Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Maqbet-4
<< 1 / 2 / 3 / 4 >>

M a k d u f.
    Həddən artıq şəhvət təbiətincə
    Dünyada dözülməz bir istibdaddır.
    Şəhvət də boş qoyub çox sarayları,
    Neçə kralları salıb taxtından.
    Ancaq qorxmayınız bundan qətiyyən,
    Ala bilərsiniz öz haqqınızı.
    Qəlbinizi yaxıb-yandıran odu
    Xəlvətcə, gizlicə söndürərsiniz.
    Sizin arzunuzla gül aça bilən
    Nə çoxdur nazənin gözəllərimiz.
    Şəhvət tərlanınız bu kəkliklərin
    Heç də hamısının ovlaya bilməz.
M al k o 1 m.
    Bundan başqa, mənim həris qəlbimdə
    Heç zaman doymayan tamah da vardır.
    Əgər kral olsam, öldürərdim mən
    Bütün kübarları, zadəganlar.
    Alardım birinin torpaqlarını,
    Birinin evini, daş-qaşlarını.
    Nə qədər çox yığsam varı-dövləti,
    O qədər artardı hərisliyim də.
    Səmimi, xeyirxah, düz adamlar
    Yalnız sərvət üçün, qənimət üçün
    Min cür bəhanəylə məhv eyləyərdim.
    Nə qanun, nə insaf, nə də ədalət
    - Heç nə saxlamazdı yolumdan məni.
M a k d u f.
    Təhlükəli olur tamah şəhvətdən,
    İnsanın qəlbində bu müdhiş bəla
    Çox yaman, çox dərin rişələr atır.
    Bizim krallar qana bələyən,
    Köksünə sancılan qılıncdır tamah.
    Lakin qorxmayınız zərrəcən ondan.
    Çünki Şotlandiya öz sərvətiylə
    Bu yanar odu da söndürə bilər.
    Başqa ləyaqətlər əhatəsində
    Belə qüsurlara dözmək mümkündür.
M a l k o l m.
    Fəqət yoxdur mənim bir ləyaqətim.
    Kral olmaq üçün insana mütləq
    Ədalət, həqiqət, səbir, iradə,
    Mərdlik, xeyirxahlıq, təvazökarlıq,
    Məhəbbət, mərhəmət, dözüm gərəkdir.
    Bunların heç biri tapılmaz məndə.
    Bunlara əks olan, təzad yaranan
    Hər cür cinayətlər girdabıyam mən.
    Əlimdə ixtiyar olsaydı əgər,
    Birliyi, dostluğu, səmimiyyəti
    Atardım cəhənnəm alovlarına.
    Sülhü, rahatlığı alt-üst eyləyib,
    Bütün yer üzünə nifaq salardım.
M a k d u f.
    Ah, yazıq vətənim! Ah, Şotlandiya!
M a 1 k o 1 m.
    Bəli, mən beləyəm. Belə bir adam,
    Deyin, layiqdirmi kral olmağa?
M a k d u f.
    Kral olmağamı? Belə bir adam
    Hətta layiq deyil yaşamağa da.
    Mənim bədbəxt xalqım, zavallı xalqım!
    Qanlı müstəbidin zülmü altında
    Sən nə vaxta kimi inləyəcəksən?
    Haçan qayıdacaq xoşbəxt günlərin?
    Taxtının-tacının əsl varisi
    Etiraf eyləyib qüsurlarını,
    Tamam ləkələdi kral nəslini.
    Vəliəhd, bilin ki, sizin atanız
    Ən ali, müqəddəs bir kral idi.
    Ananız - o mömin, o məsum qadın
    Ömrü başa vurdu ibadət ilə.
    Sizinsə dəhşətdir günahlarınız.
    Onları birbəbir danışmaqla siz
    Əziz vətənimdən - Şotlandiyadan
    Məni əbədilik sürgün etdiniz.
    Of, artıq əlvida! Of, qəlbim, qəlbim!
    Bütün ümidlərim puç oldu mənim.
M a l k o 1 m.
    Makduf, qəlbinizin təmizliyindən
    Yaranmış bu coşqun, bu haqlı qəzəb
    Çirkin şübhələri sildi könlümdən.
    Siz doğru, namuslu, vicdanlısınız.
    Məni dəfələrlə hiyləgər Maqbet
    İstəyib kələklə toruna salsın.
    Hər dəfə iblisin tələsindən mən
    Ağılla-kamalla xilas olmuşam.
    Odur ki, heç kəsə yoxdu inamım.
    Fəqət inanıram sizə bu gündən,
    Allah aramızda qoy şahid olsun.
    Mən sizə verirəm ixtiyarımı.
    Geri götürürəm özüm barədə
    Dediyim eybəcər iftiraları.
    Özümə yaxdığım qara ləkələr
    Yaddır namusuma, təbiətimə.
    Mən üzü pərdəli bakir oğlanam,
    Hələ bir qadına dəyməyib olun.
    Yalandan heç zaman and içməmişəm.
    Dünyada heç nədə olmayıb gözüm.
    Mənə aid olan indi nə varsa,
    Heç vaxt heç birinə can atmamışam.
    İlqarım saf olub, dostluğum möhkəm,
    Şeytanı şeytana satmamışam heç.
    Sevmişəm düzlüyü həyatım qədər.
    Bu gün öz haqqımda həm də ilk dəfə
    Mən yalan söylədim, yalan danışdım.
    Əsl-həqiqətdə olduğu kimi
    Bütün bu varlığım sənindir, sənin.
    Bu gündən özümü, öz həyatımı
    Bədbəxt vətənimə həsr eləyirəm.
    Son bura gəlməmiş, doğrudan da, biz
    Qərara almışıq qoca Sivardla
    On minlik orduyla hücum eyləyək.
    İndi bir gedərik düşmən üstünə.
    Haqq bizə yar olsun! Niyə susursan?
M a k d u f.
    Səadət görüşdü fəlakət ilə,
    Bu yaman çaşdırdı, sarsıtdı məni.
    Hokim daxil olur.
M al k o l m.
    Yaxşı, danışarıq sonra bu haqda.
    Bu gün əlahəzrət gəlirmi, həkim?
H ə k i m.
    Bəli, indi gəlir. Bir dəstə bədbəxt
    Şəfa tapmaq üçün gözləyir onu.
    Onların dərdindən baş açmır loğman,
    Elm qüvvəsizdir, təbabət aciz.
