Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Kral Lir-4

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


Q 1 o s t e r.
    Hökmdar, buyurun, gedək mənimlə.
    Öz insanlıq borcum hökm eyləyir ki,
    Sizin daşürəkli qızlarınızın
    Amansız hökmünə boyun əyməyim.
    Onlar əmr verib: qapılarımı
    Sizin üzünüzə bağlayım bərk-bərk.
    Bu müdhiş tufanda, zülmət gecədə
    Yalqız düşəsiniz vəhşi çöllərə.
    Buna baxmayaraq, cəsarət edib,
    Gəlmişəm axtarıb,tapım sizi mən.
    Aparım gizlincə elə yerə ki,
    Orda yanar ocaq, isti yemək var.
L i r.
    Dayan, qoy danışım bu fılosofla.
    Soruşum: ildırım nədən yaranır?
K e n t.
    Onun təklifini qəbul eyləyin,
    Gedin, evə gedin, mehriban milord.
L i r.
    Fivalı alimlə, müdrik ustadla
    Ancaq iki kəlmə söhbət eyləyim.
    Dostum, hansı elmi öyrənirsiniz?
E d q a r.
    Bir yol arayıram, çarə gəzirəm:
    Necə mane olaq şeytan felinə,
    Necə məhv eyləyək dələduzları?
    Dünya təmizlənsin zir-zibillərdən.
L i r.
     Sizinlə təklikdə danışım gərək.
K e n t (Qlosterə).
    Bir daha çalışın, getsin bizimlə.
    Ağlı sərsəmləyir, o dəli olur.
Q1 o s t e r.
    Sən hələ bir buna heyrətlənirsən?
     (Tufan davam edir).
    Nanəcib qızları atıb haqq-sayı,
    Onun ölümünü arzulayırlar.
    Ah, necə haqlıymış o xeyirxah Kent!
    Əvvəldən hər şeyi hiss eyləyirmiş!
    Biçarə boş yerə sürgün olundu.
    Deyirsən, aglını itirir kral.
    Az qalır, ağlımı itirim mən də.
    Dostum, əzəl mənim bir oğlum vardı.
    İndi elə oğlum yoxdur dünyada,
    Onu oğulluqdan çıxarmışam mən.
    Onu varislikdən məhrum etmişəm.
    O məni öldürmək fikrinə düşüb.
    Mən onu yamanca sevirdim, dostum,
    Ata bundan artıq sevməz oğlunu.
    Doğrusunu desəm, getdiyi gündən
    Məni dəli edib onun həsrəti.
    Bu necə gecədir! Dəhşətə bir bax!
     (Lirə)
    Xahiş eyləyirəm, zati-ailələr... Lir.
    Məni bağışlayın, mane olmayın.
    Hə, nəcib filosof, lütf edin bizə.
E d q a r.
    Soyuq iliyinə işləyir Tomun.
Q1 o s t e r.
    Komaya gir, dostum, qızın bir azca.
L i r.
    Hamımız birlikdə keçək içəri.
K e n t. Yolumuz başqadır bizim, hökmdar.
L i r.
    Onunla, onunla qalacağam mən.
    Hələ söhbətim var fılosofumla.
K e n t (Qlosterə).
    Onu razı salın, mehriban milord.
    Tomu da aparaq özümüzlə biz.
Q1 o s t e r.
    Aparaq, aparaq, nə deyirəm ki.
K e n t.
    Ey cənab, cəld tərpən, gedək bizimlə.
L i r.
    Əziz afinalı, buyurun gedək.
Q 1 o s t e r.
    Sakit, sakit olun, səs salmayınız.
E d q a r.
    İgid Çayld Roland girdiyi zaman
    Zülmət qalaçaya dedi: Ah, aman!
    İngilis qan iyi gəlir nə yaman!
    Gedirlər. Lap bu yaxınlarda, lap bu günlərdə

BEŞİNCİ SƏHNƏ


    Qlosterin sarayında bir otaq.
    Kornuol və Edmund daxil olurlar.
K o r n u o 1.
     Mən bu evdən getməmiş, bu qocadan öz intiqamımı mütləq alacağam.
E d m u n d.
    Nə danışırsınız, milord! Onda hamı məni qınayacaq, deyəcəklər ki, vəzifəmə olan sədaqətim atama olan məhəbbətimi məhv eləyib. Bu haqda düşünəndə nəsə məni dəhşətə salır.
K o r n u o 1.
    Mən indi başa düşürəm ki, sənin qardaşın niyə atasını öldürmək istəyirmiş. Bu heç də onun pis təbiətindən deyilmiş, əksinə qocanın təbiətindəki naqislik, pislik onu bu işə vadar edirmiş.
E d m u n d.
    Necə də qəddarmış mənim taleyim! İndi mən vicdanlı olduğum üçün peşmançılıq çəkməyə məcburam. Hörmətli hersoq, atamın dediyi məktub budur. Məktubdan belə çıxır ki, mənim atam lazımlı məlumatları Fransa kralına xəbər verirmiş. Ah, müqəddəs göylər! Kaş atam heç vaxt xain olmayaydı, kaş mən də heç vaxt onun xəyanətini açmalı olmayaydım.
K o r n u o 1.
    Mənimlə arvadımın hersoginyanın yanına gedək.
E d m u n d.
    Bu kağızda olanlar təsdiqlənsə, onda işimiz başımız-dan aşacaqdır.
K o r n u o 1.
    Təsdiqlənsə də, təsdiqlənməsə də, bu kağız səni artıq qraf Qloster etmişdir. Axtar, gör, atan haradadır. Elə olsun ki, biz onu dərhal həbs edə bilək.
E d m u n d (kanard).
    Əgər mən atamı krala kömək göstərdiyi yer-də tapsam, bu onun haqqında yaranmış şübhələri daha da artıracaqdır (Ucadari). Mən bir oğul kimi, ata məhəbbətini itirsəm belə, yenə də öz vəzifəmi sədaqətlə yerinə yetirəcəyəm.
K o r n u o 1.
    Mən sənə bütün varlığımla inanıram, oğlum. Sən də mənim məhəbbətimə inan. Çalışacağam ki, sənə daha yaxşı bir ata olum (Gedirlər).

