Əsas » Məqalə » Dünya ədəbiyyatı

Uilyam Şekspir-Hamlet-3
 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>


P o 1 o n i.
    Bu çox uzundur.
H a m 1 e t.
    Onu sizin saqqalmızla bir yerdə göndərərik bərbərxanaya, bir az kəsib gödəldərlər. Təvəqqe edirəm, davam eləyin. Bu qocaya ancaq rəqqasələrin oyunu, ya da şit lətifələr xoş gəlir. Başqa şey olanda o saat mürgü vurur. Davam eləyin. Keçin Hequbaya.
B i r i n c i a k t y o r.
    "O bədnam, yarımlüt kraliçanın...".
H a m 1 e t.
     "Yarımlüt kraliçanın?".
P o l o n i.
    Bəh, bəh, əladır. "Yarımlüt kraliçanın"... Doğrudan, gözəldir.
B i r i n c i a k t y o r.
    "Ayaqları yalın, görkəmi müdhiş,
    Vurnuxur, çırpmır dəhşət içində,
    Odlu göz yaşları söndürür odu.
    Qızıl tac qoyardı başına bir vaxt, -
    O bədbəxt bir əski bağlamış indi.
    Şahanə libasdan yoxdur bir nişan,
    Bədəni quruyub dərddən, əzabdan.
    İncəlib üzülmüş tüktək belinə
    Bir köhnə, bir nimdaş örtük dolamış.
    Kim görsə bu qəmi, bu müsibəti
    Üsyan qaldırardı taleyə qarşı,
    Amansız fələyi lənətləyərdi.
    Allahların özü görsəydi əgər
    Talesiz, uğursuz, yazıq qadını,
    O qudurmuş Pirrin ələ salaraq,
    Gözləri önündə onun ərinin
    Qanlı cəsədini öz qılıncıyla
    Necə qıyma-qıyma doğradığını
    İnsan ah-naləsi, insan göz yaşı
    Təsir etməsə də o Allahlara
    -Bu dərddən qəlbləri matəmə batar,
    Gözlərindən daim sellər axardı".
Po l o n i.
    Baxın üzü necə saralıb, gözlərindən yaş necə axır! Bəsdir, Allah xatirinə bəsdir!
H a m 1 e t.
    Yaxşı, qalanını sonra mənə söyləyərsən. Hörmətli milord, gözdə-qulaqda olun, aktyorlara yaxşı xidmət etsinlər. Eşidirsiniz, qoy onlara yaxşı qulluq göstərsinlər, çünki aktyorlar zəmanəmizin güzgüsü, əsrimizin qısa salnaməsidirlər. Onların haqqımızda dediyi yaman sözlər biz öləndən sonra başdaşımıza həkk olunacaq pis yazı-lardan daha pisdir.
P o 1 o n i.
    Prins, mən onlara öz ləyaqətlərinə görə hörmət edəcəyəm.
H a m 1 e t.
    Lənət sənə kor şeytan! Kişi, daha diqqətli olun! Əgər hər adama öz ləyaqətinə görə hörmət edilsə, onda dünyada kötəkdən heç kim yaxa qurtara bilməz. Siz öz şərəfınizə və alicənablığınıza görə hörmət edin. Onların ləyaqəti nə qədər az olsa, sizin səxavətiniz bir o qədər çox olsun. Aparın onları.
P o 1 o n i.
    Gəlin, cənablar.
H a m 1 e t.
    Onunla gedin, dostlar. Unutmayın, sabah tamaşa verəcəksiniz.
    Birinci aktyordan başqa, bütün aktyorlar Poloni ilə gedirlər.
    De görüm, köhnə dost, siz "Qonzaqonun qətl"ini oynaya bilərsinizmi?
B i r i n c i a k t y o r.
    Bəli, milord.
H a m 1 e t.
    Yaxşı, sabah axşam oynayarsınız. Əgər lazım gəlsə, mən on iki-on altı misra şer yazıb ona əlavə eləsəm, öyrənib deyə bilərsinizmi?
B i r i n c i a k t y o r.
    Bəli, milord.
H a m 1 e t.
    Çox gözəl. Bu cənabla gedin. Ancaq ona sataşmayın ha! (Birinci aktyor gedir). Mənim əziz dostlarım, axşama qədər sizdən ayrılmalı olacağam.Yenə deyirəm, siz Elsinora xoş gəlmişsiniz.
R o z e n k r a n s.
    Mehriban milord, sağ olun.
H a m 1 e t.
    Allah amanında!
    Rozenkrans və Qildenstern gedirlər
    İndi mən təkəm.
    Of, necə yaramaz, aciz qulam mən!
    Dəhşətli deyilmi, diyarbədiyar
    Gəzən o aktyor saxta hissləri,
    Saxta duyğuları əks etmək üçün
    Ürəyini elə məcbur etdi ki,
    Rəngi avazıdı, halı dəyişdi,
    Yaş tutdu gözünü, qırıldı səsi,
    Əzabdan titrədi bütün varlığı.
    Axı, nəyə görə, nədən ötəri?
    Hequba üçün?
    Yaxşı, bəs nəyidir o, Hequbanm?
    Və yaxud Hequba onun nəyidir?
    Niyə ağlayırdı hıçqırtılarla?
    Mənim sonsuz dərdim, ağır kədərim
    Əgər onun olsa, nə eyləyərdi?
    Sel kimi çağlayıb acı göz yaşı
    Alardı qoynuna bütün səhnəni.
    Çəkdiyi heybetli ahdan-amandan
    Tamam kar olardı tamaşaçılar.
    Bütün günahkarlar dəli olardı,
    Dəhşətə gələrdi qəlbi təmizlər,
    Cahillər qalardı təşviş içində,
    Heyrətə gələrdi ağıllı kəslər.
    Fəqət mən,
    Başıküt, ölüvay, rəzil bir məxluq,
    Daim yuxulutek veyllənərək
    Bir kəlmə, bircə söz deyə bilmirəm.
    Atamın, şöhrətli bir hökmdarı
    Taxt-tacı, həyatı alçaqcasına
    Bu cür məhv edildi. Mən qorxağammı?
    Kim mənə sataşır, rişxənd eyləyir,
    Ağzımın üstünə vurur yumruqla,
    Çəkir qulağımdan, dartır bumumdan,
    Mənə alçaq deyir, yalançı deyir,
    Baxır gözlərimə? Varmı elə kəs?
    Hə!
    Lənət kor şeytana, dözərdim buna?!
    Heç vədə, heç vədə bu ola bilməz!
    Göyərçin qəlbidir üreyim fəqət,
    Kin, qəzəb coşdurmur büllur qanımı.
    Yoxsa bu cəlladın bağırsağını
    Çoxdan qarğalara yem eləmişdim.
    Of, qəddar, qaniçən, vicdansız əclaf!
    Xain, haramzadə, əxlaqsız oğraş!
    Ah, ey intiqam!
    Gör necə eşşəyəm!
    Artıq nə deyim?!
    Qətl olan atamın bir övladıtek
    Göylər intiqama səsləyir məni,
    Mənsə bir xəlvətdə fahişə kimi,
    Təsəlli tapıram hərzə sözlərlə.
    Deyinib söyürəm bütün gün boyu
    Pinti qabyuyantək! Tfu! Ayıb olsun!
    Oyan, ey beynim!