    Fəqət o yüngülcə toxunan kimi,
    Sağalır o saat ağır xəstələr.
    Ona qüdrət verib böyük yaradan,
    Özü sehirləyib onun əlini.
M a 1 k o 1 m.
    Təşəkkür edirəm, mehriban həkim.
    Həkim gedir.
M a k d u f.
    Həkimin dediyi nə xəstəlikdir?
M a l k o l m.
    Xənazir adlanır eldə-obada.
    Mərhəmətli kral bu xəstəliklə
    Möcüzə yaradır nadir, misilsiz.
    Mən gələndən bəri İngiltərəyə
    Tez-tez öz gözümlə görmüşəm bunu.
    Tanrıdan o necə alır bu sehri,
    Bunu yalnız onun bir özü bilir.
    Naməlum dərdlərə düçar olanlar,
    Yaralı-xoralı, şişkin vücudlu,
    Ümidsiz xəstələr, miskin adamlar
    Pənah gətirirlər tək ona ancaq.
    Onların boynundan qızıl pul asıb,
    Müqəddəs dualar-oxuyur kral,
    Onları bəladan xilas eyləyir.
    Belə deyirlər ki, bu xoşbəxtliyi
    O öz varisinə bağışlayacaq.
    Bu ülvi, ilahi haqq vergisiylə
    O şöhrət qazanıb peyğəmbər kimi,
    Taxtını bəzəyir möcüzələrlə.
    Ross daxil olur.
M a k d u f.
    Bir baxın, kim gəlir!
M a l k o l m.
    Pal-paltarından
    Belə görünür ki, həmyerlimizdir.
    Fəqət mən bilmirəm kim olduğunu.
M a k d u f.
    Mehriban qardaşım, sən xoş gəlmisən.
M a l k o1 m.
    Hə, indi tanıdım. O da bizim tək
    Öz doğma yurdundan didərgin düşüb.
    Xudaya, sən bizi bir-birimizə
    Yad edən səbəbi aradan götür!
R o s s.
    Amin!
M a k d u f.
    Şotlandiya öz yerindəmi?
Ross.
    Əfsuslar olsun ki!.. Ah, yazıq vətən!
    Bir anlıq özünü görə bilsəydi,
    Tir-tir titrəyərdi dəhşət içində.
    O bizə ana yox, məzardır indi.
    Hər şey başqalaşıb, tanınmaz olub,
    Üzlərdən təbəssüm çəkilib göyə.
    Şivənlər, nalələr, ahlar, amanlar
    Havanın bağrını kəsir, doğrayır.
    Nə bir eşidən var, nə bir baxan var,
    Hamı adət edib bu fəryadlara,
    Ən ağır müsibət ən adi qəmdir.
    Bir gün ara vermir matəm zəngləri,
    Heç kəs maraqlanmır kimdir bu ölən.
    Səfalət içində sağlam adamlar
    Dərilmiş çiçəkdən daha tez solur,
    Məhv olub gedirlər xəstələnmədən.
M a k d u f.
    Ah, bu qorxunc nağıl, dərdli hekayət
    Necə də dəqiqdir, necə də düzgün!
M a 1 k o 1 m.
    Siz bizə danışın son fəlakətdən.
R o s s.
    Bir saat əvvəlki bir hadisəni
    Son fəlakət deyə nəql eyləyən kəs
    Gülünc hala düşər istər-istəməz.
    O möhnət yurdunda, o qəm mülkündə
    Yeni bir fəlakət törəyir hər an.
M a k d u f.
    Arvadım necədir?
R o s s.
    Hə, o yaxşıdır.
M a k d u f.
    De, bəs uşaqlarım?
R o s s.
    Uşaqların da.
M a k d u f.
    Müstəbid narahat etmir onları?
R o s s.
    Xeyr, mən görəndə rahat idilər.
M a k d u f.
    Maqqaşla çıxarma sözü ağzından,
    Burax xəsisliyi, təzə nə olub?
Ro s s.
    Bu ağır, kədərli xəbərlərlə mən
    Sizin yanınıza gəldiyim zaman
    Belə söz gəzirdi el arasında:
    Üsyana qalxıbdır igid oğullar.
    Tezliklə gördüm ki, doğrudur bunlar.
    Çünki müstəbidin mənfur ordusu
    Qanlı qırğınlara hazırlaşırdı.
    İndi kömək vaxtı, hünər dəmidir.
    Təcili qayıdın vətənimizə.
    Sizin yalnız bircə baxışınızla
    Hamı bir əsgər tək ayağa qalxar.
    Müdhiş fəlakətdən qurtarmaq üçün
    Silaha sarılar qızlarımız da.
M a 1 k o 1 m.
    Biz yola hazırıq elə bu saat.
    İngilis kralı on min qoşunla
    Sərkərdə Sivardı veribdir bizə.
    Xristian dünyası hələ onun tək
    Bir comərd, bir cəsur igid görməyib.
R o s s.
    Ah, kaş nə olaydı, bu xoş xəbərə
    Man də xoş xəbərlə cavab verəydim.
    Mənim deyəcəyim qorxunc sözləri
    Səhrada tufan tək ulamaq olar.
    İnsanlar bu dərdə davam gətirməz.
M a k d u f.
    Bu ağır müsibət kimə aiddir?
    Ümumən hamıya, ya bir nəfərə?
R o s s.
    Köksünün altında qəlbi olan kəs
    Bu dərddən alışıb yanmaya bilməz.
    Onun çox hissəsi sənə aiddir.
M a k d u f.
    Əgər belədirsə, onda tez söylə.
R o s s.
    Lənətlər yağdırma dilimə mənim,
    Sənin qulaqların kar olacaqdır,
    Ömründə belə qəm eşitməmisən.
M a k d u f.
    Hm! Mən yavaş-yavaş hiss eləyirəm.
Ro s s.
    Canilər saraya basqın etdilər.
    -Zövcən, uşaqların öz evindəcə
    Qınldı maral tək vəhşicəsinə.
    Bu qorxunc səhnəni, qanlı qırğını
    Sənə nəql eyləsəm olduğu kimi,
    Səni də burada mən öldürərəm.
M a l k o 1 m.
    Ey rəhmli Allah! - Nə oldu, kişi!
    Papağı gözünün üstünə basma.
    Bu kədor dil açıb danışsm gərək,
    Yoxsa ağır dərddən partlayar ürək.
