Əsas » Məqalə » Azərbaycan tarixi

A. Bakıxanov-Gülüstani–İrəm-9
<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>


    Mənə bir kürk bağışla ki, məni quçağına alsın,
    Yaxud bir gözəl sevgili ver ki, qucağıma alım.
    Vəşəq dəri kürkə deyilir, vişaq isə sevgilini çöhrəsindən ibarətdir. Xaqan qəzəblənib, Xaqanini öldürməyə əmr verdi. Xaqanın qəzəbi ona görə idi ki, nə üçün hər ikisini birdən istəməmişdir. Xaqani bunu xəbər alınca, bir milçək tutub Xaqanın hüzuruna göndərdi. Milçək göndərmək ona işarə idi ki, milçək bir nöqtə əlavə etməklə "ba vişaqi – sözünü "ya vişaqi – " halına salmışdır.
    Əsirəddin Axsikəti Xaqani ilə müşaərə (şerləşmək) arzusilə Türküstandan Şirvana gəlmişdir. Yolda Arslan ibni- Tuğrulun iltifatına nail olub, Xaqani ilə yazışmağa başladı. Xaqani bu qəzəli yazıb ona göndərdi:

Qitə


    Əql mənim barmaqlarım arasındakı qələmin xəritə çəkənidir.
    Söz mənim bir ifadəmin sevimli yedəkçisidir.
    Dünyanı yaradan Allaha and olsun ki,
    Dövr mənim dövrum və zaman mənim zamanımdır.
    Söz qəhətliyi ilində mən zəmanənin Yusifiyəm,
    Mənim dilim urəyi acların1 mehmannəvazıdır, konlünə düşdü və xaqanın xidmətindən çəkilmək istədi. Xaqan onun söhbətinə vurğun olduğundan, onun kuşənişinliyə çəkilməsinə icazə vermədi. Xaqani bir vaxt firsət tapıb Şirvandan qaçdı. Xaqanın məmurları onu Beyləqanda tutub, Xaqanın hüzuruna göndərdilər. Xaqani yeddi ay Şadirvan və sair qalalarda həbsdə qaldı. Bu xüsusda uzun və gözəl bir qəsidə yazmışdır. Həbsdən sonra fəqr təriqətini qəbul edərək, Şirvandan çıxdı və böyük kərəm sahibi olan Cəmaləddin Musili ilə hicazə (Məkkəyə) səfər etdi.
    Onun tərifində bir qəsidədə belə deyir:

Beyt


    Onun qəlbin sultanı və xəlifəsi adlandıraram, çunki
    Sultan ona ata, xəlifə isə qardaş deyə yazırlar.
     "Töhvətüliraqeyn” adlı əsərini bu səfərindən yazmış və öz fəsahətini orada köstərmişdir. Divanı çox bəzəkli olub, söz mətanəti, ibarə və cümlə yaraşığı etibarilə son dərəcə gözəldir. Onun mükəmməl və uzun bir qitəsindən bir neçə beyt qeyd olunur:
    Ey ibrətbin olan könul, közunlə yaxşı bax!
    Mədayin sarayını bir ibrət güzgüüu bil.
    Bu həmin saraydır ki, xalqın üzünün nəqşindən,
    Qapısının torpağı nikaristan divarına dönmuşdu.
    Bu həmin dərgahdır ki, buraya Diləm,
    Babilistan, Hindistan və Türküstan şahları gələrdilər.
    Elə zənn et ki, həmin dövrdur, təfəkkür gözilə,
    Sarayın dəgahının silsiləsinə və eyvanının dəbdəbəsinə bax.
    Yer kürəsi sərxoşdur, çunki şərab əvəzinə,
    Hürmüzun qafatasında Nuşirəvanın urəyinin qanını içmişdir.
    Üzum tənəyinin verdiyi şərab, Şirinin dodağının qanıdır.
    Kəndlinin qoyduğu şərab küpü də, Pərvizin su və palçığilə yoğrulmuşdur.
    Burada nə üçün ağlayırsan deyə mənim gözlərimə gülürsən,
    Burada ağlamayan gözlərə gülərlər.
    Sən bilirmisən, Mədayini Kufə ilə bərabər tut.
    Sinəndən təndir4 və gözlərindən tufan tələb et.
    Bu bəsirət dəryasını gör, buna iştirak etmədən keçib getmə.
    Belə bir dəniz kənarından susuz keçmək olmaz.
    Ey Xaqani! Bu dərgahdan5 ibrət dilənçiliyi et,
    Tainki bundan sonra sənin qapından da xaqan dilənçilik etsin.
    Səyahətdən gələnlərin dostlara hədiyyə gətirməsi adətdir.
    Mənim bu mənzuməm də, dostların xatirəsi üçün bir hədiyyədir.
    Müxtəlif rəvayətlərə görə, Xaqani hicri 590-cı (=1194) və yaxud 595-ci (=1198/9) ildə vəfat etmişdər. O, Təbrizin Sürxab məhəlləsindən, Məqbərətüşşüərada6 basdırılmışdır.

