq tutqunlaşsa da,
    Sizə nurlu məşəl tuta bilərəm.
M e r k u s i o.
    Yox, dostum, bizimlə oynamalısan.
R o m e o.
    Mən yox, mümkün deyil, inanın mənə.
    Sizin başmağınız yüngüldür, fəqət
    Mənim ürəyimdə dərd qurğuşundur.
    Tərpənib durmağa qoymur yerimdən.
M e r k u s i o.
    Axı, sən aşiqsən. Eşq tanrısından
    Yerdən uçmaq üçün bir cüt qanad al.
R o m e o.
    Məhəbbət tanrısı öz oxu ilə
    Məni elə ağır yaralayıb ki,
    Yüngül qanadları saxlamaz məni.
    Eşq yükü altında çöküb qalmışam.
M e r k u s i o.
    Gözlə ha, yıxılıb eşqi əzərsən,
    Bu zərif şey dözməz bu ağırlığa.
R o m e o.
    Məgər eşq zərifdir? Yox, yox, düz deyil.
    Çox kobud, çox qaba, çox qudurğandır,
    Ürəyə sancılır bir tikan kimi.
M e r k u s i o.
    Əgər eşq kobudsa, sən də kobud ol,
    O səni sancanda sen də sanc onu.
    Üzümü gizlədim, mənə maska ver.
    Maskanı taxır.
    Bu da belə, maska maska üstündən.
    Kim məni eybəcər sayırsa saysın,
    Qoy mənim yerimə maska qızarsın.
B e n v o 1 i o.
    Di gəl, qapını döy, keçək içəri,
    Elə girən kimi rəqsə başlayaq.
R o m e o.
    Məşəli mənə ver, qoy qayğısızlar
    Hissiz qamışları ayaqlasınlar.
    Men şam tutacağam, atalar demiş,
    Oyuna baxacam tamaşaçıtək.
    Əylənmək gözəldir, ancaq kədərdən
    Lap əldən düşmüşəm.
M e r k u s i o.
    Polislər demiş,
    Hə, siçan tələyə düşüb nəhayət.
    Sən düşsən məhəbbət bataqlığına,
    Bu ifadə üçün bağışla məni,
    Qulaqlarmadək batsan palçığa.
    Çıxarda bilərik səni, əzizim.
    Cəld ol, biz ki gündüz şam yandırırıq.
R o m e o.
    Yox, niyə? Yox, niyə?
M e r k u s i o.
    Vaxt keçir artıq.
    Burda hədər yerə yubanmaqla biz,
    Çıraq yandırırıq elə bil gündüz.
    Eşit məsləhəti, qəmin yox olar,
    Beş başda beş dəfə ağıl çox olar.
R o m e o.
    Maskarad, bu yaxşı düşünülmüşdür,
    Fəqət ora getmək ağılsız işdir.
M e r k u s i o.
    Agah et, nə üçün?
R o m e o.
    Düzü, bu gecə
    Bir yuxu görmüşəm.
M e r k u s i o.
    Mən də.
R o m e o.
    Nə, necə?
M e r k u s i o.
    Gördüm, yalan deyir yuxu görənlər.
R o m e o.
    Yuxum yanlış olmur heç zərrə qədər.
M e r k u s i o.
    Oh! Belə de, belə, mən gördüm onda
    Məlikə Meb durub sənin yanında.
B e n v o 1 i o.
    Məlikə Meb! Yaxşı, kimdir o elə?
M e r k u s i o.
    Bütün pərilərin mamaçasıdır.
    Merlərin şəhadət barmağındakı
    Üzüyün qaşında yanan əqiqdən
    Boyca böyük deyil. Məlikə hər vaxt
    Kiçik mığmığalar qoşulmuş kiçik
    Faytonunda rahat gəzib dolaşır
    Yatan insanların burunlarında.
    Düzəlib faytonun incə, upuzun
    Oxları hörümçək ayaqlarından,
    Üstü cırcırama qanadlarından,
    Xamutu nur saçan şeh damcısından,
    Qamçısı yüngülcə sübh dumanından.
    Çəyirtkə sümüyü cilovlarıdır,
    Hörümçək torusa yan qayışları.
