Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Kral Lir-2

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


L i r. 
    İki tac? O nə olan şeydir?
T ə 1 x ə k. 
    Niyə təəccüblənirsən! Yumurtanı iki yerə tən bölüb içini yeyərəm, yerdə qalar iki dənə qabıq hissəsi. Bu da olar sənə iki tac. Sən öz tacını iki yerə bölüb, hər iki hissəsini başqalarına verdikdə öz eşşəyini çiyninə alıb palçıqdan keçirdi. Niyə? Ayaqları palçığa bulanmasın. Deməli, sən qızıl tacmı başqasına verəndə öz boş tacının içində ağlın az idi. Əgər mənim bu sözlərim axmaq bir iş sayılırsa, bu işi birinci görən adamı yaxşıca şallaqlamaq lazımdır (Oxuyur). İndi axmaqlara yoxdur ehtiyac, İndi ağıllılar axmaqlayırlar.
Ağıl çarə qılmır, düşüncə əlac, Meymunluq edirlər, sarsaqlayırlar.
L i r. 
    Əbləh, sən belə oxumağı nə vaxtdan öyrənmisən?

T ə 1 x ə k.
    Sən qızlarmı özünə ana edib, əllərinə çubuq verib, ağ sarğılarını çubuq göyərdən bir uşaq kimi qorxa-qorxa qarşılarında öz tumanını aşağı çəkən gündən bu mənim adətimdir (Oxuyur).
    Fərəhdən, sevincdən ağladı onlar, Mən nəğmə oxudum dərddən, fikirdən. Gizlənqaç oynadı bəxtlə hökmdar, Təlxək cərgəsinə düşdü o birdən.
    Xahiş edirəm, əmican, bir müəllim tutasan ki, sənin təlxəyinə yalan danışmaq öyrətsin. Mən yalan danışmağı öyrənmək istəyirəm.
L i r.
    Yalan danışsan, ay əbləh, biz səni qamçıyla dağlayarıq.
T ə 1 x ə k.
    Mən buna çox təəccüb edirəm. Səninlə qızların arasın-da heç bir oxşarlıq yoxdur. Onlar məni düz danışanda qamçılayırlar, sən isə yalan deyəndə. Bəzən də məni susduğuma görə qamçılayırlar. Mən təlxəkdən başqa, nə desən olmaq istərdim, ancaq mən yenə də sən olmaq istəməzdim. Əmican, sən öz beynini hər iki tərəfdən kəsib tullamısan, ortasında heç nə qoymamısan. Budur, o tullantılardan biri gəlir (Qonerilya daxil olur).
L i r.
    Nə olub, qızım! Qaşların niyə elə düyünlənib? Mənə belə gəlir ki, sən bu son günlərdə çox qaşqabaqlı olursan.
T ə 1 x ə k.
    Sən onun qaşqabaqlı olub-olmadığına diqqət yetirmədiyin vaxtlar bir əziz xələf idin. İndi sən rəqəmsiz bir sıfırsan. Mən indi səndən yaxşıyam. Mən təlxəyəm, sən heç nə (Qonerilyaya). Bəli, bəli, mən həqiqətən də dilimi saxlamalıyam. Siz mənə bir söz deməsəniz də, üzünüzün ifadəsi mənə susmağı əmr edir. Ss... ss... Yoruldu, üzüldü, qaldı tənha-tək, Yoxdur süfrəsində bir qarın çörək. (Lir göstərir).
    Ha, ha, ayırtdanmış noxud qabığı!
Q o n e r i 1 y a.
    Yalnız bu ədəbsiz təlxəyiniz yox,
    Həm də başqa sırtıq adamlarınız
    Hər an, hər dəqiqə harınlıq edib,
    Min cür bəhanəylə dava salırlar.
    Dözmək mümkün deyil bu azğınlığa.
    Elə zənn edirdim, mən deyən kimi,
    Bunun qarşısını alacaqsınız.
    Dəhşətə gəlirəm gördüklərimdən
    Bu nədir? Sözünüz, rəftarınızla
    Bu işə özünüz yol verirsiniz.
    İndi ki belədir, məcburam özüm,
    Qanunu-qaydanı saxlamaq üçün,
    Ən ciddi, ən qəti tədbir görməyə.
    Bilirəm bu sizə toxunacaqdır.
    Sizdən ricam budur, inciməyəsiz.
    Hərgah olmasaydı dövlət rifahı,
    İşinizə azca qarışmağı mən
    Özümə ən böyük ayıb sayardım.
T ə l x ə k.
    Əmican, sən bunu yaxşı bilirsən:
    Torağay balaca ququ quşuna
    Rəhm edib, nəvaziş səpdi başına.
    Saxladı, böyütdü ququ quşunu,
    O da torağayın yedi başını.
    Deməli, şam söndü, qaldıq zülmətdə.
L i r.
    Sən mənim qızımsan?
Q o n e r i 1 y a.
    Qurtarın, cənab.
    Men çox istərdim ki, hərəkətiniz
    Gözəl ağlınıza layiq olaydı.
    Atın bir tərəfə belə rəftarı,
    Şıltaqlıq qətiyyən yaraşmır sizə.
T ə l x ə k.
    Çəkib sürüyəndə araba atı,
    Eşşək də anlayır iş nə yerdədir.
    Ehey, mənim Cekim, sevirəm səni.
L i r.
    Heç məni burada tanıyan varmı?
    Belə görünür ki, mən Lir deyiləm!
    Lir bu cür danışır, bu bu cür davranır?
    Hanı o duruşum, o baxışların?
    Bəlkə, ağlım, huşum azalıb mənim.
    Bəlkə, hissim yatıb, duyğum sustalıb.
    Hə! Mən oyağammı? Yox, ola bilməz.
    Oyaq kəs heç vədə süst qala bilməz
    İndi tapılarmı elə bir adam,
    O desin: mən kiməm?
T ə 1 x ə k.
    Lirin kölgəsi.
L i r.
    Mən gərək biləm ki, doğrudan kiməm.
    Çünki ləyaqətim, biliyim, ağlım,
    Məni sala bilər pis fıkirlərə.
    Elə düşünərəm mən kral Lirəm,
    Elə zənn edərəm, qızlarım vardır.
T ə l x ə k.
    Özü də hökmdar atalarını
    Mütiyə çevirmək istəyən qızlar.
L i r.
    Sizin, qəşəng xanım, adanız nədir?
Q o n e r i 1 y a.
    Sizin bu qəribə təəccübünüz
    Sizdəki qəribə şıltaqlıqlara
    Yaman uyğun gəlir, yaman oxşayır.
    Təvəqqe edirəm, xoş niyyətimi
    Doğru-dürüst başa düşəsiniz, ser.
