Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Otello-4

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Y a q o.
    Aha, yaxşılığa budurmu əvəz?
O t e l l o.
    Gəl, sən mənə göstər səbr-dözümlə,
    Onun günahmı görüm gözümlə.
    Ya da sübut eylə bu bəd xəbəri,
    Qalmasın azacıq bir şübhə yeri.
    Yoxsa vay halına!
Y a q o.
    Nəcib sərdarım...
O t e 11 o.
    Necə də büllurdu mənim dildarım...
    Salıb varlığımı əzaba, oda,
    Ləkə vurursansa o pak vücuda,
    Artıq, gəl, yalvarma, olma peşman,
    Yarat fıtnə-fəsad, yağdır şər-böhtan.
    Cinayət üstündən cinayət törət,
    Bütün bu aləmi bürüsün dəhşət.
    Göylərin gözündən alov tökülsün,
    Yerin vahimədən bağrı sökülsün.
    Hər şey qorxu ilə gəlsin fəryada,
    Yenə bu iyrənclik olmaz dünyada.
Y a q o.
    İlahi, hifz elə xatadan məni!
    Nə olub, siz insan deyilsiz yəni?
    Qəlbiniz, ağlınız yoxdurmu məgər?
    Özünüz bilərsiz, gedirəm, yetər.
    Məni azad edin siz xidmətimdən,
    Görün nə çekirəm sədaqətimdən.
    Mənə deyən gərək: bədbəxt sərsəri,
    Neçin qazanırsan bu təhqirləri?!
    Namusun, pak adın bədnam olunur,
    Sənin yaşamaqda məqsədin budur?!
    Of, saxtakar dünya! Sən bir işə bax,
    Qorxuludur düzgün, namuslu olmaq.
    Yaxşı dərs verdiniz, dərs olsun mənə,
    Sizə mitınətdaram bununçün yenə.
    Dostları ürəkdən sevmərəm əsla,
    Məhəbbət gətirir daim dərd-bəla.
O t e 11 o.
    Yox, dayan! Görünür, sən namuslusan.
Y a q o.
    Gərək görünəydim ağıllı insan.
    Çünki namuslu kəs gicdir, axmaqdır,
    Hər nəyə can atsa, uduzacaqdır.
    Namusla kim çatıb vara, dövlətə,
    Düşübdür hər yerdə min bir zillətə.
O t e 11 o.
    And olsun bu yerə, and olsun göyə,
    And olsun müqəddəs, büllur hər şeyə,
    Tərəddüd içində qovrulur sinəm,
    Bəzən düşünürəm təmizdir zövcəm,
    Bəzən də görünür ləkəli, filman,
    Sözün gah düz olur, gah da ki yalan.
    Mənə dəlil gərək, canlı bir dəlil.
    Adı günəş idi, onun elə bil,
    Necə də saçırdı könlümə işıq,
    Qapqara his alıb üstünü artıq,
    Mənim sifətimtək qaralıb indi.
    O saflıq, o paklıq, of, ləkələndi!
    Asmağa ip vardı, kəsməyə bıçaq,
    Susdurmağa zəhər, yaxmağa ocaq,
    Boğmağa burulğan, coşqun axınlar.
    İntiqam almağa, görün, nələr var!
    Yalnız bir yəqinlik, bir sübut gərək.
    Bir an tab edərmi, dözərmi ürək?!
Y a q o.
    Görürəm, dağ çəkir qısqanclıq sizə,
    Yaman peşmanam dediyim sözə.
    Sübut istəyirsiz bu saat, bu dəm?
O t e 11 o.
    Yox, yox, istəmirəm, tələb edirəm!
Y a q o.
    Olar, ancaq onu necə göstərim,
    Nə cür, nə cür sübut, mənim sərvərim?
    Baxmaq istəyirsiz utanmadan siz
    Neçə yad altında yatır zövcəniz?
O t e 11 o.
    Ah, rüsvayçı ölüm, ah, quduz lənət!
Y a q o.
    Canlı sübut tapmaq dəhşətdir, dəhşət.
    Onları bir yerdə tutasan necə?!
    Bu iş çox çətindir, müşküldür, məncə.
    Görür bu günahı təkcə özləri,
    Görmür üçüncü bir insan gözləri.
    Onda nə söyləyim, hanı sübut bəs?
    Lənətə gəlmişlər gözə görünməz.
    Onlar keçi deyil, qızıb atlansın,
    Coşmuş meymun deyil, açıq odlansın,
    Canavar deyil ki, gəmirsin aşkar.
    Fəqət sübut üçün başqa çarə var.
    Görüb bildiyimi deyərəm sizə,
    Həqiqət qapısı açılar üzə,
    Qəlbiniz biryolluq çıxar şübhədən,
    Nə vaxt istəsəniz, danışaram mən.
O t e l l o.
    Düzgün dəlil göstər mənə bu saat,
    Bu mənfur günahı sən eylə isbat.
Y a q o.
    Mənim xoşum gəlmir bu xidmətimdən,
    Axırda çox qalmışam sədaqətimdən.
    Gərək yenə dözüm, yenə dayanım,
    Məni məcbur edir sevgim, vicdanım.
    Belə bir iş oldu yaxın günlərdə:
    Bir yatağa girdik mən də, yavər də.
    Dişim şiddət ilə ağrıdığından
    O gecə sübhədək çəkdim dad-aman.
    Kassio yatırdı hey xumar-xumar.
    Hə, beyni boş olur bəzi adamlar,
    Gündüz gizli-gizli etdiklərini
    Gecə sayıqlayıb, açır sirrini.
    Elə Kassio da belədir, düzü,
    Eşitdim, yuxuda dedi bu sözü:
    "Gözəl Dezdemona, ehtiyat gərək,
    Coşqun eşqimizi hər vaxt gizlədək".
    Sonra o, əlimdən yapışdı möhkəm,
    Qışqırdı: "Ah, əziz, mehriban sənəm!"
    Sonra da sümürdü dodaqlarımı,
    Heyrətdən, dəhşətdən yardı bağrımı.
    Kökündən qoparıb gülmü yığırdı?!
    Yazıq dodağımın qanı axırdı.
    Hərif qıçasını qaldırıb yerdən,
    Budumun üstünə aşırdı birdən.
    Elə bil yanında xanım yatırdı,
    Ahından, ufundan qulaq batırdı.
    Yağdırıb yağıştək odlu busəni,
    Yenidən öpüşə qərq etdi məni.