ALTINCI SƏHNƏ


    Sarayın yaxınlığındakı fermada bir otaq. Qloster, Lir, Kent, təlxək və Edqar daxil olurlar.
Q1 o s t e r.
    Açıq havadansa bura yaxşıdır. Yeni şəraitimizdən inciməyin. Daha yaxşı bir yer tapmağa gedirəm. Rahatlığınız üçün əlim-dən gələni əsirgəməyəcəyəm. Tezliklə qayıdıram.
K e n t.
    O, bütün bu ağır sarsıntılara dözməyib ağlını itirmişdir. Allah sizin yaxşılığınızın əvəzini verər.
    Qloster gedir.
E d q a r.
    Frateretto məni çağırır. Bu iblis mənə deyir ki, Neron o dünyada zülmət gölündən balıq tutmaqla məşğuldur (Təlxəyə). Dua oxu, ey, axmaq, özünü bu iblisdən qoru.
T ə 1 x ə k.
    Xahiş edirəm, əmican, de görək, kim dəlidir : ağa, yoxsa rəiyyət?
L i r.
    Kraldır, kral!
T ə 1 x ə k.
    Xeyr, xeyr, rəiyyətdir, oğlu ağa olan rəiyyət. Çünki rəiyyət dəli olmalıdır ki, qarşısında duran öz ağa oğluna baxa bilsin.
L i r.
    Yüz min yanar oxla odlu cəhənnəm Dağ bassın, dağ çəksin nanəciblərə.
E d q a r.
    Məlun iblis mənim kürəyimi çimdikləyir.
T ə 1 x ə k.
    Dəli o adamdır ki, canavarın əhlilləşməsinə ümid bəsləyir, atın dal ayaqlarına arxa çevirir, sahibkarın məhəbbətinə, qəhbənin andına inanır.
L i r.
    Bu saat məsələ aydın olacaq.
    Onlara məhkəmə quracağam mən.
     (Edqara)
    Alimlər alimi, möhtərəm hakim,
    Sən keç bu tərəfə, sən burda əyləş.
     (Təlxəyə)
    Sən də, müdrik cənab, bu yerdə otur.
    İndi cavab verin, dişi tülkülər!
E d q a r.
    Xanım, ona baxma, məhkəməyə bax.
    Bessi, çayı keçib yanına gəl, gəl...
T ə l x ə k.
    Deşilib qayıq.
    Deyərmi açıq
    Nə üçün yanına gəlmir o gözəl?
E d q a r.
    Məlun iblis bülbül kimi səs çıxarıb öz nəğməsiylə zavallı Tomun qulaqlarmı dəng edir. Əcinnə Hopdans isə Tomun qarnına girib hay-küy qoparır, iki dənə ağ siyənək balığı tələb edir. Qarıldama, qara əcinnə, mənim sənə veriləsi yeməyim yoxdur.
K e n t.
    Nə oldu, hökmdar? Belə durmayın.
    Sonsuz dəhşət yağır üz-gözünüzdən.
    Bəlkə, siz uzanıb-dincələsiniz?
    Necə məsləhətdir, balınc gətirim?
L i r.
    Əvvəlcə başlayım məhkəməni mən.
    Gətirin içəri o şahidləri!
     (Edqard)
    Hakim libasıdır sənin libasın.
    Buyur, bu yana keç, öz yerini tut.
     (Təlxəyə)
    Sənsə yoldaşısan adil hakimin.
    Onun yanındakı kətildə əyləş.
     (Kentə)
    Hə, siz də əyləşin, ey haqq vəkili.
E d q a r.
    Gəlin, ədalətlə işə baxaq biz.
    Qoyunlar taxıla doldu, ay çoban.
    Elə xoşbəxt-xoşbəxt yatmaqdan nə var?
    Ayıl, tütəyini dindir ucadan,
    Tez ol, qoyunları taxıldan çıxar.
    Mrr, mrr! Qara pişik baxır necə də!
L i r.
    Birinci siz bu qızı dindirin. Qonerilyadır. Bu hörmətli məclis qarşısında and içərəm ki, o, yazıq kralı - öz doğma atasını təpiyinin ucu ilə vurub evdən bayıra atmışdır.
    Dı, dı, dı. Sakit olun! Təntənəli bayramlara, yarmarkalara, bazarlara gedəyin. Zavallı Tom, sənin buynuzun artıq quruyub.
    İçində içməyə heç nə qalmayıb. Daha sədəqə yığa bilmirsən.
L i r.
    Tələb edirəm, Reqananın köksünü yarın, ürəyinə baxın, səbəbini öyrənin. Təbiət nə üçün onun ürəyini daşdan yaradıb? (Edq-ra). Siz, cənab, mənim xoşuma gəlirsiniz. Sizi yüz nəfərdən ibarət öz cəngavər dəstəmə qəbul edirəm. Yalnız geyiminiz xoşuma gəlmir. Deyəcəksiniz ki, İran paltarıdır. Təfavütü yoxdur, dəyişdirməlisiniz.
K e n t.
    Uzanın, hökmdar, dincəlin bir az.
L i r.
    Səs salmayın, səs salmayın. Pərdələri çəkin. Belə, belə, belə.
    Biz səhər yuxudan oyanıb şam edəcəyik. Belə, belə, belə. Uzanıb yatır.
T ə 1 x ə k.
    Mənsə yatacağam günorta vaxtı.
    Qloster qayıdır.
Q 1 o s t e r.
    Dostum, yaxına gəl. Kral haradadır?
K e n t.
    Budur. Toxunmayın. O dəli olub.
Q l o s t e r.
    Onu yerdən qaldır, xeyirxah dostum.
    Yaxın adamlardan eşitmişəm ki,
    Onu öldürmək üçün plan qurublar.
    Bax, burda, bu küncdə hazır xərək var.
    Kralı uzadıb onun üstünə,
    Təcili götürüb Duvra aparın.
    Duvrda görülüb hər cür hazırlıq,
    Sizi qarşılayıb, yer verəcəklər.
    Cəld ol, qaldır onu. Yarımca saat
    Hərgah vaxt itirsən, sözsüz, bu ona,
    Həm sənə, həm bizə ölüm deməkdir.
    Qaldır, qaldır onu. Tez gəl arxamca.
    Sizə keşikçilər qoşacağam mən.
    Tədarük görmüşəm yolunuza da.
K e n t.
    Dərddən üzgün vücud gör yatır necə!
    Rahatlan, rahatlan, biçarə kral.
    Bəlkə də, bu yuxu, bu istirahət
    Dincəltdi pozulmuş əsəblərini.
    Ancaq həyat belə davam eyləsə,
    Sənin sağalmağın çətin olacaq.
     (Təlxəyə)
    Onu aparmağa kömək et, dostum, Kənarda dayanma.
Q 1 o s t e r.
    Gedək, tez gedək.
    Kent, Qloster vo təlxok Liri də götürüb gedirlər.
E d q a r.
    Gözəl bir insanı dərdli görsək biz, O vaxt yaddan çıxır öz kədərimiz. Əvvəl bəxti gülən, xoşbəxt olan kəs Sonra əzablara tək dözə bilməz. İztirab içində tapsaq bir həmdəm, Sıxmaz könlümüzü nə qüssə, nə qəm. Kralı özüm tək dərdli görəndə Qəlbimdə yüngüllük duyuram mən də, Bu ağır bəlaya, şahiddir tanrı, Məni atam salıb, onu qızları. Tom, bir az səbri elə, dəyişər zaman, Silinər tezliklə ləkə adından. Haqq təsdiq edilər axırda, sonda. Dəli libasını atarsan onda. Qoy bizə nə olur-olsun bu gecə, Təki kral nicat bulsun bu gecə. Hələlik, hələlik gizlənməliyəm.

