Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Kral Lir
KRAL LİR

İngilis dilindən tərcümə edəni Sabir Mustafa

İŞTİRAK EDƏNLƏR:

 
 L i r - Britaniya kralı
Fransa kralı
Burqundiya hersoqu
Kornuol hersoqu
Albani hersoqu
Qraf Kent
Qraf Qloster
E d q a r - Qlosterin oğlu
E d m u n d - Qlosterin qeyri- qanuni oğlu
K u r a n - saray adamı
O s v a 1 d - Qonerilyanın eşik ağası
Q o c a - Qlosterin icarədarı
H ə k i m
T ə 1 x ə k
Z a b i t - Edmundun komandanlığında
Zadəgan- Kordeliyanın yaxın adamlarından
C arçı
Kornuolun nökərləri.
Qonerilya
R e q a n a- Lirin qızları
Kordeliya
Lirin cəngavərləri, zabitlər, çaparlar, əsgərlər, saray adamları.
Hadisələr Britaniyada cərəyan edir.

BİRİNCİ PƏRDƏ

BİRİNCİ SƏHNƏ

    Kral Lirin sarayı. Kent, Qloster və Edmund daxil olurlar.
Kent.
   Mən elə güman edirdim ki, kral hersoqlardan Albaninin xətirini Kornuolun xətrindən çox istəyir.
Q 1 o s t e r.
   Bizə həmişə belə görünürdü. Ancaq indi krallıq bölünəndə hansına daha çox rəğbət bəslədiyi aydın olmadı. Çünki paylar elə bərabər bölünmüşdür ki, ən dəqiq adam belə nə qədər diqqət yoxlasa, bu payları bir-birindən seçə bilməz.
K e n t.
    Bu sizin oğlunuz deyilmi, milord?
Qloster.
    Onun dünyaya gəlməsində, ser, mənim taqsırım var. Hər dəfə bunu etiraf etdikcə həyadan o qədər qızarmışam ki, daha üzümdə həya qalmayıb.
K e n t.
    Mən sizi başa düşmürəm.
Qloster.
    Bu gənc igidin anası isə məni başa düşdü. Elə buna görə də qarnı yumrulandı, yatağına ər tapmamış qucağına uşaq tapdı Siz bunu günah sayırsınızmı, ser?
K e n t.
    Belə gözəl nəticəsi var ikən, bunu günah saymaq özü günah olardı.
Q 1 o s t e r.
    Ser, mənim bundan bir neçə yaş böyük qanuni bir oğlum da var. O mənə heç də bundan əziz deyil. Bu hiyləgər ədəbsizlik eyləyib dünyaya vaxtından qabaq gəldi. Onun anası qəşəng idi. Bu bici hazırlamaq mənim üçün ən yaxşı əyləncəyə dönmüşdü. İndi onu oğlum kimi qəbul etməyə məcburam. - Sən bu nəcib centlmeni tanıyırsanmı, Edmund?
E d m u n d.
    Xeyr, milord.
Q 1 o s t e r.
    O qraf Kentdir. Bundan sonra onu yadında saxla. O mənim ən hörmətli dostumdur.
E d m u n d.
    Qulluğunuzda həmişə hazıram, cənab.
K e n t.
    Sən mənim xoşuma gəlirsən. Ümid edirəm ki, səni daha yaxından tanıyacağam.
E d m u n d.
    Ser, etimadınızı doğrultmağa çalışaram.
Qloster.
    Doqquz il idi ki, burada yox idi. Yenə də çıxıb gedəcək. .
    Kral gəlir. Təntənəli musiqi çalınır. Kral Lir, Kornuol, Albani hersoqları, Qonerilya, Reqana, Kordeliya və saray adamları daxil olurlar.
Lir.
    Fransa kralı, Burqund hersoqu.
    Gəlsinlər. Çağırın!
Q 1 o s t e r.
     Baş üstə, kral (Qloster və Edmund gedirlər).
Lir.
    Gizli arzumuzu açıq söyləyək.
    Verin xəritəni. Bilin ki, artıq
    Üç yerə bölmüşük krallığı biz.
    Qoca vaxtımızda istəyirik ki,
    Zəif çiynimizdən ağır yükləri
    Götürüb verəyin gənc qüvvələrə.
    Tamam azad olub hər cür qayğıdan,
    Rahatca gedəyin ölümə doğru.
    Mehriban Kornuol, əziz Albay,
    Ey mənim istəkli, mərd oğullarım,
    Sizin aranızda sabahki günü
    Heç bir mübahisə olmasın deyə,
    Qərara almışıq: qızlarımızın
    İndidən bildirək cehizlərini.
    Kiçik qızımızın məhəbbətinə
    Can atan o iki qüdrətli rəqib -
    Fransa kralı, Burqund hersoqu
    Bu gün almalıdır cavablarını.
    Onlar gözləyirlər indi sarayda.
    Artıq ol çəkirik hökmdarlıqdan -
    Taxt - tacdan, torpaqdan, hakimiyyətdən.
    Danışın, qızlarım, bir deyin: məni
    Hansınız daha çox istəyirsiniz?
    Bu ülvi, təbii, saf məhəbbətdən
    Daha da çoxalar səxavətimiz.
    Gülüm, Qonerilya, böyük qızımsan,
    Birinci son başla, söz səninkidir.
Q o n e r i 1 y a.
    Mənim sizə olan məhəbbətimi
    Sözlər əks etməyə acizdir, ata.
    Gözümün nurundan, azadlığımdan,
    Dünyanın misilsiz var-dövlətindən,
    Havadan və sudan siz əzizsiniz.
    Sağlamlıq, gözəllik, həyat, şərəf-şan
    Mənə sizin qədər qiymətli deyil.
    Hələ heç bir övlad bu yer üzündə
    Belə sevməyibdir öz atasını.
    Mən deyə bilmirəm böyük sevgimi,
    Nəfəsim tutulur, nitqim kəsilir.
    Heç nə bu sevgimi əks edə bilməz.
K o r d e 1 i y a (kənara).
    İndi Kordeliya nə eyləsin bəs?
    Sevsin, fəqət dursun səssiz-səmirsiz.
Lir.
    Həmin bu xətlərin arasındakı
    Qalın meşələri, zəngin düzləri,
    Geniş çəmənləri, coşqun çayları
    Bütün sərvətiylə, bütün varıyla
    Birlikdə biz sənə veririk, qızım.
    Ərin Albani də, uşaqların da
    Bu barlı, bəhərli münbit yerlərə
    Bu gündən əbədi sahib olacaq.
    İkinci qızımız əziz Reqana,
    Kornoulun yarı, sən danış, quzum.
R e q a n a.
    Bacımla kökümüz eynidir bizim,
    Layiqəm onunla eyni qiymətə.
    O bəyan eylədi öz sözləriylə
    Mənim qəlbimdəki sevgimi, ata.
    Ancaq qısa dedi, çox qısa dedi.
    Əlavə edirəm mən bunu yalnız:
    Bu cahan mülkündə olan sevinclər
    Mənim ürəyimə yaddır əzəldən.
