Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Kral Lir-5

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


O s v a 1 d.
    Necə? mən, xanım?
R e q a n a.
    Əsassız bir söz də çıxmaz dilimdən.
    Aradüzəldənsən, bilirəm bunu.
    Diqqətlə qulaq as məsləhətimə.
    Yadında saxla ki, ərim ölmüşdür.
    Edmundla əhd edib, peyman kəsmişik.
    O sənin ledinə ər ola bilməz.
    O indi daha çox mənə layiqdir.
    Bu haqda əməlli - başlı fikirləş.
    Xahiş eyləyirəm, tapsan Edmundu,
    Mənim bu töhfəmi ona bağışla.
    Ledin xəbər tutsa bu işdən əgər,
    Ona tövsiyə et, ona yol göstər,
    Düşünsün, ağlını başına yığsın.
    Sözümü unutma. İndi xoş getdin.
    Hərgah o kor xain çıxsa qarşına,
    Heç vədə fürsəti vermə əlindən.
    Kim onu öldürsə, ənam alacaq.
O s v a l d.
    Xanım, kaş ki, onu görə biləydim.
    Kimin tərəfində olduğumu mən
    Sübut eyləyərdim.
R e q a n a.
    Sənə yaxşı yol!
    Gedirlər.

ALTINCI SƏHNƏ


    Duvr yaxınlığında düzəngah. Qloster ve kendli paltan geyinmiş Edqar gəlirlər.
Q 1 o s t e r.
    Qayanın başına haçan çatarıq?
E d q a r.
    Qayanın üstünə çıxırıq indi.
    Nə çətin qalxırıq, hiss edirsiniz?
Q1 o s t e r.
    Mənə elə gəlir, yer düzənlikdir.
E d q a r.
    Qorxunc sıldırımdır hər tərəf, hər yan.
    Bu gün dəniz yenə həyəcanlanıb,
    Gur-gur guruldayır. Eşidirsiniz?
Q1 o s t e r.
    Xeyr, eşitmirəm.
E d q a r.
    Niyə? Görünür,
    Sizin gözləriniz oyulduğundan
    Bütün hissləriniz xarab olmuşdur.
Q 1 o s t e r.
    Xarab ola bilər həqiqətən də,
    Mənə elə gəlir, dəyişib səsin.
    Əvvəlkinə görə sözlərin indi
    Daha mənalıdır, daha aydındır.
E d q a r.
    Yox, siz həddən artıq yanılırsınız.
    Heç nəyim, heç nəyim dəyişməyibdir.
    Yalnız paltarımı dəyişmişəm mən.
Q 1 o s t e r.
    Mənə elə gəlir, sözün-söhbətin,
    İndi rəvanlaşıb, yaxşılaşıbdır.
E d q a r.
    Cənab, gəlib çatdıq. Bu da həmin yer.
    Dayanın. Belə bir yarğana baxmaq
    Necə dəhşətlidir, vahiməlidir!
    Aşağıda uçan qarğa-quzğunlar
    Kiçik böcək kimi görünür gözə.
    Dərin uçurumun tən ortasında
    Sıldırım qayadan iplə asılıb,
    Bir nəfər toplayır dəniz şüyütü.
    Belə təhlükəli iş ola bilməz.
    O adam görünür öz başı boyda.
    Sahildə gəzişən balıqçılar da,
    Elə bil siçandır, adam deyildir.
    Suda lövbər atmış böyük bir gəmi,
    Sanki, bir qayıqdır, qayıqsa üzgəc.
    Üzgəc də nəzərə çarpır bir təhər.
    Sahilə düzülmüş saysız daşlara
    Qəzəblə çırpılır quduz dalğalar,
    Belə yüksəkliyə çatmır nərəsi.
    Yox, daha aşağı baxa bilmirəm,
    Gözlərim qaralır, başım gicəlir.
    Birdən yıxılaram kəlləsi üstə.
Q 1 o s t e r.
    Çıxart, məni çıxart durduğun yerə.
E d q a r.
    Əlinizi mənə veriniz, cənab.
    İndi çatmısınız sonuncu həddə,
    Qayanın qaşında-ucundasınız.
    Mənə versəydilər bütün dünyanı,
    Yenə də özümü atmazdım burdan.
Q 1 o s t e r.
    Dost, burax əlimi. Bu da sənin üçün
    Başqa pul kisəsi, son bəxşişimdir. (Pul kisəsini verir).
    Qiymətli daş-qaş var onun içində
    Kasıbı pis gündən qurtara bilər.
    Sübhan-Allah səni xoşbəxt eyləsin.
    Di get, di uzaqlaş, sənə yaxşı yol.
    Gedəndə qışqır ki, bilim getmisən.
E d q a r.
    Əlvida, nəcib ser.
Q 1 o s t e r.
    Sağ ol, əzizim.
E d q a r (kənara).
    Bu məntiqsiz işim səbəbsiz deyil.
    Onun qəlbindəki ümidsizliyi
    İstərəm, sağaldım yalanlarımla.
Q 1 o s t e r (diz çökür).
    Ah, qüdrətli tanrı, şahidsən özün,
    Dünyadan gedirəm öz istəyimlə.
    Böyük fəlakətin ağır yükünü
    Sakitcə atıram çiyinlərimdən.
    Sənin yenilməyən hökmünə qarşı
    Üsyana qalxmadan, günah etmədən
    Bu əzab yükünü daşıya bilsəm,
    Yenə xeyri yoxdu, faydası yoxdu.
    Artıq dərd məkanı dünyada mənim
    Həyat çırağımın yağı tükənib,
    Qurumuş piltəsi közərir ancaq.
    O da öz-özünə qaralacaqdır.
    Ey böyük yaradan! Sağdırsa hələ,
    Menim Edqarımı sən xoşbəxt elə!
     (Edqara) Hə, dostum, getdinmi?
E d q a r.
    Getdim, əlvida!
    Qloster özünü irəli atır və yıxılır. Edqar kənara.
    Necə də sirlidir insan xilqəti!
    Vücudu xəzinədir, xəiznədə can ləl,
    Canı oğru kimi izləyir əcəl.
    Oğruya meyl etsə, can düşsə dərdə,
    Oğurlaya bilər canı kədər də.
    Düşündüyü yerdə olsaydı bədbəxt,
    Düşünə bilməzdi bir daha heç vaxt.
    Görən, o diridir, yoxsa ki ölü?
     (Səsini dəyişərək ucadari)
    Ey, ey, cənab! Dostum, eşidirsiniz?
    Dillənin, hay verin! (Kənara) Doğrudan ölüb.
    Yox, özünə gəlir (Ucadan). Siz kimsiniz, ser?