    Qışqırdı: "Taleyə olsun min lənət,
    Səni bu iblisə eyləyib qismət!".
O t e 11 o.
    Aman, dəhşət! Dəhşət!
Y a q o.
    Bu nə qorxudur,
    Bu ki bir röyadır, bu ki yuxudur.
O t e l l o.
    Yox, yox, həqiqətin aydın səsidir,
    Çirkin əməllərin nəticəsidir.
    Onda sevda evi xarabazardır,
    Ən müdhiş, ən qorxunc bir şübhə vardır.
Y a q o.
    Başqa dəlillər də vardırsa əgər,
    Bu yuxu onları təsdiq eyləyər.
O t e l l o.
    Ah, qadın! Qurtarmaz heç vaxt əlimdən,
    Onu tikə-tikə parçalaram mən.
Y a q o.
    Soyuqqanlı olun, belə yaramaz,
    Yoxdur əlimizdə hələ bir əsas,
    Bəlkə, namusludur, safdır zövcəniz.
    Mənə bunu deyin, görməmisiniz
    Xanımın əlində hərdən, general,
    Çiyələk naxışlı tikmə bir dəsmal?
O t e 11 o.
    O məndən zövcəmə ilk hədiyyədir.
Y a q o.
    Ah, bunu bilmirdim, işə bax, nədir?!
    Bu gün gördüm onu, oydu, yəqin ki,
    Xanımın dəsmalı, bəli, həminki.
    Kassio pozmadan kef-əhvalmı,
    Onunla silirdi öz saqqalını.
O t e 11 o.
    Əgər bu odursa...
Y a q o.
    Nə fərqi vardır,
    Dəsmal xanımınsa, bu ki aşkardır
    Başqa dəlillərlə birgə, yanaşı
    Şübhələr oyadır xanıma qarşı.
O t e l l o.
    Qırx min canı gərək hər rəzil qulun,
    Bir canla rəvamı qurtarsın məlun?
    Ah, məni sarsıdan amansız qisas,
    Sənə bir can almaq necə azdır, az.
    İndi mən görürəm, bu həqiqətdir,
    Of, Yaqo, aldanmaq nə müsibətdir!
    Qəlbimdəki bütün məhəbbətimi
    Sovurdum havaya narın tük kimi,
    Məhəbbət əbədi getdi könlümdən,
    Yalnız intiqamçün yaşayıram mən.
    Ey müdhiş intiqam, ey qara ilan,
    Çıx, çıx, cəhənnəmin uçurumundan.
    Məhəbbət, zəhərmiş, ah, əlacın da,
    Nifrətə çevrilsin taxtın, tacın da.
    Partla, ey zəhərlə dolmuş ürəyim,
    Ey əfi ilanlar çalmış ürəyim.
Y a q o.
    Sərdar, sakit olun.
O t e l l o.
    Mümkünmü, aman,
    Mənə qan gərəkdir yalnız qan, qan, qan!
Y a q o.
    Səbr edin, düşünün, nə olub məgər,
    Fikriniz, bəlkə də, dəyişə bilər.
O t e l l o.
    Yox, Yaqo, soyumaz bu qəzəb, bu kin.
    Soyuq dalğaları Qara dənizin
    Axır Dardanelə, axır hər zaman,
    Geri qayıdarmı, deyin, yolundan?
    Qanlı fıkirlərim çağlar beləcə,
    Coşqun axın kimi gündüz və gecə
    Yolundan heç vədə dönməyəcəkdir.
    İntiqam atəşi sönməyəcəkdir.
    Ey göylər, əbədi aydın, ləkəsiz,
    Sizə and içirəm, şahid olun siz. (Dizi üstə çökür).
    İntiqam, intiqam ahın mən gərək,
    Bu müqəddəs andım dəyişməyəcək.
Y a q o.
    Hələ ki durmayın.
     (Dizi üstə çökür).
    Ey göydən yeri
    İşığa qərq edən nur qəndilləri.
    Ey bütün varlığa can verən qüdrət,
    Od, torpaq, hava, su - tükənməz qüvvət.
    Siz, siz şahid olun, bu gündən belə
    Yaqo öz ağlıyla, öz qəlbi ilə
    Daim xidmətində duracaq onun -
    Eşqi təhqir olan mərd Otellonun.
    Ona həsr edəcək qalan ömrünü,
    Bir qanun sayacaq onun hökmünü.
    Hər şeyə hazıram ürəkdən, candan,
    Əgər əmr eyləsə, qan tökərəm, qan.
O t e l l o.
    İnanıram sənin məhəbbətinə,
    Səmimiyyətinə, sədaqətinə.
    Səni danışdıran sidqi-ürəkdir,
    Bihudə təşəkkür nəyə gərəkdir?
    Bu üç gün ərzində, gəl, mənə söylə.
    Kassio ölübdür, bir imdad eylə.
Y a q o.
    O yoxdur, dostumla daha qurtardıq,
    Əmriniz yerinə yetibdir artıq.
    Xanımın ömrünə qıymayın ancaq.
O t e l l o.
    Of, lənətə gəlsin əxlaqsız, alçaq!
    Gəlsin min lənətə! Birlikdə gedək,
    İndi bir yol göstər, eylə bir kömək
    Mənə məsləhət ver: təcili, tezcə
    O qəşəng iblisi məhv edim necə?
    Mənim yavərimsən, Yaqo, bu gündən.
Y a q o.
    Ömürlük vəfalı dostunuzam mən.
    Gedirlər.
DÖRDÜNCÜ SƏHNƏ


    Yenə qəsrin önü. Dezdemona, Emiliya və təlxək daxil olurlar.
D e z d e m o n a.
    Bilirsənmi, oğlan, de, buralarda
    Leytenant Kassio yaşayır harda?
T ə 1 x ə k.
    Demərəm, cürətim buna çatar ki?
D e z d e m o n a.
    Nə üçün, əzizim, burda nə varki?
T ə l x ə k.
    O bir hərbçidir, bu da hərbi sirr,
    Hərbi sirri açmaq ölüm deməkdir.
D e z d e m o n a.
    Onda bir yol göstər, bir eylə kərəm.
T ə 1 x ə k.
    Bu da hərbi sirdir, heç nə bilmirəm.
D e z d e m o n a.
    Burax boş sözləri, kömək et, kömək.
T ə l x ə k.
    Deyirsiniz gəlim fırladaq, kələk.
    Nə üçün, nə üçün aldadım sizi?!
    Mən onun yerini bilmirəm, düzü.