    Tapmışam yeganə səadətimi
    Mən əziz kralın məhəbbətində.
K o r d e 1 i y a (kənara).
    Necə də kasıbam bu dünyada, ah!
    Yox, yox, belə deyil, inanıram ki,
    Mənim məhəbbətim mənim dilimdən
    Daha dövlətlidir, daha varlıdır.
Lir.
    Böyük krallığın üçdə birisi
    Əbədi olaraq bu gündən belə
    Verilir sənə və sənin nəslinə.
    Sənin torpaqların, mehriban balam
    Öz gözəlliyiylə, zənginliliylə İstəkli həmşirən
    Qonerilyaya Verilən torpaqdan heç də pis deyil. (Kordeliyaya)
    Hə, mənim sevincim, ailəmizdə
    Sonuncu olmayan, sonbeşik olan,
    Sənin yaz çiçəyi məhəbbətin üçün
    Fransa şərabı Burqund südüylə
    Mübarizə edir nə vaxtdan bəri.
    İndi söz sənindir, növbə sənindir.
    Böyük bacıların aldığı paydan
    Daha yaxşısını almaq üçün sən
    Nə deyə bilərsən? Danış, gül balam.
K o r d e 1 i y a.
    Heç nə, milord.
L i r.
     Heç nə!
K o r d e 1 i y a.
     Heç nə, hökmdar.
L i r.
     Heç nə, heç nə verməz. Bir düşün, qızım.
Kordeliya.
    Elə bədbəxtəm ki, qəlbimi dilim
    Açıb deyə bilmir, əks edə bilmir.
    Nə qədər borcluyam sevməyə sizi,
    O qədər sevirəm, nə çox, nə də az.
Lir.
    Necə, necə, qızım! Düzəlt sözünü,
    Bu sənin işini korlaya bilər.
K o r d e 1 i y a.
    Mərhəmətli kral, bu dünyada siz
    Mənə həyat verib, tərbiyə verib,
    Məni məhəbbətlə böyütmüsünüz.
    Bütün bu borcları, bu qayğıları
    Geri qaytarıram layiqincə mən.
    İtaət edirəm, sevirəm sizi,
    Sizə hörmətim var hamıdan artıq.
    Mənim bacılarım deyirlər indi,
    Tək sizi sevirlər bu yer üzündə,
    Onda ər onların nəyinə gərək?
    Yəqin ki, bir zaman toyum olacaq.
    Sevgimin, borcumun, qayğılarımın
    Yarısını alacaq məni alan kəs.
    Tək atamı sevsəm bacılarım tək,
    Onda heç vaxt ərə getməyim gərək.
L i r.
    Ürəkdən deyirsən?
K o r d e 1 i y a.
    Bəli, ürəkdən.
L i r.
    Bu qədər cavansan, bu qədər quru.
K o r d e 1 i y a.
    Bu qədər cavanam, bu qədər doğru.
Lir.
    Yaxşı, bu dediyin düz sözün olsun,
    Sənin doğruluğun cehizin olsun.
    Mən isə hamının yanında indi
    Günəşin müqəddəs, ülvi nuruna,
    Zülmət gecələrə, zülmət tanrısı
    Qorxunc Hekatanın min bir sirrinə;
    Bizi həm yaradan, həm də məhv edən
    Ulduzların göydə hərəkətinə
    And içib deyirəm: atalıq borcu,
    Doğma qan birliyi heçdi mənim üçün.
    Bil ki, daha sənin atan deyiləm.
    Əbədi olaraq, bu gündən belə
    Sən yadsan qəlbimə, ruhuma mənim.
    İstər barbar olsun, istərsə yamyam
    - Qoca atasını yeyən yırtıcı,
    Yaxındır, məhrəmdir könlümə artıq.
    Bir vaxt qızım olan səndən-balamdan
    Onlar daha doğma, daha əzizdir.
K e n t.
    Mənim hökmdarım!..
Lir.
    Sus, danışma, Kent!
    Əjdaha qəzəblə alovlananda,
    Unutma ki, ona toxunmaq olmaz.
    Mən onu hamıdan çox istəyirdim,
    Deyirdim, ömrümün qalan günləri
    Onun qayğısıyla ötüşər rahat.
    - Di itil buradan! Rədd ol gözümdən!
    And olsun məzarda rahatlığıma,
    Mən onun adını sildim qəlbimdən.
    Çağırın Fransa kralım tez!
    Nə oldu, haradadır Burqund hersoqu?
    Kornuol, Albani! Üçüncü payı
    Bölün tən-bərabər öz aramızda,
    Əlavə cehiz tək qəbul eyləyin.
    Qoy onun həqiqət adlandırdığı
    Lovğalıq, xudbinlik ona ər tapsın.
    Bütün qanunuyla, ixtiyarıyla
    Ali hakimiyyət verilir sizə.
    Yanımda yüz nəfər cəngavər qalır.
    Bir yerdə biz sizə təşrif buyurub,
    Qonaq qalacağıq hər ay növbəylə.
    Hörmətli, izzətli kral adını
    Təkcə özüm üçün saxlayıram mən.
    Cəmi yerdə qalan hökm, ixtiyar,
    Külli səlahiyyət, gəlir-mədaxil,
    Əziz oğullarım, sizinki olsun.
    Təsdiq etmək üçün dediklərimi
    Bölün iki yerə tacımı mənim.
     (Tacı onlara verir).
Kent.
    Daim kral kimi hörmət etdiyim,
    Ata tək sevdiyim, ağam bildiyim,
    Böyük, əzəmətli havadarım tək
    Sitayiş etdiyim şan-şöhrətli Lir...
L i r.
    Yayı bərk çəkmişəm, oxdan kənar dur!
Kent.
    Qoy deşsin sinəmi amansız oxun,
    Onsuz da ürəyim para-paradır.
    Lir dəli olubsa, Kent kobud gərək.
    Sən nə istəyirsən, ağsaqqal qoca?
    Yoxsa düşünürsən, hakimi-mütləq
    Mənfur yaltaqlığa boyun əyəndə
    Vicdan susmalıdır öz qorxusundan?
    Yox, hakim ağılsız bir iş görürsə,
    İnsana şərəfdir düz sözü deyərək.
    Dəyiş qərarını, yaxşı fikirləş,
    Bu qorxunc qəzəbin qarşısını al.
    Mən öz həyatımla zaminəm buna:
    Sənin kiçik qızın bacılarından
    Səni az sevməyir, az istəməyir.
    Dilsiz olan kəslər ürəksiz deyil,
    Ucadan səslənir içi boş qablar.
L i r.
    Gəl belə oynama həyatınla, Kent.
Kent.
    Mən öz həyatımla çox oynamışam.
    Qoyub həyatımı girov kimi mən,
    Vuruşmuşam sənin düşmənlərinlə.
    Səni təhlükədən qorumaq üçün
    Onu itirməkdən qorxmuram əsla,
L i r.
    İtil gözlərimdən!
Kent.
    Mənə yaxşı bax,
    Hələ icazə ver, burda qalım, Lir,
    Sənin gözlərinə düz hədəf olum.