M a k d u f.
    Deyirson, məhv oldu uşaqlarım da?
R o s s.
    Zövcən, uşaqların, nökərlərin də.
    Kim ələ keçdisə, qılıncladılar.
M a k d u f.
    Mən isə burdayam! Arvadımı da?
R o s s.
    Sənə dedim, axı.
M a l k o l m.
    Sakit ol, dostum!
    Bu dərin, ölümcül yaram ancaq
    Amansız intiqam sağalda bilər.
M a k d u f.
    Yırtıcı Maqbetin uşağı yoxdur!
    - Məhv etdi o mənim uşaqlarımı?
    Dedin hamısını? Hamısını, hə?
    Cəhənnəm quzğunu, of, vəhşi, alçaq!
    Necə, bir uçuşda, bircə həmlədə
    İstəkli göyərçin balalarını
    Anasıyla birgə parçalayıbdır?
M a 1 k o 1 m.
    Bu dərdə sinə gər bir kişi kimi.
M a k d u f.
    Sinə gərəcəyəm. Lakin bu dərdi
    Bir kişi kimi də hiss edim gərək.
    Mən öz həyatımdan qiymətli olan
    Evi, ailəni unudum necə?!
    Allah yuxarıdan baxmırdı məgər,
    Onlar nə üçün xilas etmədi?
    Ah, günahkar Makduf! Tək sənə görə
    O məsum insanlar qurban getdilər.
    Onların bir suçu, günahı yoxdu,
    Onların qətlinə bais sənsən, sən!
    Oh, indi mən kiməm? - Yalnız bir heçlik!
    Allah rəhmət etsin o yazıqlara.
M a 1 k o l m.
    Qoy bu dərd çevrilsin sonsuz qəzəbə,
    Olsun sənin üçün bir bülövdaşı,
    Onunla itilə öz qılıncını.
    İntiqam atəşin bir an sönməsin.
M a k d u f.
    Oh, mən qadın kimi göz yaşı töküb,
    Özümü bir xeyli öyə bilərdim.
    Fəqət vaxt itirmək nəyə gərəkdir.
    İlahi, rəhm elə, möhləti qısalt,
    Tez ol, Şotlandiya iblisi ilə
    Məni mərd-meydanda üz-üzə gətir.
    Bizim aramızda bu qılıncımın
    Uzunluğu qədər məsafə saxla.
    Salamat qurtarsa əlimdən əgər,
    Onda o rəzili sən də bağışla!
M a 1 k o l m.
    Kişi sözləridir sənin sözlərin.
    Kralın yanına gedəyin indi.
    Əsgərlər hazırdır, əlahəzrətlə
    Gərək vidalaşıb tez düşək yola.
    Maqbet məhv olmaq üçün yetib kamala.
    Cəza qılıncını ulu göylər də
    Endirib qatilin başının üstə.
    Nə qədər fürsətdir, qan iç, ey qəddar,
    Hər uzun gecənin bir gündüzü var.
    Gedirlər.
BEŞİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Dunsinan. Qəsrdə bir otaq.
    Həkim və Xidmətçi kübar qadın daxil olurlar.
    Həkim. İki gecədir ki, mən sizinlə bərabər keşikdəyəm, ancaq sizin dediklərinizin doğru olduğunu sübut edəcək heç nə görmürəm. 0, axırıncı dəfə yuxulu-yuxulu nə vaxt gəzib?
    Qadın. Əlahəzrət müharibəyə gedəndən bəri bu hadisənin tez-tez şahidi olmuşam. Xanım yatağından qalxır, gecə xalatını çiyninə atır, öz kitab şkafına yaxınlaşır, bir bükülü kağız götürüb açır, nəsə yazır, oxuyur, sonra möhürləyir, yenə qayıdıb yatağına girirdi. O bütün bu işləri görərkən yuxulu idi.
H ə k i m.
    Gecənin eyni bir vaxtında həm yuxudan faydalanmaq, həm də gündüzün işləri ilə məşğul olaraq müşkül məsələdir. Belə qəribəliklər insan orqanizminin son dərəcə sarsılmasından əmələ gəlir. Mənə deyin görüm, həyəcanlı yuxular içində bu gəzintilərdən və başqa hərəkətlərdən savayı, onun haçansa bir söz dediyini eşitmisinizmi?
Q a d ı n.
    Eşitmişəm, cənab.
    Ancaq mən bu sözləri heç kimə deməyəcəyəm.
H ə k i m.
    Mənə deyə bilərsiniz.
    Siz bunu mənə mütləq deməlisiniz.
Q a d ı n.
    Nə sizə, nə də başqasına deyə bilmərəm, çünki sözlərimi təsdiq edəcək bir şahidim yoxdur
     (L e d i M a q b e t əlində şam daxil olur).
    Baxın, bura gəlir.
    Onun adəti belədir.
    Allaha and olsun, ayaq üstdə möhkəmcə yatır.
    Yaxınlaşın, diqqətlə baxın.
H o k i m.
    Şamı haradan alıb?
Q a d ı n.
    Yatağının yanında həmişə şam olur.
    Otağında daima işıq yanır. Əmri belədir.
H ə k i m.
    Görürsünüz, gözləri açıqdır!
Q a d ı n.
    Fəqət görmür.
H ə k i m.
    O indi nə eləyir? Baxın əllərini necə ovuşdurur!
Q a d ı n.
    Bu onun adətidir. Ona elə gəlir ki, əllərini yuyur. Bəzən bu hərəkətini on beş dəqiqə davam etdirir.
L e d i M a q b e t.
    Hələ də ləkəsi var.
H ə k i m.
    Sss! O danışır. Sözlərini unutmamaq üçün yazacağam.
L e d i M a q b e t.
    Rədd ol, mənfur ləkə, rədd ol deyirəm sənə!
    Bir, iki... Nooldu, vaxtdır, işə başla.
    - Cəhənnəm kimi qaranlıqdır.
    -Ayıbdır, əzizim, ayıbdır!
    Kişi də qorxarmı?
    Axı, nədən qorxmalıyıq?
    Biləcəklər, qoy bilsinlər.
    Kimin cürəti çatar ki, bizdən haqq-hesab tələb eləsin?
    Bu qocanın vücudunda bu qədər qan olduğu kimin ağlına gələrdi?
H o k i m.
    Eşidirsinizmi?