D e z d e m o n a.
    Yaxşı, soraqlaşıb başqalarından
    Öyrənə bilməzsən?
T ə 1 x ə k.
    Bu saat, bu an
    Gedib axtararam eli, obanı,
    Onunçün gəzərəm bütün dünyanı.
D e z d e m o n a.
    Axtar, tapan kimi ona söylə ki,
    Gəlsin tez yanıma, agah eylə ki,
    Sərdardan razılıq ala bilmişəm,
    İşləri qaydaya sala bilmişəm.
    Ümid var, tükənər qəm də, kədər də,
    Hər şey yaxşı olar yaxın günlərdə.
T ə 1 x ə k.
    Buna çata bilər insan qüdrəti,
    Tapıb göndərərəm mən o xilqəti.
    Gedir.
D e z d e m o n a.
    Emiliya, yadigar dəsmalımı mən
    Harda itirmişəm, harda, görəsən?
E m i 1 i y a.
    Xanım, mən nə deyim, yoxdur xəbərim.
D e z d e m o n a.
    İnan ki, itsəydi qızılım, zərim,
    İçi altun dolu pul kisəm əgər,
    Düşməzdim təlaşa heç vaxt bu qədər.
    Mənim nəcib ərim ağıllıdır, bil,
    Hər şeydən qısqanan, şit, kobud deyil.
    Yoxsa, bu mənfur iş dərd olmazdımı?
    Onun ürəyinə xal salmazdımı?
E m i 1 i y a.
    Sərdar qısqanc deyil?
D e z d e m o n a.
    Necə? Əlbəttə!
    Mənə elə gəlir o məmləkətdə -
    Onun öz yurdunda odlu Günəş-Gün
    Onun qüsurunu, nə var büsbütün
    Yandırmış kökündən, yaxmış kökündən.
E m i 1 i y a.
    Baxın, gəlir.
D e z d e m o n a.
    Ondan əl çəkmərəm mən
    Kassionu bura elə indicə,
    Çağırıb suçunu əfv etməyincə.
     (Otello daxil olur).
    Başın ağrımır ki, mənim sərvərim?
O t e l l o.
    Mən indi yaxşıyam, qəşəng dilbərim.
     (Kənara).
    Nədir könlümdəki həyəcan, təşviş?!
    Ah, yalan danışmaq necə çətinmiş!
     (Ucadan).
    Sən necəsən, quzum?
D e z d e m o n a.
    Əzizim, yaxşı.
O t e l l o.
    Əlini mənə ver, nədir bu yaşı?
    Necə də nəmlidir əlin, gözəlim!
D e z d e m o n a.
    Hələ təravətdən düşməyib əlim,
    Hələ nə qocalıq, nə də qəm-kədər
    Ona toxunmayıb bir zərrə qədər.
O t e l l o.
    Bu əl sübut edir səxavətlidir,
    Həm həssas, həm qızğın, həm şəhvətlidir.
    Odlu, odlu və nəm... bu əlin sənin
    Səndən tələb edir olasan mömin;
    Hər cür sərbəstliyi daha atasan,
    Dua eyləyəsən, pəhriz tutasan.
    Onu pak edəsən ibadət ilə,
    Tənbehlə, cəzayla, məzəmmət ilə.
    Onda yuva salmış cavan bir şeytan,
    Tərləyir qızışıb alışdığından.
    Bu əl nə səmimi, nə şəfqətlidir,
    Hər vaxt rəhimlidir, səxavətlidir.
D e z d e m o n a.
    Sözlərin doğrudur, belə deyilmi?
    Axı, o əl verib sənə könlümü.
O t e l l o.
    Bəli, səxavətli, rəhimli bir əl.
    Ürəyi əllərlə vermişlər əvvəl.
    Bir gör dəyişibdir zəmanə necə,
    İndisə əlləri verirlər təkcə.
D e z d e m o n a.
    Bu haqda danışmaq mənə çətindi,
    Verdiyin o vəddən danışaq indi.
O t e 11 o.
    Hansı vəddən, gülüm?
D e z d e m o n a.
    Kassio üçün
    Adam göndərmişəm, qoy gəlsin bu gün,
    Onunla barışın.
O t e l l o.
    Yaman tumovam,
    Əhvalım pozulub, qarışıb tamam,
    Dəsmalını ver bir.
D e z d e m o n a.
    Buyur, sərdarım.
O t e 11 o.
    Hanı o hədiyyəm, o yadıgarım?
D e z d e m o n a.
    Burda yoxdur.
O t e 11 o.
    Yoxdur?
D e z d e m o n a.
    Həqiqətən də.
O t e l l o.
    Ah, belə səhv etmək, bu nədir səndə?
    O dəsmal töhfədir, sirlidir amma,
    Bir qaraçı vermiş onu anama.
    O qadın cindarmış, qəlb oxuyarmış,
    Ürəyi gözlərdən bilər, duyarmış.
    Anama demiş ki, həmin dəsmalı
    Necə ki saxlayır, gülər iqbalı.
    Gözəlləşib olar nazlı bir sona,
    Atam varhğıyla bağlanar ona.
    İşdir bir gün dəsmal əlindən getsə,
    Onu bəxşiş versə, ya da o itsə,
    Atam öz eşqinə baxar nifrətlə,
    Alovlanar başqa bir məhəbbətlə.
    Ölüm yatağına düşüb bir axşam,
    Onu mənə verdi mehriban anam
    . Tapşırdı: çatanda arzularıma,
    Onu bağışlayım vəfadarıma.
    Mən də belə etdim, dəsmalı gərək
    Hər vaxt qoruyasan göz bəbəyintək.
    Ehtiyatsız olub, onu itirsən,
    Ya da başqasına hədiyyə versən,
    Fəlakət törəyər, düşər qan-qada,
    Belə bir müsibət olmaz dünyada.
D e z d e m o n a.
    Necə? Bu mümkünmü?
O t e l l o.
    Bu həqiqətdir.
    Onun saf ipəyi saf qüdsiyyətdir.
    Onun parçasında sehr, cadu var,
    Hər zərif telində gizlənib əsrar.
    Onda tikmə tikən dünya görübdür,
    O şəxs iki yüz il ömür sürübdür.
    Barama qurdlan olub müqəddəs,
    Onlarda tilsimə mat qalıb hər kəs.
    Yoxdur bu ipəyin heç boyasından,
    Alıb pak ruhların mumiyasından
    Onun pak rəngini tilsim açanlar,
    Onda saf qızların könül rəsmi var.