    Siz yaşlı, hörmətli bir insansınız,
    Deməli, ağıllı olmalısınız.
    Sizinlə burada yüz cəngavər var,
    Azğındır, pozğundur, əyyaşdır onlar.
    Bu lovğa yığını hərəkətiylə
    Çevirib həyəti karvansaraya.
    Gözəl sarayımız tanınmaz olub,
    Dönüb meyxanaya, qəhbəxanaya.
    Abır-həya bizdən tələb edir ki,
    Təcili son qoyaq bu bədnamlığa.
    Xahiş eyləyirəm mən bunu sizdən,
    Xahişsiz də özüm tədbir görərdim.
    Azaldın saymı məiyyətin siz,
    Yaşınıza uyğun adamlar seçin.
    Onlar unutmasın ədəb-ərkanı,
    Sizə, özlərinə hörmət qoysunlar.
L i r
    Dünya bir zülmətmiş, adamlar iblis!
    Cəld olun, atlan yəhərləyin tez.
    Çağırın, toplayın məiyyətini.
    Namərd, dönük övlad! Gedirəm indi,
    Təngə gətirmərəm səni bir daha.
    Hələ mənim başqa bir qızım da var.
Q o n e r i 1 y a.
    Söyüb-döyürsünüz adamlarımı.
    Sizin harınlamış tör-töküntünüz
    Ağalıq edirlər hamıya burda.
    Halbuki, mehriban əyanlarımız
    Onlardan yüksəkdir hər bir cəhətdən.
     (Hersoq Albani gəlir).
L i r 
    Gec peşman olan düşər dərdlərə.
     (Hersoq Albaniyə)
    Ah, cənab, gəldiniz? Bir deyin mənə,
    Onunla fikriniz eynidir sizin?
    Gətirin, gətirin atlarımızı.
    Of, müdhiş nankorluq, daşqəlbli şeytan!
    Sən zühur edəndə övladımızda
    Dənizdə timsahdan daha qorxuncsan.
H e r s o q  A l b a n i.
    Rica eyləyirəm, sakit olun, ser.
L i r (Qonerilyayä).
    Sən-mənfur çalağan-yalan deyirsən.
    Mənim məiyyətin çox ləyaqətli,
    Çox nəcib, çox təmiz adamlardılar.
    Onlar gözəl bilir vəzifəsini,
    Onlar öz admı qoruyur hər vaxt.
    Ən kiçik, ən cüzi bir günah üçün
    Gör necə incitdim Kordeliyanı!
    Tamam alt-üst oldu ülvi hisslərim.
    Qəlbimdən çıxarıb məhəbbətimi,
    Yerinə öd kimi zəhər doldurdum.
    Mən necə yanıldım! Of, Lir, Lir, Lir, Lir!
    Döy bu boş başmı — açıq qapını,
    O sənin ağlını buraxıb çölə,
    İçəri ötürdü gicbəsərliyi!
     (Başına döyür).
    Gedəyin, gedəyin, əsilzadələr!
H e r s o q  A l b a n i.
    Milord, mənim yoxdur heç bir taqsırım.
    Doğrusu, bilmirəm, düzü, bilmirəm,
    Belə həyəcana nə salıb sizi.
L i r 
    Ola bilər, milord, inanıram mən.
    Dinlə, ey təbiət, gözəl ilahə;
    Dinlə bu qocanın qarğışlarmı:
    Əgər bu rəzili, bu həşəratı
    Uşaq doğmaq üçün yaratmısansa,
    Dəyiş qərarını, dəyiş hökmünü.
    Qurut qısırlıqla ana bətnini,
    -. Çürüt nəsilvermə məharətini.
    Şərəfsiz cisminə şərəf olacaq
    Bir övlad görməsin dünyada heç vaxt
    Hərgah doğacaqsa, görüm dərd doğsun,
    İztirab əbədi dağlasın onu.
    Ömrünün-gününün cavan çağında
    Bürüsün alnını dərin qırışlar,
    Göz yaşı arx açsın yanaqlarında.
    Onun əzab dolu, əziyyət dolu
    Ana qayğısını, məhəbbətini
    Rişxəndlə, nifrətlə qarşılasınlar.
    O zaman hiss edər, o zaman bilər:
    Əfi bir ilanın - qorxunc gürzənin
    Bədənə sancılmış zəhər dişindən
    Necə də yamandır nankor bir övlad!
    Gedək, gedək burdan (Gedir).
H e r s o q  A l b a n i.
    Nə olub, axı,
    Allah xatirinə, bir danış mənə.
Q o n e r i l y a.
    Sən belə təşvişlə üzmə özünü,
    Bunun səbəbini bilməyə dəyməz.
    Qocalıb, qayıdıb uşaqlığına,
    Qoy necə istəyir, şıltaqlıq etsin. (Lir təzədən gəlir).
L i r.
    Bu nədir, ikinci həftə ərzində
    Yarısı qovulub adamlarımın!
H e r s o q  A l b a n i.
     Nə olubdur, cənab?
L i r.
    Deyərəm indi. (Qonerilyaya)
    Ah, ölüm və həyat! Utanıram ki,
    Bu qədər sarsıtdın kişiliyimi.
    Sənin tək dəyərsiz məxluq önündə
    Axır göz yaşlarım istər-istəməz.
    Görüm, tufana düş, zülmətdə çürü.
    Bala, səni tutsun ata qarğışı.
    Sağalmaz yaralar canını alsın.
    Ey qoca gözlərim, sarsaq gözlərim!
    Bir də yaş töksəniz, yaş axıtsanız,
    Sizi çıxardaram hədəqənizdən,
    Ataram torpağa, ataram yerə.
    Siz öz çeşmənizlə, öz suyunuzla
    Sulayın torpağı, isladın yeri.
    Gör bir nələr oldu! Qoy belə olsun.
    Hələ mənim başqa bir qızım da var.
    O nəcib, qayğıkeş, mərhəmətlidir.
    Eşidib biləndə bu rəzaləti O sənin üzünü,
    dişi canavar, Didib-dağıdacaq dırnaqlarıyla.
    Sən bunu unutma, bunu unutma:
    Mən öz mənsəbimi, öz taxt-tacımı
    Yenə də geriyə qaytara bilərəm.
    Elə düşünmə ki, hakimiyyətdən
    Əbədi olaraq əl çəkmişəm mən.
    Sən bunu unutma, sən buna inan.
     (Lir, Kent və məiyyət gedirlər).
Q o n e r i 1 y a.
    Eşitdinmi, milord?
H e r s o q  A l b a n i.
    Hə, Qonerilya.
    Böyük məhəbbətlə sevsəm də səni,
    İndi tərəfgirlik etməyim gərək.
Q o n e r i 1 y a.
    Rica eyləyirəm, bəsdir bu haqda...