    Mən eşitmişəm ki, hər hansı cani
    Qətl səhnəsinə baxdığı zaman
    Elə sarsılır ki, onun varlığı
    Tez büruzə verir cinayətini.
    Cinayətin dili yoxsa da, ancaq
    Danışır qəribə işarələrlə.
    Gedib tapşıraram aktyorlara,
    Atamın qətlinə bənzər səhnəni
    Əmimin önündə canlandırsınlar.
    Əmim dəhşət ilə ona baxanda
    Mən de diqqət ilə izlərəm onu.
    Özünü itirib şaşırsa əgər,
    Onda mən bilirəm nə edəcəyəm.
    Bəlkə də, gördüyüm həmin o kölgə
    Qorxulu şeytandır. Şeytan ən gözəl
    Cildlərə girməyi bacarır, axı.
    Bəli, ola bilsin, ruhumu əzən
    Ağır sarsıntıdan, sonsuz kədərdən
    Sui-istifadə edir o məlun.
    Əziz görkəmində əziz atamın
    Gəlib çəkir məni fəlakətlərə.
    Təsdiq etmək üçün şübhələrimi
    Mənə daha möhkəm bir əsas gərək.
    Bu əsas - bu güzgü yalnız səhnədir,
    Göstərər kralın vicdanı nədir.
    Gedir.

ÜÇÜNCÜ PƏRDƏ

BİRİNCİ SƏHNƏ


    Qəsrdə bir otaq Kral, kraliça, Poloni, Ofeliya, Rozenkrans və Qildenstern daxil olurlar.
K r a l.
    Dolanbac, dolayı suallarla siz
    Öyrənə bilmədiz dinc həyatım
    Bu cür təhlükəli əsəbiliklə,
    Qorxunc dəliliklə keçirir nədən?
R o z e n k r a n s.
    Etiraf edir ki, pozulub halı,
    Ancaq səbəbini demək istəmir.
Q i l d e n s t e r n.
    Heç vəchlə söz ala bilmədik ondan
    Biz əsl mətləbi hər soruşanda
    Qoyub dəliliyə özünü bu vaxt
    Sözü sapdınrdı çox məharətlə.
K r a 1 i ç a.
    O sizi yaxşımı qəbul eylədi?
R o z e n k r a n s.
    Lütfkar, mehriban centlmen kimi
Q i l d e n s t e r n.
    Fəqət danışırdı yaman könülsüz.
R o z e n k r a n s.
    Olduqca xəsisdi sual verməkdə,
    Cavab verməkdəsə səxavətliydi.
K r a l i ç a.
    Onu əylənməyə razı saldınız?
R o z e n k r a n s.
    Xanım, iş düzəldi özü-özünə
    Biz yolda rast gəldik aktyorlara,
    Ona deyən kimi sevindi qəlbən.
    Yəqin saraydadır o aktyorlar.
    Prins əmr elədi, məncə, bu axşam
    Tamaşa versinlər.
P o l o n i.
    Bu çox doğrudur.
    O mənə tapşırdı, zati-alilər,
    Dəvət edim sizin hər ikinizi. .
    Lütf edin, gəlin!
K r a l.
    Məmnuniyyətlə!
    Onun belə işlə maraqlanmağı
    Mənim ürəyimi çox sevindirir.
    Cavan centlmenlər, həvəsləndirin
    Onu daim bu cür əyləncələrə.
R o z e n k r a n s.
    Biz öz canımızı əsirgəmərik.
    Rozenkransla Qildenstern gedirler.
K r a l.
    Əziz Gertruda, gülüm, sən də get.
    Hamletin dalınca gizlicə, xəlvət
    Adam göndərmişik, dilə tutaraq
    Hamleti buraya gətirəcəkdir.
    Prins təsadüfən görürmüş kimi.
    Ofelyam burda görəcək indi.
    Qızın atasıyla mən də bir yanda
    Qanuni casustək gizlənib onun
    İzləyərik hər bir hərəkətini,
    Öyrənib bilərik onu üzən dərd
    Məhəbbət qəmidir, yaxud başqa şey.
K r a l i ç a.
    Bu saat gedirəm. Ah, Ofeliya,
    Arzu edirəm ki ulu göylərdən,
    Hamletin bu ağır xəstəliyinə
    Sənin gözəlliyin səbəb olaydı.
    Ümid edirəm ki, təmiz ismətin
    Onu qaytarardı adi yoluna,
    Ona da, sənə de şərəf olardı
O f e 1 i y a.
    Kaş Allah eləsin!
    Kraliça gedir.
P o l o n i,
    Ofeliya, sən
    Qızım, hərlən burda. Siz əlahəzrət,
    Lütf edin, buyurun biz də gizlənək.
     (Ofeliyaya).
    Bu kitabı oxu, onda tək-tənha
    Gəzməyin heç kəsdə şübhə oyatmaz.
    Əzəldən belədir dünyada insan.
    Mömin görkəmində, pir libasında
    Hətta şeytanı da aldada bilir.
K r a 1 (kənara).
    Oh, necə də düzdür! Bu sözlərlə o
    Mənim vicdanımı qamçılayır ki!
    Ənlik, kirşan altda qəhbənin üzü
    Qəşəng sözlər altda gözə çarpmayan
    İyrənc əməlimtək çirkin deyildir.
    Dəhşətdir daşımaq bu ağır yükü!
P o 1 o n i.
    O gəlir, bir yana çəkilək, milord.
    Kral ve Poloni gedirler. Hamlet gəlir.
H a m 1 e t.
    Olum, ya ölüm, budur məsələ.
    Hansı şərəflidir? Azğın taleyin
    Müdhiş oxlarına susub dözməkmi,
    Yoxsa fəlakətlər nəhrinə qarşı
    Silaha sarılıb üsyanmı etmək?
    Ya qələbə çalmaq, ya həlak olmaq?
    Ölmək - yuxulamaq, yalnız budur, bu!
    Bununla ürəyin ağrılarını,
    Əzəldən insanın nəsibi olan
    Minlərlə dərdləri, iztirabları
    Bir anın içində unuduruq biz.
    Bumu gecə-gündüz dua oxuyub
    Arzu etdiyimiz gözəl aqibət?
    Ölmək- yuxulamaq, əbədi yatmaq,
    Sonra yuxu görmək! Bax, budur əngəl.
    Biz canı qurtarıb işgəncələrdən
    Ölüm yuxusunda nə görəcəyik?
    Budur yolu kəsən. Bu səbəb bizi
    Məcbur edir çəkək ömrümüz boyu
    Bütün zillətləri, müsibətləri.
    Yoxsa kim dözərdi, kim dözərdi, kim
    Zamanın cövrünə, həqarətinə,
    Zalımın zülmünə, haqsızlığına,
    Lovğa əyanların təkəbbürünə,
    Tapdanmış sevginin əzablarına,
    Acgöz hakimlərin əclaflığına,
    Qansız nazirlərin sırtıqlığına,
    Hər cür şərəfsizin şərəfliləri
    İyrənc təhqirinə, istehzasına?
    Bunlardan əbədi qurtarmaq üçün
    Bir xəncər zərbəsi kifayət ikən
    Həyatın rəzalət yükü altında
    Neçin sürünürük inildəyərək?
    Bizi vadar edən buna nədir, nə?
