Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Kral Lir-3

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


K e n t.
    Qəsrə girən kimi diz üstə çöküb
    Siz alicənabın məktubunu mən
    Onlara hörmətlə təqdim eylədim.
    Elə yerdən qalxmaq istəyirdim ki,
    Toz torpaq içində, qan-tər içində
    Bir qasid özünü saldı içəri.
    Məktub gətirmişdi Qonerilyadan.
    Mənim işlərimi qoydu yarımçıq,
    Mənə mane oldu o haramzadə.
    Onun məktubunu oxuyub dərhal
    Onlar topladılar adamlarmı,
    Atlara mindilər vaxt itirmədən.
    Mənim soyuq-soyuq baxıb üzümə,
    Mənə təkəbbürlə əmr verdilər:
    Dallarınca gedim, cavab gözləyim.
    Mən burda yenidən gördüm qasidi
    - İşimi korlayan nəhs oğlu nəhsi,
    Həmin əbləhi ki, bu yaxınlarda
    Kobudluq etmişdi sizə qarşı, of!
    Qan vurdu beynimə sonsuz qəzəbdən,
    Çıxdı ağlım, huşum başımdan mənim.
    Zərblə qılıncı sıyırdım qından,
    Qorxudan qulun tək qışqırdı əclaf.
    Bürüdü hay-küyü bütün həyəti.
    Yeznəniz, qızınız gəldilər bu an,
    Məni cinayətdə günahlandırıb,
    Belə bədnamlığa layiq gördülər.
T e 1 x ə k.
    O səmtə uçursa bu vəhşi qazlar, Deməli, qış hələ sovuşmayıbdır. Ata əyni cındır olsa, Övlad ata saymaz onu. Ata cibi pulla dolsa, Övlad gözdən qoymaz onu. Fahişədir tale özü, Kasıbları görmür gözü.
    Bütün bunlar bir şeyi göstərir: qızların səni o qədər əzab - əziyyətə salacaqlar ki, sen bunları heç bir ilə də sayıb qurtara bilməyəcəksən.
L i r.
    Ah, bu dərd necə də artır gün-gündən,
    Gərilir əsəbim, titrəyir ruhum.
    Ey qorxunc xəstəlik, əl çək yaxamdan,
    Toxunma, toxunma ürəyimə sən.
    Bəs mənim bu qızım harada qaldı?
K e n t.
    Qrafın yanında, saraydadır, ser.
L i r (saray adamlarına).
     Arxamca gəlməyin, gözləyin burda (Gedir).
    Saray adamı.
    Sizin indicənə dediyinizdən Başqa taqsırınız, suçunuz varmı?
Kent.
    Yoxdur, əsla yoxdur. Bu necə olub, Kral gəlib bu az məiyyət ilə?
T ə 1 x ə k.
    Bu suala görə səni kündəyə salsaydılar, bu sənə ən layiqli cəza olardı.
K e n t.
    Nə üçün, təlxək?

T ə 1 x ə k.
    Səni qarışqaların yanına oxumağa göndərmək lazımdır. Öyrənəsən ki, qışda azuqə yığmazlar. Korlardan başqa, cəmi insanları burunları ilə qoxulayıb iyisindən bildikləri şeyləri gözləri ilə də görürlər iyirmi nəfərin içində elə adam tapmaq olmaz ki, pis iyini hiss et-məsin. Dağ aşağı diyirlənən böyük təkərə yaxınlaşma, səni altına salıb boynunu sındırar. Dağ yuxarı qalxan böyük təkərdən yapış ki, səni özüylə bərabər dağa qaldırsın. Hərgah ağıllı adam sənə bundan yaxşı məsləhət versə, mənim məsləhətimi geri qaytar. Madam ki, bunlar axmaq adamın məsləhətidir, mən istərdim, bunlardan ancaq fırıldaqçılar istifadə etsinlər.
    Hər işdə bir xeyir, bir qazanc güdən
    Düşər min sifətə bir an içində.
    Gözə girmək üçün can fəda edən
    Səni atıb qaçar tufan içində.
    Qoy ağlı olanlar çıxsın aradan,
    Mən axmaq gözləyim bu əndişədə.
    Hiyləgər axmaqlıq edir hər zaman,
    Axmaq hiyləgərlik etmir heç vədə.
K e n t.
    Hardan öyrənmisən sən bunu, axmaq?
T ə 1 x ə k.
    Arxayın ol ki, kündədə əyləşib öyrənməmişəm, axmaq.
    Lir Qlosterlə geri qayıdır.
L i r.
    Mənimlə danışmaq istəmirlər, hə?
    Deyirlər xəstəyik? Bərk yorulmuşuq?
    Gecə sübhə kimi yolda olmuşuq?
    Bunlar bəhanədir, yalnız bəhanə.
    Bunlar itaətə qarşı üsyandır.
    Sən get, mənə yaxşı bir cavab gətir.
Q 1 o s t e r.
    Mənim hökmdarım, bilirsiniz ki,
    Hersoq yamancana tündxasiyyətdir.
    Çətindir sözündən döndərmək onu.
L i r.
    Allah özü alsın intiqamımı!
    Vəba azarına tutulsun onlar!
    Görüm gəbərsinlər! Tündxasiyyətdir!
    Bu nə xasiyyətdir! Bu nə hoqqadır!
    Qloster, Qloster! Mütləq hersoqu,
    Onun arvadını gönnəliyəm mən.
Q 1 o s t e r.
    Onlara bildirdim bunu, hökmdar.
L i r.
    Onlara bildirdin! Nəyi bildirdin?
    Başa düşürsənmi sən məni, kşi?
Q 1 o s t e r.
    Bəli, əziz ikral.
L i r
    Gərək deyəydin,
    Kral Kornuolu görmək istəyir.
    Öz doğma qızıyla istəkli ata
    Danışmaq istəyir, qayğı gözləyir.
    Onlara sən bunu belə dedinmi?
    Ah, mənim həyatım, ah, mənim qanım!
    Tündxasiyyət? Hersoq tündxasiyyətdir?
    O tündxasiyyətə sən belə de ki...
    Yox, yox, hələ dayan. Bəlkə, xəstədir.
    İnsan xəstə vaxtı istər-istəməz
    Vəzifə borcuna əməl eyləməz.
    Sağlam ruhumuzu naxoş canımız
    Salır özü ilə əziyyətlərə.
    Özümüzü ələ ala bilmirik,
    Tamam başqalaşır təbiətimiz.
    Bir az səbir gərək, hövsələ gərək.
    Yaman tələsirdim, fikirləşmədim.
    Azarlı adamın şıltaqlığından
    Belə qəzəblənmək ağılsızlıqdır.
    Mənə lənət olsun, əbədi lənət!
     (Kentə baxaraq)
    Kündəyə salıblar onu bəs niyə?
    Mənə bu hərəkət sübut edir ki,
    Hersoqun, qızımın xəstələnməsi
    Yalnız fırıldaqdır, yalnız hiylədir.