    Osvald harada qaldı, çağırın onu.
     (Təlxəyə)
    Sən təlxək deyilsən, haramzadasan.
    Ağanm dalınca di sürüş, haydı! Təlxək.
    Lir əmi, Lir əmi, bir azca dayan,
    Apar özün ilə bu təlxəyi də.
    Ələ keçmiş tülkü tək -.
    Nacins qızı döyüb bərk,
    Asardım boğazından.
    Heyf, fəndim fənd deyil,
    Papağım kəmənd deyil.
    Qaçım şərin ağzından.
Q o n e r i l y a.
    Bu kişi nə yaxşı düşünüb belə:
    İstəyir yüz nəfər adam saxlasın -
    Silahlı-yaraqlı yüz nəfər adam!
    Ağlını itirmiş bu axmaq qoca
    İstəyir onların köməyi ilə
    Bu cah-cəlalını sovursun yelə.
    Huşuna gələni sərsəmləyərək
    Həyata keçirsin bir divananətək.
    Töksün zəhləmizi dava-dalaşla.
    Hər cür iradlarla, bəhanələrlə
    Sıxsın məngənədə varlığımızı,
    Keçsin həyatımız qorxu içində.
    Hələ sən bunun bir bicliyinə bax!
    Osvald harada qaldı?
H e r s o q  A l b a n i.
    Yaxşı, qoy görək.
    Nə çox şişirdirsən öz qorxunu sən!
Q o n e r i 1 y a.
    Çox qorxmaq yaxşıdır çox inanmaqdan.
    Ehtiyat bəladan qoruyur bizi.
    Yolumda görünən bu təhlükəni
    Əgər məhv etməsəm, məhv edər məni.
    Bələdəm qocanın mən iç üzünə,
    Yazmışam bacıma dediklərimi.
    Bacım sözlərimə baxmasa hərgah,
    Onu qəbul etsə məiyyətiylə...
     (Osvald qayıdır).
    Ah, sən gəldin, Osvald!
    Hə, o məktubu Bacıma yazdınmı?
O s v a 1 d.
    Yazmışam, xanım.
Q o n e r i 1 y a.
    Get, özünlə götür bir neçə adam,
    Ata suvar olub tez düşün yola.
    Mənim təşvişimi bacıma çatdır,
    Həm də ona bildir öz fikrini sən,
    Çalış, təsir etsin sözün-söhbətin.
    Yolçu yolda gərək, tələs, tez qayıt.
     (Osvald gedir).
    Xeyr, xeyr, milord, sənin bu incə,
    Bu zərif, bu həlim təbiətini
    Tənqid etmək deyil məqsədim əsla,
    Sözlərimə görə məni bağışla.
    Belə yumşaq qəlbi səndə görən kəs
    Səni bərk qınayar, tərif eyləməz.
    İnsana fəlakət, bəla gətirən
    Mülayimlik ancaq ağılsızlıqdır.
H e r s o q  A l b a n i.
    Sənin fikrin nədir, deyə bilmərəm:
    Tamah bir tələdir bizə əzəldən,
    Çoxa can atırıq, az gedir eldən.
Q o n e r i 1 y a.
     Yox, axı...
H e r s o q  A l b a n i.
     Hər şeyi zaman göstərər.
    Gedirlər.

BEŞİNCİ SƏHNƏ


    Hersoq Albaninin sarayı qarşısında həyət. Lir, Kent və təlxək gəlirlər.
L i r.
    Bu məktubu Qlosterə apar. Qızının yalnız məktubla əlaqədar suallarına cavab ver. Əlavə heç nə demə. Əgər tələsməsən, mən qızımgilə səndən əvvəl çatacağam.
K e n t.
    Məktubunuzu çatdırmayınca, milord, gözlərimə yuxu getməyəcəkdir (Gedir).
T ə 1 x ə k.
    İşdir, adamın beyni dabanında olsaydı, adamın beyni heç döyənək olardımı?
L i r.
    Olardı, dostum.
T ə 1 x ə k.
    Elə isə səni təbrik edirəm, istədiyin qədər sevinə bilər-sən. Sənin ağlın heç vaxt ayaqqabıda gəzməli olmayacaq.
L i r.
    Ha, ha, ha!
T ə 1 x ə k.
    Görərsən, o biri qızın səni mehribanlıqla qarşılayacaq. Çünki meşə alması bağ almasına bənzədiyi kimi, o qızın da bu qızına bənzəyir. Ancaq mən bildiyimi bilirəm.
L i r.
    Sən nə bilirsən, dostum?
T ə 1 x ə k.
    Onu bilirəm ki, iki meşə almasının dadı eyni olduğu ki-mi, sənin o qızınla bu qızının dadı eynidir. O da turş dadacaqdır. Deyə bilərsənmi, adamın burnu niyə üzünün ortasındadır?
L i r.
    Yox, deyə bilmərəm.
T e 1 x ə k.
    Hə, ona görə ki, burnun hər tərəfinə bir göz düşsün. Adam iyləyə bilmədiyini görə bilsin.
L i r.
    Mən qızıma qarşı ədalətsizlik etdim.
T ə 1 x ə k.
    Deyə bilərsənmi, iblis öz çanağım necə düzəldir?
L i r.
    Yox.
T ə 1 x ə k.
    Mən də deyə bilmərəm. Fəqət mən deyə bilərəm ki, iblis özünə niyə ev tikir.
L i r.
    Niyə tikir?
T ə 1 x ə k.
    Niyə tikir? Ona görə ki, başını evində saxlasın, başını qızlarına verməsin, buynuzları müdafiəsiz qalmasın.
L i r.
    Mən təbiətimi dəyişəcəyəm, bundan sonra mehriban bir ata olacağam. Atlar hazırdırmı?
T ə 1 x ə k.
    Atların dalınca sənin eşşəklərin gediblər. Çox maraqlıdır, nə üçün Yeddi qardaş bürcündə ancaq yeddi ulduz var, artıq yoxdur?
L i r.
    Çünki onlar səkkiz deyil.
T ə 1 x ə k.
    Tamamilə doğrudur. Səndən yaxşı təlxək çıxardı.
L i r.
    Bu əbləhi rədd eləyin burdan! Nankor heyvərə!
T ə 1 x ə k.
    Əmican, əgər sən mənim təlxəyim olsaydın, mən som vaxtından öncə qocaldığına görə yaxşıca kötəkləyərdim.
L i r.
    Bu nə deməkdir?
T ə 1 x ə k.
    Bu o deməkdir ki, son gərək əvvəlcə ağıllanaydın, sonra qocalaydın.
L i r.
    Ah, qoyma dəli olum!
    Allah, mənə mədəd ver:
    Dözüm dərdə, əzaba,
    Menə güc ver, qüvvət ver.