    Yalnız bircə qorxu, bircə vahimə:
    Biz dərddən qurtarıb öləndən sonra
    O məchul aləmdə nə olacaqdır?
    Ordan qayıtmayıb hələ heç bir kəs.
    Bu fikir sarsıdır iradəmizi,
    Bizi məcbur edir daim, həmişə
    Çəkək bu tükənməz məşəqqətləri,
    Məlum əzablardan yaxa qurtarıb
    Naməlum dərdlərə can atmayaq biz.
    Bu dəhşət qorxağa çevirir bizi,
    Puç olur ağlımız, qətiyyətimiz,
    Solur cürətimiz bir çiçək kimi.
    O böyük təşəbbüs, o ali məqsəd
    İtirir adını, öz mənasını.
    Sus... sus! Ofeliya?
    Ey qəşəng pəri,
    Hər zaman özünün dualarında
    Xatırla mənim də günahlarımı.
O f e l i y a.
    Milord, çoxdandır ki, görmürəm sizi,
    Bu müddət ərzində yaxşıydınızmı?
H a m 1 e t.
    Təşəkkür edirəm, yaxşı, lap yaxşı.
O f e l i y a.
    Milord, yadigardır töhfəniz məndə.
    Xeyli var, onları istəyirəm ki,
    Geriyə qaytarım, buyurun, alın.
H a m l e t.
    Yox, yox, nə deyirsən, ömrümdə senə
    Heç vədə heç bir şey verməmişəm mən.
O f e l i y a.
    Yaxşı bilirsiniz, möhtərəm prins,
    Mənə verdiyiniz hədiyyələri.
    Qəşəng sözləriniz açdıqca qanad
    Artdı bəxşişlərin qiyməti qat-qat.
    Onlar dəyərini artıq itirmiş,
    Namuslu qızlara aydındır bu iş:
    Kim ki dönük olur, mürvətsiz olur,
    Qiymətli bəxşişi qiymətsiz olur.
    Buyurun.
H a m 1 e t.
    Ha, ha, ha! Sən namuslusan?
O f e l i y a.
    Milord!
H a m 1 e t.
    Sən gözəlsən?
O f e l i y a.
    Siz cənabınız,
    Nə demek istəyir, bilmirəm, düzü?!
H a m 1 e t.
    Onu demək istəyirəm ki, əgər sən namuslu və gözəl qızsansa, sənin namusun sənin gözəlliyinlə danışmağa heç kimə icazə verməməlidir.
O f e 1 i y a.
    Milord, gözəlliyin namusdan yaxşı rəfıqəsi ola bilməz.
H a m 1 e t.
    Bəli, doğrudur! Fəqət bəla burasmdadır ki, namus gö-zəlliyi özü kimi bakir və büllur etməkdənsə, tezliklə gözəllik namusu aradüzəldənə, oğraşa çevirir. Əvvəllər bu mənə qeyri-adi görünürdü. İndi isə bizim dövr, zəmanə bunu təsdiq eləyir.Bir vaxtlar mən səni sevirdim.
O f e 1 i y a.
    Həqiqətən, milord, mən sizin eşqinizə inanırdım.
H a m 1 e t.
    Lap nahaq yerə.
    Çünki insan xilqəti qoca ağac gövdə-sidir,
    ləyaqət çiçəyi ona peyvənd tuta bilmir.
    Mən səni sevmirdim.
O f e 1 i y a.
    Deməli, mənim aldanmağım daha dəhşətlidir.
H a m 1 e t.
    Get monastıra. Nə üçün sən günahkarların sayını artırmağa can atırsan? Mən özüm də ala-babat təmiz adamam. Lakin özümü onda günahlandıra bilərəm ki, anam məni doğmasa daha yaxşı olardı. Mən çox lovğa, kinli, xudpəsəndəm. Daxilimdə o qədər eybəcərliklər var ki, onları fikirləşməyə düşüncəm, müəyyən bir şəklə salmağa təsəvvürüm, həyata keçirməyə vaxtım çatışmır. Göylə yer arasında vurnuxan mənim kimi belə məxluqlardan nə gözləmək olar? Biz hamımız həqiqi fırıldaqçılarıq. Bizim heç birimizə inanma. Hələ ki bakirəsən, insanlardan uzaqlaş. Birbaşa monastıra get. Atan hardadır?
O f e 1 i y a.
    Evdədir, milord.
H a m 1 e t.
    Qapıları onun üzünə möhkəm bağla ki, o yalnız öz evində özünü ələ salsın. Əlvida.
O f e 1 i y a.
    Ah, müqəddəs göylər, siz ona kömək olun!
H a m 1 e t.
    Əgər ərə getsən, qoy mənim lənətlərim sənin cehizin olsun. Buz kimi şəffaf, qar kimi təmiz olsan da, yenə böhtanlardan qur-tara bilməyəcəksən. Monastıra tələs, dayanma, əlvida. Hərgah mütləq ərə getmək istəsən, onda bir axmağa get. Çünki ağıllılar çox yaxşı bilirlər ki, siz onlardan necə buynuzlu vəhşilər düzəldirsiniz. Monastıra get, cəld ol. Əlvida!
O f e 1 i y a.
    Ey ulu qüvvələr, siz ona şəfa verin!
H a m l e t.
    Üz-gözünə rəng çəkdiyini də eşitmişəm. Allah-taala sizə bir sifət verir, siz onu boyayıb başqa şəklə salırsımz. Qəribə oyunlar, hərəkətlər çıxardır, danışıqlar icad edir, tanrının yaratdıqlarına yeni-yeni adlar verirsiniz, öz əxlaqsızlığına sadəlövlük donu geyindirirsiniz. Get, get, mən artıq bunu istəmirəm. Məni dəli eyləyən də elə bax budur. Sənə deyirəm, daha heç kəs evlənməyəcək. İndiyə qədər evlənənlərin hamısı, bir nəfərdən başqa, qoy birgə yaşasınlar. Qalanları necə var elə də qalsınlar. Monastıra get, rahibə ol.
    Gedir.
O f e l i y a.
    Ah, necə məhv oldu böyük bir zəka,
    Comərdlik, igidlik mücəssəməsi,
    Ağlın, dərrakənin ülvi timsalı,
    Vətənin ümidi, şöhrəti, şanı,
    Ləyaqət güzgüsü, gözəllik rəmzi,
    Ellərin əzizi, ellərin gözü,
    Hamısı, hamısı məhv oldu, getdi!
    Mənəm qadınların ən bədbəxti, mən!
    Əvvəl musiqitək gözəl səsiylə
    Gəlib and içərdi mənim eşqimə,
    İndi cingildəyir qırıq zəng kimi.
    Hanı o qüdrətli, o nadir kamal?
    Onun o qənirsiz gözəl üzünü
    Dəlilik dəyişib nə günə salmış!
    İlahi, bu nədir, mən taleyi kəm
    Ah, nələr görmüşdüm, nələr görürəm!
    Kral və Poloni qayıdırlar.
K r a l.
    Məhəbbət? Bu deyil onun mərəzi.
    Sözləri dolaşıq olsa da bir az,
    Dəli sözlərinə bənzəmir əsla.
    Onu belə ağır qəmə qərq edən
    Nəsə qorxunc bir sirr yatır qəlbində.
    Onun qalması da, açılması da,
    Dəhşətli fəlakət törədə bilər.