    Mənim qulluqçumu azad eyləyin!
     (Qlosterə)
    Sən get hersoqa de, arvadına de,
    Onlarla danışmaq istəyirəm mən.
    De ki, hökm budur, gəlsinlər dərhal.
    Əgər çıxmasalar qarşıma indi,
    Yataq otağının astanasında
    Təbili mən elə çaldıraram ki,
    Dəhşətli hay-küydən, qorxunc sədadan
    Onların bir anda yarılar bağrı,
    Şirin yuxuları çəkilər göyə.
Q1 o s t e r.
    Allah axırını xeyir eyləsin (Gedir).
L i r.
    Belə həyəcanla, belə təşvişlə Çırpınma ürəyim, sakit ol, sakit!
T ə 1 x ə k.
    Ürəyinə acıqlan, əmican, aşpaz piroqun içinə diri-diri qoyduğu ilan başqalarına acıqlandığı kimi acıqlan. Aşpaz o yazıqların başına oxlovla vurub qışqırarmış: "Dinc durun, həyasızlar, dinc durun!". Bu aşpazın bir qardaşı varmış. Öz atını çox istədiyindən ona həmişə yağda qızardılmış ot yedirərmiş.
    Kornuol, Reqana, Qloster vo nökərlər gəlirlər.
L i r.
    Sabahınız xeyir!
K o r n u o 1.
    Salam, hökmdar.
    Kentin ayaqlarından kündəni çıxarırlar.
R e q a n a.
    Əlahəzrət, sizi görməyə şadam.
L i r.
    Buna inanıram qəlbən, Reqana.
    Buna inanmağa əsasını vardır.
    Sən məni görməyə şad olmasaydın,
    O zaman məzarda yatan ananı
    Həyatda atanı aldatdığı üçün
    Bir yolluq atardım, boşayardım mən.
     (Kenta)
    Oh, oh, sən azadsan? Bu haqda sonra.
    Sevimli Reqana, eşit, bil, qızım,
    Bacm övladların ən alçağıdır.
    O, qana susayan çalağan kimi
    Öz iti, amansız caynaqlarıyla
    Didib parçaladı mənim könlümü.
     (Ürəyini göstərir).
    Bu dərdi deməyə dilim gəlməyir.
    Bir gürzə qıvrılır onun qəlbində,
    Buna inanmazsan, ah, ah, Reqana!
R e q a n a.
    Təvəqqe edirəm, sakit olun,. Mən buna ürəkdən inanmıram ki, Bacım unutmayıb vəzifəsini. Onun xidmətinə, zəhmətinə siz Lazımi qiyməti verməmisiniz.
L i r.
    Bir söylə, izah et, bu nə deməkdir?
R e q a n a.
    Heç gümanım gəlmir, heç ağlım kəsmir:
    Bacım öz borcunu unutsun bir az.
    Sizin adamların azğınlığmı
    Kəməndə salıbsa, cilovlayıbsa,
    Deməli, xeyirli bir iş görübdür.
    Onu buna görə qınamaq olmaz.
L i r.
    Görüm belə qızı gəlsin lənətə!
R e q a n a.
    Ah, cənab, yaş ötüb qocalmısınız.
    Çatıb həyatınız sonuncu həddə.
    Sizin halınızı, əhvalınızı
    Sizdən daha yaxşı bilən, dərk edən
    Ağıllı bir kəsə siz möhtacsınız.
    Sizə kömək gərək, himayə gərək.
    Gəlin xahişimi eşidin mənim:
    Bacımın yanına qayıdın dərhal,
    Alın boynunuza günahınızı.
L i r.
    Ondan üzr istəyim? Maraqlanırsan,
    Dilənmək krala necə yaraşır?!
    Məqsədin budur ki, ona deyim, ho:
    "Etiraf edirəm, istəkli qızım,
    Artıq qocalmışam, gərəksizəm mən.
     (Diz çökərək)
    Qarşında diz çöküb, sənə əl açıb,
    Sənə yalvarıram, rəhm elə, mənə
    Çörək ver, paltar ver, yatmağa yer ver!"
R e q a n a.
    Qurtarın bu acı istehzaları.
    Bacımın yanına qayıdın, cənab.
L i r (Ayaq üstə qalxaraq).
    Heç zaman, Reqana, bu ola bilməz.
    Ah, qızım! O mənim adamlarımın
    Sayını azaltdı yarıya qədər.
    Üzümə pis baxdı, pis yola saldı,
    Zəhər dişi kimi acı diliylə
    Sancdı ürəyimi əfi ilan tək.
    Bədbəxt ataların alov püskürən
    İntiqam odunu müqəddəs göylər
    O məlun nankorun töksün başına,
    Yanıb külə dönsün cavan vücudu!
K o r n u o 1.
    Tfu, cənab, tfu! Bu yaxşı deyil.
L i r.
    Qəfil şimşəklərin gur işıqları
    Sırtıq gözlərini kor etsin onun.
    Üzünü bürüsün qara yaralar,
    Gül hüsnü yem olsun iyrənc qurdlara!
    Günəş qurutduqca bataqlıqları
    Havaya yüksələn qaynar buxarlar
    Onun varlığını yandırıb-yaxsın,
    Mum kimi əritsin xudpəsəndliyi.
R e q a n a.
    İlahi!.. Mənə də qəzəblənəndə
    Siz belə qarğışlar yağdıracaqsız?
L i r
    Sənə qarğamaram heç vədə, qızım.
    Zərif təbiətin yol verməz buna,
    Belə kobud sözlər sənə yaraşmaz.
    Yanır vəhşiliklə onun gözləri,
    Səninsə gözlərin mərhəmətlidir,
    Adamın könlünü oxşayır hər vaxt,
    Dağ üstdən dağ çəkmir qəlbimə mənim.
    Yoxdur naxələflik təbiətində.
    Sən mənim arzuma qarşı çıxaraq,
    Yarıya bölməzsən adamlarımı,
    Kosmozson onların azuqəsini,
    Nalayiq bir kəlmə çıxmaz dilindən.
    Mən evə gələndə uzaqlaşıb tez
    Qapını üzümə son bağlamazsan.
    Ata hörmətini, övlad borcunu,
    Ədəbli olmağı, minnətdarlığı
    Yaxşı dərk edirsən, yaxşı bilirsən.
    Sənə krallığın tən yarısını
    Peşkəş verdiyimi unutmamısan.
R e q a n a.
    Mətləb üstə gəlin, möhtərəm milord.
L i r.
    Kim kündəyə salıb nökərimi, kim?
    Səhnə arxasında şeypur səsləri.
K o r n u o 1.
    Şeypur çalırlar ki!
R e q a n a.
    Yəqin, bacımdır.
    Tezliklə buraya gələcəyini
    O mənə yazmışdı öz məktubunda.
     (Osvald gəlir).