Q 1 o s t e r.
    Get burdan, qoy ölüm.
E d q a r.
    Bir de, sən nəsən?
    Hörümçək torusan, ya quş lələyi,
    Ya da ki havasan? Çox qəribədir!
    Belə bir yüksəkdən başı aşağı
    Düşdün bu sıldırım, qorxunc yarğana,
    Neçin əzilmədin yumurta kimi?
    Məgər ətdən-qandan deyil bədənin?
    Hələ də yerində nəfəs alırsan!
    Bir yerin qanayıb-yaralanmayıb!
    Danışa bilirsən, sağ-salamatsan!
    Düz on dor ağacı hündürlüyündə
    Bir yerdən gəlmisən kəllə-mayallaq,
    Sənin sağ qalmağın bir möcüzədir.
    Danış, yenə danış, yenə bir söz de.
Q1 o s t e r. İndi mən yıxıldım, ya yıxılmadım?
E d q a r.
    Yıxıldın o müdhiş yalçın qayadan.
    Bir bax yuxarıya! Hə, görürsənmi?
    Orda torağaylar verib səs-səsə,
    İndi nəğmə ötür, nəğmə oxuyur.
    Fəqət elə uzaq uca zirvədən
    Özləri görünmür, səsləri gəlmir.
    Bir aç gözlərini.
Q1 o s t e r.
    Gözlərim yoxdur.
    Bədbəxt bədbəxtlikdən qurtarmaq üçün
    Özünü öldürə bilməzmi məgər?
    Tale çoxmu görür bu haqqı ona?
    Zalımın zülmünə düçar olmamaq,
    Qatilin qəsdini gözündə qoymaq
    Özü de dünyada bir xoşbəxtlikdir.
E d q a r.
    Əlini mənə ver. Ayağa qalx, hop!
    Dizlərin əsmir ki? Dura bilirsən?
Q 1 o s t e r.
    Çox yaxşı, çox yaxşı.
E d q a r.
    Lap möcüzədir!
    Qayanın başında səndən ayrılan Qaraltı nə idi?
Q 1 o s t e r.
    Yazıq bir səfil.
E d q a r.
    Aşağıda durub ona baxanda
    Mənə elə gəldi, onun gözləri
    İki bədirlənmiş, işıqlı aydır.
    Min dənə burnu var ağzının üstdə,
    Bir neçə buynuzu çıxıb başından.
    Tufanlı dənizdə dalğalar kimi,
    Onun buynuzları buruq-buruqdu.
    Yəqin, görünməmiş bir şeytandı o.
    Sən xoşbəxt adamsan, mehriban ata,
    Müqəddəs tanrıya minnətdar ol ki,
    Bu lənətə gəlmiş, məlun şeytanı
    Qovdu uzaqlara sənin yanından,
    Mümkün olmayanı mümkün eylədi.
    Ölümün ağzından saldırdı səni.
Q 1 o s t e r.
    İndi mən hər şeyi xatırlayıram,
    Huşum başımdadır, ağlım yerində.
    Bu gündən barışıb öz taleyimlə,
    Sinə gərəcəyəm bütün dərdlərə.
    Bəla "bəsdir, bəsdir, öl" deməyincə
    Səbirlə, təmkinlə yaşayacağam.
    Dözəcəyəm ömrün məşəqqətinə.
    Mən həmin idbarı adam bilmişdim.
    Mənim qulağıma ara vermədən
    "Şeytan, şeytan" deyə pıçıldayırdı.
    Məni o çıxardı sıldırımlığa,
    Məni o apardı yarğanın üstə.
E d q a r.
    Sakit ol, səbr elə. Bu gələn kimdir?
     (Yabanı çiçəklər əcaib şəkildə bəzənmiş Lir gəlir).
     Heç vaxt ağıllı kəs belə bəzənməz.
L i r.
    Yox, onlar pul kəsməyi mənə qadağan edə bilməzlər.
    Bu, kralın qanuni haqqıdır. Axı, kral mən özüməm.
E d q a r (kənara).
    Ah, onun görkəmi adamın ürəyini parçalayır!
L i r.
    Bu mənada təbiət sənətdən gözəldir.
    - Bu da əsgər toplamaq üçün pul.
    O cavan öz kamanmı əlində oyuncaq kimi tutur.
    Oxunu axıra kimi çək! Baxın, baxın! Siçan!
    Sakit olun, sakit olun.
    Bu saat bir tikə qızdırılmış pendir onu tələyə salacaqdır.
    - Bu də mənim dəmir əlcəklərim.
    Mən bu əlcəkləri geyib, divlə vuruşmağa gedəcəyəm.
    Mizraq-ları gətirin.
    - Aha, yaxşı uçursan, quşcuğaz!
    Düz hədəfə doğru, düz hədəfə doğru! Parolu de!
E d q a r.
    Ətirli mərzə.
L i r.
    Keç!
Q 1 o s t e r. Bu səs mənə tanış gəlir.
L i r.
    Hə! Qonerilya! Sənin ağ saqqalın var!
    Onlar məni it küçüyü kimi əzizləyirdilər, saqqalım qara ola-ola, mənə ağsaqqal deyirdilər. Hər sözümə ancaq "bəli" və ya "xeyr" lə cavab verirdilər. Hər vaxt eşitdiyim bu "bəli" və "xeyr" lər heç də ilahi sözlər deyildi. Bir defə yağış məni iliyimə qədər islatdı, soyuq bədənimi göynədib titim-titim titrətdi, ildırım xahişimə baxıb sakitləşmədi. Bu zaman mən onların iç üzünü gördüm, sözlərinin mənasını başa düşdüm. Anladım ki, onlar ikidilli, ikiüzlüdürlər. Həmişə deyirdilər ki, mən onlar üçün dünyada hər şeyəm. Bu yalandır. Mən qızdırma azarına təcrübə vasitəsi ola bil-mərəm.
Q 1 o s t e r.
    Nə qədər tanışdır, doğmadır bu səs. Bu danışan adam kral deyilmi?
L i r.
    Kraldır təpədən dırnağa kimi.
    Üzünə diqqətlə nəzər salanda
    Gör, mənim təbəəm necə də əsir!
    Qorxma, sənə həyat bağışlayıram.
    Sənin suçun nədir? Zinakarlıqdır?
    Bu günaha görə ölməyəcəksən.
    Zinakarlıq üçün ölməyə dəyməz.
    Sərçə də, balaca zərli böcək də,
    Eşqibazlıq edir qarşımda mənim.
    Qoy belə görüşlər artsın, çoxalsın.
    Qlosterin oğlu bic doğulsa da,
    O mənim qanuni övladlarımdan -
    Doğma qızlarımdan rəhimli idi.