D e z d e m o n a.
    Doğrudan belədir?
O t e l l o.
    Hə, hə, doğrudan;
    Qoyma gəzlərindən dəsmalı bir an.
D e z d e m o n a.
    Kaş ki, görməyəydi onu gözlərim.
O t e 11 o.
    Aha, nəyə görə?
D e z d e m o n a.
    Əziz sərvərim,
    Neçin danışırsan mənimlə bu cür,
    Səsində həyəcan, qəzəb görünür.
O t e l l o.
    Dəsmal hanı? Hanı? Bir söylə açıq,
    Yoxsa itirmisən, o yoxdur artıq?
D e z d e m o n a.
    Sən özün kömək ol, ya pərvərdigar!
O t e l l o.
    Bir danış!
D e z d e m o n a.
    İtməyib, itsə nə olar?
O t e l l o.
    Necə?
D e z d e m o n a.
    Deyirəm ki, itməyib dəsmal.
O t e 11 o.
    Gətir, göstər onu təcili, dərhal.
D e z d e m o n a.
    Sonra gətirərəm, nə olub yenə?
    Vədindən qaçmağa gəzmə bəhanə.
    Bu ki bir hiylədir, bu ki kələkdir,
    Araya söz qatmaq nəyə gərəkdir?
    Rəhm et Kassioya - öz yavərinə,
    Rica eyləyirəm, qaytar yerinə.
O t e l l o.
    Sən dəsmalı gətir, danışmaq yetər,
    Dolanır başımda pis-pis fikirlər.
D e z d e m o n a.
    Yaxşı, yaxşı, bundan, axı, nə fayda,
    Tapmazsan onuntək insan dünyada.
O t e l l o.
    Dəsmal!
D e z d e m o n a.
    Xahişimi unudursan, bax,
    Kassio haqqında sən danış ancaq.
O t e l l o.
    Dəsmal!
D e z d e m o n a.
    Qurban verib o, həyatmı.
    Sensiz keçirməyib bir saatını.
    Ülvi, əziz sanıb məhəbbətini,
    0 səndə görübdür səadətini.
    Ağır əzablardan qaçmayıb uzaq,
    Olub hər qəminə, dərdinə ortaq.
O t e l l o.
    Dəsmal!
D e z d e m o n a.
    Nə olmusan belə inadkar?
    Səni qınamağa indi yeri var.
О t e 11 o.
    İtil gözlərimdən!
    Gedir.
H m i 1 i y a.
    Bu, qısqanc deyil?
D e z d e m o n a.
    İlk dəfə görürəm onu elə bil,
    O belə olmayıb heç vaxt, heç zaman,
    Dəsmalda bir sehr vardır, doğrudan.
    O itdi, dincəlmir könlüm bir an da,
    Ən bədbəxt insanam mən bu çahanda.
E m i 1 i y a.
    Kişini tanımaq - müşkül məsələ,
    Qadın bilməz əri bir-iki ilə.
    Kişilər qarındır, qadınlar yemək,
    Bir qarın boşdursa, durmaq nə demək,
    Tıxıb acgözlüklə, şövqlə, ləzzətlə,
    Sonra da qusacaq min bir nifrətlə...
    Odur, bax, gəldilər yavərlə ərim.
    Kassio ilə Yaqo daxil olurlar.
Y a q o.
    Kim sağalda bilər bu yaranı, kim?
    Hanı elə çarə? Yalnız bir yol var,
    Təkcə xanım sizə bir əlac qılar.
    Nə yaxşı, burdadır, bax, Dezdemona,
    Gedin, əl çəkməyin, yalvarın ona.
D e z d e m o n a.
    Əzizim Kassio, belə nə vardır?
    Söyləyin, nə olub, bu nə qubardır?
K a s s i o.
    Xanım, həmin sözüm, həminki ricam,
    Mənim bu dərdimə eyləyin əncam.
    Qoy sizin rəhminiz, mərhəmətiniz,
    Xeyirxahlığınız, səxavətiniz
    Yenidən qaytarsın həyata məni,
    Ucaltsın göylərə həqir bəndəni.
    Bütün varlığımla sevdiyim kəsin
    Yanında nüfuzum, adım itməsin.
    Yenə layiq olum məhəbbətinə,
    Baş əyim o böyük təbiətinə.
    Necə də dəhşətdir tanınmamaq, ah.
    Əgər dözülməsə tutduğum günah,
    Əgər bu əzabım, qəmim, təşvişim,
    Keçmiş xidmətlərim, gələcək işim
    Bu ağır günahı yuya bilməsə,
    Kədərli taleyim bir də gülməsə,
    Nə etmək, yaxşıdır bilsəm mən bunu.
    Bəxtin hər hökmünü, hər arzusunu
    Qəbul eyləyərəm istər-istəməz.
    Başqa bir peşəyə göstərib həvəs,
    Qaçmaram zamanın məşəqqətindən,
    Sədəqə istərəm səadəti mən.
D e z d e m o n a.
    Ah, nəcib Kassio, əfsus, çox əfsus,
    Məni öz təvəqqem eylədi məyus.
    Ərim indi deyil əvvəlki adam,
    Onun xasiyyəti dəyişib tamam.
    Başqadır əhvalı, fikri, duyğusu,
    Tanımaq olmayır onu, doğrusu.
    Xarici görkəmi qalmasa əgər,
    Otello olduğu çətin bilinər.
    Sizinçün yalvardım, yaxardım necə...
    Müqəddəs mələklər məni beləcə
    Axirət dünyada qoruyaydı kaş.
    Sözlərim hədəfə süzürdü birbaş.
    Çalışdım, əlləşdim hər vaxt, hər dəfə,
    Dəymədi sözlərim ancaq hədəfə,
    Hədəfdə - ortada ağ dairətək
    Sərdar dayanmışdı qəzəblənərək.
    İçindən qovrulub yanır, yanırdı,
    Ona yalvardıqca acıqlanırdı.
    Bir azca səbr edin, inanın mənə,
    Əlimdən gələni edərəm yenə,
    Bəlkə də, daha çox, sakit olun siz
    Hələlik bu olsun qoy təsəlliniz.
Y a q o.
    O acıqlı idi?
E m i 1 i y a.
    İndicə burdan
    Yamanca narazı getdi, doğrudan.
    Qəribə həyəcan vardır üzündə,
    Qəzəb od saçırdı onun gözündə.
Y a q o.