L i r.
    And olsun müqəddəs Apollona ki! -
Kent.
    And olsun müqəddəs Apollona ki,
    Nahaq and içirsən od Allahına.
Lir.
    Of, yaramaz nökər! (Qılınca əl atır).
Albani və Kornuol. Dayanın, kral!
Kent.
    Öldür həkimini, müalicəyə
    Verəcəyin pulu xəstəliyə ver.
    Götür qərarını geriyə, yoxsa
    Nə qədər səsim var, bağırıb bar-bar
    Sənə deyəcəyəm: pis iş tutmusan.
    Dinlə məni, xain! Nökər tək dinlə!
    Bizi məcbur etmək istəyirsən ki
    Pozaq, dəyişdirək öz andımızı.
    Buna cürətimiz çatmayıb hələ.
    İndi lovğa-lovğa, təkəbbürlə sən
    Qarışırsan bizim qərarımıza.
    Ali mövqeyimiz, təbiətimiz
    Belə alçaq işə yol verə bilməz.
    Fəqət tükənməzdir mərhəmətimiz,
    Buyur, sən də götür mükafatını.
    Biz sənə beşgünlük möhlət veririk.
    Yolda fəlakətdən qorunmaq üçün
    Özünə bir çarə, bir əlac axtar.
    Tərk et krallığı altıncı günü.
    Sənin vücudunu onuncu günü
    Bizim torpaqlarda tapsalar əgər,
    Səni yerindəcə öldürəcəklər.
    Di get! Yupiterə and içirəm ki,
    Qərarım heç zaman dəyişməyəcək.
Kent
    İndi ki belədir, əlvida, kral.
    Ədalət yoxdursa, el qaragündür,
    Qürbət azadlıqdır, vətən sürgündür.
     (Kordeliyayd)
    Sənin dilin dedi qəlbin deyəni,
    Tanrı sayəsində hifz etsin səni.
     (Reqanaya və Qonerilyaya)
    Məhəbbətlə dolu o gözəl sözlər
    Sizdən sevgi istər, sədaqət gözlər.
     (Başqalarına)
    Əlvida, qoca Kent neçə ki sağdır,
    Hər yerdə namusla yaşayacaqdır.

    Gedir. Şeypur çalınır. Qloster Fransa kralı, Burqund hersoqu və onların yaxın adamları ilə qayıdır.
Q1 o s t e r.
    Fransa kralı, Burqund hersoqu
    Buyurub gəldilər, böyük hökmdar.
Lir.
    Sizdən başlayağın, möhtərəm hersoq,
    Qızımıza görə siz bu kralla
    Çoxdandır rəqabət aparırsınız.
    Bu sevda yolundan dönməmək üçün,
    İndi açıq deyin, azı nə qədər
    Cehiz istərdiniz?
Burqund hersoqu.
    Ulu hökmdar,
    Vədinizdən artıq istəmirəm mən.
    Yəqin, vədinizdən az verməzsiniz.
Lir.
    Alicənab Hersoq, bir vaxt qızımız
    Bizə əziz idi dünyalar qədər,
    İndi itiribdir öz qiymətini.
    Baxın, o zavallı dayanıb orda,
    Bu kiçik məxluqda ürəyə yatan
    Cüzi bir şey varsa, buyurun, alın.
    Bütün varlığıyla qoy sizin olsun.
    Onun cehizidir bizim hirsimiz,
    Onun bundan başqa cehizi yoxdur.
Burqund hersoqu.
    Bilmirəm nə deyim, nə cavab verim.
Lir.
    O qızın nə dostu, nə yoldaşı var,
    Onun həmdəmidir qarğışlarımız.
    Qazanıb tükənməz nifrətimizi,
    Cehiz aparacaq lənətimizi.
    Belə qüsurlarla, kəm-kəsirlərlə
    Onu alırsınız, ya almırsınız?
Burqund Hersoqu.
    Məni bağışlayın, böyük hökmdar,
    Bu halda xeyir iş baş tuta bilməz.
Lir.
    Eləsə almayın. İnanın ki, mən
    Saydım onun bütün var-dövlətini. (Fransa kralında)
    Bilin, əziz kral, ürəyimdəki
    Ülvi sevginizi silib ataraq,
    Nifrət etdiyimi sizə vermərəm.
    Təvəqqe edirəm ona görə də,
    Hətta təbiətin həya eləyib,
    Xəcalət çəkdiyi, üz döndərdiyi
    Bu miskin nacinsdən uzaqlaşıb siz,
    Özünüzə layiq yar gəzəsiniz.
Fransakralı.
    Bu çox qəribədir. İndiyə kimi
    Onu dönə-dönə tərifləyərək
    Ən gözəl, ən əziz büt sayırdınız.
    Qoca ömrünüzə təsəlliydi o.
    Bir anda nə böyük günah etdi ki,
    Əbədi itirdi rəğbətinizi.
    Yəqin, onun suçu, onun təqsiri
    Hədsiz dərəcədə dəhşətli imiş,
    Ya da çox az imiş sizin sevginiz.
    Fəqət inanmıram buna heç cürə.
    Buna inanmaq üçün möcüzə gərək,
    Yoxsa ağlım bunu qəbul eyləməz.
Kordeliya.
    Yağlı dil tökməyi, riyakarlığı,
    Yalan söz deməyi bacarmıram mən.
    Qəlbimdə olanı danışır dilim.
    Xahiş eyləyirəm, zati – ailələr,
    Hamıya bildirin həqiqəti siz.
    Sizin lütfünüzdən, rəğbətinizdən
    Məni məhrum edən, məni ayıran
    Nə iyrənc əməldir, nə qorxunc qətl,
    Nə alçaq bədnamlıq, nə əxlaqsızlıq,
    Nə də ləyaqətsiz bir iş, bir xəta.
    Yaltaq baxışlardan, yaltaq sözlərdən
    Gözüm də, dilim də kasıbdır mənim.
    Bununla daha çox dövlətliyəm mən.
    Bununla sanıram özümü xoşbəxt.
    Fəqət xoşunuza gəlmirəm sizin.
Lir.
    Sən mənim xoşuma gəlməməkdənsə,
    Dünyaya gəlməsən yaxşı olardı.
Fransa kralı.
    Necə?! Yalnız budur onun günahı?
    Ürəkdə gül açan saf məhəbbəti
    Utanıb deməmək günahdır məgər?
    Hə, Burqund hersoqu, sözünüz nədir?
    Sevgi sevgi deyil təmənnalısa.
    Siz, deyin, ledini alırsınızmı?
    O özü cehizdir.
Burqund Hersoqu.
    Əzəmətli Lir
    Vəd etdiyi payı verərsə əgər,
    Mən tutub əlindən Kordeliyanın
    Burda onu Burqund hersoqinyası
    Elan eyləyərəm.
Lir.
    Heç nə vermərəm,
    Qərarım qətidir, and içmişəm mən.
Burqund hersoqu.
    Təəssüf edirəm buna mən, xanım.
