Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Otello-3

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Y a q o.
    Niyə, yerindədir indi ağlınız,
    Bu necə oldu ki, tez ayıldınız?
K a s s i o.
    Görün, bağışladı məni kim kimə
    -İblis sərxoşluğum iblis hirsimə.
    Ah, məni göstərir nöqsan nöqsana,
    Kef verir, zövq verir şeytan şeytana.
    Hər şey açıq-aydın keçir gözümdən,
    Düzü, iyrənirəm özüm özümdən.
Y a q o.
    Necə danışırsız ciddi-ciddi siz,
    Elə bil, əxlaqdan dərs deyirsiniz.
    Ölkədə var ikən hərbi vəziyyət,
    Gərək olmayaydı bu cür hərəkət.
    Ancaq olan olmuş... Yenə ümid var,
    İşi xeyrinizə düzəltmək olar.
K a s s i o.
    Ondan xahiş edib, desəm ver aman,
    Qaytar öz yerimə, deyər: əyyaşsan.
    Yüz ağzım olsa da, bir əjdahatək,
    Bu sözdən hamısı kilidlənəcək.
    Sənin ağlın ola, düşüncən ola,
    Birdən çevriləsən gicə, abdala,
    Sonra da dönəsən vəhşi heyvana.
    Necə qəribədir! Lənət şeytana.
    Hər bir artıq qədəh bəla, fəlakət,
    Ondakı hər damla iblisdir, əlbət.
Y a q o.
    İçməyi bacarsan, ruh gələr dada,
    Yaxşı şərab yaxşı dostdur dünyada.
    Meyi pisləməyin, yetər aman, dad.
    Yəqin, bilirsiniz, əziz leytenant,
    Sizə yaxın dostam, sadiqəm hər dəm.
K a s s i o.
    Yaxşı layiq oldum, budur, kefliyəm.
Y a q o.
    Hamı içə bilər, dinləyin görək,
    İndi mən söyləyim nə etmək gərək.
    General arvadı olub general,
    Gözəllik qoymayıb sərdarda bir hal.
    Nazənin yarma heyrandır indi,
    Məsum gözlərinə qurbandır indi.
    Enib səcdə qılır hey dönə-dönə
    İlahi gözəlin gözəlliyinə.
    Siz ona inanın, qızdırın ürək,
    Yalvarın, yaxarın, eyləsin kömək.
    Ərinin qəlbini döndərsin sizə,
    Yenidən qayıdın vəzifənizə.
    Gözəl Dezdemona çox mehribandır,
    Xeyirxah, ürəyi yumşaq insandır.
    O söz yerə salmaz heç vaxt, heç zaman,
    Belə qadın yoxdur dünyada, inan.
    Sərdarla qırılıb ülfət telləri,
    Yenə düzəldəcək onun əlləri.
    Sizə əvvəlkitək həmdəm olacaq.
    Bu dostluq daha da möhkəm olacaq.
    Arzular gül açıb güləcək yenə.
K a s s i o.
    Ağıllı məsləhət verirsən mənə.
Y a q o.
    Bir şərəf sayıram dostluq borcunu,
    Açıq bir ürəklə deyirəm bunu.
K a s s i o.
    Yaxşı, səhər tezdən gedib səcdəyə,
    Mütləq yalvararam pak ilahəyə.
    Əlim daşa dəysə, onda neyləyim?
    Deməli, dönükdür bəxtim, taleyim.
Y a q o.
    Bu yol doğru yoldur, siz gedin rahat,
    Sizə uğur olsun, əziz leytenant,
    Mən gedim növbəyə, çatdı daha o.
K a s i o.
    Gecən xeyrə qalsın, namuslu Yaqo.
    Gedir.
Y a q o.
    Kim mənə söyləyər alçaq, bədəməl,
    Verdiyinı məsləhət səmimi, gözəl.
    Yeganə mümkün yol budur, doğrusu,
    Mavrı ələ alar könül yavrusu.
    Asandır söz demək Dezdemonaya,
    Dərdini danışmaq belə sonaya.
    Onun təmiz qəlbi günəş deyilmi?
    Boldur səxavəti təbiət kimi.
    Ərinin könlünü tez alar ələ,
    Asanca həll olar çətin məsələ.
    Mavr onun üçün keçər canından,
    Keçor öz dinindən, öz imanından.
    Məhəbbət könlünü eyləyib əsir,
    Sevgi qollarına vurubdur zəncir.
    Sevda zəiflədib, deyim düzünü,
    Allah əmri sanır yarın sözünü.
    Qəlbimin hakimi nazənin dilbər,
    Könlündən nə keçsə, eyləyə bilər.
    Mən necə olaram alçaq, bədəməl?
    Verdiyim məsləhət gözəldən gözəl.
    Yavərin gözünə saldım işığı...
    Belədir cəhənnəm xeyirxahlığı!
    Çirkin günahını, suçunu iblis
    Göstərir hamıya qəşəng, ləkəsiz.
    Hamı da şirnikib düşür toruna,
    Mənim də kələyim bənzəyir buna.
    İndi bu sadəlövh, sadədil axmaq
    Gedəcək, xanıma qəmiş olacaq.
    Min bir iniltiylə, min ahü-zarla,
    Təngə gətirəcək yalvarışlarla,
    Ağlar taleyini güldürsün yenə.
    Minnət edəcəkdir o da ərinə.
    Bu yandan başlaram işimə mən də.
    Pıçıldaram Mavra fürsət düşəndə.
    Axıb damcı-damcı qulaqlarına,
    Sözlərim zəhərtək yeriyər cana.
    Deyərəm arada bir ünsiyyət var,
    Görünür, gizlicə eşq-məhəbbət var.
    Xanım dönə-dönə xahiş etdikcə
    Mavrın şübhələri artar getdikcə.
    Qısqanclıq oduyla yanar, qovrular,
    Qəmdən için-için göynər, ovular.
    Qızın ləkələrəm saf ismətini, ..
    Onyn tor eylərəm mərhəmətini,
    Onları bu tora salaram hökmən.
     (Rodriqo gəlir).
    Rodriqo, nə xəbər, niyə gəlmisən?
R o d r i q o.
    Köpək sürüsündə elə it də var,
    Ov etməz, sürünü sayca tamamlar,
    Burada o itə bənzəyirəm mən.