    Gözləri yuxulu tənbəl qızların
    Dırnaqları altda törəyən, artan
    Balaca qurdlardan xeyli balaca
    Boz çuxalı hünü sürür faytonu.
    Pərilərin mahir karet ustası
    Ya o dügkər dələ, ya qoca böсək.
    Faytonu düzəldib qoz qabığından.
    Gecələr məlikə bu cah-calalla
    Çapır faytonunu, çapır dördnala,
    Keçir aşiqlərin beyinlərindən,
    Onlar sevişirlər yuxularında.
    Ötür əyanların dizləri üstdən,
    Onlar da yuxuda təzim görürlər.
    Dəyir hakimlərin barmaqlarına,
    Onlar da yuxuda rüşvət alırlar.
    Keçir xanımların dodaqlarından,
    Xanımlar məst olur odlu öpüşdən,
    Dadlı konfetlərə hərislik üstdə
    Onlara məlikə hirslənir tez-tez,
    Örtür sızanaqla əndamlarını.
    Əyanın burnuna dırmaşan kimi,
    Ədavət iyindən sevinir əyan.
    Donuz quyruğundan bir tük qoparıb,
    Keşişin burnunu qıdıqlayanda
    Artıq qazanc görür keşiş röyada.
    Əsgərin boynuna çıxır arabir,
    O da röyasında kəsilmiş başlar,
    İspan qılıncları, qanlı döyüşlər,
    Dərinliyi beş fut qədəhlər görür,
    Gəlir qulağına şeypur səsləri,
    Yuxudan dik qalxır qorxu içində,
    Bir dua oxuyub yatır təzədən.
    Həmin bu raəlikə gecə atların
    Yalmı hörərək düyünlər salır.
    Adamın saçını keçəlləşdirir,
    Açan tapılarsa bunları əgər,
    O saat baş verir böyük fəlakət.
    Qızlar uzananda arxası üstə,
    Həmin bu əcinnə öyrədir necə
    Hamilə qalmağı, uşaq doğmağı.
    Həmin bu Meb...
R o m e o.
    Sus, sus, Merkusio, sus!
    Elə danışırsan boş-boş şeylərdən.
M e r k u s i o.
    Düzdür, yuxulardan danışıram mən,
    Onlar meyvəsidir boş xəyalların,
    Həmişə havatək etibarsızdır,
    Həmişə yel kimi üzüdönükdür:
    Elə bir yel kimi hərdən şəfqətlə
    Oxşayır şimalın buzlu köksünü,
    Hərdən də nifrətlə kükrəyir, coşur,
    Can atır sinəsi şehli cənuba.
B e n vo 1 i o.
    Dediyin bu külək yaman əsir ha,
    Bizi özümüzdən uzaqlaşdırır.
    Yaman gecikirik şam yeməyinəe.
R o m e o.
    Qorxuram tez gedək.
    Qəlbimə damıb,
    Bəxtim ulduzlardan asılıb artıq.
    Duyuram, başlanır bu ziyafətdən
    Acı taleyimin qorxunc günləri.
    Hansı bir dəhşətli, müdhiş qüvvəsə
    Vaxtsız ölümümü yaxınlaşdırır.
    Qoy olsun, tükənsin mənfur həyatım,
    Tale sükanımı tutan o qüvvə
    Ömür yelkənimi aparsın mənim.
    Gedəyin, cənablar!
B e n v o 1 i o.
    Çal, təbili çal!
    Gedirlər.

BEŞİNCİ SƏHNƏ

    Kapulettinin evində salon. Çalğıçılar gözləyirlər. Xidmətçilər gəlirlər.
Birinci xidmətçi.
    Bəs Anton Potpən hardadır?
    Niyə gəlib kömək eləmir?
    Heç olmasa boşqabları aparardı,
    boşqabları yuyardı!
İkinci xidmətçi.
    İşin hamısını bir-iki adamın öhdəsinə buraxmaq yaxşı deyil, onların əli natəmiz olanda bu çox pisdir.
Üçüncü xidmətçi.
    Stulların, servantın yerini dəyişin, gümüş qablardan ehtiyatlı olun.
    Sən, əzizim, mənə bir az şəkərçörəyi saxla, əgər xətrimi istəyirsənsə, qapıçıya tapşır, qoy o, Susanna Qrayndstonu, Nellini içəri buraxsın. Anton Potpən!