    O hirslənə bilir? Yox, yox, əzizim
    Qanlı cəbhələrdə görmüşəm özüm.
    Əsgərləri onun qarşısında, bax,
    Tikə-tikə olub parçalanaraq,
    Səpilib havaya, səpilib yerə,
    Qaçmayıb üzünün rəngi bir kərə.
    Azğınlaşmış toplar hücum çəkən
    Sərdarın əlindən qudurmuş divtək
    Doğma qardaşmı dartıb, qoparmı
    Güclü tufan kimi alıb aparmış,
    Başında bir tük də tərpənməyib
    O hirslənə bilir? Fikir verin bir,
    Əgər danışıbsa azca əsəbi,
    Deməli, nə isə vardır səbəbi.
    Görünür, ciddidir burda məsələ.
    Gedim, onu görüm, nə sirdir belə.
D e z d e m o n a.
    Xahiş eyləyirəm, olun lütfkar. (Yaqo gedir).
    Şübhəsiz, çox mühüm dövlət işi var
    Ya bəd xəbər gəlib Venesiyadan
    Ya da ki Kiprdə başlanıb üsyan.
    Bəlkə də, bir qəsdin açılıb üstü,
    Bununçün sərdarın əhvalı pisdi,
    O açıq eynini duman alıbdır,
    O gülər üzünü tufan alıbdır.
    Odur ki, heç nədən pərişan olur,
    Halı, vəziyyəti nə yaman olur.
    Böyük bir fəlakət tutsa insanı,
    Kiçik bir qüssədən qaralar qanı.
    Barmağımız azca ağrıyan zaman
    Bütün bədənimiz sızıldar bundan.
    Gərək biz qadınlar düşünək bunu,
    Bilək həqiqətin nə olduğunu.
    Kişilər Allah ki deyildir, axı,
    Daima gözləyək iltifat, qayğı.
    Onların heç biri göstərmir, əlbət,
    Toyda olduğutək nəvaziş, diqqət.
    Emiliya, haqlısan, danlasan məni,
    Dönük bir əsgərtək mərd sərkərdəni
    Sərtliyinə görə saydım müqəssir,
    İndi dərk edirəm, günahım nədir.
    Elə bil, şahidi ələ alaraq,
    İttiham eylədim onu mən nahaq.
E m i 1 i y a.
    Qoy Allah eləsin, onun dərd-qəmi
    Olsun dövlət işi siz deyən kimi.
    Şübhələr salmasın ürəyinə xal,
    Heç vaxt qısqanmasın sizi general.
D e z d e m o n a.
    Axı, bunun üçün yoxdur bir əsas.
E m i 1 i y a.
    Qısqanc olan kəslər əsas axtarmaz,
    Səbəbsiz də yanır belə insanlar,
    Qısqanc olduğundan qısqanır onlar.
    Əjdahaya bənzər qısqanclıq, düzü,
    Yaranır, doğulur ürəkdə özü.
D e z d e m o n a.
    Xudaya, hifz elə sən Otellonu,
    Uzaq et bu qorxunc bəladan onu!
E m i 1 i y a.
    Amin, xanım.
D e z d e m on a.
    Gedim bir öyrənim mən,
    O cürə hirsliydi sərvərim nədən?
    Kassio, siz burda gəzişin bir az,
    Səbirsiz olanlar arzuya çatmaz.
    Yenə də əlimə düşəndə fürsət,
    Ona yalvararam, edərəm minnət,
    Bir çarə taparam bu dərdinizə.
K a s s i o.
    Ürəkdən təşəkkür edirəm sizə.
    Dezdemona ilə Emiliya gedirlər. Bianka daxil olur.
H i a n k a.
    Mənim əziz dostum, Kassio, salam!
K a s s i o.
    Burda nə gəzirsən, qəşəng Biankam?
    Söylə bir, necəsən, nadir gözəlim?
    Mənim mehribanım, mənim sevgilim,
    İndicə gəlirdim xanimanına.
B i a n k a.
    Ah, mən də gəlirdim sənin yanına.
    Bir həftəlik həsrət bilirsən nədir:
    Yeddi gecə-gündüz bir faciədir.
    Yüz altmış səkkiz saat, elə bil,
    Zamanı göstərən saatdan deyil.
    Onun hər bir anı işgəncə, əzab,
    Dözülməz, çəkilməz ağır iztirab!
    Taqətim çatmadı gözləyəm səni.
K a s s i o.
    Bianka, əzizim, bağışla məni.
    Yamanca məşğuldum, işlərim çoxdu,
    Gəlməyə heç cürə imkanım yoxdur
    Boş vaxtım olanda həmin günlərin
    Birgə əvəzini çıxarıq, yəqin.
    Sevimli Biankam...
     (Dezdemonanın dəsmalını ona verərək}
    Buyur, bunu al,
    Sən də mənim üçün tik belə dəsmal.
B i a n k a.
    Belə de, Kassio, bu səndə hardan?
    Yoxsa yadigardır bir təzə yardan?
    Bir həftə itmişdin nə üçün? İndi
    Bunun səbəbləri mənə yəqindi.
K a s s i o.
    Qurtar, doğrudan da, arvad ki, arvad.
    Axmaq fikirləri bir tərəfə at.
    Bunlar hardan gəlir sənin ağlına?
    Boş-boş yalan üçün məni az qına.
    Məni qısqanırsan? Axı, nə vardır?
    Bu hansı yardandır, nə yadigardır?
    Gülüm, yanılırsan, həqiqətən də.
B i a n k a.
    Onda bəs kimindir, nə gəzir səndə?
K a s s i o.
    Nə deyim, bilmirəm mən doğrusunu.
    Yataq otağından tapmışam bunu.
    Əl ilə tikilib, bir gör, nə yaxşı,
    Yamanca xoşuma gəlir naxışı,
    Vurulub necə də gözəl haşiyə,
    Sahibi almamış onu geriyə
    Götür, beləsini tik mənim üçün,
    İndisə get burdan, qəşəng göyərçin.
B i a n k a.
    İndi gedim burdan! O niyə, desən?
K a s s i o.
    Burda gözləyirəm generalı mən.
    İstəmirəm bizi görsün bir yerdə,
    Həm də yaxşı düşməz, bir fikir ver də.
B i a n k a.
    Neçin, qoy qalım də.
K a s s i o.
    Başa düş məni,
    Elə zənn etmə ki, sevmirəm səni.
B i a n k a.
    Necə zənn etməyim, mümkündür məgər?!