    Pullarım bihudə getdi əlimdən,
    Bu gecə döyüldüm əməlli-başlı.
    Əgər belə getsə, mən başı daşlı
    Əzab tapacağam bu yerdə müdam,
    Bolluca təcrübə qazanacağam.
    Evə dönəcəyəm pulsuz-parasız,
    Bir azca artacaq ağılım yalnız.
Y a q o.
    Necə də yazıqmış səbirsiz insan!
    B ir anda sağalmaz yara heç zaman.
    Bilirsən, ağılla iş görürük biz,
    Yoxdur nə cadumuz, nə də sehrimiz.
    Ağıla köməkdir səbr, vaxt, vədə,
    İşlər pis getməyir axı elə də.
    Səni kötəklədi bir azca yavər,
    Onu da mənsəbdən məhrum etdilər.
    Meyvələr bir alır Cünəşdən zinət,
    Vaxtında gül açır, yetişir fəqət.
    Topla hövsələni, səbr elə bir az,
    Əyləncə olanda vaxt hiss olunmaz,
    Vay sənin, necə tez açıldı səhər.
    İndi get, sonradan bilərsən xəbər.
    Evə get deyirəm, vədə azalır.
    Nə durmusan belə?
     (Rodriqo gedir).
    İki iş qalır.
    Gərək təhrik edəm zövcəmi, bir gün
    Gedib minnət edə Kassio üçün.
    Xanım Kassionu qəbul edəndə
    Mavrla kənarda duraram mən də.
    Yavər yaxınlaşıb qəmli, pərişan
    Yalvarıb xanıma dil tökən zaman
    Oraya Mavrı gətirərəm mən,
    Guya ki, gəlmişik gözlənilmədən.
    Hə, gözəl fikirdir, ləngimə, qoçaq,
    Dəmir isti-isti döyülər ancaq.
    Gedir.
ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Kipr. Qalanan önü. Otellonun mənzilinə yaxın bir yer.
    Kassio və bir neçə çalğıçı daxil olurlar.
K a s s i o.
    Qısa, könülaçan bir hava çalın,
    Zəhməti nədirsə, haqqını alın.
    Musiqi. Təlxək gəlir.
T ə 1 x ə k.
    Burnunda oxuyur tütəkləriniz,
    Yəqin, almısınız Neapoldan siz?
B i r i n c i ç a l ğ ı ç ı.
    Necə, ağam, necə?
T ə 1 x ə k.
    Bir xahişim var,
    Nəfəsli alətlər deyil ki, bunlar?
B i r i n c i ç a l ğ ı ç ı.
    Nəfəslidir, ağam.
T ə 1 x ə k.
    Deməli, belə
    Onunçün asılıb quyruğu elə?
B i r i n c i ç a l ğ ı ç ı.
    Siz quyruq deyirsiz, ağam, nədir bu?
T ə 1 x ə k.
    Belə alətlərin olur quyruğu.
    Eh, iş bunda deyil, qulaq asın bir,
    General sizinçün pul göndəribdir.
    Musiqiniz gəlib yaman xoşuna.
    Deyir: çalmasınlar qoy boş-boşuna.
B i r i n c i ç a l ğ ı ç ı.
     Yaxşı, ağam, daha çalmarıq hədər
T ə 1 x ə k.
    Elə musiqiniz vardırsa əgər,
    Sədası, avazı eşidilməsin.
    Çalın, çalın onu, heç kəs bilməsin.
    İndi musiqini dinləyən varmı?
B i r i n c i ç a l ğ ı ç ı.
    Yox, ağam, musiqi səssiz olarmı?
T ə l x ə k.
    Onda tütəkləri salın torbaya,
    Tezcə buxarlanıb qalxın havaya.
    Sizdən görünməsin bir soraq, bir iz.
     (Çalğıçılar gedirlər)
K a s s i o.
    Sadiq dostum, məni eşidirsiniz?
T ə l x ə k.
    Xeyr, sadiq dostun nəyimə gərək;
    Səni eşidirəm, hə, buyur görək.
K a s s i o.
    Qurtarın, bu hiylə, bu kələk nədir?
    Alın bu qızılı, kiçik töhfədir.
    Gedin, ümidimə şəfəq çiləyən,
    Sərdar arvadına xidmət eyləyən
    O xanım yuxudan durubsa əgər,
    Deyin ki, orada bəxtsiz bir nəfər
    Yolunu gözləyir, qəlbi dardadır.
    Bir kəlmə sözü var, intizardadır.
T ə 1 x ə k.
    O xanım oyanıb gəlsə bu yana,
    Cənab, sözlərini deyərəm ona.
K a s s i o.
    Gedin, xeyirxahım, saraldı gözüm.
     (Təlxək gedir. Yaqo gəlir)
    Vaxtında gəlmisən, Yaqo, əzizim.
Y a q o.
    Görünür, sonradan yatmamısınız?
K a s s i o.
    Elədir, doğrudur, səninlə yalnız,
    Axı, biz ayrıldıq dan söküləndə.
    Yaqo, cürətə bax, cürətə məndə,
    Sənin arvadınçün adam göndərdim.
    Ah, Dezdemonanı görməkdir dərdim.
    Qoy gəlib sağaltsın könül yarasın,
    Onunla görüşə yollar arasın.
Y a q o.
    Gedib göndərərəm onu bu saat.
    Bəhanə taparam, olma narahat,
    Mavrı apararam evdən kənara,
    Gələrsiniz evə siz də bu ara.
    İkilikdə söhbət asandır yenə.
K a s s i o.
    Ürəkdən təşəkkür edirəm sənə. (Yaqo gedir).
    Belə mərhətmətli, namuslu insan
    Hələ heç bir yanda görməyib cahan.
    Emiliya daxil olur.
E m i 1 i y a.
    Sabahınız xeyir, əziz leytenant,
    Bu işdən mən oldum yaman narahat.
    Mənə dərd gətirdi sizin dərdiniz,
    İşlər düzələcək, dərd çəkməyin siz.
    Bu haqda danışır xanımla sərdar,
    Hər vaxt xanım durur sizə tərəfdar,
    Sərdarsa etiraz eyləyir müdam.
    Yara vurduğunuz həmin o adam
    Hörmətdə, nüfuzda, adda, xətirdə
    Ən məşhur adamdır indi Kiprdə.