YEDDİNCİ SƏHNƏ


    Qlosterin sarayında bir otaq. Hersoq Kornuol, Reqana, Qonerilya, Edmund və qulluqçular daxil olurlar.
K o r n u o 1.
    Xanım, tez ərinizin yanma gedin. Bu məktubu ona verin. Fransız qoşunları Britaniya sahillərinə çıxmışlar (Qulluqçulara). O alçaq Qlosteri axtarın! Bir neçə qulluqçu gedir.
R e q an a.
    Tapan kimi dar ağacından asmaq lazımdır.
Q o n e r i 1 y a.
    Gözlərini çıxarmaq gərək.
K o r n u o 1.
    Onu mənim öhdəmə buraxın. Ona olan sonsuz qəzəbimi mən layiqincə sübut edərəm. Edmund, bizim hörmətli bacımızı müşayiət edin. Sizin burada qalmağınız məsləhət deyil. Xain atanıza verəcəyimiz cəzaya baxmağınız yaxşı düşməz. Çatan kimi, hersoqa deyərsiniz ki, dərhal silahlansın. Biz də təcili hazırlıq görəcəyik. Onunla çaparlar vasitəsiylə daimi əlaqə saxlayarıq.
    Yaxşı yol, əziz bacım, yaxşı yol, qraf
Q l o s t e r.
     (Osvald daxil olur).
    Hə, nə var! Öyrəndin kral haradadır?
O s v a 1 d.
    Burdan yola salmış onu Qloster.
    Otuz, ya otuz beş qulluqçu-nökər
    Axtara-axtara ağalarmı
    Darvaza önündə görünüşlər onu.
    Qrafın bir neçə vassalı ilə
    Krala qoşulub Duvra getmişlər.
    Deyilənə görə, orda onların
    Yaxşı silahlanmış dostları vardır.
K o r n u o 1.
    Xanımın atını yəhərləyiniz!
Q o n e r i 1 y a.
    Hələlik, əziz lord, hələlik, bacım! Kornuol.
    Edmund, uğur olsun!
     (Qonerilya, Edmund və Osvald gedirlər).
    Axtarın, tapın!
    Xain Qlosterin bir oğru kimi
    Arxadan bağlayın əllərini siz.
    Gətirin buraya vaxt itirmədən.
     (Qalan qulluqçular da gedirlər).
    Onu məhkəməsiz öldürmək olmaz.
    Ancaq bunun yoxdur bizə qorxusu,
    Hakimiyyət bizim əlimizdədir.
    Indi başqa yolla, başqa üsulla
    Soyuda bilərik qəzəbimizi.
    Ədalətsiz saymaz bu hökmü heç kəs,
    Qınayan olsa da, bizə zidd getməz.
    Kimdir gələn? Xain!
    Bir neçə qulluqçu Qlosterle gəlir.
R e q a n a.
    Bic tülkü! Odur.
K o r n u o 1.
    Qartmış əllərini bağlayın möhkəm!
Q 1 o s t e r.
    Bunlar nə deməkdir, zati-ailələr?
    Qonaq gəlmisiniz mənim evimə,
    Zarafat etməyin mənimlə bu cür.
K o r n u o l.
    Bağlayın deyirəm! v(Qulluqçular Qlosterin dillərini bağlayırlar).
    Bərk-bərk bağlayın!
    Qoy bilsin həddini o iyrənc xain.
Q 1 o s t e r.
    Mən xain deyiləm, xain sizsiniz.
K o r n u o 1.
    Sarıyın tez onu bu kresloya!
    Əclaf sən görərsən kim olduğunu.
     (Reqana Qlosterin saqqalından dartır).
Q 1 o s t e r.
    Vallah, mənim kimi ağsaç qocanın
    Saqqalından dartmaq ən çirkin işdir.
R e q a n a.
    Saçın ağarsa da, özün xainsən.
Q 1 o s t e r.
    Amansız əcinnə, sənin yolduğun
    Tüklər bircə-bircə canlanıb bir gün
    Sənə dağ basacaq haqq divanında.
    Mən ev sahibiyəm, son isə qonaq.
    Mənim öz evimdə mənim üzümü
    Son cırdın əlinlə bir quldur sayaq.
    Sizə nə lazımdır?
K o r n u o 1.
    Son Fransadan
    Məktub almısanmı bu sən günlərdə?
R e q a n a.
    Hər şeyi bilirik, düzünü söylə.
K o r n u o 1.
    Vətən torpağına sui-qəsd edən
    Xainlərlə sənin nə əlaqən var?
R e q a n a.
    Ağlını itirmiş qoca kralı
    Sən kimə tapşırdın, haradadır, harada?
Q 1 o s t e r.
    Düzdür, Fransadan məktub almışam,
    Fəqət düşməndən yox, kənar adamdan.
    Onun bu hücumdan xəbəri yoxdur.
K o r n u o 1.
    Hiylədir.
R e q a n a.
    Yalandır, saxtakarlıqdır!
K o r n u o 1.
    Hara yola saldın kralı?
Q 1 o s t e r.
    Duvra.
R e q a n a.
    Nəyə görə Duvra? Cəsarətə bax!
K o r n u o 1.
    Nəyə görə Duvra? Qoy cavab versin.
Q 1 o s t e r.
    Ayı tək ağaca bağlanmışam mən.
    Gərək tab gətirəm bu hücumlara.
R e q a n a.
    Nəyə görə Duvra?
Q 1 o s t e r.
    Ona görə ki,
    Sənin dırnaqların bədbəxt qocanın
    Gözünü tökməsin iti ox kimi.
    Yırtıcı bacının köpək dişləri
    Neştər tək sancılıb, ulu kralın
    Müqəddəs qanını murdarlamasın.
    Bu müdhiş dəhşəti görməmək üçün