FƏLƏKİ ŞİRVANİ


    Məşhur alimlərdən və fəsahətli şairlərdən biri olmuşdur. Adı Məhəmməd, doğulduğu və öldüyü yer Şamaxıdır. Fələki gəncliyindən nücüm elmini təhsil etməyə başlamışdır. Fitri istedad və qabiliyyətinə görə, bu elmi mükəmməl bir surətdə öyrənmiş və şer söyləməyə də rəğbət göstərmişdir. İxtisasına uyğun olaraq "Fələki” təxəllüsünü qəbul etmişdir. Şirvanşahın mədhində yazdığı bir qəsidədə deyir:
    Sən yüksənlik və alicanablığın siması, dünya nöqtəsinin mühitisən,
    Sən gözəl xülq və səxavət dunyası, bəşər ailəsinin çırağısan.
    Sən beşinci iqlimin padişahı, yeddi səyyarənin fövqundə səkkizinçi yeganə bir ulduzsan.
    Sən böyuklukdə ikinci Cəmşid, əzəmətdə padişahlar padişahısan,
    Sən Zuhəl dərəçəli, qəza əlli, qədər muradlı və fələk kinəlisən
    Sən şimal təbiətli, sulh qədər parlaq, Məsiha təsirli və mələk nəfəslisən.
    Sən Arəş kimi rəyi bəyənilmiş, Bəhmən kimi səxavətlisən,
    Sən Rüstəm kimi cahangir, Neyrəm kimi hünərlisən.
    Gunəş üzlü Mənuçehr səmanın günəşidir,
    O, qaranlıq aləmin üzünən zülm tüstüsünü sildi.

İZZƏDDİN ŞİRVANİ


    Öz əsrinin böyük fəzl və kamil sahiblərindən biridir. O, fazil kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə müasir idi.
    Bu hissə onun şerlər məcmuəsindəndir:

Qəsidə


    Səba eli çiçəklikdən ətr saçdığı halda keçərkən,
    Mən reyhanların qoxusilə şirin yuxudan ayıldım.
    Sevgilim yuz min bəzəklə bir çəmən guşəsindən,
    Əlində şərabla dolu bir piyalə ilə keçib gedirdi.
    Subh kimi yaxasının duyməsini açmış,
    Yanağına göy rənkli məxmurluq dağı çəkilmişdir.
    Şəbnəm damlası altında gülnar yarpağı kimi,
    Onun yanaqları şərab hərarətindən tərləmişdi.
    Bağçada ruzgarın əsməsilə gül budağı kimi,
    Onun gözəl qaməti badənin təsirindən əyilmiş kimi idi.
    Onun gümuş kimi olan sinəsində köynəyin izi qalmışdı,
    Onun lətif dodaqları nəfəs çəkmədən pörtüşmüşdür.
    O, güldüyü zaman ləl kimi olan dodaqlarının şəkli,
    Yuksək dərəcəli Çəmşidin üzüyünə bənzəyir.
    Onun ədaləti sayəsində məzlumların qapıları,
    Əmn və amanlıqdan arxalarını fəraqət divarına söykəmişdir1.
    Yenə onundur:
    Dunən geçə fələk məni sənin məhəllənə düşmüş görub dedi:
    Soruşmursan, səni bu günə salan kimdir?
    Dedim: - Onun gözəl gözləridir, dedi: - heyhat!
    Onlar (gözlər) sərxoşdurlar, çıx, get, ta səni öldurməsinlər.

MÜCİRƏDDİN BƏYLƏQANİ


    O, gənclik zamanında Şirvana gedib, Xaqaninin xidmətində olmuş və onun əfkarını qələmə almaqla məşğul olmuşdur. Xaqaninin yaxın qohumlarından birinə aşiq olmuş Mücirəddin rədd cavabı alınca, naümid bir halda Şirvanı tərk etmişdir. Sultan Mösud zamanında və ondan sonra da Tuğrul ibni-Arslanın anasını alıb, illərcə səlcuqilər dövlətinin vəkili olan və bir padişah kimi hökm sürən səxavətli, hünərli və elmi sevən Atabək Eldəgəzin hüzuruna getmişdir. O, atabək Eldəgəzin ən yaxın adamlarından olub, cah-calal ilə yaşamışdır. Atabək Eldəgəz və Qızıl Arslan haqqında gözəl qəsidələri vardır.
    Mücirəddin bir vaxt hökumət vergilərini toplamaq üçün isfahana getmişdi. Buranın fazilləri onu istədiyi kimi qarşılamamışdılar. O, bu xüsüsda belə yazır:

Rübai


    Elə xəyal etdim ki, İsfahandan ruha qida olur.
    Mürüvvət və insaf mədəndən çıxarılmaz bir ləldir.
    Nə bilim ki, İsfahandan sürmə çıxarıldığı halda,
    Bütün İsfahan xalqı kordur.
    Onun divanındandır:

Qitə


    Susən çicəyinin ağzından ona görə süd qoxusu gəlir ki,
    Hələ səba ruzgarının məməsi onun ağzındadır.
    On dili vardır (bununla belə) danışmır. O haqlıdır.
    Belə bir ömur ki, onun vardır, daha nə söz ola bilər.
    Yenə onundur:
    Demişsən ki, sənin uzərindən kölgəmi1 göturərəm,
    Torpaq (yer) uzərindən kölgəni necə goturmək olar?
    Sən məni közədən saldın lakin,
    Əzəmətli şahın kərəmi məni yuksəltdi.
    Qızıl Arslan şahın səxavət əli və ürəyi,
    Dunyada dəniz və mədənin vusətini heçə endirmişdir.

Rubai


    Saqi piyalədən gül rəngli şərab tökurdu,
    Çalğıçı mizrab ilə qiymətli incilər saçırdı,
    Bunlardan biri fəssad2 digəri isə təbib kəsilmişdir,
    Biri nəbz vururdu, o biri qan tökurdu.