L e d i M a q b e t.
     Fayf tanının bir zövcəsi vardı.
    İndi o haradadır?
    - Necə, bu əllər heç vaxt təmiz olmayacaq?
    - Bəsdir, əzizim, bəsdir!
    Bu qorxaqlıqla sən bütün işləri korlayacaqsan.
H o k i m.
    Davam et, davam et.
    Siz biləcəyiniz lazım gəlməyən şeyləri bildiniz.
Q a d ı n.
     O deyilməsi lazım gəlməyən sözləri dedi.
    Onun nələr bildiyini yalnız bir Allah bilir.
L e d i M a q b e t.
    Əlimdən hələ də qan qoxusu gəlir.
    Ərəbistanda olan ətirlərin hamısmı bir yerə yığsan da, bu balaca əli yuyub pak edə bilməz.
    Oh, oh, oh!
H ə k i m.
    Nə yaman ah çəkdi! Ürəyində ağır dərdi var.
Q a d ı n.
    Onun bütün var-dövləti mənə verilsəydi, belə bir ürəyi köksümdə gəzdirməzdim.
Hə k i m.
    Əlbəttə, əlbəttə, əlbəttə!
Q a d ı n.
    Allah, sən ona kömək ol!
H ə k i m.
    Bu xəstəlik mənim ixtisasıma aid deyil.
    Ancaq mən bilirəm ki, gecələr yuxulu-yuxulu gəzən adamlar olub.
    Onlar axırda öz yataqlarında rahatca ölüblər.
L e d i M a q b e t.
    Əllərini yu, gecə paltarını geyin.
    Rəngin nə yaman qaçıb!
    Yenə də deyirəm,
    Bankonu basırdılar, o heç vaxt qəbirdən çıxa bilməz.
H ə k i m.
    Yox a!
L e d i M a q b e t.
    Yatağa, yatağa. Eşitmirsən?
    Darvazanı döyürlər.
    Gedək, gedək, gedək, gedək.
    Əlini mənə ver.
    Olan oldu, onu daha qaytarmaq olmaz.
    Yatağa, yatağa, yatağa (Gedir).
H ə k i m.
    İndi yatacaqmı?
Q a d ı n.
    Dərhal.
H ə k i m.
    Çirkin şayiələr dolanır eldə,
    Bu cahan mülkündə dəhşətli işlər
    Dəhşətli bəlalar törədir hər vaxt.
    Naxoş-xəstə ruhlar öz yatağında
    Açar öz sirrini kar balınclara.
    Ona təbibdən çox, keşiş gərəkdir.
    Allah, Allah, özün bağışla bizi!
    Çalışın, siz ondan muğayat olun,
    Bir an gözünüzdən qoymayın onu.
    Ucu, ağzı iti evdə nə varsa,
    Daldada, xəlvətdə gizli saxlayın.
    Özünə bir xətər yetirə bilər.
    Hələlik, gecəniz xeyrə qalsın.
    Varlığım sarsılıb gördüklərimdən.
    Qorxunc fikirlərdən artıb dəhşətəm,
    Fəqət danışmağa çatmır cürətim.
Q a d ı n.
    Sağ olun, sağ olun, mehriban həkim.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Dunsinan yaxınlığında bir yer.
    Mcntes, Kotnis, Anqus, Lenoks və əsgərlər baraban səsləri altında daxil olurlar.
    Onların əlində bayraq vardır.
M e n t e s.
    İngilis ordusu yaxınlıqdadır.
    Orduya başçıdır Malkolm,
    Makduf, Bir də Malkolmın əmisi
S I v a r d.
    İntiqam oduyla yanır hər üçü.
    Onların müqəddəs, sonsuz kədəri
    Qorxunc cəbhələrdə qanlar tökməyə
    Məzardan çıxardar ölüləri də.
A n q u s.
    Birnam meşəsinə gedən yol üstdə
    Mütləq biz onlarla görüşəcəyik.
    Onlar həmin yolla gəlir döyüşə.
K ə t n i s.
    Görən, Donalbayn qardaşı ilə
    Bərabər gəlirmi?
L e n o k s.
    Şübhəsiz ki, yox!
    Döyüşə gedəcək zadəganların
    Dəqiq siyahısı məndədir, cənab.
    Sivardın oğlunun, bir çox gənclərin
    Adları yazılıb o siyahıya.
    Onlar bu döyüşdə birinci dəfə
    Təsdiq edəcəklər kişiliyini.
M e n t e s.
    Nə işlə məşğuldur indi müstəbid?
Kə t n i s.
    Bərkidir Dunsinan istehkammı.
    Bəzisi deyir ki, o dəli olub.
    Bəzisi də deyir: onda bu tutma
    Comərdlik, igidlik əlamətidir.
    Bir şey aydındır ki, o sərsəmləyib.
    Harınlıqdan şişmiş yoğun qarnına
    Şahlıq kəmərini bağlaya bilmir.
A n q u s.
    Gizli törətdiyi cinayətlərin
    Ağır məngənəsi sarsıdır onu.
    Ölkəni bürüyən coşqun üsyanlar
    Çırpır sifətinə xəyanətini.
    Onun əsgərləri könüllü deyil,
    Əmrlə, hökmlə gedirlər hərbə.
    Pəzəvəng bir divin dəmir geyimi
    Cırtdan bir oğrunun çiyinlərindən
    Necə sallanırsa, kral rütbəsi
    Eləcə sallanır onun üstündən.
    Artıq hiss eləyib bu həqiqəti.
M e n t e s.
    Onun vicdanına düşən ləkələr
    Onun vicdanına dağ basır indi.
    Görünür, bunun üçün şaşınıb ağlı,
    Lənətlər yağdırır özü-özünə.
K ə t n i s.
    Gəlin, yola düşək, mehriban dostlar.
    Xəstə ölkəmizin təbibi olan
    Həqiqi kralı qarşılayaq biz.
    Doğma yurdumuzun şəfası üçün
    Tökək qanımızı onunla birgə.
L e n o k s.
    Sulayaq vətəni öz qanımızla:
    Hökmdarlıq gülü qoy açsın çiçək,
    Tikanlar qərq olub çürüsün tək-tək.
    Birnam meşəsinə doğru, irəli!
    Əsgəri nizamla gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Dunsinan. Qosrdə bir otaq.
    Maqbet, həkim və məiyyət daxil olurlar.
M a q b e t.