    Qohumu, tanışı çoxdu deyirlər,
    Yəqin, toxunardı sizə bir xətər.
    Hə, qəsdən bu hökmü veribdir sərdar,
    Sizə hörməti var, məhəbbəti var.
    Minnətçi düşməyə yoxdur ehtiyac,
    Bu işə o özü eyləyər əlac.
    Sərdarın əlinə düşəndə fürsət,
    Sizi Yerinizə qaytarar, əlbət.
K a s s i o.
    Xahiş eyləyirəm, mümkünsə əgər,
    Bu haqda sözüm var, deyim müxtəsər.
    Məni görüşdürün o nurlu ayla,
    Danışım təklikdə Dezdemonayla.
E m i 1 i y a.
    Buyurun, gedəyin, hə, burda nə var,
    Elə yer taparam, münasib olar,
    Sərbəst açarsınız qəlbinizi siz.
K a s s i o.
    Məni çox minnətdar eyləyərsiniz.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Qalada bir otaq.
    Otello, Yaqo və Kiprin nümayəndələri daxil olurlar.
O t e l l o.
    Yaqo, bu məktubu ver kapitana,
    Həm də ki adımdan sən çatdır ona,
    Yetirsin senata qoy salamımı,
    Dərin hörmətimi, ehtiramımı.
    Gedirəm baş çəkim istehkamlara,
    Tezliklə qayıdıb gələrsən ora.
Y a q o.
    Hər şeyə hazıram, mehriban ağam.
O t e l l o.
    Cənablar, möhkəmdir bütün istehkam,
    Getməyə, baxmağa varmı meyliniz?
N ü m a y ə n d ə l ə r.
    General, buyurun, amadəyik biz.

ÜÇÜNCÜ SƏHNƏ


    Qalanın qabağında bağça. Dezdemona, Kassio və Emiliya daxil olurlar.
D e z d e m o n a.
    Siz, əziz Kassio, mənə inanın,
    Bir az səbr eləyin, bir az dayanın.
    Əlimdən gələni əsirgəmədən
    Sizin xeyrinizə çalışaram mən.
E m i 1 i y a.
    Çalışın, çalışın, mehriban xanım,
    Bu dərddən yamanca qaralıb qanım.
    Ərimin günləri dönüb ah-vaya,
    Elə bil ki, özü düşüb bəlaya.
D e z d e m o n a.
    Namuslu, qeyrətli dost belə olar.
    Kassio, heç buna bir şübhəmi var?
    Ünsiyyət şamını alışdıraram,
    Mən sizi ərimlə barışdıraram.
K a s s i o.
    Mərhəmətli xanım, necə olsam da,
    -Zindana düşsəm də, azad qalsam da,
    Sadiq qulunuzam ömrüm uzunu.
D e z d e m o n a.
    Təşəkkür edirəm, bilirəm bunu.
    Bilirəm, sevirsiz qəlbən ərimi,
    Çoxdan tanıyırsız siz sərvərimi.
    Mənim sözlərimi həqiqi sayın,
    Dolama arxayın, gəzin arxayın.
    O yenə də sizə yaxın olacaq,
    Siyasət naminə gen gəzir ancaq.
K a s s i o.
    Fəqət bir iş də var, beləsə əgər,
    Siyasət olduqca uzana bilər.
    Bununçün tapılar qeyri səbəb də,
    Tamam əldən çıxar onda mənsəb də.
    Mənim olmamağım dönər adətə,
    Başqası yetişər ada, xidmətə.
    General unudar hər xidmətimi,
    Mənim ona olan məhəbbətimi.
D e z d e m o n a.
    Qorxmayın, heç zaman bu ola bilməz.
    Emiliya şahiddir, demirəm əbəs,
    Burda söz verirəm ürəkdən sizə,
    Yenə qayıdarsız vəzifənizə.
    Elə ki, söz verdim, darıxıram bərk,
    Axıra çatdırım sözümü gərək.
    Otello axşamlar evdə olanda,
    Qoymaram dincəlsin onu bir an da.
    Şahintək təlimə yatmasa əgər,
    Yatmağa qoymaram onu gecələr.
    Yatağı olacaq ibadətgahım,
    Masası müqəddəs qibləm, dərgahım.
    Danışsam nə sayaq, desəm nə sayaq,
    Sözlərim yenə də sizdən olacaq.
    Şadlanın, qurtarın qəmdən, təşvişdən,
    Öldü var, döndü yox! Bilin, bu işdən.
E m i 1 i y a.
    Sərdar bura gəlir!
K a s s i o.
    Onda mən gedim.
D e z d e m o n a.
    Nə üçün, dayanın, mən xahiş edim
    Elə yanınızda danışım indi.
Ka s s i o.
    Yox, xanım, indi yox, bu çox çətindi.
    Əhvalım olduqca çaşqın, pərişan,
    Sarsıntı könlümü eyləyib şan-şan.
    Başqa vaxt danışın.
D e z d e m o n a.
    Özünüz bilin.
    Yaxşı, nə deyirəm, başqa vaxt gəlin.
    Kassio gedir. Otello və Yaqo daxil olurlar.
Y a q o.
    Yoxam belə işə...
O t e 11 o.
    Nə olub, Yaqo?
Y a q o.
    Heç nə, elə-belə.
O t e l l o.
    Kassiomu o -
    İndi arvadımın yanından gedən?
Y a q o.
    Yavər! Ola bilməz, inanmıram mən.
    Sizi görən kimi niyə əkildi,
    Suçlutək xəlvətə qaçdı, çəkildi?
O t e 11 o.
    Deyəsən, o idi.
D e z d e m o n a.
    Mənim sərvərim,
    İşlərin necədir, mehriban ərim?
    İndi danışırdım mən bir nəfərlə
    Yazıq inildəyir qəmlə, kədərlə.
    Sənin qəzəbinə gəldiyi üçün
    İztirab içində saralır hər gün.
O t e 11 o.
    Sən kimi deyirsən?
D e z d e m o n a.
    Sizin yavəri,
    Kassionu, dərdlə keçir günləri.
    Yanında hörmətim vardırsa əgər,
    Tez onu əfv elə, mərhəmət göstər
    Artıq olanları gətirmə yada,
    Ən sadiq dostundur o ki dünyada,
    Yanılıb, bir xəta eyləyib səhvən.