    Xanımın gəldimi?
L i r.
    Həmin rəzildir.
    Öz namərd, öz dönük sahibəsinin
    Sayəsində necə lovğalanır gör.
    İtil gözlərimdən, şərəfsiz gəda!
K o r n u o 1.
    Sizə nə lazımdır, zati-ailələr?
L i r .
    Mənim nökərimi kimin əmriylə
    Kündəyə salıblar, təhqir ediblər?
    Qəlbən inanıram, Reqana, sənin
    Belə çirkin işdən xəbərin yoxdur.
    Mən nələr görürəm?!
    Ey ulu tanrı! (Qonerilya gəlir).
    Əgər qocalara hörmətin varsa,
    Əgər kainatın hökmdarı tək
    Sənin itaətdən xoşun gəlirsə,
    Əgər sən özün də qocalıbsansa,
    Dərdimə şərik ol, halıma acı.
    Məni xilas eylə bu müsibətdən. (Qonerilyaya).
    Hələ bir üzümə baxırsan mənim,
    Utan heç olmasa bu saqqalımdan!
    Ah! Reqana, ona sən əl verirsən?
Q o n e r i l y a.
    Niyə əl verməsin? Günahım nədir?
    Heç də hər axmağın eyib bildiyi
    Bir iş, bir hərəkət eyib sayılmaz.
L i r.
    Oh, mənim ürəyim! Necə möhkəmsən!
    Hələ də dözürsən bu təhqirlərə?
    Axı, necə oldu, mənim nökərim
    Düşdü bu kündəyə?
K o r n u o l.
    Mən saldırdım, ser.
    Ən yüngül cəzadır bu onun üçün. L i r. Siz!
    Yəni özünüz əmr verdiniz?
R e q a n a.
    Xahiş eyləyirəm mən sizdən, ata,
    Nəzərə alın ki, çox zəifsiniz.
    Qocalıqla sözsüz barışmaq gərək.
    Sizə xidmət edən qulluqçuların
    Dərhal yarısını azad eyləyin.
    Təcili qayıdın siz bacımgilə.
    Rahatca yaşayın onlarda bir ay,
    Sonra gələrsiniz mənim yanıma.
    Mən özüm burada qonağam indi.
    Qonaq saxlamağa sizi evimdə
    Yoxdur hazırlığım, yoxdur azuqəm.
L i r.
    Mən onun yanma qayıdım bir də?
    Yarısını atım adamlarımın?
    Yox, yox, bacarmaram, bu mümkün deyil.
    Bundansa əl çəkib evdən-eşikdən,
    Baş alıb gedərəm sonsuz çöllərə.
    Tufanla, boranla süpürləşərək
    Bayquşa, qurd-quşa yoldaş olaram.
    Ehtiyac ən müdhiş bəladır, bəla!
    Mən onun yanma qayıdım bir də?
    Xeyr, Fransaya gedərəm birbaş.
    Cehiz vermədiyim kiçik qızıma
    Təmiz məhəbbətlə istəyən, alan
    Coşqun təbiətli, məğrur kralın
    Taxt-tacı önündə diz üstə çöküb,
    Ona yalvararam, əl açaram ki,
    Mənə çörək versin, bir yer ayırsın,
    Yaşayım rəzil tək ölənə kimi.
    Mən onun yanına qayıdım bir də?
    Bəlkə deyəsiniz, bu alçaq qula (Osvaldı göstərir).
    Nökərçilik edim?
Q o n e r i 1 y a.
    Özünüz bilin.
L i r.
    Qızım, gəl atanı dəli eyləmə,
    Mən mane olmaram sənə bir daha.
    Bir də görüşmərik heç vaxt, heç zaman.
    Üzünü görmərəm, bala, əlvida!
    Ancaq sən yenə də mənim qızımsan,
    Canımsan, qanımsan, ruhumsan mənim.
    Nə deyim? Bəlkə də, mənim canımda
    Yaranmış, kök atmış bir xəstəliksən.
    Bəlkə, törəmisən xarab qanımdan,
    Çirk etmiş çibansan, qorxulu şişsən,
    Hovlanmış yarasan, irinli fırsan.
    Səni danlamıram, utandırmıram,
    Özün anlamalı, utanmalısan.
    Tənə oxlarına tutub alnını,
    Mən səni çəkmirəm qadir
    Allahın - Böyük Yupiterin haqq divanına.
    Boş vaxtın olanda yaxşı fikirləş,
    Düzəlt öz səhvini, öz nöqsanım.
    Mən dözə bilərəm, səbir eyləyərəm.
    Hələlik yüz nəfər cəngavərimlə
    Gedib yaşayaram Reqanagildə.
R e q a n a.
    Yox, ata, qətiyyən imkanım yoxdur.
    Axı, gözləmirdim yolunuzu mən.
    Sizi ləyaqətlə qarşılamağa,
    Qonaq saxlamağa hazır deyiləm.
    Bacımın sözünə qulaq asın siz.
    Hədsiz qəzəbiniz, sonsuz hirsiniz
    Hamının ağlının çaşdırıb yaman.
    Gərək heç kəs buna məhəl qoymasın.
    Hamı düşünsün ki, qocalmısınız.
    Artıq danışmağa yoxdur ehtiyac.
    Bacım yaxşı bilir nə etdiyini.
L i r.
    Bacın düzmü deyir?
R e q a n a.
    Cəsarətlə mən
    Təsdiq eyləyirəm bacım deyəni.
    Sizə əlli nəfər kifayətdir, ser.
    Bu qədər qulluqçu azdırmı bəyəna?
    Bəlkə də, lap çoxdur. Axı, bir belə
    Adamı saxlamaq kimə gərəkdir?
    Sizi vadar edən buna nədir, nə,
    Bir hücum, təhlükə gözlənilirmi?
    Bu qədər camaat qalsa bir evdə,
    Bu evə düşməzmi ikitirəlik?
    Sizin adamlarla bizim adamlar
    Dost kimi mehriban yaşayarlarmı?
    Yox, yox, bu çətindir, bu mümkün deyil.
Q o n e r i 1 y a.
    Milord, fikirləşin, özünüz deyin,
    Bacımın, ya mənim qulluqçularım
    Məgər sizə xidmət edə bilməzlər?
R e q a n a.
    Əlbəttə, edərlər. Burda nə var ki?
    Onlar sizə qayğı göstərməsələr,
    Yaxşıca yığarıq iplərini biz.
    Yanıma gələndə, zati-ailələr, -
    İndidən duyuram o təhlükəni
    Xahiş eyləyirəm, özünüzlə siz
    İyirmi beş nəfər gətirəsiniz.
    Bundan artığına verməyə mənim
    Nə bir yerim vardır, nə də çörəyim.
L i r.
    Mən ki var-yoxumu sizə vermişəm.
R e q a n a.
    Lap elə vaxtında vermisiniz, ser.
L i r.