    Heç olmasa, ötür məni bir qədər,
    Azalsın azcana könlümün qəmi.
    De görüm, bu axşam gələcəksənmi?
K a s s i o.
    Gələrəm, ötürüm, gəl, səni bir az,
    Burda gözləyirəm, çox getmək olmaz.
    Vacib bir işim var, nə olur görək,
    Tezliklə geriyə qayıdam gərək.
B i a n k a.
    Razıyam, nə deyim, yoxdur bir sözüm,
    Sənin hər cəfana dözərəm özüm.
    Gedirlər.

DÖRDÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Kipr. Qəsrin önü. Otello ilə Yaqo söhbət edə-edə daxil olurlar.
Y a q o.
    Fikriniz belədir?
O t e l l o.
    Belədir, Yaqo!
Y a q o.
    Gizlicə bir öpüş, axı, nədir o?
O t e l l o.
    Hər ləkəli busə bir rəzalətdir,
    Dünyada ən ağır bir cinayətdir.
Y a q o.
    Tutalım, yataqda çılpaq bir arvad
    Olub oynaşıyla bir-iki saat.
    Onlar bir-birinə toxunmayıblar,
    O qadına bunun nə zərəri var?
O t e l l o.
    Çılpaq, bir yataqda, Yaqo, necə, nə,
    Onlar toxunmayıb biri-birinə?!
    Yox, yox, heç mümkünmü, nə deyirsən, bax,
    Şeytan əməlidir bu hiylə ancaq.
    Onların niyyəti olarmı təmiz?
    Şeytan azdırıbdır onları, şəksiz.
    Qadın ləkələyib pak ismətini,
    Əbədi itirib ləyaqətini.
Y a q o.
    Heç nə ola bilməz, yoxdur ziyanı.
    Bağışlamaq olar həmin xətanı...
    İşdir, dəsmal versəm mən arvadıma...
О t e 11 o.
    Hə, sonra?
Y a q o.
    Hə, sonra? Düşməz yadıma,
    Dəsmal onunkudur, istəsə əgər,
    Başqa birisinə hədiyyə verər.
O t e l l o.
    Namus da onundur, öz malı kimi.
    O kimə istəsə, verə bilərmi?
Y a q o.
    Namus bir xəyaldır, nə deyim sizə,
    O elə şeydir ki, görünmür gözə.
    Dünyada kimin ki, yoxdur namusu,
    Namuslu sayılır çox vaxt, doğrusu.
    Ancaq ki o dəsmal...
O t e l l o.
    Ah, necə də mən
    İstərdim, bu kəlmə çıxa fikrimdən,
    Yadıma salırsan, xatırladırsan.
    Bu söz hafizəmdə dolanır hər an,
    Elə bil, bir yurdu bürüyüb taun,
    Hərlənir, qıy vurur üstündə quzğun,
    Ölüm xəbərini yayır hər yana.
    Dedin ki, dəsmalı veribdir ona?
Y a q o.
    Bəli, burda nə var, görünsün ləkə?
O t e 11 o.
    Bu iş fəlakətdir, görünmür, bəlkə!
Y a q o.
    Desəydim mən özüm şahidəm buna:
    Bu çirkin günaha, iyrənc oyuna,
    Ya da eşitmişəm o öyünəndə,
    Sözlərdən nə çıxar, bilirəm mən də.
     Bilirəm, həyasız haramzadalar
    Əlləşib qadını toruna salar,
    Düşər haldan-hala, girər min dona,
    Alçalıb, kiçilib, qovuşar ona.
    Sonra da hər yerdə aşkar, ya pünhan
    Heç cür əl götürməz boşboğazlıqdan,
    Lovğalanar elə, öyünər elə.
O t e 11 o.
    O bir söz deyibmi? Söylə, tez söylə?!
Y a q o.
    Bəli, ağam, fəqət edib and-aman,
    Dediyi sözləri danır hər zaman.
O t e 11 o.
    Nə deyib?
Y aqo.
    Doğrusu, müəmmalı iş, -Bilmirəm,
    Kassio heç nə eyləmiş?..
O t e 11 o.
    Necə?
Y a q o.
    Yatıb...
O t e 11 o.
    Onunla bir yerdə?
Y a q o.
    Şəksiz,
    Bir yerdə, üstündə, necə desəniz.
O t e 11 o.
    Bir yerdə, üstündə... bunun fərqi və;
    Üstündə deyəndə, deməli, aşkar
    Üstündə tutulub yaramaz onun.
    Yoxdur şübhə yeri, ah, alçaq, məlun
    Bir yerdə deyəndə - sübut da gərək
    Bəs dəsmal, bu sübut, aman, neylə ,
    Güc ilə boynuna qoyub suçunu,
    Bu çirkin iş üçün asaram onu.
    Yox, yox, əvvəl-əvvəl çəkərəm
    Suçunu boynuna qoyaram sonra.
    Bu nədir? Titrəyir əlim, ayağım,
    Elə bil yarpağa dönüb varlığım.
    Səbəbsiz dəyişmir təbiət özü,
    Boş yerə tutulmur göylərin üzü.
    Sözlərdən əsməyir heç də bədənin
    Qəzəbim məhv edib ağlımı mənin
    Görən doğrudurmu bu dəlil, səbəb
    O qulaq, o dodaq, mümkünmü,
    Mən ki yıxılıram, tufu, ədəbsiz,
    Etiraf et... dəsmal, of, qadın, iblis"
     (Huşunıı itirib yıxılır).
Y a q o.
    Hə, işlə, dərmanım, işlə, bax, belə
    Axmağa bu cürə qurarlar tələ.
    Ləyaqətli, təmiz, büllur qadınlar
    Belə ləkələnir, belə olur xar.
    Təsir et, təsir et, mənim dərmanım,
    Bütün günahsızlar olsun qurbanım.
    Nə oldu, oyanın, bir ayılın siz,
    General, general, eşidirsiniz?
    Kassio daxil olur.
    Bu nədir, Kassio, yazıq halına...
K a s s i o.
    Ah, Yaqo, danış bir nə oldu ona?
Y a q o.
    Ürəkgetməsinə tutulub sərdar,
    İkinci dəfədir tutur bu azar,
    Dünən də kəsmişdi lap qərarını.
K a s s i o.
    Tez elə, ovuşdur gicgahlarını.
Y a q o.
    Yox, yox, lazım deyil, belə xəstələr
    Sakit yatmalıdır axıra qədər.
    Özü ayılacaq vaxtı çatanda.