    Namuslu kəsləri tanıyıram mən,
    Bələdəm həyatın bəzi sirrinə,
    Onu, ricam budur, qaytar yerinə.
O t e 11 o.
    İndi burdan gedən o idi məgər?
D e z d e m o n a.
    Bəli, sıxılırdı olduqca yavər.
    Vəziyyəti pisdir, əhvalı yaman,
    Kədəri məni də etdi pərişan.
    Onu geri qaytar, mənim ürəyim.
O t e 11 o.
    İndi yox, ayrı vaxt, gözəl mələyim.
D e z d e m o n a.
    Bəs haçan, bəs haçan?
O t e l l o.
    Lap tezcə, yəqin,
    Sənin xətirinə, qəşəng nazənin.
D e z d e m o n a.
    Bu axşam, şam vaxtı?
O t e 11 o.
    Yox, imkan hanı?
D e z d e m o n a.
    Bildim, onda sabah, nahar zamanı?
O t e l l o.
    Sabah baxmalıyam istehkamlara,
    Dəvət olunmuşam orda nahara.
D e z d e m o n a.
    Onda sabah axşam, biri gün necə?
    Ya səhər, ya gündüz, ya şər düşüncə?
    O biri gün tezdən, vaxtını de, bax,
    Üç gündən o yana keçməsin ancaq.
    Bilirəm, hərb vaxtı dərs olsun deyə,
    Bəzən baxmayırlar burda heç nəyə.
    Elə ki, pozuldu qayda, əndazə,
    Cəsur əsgərə də verirlər cəza.
    O ki günahını alır boynuna,
    Dərindən düşünsək, nə var ki, buna.
    Ona ağır cəza əbəsdir, əbəs,
    Hətta bir şifahi töhmətə dəyməz.
    Yaxşı, haçan gəlsin, Otello, haçan?
    Təəccüb edirəm sənə, doğrudan.
    Ağlıma gəlmir ki, sənin ricana
    Laqeyd yanaşıb, qalam biganə,
    Tərəddüd içində dayanam belə.
    Söhbət kim haqdadır, bir fikir elə.
    Kassio - sirdaşın, vəfalı dostun
    İstəmə kədərlə saralıb solsun.
    O bizə gələrdi səninlə müdam,
    Mən sənin barəndə yaman danışsam,
    Sənin tərəfmi saxlardı o vaxt,
    İstəyirdi görsün dostunu xoşbəxt.
    Söylə, indi necə xahiş etməyim?
    O qədər sözüm var, hansını deyim.
O t e l l o.
    Gülüm, gəl danışma, bəsdir bu haqda,
    O nə vaxt istəyir, gəlsin o vaxt da.
    Sənin xahişini rədd etmək olar?
D e z d e m o n a.
    Yox, yox, bunun mənə nə minnəti var.
    İltimas eyləsəm, gey əlcəyini,
    Soyuqda çiyninə at pencəyini,
    Xörək ye, sözümə baxmazsan necə?
    Sənin xeyrinədir bunlar ki təkcə.
    Sınamaq istəsəm məhəbbətini,
    Sənin mənə olan sədaqətini,
    Onda nə deməkdir belə cüzi iş,
    Çətin, qorxulu şey edərdim xahiş.
O t e l l o.
    Buludlar tutmasın günəş üzünü,
    Mən yerə salmaram sənin sözünü.
    Rica eyləyirəm, incimə ancaq,
    Bir azca məşğulam, məni tək burax.
D e z d e m o n a.
    Varmı etiraza bir ixtiyarım?
    Yox, yox, salamat qal, mənim sərdarım.
O t e l l o.
    Mənim Dezdemonam, hələlik, sağ ol,
    Gəlirəm bu saat, sənə yaxşı yol.
D e z d e m o n a.
    Gedək, Emiliya... yoxdur bir sözüm,
    Könlünün hökmünə baş əy, əzizim.
    Öz borcum, vəzifəm deyir ki mənə,
    İtaət eyləyim hər yerdə sənə.
     (Emiliya ilə gedirlər)
O t e l l o.
    Səadətim mənim! Yansa da ürək,
    Mən səni sevirəm gözümdə nurtək,
    Mən səni sevməsəm, boş qalar sinəm,
    Yenidən zülmətə çevrilər aləm.
Y a q o.
    Mənim nəcib ağam...
O t e 11 o.
    Nə olub, Yaqo?
Y a q o.
    Bu eşqi bilirdi o vaxt Kassio?
O t e l l o.
    Bilirdi əvvəldən axıra qədər,
    Niyə soruşursan, nə olub məgər?
Y a q o.
    Boş şeydir, başıma gəlmiş bir fıkir,
O t e 11 o.
    Söylə, fıkrin nədir?
O t e l l o.
    Heç, elə-belə! O gəlməyir dilə,
    Heç, elə-belə! Yox, burda nəsə var,
    O mənə fıkrini deməyir aşkar.
    Məni təkrar edir əks-səda kimi,
    Fikri dəhşətlidir əjdaha kimi...
    Nəsə gizlədirsən, sirr vardır səndə:
    İndicə Kassio burdan gedəndə
    Dedin sevməyirəm belə işi mən,
    Danış, sevməyirsən, axı, nəyi sən?
    Deyəndə o bizə vasitə olub,
    Niyə heyrətləndin elə tutulub?
    Üzünü turşutdun, qaçdı eynin də,
    Qorxunc bir şey vardı sanki beynində.
    Əgər sevirsənsə ürəkdən məni,
    Söylə, agah eylə bu vahiməni.
Y a q o.
    Bilirsiniz, könlüm bağlıdır sizə,
    Sadiqəm hər zaman pak sevginizə.
O t e l l o.
    İstədim öyrənim...
O t e 11 o.
    Aç, söylə, nədir?
Y a q o.
    Çoxdanmı tanıyır xanımı yavər?
O t e l l o.
    Bəli, kömək edib mənə əvvəllər,
    Vasitəçi olub bizə o zaman.
Y a q o.
    Doğrudan?
O t e l l o.
    Doğrudan! Hə, hə, doğrudan.
    Axı, burda nə var, görünsün ləkə?
    Namuslu deyildir Kassio, bəlkə?
Y a q o.
    Namusludur, ağam!
O t e l l o.