    Mən qəyyum etmişəm sizi özümə,
    Bütün krallığım indi sizindir.
    Yüz nəfər məiyyət saxlamışam ki,
    Mənə xidmət etsin, qulluq göstərsin.
    Necə! Mən gələndə sənin yanına
    İyirmi beş nəfər gətirməliyəm?
    Beləmi, beləmi dedin, Reqana?
R e q a n a.
    Bəli, belə dedim, deyirəm bir də:
    İyirmi beş nəfər gətirin ancaq.
L i r.
    Böyük yaramazlar dəyəndə gözə
    Kiçik yaramazlar xoş gəlir bizə.
    Kim ki ən pis əclaf deyil cahanda,
    Yaxşı bir cəhət var, deməli, onda.
     (Qonerilyaya)
    Mən sizə gedirəm, çünki dediyin
    Bir əllidə iki iyirmi beş var.
    Bu təsdiq edir ki, bacından sənin
    Ata məhəbbətin ikiqat çoxdur.
Q o n e r i 1 y a.
    Milord, qulaq asın, eşidin məni:
    İyirmi beş, ya on, ya da beş nəfər,
    Bu adamlar sizə lazımdır məgər?
    Evimizdə bundan iki dəfə çox
    Qulluqçu hazırdır xidmət etməyə.
R e q a n a.
    Hətta lazım deyil bir nəfər belə.
L i r.
    Bizə nə lazımdır, nə lazım deyil?
    Bunu sübut etmək çətindir, çətin.
    Bədbəxt bir dilənçi, miskin bir səfil
    Fikir ver, diqqət ver, nəyə sahibdir
    -Lazım olandan çox şeyə sahibdir.
    Əgər təbiətin lazım bildiyi
    Adi nemətlərlə məhdudlaşsaydı,
    İnsan heyvan kimi həyat sürərdi.
    Sən cavan qadınsan.
    Nə üçün, niyə
    Belə dəbdəbəli paltar geymisən?
    Hə, yalnız isinmək, qızınmaq üçün?
    Axı, səndən belə zəngin, bəzəkli
    Paltarı təbiət tələb etməyir.
    Mənə həqiqətən lazım olansa...
    Mənə ulu göylər, səbir verin siz,
    İndi, indi mənə səbir lazımdır.
    Ah, böyük yaradan, görürsən özün,
    Mən burda qalmışam boynu bükülü.
    Ağarıb qar kimi saçım-saqqalım.
    İllər yorğunuyam, möhnət dustağı,
    Necə də yazığam, necə də bədbəxt!
    Mənim qızlarımın daş ürəkləri
    Atasına qarşı nifrətlə dolub.
    Sən bu müsibətə yol vermisənsə,
    İmkan vermə dözüm belə dəhşətə,
    Məni istehzaya hədəf eyləmə.
    Sonsuz qəzəb doldur ürəyimə sən.
    Qadın silahıyla - göz yaşlarıyla
    Qoyma ləkələnsin kişi sifətim
    - Qoyma yaralansın kişi qeyrətim.
    Yox, yox, ifritələr! Hər ikinizdən
    Amansız intiqam alacağam mən.
    Necə alacağam, bilmirəm hələ.
    Elə intiqam ki, vahiməsindən
    Lərzəyə gələcək bütün yer üzü.
    Elə bilirsiniz mən ağlayıram!
    Xeyr, ağlamıram!
    Mənim ağlamağa böyük dərdim var.
    Fəqət bunu bilin, köksümdə ürək
    Tikə-tikə olub parçalansa da,
    Gözlərim göz yaşı tökməyəcəkdir.
    Ah, təlxək, mən axı dəli oluram!
    Lir, Qloster, Kent vo təlxək gedirlər. Uzaqlarda şimşək çaxır, ildırım düşür.
K o r n u o 1.
    Gəlin biz də gedək. Tufan olacaq.
R e q a n a.
    Bu ev balacadır. Məiyyətiylə
    Qoca burda çətin yerləşəcəkdir.
Q o n e r i 1 y a.
    Günah özündədir. Mənim evimi -
    Öz rahat yerini atıb qaçıbdır.
    Çəksin cəzasını axmaqlığının.
R e q a n a.
    Əgər olmasaydı qulluqçular,
    Onu saxlayardım canla-başla mən.
Q o n e r i 1 y a.
    Mən də saxlayardım. Qloster hanı?
K o r n o u 1.
    Qocanı ötürür. Baxın, o gəldi.
    Qloster qayıdır.
Q1 o s t e r.
    Kral bərk hirslənib.
K o r n u o 1.
    Bəs hara getdi?
Q 1 o s t e r.
    Əmr etdi, atlara suvar olsunlar.
    Qoca yola düşdü məiyyətilə.
    Fəqət hara getdi, bilmirəm, düzü,
Kornuo 1.
    Hara gedir getsin, dəyməyin ona.
    Hələ əl çəkməyib öz inadından.
Q o n e r i 1 y a.
    Siz onu qətiyyən dilə tutmayın.
Q 1 o s t e r.
    Heyf, yavaş-yavaş hava qaralır.
    Bir azdan tutacaq dünyanı zülmət.
    Səhrada başlayıb güclü qasırğa.
    Bütün o ətrafda yoxdur bir kol-kos.
R e q a n a.
    Ah, ser, biz nə edək! Tərs adamların
    Tərsliyin üzündən törənən bəla
    Onların özünə ən yaxşı dərsdir.
    Bağladın, bağladın darvazaları!
    Onun adamları çox davakardır.
    Qoca tez eşidir axmaq sözləri.
    Onu yolda birdən tovlayar onlar.
    Qorxunc hadisələr baş verə bilər.
    Ağıl təlqin edir qorxunu bizə,
    Ağıllı adamlar qorxusuz olmaz.
K o r n u o l.
    Milord, siz bağladız darvazaları.
    Nə müdhiş gecədir! Ehtiyat gərək.
    Düz məsləhət verir mənim Reqanam. vGəlin uzaqlaşaq bu qasırğadan.
    Gedirlər.
ÜÇÜNCÜ PƏRDƏ BİRİNCİ SƏHNƏ


    Səhra. Şimşək çaxır, ildırım düşür. Kent bir əyanla qarşı-qarşıya gəlir.
K e n t.
    Kimdir bu tufanda tənha dolaşan?
Ə y a n.
    Könlü tufan kimi narahat insan.
K e n t.
    Hə, sizi tanıdım. Kral haradadır?
Ə y an.
    Vuruşur təbii fəlakət ilə.
    Coşqun qasırğadan tələb edir ki,
    Bütün yer üzünün torpaqlarını
    Sovurub dağıtsın okeanlara;
    Yaxud nifrət ilə dalğalandırıb
    Səpsin yer üzünə okeanları.
    Dünya ya dəyişsin, ya viran olsun.
    Yolur saçlarını öz əlləriylə.