    Dərhal qarşısım almaqdan ötrü
    Belə bir qərara gəlmişəm ki, mən
    Onu tez göndərək İngiltərəyə,
    Yığsın ödənməmiş baci-xəracı.
    Bəlkə de, dənizlər, müxtəlif yerlər, ;
    Müxtəlif adamlar onun bu təhər
    Üstündə əzabla baş sındırdığı
    Dərdi ürəyindən çıxara bildi.
    Sizin bu barədə fıkriniz nədir?
P o l o n i.
    Çox gözəl, qoy getsin, fayda verəcək,
    Fəqət inanıram mən əvvəlkitək
    Bu qəmin səbəbi uğursuz eşqdir.
    -Qızım! Danışmağa yoxdur ehtiyac
    Eşitdik Hamletin dediklərini.
    İxtiyar sizindir, adil hökmdar,
    Ancaq istəsəniz, budur məsləhət:
    Tamaşadan sonra prins Hamleti
    Kraliça görsün tamam təklikdə.
    Onunla danışsın açıq, səmimi,
    Dərdini deməyi xahiş eləsin.
    Siz lazım bilsəniz, gizlənib mən də
    Dinlərəm onların söhbətlərini.
    Öyrənə bilməsək sirrini əger,
    Təcili göndərin İngiltərəyə, :
    Ya da hökm verin dustaq etsinler
    Etibarlı yerdə.
K r a l.
    Yaxşı, razıyam.
    Böyük təbiətlər dəli olsa da,
    Azad yaşamasın gərək dünyada.
    Gedirlər.

İKİNCİ SƏHNƏ


    Qəsrdə bir salon.
    Hamlet və bir neçə aktyor daxil olurlar.
H a m l e t.
    Təvəqqe edirəm, sizə necə demişdimsə, eləcə də təbii və aydın danışın. Əgər siz öz nitqinizi, aktyorların əksəriyyəti kimi, bağıra-bağıra söyləyəcəksinizsə, yaxşı olardı ki, mən öz şerimi şəhər carçısına verəydim. Havanı mişarla doğrayırmış kimi, əl-qolunuzu ölçməyin, hər şeyin öz həddini gözləyin. Hiss və həyəcanınızın ən daşqın, ən coşqun vaxtında, mən deyərdim ki, fırtınalı, qasırğalı məqamında təmkinli olun. Bu sizin nitqinizə rəvanlıq və gözəllik verər. Ah, başına parik qoymuş bir nataraz heyvərə hiss və həyəcanlarını sağa-sola səpələyərək, anlaşılmaz lal səhnələrdən və hay-küydən başqa, heç nə bilməyən tamaşaçıların qulaqlarmı kar edəndə necə əsəbiləşməyəsən! Mən qəzəb dolu gurultulu nitq söyləməkdə Termaqantı keçən belə kələkbazları nə kötəklərdim! Bu, dəhşətlə ağız-burnunu əyib, ədəbsiz hərəkətlərlə tamaşaçıları qorxuya salan İrodun özünü belə keçmək deməkdir. Xahiş edirəm, belə şeylərdən uzaq olasınız.
B i r i n c i a k t y o r.
    Arxayın olun, prins.
H a m 1 e t.
    Qətiyyən sıxılmaym, öz qəlbinizin səsini dinləyin, qoy hissiniz-duyğunuz öz məsləhətçiniz olsun. Hərəkətiniz sözlərinizə, sözləriniz də hərəkətinizə yaraşsın. Təbiiliyə xüsusi diqqət yetirin. Çünki qeyri-təbiilik teatr sənətinə ziddir. Teatrın məqsədi, bütün za-manlarda olduğu kimi, indi də həyatın güzgüsü olmaqdır. Teatr ləyaqət-li adamlara öz simasını, nifrətə layiqlərə isə öz iç üzünü açıb göstərməli, hər dövrün həqiqi tarixini, əsl mahiyyətini əks etməlidir. Həddən artıq qızışmaq və ya həddən artıq ləng tərpənmək nadanları güldürsə de, arif-ləri kədərləndirməyə bilməz. Ağıllı adamların fıkri sizin üçün teatrın bütün başqa tamaşaçılarının rəyindən qiymətli olmalıdır. Oh, mən elə aktyorlarm oynunu gönnüşəm ki, onların təriflərini göylərə qaldırıblar. Allaha acıq getməsin, bu məşhur oyunbazlar damşığı, hərəkətləri ilə tanrı bəndəsinə oxşamırdılar. Elə qəribə hərəkətlər edir, elə böyürürdü-lər ki, istər-istəməz düşünürdüm: yəqin, onları təbiətin muzdurları yaradıb, özü də yaxşı yarada bilməyib, bəşər övladlarını çox pis şəkildə yamsılayıblar. Birinci aktyor.
    Mənə elə gəlir ki, ser, biz bu qüsurların çoxunu aradan qaldırmışıq.
H a m 1 e t.
    Oh, tamamilə aradan qaldırın. Qoy sizin təlxək rolunu aparanlar özlərindən söz uydurmasınlar, onlar üçün nə yazılıbsa, ancaq onu desinlər. Elə təlxəklər var ki, pyesin ciddi yerində qəhqəhə çəkib gülür və bir para avam tamaşaçıları da güldürürlər. Belə iş yaramaz. Bu, həmin oyunbazların mənliyinin necə də kasıb olduğunu göstərir. Gedin, hazırlaşın.
    Aktyorlar gedirlər. Poloni, Rozenkrans və Qildenstern gəlirlər.
    Nə oldu, milord, kral pyesə baxmaq istəyirmi?
P o 1 o n i.
    Bəli, kral da, kraliça da. Özü də indicə gəlirlər.
H a m l e t.
    Elə isə aktyorlara deyin, tələssinlər. (Poloni gedir).
    Siz ikiniz də gedib onları tələsdirə bilməzsiniz?! Rozenkrans və Qildenstern. Bu saat, milord.
    Rozenkransla Qildenstern gedirlər.
H a m 1 e t.
    Ey, ey, Horatsio!
    Horatsio daxil olur.
Ho r a t s i o.
    Burdayam, milord,
    Həmişə hazıram xidmətinizdə.
H a m l e t.
    Mənim tamdığım bəşər nəslinin, Horatsio, sənsən ən vəfalısı.
H o r a t s i o.
    Ah, nə deyirsiniz, mehribanmilord!
H a m 1 e t.
    Yox, yox, düşünmə ki, yaltaqlanıram.
    Yaltaqlıq eyləyim mən nəyə görə?
    Sənin bu dünyada bütün dövlətin,
    Yeganə sərvətin təmiz könlündür.
    Kim quyruq bulayar kasıb önündə?
    Varlı qarşısında dördqat bükülüb
    Dil açır, dil tökür yalnız yaltaqlar.
    Qoy yaltaqlıq qazanc gətirən yerdə
    Vurnuxsun, şırvansın qarıngüdənlər.
    Sən mənə qulaq as, sən məni dinlə,
    Ürəyim özünə hakim olandan
    İnsanlar içindən səni tac seçib.
    Çünki əvəzsizsən bu qəm mülkündə,
    Bütün əzablara sinə gərirkən
    Üzündə görünmür nə dərd, nə əzab.
    Ən ağır gündə də, ən şad gündə də,
    Birdir qətiyyətin, birdir məramın.