    Büllura bənzər, Namusludur çox, çox.
Y a q o.
    Mən bilən qədər. Y aqo. Heç, elə-belə!
    Elədir, bilirəm məhəbbətini,
    Təmiz namusunu, sədaqətini.
    Bir sözü deməmiş gedərək fıkrə,
    Ölçürsən, biçirsən azı yüz kərə.
    İndisə sözlərin yarımçıq qalır,
    Bu, məni qorxuya, dəhşətə salır.
    Bu, açıq hiylədir mənfur şeytanda,
    Gizli ittihamdır əsl insanda.
    Kədərli bir qəlbin qırıq səsidir.
    Ağır sarsıntının ifadəsidir.
Y a q o.
    And içə bilərəm ona gəlincə.
    Namuslu adamdır Kassio, məncə.
O t e 11 o.
    Mənim də fikrim belədir, gerçək.
Y a q o.
    İnsan olmalıdır göründüyütək.
    Kim ki başqa cürə görünür bizə,
    Demək, pərdə çəkir gözlərimizə.
O t e l l o.
    Elədir, heç buna söz ola bilməz,
    Göründüyü kimi olmalı hər kəs.
Y a q o.
    Odur ki, deyirəm Kassio, şəksiz,
    Namuslu adamdır, nə deyəcəksiz?
O t e l l o.
    Yox, yox, bu olmadı, aydınlıq yoxdur,
    Sənin sözlərinin mənası çoxdur.
    Xahiş eyləyirəm, nə düşünürsən,
    Elə olduğutək mənə söylə sən.
    Danışma eyhamla, baxma kədərlə,
    Aç çirkin fıkrini çirkin sözlərlə.
Y a q o.
    Sərdar, əfv eyləyin, yanılsam qultək.
    Vəzifə borcumdur itaət etmək.
    Ancaq elə işlər var ki həyatda,
    Bu işdə azaddır qullar da hətta,
    Fikrimi danışım? Əgər mümkünsə...
    Birdən o yanlışsa, birdən çirkinsə...
    İnsanın ürəyi saraya bənzər,
    Təmiz fıkirlərlə çirkin fıkirlər
    Yaranıb burada daima əkiz,
    Bir an ötüşməyir mübahisəsiz.
    Hər vaxt höcətləşir, hər vaxt bəhs edir.
    Elə bil, sarayda məhkəmə gedir.
O t e l l o.
    Özün məhv edərsən dostunu, Yaqo,
    Hiss etsən düşübdür fəlakətə o,
    Sən bunu deməsən vaxtında ona.
Y a q o.
    Mən nahaq düşürəm, bəlkə, gümana.
    Etiraf edirəm xasiyyətimi,
    Dəyişə bilmirəm təbiətimi.
    Şübhəylə baxıram hər vaxt hər şeyə,
    Bu dönüb sağalmaz bir xəstəliyə.
    Könlümü dağlayır hey bədgümanlıq,
    Yaxşıda gəzirəm hətta yamanlıq.
    Yalvarıram, buna məhəl qoymayın,
    Mənim fərziyyəmi doğru saymayın.
    Sizi qorxutmasın yanlış güman, zənn,
    Təşvişə düşməyin şübhələrimdən.
    Sizin dincliyiniz, səadətiniz,
    Gözəl, alicənab təbiətiniz,
    Mənim insanlığım, namusum, ağlım
    Məni məcbur edir dili lal qalım.
O t e 11 o.
    Yaxşı, açıq danış, məqsədin nədir?
Y a q o.
    Təmiz ad insana bir xəzinədir.
    Əziz ağam, könlün sərvətidir o,
    Kişinin, qadının zinətidir o.
    Mal-dövlət, pul nədir? Nə faydası var?
    Heç zaman bir kəsdə tutmayır qərar,
    Əldən ələ keçir hey bu əl çirki.
    Onu oğurlayan nə aparır ki?!
    Bizdən təmiz adı oğurlayan kəs
    Heç cürə, heç vədə varlana bilməz.
    Fəqət ləkələyib ismətimizi,
    Yoxsullar yoxsulu eyləyir bizi.
O t e 11 o.
    Allah xatirinə, danış eyhamsız.
Y a q o.
    Köksümdən qəlbimi siz çıxarsanız,
    Tutub saxlasanız öz əlinizdə,
    Bu haqda demərəm hətta bir söz də.
O t e 11 o.
    Aha, qəribədir!
Y a q o.
    Sərdarım, hər an
    Çəkinin, qorunun bu qısqanclıqdan.
    Bu yaşılgözlü div öz qurbanım
    Tapdımı, rişxəndlə alır canını.
    Elə ərlər var ki, dönük çıxır baxt,
    Yenə də dünyada yaşayır xoşbaxt.
    Biləndə qadını edir xəyanət,
    Ona əbədilik yağdırır nifrət.
    Ər də var, duymayır iyrənc ömrünü,
    Əzablar içində keçir hər günü.
    Şübhədən gözünə gəlmir yuxusu,
    Sevir dəli kimi...
O t e 11 o.
    Ah, dəhşətdir bu!
Y a q o.
    Taledən yarıyan kasıb olsa da,
    0, varlı adamdır yenə dünyada.
    Kim ki itib-batır sərvət içində,
    Yoxsuldur, əlləşir möhnət içində,
    Daim səksəkəylə keçir rüzgarı
    Qorxur əldən çıxa dövləti, varı.
    Ya rəbbi, rəhm elə, yazıqdır insan,
    Hifz elə sən onu bu qısqanclıqdan.
O t e l l o.
    Nə üçün, nə üçün belə deyirsən?
    Elə düşünürsən — izləyirəm mən
    Gecələr gözəli-nur çeşməsini
    -Ayın göydə hər an dəyişməsini.
    Yeni bir şübhəylə ötər saatım,
    Keçər qısqanclıqla bütün həyatım?
    Yox, yox, şübhə varsa, deməli, gərək
    İndi yubanmadan bir tədbir görək.
    Yaman şişirdirsən sözləri, məncə.
    Könlümə od vurub, versəm işgəncə,
    Baxsam boş, əsassız şübhələrinə,
    Özümü qoyaram keçi yerinə.
    Deyirlər, arvadım qəşəngdir mənim,
    Belədir, gözəldir mənim süsənim.