    Mən onu təcili Duvra göndərdim.
    Dəniz də dözməzdi belə tufana,
    Kükrəyib daşardı sonsuz qəzəbdən,
    Dalğalar sütun tək qalxıb havaya,
    Göydə söndürərdi ulduzları da.
    Fəqət bu amansız zülmət gecədə,
    Bu qorxunc tufanda zavallı kral
    Gəzirdi səhrada tək, başıaçıq.
    Gözündən axıdıb sel tək göz yaşı,
    Səmadan tökülən güclü leysanı
    Daha da artırıb gücləndirirdi.
    Belə bir havada canavar hərgah
    Gəlib ulasaydı qapı önündə,
    Ən qəddar, ən qansız bir qatil belə
    Deyərdi: "Qapıçı, qapını tez aç!"
    Ancaq siz - atanın əziz qızları...
    Yox, Allah zalımı cəzasız qoymaz.
    Tezliklə görərəm qisas gününü.
K o r n u o 1.
    O günü heç zaman görməyəcəksən!
    Ehey, kreslonu möhkəm saxlayın!
    Sənin gözlərini çıxarıb indi,
    Ayağım altına atacağam mən.
     (Qlosterin gözünün birini çıxarır).
Q 1 o s t e r.
    Qocalmaq istəyən nəcib insanlar,
    Mənə kömək edin! Vəhşi! Of, Allah!
R e q a n a.
    Gözləri inciyər biri-birindən,
    Çıxar o sağ qalan gözünü do son.
K o r n u o 1.
    Hə, indi görərsən qisas gününü.
Birinci qulluqçu.
    Yetər, əlinizi saxlayın, cənab.
    Uşaqlıq çağından bu günə qədər
    Mən sizə hər zaman xidmət etmişəm.
    Fəqət heç bir vədə indiki kimi
    Belə yaxşı xidmət göstərməmişəm.
    Sizə əmr edirəm: ona dəyməyin!
R e q a n a.
    Necə, sən nə dedin, qudurğan köpək!
Birinci qulluqçu.
    Kişi olsaydınız, bu sözə görə
    Mən çəkib yolardım saqqalınızı.
    Siz nə edirsiniz?
K o r n u o 1.
    Sən işə bir bax!
    Gəda ağasına qəzəblənərmiş!
    Qılıncını qınından sıyırır.
Birinci qulluqçu.
    Mən gəda deyiləm. Buyurun indi,
    Mən sizə göstərim öz kimliyimi.
    Qılıncını çıxarır. Vuruşurlar. Kornuol yaralanır.
R e q a n a.
    Qılıncı mənə ver. Qul üsyan edir!
    Başqa bir qulluqçunun qılıncmı alıb birinci qulluqçunun kürəyinə sancır.
Birinci qulluqçu.
    Ah, mən, mən ölürəm! Milord, şükür ki,
    O biri gözünüz hələ ki sağdır.
    Baxın, qatil çatdı cəzasına. Ah!
    Ölür.
K o r n u o l.
    Baxa bilməyəcək, qoymaram görsün.
    Di tökül, di tökül, murdar həlməşik.
    Necədir, nə oldu sənin parıltın?
     (Qlosterin o biri gözünü çıxarır).
Q l o s t e r.
    Cahan mülkü zülmət, bir təsəlli yox!
    Hanı oğlum Edmund? Ah, mənim balam,
    Ata məhəbbəti günəşin olsun.
    Gəl, oğlum, özün al intiqamımı.
R e q a n a.
    Bəsdir, kəs səsini, xain yaramaz!
    Dilinə gətirmə onun adını.
    O sənə əbədi nifrət yağdırır,
    Bizə açıb sənin xəyanətini.
    Gərək şərəfmi ləkələsin ki,
    Sənə rəhm eləsin, yazığı gəlsin.
Q 1 o s t e r.
    Ah, mən nə axmağam! Kimə inandım!
    Edqar şərə düşdü, böhtana düşdü.
    Ey ulu yaradan, bağışla məni.
    Mənim Edqarıma özün kömək ol!
R e q a n a.
    Boynundan yapışıb atın bayıra,
    Qoy tapsın burnuyla Duvrun yolunu.
     (Kornuol)
    Mənim əziz ərim, sənə nə oldu?
K o r n u o 1.
    Halım yaxşı deyil, yaralanmışam.
    Məni evə apar, mənim xanımım.
     (Qulluqçulara)
    Rədd eləyin burdan o kor əbləhi.
    Atın zibilliyə bu cəmdəyi də.
    Reqana, getdikcə çox axır qanım.
    Vaxtsız yaralandım. Yapış qolumdan.
    Kornuol Reqananın çiyninə söykənərək gedir. Qulluqçulardan bəzisi Qlosteri kreslodan açıb aparır.
İkinci qulluqçu.
    Bu adam cəzasız qalarsa əgər,
    Günah törətməkdən çəkinməz bəşər.
Üçüncü qulluqçu.
    Qocalıb ölərsə öz əcəliylə,
    Bu arvad dünyada bir qadın qoymaz.
    Onun xislətinin iblis zəhmindən
    İblisə çevrilər bütün qadınlar.
İkinci qulluqçu.
    Gəl, qoca qrafın dalınca gedək.
    Aparaq Tomu da özümüzlə biz.
    Bələdçilik etsin kor binəvaya.
    O sərgərdan dəli hazırdır hər vaxt:
    Hamıya hər işdə kömək eləsin.
Üçüncü qulluqçu.
    Onda sən yola düş. İstəyirəm mən,
    Bir az məlhəm tapım, tənzif gətirim:
    Bağlayaq qocanın yaralarını.
    Gedək. Qadir Allah, ona rəhm elə!
    Hərəsi bir tərəfə gedir.

DÖRDÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Səhra. Edqar gəlir.
E d q a r.
    Yaxşıdır açıq kin gizli nifrətdən,
    Yaltağa inanan düşər hörmətdən.
    Taleyin çərxində ən aşağıda
    Əzablar içində qovrulan bir kəs
    Nə ümidsiz olmaz, nə qorxu bilməz.
    Yuxarıdan enən bədbəxtdır, bədbəxt,
    Aşağıdan qalxan sevinər hər vaxt.
    İndi ki belədir, xoş gördük səni,
    Bağrıma basdığım, ey coşqun külək!
    Səfili səhrada toza döndərdin,
    Daha onun sənə borcu qalmadı.
    Bu gələnlər kimdir?
     (Bir nəfər qoca Qlosteri gdtirir). Atamdır mənim!
    Əlindən tutubdur bir kasıb kişi.
    Ah, dünya, ah, dünya, vəfasız dünya!
    Senin dönüklüyün nə dəhşətlidir!
    Biz nifrət edirik dönüklüyünə.
    Doyuruq, bezirik həyatımızdan,
    Yoxsa qocalmazdıq, yoxsa ölməzdik.
Q o c a.
    Mənim əziz ağam, düz həştad ildir,
    Daim yaşayıram torpağınızda:
    Əvvəl atanızın, sonra da sizin.
Q 1 o s t e r.
    Get burdan, get burdan, mehriban dostum.
    Mənə xeyir verməz sənin köməyin,
    Əksinə özünə ziyan gətirər.
Q o c a.
    Təəssüf ki, cənab, gözsüz heç cürə
    Tapa bilməzsiniz yolunuzu siz.
Q 1 o s t e r.
    Mənim yolum yoxdur, gözü neynirəm?
    Büdrədim, yanıldım gözlü olanda,
    Gözüm görə-görə azdım yolumu.
    Necə də qəribə yaranıb insan:
    Sərvətdir hər zaman kor edən bizi,
    Ehtiyacdır açan gözlərimizi.
    Ah, mehriban oğlum, əziz Edqarım,
    Sən qoca, aldanmış, düşkün atanın
    Sonsuz qəzəbinin qurbanı oldun.
    Əgər əcəl mənə möhlət versəydi,
    Əgər toxunsaydı əlim əlinə,
    Elə zənn edərdim, elə bilərdim,
    Gözlərim yenə də öz yerindədir!
Q o c a.
    Ay adam, sən kimsən?
E d q a r (kənara).
    Of, aman Allah!
    Kim deyə bilər ki, ən bədbəxt mənəm.
    Dünyanın bədbəxti özüməm indi.
Q o c a.
    Bu həmin dəlidir, zavallı Tomdur.
E d q a r (kənara).
    "Dünyanın bədbəxti özüməm indi"
    Sözünü sonadək deməmiş insan
    Düşür daha böyük bir bədbəxtliyə.
Q o c a.
    Dostum, hara belə?
Q l o s t e r. O dilənçidir?
Q o c a.
    Bəli, həm dəlidir, həm də dilənçi.
Q 1 o s t e r.
    Madam ki, dilənir, demək, ağlı var.
    Ötən gecə yarı qorxunc tufanda
    Belə bir adama rast gəlmişdim mən.
    Ona nəzər salıb fikirləşdim ki,
    Soxulcan kimidir zavallı insan.
    Sonra yazıq oğlum düşdü yadıma,
    Qəzəbim hələ də soyumamışdı.
    Çox şey öyrənmişəm o vaxtdan bəri.
    Uşaq milçəklərə necə baxırsa,
    Bizə elə baxır böyük yaradan,
    Əyləncə naminə öldürür bizi.
E d q a r (kənara).
    Bu necə olubdur? İndi nə edim?
    Təlxəklik dəhşətdir kədər içində,
    Həm səni yandırır, həm özgəsini.
    Ağam, xoşbəxt olun!
Q 1 o s t e r.
    Bu həmin lütdür?
Q o c a.
    Bəli, odur, cənab.
Q 1 o s t e r.
    Onda tezcə get,
    Sən bizə çatarsan Duvr yolunda.
    Burdan Duvra qədər bir-iki mildir.
    O köhnə, o təmiz dostluq naminə
    Mən rica edirəm, mərhəmət göstər.
    Gələndə özünlə bir şey gətir ki,
    Bu çılpaq yoxsula geydirə bilək.
    İstəyirəm, mənə bələdçi olsun.
Q o c a.
    Əfsus, o dəlidir, mehriban milord.
Q 1 o s t c r.
    Bizim dövrümüzün bəlasıdır bu:
    Korlara ağılsız başçılıq edir.
    Mən dedim sözümü, sən ürəyinin
    Səsinə qulaq as, səsini dinlə.
    Yaxşı, di yola düş, mehriban dostum.
Qoc a.
    Bayram paltarımı gətirəcəyəm.
    Qoy nə olur-olsun (Gedir).
Q 1 o s t e r.
    Ey lüt dilənçi!
E d q a r.
    Tom yaman üşüyür (Kənara).
    Dəli rolunu
    Daha oynamağı bacarmıram mən.
Q 1 o s t e r.
    Yaxına gəl, dostum.
E d q a r (kənara).
    Bacarmaq gərək.
     (Ucadan)
    O qana qərq olmuş qanlı gözlərin
    Haqdan işıq alsın, haqdan nur alsın.
Q 1 o s t e r.
    Sən Duvrun yolunu tanıyırsanmı?
E d q a r.
    Enişinə, yoxuşuna, keçidinə, düzünə, hətta hər bir izinə də bələdəm. Zavallı Tom qorxudan ağlını itirdi. Ey xeyirxah insan. Allah səni hər cür mənfur şeytandan saxlasın. Beş şeytanın beşi də bir-dən zavallı Tomun ürəyinə soxuldu. Şəhvət cadugunu Obidikut, lallıq sükunət hakimi Hobididans, oğru başçısı Mahu, qətl cini Modo, ağız-burnunu əyənlərin, üz-gözünü büzənlərin hökmdarı əcinnə Flibertiqibbet zavallı Tomun könlünə dağ basdılar. Axırıncı əcinnə onun ürəyindən çıxıb, qulluqçu qadınların qəlbinə köçdü. Allah sənə kömək olsun, mənim ağam!
Q 1 o s t e r.
    Bu pul kisəsidir, götür, zavallı.
    Göylər fəlakətin zərbələrinə
    Sənin varlığını hədəf eyləyib.
    İndi fəlakətə məni salıb ki,
    Səni bədbəxtliyin məngənəsindən
    Mənim bədbəxtliyim qurtara bilsin.
    Yalnız xoşbəxt edər bədbəxti bədbəxt,
    Ya rəbbim, kaş belə olaydı hər vaxt.
    Naz-nemət içində havalanan kəs
    Bədbəxtin dərdini hiss edə bilməz.
    Göstər harınlara öz hökmünü sən,
    Nəhs günü, pis günü, qara günü sən.
    Onlar paylasaydı yığdıqlarını -
    Artıq sərvətini, artıq varını,
    Hamıya çatardı kifayət qədər.
    Ehtiyac içində qalmazdı bəşər.
    De, görüm, Duvrda heç olmusanmı?
E d q a r.
    Bəli, mənim ağam.
Q 1 o s t e r.
    Orda, sahildə
    Buludla çarpışan bir qaya vardır.
    Əyilib dəhşətlə baxır dənizə.
    Məni o qayanın başına çıxar.
    Sənə bağışlaram var-dövlətini.
    Oradan qayıdarsan geriyə, dostum.
    Çünki o qayadan o yana daha
    Lazım olmayacaq bələdçi mənə.
E d q a r.
    Əlini mənə ver. Bu zavallı Tom İstədiyin yerə aparar səni.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Hersoq Albaninin sarayı qarşısında. Qonerilya və Edmund gəlirlər.
Q o n e r i 1 y a.
    Siz, hörmətli qraf, xoş gəlmisiniz. Mən heyrət edirəm, mülayim ərim Bizi nəyə görə qarşılamadı.
     (Osvald gəlir). Ey, ağan haradadır?
Osvald.
    Evdədir, xanım. Onun xasiyyəti dəyişib yaman.
    Ona deyəndə ki düşmənlərimiz
    Bizim sahillərə qoşun çıxarıb,
    Laqeyd-laqeyd güldü sözümə.
    Ona deyəndə ki xanım qayıdır,
    Mənə cavab verdi: "Bu daha da pis".
    Ona deyəndə ki qraf Qloster
    Xəyanət eyləyib bir düşmən kimi,