     (Saray adamı gəlir).
    Nə oldu? Atlar hazırdımı?
    Saray adamı. Hazırdır, railord. L i r. Gedək, dostum.
T ə 1 x ə k.
    Mən gedirəm, neyləmək?!
    Mənə gülmə, ey mələk.
    Nədir əbədi qalan?
    Qızlığın da gedəcək.
    Gedirlər.

İKİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

    Qraf Qlosterin sarayı. Edmundla Kuran qarşılaşırlar.
E d m u n d.
    Salam, Kuran.
K u r a n.
    Salam, ser. Mənim indicə sizin atanızın yanında oldum. Atanıza xəbər verdim ki, hersoq Kornoul öz qadını hersoginya Reqana ilə birlikdə bu gecə sizə gəlmək istəyir?
E d m u n d.
    Nə üçün gəlmək istəyir?
K u r a n.
    Sözün düzü, bilmirəm. Təzə xəbər eşitmisinizmi? Mən bu aralıqda gəzən pıç-pıçlar deyirəm. Adamlar elə pıçıldaşırlar ki, az qalır onların dodaqları qulaqlarıyla öpüşsün.
E d m u n d.
    Yox, eşitməmişəm. İltimas edirəm, danışın. Nə deyirlər?
K u r a n.
    Deyirlər ki, guya hersoq Kornuolla hersoq Albani arasında müharibə olacaqdır. Məgər siz bunu eşitməmisiniz?
E d m u n d.
    Heç nə eşitməmişəm.
K u r a n.
    Vaxt gələr, eşidərsiniz. Salamat qalın, ser (Gedir).
E d m u n d.
    Bu gecə buraya gələcək hersoq?
    Çox yaxşı, çox gözəl! Düzəlir işlər.
    Mənim xeyirinədir onun gəlməyi.
    Atam əmr edib gözətçilərə,
    Tutub qardaşımı dama salsınlar.
    İndi bir iş durur mənim qarşımda,
    İncə məsələdir bu həddən artıq.
    Onu görməliyəm təcili, dərhal.
    Əldən vermək olmaz belə fürsəti.
     (Edqarı çağırır)
    Qardaşım, qardaşım, bir aşağı düş,
    Bir kəlmə sözüm var, eşidirsənmi?
     (Edqar gəlir).
    Atamız yamanca izləyir səni.
    Qardaşım, qaç burdan, qurtar canını.
    Gizləndiyin yeri deyiblər ona.
    İndi qaçmaq üçün yaxşı məqamdır.
    Qoy bu gecə zirehin olsun.
    Mənə bir de görüm, bir söylə görüm:
    Hersoq Kornoulun əleyhinə sən
    Bir söz deməmisən bu yaxınlarda?
    Hersoq bura gəlir, özü də indi.
    Belə bir gecədə, belə təcili.
    Xanım Reqana da gəlir onunla.
    Hersoq Albaniylə hersoq Kornoul
    Gizlicə başlayıb düşmənçiliyə.
    Bu kin, bu ədavət, nifaq barədə
    Bir yerdə ağzından söz çıxmayıb ki?
    Hə, bir yadına sal.
E d q a r.
    Bir kəlmə belə.
    Bu haqda özümə arxayınam mən.
E d m u n d.
    Ah, ayaq səsləri! Atamız gəlir.
    Bağışla, qardaşım. İndi yalandan
    Qılınc çəkəcəyəm sənin üstünə,
    Sən də qılıncını çıxar qınından,
    Yalandan özünü müdafiə et.
     (Ucadan)
    Yerində möhkəm dur! Hə, di təslim ol!
     (Yavaşca)
    Atamız gəlməmiş uzaqlaş burdan.
     (Ucadan)
    Ey, ey, işıq verin (Yavaşca). Sən qaç, qardaşım.
     (Ucadari)
    Məşəli yandırın! (Yavaşca) Artıq əlvida.
     (Edqar gedir).
    İndi qan lazımdır, bir azcana qan:
    Atamı ürəkdən inandırdam ki,
    Doğrudan, şiddətlə döyüşmüşəm mən.
     (Öz qolunu yaralayır).
    Sərxoşlar görmüşəm: bundan qəribə
    Oyun çıxarırlar əyləncə üçün.
    Ata! Ata! Vay-vay, kömək eyləyin.
    Bu nədir, burada bir adam yoxdur?
    Qloster və nökərlər əllərində məşəl gəlirlər.
Q 1 o s t e r.
     Ah, bu sənsən, Edmund! O əbləh hanı?
E d m u n d.
    Burada qaranlıqda gizlənmişdi o,
    Dayanıb dururdu siyirmə qılınc.
    Cadu eyləyirdi donquldanaraq,
    Yardım istəyirdi şər qüvvələrdən.
    Aya yalvarırdı: bu cinayətdə
    Ona kömək etsin.
Q 1 o s t e r.
    Bəs, bəs, hanı o?
E d m u n d.
    Məni qan aparıb, ata, bir baxın.
Q 1 o s t e r.
    Hanı o yaramaz?
E d m u n d.
    Qaçdı bu yolla.
    Elə ki, hiss etdi, ta bacarmayır...
Q l o s t e r.
    Gedin arxasınca, izləyin onu. (Bir neçə nökər gedir). Nəyi bacarmayır?
E d m u n d.
    Məni aldadıb
    Sizin qətlinizə razı salmağı.
    Naxələf bunun üçün bərk əlləşirdi.
    Mən ona dedim ki, qisas Allahı
    Göylərdəki bütün ildırımları
    Ata qatilinin tökər başına.
    Mən ona danışdım heyrət içində:
    Ali məhəbbətlə ülvi sevgiylə
    Övladı ataya möhkəm bağlayan
    Əbədi, müqəddəs, sınmaz tellərdən.
    Sözün müxtəsəri, xain özünün
    Bu qeyri-insani qəsdinə qarşı
    Məndəki təşvişi, nifrəti görüb
    Üstümə hücuma keçdi qəflətən,
    Qılıncla qoluma zərbə endirdi.
    Bu işə əvvəldən hazırlaşmışdı,
    Mənimsə heç nədən yoxdur xəbərim.
    Elə ki, o gördü dəyanətimi,
    Bildi ki, hazıram bir cəsur kimi
    Zərbəyə zərbəylə cavab verməyə,
    Bundamı çəkindi, yoxsa hay-küydən -
    Bu zaman mən yaman hay-küy salmışdım
    Birdən qaçıb getdi.
Q 1o s t e r.
    Qoy qaçıb getsin.
    Cəzadan heç yana o qaça bilməz.
    Mütləq əvvəl-axır tutulacaqdır,
    Tutuldu - qurtardı, gəbərəcəkdir.