    Əylənir dostlarla, qonanpərvərdir,
    Oxuyur, oynayır, nazlı dilbərdir.
    Gözəl rəqsi ona gözəl yaraşır.
    Könlü nə istəyir deyir, danışır.
    Qadında ləyaqət vardırsa əgər,
    Bunlar onu daha kamil göstərər.
    Boş yerə qısqanım onu mən niyə?
    Bunlar ki layiqdir ülvi sevgiyə.
    Deyirlər, çirkinəm, buyam, doğrusu,
    Bununçün könlümün yoxdur qorxusu,
    Yoxdur xəyanətdən bir şübhə izi.
    Gözü var, ağlı var, bəyənib özü.
    Yox, Yaqo, əvvəlcə mən görüm gərək.
    Əgər şübhələnsə bir azca ürək,
    Hər şeyi yoxlayıb öyrənim bir-bir.
    Əgər sübut olsa, dayanmaq nədir?
    O saat biryolluq silib könlümdən
    Ataram eşqi mən, qısqanclığı mən.
Y a q o.
    una sevinirəm, mən bu səbəbdən
    ndi bildirərəm səmimi qəlbdən
    Sizə bəslədiyim məhəbbətimi,
    Bitib tükənməyən sədaqətimi.
    Borcumdur baş əyim hər əmrinizə,
    Odur ki, fıkrimi deyirəm sizə:
    Hələlik bir sübut görmürəm, fəqət
    Siz öz zövcənizə yetirin diqqət. Baxın,
    Kassioyla görüşən zaman,
    Onu gözünüzdən qoymayın bir an
    Qısqanclıq odundan dayanın uzaq,
    Hər vaxt ayıq olun, səbr edin ancaq.
    İstəmirəm sizin məhəbbətiniz,
    Bu böyük, bu nəcib təbiətiniz,
    Birdən alçaldılıb təhqir olunsun,
    Rəhimli könlünüz təhqir olunsun.
    Yaxşı tanıyıram mən qadınları,
    Yoxdur heç birinin düz etibarı.
    İşləri biclikdir, tutduqları şər,
    Onların sirrinə şahiddir göylər.
    Hamısı doğulub mahir kələkbaz,
    Ərini aldadar, şübhə oyatmaz.
    Kor olur, lal olur qadın vicdanı,
    Görmür xəyanəti, açmır yalanı. o.
O t e l l o
    Sən bilən beləmi?
Y a q o
    Belədir, sərdar,
    O sizə gəlməklə oldu riyakar.
    Görün nə törətdi, nələr yaratdı,
    Qoca atasını aldadıb atdı.
    Əvvəl üzünüzdən düşüb qorxuya.
    Dəhşətdən titrəyib əsirdi, guya.
    Sonra heyran oldu görkəminizə,
    Sevgiylə odlanıb, vuruldu sizə.
O t e 11 o.
    Hə, hə, belə oldu.
Y a q o.
    Düşünün onda,
    Nə oyundan çıxdı o, qızlığında?!
    Açdı atasının başına kələk,
    Onun gözlərini bağladı bərk-bərk.
    Sehr-cadu sandı bunları qoca,
    Görün, nələr etməz bu qız qaldıqca.
    Fəqət yanınızda oldum günahkar,
    Məzəmmət etsəniz məni, yeri var.
    Sizi sevdiyimçün həddindən artıq,
    Məni bağışlayın, danışdım açıq.
O t e l l o.
    Yox, yox, danışırsan doğrudan bunu,
    Sənə minnətdaram ömrüm uzunu.
Y a q o.
    Görürəm, bu sizi təşvişə saldı,
    Deyəsən, qanınız bir az qaraldı.
O t e 11 o.
    Yox, əsla, yox, əsla.
Y a q o.
    Nə dedim sizə Qorxuram salarsız ürəyinizə.
    İnanın, susmağa yoxdu halətim,
    Məni məcbur etdi saf məhəbbətim.
    Bu nədir? Halınız pozuldu birdən,
    Sərdar, uzaq olun dərddən, fıkirdən.
    Mənim sözlərimi doğru sanmayın,
    Gümana, şübhəyə siz inanmayın.
O t e 11 o.
    Heç cür inanmıram.
Y a q o.
    Doğrudur, sərdar,
    Ayrı cür düşünmək yalnız səhv olar.
    Fikrimdə yamanlıq, pislik yox ikən
    Sözlərim bəd çıxdı gözlənilmədən.
    Kassio dostumdur sevimli, əziz...
    General, görürəm, yoxdur kefıniz.
O t e l l o.
    Deyəsən, bir azca, tez keçib gedər,
    Düşünə bilmirəm heç başqa təhər.
    Bütün varlığımla inanıram mən:
    Dezdemona pakdır, pakdır əzəldən.
Y a q o.
    Uzun ömür versin yaradan sizə,
    Hər vaxt sadiq olun bir-birinizə.
    Qalsın xanımınız namuslu, təmiz,
    İnanın, inanın bu cür ona siz.
O t e 11 o.
    Ancaq ki dəyişir daim təbiət.
Y a q o.
    Bəli, tək bundadır əsl mahiyyət.
    Cəsarət edirəm bir sirdaş kimi
    Danışım sizinlə açıq, səmimi.
    Xanım da dəyişdi öz diyarmı,
    Rədd etdi elinin cavanlarını.
    Onlar gözəl idi, ləyaqətliydi,
    Əsilli-nəsilli, nəcabətliydi.
    Unutdu hər şeyi, görün, o necə,
    Bunlar təbiimi, bir deyin sizcə?
    Görən söyləməzmi ağıl, huş çaşıb,
    Hisslər pozğunlaşıb, eşq azğınlaşıb?!
    Məni bağışlayın, belə sözlərin
    Yoxdur, dəxli yoxdur xanıma, yəqin.
    Fəqət qorxuram ki, belə qalmaya,
    Ağıl hissə hər an əsir olmaya,
    Ayıla o bir gün, sizi kədərlə
    Müqayisə edə yerli gənclərlə.
    Birdən həqiqəti duya, anlaya,
    Sizdən üz döndərə, peşmanlaya.
O t e l l o.
    Hələlik, daha get, ayıq dur yenə,
    Nə öyrənə bilsən, gəl, danış mənə.
    Qoy arvadın olsun ona göz-qulaq,
    İndisə, əzizim, məni tək burax.