Üçüncü xidmətçi.
    Nə var, burdayam, nə bağırırsan?
Birinci xidmətçi.
    Böyük otaqda səni gözləyirlər,
    səni çağırırlar, səni tələb edirlər, səni axtanrlar.
Üçüncü xidmətçi.
    Bizimdə bir canımız var da, balam.
    Eyni vaxtda həm burada, həm də orada ola bilmərik ki!
İkinci xidmətçi.
    Zirək olun, uşaqlar, zirək olan çox yaşayar,
    çox yaşayan çox qazanar.
    Gedirlər.
    Kapuletti, Cülyetta və başqa ev adamları daxil olurlar, qonaqlan və maska taxıb gələnləri qarşılayırlar.
K a p u l e t t i.
    Möhtərəm ağalar, xoş gəlmisiniz!
    Buyurun, ayağı qabarsız olan
    Xanımlar sizinlə rəqs eləsinlər.
    Hə, gözəl sənəmlər, indi görək kim
    Oynamaqdan boyun qaçıracaqdır?
    Kim ki, naz eləyib çəksə özünü,
    Demək, ayağında döyənəyi var.
    Necədir, hədəfə düzmü vurmuşam?
    Bir vaxtlar vardı ki, maska geyərək
    Qəşəng xanımların qulaqlarına
    Mən də şirin sözlər pıçıldayardım.
    Artıq keçdi, keçdi, keçdi o vaxtlar.
    Romeo, Merkusio, Benvolio və başqaları daxil olurlar.
    Siz xoş gəlmisiniz, dostlar, buyurun.
    Siz də, çalğıçılar, başlayın görək.
    Yol verin, yol verin, qızlar oynasın.
    Musiqi. Qonaqlar rəqs edirlər.
    İşığı artırın, ey xidmətçilər!
    Çəkin stulları tez bir kənara.
    Sobanı söndürün, yaman istidir.
    Kapuletti əmi, deyən, əyləncə
    Qəlbinizə yatır, yox, yox, əyləşin.
    Bizim rəqs eləmək vaxtımız keçib.
    İndi mənə deyin, sonuncu dəfə
    Biz maska taxmışıq neçə il əvvol?
Q o c a K a p u l e t t i.
    Mənə elə gəlir, otuz il olar.
K a p u l e t t i.
    Necə? Ola bilməz! O qədər olmaz.
    O vaxt toyu idi Luçensionun.
    Biz də maska geyib, rəqs elədik ha,
    Ondan keçər ancaq iyirmi beş il.
Q o c a K a p u l e t t i.
    Çox olar, çox olar, Luçensionun
    Oğlu çox böyükdür, otuz yaşı var.
K a p u l e t t i.
    Yox a, nə deyirsiz, onun oğlu ki,
    Ondan ayrılalı ikicə ildir.
R o m e o.
    O gənci hüsnüylə nura qərq edən
    O ayüzlü kimdir?
X i d m ə t ç i.
    Bilmirəm, cənab.
R o m e o.
    Günəşdir o parlaq işıq, bəlkə də,
    Bütün məşəlləri qoyub kölgədə.
    Odur bu gecənin ürək sevinci,
    Zənci qulağında ən nadir inci.
    Qızların içində durur o çiçək
    Qarğalar içində ağ göyərçintək.
    Neçə ki, rəqs bitib, yetməyib sona.
    Mən kirpik çalmadan baxacam ona.
    Onun əllərinə azca toxunmaq –
    Ən böyük səadət tək budur ancaq.
    Könlüm sevibdirmi indiyə qədər?
    Gözüm gözəlliyi görübmü məgər?
    Yox, yox, bilməmişsən heç zaman bunu
    Əsl gözəlliyin nə olduğunu.
T i b a l t.
    Səsindən bilinir o Montekkldir.
    Gətir qılıncımı, oğlan.
    Bu nədir?
    Əclaf maska taxıb, cürət eyləyib,
    Gəlib lağa qoysun şənliyimizi?
    And olsun nəslimin şərəfinə, bil,
    Onu murdar etmək heç günah deyil.
K a p u l e t t i.