    Onun oğlu isə bizə hörmətlə,
    Bizə sədaqətlə qulluq göstərib,
    Mənə qəzəbləndi: ağlın çatmayır,
    Hər şeyi tərsinə yozursan, - dedi.
    Onun xoşu gəlir pis-pis işlərdən,
    Yaxşı işlərdənsə zəhləsi gedir.
Q o n e r i 1 y a (Edmunda)
    İndi ki belədir, evə girməyin.
    Dəhşətdən özünü itirib qorxaq.
    Ağır təhqirləri hiss etmir, duymur.
    Kişi tək qorusun ləyaqətini.
    Yoldakı sözümüz qalır qüvvədə.
    Yeznəmin yanma qayıdın, Edmund.
    Qoy əsgər toplasın təcili, dərhal.
    Başçı təyin etsin sizi orduya.
    Mən burda cəhrəmi verib ərimə,
    Qılınc qurşayaram, meydan açaram.
    Vəfalı qulluqçum, bu möhkəm insan
    Vasitəçi olar bizə hər zaman.
    Cəsarət göstərin, işə başlayın.
    Lap bu yaxınlarda gözəl müjdəylə
    Sizi sevgiliniz şad edəcəkdir.
    Alın, yadigardır, bir söz deməyin.
     (Ona bir lent verir).
    Əyin başınızı. Bu da bir öpüş.
    Hərgah bu öpüşün dili olsaydı,
    Göylərə uçardı sizin qəlbiniz.
    Məni başa düşün. Sizə yaxşı yol.
E d m u n d.
    Sadiq qulunuzam ölənə kimi.
Q o n e r i 1 y a.
    Əzizim, istəklim, canım Qloster!
     (Edmund gedir).
    Ah, kişi kişidən necə fərqliymiş!
    İncə nəvazişə siz layiq ikən
    Mənə sahib olub axmağın biri.
O s v a 1 d.
    Xanım, ağam gəlir (Gedir).
    Albani gəlir.
Qon e r i l y a.
    Sənin yanında,
    Deməli, qiymətim yoxdur it qədər.
A 1 b a n i.
    Tufanda üzünə çırpılan toz da
    Səndən qiymətlidi.
    Of, Qonerilya!
    Dəhşətə gəlirəm tutduğun işdən.
    Əslinə xor baxan əsilsiz qalar,
    Kökündən ayrılan mütləq məhv olar.
    Kökündən ayrılsa əgər budaq da,
    Quruyub çırpı tək yanar ocaqda.
Q o n e r i 1 y a.
    Bəsdir, bəsdi daha. Cəfəngdir bunlar.
A l b a n i.
    Mərifət, mərhəmət - bu inci, bu dürr
    Cəfəng adamlara cəfəng görünür.
    Zibillikdən qalxan iyi, üfunət,
    Verir zibilliyin özünə ləzzət.
    Belə də iş olar! Of, siz bacılar!
    Vəhşi pələngsiniz, qız deyilsiniz.
    Belə bir atanın, nurlu qocanın
    Önündə sərilib torpağın üstə
    Ən qorxunc, ən qanmaz, quduz ayı da
    Yalayardı onun ayaqlarını.
    Onu siz nacinslər dəli etdiniz.
    Mənim bacanağım, əziz qohumum
    Bəs niyə bu işə imkan veribdir?
    Kral azmı ona kömək göstərib?!
    Ya rəbbim, rəhm elə bəşəriyyətə,
    Göndər yer üzünə elçilərini,
    Bu iyrənc, bu mənfur cinayətlərin
    Yolunu kəssinlər təcili, dərhal.
    Yoxsa dəryadakı yırtıcılar tək,
    İnsanlar yeyərlər biri-birini.
Q o n e r i 1 y a.
    Miskin, qorxaq goda! Təbiət sənin
    Başını yaradıb, xəta törətsin.
    Üzünü yaradıb, şapalaq yesin.
    Sənin qıpıq gözün rüsvayçılıqdan
    Qeyrəti, şərəfi seçə bilməyir.
    Sən bunu qanmırsan, anlamırsan ki,
    Caniyə layiqli cəza gərəkdir.
    Caniyə rəhm edər ancaq axmaqlar.
    Tez ol, təbil çaldır! Məgər yatmısan?
    Fransanın harın cəngavərləri
    Lələkli dəbilqə qoyub başına,
    Bayraq qaldırıblar torpağımızda.
    Artıq həyatımız təhlükədədir...
    Sən isə yerində əyləşib rahat,
    Sarsaq vaiz kimi nalə çəkirsən.
    Yalvarıb deyirsən uca göylərə:
    "Təəssüf, nə üçün bu belə oldu".
A l b a n i.
    Yaramaz əcinnə, özünə bax bir!
    Eybəcər iblisdən eybəcər qadın
    Necə də qorxuncdur, vahiməlidir.
Q o n e r i 1 y a.
    İçi boş gicbəsər!
A l b a n i.
    Bir utan, qızar. Amansız, yırtıcı təbiətini
    Sən bizə göstərmə qadın cildində.
    Neyləyim, tərbiyəm yol vermir buna,
    Sonsuz qəzəbimə baxmır əllərim.
    Yoxsa tikə-tikə doğrayıb səni,
    Qırardım, əzərdim sümüklərini.
    Sən şeytan olsan da, qadınsan yenə,
    Ölümdən qoruyan səni, bax, budur.
Q o n e r i 1 y a.
    Hə, bildik kişisən!
    Qasid gəlir.
A 1 b a n i.
    Nə yenilik var?
Q a s i d.
    Ah, mehriban milord, Kornuol öldü!
    O daşqəlbli hersoq istəyirdi ki,
    Qraf Qlosterin sağ gözünü də
    Qılıncın ucuyla oyub çıxarsın.
    Onu öz nökəri qətlə yetirdi.
A 1 b a n i.
    Qlosterin dedin?!
Q a s i d.
    Onun gözünü.
    Halına acıyıb qoca qrafın,
    Nökər titrəyirdi həyəcanından.
    Birdən qılıncım sıyrılıb qından,
    Kəsdi qarşısını öz ağasının.
    Hersoq bunu görüb qəzəbləndi bərk,
    Nökərin üstünə cumdu yel kimi,
    Elə yerindəcə öldürdü onu.
    Ağır yaralandı özü də bu vaxt.
    Bir azdan dəyişdi onun əhvalı,
    Nökərin dalınca köçdü dünyadan.
A l b a n i.
    İlahi, deməli, haqsan, göydəsən.
    Yerdə nə olursa, agahdır sənə.
    Hamıdan adilsən, hamıdan uca.
    Sənin düzlüyünlə, ədalətinlə
    Cani cəzasına çatır o saat.
    Ah, yazıq Qloster! Nə oldu sonu?
    Yəni sağ gözünü itirdi bədbəxt?
Q a s i d.
    Ser, ikisini də, ikisini də.
    Ay xanım, bu məktub bacınızdandır.
    Təvəqqe etdi ki, tez cavab yazsın.
Q o n e r i 1 y a (kənara).
    Bu iş bir tərəfdən xeyirdir mənə:
    Yaxşı ki ölübdür bacımın əri.
    Bütün krallığı zəbt eyləyərəm.
    Başqa bir tərəfdən ziyandır, ziyan:
    Bacım dul qalıbdır indi evində,
    Onun yanındadır mənim Edmundum.
    Birdən xəyalımda tikib-qurduğum
    Gözəl sarayımı uçurar onlar.
    Günüm-güzəranım dönər zəhərə.
    Hər-halda bu xəbər elə bəd deyil.
     (Ucadan)
    Məktubu oxuyub cavab yazaram.
    Gedir.
A l b a n i.
    Qrafın gözləri çıxarılanda
    Onun oğlu Edmund harda idi bəs?
Q a s i d.
    Sizin yanınıza gəldi xanımla.
A1 b a n i.
    Necə! Burda yoxdur.
Q a s i d.
    Ola bilməz, ser.
    Mən sizə gələndə o qayıdırdı.
A 1 b a n i.
    Onun bu dəhşətdən xəbəri varmı?
Q a s i d.
    Bəli, atasını o özü satıb.
    Evdən uzaqlaşıb qəsdən əvvəldən,
    Qocaya rahatca divan tutsunlar.
A l b a n i.
    Ah, qraf Qloster, bu gündən belə
    Mənim bu dünyada bircə arzum var:
    Krala sədaqət göstərdiyin üçün
    Bildirim mən sənə təşəkkürmü,
    Alım gözlərinin intiqamını.
    Yalnız yaşamaqda məqsədim budur.
     (Qasidə)
    Gedək, dostum, gedək. Nə bilirsənsə,
    Mənə hamısını danış birbəbir.
    Gedirlər.