    Alicənab hersoq bizim başçımız,
    Hörmətli hamimiz, havadarımız
    Bu gecə buraya təşrif buyurur.
    Bütün hər tərəfə onun adından
    Mən belə bir elan göndərərəm ki,
    Odda diri-diri yandırmaq üçün
    O alçaq qatili tapıb verən kos
    Mükafat alacaq, ənam alacaq.
    Onu gizlədən kəs məhv olacaqdır.
E d m u n d.
    Çalışdım, fikrindən döndərim onu,
    Nankor əl çəkmədi bəd niyyətindən.
    Bu vaxt onu söyüb lənətləyərək
    Qorxutdum qəsdini faş eyləməklə.
    Cavabında hirslə belə söylədi:
    "Ey hüquqdan məhrum, bic doğulan zad,
    Elə zənn edirsən, sənin düzlüyün,
    Sənin ləyaqətin, sənin saflığın
    Sənə dayaq durub kömək edəcək,
    Sözünə inanan tapılacaqdır. Xeyr!
    Hədər girmə münaqişəyə.
    Mən nəyi istəsəm, istədiyim vaxt
    Hər yerdə yalana çıxara bilərəm.
    Bəli, sübut üçün xəttimi hətta
    Bir əsas göstərsən, dəlil gətirsən,
    O zaman deyərəm, bütün bu işlər
    Mənim həyatıma, mənim ömrümə
    Qurulan tələdir, atdan tordur.
    Ən küt adam belə başa düşər ki,
    Sənə çox gərəkdir mənim ölümüm.
    Sən buna necə də böyük bir səylə
    Fürsət axtarırsan, imkan gəzirsən".
Q 1 o s t e r.
    Ah, sürtük, sırtılmış, rəzil böhtançı!
    Yazdığı məktubu inkar edəcək?
    Yox, daha o mənim övladım deyil.
     (Səhnə arxasında təntənəli musiqi)
    Aha, şeypur səsi! Gələn hersoqdur.
    Bilmirəm, nə üçün o gəlir bizə.
    Ona ağız açıb bağladaram mən
    Həm kənar yolları, həm limanlar.
    Yaramaz aradan çıxa bilməz.
    Həm də o əbləhin müdhiş şəklini
    Hər yana, hər yerə göndərərəm ki,
    Qoy bütün ölkədə tanıyıb onu,
    Tutub göndərsinlər təcili bizə.
    Bil, mənim, qeyrətli, vicdanlı oğlum,
    Artıq bundan sonra torpaqlarımın
    Qanuni varisi sən olacaqsan.
    Hersoq Kornoul, Reqana və xidmətçilər daxil olurlar.
H e r s o q K o r n o u l.
    Xoş gördük, əziz dost! Elə indicə,
    Sizin evinizə hələ çatmamış
    Bir xəbər eşitdim. Dəhşətdir, dəhşət!
R e q a n a.
    Deyilən düzdürsə, o yaramaza
    Dünyada ən ağır cəza azdır, az.
    Sizin səhhətiniz necədir, milord?
Q 1 o s t e r.
    Ah, xanım, ürəyim qoca vaxtımda
    Parça-parça olub, paralanıbdır.
R e q a n a.
    Məgər bu mümkünmü, ola bilərmi:
    O mənim atanın xaç oğulluğu,
    Özü ad qoyduğu - doğma balanız
    -Sizin Edqarınız sizə qəsd etsin?
Q l o s t e r.
    Oyy, ledi, ledi, danışım necə!
    Bunu dillə demək özü ayıbdır.
R e q a n a.
    Oğlunuz atama xidmət eyləyən
    Azğın hannlara qoşulmayıb ki?
Q 1 o s t e r.
    Doğrusu, bilmirəm. Ah, bu xəyanət
    Ən ağır, ən ağır bir fəlakətdir.
E d m u n d.
    Hə, xanım, onlarla əlaqədəydi.
R e q a n a.
    Məsələ aydındır, heyrətlənməyin
    Siz onun bu qədər pozulmasına.
    Deməli, onlardı təhrik eyləyən
    Onu bu qətlə, bu xəyanətə.
    Onlar istəyirlər qoca atamın
    İrsini rahatca yeyib-içsinlər.
    Bu axşam bacımdan məktub almışam,
    Hər şeyi ətraflı o yazır mənə.
    Bu işdə ehtiyat, ustalıq gərək.
    O sərxoş sürüsü bizə gələrsə,
    Onların cənginə keçməmək üçün
    Evdən gedəcəyəm.
H e r s o q K o r n u o l.
    Mən də, Reqana.
    Edmund, eşitmişəm, siz atanıza
    Layiq övlad kimi, iş görmüsünüz.
E d m u n d.
    Bu mənim övladlıq borcumdur.
Q1 o s t e r.
    Oğlum xəyanətin açıb üstünü.
    Bir baxın, canini tutmaq istərkən
    Özü də qolundan yaralanıbdır.
H e r s o q K o r n u o 1.
    Dalınca gediblər?
Q 1 o s t e r.
    Gediblər, milord.
H e r s o q K o r n u o 1.
    O, ələ keçəndə bir daha heç vaxt
    Heç kəsə təhlükə olmayacaqdır.
    Onu tutmaq üçün mənim adımdan
    - Külli - ixtiyardan, səlahiyyətdən
    İstifadə edin istənilən tək.
    Edmund, sizin isə burda, indicə
    Kişi qeyrətiniz, ləyaqətiniz
    Çox yaxşı, çox gözəl sübut olundu.
    Bizim belə igid,belə vəfalı
    Adamlara çoxdur ehtiyacımız.
    Sizi götürürük öz sıramıza,
    Qəbul eləyirik həm də birinci.
E d m u n d.
    Sadiq olacağam hər zaman sizə.
Q1 o s t e r.
    Ona göstərilən bu hörmət üçün
    Təşəkkür edirəm sizə ürəkdən.
H e r s o q K o r n u o l.
    Nə üçün gəlmişik, bilirsinizmi?
R e q a n a.
    Həm də belə vaxtsız, belə vədəsiz,
    Göz-gözü görməyən zülmət gecədə.
    Bunun mühüm, ciddi səbəbləri var.
    Bizə çox gərəkdir məsləhətimiz.
    Atamdan, bacımdan məktub almışam,
    Onların arası dəyibdir yaman.
    Bilmək istəyirlər. nədir fikriniz?
    Düzgün həll etmək üçün mübahisəni
    Belə düşünürəm, zənn edirəm ki,
    Kənar adam olsa, daha yaxşıdır.
    Cavab gözləyirlər qasidlər indi.
    Hörmətli Qloster, əziz dostumuz,
    Unudun dözülməz kədərinizi,
    Qəlbiniz toxtasın, dincəlsin bir az.