    Qəzəbdən gözləri kor olmuş külək
    Qapır havadaca o ağ saçları.
    Heç nəyə, heç kimə məhəl qoymadan
    Atır, səpələyir ayaq altına.
    Küləklə, yağışla gəlib döş- döşə,
    İnsan qəlbindəki kiçik bir dünya
    Bu böyük dünyayla çarpışır indi.
    Bu qorxunc gecədə nə quduz ayı,
    Nə qızışmış pələng, nə ac canavar
    İsti yuvasından bayıra çıxmaz.
    Kral başı açıq, yaxası açıq
    Dolanır səhranı divanə kimi,
    Gizlənqaç oynayır öz həyatıyla.
K e n t.
    Bəs yanında kim var?
Ə y a n.
    Yalnız təlxəkdir.
    Çalışır, sağaltsın zarafatıyla
    Onun ürəyinin yaralarını.
K e n t.
    Mən sizi yaxından tanıyıram, ser.
    Bununçün etibar edib ürəkdən,
    Çox vacib bir sirri açıram sizə.
    Hersoq Albaniylə hersoq Kornuol
    Çoxdan bir-birinə qənim kəsilib.
    Onlar məharətlə indiyə kimi
    Gizli saxlayırlar bunu hamıdan.
    Taleyin əliylə ucalanların
    Vardır sədaqətli nökərləri də.
    Fəqət hersoqların nökər-naibi
    Yalnız xəyanətlə nəfəs alırlar,
    Onlar Fransanın casuslarıdır.
    Krallıqda olan məxfi işləri,
    Hersoqların sonsuz ədavətini,
    Onların mehriban, qoca kralla
    Kobud rəftarını, nankorluğunu
    Dərhal Fransanın hökmdarına
    Xəbər aparırlar, xəbər verirlər.
    Bəlkə, elə əsas iş görülür ki,
    Bunlar başlanğıcdır onun yanında.
    Ancaq bir iş bizə aydındır gün tək:
    Fransa qoşunu keçib sərhədi,
    Girib parçalanmış vətənimizə.
    Laqeyd başçılar yatırıb bizi,
    Əsas limanları tutublar artıq.
    Hərbə başlamaq üçün bu gün, ya sabah,
    Yəqin qaldırarlar bayraqlarını.
    İndi mənim sizdən xahişim budur:
    Mənə qəlbinizdə bir inam varsa,
    Onda Duvra gedin vaxt itirmədən.
    Duvrda kədərlə söhbət açanda
    Zavallı kralın, qoca kralın
    Acı taleyindən, ağır dərdindən
    Camaat içində ürəkdən sizə
    Təşəkkür eyləyən tapılacaqdır.
    Bilin ki, əslən zadəganam mən.
    Tanıdığım üçün ürək qızdırıb,
    Etibar edirəm sizə bu işi.
Ə y a n.
     Sonra danışarıq.
K e n t.
    Yox, elə indi.
    Daxilim zəngindir öz görkəmimdən,
    Təsdiq etmək üçün bu sözlərimi,
    Buyurun, götürün pul kisəmi siz.
    İçində nə varsa, qoy sizin olsun.
    Orda Kordeliyanı görsəniz əgər,
    -Siz onu, şübhəsiz, görəcəksiniz
    - Bu qızıl üzüyü göstərin ona.
    O sizə danışar mənim barəmdə,
    Onda bilərsiniz kim olduğumu.
    Görüm bu tufanı lənətə gəlsin!
    Gedirəm axtarım, tapım kralı.
Ə y a n.
    Verin əlinizi, razıyam, cənab.
    Daha deyiləsi sözünüz yoxmu?
K e n t.
    Bir-iki kəlmə də əlavəm vardır.
    Bu daha vacibdir dediklərimdən.
    Kralı tapanda deyərəm sizə.
    Siz bu yana gedin, mən də bu yana.
    Krala birinci kim rast gələrsə,
    Qışqırsın, çağırsın o birisini.
    Hərəsi bir tərəfə gedir.

İKİNCİ SƏHNƏ

    Səhranın başqa bir yeri. Tufan davam edir. Lir və təlxək gəlirlər.
L i r.
    Qanadlı əjdaha - ey azğın külək,
    Şiddətlə, hiddətlə ara vermə, əs!
    Sonsuz qəzəbindən, sonsuz qeyzindən
    Dalğa tək qabarıb partlasın üzün!
    Ey amansız leysan, güclü qasırğa,
    Bütün yer üzünü selə qərq elə,
    Qalsın su altında uca qüllələr.
    Köklü palıdları yaran-dağıdan,
    Odlu şimşəklərin lovğa carçısı,
    Fikir tək sürətli alovlar, odlar,
    Mənim çal başıma yağın göylərdən.
    Dünyanı titrədən ey ildırım, sən
    Bu yer kürəsini əzib yastıla.
    Münbit torpaqları boz külə döndər,
    Heç nə yaratmasın bir də təbiət.
    Yaramaz törədən, nankor yetirən
    İnsan toxumlan məhv olsun birdən.
T ə 1 x ə k.
    Ah, əmican, möminlərin isti evdəki müqəddəs suyu çöldəki bu yağış suyundan yaxşıdır. Əmican, gəl sən öz qızlarının yanına qayıt, onlardan üzr istə. Belə bir gecə nə ağıllıya rəhm edir, nə də axmağa.
L i r.
    Ula, ey qasırğa! Alış, ey şimşək!
    Çağla sellər kimi sən də, ey leysan!
    Nə leysan, nə şimşək, nə də qasırğa,
    Mənim ciyərparam-qızlarım deyil.
    Siz ey təbiətin şər qüvvələri,
    Sizi qınamıram zərrə qədər də,
    Demirəm rəhimsiz, amansızsmız.
    Sizə verməmişəm səltənətimi,
    Sizi balam deyə çağırmamışam.
    Yoxdur boynunuzda bir haqqı-sayım
    Belə olan halda nə deyə billəm.
    Qorxulu, dəhşətli əyləncənizə
    Məni qurban seçin, hədəf eyləyin.
    Durur qarşınızda zavallı, zəif,
    Nəsibi həqarət olan bir qoca.
    Yox, yox, siz nanəcib olmasanız da,
    Sizi qınamağa haqqım var mənim.
    Yaltaq təbiətli nökərlərsiniz.
    Enib aşağıya uca göylərdən,
    Qoşulub nanəcib qızlarıma siz
    Bu aciz, ağbaşlı, düşkün qocayla
    Döyüşür, vuruşur, öcəşirsiniz.
    Ah, bu alçaqlıqdır, şərəfsizlikdir!
T ə 1 x ə k.
    Başını gizlətməyə bir evi olanın ağlı da başında olar.
    Səfıl evlənən zaman
    Bit gətirər arvadı.
    Səfıl olar anadan
    Səfılin də övladı.
    Ayağında qəlbi tək,
    Barmaqları döyünər.