Y a q o.
    Yaxşı, mən gedirəm, mənim sərdarım (Gedir).
O t e l l o.
    Ah, niyə evləndim? Döndü rüzgarım...
    Şübhəsiz, bu sadiq, namuslu insan
    Çox görüb, çox bilir danışdığından
Y a q o (Qayıdaraq).
    Sizə yalvarıram, əziz general,
    Unudun bu işi, nədir dər-məlal?!
    Bu haqda düşünmək nəyə gərəkdir?
    Hər şeyi vaxt özü göstərəcəkdir.
    Kassio layiqdir, sözsüz, yerinə,
    Bələddir işinin hər bir sirrinə.
    Mahir, bacarıqlı zabitdir, şəksiz,
    Hələ ki, yerinə qaytarmayın siz.
    Hələ buraxmayın onu yaxma,
    Kənardan yaxşıca göz qoyun ona.
    Bir görün nə təhər iş tutacaqdır,
    Hansı vasitəyə əl atacaqdır,
    Zövcəniz könlünü sıxmayacaq ki?
    Dəridən, qabıqdan çıxmayacaq ki?
    Tələb edəcəkmi dəlicəsinə
    Onu qaytarmaqçün vəzifəsinə.
    Gəlin, tələsməyin, səbr edin hələ,
    Onda bilinəcək bir çox məsələ.
    Onu da deyim ki, yeri gəlmişkən,
    Yamanca qorxağam təbiətcə mən,
    Könlüm nə sakitlik, nə dinclik bilər.
    Rica eyləyirəm, zati-alilər,
    Atın bir tərəfə şəkki, gümanı,
    Günahkar saymayın Dezdemonanı.
O t e 11 o.
    Qorxma heç, nə olub iradəmizə?
Y a q o.
    Bir də xudahafız, nə deyim sizə (Gedir).
O t e l l o.
    Nə qədər təmizdir bunun vicdanı,
    Belə namuslu kəs dünyada hanı?!
    Hər şeyi bilir o incədən incə,
    Yaxşını, yamanı seçir gör necə!
    Əgər sübut olsa şəkkim, gümanım,
    Demək, vəhşiləşib mənim tərlanım.
    Könlümün ən gözəl, saf tellərindən
    Hörülmuş olsa da, çidarını mən
    Açıb, buraxaram səmaya onu,
    Qoy harda istəyir gəzsin ovunu.
    Bəlkə, qaralığım olub bəhanə?
    Bəlkə, kobudluğum səddir yeganə?
    Danışa bilmirəm kübarlar kimi,
    Zəriflik bəzəmir mənim nitqimi.
    Yaşımın ötməsi bais olmazmı?
    Kim bilir, kim bilir, səbəblər azmı?
    Ah, o yoxdur artıq, necə yanıldım,
    Mən təhqir olundum, mən aldanıldım.
    Dünyada təsəllim bir budur fəqət,
    Nifrət etməliyəm mən ona, nifrət!
    Of, lənətə gəlmiş evlənmək buymuş,
    Nə dəhşətli imiş, nə qorxuluymuş!
    Ah, incə məxluqlar, zərif qadınlar!
    Necə söyləyək ki, bizimdir onlar?!
    Onlar ürəyini versə də bizə,
    Baxmır ehtirası iradəmizə.
    Kaş qurbağa olum belə bir gündə
    Dərin mağarada, yerin təkində?
    Zülmətin qoynunda mən qalım dustaq,
    Təkcə mənim olsun sevdiyim ancaq.
    Ruhu yüksək olan ali insanlar
    Düşür müsibətə, çəkir amanlar.
    Ruhu alçaqlartək gülmür üzləri,
    Bəlanı əvvəldən görmür gözləri.
    Bu amansız tale labüddür, demək,
    Kəsir üstümüzü, kəsir ölümtək.
    Gəldiyimiz gündən bu kainata
    Bizim alnımıza yazılır hətta.
    Gəlir Dezdemona, o riyakarsa,
    Demək, bu aləmdə parlaq nə varsa,
    Göylərin özü də yalandır, yalan.
    Yox, yox, inanmaram buna heç zaman.
    Dezdemona ilə Emiliya qayıdıb gəlirlər.
D e z d e m o n a.
    Otellom, nə olub? Hazırdır nahar,
    Bayaqdan gözləyir səni qonaqlar.
O t e 11 o.
    Məni bağışlayın.
D e z d e m o n a.
    Nədir, naxoşsan?
    Səsin zəif çıxır belə nə yaman?
O t e 11 o.
    Hə, başım ağrıyır.
D e z d e m o n a.
    Bu, ola bilər,
    Yuxusuz qalırsan çünki gecələr.
    Qoy çəkim alnını yaylıqla bərk-bərk,
    Ağrılar bu saat keçib gedəcək.
O t e 11 o.
    Yaylığın olduqca kiçikdir, axı...
    Götür bir tərəfə sən bu yaylığı.
    Otello yaylığı kənar edir, yaylıq
    Dezdemonanın əlindən düşür.
    Yaxşı, di gəl gedək.
D e z d e m o n a.
    Əzizim, əfsus,
    Xəstələndin, etdin məni çox məyus.
     (Otello ilə Dezdemona gedirlər).
E m i 1 i y a.
    Xanımın yaylığı! Düşüb nə əcəb?
    Yadigar veribdir toy günü ərəb,
    Ona tapşırıb ki, özündə saxla.
    Yaylıqda nə sirr var? Gəlməyir ağla.
    Of, inadkar ərim, dil töküb elə,
    Deyirdi yaylığı bir keçir ələ.
    Amma nə edəydim, yox idi fursət,
    Xanım salıb ona mehr-məhəbbət.
    Əlindən bir an da yerə qoymayır,
    Onunla danışır, öpür, doymayır.
    Necə sevinirəm, tapdım nə yaxşı!
    Tezcə bu yaylıqdan gülü, naxışı
    Bir başqa yaylığa köçürərəm mən,
    Verərəm Yaqoya, könlü olar şən.
    Görəsən, bu yaylıq nəyə gərəkdir?
    Bir Allah bilir, o nə edəcəkdir.
    Mənim belə işdən yoxdur xəbərirm,
    Məndən razı qalsın, kaş ki, tərs ərim.