    Nə üçün, əzizim, belə coşmusan?
T i b a 1t.
    Montekki burdadır, o alçaq, nadan
    Acıqca bu axşam gəlib ki bizə,
    İstehza eyləsin şənliyimizə.
K a p u 1 e 11 i.
    Bu gənc Romeodur?
T i b a 1t.
    Bu rəzil odur.
K a p u l e t t i.
    Sakit ol, onunla işin olmasın.
    Aparır özünü nəcib, təmkinli.
    Doğrusu, tanınır Veronada o
    Namuslu, qeyrətli bir cavan kimi.
    Dünyanın varını versələr mənə,
    Evimdə mən onu təhqir etmərəm.
    Sən də səbirli ol, gəl, fikir vermə.
    Hörmət edirsənsə mənim arzuma,
    Üzünü gülər tut, qaş-qabaq tökmə,
    Qaş-qabaq yaraşmır qonaqlığa heç.
T i b a 1t.
    Əclaf qonaq gəlsə, bəs yaraşarmı?
    Mən dözə bilmərəm bu arsızlığa.
K a p u l e t t i.
    Dözərsən, mən səni məcbur edərəm.
    Deyirəm dözərsən, sus, harın uşaq!
    Bu evin sahibi mənəm, yoxsa sən?
    Bu dözə bilməyir! Allah, sən saxla!
    Bu, indi şənlikdə dava salacaq.
    Burda xoruzlanmaq istəyirsən, hə?
    Burda kişi yalnız bir sənsən indi?
T i b a 1 t.
    Əmi, axı, bu ki, rüsvayçılıqdır.
K a p u l e t t i.
    Çəkil, get, çəkil, get, davakar uşaq,
    Qabalıq adama ziyan gətirər.
    Hələ bir mənə də ağıl verirsən?!
    Ayıbdır, özünü ədəbli apar-
    İşıq ver, gur işıq! - Sakit ol, yoxsa
    Sakit eyləyərəm səni mən özüm.
    Bu nədir, nə olub? Şənlənin, dostlar!
T i b a 1t.
    Səbirlə qəzəbim sönməyir mənim,
    Gedirəm, titrəyir bütün bədənim.
    Onun bu gəlişi indi xoşsa da,
    Ən acı fəlakət açar dünyada.
    Gedir.
R o m e o (Cülyettayä).
    Ləyaqətsiz əlim müqəddəs, qəşəng
    Mehraba toxundu, bağışla məni.
    Dodaqlanm iki fəqir zəwartək
    Yuyar bir öpüşlə həmin ləkəni.
C ü 1 y e t t a.
    Əlinə çox sərtsən, mehriban zəvvar,
    O ki sədaqətlə yandırır çıraq.
    Mömin zəvvar üçün pirin eli var,
    Onların əlləri öpüşür ancaq.
R o m e o.
    Onların dodağı yoxdurmu məgər?
C ü 1 y e t t a.
    Vardır dua üçün, bilir tanrı da.
R o m e o.
    Ey müqəddəs pirim, mərhəmət göstər,
    Əllərtək xoşbəxt et dodaqları da.
C ü 1 y e t t a.
    Pirlər tərpənmədən yetişir dada.
R o m e o.
    Tərpənmə, tərpənmə, çatım murada.
     (Onu öpür).
    Yudu günahımı dodağım artıq.
C ü 1 y e t t a.
    Mənim dodağımı etdi günahkar.
R o m e o.
    Qaytar günahımı, ey sönməz işıq!
C ü 1 y e t t a.
    Günahın əfv oldu, mehriban zəvvar.
D a y ə.
    Anan. söz deyəcək, çağırır səni.
    Cülyetta gedir.
R o m e o.
    Anası kimdir ki? Dayə.
    Hə, cavan oğlan,
    Bu evin sahibi, xanımıdır o.
    Özü də ismətli, ləyaqətlidir.
    Danışdığın qızın dayəsiyəm mən,
    O qızı kim alsa, dünyada yəqin,
    Ən zəngin xəzinə qazanacaqdır.
 
<< 1 / 2 / 3 / 4 / 5 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (16.12.2013) | Müəllif: R.C E W
Baxış: 1534 | Reytinq: 3.5/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more