    Göynədikcə döyənək,
    Gecə-gündüz deyinər.
    Belədir də! Hələ yer üzünə elə bir gözəl gəlməyib ki, güzgüyə baxıb qaş-gözünü oynatmasın, əzilib-büzülməsin.
L i r.
    Yox, yox, sakit-dinməz qalacağam mən,
    Səbir nümunəsi olacağam mən.
    Kent gəlir.
K e n t.
    Ey-ey, siz kimsiniz? Təlxək.
    Kim olacaqdır!
    Əlahəzrət-səfıl, ağıllı-axmaq. Kent.
    Çox təəssüf! Kral, siz burdasınız?
    Gecələr ov edən canlılar hətta
    Belə bir gecəni istəməzdilər.
    Yırtıcı heyvanlar, atıcı quşlar
    Qəzəbli göylərin vahiməsindən
    Yuvada qalmağa məcbur olublar.
    Özümü biləndən bu günə qədər
    Belə alov saçan müdhiş ildırım,
    Belə uğuldayan güclü qasırğa,
    Belə şırıltıyla tökülən leysan
    Mən nə eşitmişəm, nə də görmüşəm.
    Bu sonsuz dəhşətə, bu fəlakətə
    İnsan təbiəti davam gətirməz.
L i r.
    Qorxunc nərə çəkib başımız üstdə,
    Dünyanı titrədən böyük yaradan
    Qoy bilsin özünün düşmənlərini.
    Ədalət divanı qurulsun indi.
    Cinayət törədən, cəzalanmayan
    Əssin əsim-əsim, titrəsin zağ-zağ.
    Qanlı əllərini gizlətsin qatil.
    Öz andını pozan süni, saxtakar,
    Öz yolunu azan bic, haranızada,
    Zinakar şərəfsiz, dəyyus qeyrətsiz
    Vahimə içində lərzəyə düşsün
    Dostluq, səmimiyyət pərdəsi altda
    İnsan həyatına qəsd edən hər kəs
    Daha gizlətməsin suçunu əbəs.
    Hər yerdə hamıdan xəlvət tutduğu
    Günah dağarcığı qəlbini açsın.
    Yalvarıb-yaxarıb sidqi-ürəklə,
    Mərhəmət istəsin qadir Allahdan.
    Günahkar deyiləm mən onlar qədər.
K e n t.
    Ay aman, başı da açıqdır onun!
    Mənim mərhəmətli, əziz kralım,
    Yaxında küləşdən bir koma vardır.
    Orda qasırğadan daldalanın siz,
    Mən bu daş qəsrdə qəlbi daşdan bərk
    Daşa dönmüşlərin gedim yanına.
    Bir az bundan qabaq gedib onlardan.
    Sizi xəbər aldım, sizi soruşdum,
    Məni içəriyə buraxmadılar.
    Qapını üzümə çırpsalar yenə,
    Onları mən güclə məcbur edərəm,
    Ədəbi-ərkanı unutmasınlar.
L i r.
    Mənim ağlım çaşır, dəli oluram.
    Gedək, dostum, gedək. Nə olub sənə?
    Soyuqdan donursan? Mən də donuram.
    Haradadır küləşdən tikilən koma?
    Necə də qəribə olur ehtiyac,
    Qızıla çevirir saman çöpünü.
    Gedək o komaya. Ah, yazıq təlxək,
    Qəlbimin salamat qalan küncüylə
    Sənin bu halına acıyıram mən.
T ə 1 x ə k (oxuyur).
    Başında bir azca ağlı olan kəs
    Verməz ahla-ufla ömrünü bada.
    Yağışdan, tufandan şikayət etməz,
    Barışar bəxtiylə fani dünyada.
L i r.
    Haqlısan, əzizim, düz buyurursan.
     (Kentə)
    Yaxşı, o komana sən apar bizi.
    Lir və Kent gedirlər.
T ə 1 x ə k.
    Ayağı sürüşkən bir afətin alovunu-odunu söndürmək üçün nə gözəl gecədir!
    Getməmişdən əvvəl peyğəmbərlik edəcəyəm.
    Nə vaxt keşiş xalqı aldatmayacaq,
    Şərabçı pivəyə su qatmayacaq,
    Dərzi xəyalından çıxacaq daş-baş,
    Cadugər yerinə yanacaq oğraş,
    Ədalət dinəcək haqq divanında,
    Comərd qalmayacaq borc zindanında,
    Şərdən ayrılacaq şərçinin dili,
    Cibdən kəsiləcək cibgirin əli,
    Sələmçi sələmi çölə tökəcək, Əxlaqsız saflıqdan məbəd tikəcək, O vaxt İngiltərə məmləkətində Hamı ad alacaq öz sənətində. Onda qoca, uşaq, cavan, növrəstə Gəzəcək doğrudan ayağı üstə.
    Bu peyğəmbərliyi əfsanəvi sehrkar Merlin edəcəkdir, çünki o məndən sonra yaşayacaqdır (Gedir).
 
ÜÇÜNCÜ SƏHNƏ


    Qlosterin qəsrində bir otaq. Qloster Edmundla daxil olur.
Q l o s t e r.
    Aman, aman, Edmund! Bu qeyri-insani hərəkət , mənim xoşuma gəlmir. Krala kömək etmək üçün onlardan icazə istədim. Onlar mənim bütün imkanlarımı məhdudlaşdırıb, öz evimin ixtiyarını əlimdən aldılar. Məni həmişəlik gözdən salacaqları ilə hədələdilər. Kralın haqqında danışmağa, onun barəsində ağız açmağa, ona hər hansı bir vasitəylə kömək göstərməyi qadağan etdilər.
E d m u n d.
    Bu, insanlığa yaraşmayan, ən vicdansız bir hərəkətdi. Q 1 o s t e r. Fikir vermə. Heç nə danışma. Hersoqlar arasına ziddiyyət düşüb. Bir iş var. O bundan da pisdir. Bu axşam bir məktub almışam.
    Haqqında danışmaq belə təhlükəlidir. Məktubu öz otağımda gizlətmişəm. İndi krala verilən işgəncələrin intiqamı tamamilə alınacaqdır. Artıq qoşunun bir hissəsi sərhədi keçib. Biz kral tərəfdə olmalıyıq. Mən mütləq kralı axtarıb tapacağam, gizlincə ona kömək edəcəyəm. Sən hersoqun yanma get, onun başmı söhbətə qat ki, kralın yanına getdiyimi hiss etməsin. Hərgah məni soruşsa, de, xəstədir, yatağa düşüb. Bu yolda ölsəm də, krala kömək edəcəyəm, öz köhnə ağamı darda tək qoymayacağam. Onsuz da məni ölümlə hədələyirlər. Dünyada qəribə işlər baş verir, Edmund. Ehtiyatlı ol, oğlum. Gedir.
E d m u n d.