    Onda atanızı itirməklə siz,
    Həm də ərinizi itirirsiniz.
K o r d e 1 i y a.
    Narahat olmayın, Burqund hersoqu,
    Sizin ki eşqiniz dövlətdir, vardır,
    Mən sizə heç vədə arvad olmaram.
Fransa kralı.
    Kordeliya, sən bu yoxsulluğunla
    Daha da varlısan, daha da zəngin.
    Tənhalıq qoynunda daha gözəlsən,
    Daha sevimlisən nifrət içində.
    Sənin təbiətin nadir, misilsiz,
    Mən səni alıram həvəslə, gülüm.
    Qiymətsiz sayılıb atılan dürrü
    Ayaqlar altından qaldırıram mən.
    Allah, Allah! Necə qəribədir bu:
    Başqa ürəkləri üşüdən duyğu
    Mənim ürəyimi odlara salır,
    Hökmü, ixtiyarı əlimdən alır.
    Cehizsiz qızınız, möhtərəm kral,
    Mənim taleyimdir, belədir iqbal.
    Bu gündən, bu andan o sönməyən nur
    Gözəl Fransaya hökmdar olur.
    Burqund hersoqları, ya başqa bir kəs
    Məndən bu gövhəri qopara bilməz.
    Rəhimsiz olsa da, yenə də qəlbən
    Vidalaş hamıyla, Kordeliya, sən.
    Dəyərli bir inci itirsən burda,
    Daha yaxşısını taparsan orda.
Lir.
    Fransa kralı, o qız sizindir.
    Elə qızım yoxdur, bu da yəqindir.
    Aparın, aparın, qalmayıb sözüm,
    Onun sifətini görməsin gözüm.
    Vaxtı itirməyin, haydı, gediniz,
    Məndən xeyir-dua gözləməyin siz.
    Yaxşı, biz gedəyin, mehriban hersoq.
Şeypur çalınır. Fransa kralı, Qonerilya, Reqana və Kordeliyadan başqa hamı gedir.
Fransa kralı. Əzizim, vidalaş bacılarınla.
K o r d e 1 i y a.
    Atamın qiymətli mirvariləri,
    Sizdən ayrılıram göz yaşlarımla.
    Məndən gizli deyil təbiətiniz.
    Sizin eybinizi olduğu kimi
    Demək bir bacı tək ağırdır mənə.
    Atamıza yaxşı qulluq eyləyin,
    Onu tapşırıram mədh etdiyiniz.
    Böyük sevginizə, şəfqətinizə.
    Heyf ki, atamın düşdüm gözündən,
    Onu gözüm üstə saxlayardım mən.
    Yaxşı, hər ikiniz salamat qalın.
R e q a n a. Sən bizə öyrətmə öz borcumuzu. Qoneril y a.
    Yaxşısı budur ki, özünü öyrət.
    Çalış ki, ərini razı salasan.
    Bunu unutma ki, rəhmə gəlib o,
    Səni arvadlığa qəbul eylədi.
    Bacım itaəti öyrənmək gərək,
    Sevgi sevgi olmaz açmasa ürək.
K o r d e 1 i y a.
    Açar hər kələyi zamanın özü,
    Kim günahkar olsa, qızarar üzü.
    Mən sizə səadət arzulayıram.
    Fransa kralı. Gedək, Kordeliya, mənim gözəlim (Fransn kralı və Kordeliya gedirhr).
Q o n e r i 1 y a.
    Bacım, bizim hər ikimizə aid olan bir çox məsələləri mən sənə bildirməliyəm. Deyəsən, atamız bu axşam burdan gedəcəkdir.
R e q a n a.
    Bəli, deyəsən, gedəcəkdir, özü də sizə. Gələn ay bizə gələcək.
Q o n e r i 1 y a.
    Görürsən, o yaşlandıqca necə də dəyişib. Biz bu dəyişkənliyi onda az görməmişik. O həmişə bacımızı bizdən artıq istəyib. İndi cüzi bir şeydən ötəri ondan bir ata kimi imtina etdi. Ta bunu gizlətmək olmaz ki!
R e q a n a.
    Bu, qocalıqdan yaranan naqislikdir. Doğrusu, atamın əvvəllər də nə istədiyini özü əməlli-başlı bilmirdi.
Q o n e r i 1 y a.
     Ömrünün ən gözəl, gümrah çağlarında son dərəcə hövsələsiz idi. İndi özünü lap itirib. Yaşdan doğan zəiflik, əsəbilik onu şıltaqlaşdırıb. Qoca heç ipə-sapa yatmır.
R e q a n a. 
    Bir gün o qəzəblənib hirsini bizim də üstümüzə tökə bilər. Əsəbiləşib Kenti qovmadımı?! 
Q o n e r i 1 y a.
    Fransa kralı ilə vidalaşanda əlavə dedikləri nəydi? Bacım, gəl biz əlbir olaq. Atamız bu vəziyyətdə hakimiyyət başında qalsa, onun ixtiyarı bizə verməsi hər ikimizə yalnız qanqaralıq gətirəcəkdir.
R e q a n a.
    Yaxşı fikirləşib tökək tədbiri.
Q o n e r i 1 y a.
    Gərək isti-isti döyək dəmiri.
    Gedirlər.
İKİNCİ SƏHNƏ

    Qraf Qlosterin sarayında otaq. Edmund daxil olur. Onun elində bir məktub var.
E d m u n d.
    Mənim allahımsan, gözəl təbiət,
    Tabeyəm mən sənin qanunlarına.
    Nə üçün adətin məngənəsində
    Zillət çəkməliyəm həyatım boyu?
    Nə üçün razılıq verməliyəm ki,
    Vasvası, xırdaçı, saxta adamlar
    Məni məhrum etsin ata irsindən?
    Nə var ki, kiçiyəm öz qardaşımdan,
    Bir az gec gəlmişəm cahan mülkünə!
    Mən bic doğulmuşam! Bu alçaqlıqdır?
    Yoxsa qüsurludur bədən quruluşum,
    Ağlım iti deyil, görkəmim gözəl
    Qanuni doğulan uşaqlar kimi?
    Alçaqlıq sözünü qara damğa tək
    Bizim alnımıza vururlar nədən?
    Bic olmaq alçaqlıq sayılır məgər?
    Axı, təbiətin açıq qoynunda
    Həvəslə, gizlicə yaranan cocuq
    Qəlbsıxan, canüzən kəsif yataqda
    Həm sönük, həm də süst, mürgülü halda
    Törəyən bir dəstə yelbeyinlərdən
    Daha gözəl olur, ağıllı olur.
    İndi ki, belədir, qanuni Edqar,
    Sənin torpaqların mənim olacaq.
    Bic övlada olan ata sevgisi
    Qanuni övlada olan sevgidən
    Heç də əskik deyil, heç də az deyil.
    Nə gözəl səslənir "qanuni" sözü! Yaxşı, nə deyirəm, qanuni olsun. Əgər bu məktubum uğur gətirsə, Əgər planlarım həyata keçsə, Bu Edmund - bic oğul qanuni oğlu Hünərlə, şərəflə əvəz edəcək. Men indi qalxıram uca zirvəyə. Xudaya, biclərə özün kömək ol!