    Atasına böyük hörməti vardı.
    Qoy zövqlər törətsin həftəbecərlər.
    Çünki indi mənə əsgər gərəkdir.
    Kənarda dayanıb naz ilə gülən
    O məğrur, vüqarlı qadına bir bax.
    Onun ağ bənizi xəbər verir ki,
    Onun qasığı da qar kimi ağdır.
    Qulağı alan tək zövq kəlməsini
    Başını bulayır narazılıqla.
    Fəqət nə zəncirdə bordanan qancıq,
    Nə də ki qoruqda bəslənən madyan
    Onun tək yanmayır alova-oda,
    Onun tək şəhvətli deyil dünyada.
    Belədir əzəldən qadın xilqəti:
    Qadın qadın olur beldən yuxarı,
    Qadın madyan olur beldən aşağı.
    Qadın mələk olur beldən yuxan,
    Qadın şeytan olur beldən aşağı.
    Ora cəhənnəmdir, ora zülmətdir, ora kükürd püskürən yarğandır. Yandırır, əridir, üfunət iyi verir, boğur, məhv edir. Tfu, tfu, tfu!
    Möhtərəm loğman, mənə bir üskük müşk ver, öz qoxumuş təsəvvürümü ətirləyim. Bu da pulu.
Q 1 o s t e r.
    Qoy öpüm əlini!
L i r.
    Əvvəlcə silim,
    İndi mənim elim cəsəd iylənir.
Q 1 o s t e r.
    Təbiətin ali bir xilqətindən Qalan tör- töküntü, aman, ilahi! Həyat belə getsə, belə dağılsa, Bir müddətdən sonra bu böyük ailənı Tamam heçə dönər. Məni tanıdın?
L i r.
    Senin gözlərin çox yaxşı yadımdadır. Üzümə nə çəp-çəp baxırsan? Yox, kor Kupidon, əlindən gələn pisliyi elə, məni məhəbbət toruna sala bilməzsən. Mən bir daha sevməyəcəyəm. Bu çağırış vərəqəsini oxu, üslubuna xüsusi diqqət yetir.
Q 1 o s t e r.
    Hərgah günəş olsa bütün hərflər,
    Yenə heç birini görə bilmərəm.
E d q a r (kənara).
    Məne desəydilər, kral şaşırıb
    Gəzir divanə tək, mən inanmazdım. vQəlbim parçalanır baxdıqca.
L i r.
    Oxu.
Q1 o s t e r.
    Necə! Gözlərimin çuxurlarıyla?
L i r.
    Oho, belə de! Sənin sifətində gözün, pul kisəndə pulun yoxdur! Onda sənin gözünün vəziyyəti ağırdır, pul kisənin vəziyyəti isə yüngül. Hər halda dünyada işlərin necə getdiyini görürsən.
Q 1 o s t e r.
    Ancaq hiss edirəm.
L i r.
    Nə dedin! Sen dəlisən? Dünyada işlərin necə getdiyini adam gözsüz də görə bilər. Qulaqlarınla bax. Gör, o tərəfdə hakim fağır oğrunu nə pis təhqir edir. Qulaq as, indi mən onların yerini dəyişəcəyəm. Tap görüm, hansındadır, busundadır? Hakim hardadır, oğru hardadır? Sən fermerin itinin kasıba heç hürdüyünü görmüsənmi?
Q 1 o s t e r.
    Görmüşəm, cənab.
L i r.
    Bəs həmin bədbəxt kasıbın o zəncirli köpəkdən qaçdığını necə? Fikir ver, sən adi işdə hakimiyyətin böyük rəmzini görə bilər-sən. Vəzifə başında olan itə də itaət edirlər. Ey yaramaz cəllad, saxla əlini! Qanlıdır, qan damır sənin əlindən.
    Niyə o qəhbəni qırmanclayırsan?
    Sen çek qırmancmı öz kürəyinə.
    Çünki can atırsan əxlaqsızlığa.
    İstəyirsən, onu ələ keçirib,
    Qoynuna xəlvətcə girəsən özün.
    Sələmçi dəllalı asdı ağacdan.
    Cır-cındır paltarın altından bizə
    Aydınca görünür kiçik qüsurlar.
    Fəqət xəz libaslar, məxmər xalatlar
    Gizlədir ən böyük qüsurları da.
    Qızıldan əyninə don geyən günah
    Qırır hakimlərin polad oxunu.
    Cındıra bürünən günahı ancaq
    Cırtdan da məhv edir saman çöpüylə.
    Heç kimin, heç kimin taqsırı yoxdur.
    Cinayət törətmir dünyada heç kəs.
    Bunu mən deyirəm, mənəm hökmdar.
    Bütün dustaqları azad edirəm.
    Gərək ittihamçı qalmasın daha.
    Hər bir dərd əhlinin, şikayətçinin
    Mən möhür vururam dodaqlarına.
    Dostum, dinlə məni, yadında saxla.
    Düzəltdir gözünü büllur şüşədən.
    Hiyləgər, riyakar siyasətçi tək
    Özünü sən elə göstər ki, guya,
    Görmədiyin şeyi görə bilirsən.
    İndi çıxart mənim çəkmələrimi.
    Möhkəm dart, möhkəm dart, belə, bax, belə.
E d q a r (kənara).
    Birləşib mənayla sayıqlamalar.
    Bu özü dünyada bir möcüzədir:
    Dəlilikdə ağıl, boş sözdə hikmət!
L i r.
    Halıma ağlamaq istəyirsənsə,
    Mən sənə verərəm öz gözlərimi.
    Yaxşı tanıyıram, sən Qlostersən.
    Bir az səbirli ol. Dünya evinə
    Bağda susəpənt ək sıxar gözünü,
    Yuyar göz yaşıyla çərxin üzünü.
Ə y a n.
    Möhtərəm hökmdar...
L i r.
    Dayan, nə dedin!
    Təzə nişanlanmış bir oğlan kimi,
    Mərdlikdə, şərəflə öləcəyəm mən.
    Bir an da şövqdən düşməyəcəyəm.
    Bəli, bəli, bilin, mən hökmdaram.
    Bunu unutmayın heç vaxt, ağalar.
Ə y a n.
    Siz böyük, hörmətli hökmdarsınız.
    Biz ancaq, biz yalnız sizə tabeyik.
L i r.
    İndi ki, məsələ belədir, onda hələ yaşamağa ümid var. Yox, əgər arzuna çatmaq istəyirsənsə, qaçmaq lazımdır. Tut, tut, tut, tut.
    Qaçaraq gedir. Qulluqçular da onun arxasınca qaçırlar.
Ə y a n.