SEYİD ZÜLFÜQAR ŞİRVANİ


    Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri Sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xarvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın xidmətində olmağı qəbul etmişdir. O, Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat görüb, bir çox hədiyyə almışdır. Moğol dövləti zamanında da, Abaqa xanın vəziri Atabək Yusif ona hədsiz itlifat göstərmişdir. Abaqa xanın əsrində vəfat edib, Təbrizin Sürxab qəbristanında basdırılmışdır. Onun qəsidələrindən aşağıda bir neçə beyt verilir:
    Tərifində yazılan kitab yığıncaqlar yaraşığıdır,
    Adına oxunan xütbə məclislər bəzəyidir.
    Sən şərafət məclisinin sədrisən, buna yüz burhan və dəlil vardır.
    Sənin kərəm və səxavətin yüz dəlil ilə isbat edilmişdir.
    Qüvvət və qüdrət sənin əlinə, yüksəklik də sənin məxsusdur,
    Siz Cəmşid dövlətli və Cəmşid bəxtlisiniz,
    Sizin ədalətiniz sayəsində, qafilədən geri qalanlar yol kəsənlərdən bac alırlar.
    Yenə onundur:
    Sənin yaqut kimi olan dodağının qarşısında
    Bədəxşan ləli rəngsizdir.
    Sənin ay kimi olan ruxsarının üzərinə hilal kimi qara bir zülf tutmuşdur.
    Ey Cəmşid rutbəli və Dara kimi cahangir olan Yusif şah!
    Ulduzların padişahı sənin qapında bir sərhəngdir.
    Sənin xeyirxahlarının hərəkəti insana fəxr gətirir,
    Sənin bədxahlarının adı insanə ar gətirir.

ƏBUSƏİD ABDAL BAKUYİ


    Yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış və son dərəcə əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir sovməədə oturub ibadətə məşğul idi. Azacıq olan mədaxili ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanları mucibincə Şibani nefti və əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Axırda bu ölkənin vəziyyətində əmələ gələn iğtişaş nəticəsində, onun məscid və mehmanxanası xarab olub, qəbri və ibadət etdiyi yer torpaq altında qalmışdır. Bu yerdə olan bir neçə ev "Xəlifə damı” adı ilə məşhurdur.
    Hicri 1232-ci (=1817) ildə, bakılı Hacı Qasım bəy Mənsurxan bəy oğlu onun qəbrini və məscidini təmir etdirmişdir. İşlərin, vəziyyətindən, Bakı şəhərinin kənarındakı neft quyusundan və onun mehmanpərvərliyindən məlum olur ki, cənab Əbusəid həmin dərvişdir ki, Məhəmməd-ibni Mahmud Amili Nefayisülfünün adlı kitabında Sultan Ulçaytu Məhəmməd Xudabəndədən bəhs edərkən onun haqqında belə yazmışdır:
    Dərvişlərdən bir nəfər Bakı hüdudunda özü üçün bir neft quyusu qazmışdı. O, öz həyatını və gedib-gələnlərin (müsafirlərin) xərcini bu quyunun mədaxili ilə təmin edirdi. Bir gün sultan buraya gəldi. Dərviş adəti ona xidmət etmək üçün ayağa qalxdı. Sultan ona bəxşiş vermək istədi, dərviş almayıb dedi: bu miqdarilə ruzgarım keçir, bundan artığına ehtiyacım yoxdur. Onun sözü sultana xoş gəlib, necə yaşadığını bilmək istədi. Onun həl və əhvalı sultana məlum olunca:
     "Sənin səltənətinə afərin olsun” dedi. O, dərviş ilə qardaşlıq əli tutub buyurdu: - Məni yaddan çıxartma. Dərviş sultanın xatirini saxlayıb, hər il onun üçün hədiyyə göndərirdi. Sultan da bu hədiyyələri öz böyük xidmətkarlarından Qara Məhəmməd adlı birinə tapşırırdı ki, onları satsın və gələn mədaxili onun üçün kəfən pulu saxlasın.

MÖVLANA SEYİD YƏHYA BAKUYİ


    Onun haqqında ancaq bu qədər məlumdur ki, adı hicri VIII əsrin ortalarında təriqət böyükləri sırasında çəkilir.
    Onun fəzilətləri və gözəl xasiyyətləri məşhurdur. Bakı şəhərində ona mənsub olan məscidin yanında sovməəsi, mədrəsəsi və qəbri indi də durur.

MÖVLANA ŞEYX MOLLA YUSİF MÜSKÜRİ


    Onun ulu babaları... Qubanın Müskür nahiyəsinə Qarabağdan gəlmişlər. Şeyx cənabları hicri VIII əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Bakuyidə irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır.
    Onun nəvələri sultanların və əmirlərin yanında əziz olub, rüsumat idilər. Şeyxin məzarı və onların yurdu olan kənd Şeyxlər adı ilə adlanmışdır. Onun əsərlərindən ancaq "Bəyanüləsrar” adlı ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddəmə və 24 fəsildən ibarət olan bu kitab, əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və adabına aid olan geniş mövzuları müxtəsər bir surətdə izah edir. Hicri VIII əsrin axırlarında vəfat etmişdir.

ƏBUTAHİR ŞİRVANİ


    Şirvanın gözəl təbli şairlərindən biridir. Elm və fəzilət cəhətdən müasirləri arasında görkəmli yer tutur. Onun haqqında aşağıdakı iki beytdən başqa heç bir şey məlum deyildir.
    Mən yaşlı adamlara təəccüb edirəm
    Ki, saçlarını nə üçün boyayırlar.
    Madam ki, boya ilə heç kəs əcəldən canın qurtara bilməz
    Onlar özlərini nə uçun incidirlər?

SEYİD HƏSƏN ŞİRVANİ


     Çox fəzilətli bir vaiz olmuşdur. Xətlərin bir çoxunu son dərəcə gözəl yazardı. Onun gözəl sözlərindəndir:
    Deyirsən, o mehriban sevgiliyə yetişmək olarmı?
    Əgər öz mənliyindən keçərsənsə, Allaha and olsun yetişmək olar.