    Qloster gəlir.
Q 1 o s t e r.
    Kent sürgün edildi beləliklə də! Fransa kralı getdi qəzəblə! Axşam tərk elədi sarayı kral! O tamam əl çəkdi hakimiyyətdən! Bütün bunlar oldu bir an içində. Edmund, nə baş verib, nə yenilik var?
E d m u n d.
    Heç nə, milord (Məktubu gizlədir).
Q 1 o s t e r.
    O nə məktubdur? Niyə onu elə cəld gizlədirsən?
E d m u n d.
    Mən heç bir yenilik bilmirəm, milord.
Q1 o s t e r.
    Oxuduğun kağız nəydi?
E d m u n d.
    Boş şeydir, milord.
Q1 o s t e r. 
    Boş şeydir? Bəs onu niyə elə həyəcanla cibinə qoydun? Boş şeyi belə gizlətməzlər. Ver baxım. Hərgah boş şeydirsə, onu oxumaq üçün mənə çeşmək lazım olmayacaqdır.
E d m u n d.
    Ser, rica edirəm, məni bağışlayasınız. Bu məktub qardaşımdandır. Hələ axıra qədər oxumamışam. Oxuduqlarımdan çıxır ki, siz ona heç baxmasanız yaxşı olar.
Q 1 o s t e r.
    Məktubu mənə ver. Edmund.
    Onu sizə versəm də inciyəcəksiniz, verməsəm də. Mənim başa düşdüyümə görə, məzmunu qanqaraldıcıdır
Q 1 o s t e r.
    Ver baxım, ver baxım.
E d m u n d.
    Bu məktubu yazmaqda qardaşımı haqlı sayıram. Ümid edirəm ki, bu məktubu ancaq məni sınamaq məqsədiylə yazıb.
Q 1 o s t e r
(məktubu alıb oxuyur).
    "Qocaya göstərilən bu hörmət izzət ömrümüzün ən gözəl çağlarında dünyanı bizim üçün zəhrim üçün döndərir. Bizi səadətdən məhrum edir. Yalnız qocalıb əldən düşdük-də, zövq almaq qabiliyyətini itirdikdə varidatını bizə verir. Mən belə qənaətə gəlirəm ki, qocanın ağır zülmü bizim tənbəlliyimizdən və köləliyimizdən yaranıb. Onun üstümüzdəki ağalığına səbəb onun hakimiyyəti deyil, özümüzün nökərçiliyimiz, əzablara dözməyimizdir. Əgər atamız mən onu yuxudan oyadana qədər yatarsa, onun illik gəlirinin yarısı əbədi olaraq sənə çatar. Sən qardaşın Edqarın məhəbbətini qazanaraq xoşbəxt yaşayarsan". Bu nədir? Sui-qəsd! "Mən onu yuxu-dan oyadana qədər yatarsa, onun illik gəlirinin yarısı sənə çatar". Bunu mənim oğlum Edqar yazıb! Necə de bu sözləri yazmağa əlindən var gəlib! Onun ürəyində, beynində bu fikirlər necə yaranıb? Bu məktubu nə vaxt alıbsan? Onu sənə kim verdi?
E d m u n d.
    Elə iş də burasındadır ki, milord, bu məktubu mənə heç kim verməyib. Onu pəncərədən mənim otağına atıblar.
Q 1 o s t e r.
    Qardaşının xəttini tanıdın?
E d m u n d.
    Məktub yaxşı olsaydı, milord, cəsarətlə and içərdim ki, qardaşımın xəttidir. Məktub yaxşı olmadığma görə, belə hesab edirəm ki, onun xətti deyil.
Q1 o s t e r.
    Bu onun xəttidir.
E d m u n d.
    Yazılmağına onun əli ilə yazılıb, ancaq mən inanıram ki, məzmunu onun ürəyindən deyil.
Q1 o s t e r.
    O əvvəllər bu barədə sənə heç nə deməyib?
E d m u n d.
    Heç vaxt, milord. Fəqət mən ondan buna bənzər sözlər eşitmişəm. O tez-tez deyərdi ki, böyük oğullar qoca atalarına qəyyumluq etməli və onların bütün əmlakına sahib olmalıdırlar.
Q 1 o s t e r.
     Of, əclaf, əclaf. Elə bu niyyətini məktubda da yazır. Heç yırtıcı da belə əclaf olmaz! Ey, qoçaq, get onu axtar. Tapan kimi, mən onu zindana saldıracağam. Əclaf, əclaf! Haradadır o?
E d m u n d.
    Bilmirəm, milord. Əgər məsləhət bilsəydiniz, bir söz deyərdim. Siz qardaşımın bu niyyəti barədə tutarlı bir dəlil əldə edənə qədər qəzəbinizi saxlasaydınız, daha düzgün yolla getmiş olardınız. Qəflətən ona qarşı zor işlətsəniz, şübhələriniz doğru çıxmasa, bu sizin şərəfinizə silinməz ləkələr salar, onun qəlbində sizə bəslənən munis hissləri tamamilə məhv edər. Mən öz həyatımla qardaşıma zamin duraram ki, o bu məktubu ancaq mənim sizə olan məhəbbətimi yoxlamaq üçün yazıb, başqa məqsədi olmayıb. Burda təhlükəli heç nə yoxdur.
Q1 o s t e r.
     Sənin fikrin belədir? Edmund. Məsləhət bilsəniz, mən bunu sübut edərəm. Sizi elə yerə apararam ki, bir tərəfdə gizlənib, bizim söhbətimizi eşidərsiniz və mənə inanarsınız. İstəsəniz, bu işi bu axşam təşkil edərəm.
Q1 o s t e r.
    Oğlum belə yırtıcı ola bilməz.
E d m u n d.
    Əlbəttə, ola bilməz.
Q1 o s t er.
     Həm də atasına qarşı. Onu bu qədər saf ürəklə, bütün varhğıyla sevən atasına qarşı. Ah, yerlər-göylər! Edmund, onu axtar tap. Xahiş edirəm, onun qılığına gir, qəlbinə açar sal, mənim haqqımda fikirlərini öyrən. Bu işi öz ağlınla gör. Həqiqəti bilmək üçün mən bütün var-yoxumdan keçməyə hazıram.
E d m u n d.
     Bu saat onu taparam. Bu işi görmək üçün hər imkandan istifadə edərəm. Vaxtında sizə xəbər verərəm.
Q 1 o s t e r.