    Deməli, onları saymayır qoca, Krala tükənməz sədaqəti var. Bu sirri açaram hersoqa dərhal, Məktub haqqında da deyərəm ona. Bu gözəl xidmətim əvəzsiz qalmaz. Atam nə itirsə, taparam özüm, Doyar var-dövlətdən mənim də gözüm. Göylər yollarıma nur-işıq ələr. Qoca enən yerdən cavan yüksələr. Gedir.

DÖRDÜNCÜ SƏHNƏ


    Səhra. Komanın qabağı. Lir, Kent və təlxək gəlirlər.
K e n t.
    Bu da dediyimiz həmin o koma.
    İçəri buyurun, möhtərəm milord.
    Qasırğa get-gedə şiddət eyləyir.
    Bu zülmət gecədə belə dəhşətə
    Heç vaxt dözə bilməz insan vücudu.
L i r.
    Məndən əl çək!
K e n t.
    Milord, keçin içəri!
L i r.
    Mənim ürəyimi partladacaqsan?
K e n t.
    Razıyam, partlasın mənim ürəyim,
    Təki daş dəyməsin ayağınıza.
    İçəri buyurun, mehriban milord.
L i r.
    Belə nəhs tufanda bədənimizin
    İliyədək donub titrəməsini
    Böyük fəlakətmi sayırsan, dostum?!
    Əlbəttə, səninçün bu dözülməzdir.
    Fəqət təbiətin bir qanunu var:
    Ağır xəstəliyə düşəndə insan
    Yüngül xəstəliyi çıxır yadından.
    Vəhşi bir ayının ağzından qaçıb
    Canını birtəhər qurtaran bədbəxt
    Birdən qarşılaşsa quduz dənizlə,
    Geriyə qayıdıb istər-istəməz
    Özünü ayının ağzına atar.
    Başımız fikirdən azad olanda
    Hissiyyatlı olur bədənimiz də.
    Mənimsə başımda coşub fırtına,
    Bütün hissiyyatım məhv olub artıq.
    Yeganə bir hissim qalır qəlbimdə.
    Övlad nankorluğu! Dəhşətli bir hiss!
    Sanki bal yedirən barmaqlarımı
    Öz ağzım qoparıb, kəsib dibindən,
    Cəza verəcəyəm nankora mütləq.
    Yox, daha göz yaşı tökməyəcəyəm.
    Məni evdən qovmaq belə gecədə!
    Sel tək çağla, leysan! Od tək yan, şimşək!
    Bütün əzablara dözəcəyəm mən
    Belə qasırğada! Belə gecədə!
    Qızlarım Reqana, Qonerilya, siz
    Cəmi var-yoxunu açıq ürəklə
    Sizə bağışlayan ahıl, ixtiyar,
    Mehriban atanı!.. Oh, ağlım çaşır.
    Bu fikirlər məni dəli edəcək.
    Məndən uzaq olun mənfur fikirlər.
K e n t.
    İçəri buyurun, möhtərəm milord.
L i r.
    Xahiş eyləyirəm, sən özün buyur.
    Bir azca rahatlan, bir azca dincəl.
    Bu tufan məlhəmdir yaralanma,
    Bu tufan daha pis fəlakət haqda
    Mənə düşünməyə imkan verməyir.
    Hər halda içəri girəcəyəm mən.
    Qabağa düş, dostum, içəriyə keç. (Təlxəyə).
    Gəl, yurdsuz-yuvasız, yazıq dilənçi,
    Gəl, birinci sən keç. Dua oxuyub,
    Mən də yatacağam bu komacıqda. (Təlxək komaya girir).
    Ey evsiz-eşiksiz çılpaq bədbəxtlər,
    Harada qalıbsınız dəhşət içində?
    Yalın ayağınız, açıq başınız,
    Aclıqdan quruyub kənara çıxan
    Qabırğalarınız, cılız, canınız
    Amansız tufanın zərbələrinə
    İndi necə dözür, necə tablayır?!
    Deşik-deşik olmuş cır-cındırınız
    Qoruya bilirmi bəladan sizi?!
    Ah, keçən ömrümün xoşbəxt çağında
    Çox az düşünmüşəm haqqınızda mən.
    Bu da ibrət dərsi, bu da bir örnək.
    Ey varlı bəndələr, lovğalanmayın,
    Acıyın halına yoxsulların siz.
    Onlar nə hiss edir, siz də hiss edin.
    Ehtiyatdan artıq nəyiniz varsa,
    Paylayın aclara, yalavaclara.
    Gördüyünüz bütün savab işlərdən
    Allaha daha çox xoş gələr bu iş.
E d q a r (komadari).
     Dərinliyi üç arşın yarım, dərinliyi üç arşın yarım! Zavallı Tom!
    Təlxək qaçaraq komadan çıxır.
T ə 1 x ə k.
    Ora girmə, əmican, orda əcinnə var. Ay aman, kömək edin, kömək edin!
K e n t.
    Əlini mənə ver. Komada kim var?
T ə 1 x ə k.
    Əcinnə, əcinnə! O deyir ki, adı zavallı Tomdur.
K e n t.
    Ey, küləş içinə girib donquldanan! Kimsən? Bayıra çıx!
    Paltarını deyişib, özünü dəliliyə vuran Edqar komadan çıxır.
E d q a r.
    Qaçın! Mənfur iblis izləyir məni.
    Əsir tikanlıqda şimal küləyi.
    Hm! Buz yatağa gir, isit canını. Lir.
    Verib var-yoxunu iki qızına,
    Sən də mi düşübsən bu günə, yazıq?
E d q a r.
    Zavallı Toma kömək edin, əlinizdən qopanı əsirgəməyin. Məlun iblis onu odlardan, alovlardan keçirib: girdablara, burulğanlara salıb; bataqlıqlardan, cəngəlliklərdən sürüyüb. Yastığının altına bıçaq düzüb, əyləşdiyi yerin üstündən ilgəkli kəndir asıb, xörəyinin yanına zəhər qoyub. Onu həmişə qorxu içində saxlayıb. Ürəyini şübhə ilə doldurub. Kəhər ata mindirib, uzun, dar körpüdə səyirdərək öz kölgə sini qovub-tutmağa məcbur edib. Elə bil ki, kölgəsi onu izləyən xaindir. İnsan zəkasının beş qabiliyyəti var. İlahi sizin qabiliyyətinizin beşini də rövnəqləndirsin. Tom soyuqdan donur. Oh, uf, uf, ufl Allah sizi qasırğadan, ulduzların xatasından, cadudan saxlasın! Zavallı Toma biı az sədəqə verin. İblis onu çox incidir. Baxın, məlun indi orda durur Ordadır, yenə də ordadır, ordadır.
    Tufan davam edir.
L i r.
    Onu qızlarımı salıb bu hala?
    Verib hər şeyini, heç nə qalmayıb?
T ə 1 x ə k.
    Yox, əynindəki xalatı qalıb.
    Yoxsa biz ona baxmağa utanardıq.