BƏDR ŞİRVANİ


    Onun haqqında ancaq bu qədər məlumdur ki, mətanətli təbi və gözəl şerləri olmuşdur. Ömrünün bir çox illərini eyş-işrət və gözəl şer söyləməklə keçirmişdir. Bu mətlə onun şer məcmuəsindəndir:

Beyt


    Sərxoşcasına, könlümun quşundan kabab hazırla,
    Göz yaşımdan ona duzulu su səp.
    Dövlətşah Təzkirətüşşüərasında yazır:
    Mövlana Katibi Tərşizi, Əmir İbrahim zamanında Şirvana gəldi və onunla Bədr arasında bir çox şerləşmə və elmi mübahisələr oldu. Deyirlər ki, Əmir İbrahim Katibiyə son dərəcə nəvaziş göstərirdi. Bir qəsidəyə mükafat olaraq ona on min dinar qızıl bağışladı. Katibi bu qədər böyük pulu bir ayın ərzində Şamaxı karvansarasında xərclədi. O, bu pulun bir hissəsini fazillərə, şairlərə və həqiqət əhlilərinə payladı və bir qədərini ondan oğurladılar. Belə ki, bir gün mətbəxində bir batman un tapılmadı. O zaman bu qitəni yazıb əmirin hüzuruna göndərdi:
    Dünən aşbazdan bir az şorba bişirməyi tələb etdim,
    Ta bu şorbadan bizim və qonağın işi duzəlsin.
    Dedi: - Tutaq ki, ət və quyruq tapdım, bəs onun ununu kim verər?
    Dedim: - Fələkin dəyirmanını fırladan kimsə verər.

MÖVLANA ƏBDÜRRƏŞİD İBNİ-SALEH BAKUYİ


    Fəzilətlərilə şöhrət tapmış bir müəllifdir. hicri 805-ci (=1403) ildə anadan olmuşdur. "Təlxisülasar və əcaibülməlikül- qəhhar” adlı ərəbcə bir coğrafiya kitabı yazmışdır. O, bu əsərində ruslar, slavyanlar, - varyaqlar və peçeneqlər haqqında gözəl izahat vermişdir. Avropanın məşhur alimlərindən akademik Fren bu əsərdən bir çox şey iqqibas edərək, çap olunmuş "İbn-Fədlan” adlı əsərində dərc etmişdir.

MÖVLANA KƏMALƏDDİN MƏSUD ŞİRVANİ


    Dövrünün ən böyük alimlərindən biri olub, Sultan Hüseyn Bayqara zamanında uzun illər boyu heratda Kövhərşad bəyim və Əmir Əlişir mədrəsələrində dərs verməklə məşğul olmuşdur. Bütün Xorasan fazilləri yanında yüksək kalamatı ilə şöhrət qazanmış və Şərhi-hikmətüleyn kitabına bir haşiyə yazmışdır. hicri 905-ci (=1500) ildə vəfat etmişdir.

MÖVLANA MƏSUD ŞİRVANİ


    Əbülqazi Sultan Hüseynin şairlərindəndir. Səlis şerlər söyləmişdir:
    Saf şərabın təsirilə sərxoşların sinəsini yandır,
    Çünki şərabdan başqa heç bir şey mənimlə saziş etmir.

ƏBDİ ŞİRVANİ


    Pak etiqadlı zərif bir kişi olmuşdur. Xəttat və gözəl bir təbə malik olmaqla bərabər, şətrənc oyununu da yaxşı oynarmış. Onun şeirlərindəndir:
    Ürək yanğısından dilim ağzımda atəş kəsildi,
    Ey müddəi, elə bir iş görmə ki, mənim dilimə-ağzıma duşəsən.

MÜSAHİB GƏNCƏVİ

    Onun ism və rəsmi Gəncə və Qarabağ bəylərbəyisi Ziyad oğlu Kəlbəli xandır. II Şah Abbasa çox yaxın olub, onun həmsöhbətlərindən olduğu üçün, Müsahib təxəllüsünü qəbul etmişdir. O, cahü-cəlal sahibi və sayasət işlərində sabitqədəm olmaqla bərabər, elmli və gözəl təbə malik bir zat olmuşdur. Divanı ələ keçməmiş olsa da, bu bir neçə beyt ondandır:
    Ey saqi, piyaləni gəzdir və onu içirt,
    Çünki müşkül işlərimiz piyalənin gəzdirilməsilə həll olundu.
    Ey saqi, şərab piyaləsinin batinindən saflıq kəsb et,
    Çünki müşkül işlərimiz piyalənin gəzdirilməsilə həll olmuşdur.
    Yenə onundur:
    Ey Müsahib! Dünyanı yandıran eşq yolunda
    Məhəbbəti o uşaqdan öyrən ki,
    Anası onu döymək istədikdə
    O anasının ətəyinə sıqınar.
    Yenə onundur:
    Onun iki qaşı bir-birinə çatılmışdır,
    Çünki o, mənimlə dilxahdan cinaq çəkmişdir.
MÖVLANA MOLLA MİRZƏ ŞİRVANİ


    Əqli və nəqli elmlərdə əsrinin yeganəsi olmuşdur... Şah Süleyman əsrində İsfahanda dərs və xitabətlə məşğul olmuşdur. Özündən sonra gözəl əsərlər qoyub getmişdir. Alimlərlə bir çox elmi söhbətləri olmuş, hamı onun fəzl və kamalını etiraf etmişdir... Şah Sultan Hüseyn dövründə vəfat etmişdir.

MOLLA MƏHƏMMƏD İBN-MOLLA NƏÇƏFQULU BAKUYİ


    Təlifat işləri və elmi dərəcə etibarilə əsrinin mümtaz simalarından olmuşdur. Ondan bir çox gözəl asar yadigar qalmışdır. II Mirzə Məhəmməd xanın müəllimi olmuşdur. Şeyx Bəhaəddin Məhəmməd Amilinin "Kəşkül” adlı kitabını, Fətəli xan cənablarının xahişinə görə, o gözəl əsəri layiq bir tərzdə, ərəbcədən farscaya tərcümə etmişdir. Onunla Hacı Məhəmməd Çələbi Əlici, şiə və sünni məzhəblərni birləşdirmək haqqında təhqiqat aparmışlar. Əlici cənabları bu xüsusda ərəbcə gözəl bir kitabça yazmışdır.