    Daha gətirməyin mənə bir xəbər.
    Dağılsın hamısı, qaçsın hamısı,
    Birləşsin düşmənlə qoy əsgərlərim.
    Dunsinan dağına Birnam meşəsi
    Neçə ki qalxmayıb yoxdur bir qorxum.
    Bu uşaq - Malkolm axı nədir, nə?!
    Məgər o, qadından doğulmayıbdır?
    İnsan taleyinin biliciləri -
    Ruhlar belə deyib bir zaman mənə:
    "Qorxma, Maqbet, qorxma, qadından olan
    Heç kəs sənə heç vaxt xətər yetirməz".
    Qaçın, saxtakarlar, çıxın aradan,
    Birləşin ingilis naz-nazlarıyla.
    İradəm möhkəmdir mənim həmişə,
    Ruhum qorxu bilməz, könlüm əndişə.
     (X i d m ə t ç i gəlir).
    Südüzlü yaramaz, kaş mənfur iblis
    Qapqara qaraltsın səni kömür tək.
    Niyə qaz rənginə dönübdür rəngin?
X i d m ə t ç i.
    Orda on min...
M a q b e t.
    Qaz var?
X i d m ə t ç i.
    Yox, kral, əsgər.
M a q b e t.
    Get, bir az ənlik tap, tez çək üzünə,
    Al boyaq altında qorxunu gizlət.
    Ey, ağciyər oğlan, o nə əsgərdir?
    Səni gəbər görüm. Bu kətan üzün
    Hamının qəlbini dəhşətə salır.
    Ey, ödü dağılmış, o nə əsgərdir?
X i d m ə t ç i.
    İngilis ordusu, böyük hökmdar.
M a q b e t.
    İtil gözlərimdən! (X i d m ə t ç i gedir).
    Seyton! Nə oldu?
    Yamanca darıxır ürəyim mənim.
    Belə görünür ki, - Seyton deyirəm!
    - Bu döyüş hər şeyi həll edəcəkdir:
    Mən ya ucalacam, ya məhv olacam.
    Yaşadım dünyada kifayət qədər,
    Çatdım həyatımın payızına mən.
    Ömür ağacının budaqlarından
    Saralmış yarpaqlar tökülür bir-bir.
    Qocalığın yaxın yoldaşı olan
    Ehtiram, məhəbbət, mehriban dostlar
    Mənim taleyimə yazılmayıbdır.
    Mənim haqqım yoxdur görüm onları.
    Bunun əvəzində qismətdi mənə:
    Ürəklərdə coşan sonsuz lənətlər,
    Dodaqlarda gəzən acı yalanlar.
    Cürətim çatmaz ki, inkar eyləyim,
    Dözməyə məcburdur yazıq ürəyim.
    Ey Seyton!
    Seyton daxil olur.
S e y t o n.
    Hökmdar, əmriniz nədir?
M a q b e t.
    Təzə nə xəbər var?
S e y t o n.
    O xidmətçinin
    Bütün dedikləri təsdiq olundu.
M a q b e t.
    Ətim sümüyümdən ayrılanadək
    İnamla, inadla vuruşum gərək.
    Gətir silahımı!
S e y t o n.
    Hələ səbir edin.
M a q b e t.
    Gərək silahlarım. Atlı çox göndər,
    Hər yerə, hər yana göz gəzdirsinlər.
    Xalqı vahiməyə salanları sən
    Yerindəcə asdır. Ver silahımı!
     (Həkimə)
    Xəstənin əhvalı necədir, həkim?
H ə k i m.
    Elə xəstə deyil, böyük hökmdar.
    Ancaq müdhiş, qorxunc qarabasmalar
    Onun dincliyini əlindən alır.
M aq b e t.
    Onu xilas eylə bu işgəncədən.
    Yoxmu bir əlacın xəstə ruhlara?
    Yaddaşda kök atmış ağır dərdləri,
    Beyinə həkk olmuş fəlakətləri
    Qoparıb çıxartmaq gəlmir əlindən?
    Ürəyə daima əziyyət verən
    Sinəyə tıxanmış məşum ağrını
    Huşalan, ruhacan məlhəmlərinlə
    Yuyub təmizləyə bilmirsən məgər?
H ə k i m.
    Belə xəstəliyə mübtəla olan
    Çarə qılmalıdır özü-özünə.
M a q b e t.
    Onda həblərini köpəklərə at,
    Mənə lazım deyil həblərin sənin.
     (Seytona)
    Gətir sipərimi, ver qılıncımı.
    Seyton, atlıları yola saldınmı?
     (Həkimə)
    Qaçır, bir-bir qaçır məndən.
     (Seytona)
    Tez ol, cənab, tez ol (Həkimə).
    Əgər ölkənin
    Dərdini öyrənib sağalda bilsən,
    Əvvəlki halına qaytarsan onu,
    İnan, səni elə təriflərəm ki,
    Göylərdən od saçar, ildırım çaxar,
    Göylər də əks edər təriflərimi.
     (Seytona)
    Çıxar sipərimi, deyirəm sənə.
     (Həkimd)
    De, hansı ot kökü, bitki yarpağı,
    De, hansı məlhəm-həb ingilisləri
    Silib təmizləyər vətənimizdən?
    Onların haqqında eşidibsənmi?
Hə k i m.
    Bəli, eşitmişəm, böyük hökmdar.
    Sizin belə ciddi hazırlığınız
    Bizə məlum edir ingilislərin
    Yenə yurdumuza soxulmasını.
M a q b e t (Seytona).
    Gətir sipərimi arxamca mənim.
    Dunsinan dağına Birnam meşəsi
    Neçə ki qalxmayıb, sarsılmaz ruhum,
    Qılıncdan, zəhərdən yoxdur bir qorxum.
    Gedir.
H ə k i m (kənara).
    Burdan sağ qurtarsam, heç vaxt ölmərəm,
    Dünyanı versələr, bura gəlmərəm.
    Gedirlər.

DÖRDÜNCÜ SƏHNƏ


    Dunsinan yaxınlığında bir yer.
    Qarşı tərəfdə mcşo görünür.
    Malkolm, qoca Sivard, onun oğlu gənc Sivard, Makduf, Mentes, Kotnis, Anqus, Lenoks vo Ross daxil olurlar.
     Onların arxasınca əsgərlər əldə bayraqlar baraban səsləri altında hərbi yerişlə gəlirlər.
