Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Otello-7

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>


L o d o v i k o.
    Onun silahını alın əlindən! Otellonun qılıncını alırlar.
Y a q o.
    Məni qan aparır, hələ sağam mən.
O t e l l o.
    Lap yaxşı, əzab çək qan dama-dama,
    Ölüm xoşbəxtlikdir rəzil adama.
L o d o v i k o.
    Otello, sən belə cəsur bir insan,
    Bir vaxt igidlikdə qazandm ad-san,
    İndi bir alçağm düşdün toruna.
    Sənə nə ad verək, nə deyək buna?
O t e l l o.
    Hər nə ad versəniz, yaraşar yenə,
    Namuslu bir qatil söyləyin mənə.
    Bilmirəm qisasın nə olduğunu,
    Yalnız namusumçün etmişəm bunu.
L o d o v i k o.
    Bu əclaf rəzalət törədib ancaq,
    Aldı bir qismini boynuna bayaq.
    Onunla birlikdə, doğrudan da, siz
    Kassionu öldürmək istəmisiniz?
O t e l l o.
    Bəli.
K a s s i o.
    Nədən ötrü, möhtərəm sərdar?
    Axı, olmamışam heç vaxt günahkar.
O t e l l o.
    Buna inanıram, bağışla məni,
    Yanıldım, səhv etdim, incitdim səni,
    Lütf elə, bir soruş sən bu xəbisdən
    -Bu yarıadamdan - yarıiblisdən,
    Məni nə məqsədlə saldı tələyə?
    Qəlbimi, ruhumu aldatdı niyə?
Y a q o.
    Daha soruşmayın məndən bir söz də,
    Artıq nə bilirsiz, bilirsiniz də.
    Ağzımı açmaram bir də qətiyyən.
L o d o v i k o.
    Son dəfə dua da etməyəcəksən?
Q r a s i a n o.
    İşgəncələr açar ağzını, məlun.
O t e 11 o.
    Nə desin, əlacı susmaqdır onun.
L o d o v i k o.
    General, bilinər əsas məsələ,
    Yoxdur bir xəbərin, yəqin ki, fiələ.
    Bir neçə məktub var, ərz eləyim mən,
    Mərhum Rodriqonun çıxıb cibindən.
    Yaqo bir məktubda yazır: Rodriqo,
    Bu gecə ölməli mütləq Kassio.
    Sonra da tovlayır bəxtidönmüşü,
    Yerinə yetirsin bu çirkin işi.
O t e 11 o.
    Sən bir əclaflığa, rəzilliyə bax!
K a s s i o.
    Of, vəhşidən vəhşi, alçaqdan alçaq!
L o d o v i k o.
    Başqa bir məktubsa tənədir yalnız,
    Tamam etirazla doludur kağız.
    Rodriqo yazıbdır, od tutub hirsdən,
    O boyun qaçırır bu sui-qəsddən,
    Moktubu heç kimə o verməyibdir,
    Nodənsə Yaqoya göndərməyibdir.
    Görünür, sonradan bu iyrənc mütrüb
    Onu dilə tutub, yola gətirib.
O t e 11 o.
    Ah, şor dağarcığı! Ah, mənfur şeytan!
    Kassio, bu sirri açıb danışsan!
    Zövcəmin dəsmalı, bu necə işdi,
    Əlinə haradan elə keçmişdi?
K a s s i o.
    Yataq otağından tapmışdım onu,
    Bilmirdim tələnin nə olduğunu.
    Məlun özü atıb gizli niyyətlə,
    Rəzil, yaşayırmış bir xəyanətlə.
    Hər şeyi etiraf etdi bu alçaq.
O t e 11 o.
    O! O! Mən axmağam, axmağam, axmaq!
K a s s i o.
    Yenə bir məktubda qınayır onu,
    -Rodriqo lənətə gəlmiş Yaqonu:
    Yazır mən növbədə qaldığım gecə
    Onu təhrik edib döyüşə necə.
    Yazıq peşmanmış tamam, büsbütün
    Mənim mənsəbimi aldırdığıyçün.
    Huşunu itirib o bədbəxt xilqət,
    Daş kimi yerində qalıb bir müddət.
    Ayılıb bir anlıq ölümdən əvvəl,
    Yaqonun işidir, - deyib, - bu əməl.
    Nə qədər qorxuncdur, nə qədər müdhiş:
    Onu Yaqo vurmuş, Yaqo öldürmüş.
L o d o v i k o .
    Otello, verilib senatdan əmr:
    Burdan getməlisən bizim ilə bir.