    Ən alçaq gədanı bu halda görsək,
    Qəlbimiz göynəyər ağır kədərdən.
    Halbuki, bu hala düşən kraldır.
    Bu nəcib insanın fəlakətini
    Nə sözlər əks edər, nə də dil deyər.
    Fəqət hökmdarın bir qızı da var.
    O, qansız, əzazil bacılarının
    Çirkin təhqirindən, həqarətindən
    Bu saf təbiəti qurtara bilər.
E d q a r.
    Salam, mehriban ser.
Ə y a n.
    Salam, kəsə de. Sənə nə lazımdır, nə istəyirsən?
E d q a r.
    Tezliklə olacaq döyüş barədə
    Bir söz, bir məlumat eşitmisiniz?
Ə y a n.
    Hamıya aydındır, bütün el bilir.
    Yalnız karlar bunu eşitməyiblər.
E d q a r,
    Bir söz də soruşum icazənizlə,
    Bu saat hardadır düşmən ordusu?
Əy an.
    Üç-dörd addımlıqda, uçurlar quş tək,
    Hər an, hər dəqiqə gələ bilərlər.
E d q a r.
    Təşəkkür edirəm, sözüm bu qədər.
Ə y a n.
    Kraliça ciddi bir işə görə
    Burda ləngisə də, onun əmriylə
    Qoşun yola düşüb.
E d q a r.
    Sağ olun, cənab.
    Əyan gedir.
Q 1 o s t e r.
    Ey rəhmdil Allah, rəhm elə mənə,
    Özün al, özün al mənim canımı.
    Qoyma zəif ruhum, zəif iradəm
    Qarşında təzədən günaha salıb,
    Məni intihara təhrik eyləsin!
E d q a r.
    Duanız yaxşıdır, əzabkeş ata.
Q 1 o s t e r.
    Deyin, siz kimsiniz, mehriban cənab?
E d q a r.
    Taleyin amansız zərbələrinə
    Mütiliklə dözən ən bədbəxt insan.
    Kədəri anlayan, dərdi hiss edən,
    Hamının halına yanan zavallı.
    Verin əlinizi, aparım sizi
    Elə bir yerə ki, dincəlin bir az.
Q 1 o s t e r.
    Təşəkkür edirəm ürəkdən sizə.
    Tanrı dönə-dönə versin əcrini!
    Osvald gəlir.
O s v a 1 d.
    Nə gözəl qənimət!
    Xoşbəxt təsadüf!
    Məni var-dövlətə yetirmək üçün
    Tale gözsüz qoyub onun başını. Tez ol, qoca xain, dua eylə ki, Allah bağışlasın günahlarmı. Artıq qından çıxıb iti qılıncım, Səni cəhənnəmə vasil edəcək.
Q 1 o s t e r.
    Dərddən qurtar məni, xeyirxah insan.
    Tanrı qüvvət versin sənin qoluna.
    Edqar onların arasına girir.
O s v a 1 d.
    Ey, ey, qanmaz kəndçi, nə cəsarətlə Havadar çıxırsan belə xainə? Bəlkə, bu alçağın taleyi ilə Bölmək istəyirsən öz taleyini? Rədd ol, rədd ol, onun əlini burax!
E d q a r.
    Buraxa bilmərəm, üz vurmayın, ser.
O s v a 1 d.
    Burax, kölə, yoxsa gəbərəcəksən!
E d q a r.
    Hörmətli ağa, öz yolunuzla düz gedin, fağır adamları yolundan saxlamayın. Hər lovğa mənim canımı ala bilsəydi, onda mən iki həftə bundan əvvəl ölərdim! Yox, yox, qocaya yaxınlaşmayın. Yaxınlaşmayın deyirəm! Madam ki, belə oldu, mən hazır. Bu saat yoxla-yaram: sənin başın möhkəmdir, ya mənim dəyənəyim. Bunu indi aydınlaşdıraram.
O s v a 1 d.
    Rədd ol, peyin torbası!
E d q a r.
    Cənab, çox da qılıncınla öyünmə, onun sənə heç bir xeyri yoxdur. Mən sənin dişlərini qarnına tökəcəyəm.
    Vuruşurlar. Edqar onu vurub yerə yıxır.
O s v a l d.
    Sən, avam, yaramaz, öldürdün məni!
    Götür pul kisəmi, məni dəfn elə.
    Yaşa bu dünyada rahat, firavan.
    Üstümdəki məxfı-gizli məktubu
    Qraf Qlosterə - Edmunda çatdır.
    Onu Britaniya qoşunlarının
    Arasında gəzib tapa bilərsən.
    Əcəl vaxtsız gəldi. Ah, mən ölürəm! (Ölür).
E d q a r.
    Yaxşı tanıyıram səni, yaltaq qul!
    Bütün pis işlərdə, bəd əməllərdə
    Sən öz xanımına kömək edirsən.
Q1 o s t e r.
    Ah, necə! O öldü?
E d q a r.
    Əyləşin, ata.
    Burda rahatlanın, dincəlin bir az.
    Onun ciblərini axtarım bir-bir.
    O dediyi məktub həyatda mənə,
    Bəlkə, kömək oldu, xeyir gətirdi.
    - O öldü. Heyf ki, cəllad baltayla Başım kəsmədi bu dələduzun.
    - Aha, bu da məktub! Hə, görək nə var?!
    Mən səni qırıram, bağışla, möhür.
    Bizi qınamayın, ülvi qanunlar.
    Düşmənin fikrini öyrənmək üçün
    Onun ürəyini parçalayırıq.
    Düşmənin zərfmi cırıb atmaqsa
    Bizə günah deyil, qəbahət deyil.
     (Oxuyur) "Əhdi-peymanımızı yadına sal. Ərimi aradan götürmək üçün sənin əlinə çoxlu fürsət düşəcəkdir. Sən qətiyyət göstərsən, zaman və məkan öz bəhrəsini verəcəkdir. Əgər o qələbə ilə geri qayıtsa, heç nə edə bilməyəcəyik. O vaxt mən onun əlində dustaq qalacağam. Onun yatağı mənim üçün zindana dönəcəkdir. Bu iyrənc yataqdan məni xilas et, əziyyətinin mükafatı olaraq onun yerini özün tut. Sənin arvadın, -belə demək istərdim, - səni bütün varlığıyla sevən məşuqən Qonerilya".
    Ah, qadın hiyləsi, qadın hiyləsi,
    Dumanlı fəzaətək görünmür sonu!
    Öz nəcib ərini qətlə yetirib
    Mənim qardaşıma getmək istəyir.
    Görəsən, istəyi, məqsədi nədir? -
    Ey pozğun qasidi, qatil elçisi,
    Dua oxumadan sənin üstündə
    Mən səni bu quma dəfn edəcəyəm.