    Narazı deyilsən öz taleyindən.
    Xoşbəxt o kəsdir ki, hissiylə ağlı
    Belə gözəl olub, gözəl qovuşub.
    Taleyin əlində tütək deyil ki,
    Tale istədiyi havam çalsın.
    Elə adam göstər mənə həyatda
    Ehtirasın qulu olmasın, dostum,
    Onu sənin kimi ölən günədək
    Daim ürəyimin başında tutub,
    Qəlbimin qəlbində gəzdirim hər vaxt.
    Bu haqda danışmaq kifayət edər.
    İndi bir tamaşa göstərəcəklər;
    Onun bir yerində mənim atamın
    Ölümünə bənzər bir səhnə vardır.
    Atamın qətlini demişəm senə.
    Təşrif gətirəcək kral bu saat.
    Rica eyləyirəm, həmin səhnəyə
    Əmim baxan vaxtı ona diqqət ver.
    Əgər o sözüylə, herəkətiylə
    Büruzə verməsə gizli suçunu,
    Demək, gördüyümüz o qorxunc kölgə
    Cəhənnəmdən gələn bir iblis imiş.
    O menim beynimi, təsəvvürümü
    Vulkanın dəmirçixanası kimi,
    Tamam, başdan-başa hise qərq edib.
    Dostum, sən kralı qoyma gözündən,
    Ona baxacağam dördgözlə mən də.
    Sonra ikimiz də gördüyümüzü
    Birgə yoxlayarıq.
H o r a t s i o.
    Lap yaxşı, milord.
    Oğrutək o məndən bir şey aparsa,
    Özüm verəcəyəm cəriməsini.
H a m l e t.
    Gəlirlər, mən çılğın görünməliyəm,
    Sən isə get əyləş.
    Danimarka marşı. Şeypurlar çalınır. Kral, kraliça, Poloni, Ofeliya, Rozenkrans, Qildenstern və başqa yüksək vəzifəli əyanlar əllərində məşəl tutmuş keşikçilərin müşayiətiylə daxil olurlar.
K r a 1.
    Bizim vəliəhdimiz Hamletin kefı necədir?
H a m 1 e t.
    Əladır, vicdanıma and olsun, lap buqələmun kimi dolanıram, hava yeyirəm. Bol-bol vədlərlə yaşayıram. Heç axta xoruzu belə bəsləməzlər.
K r a l.
    Mən bu cavabdan heç nə anlamıram, Hamlet. Bu mənim sözlərim deyil.
H a m 1 e t.
    Xeyr, indi mənim də deyil (Poloniyə). Milord, siz nə vaxtsa universitetdə səhnədə çıxış eləmisıniz, elə deyilmi?
P o 1 o n i.
    Bəli, prins. Mən yaxşı aktyor sayılırdım.
H a m 1 e t.
    Kimin rolunu oynamısınız?
P o 1 o n i.
    Yuli Sezarın rolunu oynamışam. Kapitol təpəsində məni öldürüblər. Brut məni öldürüb.
H a m 1 e t.
    Əhsən! Bir qurd belə gönü bol dananı öldürüb. - Aktyorlar hazırdırmı?
R o z e n k r a n s.
    Bəli, milord, sizin əmrinizi gözləyirlər.
K r a 1 i ç a.
    Yaxına gəl, Hamlet, mənim əziz oğlum, yanımda əyləş.
H a m 1 e t.
    Yox, mehriban anacığım, buradakı maqnit məni daha çox cəzb edir.
P o 1 o n i (krala).
    Oho, fikir verdinizmi?
H a m 1 e t.
    Sizin dizlərinizə toxunmaq olarmı, xanım?
    Ofeliyanın ayaqları altında uzanır.
O f e 1 i y a.
    Xeyr, milord.
H a m 1 e t.
    Demək istəyirəm ki, başımı sizin dizlərinizə söykəyə bilərəmmi?
O f e 1 i y a.
    Bəli, milord.
H a m 1 e t.
    Allah bilir, siz nələr düşündünüz?
O f e 1 i y a.
    Mən heç nə düşünmədim, milord.
H a m 1 e t.
    Gözəl bir qızın ağuşunda uzanmaq gözəl bir arzudur.
O f e 1 i y a.
    Nə dediniz, milord?
H a m 1 e t.
    Heç nə.
O f e 1 i y a.
    Bu gün çox şənsiniz, milord.
H a m 1 e t.
    Kim, mən?
O f e l i y a.
    Bəli, milord.
H a m 1 e t.
    Aman Allah, deməli, mən sizin yeganə, misilsiz təlxəyinizəm. Nə etməli? Bizim şənlənməkdən başqa ayrı çarəmiz varmı? Bir mənim anama baxın, o necə də şaddır! Halbuki atam iki saat bundan əvvəl ölmüşdür. '
O f e 1 i y a.
    Xeyr, milord, düz iki ay bundan əvvəl.
H a m l e t.
    Necə, necə! Belə çox? Elə isə qoy yas paltarı cəhənnəm olsun. Mən xəzli bayram libası geyəcəyəm. Ey ulu göylər! O iki aydır ölüb, hələ də unudulmayıb? Deməli, ümid etmək olar ki, böyük bir adamın xatirəsi dünyada özündən yarım il artıq yaşaya bilər, ancaq o, məbədlər tikdirməlidir, yoxsa heç kim onu yada salmayacaq. O zavallı qəbrinin üstünə bu sözlər yazılmış oyuncaq, çubuq at kimi tamamilə yaddan çıxacaqdır.
    "Bir tərəfə atdılar,
    Atdılar, unutdular".
    Qaboylar çalınır.
    Lal-səhnə başlanır. Kral və kraliça rolunu oynayan aktyorlar daxil olub bir-birinə nəvaziş göstərirlər. Əvvəlcə kraliça kralı, sonra isə kral kraliçanı qucaqlayır. Kraliça kralın qarşısında dizi üstə çöküb öz məhəbbətini izhar edir. Kral onu ayağa qaldırır və başmı onun çiyninə qoyur. Sonra çiçəklərin arasında uzanır. Kraliça onun yatdığını görüb gedir. Bu vaxt bir nəfər gəlir, kralın tacını başından çıxarıb öpür və onun qulağına zəhər töküb gedir. Kraliça geri qayıdır, kralı ölmüş görüb kədərli və çılğın hərəkətlər edir. Qatil bir neçə dəfn mərasimi xidmətçiləri ilə yenidən gəlir, kraliçanın qəminə şerik olduğumu bildirir. Cənazəni aparırlar. Qatil hədiyyələrlə kraliçanın rəğbətini qazanır. Kraliça əvvəlcə onunla könülsüz və həvəssiz davranır, axırda onun məhəbbətini qəbul edir.
    Gedirlər.
O f e 1 i y a.
    Bu nə deməkdir, milord?
H a m 1 e t.
    Bir çirkin cinayətin, alçaq rəzalətin təsviridir.
O f e l i y a.
    Yəqin, bu lal-səhnə oynanılacaq əsərin məzmununu göstərir?
    Bir aktyor daxil olur.
H a m 1 e t.
    Bu qoçaq bizə hamısını danışacaq. Aktyorlar sirr saxla-ya bilmirlər, hər şeyi töküb üyüdürlər.
O f e 1 i y a.