M a l k o l r n.
    Dostlar, ümidvaram, bu günlərdə biz
    Rahat qalacağıq evlərimizdə.
M e n t e s.
    Buna qəlbimizdə bir şübhə yoxdur.
Q o c a S i v a r d.
    Bu hansı meşədir?
M e n t e s.
    Birnam meşəsi.
M a 1 k o 1 m.
    Hər əsgər özünə bir budaq kəssin,
    Önündə irəli aparsın onu.
    Yaşıl budaqların çətri altında
    Gizlədib saymı qoşunumuzun,
    Aldada bilərik düşmənimizi.
Ə s g ə r.
    Əmriniz yerinə yetəcək dərhal.
Q o c a S i v a r d.
    Belə deyirlər ki, qanlı müstəbid
    Hələ də inanır öz qüvvəsinə.
    Çəkilib Dunsinan qalasına o,
    Sakit bir ürəklə güman edir ki,
    Davam gətirəcək mühasirəyə.
M a 1 k o 1 m.
    Bu qala sonuncu ümidgahıdır.
    Bir fürsət düşdümü, imkan oldumu
    Böyük də, kiçik də qaçır qaladan.
    Məcburən qalada qalanların da
    Ürəyi uzaqdır o müstəbiddən.
M a k d u f.
    Gərək fikrimizin doğruluğunu
    Hadisələr özü təsdiq eyləsin.
    Gəlin, biz cəbhədə məharət ilə
    Göstərək öz hərbi sənətimizi.
Q o c a S i v a r d.
    Artıq vədə yetir, vaxt yaxınlaşır,
    Gərək aydın görək: həyat çaxnaşır.
    Bilək: hansı yolla biz getməliyik,
    Deyək: nəyimiz var, nə etməliyik.
    Sözlər boş ümidlər vəd edir bizə,
    Bir inam gətirmir ürəyimizə.
    Qılınc zərbəsinin hökmü gerçəkdir,
    Bu döyüş hər şeyi həll edəcəkdir.
    Hərbi yerişlə gedirlər.

BEŞİNCİ SƏHNƏ


    Dunsinan. Qosrdo əvvəlki otaq. Maqbct, Scyton və əllərində bayraq olan əsgərlər baraban səsləri altında gəlirlər. Maqbe t.
    Qala bürclərindən bayraqlar asın.
    "Gəlirlər, gəlirlər!" bağırtıları
    Yenə eşidilir hər bir tərəfdən.
    Möhkəm qəsrimizin müdafiəsi
    Zəif hücumlara rişxənd edəcək.
    Qala divarları önündə onlar
    Aclıqdan, taundan məhv olacaqlar.
    Dönük tanlarımız - qaçqınlarımız
    Onlara köməklik göstərməsəydi,
    Onları mən özüm qarşılayardım,
    Evlərinə qədər yola salardım.
     (Səhnə arxasından qadın çığırtıları gəlir).
    Bu nə hay-haraydır?
S e y t o n.
    Böyük hökmdar,
    Qadınlar ağlayıb fəryad edirlər.
    Gedir.
M a q b e t.
    Artıq unutmuşam qorxu hissini.
    Bir zaman vardı ki, zülmət gecədə
    Adicə bir səsdən donurdu qanım.
    Müdhiş, vahiməli əfsanələrdən
    Başımda tüklərim dururdu biz-biz.
    Doymuşam, bıqmışam qorxudan daha.
    Ən məşum, ən mənfur dəhşətlər indi
    Doğmadır qansaçan fikirlərimə.
    Heç nə, heç nə məni qorxuda bilməz.
     (Seyton qayıdır).
    Nəydi o qışqırıq?
S e y t o n.
    Öldü kraliça.
M a q b e t.
    O bir az sonra da ölə bilərdi,
    Bu ağır xəbəri dinləmək üçün
    Onda vaxt olardı, imkan olardı.
    Sabah, sabah, sabah... ah, bu sabahlar
    Kiçik addımlarla hey gündən-günə
    Sürünür, can atır bəxt kitabının
    Sonuncu, kədərli səhifəsinə.
    Bizim keçmişimiz - dünənlərimiz,
    Deməli, daima biz axmaqların
    Məzar yollarını işıqlandırıb.
    Yan qurtar, ey ömrüm - ey şam qalığı!
    Həyat nədir axı? Gəzəri kölgə,
    Səhnədə sürəkli hay-küy qoparan,
    Tez də unudulan, can evi viran,
    əfəng söz yığını, boş bir nağıldır.
     (Qasid daxil olur).
    Gəlmisən dilini işə salmağa,
    Tez ol, başla görək!
Q a s i d.
    Ulu hökmdar,
    İstəyirəm deyim gördüklərimi,
    Ancaq bilmirəm ki, necə deyim mən.
M a q b e t.
    Yaxşı, tez ol, danış!
Q a s i d.
    Dağın başında
    Keşikdə durmuşdum mən ayıq-sayıq.
    Birnam meşəsinə tərəf baxırdım.
    Mənə elə gəldi, meşə qəflətən
    Tərpəndi yerindən.
M a q b e t.
    Rəzil yalançı!
Q a s i d.
    Əgər yalan desəm bircə kəlməni,
    Qəzəbiniz mənə qoy qənim olsun.
    Üç mil məsafədən siz özünüz də
    Görə bilərsiniz. Gedəyin, baxın.
    Mən gördüm, yeridi
    Birnam meşəsi.
M a q b e t.
    Əgər yalan desən, bil, diri-diri
    Aclıqdan quruyub qaxac olunca
    Səni ilk ağacdan asdıracağam.
    Əgər doğru desən, yoxdur bir sözüm,
    Onda ilk ağacdan sən asdır məni.
    Polad qətiyyətim qırılır artıq.
    iblisin eyhamlı, ikimənalı,
    Həqiqətə bənzər yalan sözləri
    Şübhələr oyadır qəlbimdə indi.
    "Dunsinan dağına Birnam meşəsi
    Necə ki gəlməyib, qorxma heç nədən".
    Dunsinan dağına gəlir o meşə.
    Tez silah başına, çıxaq qaladan!
    Qasidin sözləri doğrusa hərgah,
    Yollar bağlanıbdır, yoxdur bir pənah.
    Yorulub bezmişəm ömürdən, düzü.
    Nə həyat olaydı, nə də yer üzü!