    Təxirə salınmaz bu məsələdə
    Təcili siz bizə məsləhət verin.
Q 1 o s t e r.
    Xanım, mən hazıram qulluğunuzda.
    Bizə hər ikiniz xoş gəlmisiniz.
    Gedirlər.
 
İKİNCİ SƏHNƏ 
 
     Qlosterin sarayı önündə. Kentlə Osvald qarşı-qarşıya gəlirlər.
O s v a 1 d. 
    Sənin açılacaq sabahın xeyir, dost. Sən buralısan?
K e n t. 
    Hə.
O s v a 1 d. 
    Biz atlarımızı haraya bağlaya bilərik?
K e n t. 
    Bataqlığa
O s v a 1 d. 
    Xahiş edirəm, bir dost kimi, düzünü de.
K e n t. 
    Mən sənin kimi adamla heç vaxt dost olmaram.
Osvald. 
    Nə dedin! İndi ki, belədir, mən sizi görmək belə istəmirəm.
K e n t. 
    Əgər bircə dəfə cəngimə keçsəydin, səni elə sıxardım ki, gözlərin bərələ qalardı. Onda məni yaxşı görərdin.
O s v a 1 d.
     Üstümə nə düşmüsən?! Mən səni heç tanımıram.
K e n t. 
    Xalaoğlu, ancaq mən səni əla tanıyıram.
O s v a 1 d. 
    De görüm, mən necə adamam?
K e n t. 
    Sən fırıldaqçı, dələduz, boşqab dibi yalayansan; alçaq, lovğa, içiboş, yazıq bir məxluqsan. Cibinə yüz manat qoyub, ayağına yun corab taxıb, gündə üç kostyum geyinsən də heç nəyə dəyməzsən, iy-rənc bir düdəməsən. Sən qorxaq, araqarışdıran haramzadasan. Xudbin, xəbis, xırdaçı, hər yerə burnunu soxan əclafsan. Sənin zatın qırıq, mayan haramdır. Xəmirin oğraşlıqdan yoğrulub. Öz xeyrin üçün hər cür yaramazlığa hazırsan, yaltaqsan, xəbərçisən. Əgər bu rütbələrin birini öz adından silib atsan, səni elə əzişdirərəm ki, adın da yadından çıxar.
O s v a 1 d. 
    Gör, sən nə qədər içi çürümüş, içi iylənmiş heyvərəsən ki, tanış olmadığın, səni tanımayan bir adama ağzına gələni çərənləyirsən.
K e n t. 
    Həyasız, sırtıq nökər, məni tanıdığını danırsan! Bəs iki gün bundan əvvəl sənin kralın qarşısında yerə sərib mitilinə döyən mən deyildim? Çıxart qılıncını, qırışmal! Gecə olmağına baxma, ay yaxşı işıq saçır. İndi murdar vücudunu tikə-tikə doğrayaram. Ayın işığı sənin tikələrinin üstünə ədviyyat kimi səpilər. Çıxart qılıncım, korşalmış dəl-lək ülgücü, çıxart! (Qılıncını sıyırır).
O s v a 1 d. 
    Rədd ol! Mənim səninlə görüləsi heç bir işim yoxdur.
K e n t. 
    Çıxart qılıncını, haramzadə. Sən kralın əleyhinə məktub gətirmisən. Sən öz kral atasına quyu qazan, şöhrət düşkünü olan bir oyuncağın tərəfini saxlayırsan. Qılıncını əlinə götür, alçaq, yoxsa qılçalarmı doğrayar, budlarını qovurub özünə yedirdərəm. Çıxart qılıncını, haramzadə. Cəld olş
O s v a l d. 
    Kömək edin, eyy! Öldürürlər! Kömək edin!
K e n t. 
    Özünü qoru, rəzil kölə. Dayan, əclaf, dayan. Qul oğlu qul, özünü qoru (Onu vurur).
O s v a 1 d. 
    Kömək edin, eyy! Öldürürlər, öldürürlər! Edmund siyirmə qılınc daxil olur.
E d m u n d. 
    Bu nədir? Nə olub belə? (Onları ayınr).
K e n t. 
    Vuruşmaq istəyirsiniz, igid oğlan! Buyurun, buyurun. Qan tökə bilirsiniz? İndi mən sizi qana alışdıraram. Yaxına gəlin, ağa balası. 
    Qloster gəlir.
Q1 o s t e r. 
    Necə, silah, qılınc! Bu nə deməkdir! 
    Hersoq Kornuol, Reqana və xidmətçilər daxil olurlar.
K o r n u o 1. 
    Dayanın yaşamaq xatirinə siz! Əlini tərpədən məhv olacaqdır. Kimdir bu adamlar?
R e q a n a. 
    Qasidlərimiz: 
    Biri atamdandır, biri bacımdan.
 K o r n u o 1. 
    Söyləyin, nə üçün vuruşurdunuz?
O s v a 1 d.
    Nəfəsim kəsilir, milord...
K e n t. 
    Burda təəccüblü heç nə yoxdur. Nəfəsin kəsilər də. Sən igidlik göstərdin, axı! Qorxaq dələduz, təbiət səndən imtina edir. Səni təbiət yaratmayıb, dərzi düzəldib.
K o r n u o 1. 
    Nə qəribə adamsan, heç dərzi də adam düzəldə bilər?
K e n t. 
    Bəli, onu dərzi düzəldib, ser. Nə heykəltəraş, nə də rəssam hətta iki saat müddətində belə bu əclafı bu qədər pis hazırlamazdı.
K o r n u o 1. 
    Sən danış, bu dava necə başladı?
O s v a 1 d. 
    Ağ saqqalına rəhm edib, həyatına qıymadığım bu ədəbsiz qoca..
K e n t. 
    Of, mənasız sıfır! Sənin yerin künc-bucaqdır. Soxulma qa-bağa! Milord, icazə verin, mən bu yonulmamış kötüyü əhəng kimi ayağımın altına salıb əzim, tozundan palçıq qayırıb ayaqyolunun divarına suvaq çəkim. Ağ saqqalıma rəhm etdin, sən, hə, cüllüt? Onun üstünə cummaq istəyir.
K o r n u o l. 
    Sakit ol, yaramaz? Bu heyvanlıqdır. 
    Unutdun sən ədəb qaydalarını.
K e n t. 
    Bəli, unutdum, ser, bağışlayınız.
    Ancaq qəzəbin də qaydaları var.
K o r n u o 1. 
    De görək, nə üçün qəzəblənmisən?
K e n t. 
    Çünki belə bir qul, belə bir gəda 
    Şərəf əvəzinə qılınc qurşayıb. 
    Bu cür dələduzlar gülümsəyərək 
    Hər cür hala düşüb olurlar rəng-rəng. 