    İndi bu göstərilənlərin mənasını o bizə deyəcəkmi?
H a m 1 e t.
    Bəli, ona nə göstərsəniz, mənasını sizə deyəcək. Siz göstərməyə utanmayın, o mənasını deməyə utanmayacaq.
O f e 1 i y a.
    Siz xarab olmusunuz, siz xarab olmusunuz. Mən pyesə baxacağam.
A k t y o r.
    Gəlmişik xoş niyyətlə,
    Bir xeyirxah sənətlə.
    Baxın tamaşamıza Siz səbirlə, diqqətlə.
    Gedir.
H a m 1 e t.
    Bu müqəddimədir, yoxsa üzüyə həkk olunmuş şer?
O f e 1 i y a.
    Bu lap qısa oldu, milord.
H a m 1 e t.
    Qadınların məhəbbəti kimi.
    Kral və kraliça rollarımda çıxış edən iki aktyor daxil olur.
A k t y o r – k r a l.
    Saf məhəbbət könlümüzü, ülvi nikah əlimizi
    Bir-birinə bağlayaraq daim xoşbəxt etmiş bizi.
    Odlu günəş Allahı Feb furqonunda həmin gündən
    Otuz dəfə dənizləri, torpaqları gəzib şən-şən.
    Günəşdən nur alan ay da eşq oduna qalanıbdı,
    Bu dünyanın ətrafına düz otuz il dolanıbdı.
A k t r i s a – k r a l i ç a.
    Qoy beləcə pak eşqimiz qızılgültək çiçək açsın,
    Qoy yenə də günəşlə ay seyrə çıxıb şəfəq saçsın.
    Fəqət sənsiz mən məhv olum, sənsiz ömrüm nə bədbəxtdir,
    Üzün gülmür, kefin yoxdur, sən xəstəsən neçə vaxtdır.
    Sənin üçün qorxuram bərk, gedib əldən ixtiyarım.
    Buna görə kədərlənmə, heç nə yoxdur, hökmdarım.
    Qadınların məhəbbəti qorxusuyla əkiz olur,
    Ya onlar heç yaranmayır, ya da onlar hədsiz olur.
    Sarsılmazdır məhəbbətim, sınamışam həyatda çox,
    Sevgim- dərya, qorxum- dərya, sahili yox, hüdudu yox.
    Ürəkdə eşq odu varsa, şübhə ağır bir yük olur,
    Eşqi böyük olanların qorxusu da böyük olur.
A k t y o r – k r a l.
    Gəl ayrılaq, vidalaşaq, ay sevgilim, mənim baxtım,
    Gücüm-qüvvəm tükənibdir, artıq çatıb köçmək vaxtım.
    Məndən sonra sən bu gözəl dünyamızda xoşbəxt yaşa,
    Şan-şöhrətlə, məhəbbətlə ömrü-günü yetir başa.
    Bəlkə, birdən ərə getdin...
A k t r i s a - k r a 1 i ç a.
    Ah, danışma, bu dəhşətdir!
    Belə sevgi qeyrətə də, vicdana da xəyanətdir.
    İkinci yol ərə getsəm, gəlim min bir lənətlərə!
    Öz ərini öldürənlər ikinci yol gedər ərə.
H a m 1e t (kənara).
    Bu sözlər onlara zəhərdir, zəhər!
A k t r i s a – k r a l i ç a.
    İkinci yol ərə gedən nə eşq bilir, nə də ürək,
    Alçaq, çirkin tamahına namusunu satır, demək.
    İkinci ər yatağında üzüm gülsə öpüşlərdən,
    İkinci yol öldürürəm ilk ərimi, deməli, mən.
A k t y o r – k r a l.
    İnanıram, bu sözlərin səmimidir, həqiqətdir,
    Fəqət bizdə əhdimizi tez-tez qırmaq bir adətdir.
    Hər bir arzu hər insanda yaddaşının köləsidir,
    O, vüsətdən doğulsa da, zəiflikdən öləsidir.
    Kal meyvetək tufan onu budağından sala bilməz,
    Yetişdimi tufansız da budağında qala bilməz.
    Söz veririk, vəd edirik, düşünmürük suçumuzu,
    Unuduruq özümüzün özümüzə borcumuzu.
    Ehtirasla can atırıq bir məqsədə zaman-zaman,
    O ehtiras soyudumu o məqsəddən qalmır nişan.
    Kədərimiz, sevincimiz dalğalanır ümman kimi,
    Biz qururuq, biz tikirik, məhv edirik tufan kimi.
    Harda sevinc qanad açır, orda coşur kədər-möhnət,
    Qəm sevinir, qəm şadlanır, sevinc tapır dərd-əziyyət.
    Biri gəlir, biri gedir, bu qəribə deyil bizdə,
    Taleyimiz dəyişdikcə hey deyişir sevgimiz də.
    Hələ də bu bir sualdır, dərk etmirik bunu niyə:
    Sevgi bəxtə hökm eləyir, yoxsa, yoxsa bəxt sevgiyə?
    Şöhrətlilər kasıblasa, dönük çıxar sevənləri,
    Zavallılar dövlətlənsə, həmdəm olar düşmənləri.
    Sevgi bəxtdən asılıdır, ta qədimdən bilir hər kəs,
    Ehtiyacı olmayanın dost-tanışı saya gəlməz.
    Kim yoxlayır, kim sınayır dəyanətsiz dostlarmı,
    Düşməninin nəzərində artırır öz vüqarını.
    Sözü necə başlamışdım qurtarıram elə də mən,
    İstəyimiz, taleyimiz zidd yaranıb əzəl gündən.
    Xoş arzular diləyirik, lakin sonu yaman olur,
    Arzu-dilək bizimdirsə, hökm verən zaman olur.
    İkinci ər istəmirsən, fəqət bir gün gələcəkdir,
    Elə ki ilk ərin öldü, bu istəyin öləcəkdir.
A k t r i s a – k r a l i ç a.
    Eşqimizə dönük çıxsam, bütün aləm viran qalsın,
    Yer yarılsın, göy dağılsın, günəş sönsün, ay qaralsın!
    Gecə-gündüz qəm-qüssədən dincəlməyim bir an belə,
    Ahım-naləm duman olsun, göz yaşlarım dönsün selə!
    Ümid yeri, bir təsəlli tapmayım bu cahanda mən,
    Tərki-dünya zahid kimi, can çürüdüm zindanda mən.
    Arzum kədər, sevincim dərd, gülüşlərim qubar olsun,
    Səndən sonra ərə getsəm, ərim ancaq məzar olsun.
H a m 1 e t.
    Bəs bütün bu sözlər yalan çıxarsa?
A k t y o r – k r a l.
    Nə dəhşətli and içirsən! İndi sən get, ey həyatım,
    Bu gün yaman yorulmuşam, mən dincəlim, bir az yatım. Yatır.
A k t r i s a – k r a l i ç a.
    Yat, əzizim, şirin yuxu diləyirəm təbiətdən,
    Ulu tanrım, özün qoru eşqimizi fəlakətdən.
    Gedir.
H a m 1 e t.
    Xanım, pyes xoşunuza gəlirmi?
K r a 1 i ç a.
    Məncə, ledinin vədləri həddindən artıq idi.
H a m 1 e t.
    O..., ancaq ledi öz sözünün üstündə duracaqdır.