    Həyəcan zəngini çalın! Of, dəhşət!
    Başla, ey qasırğa! Gəl, ey fəlakət!
    Ölümlə üz-üzə gələcəyəm mən,
    Əlimdə silahım öləcəyəm mən.
    Gedirlər.

ALTINCI SƏHNƏ


    Dunsinan. Qəsrin önündə bir düzənlik.
    Malkolm, qoca Sivard, Makduf və başqaları əllərində bayraq baraban səsləri altında daxil olurlar. Onların arxasınca qoşun gəlir.
    Əsgərlərin elində ağac budaqları vardır.
M a l k o l m.
    Çatmışıq qalanın yaxınlığına.
    Atın bir tərəfə budaqları siz,
    Düşmənin gözünə açıq görünün. (Qoca Sivardd).
    Siz, mənim hörmətli, istəkli əmim,
    Nəcib, alicənab, mərd oğlunuzla
    Birinci alaya başçılıq edin.
    Qəhrəman Makdubla birlikdə mən də,
    qərara aldığımız tək,
    Qalan əsgərlərə rəhbərlik edək.
Q o c a S i v a r d.
    Sizə uğur olsun, sizə yaxşı yol.
    Bu axşam cəlladla dursaq üz-üzə,
    Ya ləkə güləcək, ya şərəf bizə.
M a k d u f.
    Çalın şeypurları, qoy dilə gəlsin,
    Ölüm carçısının səsi yüksəlsin.
    Gedirlər. Döyüş sodaları davam edir.

YEDDİNCİ SƏHNƏ


    Dənliyin o biri tərəfi. Maqbet daxil olur.
M a q b e t.
    Onlar hər tərəfdən kəsiblər yolu,
    Qaçmaq mümkün deyil indi heç yana.
    Köpəklər içinə düşmüş ayı tək
    Məcburam onlarla vuruşmağa mən.
    Kimdir o - qadından doğulmayan kəs?
    Bir onun zəhmindən ürəyim gülməz!
    Gənc Sivard gəlir.
G ə n c S i v a r d.
    Sənin adın nədir?
M a q b e t.
    Adımı bilsən,
    Qorxudan dizlərin titrəyər sənin.
G ə n c S i v a r d.
    Yox, yox, cəhənnəmdə olan adlardan
    Dəhşətli olsa da, müdhiş olsa da,
    Yenə rəngim qaçmaz.
M a q b e t.
    Adım Maqbetdir.
G ə n c S i v a r d.
    Mənim bundan artıq nifrət etdiyim
    Bir adı şeytan da deyə bilməzdi.
M a q b e t.
    Həm nifrət etdiyin, həm də qorxduğun.
G ə n c S i v a r d.
    Son yalan deyirsən, mənfur müstəbid.
    Yalan dediyini elə bu saat
    Sübut edəcəyəm öz qılıncımla.
    Vuruşurlar. Gənc Sivard yaralanıb ölür.
M a q b e t.
    Səni qadın doğub, südəmər uşaq.
    Qadından doğulan igidsə hərçənd,
    Qılıncı gülüncdür, qalxanı rişxənd.
    Gedir. Vuruşma sodaları. Makduf daxil olur.
M a k d u f .
    Döyüş gurultusu gəlir bu yandan.
    Ey cəllad, bəri çıx, göstər özünü.
    Səni başqa adam öldürsə hərgah,
    O vaxt arvadımın, uşaqlarımın
    Ruhu mənə dinclik verməyəcəkdir.
    Bir qarın çörəkçin öz əllərini
    Satan əsgərlərin - o bədbəxtlərin
    Üstünə mən qılınc çəkə bilmərəm.
    Maqbet, ya bu iti almaz qılıncı
    Sənin ürəyinə saplayacağam,
    Ya da ağzıkəsməz, küt bıçaq kimi,
    Qaytarıb qınına qoyacam onu.
    Yəqin, sən ordasan, mütləq ordasan.
    Bu böyük gurultu təsdiq edir ki,
    Döyüşən on böyük bir sərkərdədir.
    Tale, səndən yalnız budur istəyim:
    Son məni onunla üz-üzə gətir.
    Vuruijivıa sədaları altında gedir.
    Malkolm və qoca Sivard daxil olurlar.
Q o c a S i v a r d.
    Bu tərəfdən gəlin, mehriban prins.
    Saray təslim oldu müharibəsiz.
    Düşmənlər vuruşur ikitərəfli:
    Həm bizimlə birgə, həm bizə qarşı.
    Mərdliklə döyüşür qeyrətli tanlar.
    Bir azdan çarpışma sona yetəcək.
    Bu hərbdə qələbə sizindir artıq.
M a 1 k o l m.
    Zəif düşmənlərlə qarşılaşmışıq,
    Onların zərbəsi təhlükəsizdir.
    Qoca Sivard. Buyurun, saraya giriniz, prins.
    Döyüş sodaları altında gedirlər.

SƏKKİZİNCİ SƏHNƏ

    Düzənliyin başqa bir tərəfi. Maqbet daxil olur.
M a q b e t.
    Hələ qarşımdadır canlı adamlar.
    Onları öldürmək əvəzinə mən,
    Nə üçün ağılsız romalı kimi,
    Sancım öz köksümə öz qılıncımı?
    Makduf gəlir.
M a k d u f.
    Cəhənnəm köpəyi, qayıt geriyə!
M a q b e t.
    Səndən çəkinirdim mən hamıdan çox,
    Fəqət indi çəkil, geriyə çəkil!
    Çünki ruhum sənin əzizlərinin
    Qanına batıbdır kifayət qədər.
M a k d u f.
    Sözüm qılıncımdır, başqa sözüm yox.
    Sənin qana batmış alçaqlığını
    Dil danışa bilməz, dil deyə bilməz.
    Vuruşurlar.
M aqb e t.
    Boş yerə əlləşib, özünü yorma.
    İti qılıncını endirib yalnız
    Havanın köksünü yara bilərsən.
    Adi sipərlərə vur qılıncını,
    Mənim sipərimi deşə bilməzsən.
    Varlığım, həyatım tilsimlənibdir.
    Qadından doğulan bir insan oğlu
    Mənə heç bir vədə xətər yetirməz.
M a k d u f .
    Sən gəl bu tilsimdən ümidini kəs.