    Onların heç biri görünmür gözə, 
    Girir insanların aralarına, 
    Siçan ipək sapı doğrayan kimi, 
    Ən gözəl, ən zərif, ülvi, müqəddəs 
    Ülfət tellərini kəsib doğrayır. 
    Harın ağaların hər arzusunu 
    Yerinə yetirir canfəşanlıqla. 
    Yağ tökür alışan ehtiraslara, 
    Buz qoyur soyumuş hissiyyatlara. 
    Bu yaltaq sürüsü qarğa-quzğun tək 
    Tutur leşə tərəf dimdiklərini. 
    Şöngüyüb önündə öz sahibinin 
    Pis niyyət gözləyir, pis niyyət gəzir. 
    Heç nə anlamadan, heç nə bilmədən 
    Hər yerdə tula tək izləyir onu. 
    Qara yara tutsun sürtük üzünü, 
    Hələ dişlərini ağardırsan da! 
    Məgər mən təlxəyəm, düz danışmıram?! 
    Ah, qazın biri qaz! Sarem çölündə 
    Nə ola əlimə düşəydin mənim, 
    Kamlot kəndindəki hininə qədər 
    Səni qova-qova qaqqıldadardım.
K o r n u o 1. 
    Sənə nə olubdur, dəlisən, qoca?
Q 1 o s t e r. 
    Danış, nə üstündə dava başlandı?
K e n t. 
    Dünyada məndən çox, bu əclafdan çox 
    Heç kes bir-birinə nifrət etməyir.
K o r t u o1. 
    Nə üçün sən ona əclaf deyirsən, 
    Fağırın günahı, taqsırı nədir?
K e n t. 
    Onun sir-sifəti gəlmir xoşuma.
K o r n u o l. 
    Belə de, belə de! Ola bilsin ki, 
    Mənim də, bunun da, bu qadının da 
    Sir-sifəti gəlmir sənin xoşuna?
K e n t. 
    Cənab, düz danışmaq peşəmdir mənim. 
    Bu saat qarşımda gördüklərimdən 
    Daha yaxşı üzlər görmüşəm bir vaxt.
K o r n u o 1. 
    Gör, hansı yuvanın quşuymuş bu xılt! 
    Bir anlıq göz yumub kobudluğuna 
    Bir az tərifləsən beləsini sən, 
    Büsbütün çıxacaq qınından çölə, 
    Başlayacaq gözə kül üfürməyə. 
    Guya bacarmayır yaltaqlanmağı, 
    Vicdanı təmizdir, qəlbi ləkəsiz. 
    Hamı inanacaq onun sözünə, 
    Hamı zənn edəcək doğru adamdır. 
    Həqiqət cildinə girib gizlənən 
    Belə tülküləri çox görmüşəm mən. 
    İyirmi bic, yaltaq nökərdən onlar 
    Daha hiyləgərdir, daha satqındır.
K e n t. 
    And olsun müqəddəs həqiqətə, ser, 
    O günəş tanrısı alovlu Febin 
    İşıqlı, şəfəqli şüaları tək 
    Nurlu, cazibədar baxışlarıyla 
    İnsan ürəyini məftun eyləyən 
    Siz alicənabın icazəsiylə...
K o r n u o 1. 
    Saxla, saxla görək, nə istəyirsən?
K e n t. 
    Sizin xoşunuza gəlmədiyi üçün mən öz danışıq tərzimi dəyişmək istəyirəm. Ser, doğrudan da, mən yaltaq deyiləm. Sözlərinə həqiqət donu geyindirib, sizi aldadan adam həqiqətən dələduzdur. Mən qəzəbinizə, düçar olsam da, heç vaxt sizi aldadıb dələduz olmaram.
K o r n u o 1 (Osvalda). 
    Onda sən qocanı təhqir etmisən!
O s v a 1 d. 
    Ay tövbə, ay tövbə! Hətta bir kəlmə 
    Ona güldən ağır söz deməmişəm. 
    Lap bu yaxınlarda kral hirslənib 
    Döymək istəyirdi məni nahaqdan. 
    Bu da ağasına xoş gəlsin deyə, 
    Bu zaman gizlicə yaxınlaşaraq 
    Daldan mənə möhkəm badalaq vurdu. 
    Qəflətən yıxıldım üzüqoylu. 
    Ayağa qalxmağa macal vermədən 
    Məni ələ saldı, təhqir eylədi. 
    Bir qəhrəman kimi dartdı özünü. 
    Köməksiz bir kəsə qəsd etdiyi üçün 
    Hələ təriflədi onu kral da. 
    İndi şirə qalıb bunun dişində, 
    Atıldı burda da üstümə mənim.
K e n t. 
    Sən bir qorxağa bax! Elə bil, 
    Ayaks bunun qarşısında it küçüyüdür.
K o r n u o 1. 
    Kündəni gətirin! Tərsin biri tərs! 
    Qoca fırıldaqçı, qoca boşboğaz! 
    Biz sənin dərsini verərik indi.
K e n t. 
    Menim çoxdan keçib dərs alan vaxtım. 
    Kündə gətirməyin mənim üçün, ser. 
    Bilin ki, kralın xidmətçisiyəm. 
    Onun tapşırığı, göstərişiylə 
    Sizin yanınıza göndərilmişəm. 
    Bunu unutmayın əlahəzrətin 
    Kündeyə salmaqla elçisini siz 
    Onun şərəfinə, şəxsiyyətinə 
    Böyük hörmətsizlik göstərirsiniz.
K o r n u o 1.
    Kündəni gətirin! Vicdanım haqqı, 
    Kündedə qalacaq günortayadək.
R e q a n a. 
    Günorta nədir ki! Düz axşamadək, 
    Bütün gecəni də kündədə qalsın.
K e n t. 
    Axı, nəyə görə, mehriban xanım! 
    Atanızın iti olsaydım, yəqin, 
    Mənə bu rəftarı rəva bilməzdiz.
R e q a n a. 
    Ancaq dələduza bu rəftar gərək
K o r n u o 1. 
    Bacımın yazdığı o adamlardan 
    Birisi də budur. Kündə nə oldu! 
     (Kündəni gətirirlər).
Q 1 o s t e r. 
    Xahiş eyləyirəm siz cənablardan* 
    Ona belə cəza verməyəsiniz. 
    Hörmətli kraldır onun ağası, 
    Kral özü onu cəzalandırar. 
    Bilirəm, ağırdır günahı, suçu, 
    Sizinsə hökmünüz daha ağırdır. 
    Yalnız alçaq, rəzil dələduzların 
    Oğurluq, quldurluq, fırıldaq üstdə 
    Kündəyə salırlar ayaqlarını. 