K r a l.
    Əsərin məzmununu bilirsiniz? Onda təhqiredici bir şey yoxdur ki?
H a m 1 e t.
    Xeyr, xeyr, hamısı yalnız zarafatdır. Zarafatla yalandan zəhərləyirlər. Təhqiredici heç nə yoxdur.
K r a 1.
    Pyesin adı nədir?
H a mlet.
    "Siçan tələsi". Fəqət nə mənada? Ancaq məcazi mənada. Bu tamaşada Vena şəhərində baş vermiş bir qətl təsvir olunur. Hökmdarın adı Qonzaqo, onun arvadının adı isə Baptistadır. Bu saat özünüz görəcəksiniz. Bu hadisə dünyada ən çirkin bir rəzalət-dir. Lakin bizə nə? Siz əlahəzrətlə bizim vicdanımız ki təmizdir. Bunun bizə nə dəxli? Qoy ilan vurmuş yabılar ala çatıdan şəklənsinlər, bizə ki heç nə olmayıb.
    Bir aktyor Lusian rolunda səhnəyə çıxır. Bu adamın adı Lusiandır, kralın qardaşı oğludur.
O f e 1 i y a.
    Siz esərin məzmununu yaxşı bilirsiniz, milord.
H a m 1 e t.
    Mən oyuncaq əlaltıların məhəbbət komediyalarını görə bilsəydim, sizinlə aşnanız arasında vasitəçi ola bilərdim.
O f e 1 i y a.
    Siz yaman kəskinsiniz, milord, yaman kəskinsiniz.
H a m 1 e t.
    Mənim kəskinliyimi kütləşdirmək üçün sizin bir adınız kifayət edərdi.
O f e 1 iy a.
    Sizi başa düşmək çətindir.
H a m l e t.
    Qadınlar öz ərlərini başa düşə bilmirlər. - Başla, qatil!
    Tez ol, taun, göstər öz iblis sifətini! Başla!
    Hə, gəl! "İntiqama səsləyir qarıldaşan qarğalar".
L u s i a n.
    Niyyət qara, əllər çirkin, zəhər kəskin, məkan xəlvət,
    Nə gələn var, nə də gedən, çatıb məqam, düşüb fürsət.
    Ölüm şahı Hekatanın lənətiylə zəhərlənən
    Bu otları gecəyarı bircə-bircə yığmışam mən.
    Ax, ey zəhər! Öz heybətli, öz dəhşətli sehrin ilə
    Möhkəm, sağlam bu həyatı tez məhv elə, tez məhv elə!
    Zəhəri yatan adamın qulağına tökür.
H a m 1 e t.
    O, kralı bağda yatdığı yerdə zəhərləyir ki, taxt-tacı ələ keçirsin. Kralın adı Qonzaqodur. Bu əhvalat olmuş hadisədir. İtalyanca çox gözəl qələmə alınıb. İndi siz görəcəksiniz ki, qatil Qonzaqonun zövcəsinin məhəbbətini necə qazanır.
O f e 1 i y a.
    Kral öz yerindən qalxır.
H a m 1 e t.
    Necə, alovun işartısından qorxdu?
K r a 1 i ç a.
    Mənim hökmdarıma nə oldu?
P o 1 o n i.
    Tamaşam dayandırın!
K r a 1.
    İşıqları yandırın! Gedəyin burdan!
H a m ı.
    İşıq verin, işıq, işıq!
    Hamlet və Horatsiodan başqa, hamı gedir.
H a m 1 e t.
    Köksü qanlı maral ağlar, qan ağlar,
    Bir yanda əylənər, oynayar tülkü.
    Biri şadlıq edər, biri yas saxlar,
    Əzəldən belədir bu dünya mülkü.
    Bu cürə şer söyləməyimə görə, ser, şlyapama çoxlu bəzəkli lələklər taxsam, naxışlı başmaqlarıma bantdan bir cüt qızılgül yapışdırsam, -əgər taleyim gələcəkdə bəd gətirsə, - məni aktyorluğa qəbul edərlərmi?
Horatsio.
    Ancaq yarım donluğa. ; Hamlet.
    Xeyr, bütün donluğa. Mənim sadiq dostum, sənə agahdır,
    Aslan öz taxtından gedibdir, bişəkk.
    Bilirsən, yerine kim padşahdır,
    Həqiqi, həqiqi, əsl bir tovuz.
H o r a t s i o.
    "Bişəkk"in qafiyəsi "tovuz" deyil, prins.
H a m 1 e t.
    Ah, əziz Horatsio, indi mən kölgənin hər sözünü min tümən qızıla almağa hazıram. Sən gördünmü?
H o r a t s i o.
    Əlbəttə, milord.
H a m 1 e t.
     Zəhərləmə səhnəsini necə?
H o r a t s i o.
    Mən lap diqqətlə baxırdım.
H a m 1 e t.
    Ha, ha, ha! Gəlin, bir az musiqi çalın.
    Gəlin, ey fleytaçılar.
    Kralın oyundan qaraldı qanı,
    Deməli, o sevmir komediyam.
    Musiqi, musiqi, ey çalğıçılar.!
    Rozenkrants və Qildenstern qayıdırlar.
Q i 1 d e n s t e r n.
    Mehriban prins, lütf edin, sizə bir söz deyim.
H a m 1 e t.
     Ser, buyurun, istəyirsiniz bütün bir tarix danışın.
Q i 1 d e n s t e r n.
    Kral, ser...
H a m 1 e t.
    Hə, ser, ona nə olub?
Q i l d e n s t e r n.
    Burdan gedən kimi otağına çəkilib, özünü də çox pis hiss edir.
H a m 1 e t.
    İçkidən, ser?
Q i l d e n s t e r n.
    Xeyr, milord, doğrusu, qanı bərk qaralıb.
H a m 1 e t.
    Siz bunu onun həkiminə desəydiniz, çox ağıllı iş görmüş olardınız. Mən onun qanını durultmaq üçün dərman yazsam, qorxuram, qanı daha bərk qaralsın.
Q i l d e n s t e r n.
    Mehriban prins, öz sözlərinizə müəyyən bir hədd qoyun, mənə tapşırılan iş çərçivəsindən çox da belə kənara çıxmayın.
H a m 1 e t.
    Mən tabe, ser, buyurun.
Q i l d e n s t e r n.
    Kraliça, sizin ananız, yaman məyus halda məni sizin yanınıza göndərdi.
H a m 1 e t.
    Xoş gəlmisiniz!
Q i l d e n s t e r n.
    Xeyr, mehriban prins, bu nəvazişin indi yeri deyil. Əgər mənə lazımi cavabı versəniz, ananızın əmrini sizə yetirəcəyəm. Yoxsa sizdən icazə alıb gedəcəyəm, bununla da vəzifəm bitmiş olacaqdır.
H a m 1 e t.
    Ser, bacarmıram.
Q i l d e n s t e r n.
    Nəyi, milord?
H a m 1 e t.
    Sizə lazımi cavabı verməyi. Mənim ağlım xarab olub. Lakin, ser, bacardığım cavablar sizin, yaxud daha doğrusu, siz dediyiniz kimi, anamın qulluğunda həmişə hazırdır. Odur ki, artıq danışmayaq, birbaş mətləbə keçək. Deyirsiniz ki, mənim anam...
R o z e n k r a n s.