ÜÇÜNCÜ SƏHNƏ

ÜÇÜNCÜ SƏHNƏ
    Duvr yaxınlığında Fransız ordugahı. Kent və əyan gəlirlər.
K e n t.
    Fransa kralı nə üçün birdən-birə belə gözlənilmədən Fransaya qayıtdı? Siz bunun səbəbini bilirsinizmi?
Ə y a n.
    Kral müharibəyə gələndən bəri yarımçıq qalmış bir dövlət işləri var ki, krallığı böyük təhlükə qarşısında qoyur. Bu işləri görmək üçün şəxsən kralın özünün ölkədə olması vacibdir.
K e n t.
    Bəs kral orduya komandanlığı kimə tapşırdı?
Ə y a n.
    Fransa marşalı müsyö Lafarta.
K e n t.
    Kraliça sizin verdiyiniz məktubu oxuyandan sonra özünü necə hiss etdi? O heç kədərləndimi?
Ə y a n.
    Bəli, bəli, milord. Məktubu alıb Mənim yanımdaca oxudu dərhal.
    Qoşa bulaq kimi dolmuş gözlərdən
    Hərdən yaş axırdı al yanaqlara.
    Elə bil, xanımın qəmi-qüssəsi
    Amansız, insafsız üsyankar idi,
    Çalışırdı ona hökmdar olsun.
    Fəqət kraliça mətanətiylə
    Bu qəmə-qüssəyə hökmdar idi.
K e n t.
    Deməli, qanmı qaraltdı məktub.
Ə y a n.
    Ağlını başından ala bilmədi.
    Onun səbri ilə, onun kədəri
    Yarışırdı onun gül camalında.
    Yarışın yeganə məqsədi vardı:
    Hansı daha artıq yaraşır ona.
    Günəşli yağışı görmüsünüzmü?
    Onun təbəssümlü göz yaşları da
    Eyni mənzərənin eyni özüydü.
    Yetişmiş albalı dodaqlarında
    Oynayan, rəqs edən xoşbəxt təbəssüm
    Dərdli gözlərindən dürr kimi düşən
    Bədbəxt qonaqlardan xəbərsiz idi.
    Belə görünsəydi kədər, qüssə, qəm,
    Belə gözəl inci görməzdi aləm.
K e n t.
    Kraliça ayrı söz danışmadı?
Ə y a n.
    Güclə "ata" dedi bir-iki dəfə,
    Tutuldu nəfəsi, kəsildi nitqi.
    Elə bil, ürəyi məngənədəydi.
    İnlədi: "Bacılar, aman, bacılar!
    Necə vicdanımız yol verdi buna?!
    Mənim bacılarım! Kent! Qoca atam!
    Qorxunc bir tufanda, zülmət gecədə!
    Ah, dünyada yoxmuş insaf, mərhəmət!"
    Bu zaman titrəyib susdu o süsən.
    İlahi gözlərdən müqəddəs suyu
    Axıtdı leysan tək, axıtdı sel tək.
    Boğdu göz yaşında ah-naləsini.
    Sonra cəld oradan uzaqlaşdı ki,
    Qalsın öz dərdilə yalqız, tənha, tək.
K e n t.
    İnsan taleyinə təsir eyləyən
    Ancaq ulduzlardır, göydə ulduzlar.
    Yoxsa bir atanın-ananın heç vaxt
    Uşaqları bu cür fərqli olmazdı.
    Sonra siz onunla danışmadınız?
Ə y a n.
    Xeyr.
K e n t.
    Fransa kralı ordaydı hələ?
Ə y a n.
    Xeyr, o getmişdi,
K e n t.
    Hə, deyim, cənab, Biçarə, binəva Lir şəhərdədir.
    Arabir gələndə ağlı başına
    O bizi tanıyır, bilir hər şeyi.
    Fəqət öz qızını görmək istəmir.
Ə y a n.
    Nə üçün, səbəbi aydın deyilmi?
K e n t.
    Yaman əzab çəkir xəcalətindən.
    Özünə dərd olub öz qəddarlığı:
    Kral məhrum edib xeyir-duadan,
    Saldı qürbət elə kiçik qızını.
    Ona düşən payı - var-dövləti
    Verdi ürəkli bacılarına.
    İndi düşündükcə bu haqsızlığı
    Ürəyi göynəyir peşmançılıqdan,
    Abırdan-həyadan yanır, qovrulur,
    Daim uzaq gəzir Kordeliyadan.
Ə y a n.
    Heyf, bədbəxt qoca! Yazıqlar olsun!
K e n t.
    Albani, Kornuol - hər iki hersoq
    İndi haradadılar, eşitmisiniz?
Ə y a n.
    Bəli, bu tərəfə gəlirlər onlar.
    İndi yoldadılar qoşunlarıyla.
Kent.
    Yaxşı, cənab, yaxşı. Gəlin sizi mən
    Aparım ağamız Lirin yanına.
    Ona xidmət edin, qulluq göstərin.
    Vacib işə görə, səbəbə görə,
    Hələ başqa yerdə, hələ bir müddət
    Gedib qalmalıyam, gizlənməliyəm.
    Mənim kimliyimi dəqiq biləndə
    Peşman olmazsınız bu tanışlığa.
    Təvəqqe edirəm, gedək mənimlə.
    Gedirlər.