    Əgər biz əl vursaq, cinlənər onda,
    Daha da çoxalıb artar xəstəlik,
    Ağzından daşdanıb tökülər köpük,
    Sonra yavaş-yavaş dəlilik başlar,
    Dönər bir vəhşiyə belə naxoşlar.
    Baxın, tərpənir o, tez durun kənar,
    Bu saat özünə gələcək sərdar.
    Durun bir tərəfdə, gözləyin məni,
    Sizə vacib olan bir məsələni
    Gəlib danışaram sərdar gedəntək. (Kassio gedir).
    Necəsiniz, ağam, yıxıldınız bərk,
    Başınız toxunub şişmədi sizin?
O t e 11 o.
    Sən mənə gülürsən?
Y a q o.
    Allah etməsin,
    Bu ola bilərmi mən sizə gülüm?
    Belə rəzalətdən yaxşıdır ölüm.
    Yalnız bu arzudur ürəyimdəki:
    Dözəsiz bu dərdə siz kişi təki.
O t e l l o.
    Arvadı xəyanət eyləyən kişi
    Əvvəlcə gizlədir başında şişi.
    Sonra yavaş-yavaş çıxır buynuzu,
    Onu aləm görür, görmür tək özü.
    Ah, buynuz çıxarmaq necə yamandır!
    Buynuzlu kişilər vəhşi heyvandır.
Y a q o.
    Onda belə vəhşi var ki hər yerdə,
    Mədəni vəhşilər azmı şəhərdə?!
O t e l l o.
    Etiraf etdimi?
Y a q o.
    Möhtərəm cənab,
    Ər kimi gətirin bu kədərə tab.
    Yaxşıca düşünün, fikirləşin siz,
    Bu bəla içində tək deyilsiniz.
    Boyunduruq alan hər kəs, bilin ki,
    Sizinlə bir çəkir bu ağır yükü.
    Belə ömür eyləyir indi milyonlar,
    Ümumi yataqda yatırlar onlar.
    Bu yeri daima özünün sanır,
    Buna and da içib, qəlbən inanır.
    Onlara baxanda, vəziyyətiniz
    Yaxşıdır, bəd deyil heç qismətiniz.
    Oh, bu, cəhənnəmin sərt cəzasıdır,
    Şeytanın ən acı istehzasıdır,
    Biz məcbur oluruq, belədir yazı,
    Öpürük yataqda bir əxlaqsızı.
    Onun saflığına olmur şübhəmiz,
    Onun yatağı da görünür təmiz.
    Yox, gərək yoxlayım mən öz zövcəmi,
    Öyrənim: mən kiməm, sevirəm kimi?
    Elə ki bir ləkə hiss etdi ürək,
    Bilirəm, zövcəmlə nə etmək gərək.
O t e 1 1 o.
    O... o... ağıllısan, söz olmaz buna!
Y a q o.
    İndisə çəkilin bir az o yana,
    Səbr edin, gözləyin axıra kimi.
    Hövsələniz çatar, yəqin deyilmi?
    Bayılıb siz yerə yıxılan zaman,
    — Sizə heç yaraşmır belə həyəcan,
    -Kassio gəlmişdi bura, general,
    Mən onu geriyə qaytardım dərhal.
    Ağır halınızı yaxşı yozdum mən,
    Xahiş eylədim ki, gəlsin yenidən.
    O mənə söz verib, indi gələcək.
    Əgər istəsəniz, qalmasın bir şəkk,
    Gizlənin kənarda, nədir fikriniz?
    Onu danışdırım, qulaq asın siz.
    Eşidin nə rişxənd vardı səsində,
    Onun sifətinin hər cizgisində
    Acı istehzaya, nifrətə baxın,
    Lovğa ədasını görün alçağın.
    Mən məcbur edərəm, danışar bir də,
    Olub, o nə zaman, harda - nə yerdə?
    Necə görüşübdür, düz neçə dəfə
    Sizin zövcənizlə başlayıb kefə.
    Ona diqqət edin yaxşı, sakitcə,
    Əzilib-büzülür bir görün necə.
    Fəqət səbr eyləyin, hirslənsəniz siz,
    Deyərəm cırtqozsuz, kişi deyilsiz.
O t e l l o.
    Yaqo, eşidirsən, bu nə deməkdir,
    Bilirəm, bilirəm, dözmək gərəkdir.
    Səbrdə göstərrəm böyük məharət,
    Sonra törədərəm böyük cinayət.
Y a q o.
    Bunun ziyanı yox, ancaq ki, sərdar,
    Hər işin öz vaxtı, öz vədəsi var.
    Hə, hə, gizlənirsiz? (Otello yana çəkilir).
    Kələk gələrəm,
    Bianka haqqında mən indi bu dəm.
    Yavəri tutaram sual-sorğuya,
    Xanım barədədir bu söhbət, guya.
    Bianka qəhbədir, atıb arını,
    Satır ürəyini, arzularım.
    Bu yolla qazanır özünə çörək.
    Ancaq Kassionu sevir dəlitək.
    Tovlayıb çoxunu salsa da bəndə,
    Özü yamancana düşüb kəməndə.
    Yavər onun haqda eşidən zaman
    Uğunub gedəcək gülməkdən, inan.
    Odur gəlir bura, gülən kimi o,
    Zəncir çeynəyəcək hirsdən Otello.
    Qısqanclıqdan gözü dumanlanacaq,
    Hər şeyi xanıma aid sanacaq.
    Yavərin gülüşü, açıq söhbəti,
    Sərbəst davranışı, şən hərəkəti
    Onu yandıracaq alovdan betər.
     (Kassio daxil olur).
    İşiniz necədir, nə oldu yavər?


K a s s i o.
    Yavər? Eşitdikcə mən bu kəlməni
    Az qalır dərd-bəla öldürsün məni.
Y a q o.
    Yenə olarsınız, buna var imkan,
    Yaxşı xahiş edin Dezdemonadan.
     (Səsini alçaldır).
    Bu iş Biankalıq olsaydı əgər,
    Çoxdan düzəlmişdi, düz deyil məgər?
K a s s i o.
    Əfsus, nə eyləsin zavallı, yazıq!
O t e 11 o (Kanara).
    Bir baxsan, o gülür, o gülür artıq.
Y a q o.
    Heç vaxt bilmədiyim, görmədiyim iş:
    Kişini də qadın belə sevərmiş!
K a s s i o.
    Binəva, biçarə sevir gerçəkdən,
    Deyəsən, aşiqdir mənə ürəkdən?!