    Kral elçisini alçaltmaq olmaz. 
    Axı, kral sizdən inciyə bilər.
K o r n u o 1.
     Bunun üçün hər şeyə cavabdeh mənəm.
R e q a n a. 
    Bacım daha artıq inciyə bilər. 
    Burda iş başında onun adamı 
    Döyülür, söyülür, təhqir edilir, 
    Bizsə qarşısını almırıq bunun. 
    Tez olun, əbləhi salın kündəyə. 
     (Kentin ayaqlarını kündəyə salırlar). 
    Gedək, milord, gedək. 
    Qloster ve Kentdən başqa hamısı gedir.
Q1 o s t e r. 
    İnan ki, dostum, 
    Halına ürəkdən acıyıram mən. 
    Neyləmək hersoqun istəyi budur. 
    Hamı yaxşı bilir, onun hökmünü 
    Nə dəyişmək olmaz, nə pozmaq olmaz. 
    Yenə çalışaram bir əlac tapım.
K e n t. 
    Narahat olmayın, lazım deyil, ser. 
    Yuxusuz qalmışam, yol yorub məni. 
    Yataram, yorğunluq çıxar canımdan. 
    Yaxşı adamların taleyi, bəxti 
    Üzündə, gözündə çiçək açmaz ki, 
    Qat-qat qabar bağlar dabanlarında. 
    Xoş sabah bəxş etsin yaradan sizə.
Q 1 o s t e r. 
    Doğrudan, yaxşı iş görmədi hersoq (Gedir).
K e n t. 
    Ah, zavallı kral, qədim məsəli 
    Sən öz həyatınla təsdiq eylədin. 
    Sən yağışdan çıxdın yağmura düşdün. 
    Çıx, ey yer üzünün məşəli ay, çıx. 
    Qorxusuz, hürküsüz işığında mən 
    İndi bu məktubu rahat oxuyum. 
    Ölüm ayağında, dar ayağında 
    Bizim üçün möcüzə baş verir bəzən. 
    Bu məktub mənim üçün bir möcüzədir. 
    Onu Kordeliya yazıbdır mənə. 
    Gizləndiyim yeri öyrənə bilib. 
    Bir imkan gözləyir; fürsət düşdümü 
    Məni fəlakətdən xilas edəcək. 
    Ah, yorğun gözlərim, yumulun artıq, 
    Baxmayın bu iyrənc dünya evinə. 
    Gecən xeyrə qalsın, felək, ey fələk! 
    Bir daha üzümə gülümsə mənim, 
    Çevir gülə-gülə bəxtin çərxini (Yatır).
ÜÇÜNCÜ SƏHNƏ


    Meşə. Edqar gəlir.
E d q a r.
    Eşitdim haqımda müdhiş qərarı.
    Ağac koğuşunda gizlənmişdim mən.
    Yanımdan keçdilər sivri ox kimi,
    Məni xoşbəxtlikdən görmədi heç kəs.
    Limanlar bağlıdır, kəsilib yollar.
    Elə yer yoxdur ki, orda mənim üçün
    Tələ qoymasınlar, tor qurmasınlar.
    Başqa ölkələrə qaça bilmirəm,
    Hər yerdə, hər yanda gəzirlər məni.
    Nicat yolu birdir, xilas yolu bir.
    " Gərək qiyafətmi dəyişəm tamam.
    Rəzil yoxsulluğun düçar etdiyi
    İnsandan daha çox heyvana bənzər,
    Ən miskin, ən yazıq dilənçi olum.
    Üzümə, gözümə palçıq bulayım,
    Kətan da dolayım belimə bir az.
    Saçlarım pərişan, bədənim çılpaq,
    Düşüm səhralara səfillər kimi.
    Güclü tufanlara, sərt küləklərə
    Qış günü köksümü sipər eyləyim.
    Dəlixanalardan qaçan dəlilər
    Mənim dostum olsun, yoldaşım olsun.
    Qışqırıb dolanır hər yanı onlar,
    Mıx vurur, mil sancır öz əllərinə.
    İynəylə, tikanla, dırnaqlarıyla
    Deşik-deşik edir lüt canların.
    Bu qorxunc görkəmlə dəhşət yaradır,
    Fermanı, obanı, binəni, ağlı,
    Kəndi, dəyirmanı gəzirlər bir-bir.
    Bəzən hədələyir, bəzən yalvarır,
    Sədəqə yığırlar beləcə hər vaxt.
    Bədbəxt Tom... bir vücud sayılır yenə,
    Mən - Edqar dünyada heç nəyəm, heç nə.
    Gedir.

DÖRDÜNCÜ SƏHNƏ


    Qlosterin qəsri önü. Kentin ayaqlarına kündə vurulub. Lir, təlxək və saray adamları gəlirlər.
Lir.
    Bizim elçimizi yola salmadan
    Evdən getmələri çox qəribədir. Saray adamı.
    Bildiyimə görə, aralarında
    Dünən getmək haqda söhbət olmayıb.
K e n t.
    Salam, əziz kral!
L i r.
    Bu rüsvayçılıq
    Məgər əyləncədir?
K e n t.
    Xeyr, hökmdar.
Təlxək.
    Ha-ha-ha! Gör, özünü nə möhkəm bağladıb! Atları başından, itləri, aylıları boynundan, meymunları belindən, adamları isə ayağından bağlayırlar. Adam ayağını dinc qoymayanda ayağına taxtadan corab geyindirirlər.
Lir.
    Kim belə tapdayıb ləyaqətini,
    Sənin kündə vurub ayaqlarına? Kent.
    Onlar ikisi də, ulu hökmdar,
    Sizin öz qızınız, kürəkəniniz.
L i r.
    Ola bilməz, qraf!
K e n t.
    Olmuşdur, kral!
L i r.
    Ola bilməz, dedim.
K e n t.
     Olmuşdur, dedim.
L i r.
     Yox,yox, onlar bunu edə bilməzlər.
K e n t.
    Bəli, bəli, onlar bunu etmişlər.
L i r.
    Allahlar atası Yupiterə, Kent,
    Mən and içirəm ki, edə bilməzlər.
K e n t.
    Yupiterin yarı Yunonaya, Lir,
    Mən and içirəm ki, bunu etmişlər.
L i r.
    Heç cür ağlım kəsmir, bu mümkün deyil.
    Onlar cürət etməz, onlar bacarmaz,
    Onlar belə işə yol verməzdilər.
    Hörmət əvəzinə belə həqarət
    Adam öldürməkdən daha pisdir, pis.
    Mənə qısa danış, nə etmisən ki,
    Onlar görünməmiş bu cür təhqirlə
    Rüsvay edib səni-mənim elçimi.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (09.12.2013) | Müəllif: R.C E W
Baxış: 744 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more