HAÇI MƏHƏMMƏD ÇƏLƏBİ ƏLİÇİ QÜLHANİ


    Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtibilə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. hicri 1223-cü (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər.
    Bu zaman Əlicinin cənazəsini qəbristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular.

MƏSTƏLİ HACI ZEYNƏLABDİN ŞİRVANİ


    Hicri 1194-cü (=1779) ildə, şəban ayının 15-də Şamaxı şəhərində anadan olmuşdur. Onun anadan olmasından altı ay keçəndən sonra, atası axund İskəndər köç-külfətilə tərki-vətən edərək, Kərbəlaya getmişdir... O cənab on yeddi yaşına qədər rəsmi elmlərlə məşğul olmuşdur. O, batini cazibələrlə zahiri həyatdan uzaqlaşmışdır. Əvvəl hindli Məsuməli şahın xidmətinə yetişib, sonra Bağdadda isfahanlı Nurəli şahın xidmətini ixtiyar etmişdir. Bir müddət İraqiƏcəm, Gilan, Şirvan, Muğan və Azərbaycanda olmuşdur. Buradan Təbəristan, Xorasan, Quhistan, Zabilistan və Kabilə səyahət edərək, bir çox məşhur alimlərin və möhtərəm şəxslərin söhbətlərindən istifadə etmişdir. Uzun bir zaman Həsənəli şahın xidmətində olmuşdur. Həsənəli şah hicri 1216-cı (=1802) ildə Pişavər şəhərində vəfat etdikdən sonra o, Pəncab, Dehli, Ud, Allahabad, Bengalə, Gücərat və Dəkən vilayətlərinə getmişdir. Cukilər, sinasilər, birakilər və nankaşahilər, bütpərəstlər və zərdüştilərlə ünsiyyət etmişdir. Cəlalilər, mədarilər, qadirilər, dəhrilər, hüluiclər və mübahilər ilə oturub-durmağı lazım bilmişdir. Raylar, raclar, bərəhmənlər və rəgirlər firqələrilə müsahib olmuşdur.
    Hindistan cəzirələrinə, Sudan, Maçin və Bənadiran ölkələrinə keçib, axırda Sind vilayətinə və Multan yolu ilə, çox çətinliklə Kişmirə gəlib çıxmışdır. Bir zaman da Pənc-piran. Siyah-puşan firqələri və Binəvayan, Xakəsəran və Nankaşahiyan tayfaları ilə durub oturmuşdur. Müzəffərabad və Kabil yolu ilə Təkaristan, Türküstan, Bədəxşan dağlarına getmişdir. Nəqşbəndilər, çəşkilər və sifidcaməganların söhbətinə könül vermişdir. İsmaililər, xətailər və manuyanlarla vaxt keçirmişdir. Məzdəkilər, xürrəmilər və uyğurilərlə söhbət etmişdir. Yenə Xorasan və İraq yolu ilə Farsistana qayıtmışdır. Bu ölkənin məşhur və məruf adamlarını görmüş, zəhəbilər, nürbəxşilər və sair böyük adamların təriqətindən xəbərdar olmuşdur. Hicaz səfəri həvəsilə Darab və Hürmüz yolu ilə Ümmana və Həzrəmovta gəlmişdir.
    Yəmən bəndərlərini və həbəşistan çölünü gəzib əbaxilər, zeydilər, təbərilər və kəysanilərin etiqadlarını dinləmişdir. Həcc mərasimini yerinə yetirdikdən ... sonra, vəhabilər və dörd məzhəb sahiblərilə həmsöhbət olaraq Səid və Misr ölkələrinə getmişdir. Qibtilər, mülhidlər təriqətindən ibrət alıb, bu ölkənin bir çox alim və şeyxləri ilə görüşüb. Şam və Ərzmüqəddəs ölkələrinə gəlmişdir... Əməvilər, şeytanpərəstlər, cəbrilər, qədrilər, samirilər, yəhudilər və rahiblərlə ünsiyyət etmişdir. Böyük Ermənistana, Ruma, Qaramana, Yunanıstana, Qostəntiniyyəyə, Aydına, Məğrib-zəminə, Bərbəristan və Cəzair ölkələrinə səfər etmişdir. Padişahlar və bəktaşilər, rifailər, üşşaqilər və həmzadilərin təriqətçilərilə həmsöhbət olmuşdur. Nəsrilər, safilər, mövləvilər, xəlvətilər və fəramuşilərlə ülfət etmişdir.
    Frənglər, ermənilər və gürcülərlə oturub-duraraq, Diyar-bəkir, Kiçik Ermənistan və Azərbaycan yolu ilə Tehrana getmişdir. Hüseynəli şah və Kovsərəli şahın müsahibi olmaq şərəfinə nail olmuşdur. Bir müddət həmədanlı Məczubəli şahın xidmətində qalıb, onun rəmzlərini öyrənməklə məşğul olmuşdur. Nemətullahi təriqətində təsfiyeyi-məvad edərək, irşad və təbliğatını kamala çatdırmışdır.
    Zahirpərəstlərdən bəzisi onu kafir hesab etdilər. İran padişahının rəyini onun əleyhinə çevirməklə dəfi xəyalına düşdülər. O, Qələmröv yolu ilə Şiraza gəlib, oradan Kirmana getdi. Kirman hakimi İbrahim xandan çox əziyyət görüb yenə Şiraza qayıtdı. hicri 1236-cı (=1821) ildə evlənmişdir. Oranın alimlərindən - müçtəhid və təqlidçilərindən bəzisi onun əleyhinə, bəzisi də ləhinə hərəkət etmişdir. Onlar öz mənfəətlərini özgənin zərərində görürdülər. Fars fərmanfərması Hüseynəli mirzə onun Fars əyalətindən çıxması haqqında hökm verdi. hicri 1237-ci (=1822) ildə, ümumi vəba ilində öz ailəsilə bərabər İsfahana üz qoydu. Oradan da Qumişəyə gedib orada sakin oldu və Riyazüssəyahə kitabını orada təlif etdi. Bu kitabda adı çəkilən məmləkətlərin vəziyyətini və əcibə hallarını, sultanların və məşhur alimlərin əhval və vaqiələrini şərh və izah edərək, müxtəlif din sahiblərinin və bu dinlərə mənsub bir firqələrin əqidələrini gözəl bir tərzdə bəyan etmişdir.
    Bu xüsusda özü belə deyir:
    Kim asanlıqla səyahət etmək istəyirsə,
    Ona de Riyazüssəyahə kitabını oxusun.
    Həqiqətən bu kitab zəngin faydalar xəzinəsidir. Nəzəri və əməli cəhətdən müəllifinin fəzl və kamalına möhkəm bir dəlildir. Eşitdiyimizə görə indi də o cənab Fars ölkəsində irşad büsatını açıb, vücudunda cürbəcür fəzilətlər meydana gəlməkdə və batini kamalatından saysız mənfəətlər görülməkdədir.