L i r.
    Günahkar kəslərə cəza verməkçin
    Göylərə yığılmış dərdlər, bəlalar
    Sənin qızlarının başına yağsın.
K e n t.
    Onun qız övladı yoxdur, hökmdar. Lir.
    Sənə ölüm olsun, yalançı, namərd.
    İnsan xilqətini dünyada heç kəs
    Nankor qızlar kimi alçalda bilməz.
    Yararsız, gərəksiz qoca atanı
    Belə əzab ilə, əziyyət ilə
    İndi evdən qovmaq bir adət olub.
    Çox haqlı cəzadır, haqlı tənbehdir.
    Elə qəddar, qansız, acgöz qızları
    Törədənlər özü günahkardılar.
E d q a r.
    Pilikok dağında Pilikok durub.
    Ay aman, ay aman, ay aman, ay-ay! Tə Ix ək.
    Deyəsən, bu gecə amansız soyuq
    Bizim hamımızı dəli edəcək.
    Edqar. Şeytandan ürəyini qoru: valideynlərinə hörmət elə, söz verdin, sözünə düz ol: and içmə, başqalarının arvadına pis gözlə baxma, öz arvadını dəbdəbəli geyimə öyrətmə. Tom soyuqdan donur.
L i r.
    Sən əvvəl kim idin?
E d q a r.
    Avara bir adam, ürəyi, başı təkəbbürlə dolu bir yelbeyin. Saçlarımı burdurar, məşuqəmə sədaqət rəmzi kimi əlcəklərimi papağımın üstünə taxardım. Öz könül sultanıma həvəslə xidmət edər, onunla yüz oyundan çıxardım; hər kəlməbaşı and içər, elə oradaca müqəddəs göylər altında andımı pozardım. Məhəbbət macəraları barədə düşünə-düşünə yatar, yuxudan ayılan kimi fıkirlərimi həyata keçirməyə çalışardım. İçki düşkünü, qumar dəlisi idim. Qadın cinsinə Türkiyə sultanından pis münasibət bəsləyirdim. Qəlbim saxta, dilim yalançı, qulaqlarım bədxah sözlərinə məftun, əllərim qanlıydı. Donuz kimi tənbəl, tülkü kimi hiyləgər, canavar kimi acgöz, köpək kimi quduz, aslan kimi həris idim. Qoy qəşəng başmaqların cırltısı, zərif ipəklərin xışıltısı sənin yazıq könlünü qadınların arxasınca sürüməsin. Ayağını qəhbəxanadan, əlini qadın tumanından, qələmini sələmçilərin haqq-hesab dəftərindən kənar saxla, şeytan caynağına sancma ürəyi... Əsir tikanlıqda şimal küləyi. Vıy, vıy, vıy, no, nonni, sam, sam, man, Dolfın, mənim balam, atı sür yandan.
    Tufan davam edir.
L i r.
    Ah, bədbəxt insan! Çılpaq bədənini müdhiş qasırğanın aman-sız oxlarına sipər etməkdənsə, öz qəbrində rahat yatsan, daha yaxşı olardı. Doğrundanmı, insan bundan artıq bir məxluq deyil? Ona yaxşı baxın. Nəyi varsa, hamısı özünündür. Barama qurdundan ipək, öküz-dən dəri, qoyundan yun, ceyrandan müşk almayıb. Hə! Yalnız biz üçümüz qondarmayıq. O isə əsl adamdır. Necə yaranıbsa, elə də görünür. Təbii insan yazıq, çılpaq, ikiayaqlı bir heyvandır, lap elə onun kimi, vəssalam. Artıq bir şey deyil. Rədd olun, rədd olun, siz ey alınmış borclar! Gəl, bu düyməni aç burdan.
    Paltarını dartıb cırır.
T ə 1 x ə k. Təvəqqe edirəm, əmican, özünü ələ al. Belə bir nəhs gecədə çimmək olmaz. İndi bu vəhşi səhrada bir kiçik od parçası qoca bir əyyaşın ürəyində həyat qığılcımına oxşayardı. Bəli, buz bağlamış bir bədəndə həyat qığılcımına. Aha, işığa baxın. Özü də yana-yana buraya gəlir.
    Uzaqdan məşəl görünür.
Edqar.
    Bu məlun iblis Fliberticibbetdir. O, gecələr evlərin işığı sönən kimi mağarasından çölə çıxır, ilk xoruz banına qədər yer üzünü gəzib-dolanır. Birinin gözünə tor çəkir, birinin gözünü qıyır, birinin dodaqlarını dovşan dodağı kimi tən ortadan bölür. Buğdaya çor salır Bir sözlə, insanlara hər cür ziyan vurur.
    Üç dəfə pak Vitold düzdə gördü nə?! Gəzir doqquz balasıyla əcinnə. Hökm elədi bərk: Pislikdən əl çək, Rədd ol, rədd ol xarabalıq küncünə!
K e n t.
    Əlahəzrət, özünüzü necə hiss edirsiniz?
    Qloster əlində məşəl daxil olur.
L i r.
    Bu kimdir?
K e n t.
    Kimsən? Kimi axtarırsan?
Q 1 o s t e r.
    Siz kimsiniz? Adınız nədir?
E d q a r.
    Bu səfilin adı zavallı Tomdur. Növbənöv qurbağa, çömçəquyruq, hər cürə kərtənkələ ilə qidalanır. Məlun iblis qəzəblənib onu haldan çıxaranda iyrənmədən mal təzəyini salat kimi yeyir. Qocalıb taqətdən düşmüş siçovulu, gəbərib xəndəkdə qalmış it leşini parça-parça ötürür, üzü yaşıl kif bağlamış gölməçələrin bulanıq suyunu içir. Onun qamçının qabağına qatıb kənddən kəndə qovur, tez-tez tutub ayaqlarını kündələyir, özünü zindana salırlar. Bir vaxtlar onun çiyninə atmağa üç pencəyi, əyninə geyinməyə altı köynəyi, minməyə atı, belinə qurşamağa silahı vardı.
    Fəqət yeddi ildir bilmir ov iyi,
    Siçan, siçovuldur Tomun yediyi
    Əcinnədən özünüzü qoruyun.
    O məni təqib edir. Rədd ol,
    Smolkin, rədd ol, ifritə!
Q1 o s t e r.
    Bu nədir, hökmdar?
    Yoxdurmu məgər
    Sizin bundan yaxşı yoldaşlarınız?
E d q a r.
    Niyə, Modo, Mahu yaxşı cinlərdir.
    Zülmət şahzadəsi alicənabdır.
Q1 o s t e r (Lirə).
    Canımız, qanımız olan uşaqlar
    O qədər nanəcib, əclafdırlar ki,
    Biz nifrət edirik öz-özümüzə.
E d q a r.
    Bı, bı zavallı Tom dondu soyuqdan.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (09.12.2013) | Müəllif: R.C E W
Baxış: 685 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more