     Görünür, bu yaxın vaxtlarda günəşin və ayın tutulmaM xeyir əlaməti deyilmiş. Təbiət biliciləri nə deyirlər desinlər, yaranın -, fəlakətlərdən təbiətin öz köksünə dağ çəkilir: məhəbbət sönür, dostluq məhv olur, qardaş qardaşı öldürür; şəhərlərdə üsyanlar, kəndlərdə ixtişaşlar, saraylarda xəyanətlər baş alıb gedir; oğullarla atalar arasında olan ülvi hörmət telləri qırılıb atılır. Bir tərəfdən mənim bu yaramamı həyatın əzəli qanunlarmı pozur: oğul ataya qarşı çıxır. Digər tərəfdən kral təbiətin hökmünə zidd hərəkət edir: ata doğma balasına qarşı çıxır. Bizim yaxşı günlərimiz artıq geridə qalmışdır. Fitnə-fəsad, riya karlıq, xəyanət, hər cürə təhlükəli toqquşmalar bizi addımbaaddım həyəcanla qəbirə qədər izləyir. Bu yaramazı tap, Edmund. Sən heç bunu itirməzsən. Ehtiyatlı ol. Başqa bir tərəfdən də alicənab, saf ürəkli Kent sürgün edildi. Nəyə görə? Ona görə ki, o namuslu adamdır. Təəccüb budur! (Gedir).
E d m un d.
    Doğradan da, dünyada bu çox qəribə axmaqlıqdır. Bir səadətdən çıxıb özümüzü fəlakətə salan kimi, bədbəxtliyimizdən günəşi, ayı və ulduzları günahkar sayırıq. Guya, bizi alçaq, əclaf edən taledir. Sarsaqlığımız göylərin təsirindəndir. Dələduz, oğru, xain olmağımıza fəza cisimləri təzyiq göstərir. Sərxoşluğa, yalançılığa, zinakarlığa səyyarələr sövq edir. Guya, bizdə olan cəmi qüsurlar ilahi qüvvələrin təsirindən yaranır. Öz bəd əməllərinə görə ulduzları günahlandırmaq mənəviyyatı pozğun adamın heyrətamiz hiyləsidir. Mənim atam mənim anamla Əjdaha bürcü altında görüşmüş və mən Böyük Ayı bürcü altında anadan olmuşam. Tfu! Mən qeyri-qanuni doğularkən göy qübbəsində nur saçan ən bakirə bir ulduz mənim bələyimi işıqlandır saydı, yenə necə varamsa, elə də olacaqdım. Aha, Edqar! O, köhnə komediyanın sonu kimi lap vaxtında gəlir. İndi mən dəli Tom kitni ah-zar etməliyəm (Edqar daxil olur). Oh, bu günəş və ay tutul-malan bizim aramıza nifaq salacaqdır! Fa, sol, la, mi...
E d q a r.
    Nə var, qardaşım Edmund? Səni belə dərin fikirlərə qərq edən nədir?
E d m u n d.
    Bu günəş və ay tutulmalarından sonra baş verəcək bədbəxt hadisələr haqda düşünürəm, qardaşım. Men bu barədə iki gün bundan əvvəl bir kitab oxumuşam.
E d q a r.
    Sən belə işlərlə də məşğulsan?
E d m u n d.
    Səni inandırıram ki, o kitabda yazılanlar bədbəxtlik-don doğru çıxır. Övladla valideyn arasında olan təbii münasibətlər pozulur. Yer üzünü ölüm, aclıq bürüyür, mehribançılıq, səmimiyyət ərşə çəkilir. Dövlətdə hərc-mərclik yaranır, krala və zadəganlara qarşı hədələr, lənətlər yağdırılır. Ürəklər əsassız şübhələrlə dolur, dostlar vətəndən sürgün edilir, orduda qiyam başlanır, heç kimdə inam qalmır. Ər-arvad bir-birindən üz döndərir və sairə, və sairə.
E d q a r.
    Münəccimlər sırasına çoxdanmı keçmisən?
E d m u n d.
    Qurtar, qurtar. Sən mənə de görüm, atamızı axırıncı dəfə haçan görmüsən?
E d q a r.
    Nə var ki, dünən axşam.
E d m u n d.
    Onunla söhbət etdinmi?
E d q a r.
    Bəli, iki saat ara vermədən.
E d m u n d.
    Səndən yaxşımı ayrıldı? Onun sözlərində, baxışlarında bir narazılıq hiss etmədin ki?
E d q a r.
    Heç zərrə qədər də.
E d m u n d.
    Bir yaxşı-yaxşı yadına sal, onu nə cürə təhqir eləmi-sən? Aman günüdür, qəzəbi səngiyənə kimi onun gözlərinə görünmə, bir müddət ondan kənar dolan. Bu saat elə cinlənib ki, səni tikə-tikə doğrasa da, yenə hirsi bir tikə azalmaz.
E d q a r.
    Yəqin, hansı bir yaramazsa məndən ona yaman qandırıb.
E d m u n d.
    Elə mən də bundan qorxuram. Xahiş edirəm, ehtiyatlı ol, acığı soyuyanadək ondan uzaq gəz, ona yaxınlaşma. Bilirsən nə var, indi mənim otağıma get. İşi elə quraram ki, oradan atamızın nələr danışdığım öz qulaqlarınla eşidərsən. Rica edirəm, dayanma. Bu da mənim otağının açarı. Bayıra çıxmaq istəsən, özünlə silah götür.
E d q a r.
    Silah niyə, qardaşım?
E d m u n d.
    Qulaq as, qardaşım. Mən sənə ən gözəl məsləhət verirəm: özünlə silah götür. Onun ürəyində sənə qarşı yaxşı heç nə qalmayıb. Yalan deyirəmsə, dünyanın ən şərəfsiz adamıyam. Mən sənə yalnız gördüklərimi və eşitdiklərimi deyirəm, özü də çox zəif şəkildə. Onları olduğu kimi, öz dəhşətiylə söyləmək mümkün deyil. Xahiş еdirəm, burdan gedəsən.
E d q a r.
    Sən tezliklə hər şeyi mənə deyəcəksən, eləmi?
E d m u n d.
    Arxayın ol, bu işdə mən sənə həmişə kömək edəcəyəm (Edqar gedir).
    Atam sadəlövhdür, tez inanandır,
    Qardaşım nəcibdir həddindən artıq,
    Onun təbiəti təmizdir gün tək,
    Heç nədən, heç kimdən şübhələnməyir.
    Bu safdil, safürək axmaqları mən
    Aldadıb asanca tora salaram.
    Niyyətim bəllidir, yollarım aydın.
    İrsən çatmasa da mülk, torpaq mənə,
    Bunları hiyləylə alaram yenə.
    Nə fərqi iyrəncdir, ya safdır həyat,
    Necə olur-olsun məqsədinə çat.
    Gedir.
ÜÇÜNCÜ SƏHNƏ

    Hersoq Albaninin sarayı.
    Qonerilya və saray xidmətçisi Osvald daxil olurlar.
Q o n e r i 1 y a.
    Atam mənim adamımı niyə vurdu? Onun təlxəyinə acıqlandığı üçün, hə?
O s v a 1 d.
    Elədir, xanım.
Q o n e r i 1 y a.
    Bu qoca daima tökür zəhləmi,
    Keçir qəm-qüssəylə gecəm-gündüzüm.
    Hər saat bir yeni hoqqa çıxarıb,
    Hamının kefinə soğan doğrayır.
    Lap cana doymuşam, dözmürəm daha.