    Vəzifən alınıb, belədir hökm,
    Kiprə təyin olub Kassio hakim.
    Bu iyrənc köləyə qaldıqda isə,
    Ən dəhşətli cəza gərək iblisə.
    Onu dara çəkmək çox azdır, məncə,
    Ömrü olmalıdır əzab, işgəncə.
    Sən dustaq olasan hələlik gərək,
    Senatda işinə baxılanadək. Aparın bunları!
    Gedəyin, dostlar.
O t e l l o.
    Dayanın, ikicə kəlmə sözüm var.
    Dövlət qarşısında bəlli xidmətim,
    Hamıya məlumdur öz sədaqətim.
    Bunu yaxşı bilir senatda hər kəs,
    Bunu ərz etməyə, yəqin ki, dəyməz.
    Sizdən acizanə bir xahişim var,
    Artıq keçən keçib, nə etmək olar?
    Senata yazanda bu müsibəti,
    Çalışın yazmağa siz həqiqəti.
    Bir kəlmə artırıb, əskiltməyiniz,
    Məni olduğumtək əks eləyin siz.
    Yazın: varlığıyla sevən bir insan
    Ağılla sevmirdi fəqət heç zaman,
    Könlü çılğın idi məhəbbətində,
    Qısqanclıq yox idi təbiətində.
    Sonradan tələyə düşdü, aldandı,
    Ən çirkin hiyləni həqiqət sandı.
    Qısqanclıq odundan tamam çaşdı o,
    Ağır sarsıntıdan quduzlaşdı o.
    Yazın ki, tapmışdı axmaq bir zənci
    Dünyadan qiymətli, nadir bir inci.
    Avam hindli kimi, o bəxti qara
    Onu öz əliylə atdı sulara.
    Ömrümdə bilməzdim nədir göz yaşı,
    İndi iki bulaq axır yanaşı.
    Göz yaşım bir an da verməyir ara,
    Göz yaşım məlhəmdir iztirablara.
    Ərəb çöllərində hər bir ağacdan
    Beləcə süzülür torpağa qətran.
    Qeyd edin könlümün son arzusunu,
    Axırda əlavə eyləyin bunu:
    Azğın bir türk gördüm bir gün Hələbdə,
    Quyruğu kəsilmiş itdi qəzəbdə.
    Bir venesiyalını tutub döyürdü, Senatı,
    Hersoqu pis-pis söyürdü.
    Onun xirtdəyini keçirib ələ,
    Xəncəri köksünə vurdum, bax, belə.
    Özünü xəncərlə vurur.
Q r a s i a n o.
    Ay aman, bu nədir, nə fəlakətdi!
L o d o v i k o.
    Hər şey sona çatdı, axıra yetdi.
O t e l l o.
    Mən səni öpərək öldürdüm, quzum,
    İndi də öpərək ölürəm özüm.
    Dezdemonanın yanına - yatağa yıxılıb ölür.
K a s s i o.
    Mən bundan qorxurdum, düşündüm ancaq,
    Alınıb, üstündə yoxdur bir yaraq.
    İnsan bu dünyada belə olarmış,
    Hər cəhətdən böyük ürəyi varmış.
L o d o v i k o (Yaqoya).
    Sparta köpəyi, oh, mənfur, murdar,
    Necə də quduzsan, necə də qəddar!
    Nə aclıq, nə taun, nə tufan belə
    Bir ağır müsibət açmayıb hələ.
    Bax öz əməlinə, of, qana həris,
    Bu sonsuz dəhşətə bir sənsən bais.
    Zəhərtək doğrayır qəlbi, bədəni,
    Ah, baxmaq olmayır, çəkin pərdəni.
     (Pərdəni çəkirlər).
    Qrasiano, artıq varis qalırsız,
    Bu evə, bu mülkə sahib olursuz.
    Mavrın da əmlakı, dövləti-mah
    Varisliyə görə sizə çatmalı.
    Kassio, siz isə, cənab hökmdar,
    Düşünüb bu haqda veriniz qərar.
    Bu yaramaz qalır öz öhdənizə,
    Ən dəhşətli cəza seçin iblisə.
    Yerini, vaxtını təyin eyləyin,
    Alçaq, alçaq kimi ölməli, yəqin.
    Mənsə Venesiyaya gedirəm birbaş,
    Qəlbimi titrədir həyəcan, təlaş.
    Bu ağır fəlakət sarsıdıb məni,
    Söyləyim senata bu faciəni.
    Gedirlər.

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (24.12.2013) | Müəllif: R.C E W
Baxış: 513 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more