***


    Elm aləmində görkəmli yer tutan və həqiqət günəşin nisbətən şaxis (günəş saatı) sayılan bu şəxslərdən başqa daha bir çox fəzilət sahibləri yetişmişdir. Şeyxlərdən: rudbarlı Əbuəli, şabranlı Şeyx Yaqub Çərxi, qubalı Şeyx Əbdülkərim və şirvanlı Baba Rüknəddin, üləma sinfindən: bərdəli Sədulla, qarabağlı Hənəfi, ərəşli İbrahim, ağdaşlı Bürhanəddin, şəkili Əbdürrəhim, Məhəmmədəmin, Hacı Əyyub əfəndi, şirvanlı Hacı Axund Şərif, bakılı Axund Nəçəfqulu və dərbəndli Molla Ağa elm və təqrirdə çox tanınmış simalardandırlar. Şairlərdən: Nişat, Məsih, Mirzə Əsgər, şirvanlı Zülali, Kosa Yusif, ləmbəranlı Asəf, Molla Pənah Vaqif, qarabağlı Mirzə Məhərrəm Məriz və gəncəli Ziyad oğlu Fətəli bəy Hali təblərinin gözəlliyilə məşhur olmuşlar. Dağıstanda da ərəb dilində olan elmləri dərindən bilən və müxtəlif dövrlərdə yüksək şöhrətə malik bir neçə şəxs yetişmişdir. Məsələn, Məhəmməd Qədəqi, Haçı İbrahim Ürəvi, Fazil Eyməki, Yusif Zərir Qumuqi, Davud Üsüşi, Səid Şünasi və başqaları. Kitabın sonunda, bu həqir müəllif, fəzilət və şöhrət iddiası ilə deyil, bəlkə bu ölkəyə mənsubiyyəti etibarilə fəxr etmək üzündən öz tərcümeyi-halını da qısaca olaraq bəyan edir:

Beyt


    Başqaları qızıl gül və yasəmən, biz isə tikan olsaq da,
    Bir gülzarın pərvərdəsiyik.
    Bu kəmmaya, günahkar Abbasqulu Qüdsi Mirzə Məhəmməd xan sani oğlu, hicri 1208-ci ildə, zilhiccə ayının 4- də pəncşənbə günü, 1-ci saatda (=1794-cü ildə iyun ayının 10-da) Bakının Əmir Hacan kəndində anadan olmuşdur. Məni 7 yaşından oxumağa qoydular, lakin vəziyyətin qarışıqlığı və müharibələr nəticəsində olan dəyişikliklər, məqsədin lazımi qədər əldə edilməsinə mane oldu. 10 il içərisində farsca azacıq savaddan başqa heç bir şey qazanmadım.
    Bundan sonra Qubada 10 il ərəb dili və sair fənləri təhsil etməklə məşğul oldum. Vəsaitin azlığı və sair maniə və əngəllərə baxmayaraq mən yenə bir qədər təhsil almağa müvəffəq olmuşdum. Bu zaman Qafqaz ordusu və vilayətlərinin fərmanfərması (baş komandanı) general Yermolov hicri 1235-ci (=1820) ildə, məni dəvət edib, dövləti vəzifələrdə işə təyin etdi. Tiflisdə rus dili və yazısını öyrəndim, bu dilə tərcümə edilmiş kitablar vasitəsilə cürbəcür elmlər və müxtəlif tayfaların əhvalı ilə tanış oldum. Vəzifə işlərilə əlaqədar olaraq və bu dövlət böyüklərinin hüzurunda olmaq münasibətilə Şirvan, Ermənistan, Dağıstan, Çərkəzistan və Gürcüstan vilayətlərinin bir çox yerlərini dolandım. Anadolu və Azərbaycan şəhərlərinə də gedib böyük şəxslər və əhalinin müxtəlif təbəqələrinə mənsub adamlarla görüşdüm. İran və Rum (Osmanlı) dövlətlərilə olan müharibə və barışıq işlərində rus əsgərlərinin fərmanfərması (baş komandanı) böyük əmir Paskeviçin yaxın adamlarından biri oldum. Hicri 1248-ci (=1833) ildə səyahət qəsdilə səfərə çıxıb, iki il Don ölkəsini, Malorossiyanı, Velikorossiyanı, Lifliyandiyanı, Litvanı və Lehistanı (Polşanı) gəzdim. Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm. Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı. Yavaş-yavaş xəyalət və təsəvvüratımın puçluğu aydınlaşdı və gördüm ki, dünyanın yüksək mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız tədbirlər bir sərxoşun ağıl sınamasına bənzər; çünki mal və dövlət hər halda puç olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir. Sənaye cürbəcür alətlərə və bədən qüvvəsinə möhtacdır. Şəxsi ləyaqət olmadan, nəsəb və sülalə şərafəti qürbətdə naməlum, vətəndə isə məzəmmətə məruzdur. Bunlara təkyə etmək mənasızdır, etibar ediləcək və arxalanacaq bir dövlət varsa, o da hər bir halda elm və adabdan ibarətdir... Bu elm və adab da zahirpərəst adamların boşboğazlıq edib, özləri üçün fəzilət sandıqları mənzum kəlmələrdən və mövhumi (xəyali) qaydalardan ibarət deyildir.