    Aradüzəldənin axırı budur.
    Bu bədnam məktubu öz vədəsində
    Verərəm ölümə məhkum hersoqa.
    Ürəkdən sevinər biləndə kişi:
    Senin ölümünü, tutduğun işi.
Q l o s ter.
    Kral dəli oldu. Of, mənim ağlım
    Necə də inaddır, necə də tərsdir!
    Məni məcbur edir, duyum hər şeyi,
    Dözüm tükənməyən sonsuz dərdlərə.
    Mən dəli olsaydım daha yaxşıydı.
    Fikrim aynlardı iztirablardan.
    Onda unudardım bədbəxtliyimi,
    Onda ağır dərdim, hədsiz əzabım
    Mənə görünərdi uydurma kimi.
E d q a r.
    Verin əlinizi mənə, atacan.
     (Uzaqdan təbil səsi gəlir).
    Aha, qulaq asın, xeyli uzaqda,
    Mənə elə gəlir, təbil çalınır.
    Gedəyin, gizlənmək lazımdır sizə.
    Dostumun evinə aparım sizi.
    Gedirlər.

YEDDİNCİ SƏHNƏ


    Fransızların ordugahında çadır.
    Lir içəridə yataqda yuxulayır. Həzin musiqi çalınır.
    Lirin yanında həkim, əyan və başqa xidmətçilər dayanmışlar.
    Kordeliya ilə Kent daxil olurlar.
K o r d e 1 i y a.
    Doğrusu, bilmirəm, mərhəmətli Kent,
    Sənin necə çıxım yaxşılığından?
    Buna ömrüm yetməz, imkanım çatmaz.
K e n t.
    Xanım, hörmət görmək, qədri bilinmək
    Dünyada ən böyük bir mükafatdır.
    Əsl həqiqəti söylədim sizə.
    Hər şeyi danışdım olduğu kimi:
    Nə bir kəlmə artıq, nə bir kəlmə az.
K o r d e 1 i y a.
    Yaxşı paltar geyin. Bu qəm libası
    Salır yadımıza qara günləri.
    Dəyiş paltarını, xahiş edirəm.
K e n t.
    Məni bağışlayın, istəkli xanım.
    Hələ tanınmağım təhlükəlidir,
    Pozar, alt-üst edər planlarımı.
    İltimasım budur, təvəqqəm budur:
    Vaxtı yetənəcən, vaxtı çatıncan
    Menimlə yad kimi rəftar eyləyin,
    Guya, siz məni heç tanımırsınız.
K o r d e 1 i y a.
    Qoy sən deyən olsun, mehriban milord.
     (Həkimə)
    İndi hökmdarın halı necədir?
H ə k i m.
    Hələ yatır, xanım.
K o r d e 1 i y a.
    Ey ulu tanrı!
    Onun qəlbindəki yaranı sağalt!
    Bu uşaq təbinə düşmüş atamın
    Ağlını, huşunu özünə qaytar!
H ə k i m.
    Xanım həzrətləri izn versəydi,
    Kralı yuxudan oyadardıq biz.
    Xeyli zamandır ki, yatır hökmdar.
K o r d e 1 i y a.
    Sizin rəhbəriniz elminiz olsun.
    Bu işdə məsləhət sizindir ancaq,
    Necə istəsəniz, edin o sayaq.
    Onun paltarını dəyişmisiniz?
Ə y a n.
    Bəli, kraliça. Elə yatan tək
    Ona geyindirdik təzə paltarı
H ə k i m.
    Onu oyadanda, mehriban xanım,
    Siz yanında olun. İnanıram mən,
    O sakit qalacaq.
K o r d e 1 i y a.
    Yaxşı, lap yaxşı.
H ə k i m.
    Buyurun yaxma, ey, çalğıçılar,
    Siz də musiqini ucadan çalın!
K o r d e 1 i y a.
    Mənim əziz atam! Kaş, dodaqlarım,
    Sənin dərdlərinə məlhəm olaydı.
    Amansız, insafsız bacılarımın
    Sənin tək, hörmətli, müdrik insanın
    Qəlbinə çəkdiyi çarpaz dağlan,
    Kaş ki, sağaldaydı bu öpüşlərim!
K e n t.
     Ah, mehriban insan, gözəl şahzadə!
Kordeliy a.
    Onların atası olmasaydın sən,
    Yenə də nur saçan bu ağ saqqalın
    Onlarda mərhəmət oyatmalıydı.
    Məgər rəvadırmı zülmət gecədə
    Belə bir şəxsiyyət, belə bir vücud
    Düşsün pəncəsinə quduz tufanın?
    Açıq sinəsini yanar şimşəyin
    Odlu neştərinə hədəf eyləsin?
    Müdhiş ildırımın müdhiş zərbəsi
    Göydən qılınc kimi ensin başına?
    Buna haqq dözərmi, tanrı dözərmi?
    Sən bəyaz saçını bir sipər kimi,
    Üstünə çəkərək dəhşət içində
    Ağır fəlakətə gözətçi oldun?!
    Hətta məni əvvəl tutmuş olsa da,
    Quduz düşmənimin quduz itini
    Bu qorxunc gecədə isinmək üçün
    Sobanın yanma buraxardım mən.
    Sənsə, yazıq atam, zavallı atam,
    Belə qasırğada, belə tufanda
    Kif basmış, cəng atmış saman içində
    Səfillər, donuzlar arasında tək
    Qalmağa, yatmağa məcbur edildin.
    Bu necə olub ki, necə olub ki,
    Ağlınla bərabər həyatını sən
    Bu cür müsibətdə itirməmisən?
    Allah, Allah! Bu ki bir möcüzədir!
    Oyandı, onunla danışın, həkim.
H ə k i m.
    Xanım, siz danışın. Bu yaxşı olar.
K o r d e 1 iy a.
    Əhvah necədir əziz kralın,
    Əlahəzrət yaxşı yata bildimi?
L i r.
    Nahaq çıxardınız məzardan məni.
    Sən cənnətdə bakir, müqəddəs ruhsan,
    Mənsə cəhənnəmdə odlu təkərə
    Bağlanmış nanəcib, günahkar kölə.
    Qaynar göz yaşlarım yanaqlarımı
    Yandırır ərimiş qurğuşun kimi.
K o r d e 1 i y a.
    Hökmdar, siz məni tanıyırsınız?
L i r.
    Bilirəm, sən ruhsan. Nə vaxt ölmüsən?
K o r d e 1 i y a.
    Hələ də, hələ də sayıqlayır, oh!
H ə k i m.
    O tam ayılmayıb. Gözləyin bir az.