    İndiki belə oldu, qulaq asın, ananız dedi ki, sizin rəftarınız onu bərk təəccübləndirmiş və olduqca heyrətə salmışdır.
H a m l e t.
    O... hə... Öz anasını belə təəccübləndirməyi bacaran oğul, doğrudan da, təəccüblüdür! Yaxşı, anamı heyrətə salan başqa bir şey olmamışdır ki? Hə, bunu deyin!
R o z e n k r a n s.
    Ananız öz otağında sizinlə danışmaq istəyir. Bu-yurdu ki, yatmamışdan qabaq onun yanına gedəsiniz.
H a m 1 e t.
    Mən anama bütün həyatımla itaət edərəm. Elə fərz edərəm ki, o məni on dəfə doğub. Mənimlə başqa bir haqq-hesabınız varmı?
R o z e n k r a n s.
    Milord, siz əvvəllər mənim xatirimi istəyirdiniz!
H a m 1 e t (əllərini göstərərək).
    Bu oğurluq vasitələrinə and olsun ki, mən yenə də sizin xətrinizi istəyirəm.
R o z e n k r a n s.
    Mehriban prins, sizin pərişanlığınızın səbəbi nədir? Siz dərdinizi dostunuzdan gizlətməklə şəfa qapılarını öz üzünüzə bağlayırsınız.
H a m 1 e t.
    Ser, işlərim irəli getmir.
R o z e n k r a n s.
    Bu necə ola bilər? Kral özü sizi Danimarka taxt-tacının vəliəhdi teyin etdi ki!
H a m 1 e t.
    Elədir, ser, fəqət "ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər". Bu zərbi-məsəl bir az köhnəlib.
    Fleytaçılar geri qayıdırlar.
    Aha, fleytaçılar! O fleytanın birini mənə verin görüm. (Qildensternə) Mənim sizə gizli bir sözüm var. Nə üçün məndən əl çəkmirsiniz? Elə bil, məni qova-qova qəfildən tələyə salmaq istəyirsiniz.
Q i l d e n s t e r n.
    Ah, milord, əgər mən sizi həddən artıq təngə gətirirəmsə, bu mənim sizə bəslədiyim məhəbbətin həddən artıq olmasından irəli gəlir.
H a m 1 e t.
    Bunu yaxşı başa düşmədim. Zərər yoxdur. Bir bu fleytanı çalın!
Q i l d e n s t e r n.
    Bacarmıram, milord. H a m 1 e t.
    Xahiş edirəm.
Q i l d e n s t e r n.
    İnanın, bacarmıram.
H a m 1 e t.
    Siz Allah, çalın!
Q i l d e n s t e r n.
    Mən heç onu əlimdə tutmağı da bilmirəm.
H a m 1 e t.
    Bu yalan danışmaq kimi asan bir şeydir. Barmaqlarınızı bu klapanların üstünə qoyun, dodaqlarınızı buraya yapışdırıb üfürün, gözəl bir musiqi çıxacaq. Baxın, bu da klapanlar.
Q i l d e n s t e r n.
    Yox, yox, heç nə çıxmaz. Mən fleyta çalmağı bacarmıram. Axı, heç vaxt onu çalmağı öyrənməmişəm.
H a m 1 e t.
    İndi özünüz baxın, görün siz məni necə dəyərsiz bir şey sanırsınız. Bu adi fleytam çala bilmirsiniz, amma mənim könlümü çal-maq istəyirsiniz. Siz elə zənn edirsiniz ki, mənim qəlbimin səs tellərini dilə gətirəcəksiniz. İnanırsınız ki, sirlərimi danışdıracaqsınız. Əminsiniz ki, həyatının bütün notlarını bilirsiniz. Bu balaca alət ancaq çalmaq üçün yaradılıb, onun çoxlu gözəl musiqisi, məlahətli səsi vardır. Onu səsləndirməyi bacarmırsınız. Lənət sənə kor şeytan, siz nə düşünürsünüz, məni çalmaq fleytam çalmaqdan asandır? Məni hansı çalğı aləti adlandırırsınız adlandırın, siz mənə işgəncə verə bilərsiniz, lakin məni çala bilməzsiniz.
    Poloni qayıdır.
    Allah nə yaxşı sizi rast saldı, ser!
P o 1 o n i.
    Milord, kraliça sizinlə danışmaq istəyir, özü də bu saat.
H a m 1 e t.
    Siz o tərəfdəki dəvəyə oxşayan buludu görürsünüzmü?
P o 1 o n i.
    Sübh ibadətinə and olsun ki, görürəm. Doğrudan da, elə bilirsən dəvədir, orada dayanıb.
H a m 1 e t.
    Məncə, o, dələyə oxşayır.
P o 1 o n i.
    Vay sənin, bir ona bax a, beli eynən dələ belidir.
H a m 1 e t.
    Yox, o, balinaya oxşayır.
P o 1 o n i.
    Elədir, elədir lap balinanın özüdür ki var.
H a m 1 e t.
    Anama de ki, mən bu saat gəlirəm (Kənara). Onlar məni həqiqətən dəli edəcəklər- " Mən bu saat gəlirəm-
P o 1 o n i.
    Belə də deyəcəyəm.
    Gedir.
    Hamlet.
    "Bu saat" söyləmək dildə asandır.
    Yaxşı, siz də gedin , sağ olun, dostlar.
     (Hamletdən başqa hа mı gedir).
    Gecənin sehrli vaxtıdır indi,
    Ölülər çıxırlar məzarlarından,
    Dərd illət püiskürür qorxunc cəhənnəm.
    İndi qan içərdim, isti-isti qan,
    Mən elə dəhşətlər törədərdim ki,
    Cürətim çatmazdı gündüz baxmağa.
    Ah, yanar ürəyim, sakit ol, sakit!
    Unutma öz gözəl təbiətini.
    Anamın yanına getməliyəm mən.
    O ana qatili Neronun qəlbi
    Qoyma qərar tutsun polad köksümdə.
    Qoy amansız (olum, cəllad olmayım:
    Sözlərim adamı kəssin xəncərtək,
    Xəncərim qınından çıxmasın fəqət.
    Tənə oxlarım yağdırsın dilim,
    Anamın üstünə qalxmasın əlim.
    Gedir.

ÜÇÜNCÜ SƏHNƏ


    Qəsrdə bir otaq.
    Kral Rozenkrants və Qildenstern daxil olurlar.
K r a l.
    Ondan xoşum gəlmir, həm də bizimçün
    Onun dəliliyi təhlükəlidir.
    Bu işə heç cürə göz yummаq olmaz.
    Yola hazırlaşın, onu sizinlə
    Gərək tez göndərim İngiltərəyə.
    Dövlət asayişi buna dözməz ki,
    İlanı bəsləyək qoynumuzda biz.
Q i l d e n s t e r n.
    Hökmdar, hazırıq hər əmrinizə.
    Siz əlahəzrətin himayəsində
    Yaşayan, dolanan bu qədər xalqın
    Qayğısına qalmaq, fikrini çəkmək
    Ən çətin, müqəddəs işdir dünyada.

 
<< 1 / 2 / 3 / 4 / 5 / 6 >>
Bölmə: Dünya ədəbiyyatı | Əlavə edildi: azerhero (25.12.2013) | Müəllif: R.C E W
Baxış: 593 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more