Beyt


    Ağlasığmaz şeyləri deyərlər,
    Hiss olunan (ağlasığan) şeyləri isə, axtarmazlar.
    Bəlkə bu elm və adab sərf olunan mərifət və edilən əməldən ibarətdir ki, bu da ümumun mənfəəti, sülh və asayiş üçün yararlıdır. Əsərləri vasitəsilə bir çox əsrlər boyu öz xeyir və mənfəətini saxlar...
    Dünyada əsərlərin ən möhkəm və dayanıqlısı təlifdir. Bunun fəziləti tərifə möhtac deyildir. Bunsuz nə məişətin səpk və qaydaları qala bilər, nə də şəriət işləri davam edə bilər.

Rubai


    Gözəl əsərlər yazan sənətkarın qələmi,
    Əski rəsm və ayindən yeni bir tərh yaratmazsa,
    Keçmişlərdən kim bir nişan və xəbər verə bilər,
    Və kim gələcək nəslə yadikar olaraq bir töhfə qoya bilər?
    Yuxarıda söylənilənlərə nəzərən, bu kəmmaya (müəllif) firsət zamanı vaxtlarımı cürbəcür təlifat və təsnifata sərf edərək, cüziyatdan başqa bir neçə nüsxə əsər yazmışam. Doğrudur bunlardan əsl məqsəd ələ gəlməmişdir, lakin bu qədər kifayətdir ki, şərafətli bir işdə və xeyir arzusunda olmuşam.

Beyt


    Hər kəs öz mətaını bazara aparar,
    Birisi ipək aparar, birisi iplik.
    1) Riyazülqüdsdur. Azərbaycanca olub, 14 fəsildən ibarətdir...
    2) Qanuni-Qüdsidir, Fars dilinin sərf və nəhvinə aiddir. Bu əsər elə bir yoldur ki, təhsil ölkəsinin müsafirləri bunun üç mənzilini keçməklə fars dilinin danışmaq və yazmaq sərhəddinə çata bilərlər.
    Birinçi mənzil - hərflərin bəyanındadır. hərflərin ayrılması, tərkibi və bunlara məxsus nişan və əlamətləri üç fəsildə bəyan edir.
    İkinci mənzil - kəlmələrin bəyanındadır. Farsca və ərəbcə sözlərin iştiqaqını - əsl kökdən ayrılmasını iki fəsiddə göstərir.
    Üçüncü mənzil - cümlələr haqqındadır. Cümlələrin tərkibini və tərtibini iki fəsildə sona çatdırır. Asan anlamaq və yadda saxlamaq üçün onun bir çox qayda və misallarını nəzmə çəkdim. Rus məktəblərində işlənmək üçün həmin kitabı imperatorun əmrilə rus dilinə də tərcümə etdim. Bu kitab hər iki dildə Tiflisdə çap edilmişdir.
    3) Kəşfülqəraibdir. Bu kitab farsca olub Amerikanın, yəni Yer kürəsinin yarım qərbi hissəsi olan Yeni Dünyanın kəşfini və vəziyyətini iki məqalədə bildirir.
    4) Təhzibi-əxlaqdır. Əxlaqi fəlsəfəni asimani kitabların bəyanatına və islam, yunan və frənk hükəmasının təyininə görə bir müqəddəmə, on iki fəsil və bir xatəmədə izah edir.
    5) Eynülmizandır. Bu əsər ərəb dilində bir müqəddəmə, iki fəsil və bir xatəmədən ibarət olub, məntiq elmini təşkil edən ləfzin təqsimatından kəlmənin dəlalət yollarından, təsəvvür və təsdiqin başlanğıc və məqsədlərindən bəhs edir. Münazərə elmi və onun adabını izah edir.
    6) Əsrarülmələkovtdur. Heyət elminə dair farsca bir əsər olub, əski qaydaları yeni üsul və qanunlara tətbiq və əqli dəlilləri nəqli rəvayətlərlə təsdiq edərək Yer kürəsinin və sair əcramın1 imkan sahəsində əhvalını, vəziyyətlərini və onların intizamına səbəb olan qanunları söyləməklə bərabər təhqiq edir. Bu kitabı ərəbcəyə də tərcümə etmişəm.
    7) Coğrafiya kitabıdır. Bu əsər farsça olub dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin (camadat, nəbatat və heyvanatın) məhsulatından, iqlimlərin hüdudunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir. Bu kitabı sona çatdırmaq dövləti, Allahın yardımından asılıdır.
    8) Mişkatülənvardır. Farsca olan bu əsərdə cürbəcür sirrlər gözəl hal və hərəkətlər, şer və hekayələr şəklində ifadə edilir. Başlanğıcı belədir:
    Ey zöhd və təqva sahibləri, eşqi məzəmmət etməyin!
    Zahidlikdə nicat asari görmədim.
    Küfr ilə din kimin sərkəştəsi və heyranıdır?
    Daraq kimin müşk saçan zülflərindədir?
    Dimağıma canan qoxusu gəlir,
    Ruh aləmindən gözəl qoxu hiss edirəm.
    Bir camdan bir udum şərab içmişəm.
    Bu kitabı bir adla bəzəmişəm.
    O pak ruhun himməti feyzindən,
    Qara torpaqdan günəş tülu etdi.
    Onun vəsflərindən nə qədər söyləsəm yenə azdır.
    O, insana bilmədiklərini öyrədəndir.
    O şadlıq günəşi öz zərrələrilə məni işıqlandırdı,
    Hər bir zərrəmdən yüz nur şöləsi parladı.
    Mənim canım onun nurlarının çırağıdır,
    Ürək xəzinəsi onun sirrlərinin dəfinəsidir.
    Bu kitabda onun sirrlərindən yazmaq istəyirəm,
    Onun nurlarının çırağını təsvir etmək olurmu?
    Bunlardan başqa bir də müxtəlif şerlər məcmuəsi vardır ki, hələ dağınıq bir şəkildə olduğundan "Divan” adı ilə adlanır. Bundan nümunə olaraq bir neçə şer yazılır:

Qazəliyyatdan


    O könulə mərhəba olsun ki, onun sövdasına eşq rəhbərdir.
    Eşq özu vəhy, Cəbrail, kitab2 və peyğəmbərdir.
    Bütün aləm aşiqin küfrinə fitva verir,
    Bu macəra Səlman ilə Əbuzərin hekayəsidir.
    Həqiqət aləmində xas və əvam yoxdur.
    Rəhm ilə cövr3, küfr ilə iman arasında fərq yoxdur.
    Bu nüktə əql tərəfindən həll edilə bilməz.
    Saqi, şərab gətir!
    Tainki onu sənə şərh edim, əgər mənə inanırsan.
    Əməli özundən bilməyən kimsə mömin deyildir,
    Əməli Allaha nisbət verməyən də kafirdir.
    Qüvvəsiz heç bir iş üçun aləmdə varlıq yoxdur,
    Əməl bizim ixtiyarımızda olmaqla bərabər muqəddərdir1
    Qüdsi, cənab dostdan2 hər nə gəlsə gözəldir, yaxşıdır.
    Hər bir fəsad içərisində bir səlah3 qoyulmuşdur.
    Yenə onundur:
    Onun zülfünün qıvrımına yol tapdım, çünki könul ələ almaq gözəldir.
    Onun üzundə gördum ki, hər şeydən yaxşılıq gözəldir.
    Mənim sevgilimin üz və zülfünü bəzəmək üçün məşşatəyə ehtiyac yoxdur,
    Çünki təbii gul daha gözəldir.
    Onun boy və buxununun mənim gözumdə başqa bir cilvəsi vardır,
    Doğrusunu söyləyim, gözəl sərv bir arxın kənarında olsa daha gözəldir.
    Sənin can bəsləyici dodağından acı söyuş şirin olar.
    Allah, Allah! Bu nə lutf və iltifatdır ki, hər nə desən gözəldir!
    Divanənin könlunə zəncir rahətlik verər,
    Bu çəhətdən dəli könul bir zülfun qeydində olsa daha gözəldir.
    Onun dodağı üzərində olan müşk rəngində qara xal bir ulduzun təsviridir.
    Yaxud gunəşə səcdə etmiş olan bir hindudur, Bu hal daha gözəldir.
    Tusli Qudsi pak torpaqdan muqəddəslik feyzini aldı,
    Bizim bakılı Qudsinin də bakılı olması daha gözəldir.

Muqqəttəatdan


     (Beytlərdən)
    Mən o şəxsəm ki, hər bir an hərbdən dəm vururam.
    Düşmənin qəsdində belimi baqlayıb, əldə qılınc durmuşam.
    Ey düşmən, mən sənin ölumunun ayinəsiyəm.
    Əgər inanmırsansa, gəl gör!

Rubaiyyatdan


    Ey könul, yanmaqdan qorxmursan!
    Məgər pərvanə xasiyyətindəsən?
    Ey can quşu, sənin qanadını hansı daş sındırdı ki,
    Öz aşiyanənə doğru gəlmək fikrində deyilsən.

Qazəliyyatdan


    Gün uzrə ay tüluimi ya gün kamanıdır,
    Ya qaşdürər, bu cümləsi aşiq kamanıdır.
    Cami-cahannumayə duşub əksi-asiman,
    Xaki-səvadı əxtəri-bəxtin nişanıdır.
    Göstərsə yox əcəb yədi-beyza Kəlimi təb.
    Hala ki, şaxi-güldə təçəlla zamanıdır.
    Badi-səba əbir fişani-çəmənmidir?
    Ya bustani-hüsnü rüxün bustanıdır?
    Şövqi-təranə quvvəti-pərvaz olurmu hiç,
    Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır?
    Dilbər bəyani-halım eşitməzsə, yox əcəb,
    Pərva qılırmı əhli-cünun dasitanıdır.
    Qülsi, üzari-zərdimi əşk etdi laləkun,
    Bu kulşənin baharı zamani-xəzanıdır.

Rubaiyyatdan


    Güldür bu deyil, gül belə xandan olmaz.
    Gündürmü deyil, gün gecə rəxşan olmaz.
    Dirdim məlik-ü-mələk məhəbbət bilməz,
    Kimdir ki, bu təşbihinə imkan olmaz.


<< 1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 >>
Bölmə: Azərbaycan tarixi | Əlavə edildi: azerhero (27.12.2013) | Müəllif: R.C E W
Baxış: 765 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more