DÖRDÜNCÜ SƏHNƏ


    Fransa ordugahı. Çadrın içeəisi. Təbil çalınır. Kordeliya, həkim və əsgərlər əllərində bayraq daxil olurlar.
K o r d e 1 i y a.
    Təəssüf, bu odur. Görüblər onu.
    Bir az bundan qabaq dəli halında,
    Tufanlı dərya tək əsib-coşurmuş.
    Mahnı oxuyurmuş bərkdən-ucadan.
    Həyat ağacımız - göy zəmilərdə
    Bitən hər cür, hər növ alaq otundan:
    Yovşandan, yoncadan, gicitkəndən,
    Qanqaldan başına çələng qoyubmuş.
    Bu saat yüz nəfər adam göndərin,
    Hündür-uzun taxıl zəmilərinin
    Hər bir tərəfini, hər bir yerini
    Arayıb, axtarıb tapsınlar onu.
    Tez olun, tez onu mənə yetirin.
     (Zabitlərdən biri gedir).
    Elə imkan varmı, vasitə varmı,
    Ağlını başına qaytarsın onun?
    İnsan dərrakəsi, insan zəkası
    Bu müşkül bəlaya əlac taparmı?
    Kim əlac eyləsə mənim atama,
    Bütün var-yoxumu verərəm ona.
H ə k i m.
    Belə imkan vardır, mehriban xanım.
    Dinclik hamisidir bu kainatın,
    Şəfqət bacısıdır dinclik həyatın.
    Kralın dincliyi çəkilib ərşə,
    Sıxır ürəyini fikir, əndişə.
    Şəfalı otların köməyiylə mən
    Bağlaram gözünü iztirabların.
    Kral şirin-şirin yatar, dincələr,
    Elə ki ayıldı, özünə gələr.
K o r d e 1 I y a.
    Ey sirli torpağın möcüzələri!
    Çıxın yer altından yer üstünə siz.
    Qaynayın, qarışın göz yaşlarıma!
    Gözəl bir insanın ağır dərdini
    Sağaldın, rəhm edin, kömək göstərin!
     (Əsgərlərə)
    Axtarın, axtarın, tez tapın onu!
    Ağlını başından itirmiş kral
    İtirib hirsinin cilovunu da.
    Hirsindən özünü məhv edə bilər.
    Qasid daxil olur.
Q a s i d.
    Xanım, təzə xəbər: Britaniyanın
    Qoşunları bizə hücum eyləyib.
K o r d e 1 i y a.
    Əvvəldən bilirdim əməllərini.
    Hazırıq onlara cavab verməyə.
    Mənim əziz atam, silah qurşayıb,
    Sənin hüququnu qoruyuram mən.
    Yalnız buna görə göz yaşı töküb,
    Fransanın böyük hökmdarının
    Qəlbində mərhəmət, şəfqət oyatdım.
    Məni bu döyüşə çəkib gətirən
    Nə addır, nə sandır, nə də şöhrətdir,
    Təkcə məhəbbətdir, saf məhəbbətdir.
    Ata sevgisidir ülvi, müqəddəs,
    Nə qorxu, nə ölüm əynimə gəlməz.
    Təki mən tezliklə qoca atamın
    Səsini eşidim, üzünü görüm.
    Gedirlər.

BEŞİNCİ SƏHNƏ


    Qlosterin sarayında bir otaq. Reqana Osvaldla daxil olur.
R e q a n a.
    Bir danış, yeznəmin döyüşçüləri
    Yola düşdülərmi?
O s v a 1 d.
    Bəli, ay xanım.
R e q a n a.
    Özü də getdimi?
O s v a l d.
    Nədənsə yaman
    Könülsüz-könülsüz getdi cəbhəyə.
    Yaxşı döyüşçüymüş bacınız ondan.
R e q a n a.
    Sarayda qalanda, evdə olanda
    Lord Edmund hersoqla danışdımı heç?
O s v a 1 d.
    Xeyr, danışmadı.
R e q a n a.
    Görəsən, bacım
    Ona nə yazıbdır öz məktubunda?
O s v a 1 d.
    Bilmirəm, ledi.
R e q a n a.
    Doğrudan, Edmund
    Mühüm bir iş üçün çıxıbdır yola.
    Qraf Qlosterin gözünü oymaq,
    Özünü sağ qoymaq lap axmaqlıqdır.
    O indi hayana üz çevirirsə,
    Hamını qaldırın əleyhimizə.
    Mənə elə gəlir, Edmund gedib ki,
    Zülmət gecəsini qısaltsın onun.
    Ömrünü qurtarsın işgəncələrdən.
    Yəqin ki, qocanın əzablarına
    Ürəyi ağrıyır, ürəyi yanır.
    Həm de istəyir ki, düşmənimizin
    Gücünü öyrənsin, sirrini bilsin.
O s v a l d.
    Edmundun dalınca mütləq gedib mən, Ona bu məktubu çatdırmalıyam.
R e q a n a.
    Sabah hücum edir qoşunlarımız,
    Yollar qorxuludur. Sən bizimlə qal!
O s v a l d.
    Yox qala bilmərəm. Xanım buyurub,
    Gərək itirməyim bircə an belə.
R e q a n a.
    Niyə məktub yazıb bacım Edmunda?
    Məgər sən verilən sərəncamları
    Edmunda şifahi deyə bilməzdin?
    Görünür, burada nəsə bir iş var.
    O nədir, bilmirəm. Qulaq as, kişi,
    Qiymətli mükafat alarsan məndən.
    Məktubu mənə ver, açım oxuyum.
O s v a 1 d.
    Xanım, həqiqətən...
R e q a n a.
    Narahat olma.
    Yaxşı bilirəm ki, sənin o ledin
    Ərini bəyənmir, ərini sevmir.
    Buna inanmıram varlığım kimi.
    Son dəfə o burda qonaq olanda
    Edmundu qəribə, məhəbbət dolu
    Nəzərlə süzürdü. Deməli, ona
    Ara düzəldirsən.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (10.12.2013) | Müəllif: R.C E W
Baxış: 479 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more