    Özbaşınalıq edir öz adamları,
    Demir güldən ağır bir söz onlara,
    Hər boş şey üstündə danlayır bizi.
    Ovdan qayıdanda gözünə dəyib,
    Onunla danışmaq istəmirəm mən.
    Məni xəbər alsa, de ki, xəstədir.
    Sən də, yaxşı olar, onun nazıyla
    Çox da əvvəlki tək oynamayasan.
    Bunun günahları mənim boynuma.
O s v a 1 d.
    Xanım, kral gəlir, eşidirsiniz? (Səhnə arxasında şeypur çalınır).
Q o n e r i 1 y a.   
    Ona sən özün də, qulluqçular da
    Könülsüz-könülsüz xidmət eləyin.
    Məqsədim budur ki, qalsın narazı,
    Getsin bacımgilə, xoşu gəlməsə.
    Bilirəm, bacımın xasiyyətini.
    O da mənim kimi, yol verməz əsla
    Evində başqası ağalıq etsin.
    Bu sarsaq qocanın hökmünə bir bax!
    Hər işi, hər sözü gülüncdür, gülünc.
    Verib əllərindən hakimiyyəti,
    İstəyir yenə də hökmdar olsun.
    Bu cavan canıma and içirəm ki,
    Ağılsız qocalar pisdir uşaqdan:
    Xoş sözdən, xoş üzdən onlar tərs olur,
    Sərt rəftar onlara yaxşı dərs olur. Nə dedim, unutma.
O s v a 1 d.
    Baş üstə, xanım.
Q o n e r i 1 y a.
    Soyuq qəbul eylə məiyyətini,
    Düşünmə bu işin aqibətini.
    Nə olacaq-olsun, ziyanı yoxdur.
    Xəbər ver sən bütün qulluqçulara:
    Bəhanə gəzirəm, səhv axtarıram,
    Əlimə bir azca fürsət düşdümü
    Ağzıma gələni deyəcəyəm mən.
    Bu saat bacıma məktub yazıram.
    Qoy bilsin fikrimi, niyyətimi o, Birləşib bu işdə dilbir olaq biz. Vaxtdır, de, naharı hazırlasınlar.
    Gedirlər.
 
DÖRDÜNCÜ SƏHNƏ
  
      Həmin sarayda bir salon. Kent daxil olur. O, ayrı paltardadır.
Kent. 
    Danışıq tərzini dəyişsəm əgər, 
    Nitqimdən kim məni tanıya bilər?! 
    Gözəl məqsədimə çataram onda. 
    Bunun üçün girmişəm başqa cildə mən. 
    Vətəndən qovulmuş, ey zavallı Kent, 
    Bu ağır cəzanı verən adamın - 
    Sevimli ağanın nökəri olmaq 
    Sonsuz əzablara salacaq səni. 
    Gərək qeyrətini sübut edəsən. Səhnə arxasında şeypur səsləri. Lir, hərbi-zadəganlar və xidmətçilər gəlirlər.
Lir. 
    Məni bircə an belə gözləməyə məcbur etməsinlər. 
    Get, naharımı gətir. (Xidmətçilərdən biri gedir). 
    Nə lazımdır? Sen kimsən?
K e n t. 
    Adamam, ser.
L i r. 
    Hansı sənətin sahibisən? Bizdən nə istəyirsən?
K e n t. 
    Mən yalnız bir sənətin sahibiyəm, ser. Göründüyümdən pis olmağa çalışıram. Mənə inam bəsləyənlərə sədaqətlə xidmət edirəm Namuslu adamları sevirəm. Ağıllı və az danışanlarla dost olmağa can atıram. Məhkəmələrdən qorxuram, başqa çıxış yolu tapmadıqda döyüşürəm, balıq yemirəm.
 L i r. 
    Axı, sən kimsən?
Kent. 
    Mən ürəyi çox təmiz adamam, ser. Özüm də kral kimi yoxsulam.
L i r. 
    Əgər kralın rəiyyəti qədər yoxsulsansa, sən həqiqətən yoxsulsan. De görüm, nə istəyirsən?
K e n t. 
    Qulluq etmək istəyirəm.
L i r. 
    Kimə qulluq etmək istəyirsən? 
K e n t. 
    Sizə.
L i r.
    Dostum, sən məni tanıyırsan? 
K e n t. 
    Xeyr, cənab. Fəqət sizin üzünüzdəki ifadə məni məcbur edir ki, mən sizə ağa deyim.
L i r. 
    O nə ifadədir elə?
K e n t. 
    Hökmdarlıq ifadəsi.
L i r. 
    Sən nə iş bacarırsan?
K e n t. 
    Mən yaxşı sirr saxlamağı bacarıram, at çapıram, qaçıram, çətin əhvalatlar danışanda təhrifə yol versəm də, asan tapşırqları dəqiq yerinə yetirirəm. Adi adamların görə biləcəyi işləri məharətlə görürəm. Ən yaxşı cəhətim isə işgüzarlığımdır.
L i r. 
    Neçə yaşın var?
 K e n t. 
    Nə elə cavanam ki, qadınların məlahətli səsinə heyran olum; nə də elə qocayam ki, qadınların yolunda adi bir şeydən ötəri ağlımı itirim. Ömrümün düz qırx səkkiz ilini arxada qoymuşam.
L i r. 
    Yaxşı, mən sizi qulluğa götürərəm. Nahardan sonra yenə xoşuma gəlsən, səndən bir daha ayrılmaram. Nahar, nahar verin. Hanı mənim nökərim? Hanı mənim təlxəyim? Ey, tez ol, mənim təlxəyimi bura çağır (Xidmətçilərdən biri gedir. Osvald gəlir). Ey, gədə, de görüm, mənim qızım haradadır?
O s v a 1 d. 
    İcazənizlə... (Gedir).
 Lir. 
    O nə dedi? Niyə qayıtdı? O qanmazı tez geriyə çağır! (Hərbi-zadəganlardan biri gedir). Bəs mənim təlxəyim harada qaldı? Ey! Bu nədir? Görünür, hamı yatıb (Hərbi-zadəgan qayıdır). Nə olub? O düdəmə hara itildi?
Hərbi-zadəgan. 
    Milord, o deyir ki, qızınız xəstələnib.
L i r. 
    Mən o köləni çağıranda nə üçün yanıma gəlmədi?
Hərbi-zadəgan. 
    Ser, o mənə çox kobud cavab verdi. Yanınıza gəlmək istəmədi.
L i r. 
    Gəlmək istəmədi!
Hərbi-zadəgan. 
    Hökmdar, mən bilmirəm, bu evdə nə olub? Ancaq mənə elə gəlir ki, burda siz əlahəzrətə lazımlı səviyyədə ehtiram və qayğı göstərilmir. Hersoqda, qızınızın özündə, hətta nökərlərin hərəkətində böyük bir etinasızlıq görünür.
L i r. Hə! 
    Sənə belə gəlir?
Hərbi-zadəgan. 
    Hökmdar, xahiş edirəm; əgər səhvim varsa, bağışlayın. Mən hiss edəndə ki, əlahəzrətin şərəfinə toxunurlar, susa bilmirəm. Vəzifə borcum buna yol vermir.