L i r.
    Mən əvvəl haradaydım?
    Haradayam indi? Məgər ölməmişdim?
    Bu işıq nədir? Məgər məzarda da günəş nur saçır!
    Məni aldadıblar gör bir necə də!
    Başqası düşsəydi bu dərdə əgər,
    Məni öldürərdi onun kədəri.
    - Bilmirəm, nə deyim, nə cavab verim?
    Bu əllər mənimdir? İnanmıram heç.
    Mən gərək yoxlayım, sancaq batırım.
    Aha, hiss edirəm, ağrıdır sancaq.
    Kaş ki, inanaydım öz sağlığıma!
K o r d e l i y a.
    Hökmdar, lütf edin, üzümə baxın,
    Çəkin əlinizi mənim başıma.
    Xeyir-dua verin, uğur diləyin.
    Yox, yox, diz çökməyin, sizə yaraşmaz.
L i r.
    Allah xatirinə, mənə gülməyin.
    Yelbeyin, gicbəsər bir qocayam mən.
    Düz səksən yaşım var: nə az, nə də çox.
    Qorxuram, olmaya ağlım yerində.
    Səni tanıyıram deyəsən, axı,
    Tanıyıram sanki bu adamı da.
    Ancaq hələ bir az şübhələnirəm.
    Çünki mən bilmirəm, haradayam indi.
    Nə vaxt geyinmişəm bu libasları.
    Dünənki gecəni, sözün doğrusu,
    Harada keçirdiyim yadıma gəlmir.
    Mənə lağ etməyin, mənə gülməyin.
    İnsan yaranmışam mən də dünyada,
    Elə fikirləşib düşünürəm ki, "
    Bu xanım öz balam Kordeliyadır.
K o r d e 1 i y a.
    Elədir, elədir. Hə, mənəm, mənəm.
L i r.
    Bu nədir? Yaşarıb senin gözlərin?
     (Əlini onun gözündə çəkir}.
    Bəli, yaşarıbdır. Lütf et, ağlama.
    Əgər mənim üçün zəhərin varsa,
    Ver içim, ver içim onu bu saat.
    Bilirəm, sən məni sevmirsən, qızım.
    Sənin bacıların nahaqdan məni
    Əzaba saldılar, dərdə saldılar,
    Min bir dağ çəkdilər mənim qəlbimə.
    Mənə dağ çəkməyə sənin haqqın var.
K o r d e 1 i y a.
    Xeyr, xeyr, mənim haqqım yoxdur, yox.
L i r.
    Bir deyin, məgər mən Fransadayam?
K e n t.
    Siz öz yerinizdə, krallıqdasız.
L i r.
    Məni aldatmayın, rica edirəm.
Hək i m.
    Xanım, sakit olun. Əsib-coşması,
    Gördüyünüz kimi, keçibdir artıq.
    Hələlik dəhşətli, ağır günləri
    Ona xatırlatmaq təhlükəlidir.
    İndi təklif edin, evə aparın.
    Çalışın, tam sakit olana qədər
    Onu həyəcana salmasın heç nə.
K o r d e 1 i y a.
    Buyurun, gedəyin, zati-ailələr! Lir.
    Boz üz göstərməyin siz mənə qarşı.
    Yalnız ricam budur: mehriban olun.
    Unudun keçmişi, əfv edin məni.
    Daha qocalmışam, axmaqlamışam.
    Kent və əyandan başqa hamı gedir.
Ə y a n.
    Hersoq Kornuolun bu təhər öldürülməsi doğrudurmu, ser
K e n t.
    Tamamilə doğrudur, ser.
Ə y a n.
    Bəs hersoqun ordusuna kim başçılıq edir?
K e n t.
    Eşitdiyimə görə, Qlosterin bic oğlu Edmund.
Ə y a n.
    Deyirlər ki, Qlosterin sürgün edilmiş oğlu Edqar qraf I Kentlə birlikdə Almaniyada gizlənib.
K e n t.
    Şayiələr müxtəlifdir. İndiki vaxtda ehtiyatlı olmaq lazımdır. Düşmən qoşunları hər dəqiqə buraya gələ bilərlər.
Ə y a n.
    Görünür, qanlı vuruşma baş verəcək. Salamat qalın, ser.
    Gedir. Kent.
    Vaxtıma az qalır, bu hərbdə ancaq Səadət, fəlakət aşkar olacaq.
    Gedir.

BEŞİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Duvr yaxınlığında Britaniya ordugahı. Edmund, Reqana, zabitlər və başqaları əllərində təbil və bayraqlar gəlirlər.
E d m u n d (zabitə).
    Gedib yaxşı-yaxşı öyrən hersoqdan:
    Qüvvədə qalırmı sonuncu qərar?
    Yoxsa başqa şeylər düşüb ağlına,
    Yenə də dəyişib öz planını?
    Onun sözlərinə inanmaq olmur,
    Təzadla, şübhəylə doludur qəlbi. Mütləq bizə qəti bir cavab gətir.
    Zabit gedir.
R e q a n a.
    Bacımın nökəri ölübdür, yəqin.
E d m u n d.
    Xanım, qorxuram ki, zəndin düz ola.
R e q a n a.
    Özün bilirsən ki, əziz Qloster,
    Sənə gözəl töhfə hazırlayıram.
    İndi kişi kimi həqiqəti de,
    Söylə, sevirsənmi mənim bacımı?
E d m u n d.
    Mənim ona böyük hörmətim vardır.
R e q a n a.
    Xəlvətcə sürünüb onun yanına,
    Ərinin yerini tutmusanmı heç?
-E d m u n d.
    Xeyr, fikirlərin aldadır səni.
R e q a n a.
    Mənə elə gəlir, bir-birinizlə
    Çoxdan sıx əlaqə saxlayırsınız.
    Belə demək olar: artıq onunsan.
E d m u n d.
    Yox, yox, doğru deyil, namusum haqqı.
R e q a n a.
    Ona yaxın getmə, əziz Qloster.
    Onun dostu olsan, aşnası olsan,
    Bu dərdə heç cürə dözə bilmərəm.
E d m u n d.
    Məndən arxayın ol, sən mənə inan.
    Odur bacın gəlir yanında əri!
    Albani, Qonerilya və əsgərlər ellərində təbil və bayraqlar gəlirlər.
    Qonerilya (kənara).
    Razıyam, döyüşdə məğlub olum mən,
    Təki bacım mənə qalib gəlməsin.
A l b a n i.
    İstəkli bacımı görməyə şadam.
     (Edmunda).
    Cənab, eşitmişəm, bu yaxınlarda
    Qızının yanma gedibdir kral.