    Yaqo geri qayıdır.
Y a q o.
    Bu nədir? Burda tək nə eyləyirsən ?
E m i 1 i y a.
    Üzümü danlaraa nahaq yerə sən,
    Məndə bir şey vardır, çatacaq sənsə.
Y a q o.
    Mənim üçün bir şey?! Biz ortağıq, hə.
E m i 1 i y a.
    Ay tapdın ha?!
Y a q o.
    Tapdım, axmaq bir arvad.
E m i 1 i y a.
    Elə hamısı bu? Bəxşiş, mükafat,
    Axı, vəd etmişdin əvvəllər özün.
    Versəm o dəsmalı, nə olar sözün?
Y a q o.
    Nə dəsmal.
E m i 1 i y a.
    Nə dəsmal? Bilmirsən, guya,
    Mavr bəxşiş verib Dezdemonaya.
    Sən ki yalvarırdın çəkib boynunu,
    Deyirdin xanımdan oğurla onu.
Y a q o.
    Necə, çırpışdırdın?
E m i 1 i y a.
    Əsla, qətiyyən.
    Xanım hiss etməyib, salıb əlindən.
    İndi xoşbətlikdən burda taparaq,
    Mən yerdən götürdüm onu, budur, bax.
Y a q o.
    Afərin! Əzizim, onu ver mənə.
E m i 1 i y a.
    Bir söylə, gərəkdir, axı, nəyinə?
    Onu gizli ələ keçirmək üçün
    Nədən dil tökürdün sən mənə hər gün?
Y a q o.
    Sənə nə dəxli var?
     (Dəsmalı çəkib alır).
E m i 1 i y a.
    Yoxsa xeyir iş,
    Onu geri qaytar, itməsin bəxşiş.
    Yazıq xanım onsuz necə qalacaq?
    Biləndə ki, itib, dəli olacaq.
Y a q o.
    Danışma, bilməsin nə ağız, nə dil,
    Bu mənə lazımdır, di burdan əkil.
     (Emiliya gedir).
    Dəsmalı ataram Kassiogilə.
    Hə, elə bundadır əsas məsələ:
    Qısqanc hər boş şeyə baxar sübuttək:
    Mavr dəsmalmı orda görəcək,
    Küləkdən od kimi alovlanacaq,
    Yalanı müqəddəs ayə sanacaq.
    Bu onun belini qıracaq, dayan,
    Zəhərim dəyişir Mavrı anbaan.
    Dəhşətli şübhə də zəhərdir, zəhər,
    Əvvəl yavaş-yavaş işini görər
    Sonra alov saçar qanda bu ağı,
    Torpağın altında kükürd sayağı.
    Əzəldən bilirdim bunu mən, düzü,
    Belə olacaqdır, bax, gəldi özü.
     (Otello qayıdıb gəlir).
    Nə xaş-xaş, nə də ki mandraqora'
    Sizin dərdinizə eyləməz çara.
    Toplansa dünyanın bütün dərmanı,
    Onlarda bir əlac, bir imdad hanı?
    Heç nə, heç nə daha köməyə gəlməz,
    Dünənki yuxunu qaytara bilməz.
O t e 11 o.
    Necə? Necə? Mənə xəyanət etmək?
Y a q o.
    Nə olub, general, dayanın ərtək?!
    Unudun biryolluq siz bu şübhəni.
O t e l l o.
    Rədd ol, get! Gözlərim görməsin səni.
    Sənsən bu bəlanı mənə andıran,
    Sənsən cəhənnəmdə məni yandıran.
    Təhqir olunaydım kaş daha çox mən,
    Lakin bilməyəydim bunu zərrəcən.
    Bu bitkinin kökü narkotik vasitə kimi istifadə edilib
Y a q o.
    Siz nə deyirsiniz, mənim sərdarım?
O t e l l o.
    Mən ki hiss etmirdim, saxtadır yarım,
    Görmürdüm, bilmirdim xəyanətini,
    Çəkmirdim cəhənnəm məşəqqətini.
    Yatırdım gecələr şirin yuxular,
    Ruhumu oxşardı gözəl duyğular.
    İştahım yaxşıydı, könlüm şən, rahat,
    Dolanırdım azad, gəzirdim azad.
    Onun gül dodağı təmizdi, təmiz.
    Yoxdu Kassionun öpüşündən iz.
    Varı talan olub gedən kimsənə
    Heç nə bilməyirsə, itirmir heç nə.
Y a q o.
    Neco də ağırdı bunu eşitmək,
    Sinəmdə kədərdən odlanır ürək.
O t e l l o.
    Bütün bir ordunun döyüşçüləri
    Ələ keçirsəydi o şux dilbəri,
    Toxunsaydı onun gül bədəninə,
    Xəbər tutmasaydım, xoşbəxtim yenə.
    Əlvida, əlvida saf hiss, saf duyğu,
    Könül rahatlığı, könül xoşluğu.
    Əlvida, döyüşlər-ləyaqət, hünər,
    Papağı lələkli mərd süvarilər.
    Əlvida, susmayan sinc-təbi; səsi.
    Şeypur gurultusu, at kişnərtisi,
    Qanlı cəbhələrin ağır sınağı,
    Qələbə şənliyi, zəfər bayragı.
    O şərəf, o şöhrət, ah, getdi bada,
    Od-alov püskürən hərblər, əlvida,
    Əlvida, məhv olan əzəmət, vüqar,
    İldırımtək çaxıb gurlayan toplar.
    Hər şey sona çatdı, haşa, min haşa,
    Otello, dövranın yetişdi başı.
Y a q o.
    General, belə şey mümkünmц məgər?
O t e l l o.
    Ah, alçaq, of, rəzil, bir dəlil göstər,
    Sübut etsən onun xəyanətini,
    Necə, necə atdı ləyaqətini?
     (Boğazından yapışır).
    Yoxsa, yadda saxla, əmin ol buna,
    And olsun bəşərin ölməz ruhuna,
    Könlümdə tükənməz qəzəbim vardı.
    Bir it doğulsaydın, yaxşı olardı.
    Tapmazsan bir ümid yeri həyatda,
    Düşüb gəbərərsən ayağım altda.
    Heç nə, heç nə səni qurtara bilməz!

 

<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (24.12.2013) | Müəllif: R.C E W
Baxış: 663 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more