L i r. 
    Sən ancaq mənim şübhələrimi deyirsən. Son vaxtlar hamıda özümə qarşı bir soyuqluq, bir laqeydlik görürdüm. Belə hesab edirdim ki, bu mənim vasvasılığımdan irəli gəlir. Mənə qarşı heç bir hörmətsizlik ola bilməz. Yox, mən indən belə onların hər cüzi hərəkətlərinə göz qoyacağam. Bəs mənim təlxəyim harada qaldı? İki gündür onu görmürəm.
Hərbi-zadəgan. 
    Kiçik xanım Fransaya gedəndən bəri təlxək gündən-günə qüssədən solub saralır.
L i r. 
    Bu haqda danışma. Mən özüm bunun şahidi olmuşam, . 
    Ey, gedin, qızıma deyin ki, mən onunla danışmaq istəyirəm (Nökərlərdən biri gedir). Gedin, təlxəyimi bura çağırın (Başqa bir nökər gedir. Osvald qayıdır). Ah, bu sizsiniz, ser? Bura gelin, ser. Mən kiməm, ser?
O s v a 1 d. 
    Siz xanımın atasısınız.
L i r. 
    "Siz xanımın atasısınız!" Belə de, ağanın nökəri. Of, it balası! Of, alçaq kölə! Of, yala hürüyən küçük!
O s v a 1 d.
     Mən onların heç biri deyiləm, milord. Rica edirəm, bağışlayasınız.
L i r. 
    Sən mənim gözümün içinə belə sırtıq-sırtıq baxmağa da cəsarət edirsən, ədəbsiz gədə? (Onu vurur).
O s v a 1 d. 
    Məni vurmaq olmaz, milord.
K e n t. 
    Sənə badalaq da gəlmək olmaz, haramzadə futbolçu? (Ona badalaq gəlir).
L i r.
     Sağ ol, dostum. Mənə yaxşı xidmət elədin. Tezliklə bunun əvəzini alarsan.
K e n t. 
    Ey, ser, ayağa dur, rədd ol! Kralla öz fərqini bil, avara. İtil, itil burdan! Hərgah yöndəmsiz cəmdəyini yenə ölçmək istəyirsənsə, dayan. Ancaq əkilsən yaxşıdır. Cəhənnəm ol! Ağlın varmı? Di sürük burdan! (Osvaldı itələyib bayıra çıxarır).
L i r. 
    Sən mənim həm nökərim, həm də sədaqətli dostumsan. Sənə təşəkkür edirəm. Al, bu da zəhmət haqqın. (Kentə pul verir. Təlxək gəlir).
T ə 1 x ə k. 
    Lütf edin, mən də ona bir şey bağışlayım. Al mənim papağımı (Papağını Kentə tərəf uzadır).
L i r. 
    A, sən də burdasan, mənim sevimli təlxəyim! Kefin-əhvalın necədir?
T ə 1 x ə k. 
    Cənab, mənim papağımı alsan, bu sənin üçün yaxşı olar. K e n t. Nədən ötəri, təlxək?
T ə 1 x ə k. 
    Ondan ötəri ki, sən gözdən düşənlərin tərəfini saxlayır-san. Bax ha, burnunu külək əsən istiqamətdə saxlaya bilməsən, tezcənə tumov olacaqsan. Götür mənim papağımı. Bu adamı görürsən?! İki qızını evindən qovdu, üçüncü qızına özü istəmədən xeyir-dua verdi. Əgər son onun yanında qalsan, mütləq mənim papağımı başına qoymalısan. Belə deyil, əmican! Kaş mənim iki qızım və iki papağım olaydı! L i r. Nə üçün, dostum?
Təlxək. 
    Çünki bütün var-dövlətimi qızlarıma verərdim, papaqlarını isə özümə saxlardım. Götür mənim bu papağımı, o birini də qızlarından istə.
L i r. 
    Ehtiyath ol, qırışmal. Belə getsə, kürəyinə qamçı dəyə bilər.
T ə 1 x ə k. 
    Həqiqət vəfalı köpəyə bənzəyir. Onu qamçılaya- qam çılaya it damına qovurlar. Yaltaqlıq isə əltulası kimidir. Onu evə aparıb, isti soba yanında başını tumarlayırlar. O da yavaş-yavaş evin havasını korlayır.
L i r. 
    Dilin lap ilan kimi sancır!
T ə 1 x ə k. 
    Ağa, istəyirsən, sənə bir hikmət öyrədim.
L i r. 
    Öyrət.
Təlxək. 
    Qulaq as, əmican: Sirrini faş eyləmə, Bildiyini söyləmə. Borc paylama pulunu, Atsız getmə yolunu. Elmdən əl saxlama, Qumara bel bağlama. Uyma kefə, nəşəyə, Çəkil tənha guşəyə. İşi belə aparsan, İki onluq taparsan.
K e n t. 
    Bu sözlər heç nəyə dəyməz, təlxək.
T ə 1 x ə k. 
    Bu sözlər müftə vəkilin nitqinə bənzəyir. Bu sözlərə görə mənə heç nə vermədin. Əmican, sən heç nədən bir şey düzəldə bilərsənmi?
L i r. 
    Yox, dostum, heç nədən heç nə çıxmaz. Təlxək (Kentə). Təvəqqe edirəm, bu qocaya deyəsən ki, onun da öz torpaqlarından aldığı gəlir bu qədərdir. Mən desəm, o, təlxəyə inanmaz.
L i r. 
    Of, acıdil təlxək!
Təlxək. 
    Qoca, sən acıdil təlxəklə şirindil təlxəyin arasındakı fərqi bilirsənmi?
L i r. 
    Yox, cavan oğlan, məni başa sal.
Təlxək. 
    Torpağını ver deyən O adama yaxşı bax. Mənimlə dursun qoşa,
Onda aydın olacaq: Kimdir acıdil təlxək, Kimdir şirindil təlxək. Biri papaq geyinib, O biri də geyəcək.
L i r. 
    Bununla sən məni təlxək adlandırırsan, dostum?
Təlxək. 
    Rütbələrin hamısını başqalarına paylamısan. Yalnız təlxək rütbəsi qalıb. Sən anadan bu rütbəylə doğulmusan.
K e n t. 
    O tamamilə axmaq deyil, milord.
T ə 1 x ə k. 
    Yox, biri yaradan o bir Allaha and içirəm ki, lordlar və əyanlar məni tamamilə axmaq olmağa qoymazdılar, hərgah adamlardakı axmaqlığı özümdə birləşdirə bilsəydim, onlar mütləq mənimlə şərik olardılar. Bəli, bəli xanımlar da bir pay qoparmağa çalışardılar. Qoymazdılar ki, bütün axmaqlıq tək mənə çatsın. Əmican, mənə bir yumurta ver, mən də əvəzində sənə iki tac verim.

<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>

Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (09.12.2013) | Müəllif: R.C E W
Baxış: 731 | Reytinq: 5.0/2
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more