O t e l l o (Kənara).
    İndi azca dandı, aşkardır ancaq
    Saxlaya bilməyir gülüşünü, bax!
Y a q o.
    Kassio, danışın siz həqiqəti!
O t e 11 o (Kənara).
    Təkid eləməkdə budur niyyəti:
    İstəyir bilinsin əsas məsələ.
    Düz dedin, düz dedin, hə, davam elə.
Y a q o.
    O qadın deyir ki, bu günlərdə siz
    Onunla evlənmək istəyirsiniz.
    Bu söz doğrudurmu?
K a s s i o.
    Necə? Ha, ha, ha!
O t e 11 o (Kənarä).
    Gülürsən? Bu sənə oturar baha.
K a s s i o.
    Mən onu alıram, kimi, qəhbəni?!
    Düşünmə bu qədər ağılsız məni.
    Elə zənn etmə ki, bu ziyandır, ha!
    Mən onu alıram, hə də, ha, ha, ha.
O t e 11 o (Kənara).
    Gül, gül, gül, həmişə qaliblər gülər.
Y a q o.
    Vallah, hamı deyir: evlənir yavər.
K a s s i o.
    Yaqo, düz sözündür?
Y aqo.
    Yalan danışsam,
    Mənəm bu dünyada ən alçaq adam.
O t e 11 o (Kənara).
    Elə bil mən yoxam.
    Yaxşı, dayanın!
K a s s i o.
    Yalnız öz sözüdür bu o şeytanın.
    Məhəbbət sarsıdıb, yəqin, ruhunu.
    Sevir, inanır ki, alaram onu.
    Xəyala qapılıb, danışıb yalan.
    Mən vəd etməmişəm ona heç zaman.
O t e 11 o (Kənara).
    Əhsən, Yaqo, mənə işarə edir,
    Hər şeyi Kassio danışır bir-bir.
K a s s i o.
    O qadın burdaydı bir azca qabaq,
    Güdür hər tərəfdə məni o sarsaq.
    Dəniz sahilində ötən günlərdə
    Bir neçə xanımla durub bir yerdə
    Söhbət eyləyirdik dərd-qəmdən kənar,
    Venesiyalı idi həmin xanımlar.
    Hardansa çıxdı o, atılıb yerdən,
    Boynumdan beləcə asıldı birdən...
O t e 11 o (Kanara).
    Yalvarıb zarıdı: "Əziz Kassio!"
    Bir bax, hərəkətlə yamsılayır o.
K a s s i o.
    Beləcə asılı qalıb boynumdan,
    Ağladı, hönkürdü, qopardı fəğan.
    Sonra da özüylə məni qırağa
    Beləcə sürüyüb çəkdi, ha, ha.
O t e l l o(Kənara).
    İndi söyləyəcək arvadım necə
    Onu yatağıma saldı gizlicə.
    Ah, aydın görürəm sənin burnunu,
    Bilmirəm, hansı it yeyəcək onu.
K a s s i o.
    Tezliklə mən ondan ayrılam gərək.
Y a q o.
    Vallah, yenə odur, baxın, gəlir tək.
K a s s i o.
    Bənzəyir şəhvətdə acgöz səfsara,
    Heç cür doydum demir o günüqara.
    Ancaq naz-qəmzədə bircə dənədir. (Bianka daxil olur).
    Məni izləməkdə məqsədin nədir?
B i a n k a.
    Qoy səni izləsin şeytan, əcinnə,
    De, bunu verməkdə nə dilərdin, nə?
    Sən bir dəsmala bax! Nə günə qaldım,
    Necə axmağam ki, mən onu aldım.
    Onun naxışını götürməliydim,
    Beləsini tikib gətirməliydim.
    Belə də iş olar, eşit, xudaya,
    Yataq otağından tapıbdır, guya.
    Özü də bilməyir onu kim atıb?
    İşə bax, gör yalan hayana çatıb.
    Yox, yox, bu aydındır, bu aşkardır,
    Hansı qəhbədənsə bir yadigardır.
    Onun naxışını götürməliyəm,
    Beləsini tikib gətirməliyəm?!
    İstəkli aşnana apar onu sən,
    Mən ona tay tikim?
    Bunu görməzsən!
K a s s i o.
    Nə oldu, nə oldu, qəşəng maralım?
O t e 11 o (Kənara).
     İlahi, ondadır mənim dəsmalım!
B i a n k a.
    Ürəyin istəsə, qoyma qalım tək,
    Bu axşam bizə gəl, birgə şam edək.
    Həvəsin olmasa, özün bilərsən,
    Nə zaman istəsən, onda gələrsən.
    Gedir.
Y a q o.
    Qaçın arxasınca, siz çatın ona.
K a s s i o.
    Gedim, yoxsa düşər səsi başına,
    Hay salıb küçəyə yığar izdiham.
Y a q o.
    Orda edəcəksiz şamı bu axşam?
K a s s i o.
    Hə, fikrim belədir. Mütləq gəl sən də.
Y a q o.
    Fürsət tapan kimi gələrəm mən də.
    Sizinlə ürəkdən edərəm söhbət.
K a s s i o.
    Xahiş eyləyirəm, unutma fəqət.
Y a q o.
    Yaxşı, qaçın, ona yetişin tezcə.
    Kassio gedir.
O t e 11 o (İrəli çıxaraq).
    De, Yaqo, mən onu öldürüm necə?
Y a q o.
    Gördünüz, öz rəzil işiylə nə cür
    Gülüb lovğalanır, deyib öyünür?
O t e l l o.
    Oh, Yaqo!
Y a q o.
    O dəsmal, dəsmal, ah, murdar!
O t e 11 o.
    Doğrudan, mənimdi?
Y aq o.
    Sizindi, sərdar.
    Onun ürəyini tutub rəzalət,
    Xanıma necə də verməyir qiymət!
    Bir məhəl qoymadan hədiyyəsinə,
    Onu bağışlayıb öz qəhbəsinə.
    Baxın, fıkir verin, bir düşünün siz,
    Nə axmaq qadınmış sizin zövcəniz!
O t e l l o.
    Doqquz il dalbadal mən Kassionu
    Öldürsəm, bu cəza əfv etməz onu.
    Ah, gözəl, füsunkar, mehriban qadın,
    Nə qədər ülvidir sənin bu adın! Y a q o.
    Siz onu biryolluq atın, unudun.

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (24.12.2013) | Müəllif: R.C E W
Baxış: 795 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more