    Bizim qanunların ağırlığına
    Dözə bilməyənlər, üsyan edənlər
    Vətəndən gediblər kralla birgə,
    Pənah gətiriblər qürbət ölkəyə.
    Qeyrətim çatmırsa, hünərim yoxdur.
    Deməli, heç vədə igid olmaram.
    Könlümü sarsıdıb həyəcan mənim.
    Bizim hissimizə bu toxunur ki,
    Fransa zəbt edib torpağımızı.
    Yoxsa Fransanın kralımıza,
    Həm də bizə qarşı silah qaldıran,
    Ədalət istəyən üsyançılara
    Kömək göstərməsi, arxa durması
    Heç vaxt qanımızı qaralda bilməz,
    Heç vaxt səbəb olmaz müharibəyə.
E d m u n d.
    Cənab, siz çox gözəl danışırsınız.
R e q a n a.
    Fəqət bunun bizə faydası nədir?
Q o n e r i 1 y a.
    Birləşmişik eyni düşmənə qarşı.
    Ailə davası, şəxsi didişmə
    Burda həll edilmir, burda baxılmır.
A l b a n i.
    Onda gəlin indi şura çağıraq.
    Təcrübəli hərbi qulluqçulara
    Deyək fikrimizi, planımızı.
    Yaxşı ölçək-biçək, məsləhətləşək.
E d m u n d.
    Bu saat gəlirəm çadıra mən də.
R e q a n a.
    Bacım, sən bizimlə gedirsənmi?
Q o n e r i l y a.
     Yox!
R e q a n a.
    Rica eyləyirəm, gedək bizimlə.
    Bu, inan, hamının qəlbindən olar.
Q o n e r i l y a (kənara).
    Aha, başa düşdüm bu tapmacanı (Uca-dan). Gedirəm.
    Onlar getmək istəyərkən Edqar gəlir. O, paltarını dəyişib.
E d q a r.
    Lütf edib, siz cənablar,
    Belə bir kasıbla danışarmı heç?
    Sizə deyiləsi bircə sözüm var.
A1 b a n i.
    Mən sizə çataram (Edqara). Yaxşı, de görək.
    Albani və Edqardan başqa, hamı gedir.
E d q a r.
    Bu davadan əvvəl bu məktubu siz
    Diqqətlə oxuyun, hörmətli hersoq.
    Zəfər qazansanız döyüşdə əgər,
    Qoy zəfər şeypuru səsləsin dərhal
    Bu məktubu sizə verən adamı.
    Zahirən yazıq bir bədbəxt olsam da,
    Mən elə bir igid, mərd taparam ki,
    Məktubda yazılan hər bir kəlməni
    Öz qızıl qanıyla sübut eyləyər.
    Siz məğlub olsanız döyüşdə hərgah,
    Dünya işlərini çatdırıb başa,
    Fitnədən, fəsaddan qurtararsınız.
    Kaş ki, taleyiniz sizə yar olsun!
A 1 b a n i.
    Məktubu oxuyum, sən dayan bir az.
E d q a r.
    Menə qadağandır burda gözləmək.
    Qoy carçı səsləsin vaxtı yetəndə,
    Sizin yanınıza gələrəm yenə.
A l b a n i.
    İndi ki belədir, sənə yaxşı yol.
    Mütləq oxuyaram bu məktubunu.
    Edqar gedir. Edmund qayıdır.
E d m u n d.
    Düşmənlər görünür qarşı tərəfdən.
    Burdadır onların əsas qüvvəsi.
    Belədir kəşfiyyat verdiyi xəbər.
    Tələsin, itməsin bircə an belə. Alın qoşunları səfərbərliyə.
A 1 b a n i. Hazır olacağam öz vaxtında mən.
    Gedir.
E d m u n d.
    Hər iki bacıya and içmişəm ki,
    Onları sevirəm saf məhəbbətlə. vİndi bu bacılar əfi gürzə tək
    Az qalır çalsınlar biri-birini.
    Onların hansını mən alım, görən?
    Birinimi? Yoxsa ikisini də?
    Yoxsa heç birini? Bilmirəm, düzü.
    Şübhəsiz, yaşasa hər iki bacı,
    Səadət üzümə gülməyəcəkdir.
    Dul bacını alsam, kindən, qəzəbdən
    Qonerilya dəli-divanə olar.
    Nə qədər ki, əri sağdır dünyada,
    Onunla başlanan bu gizli oyun
    Mənim qələbəmlə qurtara bilməz.
    İndi dəymək olmaz ərinə onun.
    Davada düşmənə zəfər çalmağa
    Hersoqun nüfuzu gərəkdir bizə.
    Sonra Qonerilya canan canmı
    Ərindən qurtarmaq istəsə əgər,
    Onu tez aradan götürmək üçün
    Özü çarə tapsın, özü düşünsün.
    Bu ağır döyüşlər sona yetəndə
    Hersoq qoca Lirə, Kordeliyaya
    Mərhəmət göstərmək xəyalındadır.
    Bizim əlimizə keçərsə onlar,
    Hersoqdan mərhəmət görməyəcəklər.
    Bu nədir, şübhələr sarsıdır məni?!
    Təlatümə düşsə kim mənim sayaq,
    Müzakirə açmaz, vuruşar ancaq.
    Gedir.

İKİNCİ SƏHNƏ


    İki ordugah arasında düzənlik.
    Səhnə arxasında döyüş sədaları ucalır.
    Lir, Kordeliya və onların qoşunları əllərində təbil və bayraqlar səhnədən keçirlər.
    Edqar Qlosterlə gəlir.
E d q a r.
    Bu ağac altında, bu kölgəlikdə
    Rahatca əyləşin, dincəlin, ata.
    Dua eyləyin ki, haqq zəfər çalsın.
    Əgər yanınıza qayıda bilsən, vMən sizə bir müjdə gətirəcəyəm.
Q 1 o s t e r.
    Allahın nəzəri üstündə olsun! (Edqar gedir).
    Döyüş sədalan, geri çəkilmək barədə həyəcan siqnalı.
    Edqar qayıdır.
E d q a r.
    Cəld ol, qoca, cəld ol! Tez ayağa dur!
    Əlini mənə ver, çıxaq aradan.
    Kral məğlub oldu, kral uduzdu.
    Özü də, qızı da əsir düşdülər.
    Əlini mənə ver, qaçaq buradan.
Q1 o s t e r.
    Ser, mən niyə qaçım, mən niyə qaçım?
    Zavallı bir adam, bədbəxt bir qoca
    Elə bu yerdə də çürüyə bilər.
E d q a r.
    Yenə də qapıldın pis fikirlərə?