    Bütün ömrün boyu nökər olduğun
    Öz ağan iblisdən soruş, xəbər al,
    O sənə danışsın bu həqiqəti:
    Makduf anasından doğulmayıbdır.
    Onun anasının qarnını yarıb,
    Onu çıxarıblar vaxtından qabaq.
M aq b e t.
    Bu sözləri deyən dilin qurusun!
    Sarsıtdı sarsılmaz mətanətimi.
    Daha inanmaram şeytanlara mən.
    Riyalar, hiyləgər, müəmmalarla
    Bizi aldadırlar onlar hər zaman.
    Əvvəl şirin-şirin vəd edib bizə,
    Sonra da qırırlar ümidimizi.
    Səninlə döyüşə girmərəm heç vaxt.
M a k d u f .
    İndi ki belədir, təslim ol, qorxaq!
    Yeganə, müstəsna bir yırtıcı tək
    Səni biz salarıq dəmir qəfəsə.
    Boynundan bir yekə lövhə asarıq,
    Lövhənin üstünə belə yazarıq:
    "Dünyanın ən zalım, qanlı hakimi".
    Ellər sənə baxar tamaşa kimi.
M aq b e t.
    Necə, təslim olum, mən təslim olum?!
    Düşüm Malkolmun ayaqlarına,
    Onun qarşısında torpağı öpüm?!
    Qara camaatın istehzasına
    Bütün ömrüm boyu hədəf olum, hə?
    Yox, əsla, yox, əsla! Bu mümkün deyil.
    Bu bir həqiqətdir: Birnam meşəsi
    Dunsinan dağına yaxınlaşıbdır.
    Doğrudur, qadından doğulmayan sən
    Qarşımda durursan mərdi-mərdana.
    Buna baxmayaraq, sonuncu dəfə
    Bəxtimi sınamaq istəyirəm mən.
    Çəkirəm köksümə öz qılıncımı.
    Vur, Makduf, qılıncdan alov yüksəlsin,
    İlk dəfə "dur" deyən lənətə gəlsin!
    Vuruşa-vuruşa gedirlər.
    Döyüş sodaları davam edir.
     Vuruşa-vuruşa qayıdırlar. Maqbet yaralanıb ölür.
 
DOQQUZUNCU SƏHNƏ


    Qəsrdə bir yer.
    Malkolm, qoca Sivard, Ross, tanlar və əsgərlər əldə bayraqlar baraban sədaları altında daxil olurlar.
M a 1 k o 1 m.
    Bütün dostlarımız, əzizlərimiz,
    Kaş ki, sağ-salamat qayıdaydılar!
Q o c a S i v a r d.
    Döyüşdə bəzisi qurban gedəcək.
    Buna baxmayaraq, mən görürəm ki,
    Ucuz başa gəldi bu böyük zəfər.
M a 1 k o 1 m.
    Həm Makduf, həm də ki oğlunuz yoxdur.
R o s s.
    Oğlunuz ödədi əsgər borcunu:
    Yetkinlik yaşına qədəm qoyanda
    O təsdiq eylədi igidliyini.
    Amansız vuruşda hərb meydanında
    Öldü kişi kimi.
Q o c a S i v a r d.
    Necə, o ölüb?
R o s s.
    Bəli, apardılar onu meydandan.
    Hərgah oğlunuzun ləyaqətinə
    Layiq ola bilən yas saxlasanız,
    Onda dərdinizin axırı olmaz.
Q o c a S i v a r d.
    O öz köksündənmi yaralanmışdı?
R o s s.
    Bəli, düz köksündən.
Q o c a S i v a r d.
    Bir şəhid kimi,
    Allah hifz, eləsin cənnətdə onu.
    Yüz oğlum olsaydı, onlara heç vaxt
    Bundan gözəl ölüm arzulamazdım.
    Deməli, çaldılar ölüm zəngini.
M a l k o 1 m.
    Ağırdır daha çux itkisi onun,
    Bu sonsuz kədərlə mən yanım gərək.
Q o c a S i v a r d.
    Yetər, kifayətdir. Deyirlər belə:
    Həyatdan ayrılıb ləyaqət ilə.
    Şərəflə ödəyib o öz borcunu.
    Allah rəhmət etsin!.. Bir ora baxın!
    Yeni bir xoş xəbər, fərəhli xəbər!..
    Makduf daxil olur. (libasının ucuna Maqbctin başını keçirir.
M a k d u f.
    Yaşayın, hökmdar, əziz Malkolm!
    Bir baxın, hanı görün, qanlı cəlladın
    Mənfur, iyrənc harada dayanıb?
    Vətən xilas oldu, xalq azad oldu.
    Onların qəlbinın darinliyində
    Dil açan arzunu mən öz arzumda
    Birlikdə deyirəm sızə ucadan.
    Yaşasın Sotlandıva hğkmdarı!
H a m ı.
    Yaşasın Şotlandiya hökmdarı!
    Baraban səsləri.
M a l k o l m.
    Çox vaxt itirmərik təşəkkür üçün.
    Sevgisinə görə, işinə görə
    Hamı tezcə alar öz qiymətini.
    Heç kimin önündə borclu qalmarıq.
    Mənim qohumlarım, mənim tanlarım,
    Qraflıq verirəm sizə bu gündən.
    Bu şərəfli adı Şotlandiyada
    Birinci olaraq siz alırsınız.
    Təcili, tələsik görəcəyimiz
    Bir çox məsələlər durur qarşıda.
    Qanlı müstəbidin qansız torundan
    Canını qurtarıb xaricə qaçan
    Dostları vətənə çağırmalıyıq.
    - Bu ölmüş qəssabın, onun arvadı
    O qatil, deyirlər, intihar edib
    — İfritə sifətli kraliçanın
    Amansız, vicdansız nökərlərini
    Arayıb, axtarıb tapmaq gərəkdir.
    Kərəm sahibinin himayəsində
    Hər çətin, hər müşkül işlərimizi
    Vaxtında, yerində görəcəyik biz.
    Hələlik bununla qurtarır sözüm.
    Sizə həm birlikdə, həm təklikdə mən
    Təşəkkür edirəm səmimi qəlbdən.
    Buyurun, gedəyin birlikdə yenə
    Skona, tacqoyma mərasiminə.
    Musiqi çalınır. Gedirlər.


<< 1 / 2 / 3 / 4 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (12.12.2013) | Müəllif: R.C E W
Baxış: 684 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more