    İnsan, bu dünyaya gəldiyi kimi,
    Gərək bu dünyadan getdiyi zaman
    Dözsün hər əzaba, hər əziyyətə.
    Hər şeyin vaxtı var.
Q1 o s t e r.
    Bu da doğrudur.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ


    Duvr yaxınlığında Britaniya ordugahı.
    Edmund, qalib kimi, təbil və bayraqların müşayiəti ilə gəlir.
    Lir və Kordeliya əsir düşüblər.
    Onlar zabit və əsgərlərin əhatəsindədirlər.
E d m u n d.
    Aparın onları təcili burdan.
    Böyüklər bir qərar çıxardanadək
    Saxlayın ən ciddi nəzarət altda.
K o r d e 1 i y a.
    Yaxşılıq istəyib, pislik görənlər
    Dünyada ilk dəfə bizikmi məgər?
    Təkcə sənə görə, zavallı kral,
    Məyusluq könlümü eyləyir xal-xal.
    Yoxsa mən dözərdim dara, çətinə
    - Riyakar taleyin məşəqqətinə.
    İndi gözləyəkmi, yenə görəkmi
    Belə bacılar, belə qızlaın?
L i r.
    Yox, yox, yox! Gəl gedək tezcə zindana.
    Qəfəsə salınmış quşlar kimi biz
    Nəğmə oxuyarıq orda ikimiz.
    Məndən xeyir-dua istəsən, qızım,
    - Mənim günahımı bağışla, deyə
    Diz üstə çökərəm qarşında sənin,
    Sənə yalvararam mən dönə-dönə.
    O zaman dünyada bir dərdim olmaz.
    Birgə yaşayarıq ömrümüz boyu.
    İbadət edərik, mahnı deyərik.
    Danışarıq qədim əfsanələrdən.
    Qanadları zərli pərvanələrə
    Baxıb zövq alarıq, fərəhlənərik.
    Sarayda baş vermiş hadisələri
    Bədbəxt dustaqlardan öyrənərik biz.
    Kim qələbə çalıb, kim məğlub olub,
    Kim aşağı enib, kim ucalıbdır
    -Bir-bir soruşarıq biçarələrdən.
    Tanrının yerdəki cəsusları tək
    Bəşər həyatını idarə edən
    Sirləri anlayıb başa düşərik.
    Dörd divar içində, o daş zindanda
    Heç vaxt ümidimiz qırılmaz bizim.
    Ayın göylərdəki hərəkətiylə
    Bu böyük aləmin dəyişməsinə,
    Qabarma, çəkilmə, təlatümünə,
    Zamanın, dövranın dönüklüyünə
    Davam gətirərik, dözə bilərik.
E d m u n d.
    Aparın onları təcili burdan!
L i r.
    Həyatın bizim tək qurbanlarına
    Allah özü arxa, özü köməkdir.
    Qızım Kordeliya, sən mənimləsən?
    Bizi heç bir qüvvə ayıra bilməz.
    Bizi ayırmaq üçün bir-birimizdən
    Gərək onlar göydən od gətirsinlər.
    Tülkünü yuvadan qovduqları tək
    Bizi də od ilə o daş qəfəsdən
    Təkbətək qovsunlar, ayn salsınlar.
    Gözünün yaşmı, tez ol, sil, qızım.
    Bizi iztirabdan ağladanadək
    Harınlıq onları əridəcəkdir.
    Taun azarından gəbərəcəklər.
    Onların leşini görəcəyik biz.
    Hə, indi aparın.
    Lirlə Kordeliyam aparırlar.
E d m u n d.
    Dinlə, kapitan!
    Al bu sərəncamı!
     (Ona bir kağız verir).
    Get dallarınca.
    Onları zindana sən özün apar.
    Bir pillə artırdım sənin rütbəni.
    Əgər sərəncama əməl eyləsən,
    Xoşbəxt sabahına yollar açılar.
    Heç vədə yadından çıxarma bunu:
    İnsan uyğunlaşsın zamanla gərək.
    Arif öz xeyrini heç vaxt unutmaz,
    Zəiflik, həlimlik qılıncla tutmaz.
    Bu çətin, bu ağır vəzifən haqda
    Heç nə xəbər alma, heç nə soruşma.
    Əvvəldən deyirəm qəti fikrimi:
    Bu işi ya sözsüz icra etməli,
    Ya da başqa bir iş axtarmalısan.
    Əks halda bir kömək gözləmə məndən.
K a p i t a n.
    Sizin əmrinizə hazıram, milord.
Edmund.
    Onda zirək tərpən. İş qurtardımı
    Səadət əlini sıxacaq sənin.
    Unutma, deyirəm, nə yazmışamsa,
    Bir-bir hamısına tez ol, əncam çək.kapitan.
    Araba çəkmirəm, yonca yemirəm,
    İnsan görən işi görürəm mən də (Gedir). ceypitflar çalınır.
    Albani, Qonerilya, Reqana, zabitlər və əsgərlər gəlirlər.
    Nəslinizə layiq bu gün, cənab, siz
    Hünər göstərdiniz, mərdlik etdiniz.
    Xoşbəxt taleyiniz yar oldu sizə.
    Düşmənlər bugünkü vuruşmalarda
    Sizin əlinizə əsir düşdülər.
     Tələb eyləyirik, verin onları.
    Gərək ləyaqətlə işə baxaq biz:
    Onların şərəfi ləkələnməsin,
    Bizə də qalmasın qorxu, təhlükə.
E d m u n d.
    Ser, mən vacib sandım, məsləhət bildim:
    Biçarə, binəva, qoca kralı
    Göndərdim birbaşa dustaqxanaya.
    Üstündə gözətçi təyin eylədim.
    Onun ağ saçları, ali mənsəbi
    Xalqın ürəyində, elin qəlbində
    Mərhəmət oyadıb, sevgi yaradıb,
    Hamını çəkərdi öz tərəfinə.
    Muzdla silah tutan əsgərlərimiz
    Sancardı nifrətlə süngülərini
    Bizim özümüzün kürəyimizə.
    Həmin məqsəd ilə vaxt itirmədən
    Onunla göndərdim Kordeliyanı.
    Ya sabah, ya sonra - bir-iki günə
    Onlar hazır olar hüzurunuzda.
    Qan-tər içindəyik indi hamımız,
    İtirib dost dostu, yoldaş yoldaşı.
     Neçin adamlar qəzəbləndirək?
    Hərbin dəhşətini görən hər bir kəs
    -Adil, ədalətli döyüşlərə də
    Daim kin bəsləyər, nifrət yağdırar.
    Kordeliya ilə atası haqda
    Siz qərar çıxarın başqa bir vaxtda.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (10.12.2013) | Müəllif: R.C E W
Baxış: 474 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more